(Təcnis)
Mənim ağ günümün qarası narda,
Ağın kölgəsində qara sınar da.
Axtarsan üzünün qarasın arda, –
Görərsən namus var ondan irəli.
Sevdinsə, nəfsini gözlə, mələyim,
Dilim söz tutmasa, gözlə mələyim.
Düzgün ələməsə gözləm ələyim*, –
Doqquz özün salar ondan irəli.
Üzünə açıqdı yol ər KANında, –
Sal sinəm üstündən yol, ərk anında.
Kim dürüst olarsa yol-ərkanında, –
O, düşər hər işdə on dan irəli.
Dilimdən qəlbimə şükür süzdü ki,
Dilədim göylərdən, şükür, süzdü ki…
Adam var, o qədər şükürsüzdü ki,
Bir yol aldığını on danır əli!
17.02.2022