Author: Delphi7

  • “Məndən uludur ayətim” adlı ədəbi-bədii gecədə kitab sərgisi təşkil olunub

    https://a.radikal.ru/a35/1910/35/1a69901bbc79.jpg

    https://c.radikal.ru/c13/1910/26/58f527a85869.jpg

    https://a.radikal.ru/a41/1910/e1/032d2a69c5d3.jpg

    Mərkəzi kitabxananın Vahid fonddan istifadə şöbəsi şəhər Mədəniyyət evində böyük Azərbaycan şairi və mütəfəkkiri Seyid Əli İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “Məndən uludur ayətim” adlı ədəbi-bədii gecədə kitab sərgisi təşkil edib.

    Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mətbuat xidməti

  • Yalçın YÜCEL.Muhteşem şiir

    Elimizden tuttuğundan beri
    İçimizde duyuverdik
    Öylece öğrendik özgürlük nedir
    Ve çocuklar gibi şendi artık düşünce
    Seninle yürürken
    Yaşam da başkalaşıverdi
    Bir gül bahçesi olduk insanlığa açan
    Ey gökçek cumhuriyet!
    Sen ne özlü bir dostsun bize
    Nice günler, nice yıllar
    Hep el ele , ayrılmaz bir sevgiyle yürüdük
    Dostluğun o kadar sağlam ki
    Annemiz kadar yakın sanki
    Bir gül bahçesi işte
    Açacak, çok daha, çok daha…

    Birlikte çıktığımız bu aydınlık yolda bizleri onunla tanıştıran ATATÜRK’ÜMÜZÜ de sevgiyle, saygıyla anarak bayramınızı kutluyorum.

  • Harika UFUK.”Cümhuriyet Güneşi”

    MKA

    Bin dokuz yüz yirmi üç yirmi dokuz ekimde
    Taç oldu başımıza cumhuriyet güneşi.
    Bağımsızlık timsali dalgalanır âlemde.
    Yüreklerde yanıyor cumhuriyet ateşi.
    Taç oldu başımıza cumhuriyet güneşi.

    Atatürk’e borçluyuz bu aydınlık günleri,
    Geleceği düşlerken unutmayız dünleri,
    Atatürk’ün nutkunda öğüt altın ünleri.
    Oku, öğren, uygula; bulunmaz onun eşi.

    Taç oldu başımıza cumhuriyet güneşi.
    Harika devrimlerle ülkemde çığır açtı,
    Kurduğu okullarla yurda aydınlık saçtı,
    Yükseldik ilkelerle artık cehaletkaçtı,
    Ardı sıra yürürüz yolumuz onun peşi.
    Taç oldu başımıza cumhuriyet güneşi.

    29-10-2013.Adana.19.41

  • Sevinc Həmzəyevanı doğum günü münasibətilə təbrik edirik! (29 oktyabr)

    Sevgim özümdən böyükdü…

    Nə içimdə boğa billəm
    Nə içimdən qova billəm
    Nə yenisin doğa billəm
    Sevgim özümdən böyükdü…

    Əritsə də gilə – gilə
    Öldürsə də bilə – bilə
    Çarə yoxdu innən belə
    Sevgim özümdən böyükdü…

    Alov kimi sarıb məni
    Öz atımdan salıb məni
    Yedeyinə alıb məni
    Sevgim özümdən böyükdü…

    Təpə – dırnaq əsiriyəm
    Dəliyəm, sərsəriyəm
    Təkcə onun xəstəsiyəm
    Sevgim özümdən böyükdü…

    Son ucunda sən varsan!

    Daşmı bu, kəsəkmi bu?!
    Oxmu bu, tikanmı bu?!
    Dağdı bu, yarğandı bu.
    Son ucunda sən varsan!

    Çiçək çəmən xar olur
    Şaxta olur, qar olur
    Sənə yolum mar olur
    Son ucunda sən varsan!

    Dizin – dizin sürünürəm
    Yollarına bürünürəm
    Yağış kimi süzülürəm
    Son ucunda sən varsan!

    * * *

    Kövrək xatirələrin üstünə getmə
    Hələ üzərindən yel də keçməyib
    Nə illər bacardı, işə yaradı
    Nə də duyğuları ölüb bitməyib

    Yenə həmin baxış, yenə həmin söz
    Sənin gözlərindən süzülən sevgi
    Yenə həmin nəğmə, yenə həmin köz
    Qəlbimin telinə hörülən sevgi

    Nə nəğməsi susub, nə şeiri bitib
    Donub sükutunun pərdələrində
    Yol çəkən gözümün kökündə itib
    Yanır aram – aram sənin hicrində

    * * *

    Səmanın gözünə bərq vurur
    Mərmərənin üzünə səpilmiş
    Almazlar…
    Nazlanırmış kimi…
    Gəmilərə dikilmiş ümidlər
    Adalara aparan yollara sarılıb
    Məsafənin azı – çoxu
    Çatacaqmış kimi…
    Suda üzən balıqlar
    Ova çıxan qağayılar
    Suyun üzündə
    keşik çəkirmiş kimi
    bir başqa havası var
    İstanbulun
    Bir başqa halı
    Nəşəsi
    Aşiq olubmuş kimi…

  • Xırdalan və Lənkəran musiqi məktəblərinin kollektivi birgə konsert verib

    https://a.radikal.ru/a32/1910/f2/e4043c79b92a.jpg

    Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Lənkəranda konsert proqramı ilə çıxış ediblər.

    AZƏRTAC xəbər verir ki, tədbir Sumqayıt və Lənkəran Regional Mədəniyyət idarələrinin birgə təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.

    Lənkəran şəhər 1 nömrəli uşaq musiqi məktəbində təşkil olunan tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli belə tədbirlərin regional idarələr arasında daha sıx münasibətlərin yaranması, qarşılıqlı əməkdaşlığın inkişafı və şagirdlərin bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətli rola malik olmasını vurğulayıb.

    Sonra Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru Əməkdar müəllim İkram Manafov və Lənkəran şəhər 1 nömrəli uşaq musiqi məktəbinin direktoru Camal Həsənov iştirakçıları salamlayaraq, repertuar haqqında məlumat veriblər.

    Tədbir şagirdlərin təqdim etdiyi konsert proqramı ilə davam edib.

    Konsertdə məktəbin nağaraçılar, sazçalanlar, xalq çalğı alətləri ansamblının ifasında instrumental musiqilər, xanəndə Səkinə Qasımovanın ifasında xalq və bəstəkar mahnılarından ibarət bir-birindən maraqlı konsert proqramı təqdim olunub.

    Mənbə: http://azertag.az

  • İbrahim İLYASLI.”Türkiyə”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri

    “Sarp Sınır Kapısı”nı adlayıb ilk dəfə Türkiyə torpağına qədəm basdıq.

    Bu duyğu nə duyğudu, bu hiss nə hissdi belə?-
    Ayağım altda torpaq, başım üstə göy dindi.
    Otlar, ağaclar, sular, quşlar gəldilər dilə,
    Ulduzlardan qəlbimə bir topa işıq endi.

    Nə zamandı bu nura, işığa yol gəlirdim,
    Bir söz əzizlənirdi ürəyimdə – Türkiyə!
    Tək səndə əlac bilib, ayağına gətirdim,
    Böyük Turan dərdini kürəyimdə, Türkiyə!

    Rizeni, Trabzonu, Ordu, Ünyeni aşdım,
    Axır gəlib qovuşdum Atatürkün şəhrinə.
    Burası Samsun, bəyim, dilim ağzıma sığmır,
    Sözüm var “Bandırma”dan Qara dəniz nəhrinə:

    Ehey… nəhrlər nəhri, hey… dəryalar dəryası,
    Necə hökm eləyərlər gördünmü dağa, daşa:!
    Burdan sahillərinə bəxtəvərlik yaşatdı
    Mübarək qədəmiylə Mustafa Kamal Paşa.

    Burdan səsləndi türkün yağıya savaş andı,
    Məmləkətə can dedi millətin sərkərdəsi.
    Ürəklərdə intiqam ocağı alovlandı,-
    Yaxdı cəbhə xəttini ərlərin od nəfəsi…

    “Ölüm-dirim” davası köməyə çatmayanda,
    “Ölüm-ölüm” vuruşu başladı Çanaqqala!
    Türkün top lüləsini tarixin sifətinə
    Şəhidlik zirvəsindən tuşladı Çanaqqala!

    Bu da arzumun adı – canım-gözüm Ankara!-
    Alışan bəbəklərim çatdı öz istəyinə…
    Nə zamandı göylərə dartınan barmaqlarım
    Anıt Təpədə yetdi Tanrının ətəyinə!!!

  • Gənc yazar Elmar VÜQARLI (Gəncə şəhəri).Yeni şeirlər

    Elmar Nurəddin oğlu Əliyev – Vüqarlı 1986-cı ildə Gəncə şəhərində doğulub. Mirzə Şəfi Vazehin nəslindəndir. 2003-2007 cil illərdə “Azərbaycan” Universitetinin filologiya fakültəsində təhsil alıb. İlk şeirlər toplusu “Yanan sükut” 2006-cı ildə “Adiloğlu” nəşriyyatında kitablaşdırılıb. 2006-cı ildə misirli yazar Yusif İzəddin İsadan etdiyi çevrilərə görə “Misir Mədəniyyət Mərkəzinin Təşəkkür Plaketi” ilə təltif edilib.
    Əsasən Batıda sufizmin yayılmasını araşdırır. 2010-cu ildə Batının ilk Mövləvi Şeyxi – dr. Kabir Edmund Helminskinin təqdimatı ilə Amerikada fəaliyyət göstərən “Threshold Sufi Cəmiyyəti”nin fəxri üzvü seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictimaiyyətin nəzərinə çatdırılmışdır. Prezident təqaüdçüsüdür (2013). Eləcə də Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin XII qurultayının iştirakçısı olmuşdur.
    Dövri mətbuatda şeirləri, tərcümələri və tənqidi məqalələri müntəzəm dərc edilir.

    Hər şey köhnəlib

    Gözlərimi yumub unuduram incikliyi,
    Bağışlayıram sənə bağışlamaq olmazları…
    Susursan!
    Ürəyin soyudumu nifrətdən?
    İstəyincə geyindinmi qarasını hər şeyin?!
    Əndərdinmi qarğışını sükutun qulağına?
    Bunda təzə nə var ki…
    Olanlar da belədi:
    nə göydəndüşmə, nə yerdənqalxma,
    hər şey tanış, doğma…
    Qara yellər ağı oxuyur pəncərələrdə,
    Gözə dəymir kimsə sakinsiz küçələrdə.
    Qaranlıq, səssizlik çöküb hər yana,
    Taleyim qarışıb sisə, dumana.
    Külək xəzəlləri dağıdır, oynadır, uzaqlara atır.
    Hamı mürgüləyir, hamı yatır.
    Bu tənhalığın ortasında özümü asmaq istəyirəm özümdən.
    Çıxartmaq istəyirəm boz surətimi üzümdən.
    Biganə yalnızlığımdan dağılmış dünyamın əsəbləri,
    intihar həddindəki varlığım
    qaranlıq yoxluğa tələsir.
    Qışqırıram gecəyə, –
    amma tənhalığımı duya bilmir o,
    heç nəyi guya bilmir o.
    Bu payız damı göz yaşları…
    Yenə də mi bu küçəni o baş, bu baş gəzəcəm,
    yenə də mi söyəcəm hər şeyi,
    itirib-tapacam özümü,
    siləcəm əlimin arxası ilə üzümü…
    Yığılıb boğaza həsrətim,
    kirlənib üstüm-başım.
    Boşla göz yaşlarını küləklərə.
    Mən ki şeir yazmıram!
    Mən ki hisslərimi danmıram!
    Gəl evinə dön, əzizim, yuvana..
    Bunlar köhnəlib, çox köhnəlib.
    Hər şey köhnəlib!
    Sən də, mən də köhnəlmişik!

