Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Labirint yolu” hekayəsi İLESAM tərəfindən işıq üzü görən “Azerbaycan Edebiyatı Antolojisi” (Gençler) antologiyasında çap olunub.
Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Vəliyevanın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” dərgisində (Tokat şəhəri) və “Kardelen” (Bilecik şəhəri) dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü