(Doğum tarixi: 17 aprel 1942-ci il, vəfat tarixi: 13 iyul 1997-ci il)
Şeirləri: Əslində, mən də babamın şeir yazdığını bildiyini desəm, yalan demiş olaram. Çünki Onun haqqında çox şeyi bilmirəm. Səbəbi isə, təbii ki, Onu görməməyim olmağımdır.
Babamın bu şeir dəftəri əlimə keçəndə, ilk öncə, kövrəlsəm də, sonra sevindim. Çünki babama aid daha bir şey əlimə keçmişdi. Görmədən sevdiyim insan-babam…
Gəldim
Eşitdim, sevgilim, nişanlanırsan,
Onun üçün mən səni görməyə gəldim.
Namərdin sözünə çox aldanmısan,
Axır məsləhəti bilməyə gəldim.
Söylə, gözəl yarım, eşidim səni,
Var etdin dünyada nə üçün məni?!
Güldürdün özünə sən də düşmənim,
İlk eşqi qəlbimdən silməyə gəldim.
Eşidib bu sözün qanım qaraldı,
Elə bil başımda dünya qaraldı.
Verdiyim güllər də nə tez saraldı,
Xəzansız bahara gülməyə gəldim?!
Astanam, eyləddim çoxlu nəsihət,
Nəsihətim özümə olubdur töhmət.
Sən mən nə qədər tmisən hörmət,
Qaytarıb özünə verməyə gəldim.
13/08/1963. Orta məktəb.
Dolanım başına
Dərin fikirlərə dalıb xəyalım,
Dolanım başına, qadanı alım.
Sənsən bağça barım, Sənsən nübarım,
Dolanım başına, qadanı alım.
Söylə, neçə vaxtdır qyrılmışıq biz,
Axı ilqar verib, and içmişik biz.
İki il tamamdı əgər saysan, düz,
Dolanım başına, qadanı alım.
Astanam, zülflərə olmuşam heyran,
Ey ahu balası yerişli ceyran.
İstərsən, canımı eyləyim qurban,
Dolanım başına, qadanı alım.
Boz dağın qoynunu alıbdır duman,
İlk görüşümüzü edirəm qurban.
Sən bulaq üstünə endiyin zaman,
Dolanım başına, qadanı alım.
Əmi oğlu
Neylədim, ay fələk, bu dünyada mən,
Qohum-qardaş belə baxmayır mənə?!
Nə qarğış, nə qarğış xoş olsun sənə,
Qohum-qardaş belə baxmayır mənə.
Uzaqdır əllərim, yetmir Ataya,
Tapşırıb gəlmişəm böyük butaya.
İstərəm yetişim doğma Ataya,
Qohum-qardaş belə baxmayır mənə.
Əgər arxamda da olsa, qardaşım,
Əlbəttə, yadlara əyilməz başım.
Deyim, əmi oğlu, böyük qardaşım,
Qohum-qardaş belə baxmayır mənə.
Astanam, ucalır Sibirdə səsim,
Hələ salamatam, gəlir nəfəsim.
Sizdən başqa, Əmi oğlu, heç kəsim,
Qohum-qardaş belə baxmayır mənə..
19/07/1963. Orta məktəb.
Can üstündəyəm
Gəlin, ay ellər, gedir karvanım,
Əcəl körpüsündə, can üstündəyəm.
Qurtarıb həyatım, fəlxdir ovqatım,
Ömrümün son çağı mən can istəyəm.
Oğul, qələm götür, mən deyim, Sən yaz,
Qoy, qohum-qardaş tez gəlsin bir az.
Əcəl sandığına girməsək, olmaz,
Axır dəqiqələr can üstündəyəm.
Hər gün evimizə gələndə dərsdən,
Dön qəbrim üstü sən səsdən.
Axtarıb, soruşma məni heç kəsdən,
Yatıram, müqətdir yan üstündəyəm.
Gedirəm, ay ellər, salamat qalın,
Gəlin vidalaşaq, halallıq alın.
Gedərki qonağam, tez yola salın,
Vurğunam, gedirəm mən yol üstəyəm.
Gülümsə barı
Sevirəm, mən səni, ey nazlı dilbər,
İnsaf et, gəl Sən də gülümsə barı.
Məhəbbət arzusu dilimdə əzbər,
İnsaf et, gəl Sən də gülümsə barı.
Sənin camalında qəlbimə mehman,
Sən onu mənə ver dərdimə dərman.
Səninlə üzbəüz gəldiyim zaman,
İnsaf et, gəl Sən də gülümsə barı.
Sən çeşmə başına gəldiyin günlər,
Dolanır başına şeyda bülbüllər.
Xoşbəxtdir dünyada deyib-gülənlər,
İnsaf et, gəl Sən də gülümsə barı.
Bir belə ahu-zar, günlər içində,
Olarmı Sizinlər pünhan dolanmaq?!
Astanı o dilbər yada salarmı,
İnsaf et, gəl Sən də gülümsə barı?!
02/07/1963. Orta məktəb.
Tərtib edib, nəşrə hazırlayan:
Astan QASIMOV,
Gündəlik Analitik İnformasiya Agentliyinin
Sumqayıt şəhər bürosunun rəhbəri