    Xəzərlən qəlbimdə

    Bəyaz gecələrin qoynunda
    sevimli körpələrtək
    əzizlən, oxşan!
    Mürgü yuxulardan süzülüb gələn
    zülmətli işıqsan,
    aydınlan, nurlan!
    Gəl susma,
    gül,
    danış,
    unut hər şeyi,
    Xəzərlən qəlbimdə, ey əziz Neva!
    Xəzan gəncliyimi boğub suyunda
    ağlat gözümdəki donmuş yaşları!
    Axı sən bilirsən –
    Ruhumda boşluğu doldurmaq üçün
    qəlbimdən nəyisə boşaltmalısan,
    ağlat,
    göz yaşlarım qoy yusun onu,
    bu hissin nə adı,
    nə ünvanı var…
    Bu tutqun səmanın altında səssiz
    öpüşək, dərdləşək qərib dost kimi.
    Keçib hər şeyimdən alt-üst dünyamla
    atıram ruhumu sənə daş kimi!
    Xəzərlən qəlbimdə, ey əziz Neva!

    Məndəsən bu səhər

    Məndəsən bu səhər
    tənimdə can kimi,
    məndəsən bu səhər
    yaşanmış zaman kimi…
    Yerdə, göydə – hər yanda
    səni görürəm gözsüz,
    mənimlə danışırsan
    həm kəlməsiz, həm sözsüz.
    İçimdə yollar gedər
    yoluna qovuşmağa,
    ürək atar qəmini
    sonuna qovuşmağa.
    Ey mənim varlığım,
    yoxluğum qidası,
    sevincimin, kədərimin,
    əzabımın, fərəhimin
    Mayası!
    Dünyanı əldən salan
    qanlı müharibələrdən,
    “izm”lərə dolaşmış
    yarıtmaz nitsşelərdən,
    qafamı alt-üst edən
    bayağı nəğmələrdən,
    özünə tərif deyən
    kişicik gədələrdən,
    zəhlətökən, içiboş,
    çürük düşüncələrdən,
    açılması zor olan,
    düyünsüz düyünlərdən
    rahatlıq tapmaq üçün
    üz tutmağa yerim var:
    ora nə çayxana,
    nə bar,
    nə sauna-masajdır;
    nə məsciddir,
    nə kilsə,
    nə də başqa kitabdır!
    Ovunduğum o məkan –
    Sənlə dolu ürəyim!
    Həm varlığın özüdür,
    həm Özüdür ürəyim!
    Quşların cəh-cəhinə,
    burax, qarışsın səsim,
    oxusun əsim-əsim:
    Məndəsən bu səhər
    tənimdə can kimi,
    məndəsən bu səhər
    yaşanmış zaman kimi…

    Amma sən yoxsan

    İlk kəz bu şəhərdəyəm,
    bu şəhər sənin şəhərindir;
    yollarında izlərin,
    səslərində sözlərin,
    havasında nəfəsin var…
    Bu şəhərin hər yerində sən varsan,
    bu şəhər sənin şəhərindir.
    Yanlızlığıma lay-lay deyən
    köhnə qramafon səslənir
    yaxın məhəllələrin dərinliyində,
    yuxuya dalıb bu şəhər
    gecənin mürgüləyən həzinliyində.
    Qulaqlarımda uğuldayan küləklərlə danışır
    xəyallarım,
    sıxır məni həsrət dolu,
    sürgün dolu suallarım.
    Yanaqlarımda yaşlar,
    ürəyimdə illər ağrısı,
    ciyərlərimdə vərəm….
    darmadağın, pərən-pərən
    səni gəzirəm bu şəhərdə,
    amma sən yoxsan!
    Öskürək kimi boğur sənsiz arzular,
    tövşüyən nəfəsim gecəyə, çənə qarışır,
    həsrət mahnısı qoparır ayaqlarım toxunan yollar,
    ürək yoxluğunla necə barışır?!
    Amma sən yoxsan…
    Axı bu görüşə gəlmədin
    son dəfə də olsa, halımı görmək üçün,
    demək mən gecikmişəm mən
    əlvida demək üçün!

    Tablo

    Gözəgörünməz,
    sözəgörünməz
    bir çərçivədəyəm…
    Ayaqlarımın altında
    həyat qarışıq torpaq,
    başımın üzərində
    sonsuzadək uzanan
    boşluqlar,
    düşüncəmdə
    iztirablar…
    Bu tabloya baxıb
    nə sevinir,
    nə də kədərlənirəm,
    nə dəlicəsinə ağlayır,
    nə də gülürəm;
    aldığım təəssüratdan
    bir şeyi bilirəm ki,
    parça-parça
    ölürəm!

    Dağlar Sinəsini Verib Günəşə

    Dağlar sinəsini verib günəşə,
    Qışın ayazını atır canından.
    Səsini başına almış bir kəndli
    İnəyin çıxarda bilmir damından.

    Düşüncəm tər-təmiz, qəlbimdə sevinc
    Baxıram səmanın dərinliyinə.
    Kəndlinin dilində tənəli söyünc
    Qarışıb baharın həzinliyinə.

    Taqqataq salıbdır ağacdələnlər,
    Lap nazlı gözələ bənzəyir meşə.
    Sevincdən min hala düşən ürəyim
    Qayıtmaq istəmir bir də keçmişə.

    Mən nələr çəkmişəm, nələr görmüşəm
    Bu mənhus göylərin altında, Allah!
    Hələ ayaqdayam, əyilməmişəm,
    Oxşayır könlümü nəğməli sabah.

    Bülbüllər oxuyur başımın üstdə,
    Hardasa, uzaqda ildırım çaxır.
    Zirvədən süzülən, yol alan bulaq,
    Elə bil, od tutan qəlbimə axır.

    Qələm məhəbbətlə öpür kağızı,
    Gəncliyin eşqilə dalmış duaya.
    İnamla sancılan bellərin ağzı
    Xam şumun ətrini yayır havaya.

    Şişəklər, toğlular, əmlik quzular
    Qaçışır dağlara, düzlərə sarı.
    Çoban tütəyində quştək çırpınır
    Bir xalqın sevinci, iztirabları.

    Vallah, qəlbimdədir səma da, yer də
    Ən əziz, ən doğma bir sirdaş kimi.
    Hələ açılmamış neçə səhərlə
    İndidən uçuram azad quş kimi.

    Qoy sussun mənasız, sönük nəğmələr,
    Nakam xatirələr kimə gərəkdir!
    Ömür bağçasına xəzan da gələr,
    Həyat təlatümlü, sirli ürəkdir!

    Qanadı sınsa da, ölməsin ümid,
    Ey insan, hər dərdə sən ki dözürsən…
    Ana təbiəti bağrına bas ki,
    Sən onun varlığı, onun özüsən!

    Ovsunla məni.

    Gücün çatana qədər
    Basıb bağrına bərk-bərk,
    Başaçılmaz, dumanlı,
    Gözoxşayan sehrtək
    Ovsunla məni.
    Bu nə gözəllik, bədən?
    Gözlər əl çəkmir səndən,
    Səni xəlq edən Xaliq
    Belə yaradıb nədən?
    Hurisənmi?
    Mələksənmi?
    Göydən yerə enmisənmi?
    Bir-birinə dəyir fikrim,
    Dilimdən düşməyən zikrim,
    Ovsunla məni.
    Sinirləri tarım çəkən
    Ən həssas bir duyğu kimi,
    Sevinc kimi, qorxu kimi.
    Düşüncəni tar-mar qoyan
    Qəfil sarmış yuxu kimi
    Ovsunla məni.
    Gül üzünü görsün bütün
    Nə qədər var güllər solsun,
    Hansı sözü tapım deyim,
    O, vəsfinə layiq olsun,
    Sözlər sənə layiq olsun.
    Əlimdəki sınıq badə
    Ümidverən sevinclərlə,
    Eşqin ilə yenə dolsun,
    Xumarlansın xəyallarım,
    dalsın nurlu səhərlərə
    ilhamımı çapıb, yorsun.
    Vallah, inan, inan mənə,
    Taqətimi kəssən belə,
    Ruhən, cismən üzsən belə,
    Dərinləşdir sevgimi sən,
    Çevir onu qəm-əzaba,
    Dön tilsimli bir səraba,
    Susat qəlbi damla-damla
    Ruhumdakı o şəraba.
    Ovsunla məni,
    Ovsunla məni,
    Məni ovsunla…

    Allah, yadımdadır

    Ata nənəmin əziz xatirəsinə

    Allah, yadımdadır möhrə evi də,
    Mənim uşaqlığım orda başlayıb,
    Mənim uşaqlığım orda saralıb.
    Təzə ayaq tutan,
    Təzə dil açan
    Könlümün ilk sevinc işartıları
    Atamın qəfildən vəfatı ilə
    Elə o evdə də sönüb, qaralıb.

    Allah, yadımdadır xoş təbəssümü,
    Ölsəm də unuda bilmərəm onu,
    İnsan itkisində ruhən bərkimiş,
    Varlığı, yoxluğu dərd eləməyən
    Həzin nəğmə idi ilk məhəbbətdən,
    Həzin nəğmə idi Əbədiyyətdən.

    Allah, yadımdadır hər bir kəlməsi,
    Tarix nəfəsində dilə gələrək
    Gah söhbət açardı 37-dən,
    Gah da söz salardı neçə dəhşətdən,
    Bəzən susqunluqla, köks ötürməklə,
    Bayatı çağırıb, ağı deməklə
    Özü utanardı bu qiyamətdən,
    Gözümdə düşərdi dünya qiymətdən,
    Gözümdə düşürdü dünya qiymətdən.

    Allah, yadımdadır ilk şeirim də,
    Uca çinarlara yazmışdım onu.
    Açıb ürəyimi, açıb hissimi
    İlk dəfə nənəmə demişdim onu.

    Allah, yadımdadır, sevindiyindən
    Gözləri gülmüşdü, sözü gülmüşdü.
    Mənim qələmimin doğum gününü
    Ömrünün ən gözəl günü bilmişdi.

    Sən şair könlümü sevib oxşadın,
    Mənə qanad verdin uçam Göylərə.
    Hər həzin nəğməmi öpdün, qoxuladın,
    Özünə bir şeir ummadın yenə.
    Canlı nəğmə bildim səni ruhuma,
    Dilimdən heç zaman onu salmadım,
    İndi göz yaşımda islanan günlər,
    Mən sənin qeydinə çox vaxt qalmadım.
    Dalıb bu dünyanın min bir üzünə
    Deyərdin, hər dərdi insan götürür.
    Ay nənə, qəbul et, məzarın üstə
    Vüqarlı tər güllər yerinə bu gün
    Sənə yazmadığı şeiri gətirir.

    QARABAĞ – AZƏRBAYCANDIR!!!

    Qarabağ – şikəstə deyil,
    Nəğmə deyil, bəstə deyil!
    Pafos deyil, sağlıq deyil!
    Papaq deyil, yaylıq deyil!
    İllik deyil, aylıq deyil!
    Qaçqın deyil, köçkün deyil!
    Boş-boşuna sürgün deyil!
    Başaparan mövzu deyil!
    Həsrət deyil, arzu deyil!
    Milyonların taleyinə
    Həkk olunan yazı deyil!
    Canavarın pəncəsinə
    Özü keçmiş qoyun deyil!
    Qumar deyil, oyun deyil!
    Qarabağ futbol da deyil!
    Vurulmayan qol da deyil!
    Vətən oğlu, yurda əsgər,
    Ey ər oğlu ər!
    Qarabağ – sonsuz qisasdır!
    Ömrümüzə xəzan, yazdır!
    Qarabağ – canımızda candır,
    Qarabağ – ölümdür, qandır!
    Qarabağ – Azərbaycandır!!!

  • “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Sahibi araştırmacı-yazar Mahmud Nedim Tepebaşının “Kahramanmaraş dosyası” adlı denemeler kitabı yayınlandı

    FA AJANS YAYINLARI tarafından Çağdaş Türkiye Edebiyatının ünlü yazarı, Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Sahibi, Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) ve Günlük Haber Ajansının Türkiye temsilcisi, araştırmacı-yazar Mahmud Nedim Tepebaşının “Kahramanmaraş dosyası” adlı denemeler kitabı yayınlandı.

  • “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin 22. sayısı yayında

    Kardeş Türkiye Cümhuriyetinin Kahramanmaraş şehrinde yayınlanan , Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin 22. sayısı yayında.

