Hanı məni göl qoynunda doğuran, Xəmirimi göz yaşıyla yoğuran, Beşiyimdə “layla balam” çağıran… Azərbaycan, mənim baxtsız anam oy… Neçə ildir həsrətinlə yanam oy…
Xəbər alsam, Muğanımdan, Milimdən, Nazlı Bakım, o neft qoxan gülümdən, Kim demiş ki, düşmüş adın dilimdən, Azərbaycan, mənim eşsiz yurdum oy, Ölməz eşqim, içimdəki dərdim oy!..
Salam desəm, rüzgar alıb götürsə, Ağrı dağından Alagözə ötürsə, Gur səsimi göy Xəzərə yetirsə, Xəzər coşub zəncirini qırsa oy… Hökm etsə, bu sərsəm gediş dursa oy…
Könlümə tək Kə’bə etdim səni mən, Sənsiz neylim qürbət eldə günü mən, Sənsiz neylim Allahı mən, dini mən… Azərbaycan, mənim tacım, taxtım oy… Oyanmazmı kor olası baxtım oy…
Bu günlərdə iş yoldaşım Ayişə xanım mənə telefon açıb, Vətən müharibəsində şəhid düşən gənc zabit – xalası oğlu Muraddan danışdı. Onun həyat hekayətindən, döyüşlərdə göstərdiyi sücaətdən, qərəmanlıqdan söhbət açdı. İnternet üzərindən yazışmalarını göstərdi mənə. “Sizin şeirləri izləyirdi, sevirdi”- dedi. Əlbəttə, onu dinləyincə çox duyğulandım, çox kədərləndim. Şəhid zabitimizin döyüş yolundan danışılarkən isə qəlbim qürur hissi ilə doldu eyni zamanda. Sonra söhbət Muradın şeirlərindən düşdü. Ayişə xanım: ” O, uzun müddət Tükiyədə təhsil almışdı, əsasən Türkiyə türkcəsində yazırdı”- dedi. Şeirləri mənə göndərdi. Gənc olmasına rəğmən yetkin və istedadlı bir şairin şeirləri vardı qarşımda. Bir qələm adamı kimi də, sıradan bir oxucu kimi də bu şeirləri yüksək dəyərləndirməmək mümkün deyildi. Bu şeirlər müəllifinin söyləmək istədiyi mətləbə görə də, poetikasına görə də yetərincə duyğusal, düşündürücü və mükəmməl idi.
Muradın həmin şeirlərini nöqtəsinə, vergülünə toxunmadan “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim edirəm!
Əziz şəhidimizin ruhu zəfər gününə, şeirləri Azərbaycan gəncliyinə əmanət olsun!
İbrahim İlyaslı
Murad Nağıyev
Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda dünyaya gəlmişdir. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birlikdə Bakıya, Bakıxanov qəsəbəsinə köçmüşdür. Təhsilə 271 nömrəli məktəbdə başlayan Murad Nağıyev, tezliklə həm öz zəkası, həm də tərbiyəsi ilə digərlərindən seçilmiş və müəllimlərinin sevimlisinə çevrilmişdir. 8 il bu məktəbdə əla qiymətlərlə oxuduqdan sonra, 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak etmiş və burada yüksək nəticə göstərdiyinə görə Türkiyənin Kuleli Hərbi Liseyinə seçilmişdir.
Murad Kulelidə də özünü doğrultmuş, xüsusilə də riyaziyyatdan yüksək nəticələr göstərdiyinə görə müəllimləri tərəfindən ona “matematik dehası” (riyaziyyat dahisi) adı verilmişdir. O, burada mülki dərslərlə yanaşı, həm də hərb elminin bütün sirlərini öyrənmiş, müxtəlif yerlərdə yay toplanışlarında və təlimlərdə iştirak etmişdir. Liseyi müvəffəqiyyətlə bitirərək 2015-ci ildə Türkiyədə Kara Harp Okuluna daxil olmuşdur. Birinci kursu burada başa vursa da, 2016-cı ildə Türkiyədəki dövlət çevrilişi cəhdindən sonra (bütün hərbi məktəblər bağlandığı üçün), o, digər azərbaycanlı kurs yoldaşları ilə birlikdə vətənə geri qayıtmış və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilinə davam etmişdir. Murad Nağıyev 2020-ci ildə buradan məzun olmuş və bununla da o, ümumilikdə 9 illik yüksək səviyyəli hərbi təhsilə yiyələnmişdir.
Murad Nağıyev 2020-ci ildə Bakı yaxınlığında yerləşən N saylı hərbi hissəyə təyinat almış və leytenant rütbəsi ilə tank taborunda tağım komandiri, tank komandiri olaraq xidmətə davam etmişdir.
O, 27 sentyabrda başlayan Vətən Müharibəsinə elə həmin gün yollanmış, qızğın döyüşlərin getdiyi Füzuli istiqamətində hərbi əməliyyatlarda iştirak etmişdir. Komandirləri və rütbəcə yüksək yoldaşları gənc zabiti döyüşə girməməyə razı salmağa çalışsalar da, o: “Mən zabitəm, öz tankımda özüm gedəcəyəm!” deyərək, döyüşə ən ön sıralarda atılmışdır. Murad Nağıyev tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür.
O, oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə düşmənin uzaqdan idarə olunan tank əleyhinə raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Silahdaşlarının dediyinə görə, Murad Nağıyev həmin gün də israr etmişdi ki: “Bu gün kolonda bizim tank birinci gedəcək”.
Onun şəhid olduğu yer 8 gündən sonra tam nəzarətə götürülə bilmiş və həmin gecə bayrağa sarılı nəşi Bakıya gətirilmişdir. Murad Nağıyev oktyabr ayının 20-də İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Leytenant Murad Nağıyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Murad eyni zamanda uşaq yaşlarından incəsənətə maraq göstərmiş, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənmiş, həmçinin Türkiyə türkcəsində şeirlər yazmışdır.
İstanbul ve Hayat
Yeni bir gün başlat hayatta.
Sabah güneş kendini göstermeye başlar,
Sonsuz ufuklarda.
İlk ışıklar akseder deniz üstünde.
Öylece izlemeye başlarsın güneşin doğuşunu,
Sonra dayanamazsın bu güzellik karşısında,
İçini bir ferahlık kaplar.
Yüzün güler, hayran kalırsın bu eşsizliğe.
Her şey uçuverir aklından,
Kilitlenip kalırsın bu manzaraya,
Ama uzun sürmez bu güzellik,
Hayat gibi güzel görünür ilk başta.
Ve bitti artık bu doyumsuz güzellik,
Acı vermeye başlamıştır çok sevdiğin ışıklar.
Gözlerin kamaşır, dayanamazsın, bakamazsın,
Sonra yüzün yanmaya başlar.
Bir tokat yemiş gibi yüzün yanar,
Evet bir tokat, hayattan yediğin bir tokat.
Ne tuhaf değil mi?
İlk önce aldanıp sonra yanmak.
Emre’ye veda
Kalbimde derin bir acı,
Hayatımda yeni bir vurulma.
Hayattan yeni bir kahpelik,
Sırtımda derin bir yara.
Yaşlı gözlerimde boş bakış,
Giden var fani dünyadan.
Yerleşen var gönlüme,
Yerleşen var kalbimin derinliğine.
Acım büyük, yüküm ağır,
Aldı seni benden hayat.
Kopardı seni bizlerden.
Ama kalbimdesin, gardaşım,
Kalbimdesin, arkadaşım.
Gittin be, gardaşım, gittin,
Çok uzaklara gittin.
Yetişemediğim yerlere gittin,
Gelemediğim, ulaşamadiğım yerlere.
Biliyor musun inanamadım gitmene?
Hep yanımda olacağını düşünmüştüm,
Beni asla bırakmayacağını düşünmüştüm.
Ama hayat kopardı seni bizlerden.
Hep şikayet ederdim hayattan,
Hep sana dert yanardım.
Hep sen dinlerdin beni,
Hep sen destek olurdun bana.
Gittin be, gardaşım, gittin.
Boşluk var hayatımda,
Yeri dolmayacak bir boşluk.
Büyük bir yara var asla kapanmayacak.
Ama biliyorum yine de yanımdasın,
Hep izliyorsun bir yerlerden beni.
Tam da düşündüğüm gibi oldu,
Hiç bir zaman bırakmayacaksın beni.
***
Gözlerinde bulduğum huzuru
ebedi uykumda bile bulamam, sevdiğim.
Değil seni üzmek, seni severken bile
incineceğinden korkarım, sevdiğim…
***
Her an içimi yakıyor hasretin, sevgili,
Kalbim duracak, ciğerim sönecekmiş gibi.
Her an içimi yakıyor hasretin,
Kül olup bitecekmiş gibi…
***
14 yaşında giydik üniformayı,
Cılız bedenlerimize gençligimizi harcadık Vatan uğruna.
Ama hiç bir zaman keşke demedik biz.
Siz sıcak yataklarınızda uyuyun diye.
Bakmayın gülüp eglendigimize,
Siz gezip tozarken biz ayağımız
yara-bere içinde egitim yaptık.
Siz sevgilinizle müzigin ritminde kendinizi kaybederken
Biz düdük sesiyle kollarımız parçalana kadar
“Vatan sağolsun!” diyerek süründük.
Siz alkolden 3 kuruşluk insanların kollarına düşerken
Biz yanı başımızda susuzluktan
bir heykel gibi yerlere yapışan adamlar gördük.
Siz “aşk” dediniz, biz “Vatan” dedik.
Ne yaptıysak olmadı, kötü olan yine biz olduk.
Olsun biz yine susar, bi sigara daha yakarız,
ama şunu asla unutmayın:
Şayet bir gün güneş bizimle doğup, bizimle batmazsa
sizin için de artık güneş doğmayacaktır.
Bizi tsk yı yıpratanlar diye lanse etmeye çalışanlara
Məktəb üzrə keçirilən idman yarışlarında ayağımı bərk zədələmişdim. Qapanıb qalmışdım evdə. Yamanca darıxırdım. Baş qatan bir məşğuliyyət vardısa, o da televizora baxmaqdı.
Kanallardan biri ermənilərin pis, murdar xasiyyətləri haqqında veriliş hazırlamışdı. Studiyadakılar növbə ilə onların əcaib-qəraib yaltaqlığından, ikiüzlülüyündən, yalançılığından, satqınlığından danışır, oğru olduqlarını isə daha artıq qabardırdılar. Oğurluq qeyri-insani, həm də baş ucalığı gətirməyən bir xüsusiyyətdir. Lakin ermənilərin oğurluğu adi yox, tayı-bərabəri olmayan, bənzərsiz oğurluqdur. Ən böyük oğurluqları da türklərdən elədikləridir. Ermənilər adlarımızı, musiqimizi, musiqi alətlərimizi, xalçalarımızı, abidələrimizi, yeməklərimizi, ən başlıcası, torpaql arımızı oğurlamışdılar. Birdən yox, tədricən, tarix boyu, nəzərə çarpmadan, həm də qeyri-adi yollarla. Sonra da hamısını utanmaz-utanmaz, vicdansızcasına öz adlarına çıxmış, bizi danmışdılar…
Ermənilərin namərdliyi məni hiddətləndirmişdi. Axırda hislərimi cilovlaya bilməyib bərkdən bağırdım:
— Pah atonnan! Bu ermənilər nə oğru xalq imiş!..
Elə bu zaman otaqda tək olmadığımı xatırladan cırıltı səsi eşitdim. Nənəmdi, divanda qurcalanırdı. Bayaqdan yarıuzanmış halda gözucu televizora baxırdı.
Handan-hana xəfifcə qımışaraq:
— Ermənilər binayi-qədimdən oğrudular, bala, — dedi.
— Sən hardan bilirsən, ay nənə? — sadəlövhlüklə soruşdum.
— Eh, mən onların dabbağda gönünə bələdəm! Amma bunları, sadəcə, bilmək yox, yaxşıca yadda saxlamaq lazımdır, bala!..
Sonra nənəm mənə şahidi olduğu köhnə bir erməni oğurluğundan danışdı.
Baban kənd məktəbində dərs deyirdi. Sayılıb-seçilən tarix müəllimi idi.
Bir dəfə atan sinif yoldaşları ilə dağa çıxmışdı. Qayıdanda özü ilə bir bağlama gətirmişdi. İçi insan sümükləri, saxsı qab-qacaq qırıqları, qədim dəmir pullarla dolu idi. Hansısa mağaradan tapmışdılar.
Səhərisi baban atanı da özünə qoşub həmin mağaraya yollandı. Əlavə bir neçə məişət əşyası-filan da yığıb gətirdi. Onları səliqə ilə bir qutuya yerləşdirib mənə verdi:
— Arvad, — dedi, — bunu elə yerə qoy ki, uşaq-muşaq əli dəyməsin. Bakıya, Elmlər Akademiyasına aparacağam. Alimlərə göstərəcəyəm.
Savadsız arvad idim.
— A kişi, — dedim, — sür-sümük alimlərin nəyinə gərəkdi? Nə danışdığımı heç özüm də bilmirdim.
— Sənin belə şeylərdən başın çıxmaz, arvad. — Baban səsini qaldırdı. — Bunlar adi, yaxın keçmişin sür-sümüyü deyil. Tarixdir! Həm də qədim tarixdir!..
Yenə heç nə qulağıma girmədi.
— Nədi, buna görə indi bir də durub burdan Bakıya gedəcəksən? Belə vacibdir, nə çoxdur Bakıya gedib-gələn, ver birinə aparsın də…
— Yox, bu işi hər adam yarıtmaz! Özüm getməliyəm. Gördüklərimi alimlərə ətraflı danışmalıyam. Onlarda maraq, həvəs oyatmalıyam. Yoxsa Allah bilir, alıb hara atacaqlar.
Qutunu qaldırıb şkafın üstünə qoydum.
Baban bayıra çıxanda qapının ağzında erməni qonşumuz Siranuş arvadla az qala toqquşacaqdı. Demə, bayaqdan qapının dalında durub gizlicə bizə qulaq asırmış…
Tək qalanda Siranuş arvad hərləyib-fırlayıb məndən soruşdu:
— Qutudakı nədir?..
— Bekara şeydi, — dedim.
— Bekara şeydisə, niyə göstərmirsən? — Siranuş qır-saqqız olub qopmadı.
Arvadın inadkarlığı məni həm təəccübləndirdi, həm də cin atına mindirdi. Qutunu gətirib açdım.
— Hə, bax, gözüyün qurdu ölsün! — dedim. — Yoxsa gecə yuxunu qarışdırarsan.
Sür-sümüyü görən kimi Siranuşun çəkiləcəyini düşünürdüm. Əksinə oldu. Arvad sür-sümüyə, saxsı qırıqlarına, paslı dəmir pullara çox həris gözlərlə baxırdı.
Onları bir-bir o tərəf-bu tərəfinə çevirə-çevirə öz-özü ilə danışırmış kimi mızıldandı:
— Hə, doğrudan da, bunlar qədim erməni dövlətinin qalıqlarına oxşayır.
— Onu sənə kim dedi, ay Siranuş?— Mat-məəttəl soruşdum.
— İndicə ərinə sən demirdin? Özcə qulaqlarımla eşitdim.
Mənim də təəssübkeşliyim tutdu.
— Bəs onu eşitmədin ki, ermənilər bu torpaqlara dünən-srağagün gəliblər? —Hirslə qutunun qapağını örtüb ortalıqdan götürdüm.
Bakı səfərinə hazırlaşan baban səbirsizliklə yay tətilini gözləyirdi. Deyirdi, Akademiyadakı alimləri yığıb elimizə-obamıza gətirəcəyəm. Gəlib gəzib-dolansınlar, görüb-götürsünlər, araşdırsınlar. Tariximizin daha bir qaranlıq səhifəsini də işıqlandırsınlar. Bir daha erməniyə anlatsınlar ki, bu torpaqlar türk torpaqlarıdır…
Yay tətilinə az qalmışdı. Bir gün baxdım ki, qutu şkafın üstündə yoxdur. Fikirləşdim ki, yəqin, baban özü götürüb harasa qoyub. Babandan soruşan kimi barmağını dişlədi. Siranuş arvaddan şübhələndi.
— Havayıdan maraqlanmırmış, — dedi. — Gərək qutunu açıb ona göstərməyəydin.
Saymazyana güldüm.
— A kişi, sən də oğru tapdın. Sür-sümük Siranuşun nəyinə gərəkdir?..
