Category: Azərbaycan ədəbiyyatı

  • Aşıq ədəbiyyatında işlənən şeir janrları

    Baglama_turc_manche_long

    Qoşma

    Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır.Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir.Ədəbiyyatşünaslıqda qoşmaya
    “məhəbbət şeiri” və ya “aşiqanə şeir” də deyilir.Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur.İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir:abcb.Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir:çççb,dddb…Qoşmada bəndlərin sayə tək və cüt olur.Azərbaycan Ədəbiyyatında bəzi qoşmalar 3,5,7; bəziləri isə 2,4,6,8 bənddən ibarət olur.Qoşmanın son bəndində müəllif adətən öz təxəllüsünü göstərir.Həmin bənd “möhürbənd” adlanır.Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.Qoşma əsasən heca vəznində olur.Misra daxili bölgü 6+5,5+6,4+4+3 şəklində olur.Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.
    Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan görkəmli xalq şairlərimizin də yaardıclığında qoşma janrında yazılmış şeirlərə rast gəlinir.Məsələn,Nəriman Həsənzadənin “Mən”,”Ay Həkim”,Zəlimxan Yaqubun “Gəlib”, “Dəli olmağıma bir addım qalıb”,Bəxtiyar Vahabzadənin “Bakıyla Təbrizin ararsındayam”,”Səninlə dünyada bəxtiyram mən” və

    Gəraylı

    Aşıq ədəbiyyatının ən geniş yayılmış şeir janrlarından biri də gəraylıdır.Hər bəndi dörd misradan, hər misrası 8 hecadan ibarət olan şeir şəklinə Gəraylı deyilir.Gəraylının ilk bəndində birinci və üçüncü misralar sərbəst olur.İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir:abcb.Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir:çççb,dddb… Gəraylıda bəndlərin sayə tək və cüt olur.Azərbaycan Ədəbiyyatında bəzi gəraylıda 3,5,7; bəziləri isə 2,4,6,8 bənddən ibarət olur.Gəraylının son bəndində müəllif adətən öz təxəllüsünü göstərir.Həmin bənd “möhürbənd” adlanır.Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.Gəraylı əsasən heca vəznində olur.Misra daxili bölgü 4-4, 5-3, 3-5 şəklində olur.Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.

  • Klassik ədəbiyyatda işlənən şeir janrları

    QƏZƏL VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatın ən geniş yayılmış şeir janrlarından biri də qəzəldir.Qəzəl ərəb mənşəli sözdür.”Qadına məhəbbət” mənasını bildirir.Yaxın Şərq ədəbiyyatında daha çox istifadə olunur.Müxtəlif bəhrlərdə yazılır.Daha çox əruz vəzninnin həzəc və rəməl bəhrində olur. Beytlərin sayı 5-10 olur.(daha çox 7 beyt)
    Qəzəlin ilk beytinin hər iki misrası öz aralarında qafiyələnir :aa. Sonrakı beytlərdə isə birinci misra sərbəst olur, ikinci misra birinci beytin hər iki misrası ilə qafiyələnir: ba,ca, ça,da…
    Qəzəlin ilk beyti “mətlə beyt” adlanır. Günəşin doğulduğu yer mənasını bildirir. Bu da qəzəlin ilk beyti olduğunu göstərir.
    Azərbaycan Ədəbiyyatı tarixində ana dilində yazılmış ilk qəzəlin müəllifi İzzəddin Həsənoğludur .Ədəbiyyatımızda qəzəlin ən gözəl nümunələrini İmadəddin Nəsimi, Şah İsmayı Xətayi, Məhəmməd Füzuli və başqaları yaradıb.

    QƏSİDƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatın ən geniş yayılımış şeir janrlarından biri də qəsidədir.Qəsidə də ərəb mənşəli sözdür.Yaxın şərq ədəbiyyatında daha çox istifadə olunan şeir janrlarından biridir. Dəbdəbəli,təntənəli üslubu ilə seçilir. Qafiyə quruluşu qəzəldə olduğu kimidir. aa,ba, ca, ça, da,.Qəsidədə beytlərin sayı 15-200 arası olur.Daha çox saray ədəbiyyatında işlənib.
    Qəsidənin məzmununa görə əsasən aşağıdakı növləri var:
    1.Tövhid 2.Minacat 3.Nət 4.Mədhiyyə 5.Fəxriyə 6.Həcv 7.Mərsiyə
    Tövhid-Allahın birliyinin tərənnümü
    Minacat-Allaha yalvarış
    Nət-Peyğəmbərin tərifi haqqında
    Mədhiyyə-hökmdarın tərifi haqqında
    Fəxriyə-Şairin özünün şairlik qüdrətindən bəhs edilir.
    Həcv-Tənqidi məzmun daşıyır.
    Mərsiyə-Müqəddəs şəxslərin və ya yaxın qohumun ölümü münasibəti ilə yazılan şeir növü.

    QİTƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatda işlənən şeir janrlarından biri də qitədir.Qitə ərəb mənşəli alınma sözdür.”Parça”, “hissə” mənasını bildirir.Qitə öz qafiyə quruluşuna görə qəzələ və ya qəsidəyə oxşadığı üçün belə adlanır.Ancaq qəzəldən və qəsidədən fərqli olaraq, ilk beyti qafiyəlnmir: ab.Sonrakı beytlərdə isə ikinci misra birinci beytin ikinci misrası ilə həmqafiyə olur: cb, çb, db və s.
    Qitə həcmcə kiçik olur.Daha çox 2-10 beytdən ibarət olur.Qitə, əsasən, ictimai-siyasi, əxlaqi-fəlsəfi mahiyyət daşıyır.Qitənin son beytində müəllif öz adını göstərmir.

    MƏSNƏVİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatda işlənən şeir janrlarından biri də Məsnəvidir. Məsnəvi ərəb mənşəli sözdür.”İkilik” mənasını bildirir. Ancaq hər ikilik məsnəvi adlana bilməz.Məsnəvi olması üçün misralar bir-biri ilə qafiyələnməli və bir fikri
    Ifadə etməlidir. Məsnəvi öz qafiyə quruluşuna görə həm qəzəldən, həm qəsidədən, həm də qitədən tamamilə fərqlənir.
    Məsnəvinin hər iki misrası öz aralarında qafiyələnir: aa, bb, cc, …Məsnəvidə beytlərin sayı çox olur. Məsnəvinin belə qafiyələnməsi şairrə imkan ayardır ki, öz fikrini daha qabarıq şəkildə bildirsin.
    Məsnəvi formasında həm şeir şəkli, həm də şeir janrı var. Ədəbiyyatımızda bir çox sənətkarları məsnəvi yazıblar.
    Məsələn, Ə.Xəqani “Töhfətül-İraqeyn”, Ş.İ.Xətayi “Dəhnamə” və s.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    GERÇƏK YUXULU GECƏ.

    Abdulla Məmməd

    Bu gecəni sükut yeyir,
    Bu gecə-sənsiz bir gecə.
    Sənli günü həsrət geyib,
    Bu gecədən çətin keçəm.

    Bu gecə neçə söz ölüb-
    Dirilir,qatır başımı.
    Bu gecə-göydən süzülən
    Ulduz-ulduz göz yaşımı?!

    Üzümdə ayın işığı,
    Gözümdə dərd gecələyir.
    Üzür məni tənhalığım,
    Ürəyimi gecə yeyir.

    Üşütməzdi qəm sevgimi,
    Gəlməzdi həsrət qapıma.
    Ulduzları təsbeh kimi
    Düzsəydim sevda sapına.

    Ulduzların misra-misra
    Durulsam süd baxışında,
    Nə dərdim olar,nə yaram-
    Yuyulsam söz yağışında.

    Gilə-gilə gilələnir,
    Ulduzlar göyün üzündə.
    Sanki göydən nur ələnib
    Zülməti yuyur gözümdən.

    Ay öpdükcə baxışımı,
    Təskinləşir ürəyim də.
    İçib ulduz yağışını,
    Söz cücərir ürəyimdə.

    GECƏLƏR GÜNDÜZLƏR
    Abdulla Məmməd.
    (Şair dostum Yavuz Cəlilə)
    ****
    Gecənin sükutu,gündüzün küyü-
    Ovsunlu görünür bu günlər mənə.
    Gündüzün əlindən gözünü döyüb,
    Gecə tənhalığı düyünlər mənə.
    ****
    Gecənin üzündə süni təbəssüm,
    Gündüzün gözündə ögey işartı…
    Gündüzlər arxamca sürünən ölüm,
    Gecələr önümdə gözün ağardır.
    ****
    Bezikib qulağım boş vədələrdən ,
    Gözünü gizləyir “gəl-gəl” deyənlər.
    Gündüzü ötürüb daş vədələrdə,
    Gecə baş girləyir daşı öyənlər.
    ****
    Yorulur gümanı gəzən gözlərim,
    Susayır ürəyim dərd çəkə-çəkə.
    Yolları həsrətlə üzən gözlərim,
    Damır misra-misra, yol çəkə-çəkə.
    ****
    Əriyir günlərim vaxt axarında,
    Gecəli-gündüzlü ömürdür gedən.
    Yollar tək yapşıb ayaqlarımdan,
    Hallalım qoyarmı haramı güdəm?!
    ****
    Gündüzlər dünyadan bezən əllərim,
    Gecələr havadan aslı qalır.
    Ovcunda ürəyə dözən əllərim,
    Tənha bir qüssədən asılı qalır.
    ****
    Taleyim Tanrının ixtiyarında,
    Əllərim varağa ürəyin açir.
    Ürək boşaldiqca söz axarında,
    Ruhum sübh çağının dalınca qacır…
    ****
    Bu da bir ömürdür ağlı-qaralı,
    Qarişir gecəmə gündüzüm mənim.
    Gündüzün əlindən günüm qaralır,
    Gecənin əlində gün üzür məni.
    ****
    Gecənin sükutu,gündüzün küyü-
    Yaman ovsunlayır bu günlər məni.
    Zaman dəyirmanı gündüzü üyüb,
    Gecə tənhalığa düyünlər məni.

    Abdulla Memmed
    Azərbaycan. Quba.
    05.11.2015

    BAŞ ALIB GEDİRƏM ÜZÜ PAYIZA.

    Abdulla Məmməd.

    Hər günüm ömürdən qaçan ilmədi,
    Əlim günlərimə çata bilmədi.
    Sözlə eşqə ocaq çata bilmədim,
    Baş alıb gedirəm üzü payıza.

    Kiminin qəlbində fikir daşıyam,
    Kiminin həmdəmi fikirdaşıyam.
    Bir ürək nə qədər fikir daşıyar?
    Baş alıb gedirəm üzü payıza.

    Novruz tonqalında illər qalanır,
    Alın qırışımda səhvlər qalanır…
    Yanlış, etirafmı mənə qalanı?!
    Baş alıb gedirəm üzü payıza.

    Varı ehsan edən yoxundan çəkir,
    Yada doğmalaşan yaxından çəkir.
    Gecələr ömrümü yuxumdan çəkib
    Baş alıb gedirəm üzü payıza.

    Ürəyi kinlilər dərdə yaramır,
    Sevincə sülənən yerdə yarımır…
    Qədərlə sarıyıb həsrət yaramı
    Baş alıb gedirəm üzü payıza.

    Sevinc məndən qaçır, dərd məndən kəsir,
    Günlərim gümanın əlində əsir.
    Didərgin şərqisi dilimdə əsir,
    Baş alıb gedirəm üzü payıza.

    Yağı tapdağında yurd üzü qara,
    Gözləri yol çəkən dərd üzü qara.
    Yurdumda yuvasız, pərt, üzüqara,
    Baş alıb gedirəm üzü payıza.

    Gün günə calanır, axar su kimi
    Axır yaddaşıma bahar su kimi.
    Deməyin dünyaya tamarzı kimi
    Baş alıb gedirəm üzü payıza.

    Abdulla Memmed.
    Azərbaycan. Quba.

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    FİLLƏR DƏ AĞLAYAR

    Dolaşıb yanımda öz adətinlə
    Atılıb düşürsən, oyun açırsan.
    O şıltaq, o şeytan təbiətinlə
    Hərdən yıxılırsan, durub qaçırsan.

    Sənə qoşulurdum həmişə mən də
    Hay-küy də salırdın, qab da qırırdın,
    Qəlbinə dəymirdim.
    İşdən dönəndə
    Sən mənə nağıl da danışdırırdın.

    Bu gün elə deyil, kədərliyəm mən,
    Şıltaq oyunların açmır qəlbimi.
    Əlini qeyzlə çəkdim üzümdən,
    Baxdın gözlərimə oxlanmış kimi.

    Mən heç vaxt qəlbinə toxunmamışdım,
    Bu gün ürəyimdən xəbərin varmı?
    Baxdın gözlərimə — gözlərim yaşdı,
    Kişi də…
    Ata da heç ağlayarmı?

    Yox. Yox, sən uşaqsan, kişiksən hələ,
    Atanı ağladan səbəb var, qızım.
    Azman görkəmiylə o fillər belə
    Bəzən dözməyərək ağlayar, qızım.

    Həyat bəsləyibdir möhkəm, sərt məni,
    Heç vaxt bilməmişəm bahardı, qışdı.
    Aldığım zərbələr, aclıq, dərd məni
    Heç zaman, heç zaman ağlatmamışdı.

    Baban bu dünyadan köçüb gedəndə
    Atanın indiki yaşında idi.
    (Atalar gənc ölür…
    Kim bilir mən də…)
    Onda ağlamadım, fəqət qəm yedim.

    Nənən də öləndə ağlamadım mən,
    Qəlbimə axırdı gözümün yaşı.
    Deyirlər, su içir saçlar ürəkdən,
    Budur bax,
    Ağarır atanın başı.

    Gülüm, bilirsənmi şairdir atan,
    Söylə, bilirsənmi, şairlik nədir?
    Gözümün yaşını bu gün axıdan
    Səbəb də, günah da şairlikdədir.

    Yox, təvazökarlıq tutmur bu yerdə,
    Şairəm, özü də yaxşısındanam.
    Bunu yüz yol deyib tənqidçilər də,
    Lap heç dəməsinlər.
    Məgər nadanam?!

    Gücümü, qüvvəmi görmürəm məgər,
    Məgər mən görmürəm yaxşını, pisi?
    Öz zövqüm mənimçün dünyaya dəyər,
    Gəlsə də dünyanın min tənqidçisi.

    Bir də
    İndi şair artıb o qədər,
    Bahar seli kimi hey gəlir ardı.
    Onların yanında mənim kimilər
    Puşkindi, Sabirdi, Pol Eluardı.

    Düzdür, şeiriyyətin yolunda mən də
    Elə bir uca dağ yaratmamışam.
    Lakin xoşbəxtəm ki, sözü deyəndə
    Bir əvəz almağa can atmamışam.

    Mən çalışmamışam xoşa gəlməyə,
    Çoxları ucalıb bu yolla, nə qəm.
    Dalda dodaq büzüb, üzə gülməyə
    Can bala, əvvəldən öyrənməmişəm.

    Şair var, görürsən, hər kəlmə başı
    “Dərdin alım” deyir qadınlar kimi.
    Baxırsan gövdəsi dəyirman daşı,
    Hərlənir sənətdə payı var kimi.

    Ötəri insana, ötəri hissə
    Şeir yazmamışam. Şadam buna da.
    Nəğməmin ürəyi vətən deyilsə,
    Mənə oğul deməz doğma ana da!

    Lakin sözlərinə çox inandığım,
    Dönməz, ləyaqətli insan sandığım,
    Şəninə nəğmələr qoşduğum insan
    Qəlbimi tapdadı bu gün, balacan.

    O dedi üzümə:
    “Lazımsa əgər,
    İnsan sözünü də dəyişməlidir.
    Tufanlara qarşı dursa bir nəfər
    Xəstə yatağından qaçan dəlidir…”

    O dedi:
    “Nəsimi dönsəydi bir an
    Söylə diri-diri soyulardımı?
    Cordano Bruno hətta yalandan
    Dönsəydi, tonqalda kül olardımı?”

    Bunları o dedi,
    O dedi, bəli,
    Quruyub mən daşa döndüm az qala.
    Mərdliyin, sərtliyin uca heykəli –
    Mən ona bu sayaq baxardım, bala.

    İndi ağlayıram mən bu dərd ilə,
    Yandırır sinəmi qəm-qubar, qızım.
    Azman görkəmiylə o fillər belə
    Bəzən dözməyərək ağlayar, qızım.

    Yerə təbaşirlə çəkib xanalar,
    Siz dünən həyətdə oynayırdınız.
    Sənin özün kimi qəşəng bir qız var,
    Çığallıq elədi oyunda o qız.

    Balaca əlini ölçə-ölçə sən
    Sübuta yetirdin haqq olduğunu.
    O qız da dönmədi öz dediyindən,
    Durub seyr edirdim kənardan bunu.

    Nəsihət verməyi sevir böyüklər,
    Yanaşıb mən səni danladım bir az.
    Özgə uşağına adam nə deyər? –
    Sənə açıqlandım, dedim: yaramaz!

    Dedim güzəştə get, olsan da haqlı!
    Oyundan kənara çəkildin həmən.
    Baxdın gözlərimə sən qaşqabaqlı,
    Hönkürdün, hıçqırdın, ağladın birdən.

    Mənə haqsız dedin; haqlıykan dönmək
    Balaca qəlbinə gəldi ar, qızım.
    Uşaq heç,
    Haqsızlıq önündə demək
    Bəzən böyüklər də ağlayar, qızım.

    Mənə “sözlərini dəyiş!” söyləyən
    O əmi görəydi səni bu anda!
    Görəydi atanın önündə də sən
    Sözündən dönməyib məğrur duranda.

    Balaca boyunu,
    Şah vüqarını
    Görüb bir xəcalət çəkəydi barı.
    Görəydi özünü, övladlarını
    Dönməyib ölümə tapşıranları.

    İnsanlar bir ömür yaşayır ancaq,
    Demək sürünmək də, uçmaq da olar.
    Çətindir kürrənin üzünü tapmaq,
    Şüşə güzgününsə bircə üzü var.

    Bir üzlü, bir sözlü – demiş atalar,
    Yüz ildir belə bir ömrün bir günü.
    Bu odlar yurdunda bir məsəl də var:
    Kişilər yalamaz tüpürdüyünü.

    O isə yaladı,
    Hətta mənə də
    Belə rəzaləti gördü məsləhət.
    Bax, qızım, gözlərim doldu yenə də,
    Sinəmdə nifrətə döndü məhəbbət.

    Sən başa düşməzsən, uşaqsan hələ,
    Atanı ağladan səbəb var, qızım.
    Azman görkəmiylə o fillər belə
    Bəzən dözməyərək ağlayar, qızım!

    1967

    ADSIZ ŞEİRLƏRİM

    Ad qoymuram sizə mən
    Təzə olmuş uşaqtək.
    Düzdüz, körpəliyindən
    Uşaq ad alsın gərək.

    Ad veririk biz bəzən
    Əzvaylara – Mehriban,
    Qorxaqlara – Qəhrəman,
    İdbar insana – Mələk,
    Çirkin insana – Çiçək,
    Cəllad insana – Adil,
    Nadan insana – Aqil…

    Bəzən də çirkin adda
    Rast gəlirik ilahi,
    Gözəl-göyçək qadına.
    Belə olur həyatda –
    Çox zaman bənzəməyir
    İnsanlar öz adına.

    Ey adsız şeirlərim,
    Ad qoymuram sizə mən.
    Qəlbimin parçasıtək
    Qopdunuz ürəyimdən.
    Bircə onu bilirəm
    Yaranıbsız, varsınız.
    Yaşamağa haqqınız
    Olsa
    Ad alarsınız!

  • Rahilə DÖVRAN.”Özümə”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Mənim dünyam” – silsiləsindən

    Dövran, ömür boyu qaldın intizar,
    Qışda güllü yaza, yayda xar qara.
    Səndən yan ötmədi kədər, ahu-zar,
    Sahib olsan belə,vəfadar yara.

    Qüssəli çox günlər bir-birin qovdu,
    Nə eynin açıldı,nə qəlb ovundu.
    Fələk hey söylədi:-meydan onundu,
    Könül aldı saysız,hesabsız yara.

    Bəzən göz qaranı,ağı seçmədi,
    Nə əkdin dəryazın, məhsul biçmədi.
    Bir loxman boğazdan, haram keçmədi,
    Sənə həyan oldu, Pərvərdigara.

    Olmadı verdiyin “çörəyin duzu”,
    Üşütdü qəlbini, dostların buzu.
    Üzsə də dönüklər səntək ulduzu,
    Oldular önündə, hey üzü qara.

    Hər zaman ümidin Rəbbin, qələmin,
    Mübarək dilində, hey dua, amin.
    Qələmdən süzülən nəğmələr min-min,
    Qıymasın Yaradan səntək Nigara.

    Qail ol qismətin halal azına,
    Gəl, sitəm eyləmə alın yazına.
    Yurdda vurğun hamı, xoş avazına,
    Sevin, qul olmadın sərvətə, vara.

    Qəmi-qəm üstünə az yığ,-ütülə,
    Könül ver bülbülə, könül ver gülə.
    Keçir qısa ömrü şən,gülə-gülə,
    Dön Dövran, yenə dön, güllü bahara.

