Blog

  • “Narahat olmayın, bu dövrün böyük əsəri də yazılacaq”

    “BizimYAZI” “Müstəqil.Az”ın “Səmimi söhbət” adlı yeni lahiyəsinin ilk qonağı Natavan xanım Dəmirçioğlu ilə söhbəti təqdim edir:

    – Natavan xanım, necəsiz?

    -Babat demək olar. Bir az payız başlayandan fəsil xəstəliyindən qoruna blmədim, amma indi yaxşılıqdır, şükür Allaha.

    – Şükür Allaha ki, yaxşısız, xəstəliyi bir daha yaxın qoymayın. Bəs bu, sualı yaradıcılığınızla bağlı ünvanlasaq necə?

    -Yaradıcılıqda işlər qaydasındadır. Mən səhhətimə qarşı diqqətsiz olsam da, yaradcılığa qarşı çox mühafizəkaram. Yaradıcılığı bütün yad təsirlərdən unikal qoruyuram. “ Fəsil xəstəlikləri”, “dəbdə olan bəlalar”, – heç biri ona təsir edə bilməz. (gülüş)

    -Bu çox yaxşı. Natavan xanım, camaatımızın işi-gücü tükənib e deyəsən, yazanlarımız oxuyanlarımızdan daha çoxdur ya bizə elə gəlir?

    -Yazarlar həm də ən səviyyəli oxucu olmalıdır. Oxuculuq böyük bir mədəniyyət göstəricisidir. Ona söz yox ki, yazıçılıq oxumaqla öyrənilmir. Amma bununla belə, oxumadan yazmaq təhsil almadan dərs deməyə, usta yanında şəyird dayanmadan sənətlə məşğul olmağa bənzər. Ruslar ”samouçeniye” deyirlər, özüöyrənmə, özfəaliyyət, sonra da özünəvurğunluq yaranır və ədəbiyyat ədəbsiz bir məsələyə çevrilir. Qaldı ki, yazanların çox olmasına, o problem və bəla deyil, oxuyanların az olması arzuolunmazdı. Oxumadan yazanların isə işi dediyimiz kimidir.

    Yazıçının oxucu olması yaxşıdır

    -Yəni bir neçə oxucu birdən birə yazıçı olur, bu yaxşıdır ya pis?

    -Ünvanlı kimləri nəzərdə tutursuz, bilmirəm. Ümumi deyim ki, yaxşı oxucu, pis yazıçıdan qat-qat qiymətlidir mənim üşün. Oxucunun yazıçı olması yox, yazıçının oxucu olması, özü də yaxşı oxucu olması yaxşıdır.

    -Əsərlər yazılır, kitablar nəşr olunur, nəşriyyatlar işləyir, sizcə ortaya qoyulası bir şey tapmaq olurmu?

    – Ortaya qoyulası fakt ədəbiyyatda ancaq ədəbi hadisəyə çevriləcək əsər ola bilər, o isə çox ciddi məsələdir. Güclü enerjisi olan əsər nə istəməklə, nə tələb etməklə, nə tənqid etməklə, nə qarşıya məqsəd qoymaqla, nə hədələməklə, nə ənam verməklə, nə də arzulamaqla yaranır. O Tanrı hadisəsi kimi bir işdir. Əlbəttə bütün dövrlərdə saysız-hesabsız ədəbiyyat nümunələri yaranır. Sənət nuru, Tanrı işığı yalnız birinin, ikisinin üzərinə düşür. Ancaq bir məsələ var, mən buna əminəm: istər dünya ədəbiyyatında, istərsə də Azərbaycan ədəbiyyatında meydan heç vaxt boş olmur. O böyük ədəbi şəxsiyyəti və ədəbi əsəri Tanrı, Zaman… – kimsə mütləq təmin edir. Siz ədəbiyyat tarixinə xronoloji olaraq baxsanız, görərsiz ki, bu həmişə belə olub. Ona görə narahat olmayın, bu dövrün böyük əsəri də yazılacaq.

    Ədəbi cameədə xaos var

    – Sizin özünüzün ədəbi taleyinizdən bədgüman olmadığınızı biz də bilirik, siz də, elə oxucular da. Ümumiyyətlə isə, vəziyyət necədir ədəbi cameədə?

    – Ədəbi cameədə xaos var, ədəbiyyat adına sırınan küllü miqdarda maklatura var, hələ maklaturalara verilən çeşid-çeşid mükafatlar var, ucuz özünüöymə var, bunlar pisdir, amma çox da təhlükəli deyil, çünki ilk baxışdan bilinən qusurlardır. Ən böyük problem odur ki, meyarsızlıq var, əyarsızlıq var. Bu təkcə ədəbiyyatda deyil, cəmiyyətdə də belədir. Bilirsiz, əslində həmişə belə olub. Böyük Molla Pənah Vaqif deyirdi: ” Mən cahan mulkundə, mutləq, dоğru halət gormədim, Hər nə gördüm, əyri gördüm, ozgə babət görmədim. …Muxtəsər kim, bеlə dunyadən gərək еtmək həzər, Оndan otru kim, dеyildir oz yеrində xеyru şər, Alilər xaki-məzəllətdə, dənilər motəbər, Sahibi-zərdə kərəm yоxdur, kərəm əhlində zər, İşlənən işlərdə еhkamu ləyaqət görmədim.” Əsrlər sonra rəhmətlik Məmməd Araz “İti bazarında atından baha, Mən belə dünyanın nəyindən küsüm.” deyirdi. İndi təsəvvür edin, on səkkizinci əsrdə Vaqif, iyirminci əsrdə Məmməd Araz belə deyibsə və üstəgəl “dünya korlana-korlana gedir”sə, gör indi vəziyyət necədir.

    Ədəbiyyat tənha sənətdir

    – Ədəbi mühütdə həmişə dəstəbazlıq olub, indilərdə isə daha qabarıqdır. Bu nədən irəli gələ bilər, dərc olunmaq ki, problem deyil.

    -Dəstəbazlıq özünüqoruma instinkindən gəlir. İnsanlar quruplaşırlar, bir-birini tərifləyir, bir-birini müdafiə eləyirlər, bir birini başqalarının- daha layiqlilərin qabağına itələyirlər və sair. Lap müasir formanı götürsək sosial şəbəkələrdə bir-birini paylaşırlar, göylərə qaldırırlar. Ədəbiyyat tənha sənətdir, burada tənhalıq böyüklükdür həm də. Çap məsələsinə gəldikdə: bu qədər mətduat bolluğunda, çap imkanlarının genişliyində yenə də problemlər var. Dediyiniz “dəstəbazlıq” fəsadlar törədir. Hər ədəbi orqanın “qapı üzünə həmişə açıq olan müəllif”ləri var və əksinə…

    – Nədirsə son vaxtlar evindən-eşiyindən küskün çıxan qadınlar şair, yazıçı olub. Heç onları oxuyursuz?

    – Sualın birinci tərəfi şobiznes aləmini yada salır. Əvvəl orada eləydi. Deyir, ”Gülmə qonşuna, gələr başına”, onlara güldük, başımıza gəldi (gülümsəyir). Sualın ikinci hissəsinə cavab kimi deyim ki, mən mütaliə vərdişimin elə bir həddindəyəm ki, artıq ədəbiyyatı hiss edirəm. Müasirlərimin böyük əksəriyyətini oxumuram, bununla belə, qəribədir ki, mən təxmini bilirəm kim nə yazır, necə yazır. Ədəbiyyata dəxli olmayanları isə hissiyyatla duyuram və yan keçirəm.

    Kişilər kişi komandasını qorumağa çalışırlar

    – Həm də kişilərimiz də qadın yazarlara az qala çəpəki baxır, niyə?

    -Sizin bu sualınız, belə götürəndə çox ötəri bir sualdır, digər bir prizmadan və fərqli rakusdan baxanda isə bunun bir kitablıq cavabı var. Qısasını deyək: bütün kişilər kişi komandasını qorumağa çalışırlar. Məsələn, kişi məclisləri, kişi müzakirələri, ftbol maçları, kişi qonaqlıqları, kişi söhbətləri (bu dünya siyasətindən başlamış, ciddi ədəbi – elmi müzakirələr də daxil olmaqla, qadın söhbətlərinə və məişət problemlərinə qədər yaşamı əhatə edir). Burada onlar özlərini rahat hiss edirlər və ərazidə qadınları görmək istəmirlər. Çox təbiidir bu və istəməyə-istəməyə əraziləri uduza-uduza gəlirlər. Artıq qadınlar hər yerdə var. Elmdə, sənətdə, ədəbiyyatda isə yaxından müşahidə etdiyim situasiyanı sizinlə bölüşüm: Ən ciddi elmi müzakirələrdə, ədəbi söhbətlərdə qadın danışanda kişilər nəsə bir narahatçılıq yaşayırlar. Onlar sövqi-təbii olaraq qadının çox primitiv, bəsit, dayaz bir fikir söyləyəcəyindən, bununla məclisin səviyyəsini aşağı salacağından sanki narahat olurlar. Oadın fikrini deyib qurtarana qədər onlar “iynə üstündə oturmuş kimi” rahatsız görünürlər. Bu adətən belə olur. Bu da təbiidir. Və bəzən başqa mənzərə yaranır: qadın yazıçı, ya alim elə bir fikir söyləyir ki, bayaqdan kişilər onu heç deməyib. Bax, bu məqamda vəziyyət çox ciddi xarakter alır və tamam başqa situasiya yaranır. Kişi sənətkarlar dərhal daxili səfərbərliklə o qadından üstün “peroformans” sərgiləyirlər. Yox, əgər bu alınmırsa, o qadına şərait yaradan, necə deyərlər fürsət verən həmcinsləri onların narazılığını və təssüfünü öz üzərinə yığmış olur. Və O, bu “səhvə” bir də heç vaxt yol verməməyə çalışır. Bacardığı qədər səni görməzdən gəlir və bunu bacara bilməyi həmcinsləri tərəfindən rəğbətlə qarşılanır. Ağılı, məntiqi və yaradıcılığı olan xanım yazarlara ancaq təfəkkürü olan kişilər nisbətən imkan verir, o da müəyyən miqdarda. Kimsə mübahisə etmək istəyər bu fikirlərə qarşı, mən dəqiq yaşantılarımı söylədim. Bizdə qadın özünü, sözünü, imzasını, yaradıcılığını, necə deyərlər, sübut edibsə bunun bir adı var: hünər! Təsəvvür edin, ailə var, uşaqlar, ev qayğıları və bütün bunlar…

    Bu mənlik deyil

    – Natavan xanım, gözəl əsərlər müəllifisiz, bu sözssüz belədir, lakin yazmasaz olmaz?

    -Mənə həmişə az yazdığıma dair sual verirlər, hətta irad bildirirlər. Şükür, bir “yazmasaz olmaz?” da deyən tapıldı(gülür). Faiq, bu mənlik deyil. Az yazmaq, çox yazmaq, ya heç yazmamaq. Vallah, bunlar idarə olunur… Bilmirəm mən kimlərin ruhunu daşıyıram, təkcə onu bilirəm ki, yazanda ruhum sevinir. Mən qadın kimi taleyimdən narazılıq edə bilmərəm, üstəlik övladlarım sevincimdir. Bunlarla bərabər, yazmaq tamam başqa xoşbəxtlikdir, heç bir duyğu ilə müqayisə edilə bilməz.

    …Ağacları adamlar qədər tanıyırdı

    -Yəni hiss etsəniz ki, tükənmisiz, yazmağa da hər şey olduğu halda yorğunsuz, bezmisiz, nə olar?

    -Bilirsiz, mən tez-tez atamı düşünürəm. Daha doğrusu, onun ömrünü, ölümünü, taleyini, yaradıcılığını, həyatdan üzülüşünü… Atam ağac oyma sənəti ustası idi. Onu son gününə qədər yaradıcı, həyat eşqilə dolu gördük. Ağacları adamlar qədər tanıyırdı. “Əlvən ağac” deyirdi, qiymətli ağac növlərinə. Bir də görürdün əl boyda bir ağac parçasını göz bəbəyi kimi qoruyur. Bilirdi ki, ona necə həyat verəcək, nəyə işlədəcək. Elə bir dövr gəldi ki, atam o yığıb saxladığı, tütyə kimi işlətdiyi “əlvən ağaclar”a qarşı biganələşməyə başladı. Mənim Amerikada “Səbət” povestim çap olunmuşdu. Bu münasibətlə AzTV- nin “Zəka nuru” verlişinə dəvət olunmuşdum. Verlişdə atamın mütaliyə mədəniyyətindən öyrəndiyimdən danışanda onun haqqında keçmiş zamanda danışmışam. Bacım var filoloqdu, məktəb direktorunun nüavini işləyir, elə deyə-deyə qaldı ki, niyə atam sağ ola-ola ondan keçmiş zamanda danışmısan. Cavab verə bilmədim. Həmin verlişin diskini aparıb atama göstərəndə, qayıtdı ki, danışığın anana bənzədi və başladı anamdan danışmağa. Anamın ölümündən 40 ilə yaxın müddət keçirdi. Başqa vaxt olsaydı mənə fikir bildirərdi, rəy deyərdi. Atam artıq daha çox o dünyaya köçən əzizlərimizin- anamın, qardaşlarımın, şəhid bacım Vəfanın yanındaydı. Baxmayaraq ki, bütün bu danışdıqlarımdan sora hələ üç-dörd il yaşadı. “Əlvən ağaclar”ı ilə maraqlanmadığı vaxtdan atam ölməyə başlamışdı. Onu ailədə təkcə mən hiss etmişdim, deyəsən. Bax, sizin suala cavab məni o yerlərə götürdü. …Nə olar? Demək, mən o vaxtdan ölməyə başlayaram…

    Ədəbiyyatda istənilən qədər bəladan danışmaq olar

    -Natavan xanım, o sualı verməyə peşman oldum. Cavabınıza kövrəldim. Amma bir yazar olaraq deyin, ədbiyyatımızın hər hansı bir bəlası varmı, nədir bu, yaxud bəla deyilən şey ədəbiyyatda necə olur?

    -Bilirsiz, bir var Tanrı hadisəsi, bir var təbiət hadisəsi, bir var ictimai hadisə, bir var bioloji hadisə, bir də var ruh hadisəsi. İnsanın yaradılışı bioloji hadisə olsa da, onun dil faktoru Tanrı hadisəsidir, qalan baş verənlərin əksəriyyəti təbiət hadisəsi, bir hissəsi isə ictimai hadisədir. Ədəbiyyat Ruh hadisəsidir. Ədəbiyyatın bəlası odur ki, onu ruh doğmasın, sən yaratmağa çalışasan. Belə olan halda ədəbiyyatda istənilən qədər bəladan danışmaq olar və olur.

    -Suallarım sizin yaradıcılığınızı o qədər də əhatə eləmədi, buna görə acığınız tutmadı ki?

    -Qətiyyən yox, çox xoş oldu. Yaradıcılıq durur, biz dururuq. Qarşıda aylar, illər də var yəqin… Bir də ki, müəllifin öz əsərlərindən danışması nə dərəcədə qəbulediləndir ki… onu ya yazmaq, ya oxumaq lazım, bir də təhlil etmək olar…

    Söhbətləşdi: Faiq BALABƏYLİ

  • Əkbər QOŞALI.”CAVİDLƏR AYINDA YAZILAN YAZI”

    Oktyabr CAVİDLƏR AYIdır. Və mən CAVİDLƏR AYInın son günlərində “HÜ­SEYN CA­VİD sənətinin qüdrəti” adlı monoqrafiya ilə baş-başayam. Monoqrafiyanın müəllifi hörmətli Sona xanım Vəliyevadır. Nə gizlədim, belə kitablarla tanışlıq zamanı, şair-tər­cüməçi, Əməkdar incəsənət xadimi HİDAYƏTin ünlü “ÖZÜM YAZMAQ İSTƏRDİM” sözü yadıma düşür (Hİ­DAYƏT müəllim bu sözü tərcümə etdiyi əsərlər haqqında işlədib); bir də, rəhmətlik Vaqif Səmədoğlunun “Doğuldum 1939-da. 1937-də tutuldum” misralarını düşündüm Sona xanımın kitabını və­rəqlədikcə…

    Soruşa bilərsiz: Niyə? – HİDAYƏT müəllimin sözü ilə bağlı məsələ aydındır – məncə, yalnız mən yox, milli düşüncəli bir çox başqa yazar, araşdırmaçı dostlar da, istərdi ki, belə əsərlər onun qələmindən çıxsın; bu, həm müəllifə halal şöhrət gətirir, mənəvi borcunu yerinə yetirmək baxımından bir şəkillənmə olur, həm də, ustad Cavidin (Cavid taleyi yaşamış başqa repressiya qurbanlarının) ruhunu şad edir; digər tərəfdən, belə əsərlər ictimai, elmi və sənət fikrimizi zənginləşdirərək, mövzu üzrə yeni bir qaynaq oluşdurur. Vaqif Səmədoğlunun misraları isə ona görə diq­qət­çəkicidir ki, Hüseyn Cavid haqqında yazanlar, demək olar, Cavid ömrünü adətən belə sxemləşdirib, yaxud deyəcəyim məqam(lar)a daha çox vurğu yapıb: Repressiya qurbanı Cavid, məzarı Azərbaycana köçürülən, bəraət alan, bir çox əsəri kimi öz fiziki ömrü də nakam Cavid… Bu məqamlar, əlbəttə, diqqət tələb edən, yazılmalı, araşdırılmalıdır – borcumuzdur; amma Cavidi repressiyaya uğradan səbəblər yaxud cəl­ladlara “səbəb” verən sənət amilləri; Cavidi yaşadan məqamlar; bütün dərinliyi, üfüqötəsi ilə Cavid ölümsüzlüyü; Cavid sənətkarlığı… Bax, məncə, xanım Vəliyeva da, məhz SƏNƏT QÜDRƏTİnə monoqrafiya həsr etməklə, bu mövzunu işləməklə, sözügedən sahədə bir boşluq yaxud ye­tərsizlik olduğunu fərq edib. Özü də, Cavidin sənət qüdrətini hər nə qədər ustadın əsərlərinin “niyə”si, “necə”si üzərində qursa da, yalnız bununla yetinməyib və bir qədər uzaqlara gedib; örnəyi, “Əfsanə və romantik metod”u üç bölümə ayıran xanım Vəliyeva, “N.Gəncəvinin “Leyli və Məcnun” poeması”, “M.Füzulinin “Leyli və Məcnun” poeması”, “H.Cavidin “Şeyx Sənan” faciəsi” şəklində bir sıralama ilə yanaşıb məsələyə.

    Heç şübhəsiz, elmi əsər hər nə qədər müəllifin gərgin əməyinin məhsuludursa, eyni zamanda, elmi rəhbərin, rəyçilərin, op­ponentin, redaktorun da əməyinin təzahürlərini yansıdır, yaşadır; deməli, belə bir mövqunun müdafiəsini uyğun görən elm mü­əssisəi başda olmaqla, ta bu mövzu ilə maraqlanan oxuculara qədər diqqətiləri, tənqidi münasibəti də üzərinə çəkəcək, təbii. Cavid sənətinin qüdrətindən yazmaq, gəlin gizlətməyək, özlüyündə qüdrət tələb edən hadisədir, böyük məsuliyyətdir. Müəllifin əsərinə əməkdar elm xadimi və AMEA-nın müxbir üzvü olan görkəmli alim elmi redaktorluq edir, filologiya elmləri doktoru olan iki tanınmış alim rəy verirsə bu faktların özü artıq yüksək dəyərin ifadəsidir. Üstəlik, söhbət, təqribən 10 il əmək sərf edilmiş, 127 ədəbiyyata istinadən qələmə alınmış və nəfis tərtibatlı, zövqlə nəşr edilmiş kitabdan gedir. Dostlar, gəlin razılaşaq ki, Caviddən, sənətdən yazılan əsərlər məhz içi də, çölü də gözəl kitablaşdırılmalıdır – yaraşanı budur. Və indiyədək Cavid adına, Cavidşünaslıq uğrunda qələm çalmış, səhifə başlayıb, kitab bağlamış bütün əli qələmlilərə sayğımı bildirərkən, “HÜSEYN CAVİD sənətinin qüdrəti” əsərinə mü­nasibətdə hörmətli alimimiz Kamran Əliyevlə razı olduğumu bildirmək istərdim ki, bu monoqrafiya “Ca­vidşünaslıqda ən yeni mərhələnin baş­lanğıcı”nı ifadə edir.

    Özəlliklə, elmi redaktorun bu fikirlərinə diqqət çəkmək istərdim:
    “…Monoqrafiyada H.Cavid şeirlərində mətn hadisəsi kimi meydana çıxan monoloq və dialoqların dramaturgiyaya keçidin hazırlıq mərhələsi kimi izahı, eyni zamanda dramaturji elementlərin poeziyaya doğru mütəşəkkil hərəkəti, xüsuilə “Azər” poemasında bunun qabarıq formada ifadəsinin şərhi bir yaradıcılıq daxilində nümunə olacaq qədər şeir və dramaturgiyanın qarşılıqlı əlaqələrinin əsas məzmununu ortaya çıxarır. H.Cavid yaradıcılığındakı janr müxtəlifliyinin ədibin əsərlərinin bir-birindən ayıran amil kimi deyil, bir-birinə yaxınlaşdıran və birləşdirən keyfiyyət göstəricisi səviyyəsidə təqdimi müəllifin Cavidə doğru yönəlmiş strateji elmi düşüncə tərzinin nəticəsi kimi reallaşır.

    …Ədəbiyyatşünaslığımızda ilk dəfədir ki, əfsanə ilə romantik metod arasındakı əlaqələrin ədəbi-tarixi mənzərəsi və onun Hüseyn Cavid yaradıcılığındakı inkası bu genişlikdə və inandırıcılıqla pöz elmi şərhini tapır.”

    Hüseyn Cavid yaradıcılığı barədə yeni araşdırmalar aparmağın çətinliklərinə vurğu yapan görkəmli alim, bu çətinliklərin müqabilində “Sona Vəliyevanın “Hüseyn Cavid sənətinin qüdrəti” monoqrafiyası artıq bu çətinliklərin öhdəsindən gəlməyin mümkünlüyünü təsdiq edən elmi fakta çevrilmişdir.

    …Bundan sonra Cavid yaradıcılığına tədqiqat məqsədi ilə yanaşan ədəbiyyatşünaslar, hətta digər elm nümayəndələri heç vaxt bu monoqrafiayadan yan keçə bilməyəcək”.

    ***
    Kitabın girişində Cavid irsinə dövləti münasibətin təcallası kimi, prezidentimizin böyük sənətkarın 120, 125, 130, 135 illik yubileyi ilə bağlı müvafiq Sərəncamlarının mətni verilib; ardınca, elmi redaktorun geniş təhlil-təqdim yazısı ilə tanış oluruq; bundan sonra əsərin özü başlayır – “Poeziyadan dramaturgiyaya”, “Əfsanə və romantik düşüncə”, “Mif və reallıq”, “Peyğəmbər və əxlaqi dəyərlər”, “Tarix və həqiqət” fəsilləri və ədəbiyyat siyahısı.

    Hər fəsil də öz-özlüyündə dolu-doludur. Örnəyi, “Poeziyadan dramaturgiyaya” fəslində tanış oluruq: 1) Gözəlliyin romantikası, 2) Adəmin Yerə enməsi, 3) Qoca türkün monoloqu, 4) Romantik şeirdə dialoq, 5) Monoloq və dailoqların vəhdəti: “Azər”, 6) “Janrın imkanları”, 7) “İki Şeyx Sənan”. Elə bilirəm, bu adların özü belə həm fəslin, həm də, bütövlükdə kitabın miqyası, dərinliyi barədə təsvvür yaradır.

    Əlbəttə, hansıa Cavidşünas, ədəbiyyatşünas, mədəniyyətşünas kitabdakı hansısa bölgü yaxud fikirlə razılaşmaya bilər, dartışa bilər, bu təbiidir və əgər belə bir hal olarsa da, yenə də, kitabın siqlətinə təsir etməzdi. Çünki mövzu orjinallığı və fikir əlvanlığı ilə ortadadır: özü özünü təqdim etmək gücündədir və “görünən dağa nə bələdçi”?..

    Sona xanımın bu əsərinin elmi tutumu, məziyyəti öz yerində, bir də, işə sevgi ilə yanaşma var; o sevgi ki, kitabın “A”-sından – “Z”-sinədək hiss olunur…

    Mən, Cavidlər ayında “HÜSEYN CAVİD sənətinin qüdrəti” əsəri ilə tanışlığı özümçün təsadüfi saymır, belə bir əsərə görə müəllifi, Cavidsevərləri və oxucuları alqışlayır, təbrik edirəm! Ustadın ruhu şad olsun!

  • Yalçın Yücel Hocamızın doğum gününü kutluyoruz!