— Arvad, ermənini öz arşınınla ölçmə, — baban dedi. — Erməni bizim düşündüyümüzdən də bicdir. Elə şeylərin qədir-qiymətini yaxşı bilir…
Vallah, heç cür inanmırdım ki, Siranuş arvad qutudakılardan nəsə bir şey qana. Axı o da mənim kimi savadsızın biriydi. Bircə elə sür-sümüyü çatmırdı!..
Qaranəfəs Siranuşun üstünə qaçdım. Dili topuq çalsa da, heç nəyi boynuna almadı. Baban sözündə möhkəm adam idi. Siranuşu yoxlamaq üçün təzə bir qutu hazırladı. İçini də zir-zibillə doldurdu. Dedi, Siranuşa xəbər ver ki, kişi mağaradan keçən dəfəkindən də artıq sür-sümük, saxsı qırıqları, qədim pullar yığıb gətirib. Amma çalış, şübhələndirmə. Guya sözgəlişi ağzından qaçırdırsan…
Siranuşla qapı-qonşu, lap bir evli kimiydik. Qapımız qıfıl tanımazdı. Həmişə üzünə açıqdı. Evdə oldum-olmadım, haçan istəsə gələr, gedər, nə istəsə aparar, gətirərdi. Oğurluğunu-filanını da hələ görməmişdim…
Bir gün əvvəl Siranuşu aldatdım ki, qonaq gedəcəyik, ev-eşikdən göz olsun. Samanlıqda gizlənib erməni axçiyini güdməyə başladıq.
Siranuş özünü çox gözlətmədi. Arxayınca evə girib qutunu götürdü. Qoltuğuna vurub bayıra çıxanda qapının ağzında qəfildən yaxaladıq. Özünü itirdi. Qızarıb-bozardı. Çək-çevirdən, hədə-qorxudan sonra o biri qutunu da oğurladığını boynuna aldı. Arvadın hərəkətinə matım-mutum qurumuşdu.
Siranuşun qardaşı İrəvanda adlı-sanlı, məşhur alimdi. O, mağaradan tapılan şeylərin şəkillərini İrəvanda çıxan qəzetlərdə, jurnallarda çap etdirmişdi. Palazqulaq-palazqulaq məqalələr yazmışdı. Gündə bir televizora çıxıb, aləmə səs salmışdı ki, bəs tapdığı mağara (guya özü tapmışdı) qədim erməni məskənlərindəndir. Deməyəsən, bu torpaqların əzəli sakinləri ermənilər imiş.
Moskva, dünya alimləri mağaraya baxmaq üçün tökülüb gəldilər, yazdılar, pozdular, axır çıxıb getdilər. Amma səs-səmirləri eşidilmədi. Elə bil qurbağa gölünə daş atmışdın.
— Səbəbini bilmədiniz, ay nənə?.. — Maraq yenə üstün gəldi.
— Baban soraqlayıb hamısını öyrəndi. Vicdanlı alimlər uzun araşdırmalardan sonra aydınlaşdırmışdılar ki, mağara qədim türklərə məxsusdur. Erməni aliminin yazıb-pozduqları cəfəngiyyatdan başqa bir şey deyilmiş. Demə, Siranuşun qardaşı da elə bacısı ağıldaymış…
— Nənə, bəs sonra babam bizim alimləri Bakıdan çağırmadı?..
— Çağırdı, bala, amma ermənilər aranı qatdılar, bizi dədə-baba torpaqlarımızdan qovdular. Əvvəl Qarabağa pənah apardıq. Ermənilər Qarabağı da əlimizdən aldılar. Bakıda qərar tutduq. O torpaqların adı babanın son nəfəsində də dilindən düşmədi.
Nənəm dərindən köksünü ötürdü:
— Bilirsən, oğul balası, türkün ta qədim dövrlərdən bəri hər şeyi olub. Gözü-könlü tox yaşayıb. Erməni kimi heç nəyin həsrətini çəkməyib. Bəlkə, elə buna görə çox zaman sahib olduğunun qədir-qiymətini qədərincə bilməyib…
– Elnur, ay Elnur! Elnur qulaqardına vurdu, guya eşitmirdi. Məktəbdən yenicə gəlmişdi. Acdı, qarnının hayındaydı. Stol arxasında anasının yeməyi haçan qızdırıb gətirəcəyini gözləyirdi. Çağıran əl çəkməyəndə durub küçəyə baxan pəncərəyə yaxınlaşdı. Sinif yoldaşı Məzahirdi. – Nədi, ə? – Aşağı düş, sözüm var. Bayırda quşbaşı qar yağırdı. Soyuqdu. – Elnur, yeməyin hazırdı ha, – anası mətbəxdən xəbərdarlıq etdi. – Gəlirəm. Həvəssiz aşağı düşdü. Məzahir pilləkənin ayağında gözləyirdi. Həyəcanlıydı. – Noolub? – Elnur soruşdu. – Ermənilər bu gecə rusların köməyi ilə Xocalını yernən yeksan eləyib, bizimkiləri qırıblar. Qaçıb canını birtəhər qurtaranlar Naxçivanik, Qaraqaya tərəfdən Şelliyə axışır. Şelli qonşu kənddi. – Hardan bildin? – Atam, əmimgil yığışıb köməyə getdilər. Mən də onlara qoşulmaq istədim, qoymadılar, dedilər, sən uşaqsan. Neçə gündü Xocalıdan cürbəcür bəd xəbərlər gəlirdi. Ermənilər türklərin yaşadığı qonşu Malıbəyli, Quşçular kəndlərini işğal edəndən, sakinlərini güllədən keçirəndən sonra qana batmış dişlərini Xocalı şəhərinə qıcamışdılar. Mühasirəni günbəgün daraldırdılar. Qədimdən türk məskəni olan Xocalı şəhəri erməni kəndləri¬nin əhatəsində adanı xatırladırdı. Düşmən nə qədər amansız, qaniçən olsa da, xocalılar mərd dayanmışdılar. Təslim olmaq, torpağı ermənilərə vermək fikrində deyildilər. Elnur nə fikirləşdi, nə fikirləşmədisə, çönüb həyətdəki “Niva”ya baxdı. Atası hardaydısa, gözə dəymirdi. Ayaqlarının ucunda geri qayıdıb anasından xəlvət gödəkcəsini geyindi, təzədən aşağı düşdü. Məzahirə arxasınca gəlməyi işarə etdi. Zənnində yanılmamışdı. “Niva”nın açarı üstündəydi. Sürücülük vəsiqəsi olmasa da, maşın sürməyi pis bacarmırdı. Gözünü açandan həyətdə maşın görmüşdü. Nə qədər ehtiyatlı tərpənsələr də, mühərrikin tırıltısına anası duyuq düşüb ikinci mərtəbədə, eyvanda göründü. Maşının arxasınca harayladı: – Elnur, hara gedirsən?.. Özünü eşitməməzliyə vurdu. Onlar artıq qanmaz uşaq deyildilər. Onuncu sinifdə oxuyurdular. Bu gün-sabah orta məktəbi bitirəcəkdilər. Bir tərəfdən də Qarabağ hadisələri onları vaxtından əvvəl kişiləşdirmişdi. Ermənilərin xəyanətindən, məkrli əməllərindən, təkcə indi yox, tarix boyu türklərə qarşı törətdikləri cinayətlərdən az-çox xəbərləri vardı. Məktəbi tez qurtarmaq, ermənilərlə döyüşən könüllü dəstələrə qoşulmaq, vətən torpağının keşiyində dayanmaq arzusu ilə alışıb-yanırdılar. Qonşu kənddən şəhərə doğru uzanan asfalt yolda maşınlar, piyadalar əriş-arğacdı. Keçmiş dövrdəki kimi bel, yaba, dəhrə-balta ilə silahlanan kənd sakinləri (Qarabağ hadisələri zamanı başbilənləri erməniləri müasir silahlarla təpədən dırnağacan silahlandırdıqları halda, bizimkilər yerli əhalinin quş tüfənglərini belə qapı-qapı düşüb zorla yığmış, onları düşmən qarşı¬sında əliyalın qoymuşdular) kəndin yuxarı hissəsindəki dağlara doğru axışırdılar. O tərəfdən yaralılarla dolu qayıdan şəxsi minik, təcili yardım maşınları yolu boşaltmaq üçün əsəbi şəkildə siqnallaya-siqnallaya Ağdama, şəhər xəstəxanalarına tələsirdilər. Kəndin kənarındakı dağların ətəyi, qəbiristanlığın böyür-başı camaatla doluydu. Elnur “Niva”nı lap irəlidəki nəhəng bir qayanın arxasında daldalanmış adamların yanına sürdü. Burda bir neçə minik, təcili yardım maşını da vardı. Çiyni avtomatlı könüllü əsgərlərdən biri “Niva”nın qabağına yeridi. – Dayan! – dedi. – Özünü hara soxursan? Geri qayıt! – Niyə qayıdım? – Elnur cır xoruzlar kimi şeşələndi. – Görmürsən atırlar? Burda sizlik bir iş yoxdu. – Olmasa, gəlməzdik. – Elnur höt-hötlüyünü yerə qoymadı. – Baş qoşma, – başqa bir könüllü Elnurla öcəşənin qo¬lundan dartıb apardı. Elnur mühərriki söndürdü. Uzaqda, iki dağın arasındakı yamacda pərakəndə halda ağzı bəri qaçışan insan qaraltıları gözə dəyir, aramsız atılan güllə səsləri eşidilirdi. Atan arxadakı qayalıqda gizlənmiş erməni yaraqlıları idi. Düşmən gülləsinə tuş gələn xocalılar yıxılır, ağır yaralananlar bir daha ayağa qalxa bilmir, yüngül yaralananlar güc-bəla dikəlir, havadan yapışırmış kimi əl-qol ata-ata, kimlərisə köməyə çağıra-çağıra təzədən qaçırdılar. Köməyə gedənlər yaralıları güllə yağışı altından birtəhər sürüyüb çıxartmağa çalışırdılar. Kənd sakinləri, mülki şəxslər igidlikdə, fədakarlıqda könüllü dəstələrin əsgərlərindən heç də geri qalmırdılar. Xocalı qaçqınları Elnurgilin böyür-başında, qayanın arxasında daldalananların arasında da az deyildi. Ac-susuz, yaralı, əyin-başı tökülüb-itən bu adamlar qarın altında, soyuqda güclə ayaq üstə dayansalar da, heç yana getmək istəmirdilər. Təzə gələn qaçqınları sorğu-suala tutur, ayrı düşdükləri, yolda itirdikləri doğmalarından, qohum-əqrəbalarından nəsə bir xəbər öyrənməyə çalışırdılar. Qışın qar-boranı ağır yaralıları, xəstələri, qocaları, körpələri keçib gəldikləri meşliklərdə, dağda-daşda dondurmuşdu. Növbəti qaçqın dəstəsi bir ailədən – qoca kişidən, qarıdan, gəlindən və bir oğlan uşağından ibarətdi. Əyin-başları şiltim-şiltim, üz-gözləri qan içindəydi. Meşədə, dağda-daşda kol-ko¬sun, daş-kəsəyin dağıtdığı yalın ayaqları şişib kötüyə dönmüşdü. Ağ saqqalı sırsıra bağlamış qoca onu da itirəcəyindən qor¬xurmuş kimi balaca nəvəsinin əlindən bərk yapışmışdı. Bayaqdan gözünü qarşıdakı yamacdan çəkməyən cavan bir gəlin adamları aralayaraq onlara yaxınlaşdı. Həyəcanla soruşdu: – Ay xocalılar, bəlkə, Əlifdən xəbəriniz ola?.. Nəvəsini təcili yardım maşınına mindirən qoca gəlinə sarı döndü. Zəif, xırıltılı səslə dedi: – Əlif sağdı. Düşmənlə döyüşür. – Özünüz gördünüz?.. – gəlinin səsi titrədi. Kişi saqqalını tərpətməklə təsdiqləsə də, gəlinin üzünə baxmamağa çalışdı. Gəlin Xocalı cəngavəri Əlif Hacıyevin xanımı idi. Fevralın 25-də rusların Xankəndindəki 366-cı motoatıcı alayı ilə birləşərək Xocalını bütün gecə iri çaplı silahlardan, qrad qurğularından, toplardan atəşə tutan, viran qoyan ermənilər səhərisi zirehli texnikanın müşayiəti ilə şəhərə soxulmuş, dinc əhalini qırmağa başlamışdılar. Əlif Xocalı aeroportunun komendantı idi. Düşmənə qalmasın deyə, son anda aeroportun dispetçer məntəqəsini partlatmış, kiçik dəstəsi ilə sağ qalan Xocalı sakinlərinin Ağdam istiqamətindəki təhlükəsiz əraziyə çıxmasına yardım etmişdi. Düşmənlə qeyri-bərabər döyüşdə Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev qəhrəmancasına şəhidliyə qovuşmuşdular. – Getdik irəli!.. Elnur birdən maşını işə salıb sürətlə yerindən tərpətdi. Qarşıdakı qəbiristanlığın alt tərəfindən dolanıb dağın döşü ilə ağzı yuxarı, qaçqınların gəldiyi yamaca dırmaşdı. Ermənilər onları güllə yağışı ilə qarşıladılar. – Saxla, neynirsən?.. – Məzahir həyəcanla Elnurun qolundan yapışdı. Elnur maşını geri döndərib saxlasa da, mühərriki söndürmədi. Xocalılar “Niva”nı görüb ona tərəf qaçdılar. Düşmən gülləsi onlardan neçəsini yerə sərdi. – Tez, tez gəlin!.. – Elnur maşının qapısını açıb onları tələsdirdi. Son anda düşmən gülləsi daha bir nəfəri də haqladı. Köməkləşərək yaralıları götürüb ağzı aşağı şığıdılar. Güllələr maşının gövdəsini deşik-deşik eləsə də, yaralıları təcili yardıma təhvil verib təzədən geri qayıtdılar. Canlarında əvvəlki qorxu-ürküdən əsər–əlamət qalmamışdı. Sanki şəhid olan qorxunun özüydü. Yalnız qaçqın və yaralıları düşmən gülləsindən qurtarmaq haqqında düşünürdülər. Üçüncü dəfə yaralıların dalınca gedəndə onlara mane olmağa çalışdılar. – Uşaqlar, daha bəsdi, – dedilər. – Baxın, maşın güllələrdən deşik–deşikdi. Elnur fikir vermədi. Sükan arxasına keçməyi ilə gözdən itməyi bir oldu. Dağın döşündə düşmən gülləsi maşının qabaq şüşəsini ciliklədi. Elə qızışmışdılar ki, bu da onları qorxut¬madı. İki yaralını götürüb geri dönəndə uzaqdan daha iki nəfərin əl-qol ata-ata onlara tərəf qaçdığını gördülər. El¬nurun gözləməyə səbri çatmadı. Maşını irəli sürüb onları da götürdü. Güllələrdən yayınmaq üçün sükanı o tərəf-bu tərəfə döndərdi¬yinə görə maşın dərə-təpəlikdə atılıb-düşür, hərdən az qalırdı sürüşüb böyrü üstə çevrilsin. İri bir daşın yanından ötəndə bağırtı eşitdilər. Ağır yaralıydı. Tərpənə bilmirdi. Elnur maşı¬nı saxlayıb arxaya verdi. Məzahir tez düşüb hıqqına-hıqqına onu yuxarı qaldırdı. Maşındakıların köməkliyi ilə yaralını qabaq oturacağa uzatdılar. Məzahir qapını bayırdan örtüb Elnura dedi: – Sən bunları apar, mən bu daşın dalında gözləyirəm. Aşağıda hamı həyəcanla onları izləyirdi. Birdən Elnurun qulağının dibində sanki bomba partladı, aləm gözündə qaraldı. Düşmən bayaqdan ona meydan oxuyan “Niva”nı qranatatanla vurmuşdu. Sağdan dəyən zərbə maşını dağıtmış, Elnuru huşsuz halda kənara atmışdı. Elnur bir də xəstəxanada ayıldı. Həkim onu gətirənlərdən soruşdu: – Bu da Xocalıdandı? – Əşi, fərqi nədi?.. – onlar əsəbiləşdilər. Kimsə kənardan dedi: – Bu gün bütün ağdamlılar, hamı xocalılıdı…
Yeri, göyü bürüdü ah, nalə səsi, o gün, Bir şəhər dağıdıldı, viran oldu, büsbütün, İgidlər candan keçdi, el üçün, Vətən üçün, Su yerinə axdı qan, o gecə Xocalıda.
