“Mücrü” nəşriyyatı yazıçı-naşir Müşfiq XAN tərəfindən təsis edilmişdir.
Mücrü Nəşriyyatı MMC rəsmi olaraq 21 dekabr 2019-cu ildə dövlət qeydiyyatından keçmişdir. Nəşriyyat fəaliyyətə başladığı gündən həm yerli, həm də dünya ədəbiyyatının nəşri məşğul olur. Bura bədii kitablarla yanaşı, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər; habelə bir çox layihə nəşrlər, promonəşrlər aiddir.
Şirkət fəaliyyətini aşağıdakı istiqamətlərdə davam etdirir:

  1. “Mücrü” nəşriyyatı
  2. “Mücrü ART” ədəbiyyat və sənət portalı
  3. “Mücrü” kitab evi
  4. “Mücrü” kitab klubu
  5. “Mücrü” uşaq dərgisi
  6. “Mücrü” nəşriyyatı
    “Mücrü” nəşriyyatının seriyaları:
    – “Çoxbilmiş” uşaq seriyası
    Seriyada məktəbəqədər yaşdan başlayaraq orta təhsilin yuxarı sinif yaşlarına qədər oxucular üçün metodik və bədii kitabların nəşri həyata keçirilir.
    – “Abituriyent” seriyası
    Bu seriyada ali məktəblərə, habelə magistratura və dövlət qulluğuna, müəllimlərin işə qəbul imtahanlarına hazırlaşan oxucular üçün metodik və akademik kitablar yayımlanır.
    Bədii kitab seriyaları
    – “Proza” seriyası
    Seriya Azərbaycan müəlliflərinin nəsr nümunələrini nəşrə hazırlayır.
    – “Poeziya” seriyası
    Azərbaycan müəlliflərinin nəzm nümunələrindən ibarət kitabları yayımlayır.
    – “Zirzəmi” seriyası
    Dünya ədəbiyyatının nəsr nümunələrini nəşr edir.
    – “Çardaq” seriyası
    Dünya şairlərinin əsərlərini yayımlayır.
    – “Bir Saatda Tarix” seriyası
    Qısa müddətdə oxuya biləcəyiniz araşdırma, xatirə və məşhurlar haqqında maraqlı məlumatlar yer alır. Hazırda bu seriyada 10-dan çox kitab artıq nəşr edilib.
  7. “Mücrü ART” ədəbiyyat və sənət portalı
    Portalın təsisçisi “Mücrü” nəşriyyatı, baş redaktoru yazar-tərcüməçi Cəl