  • Əbədiləşən ədəbi sima–RASİM GƏNZƏLİ

    Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist Rasim Gənzəlinin 55 illiyi münasibətilə tədbir keçirildi. Görüşdə həmçinin oxuculara yazıçının yenicə çapdan çıxmış “Qərib gecələr” kitabı da təqdim olundu.
    Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Rasim Gənzəli 12 kitabın müəllifi, eyni zamanda geniş oxucu kütləsinin sevgi və ehtiramını qazanmış qələm sahibi kimi nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da ədəbiyyatsevərlər tərəfindən yaxşı tanınır və sevilir. Yaradıcılıq gecəsinin təşkilatçısı və aparıcısı, “Hüseyn Cavid ədəbi məclisi”nin sədri, şair Kəmaləddin Qədim məclisin bu vaxtacan keçirdiyi tədbirlərdən danışaraq, bugünkü görüşün böyük əhəmiyyət daşıdığını xüsusi vurğuladı, Rasim Gənzəli yaradıcılığına kiçik ekskurs etdikdən sonra ilk olaraq sözü AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd Əliyevə verdi. M.Əliyev R.Gənzəlini 55 illik yubileyi münasibətilə təbrik edərək, onun nəsr yaradıcılığı barədə məruzə ilə çıxış etdi, yazıçının əsərlərindəki milli ruhu, türkçülük ideyalarını yüksək dəyərləndirdi.
    Daha sonra “Rasim Gənzəlinin bədii nəsri” kitabının müəllifi, professor Mahmud Allahmanlı və professor Asif Rüstəmli Azərbaycan ədəbiyyatı xəzinəsinə dəyərli töhfələr vermiş yazıçının yaradıcılıq yolu barədə ətraflı çıxış edərək, R.Gənzəliyə bundan sonra daha böyük yaradıcılıq uğurları arzuladılar.
    Professor Elçin İsgəndərzadə yazıçı haqqında xoş sözlər söylədikdən sonra müəllifə “Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri professoru” diplomunu təqdim edərək, bu münasibətlə dostunu bir daha təbrik etdi.
    AMEA Folklor İnstitutunun şöbə müdiri, şair Nizami Muradoğlu yazıçının əsərlərindəki yüksək ideallara böyük dəyər verərək, həmin əsərlərin dissertasiya mövzusu kimi tədqiqata cəlb olunmasının vacibliyini diqqətə çatdırdı.
    Filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər R.Gənzəlinin əsərləri haqqında danışarkən, yazıçının qazandığı uğurlarda sevimli həyat yoldaşı, şair Kamilə Dönməzin sevgisinin əhəmiyyətli rolu olduğunu bir daha diqqətə çatdırdı.
    Tanınmış qiraət ustası Pünhan İsmayıllı da öz növbəsində yubilyarı və onun ömür-gün yoldaşını təbrik edərək, Kamilə Dönməzin Rasim bəyə ünvanladığı səmimi sevgi şeirini səsləndirməklə məclisə xoş ovqat bəxş elədi.
    Tədbir iştirakçılarından şair Oqtay Rza, Səfər Alışarlı, Şəmistan Əlizamanlı, Aləm Kəngərli, Kamil Məhərrəmoğlu, Giya Paçxataşvili, Etibar Qərib, Ələsgər Talıboğlu, Qiymət Məhərrəmli, Xanəmir Telmanoğlu, İsmayıl Həkim, Fazil Kərimov, Hüseyn Sözlü, Arzu Nehrəmli və başqaları Rasim Gənzəliyə xoş arzularını bildirdilər, ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
    Yazıçının qardaşı, professor Hacı Müzəffər duyğulu çıxışı ilə mərasim iştirakçılarını bir anlıq Rasimin uşaqlıq illərinə qaytardı, onun necə dəyanətli və fədakar bir şəxsiyyət olduğundan qürurla söhbət açdı.
    Sonda müəllif görüşdə iştirak edən bütün qonaqlara, əsasən də tədbirin qədirbilən təşkilatçılarına dərin minnətdarlığını bildirdi, oxucularını hələ neçə-neçə dəyərli əsərləriylə sevindirəcəyinə söz verdi.

    Qiymət MƏHƏRRƏMLİ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Bakı şəhəri üzrə xüsusi müxbiri,
    filologiya üzrə fəlsəfə doktoru

  • Rafiq ODAY.Yeni şeirlər

    BİRDƏMİ GƏLSİN

    Uydum ulduzların ən qəlbisinə,
    Çətin bu ulduzla bu qəlb isinə,
    Nə qədər gəzdirsin daş qəlbi sinə? –
    Nə qədər dözsün ki, bir dəmi gəlsin?!

    Uçurdun komanı dərdin əliylə,
    Nə əkdin, özgənin dərdin əliylə,
    Fələkdən kənar dur – derdin, – əliylə
    Yaxandan tutmağa birdəmi gəlsin?

    Gör neçə il uyduq yada, oynadıq,
    Aldanıb bir quru ada, oynadıq,
    Yetər, “do”da çaldıq, “fa”da oynadıq,
    Dünya dağılmaz ki, bir də “mi” gəlsin!

    GÖZƏL, NƏ GÖZƏL…

    Çarıq geyib, düşdüm yola, gedirəm,
    Heç baxmadan sağa, sola, gedirəm,
    Qırx budaqlı ağac* ola, – gedirəm,
    Altının gölgəsi gözəl, nə gözəl!

    Ozanlar axışıb gələ dalımca,
    Nadanlar baxışıb gülə dalımca,
    Xaqanlar yığışıb gələ dalımca, –
    Metesi, Bilgəsi gözəl, nə gözəl!

    Sel çəkilə, lax durula qəlblərdə,
    Haqq əliylə baxt qurula qəlblərdə.
    Eşq adında taxt qurula qəlblərdə,
    Əhd-peyman bəlgəsi gözəl, nə gözəl!

    Köksümün altında alışan köz var,
    Hələ yol gözləyən gör neçə söz var,
    Eşqimi bir qıza eylədim izhar,
    Zalımın “bəlkə”si gözəl, nə gözəl!

    Saflıq, paklıq dində ola – öyünək,
    Tabaqlarda kündə ola – öyünək,
    Yalan, riya gendə ola – öyünək, –
    Deyələr ölkəsi gözəl, nə gözəl.

    * 4o dil, ləhcə və ya şivədən ibarət Türk dilləri ailəsi nəzərdə tutulur

    ***

    Onun ağlı topuğunda,
    bunun hörükləri.
    İkisinə də baxanda
    ürəyim körüklənir.
    Biri yanğını artırır,
    Biri sərinlik gəririr.
    Allah, Allah,
    nə gözəl olurmuş
    atəşin gətirdiyi
    sərinlik ətri.

    ***

    Mən həp səni
    ağlı başında olan
    birinə bənzətdim,
    Sən də həp
    ağlı başında olan
    birinə
    bənzəyərək qaldın, –
    Heç ağlı başında olmadın.

    Yola ver

    Kül olsun oğul başına,
    Girələ, günü yola ver.
    Hər axşam gələn sabahı
    Kirələ, günü yola ver.

    Dərd səni çıxarmaz dağa,
    Öyrəşməyib bu üz ağa,
    Vücudundan sola, sağa
    Kir ələ, günü yola ver.

    Az gözlərə torpaq ələ,
    Həqiqətə tor bax hələ,
    Tanrım, bunu torpaq ilə
    Bir elə, günü yola ver.

    HƏR GÜN BİR İLMƏ DƏ SÜZÜLÜR ÜMİDİN ƏTƏYİ

    Yerdən-göydən əllərini üzüb,
    ümidin ətəyindən yapışanların
    sayı çoxaldıqca,
    Hər gün bir ilmə də süzülür
    ümidin ətəyi.
    Bir soran tapılmır ki,
    bu əllərin bu ətəkdə ölümü nə?! –
    Beləcə fərman verilir
    ümidlərin ölümünə.
    “Ən son ölən ümidlərdir” deyiminin
    həqiqət olduğuna inansaq,
    Demək ki,
    sonu yaxınlaşır hər şeyin,
    Sonu yaxınlaşır
    içimizdəki sevgilərin,
    pisliklərin, kötülüklərin.
    Sonu yaxınlaşır
    cəllad baltalarının,
    Üstündə çubuq döğranan
    kötüklərin –
    Bir sözlə, sonu yaxınlaşır
    dünyanın.
    Allah-taalanın işi başından aşacaq
    innən belə,
    Daha heç kim
    mühakimə edə bilməyəcək
    Uca Yaradanı,
    Düşük-düşük
    danışa bilməyəcək
    Qurandan belə,
    dinnən belə….
    Hamı saman çöpü kimi
    Haqq divanina yığışacaq,
    Mütləq hakim isə – O!
    Hələ iynənin ucu boyda olsa da
    ümid qalıb, –
    Heç kimin ümidini öldürməyin,
    arkadaşlar!
    Heç olmasa özünüzə yazığınız gəlsin…

    SƏN YER ADAMI DEYİLSƏN

    Özün şəklindən qəşəngsən,
    Şəklin də özündən gözəl.
    Həyat səni düşürməsin,
    Heç zaman gözündən, gözəl.

    Bu necə bir gözəllikdi? –
    Eşqə sığışdırmaq olmur.
    Üzündən süzülən nuru,
    Yığıb-yığışdırmaq olmur.

    Baxırsan həyat dolusu,
    Qadınsan – adın üstündə.
    Yıxılır evi baxanın,
    Kül olur odun üstündə.

    Yığış, tez get buralardan,
    Sən yer adamı deyilsən!
    Gəlişinlə yer üzünü
    Tutsun qadamı deyirsən?!

    Gör necə əsir etmisən,
    Düzü-dünyanı özünə.
    Səni görən zindan sanır,
    Düzü, dünyanı özünə.

    Apar, Tanrım, bu gözəli,
    Mələklərə ortaq eylə.
    Hamı azad olsun deyə,
    Öz hücrəndə dustaq eylə.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    BUNDAN BELƏ

    Bilirəm ki, darıxmısan mənim üçün,
    Ayrı qala bilməz gülüm, cüt qumrular.
    Aşiqlərin nəbizləri qoşa vurar
    Nədir görən bizi edən incik, küskün,
    Bilirəm ki, darıxmısan mənim üçün.

    Cananıma uzaqlardan baxan oldum,
    Ümidsizlik, çarəsizlik üzür məni.
    Dərdlər didir ac qurd kimi, hey sinəmi
    Əhvalını özgələrdən xəbər aldım,
    Cananıma uzaqlardan baxan oldum.

    Qırılıbdır qol- qanadım, pərişanam,
    Qan ağlayır anam, bacım, dost- tanışım.
    Yanağımda iz salıbdır axan yaşım
    Sudan çıxmış balıq kimi yarımcanam,
    Qırılıbdır qol- qanadım, pərişanam.

    Hər həsrətin, hər hicranın bir sonu var,
    Yetər bizi üzdü məlal, qadan alım.
    Dön yanıma, üzə gülsün bal vüsalım
    Artıq bitsin bu intizar, bu ahu- zar,
    Hər həsrətin, hər hicranın bir sonu var.

    Gəl can deyək, can eşidək, bundan belə,
    Hamı duysun xoş baharın müjdəsini.
    Dövran qoşsun sevə- sevə nəğməsini
    Pak sevdamız bulaşmasın fitnə- felə,
    Gəl can deyək, can eşidək, bundan belə…

    XIDIR BAYRAMI

    Bu gün Ulu Yurdumuzda Xıdır Həbi bayramıdır

    Gəldi xıdır bayramı,
    Millətin ehtişamı.
    Bayram edir el, hamı,
    Sevindirsin hər qəlbi-
    Yaşasın Xıdır Nəbi!

    Bir-birindən qoçaqlar,
    Baca gəzir uşaqlar.
    Dolub torba, papaqlar,
    Hər kəsin dolsun cibi-
    Yaşasın Xıdır Nəbi!

    Yoxdur nemətin sayı,
    Göndərib əmi, dayı.
    Hər evdə Xıdır payı,
    Gətirib xala, bibi-
    Yaşasın Xıdır Nəbi!

    Xıdıra-xıdır deyərlər,
    Hər nemətin yeyərlər.
    Xudaya həmd edərlər,
    Yad edək Ulu Rəbbi-
    Yaşasın Xıdır Nəbi!

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ****

    Bir səni qıymadı…

    Gözlərinin şöləsinə büründüm,
    Bəxtəvəri oldum qəmli nağılın…
    Eşq tozunun arxasınca süründüm,
    Şirin xəyalımda titrək vüsalın.

    Bir səni qıymadı bəxtimə dünya,
    Əllərim tutsa da bərk ətəyindən…
    Razıyam, əlimlə gözümü oyam,
    Çəkib ala bilsəm dərinliyindən…

    Gecələrdə tənhalığın iziylə,
    Gözlərimin qarasına köçmüsən.
    Həsrətin naxışı-gəlinliyimdə,
    Sən ki, onu ayrılıqdan biçmisən.

    ***
    Bütün yeni illər ayrılıq qoxur…
    Burnumda tütürəm köhnə illəri…
    Hər qış nənəm mənə papaq toxuyur,
    Hər yay darıxdırır dəmir milləri…

    Hər il bir səssizlik vədiylə gəlir,
    Halbuki, arzular susmağı bilmir…
    Hər il yolkaların dalıyca gedir,
    Sevdiyim… Bilirəm, gedənlər gəlmir…

    Mən onun ömrünün qara sevdası…
    Bəzəməz illəri qar topaları…
    İndi əyləncəmiz ayrılıqlardı,
    Çoxdan unutmuşuq qartopuları…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    SONUNCU GÜLLƏ

    De niyə gərəkdi bu dava, dalaş,
    Axı nə üçündü bu qan, bu qada.
    Niyə qurumasın gözdən axan yaş,
    Qoy sevinc, səadət gülsün dünyada.

    Bir günəş altında deyək, gülək biz,
    Qoy hamı yaşasın üzü gülər, şən.
    Olsun Yer kürəsi doğma evimiz,
    Olsun dünya cənnət, yer üzü gülşən.

    Qəzəbdən, nifrətdən qalmasın bir iz,
    Mehriban yaşayaq, dost olsun hamı,
    Sevgiylə döyünsün ürəklərimiz,
    Bir süfrə başında yandıraq şamı.

    Sonuncu gülləni çaxın sinəmə,
    Sonuncu bombanın qurbanı olum.
    Bütün kin-küdrəti sıxın sinəmə,
    Azadlıq gətirsin sonunca yolum.

    Razıyam sülh deyib, gül kimi solum.
    Təki son qoyulsun oda, alova.
    Sonuncu şəhid də qoyun mən olum,
    Təki Yer üzündən silinsin dava.

    UNUTMAZ MƏNİ

    Səhərlər mən şehə, suya batmışam,
    Hər çinar dibində ocaq çatmışam,
    Üstündə baş qoyub, daş tək yatmışam,
    O, sərin bulaqlar unutmaz məni.

    Dərdə dərman idi buz kimi sular,
    Orda gül açırdı şirin arzular,
    Hərdən mələşirdi qoyun, quzular,
    Yamyaşıl yaylaqlar unutmaz məni.

    Yığıb yığışdırmaq olmurdu barın,
    Tanrı bərəkətli etmişdi varın,
    Dərərdim almasın, heyvasın, narın,
    O, bağçalar, bağlar unutmaz məni.

    Sevgiylə, istəklə könül açdığım,
    Hər gün qanadlanıb qanad açdığım,
    Qəlbimin oduyla alışdırdığım,
    O, isti ocaqlar unutmaz məni.

    Hər gün xatırlayıb, hər gün andığım,
    Eşqiylə, alışıb şam tək yandığım,
    Ana tək başına hey dolandığım,
    O, vüqarlı dağlar unutmaz məni.

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    YALAN

    Başçı yalan danışsa
    Ellər çəkər xəcalət.
    O torpaqda, o yerdə
    İtər xeyir-bərəkət.
    Gül-çiçəklər saralar,
    Vaxtsız solar bahar, yaz.

    Sevən yalan danışsa
    Ləkələnər məhəbbət.
    Dönüklük at səyridər,
    Ölər vəfa, sədaqət.
    Dodaqda nəğmə donar,
    Susar kaman, telli saz.

    Şair yalan danışsa
    Qara geyər həqiqət.
    Göydə günəş qaralar,
    Örtər torpağı zülmət.
    Allah yalan danışar,
    Şair yalan danışmaz!

    Budur, şair yalanı,
    Dinləmişəm onu mən,
    Dinləmişəm onu mən
    Bir şairin dilindən:
    “…Bir qolsuz əyləşibdir
    Piano arxasında,
    Kor not varaqlarını
    O çaldıqca çevirir.
    Bir lal nəğmə söyləyir
    Səhnənin ortasında,
    Kar dinləyir, düşünür,
    Kədərlənir, sevinir…”

    1977

    YEDƏK GƏMİSİ

    Dartınır arxada yedək gəmisi,
    Gedir sükançısı özündən qabaq.
    Böyük paraxoddan onu cəmisi
    Yüz qulac yoğun ip ayırır ancaq.

    Ona ağır gəlir dalda sürünmək,
    Yedəkdə dartınır hər axşam-səhər.
    Nə vaxtsa qərq olmuş bir cənazətək
    Onu sudan-suya sürükləyirlər.

    Körfəzdə dayanmaq istəmir bəzən,
    Dərin dəryaları o arzulayır.
    Tərpənə bilməyir fəqət yerindən,
    Durğun günlərini beləcə sayır.

    O fitli-tüstülü paraxoda bax,
    Gəmini hər yana dartsa – dartacaq.
    O getsə — gedəcək , qalsa – qalacaq,
    Bir gün də qərq olub batsa – batacaq.

    Sən neçin olubsan yedək gəmisi?!
    Özün keç hünərlə neçə dənizdən.
    Bir ömür verilib sənə cəmisi,
    Sürünmə,
    Yedəksiz yaşa onu sən.

    Arxada sürünən bir ömür boşdur,
    Harda alqışlanıb gerilik, harda?
    Yedəklə salamat qalmaqdan xoşdur
    Müstəqil qərq olmaq fırtınalarda.

    1966

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    Səni düşünürəm, sənsizliyimlə

    Səni düşünürəm, sənsizliyimlə
    Dumanda yol azan gəmiyəm, ay qiz.
    Nəyimlə fəxr edim-sənsiz nəyimlə?
    Sünbülü sovrulan zəmiyəm, ay qiz.

    Səni düşünürəm, qulaqlarimdan
    Getmir bir an belə piçiltilarin.
    Donur tebessümüm dodaqlarimda,
    Gəzir divarlari siziltilarim.

    Özümdən qaçsam da səndən qaçmaram,
    Ürəyim daş deyil daşinim səndən.
    Mən ki sən deyiləm gendən qaçmaram,
    Əşya da deyiləm daşinim səndən.

    Ağlağan uşağa dönüb günlərim,
    Kədəri neynirəm kədərəm sənsiz.
    Sənin tək əhdinə dönük günlərin
    Əlindən baş alib gederem sənsiz.

    Qara bir buluddur sevincim mənim,
    Bir himə bənd imiş-hönkürür indi,
    Sənin tək unutdu sevincim məni,
    Ayriliq bənd imiş-o da sənindi.

    Səni düşünürəm, səni-sən indi
    Mənə dünənimdən yaxinsan, yaxin.
    Demirəm-ürəyim qəlbim sənindi,
    Demirəm sən məni yaxin san, yaxin…

    Sahilə çirpilan dəli dalğayam,
    Məni dəniz belə qoynuna almaz.
    Sənli günlərimi mənə bağlayan
    Sevdali qəlbimdə sevgim qocalmaz!

    Azərbaycan Quba.
    22.05.1991.

    BƏYAZ SEVDALI HƏSRƏT

    Bəyaz sevdasıdır yağan qar qışın,
    Sənli xatirələr qarla bələnir.
    Bu qar nəmli qəlbin bəyaz qarğışı,
    Göz açan səhərə dərdin ələnir.

    Sazaqlı ömrümün çiçəkli yazı,
    Gözüm səni gəzir intizar ilə.
    Qayıt,baxışının mehrində azım,
    Gülüm,günüm gülməz ahu-zar ilə.

    Sevdalı qəlbində bəyaz ümidəm,
    Tək mənə bağlıdır-mənə ürəyin.
    Kaş ki çiçəkləyə bu yaz ümidin,
    Yenə də qovuşa sənə ürəyim.

    Gümana bağlayıb son ümidimi,
    Alışıb yanıram hey için-için.
    Sözümdə ağlayan ümidin qəmi,
    Gözündə yol çəkir o günlər üçün.

    Bəyaz sevdaların qara buludu,
    Qanım tək gözümdə qaralıb qalır.
    Olub keçənləri necə unudum?
    Həsrəti üzümdə saralıb qalır.

    Yağı kəsilmişəm-özümə yağı,
    Qonağım olaydın kaş xəyal kimi.
    Yağır həsrətimə-bəyaz qar yağır,
    Gözümü oxşayır xoş xəyal kimi.

    Sən demə həsrətin ömür yoldaşım,
    Sənsiz dağ çəkərmiş sevgi ömrümə.
    Bu qar dənələri bəyaz göz yaşın,
    Ayazı gətirir,sanki ömrümə.

    Bəyaz sevdasıdır yağan qar qışın,
    Sənli xatirələr qarla bələnir.
    Bu qar qəmli qəlbin nəmli göz yaşı,
    Buludun gözündən ümid əlnir.

    Azərbaycan.Quba.
    11.02.2017.

  • Kamran MURQUZOV.”Azerbaycan toprağına düşüp güzarın, Yunusum!”

    10730926_708473925888118_1815156677351752954_n

    HOCAM Yunus Emrenin kutsal ruhuna sevgi ve sayqıyla!

    Multu olmak ne güzelmiş, bu dünyada karip-karip
    Azerbaycan toprağına düşüp güzarın, Yunusum!

    Hakkı buldun, çok sevindim Senin arzun gerçekleşdi,
    Kader gibi unutulsun azar-bezarın, Yunusum!

    Hasret çektim güller gibi Sene kovuşmakçün ben,
    Oldum bu karip dünyada Seninn yazarın, Yunusum!

    Dergahına geldim Senin kulun bugün Seni ister
    Nerde kaldı söyle görüm, Senin mezarın, Yunusum?!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü
    19 Kasım 2016 yıl.Bakü, Azerbaycan

  • Kənan AYDINOĞLU.”Salam, ey gözəl insan, sənə salamlar olsun!”

    1902788_614529541965133_896121757_n

    Tələbə yoldaşım Əsmər Rəsulovaya.

    Meydanda cəsarətdə geridə qalmamısan,
    Kim deyir ki, Vətəni yadına salmasısan?!
    Kim deyir ki, ilhamın Məkkədən almamısan,
    Salam, ey gözəl insan, sənə salamlar olsun?!

    Gözəllikdə gözəlsən gözəllərin içində,
    Dastanlara dönəsən qəzəllərin içində.
    Nura boyansın ömrün göz, əllərin içində,
    Salam, ey gözəl insan, sənə salamlar olsun!

    Doğmaya ömrü boyu doğmadan da doğmasan,
    Fəryada dönürsən sən günəş kimi doğmasan.
    İnciyərəm sən şəri ilan kimi boğmasan,
    Salam, ey gözəl insan, sənə salamlar olsun!

    Qəlbindəki həsrətin dönsün gözün yaşına,
    Gözəllikdə bənzərsən gözəllərin qaşına.
    Gözəl qalasan ömrün çatanda yüz yaşına,
    Salam, ey gözəl insan, sənə salamlar olsun!

    Qəlbini oxşamısan həm doğmanın, həm yadın,
    Gözəllikdə gözəldi yenə də gözəl adın.
    Göz yaşı kimi durudu qəlbin, ey gözəl qadın,
    Salam, ey gözə insan, sənə salamlar olsun!

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    s

    * * *

    Bu gün sevgililər günüdü axı…

    Dedim bir şeir yazım
    ikimizin adından.
    Elə yazım,çıxmasın
    ancaq heç nə yadımdan.