    175054_178868168822977_4360000_o

    SÖYLEYECEKLERİM VAR

    Çocuklar
    Hele bir toplanın yanıma şöyle
    Söyleyeceklerim var
    Dinleyin bir, konuşmadan
    Kocadım biliyorsunuz
    Karlı tepelere dönen saçlarıma
    Pantolon gibi kırışmış şu yüze
    Beni artık taşımak istemeyen ayaklarıma, sözüm geçmiyor
    İnsanız
    Çok değil, hemen şuracıkta ölüm bekleşir durur
    Kucaklar sonunda
    Hepimizi de bir mezar
    Yolda giderken
    Ya da beklerken birilerini
    Düşmeyeceğiniz belli midir ki?
    Nerede, ne zaman?
    Ve düştüğünüzde kalkamayacağınız
    Öylece kapanır işte sayfanız
    Bir el bile sallayamazsınız sevdiklerinize
    Sizinle birlikte gider, söylemek istediğiniz birkaç sözcük de
    Hele bir gelin şu yanıma
    İyice bakayım şöyle size
    Diyeceklerim, hepsini koymak istiyorum önünüze
    Sonra duyamazsınız belki de
    Şimdiden yaşarmasın, silin hele o gözyaşlarını
    Silin hele, daha henüz buradayım
    İsterim ki, hiç üzüntü duymasın yüreğiniz
    Hep güle oynaya taşısın sizi
    O gün gelecek elbet, o bir gün
    Değişmez bir sonuçtur bu, yaratan ister yarattığını yanına
    Hepimiz için de aynıdır bu
    Yan yana yatacağız, şu bastığımız toprakta

    (Döş Cebim adlı yapıtından)

    UNUTTUĞUM SEN MİYDİN

    Unuttum yüzünü çoktan
    Sanırım oturmuştuk karşılıklı
    Kumral mıydı, kısa mıydı saçları?
    Yıllar neler götürmüş benden böyle
    Oysa, kaç kez karşı karşıya geldi bu gözler
    Elleri ellerim gibiydi
    Anımsıyorum biraz; çekingendi de
    Oracıktan bakıyordu yine aynı
    Kaçık sevgiler taşıdığımız o köşeden
    Unutmuş olsam gerek çoğunu
    Yıllar neler götürmüş benden böyle
    Var mıydı günlerimde zamanı benimle paylaşan?
    Bir çiçek gibiydi belki de yaşamımı konuşturan
    Gözleri yeşil miydi, yoksa ela mı?
    Yorgunum şu an, ondandır belki de unuttuğum
    Ama bir şey var ki, yer almış yüreğimde işte
    Yazmışım defterimin birkaç sayfasına
    İsminin hemen altında şiirlerimle

    * * *

    Çocukluğum büyüdü döş cebimde
    Yıllar ne de tez geçti böyle
    Anılar kaldı tek tük
    Yırtık ceplerimden düşmediyse
    Şimdi düşünüyorum
    Kurgusu tükenmek üzere olan saatler gibi
    Nice yoksul kaldırımlar, yürüyen yorgun ayaklarım
    Ve nasırlaşmış acılarıyla yaşamım
    Çocukluğum büyüdü, şu küçük döş cebimde
    Umutlarım ne kadar da çoktular o zaman
    Hepsi de sıcak bir ekmek gibi güzeldiler
    Koparamadım bir parça olsa da
    Çocukluğum, dürüp büküp döş cebimde sakladığım
    Bir ıtır kokusuyla çıkıyorlar yerlerinden şimdi
    Hangisini karşılasam, ne desem ki
    Kapım açık ardına kadar
    Orada büyüdü diyorum çocukluğum
    Şu boynu bükük döş cebimde işte
    Ne zaman üşüse, üşüse parmaklarım
    Bir arayıştır başlıyor, bir koşuşturma.

  • KARDELEN DERGİSİNİN 98. SAYISI ÇIKTI

    KARDELEN DERGİSİ’NİN 98. SAYISI ÇIKTI…

    28 yıldır sadece “fikrin değerini bilenlere…” istinat eden Kardelen dergisinin Ekim-Aralık 2018 tarihli 98. sayısı çıktı.

    Dergi yeni sayısında; “İnsanlık hafakanlar içinde ‘sanal âlem, gerçeğin nesi olur’ sorusunun cevabını arıyor. O cevabı, interneti de disiplin altına alabilecek iman manzumesi, yani İslâm verebilir.” tespitiyle “İnternet” konusunu ele alıyor. Kapakta okuyucuya; “İslam’a nüfuz etmeden, bu âlemde nüfuz edebileceğimiz hiçbir şey yoktur.” sözüyle sesleniyor.

    “İnternete, kulak versek” başlıklı başyazıda; Bir fikir ve iman manzumesi emrinde istihdam edilmeyen her şeyin haddini aşarak fayda yerine zarar verdiğini belirten Ali Erdal “İnternet manevî değerleri yok etmek yolunda hiçbir engel tanımıyor.” diyor.

    Dergi editörü; gazetelerin basılı hallerinden vazgeçtikleri, dergilerin tek tek kapandığı günümüzde, Kardelen ve emsallerinin, internet aracılığıyla estirilen sam yelinin çöle döndürdüğü kültür dünyamızın son vahaları olduğunu belirtiyor. Site editörü de yazısında internet dünyasındaki fâsık haberciler meselesine değiniyor.

    Üstad Necip Fazıl’ın “Türkiye’nin Manzarası” adlı eserinin ‘Makine’ bölüm ile başlayan dergide her zaman olduğu gibi fikir yazılarına, şiirlere ve hikâyelere de yer veriliyor.

    Derginin 98.sayısında yer alan yazılardan bazıları şöyle:
    İnternete, Kulak Versek – Ali Erdal
    Tarihin Eşiğinde – Kadir Bayrak
    İnternet Rüya Mı, Kâbus Mu? – Sinan Ayhan
    Onuncu Gün – Mustafa Büyükgüner
    Sanal Âlem Mi? – Muhsin Hamdi Alkış
    Çağın Bilinçsiz Hareketi; İnternet – Büşra Doğramacı
    Dergi ile ilgili detaylı bilgilere www.kardelendergisi.com adlı internet sitesinden veya kardelen@kardelendergisi.com adlı e-posta adresinden ulaşılabilir.

    #kardelendergisi #98sayıinternet

  • Kadir BAYRAK.”Tarihin eşiğinde…”

    Önündeki taşa, elindeki tek malzemesi daha sert bir taşla, ancak akşama kadar bir yüz kazıyabilen insanın; bir gün bütün yaptıklarının resim gibi, film gibi, ayna gibi, aynen yaşadığımız gibi karşısına çıkarılacağını anlayamamasına, haydi hakkı var diyelim (aslında yok ya…)… Ama bugün koskoca kütüphaneyi bir küçük maddeye görüntülü, hareketli ve sesli kaydedebilen ve onları istediği zaman tekrar tekrar görebilen, uzaklara adını sanını bilmediği insanlara bile anında ve istediği vakit gönderebilen, hattâ üzerinde oynayabilen insanın “Hesap gününde” her şeyin, karşısına çıkarılacağını anlamamaya hakkı yok…” (Ali Erdal, Yeni Bir Diyalektik, 2000)

    Rahmetlik dedeme dair hiçbir hatıram yok. Mekânı cennet olsun, doğumumdan yıllar önce ahirete göç etmiş. Şimdi e devlet’ten geçmişimizi öğrenme imkânı var ya açıp baktık. Çektikleri çileler rahmete vesile olsun, 93 Harbi’nden sonra emsalleri gibi Balkanlardaki Türk yurdunu bırakıp kendisine gösterilen Anadolu toprağına; Bilecik’in Pazarcık ilçesinin Esemen Köyü’ne yerleştirilmiş. 7 çocukla ekmiş biçmiş, afedersiniz büyük baş, küçükbaş hayvan bakmış, ömrünü tüketmiş. Suyu çeşmeden taşımış, son anına kadar elektriği bilmemiş…

    Rahmetlik babam daha şanslıymış. O, okumuş, büyük şehirde iş bulmuş. Baktığı iki üç tavuk hariç, eti kasaptan almış. Suyu evinin içindeki çeşmeden içmiş, elektrik düğmesine basınca evinin içi aydınlanmış. Ajansı radyodan dinlemiş. Hatta hayatının son demlerinde tek kanallı siyah beyaz televizyona da yetişmiş.

    Ben de ilkokul çağlarımda radyodan çocuk programları, şarkıları dinlediğimi hatırlıyorum. Siyah beyaz yayın yapan devlet televizyonunun hafta içi akşam saatlerinde, cumartesi günleri öğle vakti ve Pazar günleri sabah onda açıldığı da hafızamda çok net. İstiklâl Marşı eşliğinde başlayan yayının gece onikide aynı şekilde bittiği de.

    Nostaljik bir hislenme olsun diye yazmıyorum bunları. Neticede yazarken bile bir duygu yoğunluğu oluyor ama niyetim bu değil.

    Ortaokul yıllarımda renklenen televizyona hem devlet hem özel kanallar eklendi. Panayırlarda, lunaparklarda gördüğümüz atari oyunları evlerin içine girdi. Sabit telefonlarla, merkezî bir santrale bağlanmadan isteyen istediğini aramaya başladı. Bundan daha ilerisi olamaz dediğimiz bilgisayarlarla tanıştığımızda lise yıllarındaydık. Askerden dönünce elimize cep telefonu tutuşturdular.

    Çocuklarım, internet çağında dünyaya geldi.

    Dünya kuruldu kurulalı dedeyle torun arasında, aynı mekânı paylaşıp da değişen şartlar sebebiyle bu denli farklı hayatlar yaşayan, başka bir nesil var mıdır, onu merak ediyorum. Batılının hayalinde canlandırdığı Atlantis medeniyeti böyle bir tefekkürün mahsulü müydü yoksa? Veya Nuh Tufanı’nın öncesi ve sonrası… Öyle bile olsa onların teknoloji alanında bir ömür boyu görüp geçirdiğinin daha fazlasının bizim gözlerimizin önünde cereyan ettiği muhakkak.

    İnternet eliyle teknoloji, yeni bir hayat inşa ediyor. İnsanlık, makineye teslim ediliyor. Milyar dolarlık sermayeleriyle bütün insanlığı güden sosyal medya şirketleri yeni hayatın görünen yüzü. Renkli hayatlar, şehirler, tatil beldeleri, cinsellik, yemek, spor… Nefsin hoşuna giden ne varsa sınırsız sunuluyor, bu dünyada.

    Dün petrol başta bütün zenginlikleri sömürülen Doğu adamının, Batının bu yeni icadını nasıl ve ne maksatla kullandığına dair bütün yakınmaları anlamsız kalıyor bugün. Bu cümle, bizim de içinde yer aldığımız dünya için çok iyimser bir düşünce oldu. Doğu adamının, ormanı basan bu yeni canavara karşı kayıtsız kaldığı, hiçbir refleks göstermediği daha doğru bir tespit olur. Küçük ve büyük ölçekte etrafımıza baktığımızda, herkesin hayatından memnun olduğunu görüyoruz zira. Hatta bu gidişatın gidiş olmadığını fikir ahlâkı taşıyan Batılı bizden çok dert ediyor. Daha 19. Asrın sonunda Çarli Çaplin eserlerinde makine meselesine el atıyor:

    “Bugünün en büyük problemi makine meselesidir. Şarlo’nun makine ile alayı, o kadar zariftir ki, ancak ruhçu telâkkiye yakışabilir. Mesela, bir filminde, bir fabrikada iş tasarrufu için her şey alete dökülmüştür. Amele, soframsı bir yerde oturur. Makine gelir bir kolla ağzına yemek verir, sonra başka bir kolla da ağzını siler. Makine esasta ahmak… Yemek veren kolu bozulur, havada işler ve yemekler yere dökülür. Fakat diğer kol tarafından aç adamın ağzı silinir.” (Necip Fazıl, Batı Tefekkürü ve İslâm Tasavvufu)

    İlmî çalışmalarından bihaber olduğumuz ve ancak izlediğimiz filmleriyle anlayabildiğimiz Batı’nın, teknolojinin bir ruha bağlanmadan gelişmesi karşısında, Matriks filmiyle başlattığı ve kanaatimce Vol-i filmiyle zirveye taşıdığı tefekkürünün bizim dünyamızdan olması gerekmez miydi?

    Rahmetlik dedem ve babam, emredilen ve nehyedilenleri yapmak ve yapmamak noktasından Allah’a karşı mesuldüler. Onlara kadar gelen ve onlardan sonra devam eden hayat, kendilerinden sonra gelecek nesillere karşı bir mesuliyet yüklemedi omuzlarına.

    Ama biz, onlardan fazla bir mesuliyetle muhatabız, bugün. Yeni bir hayat şekilleniyor. Bizim icat etmediğimiz enstrümanlarla şekillenen hayat. Bugünkü tavrımız, bizden sonraki nesillere de intikal edecek, emsal olacak. Nerede olursa olsun ilmi almak emrine baş kesenlerin, kendi icat etmedikleri yeniliklere karşı takınmaları gereken şahsiyetli tavrı sergilemekle mükellefiz. Eşyanın hakikatini olduğu gibi anlamak boynumuzun borcu. İlkokullarda hâlâ tarih devirlerini gösteren tablolar asılı mı bilmiyorum, hani ilkçağ, ortaçağ, yakın çağ diye isimlendirdiğimiz. Eğer asılıysa o tabloya bir de internet çağının eklenmesi gerekir, bugün. Teşbihte hata olmasın, Fatih’in müjdeli beldeyi fethettiği zamanda hayat sürenler tarihe karşı ne kadar mesulseler, biz de aynı durumdayız şu an. Bir çağ kapanıp bir yenisi şekilleniyor. Surlara bayrak diken Ulubatlı olmak da elimizde, Fransız İhtilali’ne yol veren “ekmek bulamıyorlarsa, pasta yesinler” cümlesiyle meşhur ahmâk kraliçe de…

  • Şair-publisist Əkbər Qoşalının şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanda ATATÜRR MƏRKƏZİnin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının Başkanı, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvü, şair, publisist, yazıçı Əkbər Qoşalının “Mən hələ bir cavan bulud yaşdayam, şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 98-ci sayında Azərbaycan türkcəsində sayında dərc olunub.
    “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri, şair-publsist Rafiq Oday, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhəçilər isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.
    Qeyd edək ki, bundan öncə də şairə-publisist Əkbər Qoaşlının bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Kardelen” (Bilcek şəhəri), “Usare” (Kahramanmaraş şəhəri) mədəniyyət və ədəbiyyat dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Görkəmli Azərbaycanlı şairə Güldərən Vəliyevanın şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bürosunun rəhbəri, şairə Güldərən Vəliyevanın “Qorxuram” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 98-ci sayında Azərbaycan türkcəsində sayında dərc olunub.
    “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri, şair-publsist Rafiq Oday, məsləhəçisi isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzovdur.
    Qeyd edək ki, bundan öncə də şairə-publisist Rahilə Dövranın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dərgisində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc yazar Kamran Murquzovun şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü,“Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisi, “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Mətbuat xidmətinin rəhbəri, şair-tərcüməçi-jurnaist Kamran Murquzovun “Hakdan gelen jaber imiş” şeiri Osmanlı türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” dergisinin yeni 98. sayısınnda dərc olunub.
    “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçisi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz
    Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnaist Kamran Murquzovun “Azerbayaycan toprağına düşüp güzarın, Yunusum!” şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.
    Qeyd edək ki, bundan öncə şeirləri “Kümbet”, “Usare”,”Hece Taşları”, “Kardelen” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist Kənan Aydınoğlunun “Əlliyə çatacaq yaşın, Ay Ana!” şeiri Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” dergisinin yeni 98. sayısınnda dərc olunub.
    “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçisi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, koordinatoru isə
    “Kümbet” (Tokat şəhəri) və “Usare” (Kahramanmaraş şəhəri) dərgilərinin Azərbaycan təmsilcisinin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, tərcüməçi-jurnalist, gənc yazar Kamran Murquzov.
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Kənan Aydınoğlunun şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.
    Qeyd edək ki, bundan öncə şeirləri “Usare”,”Yeni Edebiyat Yaprağı”, “Kardelen”, “Hece Taşları” dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Əlirza Həsrəti doğum günü münasibətilə təbrik edirik! (1 Noyabr 1963-cü il)

    ehe

    TƏLƏBƏ

    (Gənc folklorşünas İlkin ELSEVƏRİN şərəfinə)

    Arzular böyükdür,dünya dardı,dar,
    Kasıb süfrənizdə hər şey bal dadar.
    Uçmağa nə gözəl qanadların var,
    Hardandır bu sevda səndə,tələbə?

    Şəhərdə böyüyən kəndçi balası,
    Hər kitab gözündə bir eşq qalası.
    Dağların dumanı,çölün lalası,-
    Səni də saldımı bəndə,tələbə?

    Gəl özgə yerişlə,ayrı duruşla,
    Bir nəğmə oxuyaq bu qərib quşla.
    Gününü keçirib qəpik-quruşla,
    Qəmli də tələbə,şən də tələbə.

    …Xəyalım o uzaq illərdə qalıb,
    Kimi xəbər verib,muştuluq alıb.
    Anam qollarını boynuma salıb,-
    Deyərdi,xoş gəlib kəndə,tələbə!

    VER ƏLİMİ

    Çətir tutub duman dağa,
    Bəlkə dağlara qar yağa.
    Saçların daldalanmağa,-
    Qabağına ver əlimi.

    Hər tərəfi xəzəl basıb,
    Bir divanə qız əl basıb.
    Bağrına nə gözəl basıb,-
    Zəvvar könlüm pir əlimi.

    Hardan düşdü gör bu kölgə,
    Gəzib gəlib ölkə-ölkə.
    Heykəl qoyubdurlar bəlkə,-
    Gözüm üstə bir əlimi?!

    QƏRİB OCAĞININ İSTİSİ OLMAZ
    Sərhəd telləridir köklədiyim saz,
    Duman da dağlarda görünür az-az.
    Qərib ocağının istisi olmaz,
    Gərək kül altında köz saxlayasan.

    Duruşu başqadır bizdə dağın da,
    Şamama rəsmisən qonşu tağında.
    Nə var əyilməyə yar qabağında,
    Gərək ürəyini düz saxlayasan.

    Alıb ağuşuna yenə su arxı,
    Yandırır ayrılıq qorxusu arxı.
    Hayandan bağrıma basım bu arxı,-
    Üstümdə yalandan göz saxlayasan?!

    SAÇIMI ÜŞÜDƏN PAYIZ QIROVU
    Saçımı üşüdən payız qırovu,
    İllərin çəkdiyi tumardı elə.
    Bu ikinəfərlik sevgi oyunu,-
    Mənim uduzduğum qumardı elə.

    Ruhuma şam tutan quzey qarımı?
    Quşlar dimdikləyir dəymiş barımı.
    Bir zaman nənəm də corablarımı,-
    Deyinə-deyinə yamardı elə.

    Döyür gözlərini dağda duman-çən,
    Sovulmuş xırmanda hardandır bu dən?
    Sən çətir tutduğun xatirələrdən,-
    Ömrümə göz yaşı damardı elə.

    VƏTƏN DÜZƏLDƏK

    Xatirələr aramızda pərdə,bax,
    Çiçəkləyib batdığım qan-tər də,bax.
    Şuşası yox,Laçını yox,dərdə bax,
    Bu qəribə harda Vətən düzəldək?

    Saçlarıma ənam verib qış qarın,
    Həmdəmiyəm qürbətdə koğuşların.
    Bu sünbüldə gözü qalan quşların,-
    Dimdiyində ahımdan dən düzəldək.

    …Belə hardan çıxıbdır qan ruhuma?
    Məhəbbətdir,sevgidir can,ruhuma.
    Mələklərin qanadından ruhuma,-
    Bundan belə ayrı bədən düzəldək

  • Rafiq ODAY.”ÇANAQQALA ZƏFƏRİ”

    ÇANAQQALA ZƏFƏRİ

    Cümhuriyyət bayramının təməlində
    Çanaqqala zəfəri dayanır. Eşq olsun bu zəfəri qazananlara!
    Var olsun Cümhuriyyətimiz!

    Azadlığı başa tac
    Seçənlərin püşküdü,
    Vətənə namus andı
    İçənlərin püşküdü,
    Bu andla şirin candan
    Keçənlərin püşküdü, –
    Əbədiyyət yoluna
    Çıxanların səfəri,
    Çanaqqala zəfəri!

    Gözümüzün qan adlı
    Seli, suyu qurudu.
    Bu qan aydan arıdı,
    Bu qan sudan dururdu.
    Türkün qurtuluş himni,
    Varolma düsturudu,
    Odur bizə bəxş edən
    Al şəfəqli səhəri,
    Çanaqqala zəfəri!

    Qos-qocaman ağacı
    Qurutmaq mümkün deyil.
    Buna təşəbbüsləri
    Unutmaq mümkün deyil,
    Yüz səksən milyon bu gün
    Qürurla: “Türküm” – deyir.
    Bitib tükənərmi heç
    Qırx budağın bəhəri? –
    Çanaqqala zəfəri!

    Qorxu bizdən uzaqdı,
    İraqdı hürkü, Tanrım.
    Neylər sonsuz səmaya,
    Bir ovuc bürkü,Tanrım,
    Türk – Tanrının əsgəri,
    Qorusun Türkü Tanrım.
    Göyün yerə müjdəsi,
    Yerin göyə xəbəri, –
    Çanaqqala zəfəri!

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    GÜLÜM

    Eşqim, məhəbbətim, sevən ürəyim,
    Qəlbimin istəyi, arzum, diləyim,
    Mənim həyatımsan, mənim mələyim,
    Səndən özgəsinə baxmaram, gülüm.

    Sən mənim bəxtimə yazılan yazı,
    Ömrümün baharı, ömrümün yazı,
    Gətirmə ömrümə qışı, ayazı,
    Səndən özgəsinə baxmaram, gülüm.

    Qara gözləinə olmuşam heyran,
    Canım, gözüm sənə qurbandı,qurban,
    Yolunda canımdan keçərəm inan,
    Səndən özgəsnə baxmaram, gülüm.

    Qal desən qalaram, öl desən ölləm,
    Çağırsan bir anda yanına gəlləm,
    Qəlbindən, könlündən keçəni billəm,
    Səndən özgəsinə baxmaram, gülüm.

    Sənin hər kəlmənə can-can deyərəm,
    Mən Əziz Musayam,Məcnun deyiləm,
    Səni özümdən də çox istəyirəm,
    Səndən özgəsinə baxmaram, gülüm.

    İLLƏRLƏ SƏNİ SEVDİM

    İllərlə sevdim səni,
    Həsrətinlə alışdım,
    Nazın öldürdü məni,
    Gah küsdüm, gah barışdım,

    Ürəyimsən, canımsan,
    Sənə can atdım hər vaxt.
    Heç üzümə gülmədin,
    Məndən qaçaq düşdü baxt.

    Bu sevgidən heç zaman,
    Nə bezdim, nə yoruldum,
    Vallah hər gün mən sənə,
    Daha da çox vuruldum.

    Səndən özgə bir kimə,
    Baxmadı bu gözllərim,
    Döndü aha, naləyə,
    Sevgi dolu sözlərim.

    Heç halını bilirsən,
    Gözü yolda qalanın?
    Əllərini buraxma,
    Sənə möhtac olanın.

    QADINA MƏKTUB

    Yenə yandırıb, yaxır,
    Fələkləri bu ahım,
    Heç özümdə bilmirəm ,
    Nədir axı günahım,

    Mən öyrənə bilmirəm,
    Həsrətin göz yaşına.
    Gözlərim öyrənibdi,
    Sənin o göz, qaşına.

    Hanı o gözəl günlər?
    Xatirələr nə şirin,
    Hanı o pıçıltılar,
    Hanı o nəvazişin?.

    Heç yadımdan çıxarmı,
    Təbəssümün, gülüşün,
    Dodağımı yandıran,
    Od, alovlu öpüşün.

    Qəlbimdə sarayın var,
    Demirəm təzəsin qur,
    Ay könlümün sultanı,
    Gəl mülkinə yiyə dur.

    GÜLÜM

    Bir abır, həya allanır,
    Gülüm, üzünün üstündə,
    O gözlərin bir yaraşıq
    Ay var gözünün üstündə.

    Olmusan başımın tacı,
    Sənsən hər dərdin əlacı,
    Xatirələr qəm ağacı,
    Bitib izinin üstündə.

    Dünya sevgidən başlayır,
    Gəl pisi, yaxşını ayır,
    Eşqi Allah da xoşlayır,
    Dayan sözünün üstündə.

    Əimdədi dəftər qələm,
    Mən Əzizəm, yoxdu lələm,
    Ölümdən qorxan deyiləm,
    Ölüm dizinin üstündə.