Əsir qızlar, gəlinlər ağladı sübhə qədər, Al, qırmızı geyindi açılan qanlı səhər, Qalmadı o şəhərdə, qalmadı bircə nəfər, Alışdı ruh, yandı can, o gecə Xocalıda.
Diksindi dağ da, daş da, güllərin səsindən, Qan püskürdü bir an da ,dağların sinəsindən, Qaçan çıxa bilmədi, düşmən əhatəsindən, Quruldu qanı divan, o gecə Xocalıda.
Bir köməyi olmadı, bir arxası olmadı, Səsi ərşə ucaldı, daş üstə daş qalmadı, Göylər də bu haraya, haya nəzər salmadı, Kimsəsiz qaldı insan, o gecə Xocalıda.
Çapaladı, sızladı, sübhə qədər qız, gəlin, Qocalar fələklərə yalvarıb, açdı əlin, Kəsdilər körpələrin ana söyləyən dilin, Vermədilər bir aman , o gecə Xocalıda.
Xain qonşularımız arzu, kamına yetdi, Cəlladların qəlbində insaf, mürvət yox idi, Qarabağın açarı, qapısı əldən getdi, Toy, bayram etdi şeytan, o gecə Xocalıda.
Nahaq əli qılınclı, haqqın batmışdı səsi, Ölənlərin o gecə yox idi bir kimsəsi, Düşmən kəsib, tökürdü, düşünmədən hər kəsi, Yox idi ümid, güman, o gecə Xocalda.
Qar, şaxta bir tərəfdən, cəlladlar bir tərəfdən, Yox idi bir haraya, yox idi ,haya gələn, Güllələr dolu kimi yağırdı göydən, yerdən, Yolu tutmuşdu duman, o gecə Xocalıda.
Körpələrin naləsi göylərə ucalırdı, Bu ölümdən, bu qandan yağı ləzzət alırdı, Qradlar, alazanlar yurda lərzə salırdı, Çox oldu ölüb qalan, o gecə Xocalıda.
Qan içində boğuldu, Qarabağda bir şəhər, Dinib danışmaq olmur, boğur adamı qəhər, Köməyə yetişmədi, Bakı tutsa da, xəbər, Başladı qanlı talan, o gecə Xocalıda.
Əli yalın adamlar, qaldı düşmən əlində, Qeyrət heykələ döndü, Pənah xanın elində, Vətən kəlməsi dondu, bu millətin dilində, Ayaq açdı şər, yalan, o gecə Xocalıda.
Heç bilmirəm fələklər, o gecə hara baxdı, Qarabağın gözünün yaşı sel kimi axdı, Şəhid oldu bir şəhər, əsrin , günü bu vaxtı, Susdu vaxt, susdu zaman, o gecə Xocalıda.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Gülüm, küsmə məndən, ölərəm inan, Sənsiz yaşamağı öyrənməmişəm, Eşqinlə yaşayır bu ürək, bu can, Mən sənə həyatım, ömrüm demişəm.
Gündə bir sevdaya düşməz bu ürək, Hər gün səni deyir, səni düşünür, Bəxtimə yazılan, ey nazlı çiçək, Xəyalım sən gələn, yola döşənir.
Bənövşə ruhuma çöküb surətin, Baxışın qəlbimə, nur çacır hər gün. Bal kimi şirindi sözün söhbətin, Ürək bəsləyirəm mən sənin üçün,
Könül sarayımı bəzəyən nursan, Bahar nəfəsinlə əriyir qar, qış. Hər səhər, hər axşam halımı sorsan, Vallah yerə, göyə etmərəm qarğış.
Elə öyrətmisən özünə məni, Sənsiz dözə bilməz şair ürəyi. Necə də yaraşır, o gülüş sənə, Tanrının ən gözəl, nazlı mələyi.
Allah tək yaradıb səni dünyada, Üzündə cənnətin nişanəsi var. Sən Əziz Musanı, gəl atma oda, Bir soyuq baxışın, canımı alar.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri
QUBADLIMIN
=1988-ci ildə Qubadlıda bir dəfə də olmayan dostum Avasət məktubunda yazmışdı: “Qubadlıya gəlmək istəyirəm, Qubadlı gözəlmi?..”
Qubadlı gözəlmi?! – soruşan dostum, Bir başqa büsatı var Qubadlımın! Qışı da gözəldi, yazı da gözəl, Özün gəl, hüsnünü gör Qubadlımın!
Buludlar “Hərtiz”i, “Səngər”i öpür, Həkəri, Bərgüşad çağlayıb ötür. Tələs, əziz dostum, tez ayaq götür, Özünü çölünə vur Qubadlımın!
Dağlardan seyr eylə gen dərələri, Laləli, nərgizli biçənəkləri, Qalxıb bələnləri, aş gədikləri, Düzündə köhlənin yor Qubadlımın!
Bərabər baş çəkək biz oymaqlara, Dönək meşələrə, buz bulaqlara… Qulluq eyləmişik çox qonaqlara, Olmarıq gözündə xar Qubadlımın!
Mərdi-mərdanədir oğulu-qızı, İtirməz kəsdiyi çörəyi-duzu, Bizə qonaq gələn getməz narazı, Bal dadar qoynunda şor Qubadlımın!
Nəbisi, Həcəri dillər əzbəri, Bizlərin himnidir illərdən bəri. Dünyaya verdiyi şəxsiyyətləri, Ediblər adını car Qubadlımın!..
Gəl ki Əvəzoğlu sevinsin-gülsün, Sənin qulluğunda okivar dursun… Amma bir sözüm var, gözündən olsun, Kim baxsa hüsnünə xor Qubadlımın!! 1988
Böyük ümidlər bəslədik, Davadan çıxmış ölkəyə. Torpaqdan, sudan, atəşdən, Havadan çıxmış ölkəyə. Bu sitəmə dözən ərdi, – Arxa dərdi, həm ön dərdi. Məmləkəti kim döndərdi Yabadan çıxmış olkəyə. Bəxş eylədik oğulları, – Beş diplomlu o qulları… Məktəbləri, okulları “Hababam” çıxmış ölkəyə. Tox bəlli, dərd aca qaçar, Cavan məzlum, qoca naçar. Bataqlıqlar qucaq açar, Çabadan çıxmış ölkəyə. İstər ağla, istər sevin, Min qəsri var hər bir devin. Gəlin biz də deyək, “evin abadan” – çıxmış olkəyə…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
əl-əl axtarıram şəkillərimi, baxım görüm hansında daha gözəl düşmüşəm… baxım görümhardasaanama söykənmişəm?! marağımı qabardıbitirəm şəkillərdə… fikrim ilişib qalıbdünəndə-anamgildə… anamın şəkillərinə gözəldi, İlahi! anamın hörükləride harda gizlənibdi?hansı ildə, İlahi?! mən öz şəkillərimdənküsdüm bu gün bu başla… Tək sevincim dünəndə: “Anam məndən gözəl olub mən yaşda!”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Bir qış gecəsiyi…
Tutub əlindən
Getməyə dəyərdi buz donan gölə… Neynim ki, boz idi şəhər arzun da… Boz idi cibləri dəri gödəkçən, Boz idi qəssabın təpiklədiyi, Fevral soyuğunda üşüyən pişik…… elə utanıram neçə saatdı… Hardan oxumuşdum? Yenə unutdum… Buz donan o göldə ölən boz qumru, Bir tikə piy üçün döyülən pişik ,Cibləri yırtılan o boz gödəkçə;Sən demə… “Sevginin ölçülü mətnlərində”Sən idin…Mən idim…İkimizmişik…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
“Bu müqəddəs torpaqda Şəhidin qanı qaldı”. Müəllif.
Rəşadətli Azərbaycan Milli Ordusunun həqiqi hərbi xidmət hərbi qulluqçusu Qardaşımız Cəfərov İbrahim Şamil oğlunun müqəddəs xatirəsinə!
Nə qədər ki, ömrümüz hələ Sənə borcludu, Gərək biz də boylanaq zamanına, vaxtına. Vətən Ana kimidi, Anadan da əzizdi,- Şəhid olmaq hər kəsin yazılmayıb baxtına.
Bir orduya yazılıb xidmət etmək-şərəfdi, Səngərdə silah tutub, atəş açmaq-hünərdi. Tarix boyu müqəddəs amal qoruyur bizi, Koroğlu, Cavanşirlər Nigar ilə Həcərdi.
Qeyrətinə qurbanam, gözdə həsrət yağışı, Torpaq üçün canından keçən ŞƏHİDİM mənim! Yerin görünür bu gün doğma AĞSTAFAMIZDA, Müqəddəs torpağa and içən ŞƏHİDİM mənim!
Sən CƏNNƏTi qazandın hünərin, qeyrətinlə, Üçrəngli bayrağımız dalğalanır bizimçün. Qəlpələr, mərmilər də dağıdıb, tökür yeri, Bizə Sənə minnətdarıq bu qədər dözüm üçün.
Gözü yaşlı Anan da fəryad qoparır bu gün, İsmin İBRAHİM oldu, məramınsa döyüşmək. Deyirlər ki, torpağın altında da həyat var, Qismət olarmı, görən, Sənin ilə görüşmək?!
Ruhu, canı, qanıyla ömrün ən gənc çağında, Alov kimi eşqiylə dərdə yanan Şəhidim! Adın tarixə düşdü İBRAHİM ŞAMİL OĞLU, Cəbhədə, döyüşdə də tarix yazan Şəhidim!
ŞUŞA, LAÇIN, KƏLBƏCƏR qürur duyur Səninlə, Alınıbdı qisasın uyu torpaqda rahat! Dünya öz gərdişini dövrana əta etməz, Səni qaytaran deyil geriyə bir də həyat!
Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991-2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı(2017)[1], “İlin şairi” makafatı laureatı (2010), “Şərəf” ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir
Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011)[2] ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur — 2009” diplomu verilmişdir. 2016-cı ildəCəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[3
“…NƏRİMAN OLDUQCA HƏSSAS BİR ŞAİRDİR. O BİR QARTALIN UÇUŞUNDA, BİR LALƏNİN DURUŞUNDA, BİR KÖRPƏNİN BAXIŞINDA BÜTÜN KAİNATI, İCTİMAİ ALƏMİ VƏ MƏNA DOLU HƏYATIMIZI GÖRMƏK İSTƏYİR.”
MİR CƏLAL PAŞAYEV
Xalq yazıçısı
“…NƏRİMAN HƏSƏNZADƏ DÜNYADA GÖZƏLLİK, NƏCİBLİK, ZƏRİFLİK AXTARIR VƏ BUNLARI BƏZƏN OLMAYAN YERDƏ DƏ GÖRÜR, ÇÜNKİ GÖZƏLLİK VƏ ZƏRİFLİK BU ŞAİRİN SƏNƏT İDEALIDIR. O, YALNIZ BU İDEYA EŞQİNƏ YAZIB-YARADIR. BAX BUDUR ONUN NƏĞMƏLƏRİNİN BAŞ MOTİVİ.”
BƏXTİYAR VAHABZADƏ
Xalq şairi
“BÜTÜN MÜRACİƏTLƏRƏ MÜSBƏT CAVAB VERMƏK, ÇOX MÜŞKÜL MƏSƏLƏDİR. MÜTLƏQ KİMSƏ NARAZI QALACAQ. ANCAQ ÜÇ-DÖRD ADAM TANIYIRAM Kİ, BU MƏSƏLƏDƏ İSTİSNADIR. ONLARDAN BİRİ DƏ NƏRİMAN HƏSƏNZADƏDİR. ELƏ BİR ADAM TAPMAZSAN Kİ, NƏRİMAN MÜƏLLİM ONU NAÜMİD GERİ QAYTARSIN.”
ÇİNGİZ ABDULLAYEV
Xalq yazıçısı
“NƏRİMAN HƏSƏNZADƏ HAQQINDA DANIŞMAQ ÜMUMƏN MÜASİR AZƏRBAYCAN POEZİYASI HAQQINDA DANIŞMAQ DEMƏKDİR. ŞAİRLİK NƏRİMAN HƏSƏNZADƏNİN STİXİYASIDIR- O, TƏKCƏ ŞEİRİNDƏ, NƏSRİNDƏ, DRAMATURGİYASINDA, PUBLİSİSTİKASINDA DEYİL, ADİ MƏİŞƏTDƏ DƏ ŞAİRDİR, YAZANDA DA, YAZMAYANDA DA ŞAİRDİR…”
NİZAMİ CƏFƏROV
Əməkdar elm xadimi, professor
MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA SAF, XALİS LİRİKANIN YARADICILARI SIRASINDA NƏRİMAN HƏSƏNZADƏNİN XÜSUSİ YERİ VARDIR. ŞEİRLƏRİ TƏPƏDƏN DIRNAĞA QƏDƏR LİRİZM HADİSƏSİDİR. HƏTTA NƏRİMAN HƏSƏNZADƏNİN DANIŞIQ TƏRZİNDƏ DƏ LİRİK BİR HƏZİNLİK QABARIQ MÜŞAHİDƏ OLUNUR.
İSA HƏBİBBƏYLİ
Əməkdar elm xadimi, professor
ƏZİZ DOSTUMUN LİRİK DÜNYASI, TƏFƏKKÜR ASİMANI ÜMMANDIR VƏ HEÇ VAXT TÜKƏNƏN DEYİL.
…
SADƏCƏ ŞAİR DOSTUMA DEYİRƏM: NƏRİMAN MÜƏLLİM, 80-90 NƏDİR Kİ… SƏNİN BƏŞƏRİ POEZİYAN MİN İLLƏR BOYU AZƏRBAYCAN POEZİYA KƏHKƏŞANINDA ƏN PARLAQ ULDUZLARDAN BİRİ OLACAQ.
MUSA QULUZADƏ
nasir, dramaturq
UZUN MÜDDƏTLİ MÜALİCƏDƏN SONRA BAKIYA QAYIDAN GÜNÜ MƏNİ AEROPORTDAN EVƏ APARAN AVTOMOBİLİN RADİOSU İLƏ ŞAİR NƏRİMAN HƏSƏNZADƏNİN SÖZLƏRİNƏ YAZILMIŞ “MƏNİM DÜNYAM” MAHNISI SƏSLƏNİRDİ. MAHNI MƏNİ BƏRK KÖVRƏLTDİ. HEÇ VAXT BELƏ OLMAMIŞDIM. SANKİ DÜNYAYA İKİNCİ DƏFƏ GƏLMİŞDİM.
…NƏRİMAN İSTEDADLI ŞAİRDİR. ONUN YARADICILIĞI TƏRİFƏ LAYİQDİR.
MƏMMƏD ARAZ
Xalq şairi
MÖVZU MÜXTƏLİFLİYİ, İNSAN ARZULARININ, CƏMİYYƏT HƏYATININ VƏ ZƏMANƏNİN ÇOXCƏHƏTLİ, ZƏNGİN BOYALARLA İŞLƏNMƏSİ HƏR BİR POETİK ƏSƏRİN MƏZİYYƏTİDİR. NƏRİMAN HƏSƏNZADƏNİN POEZİYASI BU CƏHƏTDƏN DƏ OXUCUDA DƏRİN MARAQ OYADAN POEZİYADIR. İDEALA, GÖZƏLLİYƏ, MƏNƏVİ SAFLIĞA SADİQ OLAN İNSANLIQ VƏ VƏTƏNDAŞLIQ HİSSLƏRİNİ ŞEİRLƏRİNİN CANINA, RUHUNA HOPDURAN BU ŞAİR DAİMA AXTARIŞDADIR, ONUN POETİK FİKRİ YORULMAQ BİLMİR, OXUCUYA ARASIKƏSİLMƏDƏN YENİ ƏSƏRLƏR TƏQDİM EDİR.
MİRZƏ İBRAHİMOV
Xalq yazıçısı
NƏRİMAN HƏSƏNZADƏ FİKİR VƏ MƏNA ŞAİRİDİR… HƏYATDA SON DƏRƏCƏ ZƏRİF, İNCƏ, HƏSSAS VƏ BƏZƏN HƏDDİNDƏN ARTIQ HƏLİM, YUMŞAQ TANIDIĞIMIZ NƏRİMAN HƏSƏNZADƏ BƏDİİ YARADICILIQ ALƏMİNDƏ KOMPROMİS TANIMIR. O, SON DƏRƏCƏ MƏRD VƏ PRİNSİPİALDI…
Ürəyim ananı istəyir, qızım, sən yaşa dünyada qəmsiz, kədərsiz. Bir səs qulağıma döz deyir, qızım, Mən dözdüm, yaş ötdü məndən xəbərsiz.