    Elə yazım,döyünsün
    ürəyim hər misrada.
    Saçlarının qoxusu
    o saat düşsün yada.

    Necə üzür gör məni
    ayrılığın,həsrətin.
    Bu eşqin əzabına
    dözmək gör necə çətin…

    Nola,bir az oxşaya
    gözünün qarasına.
    Sonra basım bu şeri
    qəlbimin yarasına…

    Hər hərifi od alsın
    ürəyimin odundan.
    Sənə hədiyyə edim
    gül kimi öz adımdan.

    * * *

    İçinə su dolan gəmi kimiyəm,
    Elə qərq olmuşam ümidsizliyə.
    Qəfil yıxılmışam arzularımdan,
    Daha bircə kimsə yetməz köməyə.

    Tufanlar qabartmaz ağ yelkənimi,
    Mənə yoldaş olan yellər susdular.
    Yolumu gözləyən gözlər yoruldu,
    Arxamca əl edən əllər susdular…

    Mənsiz qəribsəməz bir doğma liman,
    Adım bir sahilin yadından çıxar.
    Ürəyim bir qara qutudan betər,
    Yanmış xatirələr altından çıxar.

    Ömür bir səfərdi,bitər nə vaxtsa…
    Yalan elə şirin, həqiqət acı.
    Mən elə ölmüşəm biganəlikdən,
    Daha təsəlliyə yox ehtiyacım.

  • Fidan ABBASOVA.”Gecəmdəki ayımsan günəşimsən”

    Bu şeri xusui sevgililər gününə özəl yazdım…. 14.02.2017-ci il.

    Gecəmdəki ayımsan günəşimsən sayımsan
    ən gözəl arzularım ən gözəl duyğularım
    mənim sevinc payımsan.
    Fəsilərin içində ən qızmar bir yayımsan
    baharımsan , gülümsən bircə bunu unutma
    sən mənim hərşeyimsən…
    İnsan nəfəs almazmış sevgini itirəndə
    şükür edib duayla qəlbinə gətirəndə
    tanrının hədiyyəsi sevginin bir barı tək
    gül bağında en gözəl çiçəyi bitirəndə
    bircə bunu unutma sən mənim dünənimsən..
    Unudarmı heç ürək , o gözəl baxışını
    sevgin qəlbimə çəkib ən gözəl naxışını
    yolların enişini, yolların yoxusunu
    gösdərib sevgin mənə
    bircə bunu unutma sevirəm səni hələ…
    Mən qorxmuram ayrılıq yeni deyil mənimçün
    bir kərə yıxılanda ağlamıram səninçün
    bilirsənmi gözlərim ölənədək səninçün
    baxacaq ətrafına baxacaq ürəyinə
    sən mənim gerçəyimsən
    bircə bunu unutma sən mənim hərşeyimsən…
    Bir sırada dayanma sevməyənlər içində
    ömür yaman qısadır sevib böyüt gözündə
    Bu Fidanın nə varsa dediyi hər sözündə
    yalan yoxdur bilirsən axi məni hamıdan\
    hamıdan çox sən yaxşı tanıyırsan görürsən
    bircə bunu unutma sən mənim hərşeyimsən……

  • Fidan ABBASOVA.”Üzlər gördüm bu həyatda…”

    İstisinə qızınmayan
    taleyinə yazılmayan
    min cür yerə yozulmayan
    üzlər gördüm bu həyatda…

    Razı olmaz öz payına
    uymaz inan öz tayına
    arxalanıb daydayına
    satan gördüm bu həyatda..

    Qınamıram heç kimi mən
    belkə heç mən mən deyiləm
    çətin bu yolda əyiləm
    düzlər gördüm bu həyatda..

    Unutmuram keçmişimi
    sıxa-sıxa öz dişimi
    unutduran vərdişimi
    sözlər görüdüm bu həyatda..

    Ürək necə dözür hələ
    hər kəs qurur bizə tələ
    öz ömrünü verib yelə
    ölən gördüm bu həyatda..

    Bir gün məndə gedəcəyəm
    sanma vaxtsız öləcəyəm
    bir gün gəlsə gələcəyəm
    Fidan gördüm bu həyatda…….

  • Fidan ABBASOVA.”Ürək yalnız bircə kərə sevəndir”

    Bir kitabsa ömrün bütün səhfəsi,
    oxuduqca qəlbə, ruha yayılır.
    Ürəyimin içindəki o səsə,
    yatmış hissim öz özünə ayılır.

    Qulaq verib o rəngbərəng səhfəni,
    dönə-dönə oxuyuram ucadan.
    Bu ömrümə həyatıma gəlməni
    bir ilmətək toxuyuram sabahdan.

    Hər səhfəmdə yeni bir sən görüncə,
    nə yaşadım hamsı onun əsəri.
    Ürəyimdə səni hər gün sevincə,
    hey azalır nifrətimin kəsəri…

    Biz olmasaq , bizdən qalan nə olar?
    bir xatirə, bir az ümid, bir az sən.
    Düşünmə ki, gedəndə yeri dolur,
    gedirsənsə, yenə dönüb gələrsən…

    Həsrət acı,kədər boyun əyəndir,
    salma bizi bu möhnətə, əzizim!
    Ürək yalnız bircə kərə sevəndir.
    sevmişiksə, elə bu sevgi bizim….

  • ŞƏKİDƏ TÜRK DÜNYASININ BƏXTİYARI SEVGİLƏRLƏ ANILDI…

    “Oğuzdan törədim, türk oğlu türkəm,
    Poladdan kövrəyəm, dəmirdən bərkəm.
    Alçalda bilməzsən məni, a nadan,
    Mən bu görkəmimlə dünyaya görkəm!”

    Şəki Dövlət Regional Kollecində yuxarıdakı möhtəşəm misraların müəllifi, Türk Dünyasının Böyük Mütəfəkkir Şairi BƏXTİYAR VAHABZADƏnin xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi. Tədbirdə Şəki Rayon icra başçısının müavini Zərinə Cavadova, şairlərdən Vaqif Aslan, Qiymət Məhərrəmli və Məhəmməd Köçkün çıxış etdilər. Çıxış edənlər şairin unudulmaz xatirəsinə ehtiramlarını ifadə edərək bildirdilər ki, artıq 9 ildir aramızda olmasa belə, özündən sonra qoyduğu bənzərsiz əsərləri və nəsillərə örnək ola bilən ömür yolu onu bizə hər an daha da yaxınlaşdırmaqda, daha da sevdirməkdədir. Bu gün bu misilsiz söz sənətkarı ilə öyünən təkcə doğulduğu Şəki torpağı deyil, bütövlükdə TÜRK DÜNYASIDIR.
    Gecədə Bəxtiyarsevərlərə şair-publisist Dərviş Osman Əhmədoğunun unudulmaz müəlliminə həsr etdiyi “219-cu auditoriya” kitabı da təqdim olundu. Kitabın tərtibçisi və redaktoru Qiymət Məhərrəmli tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, “219-cu auditoriya” oxucuları müəllifin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldığı illərə – Bəxtiyar Vahabzadənin dərs dediyi auditoriyaya səyahətə aparacaq. Halal bir tələbənin öz halal müəlliminə övladlıq borcu kimi araya-ərsəyə gələn bu işıqlı toplu əsas etibarilə müəllifin “Elimiz.Günümüz” qəzetinin 2011-2012-ci illər ərzində işıq üzü görmüş 21 sayında dərc edilən “219-cu auditoriya: Bəxtiyar Vahabzadə dərsləri…” adlı silsilə yazıları əsasında tərtib olunmuşdur. Həzin, kövrək yaşantılar, qanadlı xatirələr əsasında qələmə alınmış bu kitab Osman Əhmədoğlunun sevimli müəllimi, Türk Dünyasının fəxri, unudulmaz xalq şairi Bəxtiyar Vahabzadə haqqında sənədli povesti də adlandırıla bilər.
    Mərasimdə kollecin müəllim və tələbələrdən ibarət özfəaliyyət kollektivinin ifasında şairin şeirləri və sözlərinə yazılmış mahnılar böyük sevgiylə təqdim olundu.
    Ruhun şad olsun, UNUDULMAZ ŞAİRİMİZ!

    Qiymət MƏHƏRRƏMLİ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Şəki şəhəri üzrə xüsusi müxbiri,
    filologia üzrə fəlsəfə doktoru

  • Sumqayıtda şairə-publisist Qaratel Azərinin “Mən də bu ünvana gəldim” şeirlər kitabının təqdimatı keçirildi

    Fevralın 11-də Sumqayıt şəhərində yerləşən “Azəri” Nəşriyyat-poliqrafiya müəssisəsinin konfrans zalında şairə-publisist Qaratel Azərinin “Mən də bu ünvana gəldim” kitabının təqdimat mərasimi keçirilmişdir.
    Müəllifin qələm dostlarının, iş yoldaşlarının, ədəbiyyat və incəsənət nümayəndələrinin, yaxınlarının və əzizlərinin iştirak etdiyi tədbiri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday giriş sözü ilə açmış, Qaratel Azərinin həyat və yaradıcılığı haqqında oxuculara geniş məlumat vermişdir.
    Tədbirdə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, respublikanının Əməkdar artisti, tanınmış aktyor və bədii qiraətçi Ağalar Bayramov, Qaratel Azərinin sənət dostları əməkdar artistlər Nizaməddin Bağırov, Növrəstə Həşimova, İlahə Səfərova, qələm dostları Asif Asiman, Firdovsi Cəfərxan, Eldar Xanlaroğlu, Rəfail Laçınlı, gənc yazarlar Polad Sabirli, Sevda Kərimli, Sevinc Qərib, jurnalist Elcan Oruclu və digərləri çıxış edərək Qaratel xanımı yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etmiş və yeni yaradıcılıq uğurları arzulamışlar.
    Qaratel Azərinin qələm dostları Əli Nəcəfxanlı, Namiq Dəlidağlı, Xatirə Fərəcli, Nisə Qədirova, Aygün Hacıyeva, Rahilə Veysəlli, Mədaxil Cavadlı, Nizami Kolanılı, Fərhad Nəhmətoğlu, Xürrəm Qafanlı, Elbrus Qayalı, Ədalət Nicat, Usta Fəxrəddin, Namiq Məmmədli, Natiq İsmayıloğlu rəsmi çıxış etməsələr də, tədbir boyu öz xoş arzularını müəllifə ünvanlamışlar.
    Tədbirdə Qaratel Azərinin şeirlərindən nümunələr bədii qiraət olunmuş, tarzən Əli müəllimin müşayiəti ilə xanəndə Məlahət xanım tərəfindən şairənin şeir və qəzəllərindən seçmələr muğam üstündə ifa olunmuşdur.
    Qaratel Azəri tədbirin təşkilatçılarına – AJB Sumqayıt şəhər təşkilatına, “Azəri” Nəşriyyat-poliqrafiya müəssisəsinin rəhbərliyinə, həmçinin tədbirdə iştirak edən bütün qələm dostlarına minnətdarlığını ifadə etmiş və yeni şeirlərini oxumuşdur. Sonda xatirə şəkilləri də çəkilmişdir.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Xalq şairi Mirvarid DİLBAZİ

    Mirvarid Dilbazi (tam adı: Dilbazi Mirvarid Paşa qızı) — azərbaycanlı şairə, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairəsi (1979). “İstiqlal” ordeni ilə təltif olunub (1997).

    Həyatı

    XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri-xalq şairi Mirvarid Dilbazi 70- ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır[1]. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır.
    “Qadınların hüriyyəti” adlı ilk şeri 1927-ci ildə “Oktyabr alovları” adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şerləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. “Məhsəti” (1945), “Əlcəzairli qız” (1961), “Partizan Aliyə” (1972) poemalarının müəllifidir.
    Şairin “Məhsəti” poeması süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. “Məhsəti” poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. “Əlcəzairli qız” əsəri real faktlar əsasında yazılmışdır. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.
    M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış,şeir xəzinəmizi zənginləşdirmişdir. M.Dilbazinin 70-80-cı illərdə “Bənövşələr üşüyəndə” (1970), “Ana qanadı” (1972),”Dağ çiçəyi” (1977), “Yasəmən fəsil”, “Seçilmiş şeirlər” (1979) şeir kitabları və nəhayət, 3 cilddə “Seçilmiş əsərləri” (1982-84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır[2].
    Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.
    Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
    2001-ci il iyulun 12-də [3] vəfat etmişdir.

    Mükafatları

    • İki dəfə Şərəf Nişanı ordeni
    • “Qırmızı Əmək Bayrağı” — 17.08.1982[4]
    • “İstiqlal” ordeni
    • Azərbaycan SSR xalq şairi — 23.02.1979[5]

    Kitabları

    Müharibəyə qədər işıq üzü görən kitabları
    • Bizim səsimiz 1934
    • İlk bahar 1937
    Müharibə mövzusuna həsr olunmuş kitabları
    • Döyüş mahnıları 1941
    • Kamal 1942
    • Ağarzayev 1942
    • Neft 1942
    • Vətən eşqi 1942
    • Qoçaq ataların qoçaq övladlarına 1942
    • Xatirələr 1945
    Sonrakı dövrlərdə çap olunan kitabları
    • Sənətkarın xəyalı 1948
    • “Seçilmiş şerlər” 1957
    • Məhəbbət bizimlə qoşa doğulur. Bakı: Gənclik, 1959, 227 səh.
    • Şerlər. Bakı: Azərnəşr, 1962, 22 səh.
    • Xatirələr olan yerdə 1964
    • Həyat lövhələri 1967
    • Bənövşələr üşüyəndə 1970
    • Ana qanadı (şeirlər, poemalar və hekayələr). Bakı: Gənclik, 1972, 489 səh.
    • Yasəmən fəsli 1976
    • Dağ çiçəyi. Bakı: Gənclik, 1977, 320 səh.
    • Seçilmiş əsərləri (üç cilddə) 1981-1983. Bakı: Yazıçı, I cild, 324 s.; II cild, 336 s.; III cild, 218 səh.
    • Qar çiçəkləri (şeirlər, poemalar, pyeslər). BakıI Gənclik, 1984, 280 səh.
    • Durnalar ötüşəndə. Bakı: Yazıçı, 1989, 272 səh.
    • Çiçəkdən-çiçəyə. Bakı: Gənclik, 1991, 287 səh.
    • Seçilmiş əsərləri. Bakı: Lider, 2004, 278 səh.

    Uşaqlar üçün yazdığı kitablar

    • Nağıllar 1940
    • Şerlər 1951
    • Kiçik dostlarıma 1956
    • Gülbahar 1957
    • Yaz gəlir (Bahar nəğmələri) 1968
    • Lalənin ağacları 1970
    • Abşeron bağlarında (hekayələr, kiçik və orta yaşlı məktəblilər üçün). Bakı: Gənclik, 1984, 96 səh.

    Haqqında olan ədəbiyyat

    • Ə.Əhmədova. Bu ellərə vurulmuşam. Bakı: Yazıçı, 1978, 79 səh.
    • H.Həmidova. Mirvarid Dilbazi: Biblioqrafik göstəricilər. Bakı: M.F.Axundov kitabxanasının nəşriyyatı, 1990, 130 s.
    • B.Nəbiyev. Söz ürəkdən gələndə. Bakı: Yazıçı, 1984, 282 s.
    • H.Əliyev. Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi//Azərbaycan qəzeti, 1998, 25 aprel, səh.2-4.
    • Son mənzil: (Xalq şairi Mirvarid Dilbazi ilə vida mərasimi)//Azərbaycan qəzeti, 2001, 13 iyul, səh.3.
    • Z.Şahsevənli. Gözü yaşlı bənövşə: (Xalq şairi Mirvarid Dilbazi haqqında)//Günay qəzeti, 2005, 3 sentyabr, səh.10.

    Rus dilində əsərləri

    • Вспоминаю вас (стихи). Баку: Азернешр, 1964, 51 стр.
    • Яблоневая ветка. Москва: , 1965, 151 стр.

    Yaradıcılığı

    XƏSTƏXANADA
    Dörd divar,
    Bir tavan,
    Bir döşəmə.
    Bir də
    Ürəyimdə sıxıntı,
    Kədər.
    Sabahı gözləyən ümidlər…
    Sabahım da bu günümə bənzəsə əgər?.
    .
    Mənbə

    • Müasir Azərbaycan ədəbiyyatı. II cild,Bakı-2007,561 s.

  • Xalq yazıçısı Mehdi HÜSEYN

    Hüseynov Mehdi Əli oğlu (Mehdi Hüseyn) (1909-1965) — azərbaycanlı yazıçı, nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq yazıçısı (1964), SSRİ Dövlət mükafatı laureatı (1950), Stalin mükafatı laureatı (1950).1941-cı ildən Sov.İKP üzvü.

    Həyatı

    Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 22 mart 1909-cu ildə. Qazax mahalının Şıxlı kəndində anadan olmuşdur.O, fəaliyyətə hekayə ilə başlamış, ilk hekayəti 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 30-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və ürək povestlərini yazmışdır.
    1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”,[1] “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi.O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950).Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-65) olmuşdur.Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi («Bizdə futurizm cərəyanı») 1926 ildə, ilk hekayəsi («Qoyun qırxımı») isə 1927 ildə dərc edilmişdir. «Bahar suları» (1930), «Xavər» (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. «Tunel» (1927), «Qan intiqamı» (1928), «Kin» (1935), «Daşqın» (1933-36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır.Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan «Komissar»da (1942-49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mü¬hüm tarixi əsəri olan «Səhər» (1953), «Tərlan» (1940), «Vətən çiçəkləri» (1942), «Moskva» (1942), «Ürək» (1945), «Fəryad» (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən «Abşeron» (1949), müəyyən mənada onun davamı olan «Qara daşlar» (1957-59) və ölməz «Yeraltı çaylar dənizə axır» (1965-1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına «Şöhrət» (1939) pyesi ilə başlamışdır. «Nizami» (1942) və «Cavanşir» (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. «Alov» (1961), «İntizar» (1944, İ.Əfəndiyevlə birgə), «Şamil» (1940-41) və «Qardaşlar» (1948) pyesləri, habelə xatirələri, yol qeydləri «Bir ay və bir gün» (1963), gündəlikləri var. «Şair» (1939), «Fətəli xan» (1947, Ə.Məmmədxanlı ilə birgə), «Səhər» (1958), «Qara daşlar» (1958) kino ssenarilərinin müəllifidir.Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
    Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir.

    Əsərləri

    Mehdi Hüseyn. Seçilmiş əsərləri: I cild – Hekayələri, “Yeraltı çaylar dənizə axır” romanı;
    Mehdi Hüseyn. Seçilmiş əsərləri: II cild – “Abşeron” romanı;
    Mehdi Hüseyn. Seçilmiş əsərləri: III cild – Pyesləri, ədəbi-tənqidi məqalələri.

    Filmoqrafiya

    1. Şair (film, 1939)
    2. Fətəli xan (film, 1947) (Ənvər Məmmədxanlı ilə birgə)
    3. Qara daşlar (film, 1956)
    4. Səhər (film, 1960)
    5. Mənim dostum (film, 1963)
    6. Mehdi Hüseyn (film, 1969)
    7. Vulkana doğru (film, 1977)
    8. Bizim qəribə taleyimiz (film, 2005)
    9. Üç zirvənin fatehi (film, 2008)

    İstinadlar

    1. Jump up↑ “Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi”. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. – səh. 125.

    Mənbə

    • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
    • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
    • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.

  • Xalq yazıçısı Yusif SƏMƏDOĞLU

    Vəkilov Yusif Səməd oğlu (Yusif Səmədoğlu) — Azərbaycanın xalq yazıçısı, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Komsomolu mükafatı laureatı (1970), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990)

    Həyatı

    Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969)[1], baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini (1969-1976), “Ulduz jurnalının baş redaktoru (1976-1987), “Azərbaycan” jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).
    “220 saylı otaq” (1960), “Qalaktika” (1973), “Qətl günü” (1987) kitablarının müəllifi olmuşdur.
    1998-ci il avqustun 17-də vəfat etmişdir.

    • Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
    • Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
    • Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
    • Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun qardaşıdır.
    • Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

    Mükafatları

    • Azərbaycan SSR əməkdar incəsənət xadimi — 30.07.1979[2]
    • “Şöhrət” ordeni — 19.12.1995[3]

    Roman

    1. Qətl Günü

    Hekayə

    1. Xəzri
    2. Yaddan çıxmış sözlər
    3. Gözlər
    4. Qartal
    5. 220 №-li otaq
    6. Güllər
    7. Saat işləyir
    8. Simurq quşu
    9. Qalaktika
    10. Soyuq daş
    11. Beşik
    12. 46-cı ilin oyunları
    13. Foto-fantazoiya
    14. Astana
    15. Bayatı-Şiraz
    16. İncə dərəsində yaz çağı

    Filmoqrafiya

    1. Axırıncı maqın sonu (film, 1974)
    2. Azərbaycan SSR (film, 1971)
    3. Azərbaycan teatrının 100 illiyi (film, 1974)
    4. Cəlil Məmmədquluzadə (film, 1966)
    5. Çiçək yağışı (film, 1971)
    6. Dostluq məşəli (film, 1965)
    7. Səməd Vurğun (film, 1966)
    8. Foto “Fantaziya” (film, 1970)
    9. Göllərin tacı (film, 1966)
    10. Qətl günü (film, 1990)
    11. Monrealda Azərbaycan günü (film, 1967)
    12. Polşada Azərbaycan günləri (film, 1970)
    13. Səmt küləyi (film, 1973)
    14. Yeddi oğul istərəm… (film, 1970)

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU

    Vaqif Səmədoğlu (azərb. Vəkilov Vaqif Səməd oğlu; d. 5 iyun, 1939, Bakı – ö. 28 yanvar, 2015, Bakı) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005), “Nəsimi” mükafatı laureatı (2014).

    Həyatı

    Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır.
    Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.[3] Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994)[4].
    Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).
    Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

    Mükafatları

    • Azərbaycan Respublikasının Xalq Şairi
    • “Əməkdar İncəsənət Xadimi”
    • “İstiqlal” ordeni
    • “Şərəf” ordeni
    • “Humay” mükafatı laureatıdır (1998).
    • “Nəsimi” mükafatı (2014)[5].

    Ailəsi

    • Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
    • Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
    • Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır.
    • Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
    • Görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.

    Kitabları

    • Yoldan teleqramlar. 1968
    • Günü baxtı
    • Mən burdayam, ilahi. 1996
    • Uzaq, yaşıl ada. 1996

    Dram əsərləri

    • Bəxt üzüyü
    • İntizar
    • Uca dağ başında
    • Lotereya
    • Yayda qartopu oyunu,
    • Yaşıl eynəkli adam,
    • Generalın son əmri,
    • Mamoy kişinin yuxuları

  • Xalq şairi Səməd VURĞUN

    Səməd Yusif oğlu Vəkilov, d. 21 mart 1906 – ö. 27 may 1956) — görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), iki dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956).