    ULDUZUMSAN

    Həsrətdən ürəyim alışıb, yanır,
    Gözlərim elə hey axtarır səni.
    Şirin xatirələr bir-bir oyanır,
    Gəl qov gözlərimdən dumanı, çəni.

    Yenə üzüm gülər geriyə dönsən,
    Sən mənim istəyim hay, harayımsan.
    Ürəyim açılar sevinclə dinsən,
    Parlaq ulduzumsan,nurlu Ayımsan.

    Tay mənim canımda, ruhumda varsan,
    Dilimdə hər zaman hallanır adın.
    Sən mənim ömrümün ilk baharısan.
    Günəş tək nurludu alovun ,odun.

    Ömrümün sevdalı xoş bir günüsən,
    Sənsiz zülmət olar bu dünya aləm,
    Silirsən qəlbimdən qüssə, qəmi sən
    Mən də öz əhdimdən gönən deyiləm.

    Qoşa qanad olaq biz bu sevdaya,
    Şehli çiçəkləri özümüz dərək,
    Şükür bu qismətə, şükür bu paya,
    Bu eşqi birlikdə qoruyaq gərək.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Məni bağışla, ata!

    1989-cu ildə atam öldü… Bir ay sonra bu şeir doğuldu.

    Ruhumun üzündəki
    Naxışlar yoxa çıxıb.
    Sağlığında gördüyüm
    Baxışlar yoxa çıxıb, –
    Məni bağışla, ata!

    Torpağa səcdə edib,
    Dənə Allah deyirdim.
    Allahım ola-ola
    Sənə Allah deyirdim, –
    Məni bağışla, ata!

    Əzrayıla sığınıb,
    Əcəli mat qoyurdun.
    Necə bağışlayım ki?
    Sinəmə çat qoyurdun, –
    Məni bağışla, ata!

    Sən ölən gün, həyata
    Sahibsiz dalan dedim.
    Anamı üzməməkçün
    Anama yalan dedim, –
    Məni bağışla, ata!

    Səndən sonra içimin
    Oyuğu artdı elə.
    Bu körpə əllərimin
    Soyuğu artdı elə, –
    Məni bağışla, ata!

    Səninlə, bu dünyadan
    Gövhərin, ləlin köçdü.
    Qonşu qız da, bizə yox,
    Yad evə gəlin köçdü, –
    Məni bağışla, ata!

    Bir vaxtlar atam idin,
    İndi bir əlcə şəkil.
    Mən öz yuxuma girim,
    Sən öz yuxuna çəkil… –
    Məni bağışla, ata!

    ***

    …Əvvəl adamın özü,
    Sonra da canı gəlir…
    Günahlar çoxaldıqca
    Ayrılıq anı gəlir…

    Hər anın öz anı var,
    Kimin dərdi, səri yox?!
    Son mənzilə çatırıq…
    Haqq-hesab dəftəri yox…

    Ruhun da, axşam-səhər
    Yaxaları ağ olur.
    Ruhdan gen düşən adam
    Əcələ dustağ olur.

    ***

    Başımın ağı artdıqca,
    Şəklim dondan-dona düşür.
    Ruhum ay kimi olandan
    İşığı tək ona düşür…

    O da, beləcə, qəsd edir,
    Canım haldan-hala qalır.
    Mən şeytandan uzaşdıqca,
    O, şeytandan dala qalır.

    Duz tökmə, yaram soyuyub,
    Qəmi hədəfə düz vurma…
    O, mənlik deyil, mən onluq,
    Ta ona görə üz vurma.

    Ruhum elçi daşıdı ki,
    Gündə yüz adam daraşır?!
    Məni təkliyə öyrətmə, –
    Təklik Allaha yaraşır.

    Kasıbın

    Bu şeiri 1993-cü ildə yazmışam. Bir nəfər dedi ki, paylaş, çünki vacibdir… Paylaşdım…

    Əvvəlindən belədir; aşağı dikər başın,
    Qul kimi işlək olar, zayı olmaz kasıbın.
    Əllərini qaldırar bir udumluq pay üçün,
    Duası düyün düşər, payı olmaz kasıbın.

    Ürəyinin istisi hər arzu-kama çıxar,
    Duyğusu nəm libasda naz ilə dama çıxar,
    Əzabı pərvanətək tövşüyər, şama çıxar,
    Günü ah-ufla keçər, ayı olmaz kasıbın.

    Tale acılarını ürəyinə qondurar,
    Kölgəsini həyatın odu ilə yondurar…
    Əynin yamaq üşüdər, canın yoxluq dondurar,
    Qışı divanə keçər, yayı olmaz kasıbın.

    O, nağıl kimi baxar görmədiyi toxluğa,
    Duyğuları öyrəşməz sevgi adlı çoxluğa.
    Əcəli vaxtsız gələr, həyat yıxar yoxluğa,
    Əzrayıl ova çıxsa tayı olmaz kasıbın.

    Yanağına xətt salar duman onun, çən onun,
    Saçlarını ağardar qəfil düşən dən, onun.
    Hikmət, kefinə dəymə qəm yeyəndə, sən, onun,
    O qədər ah-vay edər, hayı olmaz kasıbın.

    Gen dur gözlərimdən…

    Şeytan da mənimlə əlləşir elə…
    Görüm necə eşir közümü, görüm.
    Bir gün deməzlərmi dəliydi kişi?!
    Gen dur gözlərimdən, özümü görüm.

    …Nədən Allah qədər sevdiyim qadın
    Cavab məktubunu qollamıb hələ?
    …Çoxdan o yazığa bir vəd veriblər,
    O da qırağını kollamıb hələ…

    Çəkdiyim şəkilə oxşamırsan heç,
    Gözünü çəkəndə, qələm sürüşüb.
    Sandım, ovlayaram, başım qarışdı,
    Qəfil dedilər ki, tələm sürüşüb…

  • Kamran MURQUZOV.”Gənc yazar Kənan AYDINOĞLU haqqında bir neçə söz”

    10730926_708473925888118_1815156677351752954_n

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorudur. Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir. “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin və “Usare” iki aylık kültür, sanat ve edebiyat dərgisinin Azərbaycan təmsilcisidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
    Şeirləri və məqalələri “Azərbaycan bələdiyyəsi”,”Azad Press”,”Cəmiyyət”,”Yeni Bəşər”,”Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”, “Sözün Sehri”,“Yeni Azərbaycan”,“Respublika gəncləri”, “Elimiz, günümüz”, “Yenilik Press”, “Vışka”, “Elin sözü”,“İlham çeşməsi”,”Vedibasar”, “Təzadlar”, “Yeni Axtarış”, “İrəvan Press”, “Azad Qələm”, “Azad Azərbaycan”, “Kaspi”, “Olaylar”, “Ədalət” qəzetlərində, “Ziyalı Ocağı”, “Ulduz” jurnallarında, “Bitməz könlümüzün vətən sevgisi”, “Zərrələr” antologiyalarında, “Atəş 2016”, “Buta” almanaxlarında, müxtəlif mədəniyyət və ədəbiyyat portallarında çap olunub. 2006-cı ildən respublika mətbuatında Kənan AYDINOĞLU imzası ilə şeirləri və məqalələri ilə çıxış edir.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətindəki “Kümbet” (Tokat şəhəri), “Usare” (Kahramanmaraş şəhəri), “Yeni Edebiyat Yaprağı” (Kahramanmaraş şəhəri), “Kardelen” (Bilecik şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) dərgilərində və “Son nokta” (Adana şəhəri) qəzetində çap olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
    Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadə gənc yazar Kənan Aydınoğlunun ədəbi-bədii yaradıcılığını yüksək qiymətləndirib.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində Salyan və Cəlilabad səfərlərinin iştirakçısıdır.
    2013-cü ildə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə görə” diplom ilə təltif olunmuş və mükafatlandırılmışdır. Qaradağ Rayonu Gənclər və İdman İdarəsinin elektron orqanının “Aktiv gənclər” bölməsinə tərcümeyi-halı, şeirləri, məqalələri, poeması yerləşdirilmişdir.
    2013-cü ilin dekabr ayının 28-də Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun 132 nömrəli sərəncamına əsasən, Qaradağ rayonunda Dövlət gənclər siyasətinin fəal iştirakına və ədəbiyyatımızın inkişafında qazandığı xidmətlərə görə “Fəxri fərman”la təltif olunmuş və mükafatlandırılmışdır.
    2014-cü ilin noyabr ayının 19-da respublikanın paytaxtı Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc yazarların vətənpərvərlik ruhunda şeir müsabiqəsi”nin iştirakçısıdır.
    2014-cü ilin noyabr ayının 22-də respublikanın paytaxtı Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və “Bayat” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətən sevgisi sərhədlə başlamır, sərhədlə bitmir” layihəsində fəal iştirakına görə Sertifikata layiq görülüb.
    27 avqust 2015-ci il tarixində TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Başkanı Remzi Zenginin müvafiq qərarına əsasən, TOŞAYAD yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisi seçilib.
    8 avqust 2016-cı il tarixində Ebrar Vakfı Sahibi Nedim M.Tepebaşının müvafiq qərarına əsasən, Ebrar Vakfı yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dərgisinin Azərbaycan təmsilcisi seçilib.
    2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və gerçəkləşdirilən “Dini motivlər əsasında şeirlər” müsabiqəsi çərçivəsində “Mütərcim” nəşriyyatı tərəfindən işıq üzü görən “Dini motivlər əsasında şeirlər” müsabiqəsi kitabında “Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!” şeiri işıq üzü görüb.

    Kamran MURQUZOV,
    “kenanaydinoglu.com” saytının mətbuat xidmətinin rəhbəri

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    DOĞRU YOLA YÖNƏLT, ALLAH!

    Az qalır ki, ağlım çaşa,
    Doğru yola yönəlt, Allah!
    Dünya yalan başdan-başa,
    Doğru yola yönəlt, Allah!

    Ümidimi də üzmərəm,
    Şeir çələngi düzmərəm.
    Dodağımı da büzmərəm,
    Doğru yola yönəlt, Allah!

    Yenə salım səni yada,
    Gəlməsin canıma qada.
    Salma məni belə oda,
    Doğru yola yönəlt, Allah!

    Təkliyinə şükür olsun,
    Sevincdən göz yaşım dolsun.
    Gözlərdə olmasın ovsun,
    Doğru yola yönəlt, Allah!

    NƏYİNƏ İNANIM MƏN BU DÜNYANIN?!

    Hər ömrə bir yağı kəsilibdisə,
    Nəyinə inanım mən bu dünyanın?!
    İnsanlar zəmi tək biçilibdisə,
    Nəyinə inanım mən bu dünyanın?!

    Yenə biçilmiş zəmi kimidi,
    İnsanın kədəri, qəmi kimidi.
    Bir səsin yüksələn bəmi kimidi,
    Nəyinə inanım mən bu dünyanın?!

    Dəhşət,qırğınların yolu bilinmir,
    Sağı bilinirsə, solu bilinmir.
    Dəclənin, Fəratın qolu bilinmir,
    Nəyinə inanım mən bu dünyanın?!

    Qəti fikirləri əsdirəcəksə,
    Başımın üstünü kəsdirəcəksə,
    Məni doğmalarla küsdürəcəksə,
    Nəyinə inanım mən bu dünyanın?!

    Göz yaşı içində boğulacamsa,
    Kədərin içində yoğrulacamsa,
    Qəm-qüssə içində doğulacamsa,
    Nəyinə inanım mən bu dünyanın?!

    Onsuz da vədləri hədərdi, hədər,
    Əvvəli sevincdi, sonu da kədər.
    Elə yaranışdan bu günə qədər,
    Nəyinə inanım mən bu dünyanın?!

    Şerimi eşidən dənim deyilsə,
    Buludum deyilsə, çənim deyilsə,
    Əzizim deyilsə, mənim deyilsə,
    Nəyinə inanım mən bu dünyanın?!

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    SƏMƏD VURĞUNA
    /Ayrılarmı könül candan,
    Azərbaycan, Azərbaycan./

    Dünya bilir, Sən Onunsan,
    Onun üçün doğulmusan.
    Sevən könül, can olmusan,
    Ayrılammaz könül candan,
    Səməd Vurğun, Azərbaycan.

    Vurğun oldun “yurd, yuvana”,
    Vətənini sandın “Ana”.
    Dedin ki, “bağlıyam Sana”,
    Necə- “uşaq Anasına”
    Ana- doğma balasına.

    Gəzdin ölkə, ulusları,
    Salamladın “dostu, yarı”.
    Düz ilqarı, etibarı,
    Tapdın Ana qucağında,
    Öz “yurdun”da, ocağında.

    Cənnət Muğan, Mil sənindir,
    Sıx meşələr qələmindir.
    Ilhamını dinlə, dindir,
    Kür, Arazın coşan qanın,
    Xoşbəxtisən Sən dünyanın.

    Söz qoşmusan dağ, daşına,
    Ceyranların göz yaşına.
    Tarixlərin yaddaşına,
    “Vaqif”, “Aygün”, ”Dar ağacı”
    Silsilələr şirin, acı.

    Dilləndirib sazı, tarı,
    Əritmisən buzu, qarı.
    Bir “Zəncinin arzuları”,
    Qələminlə çiçək açıb,
    “Muğan” dönüb şəfəq saçıb.

    “Ceyran qaçar, cüyür mələr”,
    “Ürək açan mənzərələr”.
    Lalələrdir zər düymələr,
    Geyinmişik əynimizə,
    Əlimizdə qızıl kuzə.

    Qazax, Gəncə, Qarabağda,
    Qoşqar, Kəpəz, Haçadağda,
    Min qışlaqda, min yaylaqda,
    Ayağının izi vardır,
    “Dağlarının başı qardır”.

    Məftun idin telli saza,
    “Gəncləşirdin yaza-yaza.
    Indi yoxdur təqib, cəza,
    Yurdda hər yan əlvan çiçək,
    Arzuların olub gerçək.

    Ulu Öndər Günəş bizə,
    Şəfəq saçır ölkəmizə.
    Qartallarım süzə-süzə,
    Son qoyubdur “nəs illərə”,
    Biz örnəyik “nəsillərə”.

    Yaşa könül şad, firəvan,
    Müstəqildir Azərbaycan.
    Xoşbəxt Vurğun, xoşbəxt Dövran,
    Qucaq açıb xoş iqbala,
    Qovuşublar istiqlala!…

    BU GÜN QARDAŞ TÜRKİYEMİZİN CÜMHÜRİYYƏT BAYRAMIDIR. 29 EKİM- TÜRKİYƏ RESRUBLİKASININ DOĞUM GÜNÜDÜR! BÜTUN TÜRK DÜNYASININ ƏN BÖYÜK BAYRAMI M Ü B A R Ə K OLSUN ! ! !
    TÜRKÜM DEYƏNƏ
    /Türkün monoloqu/

    Daşım, torpağım ulu,
    Tarixim zəfər dolu.
    Yolum Oğuz, Hun yolu,
    Qüdrətli millətim var.

    Təkbir, duam dilimdə,
    Doğuldum at belində.
    Akınların selində,
    Sarsılmaz heyrətim var.

    Oxudum “Mehtər marşı”,
    Silkələdim dağ, daşı.
    Qazandım hər savaşı,
    Yenilməz qüvvətim var.

    Inancım Quran, azan,
    Həm qəhrəman, həm ozan.
    Qılıncla tarix yazan,
    Müqəddəs xilqətim var.

    Mövlam bəxş edib mənə,
    Dovran, busat, təntənə.
    “…Mutlu türküm deyənə!”
    Şanım var, şöhrətim var.

  • Şəfa VƏLİYEVA.”Nə ölüb gedəsi havadı, Tanrı”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Nə ölüb gedəsi havadı, Tanrı,
    Nə ağı deyərdim yaş sevdalara…
    Xatirəmə büküb yaşananları
    Bir büt də doğardım daş dualara…

    Bu nə çiskin deyil, nə yağış deyil,
    Şairin qələmə qarğamasıdı…
    Nolsun ki, hər səhər dil alqış deyir,
    Axşamlar dərdlərin ulamasıdı…

    Getmə, oktyabr…
    Səbrim ha yoxdu
    Durum arxanca bir şeir çiləyim…
    Mənə bu havada bu dərd də çoxdu,
    Sonuncu duaya qalıb gülməyim…

  • Şəfa EYVAZ.Yeni şeirlər

    Bilməcə

    Nə qəribə bilməcəsən?
    çözəmmədim həyat, səni.
    bu beş günlük ömrümdə
    rast gəldiyim insanlar,
    səndən qəliz çıxdılar…
    “əlindən tutaq” deyib,
    təpik vurub yıxdılar…
    nə qəribə bilməcəsən?
    çözəmmədim həyat, səni.
    gözümə gün saydığım
    işıqlar yalan çıxdı,
    “dost” dediyim insanlar
    alnıma güllə sıxdı.
    kim olduki qalibi,
    bu narahat oyunun?
    hiyləgərsən sən həyat,
    gedişlərin naməlum.
    doğru-dürüst oynayan
    səndə batağa düşür…
    mat etdiyin bu “şahlar”
    ölüm yatağa düşür…
    səni çözmək istəyən,
    “Mən”dən uzağa düşür…
    Qəribə bilməcəsən,
    Həyat… sən beləcə sirli qal.

    * * *

    Mən payızam, məni sevən
    Üç-beş sarı yarpaqdı
    ölümünə hazır olan.
    Sərt bir qışın sonrasında
    bahar görmək ümidilə
    Boz sərçələr sevər məni.
    Payız olmaq
    tənha-tənha sevilməkdi…

  • İlahə İMANOVA.Yeni şeirlər (Sonetlər) II hissə

    ***

    Ömrümün ətirli gül bağçasında
    Birdən tufan qopdu, küləklər əsdi.
    Günəş də bezikib qəmli həyatdan
    Dağlar arxasına yenə tələsdi.

    Qəlbimə kədərin ağrısı doldu,
    Səadət tərk etdi bahartək məni.
    Ömrümün bağçası saraldı, soldu,
    Göz yaşı qərq etdi dəniztək məni.

    Axır yanağımdan isti göz yaşı,
    Süzülüb hər damla bir şəbnəm olur.
    Əridir qayanı, mum edir daşı,
    Yenə də qayıdıb qəlbimə dolur.

    Nə deyim taleyin sönüklüyündən,
    Gənc ikən həyatda tez qocaldım mən…

    ***

    Niyə solubsan sən, ey gözəl qönçəm!
    Yoxsa sönüb eşqin, həyat istəyin?
    Nədən axıdırsan qəm leysanını,
    Bəlkə yoxdur sənin dostun, köməyin?

    Bir-bir ləçəklərin qopub tökülür,
    Vaxtsız xəzan gəlib bahar ömrünə?
    Qəlblərə sevinci gətirən sənsən!
    Bu kədər yaraşmır gül ləçəyinə…

    Sevinc gətirsək də başqa qəlblərə
    Özümüz həsrətik gözəl sözlərə…

  • TƏBRİK EDİRİK!

    25 oktyabr- Azərbaycan Jurnalistlər Birliyinin iki üzvünün – Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının nəzdində yaradılmış Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) baş redaktoru, istedadlı şair-jurnalist Murquzov Kənan Aydın oğlunun, həmçinin Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatın nəzdində yaradılmış Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu, istedadlı tərcüməçi-jurnalist Murquzov Kamran Aydın oğlunun doğum günüdür.

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) baş redaktoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüdür.

    Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat uçotu və audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Bu əlamətdar gün münasibətilə hər iki ziyalımızı (əkiz qardaşı) səmimi-qəlbdən təbrik edir, həyatda uzun ömür, möhkəm cansağlığı, sevgi və səadət dolu illər arzulayıram. Qısa zaman kəsiyində ədəbi ictimaiyyətin dərin hörmət və rəğbətini qazanan bu istedadlı gənclərə yaradıcılıqlarında yeni-yeni müvəffəqiyyətlər, çoxşaxəli fəaliyyətlərində bol-bol uğurlar diləyirəm.

    Dərin hörmətlə,

    Rafiq Oday,

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    “edebiyyat-az.com” və “gundelik.info” saytlarının direktoru, respublikanın Əməkdar jurnalisti.

  • Rahilə DÖVRAN.”Ad günü mübarək- Kamran, Kənanın!”

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    AD GÜNÜ MÜBARƏK KAMRAN, KƏNANIN

    Gül açıb könlündə dostun, sirdaşın,
    Bu gün ad günüdür, əkiz qardaşın.
    Yürdsevər, eloğlu, cüt vətəndaşın
    Gözü aydın olsun ata, ananın,
    Ad günü mübarək- Kamran, Kənanın!

    Günəş də gülərüz olubdur bu gün,
    Süslənib masalar- büsat, toy, düyün.
    Eşidin, ey dostlar, gur alqış deyin
    Əsil bayramıdır, candan yananın,
    Ad günü mübarək- Kamran, Kənanın!

    Əkiz nüvcavanlar, mərd, igid, göyçək,
    Hər kəs mehrin salır, onları görcək.
    Alqışçün tələsir əldə gül, çiçək
    Cəsur övladları Azərbaycanın,
    Ad günü mübarək- Kamran, Kənanın!

    Alqışlar, təbriklər, duyğular min- min,
    Yüz yaş nəsib etsin, onlara Rəbbim.
    Qələbə, uğurlar diləyir qəlbim
    Ana sevgisidir, sözü Dövranın,
    Ad günü mübarək- Kamran, Kənanın!!!

  • Saqif Qaratorpağı doğum günü münasibətilə təbrik edirik! (26 oktyabr 1963-cü il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölgəsinin rəhbərini, “Hüseyn Arif” Ədəbi Məclisinin sədrini şair-publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

    Pəncərə

    Səni kim çəkib asıb
    Zalım,o pəncərədən?!
    Düşərmi bircə dəfə
    Yolum,o pəncərədən?

    Bax,çayın da soyuyur,
    Zaman çıxır yadından.
    Tərləyir bir pəncərə
    Ürəyinin odundan.

    Bir ömür tüstülənir…
    Alışırsan,sönürsən.
    Unudursan özünü,
    Pəncərəyə dönürsən.

    Təkliyin,yalqızlığın
    Həmdəmidi pəncərə.
    Zülmətdən keçib gedən
    Ağ gəmidi pəncərə.

    Səni götürüb gedər…
    Ha qaçsam da çatmaram.
    Yeriyəm su üstə,
    Bəs nə sirdi,batmaram.

    Yadından çıxıb tamam,
    Yuxulusan,oyaqsan.
    Pəncərə bir dənizdi,
    Sən bir tənha mayaqsan…

    Uyuyursan…yuxuna
    Keşik çəkir pəncərən.
    Bir gün durub görərsən
    Çiçəkləyib pəncərən…

    * * *

    Daha təkcə özüməm bu qədim xarabada,
    Bir də veyil küləkdi-buludları hürküdən.
    Bir bənövşə boylanır bir divarın çatından,
    Bir də sınıq qapıdı…nə gələn var,nə gedən…

    Unudulmuş adayam kainatın ovcunda,
    Itirmişəm illərin sayını, hesabını.
    Bu gündən başlayaraq gərək təzədən yazam
    Köhnə-kürüş ömrümün sonuncu kitabını.

    Ha axtardım hər yeri bir ağ varaq tapmadım,
    Batıb baxt gəmisində zamanın sularına.
    Yadımdan çıxır deyə,nə varsa bircə-bircə
    Cızım tənha evimin boz,uçuq divarına.

    Silinib yaddaşımdan,yoxdu bir xatirə də…
    Hərdənbir xatırlayıb barı bir az kövrəlim.
    His basmış bir çıraqdı nə zamandı ürəyim,
    Hovxurub nəfəsiylə parıldadar kim silib…

    * * *

    Bilirəm,vaxtın yoxdu əhvalımı sormağa,
    Səni də yaşamağa qoymur çox qadağalar.
    Mən elə körpəlikdən payızın dəlisiyəm…
    Amma mənə düşmədi bu yağmurlu havalar.

    Şikayət eləmirəm,dedim,xəbərin olsun;
    Nə olsun ki gecələr bir azca gec yatıram.
    Hələ ki yaddaşımı xatirələr qanadır,
    Hələ ki evimizi rahat gedib tapıram.

    Ağaclar da köklənib darıxmaq havasına,
    Başlayıb boyamağa çığırları,yolları.
    Vallah,payız gələndən sinəm dəniz qoxuyur,
    Neçə gündü yağışnan yuyuram misraları.

    Sənsizliyi ovudub kiritmişəm,çox şükür!
    Ürəyimin odunda quruduram yaşları.
    Elə-belə ağlamır buludlar da bəlkə də,
    Arxasınca su atır payız köçən quşların.

    İşim elə çox deyil; məktəb,ev,Ağstafa…
    Hər şey qaydasındadı,daha sənə nə deyim.
    Narahat olma,canım,elə də pis deyiləm,
    Bir azca ağrıyıram,bir az sancır ürəyim…

    * * *

    Bir həsrət qoxusu var
    bu səhər sazağında.
    Hər gün adın üşüyər
    dilimdə,dodağımda.