Qaşlarım qaradı, saçlarım ağdı, təbiət şəklimi çəkir yenidən. Hamı bu dünyada qocalacaqdı amma tək qocalmaq dərd verir hərdən.
“Dağlar” deyə-deyə mən dağ şamışam, Hanı tale dostum, ürəkdən gülən?! Dünyada yaşayıb dünyalaşmışam, dünyayla düz gəlmir daha mən deyən.
Daddım acısını şirin həyatın, Hələ bu acıdan doyan olmayıb. Qızım, qardaşınla sən olmasayadın,- deyərdim, dünyada ana olmayıb.
Mən işdən çıxanda eybi yox,-dedim,- dəyirman dünyadı, çarxa düşmüşəm. Özümünkü bilib fəxr elədiyim, arxadan vuranda arxa düşmüşm.
Mən qisas almadım yaşadı düşmən, ilhamda, sənətdə axırdaydılar. Qisası aldım mən yalnız özümdən,- böyüklər də gördüm, çox xırdaydılar, ilhamda, sənətdə axırdaydılar.
Daha yaş artdıqca, səbrim azalır, yaş yaşdı… neyləsən yaş əyir, qızım. Qadınsız-ata da anasız qalır, ürəyim ananı istəyir, qızım,
MƏN
Kimsə salam verdi mənə rəhm ilə, Allahın nə yazıq bəndəsiyəm mən. Tüstüsüz yandım mən odlar içində, təndirin küt gedən kündəsiyəm mən.
Məndən inciməsin dostlar, tanışlar, daha yadlaşıbdı doğma baxışlar. Ey əsən küləklər, yağan yağışlar, tökülün üstümə dözəsiyəm mən.
Yatır süfrəmizə çörək gətirən, ailə yükünü təkcə götürən, Mən boynu büküyəm, o köks ötürən, Yeganə arxası, kimsəsiəym mən.
Qadındır hər evin isti nəfəsi, qadın anadırsa-yoxdur əvəzi. Ağırdı ananın ağır xəstəsi. atayam, ananın xəstəsiəym mən. Bəlkə bədbəxtlərin təzəsiəym mən.
AY HƏKİM
Ağzın bəd xəbərə açıldı sənin, Sonra necə güldün, necə, ay həkim. Səsin ürəyimə sancıldı sənin, Həkimlik buydumu səncə, ay həkim.
Sən güldün, yanında ssusub ağladım, Yenə ümidimi sənə bağladım. Sağ ikən insana mən yas saxladım, Verdin əməyimi heçə, ay həkim.
Bir qapı bağladın, yüz qapı açdım, Qızışn soyuğunda ölkə dolaşdım. Həkimin əlindən həkimə qaçdım, Hanı diplomuyun gücü, ay həkim.
Xəstənin yaleyi ilgəkdi pünhan, Həkimin əlləri düymə bağlayan. Sən bir qəbristanlıq insan qırmısan, Bir elmi dərəcə üçün, ay həkim.
Qəbula gələndə bivaxt düşmüşəm, Bu evdən-eşikdən uzaq düşmüşəm. Mən sənin əlindən qaçaq düşmüşəm, Həkimləri seçə-seçə, ay həkim, Şəhər-şəhər, küçə-küçə, ay həkim.
QOYMARAM
Gedin deyin Xançobana, Gəlməsin bu il Muğana. Muğan batıb nahaq qana apardı sellər Saranı. bir gülər üzlü balanı.. Nəbati
Dözmün azalıb, nə olub yenə, Belə görməmişdim, ay Sara, səni. Oxuma yanımda qəm mahnısını, Qoymaram bu ellər apara səni, Özüm aparacam gör hara, səni.
Yenə bir çəməndə süfrə açarıq, Yemlik yığa-yığa arxı aşarıq. Bir az qocalmışıq, cavanlaşarıq. Bir az dincələrik bulaqlar üstə, Quşlar mahnı deyər budaqlar üstə.
Biz ömür sürümüşük ləyaqət ilə, Biz həyat görmüşük nə minnət ilə. Ev-eşik qurumuşuq əziyyət ilə, Bir-bir daş üstünə biz daş qoymuşuq, Bir halal yastığa biz baş qoymuşuq.
Axşam teatrda qoşa oturaq, Gündüz artistlərə şən məclis quraq, Hələ “Pompey” durur, biz də bərk duraq, Onu bu səhnədə görək, ay Sara, Bir az səbrin olsun gərək, ay Sara.
Hələ nə görmüşük biz bu dünyada, Quş havada yaşar, balıq dəryada. Yağışlar, küləklər döyüb səhrada, Dünya düzəngahmış, heç bilməmşəm, Sənə sıığınmışam, Sara dümişəm.
Dözmün azalıb, həyatım mənim, Belə görməmişdim, ay Sara, səni. Oxuma yanımda qəm mahnısını, Qoymaram bu ellər apara səni, Özüm aparacam dağlara, səni.
* * *
Yuxun qaçdı evdə yata bilmədin, torpaqda yat, torpaq quzum, a laylay. Gizli-gizli ufuldadın, inlədin, Oyaq qalan yuxusuzum, a laylay.
Güzgü kimi zərif idi gül üzün, insafdımı torpaq altda çürüsün?! Duman gəlsin qəbristanı bürüsün, duman sənə örpək olsun, a laylay, Torpaq sənə döşək olsun, a laylay.
Yanımdaydın, yaşayırdıq bir babat, yuxularda gah doğmasan, gah da yad. Ayılıram-nə sən varsan, nə həyat. Yuxularda görüşənim, a laylay. Yaxın ikən gen düşənim, a laylay.
Laylay dedim,beşik dedim məzara, daş gətirdik, saldıq səni hasara. Ha yalvardım, ha çağırdım ay Sa…ra!.. Darıxanda həyanımız, a laylay, Ayrı düşən ünvanımız, a laylay.
DAŞI SEVMƏLİYİK BİZ İNDƏN BELƏ
Gül gətirdim, çiçək qoydum üstünə, Gül sənindi, yer sənindi, sən mənim. Sara
Yenə qəbristana düşübdü yolum, Daş yonur, qum tökür burda ustalar. Anana baş daşı qoyurlar oğlum, Səndən xatirədi məndən yadigar
Oğlundan,ərindən… Son borcumuzdu, Qalan borclarımız bir yan qalsın. O, həyat aşiqi, o, yer qızıydı, Qoy ondan yer üstə nişanə qalsın.
Həyatda bir sirr var, inan, ay oğul, Bu sirr açılmayıb qədimdən belə. Daşdan yonulubdu anan, ay oğul, Daşı sevməliyik biz indən belə.
Nə deyim, sağ olsun heykəltəraşı, Gör necədüz verib o gözü, qaşı. Saçları örpəyin altından çıxıb, Tək nəfəs verməyi yadından çıxıb.
Bu sirdi, gör necə dəyişir insan, tanınır, tanınmır… yaxşı bax, oğlum. Mənim daş qadınım, sənin daş anan Bizi qoymayacaq daşlaşaq, oğlum.
MƏNİM NİGAHIMI POZDU TƏBİƏT
Mənim nigahımı pozdu təbiət, Köklədi simləri xeyir-şər üstə. Sənə-məzar boyda yeraltı zülmət, Qurulu ev qoydu mənə yer üstə.
Beləcə ayırdı o, payımızı, Pozdu bu qanuni nigahımızı. Qoruya-qoruya saxladığımız, Axırda nə oldu?-adi bir kağız.
Arada ağlayan bir məhəbbətdir, Yastığöın müqəddəs, yerin müqəddəs. Dövlət vəsiqəsi rəsmi sənəddir. Möhürü, imzası bir şeyə dəyməz
Son mənzil deyirlər, mən orda gördüm, Nədir sənlə gedib, sənsiz qayıtmaq. Kağızı qorudum, səni itirdim, İndi səni məndən qoruyur torpaq….
FAMİLİMLƏ ÜZ-ÜZƏ
Qəbirlərin içində Sadə bir qəbir sənin. Familim mənimkidir, Ad sənin, ömür sənin. Nə uşaqlar var idi, nə indiki vəzifəm, nə evim, nə ünvanım, nə indiki ad-sanım. Kəbin kağızımıza Yazıldın iki oldum. Ancaq səninki oldum. Indi sənin yanında Səni haraylayıram. Familimlə üz-üzə Dayanıb ağayıram, Səni haraylayıram.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Dərdimin yorğanı qalın, Çək üstümə, üşüyürəm. Arzularım ayaqyalın, Daşımaqdan tövşüyürəm. Xırda-xırda səpələdim, İçimə haqqın qanını. Üzümə tutub gedirəm, Düzüb qoşduğum yalanı. Fikirlərim qalıb çıplaq, İçimdə sözüm talanır. Düşüncələrim od tutur, Qəlbimdə dözüm talanır. Ömür sayım yarpaq-yarpaq, Xəzəl olub can üşüdür. Ruhum gəzir sınıq-salxaq, Harayımı kim eşidir. Qara kağızda ağ yalan, Vətən, vətən dilək açır. Haqsızlığa qalxan əllər, Hər yetənə bələk açır.
Hər övladın ruhunda bir sən yaşayır, Azərbaycan! Kimsə Səni öldürəmməz! Anamızın laylaları qəlbimizə sən daşıyır, Azərbaycan! Arxamızda qorxusundan hiylə quran çoxu olar. Üzümüzə bildirəmməz!!! Ulu Turan nəzəri var Ordumuzun üzərində, Haqqa sevgi yatır qız və oğlumuzun ürəyində. Şükür kiçik övladınla “Könül -Canla” bütövləşdi. Sonbeşiyin üşümədi daha bu qış. Azərbaycan! Qaldı böyük övladların uzaqlarda, Həsrət dolu küskün baxış, Azərbaycan! Yad nəfəslər əridəmməz “ana” qədər, Donan qəlbin buz qatını. Milyon-milyon cəhdlər edər sona qədər. Ana kimi kim düşünər övladının həyatını?! Yavaş-yavaş yayıldıqca məhəbbətin qoxuları, Uçacaqdır məhəbbətə övladların yuxuları. Səbrli ol, Azərbaycan, Sən Turansan, sən Türksən! Sən igidsən, yenilməzsən, əzəmətli,Böyüksən!
Küsüb getsəm darıxmaqdan hal olmaz.Elə bilmə mənsizliyə dözərsən,Fikir səni çəkər hər gün qoynuna,Ağlın itər, dəli kimi gəzərsən.Hicranımı ürəyinə əkərəmGənclik kimi bir də geri dönmərəm.Xəyalımı gözlərinə çəkərəm,Lal baxaram güzgülərdə, dinmərəm.Ruhum gəzər ayaqyalın qəlbində,Bəlkə izi gözlərinə görünər.Ürəyimi kölgə edib yollaram,Qara-qara sən getdikcə sürünər.Pəncərəni döyəcləyər xəyalım,Səs salanı yağış, külək sanarsanOtağında pərdələrin tərpənər.Külqabından kötük düşər, yanarsan.Mənsizliyin əzabı var dağ kimi,Ağırlığı yerə,göyə sığışmaz.Ürəyindən uçulsa eşq məbədi,Arzuların bir də ora yığışmaz.Çəməngözlüm, mənsiz xəyal qurma heç.Qırılanda toplayanın tək mənəm.Sevilirsən, ürəyini rahat tut,Hara getsəm dönəcəyəm, mən sənəm.
Çiçək, çiçək arzulara qoşulub,Yaza qədər yaşayırıq qış ömrü.Bir baxırıq qapıdadır qocalıq,Itiririk, sərf edirik boş ömrü.Plan cızıb, saat qurub yatırıq,Nələrəsə zamanında çatırıq,Ruhumuzu bir kənara atırıq,Nəm götürür, daşıyırıq yaş ömrü.
Hər övladın ruhunda bir sən yaşayır, Azərbaycan! Kimsə Səni öldürəmməz! Anamızın laylaları qəlbimizə sən daşıyır, Azərbaycan! Arxamızda qorxusundan hiylə quran çoxu olar. Üzümüzə bildirəmməz!!! Ulu Turan nəzəri var Ordumuzun üzərində, Haqqa sevgi yatır qız və oğlumuzun ürəyində. Şükür kiçik övladınla “Könül -Canla” bütövləşdi. Sonbeşiyin üşümədi daha bu qış. Azərbaycan! Qaldı böyük övladların uzaqlarda, Həsrət dolu küskün baxış, Azərbaycan! Yad nəfəslər əridəmməz “ana” qədər, Donan qəlbin buz qatını. Milyon-milyon cəhdlər edər sona qədər. Ana kimi kim düşünər övladının həyatını?! Yavaş-yavaş yayıldıqca məhəbbətin qoxuları, Uçacaqdır məhəbbətə övladların yuxuları. Səbrli ol, Azərbaycan, Sən Turansan, sən Türksən! Sən igidsən, yenilməzsən, əzəmətli,Böyüksən!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Biri var idi, biri yox idi, bir balaca siçan balası vardı. Bu siçan balasına anası hər gün yaxınlıqdakı böyük evdən pendir qırıntıları, çörək ovxantıları gətirirdi. Anası danışırdı ki, böyük evdə yaşayan balaca oğlan səhər yeməyi zamanı pendiri dırnaqlarıyla didməyi, çörəyi ovcunda ovxalamağı çox sevir. Nə qədər anası danlasa da, o, bu vərdişindən əl çəkmir. Həmişə də söhbətin bu yerində siçan balası anasından soruşardı: – O balaca oğlanı anası niyə danlayır? Axı, o, pendiri didməsə, çörəyi ovxalamasa, mən ac qalaram… Anası da gülümsəyir, onun başına sığal çəkir, deyirdi: – Əziz balam, hələ böyü… Sənə o qədər gözəl giləmeyvələr, meyvələr, dadlı tərəvəzlər gətirəcəyəm ki… – Balaca, ağ göbələklər kimi? – Hə, mənim balam. Balaca ağ göbələklər kimi. Bir az böyü, özün çıxıb yemək axtaracaqsan. Anası belə deyəndə siçan balası böyümək üçün çox tələsirdi…. …Günlərin bir günü siçan balası möhkəm acmışdı. O qədər acmışdı ki, anasını gözləməyə səbri çatmadı, yuvadan eşiyə çıxdı. Çıxan kimi gözlərinə yuvanın başı üstündə sallanan yaşıl budaq, budaqdakı uzunsov, qırmızı giləmeyvələr sataşdı. Balaca siçan indiyədək bu giləmeyvələri görmədiyinə təəccübləndi. Yüyürək özünü budağın yanına çatdırdı və dişlərini qırmızı giləmeyvələrdən birinə batırdı. Adını bilmədiyi giləmeyvə həm acı, həm də turş idi. Siçan balası ağzındakı tikəsini uda bilmədi, üz-gözünü turşudub birtəhər yerə tüpürdü. Ağzındakı tam yox olmurdu. Burnunu üçyarpaqlı yoncalara, qaymaqçiçəklərinə sürtə-sürtə bir az daha böyük evə tərəf getdi. Bu dəfə də qarşısına taxta çəpərin o üzündən bəri sallanmış, tikanlı və üstündə qırmızı, qara giləmeyvələri olan bir budaq çıxdı. Siçan balası ehtiyatla başını qaldırıb giləmeyvələrə baxdı. Qaralan giləmeyvələr elə də qəşəng görünmürdü. Amma, qırmızı giləmeyvələr… – Mmmm…Ciyyy… Siçan balasının dişləri qamaşdı, ağzındakı acı-turş tamı unudub özünü qırmızı giləmeyvəyə çatdırdı. Bir dişləm aldı, udmamış ikinci dişləm də gəldi. Siçan balası az qaldı ki, boğulsun. Başını torpağa sürtə-sürtə ağzındakını yenə tüpürdü. Qırmızı meyvələr o qədər turş idi ki, siçan balası heç çeynəyə də bilmədi. Kefi pozulan, mədəsi acından get-gedə daha bərk quruldayan siçan balası bu dəfə daha sürətli qaçmağa başladı. Özünə söz verdi ki, bir də heç bir budağa yaxınlaşmayacaq. İri ağac kötüyünün başına hərlənib o üzə keçən kimi qarşısına iri, üstündə ağ xalları olan qırmızı bir papaq çıxdı. Siçan balası gülümsədi, bunun nə olduğunu bilirdi. Bu, göbələk idi. Anasının gətirdiyi balaca, ağ göbələkləri xatırladı. Elə dadlı olurdu ki o balaca göbələklər… Siçan balası sevincək iri göbələyə yaxınlaşdı. Bu dəfə dişini yox, balaca caynaqlarını işə saldı. İstəyirdi ki, göbələyin papağından özünə iri bir pay bölüb götürsün, gözlərinə acı, yaşılımtıl tüstü doldu. Tüstünün hardan gəldiyini öyrənmək üçün yaşaran gözlərini ətrafa zillədi. Birdən gördü ki, bu acı tüstü göbələyin papağından, onun caynaqlarını batırdığı yerdən çıxır. Siçan balası göbələkdən uzaqlaşmaq üçün səmti də seçə bilmədi. Gözlərini gah bərk-bərk yumur, gah açıb ətrafa baxır, gah da əlinə keçən yarpaqlarla gözlərinin yaşını silməyə çalışırdı. Bu minvalla nə qədər getdiyini bilmədi, birdən nəyəsə dəyib dayandı. Burnuna tanış qoxu gəlirdi. Yavaş-yavaş gözlərini açdı. Qarşısında iri, yumru, sarı bir meyvə vardı. Deyəsən, hansısa ağacdan qopub yerə düşmüşdü. Siçan balası meyvədən gələn ətri doyunca ciyərlərinə çəkdi. O, bu ətri tanıyırdı, amma meyvənin adını yadına sala bilmədi. Gözünün acışması da, ağzındakı turş-acı tam da yadından çıxdı. Yadında qalan təkcə mədəsindən ara-sıra eşidilən qurultuydu. Siçan balası ağzını geniş açıb dişlərini meyvəyə batırdı… Yenə bir dişlək… İki dişlək…Üç dişlək… Çox dadlıydı bu meyvə. Elə dadlıydı ki… Yeyə-yeyə yenə meyvənin adını yadına salmaq istəyirdi. Amma yadına düşmürdü. Beləcə, siçan balasının qarnı doydu və o, hər dişləkdə bir az daha içinə girdiyi meyvənin içindəcə yumrulanıb yuxuya getdi. Anasının səsini eşidib oyananda günün isti vaxtıydı. Sən demə, anası evə gedib, balasını tapmayıbmış. Yuvanın yaxınlığındakı cırcıramalardan, çəməndəki uğur böcəklərindən, qaymaqçiçəklərinin başına fırlanan arılardan, ağacdakı dələlərdən soruşa-soruşa gəlib balasını tapıb. Anasını görən siçan balası çox sevindi, başına gələnləri anasına danışdı. Anası da yuvaya gedə-gedə ona hər şeyi başa salırdı. İlk rast gəldiyi giləmeyvə itburnuymuş, onun meyvəsini ancaq payızda, yumşalandan, şirinləşəndən sonra yemək olurmuş. Qırmızılı- qaralı giləmeyvələrin adı böyürtkən imiş. Anasının dediyinə görə, böyürtkənlər yetişəndə qaralır. Qara böyürtkənlər şirin, şirəli və doyumlu olur. Siçan balası isə qırmızı, yetişməmiş böyürtkənləri dişləmişdi. Qırmızı göbələklər də zəhərli olurmuş. Ona görə onları yeyən olmur, yekəlib lap yekə olurlar. Yeməli ağ göbələklərsə lap balaca vaxtından yeyildiyinə görə yekələ bilmirlər. – Bəs məni doyduran nə idi, ana? – Almadı, mənim balam. Sən axı almanı tanıyırsan. Yadına gəlir, qışda sənə böyük evdən alma qaxı da gətirirdim? Siçan balası gülümsədi: – Hə… İndi yadıma düşdü, ana. Beləcə, ana-bala gülə-gülə, sevinə-sevinə yuvalarına çatdılar. Və siçan balası anasına söz verdi ki, bir də ondan icazəsiz yuvadan çıxmayacaq, hər əlinə keçəni də yeməyə çalışmayacaq.