    Həyatı

    Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır.
    Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
    1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov (1902-1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.
    Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir.
    Səməd Vəkilov gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olmuşdur. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərmişdir. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olur. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.
    1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı pedaqoq Xanqızı (Bıjı, yəni, bacı) Vəkilova qayğı göstərir.

    Yaradıcılığı

    Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qəzetində çıxırdı. Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.
    Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri Vurğun təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
    1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur. Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır.
    1930-1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin “Könül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
    Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş verir. Belə ki, o, Abdulla Şaiqin yaxın qohumu Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurur.
    1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, Puşkinin “Yevgeni Onegin” mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcüməsinə görə şairə Puşkin komitəsinin “A.S.Puşkin medalı” təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin “Pələng dərisi geymiş pəhvəlan” əsərinin bir hissəsini böyük ustalıqla tərcümə etmiş, buna görə Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
    1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – “Vaqif”i yazır. “Vaqif” dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. “Vaqif” dramına görə Səməd Vurğun 1941-ci ildə “Stalin mükafatı”na layiq görülmüşdür.
    1937-1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi. Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə “onun məsələsinə” baxılmış, böyük şair “ölüm və ya ölüm” dilemması qarşısında qalmalı olmuşdur. Şairi aidiyyəti idarələrə tez-tez çağırırdılar.
    Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun “Leyli və Məcnun” poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan “Xanlar”ı yazmışdır. Həmin il onun “Azad ilham” kitabı nəşr edilir.
    1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dram əsərində böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə “Stalin mükafatı”na layiq görülür.
    Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tutur. Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən “Bakının dastanı” poemasını yazmışdı. Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı “Ukrayna partizanlarına” şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdı.
    1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşli səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Füzuli adına Ziyalılar evi yaranmışdır.
    1945-ci ildə yazdığı fəlsəfi dram olan “İnsan”da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Şairin bu əsərdə yaratdığı “Qardaşlıq şəhəri”ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır.
    Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin rəhbəri Səməd Vurğun təyin edilir. İlk gündən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR arasında mədəni körpü yaradılması işində fəal iştirak edir. Ulu öndər Heydər Əliyev xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə nitqində S.Vurğunun akademik fəaliyyətinə toxunmuşdur: “Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.” [1]
    Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun “Vaqif” dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Ağa Məhəmməd şah Qacarın obrazında Adolf Hitlerə məxsus cizgilər vermişdi.
    1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra “Zəncinin arzuları” poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur “Avropa xatirələri” adı ilə çap etdirmişdir.
    1951-ci ildə şair “Bolqar-sovet dostluğu cəmiyyəti”nin xəttilə Bolqarıstanda olmuşdur.
    Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca “Muğan” (1948), “Aygün” (1950-1951) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə almışdır.
    Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
    Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, 1953-cü ildə haqsız hücumlara, təzyiqlərə məruz qalır. “Aygün” poeması tənqid edilir, şairin Moskvada çap edilmiş “Şairin hüquqları” məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Lakin, həmin il Stalinin ölümündən sonra SSRİ və respublika rəhbərliyində baş verən dəyişikliklər nəticəsində bu tədbirlər baş tutmur.
    1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. 1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmədov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.[2]
    O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu.
    1954-cü ildə Sovet Yazıçıların İkinci Ümumittifaq Qurultayında “Sovet poeziyası haqqında” məruzəni Səməd Vurğun etmişdi. Çoxmillətli və həmin dövr üçün təxminən 200 mln.-luq SSRİ xalqları arasından azərbaycanlı şairin Qurultayda “Sovet poeziyası haqqında” məruzəni etməsi, bütövlüklə, Azərbaycan ədəbiyyatı, onun nümayəndələrinə və şəxsən, Səməd Vurğuna verilən olduqca böyük qiymət kimi dəyərləndirilə bilər.

    Ölümü

    1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
    1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.
    Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atmışlar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

    • Xalq yazıçısı Yusif Səmədoğlunun atasıdır.
    • Əməkdar incəsənət işçisi Aybəniz Vəkilovanın atasıdır.
    • Xalq şairi Vaqif Səmədoğlunun atasıdır.
    • İctimai-siyasi xadim Mehdixan Vəkilovun qardaşıdır.

    Əsərləri

    • Səməd Vurğun. Seçilmiş əsərləri: I cild – Şeirləri;
    • Səməd Vurğun. Seçilmiş əsərləri: II cild – Şeirləri;
    • Səməd Vurğun. Seçilmiş əsərləri: III cild – Poemaları;
    • Səməd Vurğun. Seçilmiş əsərləri: IV cild – Dram əsərləri;
    • Səməd Vurğun. Seçilmiş əsərləri: V cild – Məqalələri, məruzələr, nitqlər, oçerklər.

    Haqqında yazılmış əsərlər
    • Adilxan Bayramov, “Yaşayan ömür”, Bakı, “İşıq”, 1990, 88 səh. ISBN 5-89650-104-8

    Filmoqrafiya

    1. Komsomol nəsli (film, 1938)
    2. Səməd Vurğun (film, 1958)
    3. Aygün (film, 1960)
    4. Səməd Vurğun (film, 1966)
    5. Muğanın dastanı (film, 1968)
    6. Xalq şairi Səməd Vurğun (film, 1969)
    7. Yeddi oğul istərəm… (film, 1970)
    8. Səməd Vurğun (film, 1976)
    9. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
    10. Vurğun ocağı (film, 2003)
    11. Monoloq (film, 1987)
    12. Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
    13. Qəmbər Hüseynli (film, 2007)
    14. Üç zirvənin fatehi (film, 2008)

    Əsərlərinə tamaşalar

    • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Fərhad və Şirin (2002)

    Şeirlərinə musiqi əsərləri
    • Vaqif (opera)
    • Humay (balet)
    • Mələkxanım Əyyubova – Şəfqət bacısı, musiqisi Üzeyir Hacıbəyovundur

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    AZƏRBAYCAN-TÜRKİYƏ

    Tükənməyən güc, qüvvət,
    İki dövlət, bir millət.
    Qazancı zəfər, şöhrət,
    Layiqdir hər sevgiyə
    Azərbaycan-Türkiyə.

    Qara dəniz, göy Xəzər,
    Odu ölkələr gəzər.
    Atatürk, Ulu Heydər,
    Haqdan bizə hədiyyə
    Azərbaycan-Türkiyə.

    Sarsılmazdır dostluğu,
    Ən şirin, ən xoş duyğu,
    Millətin mutluluğu,
    Dönüb nəğmə, türküyə
    Azərbaycan-Türkiyə.

    Dünya olubdur heyran,
    Qovuşub Bakı-Ceyhan.
    Mayak kimi Naxçıvan,
    Sevinir “vüsal” deyə
    Azəbaycan-Türkiyə.

    MUSTAFA KAMAL PAŞA

    Qarlı zirvədir başın,
    Dastandır hər savaşın,
    Əsgərdir qayan, daşın,
    Dayanıblar baş-başa
    Mustafa Kamal Paşa.

    Bayrağın şəhid qanı,
    Vətənin qızıl danı,
    Türklərin şöhrət, şanı,
    Al günəşsən yurddaşa
    Mustafa Kamal Paşa.

    Yurda, xalqa bağlısan,
    Həm zəka, həm ağılsan.
    Türkə örnək, nağılsan,
    Zəfərsən başdan-başa
    Mustafa Kamal Paşa.

    Cihaddır türk savaşı,
    Çalınsın “mehtər” marşı,
    Kəsin, doğrayın nəşi,
    Əlində silah qoşa
    Mustafa Kamal Paşa.

  • Xalq yazıçısı İsmayıl ŞIXLI

    Şıxlınski İsmayıl Qəhrəman oğlu (İsmayıl Şıxlı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).

    Həyatı

    İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).

    Ədəbi yaradıcılığı

    İlk mətbu əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

    İctimai-siyasi fəaliyyəti

    İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan KP MK-nın (1986-1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.

    26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir[2].

    Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].

    1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

    Əsərləri

    Yetər Aslanova. Bakı: Uşaqgəncnəşr, 1949, 36 səh.
    Kerç sularında (hekayələr). Bakı: Azərnəşr, 1950, 139 səh.
    Dağlar səslənir. Bakı: Uşaqgəncnəşr, 1951, 128 səh.
    Daşkəsən (oçerk). Bakı: Uşaqgəncnəşr, 1953, 44 səh.
    Ayrılan yollar. Bakı: Uşaqgəncnəşr, 1957, 260 səh.
    Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.
    XVIII əsr xarici ədəbiyyat tarixi. Bakı: 1970, 150 səh. (şərikli)
    Seçilmiş əsərlər (iki cilddə). I c. Bakı: Azərnəşr, 1971, 365 səh.
    Seçilmiş əsərlər (iki cilddə). II c. Bakı: Azərnəşr, 1971, 444 səh.
    XX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1974, 256 səh.
    Mənim rəqibim. Bakı: Gənclik, 1975, 192 səh.
    Dəli Kür (roman). Bakı: Gənclik, 1977, 408 səh.
    Xatirəyə dönmüş illər. Bakı: Yazıçı, 1980, 368 səh.
    Dəli Kür (roman). Bakı: Yazıçı, 1982, 436 səh.
    Dəli Kür (roman). Bakı: Yazıçı, 1983, 436 səh.
    Məni itirməyin. Bakı: Gənclik, 1984, 364 səh.
    Cəbhə yolları. Bakı: Gənclik, 1985, 188 səh.
    Seçilmiş əsərləri (iki cilddə) I c. Bakı: Azərnəşr, 1986, 480 səh.
    Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1986, 477 səh.
    Daim axtarışda (məqalələr, publisist çıxışlar). Bakı: Yazıçı, 1988, 358 səh.
    Namərd gülləsi (hekayələr). Bakı: Yazıçı, 1991, 230 səh.
    Ölüləri qəbiristanda basdırın (nəsr, ədəbi tənqid, publisistika).Bakı: Gənclik, 1992, 270 səh.
    Ölən dünyam (roman). Bakı: Azərnəşr, 1995,150 səh.

    Tərcümələri
    (türkcə və ruscadan)

    XIX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1964, 654 səh.
    Mopassan Gi De. Hekayələr və novellalar. Bakı: Yazıçı, 1980, 182 səh. (şərikli).
    Əziz Nesin. Futbol kralı. Bakı: Gənclik, 1988, 333 səh. (şərikli).
    Filmoqrafiya[redaktə | əsas redaktə]
    Ayrılan yollar (film, 1997)
    Bizim qəribə taleyimiz (film, 2005)
    Dəli Kür (film, 1969)
    Əzizə Cəfərzadə (film, 1999)
    Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999)
    Xalq şairi Səməd Vurğun (film, 1969)
    İşarəni dənizdən gözləyin (film, 1986)
    Kürə qovuşan ömür (film, 2003)
    Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)

  • Xalq yazıçısı Mirzə İBRAHİMOV

    İbrahimov Mirzə Əjdər oğlu (28 oktyabr 1911 – 17 dekabr 1993) — Azərbaycan-sovet yazıçısı, dramaturq, ictimai xadim. Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərb. SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərb. SSR əməkdar incəsənət xadimi (1941).[1] Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), 1937—1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə). Azərb. Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərb. SSR Maarif naziri (1942-1946). Azərbaycan SSR Ali Sovetinin (3-4-cü, 6-7-ci və 9-cu çağırış) deputatı.[1] SSRİ xalq deputatı (1989).

    Həyatı

    Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.

    Fəaliyyəti

    Mirzə İbrahimovun yaşadığı evin fasadına vurulmuş barelyef
    Mirzə İbrahimovun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirlərlə nəşr etmişdir. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya-Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, “Giqantlar ölkəsində” adlı oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933). “Həyat” (1935) pyesi bu dövrün bəhrəsidir.[2]

    1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.

    İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə (“Qorxulu səs”,”Sənət aşiqləri”,”Zəhra”,”Yol ayrıcında”, “Mələk”, “Qaçaq” ‘Cənub hekayələri’ silsiləsi – “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat”), povest (“Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”) və romanlarla (“Gələcək gün – (1948), “Böyük dayaq” (1957), “Pərvanə”) yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi il fasilədən sonra “Kəndçi qızı” (1961)(əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), “Yaxşı adam” (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən “Közərən ocaqlar” (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. V.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A. N. Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A. Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

    O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin “Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun”u qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Həmçinin, onun “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilmişdir.

    Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmiş,[3] Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki, 1955; Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. O, Sov.İKP XX-XXI və XXIII-XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir.[4] BMT-nin apartheyd əleyhinə mübarizə komitəsinin iclasında (Nyu York, 1978) çıxış etmişdir.

    Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında ciddi əməyi olmuşdur (1946-1954).[5] Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş (1960-1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954) və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975) olmuşdur. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur.[6] Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur.[7]

    1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Mükafatları

    SSRİ dövlət mükafatı laureatı (1950)
    Azərbaycan SSR dövlət mükafatı laureatı (1965)
    Oktyabr Ordeni — 21.10.1971[8]
    Beynəlxalq Nehru mükafatı laureatı (1979)
    Azərbaycanın əməkdar incəsənət xadimi (1941)
    Sosialist Əməyi Qəhrəmanı — 14.10.1981[9]
    Lenin ordeni — 14.10.1981[9]

    Xatirəsi
    5 fеvral 1996-cı ildə Azərbaycanın xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim Mirzə İbrahimоvun xatirasini əbədiləşdirmək məqsədilə ilə əlaqədar qərar qəbul edilmişdir[10].

    Əsərləri

    Qiqantlar ölkəsi. Bakı: Azərnəşr, 1932, 32 səh.
    Həyat üçün. Bakı: Azərnəşr, 1934, 115 səh.
    Həyat(pyes). Bakı: Azərnəşr, 1937, 107 səh.
    Həyat (pyes). Bakı: Azərnəşr, 1938, 110 səh.
    Böyük demokrat (Molla Nəsrəddin). Bakı: Azərnəşr, 1939, 160 səh.
    Həyat və ədəbiyyat. Bakı: Azərnəşr, 1947, 213 səh.
    Azad. Bakı: Uşaqgəncnəşr, 1949, 20 səh.
    Gələcək üçün. Bakı: Azərnəşr, 1949, 157 səh.
    Salam sənə Rusiya! Bakı: Azərnəşr, 1950, 87 səh.
    Gələcək gün. Bakı: Azərnəşr, 1951, 753 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: Azərnəşr, 1954, 406 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: Azərnəşr, 1954, 323 səh.
    Gələcək gün. Bakı: Azərnəşr, 1956, 622 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1956, 622 səh.
    Azərbaycan dili (məqalələr). Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1957, 74 səh.
    Böyük dayaq (roman). Bakı: Uşaqgəncnəşr, 1957, 582 səh.
    Sarı sim (xatirələr, məqalələr, oçerklər). Bakı: Azərnəşr, 1958, 301 səh.
    Mədinənin ürəyi (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 213 səh.
    Xəlqilik və realizm cəbhəsindən (məqalələr). Bakı: Azərnəşr, 1961, 524 səh.
    Böyük şairimiz Sabir. Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1962, 38 səh.
    Murovdağın ətəyində (hekayələr). Bakı: Azərnəşr, 1964, 93 səh.
    Ədəbi qeydlər. Bakı: Azərnəşr, 1970, 299 səh.
    Pərvanə. Bakı: Azərnəşr, 1971, 703 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1972, 455 səh.
    Əsərləri (10 cilddə). I c. Bakı: Yazıçı, 1978, 512 səh.
    Əsərləri (10 cilddə). II c. Bakı: Yazıçı, 1978, 504 səh.
    Əsərləri (10 cilddə). III c. Bakı: Yazıçı, 1979, 592 səh.
    Əsərləri (10 cilddə). IV c. Bakı: Yazıçı, 1979, 506 səh.
    Əsərləri (10 cilddə). V c. Bakı: Yazıçı, 1980, 339 səh.
    Əsərləri (10 cilddə). VI c. Bakı: Yazıçı, 1981, 376 səh.
    Əsərləri (10 cilddə). VII c. Bakı: Yazıçı, 1981, 332 səh.
    Əsərləri (10 cilddə). VIII c. Bakı: Yazıçı, 1981, 303 səh.
    Əsərləri (10 cilddə). IX c. Bakı: Yazıçı, 1982, 664 səh.
    Əsərləri (10 cilddə). X c. Bakı: Yazıçı, 1983, 507 səh.
    Pərvizin həyatı (hekayələr və povestlər). Bakı: Yazıçı, 1975, 248 səh.
    Pərvizin həyatı (povestlər və hekayələr). Bakı: Gənclik, 1981, 251 səh.
    Pərvanə (roman). Bakı: Yazıçı, 1984, 703 səh.
    Gələcək gün (roman). Bakı: Gənclik, 1973, 586 səh.
    Gələcək gün (roman). Bakı: Maarif, 1984, 472 səh.
    Niyəsiz, necəsiz bir yazısan sən. Bakı: Yazıçı, 552 səh.
    Anama deyərəm ha! (hekayələr və povestlər). Bakı: Gənclik, 1986, 336 səh.
    Tufanlara kömək edən bir qələm. Bakı: Azərnəşr, 197 səh.

    Tərcümələri
    (ruscadan)

    N.Q.Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında roman). Bakı: Uşaqgəncnəşr, 1956, 180 səh.
    N.Q.Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında söhbətlər, roman). Bakı: Gənclik, 1974, 536 səh.
    Ş.Rəşidov. Qaliblər. Bakı: Azərnəşr, 1976, 378 səh.
    Haqqında olan ədəbiyyat[redaktə | əsas redaktə]
    Quliyev E.M. İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri. Bakı: ADPU, 1997, 96 s.
    Anar. Tənha müəllimin son səfəri. Azərbaycan qəzeti, 1994, 2 fevral.
    Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. Azərbaycan qəzeti, 1996, 6 fevral.
    Rəhimqızı S. Bir görüşün xoşbəxtliyi. Xalq qəzeti, 2002, 16 yanvar.

    Filmoqrafiya
    Böyük dayaq (film, 1962)[11][/b]

  • Xalq şairi Osman SARIVƏLLİ

    Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov;17 dekabr 1905 — 3 iyul 1990) — azərbaycanlı şair, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq şairi (1977).

    Həyatı

    Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926-1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929-1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932-1935), Bakı Teatr texnikumunda müdir (1939-1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.
    1990-cı il iyulun 3-də Bakıda vəfat etmiş və doğma kəndində dəfn edilmişdir.

    Yaradıcılığı

    Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin “Dəmir sətirlərim” adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

    Kitabları

    Dəmir sətirlərim (1934)
    Bənövşə (1940)
    Şairin hədiyyəsi (1943)
    Gətir, oğlum, gətir (1943)
    Gənclik eşqi (1946)
    Bahar çiçəkləri (1949)
    Yeni dünyanın qapısı (1950)
    İqlimdən-iqlimə (1963)
    Sabahı yaradanlar (1970)
    Seçilmiş əsərləri (üç cilddə) (1971-1975)
    Hər kim yüz il yaşamasa (1976)
    Mən sabaha gedirəm (1979)
    Kür qırağında (1987)

  • Xalq şairi Hüseyn ARİF

    Hüseynzadə Hüseyn Camal oğlu (Huseyn Arif) — azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycanın xalq şairi (1989).

    Həyatı

    1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Əslən rayonun Qıraq Kəsəmən kəndindəndir. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952). Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), “Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
    1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunub

    Ədəbi fəaliyyəti

    Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlamışdır. Onun liberettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
    1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.
    Hüseyn Arif Ağstafa rayonunda vəfat edib.

    Mükafatlarığ
    Azərbaycan SSR Dövlət mükafatı — 1978[1]

    Əsərləri

    Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
    Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
    Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
    Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
    Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
    Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
    Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
    Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
    Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
    Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
    Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
    Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
    Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
    Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
    Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
    Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
    Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
    Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
    Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
    Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
    Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
    Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
    Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
    Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
    Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı,
    1985, 252 səh.

    Məqalələri

    Aşıq Alını axtarıram. “Elm və həyat” jurnalı, Bakı, 1968, №2, səh.12.
    Aşıq Alı. “Azərbaycan” jurnalı, Bakı şəhəri, 1969, №9, səh.199-203.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    AĞ GÖYƏRÇİNİM

    Sülh quşu deyirlər adına sənin,
    Hüdudsuz göylərdir yerin,məskənin.
    Ümidi olmusan hər bir ölkənin,
    Azadlıq,sülh quşum, ağ göyərçinim.

    Yox dedin cahanda,yurdda savaşa,
    Ey barış carçısı,səni min yaşa.
    Sevinclə bağdaşsan,fərəhlə qoşa,
    Azadlıq,sülh quşum, ağ göyərçinim.

    Sanki bir mələksən,bəmbəyaz qarsan,
    Qartaltək hünərlə dağlar aşarsan.
    Hey xoş məramlara qanad açarsan.
    Azadlıq sülh quşum,ağ göyərçinim.

    Mənim də ölkəmə barış,sülh gətir,
    Hicranı,həsrəti yurdumdan götür,
    Dövranın Qarabağ dərdini bitir,
    Azadlıq,sülh quşum,ağ göyərçinim.

    OXŞA MƏNİ

    “Könül dəftərim” – silsiləsindən

    Dərdə, sərə boyanmışam,
    Kül olmuşam, lap yanmışam.
    Boynu bükük dayanmışam,
    Dön gəl, özün oxşa məni.

    Dünya sərxoş, dünya yatıb,
    Dərd yükünü mənə çatıb.
    Doğmalar da məni atıb,
    Dön gəl, özün oxşa məni.

    Zindan kimi, zülmət otaq,
    Buz kimidir sənsiz yataq.
    Dön, fələyə meydan açaq,
    Dön gəl, özün oxşa məni.

    Gör haradan əsir yellər?
    Xəndan olub qızıl güllər.
    İnlər “Yanıq Sazda” tellər,
    Dön gəl, özün oxşa məni.

    Olammazsan bunca zalım,
    Düşün, sənsiz necə qalım?
    Dön yanıma, qadan alım,
    Dön gəl, özün oxşa məni.

    Dövran tutsun gül əlindən,
    Keçək həsrət, qəm selindən.
    Seçilməyək “bəy- gəlindən”,
    Dön gəl, özün oxşa məni…

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    Dünyanı çiynində daşıyan şair,
    Bir könül qırmadı,qəlb dağlamadı.
    Özgə ürəklərdə yaşayan şair,
    Özünə bir gün də gün ağlamadı!

