Gözümdəki hər damlaya
borclu qalıb sözlərin
Ödə-ödə bitmək bilmir
taqətsizdir dizlərim.

Soyuq baxışların məni
dondurubdur qar yerinə
barı qoya bildinmi sən
bir başqasın yar yerinə.

Kənar durdun bəhanələr
səni necə dəyişibdir
saxta yalan o imalar
göz önümə sərilibdir.

Düşünməkdən yorğun beyin
fikirli mən daşıyıram
sanma belə şax dayanıb
ruhsuz cansız yaşayıram.

Gücüm çatmır qaytarmağa
üzümdəki gülüşləri
daha kimə lazım olsun
gəlişləri -gedişləri.

Mən sanırdım dəyişəcək
zaman ilə tamam insan
zahirən mələk olsanda
daxilən görünür şeytan.

Unut daha məni çıx get
yaşananlar xatirədir
bu fikiri səndə həkk et
hər kəsdəndə birdənədir