Çırpınırdı Qara dəniz Baxıb Türkün bayrağına! “Ah!…” deyərdim, heç ölməzdim Düşə bilsəm ayağına. Ayrı düşmüş dost elindən, İllər var ki, çarpar sinən!.. Vəfalıdır gəldi, gedən, Yol vər Türkün bayrağına!
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
Sözlərlə rəqs edən şair
Bu dünyanın sözə həsrət səhra üzündə, təşnə söz aşiqlərinin ürəyinə su səpəcək biri var. Viləş çayı kimidir onun hər sözü, səssiz də axar, çağlayar da… Kim bilir, bəlkə elə Viləş çayı özü də kiminsə göz yaşlarından yaranıb, hər açıq yarada bir az daha qaynayır. Hər qaynadıqca da sözlərlə rəqs edən bir qız gəlir dünyaya – Viləşi özünə ad seçib, hər sözündə yenidən doğulan bir qız.
Qəpiyi əlində uşaq kimiyəm,
Hər dərdə, azara daxılın açan.
Bilirəm, haçansa, çıxıb gedəcək,
Bir zaman yüyürüb yanıma qaçan…
Gülə-gülə dərd çəkənlərin, sığalı yerinə düşməyənlərin, gecikmiş sillələrin sözçüsüdür bu söz adamı.
Nələr yaşayırsan, nələr görürsən,
Adam gülə-gülə dərd çəkə bilər.
Yüz sığal illərlə yerinə düşməz,
Bir sillə yüz il də gecikə bilər…
Bir qadının harayında milyon qadının nisgilini daşımaq… Söz, bax budur!
Söz “Könül pıçıltısı”dır (2004). Bir ömrün 19-da yaşanmamış yaşanacaqların şeiri sevən ruhlara su səsi kimi ahəstə axıb tökülməsidir. Söz, “Çiçək nəğməsi”dir (2006), bir dəstə çiçəyin bir həzin bəstəyə çevrilib könül gözüylə duyanlara oxunmasıdır. Söz, “Salam, Tanrım” (2008) deməkdir, Allahın ətəyinə sığınanda dilində dualar, gözündə yaşlarla Yaradana baş əyməkdir. Söz, “25 Nar çubuğudur” (2010), 25-ci baharda düşmən gözü dağlamağa ömürdə dəstələnən 25 igiddir. Söz “Söyüd balası”dır (2012) – “söyüd bar verməz” deyənləri söyüd balalarının sözləriylə ittiham etməkdir. Söz başqa şeydir Afət Viləşsoy üçün…
Çətindir, bir gözlə qadın daşıyıb,
O biri göz ilə yuxuya getmək,
Ağırdır, içində ağılar deyib,
Yatağa oxuya-oxuya getmək…
O, sözü demir, rəqs edir sözlərlə. Sevgilisi kimi, aşiqi kimi, lap elə doğma balası kimi sözə sarılıb sözlə rəqs edən, sözlərini gözlərindən asan biridir o qız – Afət Viləşsoy. Kədəri belə elə gözəl ritmik ifadə edir ki, az qalırsan qol götürüb doya-doya ağlayasan kədərinə.
Əllərim yad əldən sığal almasın,
Saçlarım bir qızdan geri qalmasın,
Dünya mənsiz olsun, sənsiz olmasın,
Doğ məni dünyaya, doğ addım-addım.
Bu qızın sözləri insanı özündən alır və yer üzünün fövqündə bir yerdə səyahətə çıxarır. Əslində, bu dünyada yaşamır “onun içindəki adam”. Hər qələmi əlinə alanda bu dünyada olmur Afət, “Salam, Tanrım” deməyə gedir. Başına yığır boynubükük söyüd balalarını… və bir söyüdün altında görüşür özüylə.
Salxımlanıb qara gözün yuxusu,
Saçlarında yad sığalın qoxusu,
Səsi titrək, qəlbikövrək bir qızın
Bu söyüdün altı görüş yeridir.
Sözü özündən əvvəl doğulub Viləş qızının. Allah onu yer üzünə söz adamı göndərib. Öz ruhani nəfəsindən ürəyinə, duyğusuna pay verib. Sözlə hər rəqs edəndə Allahın bir istəyini çatdırır o yer üzünə.
Yaram qaysaq tutub, yaram köz tutub,
Üzsüz adamlardan üzüm üz tutub,
Mənim doğulandan dilim söz tutub,
Doğrunu deməkdən yorulmamışam.
Hər şair kimi onun da gözləri qəlbinə aynadır. Yaşamış kimi görünüb də yaşaya bilmədiklərinin üsyanını daşıyır gözlərində, sehrə dönən sözlərini məktub edib bir şeir qanadında anasına yollayır.
Anama məktub Ana, qadan alım, bir daha doğma. Sənin doğduqların mənə oxşayır. Mənim gördüklərim Allahsız qalıb, Şeytana oxşayır, cinə oxşayır.
Sən güclü qadınsan, ağrını alım, Qayıtsan keçmişə, məni də qaytar, Allah əmanəti, göy əmanəti, Məni bir dəfəlik geriyə qaytar.
Harda zillət olur-cərgədə adım, Unudub sevinci, şadlığı yadım, Mən şeir doğuram, sən şair qadın, Ana, qadan alım, bir daha doğma.
Əslində başqa bir şeydir, söz deyil onun dediyi. Hələ oxunmamış nəğmədir bəlkə də. Bəlkə də səssiz-səssiz fəryad qoparan bir qadının qulaqları kar edən sükutudur.
Bu qadın daşdandı-dözənə dəymə…
Əlini qaldırıb süzənə dəymə,
O yanda Afətin gözünə dəymə,
Afətin dərdini bu yandan soruş.
Sən yenə sözlərinlə rəqs et, sözün qutsal qadını, biz yer adamları sevə-sevə ruhumuzu doyuraq.
Sözardı: Sözün doğduğu, sözü doğan qadın… Sən doğduğun şeirlərdə, sözlər sənin taleyində yaşayır. Səni ən yaxından tanıyan adam kimi, sözlərinin vurğunu olan bir oxucun kimi deyirəm ki, hər şey yaxşı olacaq, Sarı gəlin!
Nədir gözlərində bu məlul baxış?!
Vurursan qəlbimə daş, Sarı Gəlin.
Allah, gözlərində bulud lay tutub,
Az qalır sellənə yaş, Sarı Gəlin!
Sənə – Sarı Gəlinə ürəyimdən keçən dost sözlərimdir bunlar. Gözlərin gülsün, Afətim. Yerdə yaşayan Göy Tanrının övladı. Yeni yaşın qutlu olsun!
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
Körpəm
Oturub önümdə muncuq gözlərində həyat işığı Çiçəklərdən daha gözəl bir körpə. Baxır minbir sualla, Kədər çökmüş üzümə. Gizlətməyə çalışsam, alınarmı?! Bilmirəm…
Baxıb üzündəki məsum suala, Çalışıram az da olsa gülməyə, İnanmadın bilirəm, inanma, körpəm… Ağrılar asanca yox olub getmir, Böyüyüncə sən də öyrənəcəksən…
Gizlədə bilmirəm indi gözümü, Mənim kədərimə şahid olursan… Dilim susa bilər… ruhum kirimir. Tələsmə böyüməyə Uşaq qal, körpəm, Böyümək həmişə sevinc gətirmir…
Tanrıdan bir dilək haqqım olsaydı əgər, Yəqin bu dünyadan qəmi alardım… Yığıb xoş anları, xoşbəxt günləri, Körpə əllərinə bağışlayardım…
İndi ağrıları sıxıb dişimə, Üzünə dodaqla gülümsəyirəm. Gözlərim gülmədi bunu bilirsən, Bilirsən və qarşılıq vermirsən körpəm… Gül körpəm, qəhqəhələrin dünyaya dönsün, gül ki, gülüşlərin dərman kimidi… gül ki, mənim yorulmuş ruhum, bəlkə gözlərinə baxıb kiridi…
11.05.2018
***
Çoxmu maraqlıdır səndən sonra nəyim var?! Qarışıq yuxularım var, çılğın səksəkələrim. Yollarda ilişib qalan yorğun baxışlarım var, yerli-yersiz uşaqca ümidlərim.
Çoxmu maraqlıdır səndən sonra necədi həyat?! Dumanlı səhərlər var, yağışlı günlər Şəhərin üstünü almış qara buludlar. Fikirli başlayan mənasız günlər, Birdə səni xəyal edən üzgün axşamlar.
2015
Çıxıb getmək var… bacarsan
Çıxıb getmək var bir də
Ətrin hopmuş bu şəhərdən.
Həsrətli baxışları
yığıb küncdən, bucaqdan
kimsəsiz döngələrdən.
Sıxmaq var susqunluğu
Dişlərində qəhərdən.
Çıxıb getmək var bir də
bu şəhərdən,
Gedə bilsən…
Çıxıb getmək var
səndən,
Sənə bağlı xatirələrdən.
Ömür dediyin uzun deyil,
Düşüncənin bir yerində
bütün bağlar qırılır…
Yenidən sevmək üçün
gücü yetmir ürəyin
qopub səndən, özündən
yeni liman axtarsın…
Çıxıb getmək var,
amma
getməyin də növü var.
Unudulmaq itkidir,
Unutmaqsa intihar!
Çıxıb getmək var,
Çıxıb getmək… bacarsan.
2015-2018
Tənhalar
Kimsəsiz bir adadır,
Bu dünyada tənhalar.
Sağı-solu sevgidi.
Sevgiyə addım atmaq,
Tənhalığa ölümdü.
Mübarizə istəyir,
Yeni ömrə başlamaq.
Kimsəsiz bir adadır,
Bu dünyada tənhalar.
Sağı-solu sevgidi.
Sevgi bəzən qazancdır,
Sevgi bəzən itkidir…
Bu dünyada sevginin
Çoxluğu da qorxudu.
İnsan bəzən lap elə
Sevgidən də boğulur…
04.05.2018
Sən yağış deyilsən ki?!
Yenə yağış yağır,
Sən düşürsən yadıma.
“Necəsən, əzizim?
Bayırda deyilsən ki?!”
Yenə yağış yağır,
Bürünüb plaşıma,
Səni düşünürəm…
Görəsən, sənə soyuq deyil ki?
Yenə yağış yağır,
Yadıma, yaddaşıma.
Yağışdan qoxun gəlir,
Sən yağış deyilsən ki?!
06.06.2016
Nağıl
Nağıl kimi olacaq hər şey…
bu nağılın sonunda
göydən düşən üç alma yenə sənin olacaq…
Mənsə namərd ipiylə,
Gözəl qızları əsir saxlayan
Divlərin quyusuna enəcəyəm.
bu müdhiş nağıllarda
bütün gözəl qızları divlər aparır…
Bu nağıl məhəbbətdə
ümidlərin canı şüşədə olur.
Mənə qalan bu nağıldan
saxlamağa çalışdığım bir şüşə ümid,
bir də
kəsilmiş kədərli iplər olacaq.
Yaxşı ki nağıllar insaflı olur,
bütün qaranlıqların sonu səhərdi.
Mən də bu nağılın “qurbanı” kimi,
Bir Simurq quşunu gözləyəcəyəm…
Üzülmə nağıl adamı,
sonu nə olur olsun
bu qorxulu nağılda
üç alma irəlisən…
13.07.2018
Tanrım
Yorğun ürəyimi də götürüb,
hüzuruna gəlmişəm, Tanrım…
o qədər yolu yorğun yoldaşla gəlmək necə çətindir,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Həyat yükü
Bir an olsun, ana haqqı, Onda seçər tükdən-tükü. Boynumuzda ana haqqı, Çiynimizdə övlad yükü.
Yer üzünə kədər yağır. Kəndir nazik, yüküm ağır. Çiyinlərim oldu yağır. Nə ağırmış həyat yükü.
Yerə,göyə sığmaz insan, Nəfsə uyar, doymaz insan, Son mənzilə gedər insan, Varı, yoxu bir at yükü.