    Gözlərimin yaşında
    bir xatirə islanar.
    Göz yaşımı silməyə
    yarpaq tökər ağaclar.

    Rəsmini çəkmək üçün
    durmuşam yol üstə mən.
    Almışam fırçasını
    son baharın əlindən…

    * * *

    Dostum,bu da 55,
    vaxt ötdü,vədə yarı.
    Könlümdə qəm göyərdir
    bu payız yağşları.

    Yenə bir yarpaq düşdü
    ömrümün ağacından.
    bir kimsə xəbər tutmaz
    gizli ağrı-acımdan.

    Bu da ömrün yoxuşu,
    artıb bir az da yüküm…
    bir yaxşı bax,saralıb
    üzümdəki təbəssüm.

    Payız çiçəyi yalqız…
    bir ibrətdi son bahar.
    xatirələr-gözümdən
    nəm çəkən köhnə divar.

    Üşüdür ürəyimi
    bir soyuq baxış belə.
    Şükür,indi payızdı,
    qarşıda qış var hələ…

  • Kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

    10730926_708473925888118_1815156677351752954_n

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) və “kenanaydinoglu.com” Mətbuat xidmətinin rəhbərini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Baş məsləhətçisini, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti

    Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu)- şair, publisist, tərcüməçi, jurnalist . Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri (2012), Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru (2013), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2015), Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Baş məsləhətçisi (2015), “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Mətbuat xidmətinin rəhbəri (2016)
    1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıbidir.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təçkilatçılığı ilə ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Kümbet”, “Usare”, “Kardelen”, “Hece Taşları” dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdıırlıb.

  • Kənan Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

    Photo Kenan

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin VƏ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Mətbuat xidmətinin rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş məsləhətçisini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisinin Məsul katibini, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olmaq diləyi ilə İnşAllah!

    Mətbuat xidməti

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorudur. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.

  • “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə”

    “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 25; 2011, № 6, maddə 489; 2018, № 6, maddə 1210) 1.1-ci bəndində “6.4-cü və 9.2-ci (hər iki halda) maddələrində” sözləri “9.2-ci maddəsində (hər iki halda)” sözləri ilə əvəz edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 18 oktyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Rafiq ODAY.”Ağrıyır”

    Dərd əkib, qəm biçməkdən,
    Qol yerindən ağrıyır.
    Yoxsul yoxdan, harınsa
    Bol yerindən ağrıyır.

    Gözlərim oyum-oyum,
    Nə baxdım ki, nə doyum?!
    Canımı hara qoyum? –
    Sol yerindən ağrıyır.

    İçimə damcılayır
    Çölümün qançırları.
    Kürəyim qamçıların
    Zol yerindən ağrıyır.

    Yerə girən boy sızlar,
    Kök inləyər, soy sızlar.
    Bədəsillər, soysuzlar
    Döl yerindən ağrıyır.

    Dünya məhbəs, qəfəs dar,
    Ya al, ya ver – nəfəs dar.
    Cəmi yaranmış ki var –
    “Ol” yerindən ağrıyır.

  • Türk poeziyasının yakut-saxaca döyünən ürəyi

    Nizami CƏFƏROV, Akademik, Millət vəkili

    Bu günlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin dəvəti ilə Saxa-Yakutiyadan Bakıya çox mötəbər bir xanım təşrif buyurdu. Onun oturuşu-duruşu, danışığı, hər cəhətdən, doğrudan da, xanıməfəndi olduğunu göstərirdi. Və dərhal nəzərə çarpırdı ki, bir neçə min illik zəngin türk mədəniyyəti qaynaqlarının gözündən su içib.N.Xarlamp_ Bichik

    …Onun Azərbaycanda ilk dəfə nəşr olunmuş şeirlər kitabçası mənə veriləndə güman etməzdim ki, bu qədər böyük bir istedadla qarşılaşacağam; təsəvvürümə gəlməzdi ki, türk dünyasının bu qədər qüdrətli bir şairi varmış.
    Saxa (Yakutiya) Respublikasının xalq şairi Natalya Xarlampyevanın “Mənim rəfiqim aprel” kitabçasında elə bir şeir yoxdur ki, müəllif mənsub olduğu etnosun hamımız üçün doğma hisslərinin arxeoloji dərinliyinə getməsin, bununla belə, elə bir şeirə də rast gəlməzsən ki, ruhuna modern düşüncə texnologiyaları hopmamış olsun. Hər cür müqayisə, xüsusilə şairlə şairin, şeirlə şeirin müqayisəsi, əlbəttə, nöqsanlıdır, ancaq deməliyəm ki, Natalya Xarlampyevanın poeziyasında Oljas Süleymenov üslubuna bənzərlik gördüm. O mənada yox ki, Natalya xanım öz möhtəşəm həmkarını təkrar edir; yox, o baxımdan ki, hər iki sənətkarın yaradıcılığında, təfəkküründə qədimliklə müasirliyin son dərəcədə zərif, həssas, eyni zamanda “akademik sistem”ə çevrilmiş mükəmməl harmoniyası var.
    Kitabçanın “Natalya Xarlampyeva ilə türk ruhu gəzisi” başlıqlı ön sözündə Oqtay Hacımusalı deyir:
    “Mən Natalya Xarlampyevanın yazmaq eşqini yaddaşının qut kültür süxurlarından aldığını bilirəm. O qutluluq onun damarlarındakı əsl qanda mövcuddur və elə ona görə şeirləri hər nə qədər insana kövrəkmiş, lirik duyğular üzərində köklənibmiş kimi görünsə də, bu lirikanın, bu kövrəkliyin içində qərib bir təlatüm də var; bu təlatüm türk xatununun ərcə, ərkəkcə, hər zaman meydanlarda olmasından, at minib qılınc qurşanmasından irəli gəlməkdədir. Bu onun qədəridir. Ruhunu, mənliyini, yüzilliklərdir söykəndiyi ulus kimliyini unutmaması, yaddan çıxarmaması, tam tərsi, övladlarına (mənəvi övladlarına) ötürmək istəyi onun qədəridir”.
    Doğrudan da, Natalya Xarlampyevanın poeziyasını həm ideya-məzmun, həm də poetika-forma baxımından səciyyələndirən ən mühüm əlamət etnik-tarixi yaddaşın canlılığı, sağlamlığı və bütövlüyüdür…
    Mən də ulu türkün bir parçasıyam –
    Kökləri dərindən-dərin,
    Qızılı bayrağında boz qurd,
    Kültiqin dövrünün varisi.
    Hansı uğursuzluğun əliylə
    Quzeyə üz tutdu
    Mənim ulu babam,
    Quzeydə məskən saldı?..
    Səhralarda qumların sehr dolu pıçıltısı,
    Aralın parlaq suyu,
    Düzlərin sarı üfüqü,
    Qızıl dəvələrin qəmli gözləri
    Uzaqlarda qaldı…

    Mən də ulu türkün bir parçasıyam –
    Canımda, qanımda duyuram bunu,
    Hikmətini duyuram daşüstü yazıların,
    Elmlərin qüdrətini
    Yaddaşıma yazıram mən,
    Yazıram ki,
    unutmayım kim olduğumu!

    Yakutlar nə müsəlman, nə xristian, nə də yəhudidirlər… Bütün türklər kimi onların da ulu babaları tanrıçı olublar. Və bu Tanrı inamının da müsəlmanlıq, xristianlıq, yəhudilik… qədər dərin həyat fəlsəfəsi, ruh aləmi, nəinki sözə bədii vüsət vermək, eləcə də bədii sözü ilahi söz səviyyəsinə yüksəltmək qüdrəti var.
    Natalya xanımın Şaman dualarında da həmin vüsəti (və qüdrəti) hiss etməmək mümkün deyil:

    Xalqımın düşüncələri dağınıq,
    niyyətləri qarışıq…
    Gələcəyi olmayana tapınmış,
    Kiçik
    və boş maraqlara inanmışlar.
    Güclərini, iradələrini itirmişlər.
    Ən zəif yel belə
    sovura bilər onları,
    pis ruhlar əsir edər.
    Qurumuş otlar kimi
    köksüzdür onların düşüncələri.
    …Amma müdrik
    və kamil olan
    yeni nəsil gələcək!
    …Mənsə boşaltdım ürəyimi,
    nə lazımsa dedim sizə!

    “Asiya xatın” alqış-poemasında, “Qədim türk qadınları haqqında triptix”ində, “Ana dilinə inan” şeirində (və ümumiyyətlə, kitabçada gedən bütün şeirlərdə) tarixi müdriklik, xüsusilə mənsub olduğu etnosun mənəvi varlığına, mədəniyyətinə sahiblik ehtirası nə qədərdirsə, yakut-saxaların gələcəyinə inam da o qədərdir. Və bu inam mücərrəd, deklorativ, üzəvari deyil… Konkretdir, səmimidir, hətta intimdir…

    …Qalx fikirlər zirvəsinə,
    alış dağlar başına.
    Səni dərin duysunlar –
    nə qədər mümkün ola.
    Ancaq
    inanmaqçün özün-özünə
    Ana dilində danış:
    Saxa dilində!
    O – ruhunun sirridir,
    O – sənin duyğuların,
    xoşbəxtliyin,
    kədərinin dilidir.
    Saxa dilində danış!
    …Eşqə, xoşbəxtliyə və həqiqətə –
    Saxa dilinə inan!..

    Bizim bu mürəkkəb, təlatümlü, əsəbi dünyamızda “azadlığ”ı hərə bir cür başa düşür. Hətta “azadlığ”ı həyatda yox, ölümdə də axtaranlar var… Natalya xanımın tərənnüm etdiyi “azadlıq”, ola bilsin ki, bir az sadəlövhdür, ancaq bu sadəlövhlüyün təkzibi heç cür mümkün olmayan (və dəqiq!) məntiqi də var: adam olmaq…

    Nə gözəldir azad olmaq! –
    paxıllıqdan, küdurətdən.
    Saxta addan, şan-şöhrətdən,
    vəzifəyə gedən yolda sürünməkdən,
    Təriflənib müdrik kimi görünməkdən!..

    Nə gözəldir azad olmaq!
    Adilərlə adiləşmək,
    yaxşılarla yaxşılaşmaq,
    Öz yolunda addımlamaq,
    öz yükünü özü çəkən adam olmaq!

    Nə gözəldir azad olmaq…

    Əlbəttə, xalq şairinin kifayət qədər mükəmməl (və mürəkkəb) poetexnologiya üzərində köklənmiş şeirlərini ərəb, fars sözlərilə zəngin Azərbaycan dilinə çevirmək elə də asan məsələ deyil, biz yakut-saxacanın səslərin ardıcıl təkrarına – assonansa, alliterasiyaya… əsaslanan poeziya dilinə çoxdan – ilk Orta əsrlərdən yadırğamağa başlamışıq… Ancaq etiraf etmək lazımdır ki, tərcüməçilər – Afaq Şıxlı, Rəsmiyyə Sabir, Oqtay Hacımusalı, Əkbər Qoşalı Natalya Xarlampyevanı azərbaycanca – Azərbaycan türkcəsində “danışdırmağ”a nail olmuşlar. Kitabçada tərcümələrlə yanaşı, şeirlərin orijinallarının da yer alması çox əhəmiyyətlidir. Kim istəsə müqayisə edə, bugün yakut-saxaca yaranan poeziyanın təbiətinə sıradan deyil, böyük bir şairin yaradıcılığı timsalında yaxından bələd ola bilər.
    Natalya xanımla Atatürk Mərkəzindəki görüş çox səmimi keçdi. Və ən səmimi məqam da o oldu ki, ünvanına deyilən xoş sözləri, ürəkdən gələn (və layiq olduğu) tərifləri dinlədikdən sonra yumorlu təbəssümlə “mən kim olduğumu yaxşı bilirəm” – dedi, “ancaq təəssüf ki, bunu mənə çox da xatırlatmırlar”.
    Bu yazını “Türk poeziyasının yakut-saxaca döyünən ürəyi” adlandırdım. Görünür, ona görə ki, burada söhbət xanım şairdən gedir… Ancaq ona eyni müvəffəqiyyətlə “Türk poeziyasının yakut-saxaca düşünən beyni” adını da vermək olardı…

  • MİLLƏT VƏKİLİNİN “TÜRK DÜNYASI”, TÜRK DÜNYASININ MİLLƏT VƏKİLİ

    Azərbaycan Respublikası Milli Məclisinin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk dünyası” beş cildliyi gün üzü görüb. Bəri başdan deyim: kitabın adına uyğun miqyası, ərəb demiş, “mətn-mündəricə”si – içəriyi, habelə nəfis tərtibat və mükəmməl poliqrafiyası alqışa layiqdir. Etiraf edək, bir çox hallarda türk dünyası adlı, ünvanlı nəşrləri bu miqyas və səliqə-səhmanda görmrük və əlbəttə, belə hallar yaxşı sayıla bilməz. Ona görə də, mən bir oxucu və yazar olaraq, sayğıdəyər millət vəkilimizə bu yüksək işinə görə öz minnətdarlığımı çatdırır, türk dünyası sevdalılarını, türk dünyasına könül vermiş elm adamlarımızı, yazarlarımızı, ictimai fəallarımızı, oxucularımızı qutlayıram!

    “Türk dünyası” dünya türklüyünün bütövlük gerçəkliyi, eyni zamanda ayrılma və birləşmə özəlliklərini gerçək olqular əsasında, dolğun bilgi rəngarəngliyi ilə əks etdirir.

    Birinci kitabda: türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin özgü yaşam tərzi, gə­lənəkləri, universal-multikulturalist dünyagörüşü, onların çağdaş dünyadakı mövqeyi;

    İkinci kitabda: türk etnocoğrafiyası, əski türk ulusları və boyları, çağdaş türk xalqları, toplumları, türk diasporu, onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolu;

    Üçüncü kitabda: türklərin dövlətçilik tarixi və geneologiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikaları, vilayətləri;

    Dördüncü kitabda: türkşünaslığın güncəl problemləri, türkçülük ideologiyası və onun nü­mayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analtikası, türklərin kimliyinə münasibət, çağdaş türk dünyasının inkişaf potensialları və perspektivləri haqqında konkret informasiyalar;

    Nəhayət,
    Beşinci kitabda: türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirilərək təqdim olunur.

    ***
    Beş cildliyin meydana çıxma səbəbi, məncə, ən ümumi şəkildə (müəlifin) bu cümlələr(in)də öz əksini tapıb: “İyirmi birinci yüzil… dünya xalqlarının, o sıradan türk dünyasının həyatını müsbət istiqamətə hərəkət etdirəcək bir yöndə öz perspektivlərini açır. Dünyanın ən müxtəlif ölkələrində yaşayan milyonlarla türksoylu insan – Böyük Türk Diasporu da öz tarixi yaddaşı ilə türk dünyasının bütövləşməsi amalları uğrunda qlobal fəaliyyətə qoşulmaqdadır.

    Hazırda Koreya və Monqolustandan Balkan ölkələrinədək həm müstəqil dövlətlərini, həm muxtar dövlət quruluşlarını yaratmış millətlər olaraq, həm də kompakt toplumlar olaraq yaşayan türklər öz aralarındakı dərin bağlılığın hərarətini bütün qəlbləri ilə hiss edirlər. Onlar hiss edirlər ki, son iki yüz ilin tarixi-siyasi çaxnaşmalarında nə qədər bir-birilərindən uzaq düşsələr də, ayrı-ayrı regionlarda dövlət və qeyri-dövlət quruluşlarında məskunlaşsalar da, dünyanın hər yerinə səpələnsələr də, yenə ürəkləri, amalları və başlıcası Gələcəkləri birdir. Səpələnmişlərin bütövləşməsi – onların tarixi taleyidir. Dünya türkləri aydın şəkildə dərk edirlər ki, ən qədim zamanlarda olduğu kimi, bu gün də Avrasiyanın yaradıcı qüvvəsi, etnosiyasi və etnokulturoloji rəngarəngliyə malik olduqları qədər də bütövləşmə imkanlarına malik olan superetnosu məhz onlar – türklərdir!”

    Bilirsiz, “Türk dünyası” beş cildliyinin bir millət vəkili, alim və Mətbuat Şurası İdarə Heyətinin üzvü olan nüfuzlu, xeyirxah aydınımız tərəfindən yazılması özlüyündə kitabın missiya və mandatına uyğundur. Elə müəlliflər var, ideolojik olaraq, elə müəlliflər var, bilgi yetərsizliyi baxımından, elə müəlliflər də var, imzası belə toplum tərəfindən xoşgörülmədiyindən yazdıqları yazıldığı yerdən çox da uzağa getmir. Bu anlamda, Cavanşir müəllimin “Türk dünyası” bir türk dünyası hadisəsi olacaq deyə ümid edir, buna inanıram. Bu ümid və inam onun hələ bir öncəki – “Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabına bəslənən münasibət timsalında təcəlla edib. – Həmin kitab qısa zaman kəsiyində daha beş dəfə, fərqli ölkələrdə, fərqli dillərdə işıq üzü gördü. “Türk dünyası” isə “Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli”ndən daha əhatəli, çoxşaxəli və çoxcildli olduğu üçün, elə bilirəm, daha çox diqqət cəlb edəcək. Üstəlik, beşcildliyin müəllifinin imzası artıq türk dünyası oxucusuna daha yaxın, daha çəkici və doğma imzadır.

    “Türk dünyası” ilə ilkin tanışlıq belə, deməyə əsas verir ki, müəllif sevgi ilə peşəkarlığı bir arada tutmağı bacarıb; türk dünyasının ən önəmli coğrafiyasında yerləşən ölkəni təmsil etsə də, bütün türk ölkə və topluluqlarını dərin məhəbbətlə qucaqlamağı bacarıb, nəinki “səninki, mə­nimki” ayrımçılığına getməyib, daha çox bəlli tarix, gərgin bugün(kü dünya geçəklikləri) üzərindən belə bütövlüyə, BÖYÜK GƏLƏCƏYə səsləniş edib və bu səslənişin əsaslarını gös­tərib.

    Heç kəsə sirr deyil ki, qardaş ölkə və topluluqlarda çıxan türk dünyası ünvanlı bir çox nəşr­lərdə hansısa xalqın, ölkənin, liderin daha önplana çıxarılması halları mövcuddur; dr.Cavanşir Feyziyevin beş cildliyinin ana xəttini isə türkün şanlı ortaq keçmişi və o keçmişin ortaq gələcəyə dönüşdürləməsi potenisalının özü təşkil edir; müəllif özününküləşdirmir, ötələşdirmir; müəllif nə pafosa varıb, nə də bədbinliyə qapılıb – məhz alim kimliyi ilə yazıb. – Elə bilirəm, bu məqamlar da əsəri fərqli qılan amillər kimi çıxış edir. Başqa bir amil isə Cavanşir müəllimin poliqlot olması ilə bağlıdır; çox dil bilmək, daha çox şans, daha çox qaynağa yetişmək və mətnləri orjinalda oxumaq imkanı yaradır. Təsadüfi deyil ki, hər cildin sonunda çoxsaylı ədəbiyyat siyahısı verilib və o ədəbiyyatlar ayrı-ayrı dillərdədir.
    Cavanşir müəllimin beş cildliyi, necə deyərlər, bir institutun bir neçə illik işi səviyyəsindədir.
    Üstəlik, burada bir neçə elm sahəsinə aid məqalələr yer alıb; çoxsaylı qaynaqlara istinad edilib və sanki “elmlərin qardaşlığı” çələngi, güldəstəsi (yaxud sayğıdəyər alim və şairimiz Əhməd Qəşəmoğlunun sözü ilə desək), “ahəngyol”u meydana gətirilib.

    Bir məqama da vurğu yapmaq istərdim. Bir neçə ildir türk dünyasında mədəni inteqrasiya mövzusunda yazılar yazan, konfranslarda çıxış edən, müxtəlif türk ölkə və topluluqlarında səfərdə olan, 4 mindən artıq kitablıq şəxsi kitabxanası olan, özü də kitablar yazan 45 yaşlı bir qardaşınız kimi, etiraf edirəm: “Türk dünyası”nda elə faktlara rast gəldim, mənimçün yenilik oldu. “Türk dünyası” beş cildliyində çoxsaylı ədəbiyyatdan istifadə edildiyini artıq yazdıq, onu da qeyd edək ki, müəllif burada, habelə türk dünyasına xidmət baxımından müəyyən işlər görmüş şəxs və qurumlara münasibətdə də qədirşünaslıq örnəyi göstərib. Mənimçün çox xoşdur deyim, çalış­dığım Atatürk Mərkəzinin, mənsubu olduğum Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) nəşrlərinə, çalışmalarına da, “Türk dünyası”nda yer verilib. Bütün bunlara, eləcə də, DGTYB-nin nəşrlərinə önsöz yazarı, redaktor, məsləhətçi və rəyçi olaraq davamlı dəstək verdiyinə, bir sözlə, türk birliyi yönündə çalışmalara diqqət və qayğı göstərdiyinə görə sayın millət vəkilimizə şəxsim adına şükranlığımı yetirirəm.

    ***
    Yəqin ki, beş cildliyin məziyyətləri haqqında hələ çox yazılacaq, sahə mütəxəssisləri mə­qalələr həsr edəcək, tənqidçilər öz görüşlərini paylaşacaq və əlbəttə, hansısa özəl məqam, hadisə, ad, ünvan beşcildlikdə əhatə olunmamışsa, belə faktın üzə çıxarılması vacibdir, ümumi işimizin (- ən azından əsərin növbəti nəşrlərində nəzər alına biləcək fikirlər baxımından- ) xey­rinə olardı. Bununla belə, beş cildliyin AMEA Bakıxanov adına Tarix İnstitutunun Elmi Şu­ra­sının qərarı ilə çap olun­ması müvafiq təhsil və mədəniyyət ocaqlarımızda sanballı vəsait, dərslik kimi istifadə edil­məsini, habelə qardaş türk xaqlarının türkcələrinə çevrilərək yayınlanmasını vacib qılır, deyə düşünürəm. Düşünürəm ki, 1000 say hazırda bizdə pis tiraj sayılmasa da, hamı üçün yetərli olmaya bilər və bununçün “Türk dünyası”nın pdf formatda “e-kitabxana”larda yerləşdirilməsi də işin xeyrinə olar.

    ***
    12-ci yüzillikdə Gəncəli NİZAMİ ( – heç vaxt Gəncədən uzaqlara getmədiyi deyilən “dünya şairlərinin kapitanı”) öz nəsihətnamələri, bəşəri çağırışları ilə (Tanrının, Tanrının sonuncu elçisinin, zəmanə padişahının vəsfi ilə süslənmiş), “Xəmsə”sini yazmışdısa və də farsca yaz­mışdısa, 21-ci yüzil(in 18-ci ilin)də, 55 il öncə Şəkidə doğulmuş, hazırda Bakıda yaşayan, neçə-neçə ölkələrdə olmuş, beş dil bilən millət vəkili Cavanşir Feyziyev, məhz öz doğma dilimizdə və türk birliyinə xidmət edən (necə deyərlər) milli beşcildlik yazmağa ehtiyac duyub (əlbəttə, bu haqlı, deyərdim, təxirəsalınmaz ehtiyacdır)! Özü də, həmin beşcildliyin çox yerində sivilizasiyalar, mədəniyyətlərarası dialoq və işbirliyində, tarixi və çağdaş ipək yolunda, xalqların, mədə­niyyətlərin qaynayıb-qarışmasında türk xalqlarının rolunu qeyd edərək, bu fonda günü­müzdəki dünya və bölgə gerçəkliklərinin tablosunu verərək… Bu yerdə, mərhum şairimiz Fikrət Sadığın sözü yadıma düşür: “…Türk özünü qorumur, Tanrı türkü qorusun”!..

    Və nəhayət: mənim yetkim olsaydı, ortaq türk bayrağına bürünmüş bu nəfis beşcildliyi – dr.Cavanşir Feyziyevin “Xəmsə”sini türk dünyasının ortaq ödülünə təqdim edərdim. Əlbəttə, bununçün belə bir ödülün özü təsis edil­mə­lidir…

  • Güldərən VƏLİYEVA.Bayatılar

    Bayatılar

    Əziziyəm, ha sarı,
    Aşmaq olmur hasarı.
    Yaramı yar qanadıb,
    Ha düyünlə, ha sarı…
    ***
    Əzizim, bilməyənin,
    Öyrənib bilməyənin.
    Dərdini mənə verin,
    Dərd çəkə bilməyənin.
    ***
    Əziziyəm, bilməzdim,
    Ağlayardım, gülməzdim.
    Səndə də vəfa yoxmuş,
    Mən ki, belə bilməzdim.
    ***
    Əziziyəm, gül balam,
    Çiçək balam, gül balam.
    Gecə-gündüz iylərəm,
    Mənim qızılgül balam.
    ***
    Əziziyəm, o damda,
    Kimlər yaşar o damda?
    Mənə atəş nə lazım?
    Atəşəm də, odam da!
    ***
    Əziziyəm, o damda,
    Gözüm qaldı odamda.
    Yarım elə yandırıb,
    Çınqıyam da, odam da!