    Abdulla Memmed

    Mərhum ürək dostum,şair qardaşım Adil Mirseyidin əziz xatirəsinə

    YEDİRMƏ ÜRƏYİ ŞEİRLƏRİNƏ.

    Ayağın altında Vətən yanğısı,
    Başının üstündə zaman-hörümcək.
    Köksünün altında qürbət ağrısı,
    Gözünün içində qərib bir istək.

    Yığmısan gözünə bəyaz yolları,
    Gəzib-aradığın bəşər oğlu yox.
    Özündən qabağa qaçan yolların
    Üzünə açılan çıxış yolu yox.

    Bu qərıb yollarda hər günün qəılb,
    Sabahın hər gecə dərdə satılır.
    Sözü qəribliyə salana-qərib
    Gözündə həsrətdən ocaq çatılır.

    Sözünü salsalar ayaq altına,
    Tanrı dərgahından əlini üzmə,
    Uzadib əlini əcəl atına,
    Sözünü arama özündə-gəzmə…

    Gizlət gözlərində gül açan qəmi,
    Ölümü özünə güldürmə,qardaş.
    Kağız üzərində dil açan qəmi.
    Kökləyib özünü öldürmə, qardaş.

    Gözləri nəmlənən ümidin baha
    Dərdini bələyib şeirlərinə.
    Ürəkdə ürəklik qalmayib daha.
    Yedirmə ürəyi şeirlərinə!

    Azərbaycan.Quba.
    14.02.2000.

    DALĞIN BAXIŞINA BAXA BİLMİRƏM!

    Dalğın baxışına baxa bilmirəm,
    Sənin ki, gözlərin dan işığıydı.
    Dünən gözlərində dinən sözlərin,
    Sevən ürəyinin danışığıydı.

    Daha düz oxumur özündə sözün,
    Sözündə məhəbbət dağım-dağımmış.
    Nifrətin gözündə peşiman qüssə,
    Dilinin riyası röya dağımmış.

    Sən demə susarmış gözündə sözün,
    Gözümün dünyası sözümün canı.
    Çətin kimsə sevə mənim tək səni,
    Salma qəribliyə sözümü, canım.

    Çılğın dəniz kimi coşqun dalğalı,
    Sevdalı qəlbimdə qədərim sənsən.
    Yapışıb yaddaşın yaş yaxasından
    Sızlayan sözümdə qəhərim sənsən.

    Sən demə bu sevda alın yazısı,
    Qüssəsi ölüncə bəs edər mənə.
    Ümidim üzülməz nazilsə belə
    Qədər toy tutsa da bəs qədər mənə.

    Gülüm, üz çevirib o gül üzündən
    Tale gül üzünü səndən, sən məndən.
    Bəlkə bağışlayım günəşi sənə,
    Barı uzaq olsun çisən,çən səndən.

    Dalğın baxışınla baxsam dünyaya,
    Başını itirər bu dünya belə.
    Səni sevəcəyəm son nəfəsəcən,
    İçimi göynədən nisgilin ilə!

    Bülbül yuvasıyam kövrək budaqda,
    Sevdalı ürəyim bübülə həsrət,
    Qənim kəsildiyin göz yaşlarınla
    Dərdim çiçəkləyir tər gülə həsrət…

    Dalğın baxışına baxa bilmirəm,
    Sənin ki gözlərin yar işığıydı.
    Dünən gözlərində dinən sözlərin
    Sevdalı qəlbimin yaraşığıydı.

    Azərbaycan.Quba.
    23.05.2016.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    MƏHƏBBƏTLƏ ANIRIQ

    Ustad şairimiz ,unudulmaz Vaqif Məmmədovun
    əziz xatirəsinə.06-fevral dəyərli şairimizin vəfatının ildönümüdür

    Andıqca insanın gözləri dolur,
    Oyadır hər sözü neçə xatirə.
    Hər kəlam canlanıb, bir lövhə olur,
    Bəlkə xoş anılar kədər bitirə.

    Şairmi, alimmi, müəllimmi deyim?
    Necə adlandırım, bu sənətkarı?
    Vəsf edib, öyməkçün, nələr söyləyim?
    Xalqın mirasıdır, “əqlinin varı”.

    Məktəbli, tələbə, gənc şair, ədib,
    Dəyərli Ustadın öyrəncisidir.
    Hər şagird dinləyib, zəka əxz edib,
    Yazdığı hər əsər könül səsidir.

    Ruh qatıb, can verib yazdıqlarına,
    Qələmi toxunan, hər söz bal dadır.
    Təşnələr üz tutar qüzey qarına,
    Könül kəlamları dağlar boydadır.

    Neməti olubdur halal duz- çörək,
    Riyasız,hiyləsiz, sözün düz deyən.
    Elinə- gününə, açıq bir ürək,
    Olmayıb kimsənin qəlbinə dəyən.

    Bax belə qalacaq xalqın yadında,
    Dövran,- yurdumuzun Ustad şairi.
    Ölməz bir şair var, -Vaqif adında,
    Şairlər hər zaman, diridir- diri!..

    HƏYATIN VƏFASI

    “Mənim dünyam”- silsiləsindən

    Həyatın insana vəfası yoxmuş,
    Anladım mən bunu xəstə olanda.
    Həyatda insanın cəfası çoxmuş,
    İnsan bunu anlar yaşa dolanda.

    Bir anda çevrilir dünyanın üzü,
    Gözlərə zillənir fələyin gözü.
    Dildə donub qalır kəlməsi,sözü,
    Əzrayıl başının üstün alanda.

    Əqli də,nitqi də,düsür didərgin,
    Gözə zülmət çökür,dəyişir rəngin.
    Ürək çaş-baş vurur,nəbizlər gərgin,
    Damarda qaralır qırmızı qan da.

    Göz yaşı qarışır acı qəhərə,
    Yediyi,içdiyi dönür zəhərə.
    Gümanı qalmayır sübhə,səhərə,
    Gözləri qapıda,yolda qalanda.

    Ağrılar,acılar çətindən-çətin,
    Can dərdi əridir qürur,qüdrətin.
    Olur dilənçisi şəfa,şəfqətin,
    Bənizi çiçəktək sönüb,solanda.

    Həkim olur ona qardaş,həm bacı,
    Həkim olur dərdin, çarə,əlacı.
    Həkim həmin gündən, başının tacı,
    Dövran dərk eylədi, fəna olanda.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    İSTƏDİM

    “Mənim dünyam” – silsiləsindən

    Dünyanı dərk edib, anlayan andan,
    Tanrıdan dağlartək,vüqar istədim.
    Diləyi dilədim ürəkdən, candan,
    Ömürlük vəfadar, ilqar istədim.

    Heç zaman sevmədim bəzəyi, zəri,
    Hüsnümü süslədi anlımın təri.
    Olsa da üstümdə Haqqın nəzəri,
    Rəbbimdən nə sərvət, nə var istədim.

    Çox çıxdı yoluma, “halay pozanlar”,
    Ayağım altında,”quyu qazanlar”.
    Hey sitəm etsə də, “yolun azanlar”,
    Onlara meydanı, mən “dar” istədim.

    Ürəkdən bağlandım doğma torpağa,
    Mehr etdim hər kola, gülə, yarpağa.
    Əzmimlə can verdim bağcaya, bağa,
    Halal zəhmətimlə, bol bar istədim.

    Aylarım, illərim getmədi bada,
    Haqqımda duyuldu, ancaq xoş səda.
    Kimsəyə vermədim dərd, bəla, qada,
    Dövranam, hər qəlbə, bahar istədim…

    OLMAQ İSTƏRƏM

    “Könül dəftərim” – silsiləsindən

    Ala gözlərinin dərinliyində,
    Ömürlük qərq olub, dalmaq istərəm.
    Buz tutmuş qəlbinin sərinliyində,
    Qüzey qarı kimi, qalmaq istərəm.

    Ey mənim yeganəm, ürkək sevgilim,
    Sevən- sevdiyinə, eyləməz zülüm.
    Bilirəm qəlb evin, bom- boşdur, gülüm,
    Eşq olub könlünə, dolmaq istərəm.

    Sevdasız ağartmam saçı, birçəyi,
    Artıq açacağam, sənə gerçəyi.
    Düzüb tellərinə gülü, çiçəyi,
    Qolumu boynuna, salmaq istərəm.

    Qoy duysun hər kəsin, qohumun-yadın,
    Daha yeri yoxdur höcət, inadın.
    Dilimdə bitibdir, mübarək adın,
    Nəğməkar Dövranın, olmaq istərəm.

  • Güldərən VƏLİYEVA.Bayatılar

    Əziziyəm, ha sarı,
    Aşmaq olmur hasarı.
    Yaramı yar qanadıb,
    Ha düyünlə, ha sarı…
    ***
    Əzizim, bilməyənin,
    Öyrənib bilməyənin.
    Dərdini mənə verin,
    Dərd çəkə bilməyənin.
    ***
    Əziziyəm, bilməzdim,
    Ağlayardım, gülməzdim.
    Səndə də vəfa yoxmuş,
    Mən ki, belə bilməzdim.
    ***
    Əziziyəm, gül balam,
    Çiçək balam, gül balam.
    Gecə-gündüz iylərəm,
    Mənim qızılgül balam.
    ***
    Əziziyəm, o damda,
    Kimlər yaşar o damda?
    Mənə atəş nə lazım?
    Atəşəm də, odam da!
    ***
    Əziziyəm, o damda,
    Gözüm qaldı odamda.
    Yarım elə yandırıb,
    Çınqıyam da, odam da!

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ALIB GEDİR

    Bu dünya çox dayazlaşıb,
    Elə hey boşalıb gedir.
    Nə etsəkdə düzəliş yox,
    Paxıllığ baş alıb gedir.

    Sevgisi az, nübarı az,
    Zəhimi çox, vüqarı az.
    Gözlənilən baharı az,
    Ömrü qar, qış alıb gedir.

    Çoxalıb müh yeyənlərdə,
    Özün lovğa üyənlərdə.
    Şeytanı görməyənlər də,
    Əlində daş alıb gedir.

    Bu nə dövr, bu nə zaman?
    Bilinməyir yaxşı yaman.
    Dərd içində qoca, cavan,
    Üzünə yaş alıb gedir.

    Nə yer dindi, nə göy dindi,
    Hamı deyir, bu mənimdi.
    Bilimmir qızdı, gəlindi,
    Hamısı qaş alıb gedir.

    Zeynəbdə gəlibdi dilə,
    Dərddən içi dönüb külə.
    Dalaşıb bu həyat ilə,
    Dünyadan baş alıb gedir.

    MƏHƏBBƏT KAZIMOVUN

    XATİRƏSİNƏ

    Səsi ilə ürəkləri oxşayıb,
    Ürəklərdə yuva qurdu Məhəbbət.
    Bu dünyada bir bəy kimi yaşayıb,
    Muğamata möhür vurdu Məhəbbət.

    Laçınım deyirdi, Laçınsız getdi,
    Ürəyində Vətən dərdi apardı.
    Məhəbbəti sevənlərin qəlbindən,
    Acı ölüm, yaraları qopardı.

    Zeynəbəm, səsinin vurğunu idim,
    Vətən naləsi idi, onun səsində.
    Elə ah çəkirdi, fəryad edirdi,
    Muğam ağlayırdı, qəm nəfəsində.

    25 01 2016.

  • Kənan AYDINOĞLU.”Məni haqq yoluna döndər, İlahi!”

    1902788_614529541965133_896121757_n

    Könlümdə yurd salan kin tonqalını,
    Dumduru çeşməylə söndür, İlahi!
    Ulu dərgahında mərhəmətindən,
    Sən bu yer üzünə endir, İlahi!
    Məni haqq yoluna döndər, İlahi!

    Döyüşsəm şeytanla mən ömrüm boyu,
    Köməyə min mələk göndər, İlahi!
    Çoxalıb artdısa günahım mənim,
    Sən mənim özümü dindir, İlahi!
    Məni haqq yoluna döndər, İlahi!

    Sentyabr.2009.

  • Xalq şairi Xəlil Rza ULUTÜRK

    Xəlil Rza Ulutürk (d. 21 oktyabr, 1932, Pirəbbə, Salyan rayonu (kənd indi Neftçala rayonuna daxildir), Azərbaycan SSR – ö. 22 iyun, 1994, Bakı, Azərbaycan) — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycanın Xalq şairi (1992)[1]. “İstiqlal” ordeni ilə təltif olunub.

    Həyatı

    Xəlil Rza Ulutürk 1932-ci ildə Salyanın Pirəbbə kəndində dünyaya gəlmişdir. 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olmuşdur. İlk mətbu şeri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində işıq üzü görmüşdür. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak etmişdir.

    1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlamışdır. O burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu – “Bahar gəlir” (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olmuşdur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuil Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə kollektiv səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxmışdır.

    1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə etmiş, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Onu institutda müəllim kimi saxlamışlar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açmışdır.

    Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, “danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı”. Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin safhğını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. “Bilik” cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır:

    “Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şerlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər”[2].

    Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Onu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafık əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də “şübhəli şəxs” kimi təqib olunur, onun imkanlarını məhdudlaşdırır, “təhlükəli ictimai mübarizə” yolundan çəkindirməyə çalışırlar.Xəlil Rza Ulutürkün atası Rza Ulutürkdür.

    Yaradıcılığı

    1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılandı. Bu soyuq münasibət onu sarsıtmadı. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır; yeni şerləri, elmi araşdırmaları ilə təsəlli tapır. 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.

    Xəlil Rzanın azadlıq səsi

    1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.

    Biz Türküstan elləriyik,
    Qeyrət, qüdrət selləriyik.
    Daşnakları qovan bizik,
    Dar gözləri ovan bizik.
    Yetər meydan suladılar,
    Yurdumuzu taladılar.
    Bakımızı əzizləyək.
    Əqrəblərdən təmizləyək!
    Şölə versin bu ləl, mərcan –
    Ermənisiz Azərbaycan! murad

    Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırım siyasəti Qorbaçovun və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.

    1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya – Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyini, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.

    Xəlil Rza 1990-cı il yanvarın 29-dək – 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza” təxəllüsləri ilə çap etdirmişdi. “Xəlil Rza Ulutürk” təxəllüsü isə şairin keçdiyi mübarizə yolunun, ədəbi-mənəvi axtarışlarının məntiqi nəticəsi idi. Şair ömrünün son illərində, dörd il beş ay, 22 gün – 1994-cü il iyun ayının iyirmi ikisinədək, dünyasını dəyişən günədək yazdığı şerlərdə və nəşr etdirdiyi kitablarda Xəlil Rza Ulutürk imzasını qoymuşdur. Şairin vəfatından sonra, onun ömür-gün yoldaşı, vəfadar Firəngiz xanım XX əsrin axırlarından bu günədək Xəlil Rzanın şerlərini, gündəliklərini və tərcümələrini sahmana salıb sanballı kitab halında Xəlil Rza Ulutürk imzası ilə nəşr etdirməkdədir. O, Xəlil Rzanın yarımçıq işlərini – “işıq üzü görməyən küll halında qalmış əsərlərini” nəşr etdirməklə “onunla nəfəs alır”, onu yaşadır, onu ölməzliyə, əbədiyyətə qovuşdurur.

    Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.

    1991-ci il mayın 6-da Xəlil Rza “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. Süleyman Dəmirəlin tapşırığı ilə cərrah Paşa adına Şəfa evində onun şəkərini və gözlərini müalicə edirlər. May ayının 19-da Həsaki Qəlb xəstəxanasında Xəlil Rzanın ürəyində cərrahiyyə əməliyyatı aparılır. 1993-cü il fevral ayının 11-də Bakıya qayıdan Xəlil Rza ayağından çıxarılan şırımın yeri bitişmədiyindən müalicə komissiyasında həkimlərin nəzarəti altında saxlanılır. Lakin çox çəkmir ki, həkimlərin məsləhətinə görə, şairi Almaniyaya göndərirlər. 1993-cü il avqust ayının 23-də Xəlil Rza Firəngiz xanımla Bakı-İstanbul-Köln təyyarə marşurutu ilə Almaniyaya gedir, Zolenger şəhər klinikasında müalicəsini davam etdirir. Bakıya qayıdan Xəlil Rzanın bir müddətdən sonra yenə vəziyyəti ağırlaşır, onu Kardiologiya İnstitutunda müalicə edirlər.

    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza və Firəngiz xanım da nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Bu tarixi səfər Xəlil Rzanın son səfəri oldu. Fransa səfərindən sonra tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şerlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması onu haldan salıb vəziyyətini ağırlaşdırdı. Sonrakı müalicə nəticə vermədi. 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı-bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı.

    Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu, onun məzari üstündə şairin əzəmətli heykəli yüksəldildi.

    Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edildi.

    Əsərləri

    Bahar gəlir. Bakı: Uşaqgəncnəşr, 1957, 40 səh.
    Sevən gözlər. Bakı: Azərnəşr, 1959, 84 səh.
    Məhəbbət dastanı. Bakı: Uşaqgəncnəşr, 1961, 92 səh.
    Mənim günəşim. Bakı: Azərnəşr, 1963, 52 səh.
    Qollarını geniş aç. Bakı: Azərnəşr, 1965, 115 səh.
    Krasnodon qartalları. Bakı: Gənclik, 1967, 128 səh.
    Yeni zirvələrə. Bakı: Azərnəşr, 1971, 180 səh.
    Ucalıq. Bakı: Gənclik, 1973, 168 səh.
    Doğmalıq. Bakı: Azərnəşr, 1977, 184 səh.
    Məqsud Şeyxzadə. Bakı: Bilik cəmiyyəti, 1978, 67 səh.
    Taparam səni. Bakı: Yazıçı, 1980, 268 səh.
    Məqsud Şeyxzadənin bədii yaradıcılığı. Bakı: Elm, 1981, 233 səh.
    Marallar da duz yeyərmiş. Bakı: Gənclik, 1981, 155 səh.
    Ömürdən uzun gecələr. Bakı: Gənclik, 1982, 152 səh.
    Hara gedir bu dünya. Bakı: Yazıçı, 1983, 280 səh.
    Daşdan çıxan bulaq. Bakı: Gənclik, 1986, 190 səh.
    Məndən başlanır vətənim. Bakı: Yazıçı, 1988, 338 səh.
    Davam edir 37. Bakı: Gənclik, 1992, 528 səh.
    Ayla günəş arasında. Bakı: Yazıçı, 1992, 548 səh.
    Qəhrəman Təbrizim. Bakı: Gənclik, 1994, 348 səh.
    Uzun sürən gənclik. Bakı: Azərnəşr, 1994, 435 səh.
    Türkün dünyası. Bakı: “Qorqud” nəşriyyatı, 1994, 351 səh.
    Mən Şərqəm. Bakı: Elm, 1994, 766 səh.
    Bağışla, ey vətən. Bakı: “Qorqud” nəşriyyatı, 1996, 146 səh.
    Ömür kitabını yazan şairə. Bakı: “Mütərcim” nəşriyyatı, 1998, 110 səh.
    Lefortovo zindanında. Bakı: “Azərbaycan” nəşriyyatı, 1998, 240 səh.
    Xəlil Rza seçilmiş əsərləri iki cilddə ,,Şərq-Qərb,, 2005 Xəlil Rza Seçmələr ,,Bakı Kitab Klubu,, 2015

    Səsləndirilmiş əsərləri

    Laləzar Mustafayeva – “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram”

  • Əziz Musanı doğum günü münasibətilə təbrik edirik! (2 fevral 1951-ci il)

    em

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, “Qızıl qələm” media mükafatı laureatını, pedaqogika üzrə fəlsəfə doktorunu, şair-jurnalisti doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci il fevral ayının 2-də Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Yaradıcı Müəllimlər Birliyinin üzvüdür.Qırxa qədər kitabın müəllifidir.Şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat”, “Ədəbiyyat naminə”, “Kaspi”, “Azərbaycan Gəncləri”, “Respublika Gəncləri”, “Kommunist”, “İlham Çeşməsi” və s. qəzetlərdə dərc olunub.
    2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.Pedaqogika üzrə fəlsəfə doktorudur.”Azərbaycan” Nəşriyyatında “İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktorudur.Qarabağ müharibəsi veteranıdır.2008-ci ildə müqəddəs Həcc ziyarətində olub.
    2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb.

    PAPAQ ATDI OYUNU

    Təbiət nurlanır, ürək sevinir,
    Bayram eyləyirik hər yaz gələndə.
    Xonçalar bəzənir, nəğmələr dinir,
    Deyirik, gülürük Novruz gələndə.

    Ruzi-bərəkətdi, sevgidi bahar,
    Səməni bəzəyir evlərimizi.
    Hər evdə sübhəcən çıraq, şam yanar,
    Bahar xoş günlərə səsləyər bizi.

    Qeyrət, hünər qalıb Qorqutdan bizə,
    Kosa da, keçəl də bizimki deyil.
    Dünya göz qoyursa adətimizə,
    Sayıq olmalıdı indiki nəsil.

    Kim bizə öyrədib papaq atmağı,
    Papaq ata-ata millət uduzdu.
    Birləşək, barışaq bayram axşamı,
    Papaq qeyrətimiz, namusumuzdu.

    Pay verib, pay alıb babalarımız.
    Papağı başından salmayıb heç kim.
    Bağlı olmayıbdı qapılarımız,
    Bayramda naümid qalmayıb heç kim.

    Qeyrəti atmayaq ayaq altına,
    Bir ovuc şirnidən, noğuldan ötrü.
    Ləkə gətirməyək xalqın adına,
    Qapılar gəzməyək nağıldan ötrü.

    Gəlin yallı gedək ocaq başında,
    Oxuyaq hamımız birlik nəğməsi.
    Papağa and içək, oda and içək.
    Bir də talanmasın Odlar ölkəsi.

    XOCALINI AĞLAMAYIN

    Doğma şəhər qəltan oldu qanına,
    Neçə ildir getmək olmur yanına.
    And verirəm qalanların canına,
    Xocalını ağlamayın təzədən.

    Innən belə göz yaşından nə fayda,
    Alan aldı, satan satdı sarayda.
    Millət susdu o hayda, o harayda,
    Xocalını ağlamayın təzədən.

    Ağacların meyvəsini yad dərir,
    Düşmən ordan bizə acıq göndərir.
    Suyumuzu başqa arxa döndırir,
    Xocalını ağlamayın təzədən.

    Qan içində boğulubdu o çöllər.
    Bir də dinməz bizim dildə bülbüllər.
    Vaxt ötüşüb, dəyişibdi nəsillər,
    Xocalını ağlamayın təzədən.

    Dağlar gördü gürşadı da, seli də,
    Yel sovurdu yerdə qalan külü də.
    Özgələrə ümidliyik hələ də,
    Xocalını ağlamayın təzədən.