* * *
Brilyant, cəvahir, qızıl, Özünü asıb intihar edir. Sanki dar ağacıdır qadın qulağı. Uşaqdan böyüyə hər kəsin yeri Bələkdi, beşikdi, hüzurdu, sevgidi Sığaldı qadın qucağı Dünyanı dəyişər hər kəlməsi… Kişini yaşadar, öldürər… Hakimdi, cəlladdı, həkimdi, dərmandı qadın dodağı… Hara getsə, cənnəti aparar ora Dinclikdi, ruzidi, bərəkətdi, ocaqdı, qadın ayağı… Bəzən günəş doğar üzündə Bəzən bulud ağlar üzündə Sevgi, nifrət, ümid, qayğı, məhəbbət… Nə istəsən, yaparsan, taparsan gözlərində… Udur kədəri, qurudar göz yaşını… Solmadın, solmasın qadın yanağı…
Cavabsız sevgi
Nazını çəkməyə hazırdım hər an Çünki mənasızdır əzabsız sevgi Ancaq ki, insanı bir ağac kimi İçindən çürüdür cavabsız sevgi
Yanımda olsan da, mənə uzaqsan Hər yandan üstümə həsrət çilənir Baxışın bənzəyir ölüm hökmünə Gözündən üzümə nifrət çilənir
Sanmaki, hər işin doğrudur, düzdür Ömrünü puç edər əyrilər bir gün Sevgimə gülərək alçaltma məni Nifrətin sevgiyə çevrilər bir gün
***
Çəkilməyən,dözülməyən, Dediyiniz o dərd mənəm. Qova-qova namərd edib Söydüyünüz o mərd mənəm.
Özümə də bir az yadam. Bir az suyam,bir az odam. Həm küləyəm,həm torpağam. Bildiyiniz o dörd mənəm.
Dostu azdır,düşməni çox Qarnı acdır,gözləri tox Kölgəsinə güvəni yox Yalquzağam,bozqurd mənəm.
Qan qoxuyur çiçəkləri. Kəfənsizdir şəhidləri. Kimsəsiz “ruhlar şəhəri”- Gördüyünüz o yurd mənəm.
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin təsisçisi və baş redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, Azərbaycanlı şairə-publisist Nəcibə İLKİNdir.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Adəti üzrə məktəbdən çıxan kimi dayanacağa tərəf tələsdi. Yenə də fikirli idi. Çatılmış qaşlarının tən ortasındakı düyün simasında təbii görünürdü. Kənardan baxan istənilən adam bu qızın çiynində bir dərd yükünü daşıdığını hiss edərdi. Qaldı ki, Rəvana- onu demək olar ki hər gün addım-addım izləyən birinin gözündən bu gizli ah, kədər qaçası deyildi. Qonşu idilər Nərgizlə. Qibtə olunası ziyalı bir ailənin övladı olsa da, bu məsum qonşu qızın həyatı, talehi onu üzürdü. Əlində əlacı olsa idi bütün işlərdə- həm ev, həm dərslərində, ən əsası isə onu üzüb əldən salan, içindən yeyən uşaqlıq illərindən bu günə qədər başına gəlmiş bütün acınacaqlı hallarından xilas olmasına kömək edərdi. Amma necə? Heç yaxınlaşmağa belə cürəti çatmırdı. Qəribə də o idi ki, məhəllədə baş verən müəyyən içtimai söhbətlərdə, bayram günləri ilə əlaqəli olaraq binanın qarşısına yığışan mehriban qonşuların keçirdiyi şənliklərdə ünsiyyətdə olur, ordan-burdan söhbət edirdilər. Kənarda isə ona yaxınlaşmağa çürət etmirdi. Nə desin, nəyi bəhanə edib yaxınlaşsın? “Nərgiz, olar sizi məktəbdən evə qədər ötürüm? Ya da, Nərgiz, bu gün hava yaxşıdı. Mən də inistitutdan tez çıxacağam. Bəlkə dərsdən sonra bir az gəzək? Nərgiz, səndə maraqlı kitablar var? Məndə də kitablar çoxdu. Bəlkə dəyişib növbə ilə oxuyaq, məlumatlanaq dünyadakı hadisələrdən?” Bütün bu suallarla hər gün özünü yorsa da, sonda yenə susaraq qızı kənardan izləmək olurdu qisməti. Evdəkilər də hiss etmişdi onun hərəkətlərindəki dəyişikliyi. – Bax hələ, dəridən qabıqdan çıxdı bu uşaq. Gör pəncərədən necə pusur? – gülümsəyərək dedi Məqbulə. Sərdar kişi açıq söz-söhbətləri sevmədiyi üçün ciddi qarşılamışdı onun bu sözlərini. – Burda pis heç nə görmürəm. Evlənən vaxtıdır. Seçimini özü etsin. Belə də ki, Nərgiz də pis qız deyil. Gözümüzün qabağında böyüyüb zavallı. Mən danışaram Yaqubla. Görüm bu işə necə baxır, – təmkinlə cavab vermişdi. Rəvanın gözləri isə qarşı binanın pəncərəsinə zillənib qalmışdı. Bilirdi ki, Nərgiz də onun baxışlarındakı sözü, mənanı anlayır. Amma bu baxışların cavabsız olduğu qorxudurdu onu. Təkcə qızın ailəsindəki ciddi problemlərlə bağlı kədər libasına büründüyünü bildiyi üçün dözürdü. Onu itirmək qorxusu yox idi ürəyində.
Nərgiz həmişəki kimi dərslərini hazırlayandan sonra mətbəxə keçdi. Bulaşıq qab-qacaqlar sanki sərgidə nümayiş olunacaq halda dayanmışdılar. Atası hələ gəlməmişdi. Kiçik qardaşı və bacısı isə dərsləri ilə məşqul idilər. Anaları bu evi tərk edib getdiyi gündən bəri Nərgiz bütün ev işlərini öz üzərinə götürmüşdü. Ağrı-acınının bütün yükünü çiyninə almış, uşaqların üzülməsini istəmirdi. Atası hər gün səhər evdən gedir, axşam qayıdırdı. Zeynəb ərini, uşaqlarını tərk edib gedən gündən bəri korluq verməmişdi Yaqub evə. Amma mənəvi dayaq ola bilmirdi övladlarına. Heç buna zamanı da çatmırdı. Bir də ki, onun təbiətinə görə əgər evdə soyuducu ağzına qədər dolu idisə, demək hər şey qaydasında idi. Nərgizi isə belə həyat qane etmirdi. Tez-tez atasından gələn zərif qadın ətirlərinin qoxusu, köynəyindəki rəngli dodaq boyalarının izi atasının yaxşı həyat sürməsindən xəbər verirdi. Əvvəllər bu mənzərəli qəbul edə bilmir, otağına çəkilib saatlarla ağlayırdı. Getdikcə adiləşdi hər şey. Böyüdü, yaşından tez kamilləşdi. Atasının da bir insan kimi qayğıya ehtiyacı olduğunu dərk etdi. “Əgər o yad bir qadını gətirib bizə ana etsəydi, bu daha ağır dərd olmazdımı”- deyə düşünəndə təsəlli tapırdı. Yaxşı bilirdi ki, anası qayıtmayacaq. Qayıtsa da yenidən ailənin bir üzvü kimi qəbul olunmayacağını bilirdi. Atasından soruşmağa cəsarəti çatmırdı. Anasının niyə ailəni tərk etiyini, hara getdiyini soruşmağa cəsarəti çatmırdı. Qonşu qadınların pəncərədən küləklə gətirib otağa saldığı söhbət, dedi-qodulardan onun yad bir kişi ilə sevişərək evi tərk etdiyinə isə inana bilmirdi. Hamı kimi o da sevirdi anasını. Gözləri gözlərinin önündən bir an da olsa çəkilmirdi. Gecələr əllərini bacı-qardaşının saçlarına çəkərək qayğını əsirgəmir, sonra təkrar əllərini saçlarına çəkib için-için ağlayırdı. Ana nəvazişinə həsrət qalmaq ən ağır dərddir övladı üçün. Yoxluğu həzm etmək olur gec-tez. Bu yoxluq isə həzm ediləsi deyildi. Məktəbdə ana haqqında şeirlər söylənəndə, inşa yazılanda baxışlarını gizlətməyə yer tapmırdı. Xəcalət çəkirdi. Anasının etdiyi bağışlanmaz səhvin günahını, əzabını yaşayırdı, hər gün ölüb-dirilirdi. Uşaqlıqdan bəri çəkdiyi acılar beynində yüklənib qalmışdı. Bir neçə dəqiqə davam edən güclü baş ağrıları ona düşünməyə imkan vermirdi. Əllərini başına tutub dayanır, bu ağrıların keçib getməyini gözləyirdi. Şiddətli ağrılar keçəndən sonra dərindən nəfəs alırdı. Əvvəllər bu ağrlar beş-on dəqiqə davam edirdisə, getdikcə dəqiqələrin sayı da çoxalmış, onu narahat etməyə başlamışdı. Gün ərzinə damarlarında dövr edən qanın beynində bir neçə dəfə ilişib qaldığını, yubandığını açıq-aydın hiss edirdi. Nə vaxtsa anası ilə qovuşacağı günü, bu ağrıların da keçib gedəcəyini gözləyirdi.-Salam Nərgiz, – axşam anası ilə söhbətdən sonra güc toplayıb yaxınlaşdı qıza Rəvan. Nərgiz dönüb baxsa da üzündəki ifadə dəyişmədi. Dilucu salam verdi.- Bilirəm ki, indi dediklərim əhvalını heç də dəyişməyəcək. Amma deməyim məsləhətdi. Bilirsən ki…- Nə? Nəyi bilməliyəm? Məndən xoşun gəldiyini? Mənimlə əylənmək istədiyini? Mən heç kəsi bu fürsətdən istifadə etməyə qoymaram. Başa düşürsən? İmkan vermərəm. Axı anamın həyatının mənum həyatım ilə nə əlaqəsi? Ölüb! Ölüb o insan. Yoxdu. Anlayırsız, – ixtiyarsız bir sözə bənd imiş kim çığırdı qız. Rəvan söz tapa bilmədi. Onun dedikləri isə cəsarət verdi oğlana.- Sən nə danışırsan? Bu nə söhbətdi? Gözləməzdim səndən. Səni ağır düşüncəli bir qız bilirdim. Yaxınlaşmaqda isə pis heç nə görmürəm. Onu da qeyd edim ki, sən düzgün düşünmürsən.- Bu söhbətləri saxla tələbə dostlarınla edərsən. Dərsə geçikirəm. Bağışla,- deyib uzaqlaşdı. Rəvanın arxadan dediyi sözlər qulağında cingildədi.- Anamla atam axşam sizə gələcək.Axşam döyülən qapının arxasında onun valideyinlərini görən qız işin ciddiliyini bildi. Hörmət xatirinə yaxşı qarşıladı onları. Az keçmiş atası da gəldi. Bir saat davam edən söhbətdən sonra mehriban qonşular xoş davranışla sağollaşdılar. İndi atasının otağa gəlib ona deyəcəklərini gözləyirdi. Elə də oldu.-Axı mən indi o halda deyiləm, ata. Həm də məktəbi bitirməmişəm. Bir az vaxt ver onlara. Bu barədə bir az düşünməliyəm, – çəkinmədən dedi.-Bu təbiidir. Sən gec-tez ailə qurmalısan. Rəvan yaxşı oğlandı. Səni qayğıdan kənarda saxlamaz. Əminəm buna,- yazıq görkəm aldı Yaqub. Sevinmiş olsa da gözlərindəki kədəri gizlədə bilmədi.-Yaxşı, bir söz demirəm. Amma, o gəsin. Sonra… – sözünü bitirmədən ağladı.-O, gəlməyəcək. Gəlsə də mən qəbul etməyəcəm. Bu qədər. Gecən xeyrə qalsın.Nərgiz bilirdi anası gəlməyəcək. Ondan heç bir xəbər olmasa da sağ olduğuna əminlik var idi içində. Onun geri- ailəyə dönəcəyi günü gözləyirdi. Otağına keçib pəncərəni açdı. Hava qəbul etmək istədi. Gözləri yenə də Rəvanın baxışları ilə toqquşdu. Dərhal pəncərəni bağlayıb, pərdəni çəkdi. Yenə şiddətli ağrı ilə baş-başa qaldı. “Yox, belə olmaz. Atama ağrılarım barədə nə isə deməliyəm. Niyə? Axı niyə deyim? Bilsə dərhal məni həkimə aparacaq. Mən isə istəmirəm, istəmirəm. Yaşamaq istəmirəm” pıçıldayaraq üzü üstə yatağa uzanıb ağladı.Son zəng tədbiri bitəndən bir neçə gün sonra Nərgizə nişan taxıldı. Qara buludlar bu nişan şamlarının şölələri ilə birgə ailənin başı üzərindən uzaqlaşdı. Qonşular ehtiramla hal-əhval tutur, əvvəlki günlərə nisbətən xoş davranırdılar. Ayağı üzülmüş qohumların da ayaq izləri tanış evin otaqlarında göründü. Toya hazırlaq gedir, ailə məsələləri müzakirə olunurdu. Nərgiz bu bir neçə gündə dəyişmiş- elə bil böyümüş, daha da gözəllşmişdi. Övladlarının acısını çəkən, hər gecə onların gələcək həyatı barədə narahat olub düşünən Yaqubun da qırışları açılmışdı. Rəvan tez-tez Nərgizlə birgə gəzintiyə çıxır, xoş anlar yaşayırdılar. Sevdiyi insanı bir an da olsa qayğıdan kənarda saxlamırdı. Onu ömrü boyu sevəcəyinə, anasız keçirdiyi o acı günləri unutduracağıa qıza söz vermişdi. Nərgizin ağrıları isə üzə çıxmağa başladı. Rəvan bunun yaxşı bir əlamət olmadığını duyub qızın tez-tez özündən getməsini evdə danışdı. Böyük qanqaraçılığa səbəb oldu müzakirələr. Söz-söhbət Yaquba çatanda isə ailənin sorağı klinikadan gəldi. Nərgiz ciddi həkim nəzarəti altınla saxlanılmalı, güclü müalicə olunmalı idi. Bir səhər isə həkimin qoyduğu diaqnoz ailənin bütün xoşbəxtliyinə son qoydu.-Onsuz da öləcək. Bunu bilə-bilə qızın ürəyinə xal salmayaq. Qoy son saatlarını xoşbəxt yaşasın barı, – kövrələrək dedi Sərdar.Nərgizdən başqa hər kəs onun bu ağır xəstəliyinin adını bilirdi. Rəvanın özündən çox bu bəxtsiz sevgilisinə ürəyi yanırdı. Tale onun ilk məhəbbət arzusunu ürəyində boğdu. Qızın yanından bir an belə çəkilmir, onu ümüdləndirirdi. Son günlər isə Nərgiz heç nə danışmır, nə baxışları, nə də hərəkətləri ilə heç bir reaksiya vermirdi. Ancaq bir nöqtəyə baxb axtarır, axtarır, onu cavan ikən dərdə salan insanı arzulayırdı. Bu arzu ilə də Rəvanın qolları arasında həyatını itirdi.Toya hazırlaşan bütün qohumlar dəfndə iştirak etdi. Nərgizi gül-çiçək dəstəlri ilə torpağın qoynuna gəlin köçürdülər.Rəvan uzun müddət özünə qapandı. Sevdiyi insanın yoxluğunu həzm edə bilmirdi. Onun istəyi ilə Nərgizin qara mərmərdən olan baş daşına “Nişanlı məzar. Nişanlısı Rəvandan əbədi xatirə” sözlərini həkk edildi. Tez-tez gəlib məzarı ziyarət edir, göz yaşı axıdaraq təskinlik tapırdı. Bu qara mərmər Yaqubun və Rəvanın baxışlarının əksini özündə saxlamışdı. Doğmaları gələndə elə bil mərmərdən boylanan şəkil gülümsəyirdi, məmnun idi. Bu baxışlara bir çüt göz də qoşulmuşdu. Hamıdan xəlvət qızının məzarını seyr edən, peşimançılıq içində yanb, qovrulan, hisslərinin qurbanına çevrilmiş Zeynəbin baxışları idi. İndi Nərgiz çox rahat uyuyurdu. Anasının isti göz yaşları qəbrinin üstünə axdıqca ruhu sevinirdi.Son
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədrini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktorunu, Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanını, respublikanın Əməkdar jurnalisti, şair-publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Mətbuat xidməti
Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Ећərur rayonunun Ећəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır. Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur. 2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir. Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir. AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur. Ailəlidir. Iki övladı və bir nəvəsi var.
SƏN GETDİN
Sən getdin göynədi sinəmdə ürək, Yox olub əridi ömrün illəri. Soldu qucağımda arzularım tək, Dərib gətirdiyin sevda gülləri.
Sən getdin… arxanca baxan gözlərim – Su səpdi yoluna aydınlıq üçün. Dilimdə ilişib qalan sözlərin, Bir haray salmadı, bilmədim neyçün?
Sən getdin… eşqinin bahar naxışı, Min ilmə toxudu payız ömrümə. Gözümdən süzülən sevda yağışı. Sanki qılıncını çəkdi könlümə.
