Mən səndən getdim…
Elə səndən də getdim…
Bir, iki, üç…
Nə deyim vallah, az getməmişəm.
Az üzməmişəm.
Az üzülməmişəm…
Hə, sevmişəm.
Səni başqa biri gələnə qədər,
səni də digəri gələnə qədər…
Nə gözləyirdin?
Təksən mi?
Müqəddəssən mi?
Yox, əzizim, yox!
Bu dünyada əvəzedilməz kimsə yox!
Bilirsən, qəribə olan nədir?
Səndən sonra gələn əsl sevgidir.
Yəni mən belə sanmışdım…
Hə, aldanmışdım…
Heç vaxt aldanmayan mən…
Sındırdım bu sehri…
Bilirsənmi necə?
Dünyada çox yaxşı aktyorlar var…
Onlara səssiz alqışlar.
Ona görə səssiz ki,
qoy həmişə aktyor qalsınlar…
Və bir gün cəzalarını alsınlar…
Bir də sən ey aktyor cənab!
Lap, lap, lap…
Az qalıb
Səndən getməyimə..
Bənövşə Mahmudqızı
07.11.2016
03:03