    Ağlamaqla dərd azalmaz ay qağa,
    Dağ çəkilib o torpağa, o dağa.
    Qisas deyib el qalxmırsa ayağa,
    Xocalını ağlamayın təzədən.

    QARABAĞA GEDƏSƏN

    Dönəsən Ağatlı oğlana bir gün,
    Atını çapasan doğma dağlara.
    Bir gün ağlayasan el-oba üçün,
    Daha baxmayasan yağışa, qara.

    Dörd nala çapasan sehirli atı,
    Əlinlə boğasan qarı düşməni.
    Qovasan bir yolluq dağlardan yadı,
    Azad eyləyəsən doğma Vətəni.

    Işığa dönəsən, nura dönəsən,
    Səni qarşılaya Ağoğlan dağı.
    Doğma Cəbrayıla yol götürəsən,
    Səni qucaqlaya Araz qırağı.

    Asasan Laçında bayrağımızı,
    Alasan Ağdamı yadlardan geri.
    Gəzəsən o cənnət torpağımızı,
    Verəsən ellərə bir xoş xəbəri.

    Başına yığasan eli-obanı,
    Bir çadır qurasan Cıdır düzündə.
    Şəhid oğulların yuyub qanını,
    Haqqı qoruyasan bu yer üzündə.

    Payız

    Qüruba sarıdı günün yönümü,
    Bir qu nəğməsidi mən oxuduğum.
    Ömrə calayıram payız ömrümü,
    Qışdı, ayrılıqdı indi qorxduğum.

    Qəhərdən titrəyən dodaqlar kimi,
    Bu bomboz günlərin havası acı.
    Göylərdə uçuşan yarpaqlar kimi,
    Tay məni saxlamır ömür ağacı.

    Aldadır qızılı naxışlar məni,
    Gözüm çiçək gəzir, gözüm nar gəzir.
    Məni utandırır saçımın dəni,
    Alışan ürəyim soyuq qar gəzir.
    Həsrətdən, hicrandan rəngim saralıb,
    Göylərdən qəm yağır hey gilə-gilə.
    Quzeyi çoxdandı duman-çən alıb,
    Güneydə göy otlar oynayır hələ.

    Gecəsi uzanıb günün, gündüzün,
    Sözümü üşüdür narın yağışlar.
    Buludlar alıbdı göyün üzünü,
    Köçür dəstə-dəstə köçəri quşlar.

    Ürəyim diksinir durna səsindən,
    Urvatlı bir şeir yaza bilmirəm.
    Zirvəyə qar düşür qış nəfəsindən,
    Tanrı yazdığını poza bilmirəm.

    Axı mən nə umum qəmli payızdan,
    Qələmim əlimdə durna lələyi.
    Mən ki, doymamışam bahardan, yazdan,
    Əsir xəzan yeli, payız küləyi.

    Yaman kövrək olur payızlı şeir,
    “Vağzalı” çalınır, ümid göyərir.
    Hanı bənövşəli, o nazlı şeir,
    İndi Əziz Musa bayatı deyir.

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    SAVALANIN ZİRVƏSİNDƏ QAR GÖRÜRƏM

    Savalanın zirvəsində qar görürəm,
    Yellər əsir soyuq-soyuq, sərin-sərin.
    Köhnə qardan tar bağlamış o yerlərin
    İlk bahara ehtiyacı var, görürəm,
    Savalanın zirvəsində qar görürəm.

    Güneyi də kölgəlidir quzey kimi,
    Bəli, dağ da tablamazmış həsrətlərə.
    Nəfəsini xəstə kimi dərə-dərə
    O inləyir, o sızlayır bir ney kimi,
    Güneyi də kölgəlidir quzey kimi.

    Gah gizlənir, gah da çıxır buludlardan;
    Seyr edirəm, zirvələri qardı yenə.
    Camalını bir tutqunluq sardı yenə,
    Görünmədi, yoxsa onu örtdü duman?
    Gah gizlənir, gah da çıxır buludlardan.

    Seyr edirəm, görmədiyim cəlalını,
    Qəlb donduran soyuqdanmı küsmüş həyat!
    Savalanın qarı qat-qat, dərdi qat-qat,
    O gözləyir qardaşının vüsalını,
    Seyr edirəm, görmədiyim cəlalını.

    Dağ olsan da dözməyirsən bu dərdə sən,
    De, Savalan, mən bu dərdə neçə dözüm?
    Nə müddətdir baxır sənə həsrət gözüm,
    Saralıram qardaşımın firqətindən,
    Dağ olsan da dözməyirsən bu dərdə sən.

    Sənin başın ağarıbdır, mənim saçım,
    Ayrılığın meyvəsidir bu qəm-qubar.
    Deyirlər ki, dərdli olan dərdi duyar:
    Gəl, Savalan, ürəyimi sənə açım,
    Sənin başın ağarıbdır, mənim saçım.

    Dağlar, düzlər sanki ovcum içindədir,
    Əl uzatsam, o sahilə çatar, baxın.
    Torpaq doğma, yerlər tanış, mənzil yaxın,
    Bəs aranı xəncər kimi kəsən nədir?
    Dağlar, düzlər sanki ovcum içindədir.

    Öz yurduna uzaqlardan baxan oldum!
    Əlim çatmır, ünüm yetmir indi sənə.
    Araz boyu dolaşdıqca dönə-dönə
    O sahili küləklərdən xəbər aldım,
    Öz yurduna uzaqlardan baxan oldum!

    … Savalanın zirvəsində qar görürəm,
    Yellər əsir soyuq-soyuq, sərin-sərin,
    Köhnə qardan tar bağlamış o yerlərin
    İlk bahara ehtiyacı var, görürəm,
    Savalanın zirvəsində qar görürəm.

    1959

    “Yağışdan qorxuram…”

    Yağışdan qorxuram,
    Güclü yağışdan…
    Göylər kiprik çalıb ağlamamışdan
    Qorxudur yağacaq leysanlar məni.
    Yox, yox, qınamasın insanlar məni.
    Sönməkdən qorxuram,
    Sönmək yamandı!
    Bir ovuc boz külə dönmək yamandı…
    Lalədən rəng alan parlaq közəm mən,
    Nəfəsi atəşli, odlu sözəm mən,
    Alışan tonqalam, yanan tonqalam,
    İstərəm ömürlük bu sayaq qalam, —
    Onunçün qorxuram güclü yağışdan…

    Bir də ki, buz rəngli soyuq baxışdan.
    Ah, soyuq baxışlar,
    Soyuq baxışlar!
    Sizdən gileyim var, şikayətim var.
    Uçmaq istəmişəm – endiribsiniz,
    Yanmaq istəmişəm – söndürübsünüz,
    Dinmək istəmişəm –susdurubsunuz,
    Siz məni öldürüb, basdırıbsınız
    Sözsüz, hərəkətsiz –
    Soyuq baxışla!
    Təmiz bir duyğuyla, saf anlayışla
    Günəş hərarətli gözə dönmüşəm,
    Lakin sizi görcək buza dönmuşəm.
    İçimdə boğulub qalıbdır səsim,
    Sönübdür alışmaq, yanmaq həvəsim.
    Onunçün qorxuram soyuq baxışdan.
    Yağışdan qorxuram…
    Güclü yağışdan!

    1969

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    OXŞA MƏNİ

    “Könül dəftərim” – silsiləsindən

    Dərdə, sərə boyanmışam,
    Kül olmuşam, lap yanmışam.
    Boynu bükük dayanmışam,
    Dön gəl, özün oxşa məni.

    Dünya sərxoş, dünya yatıb,
    Dərd yükünü mənə çatıb.
    Doğmalar da məni atıb,
    Dön gəl, özün oxşa məni.

    Zindan kimi, zülmət otaq,
    Buz kimidir sənsiz yataq.
    Dön, fələyə meydan açaq,
    Dön gəl, özün oxşa məni.

    Gör haradan əsir yellər?
    Xəndan olub qızıl güllər.
    İnlər “Yanıq Sazda” tellər,
    Dön gəl, özün oxşa məni.

    Olammazsan bunca zalım,
    Düşün, sənsiz necə qalım?
    Dön yanıma, qadan alım,
    Dön gəl, özün oxşa məni.

    Dövran tutsun gül əlindən,
    Keçək həsrət, qəm selindən.
    Seçilməyək “bəy- gəlindən”,
    Dön gəl, özün oxşa məni…

    MÜBARİZ DOĞULMUŞAM

    Yenə dərdlər qövr edir,
    Qüssə, kədər qəlb didir.
    Fərəh, sevinc gen gedir,
    Saralmışam, solmuşam.

    Qayda budur əzəldən
    Qaçmaq olmaz əcəldən.
    Xoş günlər çıxıb əldən,
    Bulud kimi dolmuşam.

    Bəxt, tale qurub tuzaq,
    Düşmüşəm eldən uzaq.
    Zaman qanlı yalquzaq,
    Tənha, naçar qalmışam.

    Fələk meydan sulayır,
    Ac qurd kimi ulayır.
    Mən susmuşam, o sayır,
    Suçsuz şikar olmuşam.

    Torpaq- vətən, həm anam,
    Ona layıq Dövranam.
    Gərək məğrur dayanam,
    Mübarız doğulmuşam…

  • Nəcibə İLKİN.Yeni şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Gətirdiyin sevda güllərinin solmuş ləçəklərini hələ də saxlayıram…….

    Gör nə vaxtdı görüşmürük əzizim,
    Nə var, nə yox, söylə halın necədi?
    Sənsiz keçən günlərimi sel yuyur
    Mənsiz keçən qeylü-qalın necədi?

    İncələnib ürəyimin telləri,
    Həsrətimin ayağı yalın qalıb.
    Səndə mənim nəyim qalıb biımirəm,
    Məndə sənin bir ovuc gülün qalıb.

    Ətrin qalıb hər qurumuş ləçəkdə,
    Xatirələr dağıdıb didir məni.
    Dur qarşıla, qapında dayanmışam,
    Son görüşdü, bir azca dindir məni.

    Nə sehrdi bu qurumuş güllərdən,
    Əl götürüb ayrıla biləmmirəm.
    Bu nə sevda, bu nə əzab,nə dərddi,
    Nə yaşaya billəm, nə öləmmirəm.

    Baxışlarım qonağındı hər gecə,
    Ümidlərim od tutub yanır indi.
    Mənim ürəyimdə qoyduğun sevgi..
    Tək sənin başına dolanır indi.

    OLMASIN SƏBRİN, VƏTƏNİM!

    Sənə baş sağlığı verdim o gecə,
    Dedim ki, olmasın səbrin, Vətənim!
    Gör neçə günahsız oğullarının,
    Qazıldı qoynunda qəbri, Vətənim!

    Hayqırdı azadlıq istəyi, eşqi,
    Qan boğa bilmədi bu qızıl teşti,
    Sinənin üstündən zalımlar keçdi,
    Kim verdi bu qanlı əmri, Vətənim!

    Çökdü sinəm üstdə dumanlar,azdım,
    O gecə susmadım, qəmli avazdım,
    Biımirəm ömrümə mən necə yazdım,
    “20 YANVAR” adlı ömrü, Vətənim!

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Məni

    Gözlərim buludtək dolub,
    Qınama, qınama məni.
    Allah, dözümüm qalmayıb,
    Sınama, sınama məni.

    Bir eşqim var adı xəta,
    Mən yandıqca yanır o da.
    Ay ellərim, yetin dada,
    Bürüyün ahıma məni.

    Haqq adlanan divandayam,
    Usandığım bir candayam.
    Gecələr ah-fəğandayam,
    Gömün sabahıma məni.

    QƏRƏNFİL

    Dağ dözməzdi bu dərdə,
    Dözdü qərənfil, qərənfil.
    Dərdləriylə qol götürüb,
    Süzdü qərənfil, qərənfil.

    Məzarların tacı oldu,
    Ana oldu, bacı oldu.
    Bu dünyaya carçı oldu,
    Sözdü qərənfil, qərənfil.

    Tarixin qan yaddaşıdır,
    Şəhidin məzar daşıdır.
    Ləçəyində od daşıdı,
    Közdü qərənfil, qərənfil.

    Çiçəkdi, haqqın səsidi,
    Ürəkdi, duydum səsini.
    Azadlığın nəğməsini,
    Yazdı qərənfil, qərənfil.

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    İstəmirəm təm-tarağı

    İstəmirəm təm-tarağı,
    Könlüm, gözüm toxdur, Allah.
    Sözdür qəlbimin çırağı,
    Var-dövlətim çoxdur, Allah.

    Sən ilham ver, mən də yazım,
    Qoy yayılsın xoş avazım.
    Xoşbəxt olsun oğlum, qızım,
    Başqa arzum yoxdur, Allah.

    Daşdan-daşa dəydi başım,
    And yerimdi damım,daşım
    İti sözüm, sərt baxışım,
    Yaydan çıxan oxdur, Allah.

    Haram tikə götürənin,
    Ömrə dərd-qəm gətirənin,
    Haqqı-sayı itirənin,
    Qarşısına çıxdı, Allah.

    23.10.2016.

    Baba

    Yaxın dostumun şərəfinə baba olması münasibətilə

    Nə yaxşı hiss imiş babalıq hissi,
    Balamın balası, şirindən şirin.
    Adamın həyata artır həvəsi,
    Görəndə övladın barın, bəhərin.

    Uşaqla uşaqdı müdrik babalar,
    Nəvənin önündə uşaqlaşırlar.
    Göstərə-göstərə mərdlik, babalar,
    Artıq cavanlıqdan uzaqlaşırlar.

    Nəvənin xoş günü, adı naminə,
    Ocaq altda yanar, oda köz olar.
    Hər vaxt sinə gərər, o çətin günə,
    Zülmətə nur saçan bir cüt göz olar.

    Şam kimi əriyər, od kimi yanar,
    Babadan hümmətdi, nəvədən xidmət.
    Ahıl vaxtında da, dincliyin danar,
    Nəvəyə ömrünü verər əmanət.

    Qədrini bilənə olaydı qismət,
    Kaş bu müqəddəs ad, bu şərəfli ad.
    Tanrının verdiyi şipşirin nemət,
    Babaya nəvədi, ataya övlad.

    Kəsdiyi çörəyin halallığını,
    Nəvənin qanına hopdurar baba.
    Saxlayar adının cəlallığını,
    Həqiqət yolunda mərd durar baba.

    29.01.2017.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    DÜNYA

    “Ol” dedi Yaradan, bircə sözündən,
    Gül kimi boy atdı, böyüdü dünya.
    Bəzəndi, düzəndi, al-yaşıl oldu,
    Bitirdi almanı, söyüdü dünya.

    Adəmi, Həvvanı gətrdi cana,
    Bəşər övladını verdi cahana,
    Müqəddəs ad verdi ata, anaya,
    Yetirdi qorxağı, iyidi dünya.

    Verdi bəndəsinə min bir əzabı,
    Hər kəsi sınadı, çəkdi hesabı,
    Yendirdi göylərdən neçə kitabı,
    Tanıdı mollanı, seyidi dünya.

    Böldü torpaqları, milləti, eli,
    Ayırdi insanı, ayırdı dili,
    Oynadı şimşəyi, kükrədi seli,
    Verdi məsləhəti, öyüdü dünya.

    Birini qul etdi, birini ağa,
    Bükdü hər insanı axırda ağa,
    Girdi şeytan qəlbə, cin aralığa,
    Batdıq biz günaha “ay gidi” dünya.

    GÖZƏL

    Gülümsə üzümə, qoy mən də gülüm,
    Tay sənsiz yaşamaq zülümdü, zülüm,
    Qoyma həsrətindən, dərdindən ölüm,
    Çəkmə gözlərimdən gözünü, gözəl.

    Baxışın Günəştək nur saçır hər an,
    Qəlbimdi eşqinlə alışıb yanan,
    Məni naz-qəmzənlə üzmə ey canan,
    Eşidim mehriban sözünü, gözəl.

    Sən mənə nə olar, mərhəmət eylə,
    Bəzə bu dünyanı qiyamət eylə,
    Eşqini sən mənə əmanət eylə,
    Görüm camalını, üzünü, gözəl.

    Nolar bu dünyanı sən mənə qıysan,
    Canımsan, gözümsən, mənə həyansan,
    Sən mənim ruhumu qəlbimi duysan,
    Deyərəm sözlərin düzünü, gözəl.

    Sinəmdə quş kimi çırpınır ürək,
    Dərdindən dəliyəm, sevimli mələk,
    Gül ki, gülsün dünya, açılsın çiçək,
    Alışdır bu eşqin közünü, gözəl.

  • Rizvan CƏFƏRLİ.”Sabah o qızın toyudur…”

    Ceyhun onun yanına gəlmiş bacısını görmək üçün tələsirdi. O,iki ildən çox üzünü görmədiyi böyük bacısını görmək,onunla ürək dolusu söhbət etmək istəyirdri. Axı, uşaq vaxtlarından Ceyhuna ana kimi qayğı göstərən, min bir əziyyətinə qatlaşan bacısı olmuşdur. Kənddə-kəsəkdə olanlardan xəbər tutmaq istəyirdi. Hərbi xidmətə gedəndən, doğma kəndində nələr olduğundan xəbərsiz idi. Kəndləri cəbhə bölgəsindən elə də uzaq deyildi. O da vətənini çox sevən gənclər kimi vətənin bu dar günündə kənarda qala bilməzdi…Orta məktəbi əla qiymətlərlə qurtarsa da, universitetə gəbul ola bilməmişdi…..
    O, görüş otağının qarşısında var-gəl edən bacısını görəndə sanki qanadlanıb uçmaq istədi, elə bil bütün dünyanı ona bağışladılar. Gözlərinə inanmaq istəmirdi. Axı, bu iki ildə onu kimsə yad etməmiş, hal-əhval tutmamışdı. Onun çoxlu qohumları, uşaqlıq dostları olsa da sanki hamı Ceyhunu unutmuşdu…..Amma bir şeyi də unutmuşlar ki, onların isti mənzillərində rahat yatmaqları, rahat yaşamaları Ceyhun kimi yuxusuz qalan, soyuqda, çovğunda silah əllərində bu gündən sabaha çıxmağa ümidi olmayan, vətən keşiyi çəkənlərin sayəsindədir.
    Ceyhun bacısı ilə qucaqlaşıb öpüşdülər. Bir müddət hər ikisi susdu. Bu susqunluğu Ceyhun pozub, yaxınlıqda olan qoca tut ağacının altındakı oturacağı göstərərək:
    – Bəlkə oturaq?
    Hicran başı ilə “hə”,- deyərək razlığını bildirdi. Ceyhunla yanaşı oturacaqda əyləşdilər…
    Ceyhun sevincindən qaça-qaça gəldiyindən tərləmiş,nəfəsi bir az təngimişdi. Yayın günəşli günü olsa da, günəşin qaynar şüaları hər tərəfə qol-budaq açmış qoca tut ağacının yarpaqlarından keçib oturacağa çatmırdı. Ağacın bu kölgəsindəki sərinlik ona xüsusi bir ləzzət verdi, nəfəsini dərindən alıb söhbətə başladı. Əvvəl evdəkiləri soruşdu, anası haqqında daha çox suallar yağdırdı.
    Bacısını uşaq kimi sorğu-suala tutmuşdu, çunki bilirdi ki, görüş vaxtı çox az idi. Həm də bacısı rayona gündə bir dəfə gedən avtobusa çatmalı idi.
    Hicran qardaşının bütün suallarına həvəslə cavab verir, arada bir onun vəziyyəti ilə də maraqlanırdı. Ceyhunu maraqlandıran isə başqa bir sual da vardı. Amma bilmirdi ki, onu bacısından necə soruşsun.
    Bir az fikirləşib:
    -Hicran, kənddə təzə nə xəbər var? Toy edən, gəlin gətirən, gəlin köçən varmı?
    Hicran gülə-gülə :
    -Niyə yoxdur, qadasın alım. Bacın sənə qurban , müharibə hamı üçün deyil ki, kimi vətən qoruyur, kimisi öz kefindədir. Allahın köməyi ilə müharibə tezliklə qurtarar, sən də sağ-salamat evimizə dönərsən, belə toylardan biri də səninçün olar. Hələ bir instituta da girərsən, təhsilini davam etdirərsən. Sağlıq olsun.
    Ceyhun hələ uşaqlıqdan bacısından heç bir sirr saxlamazdı. Hicran onun həm ən əziz bacısı, həm də yaxın dostu, sirdaşı idi. Amma, ondan da gizli saxladığı bir sirri var idi. Aça bilmirdi. Bu onun Sevda ilə aralarında olan məhəbbəti idi. O, hələ uşaq vaxtlarından Sevdaya sonsuz məhəbbət bəsləmiş, böyüdükcə bu məhəbbət daha da artmışdı. Sevda ilə son görüşdə əhdi-peyman kəsmiş, bu sevgiyə ölənə qədər sadiq olacaqlarına söz vermişdilər. Sevda onunçün hər gün dualar edəcəyini, yolunu gözləyəcəyini vəd etmişdi. Hətta ona uğurlar diləmiş, ondan göz yaşları ilə ayrılmışdı.
    İndi qəlbini köz kimi yandıran bu sevgisi haqqında bacısına nə dyəcəyni, sevdiyi Sevdanı necə soruşacağını götür-qoy edirdi……Ancaq qəribə idi ki, ürəyində Sevda sarıdan bir narahatçılq yaranmışdı son zamanlar. Bu hisslərin nə olduğu özünə də aydın deyildi..
    – Hicran, bəs toyu olan kimlərdir?
    Hicran başladı bir-bir sadalamağa:
    – Naziləni Həsənin oğlu qaçırdıb, deyirlər qız özü razı imiş. Sevda tuz Məmmədin oğlu Vasiflə nişanlıdı idi. Sabah toylarıdır…..
    Ceyhun bu sözdən sonra artıq heç nə eşitmirdi, sanki gözləri önündə dunya zülmət qaranlığa qərq olmuşdu, göy üzünü bulud almışdı, qulaqlarında elə bil şimşək çaxırdı. Hər yerdən vahiməli səs gəlirdi , sanki canlı və cansız nə vardısa qışqırırdı: -Sevdanı tuz Məmmədin oğlu Vasifə veriblər, sabah toylarıdır.. Bu səs dönüb-dönüb onun qulaqlarında əks-səda verdi. Beyni uğuldamağa başladı. Nə deyəcəyini bilmədi. Hətta harda olduğunu belə unutdu. Sanki donmuşdu. Deməli, hissləri onu aldatmamaışdı.
    Hicran danışırdı, Ceyhun isə öz aləmində idi. Eşitdiklərinə inanmaq istəmiirdi. Bir anlıq qəlbində, baxışında həyata, onun yazılmamış amansız qanunlarına nifrət yağdırmağa başladı.
    Hicran kənd haqqında bildiklərini danışdıqdan sonra, qardaşına dönüb:
    – Bəs sənin vəziyyətin necədir? Bir az da sən danış!
    Ceyhun sanki yuxudan oyandı. Bacısının verdiyi sualı ayıq başla yadına salmaq istədi.
    Onun bu halından xəbər bilməməsi üçün özünü ələ almağa çalışdı. Elə kövrəlmişdi ki, sanki qara buluda dönmüşdü, yağmaq üçün məqam axtarırdı. Xəyalları onu çox uzaqlara aprmışdı. Birdən qəflət yuxusundan ayılan kimi:
    – Hə,.. nə dedin bacı?
    – Hicran sualını təkrar etdi. Ceyhun:- “hər şey qaydasındadır”,- deyə, könülsüz cavab verdi.
    Hicran saatına baxıb: -Artıq gecdir, avtobusun vaxtına az qalıb, – deyib, ayağa durdu.
    Ceyhun bacısı ilə vidalaşıb fikirli-fikirli bölməyə qayıtdı. Heç kəslə danışmadan öz aləminə qapanmışdı. Fikirləri dolaşıq, əhvalı bulanıq idi. Özünü fikirlərin əlindən ala bilmirdi. Gözünün önündən Sevdanın əksi getmirdi. Qırıq-qırıq olmuş ümidləri onu əzirdi.
    Artıq şər qarışmış, əsgərlərin yatma vaxtı çatmışdı. Bölük növbətçisi ,,Yatmaq,, əmrini verdi və yataqxananın işıqlarını söndürdülər. Ceyhun yerinə uzansa da, yata bilmədi. Olanların hamısı sanki dünən olmuş kimi gözləri önündə canlandı. Taleyin bu amansız qanunu ilə barışmaq istəmir, dişi dodağını bıçaq kimi kəsirdi. Xəyalı onu uzaq keçmişə aparmışdı. Sevdalı xatirələr onu ağuşuna almışdı.
    Hələ məktəb illərində Ceyhun yay tətilini yaylaqda keçirərdi. Sevdanın nənəsi də həmin yaylaqda olardı. Sevda da bəzən nənəsinin yanına gələrdi….Sevdanın gəlməsi Ceyhun üçün toy-bayram idi. Nədəsə onda Sevdaya qarşı qəribə bir hiss yaranmışdı. Get-gedə bu hiss onun içində alova dönmüşdü. Elə hey onu görmək istəyirdi..
    Bir dəfə Ceyhun su gətirmək üçün bulağa getmişdi, bulaq binələrdən bir az uzaqda yerləşirdi. Bulağın suyu diş goynədən olduğu üçün adını “Daş bulaq” qoymuşdular. Doğrudan da su o qədər soyuq, bumbuz idi ki, adamın əlini belə dondururudu. Sevda da bulaq başında idi. Onun Sevda ilə bir-birinə sevgi etirafı həmin o gündən başladı. O gün Ceyhun üçün ən unudulmaz və əziz gün idi. Qəlbini sevdiyi Sevdasına açmışdı. O da razı olmuşdu.
    Sevdanın atası sovxoz direktoru idi. Ceyhun siravi bir müəllim övladı idi.
    Sevdagil dəbdəbəli yaşadığından Ceyhun ürək edib bu sievgisini kimsəyə açmamışdı.. Ailələri çoxuşaqlı idi.. Axı, onun nə evi-eşiyi, nə pulu, nə təhsili var idi. Ceyhun bunları Sevdaya desə də, Sevda onu inandırmağa çalışırdı ki, mən səni dünya varına dəyişmərəm.
    Qapılarına çoxlu elçilər gəlsə də, Sevda oxumaq bəhanəsi ilə hamıya yox deyirdi.
    Ceyhun inana bilmirdi …..
    İndi Ceyhun vətən qoruyur,Tuz Məmməd kimiləri isə pul gücünə uşaqlarını hərbi xidmətə yararsız çıxarmış, maşın altlarında orda, burda keyf edirlər, Ceyhun kimilər isə vətəni yağı düşmənlərdən qoruyur, canlarından belə keçməyə hazırdırlar.Tuz Məmmədlər özləri və övladları vətənin köksündə gəzir, natəmiz ayaqları ilə onsuz da qəlbi qan sızlayan torpağı ləkələyirlər. Ceyhunların məhəbbətini öldürür, arzularını gözlərində qoyurlar.
    Ceyhun Tanrıya yalvarırdı, səhər açılmasın deyə… Yatmaq istəsə də yata bilmir, yerində gah o üzünə, gah bu üzünə çevrilir, fikirlər onu sanki bir şahmar ilan kimi çalırdı.
    -Bəlkə də Sevdada günah yoxdur, mənim kimi kasıb bir oğlan onun nəyinə lazımdır? Evim yox,eşiyim yox, üstəlik bilinmir geri sağ dönə biləcəm, ya yox?….Vasifin isə evi, pulu, təhsili, maşını…..
    Ceyhunun dili gəlmirdi Sevdaya vəfasız desin,etibarsız desin….Axı onun sevdiyi Sevdası dünyanın ən gözəli, vəfalısı idi….Ceyhun Sevdaya xöşbəxtlik arzu etsə də, Allaha yalvarırdı səhər açılmasın……Çünki o səhər onun üçün ən ağrılı gün kimi ömrünə yazılacaqdı.
    Artıq dan sökülürdü. Ceyhun xəzan vuran qönçə məhəbbətinin yasını tuta-tuta bir mahnını zümzümə edirdi:
    – Sabah o qızın toyudur, toyudur,
    Açılma sabahım, açılma,açılma!!!!