Get gülüm, – qınama sənsiz səbrimə, Küləklər yan alar, sellər yan alar. Get barı, tez qayıt, mənim xətrimə, «Sənsizlik» dərd olub məndən can alar.
EŞQİMİN QIŞ HARAYI
Payız elə getdi, qış belə gəldi, Ayrılıq küləyi əsdi bir ucdan. Görüşə bilmədik, bu necə dərddi? Qar da yolumuzu kəsdi bir yandan.
Sanki acıq çıxır təbiət bizdən, Görüşmək vədəmiz uzanır yaman. Həsrət də qar kimi gözlərimizdən, Yağıb sinəmizdə qoparır tufan.
Bölündük sevginin fəsillərinə, Eşqimiz, baharkən, özümüz qışıq. Bəlkə ömrümüzün son illərindən, Bəxtin yollarına atılmış daşıq?!
Eh… yenə səbrimin üstünə əsir, Sənin göndərdiyin şaxta, qar, boran. İnan ki, yolumu eşqimiz kəsir, Yoxsa, bu yollarda kimdi ki, duran?!
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin rəhbəri, yazıç-pulisist, türkoloq alim, əziz dostumuz Yunus Oğuzu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Yunus Oğuz (azərb. Yunus İsaxan oğlu Əliyev) — 1960-cı il iyunun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979-1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülkü müdafiə qərargahının rəisi vəzifəsində çalışıb.
Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildən də Milli Azadlıq hərəkatına aktiv qoşulub. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı 1989-cu ildən 1991-ci ilədək Azad söz qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1990-ci ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib.
1991-1992-cı illərdə Ordu qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1990-cı ildə AXC Ali Məclisinə, sonra AXC idarə heyətinə üzv seçilib. 1992-ci ildə AXC idarə heyəti ləğv olunduqdan sonra AXC sədrinin müavini təyin olub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müavini təyin edilib. 1994-cü ildə AXC –ni tərk edərək Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və onun sədri seçilib. Yunus Oğuzun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşib və o, Xalq Azadlıq Partiyasınin sədri seçilib.
1998-ci ildə XAP və Vəhdət Partiyası birləşib və bu dəfə partiya sədrinin birinci müavini seçilib. 2000-ci ildən Vəhdət Partiyası adını Milli Vəhdət Partiyası elan edib ve qurultayda Yunus Oğuz Milli Vəhdət Partiyasının sədri seçilib. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. 15 oktyabr 2003-cü ildə keçirilən prezidenti seçkilərində namizədliyi qeydə alınmışdır.
Kitabları Redaktə Qarabağ nəzarətsiz zona (1993) (ingiliscə) Siyasi hakimiyyətin idarəetmə prinsipləri (1994) Qadın ulduzu (1996) Qədim Anadolu və Azərbaycan türkləri (2002) Türkün tarixinə yeni bir baxış (2006) Atilla pyesi (2007) Nadir Şah (tarixi roman) (2008) Təhmasib şah (tarixi roman) (2009) Türkün gizli tarixi (2010) Əmir Teymur zirvəyə doğru (2011) Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında (2011) Əmir Teymur dünyanın hakimi (2012) “Şah arvadı və Cadugər” tarixi romanı (2013) Sultan Alp Arslan (tarixi roman) (2015) Azərbaycanın geosiyasəti (2016) Atabəy Eldəniz (tarixi roman) (2017) Ovçu (2018)[1]
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı haqqı, ədaləti özünə bayraq edən, bütün məqamlarda qərəzsiz və vicdanlı mövqedə dayanan, dövlətimizin, millətimizin və xalqımızın mənafeyini hər şeydən üstün tutan, qələmin müqəddəsliyinə sadiq qalan bütün jurnalistləri, yaxından, uzaqdan mətbuatla əlaqəsi olan bütün KİV nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, ən xoş arzu və ən səmimi duyğularını yetirir. Qələminiz iti, sözünüz kəsərli, başınız uca, alnınız açıq, vicdanınız təmiz olsun həmişə, dəyərli həmkarlar!
Dərin hörmətlə,
Rafiq ODAY, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, Respublikanın Əməkdar jurnalisti.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məslətəhçisini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Gənclər mükafatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının Məsul katibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!İnşAllah!
Mətbuat xidməti
Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci il iyulun 21-də Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibidir. Bədii yaradıcılığa hələ uşaq yaşlarında başlamış, heca vəznində bir çox şeirlər yazmışdır. Universitetdə təhsil aldığı müddətdə “Humay” poeziya dərnəyinin fəalarından olmuş, bir sıras mətbu orqanlarda şeirləri çap olunmuşdur. 2006-cı ildə “Keçə bilsəm bu sınağı” adlı ilk şeir kitabı çapdan çıxmışdır. Yaradıcılığının ilk illərində heca vəznində şeirlər yazmağa üstünlük versə də, sonralar sərbəst vəzndə daha çox yazıb yaratmışdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bürosunun Rəhbəri
Olam, olam…
Tanrı aça qapıları, Göylərdən səs alam, alam. Bir işıq süzülüb gələ, Sevgi ilə dolam, dolam.
İçimizi sevgi yuya, Ucalda bizi Tanrıya. Hamı sözə sayğı duya, Dağ-daş deyə: Salam! Salam!
Bir gün ruhum qanadlana, Uçub vara yalnız Ona, Sual verə Yaradana: “Doğrudanmı qulam, qulam”?
Bir məqamda Tanrı dinə, İşıq donlu bir səs enə, “Eşqsiz olan qula dönə, Eşqə varan: balam, balam”.
İşıq, nur yağa yerlərə, Hər qarışda eşq göyərə, Sevgi qoxuya dağ, dərə – Ünvanı mən olam, olam.
ULUSA SƏSLƏNİŞ
Min illər Tanrının sevimli dostu, Min il ulusların lələsi oldun. Tanrı üz çevirdi səndən, o çağ ki, Bədəvi toplumun köləsi oldun.
Faciən başladı, din dəyişən gün; Şamanı küsdürdün, Xanı unutdun. Uzaq yad torpaqda taxtu-tac üçün, Vuruşan yadlara matəmmi tutdun?
Uca ağsaqqalın Qorquda obraz, Ən böyük yalana xilaskar dedin. Səni uyudanı müqəddəs bilib, Səni oyadana sən kor, kar dedin.
Qoşuldun min yerə bölünmüşlərə, Sevgidən soyundun, nifrət aradın. Müqəddəs elinə arxa çevirib, Nədən cəhənnəmdə cənnət aradın?
Yaddaş itirməyin, unutqanlığın, Didir ürəyimi, ruhumu əzir. Sən yanlış yerlərdə Tanrı gəzirsən, Şeytan yuvasında Tanrı nə gəzir?
Boz qurd köhnəlik oldu…
Qılınclar qında pas atdı, Gülüşlər dodaqda qaldı. Atlar bozqırda yox oldu, Kımızlar ocaqda qaldı.
Ağac bir kərə bəzəndi, İldə bir yol don geyindi. İnsan qopdu təbiətdən, Ruh soyundu, qan geyindi.
Göy Tanrı dostumuz idi, Hərdən Ondan küsürdük, Tərcüməsiz danışırdıq, Nə qorxurduq, nə əsirdik.
Yoxa çıxdı qutsallıqlar, Analıqlar dəlik oldu. İndi köpəklik dəbd Bozqurd köhnəlik oldu.
Günəş doğana qədər…
İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər, Bumu ömür dedikləri, bumu yazılan qədər? Bu gecəni oyaq qalıb, Günəş doğana qədər, Qoşulub dəli çaylara çağlamaq istəyirəm İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Elə bil ki dünyamızın ağır-ağır dərd-qəmi, Boylanaraq yollarıma min il gözləmiş məni, Acılarım dərin dərya, ucsuz-bucaqsız zəmi, Dərdlərimdən min-min dastan bağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Cərgə-cərgə, dəstə-dəstə dərdlərimi çinləyib, Kaman kimi nalə çəkib, bir ney kimi inləyib, “Apardı sellər saranı” havasını dinləyib, Minbir yerdən sinəmi dağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
40 min illik tarixdən silinməyən izəm mən, Heç kölə olmadım ki, köləlikdən bezəm mən. Nədən qul sifətində görünəm mən, gəzəm mən? Əyilmiş qamətimi şaxlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Qalaq-qalaq kədər-qəm sinəmdə daşlaşıbdı, Türküstanın elləri yamanca yadlaşıbdı. İki yüz ildi taleyim dərdlə qardaşlaşıbdı Bəla gələn yolları bağlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
Orda Göyçə əl edir, burda Dərbənd üzülür, Göz dağıtək Borçalı, Təbriz səf-səf düzülür, Qəzəbli Qarabağın gözündən qan süzülür, Tərs gedən bu gedişi saxlamaq istəyirəm, İçin-için, hönkür-hönkür ağlamaq istəyirəm.
İlahi, nədir bu dərdlər, nə bu tükənməz kədər, Bumu ömür dedikləri, bumu yazılan qədər? Bu gecəni oyaq qalıb, Günəş doğana qədər, Qoşulub dəli çaylara çağlamaq istəyirəm İçin-için, hönkür-hönkür ağlamaq istəyi
Dünya
Qoy ruhdan düşməsin dərdə düşənlər, Hamının dərdindən halıdı dünya. Sonunda hər kəsin haqqını verir, Minillər şahidi, uludu dünya.
Gah ömür yoluna bəla gətirər, Gah da yollarında çiçək bitirər, Doğru yol tutanı haqqa götürər, Əyriyə cəhənnəm yoludu dünya.
O kəs ki, düşməni öz tamahıdır, Qazancı günahsız məzlum ahıdır, Şərə dost olanın şahənşahıdır, Haqqa dost olanın quludu dünya.
Nəbzi var, dili var, canlı, diridi, Yaşayan varlığın o da biridi, Dilini bilənə yaylaq yeridi, Bilməzə düzlərin koludu dünya.
Ay Namiq, əməllər getməz havayı, Hər kəsin önünə qoyular payı. Kim deyir, azalıb onların sayı, Yaxşı adamlarla doludu dünya.
Lerikdə
Günəş bu yerlərdə ayrı cür doğur, Başqa cür dövr edir zaman Lerikdə. Kömürköy göylərin bağrını yarır, Dolanır dağları duman Lerikdə.
Bura min illərin könül sirdaşı, Bu dağlar Xaqanlar, Alplar yurdudur. Kömürköy vüqarlı doğma qardaşı, Qızyurdu deyilən, Oğuzyurdudur.
Dirilik suyudur gur bulaqları, Cənnətin özüdür burda hər oba. Bu dağlar qoynunda doğulduğundan, Dağ qədər yaşadı Şirəli baba.
Zuvanddan meh əsir – behişt havası, Göylərdən elə bil çiçək əndərir. Boylanır Güneydən Savalan dağı, O da öz ətrini bura göndərir.
Burda insanların süfrəsi açıq, Hər kəsin ürəyi dağlar boydadı. Burda təbiətə bənzər adamlar, Bu yerdə insanlıq qızıl qaydadı.
Dağlardan dağ kimi möhkəm olmağı, Sulardan paklığı alıblar cana. Adamı, havası, təbiətiylə, Lerik bir zinətdir Azərbaycana.
Minimal (yığcam) şeirlər
Gülüş
Bütün gülüşlər bədbəxtlikləri gizlətmək üçündü, Dünyanın ən bədbəxt adamıdı; Dünyanın ən çox gülən adamı.
*************** Söz
Sözün tükəndiyi yer yoxdur, Sözün keçmədiyi yer var.
*************** Yol
Tək bir yol var dünyada: Tanrıya gedən yol. Qalan bütün yollar yolsuzluqdur əslində.