  • Şəfa VƏLİYEVA.”Və anam…”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    (“525-ci qəzet”də çap olunan yazım….
    Gül Dərənin Güldərəni…

    Anadan olduğum kənd Göyçə mahalının Dərə kəndidir. Göyçəlilər o kəndə “Səməd ağanın dərəsi” deyir. Şəkilləri var kəndimizin anamın albomlarında…Hər tərəfi gül-çiçək, yaşıllıq, yolları dolay-dolay, bir səmti Göyçə gölü-dalğaları sahilə aşiq… İndi kəndimiz xatirələrdə qalıb; rəngi sarı, olayları qarışıq… Bir də ötən əsrin 70-ci illərinin sonunu, 80-ci illərin əvvəlini xatırlayanda o kəndin ən gözəl qızından danışanlar var həmkəndlilərimizin içində… Çoxlarından eşitmişəm “Gül Dərənin Güldərəni” sözünü… Qürurla başımı dikəldib: “Güldərənin qızıyam!”-demişəm… İnanmayıblar… İnananlar da təəssüflə başlarını bulayıb: “Heç ona oxşamamısan”-deyib…
    Bəlkə də… Bəlkə də heç oxşamadığıma əmin olardım ikimiz də misralarla ovunmasaydıq… Hə, o da şairdi. Gördüyünü, bildiyini misra-misra demək istər… O, gözəl hekayələr yazır. “İşıq pulu” adlı hekayəsi ilə nasir kimi özünü təqdim edə bilib. O, dünyanın gözəl olmasını istəyən bir insandı. Və bu gözəllik naminə əlindəki tüm imkanlardan yararlanmağa çalışır…
    Mətbəxinin girişindən bir dəmirçi şəkli asıb. Şəkildə dəmirçi baba əlindəki dəmiri döyəcləyir. O, daim bu şəklə baxıb deyər: “Həyat dəmirçi, insan bir dəmir sanki… Həyat insanı kürədə isidər, zindanda çəkiclə döyər və hər dəfə də ayrı bir xarakter bəxş edər…”
    Mən bilirəm bütün analar gözəldir. Bütün analar həyatın gül dərənidir; hər bir bala güldür, çiçəkdir yaşam adlı əfsanəvi bağda… Amma, o, mənim anamdır! Ömrünün 60-cı ilinə bircə addım qalır bu payız… Anam qocalır…
    Anamın şeirlərindən bir az yazmışam komputerimin yaddaşına. Hərdən açıram, oxuyuram… Mən naməlumluğun zamanında bu dünyaya yol gələndə anam şair ürəyinin nə olduğunu dərk edibmiş… Yazıb ki:
    Köklənmiş bir tardı şair ürəyi,
    Zili də ağladır, bəmi də onun…
    Anam öz həsrətinin dilini bilirmiş, məndən fərqli olaraq. Bu dildə danışırmış… Sözlərini gecələr aya söyləyirmiş ki, bəlkə ay əbədi sevdalısına ötürə bu sözləri… Göylərin sarı qızı da öz zərrin şüalarına toplayıb bu sözləri Xan Arazdan o yana keçirə…

    Sərhəd məftilləri göz damarımdır,
    Narahat gecəmdə qızarar, sancar.
    Araz ürəyimin qızıl qanıdır,
    Bir dəli həsrətdir, kükrəyər, coşar.

    Vətən məhəbbəti paydı, butadı,
    Arazmı o taya böldü bu dadı?
    Sərhəd məftilləri elə budadı,
    Baxdıqca baxışım çəkinər, qorxar.

    Anamın xoşuma gəlməyən bir misrası var… Bir neçə il öncəyədək o misrayla da fəxr edirdim. Hər deyilişində uçurdum göylərə, arzularım pöhrələnirdi; mən dünya şöhrətli yazıçı olurdum, anam kitabımı yastığının yanında qoyub yatırdı o arzularda. Axı, anamın yastığının yanında həmişə Məmməd Arazın “Oxucuya məktub” kitabı olurdu… Söz yox, elə indi də anamın yastığının yanında “Poçtalyona məktub” var, amma, mən dünya şöhrətli yazıçı olammadım. Uşaqkən yazdıqlarımı heç vaxt gizləmirdim. Bu gün gizlədirəm amma… Ədəbiyyatın dünyanı xilas edəcəyinə inanmıram artıq… İçimdəki bu inamı kimin, nəyin, necə oyadacağı haqqında da heç bir fikrim yoxdur. Amma, anam 1988-ci ilin 22 iyulunda yazdığı şeiri ilə inanmışdı mənim gələcəyimin qələmə buta olduğuna. İlk qığıltımı eşidən kimi “Masamın kağızı, qələmi Şəfam!”-deyə yazmışdı…
    Bir də “Göyçə dərdim, boyat dərdim”-deyir anam… “Puçurlanan, boy atan” bir dərdin necə boyat olduğunu da anlamamışam hələ… Mən doğulduğum o kəndi, noyabrın 28-də başlayan qaçaqaçı, üç aylıq körpəykən bələkdə donmağımı, möcüzəvari şəkildə donmuş bələkdən sağ çıxmağımı anamın göyüzlü dəftərindən oxumuşam. Qarmaqarışıq xətlə anam qaçqınlıq həyatının bir həftəlik müqəddiməsini yazıb o dəftərə… Amma, Gül Dərəli ümidlərinə həmişə sadiq qalıb… Gümanların, bəlkələrin yaxasından bərk-bərk yapışıb…

    Göyçənin dağları cərgə-cərgədir,
    Dağları görməyim güman-bəlkədir.
    Əlac nəyə qalıb, ümid kimədir?
    “Əlvida” demədim, “Hələlik” dedim,
    O Ulu Göyçəmə dönərik dedim.

    Bir gün anama zəng etmişdim. Qəzet almağı tapşıracaqdım. Telefonda mənə bir bənd şeir dedi:

    Saçımda ağ kağızın boz kölgəsi,
    Dərdim baxışımın toran döngəsi…
    Ömrə eşqim ömürdən də ötəsi,
    Dizlərinə çökə bilsən, çök görüm.

    Utandım… Mən necə övlad idim ki, anamın saçının ağarmasının fərqinə varmamışdım?! Susmuşdum… O sükutu düz iki il ürəyimin başında göynərti kimi gəzdirmişdim… Və bu il qəfildən sükutum orucunu pozdu… Dilimdən axıb tökülən misralar gözümdəki yaşları qabaqlamışdı… Yazmışdım ki:

    Mən elə bilirdim,
    qocala bilməz
    mən boyda “körpəsi” olan bir qadın…
    …”saçımda ağ kağızın boz kölgəsi…”
    -demişdin…
    o kölgə heç canlanmasın…

    Şeirləri çoxdu anamın… Oxumadıqlarım da var, əminəm… Ötən əsrin 80-ci illərində Gəncədə yazıçı Qərib Mehdinin rəhbərliyi ilə fəaliyyət göstərən “İlham” ədəbi birliyinin üzvü olub anam… “Aşıq Pəri” məclisinin Göyçədən olan iki üzvündən biri olub anam… Amma, bütün misralarını dörd balasının telinə hörməyi bacarıb…
    İndi hərdən Qərib Mehdi də, “İlham” ədəbi birliyinin üzvü olan şairlər də anamdan şeir umur. “Yaz, hörüklü qız, yaz!”-deyirlər… Bu yaxınlarda anam dedi ki, ondan şeir istəyənlərə bir cavabı var… Həmin cavab mənimçün də min sualın başlanğıcı oldu, əslində… O suallarla baş-başa hərdən bu cavaba nəzər salıram baxışımın ucuyla…

    Ay məndən şairlik uman qardaşım,
    Yarımçıq misralar könül ovutmaz…
    İlhamlı könlümü duyan qardaşım,
    “Qəriblik” bəd sözdü, rədif tapılmaz…

    Məndən nağıl istə, nənəm danışıb,
    Yaddaşımda qalıb Simurq quşları…
    Məndən şeir umma…O misraları
    Yazır yanağıma gözümün yaşı…

    “Ola”-deyib arzulama şairə
    “Möhtəşəm” misralar, ağladan bəndlər…
    Qorxuram deməyə-mən də şairəm!
    Şairi var edir sonsuz kədərlər…

    Daha susmuşam bu şeirdən sonra… İçimdəki suallara hansı cavabı nə vaxt tapacağam, bilmirəm… Tək bildiyim, hələlik budur: “Anam məndən gözəl olub mən yaşda!”

    Şəfa Vəli (Gəncə-2018)

  • Şəfa EYVAZ.Yeni şeirlər

    Yorulmuşam

    Yorulmuşam, həyat,
    Yorulmuşam…
    İki nəfərlik yükləri
    Tək çiyində daşımaq da çətindi
    Məni qınama.
    Yorulmuşam, həyat,
    Bütün qəmli hekayələrə
    Xoşbəxt sonluq uydurmaq,
    Düşüncəmə hücum çəkib
    Yaxşılıqlar qondarmaq da
    Çətindi…
    Məni sınama!
    Yorulmuşam, həyat,
    Üzlərdə gizlənən üzlərə
    Gülümsəmək, üzülmək,
    Ağlamaq, gülmək
    Taleyinə səssiz qalıb
    Üzdə 5 üz gəzdirmək də çətindi…
    Yorulmuşam!
    Yorulmuşam,
    Bütün olub bitənlərdən,
    Qalanlardan, gedənlərdən sonra
    Mənə qalan özümə dözmək…
    Çətindi, həyat, çətindi
    Məni qınama.

    12.11.2016

    * * *

    Üzü gülmür son günlər
    Telefon dəftərçəmin,
    Gözündən yaş süzülür
    Sahibsiz nömrələrin…
    Yaşın üstə yaş gələr
    Ömürdən il azalar,
    Sahibsiz nömrələrin
    Bəxti hara yozular?
    Əlim gəlmir silməyə,
    Sahibsiz nömrələri.
    İçimdə bir ümid var..
    Nə vaxtsa zəng edərəm
    Eşidərəm səsini.
    Hər sahibsiz nömrədə,
    Sahibindən bir iz var.
    Hər qaranlıq gecədə,
    Ümid dolu gündüz var.
    Silmirəm nömrələri
    O sahibsiz nömrələr,
    Sahibindən yadigar…
    Hərdən uzanır əlim,
    Yığıram nömrələri,
    İstəyirəm bildirim,
    Həsrət qəlbimə yatmır.
    Sahibsiz nömrələrə
    Cavab verən biri var…
    “Bu nömrəyə zəng çatmır”…
    19.02.2014

  • İlahə İMANOVA.Yeni şeirlər (Sonetlər)

    Qısqanıram…

    Məndən uzaqdasan, yoxsan yanımda,
    Qarışıb yenə də fikrim, xəyalım.
    Qorxu gözlərimdə, təlaş canımda,
    Qəlbim rahat olmur, dərk etmir ağlım.

    Qısqanclıq ruhumu bürüyüb bütün,
    Əsən küləyə də qısqanıram mən.
    Əlinə, üzünə toxunur hər gün,
    Mənimsə xəbərim heç yoxdur səndən.

    Ay səni seyr edir gecə səmadan,
    Günəşsə oyadır səni hər səhər.
    Üzünə toxunub yanaqlarından
    Süzülən damla da olub bəxtəvər.

    Qısqanclıq oduna alışır ürək,
    Sevən qısqanc olar, şərhə nə gərək!

    Susursan…

    Susursan…dinmirsən yenə bu axşam,
    Baxışın zillənib eyni nöqtəyə.
    Qəmini, sevinci hər vaxt duymuşam,
    Bələdəm qəlbindən keçən istəyə.

    Suallar verirəm, cavab almıram,
    Dilə gətirmirsən heç bir sözünü.
    Səni səndən də çox mən anlayıram,
    Gəl, yana çevirmə nəmli gözünü.

    Onsuz baxışların dinir, danışır,
    Qəlbindən keçəni eyləyir izhar.
    Xəyalın dənizlər, dağlar dolaşır,
    Amma ki, yenə də verməyir qərar.

    Elə lal sükutun cavabdır mənə,
    Çün ruhum doğmadır, yaxındır sənə.

  • Şəfaqət CAVANŞİRZADƏ.”Soltanbəy əfsanəsi” (Hekayə)

    1977-ci il. Yay fəslinin birinci ayı.

    Bəstəboy dədəmin çatmaqaşlarının altından bizə baxan sərt baxışları ilk dəfəydi ki, o gün yumşalmışdı.Əslində, atamın ürəyi yumşaq, mərhəmətli adam idi. Nənəmin, onun bir dediyini iki etmədiyindən bunu bilirdik. Şərq ölkələrində ataların övladları ilə, xüsusən, oğlanlarıyla pərdə saxlaması yazılmamış qanunlardandı. Sovet dövrünün uşaqları olsaq da, biz ata-analarımızı “dədə-nənə” deyə çağırardıq. İndi övladlarım mənə gah “ata” deyirlər, gah da “papa”. Böyük qızımın kefi kök olanda “babacım”, kefinə düşəndə “ dədə” çağırar. Halbuki, dədəm həftəylə evə gəlməyəndə bacılarım dədəmin üzündən öpmək nədir, üz-üzə gəlməyə utanardılar. İndi ata-bala münasibətləri tamam fərqlidir. Nə isə, övladlarımın mənimlə dostluq münasibətləri məni qane edir.

    Nənəm əsgər getməyimi istəmirdi. Dədəm məndən böyük əmim oğluyla həyətdə, çəpərin yanında, məni qucaqlayıb ağlayan nənəmin qolları arasından nə vaxt çıxacağımı gözləyirdi. Qadınlarla ayrılığın çətin olduğunu hansısa əsərdə oxumuşdum, xatırlamıram. Mənim ilk dəfə qadınlarla ayrılığım elə həmin vaxt; nənəm, bacılarım və qonşu kənddə ürəyimi aça bilmədiyim İlknurla olmuşdu. Darıxmaqdan başqa əzab çəkməyəcəyimi də yaxşı bilirdim. Dədələrimiz demişkən, “kişilik” məktəbini keçməyə gedirdim.

    Nənəmin hönkürməsi axırda dədəmi hövsələdən çıxartdı:
    -Bəsdir aaz, elə bil oğlunu ölümə göndərir. İki ildən sonra qayıdıb gələcək. Onda oğlunu məndən çox görəcəksən.

    Nənəm yenə üzümü göz yaşıyla islatdı, qara, əliylə ağzını tutdu, asta addımlarla çəpər tərəfə, dədəmgilin yanına getdi. Bacılarım da nənələri kimi qollarını boynuma doladılar, dədəmin xofundan halallaşmaq uzun çəkmədi. Qardaşımla qucaqlaşanda isə mən kövrəldim, o sevindi. Böyük qardaşlar əsgər gedəndə kiçik qardaşlar özlərini əsl kişi kimi hiss edirlər. Həyət-baca, nənə-bacı, elə dədənin də özü onlara əmanət olur, qorumaq istəyirlər.

    Həyət qapısından bir az uzaqlaşmışdıq ki, nənəm dədəmin gəlinlik vaxtı başına örtdüyü qara, güllü yaylığının ucuyla islanmış yanağını silib, hamamda çiməndə istifadə etdiyimiz sarı qulplu, iri parçla dolu suyu arxamızca tökdü.
    -Sağ get, salamat qayıt, bala.
    Qapı ağzına çıxan kim vardısa mənim üçün dua edirdilər. Təzə gəlinlər, ərlik qızlar evlərin pəncərələrindən, aynabəndlərdən baxırdılar. Nənəm ağızdolusu dualardan təzədən həvəsə gəldi.
    -Sən allah, əynini isti saxla. Pis şeylərə baş qoşma. Xatadan-baladan uzaq qaç.

    Əllərini belinə çarpazlayıb, qapıdan çıxandan bir dəfə də olsun başını yerdən qaldırmayan dədəmin geriyə dönməyi ilə nənəmin susmağı bir oldu. Nənəm həyətə girdi, biz yolumuza davam etdik. Kəndin avtobusuna mindik. Özüm pəncərə tərəfdə oturdum, yanından keçdiyimiz kəndləri, arxada qoyduğumuz dağları yaddaşıma köçürmək istəyirdim.

    Qubadlıdan çıxanda yolun sağ tərəfində “asfaltzavod” deyilən bir yer vardı. El arasında ora “qır zavodu” deyirdilər. Bir neçə dəfə bizi məktəbdən buraya pambıq yığmağa gətirmişdilər, amma “qır zavoduna” kimi gəlib çıxmamışdıq. İndi birdən-birə buraya gəlib çatanda ürəyimdə bir nigarançılıq yarandı. Elə bildim ki, doğma el-obadan birdəfəlik çıxıb gedirəm. “Qır zavodu” yolun sağında olduğundan başımı çevirib sola baxdım, istəmədim mənə qaranlıq kimi görünən dəzgahları görəm. Sol tərəfdə ucsuz-bucaqsız günəbaxan, qarğıdalı qarışıq sahələri boy verirdi. Gözoxşayan günəbaxan gülləri Həkəri çayını görünməz etmişdi, ilin bu vaxtı Həkəri çayı çox könüloxşayan görünürdü, elə bil təzə gəlin kimi olurdu.
    Bir anlıq ürəyimdən bir istək keçdi, qarşılıqsız olan ilk məhəbbətimlə – İlknurla yan-yana günəbaxanlar arasından özümüzə cığır açaq, çaya qədər gedək. Eşqə düşüb fikir çəkməyim dədəmin də gözündən qaçmamışdı. Elə bilirəm dərdimi dədəmə nənəm özü danışmışdı. Nənəmə demişdi: “Ona denən, kişi olanda, onsuzda kəndin qızlarından kimisə sevəcək”.

    Hər dədəyə öz oğlu yaşadığı yerlərin qızları vurulacaq qədər əzizmiş. Boyu boyuma çatanda mən də elə bilirdim oğlumun dərdindən məhlənin qızlarının gecə yuxuları ərşə çəkilib.
    Getməmişdən bir həftə əvvəl İlknura öz bacısı vasitəsilə ağ dama-dama dəftərin vərəqinə yazdığım ürək sözlərimi göndərmişdim. Çəpərin o biri tayından ətrafa baxa-baxa ondan cavab gözləyirdim. İlknur fikirləşdiyimdən də hazırcavab çıxdı. Bacısından; “Tülkü, bizdə sənə verməyə toyuğumuz yoxdur” – cavabını qaytarmışdı.

    Qollarını bir-birinə dolamış, həyətin ortasında dayanıb özündənrazı halda gülümsəyirdi. Çox güman cavabına qarşılıq verməyimi gözləyirdi. Uzaqdan gözlərinə baxmağa çalışırdım. Ayaqqabımın ucuyla torpağı eşələdim, başımı təzədən qaldırdım, ona baxdım. Onda başa düşdüm ki, sevgi kişi olub-olmamağına baxmır. Sadəcə, qızlardan müsbət cavab almaq üçün mütləq kişi olmalısan. Hərçənd, dədəm kimi üz qırxmağı orta məktəbdən başlamışdım, köynəyimin boğazıma yaxın düyməsini açanda sinəmin tüklərini görmək olurdu. Əsl qara oğlan kimi cəlbediciliyim varıydı, kişi deyildim. İki ildən sonra, “kişilik məktəbindən” qayıdanacan susmağa qərar verdim. Daxilən İlknurla sağollaşdım.

    Əmim oğlu qolumu silkələdi, xəyallarımdan ayrılmalı oldum. “Qır zavodu”ndan sonra Zəngilandan gələn yola çıxıb bir xeyli irəliləmişdik, deyəsən yolun solunda qalan Şərfan kəndini keçirdik, bunu dirəyə yapışdırılmış lövhədəki addan oxudum. Kəndin qurtaracağında yol haçalanırdı. Burada avtobus sağa dönüb “Akara” yazılmış istiqamətdə yoluna davam elədi. Bir az getdikdən sonra gəlib “Akara” stansiyasına çatdıq. Dədəmdən öyrənmişdim ki, Akaranın əsl adı Həkəridir. Dəmir yolun çəkilişində və stansiya binasının tikilişində işləyən ruslar “Akara” dediklərindən bura belə adlandırılıb. Amma ahıl çağına çatmış ağsaqqallar, qocalar buraya “Həkəri” deyirdilər.

    Biz stansiyaya çatanda orada çoxlu adam toplaşmışdı; kimisi əsgər gedirdi, kimisi yola salırdı, kimisi də maraq üçün vağzala çıxmışdı. Elə bu zaman qarnından “evin eyvanı, kişinin qarnı” məsəlini xatırladan hərbi komissarın nümayəndəsi praporşik Cabbarov səsgücləndirici ilə elan verdi:
    -Qubadlıdan adını çəkdiklərim bir-bir yaxınlaşsınlar.
    “Mirzəyev Soltanbəy Həsən oğlu” eşidəndə yaxınlaşdım. Praporşik çəpəki məni süzdü.
    -Adın nədir sənin? – deyə astadan soruşdu.
    -Soltanbəy. – Elə mən də astadan cavab verdim.
    -Yeri, yeri dur cərgəyə. Bəyə bir bax! – Rişxəndlə dilləndi.
    Siyahıda adlar oxunduqdan sonra bizi cərgəyə yığdılar və bir saatdan çox beləcə saxladılar. Axşamüstü idi artıq, “Qafan – Bakı” qatarı gəldi və bizim üçün ayrılmış sərnişin vaqonuna mindik. Bizi yola salmağa gedənlər isə başqa vaqonlara bilet almışdılar, bilet ala bilməyənlər də vaqon bələdçiləri ilə dil tapıb yerləşəcəkdilər.

    Bələdçinin dediyinə görə Bakıya səhər tezdən çatmalıydıq, amma alatoranlıqda bizi yuxudan oyadıb qatardan düşürtdülər. Öyrəndik ki, bu yerin adı Biləcəridir. Mərkəzi Çağırış məntəqəsi vağzala yaxın olduğundan praporşik Cabbarov bizi cərgəyə düzüb piyada yerişlə ora apardı. Digər rayonlardan gələnlər də bizim kimi, Çağırış məntəsinə piyada gedirdilər.
    On beş-iyirmi dəqiqədən sonra artıq Çağırış məntəqəsinin həyətində idik. Həyət adamla dolu idi. Praporşik Cabbarov bizi bir küncdə saxlayıb hara isə getdi. “Heç kim yerindən tərpənməsin” qəti tapşırıq verdi. O, bir neçə dəfə gəlib bizə dəysə də dəqiq heç nə demirdi. Hara gedəcəyimiz, nə vaxt gedəcəyimiz bizə gizli olduğu kimi, deyəsən ona da məlum deyildi. Günortaya yaxın əməlli-başlı üzülmüşdük. Bir yandan aclıq, bir yandan da qeyri-müəyyənlik bizi yormuşdu. Hara olur-olsun, təki göndərsinlər, çıxıb gedək.

    Bizimlə birgə ayrı-ayrı bölgələrdən gələnlər, elə şəhərin özündən də olan çağrışçılar günortayacan toplantı məntəqəsinə gözləməli oldular.
    -Diqqət, diqqət! – Səsgücləndirici ilə səsləndirilən komanda birdən hamımızı xəyaldan ayırdı.
    Tribunaya boyu ilə eni bilinməyən, topa bığları ilə diqqət çəkən bir nəfər üzünü bizə tərəf tutub nə isə demək istəyirdi. Çiynindəki ulduzunu görməsək də zabit olduğunu təxmin etmişdik. Qolunda qırmızı qalın lenti də vardı, bu isə onun növbətçi olduğuna işarəydi.
    -Məni diqqətlə dinləyin. İndi adını çəkdiyim çağırışçılar gedib yaxınlarıyla görüşsünlər. Sonra meydançanın sağ tərəfində yazılmış “1” rəqəminin yanında üç cərgə olaraq ard-arda düzülsünlər.

    Həyəcanlandığımı hiss etdim, daha onun nə dediklərini xatırlamıram. Adımı eşitçək qaçıb dədəmin yanına getmək onunla tələsmədən görüşmək istəyirdim. Yaxınlarımız, yəni bizi yola salmağa gələnlər harda olduğumuzu bildikləri üçün bizdən çox da uzaqda deyildilər. Odur ki, çağırışçı yoldaşlarımı tərk edib dədəmin yanına getdim. Dədəm diqqətlə gözlərimə baxdı. Nazik, qara şalvarından əvvəlcədən bükdüyü pulu çıxardıb geyindiyim trapes şalvarımın cibinə qoydu.
    -Çox olar. Mən bu qədər pulu neyləyəcəm?
    -Çox olmaz. Üç yüz manatdır. Hara getdiyiniz bilinmir. Bir də gördün on-on beş gün yol gedəsi oldunuz.
    Daha heç nə demədim, razılaşdım.