  • “İradə Aytelə güvənmirəm!” – Emin Piri ilə İradə Aytelin söhbəti… (fotolar)

    https://b.radikal.ru/b15/1910/56/70e22c6dd502.jpg

    “İnsan ürəkdən yox, çiyinlərdən və dizlərdən sevir. Bütün ruhunla, inamınla, güvəninlə başını dizinə, çiyninə qoya bilirsənsə qadın odur”.

    Emin Piri

    Sözə dəyər verən oxucular, uzun müddətdir “Gənclərlə söhbət” layihəsi barədə düşünürdüm. Bu, ədəbi, siyasi çərçivələrdən kənar söhbətimdə sadəcə istedadlı gənclər iştirak edəcək. Və istedadına ən çox güvəndiyim gənclərdən ilk olaraq Emin Piri ilə danışmağı qərara aldım. Emin Piri müasir Azərbaycan Ədəbiyyatının tanınan simalarındandır əlbəttə. Zaman-zaman siz istedadlı, lakin tanınmayan, yeni imzalarla da tanışlığın şahidi olacaqsınız.

    Ümid edirəm, vaxtınızı dəyərləndirməkdə yanılmaram…

    Müharibə əliliydi babam,
    aldığı təqaüdün qəpiklərini
    gizlədərdi əlində.
    “Tapın görüm, hansı əlimdədi?
    Pul, tapanındı”
    oynardı bizimlə.
    Ancaq heç vaxt tapmadıq
    qəpikləri hansı əlində gizlətdiyini.
    görəsən, bilirdimi
    biz bilirik
    bir əlini müharibədə itirdiyini…

    Emin Piri

    – Emin, “Gənclərlə söhbət” layihəsinin ilk qonağısan və aylar əvvəl başlamalı olduğumuz bu söhbət çox gecikdi. Biz niyə görüşə bilmirik?

    – Bəlkə də heç nə gecikməyib sadəcə biz tələsirik. Gecikmək və tələsmək də əslində nisbi məsələdir. Zamana və məkana görə dəyişir. Bilmirəm, ola bilsin, yanlış edirəm. Amma mütləq olan heç nə yoxdur. Görüşməyə gəldikdə isə mən aylardır, ədəbi mühitdən kimsəylə görüşmürəm. Son vaxtlar yalnız dost hesab etdiyim şəxslərlə bir neçə saatlıq görüşüm olub, vəssalam. Ədəbi mühitdə bir növ dərvişlik yolunu tutmuşam. Belə olduqda mühiti həm müşahidə qabiliyyətim çox olur, həm pis vərdişlərdən uzaq oluram, həm də yaradıcılığa, mütaliəyə daha çox zaman ayıra bilirəm.

    – Ədəbi mühitdə Emin Piri kimdir?

    – Piri var. Amma bəzi proseslərdən sonra bir neçə Emin. Bu insnaların yanaşmasıdır. Kimin nə düşünməsi məni narahat etmir. Sadəcə bəzi status və açıqlamlardan sonra bəziləri bilərəkdən qeyri-ciddi obraz yaratmağa çalışır və ya ən azından görməzdən gəlir. Bu insanlar kimlərdir? Haqqı olmadan haqq alanlar, ailəsinin adından istifdə edib ciblərdən pul yığanlar, araq pulu üçün hər cürü vicdansızlığa əl atanlar. Eyni zamanda istedadsız və müdiriylə münasibətinə görə belə yanaşanlar. İkinci tərəfə görəsə Emin Piri 180 dərəcə fərqlidir. Mənimçün dəyərlilər elə onlardır. Əslində həmişə istəmişəm həmişə düşmənlərim olsun. Bu halda ətalətdən yayınır, öz üzərimdə daha çox çalışır, daha mübariz oluram. Eyni zamanda bu məndə immunitet yaradır. Hər kəs sevəcəyi gün məhv olacağım gündür. Ona görə Tanrı məni çoxluğun sevgisindən qorusun.

    – Gəncliyini yaşaya bilirsənmi?

    – Öncələrə gəldikdə, yeniyetməlik və tələbəlik illərimdə gənclik yaşamamışam. Amma ədəbi mühitdən sonra bəli. Açığı deyərdim ki, milyonerin milyonlarla nail ola bilməyəcəyi gəncliyi yaşaya bilmişəm. Bu məsələdə narazılıq edə bilmərəm. İndini desək, bundan öncə söylədiyim kimi dərvişlik və nizamlı həyata keçmişəm. Dərvişlik dediksə daha çox pis vərdişlərdən, eyş işrət məclislərdən uzaqlığımı nəzərdə tuturam.

    – Sevişmək də eyş-işrət sayılır?

    – Sevmədiyinlə sevişmək eyş-işrətin bir növüdür.

    – Sevdiyinlə sevişmisən?

    – Sevdiyim qadınların şəxsi həyatını heç zaman bölüşmərəm. Buna görə də bu suala cavab verməməyimi məqbul bilin.

    – Ümumi deyə bilərsən. Sevdiyin və sevmədiyin qadınla sevişməyin fərqini bilmək maraqlıdır. Həm də Emin Pirinin baxış bucağında…

    – Mənə görə intim də kutsaldır. Mənafe olmadan olan yataq barədə sadəcə susmaq lazımdır. Hər halda, bir kərə də olsun sevmiş olan insan bunun fərqini hər kəsdən yaxşı bilir. Sadəcə onu deyə bilərəm ki, sevdiyinlə yataq seks deyil, ritualdır. Açığı mənə bu tip suallar ünvanlayırlar. Bu barədə danışmayacağıma söz vermişdim və etmirdim. Sadəcə bir-iki sualınızı cavabladım. İnanmıram ki, bundan sonra bu barədə nəsə cavablayam.

    – Emin, qadın necə olmalıdır?

    – İnsan ürəkdən yox, çiyinlərdən və dizlərdən sevir. Bütn ruhunla, inamınla, güvəninlə başını dizinə, çiyninə qoya bilirsənsə mənə görə qadın odur.

    – Qadın dostların çoxdu, kişi?

    – Hər kəs mənim dostumdur, eyni zamanda dostum yoxdur.Bunun fərqinə baxmamışam. Onu bilirəm ki, qadınlar arasında mərd, ləyaqətli tanışlar var. Eyni zamanda, kişilər arasında da.

    – Emin Piridə ən sevdiyin cəhət hansıdır?

    – Səmimi olmağım. İnadkarlığım bir də. Bəzən yeri gələndəı heç nədən qorxmamağım.

    – Bilirsənmi İradə Aytel səni çox sevir?

    – İradə Aytelin məni çox sevdiyinə inanıram. Amma İradə Aytelin özünə güvənmirəm. Ümumiyyətlə, hər kəsə qarşı beləyəm. Hamıya inanıram, amma kimsəyə güvənmirəm.

    – Güvənsiz yaşamaq çətin deyilmi?

    – Bəzən insanı incitsə də güclü edir. Bəzən bezirsən bundan. Şair demişkən bəzən zəifliyindən yox, güclü olmağından yıxılır adam. Kimsəyə güvənmədikdə həyatda qalmağın tək yolu o odur ki, güclü olasan.Həmçinin güvənsizlikdə düşünürəm ki, mənim məndən başqa kimsəm yoxdur. Zəifliyimi kimsə bağışlamaycaq. Beləcə daxilində immunitet yaradırsan. Özünü güclü etməyə məhkum edirsən. Nəyisə kimsədən gözləmirsən. Yalnız nail olacağın şeylərə yalnız təkbaşına nail olmaq istəyirsən.

    – İxtisasca müəllimsən. Gənc yaraşıqlı müəllim. Şagirdlərin şeirlərini oxuyurmu?

    – Şagirdlərimi öz yaradıcılığımdan uzaq tuturam. Dərslərini oxusunlar. Məktəb bitirəndən sonra hansı istəsə dostca bölüşə, ədəbiyyat, yaradıcılıq haqqında danışa bilərik. Amma belə istəmirəm. Düzdü, indiyə kimi 10-15 şagirdimə kitabımı hədiyyə etmişəm. Amma bu kitab verməklə də bitib. Ümumiyyətlə, oxuyub oxumadıqları ilə də ilgilənməmişəm.

    – Bəzən deyirlər şeir yazmaq vergidir. Sən necə düşünürsən? Nədir şeir yazmaq?

    – İstedad hər kəsdə var. İstedad dediyimizsə enerjidir. indi baxır, kimin enerjisi azdır, kiminki çox. Və eyni zamanda kim enerjini düzgün xərcləyir və ya yönəldə bilir. Şeir həyatı yaşamağı və eyni zamanda dəqiq həyat müşahidəsi istəyir. Poeziyanın müəyyən dərəcədə genetik olduğunu düşünürəm.

    – Atadan oğula gələn poeziya deyəkmi sənin poeziyana?

    – Bir qədər bu da var. Amma mən Tanrıdan gəlmə daha çox adlandırardım( gülür).

    – danlayır özünü hər səhər-axşam

    əlini başına, dizinə çırpır:

    o qaldı cəbhədə,

    mənsə qayıtdım

    ayağım özümdən qeyrətli çıxdı.

    Emin Piri yaradıcılığının ana xəttini müharibə mövzusunda yazdığı şeirlər təşkil edir. Bu, zamanımızla ayaqlaşsa da, müharibə mövzularına az yanaşılır. Yəni, müharibə başqalarının yaradıclığından sükutla keçir. Yalançı pafoslarıdan danışmıram. Nədən qaynaqlanır bu? Sanki Emin Piri dünyanın hər bir nöqtəsində cərəyan edən müharibənin içindədi?

    – Nə qədər qəddarca çıxsa da, məni üzsə də müharibələrə və faciələrə minnətdaram. Bir növ şeytan kimi onlardan bəhrələnirəm, onlar mənim qidamdır. Bəşəri söhbətləri milliləşdirir, milli məsələlərə bəşəri baxıram. Ona görə belə alınır.

    – İndi sevgilin yanında olsaydı və qulağına şeir pıçıldamaq istəsəydin, hansı şeirini deyərdin?

    – Heç zaman çap olunmamış, heç zaman çap etdirməyəcəyim şeirləri deyərdim. Mənim həmişə bir sevgilim var; o da Tanrımdır. Ona deyəcəyim şeirlərisə əlbəttə kimsə bilməz.

    – Qadın anadır deyilir…

    – Anadır, bacıdır, övladdır, sevgilidir, həyat yoldaşıdır,öldükdə isə vətəndir…

    – Emin, səncə ailə həyatı sevgini böyüdür, ya kiçildir?

    – Səmimi sevgilərdə böyüdür, saxta, maskalanmış münasibətlərdə isə kiçildir.

    – Niyə evlənmirsən?

    – Güvənəcəyim, sevəcəyim birinin yolunu gözləyirəm.

    – Gecələr nə üçündü, ay Emin?

    – Gecələrə şairənə obrazlar qoşa bilərik. Amma və lakin sadəcə yer kürəsinin öz oxu ətrafında fırlanmasından başqa bir şey deyil. Biz öz təsəllimizə, hislərimizə, darıxmağımıza və.s bəhanələr, səbəblər tapa bilərik. Yalnız özümüzü aldatmaqla məşğuluq. Özünü aldatmaq xoşbəxt edirsə, o gözəl yalandır.

    – Onda qoy bir gözəl yalan da soruşum və həqiqət olacağına inanaraq cavab ver. Prezident olsaydın ilk nə edərdin?

    – İmperator olmağın yollarını arayardım…

    – Fikrin hey ucalarda olardı deyirsən. Lap ucada isə Allahdı oturan. “Göydən lopa-lopa qar yağır, bəs niyə Allah yağmır” demişdin. Göydən Allah nə zaman yağacaq?

    – Bax, belə düşünək də, dünyada sərhədlər, müharibələr, din, irq ayrıseçkiliyi-varlı kasıb olmasa, Allah yerə enərmi? Mənim ruhuma həmişə Allah yağır. Lopa-lopa qar şəklində. O həmişə burda olub. bizimlə bərabər öz içimizdə. Yəni var olandan. Enməyini gözləməyə ehtiyac yoxdur. Zatən enib. Boşuna enməyini gözləməyə ehtiyac yoxdur.