    Gədəbəy-Moskva

  • Şəfa VƏLİYEVA.”Bu gecə qatarla bir şair gedir”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Gülnar Səmaya

    Bu gecə qatarla bir şair gedir,
    Bu gecə gül rəngi gülümsəyir ay…
    Qatar aynasında gecə rəqs edir,
    Başına bürüyüb qara kəlağay…

    Bu gecə qatarla bir şair gedir,
    Axır misra-misra yol işıqları…
    Hardasa bir sevda dolaşıq düşür,
    Üşüdür xatirə-dolaşıqları…

    Bu gecə qatarla bir şair gedir,
    Bütün gedişlərin sonu üç nöqtə…
    Üst-üstə toplasan bir şeir edir,
    On iki kəlmənin onu üç nöqtə…

    2016

  • Fidan ABBASOVA.”Keçmişin ən gözəl qalığı sənsən”

    Keçmişin ən gözəl qalığı sənsən
    düşür xəyalımdan bir bir üzlərin
    sanırdım tapmışam ikinci mənsən
    yalana çox doydum görmür gözlərim…

    Artıq nə xatirən nədə izin var
    deməyə bir adi doğru sözün var?
    çox peşman olmuşam şübhələrim var
    boğur əllərində məni düzlərim…

    Həsrət ağır gəldi elə ağır ki.
    nə ilki göründü nə sonu bəlli
    ayrılıq bir yoldu ölüm deyil ki,
    silir yadaşımdan səni düzlərim…..

    Toxunma qoy qalsın gecdir daha gec
    dənizdə coşarkən enər er ya gec
    en sert kulek bele getirsede guc
    qırır budağını əzir düzlərim…..

    Eksik qaldı rəsim çərçivəsində
    o xoşbəxt görünüm o xoşbəxt üzüm
    səni dəyişənlər əhatəsində
    göründü gözümə ən doğrum düzüm…

    Daha bəhanəm yox heçnə dəyişmir
    Səslərdə dəyişmir əldə dəyişmir
    Fidana nə etsən artıq eşitmir
    qoruyur qollayır məni düzlərim..
    Sən artıq xəyalsan bitdi sözlərim……

  • Xalq şairi Məmməd ARAZ

    Məmməd Araz (tam adı: İbrahimov Məmməd İnfil oğlu) — şair, tərcüməçi, publisist, 1957-ci ildə[1]n AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycan Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991[1])

    Həyatı

    Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

    1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən).

    2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

    Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının “Gənclik” metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.[2]

    Publisist İradə Tuncayın atasıdır.
    Yazıçı-jurnalist Millət Vəkili Aqil Abbasın qaynatasıdır.

    Mükafatları

    Azərbaycan SSR əməkdar mədəniyyət işçisi— 30.07.1979[3]

    Əsərləri

    #Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
    #Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
    #Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
    #Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
    #Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
    #Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
    #İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
    #Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
    #Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
    #Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
    #Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
    #Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
    #Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
    #Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
    #Dünya düzəlmir. Bakı: “Azərbaycan” nəşriyyatı, 1992, 81 səh.
    #Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
    #Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
    #Yol ayrıcında söhbət. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, 318 səh.
    #Sənətdə son mənzil olmur. Bakı: “Adiloğlu” nəşriyyatı, 2001, 440 səh.
    #Ağlayan qayalar. Bakı: “Araz” nəşriyyatı, 2002, 144 səh.
    #Vətən deyin. Bakı: “Adiloğlu” nəşriyyatı, 2003, 149 səh.
    #Əsgər andı. Bakı: “Araz” nəşriyyatı, 2003, 98 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 337 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: “Ozan nəşriyyatı, 2003, 360 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 376 səh.
    #Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 365 səh.

    Tərcümələri
    (ruscadan)

    #S.V.Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
    #G.Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
    #M.Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
    #N.A.Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
    #Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.
    İstinadlar[redaktə | əsas redaktə]
    ↑ Jump up to: 1,0 1,1 “M. İ. İbrahimov (Məmməd Araz) yoldaşa “Azərbaycan Respublikasının xalq şairi” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1991-ci il tarixli, 486 nömrəli Fərmanı (azərb.)
    Jump up ↑ http://www.publika.az/index.php?action=static_detail&static_id=9630
    Jump up ↑ Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı — anl.az saytı

  • Abdulla MƏMMƏD.”Sınan deyiləm”

    Məni sarsıtsan da sınan deyiləm,
    Hələ sınmaq deyil qırılmağım da.
    Yapış əllərimdən saman deyiləm,
    Gözlərin qorxmasın qırılmağımdan.

    Külümü sovurma,qorum alışar,
    Qoruna bilməzsən qorun əlindən.
    Qaçmasam ağ olar gorum alışar
    Eybinə kor olan “kor”un əlindən.

    Bu dünya qədərdir qədərinəcən,
    Hər ks ədər qədərlə yoğrulan dərddir.
    Mənə qəm yedirmə yetərinəcən,
    Onsuz da yerimə doğulan dərddir.

    Buraxıb ağlımı başlı-başına,
    Gözünün yaşıyla bulanan çayam.
    Oxu daşa dəyib daşdan yaşınan
    Əsəbi tarıma çəkilən yayam.

    Mən ki sən deyiləm yayı gizləyim,
    Bu oxun yiyəsi özüməm,canım.
    Üzündən keçmədim həya gözləyib,
    Özümə toy tutdu-özumə canım.

    Qəlbimdən keçənlər gözümdən bəlli,
    Qəlbimə girənlər bağrımı dəlir.
    Mən kiməm,nəçiyəm-sözümdən bəlli,
    Sənin kimliyini bir Allah bilir.

    Gözünün kökünü saraldar bir gün,
    Gözünün rənginə çalar baxtın da.
    Nə qədər düşməyib ümidin ölgün,
    Özünü dərk elə bir yol vaxtında.

    Nə məni sarsıtsan sınan deyiləm,
    Nə də sarmaşığam,sarmaşım sənə.
    Yapış əllərimdən saman deyiləm,
    Dərdinə təsəlli göz yaşın,mənəm!

    Abdulla Memmed
    27.01.2017.

  • Esmira RƏHİMLİ.”Solmaz” (Hekayə)

    Solmaz Rəcəbin çayına şəkər salib qarışdırdı:
    – Qoy köynəyini zivədən yığım… İndicə ütüləyib verəcəyəm. Sən yeməyini yeyənə kimi hazır olacaq.
    O həmişə belə eləyərdi. Ərindən tez yuxudan oyanıb səhər yeməyini hazırlayar, ütülənəsi bir şey varsa ütüləyər, əyin-başını səliqəyə salardı. Sonra birlikdə səhərin şehli havasında qol-qola verib işə gedərdilər. Kənddə hər bir kəs onların ardından həsədlə baxardı. Onlar bu kəndin qoşa bülbülləri, Leyli və Məcnunu idilər. Bir-birlərini hələ Bakıda Pedoqoji universitetden, tələbəlik illərindən tanıyırdılar. Lakin Rəcəb Solmazdan iki kurs yuxarı, həm də riyaziyyat fakültəsində oxuduğu üçün yaxından tanış olmasalar da bir-birlərinin eyni kənddən olduqlarını bilirdildilər. Solmaz rus dili müəlliməsi kimi kənd orta məktəbinə işə düzələndə Rəcəb artıq həmin məktəbdə riyaziyyat müəllimi kimi işləyirdi. Bir-birlərinə aşiq olsalar da çəkinir, yalnız üz-üzə gələndə salamlaşırdılar. Lakin bir gün Rəcəb salamlaşdıqdan sonra ayaq saxladı:
    – Eşitdim nişanlanmısan?
    Solmaz baxışlarını yerə endirib etinasızlıqla: – Hə… – dedi.
    – Xoşbəxt ol, Solmaz! Görəsən kimdir o bəxtəvər? Həsəd aparıram ona! Kaş onun yerində mən olaydım…
    Solmaz soyuqqanlılıqla gülümsədi:
    – Doğrudan da, kaş elə onun yerində sən olaydın…
    Elə bil qızın dilinə vurulmuş qıfılı açıb götürmüşdülər. Rəcəb onun bu sözündən bir az da cəsarətləndi:
    – Onun yerində mən necə ola bilərdim? Sən heç vaxt mənə gəlməzdin. Mən atasız, yetimçiliklə böyüyən oğlan, sən isə bu kəndin ən varlı ailəsinin qızı! Yox, sən mənə gəlməzdin!
    Həmişəki utancaq Solmazın indi daha dünya vecinə deyildi. Ötkəm xasiyyətli atası Qulam kişi artıq onu sevmədiyi bir oğlana nişanlamışdı. Onun köhnə dostunun oğlu olan bu gənc Moskvada təhsil almış, hələ də orada yaşayan uğurlu iş adamı idi. Odur ki Qulam kişi qızın fikrini öyrənməyi lazım bilməmişdi. Bir də axı Solmaz heç vaxt atasının üzünə ağ olmamış, sözünün üstünə söz danışmamışdı. İndi nə deyib razı olmayacaqdı? Oğlan da ki yarlı-yaraşıqlı! Qız onu görən kimi könül verəcəkdi! Solmazın isə könlü kimdə olsa yaxşıdır? Rəcəbdə! Tələbəlik illərindən bəri onu uzaqdan-uzağa hər gördüyündə ürəyi titrəyirdi. Lakin atasının qərarından sonra bu ürək bütün ümidlərini üzmüşdü. İndi söhbətin belə yön alması nəticəsində ürək sözünü Rəcəbin düz üzünə deməklə sanki taleyindən qisas alırdı.
    – Nahaqq elə fikirləşirsən. Elə gələrdim ki…! Məni nişanladıqları o oğlanı heç tanımıram. Heç üzünü də görməmişəm. Adama elə ağır gəlir ki! Özümü əşya kimi hiss edirəm. Atam bu haqda mənə deməyi heç lazım da bilmədi. Həmişə mənə aid hər şeyə mənsiz qərar verib, elə indi də…
    Rəcəb ürəkləndi:
    – Elə isə sevmədiyin adamla ailə qurub özünü niyə bədbəxt eləyirsən?
    – Bəs neyləyim, çarəm nədir?
    – Anana de, atanla danışsın. Etiraz elə! De ki, istəmirəm! Sən üzüyü qaytaran kimi anamı sizə elçi göndərəcəyəm!
    Solmaz gözlərini qıyıb ümidsizliklə uzaqlara baxdı:
    – Rəcəb, sən mənim atamı tanımırsan. Onun sözünün üstünə söz demək mümkün deyil. Bu ölümə getmək kimi bir şeydir. Hələ indiyə kimi evdə onun bir sözü iki olmayıb.
    – Solmaz, indi hər şey sənin əlindədir. Əgər xoşbəxtliyimizi istəyirsənsə bunu eləməlisən.

    ***
    Solmaz elə həmin gün bu barədə söz düşməyini gözləmədən anasına etirazını bildirdi. Çünki onunla bu barədə heç danışmaya bilərdilər. Elə bir başa toy gününü təyin eləyərdilər, vəssəlam. Solmaz içəri girib əyin-başını dəyişən kimi ona yaxınlaşdı:
    – Ana, atamla danış, üzüyü qaytarsın. Mən o oğlana ərə gedən deyiləm.
    – Ay qız sən nə danışırsan? Dəlisən nəsən? Mən ona elə söz deyə bilərəm?!
    – Onda özüm deyərəm!
    – Sən Allah, onu tərsləşdirmə, ikimizi də qana salarsan! Bu gün yenə evə əsəbi gəlib.
    Solmaz anasına məhəl verməyərək otağın qapısını açıb içəri girdi. Qulam kişi siqaret çəkə-çəkə qəzetlərə baxırdı. Qızının içəri girdiyini görüb baxışlarını qəzetden ayırdı.
    – Salam, ata, sənə vacib sözüm var.
    Qulam kişi sərt xasiyyətli, tərs, inadkar adam idi. Ömründə bir dəfə də olsun ailəsilə oturub ürəkdən söhbət eləməmişdi. Adətən o özü dindirməyənə qədər arvadı və qızı onunla danışmağa cəsarət eləməzdilər. Elə ona görə də təəccüblə soruşdu:
    – Nə olub ki?!
    – Ata, mən demək istəyirəm ki, tanımadığım bir adama ərə gedə bilmərəm.
    – Mən tanıyıram yetər. Sən tanımasan da olar. Biz onun atası ilə gənclik illərindən dostuq. Bu kişi dostluğudur. Sənin ağlın arvadların dostluğuna getməsin.
    – Ata, xahiş eləyirəm, üzüyü geri qaytar.
    – Nə?! Sən nə danışırsan?! Mən heç vaxt tüpürdüyümü yalamaram! Sözümü geri götürüb şərəfimi iki paralıq eləmərəm!
    Qulam kişi ayağa qalxaraq əlindəki qəzeti ortadan qatlayıb hirslə masanın üstünə çırpdı:
    – Ay arvad, ay Minəvvər! Gəl bu qızı burdan apar! Yoxsa özümə cavabdeh deyiləm! İndi bunun başını urus qibləsinə kəsərəm!
    Minəvvər cəld içəri girib Solmazın qolundan tutub dartmağa başladı:
    – Gəl, gəl! Çıx çölə! Əsəbiləşdirmə, atanı!
    Anasının onu otaqdan çıxartmasına baxmayaraq Solmaz otağa geri qayıtmağa cəhd göstərərək bir daha yalvardı:
    – Nə olar, ata, sənə yalvarıram… Axı mən sənin yeganə övladınam. Bir də heç vaxt səndən heç nə istəməyəcəyəm, heç nə üçün xahiş eləməyəcəyəm!
    – Mən sözümün üstündən keçə bilmərəm!
    – Ata, axı mən də sözümün üstündən keçə bilmərəm! Sən öz dostuna söz vermisən, mən də bir başqasına! Nolar, qaytar o üzüyü!
    Qulam kişiyə sanki sillə vurdular. Necə yəni “bir başqasına?” O stulu çəkib oturdu. Dirsəyini masaya qoyub üzünü yana çevirdi. Çox hirsli olmasına baxmayaraq aşağı səslə dedi:
    – Mən daha sənin işinə qarışmayacağam. Kimə gedirsən get! Üzüyü də günü bu gün qaytaracağam. Amma onu da bil ki, mənim daha sən adda qızım yoxdur! Sən məni adamların içində hörmətsiz elədin! Daha o kişinin üzünə də baxa bilmərəm. Ölsən meyidini də yerdən qaldırmayacağam. Heç üstünə də gəlməyəcəyəm! Qəbrin torpaqla bir olub itsə də üstünü götürməyəcəyəm! Qoy sən deyən olsun! Di get…!
    ***
    Bəli, Solmaz Rəcəbin çayına şəkər salib qarışdırdı:
    – Qoy köyneyini zivədən yığım… İndice ütüləyib verəcəyəm. Sən yeməyini yeyənə kimi hazır olacaq.
    O həmişə belə eləyirdi. Sonra birlikdə işə gedirdilər. İndi yeddi aylıq hamilə olduğu üçün işə getmirdi. Eləcə Rəcəbi işə yola salmaqla kifayətlənirdi. Xoşbəxt idi. Tezliklə övladları dünyaya gələcəkdi. Köynəyi zivədən yığmaq üçün pilləkənlərlə aşağı, həyətə enməli idi. Üşüməsin deyə uzun, isti xalatını əyninə geyindi. Elə bir-iki pillə enmişdi ki, qəflətən ayağı xalatının ətəyinə ilişdi. İkinci mərtəbədən daş pilləkənlərlə aşağı yuvarlandı. Rəcəb onun qışqırığına çölə çıxdı. Solmaz arxası üstə həyətin ortasında uzanmışdı.
    ***
    Çox çəkmədən bütün kəndin camaatı Rəcəb gilin qapısına yığıldı. Solmaz çətinliklə nəfəs alırdı. Gözlərini elə yanındaca dizi üstə dayanmış həkimin gözlərinə zilləyib iniltili səslə yalvardı:
    – Həkim, mən ölmək istəmirəm, mənə kömək elə…
    Həkim Solmazın başının üstündən qalxdı:
    – Vəziyyəti ağırdır. Təcili rayon mərkəzindən Mütəllim həkimi tapıb gətirmək lazımdır.
    Rəcəbin qardaşı Kamil qonşunun maşını ilə vaxt itirmədən Mütəllim həkimin dalınca rayon mərkəzinə yollandı.
    Rəcəb heç özündə deyildi. Bu yıxılan insan deyil, onun dünyası idi. Dizləri əsir, başı hərlənirdi. Üzünün rəngi kağız kimi olmuş, əl-ayağı süstləşmişdi. O Solmazın yanında dizi üstə yerdə oturub əllərini öpür, onu sakitləşdirməyə calışırdı.
    – Bir az döz, Solmaz, indi Kamil Mütəllim həkimi gətirəcək.
    Solmazın gözlərində dəhşət var idi. O böyümüş gözlərini Rəcəbin gözlərinə zilləyib yalvardı:
    – Rəcəb, ölürəm, qoyma…! Əllərimi buraxma…! Yoxsa gedəcəyəm…!
    Rəcəb Solmazın iniltisinə dözə bilmirdi. Onun hönkürtüsünün səsini anasının səsi batırdı:
    – İndicə Mütəllim həkim gəlib nə lazımsa edəcək!
    Yarım saat sonra Kamil Mütəllim həkimlə gəlib çıxdı. Rəcəbin anası qəhərdən boğula-boğula ona yalvardı:
    – Həkim, qurban olum, nə yaxşı ki gəldin! Mən gözlərini yumuram, oğlum qoymur. Deyir ölməyib ki! Bayılıb, həkim gəlib ayıldacaq.
    Mütəllim həkim həyətin ortasında səssiz uzanmış Solmaza yaxınlaşdı. Əyilib barmaqlarını boynundakı şah damara qoyduqdan sonra heç kəsin üzünə baxmadan təəssüflə dedi:
    – Artıq gecdir. Təxminən yarım saat bundan əvvəl keçinib. İndi sizdən ancaq möhkəm olmaq tələb olunur. Allah səbr versin!
    Rəcəb yerindən qəfil sıçrayıb Solmazın yıxılarkən ayaqlarından çıxıb düşmüş başmaqlarını gotürdü. Dodaqlarını başmaqların altına yapışdırıb öpdükcə öpdü: – Solmaz…!!! – deyə yeri-göyü titrədən bir nalə çəkdi. Adamların onu sakitləşdirmək üçün yaxınlaşdığını görüncə əlindəki başmaqları sinəsinə sıxıb küçəyə qaçdı.
    ***
    Rəcəb elə o qaçan oldu. Dağlarda, çöllərdə yorulub əldən düşənə qədər ağlayıb qışqırdı, Solmazı çağırdı. İpə-sapa yatmadığı üçün heç kəs onu dilə tutub evə gətirə bilmirdi. Havalanar deyə məcbur eləmirdilər. Aclıqdan, susuzluqdan zəifləməsinə baxmayaraq heç kimlə kəlmə kəsmir, heç kimə yaxınlaşmırdı. Axırda Minəvvər onu evə gətirmək istəyən yaxınlarına dedi:
    – Siz dayanın. Mən özüm gedib onunla danışaram.
    Minəvvər Rəcəbin sonuncu dəfə göründüyü yerə getdi. Haralarda olduğunu bilmirdi. Dayanıb eləcə qışqırdı:
    – Rəcəb…! Bura gəl, sənə sözüm var…!
    Rəcəb hardansa peyda olub Minəvvərin düz qarşısında dayandı. Hələ də Solmazın başmaqlarını sinəsinə sıxmışdı. Çox arıqlamışdı. Halsız idi. Bir dəqiqə Minəvvərin üzünə baxdıqdan sonra başını aşağı salıb susdu.
    – Rəcəb, bu dərd təkcə sənin dərdin deyil. Gözlərini qaldır üzümə bax. Mən yeganə övladını itirmiş anayam! Bəs mən necə dözürəm, necə dayanıram? Sən də mənim kimi möhkəm ol! Bəsdir daha, evə gəl!
    ***
    Kamil həyətdə xarab olmuş su kranını dəyişirdi. Ona görə də yanından sakitcə ötüb keçərək ikinci mərtəbəyə qalxan adama çox da fikir vermədi. Yeni qurulmuş ailənin faciəsindən sonra onların ikinci mərtəbədəki mənzilinə heç kim getmirdi. O işini qurtardıqdan sonra ayağa qalxdı. Diqqətini cəmləşdirdi: “Elə bil Rəcəb idi axı!”
    Kamil səssiz olmağa çalışaraq pilləkənləri qalxdı. Astaca qapını aralayıb otağa keçdi. Şefonerin qapısı açıq idi. Rəcəb dizi üstə hərəkətsiz dayanaraq üzünü çarpayının üstünə sərdiyi Solmazın çəhrayı köynəyinə söykəmişdi. Kamil onu çarpayıdan araladı. Rəcəbin göz yaşları çəhrayı köynəyin yaxasını islatmışdı. Kamil qardaşını ehtiyatla özünə doğru çəkib başını sinəsinə söykədi. Rəcəbin nitqi çətinliklə seçilirdi:
    – Solmazı gördüm… Dağlarda… Soruşdum, niyə ağ geyinmisən? “Cəhrayı köynəyim evdə qalıb, gələndə onu da gətir” – dedi.
    Kamil: – Rəcəb, gözlə sənə su gətirim, iç bir az sakitləş – deyib mətbəxə keçdi. Qayıdıb gələndə Rəcəb artıq keçinmişdi. Rəcəbi torpağa tapşıranda Solmazın çəhrayı köynəini qatlayıb onun sinəsinin üstünə qoydular. Çünki Solmaza gələndə köynəyini gətirəcəyini söz vermişdi.
    ***
    Rəcəbin nə qardaşının, nə də anasının pulu olmadığından qəbirlərin üstünü götürə bilməmişdilər. Solmazın atası isə pulu olduğu halda içdiyi andı tutmuş, hikkəsindən qızının qəbrinə heç yaxın da getməmişdi.
    Üstü götürülmədiyindən təpələnmiş qəbirüstü torpaq sovrularaq yerlə bir oldu. Üstəlik ot da basdığından qəbirlər vaxtından tez itib-batdılar. İndi kənd qəbristanlığında boş qalmış sahə var. Kənd camaatı orada iki qəbir olduğunu bilirlər. Bu Rəcəblə Solmazın itib batmış qoşa qəbirləridir.