    O vaxtlar trapes şalvarlar, damalı köynəklər modda idi. İndiki kimi fərqli geyimlər dəb deyildi. Qızların geyindiyi donlar da bir-birinə bənzəyirdi. Əksəriyyətinin donu gülü-çiçəyi xatırladırdı.
    Hiss edirdim, dədəmin dili söz tutmurdu. Nə isə demək istəyirdi, udqunurdu. Əmin oğlu da kövrəlmişdi. Dədəmə tez-tez “Həsən əmi” deməklə elə bil ürək-dirək verirdi. Dədəm iki barmağıyla gözlərini ovuşdurdu, başını aşağı saldı. Mənim də gözlərim dolmuşdu, ilk dəfə dədəmin sərt baxışlarını görmürdüm. Hamı bir yana, dədəmi qoyub getmək istəmirdim. Yayın istisində xoş olmayan hisslər ürəyimdə tufan qoparırdı. Adımı-soyadımı eşidəndə özümü birtəhər ələ aldım:
    -Dədə, salamat qalın, getməliyəm. – Güclə bunları deyə bildim, elə bil mən yola salırdım, məni yola salmırdılar.
    Dədəmlə bərk qucaqlaşdıq, sonra əmim oğluyla qucaqlaşıb vidalaşanda dədəmin ağlamağının şahidi olduq.
    “Kişi ağlayanda ürəyi qadın ürəyinə bənzəyir” həmişə belə deyərdi dədəm. İndi dədəm onun qəhərləndiyinin şahidi olduğumuzu görcək özünü cəmləşdirdi, üzümə iki dəfə yüngül şillə vurdu, cümlələri arasında məsafə qoya-qoya dedi:
    -Köpəkoğlu, adam ol. Oralarda başını cəngələ salıb eləmə. Tez-tez məktub yaz. Nənəngili nayran qoyma, ha!…
    Dədəm dərindən köks ötürdü, əliylə sinəmdən yüngülcə itələdi:
    -Di get! Sənə yaxşı yol

    Əmim oğluyla tələsik bir də görüşdüm. Qırmızı ikarusa minmək üçün onlardan uzaqlaşdım. Yenə pəncərə tərəfdə oturdum. İzdihamlar arasından gah görünən, gah da görünməyən dədəmi axtarırdım. Dədəm əlinin dalıyla gözlərinin yaşını silirdi. Məni gördü, gülümsədi. Əlini ürəyinin üstünə qoyub yüngülcə vurdu. Mən başa düşdüm ki, o, nə demək istəyir. “Atalar oğullarına dayaq olmaq üçün arxa cəbhədə dayanan əsgərlərdir”.
    Aeroportdan birinci Moskvaya uçduq. Adını birinci dəfə eşitdiyim Vnukovo aeroportunda on beş respublikadan hərbi xidmətə gələnlər vardı, onların arasında ermənilər də az deyildi. Sovetin vaxtında ermənilərlə düşmənçilikdən söhbət gedə bilməzdi. Erməni milliyyətindən olan qızlarla evlənən azərbaycanlılar da az deyildi. Nadir hallarda bizim qızlardan erməni oğlanla ailə quran olardı. Təzə-təzə böyüklərimiz razı olmazdılar. Elə ermənilərin də ağsaqqalları bu izdivacın əleyhinə idilər. Sevgi isə yeganə hissdir ki, nə millətə baxır, nə də inanca.
    Adətlərimiz də bir-birinə oxşayırdı. Dədəm də bir dəfə yanımda demişdi: “O, oğulu silərəm ki, gedib ermənilərdən qız ala”. Mən də, qardaşım da həyat yoldaşlarımızı uşaqlıqdan seçdiyimiz üçün, dədəm də bunu bildiyi üçün, biz tərəfdən arxayınçılıq vardı.
    Bir həqiqəti danmaq olmaz. Sevgiyə inandıq, inanmadıq, o hiss nədirsə, qalib gələnə qədər razı olmayanlar birinci öyüd-nəsihət verirlər, xeyri olmayanda sözdə sənə düşmən olurlar. Asırlar, kəsirlər, lazım olanda döyürlər, axırda da şirin çaylarını içirlər. Eşitdiyim Azərbaycan – erməni ailələrin hamısı gec-tez bu mərhələlərdən keçmişdilər.

    Hərbi xidmətdə olanacan erməni dostum da olmamışdı. Atamla Qafana gedəndə “salam-sağ ol” üçün erməni tanışlar vardı.
    Dədəm dediyi kimi oldu, Moskvadan bizi Uzaq Şərqə, Sakit okean ətrafına, Primorskiy kraya, onların dilində Dalnıy Vostok deyilən bir diyara göndərdilər. Düz on üç gün qatarla yol getdik. Nəhayət, dədəmin verdiyi üç yüz manat pul xərclənib qurtaran günü gəlib bir yerə çatdıq. Bizi hərbi hissəyə gətirib kazarmalarda yerləşdirdilər. Başımızı keçəl qırxdırıb çimizdirəndən sonra əynimizə əsgər paltarı geyindirdilər. Əsgər olub cərgəyə düzüldüyümüz gün, həyatımda, bəlkə də ən çox sevindiyim günlərdən biriydi. Həm, necə deyərlər, “kişilik məktəbində” xidmətə başlayırdım, həm də evdən çıxıb üzücü yol yorğunluğundan, narahatçılıqdan sonra sanki, bir rahatçılıq tapmışdım. Lap dünyanın o başında olsaydım da bilirdim ki, burada hərbi xidmət keçəcəyəm.

    Andiçmə mərasimindən sonra bizi rotalara böldülər. Mən birinci rotaya düşmüşdüm. Bizi beton zavoduna işləməyə göndərirdilər. Üç ay beton zavodunda işləyəndən sonra altı aylıq Ussuri körfəzinin qarşısında yerləşən Bolşoy kamen (Böyük daş) şəhərinə ezamiyyətə getdik. Bizdə tikinti hissəsi (stroitelnıy çast) idi. Hərbi hissəmizin nömrəsi indiyəcən yadımda qalıb. Voenniy çast (hərbi hissə) – 63306-da xidmət etmişdim. Hərbi hissədə qaralar çoxuydu, amma iki müsəlman vardı; mən və özbəkistandan gələn bir oğlan. Qalanları Ermənistanın müxtəlif bölgələrindən gələn ermənilər idi. Babkenlə tanışlığımız ordan başlamışdı. Babken Akopyan Qafandan idi. Özü də azərbaycanlıları çox sevirdi. Mənimlə digər ermənilər rus dilində danışanda Babken təklikdə azəricə danışardı. Diksiyasından yenə də erməni olduğu hiss olunurdu. Onu da yazım ki, ermənilərin çoxu bizim dili yaxşı bilirdilər.İndi də bilirlər. Məsələn, bakıda yaşayan ermənilərin diksiyasından erməni olduğunu hiss eləmək olmurdu. Digər erməni uşaqları məni ya zarafata, ya da acığa “ara tork” çağıranda, Babken soyadımı qısaldıb “Mirzə” çağırardı. Maşın sürməyi bacardığım üçün sürücü işləyirdim. Bizim vaxtımızda əsgərlərə işlədiyi üçün ayda üç manat maaş verilirdi.

    Millətlərarası düşmənçiliyin olmadığını bilirdik, lakin aramızda bizə nifrət edən ermənilər az deyildi. Qarik Ağayan adlı əsgər yoldaşımızın ilk gündən mənimlə ulduzu barışmamışdı. Onun mənimlə rəftarının yaxşı olub-olmaması vecimə də deyildi. Davamız da düşməzdi.Babken hər ehtimala qarşı bir-neçə dəfə Qarikə görə xəbərdarlıq etmişdi. Mən isə onun hər dəfəsində Babkenin dediklərini qəribçiliyə salırdım:
    -Babken, o, mənə nə edə bilər? Belə də ki, nə etsə, ikiqat da cavabını alacaq.
    Hər dəfəsində də başını yüngülcə yelləyər, erməniləri yaxşı tanımadığımı tez-tez deyərdi. Bəzən elə bilirdim Babkenin bizimlə qarışığı var. Əslində, fərqli millətdən olmağımızın ikimiz üçün də heç bir əhəmiyyəti yox idi. Birlikdə çörək kəsmişdik, bir-birimizə qardaş, sirdaş olmuşduq. Arada zarafatıma salırdım; “ Babken, bir gün düşmən olsaq, məni öldürüb eləmərsən ki? ”
    – Səyləmə ə, Mirzə – əsəbi cavabımı verərdi. Babken tez özündən çıxan adam olduğu üçün onu cırnatmaq xoşuma gəlirdi. Üzüdönük olmadığını yoxsa mən də bilirdim.
    Lakin ermənilərin fürsət düşəndə üzlərinin necə döndüyünü növbəti il aprelin 23-də gördüm. Bizə beton zavodun yaxınlığında köhnə bağçada yer vermişdilər. Kazarma əvəzi istifadə edirdik.

    Həmin gün səhər-səhər işə gedirdim. Təxminən 30-40 erməni yoldaşımızın kazarmada qalıb nə isə hazırlıq gördüklərinin şahidi oldum. Kimisi ət doğrayırdı, kimisi samovarda çay dəmləyirdi, kimisi yandırmaq üçün odunları bir kənara yığırdı.
    Ayda bir dəfə hər birimizin evindən bizə pay-pürüş, pul göndərilirdi. Həftədə bir dəfə məktub yazıb göndərmək adətimiz olmuşdu. Evdən gələn pullarla ən çox bir-birimizin ad gününə hədiyyə alar, kef məclisi qurardıq. O gün də elə bildim kiminsə ad günüdür. Həmin günəcən elə bilirdim, aramızda millət söhbəti yoxdur. Qarik də kazarmada qalmışdı. Babken hazırlıq görən ermənilərə gözlərini qıyaraq şübhəylə baxması da məni şübhəyə salmamışdı.Babkendən soruşdum:
    -Bu gün kimin ad günüdür?
    Babken məndən bir az qabağa düşdü.
    -Heç kimin!
    -Onda niyə toplaşıblar? Nəyə hazırlaşırlar?
    Babken sualıma cavab vermədi. Axşam da məndən əvvəl işdən çıxıb kazarmaya gəlmişdi. Qanı qaralmışdı, ara vermədən bir-birinin ardınca siqaret çəkməyindən bilirdim. Bir siqaret də mən yandırdım, səhər verdiyim sualı təkrarladım.
    -Nə məsələdir, Babken? Səhər sualıma niyə cavab vermədin?
    Babken üzümə də baxmadı.
    -Yağış yağacaq, Mirzə.
    Mən də pəncərədən çölə baxdım.
    -Bilirəm. Aprel ayıdır də, yağmalıdır. Bir də mən gələndə damcılayırdı.
    Bu dəfə Babken gözlərimə baxdı, elə bildi ki, mən nə isə bilirəm.
    -Sabah Andranikin günüdür.
    Hər şey mənə aydın oldu.
    -Sizin məşhur Andraniki deyirsən? Hə də, siz axı hər il yeyib-içməklə onun matəmini saxlayırsız.
    Babken başını yelləyib pəncərənin yanından uzaqlaşdı, çarpayısında oturdu.
    -Sən necə də sadəlövhsən. Hələ də heç nə bilmirsən, tork.
    Təəccüblənmişdim, o, ilk dəfəydi ki, mənə “tork” deyə müraciət edirdi.
    -Onlar səni öldürmək istəyirlər. Andranikin qulağını bilirsən də kim kəsib?
    Babkenin sualına cavab vermirdim. Əsgər yoldaşlarımın məni öldürmək planı qanımı dondurmuşdu. Babken danışmağa davam edirdi:
    – Görürsən? Heç nə bilmirsən, Mirzə.Amma biz sizin tarixinizi yeri gələndə sizdən yaxşı bilirik. Andranik erməni, bolqar xalqı üçün qəhrəmandır.
    – Azərbaycan, türk xalqı üçün də satqındır. Uşaq, qoca, qadın qatilidir. Erməni general dostu olmasaydı, bolqarlar onu qəhrəman görməzdilər.Narahat olma, biz də sizin tarixi pis bilmirik. Hardadı o əclaf? Görüm hansı köpəkoğlu məni öldürəcək?

    İxtiyarsız səsimi yüksəltmişdim, qan başıma vurmuşdu. Qariki yumruqlarımın altında əzişdirmək istəyirdim. Babken qarşımda dayanıb, məni sakitləşdirməyə çalışırdı:
    – Mirzə, xahiş edirəm, məni deməyimə peşman eləmə. Onlar çoxdur, sən təksən. Lap mən də sənin yanında olacam. Sonra? Ağılla hərəkət eləmək lazımdır. Bu məsələni sakit həll etməliyik.
    Babken haqlı idi. Coşmaqla məsələni həll eləmək olmazdı. Babken guya məni sakitləşdirmək üçün zarafat elədi.
    – Sizinkilər sənə qoymağa ad tapmadı, Mirzə?
    Özümü birtəhər ələ aldım, yenə də hirsli idim.
    – Dədəm elə adımı Soltan bəyin şərəfinə qoyub, Babken. Onların planı nədir?
    – Səni birinci yeyib-içməyə çağıracaqlar, sonra da öldürəcəklər.
    Hirsimdən güldüm.
    -Nə danışırsan? Üstündən gör neçə il keçib,bir-birimizə qız alıb verən millətik, bunların planına bax! Bunu eləməyə dal lazımdı e!… Tutaq ki, məni öldürdülər. Sonra nə cavab verəcəklər?
    Babken oturdu,iki barmağı arasında külə dönmüş siqaretini batinkasının altında söndürdü, bu dəfə rus dilində dedi:
    – Nə olsun mehriban yaşayırıq.Hər il Andranikin şərəfinə mütləq bir tork öldürülür. Ya toka verərlər, ya zəhərləyərlər, ya da maşın qəzasına salarlar.
    Babken ayağa qalxdı, mənə yaxınlaşıb qolumdan tutdu. Səsi titrəyirdi.
    -Mirzə, səni çox istəyirəm. Sirdaş, qardaş olmuşuq.Yalvarıram, tərslik eləmə. Qaç çasta, iki-üç günə qayıdarsan.
    -Bəs, məni axtarmayacaqlar?
    -Nə axtarmaq? Mirzə, başa düşmürsən ki, səni öldürəcəklər? Onlar danışanda eşitmişəm.
    -Bəs sən?
    Babken bu dəfə bizim dilimizdə danışdı.
    -Narahat olma, erməni erməniyə heç nə etməz.

    Bizim altı rotamuz vardı. Beşi qalmışdı Novanejin şəhərində. Qarikgilin başı qarışanda Babken qaçmağıma kömək etdi. Sərnişin qatarına minənəcən məni gözlədi, sonra qayıtdı kazarmaya.
    İki saatdan sonra, axşam saat səkkizdə qatardan Novanejində düşdüm. Yaxın olduğu üçün çasta piyada gəldim. Ordakı Azərbaycan uşaqları gəlişimə təəccüblənmişdilər. Niyə gəldiyimi soruşanda erməni əsgər yoldaşlarımın planlarından danışdım. Çastda erməni uşaqları da dediklərimi təsdiqlədilər, Andranikin şərəfinə mütləq bir türk qurban seçildiyini, qaçmaqla düz hərəkət etdiyimi dedilər.
    Babkenin təhlükəsizliyi üçün haqqında bir kəlmə də olsun danışmadım. Üç gündən sonra öz çastımıza qayıtdım. Qapı ağzında Qariklə bir neçə erməni yoldaşları söhbət edirdilər. Qarik məni görən kimi gülümsədi. Gülümsəyəndə üzündə qəribə mimikalar yaranırdı. Rus dilində dedi:
    -Neçə gündür görünmürsən, Soltan bəy.
    Xəyalımda əclafa yaxınlaşıb çənəsinin altından bir yumruq vurdum. Yaxınlaşdım, heç nə olmayıbmış kimi Qarik mənə əl uzatdı. Mən də öz növbəmdə əl uzatdım Qarikə də, o biri ermənilərə də. Rus dilində salamlaşdım:
    -Yerlilərim gəlmişdi, onlara baş çəkməyə getmişdim.
    Qarik qələbə qazanmış adam kimi güldü.
    -Sən çoxbilmiş adamsan, Mirzəyev. Burda qalsaydın, səhərəcən yeyib içərdik.
    Gülümsədim, onun çiyninə iki dəfə yüngülcə vurdum.
    -Elə bil ki, yeyib içmişəm, Ağayan. Sağ olun. – Sakitcə onlardan uzaqlaşmışdım ki, Qarikin axırıncı sözləri ayaqlarımı yerdən kəsdi.
    -Babkeni axtarma. Pilləkanlardan yıxılıb, yaxınlıqdakı xəstəxanadadır.
    Qarikə yaxınlaşdım, hirsimi cilovlaya bilmədim, yaxasından yapışdım. Yanımdakı ermənilər bizi ayırmaq üçün aramıza girdilər. Qolumdan tutan erməni:
    -Mirzəyev, sakitləş. – dedi.

    Günorta Babkeni görməyə getdim, eşitdiklərimi ona təkrarlayanda bildim ki, onlar şikayət edib-etməyəcəyimiz barədə narahatdılar. Əclaflar Babkenin bədənində demək olar, barmaq qoymağa ağ yer qoymamışdılar. Axşam məni “yeyib-içməyə” çağıranda tapa bilməyiblər, Babkendən şübhələniblər. Sonra da onu o ki var döyüb, pilləkanlardan itələyiblər. Babken mənimlə danışanda əvvəlcə özünü güclə toplayırdı:
    -Mirzə, mən axmaqlıq elədim. Gərək səninlə gedəydim.
    Babkenin şikayət etməməsi məni ikiqat əsəbləşdirirdi:
    -Babken, niyə şikayət eləmirsən?
    Babken gülümsədi:
    -Alınmaz, qardaşım. Deyəcəklər, erməni erməniylə yola getmir.
    -İncimə, Babken, millətinin murdar nümayəndələri çoxdur.
    Babken gülməyə çalışır, nəfəsi daralırdı, ancaq yenə də ermənilərin tərəfini saxlamaqdan qalmırdı.
    -Dediyin murdarlardan hər yerdə var.
    Yenə də bu hadisəylə Babken kimi barışa bilmirdim. Qariki görməyə gözüm yox idi. Məni görəndə bir-neçə dəfə salam verdi, cavab da vermədim. Ona da, onunla əlbir olan ermənilərə də!…
    Babken xəstəxanadan çıxdı. Məsləhətləşdik, məzuniyyətimin bitməyini gözləmədim. Ərizə yazdım, Novanejna şəhərinə – çasta gəldim. Komandirimiz asetin millətindən idi. Məni kərpic zavodda işləməyə göndərdi. Orda yaşca məndən böyük olan Natalya adlı bir qızla tanış oldum. Gözəlliyi bir tərəfə, mülayim xasiyyəti də məni özünə bağlamışdı. Niyə yalan deyim, çox istərdim, ona qarşı olan hisslərim İlknura qarşı olan sevgimi üstələsin, alınmadı. Hərbi xidmətimizi başa vuranacan münasibətimiz davam etdi.
    Akarada düşəndə məni Bakıdan yola salan əmim oğluyla qardaşım qarşıladılar. Gözüm isə, dədəmi axtarırdı:
    -Dədəm niyə gəlmədi?
    Əmim oğlu cavab verdi:
    -Evdə səni gözləyir.
    Əslində, dədəmlə bağlı xatirələrimi yazmaq mənim üçün çox ağırdır. Həyətə girəndə nənəm, bacılarım məni gözlərinin yaşını tökə-tökə qarşıladılar. Dədəmi yenə görmədim.
    -Dədəm hanı?
    Qardaşımın gözləri dolmuşdu, nənəm hönkürtü ilə ağladı. Əmim oğlu həqiqəti udquna-udquna deyənəcən artıq hər şeyi başa düşmüşdüm.
    -Həyatdı, əmi oğlu.
    Dizlərimi nə vaxt yerə qoyduğumu xatırlamıram. Üzümü ovuclarımda gizlətdim, ürəyim yerindən çıxanacan hönkürtüylə ağladım. Dədəm məni yola salanacan keçirdiyim xoşagəlməz hisslərin nə olduğunu o gün dərk elədim. Son bir ildə niyə mənə gec-gec məktub gəldiyini də!…
    Dədəmin boynunu qucaqlamaq yox, iyulda rəhmətə getdiyi üçün ilini vermək qismət oldu.
    Dədəm bir gecə yatmış, bir səhər isə ayılmamışdı.
    Daha bir il keçdi. Bu bir ildə həyatımda çox şeylər dəyişdi. İlknur sevgimə müsbət cavab vermişdi. Xoş anlar yaşatmaqla yaddaşımda qalan Natalya ilə arada məktublaşırdıq.
    Bir gün isə sırf təsadüfdən Qafanda Babken ilə qarşılaşdıq. Saakyan küçəsiylə gedəndə bir nəfər arxadan gözlərimi yumdu. Günəşin şüalarını barmaqlarının arasından fərq elədim. Səsindən Babken olduğunu bildim. Görüşdük, qucaqlaşdıq, birlikdə “Zəngəzur” restoranına getdik. Əsgərlik xatirələrindən danışdıqca yüz-yüz vururduq. Babken mənimlə yenə də mənim dilimdə danışırdı.
    -Babken, sənin vallah, bizimkilərlə qarışığın var! – deyib rumkamı rumkasına yüngülcə vurdum.
    -Yox Mirzə, təmiz erməniyəm. Saf millətsiz deyə, sizləri çox istəyirəm. Gələn ay Rusetə köçürəm. Yerimi rahatlayım, sənə məktub yazacam.
    Babken dediyi kimi də elədi. Rusiyaya köçdü, ancaq ondan məktub gəlmədi. Qafanda onu tanıyan erməni tanışım da yox idi ki, haqqında nə isə öyrənə bilim.
    Babken bir həqiqəti düz deyirdi. Ermənilər çox fürsətçil millətdir. Sovet höküməti dağılandan sonra onların üzünü Azərbaycan gördü. Bugün onlar Qarabağı işğal ediblər. Əslində, Qarabağın hansı ölkəyə məxsus olduğu dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənilər məskunlaşdığı üçün onların adı çəkilir.Tərslikdən nağıllarda oxuduğumuz cinin canı şüşədə olan kimi,bizim də uğurumuz-uğursuzluğumuz ermənilərə himayə edən ölkədən asılıdır.

    Qızım kimi internetdən nə anlayışım, nə də marağım yoxdur. Arada girib ya saz çalan aşıqları dinləyərəm, ya da gedə bilmədiyim rayonlarımıza baxaram. Qubadlıya aid videolara baxanda dədəmin qəbri yadıma düşür, uşaq kimi ağlayıram. Bircə təsəllim odur ki, erməni Babken bu gün öz millətinə məndən iki dəfə artıq nifrət edir.

  • Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

    PORTRET

    Mən bir dağ çayıyam, dağ bulağıyam,
    Mənim çoxalmağım, azalmağım var.
    Gəlir bu bağların təbiətindən,
    Coşub-daşmağım var, sozalmağım var.

    Sözdən öz ömrümə bir heykəl yonub,
    Gözəllik önündə heyrətdən donub,
    Arıtək çiçəkdən-çiçəyə qonub,
    Dədə ocağından köz almağım var.

    Suyam – damla-damla daşdan çıxmışam,
    Gözəm, göz yaşıyam, yaşdan çıxmışam.
    Bir qarlı, boranlı qışdan çıxmışam,
    Təzə çiçəklənib yaz olmağım var.

    Duyğular bağında güllər bitirib,
    Bir ömrün içində min ömür sürüb,
    Şairtək əlinə qələm götürüb,
    Aşıqtək sinəmə saz almağım var.

    Bənzər xəyalımız uçan quşlara,
    Tarix qiymət verər uca başlara.
    Ulu qayalara, qızıl daşlara,
    Qədim əlifbatək yazılmağım var.

    HEÇ VAXT MƏNİ TƏRK ELƏMƏ

    Sənsiz tüstü-duman olub,
    Göyə qalxar ahım mənim.
    Heç vaxt məni tərk eləmə,
    Eşqim mənim, ruhum mənim.

    Dağa çıxsam inadım ol,
    Quşa dönsəm qanadım ol.
    Sən ünvanım, sən adım ol,
    Eşqim mənim, ruhum mənim.

    Sular kimi saf ol yaşa,
    Hər şeydə sərraf ol yaşa.
    Ürəkdə insaf ol, yaşa,
    Eşqim mənim, ruhum mənim.

    Gözdə işıq, canda heysən,
    Sehirli yer, sirli göysən.
    Dodaqlarda yanan neysən.
    Eşqim mənim, ruhum mənim.