    – Maraqlı cavab idi. Dövlətdən umacağın var? Daha doğrusu, hakimiyyətdən…

    – Bu barədə hələki danışmaq istəmirəm. Layiq olduğum yerdə olum,mənə bəs edər.

    – Mənə şeir deyərsən? Elə indi…

    – Səni sevməyin yanında

    Yaşamaq heç nədi, heç nə!

    Gərək səni sevəm,

    Sevəm

    Ürəyi şüşə qabda yox

    Elə səndə olan divəm.

    Adın da mürəkkəbdi,

    adın dilimə dəyməz.

    Özün demişdin axı,

    Adam bəxtindən qaçıb

    Gülləyə gələnə dəyməz.

    Sərhədləri itirilmiş

    Məmləkətin küncündəyəm.

    Daha bu kağız ölkədə

    Kiməm ki, kimdən inciyəm.

    Sağımda sən,

    Solumda sən.

    De, nə qədərsən,

    Neçəsən?!

    Bəlkə o qədər sənlərdən

    Birin mənimçün keçəsən…

    – Emin, sən ədəbiyyatda inandığım və güvəndiyim imzalardansan. Uğurlar arzulayıram. Bircə istəyim var, gələcəkdə, o zaman ki mən olmayacağam və sən ədəbiyyatı yaşadanlardan olacaqsan, bax, onda məni də xatırlayarsan. Gecən xeyirə qalsın!

    – Xeyirə qarşı, əzizim!

    Gəl,

    döy qapımı…

    yolun uzaqdı bilirəm,

    əziyyət çəkmə,

    sizə gətirrəm

    qapımı…

    döy,

    ürəyin döyünən qədər.

    Yaşayıb güldürmədim

    səni doyunca.

    qoy,

    ölüm…

    doyunca ağladım səni.

    Tanrım,

    sənin də yanında

    yalançı oldum,

    göndərə bilmədim əmanətini.

    sənə də can borcum qalıb,

    nisyə dəftərinə yazarsan məni.

    – deyən şairlə – Emin Piri ilə söhbətim yeni-yeni istedadlı gənclərlə görüşə aparan yolda sonuna vardı. Hörmətlərimlə…

    Söhbətə başladı: İradə Aytel

    Mənbə: kultur.az

  • Bilal ALARLI–“ROMAN HAQQINDA ROMAN”

    https://d.radikal.ru/d00/1910/46/acc22b4b2160.jpg

    ROMAN HAQQINDA ROMAN,

    yaxud Qalib Şəfahətin “Sandığ”ından çıxanlar

    Həm nəsr yaradıcılığı, həm də şeirləri ilə oxucularının qəlbini ovsunlayan qələm adamlarından biri Qalib Şəfahət (Bağırov Qalib Xanoy oğlu) hazırda həkim-kardioloq vəzifəsində işləyir və ehtiyatda olan tibb xidməti kapitanıdır. Əsərləri Azərbaycandan kənarda da işıq üzü görüb.

    Qalib Şəfahətin yenicə qələmə aldığı “Sandıq” romanı yaradıcılıq ənənələrinin davamıdır və nəsrsevərlər üçün bir töhfədir. Roman Qarabağ mövzusundadır, lakin ənənəvi bədii yanaşmalardan fərqlidir. Məsələn, əsərin əvvəlində yaşlı erməni qadınının daxili iztirabları dolğun boyalarla verilmiş, körpə uşağı atası türk olduğuna görə oda atan ermənilərin vəhşiliyi təsvir olunmuşdur. Təkcə bu parçadan görünür ki, “Sandıq” romanı necə maraqlı süjet və kompozisiya üzərində qurulmuşdur. Özünü qalib sayan xalqın nümayəndəsi qalib hisslərlə yaşamır, o daim qorxu altındadır, hadisələrin sonunun onların xeyirinə olmayacağını fəhmlə duyur və buna görə də narahat olur. Heç nəyə inamım qalmayıb mənim, bu gündən sabaha etibar yoxdur, heç nəyə bir damcı da olsun ümid bəsləmirəm, deyə düşünür. Hadisələrin hansı yana yön alıb gedəcəyi də məlum deyil. Harınlamış yekəbaşlar, yekəqarınlar, gönüqalınlar sadə insanların taleyinə biganədirlər. Çox maraqlıdır ki, bu narahatçılıq əsərin bütün erməni qəhrəmanlarında var, sanki onları gizli bir əl içəridən tutub silkələyir. Çünki onlar yaxşı bilirlər ki, müharibəni törədən və indi at oynadan həmin harınlar çətinə gələndə ancaq özlərini düşünəcəklər: “Başları özlərinin öz hayına elə qarışacaq ki, kənardakılar tam yaddan çıxacaq. Lazım olarsa lap qaçacaqlar. Qarabağ da yadlarına düşməyəcək. Güya onlara Qarabağ lazımdır? Yox, onlara Qarabağ lazım deyil! Onlara kiminsə buyruğunda durub qarın dolusu yemək lazımdır. Qorxaqdılar, özü də çox qorxaqdılar”.

    Doğrudan da, qorxaqdan hər şey gözləmək olar. Çünki qorxağa nə torpaq, nə də vətən lazımdır: “Qorxağa istı qucaq lazımdır. Kiminsə qucağında oturub istədiklərinə nail olsunlar. Kiminsə qarşısında quyruğunu bulayıb bir təhər başlarını girələsinlər”.

    Elə bilirəm, bu motiv oxucuda “Sandıq” romanına maraq oyada bildi. Bəri başdan deyim ki, “Sandıq” oxucuları Qarabağla bağlı hadisələrin gizli məqamları ilə tanış edən möhtəşəm bir romandır. Əsərdə insan faciəsi danılmaz faktlarla obrazlaşdırılır. Ədəbi qəhrəman qalibdir, ancaq onun itkiləri qələbənin gətirdiyi sevincdən çoxdur. Maraqlısı da budur ki, insan itirməyə vərdiş edir, müharibənin sərt qanunları qarşısında aciz qalıb, bu itkilərlə barışır, necə deyərlər, düşdüyü mühitin yazılmamış qanunları ilə yaşamağa məhkum edilir. İnsanlar döyüşürlər, onları başqa şeylər maraqlandırmır, daha doğrusu, haqqında düşünməli başqa nə varsa, döyüş anında unudulur. Döyüşçü onu nə gözlədiyini də bilmir. Döyüşdən sonra ağrılı-acılı hadisələri xatırlamağa başlayır və anlayır ki, müharibə insan üçün, elə cəmiyyət üçün də ən böyük dərsdir. O dərsdə itirdiyi qazandığından çoxdur. Ən yaxın silahdaşlarını, dostlarını itirə-itirə gedir. Əlbəttə, bu, fərdin müharibədən çıxardığı nəticədir.

    İşğalçı erməni də olsa, insandır və müharibə ona da yaralar vurur. Müharibənin ağlatdığı insanlar çoxdur, xəyallarını başlarına uçurduğu insanlar saysız-hesabsızdır. Onlar müharibədən sonra yaranmış xarabalıqların içərisində özlərinə yer axtarırlar, lakin rahatlıq tapa bilmirlər.

    Romanın məzmunu artıq müharibənin dayandığı, atəşkəs elan olunduğu bir dövrdə Qarabağda yaşayan erməni əsilli “qəhrəmanların” gündəlik həyatı ilə bağlıdır. Müharibə davam etməsə də, ölüm halları baş alıb gedir, intiharlar adi hala çevrilir. Zori Balayanın anasının düşüncələri, zabitlərin dialoqu, cəbhə xəttinin təsviri, hətta haşiyələr və başqa hadisələr məzmunu tamamlayır. Müəllif qəhrəmanın çıxılmazlığını, labirintini dolğun, inandırıcı şəkildə təsvir edir: Özünə verdiyi suallara cavab tapa bilmirdi. Cavablar sanki kilidlənib boğazında qalırdı. Fikir, xəyal zəhərli ilan kimi içində gəzib dolaşırdı: “Bəlkə də düşündüyüm bu sualların cavabı olsaydı, rahatlanardım. Amma çox təəssüf, bu sualların cavabı olmayıb və heç vaxtı da olmayacaq!”

    Doğrudan da, sarsıdıcı düşüncələrdir, insanı daxildən silkələyən fikirlərdir. Dərin düşüncələr onu ağuşuna alıb, fırtına qayığı atıb-tutduğu kimi yerindən oynadır: “Ha fikirləşirəm, ha düşünürəm, yenə bir doğru-düzgün yol tapa bilmirəm ki, bilmirəm. Burasını da gördüm, demək, burda beləymiş, insanın insan kimi bir başa düşən yoxdu. Heç insanı insan kimi başa düşməsinlər, bəs, milli təsübkeşlik deyilən bir anlam var idi, o harda qaldı. Bizə danışdıqları hər şey nağıl imiş, biz nağıllara inanmışıq. Adam düşündükcə lap dəli olmaq həddinə gəlib çatır. Niyə bu oyunlar bizim kimlərin başında çatlamalıdır? Niyə biz oyunların qurbanına çevrilməliyik? Oyunun əsas oyunçuları həmişə oyundan kənarda qalır, bizim kimiləri qurbanlıq qoyun kimi qabağa verirlər. Niyə? Niyə axı, belə olmalıdır? Müharibə bizim nəyimizə gərəkdir?”

    Digər qəhrəmanların düşüncələri də Anuş xalanın düşündüklərindən geri qalmır. “Qəhrəmanlardan” biri kiminsə haqqında ciddi şəkildə düşünüb daşınır, öz aləmində onun çatışmayan əlamətini qabardır, çalışır həmin adama o pirizmadan yanaşsın. Bu düşüncələr reallıqdan qidalanır: “Onsuz da toyuq cücəsi kimi gündə biri, ikisi, ya azardan-bezardan, ya da düşmən gülləsindən başını yerə qoyur. Belə şeylərə biz çoxdan vərdiş eləmişik. İndi elə bir zamandır ki, heç kim, heç kimin ölüsünü ağlamır. Hərə öz başının çibinini qoruyur. Elə bir zamanda yaşayırıq ki, qardaş qardaşın ölümünə yanmır, hələ yeri gələndə kürəyindən vurur”.

    Romanın müəllifi oxucusuna çatdırmaq istədiyi fikri obrazın dili ilə daha rahat deyir. Ayrı-ayrı qəhrəmanların dərdi eynidir, onlar müharibə şəraitində yaşayırlar, müharibə bitməyib və buna görə də nəzarətdən çıxmış hadisələr qaçılmazdır. Həlak olanları Yerevana çatdıran sürücü Xorenin dərdi ağır olsa da, o öz işinin öhdəsindən gəlir, amma yenə ortaya narahatedici məsələlər çıxır: “Hər ölənlə öləsi deyilsən ki! Müharibəyə gələn kefə-damağa gəlmir ki, ölüb-öldürməyə gəlir. Öldü, apar ölüsünü yiyəsinə çatdır, vəssalam. Sənin işin, ancaq bundan ibarətdir”.

    Oxucu romanın dilində maraqlı məqamlarla qarşılaşır, bəzi cümlələr şifahi nitqdə olduğu kimi verilib. Əlbəttə, bu, əsərə ağırlıq gətirmir, əksinə, hissi, həyəcanı artırır, inversiativ ifadəni zənginləşdirir: “Gərək insanın yanında candan yananı olsun. Gərək insanın çətin anlarında sığındığı bir adamı olsun”. Bu cümlələr əslində belə olmalıdır: “İnsanın yanında candan yananı olsun gərək. İnsanın çətin anlarında sığındığı bir adamı olsun gərək”. Mətndə “Gərəkdir ki” də yazıb cümlələri mürəkkəbləşdirmək olar. Amma göründüyü kimi, mənim əlavə və dəyişiklik cəhdim uğursuz görünür, ən düzgün ifadə formasını müəllif özü seçib.

