Durna qatarı kimi dan yeri söküləndən,
Ağla, şairim, ağla, ağlamaq vaxtın gəlib.
Cənubda TƏBRİZ adlı şəhərdə üsyan gedir,
Doğma BAKIDA çağla, çağlamaq vaxtın gəlib.
Yanağından süzülən yaşın yaşa dönəcək,
Dağ dözümlü həsrətin dağa, daşa dönəcək.
Dərdi, qəmi torpağın gözə, qaşa dönəcək,
Kədəri qəlbdə saxla, saxlamaq vaxtın gəlib.
Millətimin çatılan qaşıyla saya-saya,
Dərdi-səri gözümün yaşıyla saya-saya,
Ələnən torpağımın daşıyla saya-saya,
Qapıları gəl bağla, bağlamaq vaxtı gəlib.
Qəm adlı bir dastandan torpağa hopmaq gərək,
Fəryad, üsyana dönüb torpaqda qopmaq gərək.
Sözünü demək üçün zamanı tapmaq gərək,
Bulaqlar kimi çağla, çağlamaq vaxtı gəlib.