    Başım üstə yanan şamsan,
    Əlimdə bir dolu camsan.
    Füzulimsən, Mövlanamsan,
    Eşqim mənim, ruhum mənim.

    Gələcəyim, sabahım ol,
    Döyüşlərdə silahım ol.
    İnamımda Allahım ol,
    Eşqim mənim, ruhum mənim.

    Fikir vermə ağlı kəmə,
    Vaxtsız batma dərdə, qəmə.
    Heç vaxt məni tərk eləmə,
    Eşqim mənim, ruhum mənim.

    İSTİQLAL ŞAİRLƏRİ

    Məndən salam olsun gündə yüz dəfə,
    Yurdumun dili bal şairlərinə.
    Ürəyi dumduru, ruhu tərtəmiz,
    Halaldan da halal şairlərinə.

    Sözü dünyamızın sirdaşı, yarı,
    Fikri ağılların meyvəsi, barı.
    Allah özü verib ucalıqları,
    Bu ulduz, bu hilal şairlərinə.

    Yerlərə yerləşməz, göylərə sığmaz,
    Oğulsan ondakı şücaəti yaz.
    Min ömür versək də yenə azdır, az,
    Vətənin istiqlal şairlərinə.

    SEVGİ

    Bu millətə neçə-neçə
    kitab verdim, dürlü kitab,
    O yazılan kitablara
    bu millətdən gəldi cavab.
    Əlli ildir ürəklərin
    şeirindəsən, sözündəsən,
    Bulaq kimi göz açmısan,
    bulaqların gözündəsən.
    Səni sevir ilham ilə
    vəsf etdiyin dağ da, daş da,
    Bal daşıyan saf arı da,
    ağ bulud da, uçan quş da.
    Səni sevir zaman, tarix,
    dörd fəsil də, il də, ay da,
    Əsən yel də, axan su da,
    göy bulaq da, dəli çay da.
    Səni sevir yaşıl yamac,
    qızıl üfüq, göy çəmən də,
    Qara şum da, saf toxum da,
    nəm torpağa düşən dən də.
    Nə eşitməz, nə də görməz
    göz bağlısa, qulaq karsa,
    sevgi yoxdur, ürək darsa.
    Səni sevir təbiətin
    yaratdığı hər nə varsa,
    Sevir doğma balasıtək
    yer də səni, göy də səni.
    Səsi bilir, ünü bilir
    saz da səni, ney də səni.
    Sevir sənin düşüncəni
    düşüncəsi, ağlı kimi,
    Sevir səni bu məmləkət
    qızı kimi, oğlu kimi.
    Sevir səni görən gözü,
    vuran qəlbi, yazan əli,
    Sevir səni insanların
    ən təmizi, ən gözəli.
    Çox arzular qalır hələ,
    açılacaq çiçək-çiçək,
    Sevməyənlər qoy sevməsin,
    sevilənlər seviləcək.

    ŞAİR

    Demək halalına haramlıq qatıb,
    Tutduğu zirvədən enirsə şair.
    Demək ortalıqda şeytan işi var,
    Kor qalan ocaqtək sönürsə şair.

    Səsi dağdan gəlir, arandan gəlir,
    Sədası İrandan, Turandan gəlir.
    Mayası Ayədən, Qurandan gəlir,
    Yenilməz zamanı yenirsə şair.

    Ruhu olmayanın tərpənməz tükü,
    Ürəyi olanın sevgidir yükü.
    Dərin bir keçmişə bağlıdı kökü,
    Ürəkdə heykələ dönürsə şair.

    Saflığı dağların dümağ qarıdı,
    Yönü düzə sarı, haqqa sarıdı.
    Dediyi Allahın kəlamlarıdı,
    Peyğəmbər dilində dinirsə şair.

    SƏN YORULMADIN

    Yollara baxmaqdan gözüm yoruldu,
    Səni çağırmaqdan sözüm yoruldu.
    İradə yoruldu, dözüm yoruldu,
    Ey mənim inadım, sən yorulmadın.

    Yerlərə, göylərə saldın səs-səda,
    Uca zirvələri gətirdin yada.
    Üfüqlər nə qədər geniş olsa da,
    Ey qolum, qanadım, sən yorulmadın.

    Bütün ömrün boyu yardın, yaratdın,
    Arzuya yetişdin, mətləbə çatdın.
    Ruhuma uyuşdun, könlümə yatdın,
    Zəhmətim, ustadım, sən yorulmadın.

    Düşmən bostanıma xeyli daş atdı,
    Gah möhkəm tutdurdu, gah yavaş atdı.
    Təmizlik, halallıq səni yaşatdı,
    Məğrur istedadım, sən yorulmadın.

    BU DÜNYANIN HƏR ÜZÜNÜ GÖRMÜŞƏM

    Mənim yaşım uşaq yaşı deyil ki,
    Hər ağacın meyvəsini dərmişəm.
    Allah mənə nə veribsə əzəldən,
    Mən də onu bu dünyaya vermişəm.

    Baxmamışam şeytanların sözünə,
    Düz baxmışam həqiqətin gözünə.
    Ömrüm boyu sevənlərin üzünə,
    Ürəyimi süfrə kimi sərmişəm.

    Bu yollarda kim ayılan, kim yatan,
    Arzulara kim çatmayan, kim çatan.
    Nə ölənəm, nə itənəm, nə batan,
    Qızıl sözdən qızıl divar hörmüşəm.

    Çox sonalar uçurmuşam gölümdən,
    Alov çıxır içərimdən, çölümdən.
    Qorxum yoxdu ayrılıqdan, ölümdən,
    Bu dünyanın hər üzünü görmüşəm.

    RUH

    Yüz il sonra, min il sonra
    kimin səsi gələcək,
    Kim batacaq gəmi kimi,
    kim qalxacaq göylərə.
    Kimin səsi yerli-dibli
    birdəfəlik batacaq,
    Kimin ruhu qarışacaq
    kamanlara, neylərə.

    Ac da olsa, tox da olsa
    hamı duyar həyatı,
    Ömürlüdü, ömürsüzdü,
    ölüm Allah payıdı.
    Ulu ruhlar ucalsa da
    mələklərin yanına,
    Zaman-zaman öz yurduna,
    yuvasına qayıdır.

    Qarşısını kəsə bilməz
    nə cəhənnəm, nə cənnət,
    Bədən hara gedir getsin
    bu torpağın malıdır.
    Səni bütün bəlalardan
    sağ-salamat qurtaran,
    İncə könül, incə ürək,
    incə ruh olmalıdır.

    Göz görməsə qəlbim sevər,
    qəlbim duyar həyatı,
    Mən ruhumla bu torpağın
    ləzzətiyəm, dadıyam.
    Haqqın ruhdan yuxarıda
    mərtəbəsi yoxdu, yox,
    Bədən məndən inciməsin,
    mən ruhun övladıyam.

    BİRCƏ TƏSƏLLİM VAR

    Yüz ildən sonranı düşünürəm mən,
    Min ildən sonranı düşünürəm mən,
    Bu qoca dünyada nələr olacaq.
    Yenə də beləcə axşam düşəcək,
    Yenə də beləcə səhər olacaq.
    Yenə də arılar bal daşıyacaq,
    Yenə də ilanda zəhər olacaq.
    Əs limiz, nəslimiz yaşamaq üçün,
    Yenə kənd olacaq, şəhər olacaq.
    Şəhər var, açılıb gülə dönəcək,
    Şəhər var, qovrulub külə dönəcək.
    Kənd var, çiçək açıb gözəlləşəcək,
    Kənd var, göz yaşları selə dönəcək.
    Dünyada heç kəsin boş qalmır yeri,
    Gedənlər getsə də, gələnlər gəlir.
    Ömrünü torpaqla, atəşlə, suyla,
    Yağışla, havayla bölənlər gəlir.
    Yenə göy güləcək yağışlarıyla,
    Yenə yer güləcək naxışlarıyla.
    Bu dünya həmişə gözəl olacaq,
    İnsa nın dünyaya baxışlarıyla!

    Yüz ildən sonranı düşünürəm mən,
    Min ildən sonranı düşünürəm mən,
    Bu qoca dünyada nələr olacaq.
    Yenə oynadacaq sevinc atını,
    Yenə daşürəkli kədər olacaq.
    Torpağı su basıb, sel aparanda,
    İnsanın zəhməti hədər olacaq.
    Bu dağlar yenə də çiçəklənəcək,
    İgidlər yenə də igidləşəcək,
    Göyçəklər yenə də göyçəklənəcək.
    Mən də qarışacam qara torpağa,
    Sellər aparacaq, bəlkə, qəbrimi,
    Məzarım hardadı, bilinməyəcək.
    Bircə təsəllim var, eşqim ürəkdən,
    Adım yaddaşlardan silinməyəcək!

    AXAR SU

    Göy üzündə buludları silkələr,
    Dağ döşündən dərələrə axar su.
    Şeh içində çimizdirər gülləri,
    Zirvələrdən çökəklərə baxar su.

    Qış gələndə əl-ayağı dondurar,
    Yaz gələndə ümid nuru yandırar.
    Qayaların inadını sındırar,
    Damla-damla göz yaşını sıxar su.

    Ruhu pakdı, təmizlərdən təmizdi,
    Adı bizə əzizlərdən əzizdi.
    Hara baxsan çaydı, göldü, dənizd i,
    Yer altından yer üzünə çıxar su.

    Gələn gedir bu dünyada qalan yox,
    Sular kimi boşalan yox, dolan yox.
    Dağ desə ki, məndən güclü olan yox,
    Güc eləsə dağları da yıxar su.

    Nəğməsidir hər açılan yarpağın,
    Dərmanıdır hər bağçanın, hər bağın.
    Ay Zəlimxan, şah damarı torpağın,
    Axar südü, axar südü, axar su.

    TARİX KİMİ

    Yaşın ilə təzə tarix,
    təzə dövran başlana,
    Eşqin ilə qoca dünya
    cavanlana, yaşlana.
    Adın ilə yer üzünün
    şeytanları daşlana,
    Çevriləsən könüllərdə
    çiçəyə sən, gülə sən,
    Tarix kimi doğulasan,
    tarix kimi yaşayasan,
    tarix kimi öləsən!

    Sevənlərə, duyanlara
    göz günəş könül çıraq,
    Nurun ilə işıqlana
    hər kitabda şah varaq,
    Min il sonra söz düşəndə
    səndən gələ səs-soraq.
    Yaddaşlara, ürəklərə
    möcüzətək gələsən,
    Tarix kimi doğulasan,
    tarix kimi yaşayasan,
    tarix kimi öləsən!

    İnadınla sərt qayalar
    varaqlana, çapıla,
    İnamınla cəmiyyətin
    itənləri tapıla.
    Ziyarətin daşı kimi
    yanağından öpülə,
    Zaman görə sən böyüksən,
    nə qulsan, nə köləsən,
    Tarix kimi doğulasan,
    tarix kimi yaşayasan,
    tarix kimi öləsən!

    Ucalardan ucalara
    qalxasan fələk kimi,
    Buludların qanadında
    uçasan mələk kimi.
    Nurlandırıb könüllərə
    çatasan şimşək kimi,
    Cahilliyi, nadanlığı
    yer üzündən siləsən,
    Tarix kimi doğulasan,
    tarix kimi yaşayasan,
    tarix kimi öləsən!

    Yaşayasan insaf kimi,
    iman kimi, din kimi,
    Torpaq səni qəbul edə
    göydən gələn ün kimi.
    Ölümün də tarix ola
    doğulduğun gün kimi,
    Öz ömrünü zərrə-zərrə
    insanlarla böləsən,
    Tarix kimi doğulasan,
    tarix kimi yaşayasan,
    tarix kimi öləsən!

    O GÜNÜ GÖZLƏYİRƏM

    Şuşada bir doyunca
    Könlümdən gəzmək keçir,
    o günü gözləyirəm.
    Qalxıb Cıdır düzünə
    Gülümü dərmək keçir,
    o günü gözləyirəm.

    Coşa İsa bulağı,
    Qəlbə süzülə, axa.
    Ovcum nur ilə dola,
    Gözüm gözünə baxa,
    o günü gözləyirəm.

    Məni Şuşada görə,
    Düşmən baxa xar ola.
    Daşaltının hər daşı
    Düşmənə məzar ola,
    o günü gözləyirəm.

    Öz gülüm, öz çiçəyim
    Öz əlimlə dərilə.
    Görə bu xoş günləri,
    Şəhidlərim dirilə,
    o günü gözləyirəm.

    Qarabağ deyiləndə
    Torpaq qalxa ayağa.
    Ehtiyacı olmaya
    Bir səddə, bir dayağa,
    o günü gözləyirəm.

    Şuşasız varlığımda
    Nə ürək var, nə də can.
    Ağ atın üstə gələ
    Ulu dədəm Pənah xan,
    o günü gözləyirəm.

    Hanı Şuşa torpağı,
    Gülü kəfənim olsun.
    Mənimdir, mənimkidir,
    Həmişə mənim olsun.
    o günü gözləyirəm.

    Mənim ağ paltarımda,
    Hələ qara yamaq var.
    Şuşasız yaşamaq yox,
    Şuşalı yaşamaq var,
    o günü gözləyirəm.

    Tarixi düz yazıla,
    Şuşa Şuşamız ola.
    Bu dünyaya sığmayan
    Bir tamaşamız ola,
    o günü gözləyirəm.

    SƏFƏR

    Sökülür dan yeri, doğur Günəşi,
    Səhərin ən gözəl səhərdi, Tanrım.
    Ağ günün dalınca bir ağ gün gəlir,
    Xəbərin nə gözəl xəbərdi, Tanrım.

    Yaratdıqca ürək, yaratdıqca əl,
    Daşında gül açır, torpağında ləl.
    Sənin yaratdığın hər şeydən gözəl,
    Əsərin nə gözəl əsərdi, Tanrım.

    Yerin də, göyün də nurlu həyatdı,
    Nurdan yarananlar şöhrətə çatdı.
    Gör neçə mərtəbə, gör neçə qatdı,
    Şəhərin nə gözəl şəhərdi, Tanrım.

    Donunu yaşıldan biçir yolların,
    Könüldən-könülə köçür yolların,
    İnsan ürəyini seçir yolların,
    Səfərin nə gözəl səfərdi, Tanrım.

    GƏLMƏDİ

    “Anam Qarabağ” deməkdən
    dilim oldu dilim-dilim,
    Mərd oğullar şəhid oldu,
    sağ gedənlər sağ gəlmədi.

    Gecə-gündüz qan ağladı,
    qəlbim, ruhum, duyğularım,
    Necə oldu, ağlamaqdan
    gözlərimə ağ gəlmədi.

    Yaylaq yetim, oylaq qəmgin,
    bulaq küskün, ocaq ölgün,
    Qurudu kök, öldü budaq,
    bostanıma tağ gəlmədi.

    Aylar keçdi, illər ötdü,
    saç ağardı, mən qocaldım,
    Saraldı gözümün kökü,
    mən gözləyən çağ gəlmədi.

    Cıdır düzü cıdırsızdı,
    binələrim çadırsızdı,
    Necə deyim sinəm üstə
    dağ üstündən dağ gəlmədi.

    ÖLƏRƏM – ÖLMƏRƏM

    Gözəl sözü dilimdən al,
    mən ölərəm,
    Gözəl sözü əlimdən al,
    mən ölərəm.
    Gözəl sözü elimdən al,
    mən ölərəm,
    Söz üstündə yarpaq kimi
    əsərəm mən.
    Sözə gələn hər bəlanın
    qarşısını kəsərəm mən.
    Ömrün-günün yollarında,
    Söz adlanan zəfər verin
    mən ölmərəm.
    Günüm doğsun, Ayım yansın
    üfüqlərdə,
    Sözlərimə nurla dolu
    səhər verin.
    Arzu verin, ümid verin,
    kəsər verin,
    Gözəl sözdən, halal sözdən,
    doğru sözdən,
    Mənə xeyir xəbər verin,
    mən ölmərəm,
    mən ölmərəm, mən ölmərəm!

    MƏZAR

    Məzar insanların döş nişanıdır,
    Yazılır daşlara ünvanı, adı.
    Kim qəbir yerinə evim demədi,
    Kim qara torpaqda dəfn olunmadı?

    Uçmağa, qucmağa, qucaqlamağa,
    Qanad yoxdu daha, qol yoxdu daha.
    Məzar insanların son dayaq yeri,
    Burdan o tərəfə yol yoxdu daha.

    Məzar insanların sükut evidir,
    Orda nə qapı var, nə pəncərə var.
    Qəbiristan deyilən bir məmləkətdə,
    Keçilməz uçrum var, dərin dərə var.

    Hamının dərdini çəkən mən oldum,
    Hamının ağrısı, azarı məndə.
    Başdaşım əyilib köksümə sarı,
    Dünyanın ən dərdli məzarı məndə.

    İSTƏRƏM

    Yolçular yorulmaz, yollar tükənməz,
    Mən elə getdikcə getmək istərəm.
    Yollar kənarında ağaclar kimi,
    Ucalmaq istərəm, bitmək istərəm.

    Ay gedə, gün gələ, bir səhər ola,
    Üfüq qızıl ola, şəfəq zər ola.
    Mənim çox sevdiyim nəğmələr ola,
    Elə ömrüm boyu ötmək istərəm.

    Nədir tilsim dünya, tapmaca dünya,
    Boyu boyumuzdan çox uca dünya.
    Nə deyir insana bu qoca dünya,
    Sirlərin sonuna yetmək istərəm.

    YAŞA

    Fəsillərin ruhuna dön,
    Yazında, qışında yaşa.
    Qədrini bil bu torpağın,
    Hər bir qarışında yaşa.
    Halallıq var mayasında,
    Həm toyunda, həm yasında.
    Çiçəyə dön qayasında,
    Mamır ol daşında yaşa.

    Dağıt başından dumanı,
    Dağıt şübhəni, gümanı.
    Öt dövranı, keç zamanı,
    Dünyanın yaşında yaşa.

    QURUMAQ

    Niyə quruyursan, a yaşıl ağac,
    Səni yaşıl vaxtı solduran nədi.
    Budaqlar quruyub çöpə dönmüsən,
    Səni diri-diri öldürən nədi.

    Dəhnəmi quruyub, sumu kəsilib,
    Quşlar qanad çalmır budaqlarında.
    Yuvamı dağılıb, bülbülmü köçüb,
    Nəğmələr səslənmir dodaqlarında.

    Günəşmi tutulub, Aymı gizlənib,
    Buludmu bağlayıb göyün üzünü.
    Dolu budağına atıb daşları,
    Kimlər kor eləyib sənin gözünü.

    Qurudun, həyatın qurtardı, getdi,
    Bir daha göyərmək çətindən çətin.
    Dünəni var idi, sabahı yoxdan,
    Kökündən quruyan bir məhəbbətin.

    AXŞAMÜSTÜ

    Göylərdə kövrələn buludlar deyil,
    Beynimin içinə dolan tüstüdü.
    Bilirəm qarşıdan qaranlıq gəlir,
    Yaman darıxıram, axşamüstüdü.

    Qəlbin həm sevinci, həm də yası var,
    Hər günün öz hökmü, öz dünyası var.
    Ömrün səhəri var, günortası var,
    Yaman darıxıram, axşamüstüdü.

    Dünyanın üzünə gələndən bəri,
    Həmişə sevmişəm nurlu səhəri.
    Kimə xeyir verib axşamın şəri,
    Yaman darıxıram, axşamüstüdü.

    Alınmaz qalanı kim tikib görən,
    Nə deyir hördürən, nə deyir hörən.
    Geriyə qayıtmır qapıdan girən,
    Yaman darıxıram, axşamüstüdü.

    Səhər bu dünyanın hər şeyi təzə,
    Günorta gözəllik gətirir gözə.
    Axşam qaranlığı heç baxmır sözə,
    Yaman darıxıram, axşamüstüdü.

    ALLAH KİMİ

    Bulud kimi qar-yağışla doluyam,
    Göylər qədər dərdim-ahım var mənim.
    Zaman kimi dərdsiz, qəmsiz, kədərsiz,
    Nə axşamım, nə sabahım var mənim.

    Ərənlərin badəsini içmişəm,
    Haqq yolunda tükü tükdən seçmişəm.
    Qıl körpüdən gülə-gülə keçmişəm,
    Yoxa çıxıb nə günahım var mənim.

    Yamanlara tərs açılan şillədir,
    Naqislərin ürəyinə güllədir.
    Yaxşılara ucalıqdı, pillədi,
    Qələm adlı bir silahım var mənim.

    Çəkinmədim nə düşməndən, nə dostdan,
    Dərsim aldım Mövlanadan, Yunusdan.
    Haqdan gəldi oxuduğum bu dastan,
    İlham adlı bir pənahım var mənim.

    Ağac dindir, kaman bağla, saz yarat,
    Hər pərdədə işvə, qəmzə, naz yarat.
    Dedi oğlum, ürəyincə yaz, yarat,
    Allah kimi uca şahım var mənim.

    ÜMİD

    İşıqlı nəğmələr nəğməkarıyam,
    Həsrəti dünyadan itirəcəyəm.
    Vətən bağçasında, vətən bağında,
    Tərtəzə çiçəklər bitirəcəyəm.

    Qoymaram səsimi harınlar uda,
    Mənim əmrimdədir torpaq da, su da.
    Ölüm nəmənədir məni qorxuda,
    Onu bu dünyadan itirəcəyəm.

    Ümid ürəklərdə silahdır, silah,
    Onu insan üçün yaradıb Allah.
    Bükməsin boynunu gələcək, sabah,
    Mən onun dadına yetirəcəyəm.

    YOXDU

    Mən sevirəm bu dünyanı,
    Ocağım var, külüm yoxdu.
    Heç bir kəsdən küsməmişəm,
    Küsmək var, küsülüm yoxdu.

    Tapdanmış bir dağ olasan,
    Pozulmuş bir bağ olasan.
    Sevgiyə yamaq olasan,
    Bundan artıq zülüm yoxdu.

    Büdrəməsin eşqin atı,
    Bağrına bas kainatı.
    Sev dünyanı, sev həyatı,
    Sevənlərə ölüm yoxdu.

    YAZ QƏLƏMİM, YAZ

    Ömür bir fürsətdi verilib sənə,
    Ömürdən, fürsətdən yaz qələmim, yaz.
    Yaradan dünyanı cənnət yaradıb,
    Sehrli cənnətdən yaz qələmim, yaz.

    Çağır ilhamını, çağır təbini,
    Həm elmini göstər, həm ədəbini.
    Dəryalardan götür mürəkkəbini,
    Tükənməz hikmətdən yaz qələmim, yaz.

    Heç vaxt yaxşılığı çıxarma yaddan,
    Dadlı meyvələrin düşməsin daddan.
    Sən ki, çox çıxmısan alovdan, oddan,
    Taledən, qismətdən yaz qələmim, yaz.

    Odu olmayanın oduna yanma,
    Haqqı olanların haqqını danma.
    Yaxşılıq etməyi qızırqalanma,
    Bu ali qüdrətdən yaz qələmim, yaz.

    Dağ qalır, daş qalır, təbiət qalır,
    İnsana əbədi məhəbbət qalır.
    Çox şey unudulur, həqiqət qalır.
    Əsl həqiqətdən yaz qələmim, yaz.

    Açılan çiçəkdi, qonan arıdı,
    Yönü Aya sarı, günə sarıdı.
    Şeir şairlərin könül varıdı,
    Bu naz-nemətdən yaz qələmim, yaz.

    HƏZRƏT SÜLEYMANIN XALÇASI KİMİ

    Xanım qız, xanım qız, toxucum sən ol,
    Mənə xalı toxu, əlvan bir xalı.
    Gəlindən ismətli, qızdan həyalı,
    Ətri, təravəti çiçəkdən olsun.

    Bütün keçidləri, döndərmələri,
    Bütün ilmələri ürəkdən olsun.
    Əlvan bir dünyaya döndər rəngini,
    Ərişi, ağacı ipəkdən olsun.

    Gözəl qız, gözəl qız, toxucum sən ol,
    Deyim, nəyi göstər, deyim, nə göstər.
    Sənə desələr ki, gözəllik nədir,
    Göygöldən, Kəpəzdən nişanə göstər.
    Sənin toxuduğun yaşıl xalıda,
    Görünsün torpağın bütün rəngləri.
    Nurlu gözümüzə versin işığı,
    Çiçək topaları, gül çələngləri.

    Xanım qız, xanım qız, toxucum sən ol,
    Sənin hər çeşnində, hər çeşidində,
    Təbiət görünsün, çəmən görünsün.
    Bütün anaların ana torpağı,
    Bir də müqəddəsim Vətən görünsün!

    Sənin toxuduğun yaşıl xalıda,
    Üfüqdən-üfüqə süzmək istərəm.
    Həzrət Süleymanın xalçası kimi,
    O xalça üstündə gəzmək istərəm.