    18-XII-2016

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    DEYİLMİ

    Ömür başdan-başa beşikdən-qəbrə həyatın sevinci, qəmi deyilmi?
    B.Vahabzadə

    Ömür həyat adlı-sonsuz ümmanda,
    Sükanı olmayan gəmi deyilmi?
    Təlatüm, fırtına gəldiyi anda,
    Dəryalar fələyin camı deyilmi?

    Zamandır insanı ələyən ələk,
    Fəhm edək hikmətin, dərk edək gərək.
    Ümidlər, istəklər, azrzular, dilək,
    Həyatın ləzzəti, tamı deyilmi?

    İnsanın həm gülər, həm ağlar bəxti,
    Sevgidir, ülfətdir könlünün taxtı.
    İstəklə murada yetdiyi vaxtı,
    Həyatdan aldığı kamı deyilmi?

    Coşuruq, daşırıq bəzən heç nədən,
    Az qalır qəlbimiz çıxsın sinədən.
    Dünyanı özünə zindan, dar edən,
    Zamanın naşısı, xamı deyilmi?

    Gənclikdir ömürün baharı, yazı,
    Dünyaya ün salar sözü, avazı.
    Yaşamın hər fəsli alında yazı,
    Payızı kövrəklik dəmi deyilmi?

    Heç yatmaz qəlblərin havarı, hayı,
    Tükənməz diləyin, istəyin sayı.
    Dövranın qismətdən verilən payı,
    Ömrünün, günün şamı deyilmi?

    VƏFASIZ YARIM

    “Könül dəftərim” – silsiləsindən

    Arxanca hey baxa- baxa keçmişəm,
    Həsrəti ,hicranı yuva seçmişəm.
    Kədərdən özümə köynək biçmişəm,
    Vəfasız dünyada, vəfasız yarım.

    Dərdlərim başımda qalaq- qalaqdır,
    Gözümdən yaş axır, qanlı çanaqdır.
    Talehim ömrümə, sanki yamaqdır,
    Vəfasız dünyada, vəfasız yarım.

    Keçilməz sədləri aşıb gəldim mən,
    Dostu- düşmənləri, seçib gəldim mən.
    Əynimə ağ kəfən, biçib gəldim mən,
    Vəfasız dünyada, vəfasız yarım.

    Bu zalim dünyada tənhayam, yadam,
    Divarda toz basmış sahibsiz udam,
    Leysana köklənmiş, dolu buludam,
    Vəfasız dünyada, vəfasız yarım.

    Yoxdur gələcəyə heç ümid, güman,
    Kəsib yollarımı, görünməz duman.
    Dövran, acımadı sənə bu zaman,
    Vəfasız dünyada, vəfasız yarım.

    27.01.2017.

  • Əliağa KÜRÇAYLI.Şeirlər

    AZƏRBAYCAN

    Mən könlümü təzəcə eşqə düşənlər kimi
    Pıçıldamaq istərəm – eşidilməsin səsim.
    Sevgi etirafımı, bu vurulan qəlbimi
    Elə açmaq istərəm bir kimsə eşitməsin.

    Eşqimi ovuc-ovuc torpağına, daşına
    Səpərəm, qız başına şabaş səpənlər kimi.
    Səni öpmək istərəm – düz on səkkiz yaşına
    Təzəcə qədəm qoyan qızı öpənlər kimi.

    Uğrunda həyatımı qurban vermək istərəm,
    Eşqin təntənəsiyçün can qurban edən kimi.
    Səni bütün dünyaya mən göstərmək istərəm
    Sevdiyim qız kimi yox – sevdiyim Vətən kimi.

    GECƏLƏR AY OLMAQ İSTƏYİRƏM MƏN

    Gecələr ay olmaq istəyirəm mən,
    Pərdəli-pərdəsiz pəncərələrdən
    Dolmaq istəyirəm neçə otağa.
    Mən neçə süfrəyə, neçə çırağa
    Baxmaq istəyirəm hamıdan pünhan
    Səma tağlarının ucalığından.

    Gecələr ay olmaq istəyirəm mən…
    Şirin laylaları ana dilindən,
    Ana dodağından eşidim deyə.
    Mən ağlı-qaralı neçə taleye
    Baxmaq istəyirəm ağarınca dan
    Səma tağlarının ucalığından.

    Gecələr ay olmaq istəyirəm mən…
    Bir günlük işindən qayıdıb gələn
    Qabarlı əlləri öpmək eşqinə.
    Yorğun röyaların şirinliyinə
    Keşik çəkmək üçün sakit, mehriban
    Səma tağlarının ucalığından.

    Gecələr ay olmaq istəyirəm mən…
    Sevən ürəklərin məhəbbətindən
    Səma ucalıqda pay almaq üçün,
    Ən yüksək qübbəyə ucalmaq üçün…
    Ordan nur səpərəm mən incə-incə
    Bu ana torpağa dan sökülüncə.

    Nahaq yaranmayıb bu arzu məndə.
    Bəzən gecələrin sakitliyində
    İnsan öz qəlbiylə edir həsb-hal,
    Keçir ürəyindən min arzu, xəyal.
    Bununçün ayrılıb öz xislətimdən
    Gecələr ay olmaq istəyirəm mən.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    MUĞAM

    “Mənim dünyam” – silsiləsindən

    Muğam- türkün haqq səsi,
    Təmiz ruhu, nəfəsi.
    Oğuz, Qorqud töhfəsi,
    Qaval, kaman, həm tarım,
    Milli sərvətim, varım.

    Muğam-ana laylası,
    “Muğam-ruhun qidası”.
    Muğam-qəlbin sədası,
    Segah, şüştər, qatarım,
    Milli sərvətim, varım.

    Muğam-xalqın güzgüsü,
    Sevinci, üzüntüsü.
    Ocağımın tüstüsü,
    Muğam-bülbülüm, xarım,
    Milli sərvətim, varım.

    Muğam- xalqın varlığı,
    Özünə oxşarlığı.
    Çiçəkli cənnət bağı,
    Sevincim, intizarım,
    Milli sərvətim, varım.

    V A R

    “Qəzəllərim” – silsiləsindən

    Edirəm Rəbbə dua ki, sənintək bir yarım var,
    Əhdi – peymana sadiq, vəfalı nigarım var.

    Olsa da eşq yolunun min acısı, min cəfası,
    Sonunda gülüb bəxtim, vüsaltək nübarım var.

    Hər bəşər meyl eyləyər, sərvətə, cah- cəlala,
    Sevmirəm dünya malın, çün eşq adlı varım var.

    Keçsə də ömrüm- günüm, hey tufanda, qasırğada,
    Zirvəsi sis, dumanlı, dağ kimi vüqarım var.

    Düşmüşəm gur selinə, sirli şeiriyyətin,
    Təcnisim, müxəmməsim,qəzəl adlı barım var.

    Yaradan qismət edib, dürüst söz sərrafıyam,
    Şairə Dövranam mən, sehirli əfkarım var.

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Aç gözünü

    Tək- tənha oturmusan xəbərin yox olanlardan,
    İstəsən zövq alarsan bu günlərdən, bu anlardan.
    Yox- yox, avamlıq edib olma dərdə qalanlardan,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    Qaynayır bir qazanda neçə qoçun başı indi,
    Fərqi yox bilinməyir sevənlərin yaşı indi,
    Haqq itib, yaxşı edib haqqı udub naşı indi,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    Axıb ulduzların seli, yerimiz cənnət olub,
    Şou-biznes yaranıb öndə gedən sənət olub,
    Tikilib şadlıq evləri, işimiz rahat olub,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünaya gözünü!

    Əcnəbi seriallar dərdlərə dərman kimidi,
    Avropa məhəbbəti eşqlərə fərman kimidi,
    Sağ-solun başqa tipdə, yeni müsəlman kimidi,
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    Sözümü kim eşidib, kim qanacaq, nə işinə,?
    Qurunun oduna yaş da yanacaq, nə işinə?
    Bu çərxi-fələk ha tərəfə fırlanacaq, nə işinə?
    Ayılıb millət balam, tanıyır özü-özünü,
    Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü!

    QƏRƏNFİL

    Dağ dözməzdi bu dərdə,
    Dözdü qərənfil, qərənfil.
    Dərdləriylə qol götürüb,
    Süzdü qərənfil, qərənfil.

    Məzarların tacı oldu,
    Ana oldu, bacı oldu.
    Bu dünyaya carçı oldu,
    Sözdü qərənfil, qərənfil.

    Tarixin qan yaddaşıdır,
    Şəhidin məzar daşıdır.
    Ləçəyində od daşıdı,
    Közdü qərənfil, qərənfil.

    Çiçəkdi, haqqın səsidi,
    Ürəkdi, duydum səsini.
    Azadlığın nəğməsini,
    Yazdı qərənfil, qərənfil.

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    s

    * * *

    Necə girdin ürəyimə,
    Xəbərim olmadı bundan.
    Gözümü açınca gördüm
    Elə min ildi ordasan…

    Axı,kim öyrədib sənə
    Bu cadunu,bu ovsunu?
    Sən gəldin,anlatdın mənə
    eşqin gözəl olduğunu.

    Quruyub qalmışam elə,
    Söz də tapmıram deməyə.
    Bilmirəm,necə “get” deyim,
    Yerin varmı ki getməyə…

    * * *

    ünən də öldü belə…
    torpaq tökdüm gözünə.
    Durub kənardan baxım
    indi özüm özümə.

    Yapışmışam yenə də
    keçmişin ətəyindən.
    Bu gün kirlənir,çıxır
    köynək kimi əyindən.

    Eh…məni də düşürər
    zalım zamanın atı.
    Dünəndən xatirədi
    yolda qalan saatım..

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Özünün özünə varsa dəyərin

    Haram var-dövlətin səməri olmaz,
    Bir az fikirləşib düşünsək dərin.
    Misgər bazarında dəyəri olmaz,
    Qızılın, daş-qaşın, nədəki zərin.

    Vicdan ucuzlaşıb aradan getsə,
    Hörmət yoxa çıxsa, ləyaqət itsə,
    Arvad da bir yandan kişilik etsə,
    Olmaz el içində hörməti ərin.

    Düşməndən dost olmaz, dostdan da qardaş,
    Ayaq başa çıxsa, başsız qalar baş.
    Göz də xarab olar, düzələndə qaş,
    Bilinər yalanın, böhtanın, şərin.

    Polad, hər əzaba gərməsən sinə,
    Onda tuş gələrsən qəzəbə, kinə.
    Hamı diqqətini artırar sənə,
    Özünün, özünə varsa dəyərin.

    17.12.2014.

    Olaydı

    Açıq hava, aydın səma,
    Bağ-bağçada bar olaydı.
    Qəlbdə iman, dildə dua,
    Bir vəfalı yar olaydı.

    Övlad qarşısında üz ağ,
    Güvənməyə uca bir dağ,
    Bir az sevgi, canımız sağ,
    Bir az dovlət var olaydı.

    Düzü atıb səhvi tutan,
    Halal mala, haram qatan,
    Söz gəzdirən, böhtan atan,
    Utanaydı, xar olaydı.

    Yaxşıdan gen dursun yaman,
    Beyinlərdən getsin duman,
    Kök salaydı qəlbdən iman,
    Üzdə həya ar olaydı.

    Kim qoruyur ədaləti,
    Onda var haqq əlaməti,
    Sevənlərin xoş niyyəti,
    Yer üzünə car olaydı.

    Hər istəyi gözdən duyan,
    Uca tutan, böyük sayan,
    Qəlb ovudan, göz oxşayan,
    Bir cüt qoşa nar olaydı.

    9.12.2014.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ZALİM GƏLİN

    Həyat amansızdır.
    Gözümlə gördüyüm gəlinin öz qaynatasına zülmü, baldızının az yaşlı uşaqlarının yetim qalmasına sevinməsi,daha nələr.. Bu gəlinin rəzil ədalarına dözə bilməyib yazdım.Qaynnası yox idi.Oğlunun toyunu görməyən ana çoxdan dünyasnı dəyişmişdi.Meydan o zalim ğəlinə qalmışdı…

    Lal, sakit çay kimi dinməz axardın,
    Naz, qəmzə, ədanla qəlblər yaxardın.
    Balamı al dillə başdan çıxardın,
    Əfi ilan çalsın dilini, gəlin.

    Elə ki, bağlandın kəbin, nigaha,
    Sahib, yiyə oldun dəmə-dəsgaha.
    Sən demə bitməmiş məqsədin daha,
    Niyyətin sındırsın belini, gəlin.

    Kirşan altındaymış əsil sifətin,
    İrinli çibanı oldun külfətin.
    Püskürdü vulkantək kinin, küdrətin,
    Sovurdun ocağın külünü, gəlin.

    Döndün sən boz daşa, bomboz qayaya,
    Ağ oldun qaynata, həm qaynanaya.
    Çevrildin vəbaya, qara bəlaya,
    Yaradan qurutsun dölünü, gəlin.

    Qapın açılmadı dosta, sirdaşa,
    Hey dirsək göstərdin qohum-qardaşa.
    Gəlinkən dönəydin kaş qara daşa,
    Qurutdun bu yurdun selini, gəlin.

    Nə əldən buraxdın, nə də ki, doydun,
    O, nakam baldızın məzarın oydun.
    Bacını-bacıya sən həsrət qoydun,
    Yandırdın gorunda ölünü, gəlin.

    Dağ kimi ərini mumtək əritdin,
    Güllü bağçasında qanqaltək bitdin.
    Nə çiçək açdın sən,nə gül bitirdin,
    Soldurdun o bağın gülünü, gəlin.

    Qəlblərə vurduğun dərin yaradır,
    Hamının yanında üzün qaradır.
    İndi bəs mənzilin, yolun haradır?
    Xərclədin ayını, ilini, gəlin

    QİSMƏT OLA

    “Vətənimdir” – silsiləsindən

    Hər möhnətə dola-dola,
    Qarlı qışı saldıq yola .
    Bu novruzu Qarabağda,
    Kaş keçirmək qismət ola

    Çox söylədik Allah Kərim,
    Qəribsəyib yurd yerlərim.
    Könül istər o dağlarda,
    Çəmənlərdən çiçək dərim.

    Torpağımda gəzir yadlar,
    Dəyişibdir mərhəm adlar.
    Dağıdılmış məzarlarda
    İncik ruhlar bizi odlar.

    Yelkənsizdir gəmilərim,
    Çölə dönüb zəmilərim.
    Barsız,bəhərsiz ötübdür
    Üzü qara,bəd illərim.

    Çox gözlədik,bəsdir daha,
    Son qoyulsun dərdə,aha.
    Dövran,bu gün hamı deyir:-
    “Güman vardır xoş sabaha.”

  • Kənan AYDINOĞLU.”Bəlkə səni axtardım”

    1902788_614529541965133_896121757_n

    Bəlkə səni axtardım,
    Qızların sırasında.
    Deyəsən, qocalıram,
    Bu ömrün yarısında.

    Gözüm qalmayıb fikrin,
    Ağında, qarasında.
    Gör ki, itib-qalmışam,
    Dünyanın harasında?!

    Bir insan qanı gördüm,
    Mən ömrün yarasında.
    Qayğıya bürünmüşəm,
    Şeirin arasında

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BOYNUNU BÜKMƏ

    Sən kədərli olanda bənövşələr üşüyür,
    Günəş saralıb, solur, əsən mehlər töyşüyür,
    Ruhum canımdan küsür, ürəyimə xal düşür,
    Gülüm, boynunu bükmə, sənə kədər yaraşmır.

    Ana deyib ağlayan , körpə bir uşaq kimi,
    Budağından ayrılan, yşıl bir yarpaq kimi,
    Barını şaxta vuran, qəmli bir budaq kimi,
    Gülüm, boynunu bükmə, sənə kədər yaraşmır.

    Şehdə-suda islanan bir nazlı sümbül kimi,
    Meh əsəndə titrəyən bir ətirli şeh kimi,
    Ahı göyə ucalan, bir şeyda bülbül kimi,
    Gülüm boynunu bükmə, sənə kədər yaraşmır.

    Sən kədərli olanda qəlbim, gözüm ağlayır,
    Duman tutur yolumu, çən gözümü bağlayır,
    Həsrət odlu sinəmi çalın-çarpaz dağlarır,
    Gülüm boynunu bükmə, sənə kədər yaraşmır.

    DÜNYA

    Hər çəkininin tərəzisi, daşı var,
    Hər üzüyün qiyməti var, qaşı var
    Şirinimə acı qatır naşılar,
    Gözəlliyə nəğmə qoşa bilmirəm.

    Vaxt ötdükcə məni oda salırsan,
    Gah mənə dost, gah da yağı olursan,
    Verdiyini hər gün geri alırsan,
    Haqq işinə mən qarışa bilmirəm.

    İşığını qaranlıqla boğursan,
    Selə dönüb gözlərimdən axırsan,
    Dərd gələndə söylə hara baxırsan,
    Dərd-qəm ilə mən yarışa bilmirəm.

    Niyə başa keçirirsən haqsızı,
    Qar, yağışla sınayırsan sən yazı,
    Aramızdan axıdırsan Arazı,
    Bu hasarı vallah aşa bilmirəm.

    Əziz Musa haqqı danmaz heç zaman,
    Neyləsin ki, nahaqqındı bu meydan,
    Ayaq açıb yeriyirsə şər, yalan,
    Dünya, sənlə mən barışa bilmirəm.