sevincQuran əxlaqı sevgini öyrədir

Həyatında Quranı ölçü götürən, həyatını Quranın hökmü, əmri və tövsiyələri ilə yaşayan, Quranda bildirilənləri əsas alan insanın sevgi anlayışı müasir cəmiyyətimizdəki sevgi anlayışından fərqlidir. Müasir cəmiyyətdə sevgi adı altında yaşanan münasibətlərdə hər kəs öz istəklərinin yerinə yetirlməsini gözləyir. Öz mənfəətini, öz rahatlığını güdür. Bu da təbii haldır. Çünki həyatının məqsədi yalnız bu dünyanı ən gözəl şəkildə yaşamaqdan ibarət olan biri üçün, əlbəttə ki, öz istəkləri hər şeydən öndə gəlir. Amma Quran əxlaqında sevgidə fədakarlıq, sevdiyin şəxsin istəyini öz istəyindən öndə tutmaq önəmlidir. Özün narahat olsan belə, onun rahatlığını düşünməyin önəmlidir. Onu incidən, ona sıxıntı yaradan heç bir addımı atmayasan deyə, hər addımını yüz ölçüb bir biçməyin önəmlidir. Onun xətalarına mərhəmətlə yanaşıb şəfqətlə davranmaqla və bu səhvləri səbirlə düzəltməyə çalışmağın önəmlidir. Bütün bunlarda qərarlı olmağın önəmlidir. Çünki səni yaradan, səni var edən, dünyada imtahan edib Qiyamət günü səni hesaba çəkəcək olan Rəbbin səndən bunları tələb edir. Üstəlik, bütün bunları yaşayarkən sən özün nəinki heç bir sıxıntı və əziyyət çəkmirsən, hətta sevgin, mərhəmətin daha da artır, qəlbin daha da fərəh tapır, sevdiyini xoşbəxt etmək səni də xoşbəxt edir, sevdiyini sevindirmək səni də sevindirir. Qurana görə, birini sevmək onu Allah’ın təzahürü bilib Allah üçün, Allah eşqi ilə sevməkdir.

Quran əxlaqı qəzəbi cilovlamağı öyrədir

Allah Quranın “Ali-İmran” surəsinin 134-cü ayəsində belə buyurur:

O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.

Həyatını Qurana görə yaşamağa qərar vermiş insan Allah’ın bu ayəsinə əsasən, hər nə qədər onu qəzəbləndirəcək hadisənin baş verməyindən asılı olmayaraq qəzəbini udar. Buna görə də qəzəbi onu heç bir şüursuz addımlar atmağa sövq edə bilməz. Bu gün cəmiyyətdə baş verən bir çox münaqişələrin, qətllərin kökündə qəzəb durur. İnsan zəif yaradılmış varlıqdır; çox tez hiddətlənə, qəzəblənə bilər. Və əgər zamanında bu qəzəbini yenməzsə, qəzəbi keçəndən sonra peşman olacağı addımlar ata bilər. Amma güclü Allah inancı, Allah qorxusu, Allah sevgisi olan şəxs baş vermiş hadisənin nə qədər gözlənilməz, onu sarsıdacaq, incidəcək və s. olmasından asılı olmayaraq qəzəbini yenərək çılğın addımlar atmaz.

Quran əxlaqı günahsız cana qıymağı qadağan edir

Allah Quranı-kərimin “Maidə” surəsinin 32-ci ayəsində buyurur:

Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.

Allah’ın varlığının fərqində olan, gücünü, qüdrətini dərk edən, etdiyi hər bir əməlinin hesaba alındığını və etdiklərinə görə cavab verəcəyini bilən şəxs günahsız bir insanı öldürməyin bütün insanları öldürməyə bərabər olduğunu bildiyi üçün heç vaxt əvəzini ödəyə bilməyəcəyi belə bir addım atmağa cürət etməz.

Amma Aytacın “sevgili”si Quran əxlaqı ilə deyil, darvinist-materialist düşüncə tərzi ilə yetişdirilmiş bir nəslin nümayəndəsidir. Ona görə də nəinki sevgisini gözəl şəkildə yaşaya bilmədi, nəinki sevgilisinə qəzəbləndiyində qəzəbini yenə bilmədi, hətta onun canına da qıydı.

Bu gün Aytacın qətlini xəbər edən bütün media vasitələri məsələni gündəmə gətirdikləri kimi həll yolunu da ortaya qoymalıdırlar. “Qadına şiddətə yox!” deyə şüarlar səsləndirməklə məsələni həll etmək mümkün deyil. İllərdir eyni məzmunlu müxtəlif aksiyalar keçirilir, amma ortada heç bir nəticə olmadığına görə məsələnin həll yolunun bu olmadığı aşkardır.

Əgər bu gün cəmiyyətimiz, həqiqətən də, Aytacın ölümünə təəssüflənirsə, sabah yeni bir Aytacın qətl xəbərinin gündəmi zəbt etməsini istəmirsə, darvinist-materialist düşüncənin deyil, Quran əxlaqının yayılmasına, gənc nəslin Quran əxlaqı ilə yetişdirilməsinə zəmin yaratmağa çalışmalıdır.

Sevinc Haqverdizadə