Gülüşünü yadırğayan
Güldü, Gülüşündən utandı; Gülüşünü yadırğayan adam.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Ərhun dərsdən gəldi.Anası nə qədər xahiş etsə də, O, yeməyini otağında yeyəcəyini bildirdi. Kağız kimi ağarmış üzündə, qütbdə batan günəş kimi sönməkdə olan yaşıl gözlərində nəinki yeməyə, heç yaşamağa da həvəs yox idi.Artıq onun 13 yaşı vardı. Atasının üzünü 2-ci sinifdə oxuyanda görmüşdü. Atası ilə anası böyük sevgi yaşamış, hər cür çətinlik və maneələrə baxmayaraq öz məqsədlərinə çatıb ailə qurmuşdular. Atası dolanışığın çətinliyin görüb xarici ölkəyə işləməyə getmişdi. İlk vaxtlar yaxşı da qazanırdı: hər ay pul yollayır, 5-6 aydan bir isə evə gələrdi. Lakin artıq neçə il idi ki, atası evlərinə qayıtmır, ildə bir neçə dəfə zəng edərdi: İşlərinin pis getdiyini gəlməyə imkan olmadığın söyləyirdi Ərhungilə. Atasının yoxluğunda – bu illər ərzində çox şeylər dəyişmişdi, çox sıxıntılar çəkmişdilər. Nəhayət son zamanlar anasının işləri düzəlmişdi. (Ofisdə çalışırdı Ərhunun anası). Əvəllər isə qohumların, yaxınların hesabına dolanırdılar, çətin də olsa. Anası işə gedəndə Ərhunu dərsə qoyar, onu evə gətirməsi üçün isə məktəbdə çalışan qonşularındakı müəllimdən xahiş etmişdi. İşə girəndən sonra anasının Ərhuna diqqəti, qyğısı istər- istəməz azalmışdı. Dərsdən gələn Ərhun otağına keçər öz pəncərəsindən Xəzəri, parkdakı yaşıl ağacları seyr edər, bir gözü isə anasının gəldiyi yola dikilərdi. (Onu həyata bağlayan isə hər gün səhər tezdən Xəzərdən günəşin doğmasını seyr etmək və yemlədiyi sərçələr idi.) Küçənin o başından anasın görən kimi tez gəlib qapını açar, anası qapıdan girən kimi boynuna sarılar, onu çoxlu öpərdi. Anasının işə düzəldiyi aylar olardı. Bu gün də Ərhun anasın gözləyirdi. Binalarının qarşısında xarici maşın saxladı. Anası maşından düşüb, gülər üzlə içəridəkilərə nəsə deyib evə doğru gəldi… Ərhunun nədənsə gözləri bərəldi, ürəyi əsdi, qılçları qurudu sanki. Hər günki, kimi qapını açmaq yadından çıxdı. Qapı bir neçə dəfə döyüldükdən sonra birtəhər gəlib qapını açdı. Anasının boynunu qucaqlamaq əvəzinə sual dolu baxışla anasının gözlərinə baxırdı: -Nə olub balam, niyə qapını açmamısan, nə baş verib? -Ana o maşın kimin idi,hə? -Hər şey aydındır. Ay mənim qısqanc balam. O bizim şirkətin maşınıdır. Müdirin tapşırığı ilə indən belə məni evə gətirəcək, narahat olma balam. Anasına bu cür sual verdiyiçün, ondan şübhələndiyiçün həmin gün çox utanmışdı Ərhun. Ancaq Ərhun yanılmamışdı. Anasını gətirən bu maşının sürücüsü bir müddətdən sonra onların evinə ayaq açdı, onun gəlişi ilə evlərindən hüzur, səmimiyyət, mehribanlıq yoxa çıxdı. Növbəti sualında anası : “məndən nə istəyirsən? “ sənin yaxşı geyimin , yeməyin, yaxşı yaşamağın üçün bu qədər zəhmət çəkirəm, söz götürürəm. Sağ olsunlar məni işə götürüblər, minnətdarlığımı bildirmək üçün evə dəvət edirəm, burda nə var ki? Atan evdən çıxdığı neçə ildi, nə düzəməlli zəngi var, nə də ki, evə bir şey göndərməyi, hər dəfə zəng edirəm, telefonu bir rus qadın götürür.Harda olduğunu soruşanda, onun evdə olmadığını söyləyir, hər ddəfə məni bir bəhanə ilə yola verir. Özü zəng eliyəndə isə qısa olaraq bizim halımızı xəbər alır, vəziyyətin hələ yaxşı olmadığını deyir, bütün suallarımı cavabsız qoyur, hələ utanmadan bizi çox sevdiyini deyir , bütün bunlar boş yalandı. Özü rus qadınlarla kef eliyir,gün keçirir,bizi çox sevsə yanımızda olardı,qayğımıza qalardı, gedib ora yan verib yıxılmazdı” cavabını verdi. Bundan sonra Ərhun danışmağın mənasız olduğunu anladı, daha heç nə ilə maraqlanmadı. Onun üçün artıq elə bil. Ən dəhşətli anlar isə, anasının işdən qayıtması, yanında açıq-saçıq geyimli rəfiqəsi və bir neçə kişi ilə evə gəlməsi idi. Evdəki sərxoş və mənasız danışıb gülüşmələr, kravat cırıltısı, ehtirasın və xəyanətin qatışığı olan qadın səsləri Ərhun üçün əsl cəhənnəm əzabı idi.Onlar evə gələn kimi, o, başını yastığın altında gizlədər, qulaqlarına pambıq tıxayardı, artıq onun qəlbində sabaha olan uşaq ümidləri də ölmüşdü. Bu ev , bu yaşam, bu həyat tərzi ona heç nə kəsb etmirdi. Artıq neçə vaxtdı anasına “ Ana ” dediyi onunla bir stol arxasında oturduğu yadından çıxmışdı, çəkdiyi əzablar, onun ətdən çıxmış arıq sifətində, solmuş gözlərində, susmuş dilində əks olunurdu, dərsdən gələn kimi çəkilər otağına, dərslə başını qatmağa çalışar, anasını otağa gətirdiyi çörəyin çoxunu isə pəncərəsinə qonan sərçəyə yedizdirərdi, qalan vaxtını isə Xəzəri seyr etməklə keçirərdi. Bir dəfə yenə anası ilə üz-üzə gəldi, bunun səbəbi isə müəlliməsinin anasına zəngi olmuşdu: Müəllimə ədəbiyyat dərsində şagirdlərə “ xəyanət nədir? ” mövzusunda inşa yazmağı tapşırmışdı. Ərhunun inşa dəftərində bu sözləri oxumuşdu müəllimə : “Xəyanət böyük sevgidən yaranır. Zamanla nifrətə çevrilr. Bunun nəticəsi isə mənəm. Mən ən böyük xəyanətəm… -Bu nə sözdür yazmısan Ərhun? Sən məni öldürmək istəyirsən? – Sən niyə atama xəyanət edirsən? – Mən xəyanət edirəm təkcə. O mən artıq neçə ildir xəyanət edir. Bizi burda atıb gedib, halımızdan xəbəri belə yoxdur. Gündə bir qadınla yaşayır. Axı mən də insanam. ən əsası qadınam, hisslərim var. -Onun sənə xəyanət etdiyi dəqiq deyil,fakt budur ki, sən ona da, mənə də xəyanət edirsən! -Dəqiq deyil? Bəs hər dəfə danışdığım o qadınlar kimdir? Bəli hamınız bir bezin qırağısız- kişisiniz. -Dözərdin də səbəbini öyrənərdin,gedərdin dalınca, bəlkə nəsə problemi var, başı dərddədir. -Elə bilirsən getmək istəmədim? Hər dəfə zəng edəndə “dalınca gələcəm” dedim. Nəsə problemin varsa de səni and verirəm, öz canıma – soruşdum. Mənə tapşırdı ki, birdən dalınca gələrsən, ondan sonra məndən incimə.Mən onu həyatımın sonuna qədər gözləyərdim. Necəki, Qarabağ savaşında 5 il yolunu gözlədim.Valideynlərimin bütün təzyiqlərinə qarşı çıxdım.Doğmalarımla düşmən oldum ondan ötrü. Adamın üstə Allah var o da sözündə düz çıxdı. Gəldi ailə qurduq. Ona həmişə deyirdim. Mənə yalan danışma, xəyanət etmə, sənin üçün hər şey edərəm.” -O sənə xəyanət etmişdi? Özünü bu qədər alçaltmayaydın, dərsdə, həyətdə uşaqlar ilə “Anan pozğun, faişədir, sən bizim yanımıza gəlmə, bizimlə oynama” deməyinə şərait yaratmayaydın. Başqa qadınlar kimi başqasıyla ailə quraydın. Anası Ərhuna bir şillə vurub “ Yetər, yetər ! Qarşımda durub başından böyük danışma,mənim üçün hər şey və hər kəs ölüb, mən nə edirəmsə sənin üçün edirəm. Hətta özümü satıram, eşitdin?!” Göz yaşına boğulmuş Ərhun: “ Mənim üçün hər şeyi başqa yolla da etmək olardı, əsl ana odur ki, atanın yoxluğunda övlad üçün həm ata, həm ana olsun. Ancaq sən bunu bacarmadın, səndən qəlbim o qədər sınıb ki, sənə nifrət belə edə bilmirəm, başa düşürsən?” Bunları deyərək otağına keçmiş və bir gün çölə çıxmamışdı Ərhun. Bu cür yaşamağa davam edirdilər, buna yaşamq demək olardısa. … Çantasını yerə qoyub paltarını soyuna- soyuna pəncərənin qarşısına gəldi, gözlərinə inanmadı çox dəhşətli bir şey olmuşdu: Axşamdan çörəyi xırdalayıb pəncərənin ağzına qoymuşdu.O,həmişə belə edərdi,pəncərəni açıq qoyardı ki,bəslədiyi sərçə gəlib çörək qırıntılarını balalarəna daşısın.Ancaq axşam hava soyuq olduğu ücün pənəcrəni örtmüşdü.Çərəyi görən sərçə elə bilib ki,yenə pəncərə açıqdır.özünü pəncərəyə çırparaq bərk zədələyib… Ərhun sərçəni əlinə götürdü,çox pis əzilmişdi.Ərhun ağlayır,nə edəcəyini bilmirdi.Axı onun səhvi ucbatından bir dostu məhv olacaq,bala sərçələr anasız qalacaqdır.. Sərçə son dəfə Ərhunun gözlərinə mehriban və nigaran bir baxışla baxıb canını tapşırdı… Sanki mehribanca baxışlar Ərhuna minnətdarlıq və bu pislik dolu dünyadan canını qurtarmağın sevinci, nigarancılığı isə bu ədalətsiz dünyada yetim balalarının qalması idi. Ölmüş sərçəni bağrına basıb,gözləri tavana tikilmiş halda səhərə kimi yatmadı Ərhun. Tezdən evdən çıxdı… Səhər yeməyini hazırlayan anasıƏrhunu oyatmaq ücün otağa getdi,lakin Ərhun yox idi.Dəli oldu sanki.. Nə edəcəkdi?Hara gedə bilərdi?Yaxınlıqda nə yaxın qohumları,nə də tanışları var idi. Məhlədə, məktəbdə və küçələrdə Ərhunu çox axtardı,amma gördüm deyən yox idi… Nəhayət,Ərhunun gündəliyinin arasından tapılan məktub hər şeyə bir az da olsa aydınlıq gətirdi: “Mənim səhvim ucbatından sevdiyim varlığın birini itirdim. Bu səhvimi heç bir bəhanəylə yoluna qoya bilməzdim. Tək çarəm onunla birgə ikinci dostumun – sirdaşımın yanına getmək idi. Səndən fərqli olaraq mən sevdiyimin ardınca getməyi bacarıram. Etdiyim səhvlərə görə səndən nə qədər diksinsəm də sən mənim anamsan və səni çox sevirəm…Məni axtarma.” Bir müddət sonra Xəzər dənizindən bir uşaq meyiti tapılması xəbəri yayıldı. Əlində bir sərçə , döş cibində isə valideynlərinin toy şəkli… Küçələrdə hamı tərəfindən faişə kimi tanınan dəli qadının kimi görürsə yaxasından tutub “balamı görməmisən? Böyük sevgi, nifrət və xəyanət” -deməsi şəhərfə hamının təəccübünə səbəb olmuşdu… Bu hadisədən bir neçə il sonra Moskvada mübahisə nəticəsində bir ermənini öldürərək 14 il həbs cəzası alan bir kişi 8 il sonra amnistiyaya düşüb vətənə qayıdırdı. Qatardan düşəndə döğma vətəninə qayıtdığı üçün, neçə vaxtdı telefonla da olsa səsini eşitmədiyi doğmalarına qovuşacağı üçün çox xoşbəxt idi…. Nemət Tahir
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Həsən kirayə qaldığı evdən çıxıb həmişəki kimi dərsə tələsirdi.Yola çatanda sol tərəfə baxdı,maşınlar uzaqda olduğundan tez yolu keçməyə çalışdı.Birdən ayağı səkinin qırağına ilişdi və ayaqqabısının üstü para-para oldu.Bu an elə bil ki,Həsəni maşın vurdu.Yox,bəlkə də maşın vursaydı bu qədər ürək ağrısı,daxili sarsıntı keçirməzdi..Ya maşın vurub öldürər,ya da yüngülcə zədələnərdi… Axı o,”şapaşki”yə bənzər ayaqqabıya 40 manat verib alanda onu payız və qış aylarında geyinməyi nəzərdə tutub,bücəsini zora salmışdı.İndi o nə edəcəkdi? Ailəsinin maddi vəziyyəti yaxşı deyildi.O,bu III kursda oxuyurdu.Bu 3 il ərzində valideylərinin onun oxuması,ehityaclarının qarşılanması üçün nələrə qatlaşdığını,nə əziyyət çəkdiyini bir o bilirdi,bir də Allah. Şəkər xəstəsi olan anası ev işlərin güclə yola verirdi.Ayağında damar xəstəliyi olan atası Həsənin ali təhsil alması ücün kiminsə şəxsi təsərrüfatında işləməkdən tutmuş sürücülük,tikintidə fəhləlik,daş ustalığına qədər əziyyətli işlərdə çalışırdı.( halbuki,həkim ona 3 kq-dan artıq ağırlıq daldırmağa imkan vermirdi).Artıq havalar soyuduğu üçün atasının əli bu ağır işlərdən də çıxmışdı… Həsənin həm oxuyub,həm işləməsinə isə nə valideynləri razı idi,nə də ki oxumaqla işləmək bir yerdə alınmırdı…Dərslərə ciddi yanaşmayıb işləsə idi, gərək qazandığı pulu da semestrin sonunda imtahandan keçmək üçün verəydi… Həsən çarəsiz və ümidsiz halda səkinin üstə oturub nə edəcəyini bilmirdi.. Necə oldu ki,bu cür diqqətsizlik etdi? Axı o,üst-başınin səliqəsinə,ayaqqablarına diqqətlə yanaşırdı… Cibində olan pul yeni ayaqqabı almağa kifayət etməyəcəkdi. O,öz-özünə düşündü: -Ailəmə zəng edib desəm,ayaqqabı almaq üçün pulu hardan olsa,öz boğazlarından kəssələrə də,kimdənsə borc alsalarda,hətta dilənmək də olsa tapıb göndərəcəklər.Ancaq Həsən yaxşı bilirdi ki,valideylərinin 150 manat təqaüdün yarıdan çoxu ona aylıq tələbatın ödəmək ücün göndərilir,qalanı isə nəyinki onların ehtiyacın,heç dərmanların da almağa kifayət etmirdi. Allahım bu cür çarəsiz,köməksizmvəziyyətdə nə edəcəm,dərsə nece gedəcəm? Elə çırılıb ki,təmir də ediləsi deyil ki,təmir etdirim” –deyərək gözləri dolmuş şəkildə daxilən fəryad edirdi… O,hıçqırıb hönkür-hönkür ağlamaq,dərdini hayqırmaq istədi,ancaq səsi çıxmır, onu buz kimi tər basırdı… Qəfildən dik atılıb yuxudan oyandı.Gecənin bir aləmi idi. İndi yuxuda keçirdiyi həyəcandan,qorxudan,bir də ki,bunun yuxu olmasının sevincindən ixtiyarsız olaraq yanaqlarından göz yaşı süzülürdü… Həsən yatağından qalxıb qapıya sarı getdi və sevinc göz yaşları axa-axa ayaqqabılarını boyadı və gətirib çarpayısının baş tərəfindən yerə qoydu.Sonra yatağına girib yatmağa çalışdı P.S. Sizə bir sirr verim: Əslində Həsən adlandırdığım bu bu tələbə oğlan mən özüməm…Oxucularımdan utandığım üçün adımı gizlətmək istəmişdim…. Nemət Tahir
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Qaldırıb atmışam son çarələri, Ömrümün gör neçə otağı boşdu… Həkimi sən olan xatirələrim Qarıyıb-qocalıb, çoxu naxoşdu…
Qapımın qıfılı yox, qəfil gələrsən deyə… Gedəndən ürəyim qanlı qəsrdi… Mənim kədərimlə Sənə deməyə Tanrı Söz göndərir neçə əsrdi…
Ömrümün gör neçə otağı boşdu, Qayıt… Nəfəsinlə şen olsun ömrüm…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
burax, əllərində ölsün qırışlar, çərçivə olmasın baxışlarına… mənə çoxdan “xala” deyir uşaqlar, nə tez “nənə” oldun, ay naxış anam?!
Mən elə bilirdim, qocala bilməz mən boyda “körpəsi” olan bir qadın… Daha günlərimdən borc ala bilməz, “olmazlar”… Dilimdə təkbirdi adın…
burax, qoy qocalsın “Sabir küçəsi”… heç kimin ilk sevda qəsri olmasın… “saçımda ağ kağızın boz kölgəsi…” -demişdin… o kölgə heç canlanmasın…
burax, dizlərində kükrəsin zaman… burax, at oynatsın sevinc üzündə… mən sənin dizinə qısılıb yatan “körpənəm”… qalmışam şeir düzündə…
əllərim açılır dörd bir tərəfə- mən bütün dinlərin bidətçisiyəm… duam himn kimi… “Laylay, bənövşəm…” Lilitin sonuncu lənətçisiyəm…
sən nə tez yenildin ağrılarına? nə tez zəfər himni çaldı “can hayı”? sən nə tez qocaldın, ay naxış anam? hələ cücərməyib candan can payım…
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
Əllərim qoynumda bükülü qalıb, Ürəyim həsrətdə çəkili qalıb, Gözlərim üzünə dikili qalıb, Bu sevginin bir sonu var, bilirəm.
Ötən günlər məndən ili apardı, qüssə kədər şirin dili apardı, Yadlar gəldi doğma əli apardı, Bu sevginin bir sonu var, bilirəm.
Göz ağlayar, dodaq gülər, çətindi, Nadan gələr, dərdi bilər, çətindi, Gedən gülər, qalan ölər… çətindi, bu sevginin bir sonu var, bilirəm. 05/07/2013
… Məzəmmət edirsən məni, “Necə acılaşıb dilin” deyirsən. Sənə ağır gəlir acı sözlərim? Şükr elə, ay bəxtəvər, Bu nədir ki görürsən?!
“Necə acılaşıb dilin” deyirsən, Deyəsən yatmısan fil qulağında. Ay insan, büsbütün dəyişən sənsən… Durmusan yad ömrün astanasında.
Deyəsən yatmısan fil qulağında, Əllərin bir başqa əl içindədi. Dəyişib səsinin yumşaq tonu da, Saxta təbəssüm də el içindədi.
Əllərin bir başqa əl içindədi, Baxışın borc alıb zirvədən buzu. Sən bütün dəyişib özgə olmusan, Mənim dilim acılaşıb çoxdumu?! 2013.
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
***
Elə tez alışanam Adicə bir xoş sözə, Bir kiçik gülümsəmə, Yüngül bir nəvazişə Çiçək kimi boy verib Günəşə boylanıram.
Elə tez alışanam, Alışıram, yanıram… İnsanlara inanıb, Hər dəfə aldanıram. Gizlədirəm özümü Aldanmağı danıram.
Elə tez alışanam, Həyat adlı bu nəsnə Vursa da hey silləni Körpəcə uşaq kimi. Unuduram yenə də Üzərinə qaçıram…
Elə tez alışanam Alışıram hər şeyə. Ağrıları udmağa Özümdən pay ayırıb Başqa dünya qurmağa. Mən də belə dəliyəm…
Elə tez alışanam, Gedənlərin ardından Yası belə tutmuram… Alışanam mən, qağa! Öldürməz hər dərd məni Alışdım yaşamağa, Alışdım yaşamağa…
25.10.2016
Getmisən
Bir ovuc göz yaşı qoyub yerinə Yuxumu gözümdən alıb getmisən. Gedəndə bir zəhmət hər şeyi topla, Xatirələr burda qalıb, getmisən…
Bu yolun deyəsən dönüşü yoxmuş, Mənə yoxuş düşüb, enişi yoxmuş, Deyəsən sənin də yüklərin çoxmuş, Həsrətini yolda salıb getmisən.
Kim belə sevgini yaşardı səndə, Mən yenə qayayam külək əsəndə. Bəlkə istəyindi… İstəməsən də Hicran dəryasına dalıb getmisən.