    Qəhrəmanlarının psixoloji durumunu ustalıqla təsvir edən müəllif bütün bu halların inamsızlıqdan baş verdiyini bildirir. Onun təsvirləri o qədər dolğundur ki, hətta oxucuya sirayət edir: “Gəmisi dəryada batmış kimi çox gərgin bir görkəm almışdı. Qaş-qabağını sallamışdı. Gilasa bənzər xırda gözləri göz qapaqlarının arasından quyuya düşmüş kimi sozalırdı. Diqqətlə baxdıqda gözünün işığı öləzimiş kimiydi, zəif parıltı gözə çarpırdı. Gülüşü sifətində donmuş, yanaqlarında qrov kimi qalmışdı. İçərisində bir istirab, ağrı baş qaldırmış kimi görünürdü. Sevinc elə bil onu çoxdan tərk etmişdi. İçində hər şeyin öldüyünü zənn edirdi”.

    Ümumilikdə romanda təbiət təsvirləri həddən zayadədir, mən deyərdim ki, bəlkə də təsvir olunan hadisələrin müqabilində bir qədər çoxdur, ancaq oxucu bu çoxluğu hiss etmir, çünki təsvir olunan təbiət Qarabağın füsunkar relyefi, coğrafi mənzərəsidir. Hətta müəllif obyektin (məsələn, hospitalın) önündəki, arxasındakı, sağındakı və solundakı təbiət mənzərələrini qəribə bir aludəliklə qabartmağa çalışır. Əgər söhbət yoldan gedirsə, yolun sağı, solu, hətta hamar, yaxud kələ-kötür olub-olmaması ətraflı şəkildə qələmə alınır. Adama elə gəlir ki, müəllifin təsvir etdiyi məkanda haçansa olub, haçansa bu ağacları, çayı, yamacı görüb, haçansa bu yoldan keçib gedib və indi təkrar həmin səyahətə baş vurur.

    Romanda diqqət çəkən məqamlardan biri də milli mental keyfiyyətlərin fərqli şəkildə verilməsidir. Yaşlı erməni qadınının iztirabları ona görə üzücüdür ki, bu qadın gəncliyində kifayət qədər təraqlı bir həyat yaşayıb, indi isə övladları tərəfində atılıb yurdda qalıb, öz kimsəsiz ölümünü gözləyir. Erməninin özünə düşmən saydığı türkün ailə taleyi isə belə deyil, türk valideynlərini yaşlı vaxtlarında Tanrının ümidinə qoymur, əksinə, daim onun yanında olur, ya da çəkib yanına aparır ki, qayğısını çəksin. Erməni güzəranında isə hər kəsin sonunu tənhalıq gözləyir. Roman boyu tənha və yaşlı erməni qadınının çəkdiyi iztirablar məhz bu milli xarakterdən köklənir: “Bu evin altında tək-tənha ölmək istəmirəm, öləndə də gərək urvatla öləsən. İndi kimi-kimsəsi olmayan biriyəm. Onlardan elə bir fərqim yoxdu. Nə olsun oğlum, gəlinim, nəvələrim var. Nəyə yarayacaqlar ki? Öldüyümü eşitsələr, bəlkə də heç gəlməcəyəklər! Eh, bunun da daşı atılıb, nə bilim nə vaxt gələcək. Heç bir fikirləşən yox, qoca arvadı damın altında atıb getmək olmaz. Kim fikirləşəcək ki?!”

    Erməni xisləti Anuş arvadın qanına işləyib, bir yandan adamların onun dərdinə soyuqluğunu insanlığın bəlası kimi görür, digər tərəfdən fürsət yaranan kimi özü üçün yaşamağı üstün tutur: “Adamları bir-birinə bağlayan dərddir. Yaxın dərdli adamlar bir-birinə yaxın olurlar, bir-birini yaxşı başa düşürlər. Gərək hamının dərdi bir olsun ki, bir-birinə yaxınlıq edə bilsin. Dərdi-qəmi olmayan nə bilir, dərdli nə çəkir. Heç onu maraqlandırmır da. Elə ki, ayağı genişliyə çıxdı, hərə özünün xoş gününün, xoş dövranının arxasınca qaçır. Nəyinə gərəkdir, kim hansı dərdi çəkir, başqasının vəziyyəti necədir?! Elə öz işində, gücündə olur. Kefini çəkib dövranını sürür. Bir yana baxanda düz eyləyir. Beşgünlük dünyadı. Çalış öz ömrünü yaşa”.

    Nikolayı taxtda görən Haykanuş arvad da öz xislətindən qalmır, şahidi olduğu erməni-türk davasında baş verənlərin təbliğatını aparır, amma türk qadınlarına rast gələndə onlara yaltaqlanır. Anuş bir erməni qadını olaraq bu xisləti görür və dilə gətirir: “Özü də arvadın bir bicliyi var idi, gəl görəsən. Elə ki, bir türk gördü, onunla elə danışırdı, elə rəftar edirdi ki, deyirdin, ən yaxın simsarı, qohumudu, neçə illərdi ayrı düşüblər, bir-birini həsrətliklə tapıblar”. Haykanuşun və haykanuşkimilərn təbliğatı yavaş-yavaş öz işini görürür, Anuş da hadisələrin iştirakçısına çevrilir: “Sonralar dünyanın enişindən, yoxuşundan qalxıb-endikcə hər şeyi yavaş-yavaş anlamağa başladıq”. Anuş arvad etiraf edir ki, ermənilərin bir bicliyi var, elə ki, görürlər, məqamdı, fürsəti heç vaxt əldən buraxmırlar: “Bir balaca ara yat-yut olanda başlayırlar başqa yerdən qaşıyıb qan çıxarmağa”. Bu isə erməni həqiqətidir və erməni Anuş türkü günahlandırdığı məsələdə yanılmır: “Ermənilərin türklərdən bir üstün cəhətləri vardı. Bir-birinin tərəfini saxlayardılar, təəssübünü verməzdilər. Nə olur olsun, erməni erməninin danışdığını türkün ovcuna qoymazdı. Bir erməninin danışdığını o bir erməni sirr kimi saxlayardı”.

    Bəs müəllif necə, məsələni bu şəkildə qoymaqda haqlıdırmı? Sətiraltı məqamları demirəm, müstəqim şəkildə söylənilənlər həqiqətdir! Milli mənafelər şəxsi maraqlara qurban verilməməlidir. Romanın bu hissəsi erməni-türk münasibətlərinə erməni baxışlarını əks etdirir. Düşməndən öyrənmək ayıb deyil, əgər düşmənin siyasəti müəyyən tarixi mərhələlərdə ona uğur gətirirsə! Ayıb odur ki, qarşındakı düşməni dəyərləndirə bilmirsən, özündən aşağı sayırsan, amma onu yenə bilmirsən! Bu zaman düşmənin taktikası köməyə gəlir! Müəllif bunu demək istəyir, həm də türkü özünə düşmən sayan erməninin dili ilə deyir. Bu vəziyyəti Elşadın anası Nabat xala da görür və çoxlarından fərqli olaraq, hadisələrə açıq gözlə baxır. Nabat xalanın, yəni türkün fikri bu məsələdə yaşlı erməni qadını Anuşun fikri ilə üst-üstə düşür: “Bala, bala, bu ermənilər ki, var, bunların fitnə-felindən şeytan da baş açmaz. Elə bil, gələcək köpək uşağının ovuclarının içindədi. Elə düzüb, elə quraşdırırlar ki, vaxtı yetəndə hər şey şapıltı ilə yerinə düşür. Bizimkilərə baxanda çox qabağı görəndilər. Bizimkilər bu günü fikirləşirlər, onlar həmişə gələcəklərini fikirləşirlər, gələcəklə ayaqlaşırlar”. Ciddi iraddır, amma həqiqətdir. Baş verənlər bizi məcbur edir ki, iradla hesablaşaq. Romanın müəllifi bu faktları öz əsərində təsvir elədiyi hadisələrlə təsdiq edir, daha doğrusu, reallıq, həyat hadisələri söylənilənlərin həqiqət olduğunu göstərir. Nabat xalanın həqiqəti isə onun sözləri qədər ağır çəkilidir, ona görə də o, bu həqiqəti söyləməyə ehtiyat edir: “Adam çox şeyi açıb ağarda bilmir, a bala. Təkcə ağzını açmağa yox ey, düşünməyə də adam çəkinir”.

    Romanda haşiyə kimi verilmiş, əslində əsas məzmun xəttini tamamlayan “Türk uçan yol” əhvalatı da maraqlı və ibrətamizdir. Bu əhvalatda erməni hiyləgərliyi əndazəsini aşır, pis məqsədlərə çatmaq üçün ən iyrənc variantlara əl atılır. Türk üçan yol: “Bir gün də xəbər yayıldı ki, Taleh erməni Vartanın qızı Haykanuş ilə maşında “şeytan azdıran yoldan” üzü dərəyə yuvarlanıb. Ondan sonra söz-söhbət səngimədi. Ağızıları yummaq olmur, özün bilmirsənmi? Hansı ağzı yumasan? Kim deyirdi, nəşəli olub, kim deyirdi, qızla əməlli-başlı içiblər, kefləri saz olub, qıza özünü göstərirmiş, kəllə-mayallaq gedib.Hadisədən sonra anası havalandı. Atası ağır infarkt keçirdi, səs-soraq yuxarlara çatdı, kişi gözdən düşdü, yuxarı vəzifəyə çəkilmək cəhənnəmə, vəzifədən də uzaqlaşdırıldı. O artıq el-oba içində də nufuzunu itirmişdi. Nəsə, Taleh özündən sonraya da ad qoyub getmişdi – daha doğrusu, silinməz bir iz qoyub getmişdi: “Türk uçan yol”.

    Haykanuşun danışdığı əhvalat isə Bakıda baş verir, onun qardaşı itini maşınla vurmuş adamın uşağını oğurlayıb, it dərisinə bükür, it kimi saxlayır. Bu məsələnin üstü açılanda Haykanuşun qardaşı Yerevanda gizlənir. Nəticə isə çox ağır olur. Haykanuşun Marusyaya dediyinə görə, onun qardaşı avtomobil qəzasına düşür, neçə illər yataq xəstəsi olur. Həkimlər deyir, beli qırılıb, daha düzələsi deyil. Arvadı biləndən sonra ki, daha Haykanuşun qardaşından ona haray yoxdu, o da ərini atıb gedir. Xoş günün arvadıymış.

    Buna bənzər başqa bir əhvalat isə “Şeytan yolu” ilə bağlıdır.

    Romanda erməni qadınlarının türk kişiləri haqqında etirafları da heyrətamiz dərəcədə həyat həqiqətlərinə əsaslanaraq verilib. Erməni qadını türk kişiləri haqqında deyir: “Türk kişiləri erməni kişilərindən şorgöz olur. Türk kişiləri kimdən xoşları gəldisə, zor-xoş istəyirlər onun olsun. Həm də öz istəkləri üçün özlərini cəsarətli qorxmaz göstərirlər. Erməni kişiləri biclik işlədirlər. Biz qadınlar da bicliyi yox, cəsarətli adamları sevirik”. Qarışıq ailələr bəlkə də bu istəkdən yaranır, erməni qadınını türk kişisinə bağlayan danılmaz fakt bu etirafda daha yaxşı ifadə olunub.

    Erməni qadınının cazibədarlığı onun öz gözəlliyinə münasibətinə görədir, qısaca desək, kişiləri valeh edən onun özünəbaxımlığıdır. Özünə dəyər verməyi bacaran erməni qadını gözəlliyinin qayğısına qalır, çünki onun məqsədi kişiləri heyrətləndirməkdir. Düşüncə isə sadədir: “Qadının gözəlliyindən başqa, gözəgəlimliyi də olmalıdır. Onun üçün də qadında xüsusi qabiliyyət gərək olsun, ətrafı özünə cəzb edib, ətrafla münasibət qura bilsin”. Cəlbedicilik isə çox sərrast ifadə olunub: “Qıyğacı baxışları adamı gicitkan kimi dalayır”.

