em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

GÜLÜM

Eşqim, məhəbbətim, sevən ürəyim,
Qəlbimin istəyi, arzum, diləyim,
Mənim həyatımsan, mənim mələyim,
Səndən özgəsinə baxmaram, gülüm.

Sən mənim bəxtimə yazılan yazı,
Ömrümün baharı, ömrümün yazı,
Gətirmə ömrümə qışı, ayazı,
Səndən özgəsinə baxmaram, gülüm.

Qara gözləinə olmuşam heyran,
Canım, gözüm sənə qurbandı,qurban,
Yolunda canımdan keçərəm inan,
Səndən özgəsnə baxmaram, gülüm.

Qal desən qalaram, öl desən ölləm,
Çağırsan bir anda yanına gəlləm,
Qəlbindən, könlündən keçəni billəm,
Səndən özgəsinə baxmaram, gülüm.

Sənin hər kəlmənə can-can deyərəm,
Mən Əziz Musayam,Məcnun deyiləm,
Səni özümdən də çox istəyirəm,
Səndən özgəsinə baxmaram, gülüm.

İLLƏRLƏ SƏNİ SEVDİM

İllərlə sevdim səni,
Həsrətinlə alışdım,
Nazın öldürdü məni,
Gah küsdüm, gah barışdım,

Ürəyimsən, canımsan,
Sənə can atdım hər vaxt.
Heç üzümə gülmədin,
Məndən qaçaq düşdü baxt.

Bu sevgidən heç zaman,
Nə bezdim, nə yoruldum,
Vallah hər gün mən sənə,
Daha da çox vuruldum.

Səndən özgə bir kimə,
Baxmadı bu gözllərim,
Döndü aha, naləyə,
Sevgi dolu sözlərim.

Heç halını bilirsən,
Gözü yolda qalanın?
Əllərini buraxma,
Sənə möhtac olanın.

QADINA MƏKTUB

Yenə yandırıb, yaxır,
Fələkləri bu ahım,
Heç özümdə bilmirəm ,
Nədir axı günahım,

Mən öyrənə bilmirəm,
Həsrətin göz yaşına.
Gözlərim öyrənibdi,
Sənin o göz, qaşına.

Hanı o gözəl günlər?
Xatirələr nə şirin,
Hanı o pıçıltılar,
Hanı o nəvazişin?.

Heç yadımdan çıxarmı,
Təbəssümün, gülüşün,
Dodağımı yandıran,
Od, alovlu öpüşün.

Qəlbimdə sarayın var,
Demirəm təzəsin qur,
Ay könlümün sultanı,
Gəl mülkinə yiyə dur.

GÜLÜM

Bir abır, həya allanır,
Gülüm, üzünün üstündə,
O gözlərin bir yaraşıq
Ay var gözünün üstündə.

Olmusan başımın tacı,
Sənsən hər dərdin əlacı,
Xatirələr qəm ağacı,
Bitib izinin üstündə.

Dünya sevgidən başlayır,
Gəl pisi, yaxşını ayır,
Eşqi Allah da xoşlayır,
Dayan sözünün üstündə.

Əimdədi dəftər qələm,
Mən Əzizəm, yoxdu lələm,
Ölümdən qorxan deyiləm,
Ölüm dizinin üstündə.

ULDUZUMSAN

Həsrətdən ürəyim alışıb, yanır,
Gözlərim elə hey axtarır səni.
Şirin xatirələr bir-bir oyanır,
Gəl qov gözlərimdən dumanı, çəni.

Yenə üzüm gülər geriyə dönsən,
Sən mənim istəyim hay, harayımsan.
Ürəyim açılar sevinclə dinsən,
Parlaq ulduzumsan,nurlu Ayımsan.

Tay mənim canımda, ruhumda varsan,
Dilimdə hər zaman hallanır adın.
Sən mənim ömrümün ilk baharısan.
Günəş tək nurludu alovun ,odun.

Ömrümün sevdalı xoş bir günüsən,
Sənsiz zülmət olar bu dünya aləm,
Silirsən qəlbimdən qüssə, qəmi sən
Mən də öz əhdimdən gönən deyiləm.

Qoşa qanad olaq biz bu sevdaya,
Şehli çiçəkləri özümüz dərək,
Şükür bu qismətə, şükür bu paya,
Bu eşqi birlikdə qoruyaq gərək.