  • Nəcibə İLKİN.”Payız gileyi”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Nə yaman tələsdin payız gəlməyə,
    Pərişan qəlbimdə xəzandı hələ.
    Bəlkə dərdlərini mənlə bölməyə,
    Məni qabaqlayıb gəlmisən elə.

    Bilirəm sənin də dərdin çox böyük,
    Tökülən yarpaqsan, solan çiçəksən.
    Onsuz da taleyin hər üzü dönük,
    Xəzanlı arzusan, solan diləksən.

    Eh…nahaq dayandım sənlə üz-üzə,
    Sən ki, gah fikirli, gah düşüncəli.
    Qopanda tufanın Allah saxlasın,
    Sən də məndən betər olursan dəli…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    TAPŞIR GÖZLƏRİNƏ

    Gözlərin gözümə naz ilə baxır,
    Qara gözlərimdə şimşəklər çaxır,
    Bu oda, alova neyləsin fağır,
    Tapşır gözlərinə, belə baxmasın.

    Mən dözə bilmirəm atəşə, oda,
    Axı mən baxmıram özgəyə, yada,
    Bir od parçasısan sən bu dünyada,
    Tapşır gözlərinə, belə baxmasın.

    Üzmüsən onsuz da ürəyimi sən,
    Yox deyə bilmirəm vallah nə desən,
    Sən mənim qəlbimin şahzadəsisən,
    Tapşır gözlərinə, belə baxmasın.

    Süzgün baxışların qorxusu çoxdu,
    Qaşların bir kaman kipriyin oxdu,
    Vallah sənin kimi can alan yoxdu,
    Tapşır gözlərinə, belə baxmasın.

    Səni görməyəndə gözlərim dolur,
    Sənsiz ömür günm cəhənnəm olur,
    Günəş batan zaman arzular solur,
    Tapşır gözlərinə, belə baxmasın.

    Hər gün od tökürsən odumun üstə,
    Dərd gəlir üstümə hey dəstə-dəstə,
    Baxışın odludu ay boyu bəstə,
    Tapşır gözlərinə, belə baxmasın.

    GEDİRƏM

    Bu dərd məni çox sevib,
    İnanma qaçaq düşə,
    Özüm də mat qalmışam,
    Nə zamandı bu işə.

    Yuxumu yoza bilmir,
    Hələ yuxu yozanlar,
    Bir-bir çıxır qarşıma,
    Alnıma yazılanlar,

    Bu yarımçıq sevdalar,
    Bir cəhənnəm əzabı,
    Xatirələr qəmlidi,
    Çəkən yoxdu hesabı.

    Ömrümə sahib çıxan,
    İndi dərddi, kədərdi,
    Ümidlərim gül açmır,
    Əziyyətim hədərdi.

    Bu qələm, bu vərəqdən.
    Həsrət qoxusu gəlir,
    Açılan sabahların,
    Şirin yuxusu gəlir.

    Başının hayındadı,
    Öz işindədi hərə,
    Üz tutub mən gedirəm,
    Çiçəklər açan yerə.

  • Kənan AYDINOĞLU.”Dayımın adını daşıyırsan sən”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Dayım Həkim Rəhimov Məzahir Bayram oğlunun yeni dünyaya gəlmiş və adını daşıyan nəvəsinə

    Gələli dünyaya ağladın Sən də,
    Ağlamaq varlığın əlamətidi.
    Gülüşün, bir də ki, nurlu baxışın,
    Uca Yaradanın inayətidi.

    Nə qədər gözündə sevgi var Sənin,
    O qədər dünyada xoşbəxt olassan.
    Sevəcək doğmalar, tanışlar Səni,
    Sevimli, nur üzlü doğma qalassan.

    Bir az böyüyəssən körpələr kimi,
    Qədəmin mübarək olacaq Sənin.
    Sən də oxşayassan Həkim babana,
    Adın da dillərdə qalacaq Sənin.

    Layla oxunacaq beşik başında,
    Qayğılı dünyada yatmağın üçün.
    Gözümün yumanda beşikdə axı,
    Dünya bürünəcək qayğıya bütün.

    MaşAllah! Doğmasan doğmalarımın,
    Sən fərəh yerisən, iman yerisən.
    Bilirəm, Qohumun və tanışların,
    Gələcək yerisən, güman yerisən.

    Qədrini biləssən Sən də bir zaman,
    Bu doğma diyarda elin, obanın.
    Yenə, səmimiyyət gözlərindədi,
    Çəkibsən qanına Həkim babanın.

    Mələksən, bu gözəl dünyada Sən də,
    Körpəsən, amma Sən nur parçasısan.
    Oxşama, nazlama vaxtı gələndə,
    Bilirəm, qucağa Sən qaçasısan.

    Mələklər “Salamlar!” söyləyir Sənə,
    Gör neçə aydır ki, yaşayırsan Sən.
    Gəl Sənin öpüm mən yanaqlarından,
    Dayımın adını daşıyırsan Sən.

    Bakı şəhəri. 24 yanvar 2018-ci il.

  • Nemət TAHİR.Yeni şeirlər

    Cavabsız sevgi

    Nazını çəkməyə hazırdım hər an
    Çünki mənasızdır əzabsız sevgi
    Ancaq ki, insanı bir ağac kimi
    İçindən çürüdür cavabsız sevgi

    Yanımda olsan da, mənə uzaqsan
    Hər yandan üstümə həsrət çilənir
    Baxışın bənzəyir ölüm hökmünə
    Gözündən üzümə nifrət çilənir

    Sanmaki, hər işin doğrudur, düzdür
    Ömrünü puç edər əyrilər bir gün
    Sevgimə gülərək alçaltma məni
    Nifrətin sevgiyə çevrilər bir gün

    ***

    Çəkilməyən,dözülməyən,
    Dediyiniz o dərd mənəm.
    Qova-qova namərd edib
    Söydüyünüz o mərd mənəm.

    Özümə də bir az yadam.
    Bir az suyam,bir az odam.
    Həm küləyəm,həm torpağam.
    Bildiyiniz o dörd mənəm.

    Dostu azdır,düşməni çox
    Qarnı acdır,gözləri tox
    Kölgəsinə güvəni yox
    Yalquzağam,bozqurd mənəm.

    Qan qoxuyur çiçəkləri.
    Kəfənsizdir şəhidləri.
    Kimsəsiz “ruhlar şəhəri”-
    Gördüyünüz o yurd mənəm.

  • Şair Kamal Alışoğlunun yeni kitabı çap olunub

    Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin təsis etdiyi “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin əməkdaşı, tanınmış şair-publisist və yazıçı-jurnalist Kamal Alışoğlunun yaradıcılıq fəaliyyətinə həsr olunan “Əllərimdə tale yazım” adlı monaqrfiya 2018-ci ildə “Təknur” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 184 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Kitaıbn redaktoru filologiya üzrə fəlsəfə doktoru Şakir Əlifoğludur.
    Kitabda müəllifin yaşadığı həyatın mənəv-psixolji yaşantılarından dolayı təhlil olunmuş, müəllifin münasibəti fonunda oxuculara çatdırılmışdır.
    Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Şairə-publisist Rahilə Dövranın şeiri “Hece Taşları” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın “Həyatın vəfası” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dərgisinin 43-cü sayında Azərbaycan türkcəsində sayında dərc olunub.
    “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri, şair-publsist Rafiq Oday, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhəçisi isə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.
    Qeyd edək ki, bundan öncə də şairə-publisist Rahilə Dövranın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Kardelen” (Bilcek şəhəri), “Usare” (Kahramanmaraş şəhəri) mədəniyyət və ədəbiyyat dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Gənc xanım yazar Şəfa Vəliyevanın hekayəsi “Azerbaycan Edebiyatı Antolojisi” (Gençler) antologiyasında çap olunub

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Labirint yolu” hekayəsi İLESAM tərəfindən işıq üzü görən “Azerbaycan Edebiyatı Antolojisi” (Gençler) antologiyasında çap olunub.
    Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Vəliyevanın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” dərgisində (Tokat şəhəri) və “Kardelen” (Bilecik şəhəri) dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Gənc xanım yazar İlahə İmanovanın hekayəsi “Xəzan” dərgisində çap olunub

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, gənc xanım yazar İlahə İmanovanın “Tutuquşu” hekayəsi “Xəzan” ədəbi-bədii dərgisinin “Ədəbi Nəşrlər” Seriyasından çap olunub.
    Qeyd edək ki, bundan öncə gənc xanım yazar İlahə İmanovanın şeirləri, hekayələri, povestləri “Zərrələr” antologiyasında, “Oxu məni” qəzetində və digər mətbu orqanlarda dəfələrlə nəşr olunub.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Ali Kafkasyalının “Qafqaz Qaçaqları” romanı işıq üzü görüb

    “Kitab Klubu” nəşriyyatı tərəfindən Giresun Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin professor, doktor Ali Kafkasyalının “Qafqaz Qaçaqları” romanı- kitabı 420 səhifə həcmində, 800 tirajla işıq üzü görüb. Kitabı Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə Məti Osmanoğlu çevirib.
    Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Oxucuların rəğbətini qazanacağına ümid edirik.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarına “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar artist” fəxri adı verilsin:

    Hüseynov Mövsüm Turbəndə oğlu
    Nuriyeva Sədaqət Məmmədağa qızı
    Süleymanova Xatirə Bəylər qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 16 oktyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

    Əliyeva Afət Məmməd qızı
    Həşimov Rafael Zeynal oğlu
    İbrahimli Qabil Mahmud oğlu
    İmamverdiyev Yusif İmamverdi oğlu
    Quliyev Aydın Baloğlan oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 16 oktyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

    Abbasov Zülfüqar Qulu oğlu
    Mirabov Akif Əhməd oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 16 oktyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • X.N.Gəncəliyə “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    X.N.Gəncəliyə “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Xəzər Novruz oğlu Gəncəliyə “Əməkdar artist” fəxri adı verilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 16 oktyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

    Cəfərova Rüxsarə Əliağa qızı
    Xanlarov Habil Tehran oğlu
    Qurbanova Vəfa Əli qızı
    Məmmədov Vidadi Mansur oğlu
    Məmmədova Mayə Əliağa qızı
    Mirzəyev Akif Əziz oğlu
    Müzəffərov Arif Valeh oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 16 oktyabr 2018-ci il.

    Mənbə: https://president.az

  • Gənc yazar Nemət Tahirin şeiri “Usare” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvü, Sumqayıt Dövlət Universitetinin Filolofiya fakültəsinin məzunu (2006-2010), gənc yazar Nemət Tahirin “Yıxıla” şeiri Osmanlı türkcəsinbdə Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin yeni 19. sayısınnda dərc olunub.
    “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” ayihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır,
    Koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, , Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisi və , “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Mətbuat xidmətinin rəhbəri, şair-tərcüməçi-jurnaist Kamran Murquzov, məsləhətçisi isə Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.
    Qeyd edək ki, bundan gənc və istedadlı şair Nemət Tahirin şeirləri Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc yazar İlham Mikayılın şeiri “Usare” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Aran bürosunun rəhbəri, “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvü, Sumqayıt Dövlət Universitetinin Filolofiya fakültəsinin məzunu (2007-2011), gənc yazar İlham Mikayılın “Ala yurdumu” şeiri Osmanlı türkcəsinbdə Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin yeni 19. sayısınnda dərc olunub.
    “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” ayihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır,
    Koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, , Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisi və , “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Mətbuat xidmətinin rəhbəri, şair-tərcüməçi-jurnaist Kamran Murquzov, məsləhətçisi isə Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.
    Qeyd edək ki, bundan gənc və istedadlı şair İlham Mikayılın şeirləri Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Hece Taşları” aylık şiir dergisinin 44. sayısı yayında

    TEBESSÜMLER BUZDAN YAPMA BİR ÇİÇEK

    Geriye baktıkça korkum büyüyor, her gün biraz daha azalıyoruz, bizde mi bir hal var
    âlem mi böyle, her gece gam yüklü kervanlar gelir, enine boyuna uzar geceler, saatlerin
    zembereği bozulur, efkâr gelir soframıza oturur, hatıralar uzaklardan el sallar, gözlerimiz
    bulutlanır durmadan, türkülerle dudağımız dağlanır, yutkunmak isteriz dilimiz kurur,
    ağlamak isteriz gözümüz uyur, acıktıkça yeriz ciğerimizi.
    Herkesin işi çok gün az geliyor, evler arasında yüce dağlar var, konu komşu var mı yok
    mu bellisiz, hısım akrabaysa sizlere ömür, aramızdan ayrılalı çok oldu, çoluk çocuk büyüdükçe
    dert artar, kim derde şükreder kim derdi tartar, kim kusur ararken kim kusur
    örter, herkesin evinde her bir şeyi var, herkes yorgun argın döner evine, ne kapıda selam
    aleykümselam, ağızlarsa akrep yılan yuvası.
    Gün nerde doğuyor nerde batıyor, başlar göğe değmek için yekinir, avuçlardan asumana
    kuş uçmaz, endam aynasına bakan kalmadı, iki sirke küpü herkesin yüzü, camdan bakıp
    geçer insan insana, tebessümler buzdan yapma bir çiçek, lafla peynir gemileri yol alır, özgüvenin
    mayasını bozdular, birbirinden farklı yönler yöntemler, herkes kendi mağarasına
    çekildi, birbirine yetmez kimsenin sesi.
    Kendimizden öte göç göç başladı, kimi iç evine kimi dağlara, tehcire zorlanır kalana af
    yık, hani dünya oyun ile oynaştı, hani herkes birbiriyle paydaştı, çağlar değişse Firavun
    Karun, aynı kaptan yerler kavga bilmezler, sana ne oluyor insan kardeşim, herkes her gün
    birbirinin etini, yiye yiye nefsi dizine iner, okyanuslar her gün dev dalgalarla, kıyılarımızı
    yerle bir eder, bizse bize saldırırız bizlerle.

    Tayyib Atmaca

  • “Açık Kara” dergisinin 8. sayısı yayında

    AÇIKKARA DERGİSİ İL İL ŞİİR YARIŞMASI ACANDASI

    Genel Şartlar:
    1.Yarışmada belirtilen konularda şiir yazılmalıdır.
    2. Yarışmacılar hecenin 4+4+3=11’li ölçülerini kullanmak zorundadır.
    3. Katılım tarihi ödül töreni tarihinden en az üç ay önce olacaktır.
    4. Şiirleri dergi adresine gönderenlerden e-mail ücreti tahsil edilir.
    5. Yarışmacıların Hece Taşları ve Hece Dergisinde şiirlerinin yayınlanmadığını ayrıca ibraz etmeleri
    gerekir.
    6. Başkasının şiiri ile yarışmaya girdiği tespit edilenlere yarışmanın ödülleri ödetilir.
    7. Ödüller nakde çevrilmez.
    8. Ödüllerde belirtilen yemekler yenilmek zorundadır. “Alerjim var, ben onu yemem, paket yapın eve
    götüreyim, şoklayıp (kargo bana ait) gönderin, benim yerime bir gariban yesin.” gibi teklifler kabul edilmeyecek
    olup bu durumda yarışmacıdan yemediği yemeğin ücreti tahsil edilir.
    9. Yarışmaya katılanların daha sonra şiirlerini yarışmadan çekmek gibi bir hakkı yoktur.
    10. Jüri yarışmada dereceye girenlerin meziyetlerini belirttiği gibi kazanamayanların da kusurlarını
    kamuoyu ile paylaşacaktır. Bu yüzden sonra “Beni rezil ettiniz.” diye vızıldayanların itirazları kabul edilmeyecektir.
    Kendine güvenemeyen yarışmaya girmesin.
    11. Kural ihlali yapanlar elenir ve Açıkkara Dergisi tarafından kamuoyuna ihlal sebepleri açıklanır.
    Yarışma İlleri:
    ADANA, Konusu: Acılı Adana & Ödül töreni: Hıdırellez
    1.’lik ödülü: 1,5 acılı Adana, bir tas şalgam, 2.lik ödülü: Bir porsiyon Adana, bir tas ayran, 3.lük ödülü:
    Adana, dürüm, su.
    ADIYAMAN, Konusu: Şıllık tatlısı & Ödül töreni: Mayıs yedisi
    1.lik ödülü: 1,5 şıllık tatlısı, patlıcan cacığı, çiğ köfte, 2.lik ödülü: Bir porsiyon şıllık tatlısı, bir porsiyon
    patlıcan cacığı, 3.lük ödülü: Bir porsiyon şıllık tatlısı.
    AFYONKARAHİSAR, Konusu: Kaymak & Ödül töreni: Camızlar kuzlayınca
    1.lik ödülü: Birer porsiyon sakalı çarpan çorbası, Özbek pilavı, kaymak, 2.lik ödülü: Bir porsiyon Özbek
    pilavı, bir porsiyon kaymak 3.lük ödülü: Bir porsiyon kaymak.
    AĞRI, Konusu: Halise keşkeği & Ödül töreni: Gün dönümü
    1.lik ödülü: Birer porsiyon halise, Gösteberg buğulama, Abdigör köfte, 2.lik ödülü: Birer porsiyon
    halise, Abdigör köfte, 3.lük ödülü: Bir porsiyon halise.
    AKSARAY, Konusu: Ilhara Vadisi & Ödül töreni: Zemheri
    1.lik ödülü: Birer porsiyon Aksaray tava, sıkma, bamya çorbası, 2.lik ödülü: Birer porsiyon Aksaray
    tava, sıkma, 3.lük ödülü: Bir porsiyon bamya çorbası.
    AMASYA, Konusu: Misket elması & Ödül töreni: Elmalar toplanırken
    1.lik ödülü: İki kasa elma, 2.lik ödülü: Bir kasa elma, 3.lük ödülü: 5 kg. elma.
    ANKARA, Konusu: Ankara keçisi & Ödül töreni: Harman sonu
    1.lik ödülü: Bir tüm oğlak çevirme, 2.lik ödülü: Bir but yarım kapak kaburga, 3.lük ödülü: 5 parça
    kaburga.
    ANTALYA, Konusu: Kemer patlıcanı & Ödül töreni: İlk turfanda çıkışta
    1.lik ödülü: Bir çuval patlıcan, 2.lik ödülü: 10 kg. patlıcan, 3.lük ödülü: 5 kg. patlıcan.
    ARDAHAN, Konusu: Kaşar & Ödül töreni: Karlar eriyince
    1.lik ödülü: Bir teker kaşar, 2.lik ödülü: Yarım teker kaşar, 3.lük ödülü: 1 kg. kaşar.
    ARTVİN, Konusu: Bal & Ödül töreni: Bal hasadında
    1.lik ödülü: Bir çıta bal, 2.lik ödülü: 1 kg. süzme bal, 3.lük ödülü: 0,5 kg. süzme bal.
    AYDIN, Konusu: İncir & Ödül Töreni: İncir hasat zamanı
    1.lik ödülü: İki kasa incir, 2.lik ödülü: Bir kasa incir, 3.lük ödülü: 2 kg. kuru incir.
    BALIKESİR, Konusu: Höşmerin & Ödül töreni: Aprılı beşte
    1.lik ödülü: Birer porsiyon Balıkesir mantısı, kalamar dolma, höşmerim, 2.lik ödülü: Birer porsiyon
    kalamar dolma, höşmerim 3.lük ödülü: Bir porsiyon höşmerim.
    Devamı gelecek sayıda

  • Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏLİYEV

    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

    1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

    1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

    1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

    1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

    1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

    1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

    1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

    1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

    2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

    2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

    2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

    2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

    Evlidir. Üç övladı, beş nəvəsi var.

    Təltiflər və fəxri adların siyahısı:

    Ordenlər

    Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

    Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

    Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

    Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

    Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

    Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

    Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

    Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

    Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

    Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

    Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

    Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

    Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

    Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

    Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

    Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

    Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

    Fəxri elmi adlar

    Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

    Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

    Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

    Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

    Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

    Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

    Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

    İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

    Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

    Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

    Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

    Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

    Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

    Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

    Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

    Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

    İdman təşkilatlarının mükafatları

    Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

    Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

    Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

    Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

    MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

    Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

    Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

    Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

    Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

    Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)

    Mənbə: http://www.president.az

  • Rafiq ODAY.”Qarabağ yaşayır…”

    (oxunması bir az diqqət tələb edir)
    Qarabağ yaşayır –
    Toylardakı,
    yeyib-içmək məclislərindəki
    ütülü-sığallı
    tostların qəlibində.
    Qarabağ yaşayır –
    Vətənə sadiqlik andı içən,
    Şəhidlik badəsini şərbət kimi
    birnəfəsə başına çəkən
    kəslərin qəbirində.
    Qarabağ yaşayır –
    20 ildir
    boynubükük halda oturub
    amerikalıların,
    fransızların,
    rusların qəbulunda.
    Qarabağ yaşayır –
    İntiqam eşqiylə
    bu gün də alışıb-yanan
    keçmiş döyüşçü
    dostların qəlbində.
    Qarabağ yaşayır –
    Xəritələrin şimalında,
    atlasların şərqində,
    kartaların cənubunda,
    qlobusların qərbində.
    Qarabağ yaşayır –
    Günahkara:
    çəkilən sığalların,
    “qorxma”, “vur”ların;
    Günahsıza:
    silkilən barmaqların,
    “dinmə”,
    “sus”ların qəribində.
    Qarabağ yaşayır –
    Ali Baş Komandanın
    Nə vaxtca – amma mütləq veriləcək
    “Hoydu, dəlilərim, hoydu,
    Yeriyin düşmən üstünə” əmrində…
    Və bir də
    mənfur düşmən,
    namərd yağı üzərində
    Sənin – Haqq oğlu haqqlarım,
    Dürürüst oğlu
    dürüstlərim – qələbəndə.

    17 avqust 2014-cü il.

  • İbrahim İLYASLI.” Bir şarkının tarixçəsi…”

    Bu şarkını rəhmətlik Gülüstan nənəm kövrək bir avazla oxuyar və xısın-xısın ağlayardı. Biz “sovet uşaqları” hardan biləydik bu şarkının, bu göz yaşlarının içəriliyində nələr var… Ancaq mətn yaddaşıma necə çökmüşdüsə, uzun illərin sonunda bir gün dostum Azər Turan ƏNVƏR PAŞAdan söz açınca həmən söyləməyə başladım. Bu gün Azərbaycan üçün həm də o şarkının günüdür!!!
    Azərbaycanın azadlığı uğrunda şəhid düşmüş TÜRK əsgərlərini rəhmət və qürurla anır, həmin şarkının mətnini həyəcan içində sizlərlə bölüşürəm…

    İb.İlyaslı

    ***
    Urus gəldi aldı vanı,
    Ərzurumla Trabzanı.
    Nahaq yerə tökdü qanı,-
    Yaşa milltimiz, yaşa!
    Gələcəkdir Ənvər Paşa!

    Dardaneli bağladallar,
    Gəmiləri saxladallar.
    Hingilisi ağladallar,
    Yaşa millətimiz yaşa!
    Gələcəkdir Ənvər Paşa!

    Ənvər paşa bir top atdı,
    “Paraxod”lar suya batdı!
    German gəldi haya çatdı,
    Yaşa millətimiz yaşa!
    Gələcəkdir Ənvər Paşa!

  • Zeynəb DƏRBƏNDLİ.”Ulu Dərbənd”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Ulu Dərbənd, yollarına sarınım,
    Bayramına, şənliyinə yarınım,
    Dağlarının mehi ilə daranım,
    Ha boylanım tarixinin izində,
    Neçə-neçə əsərim var düzündə.

    Ulu Dərbənd, babaların dastanı,
    Dillər əzbəridir şöhrəti-şanı,
    Qədim soraqlıdır hər adı-sanı,
    Hər daşında, keçmişindən min iz var,
    Ətəyində mavi gözlü dəniz var.

    Ulu Dərbənd, nənələrin nağılı,
    Hər əsirdən min iz qoydun yağılı,
    Tanrı səndən əsirgəmir sığalı,
    Ta qədimdən dastanlarda adın var,
    Hər milləti isidəcək odun var.

    Ulu Dərbənd, keçmişimdən yadigar,
    Bəzəyindir qədim dəmir qapılar,
    Səni görən, adına min söz yazar,
    Özün elə o boyda yaraşıqsan,
    Sən Vətənim Dağıstana işıqsan….

    Ulu Dərbənd, şairlərin misalı,
    Çoxdur səndə, sevənlərin vüsalı,
    Qorumusan qədim, doqquz Mahalı,
    Başın üstə Qalan durub ər kimi,
    Mən edirəm, təkcə sənə ərkimi.

    Ulu Dərbənd, şəhərlərin şahı sən,
    Hər yazılan tarixlərin mahı sən,
    Millətimin bu günü, sabahı sən,
    Şairlərin sözü, söhbəti şəhər,
    Bu ellərin adı, qüdrəti şəhər.

    Ulu Dərbənd, oxunmamış kitabsan,
    Ta qədimdən, min suala cavabsan,
    Allahıma sevgi ünlü savabsan,
    Yazdıqları Zeynəb üçün həyatdı,
    Öz içində, böyük Dərbənd yaratdı.