    Romanı maraqlı edən cəhətlərdən biri də erməni qadınlarının arasındakı söhbətlərin əsasən kişi-qadın münasibətləri haqqında olmasıdır. Bir çox ailədaxili məsələlər var ki, bütün millətlərə xasdır, bunun da biri ərlə arvad münasibətləridir. Erməni ailələrindəki bəzi məqamlar türk ailələrində söz-söhbətə səbəb olmur, buna görə də müəllif həmin söhbəti erməni qadınlarının nitqinə yükləyir. Bəlkə də ailədaxili cinsi münasibətlərə bu qədər geniş yer verməsi müəllifin həkimlik peşəsi ilə bağlıdır: “Qadın yaşayanda ruhu ilə yaşayır, kişi bədəni ilə. Kişi gərək qadının ruhuna sahib çıxa bilsin. Kişi istəmədiyi qadınla yaşaya bilər. Çünki bədənini boşaldır. Qadın yaşaya bilməz. Çünki ruh boşalmır, həmişə dolmağa çalışır. Boşaldısa, demək ruh ölüb. Elə hey dolduqca dolmağa çalışır”. Məsələnin bu şəkildə qoyuluşu ailə quran gənclər üçün də ibrətamizdir. Bu cür bilgi ər-arvad münasibətlərini tənzimləyə bilər. Göründüyü kimi, roman bəhs etdiyi mövzuya və hadisələrə birtərəfli şəkildə yanaşmır, oxucusunu dartıb böyük bir dünyaya aparır.

    Əlbəttə, söhbət erməni qadınlarına məxsusdur və bu fikirlər onların düşüncəsinin məhsulu kimi təqdim olunur. Bu da nəticəsi: “Həqiqəti zarafatın içində elə ustalıqla gizlədirdi ki, həqiqət onda acı yox, şirin alınırdı: “Suren kimi kişinin yanında olmaqdan Səfər kimi kişinin altında olmaq qadın üçün daha şərəflidir, – deyirdi: – Eləsinin yanında olub dərd-qəm içində boğulub ufuldanmaqdansa, beləsinin altında qalıb ahh-uuff etmək, yaşamağın dadını çıxarmaq nəyə desən dəyər. Əsas odur, yaşamağı bacarasan, kədər, qüssə içində itib-batmağı yox”.

    Bu yekuna isə haqq qazandırmaq bir az çətindir: “Qadın ac-yalavac, gözü əllərdə qalan uşaq kimidir, evdə, ərindən gözü, ürəyi doymadısa, həmişə çöldə, bayırda kimdəsə, nəyisə axtaracaq, gözü heç vaxt özünə yığışmayacaq”. Əlbəttə, müəllif erməni qadınları arasında olan söhbətə görə bu şəkildə ifadə olunan yekun nəticəyə gəlir və həm də bu nəticə əsərin qadın obrazının nəticəsidir. Müəllifin böyüklüyü ondadır ki, obrazlar qalareyasını rəng çalarları üzərində qura bilir, buna görə də onları bir-birindən həm təfəkkür tərzinə, həm də mənəvi-əxlaqi səviyyəsinə görə fərqləndirməyə nail olur.

    Bu isə həqiqətdir: Ərə qarşı həqarət, ikrah hissi qadında nə vaxt baş qaldırır? Cavab sadədir: “O vaxt ki, arvad özü ərinə xəyanət edir, həm də bilir ki, əri bunu hiss eləyə-eləyə özünü bilməzliyə, eşitməzliyə, görməzliyə qoyub. Bax, onda arvad kişidən iyrənməyə başlayır. Bütün başqa hisslər, qəzəb də, nifrət də sovuşub gedir, sönürmü deyim, soyuyurmu deyim, amma o hiss, yəni kişidən iyrənmək, diksinmək hissi ömürlük tərk etmir onu. Daha o adama özündən asılı olmayaraq yaxın dura bilmirsən”.

    Bu cür uzun-uzadı mükalimə maraqlı sonluqla bitir, erməni qızı Marusya ərini atır, “gəzdiyi” Səfər adlı türk də arvad-uşağını qoyub evdən çıxır və Marusya ilə evlənir, iki uşağı da olur. Qarabağda vəziyyət gərginləşəndə ailə maraqlarını milli maraqlara qurban vermirlər: “Türk onu da, uşaqlarını da götürüb Rusyaya köçub. Deyib, nə türklərin içində, nə də ermənilərin içində bundan sonra xoş gün görə bilmərik. Yaxşısı budur, Rusyaya köçüb, qalan ömrümüzü orda yaşayaq”. Qeyd edim ki, bu cür mükalimələr romana ağırlıq gətirmir, əksinə, onu oxunaqlı edir. Doğrudan da, belə ailələr var və Qarabağ münaqişəsindən sonra bu ailələrin faciəli həyatı başlayıb. Müharibə həm də yeni ailə quran erməni-türk cütlüklərini çıxılmaz vəziyyətə salıb, yəni müharibəyə cəlb olunmuş hər iki millət bu cür ailələrin qurulmasına ikrahla baxır. Romanda bu məsələni qoyması müəllifin bu cür aktual və ağrılı problemlərdən yan keçə bilməməsi ilə bağlıdır.

    Bütün müharibələrin yazılmamış qanunları olduğu kimi, Qarabağda baş verən hadisələrin də müəmmalı tərəfləri var. Dostu intihar etmiş erməninin Qarabağda vuruşanlarla bağlı fikirləri belə müəmmalı məqamlardan birinə aydınlıq gətirir. O, müharibəni törədənləri qınayır və bu savaşlarda yalnız kasıb balalarının qırıldığını deyir.

    Döyüşlərdə uğursuzluq baş verdikdə isə erməni müharibəni davam etdirən “başbilənlərini” hədəf götürür: “Günahın hamısı o qanmaz, özündən razı böyüklərdədir. Duxun çatmır niyə döyüşürsən? Bu camaatı niyə qırğına verirsən? Duxlu oğlansan, gəl öz sinəni qabağa ver, görüm verə bilirsənmi? Verə bilməzsən! Can şirin şeydi axı! Guya sənin balan gəlib burda döyüşər? Ay döyüşdü ha! Yox, yox, heç vaxt döyüşməz! Çünki atası imkan verməz ki, onun oğlu gedib türklə döyüşsün. İmkanı var, pulu var, əli hər yerə çatır. Nə yolnan olur olsun, o öz oğlunu Qarabağa göndərməz, uzaqbaşı İrəvanda-zadda, ya başqa bir daldey yerdə başını girələyib çıxıb gedəcək”.

    Roman bəzi gizli mətləblərə də işıq salır. Belə səhnələrdən birini Anuşla qoz ağacının dialoqu təşkil edir: “Çox vaxt da mənim yanıma gələndə Zorikin qarasınca deyinirdin. Oğlunun da şikayətini mənə edirdin. Mən də özümlə fəxr edib, ucalığımı dərk edirdim. İnsan da elədir, gərək onu kənardan görüb dəyər versinlər. Hər kəs özü-özlüyündə o dəyəri görə bilmir. Yox, Zorik İsmayılin oğlu olsa da, ona heç oxşamır, çox murdar xasiyyəti var, murdarlıqda Aşota oxşayır, Aşotun əlindən su içib axı, – deyirdin”. Bu cür faktlar oxucunu bilmədiyi və eşitmədiyi məsələlərdən agah edir. Zorik biləndə ki, türk İsmayıldan törəyib, onun türkə qarşı nifrəti artır. Bunu Zorikin anası danışır: “Müharibə hər şeyin üstündən bir qara xətt çəkdi. O, müharibəyə gedib qayıtmadı. Hər şey alt-üst oldu. Sonra Zorik biləndə ki, əsl atası İsmayıldi, uşaqda ona qarşı nifrət yarandı. Hər şeyi nifrətlə qarşıladı. Bunu o it oğlu Aşot demişdi ona”.

    Belə sirli səhnələrdən biri də erməni qadının oğluna danışdığı əhvalatla bağlıdır. Erməni qadını maraqlı gizli məqamları açıqlayır: “Biz əvvəllər Türkiyədə yaşamışıq. Əslimiz, kökümüz o tərəflərə bağlıydı. Buralara çox sonralar gəlib çıxmışıq. Gözəl şəraitimiz, evimiz-eşiyimiz, bağ-baxçamız var idi, var-dövlətimiz başımızdan aşırdı. Bir şeydən kəm-kəsirimiz olmazdı. Atam türklərlə elə münasibət yaratmışdı ki, heç kəs atamdan şübhələnmirdi. Bir də arada eşidirdin ki, bir türk uşağı itkin düşüb. Nə qədər axtarsalar da, tapa bilmirdilər”. Əslində, itkin düşən türk uşağı ermənilər tərəfindən oğurlanır və onların “yemi” olurdu.

    Bu da erməninin türkə verdiyi işgəncə: “Dolab, yumru uzun olur. Taxtadan düzəldirlər. Eyzən, nehrəyə bənzəyir. İçərisi iti uclu mismarla dolu olur. Türk uşaqlarını soyundurur, içərisinə salıb, sonra fırlayırlar. Mismar bədəninə batıb qanını tökür. İnsanı işgəncə ilə öldürürlər. Qanı tam axıb qurtardıqdan sonra qanından çörək bişirib yeyirlər. “Türk qanından çörək hazırlayıb yemək savabdır,” – babam belə deyir”. Ermənilər türk uşaqlarını, özü də oğlan uşaqlarını dolabdan keçirib qanını tam çıxarırlar, sonra da qanından çörək yoğururlar. Romanın bu yerində istər-istəməz oxucunu fikir götürür:Əcəba, bu dərəcədə də nifrət olarmı? Qurban kimi uşaqları niyə seçirlər? Bu necə vəhşilikdir?

    Əsərən maraqlı yerlərindən biri İsmayılla Anuşun söhbəti üzərində qurulub. Bu, İsmayılın ruhudumu, xəyalıdımı? Fərqi yoxdur! Əsas odur, İsmayıl o dünyada narahatdır, narahatdır ki, ondan öz xalqına divan tutan bir övlad qalıb, bu övlad hər iki xalqın nümayəndəsi olsa da, bir xalqın, erməninin təəssübünü çəkir, nəinki təəssübünü çəkir, hətta bu xalqa düşmən saydığı türkün qanını içməkdən belə çəkinmir, körpələrinə isə divan tutur.

    Amma İsmayılla Anuşun dialoqunda düşündürücü psixoloji məqamlar da var, ibrət olan, nəticə çıxarmalı məqamlar! İsmayılın xəyalı ilə Anuşun söhbəti bəzi mətləblərə işıq salır, pisi, yaxşını ayırd etməyə yardımçı olur.

    Əsəri maraqlı edən daha bir həyat təcrübəsi: “Adam gen gündə analız etmək gücündə olmur, tənbəlik edir. Elə ki, çətinliyə düşür, bax, onda insan başlayır bu çətinlikdən nəticə çıxarmaq üçün yollar arayıb-axtarmağa”.

    Bu dialoqa nöqtəni Anuşun göz yaşları içərisində söylədiyi sözlər qoyur, o sözlər ki, yalnız erməni qadınını istədiyini verə bilmək üçün ata biləcəyi addım haqqındadır: “Sən yaxşı bilirsən, mən səni necə sevirdim. Təkcə sənin olmaq üçün hər şeyə hazır idim. Hətta sənin olmaq üçün taleyimi gətirib kor eşşək Aşotun quyruğuna bağladın, ona da razılıq verdim. Özün yaxşı bilirdin, mən hara, Aşot hara?! Amma sənin naminə bununla da razılaşdım. Bundan artıq nə edəydim? Nə qədər istəsəm də, məni özününküləşdirə bilmədin”. Bu da son, yəni acı nəticələrin başlandığı nöqtə! Bu isə cavabı məlum sualdır: “Bundan belə mənim o ürəkdə qalmağımın bir əhəmiyyəti, faydası varmı?”

    Bədəlyanla Xoren Yerevana meyid daşıyır. Cəbhədə ölənlərin, yaxud intihar edənlərin sayı çoxalıb. Bu vəziyyət adi ermənini düşünməyə vadar edir. Yerevana növbəti meyidi aparan Xorenin dialoqu da bu mövzudadır, amma bir az ayıqbaşlıdır. Bədəlyanla Xorenin söhbətindən:” Xalqın başına elə bir bəla gətiriblər ki, hələ də o bəladan qurtulmaq mümkün deyil. Bu xalqın başına elə bir corab hörüblər ki, ömür boyu onun ağrı-acısını çəkəcək”. Lakin erməni xisləti sonda bu dialoqa qalib gəlir: “Böyük Ermənistan Qafqazın ən böyük və qüdrətli dövləti olacaq. Qarabağ bizimdir və bizim də olmalıdır! Biz mütləq buna nail olacağıq”.

    Müharibə şəraitində olan ölkədə təkcə əsəblər tarıma çəkilmir, həm də ciddi psixoloji gərginliklər yaşanır. Hərbi xidmətdən tərxis olunmuş erməni Vartanın sonrakı taleyi bunun bariz nümunəsidir, onu Vartanın əsgər yoldaşı daha yaxşı ifadə edir: “Ordudan getmək türmədən çıxmaq kimi bir şeydi. Elə ki, ordu həyatına öyrəşdin, bir də çətin ki, cəmiyyətdə özünə yer tapa biləsən. Bir şeyi də deyim, belələrinin cəmiyyətdə davranışı çox pis olur, hərəkətlərini özlərinə tabe elətdirə bilmirlər. Özlərini müharibədəki kimi hiss edirlər. Elə bil, bu əl-ayaq onlarınki deyil, yığışdıra bilmirlər. Belələrinə çəmiyyətdə “hərbi səhra vəhşiləri” deyirlər. Sonra eşitdim ki, Vartan özünü asıb öldürüb. Yasına da getmişdim. Bax, bu mənə dərs oldu, dedim, ölənə kimi heç yana getdi yoxdu. Elə birtəhər günümü-güzaranımı bu yollarda keçirəcəm”.

    Vartanın intiharının səbəbini onun əsgər yoldaşı Xoren belə əsaslandırır: “Elə ki, meylinı orduya saldın, arxada hər şey yaddan çıxır. Evdən, eşıkdən xəbərin olmur. Sən onlara yadırğadıqca, onlar da səni yadırğayır. O bir dəfə mənə dedi. “Daha evdə, eşikdə də əvvəlki hökmünü yeridə bilmirsən. Hər kəs öz kefində olur. Bilmirəm, düzgün davranammıram, yoxsa düşüncə tərzin əvvəlki deyil. Hamı sənə geridə qalmış kimi baxır. Özün də görürsən ki, dünyadan təcrid olunmusan. Hərbidə gördüyün nədir? Gördüyün bir yer olur, bir göy olur, bir də böyür-başında fırlanan qotur əsgərlər. Hərbidə heç olmasa əsgərlər sözünü pis-yaxşı eşidir. Cəmiyyətdə tullantı əşya kimi olursan”.

    Maraqlıdır ki, bu vəziyyət “qalib” Ermənistanın təkcə günü-güzəranı, yaşam tərzi deyil, həm də psixoloji ovqatıdır. Hərbçi evə dönür və görür ki, gənc arvadı başqası ilə ailə qurub, onun gəlişini gözləməyə səbri çatmayıb. Yaxud ailədə özbaşınalıq baş alıb gedir, kimsədə əxlaq hissi qalmayıb. Bu hal müharibələrin görünməyən tərəfidir. Müharibənin görünən tərəfi də ağrılı-acılıdır, bunu müharibəni törədənlər də, müharibəni davam etdirənlər də yaxşı bilirlər. Ona görə də düşüncələrinə hakim kəsilə bilməyən “Sandığ”ın qəhrəmanı qərarını ifadə etməkdən çəkinmir: “Xoşuna gəlsə də, gəlməsə də, müharibənin özünəməxsus qanunları var – aclıq, sususzluq, səfalət içində yaşamaq!”

    Zorikin anası Anuşa etirafı: “Adamın bir ideologiyası olmalıdır. Görmüsən, ideologiyası olmayan adam cəmiyyətdə tanına? Mən də bu ideologiyanı özümə seçdim. Artıq məni millət atası kimi tanıyırlar. Təkcə mən sənin, nə də Aşotunmu deyim, İsmayılınımı deyim, heç kimin oğlu deyiləm. Artıq mən böyük Ermənistanın böyük oğluyam. Hamı mənim ideyalarımla oturub durur. Nə olsun ki, bayaq dediyim kimi, apardığım ideologiya yalanların üstə qurulub, yalanlara söykənib. Bəlkə də kimsə bir balaca təkan verib tərpətsə, uçub dağılar. Yalanlar hamısı darmadağın olub yerlə yeksan olar. Amma biz onu çox qoruyur, qorxuruq, qoymuruq kimsə onun yaxınına gəlsin. Elə hamı kənardan seyr edir. Axı, yalanlar kənardan yaxşı görünə bilər, kimsə ona yaxınlaşarsa eybəcərliyi tez gözə çarpar”.

    Zorikin qürur yeri: “Türk kişisi başqasının adından dünyaya uşaq gətirib, sonra dananda bilmirdimi aqibəti belə olmalıdı?! Bilmirdimi, məhəbbət məhəbbətlə, nifrət nifrətlə qarşılanır?! Hər şeyin qarşılığı olur. Tarixin üstümdə qara ləkəsi var idi. Mən kimin oğlu idim və kimin oğlu kimi adım hallanırdı. Axı, mən o ləkəni üstümdən yumalı idim, özü də türk qanı ilə. Mən bunu qarşıma məqsəd qoymuşdum. Məqsədimə ürəyim istədiyi qədər nail olmuşam. O mənzərəni heç cürə həzm edə bilmirdim. İndi o ləkələri yuduqca şöhrətin ən uca zirvəsindən boylanıram. Bütün ermənilər, qızları ərə gedəndə Zori Balayanın “Ocaq” kitabını cehizlərinin üstə qoyurlar”.

    Sandığın sirri türk deyimlərinə bələnib, misal çəkilən də türk ata sözləri və məsəlləridir. Elə sandıqla bağlı deyimlər də: “Nədən doğulur doğulsun, həqiqət budur, amma bir şey məni yaman qıcıqlandırır, nə idi sənin məqsədin, sənə kim demişdi ki, o sandığın ağzını açıb, olub keçənləri eşələyib ortaya tökəsən? Mənim də dincliyimə haram qatdın. Heç bilirsən, o sandıqda nələr yatır. Axı sandıqlar insanların dar günü üçün saxlanc yeri, sirr yeri olub. Bir vaxt olur, açılışında sandıqdan çox şeylər çıxır. Sandıqlar töküldükcə olub-qalanlar üzə çıxır. Görünməyənlər gözə görünür. Eşidilməyənlər eşidilir”.

    İsmayıl Anuşla bağlı xatirələrini belə bitirir: “Sən mənim keçmişimdə öldün. O, ərin adlanan Aşotla birlikdə öldün. Sənin Aşotdan heç də elə fərqin yoxdu. Bircə görüntüləriniz fərqlidir. İnsan öz günahlarına bulananda daha çirkablı, daha natəmiz görünür. Sən öz günahlarına batmısan. Öz günahlarında boğulursan. Daha səni heç kəs görmür, təkcə özün-özünü görürsən və özün özünə nifrət edirsən. İllərlə yığılmış günahların altında qalmaq daha təhlükəlidir. Amma ölüm də o günahları yuya bilmir, canın qurtara bilmir. Gedəndə özünlə o günahları da aparırsan”.

    Sandıq hansı sandıqdır? İçində sirlər olan sandıq açılanda bu sirlər faş olur. Beləliklə, açılmış sandıq əslində həqiqəti aşkarlayır, o həqiqəti ki, türk qoynunda erməniyə yer verib, erməni isə yerini bərkidəndən sonra türkə qənim kəsilib. Ermənilərin türkə olan nifrətinin kökündə həm də “axçilərin” türk kişilərini öz ərlərindən üstün tutmaları dayanır, Anuş xala kimi hətta onlardan gizlicə övlad tutub, bu övladı aşotların dölü kimi qələmə vermələridir.

    İnsan əməlinin nəticəsini mütləq görür. Anuş xala Cəhənnəmin qapısını döyür, amma özünü İsmayılın nəvəsi kimi təqdim edən qız onu Cənnətə aparır. Anuş xala Cənnətdə özünü narahat hiss edir və Cəhənnəmə dönmək istəyir: “Qızım, insan gərək öz yerini bilsin, haraya düşəcəyini dərk edib başa düşsün. Buralar mənim yerim deyil! Durum, asta-asta gedim. Cənnətdə xəcalət çəkə-çəkə yaşamaqdansa, cəhənnəmdə yanmağım daha yaxşıdır”.

    Roman bitir, epiloq isə roman boyu danışılan əhvalatın metaforik yekunudur. Oxucu düşünür: Sandıq açıldımı? Bəs sandığın içindəki nəydi belə?

    Cavab sadədir: Sandığın içindəki oxucunun əlində tutduğu kitabdır, Qarabağda baş verən hadisələrin sirli-soraqlı, bir az da gizlin tərəflərinə işıq salan roman özüdür!

    Bilal ALARLI (Hüseynov),

    ADPU Cəlilabad Filialının müəllimi,

    filologiya üzrə fəlsəfə doktoru,

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

  • Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    NƏ VAR Kİ
    /”Vətənimdir” – silsiləsindən/

    Şuşa kimi qalam gedib əlimdən,
    Ayrı düşüb od- ocağım külümdən.
    Cıdır düzüm heç düşməzkən dilimdən,
    Hər meydanda at çapmağa, nə var ki?

    Göz yaşımdır Xan qızının bulağı,
    Daha yoxdur Üzeyirtək donağı.
    Haqq səsidir Natəvanın qınağı,
    Yad ellərdə baş qatmağa, nə var ki?

    Qalamızdan düşmən bizə ox atır,
    Neçə ildir baş aldadır, baş qatır.
    Bizimkilər alver edir, bez satır,
    Məclislərdə söz atmağa, nə var ki?

    Hər girov yurd qəlbimizdə bir yara,
    Dolanırıq baş aşağı, üz qara.
    Ad qoymuşuq kafe, dükan , bazara,
    Bu bazarda ar satmağa, nə var ki?

    Yol gözləyir ülu məskən, ulu yurd,
    Zəfər marşı çalsın şanlı qopuz, ud.
    Dövran,- olsun hər igidim, bir Boz Qurd.
    Yağı başın qopartmağa, nə var ki?…

    DEPUTATXANA
    /”Gerçəklərimiz” – silsiləsindən/

    Heç baxan olmadı ötmüş yaşıma,
    Uydular cibimə əyin, başıma.
    Sonda şahlıq quşu qondu başıma
    Önümə bir kimsə qatmazkən dana,
    Oldu məqam yerim – deputatxana.

    Abirı ,isməti, arı atacam,
    Ələyib kəpəyin una qatacam.
    Beş il al kürsümdə , mışıl yatacam,
    Quracam eyş- işrət, busat, tantana,
    Şanlı məram yerim- deputatxana.

    Düzəldib saç- başı, birçək, kəkili,
    Oldum qos- qocaman millət vəkili.
    Fəqət, mandatım tək, sifət ikili,
    Nəyə baş sındırım, qıyım mən cana?
    Nahar həm şam yerim- deputatxana.

    Həsəd aparırlar ehtişamıma,
    Yeməmə, içməmə, damaq tamıma.
    Günə- güzərana, lüks yaşamıma
    Nə olsun ağ saça yaxmışam həna,
    Tək dərdim , fikirim- deputatxana.

    Hərdən qulağıma dəyir səs- səda,
    Oyadıb haqların salıblar yada.
    Qorxuram millət qıza, sala qan- qada,
    Artıq çərx fırlanır Dövrandan yana,
    Devrilər qəlb pirim- deputatxana.

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Özümüzə tale yazdıq

    Üzülməyən sevgimizin,
    Ürəyini niyə üzdük,
    Özümüz də heç bilmədən,
    Yolumuzu tərsə düzdük.

    Yol gözləyən izimizin,
    Dedik həsrət, kədər bizim,
    Şirin dadan sevgimizin,
    Badəsinə acı süzdük.

    Kim uduzub, kim nə udub,
    Şirin anları unudub,
    Fələyin əlindən tutub,
    Özümüzə tale yazdıq.

    Duyğuların qanadıyam
    Buz bağlayan yollarını,
    Nəfəsimlə əridəydim,
    Bu ağlayan sevdamızı,
    Gücüm çata, kiridəydim.

    Bir dünyalıq can oduyam,
    Duyğuların qanadıyam,
    Mən sevginin öz adıyam,
    Göydə sevib, yerə dəydim.

    Yaz dərdimi, yaz aramla,
    Nə yaşıyım bu yaramla,
    Vüsalımı damla-damla,
    Ürəyinə yeridəydim.

  • Xatirə FƏRƏCLİ.”Sumqayıt”

    Ömür Xatirə karvanı,
    eləcə, dartıb
    daşıdım.
    Madar sevinc, bol-bol dərdin
    çoxunu səndə yaşadım.

    Səndə qaraldı axşamım,
    səndə açıldı sabahım,
    keçdi havalı çağlarım,
    havana qarışdı ahım.

    Əsdim
    əsən yelinə də,
    içim qayğı, çölüm qəhər,
    soyutmadı
    soyuq günlər,
    sevdim
    seviləcək qədər.

  • Şəfa VƏLİYEVA.”Cavidanə təbəssüm”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Çəkinmə, gül! O lətif, incə, nazlı qəhqəhələr
    Simaxi-ruhumu öpdükcə məsti-zevq olurum.
    Hüseyn Cavid

    1. Ölümlə sevişmək arzusu

    İndi özümə yaddır
    Dəli hönkürtülərim…
    Güzgüdəki qadını
    Ölümə sürüklədim…

    Dünyada ən dəhşətli,
    O çılğın ehtirasın
    Yapışmışam əlindən…
    Gülürəm…
    Xısın-xısın…

    Bilirəm
    Uçurumun
    Ruhuma aclığını…
    Şahzadəsi deyiləm
    Şirin, məsum nağılın…

    Bu gecə sevişməyi
    Dadmaq arzusundayam…
    Ölümlə sevişməyin
    Bircə addımındayam…

    Əlim üzülüb tamam
    Həyat adlı zalımdan…
    Nə yarım, nə də anam
    Hali deyil halımdan…

    Edam olunur günəş
    Ayın xəyanətində…
    Ümidlərim can verir
    Ölümü öpməyimlə…

    Öpülmək istəyirəm
    Gecəni səhərəcən…
    Sevişmək istəyirəm
    Ölümlə…
    Ölənəcən…

    Bu sonuncu arzunun
    Qarşısında dik durdum…
    Həzz alan qürurumun
    Qucağında uyudum…

    2. Mən göy üzü deyiləm…

    İçim günahla dolu…
    Çölüm günahla dolu…
    Qətledilmiş arzular
    Çiynimdə ömür boyu…

    Qarışıb hisslərimə
    Əbədi yuxu eşqi…
    Günah yağır gecəmə…
    Günahım yuyur eşqi…

    Gözlərim qan çanağı…
    Saat gecənin beşi…
    Yenə zülmət bağırır…
    Ürəyimlə sevişir…

    Hardadı bu ayrılıq?
    Gəlib döysün sinəmi!
    Eşitmirmi, ağlayır
    Zorlanan eşq mələyi!

    Ah…
    Yenə də özüməm
    Həm qatil, həm günahkar…
    Mən göy üzü deyiləm,
    Sevə məni ulduzlar…

    Axır dodaqlarımdan
    Damcı-damcı kəlmələr:
    -Tanrı, keç günahımdan!
    Tanrı, qoyma ölməyə!

    3. İblis üçün epitafiya

    Çiliklənən güzgümü
    Gözümə sığdırıram…
    Qucaqlayıb özümü
    Səhərə aparıram…

    Tanrı bağışlayandı…
    Bağışladımı məni?
    Şeytanı daşlayanda
    Alqışladımı məni?

    Yoxsa…
    Yaranışımdan
    Şeytan özüm olmuşam?
    Ölümlə yarışanda
    Finişə tez çatmışam?

    Ağarır damcı-damcı
    Üfüqdəki dan yeri…
    Doğuşdan betər sancı
    Axtarır ölüm yeri…

    Can verir ehtirasım
    Üzü səhərə doğru …
    Ölümlü arzularım
    Tək bircə ümid doğur…

    Ümidə baş əyirəm…
    Dərdə qəbir qazıram…
    Qatil ehtirasımı
    Ruhumda basdırıram…

    Yazıram başdaşına
    Ürəyimin qanıyla:
    “Ömrümün yaddaşında
    Ölüm də eşq sayılar…”

    Həya baxışlarımda
    Açıram bu səhəri…
    Ah…
    Narıncı dumanda
    Cilvələnir şəhərim…

    İblis də mən, mələk də…
    İnsanam insan özüm!
    Yaraşır hisslərimə
    Cavidanə təbəssüm…

    Şəfa Vəli (Gəncə)

  • Şəfa EYVAZ.Seçmə şeirlər

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Yeri yoxdu

    Ötən ömür zəhərdisə,
    “Bal” deməyin yeri yoxdu.
    Qara rəngə sığal çəkib
    “Al” deməyin yeri yoxdu.

    Dərd seldisə aparacaq.
    Bənd-bərəni dağıdacaq.
    Var deyilsə, yox olacaq.
    “Ol” deməyin yeri yoxdu.

    Özgəsini yarıdırsa,
    Bütöv deyil, yarıdırsa.
    Qəlbə düşən yaradırsa,
    “Xal” deməyin yeri yoxdu.

    Xoşbəxtlik bir nağıldısa,
    Bir küləyə dağıldısa.
    Getməyi son qərardısa,
    “Qal” deməyin yeri yoxdu.

    28.10.2016

    ***

    Elə tez alışanam
    Adicə bir xoş sözə,
    Bir kiçik gülümsəmə,
    Yüngül bir nəvazişə
    Çiçək kimi boy verib
    Günəşə boylanıram.

    Elə tez alışanam,
    Alışıram, yanıram…
    İnsanlara inanıb,
    Hər dəfə aldanıram.
    Gizlədirəm özümü
    Aldanmağı danıram.

    Elə tez alışanam,
    Həyat adlı bu nəsnə
    Vursa da hey silləni
    Körpəcə uşaq kimi.
    Unuduram yenə də
    Üzərinə qaçıram…

    Elə tez alışanam
    Alışıram hər şeyə.
    Ağrıları udmağa
    Özümdən pay ayırıb
    Başqa dünya qurmağa.

    Mən də belə dəliyəm…
    Alışanam mən, qağa!
    Öldürməz hər dərd məni
    Alışdım yaşamağa,
    Alışdım yaşamağa…

    25.10.2016

  • Gülnar SƏMA.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Sənsizlik

    Sənsizliyin gözəlliyi
    Sənsizlikdə imiş elə.
    Həsrətimdən duyuq düşən
    Hicranı demirəm hələ.

    Sənsizliyin gözəlliyi
    Sənsiz olanda bilinir.
    Sənsizliyin özəlliyi
    Mənsiz qalanda bilinir.

    Səninlə hər şey gözəldi
    Sənsizlik də ona bənzər.
    Bu hər şeyin başlanğıcı
    İlk baxışdan sona bənzər.
    Ürəyimə düşdün

    Elə düşdün ürəyimə,
    Söz yerinə düşən kimi.
    Ürəyim od tutub yandı,
    Köz yerinə düşən kimi.

    İndi ki, məni duyursan,
    Qəlbimə təşrif buyursan.
    Niyə yerində sayırsan
    Öz yerinə düşən kimi.

    Yerin ürəyimin içi,
    Ömür yolun ordan keçir.
    Nə əkirsə, onu biçir,
    Yoz, yerinə düşən kimi.

    Ayrılıq bəhanəsi

    Ayrılıqlar həmişə
    Öz bəhanəsiylə qonaq gəlir.
    Sən “olmaz” dediyin şeylər
    tez-tez gündəmə gətirilirsə,
    demək, növbəti dayanacaq
    ayrılıqda dayanmayacaq.

    Sürət daha da artacaq
    olmazlar özlərinə yer edəcək.
    Sənin görmək istəmədiyin situasiyalar
    əslində ayrılığın əlamətləridir.
    Ayrılıq isə bədii təyin deyil,
    əbədi təyinatdır.
    Ayrıldınsa, bəhanələrin də
    canı qurtarır.
    Onları da boş-boşuna
    narahat etmirsən.
    Hər şey üstünə gəlir,
    amma sən heç yerə getmirsən.

    Səbəbsiz bəhanələrin
    nəticəsini alqışlamaqdan başqa
    seçimin qalmır.
    Yox əgər hələ bəhanələr qalıbsa,
    onda bu ayrılıq olmur.

    Sən ki yaxşı bilirdin…

    Ömrümə gələnlərin,
    Gedənlərin sayı yox.
    Bu həyat mənimkidir
    Bir kimsənin payı yox.

    Gəlib neynəmişdin ki,
    Gedib də neynəyəsən?!
    Məni nə göynətdin ki,
    Özün nə göynəyəsən?!

    Sən ki yaxşı bilirdin
    Bilmədiyin hər şeyi.
    Öyrəndin ki, getməyin
    Dəyişmədi heç nəyi.

    Ömrümə gələnlərin,
    Gedənlərin sayı yox.
    Bu həyat mənimkidir
    Bir kimsənin payı yox.

  • Ceyhunə MEHMAN.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

    Sənsizəm deməyə gücün olmaya..

    Keçəm küçənizdən bir qış gecəsi,
    Ya adi dost kimi, ya tanış kimi.
    O gecə yuvandan perik düşəsən,
    Yuvası dağılan qaranquş kimi.

    Bir ah çəkəsən ki, göylər alışa,
    Fəryadın dünyanın ucuna düşə.
    Keçəm küçənizdən bir yay axşamı,
    Ürəyin sürüşüb ovcuna düşə.

    Məni gözləməyi adət edəsən,
    Özünə sevimli bir “peşə” kimi.
    Keçəm küçənizdən bir yaz səhəri,
    Boynunu bükəsən, bənövşə kimi…

    Bütün günahların yuyula o gün,
    Günahın olmaya, suçun olmaya.
    Soruşam, necəsən, alışa qəlbin,
    “Sənsizəm” deməyə gücün olmaya…

    * * *

    Adını fısıldadı rüzgar,
    gecenin kulağına;
    usul-usul, hafif-hafif…
    Sesin geldi hafızamın ötesinden
    kısık-kısık, kesik-kesik…
    Umutlarım terk edilmiş çocuk gibi
    sığınacak yer gezdi.
    Öyle garibsedim ki
    Çöktü üzerime gri bir tenhalık.
    Ve anladım ki
    Ya ben çokum bu dünyaya,
    Ya da bu dünyada
    Bir “SEN” eksik…

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Neçə ildir həsrətin yandırır məni, Ana!

    Qubadlının erməni silahlı qüvvələri tərəfindən işğalının 20-ci il dönümünə.

    Neçə ildir həsrətin yandırır məni, Ana!
    Görə bölə bilmirəm, düzü, illərdi səni, Ana!
    Görəsən bu ayrılıq sona çatacaqmı bəs,
    Qürubda doğan günəş denən batacaqmı bəs?!

    Yenə ömür uzunu səni gözləyəcəyəm,
    Vaxtımı saya-saya həsrətə dözəcəyəm.
    Qanlı-qadalı günlər ömrümə dağ çəkibdi,
    Övladın AYDINOĞLU həsrətini çəkibdi.

    Yollarına boylanıb arayacam səni mən,
    Qubalı-Anam mənim, yoruldum gözləməkdən.
    Nə vaxt qayıdacaqsan Anam Azərbaycana,
    Nə vaxt boylanacaqsan Anam Azərbaycana?!

    Nə vaxt büsbütün səni görə biləcəyəm mən,
    Nə vaxt şəninə çələng hörə biləcəyəm mən?!
    Sanma sənsiz ayrılıq mənə asandı, Ana!
    Sanma sənsiz ayrılıq mənə asandı, Ana!

    NƏYİNƏ İNANIM MƏN BU DÜNYANIN?!

    Hər ömrə bir yağı kəsilibdisə,
    Nəyinə inanım mən bu dünyanın?!
    İnsanlar zəmi tək biçilibdisə,
    Nəyinə inanım mən bu dünyanın?!

    Yenə biçilmiş zəmi kimidi,
    İnsanın kədəri, qəmi kimidi.
    Bir səsin yüksələn bəmi kimidi,
    Nəyinə inanım mən bu dünyanın?!

    Dəhşət,qırğınların yolu bilinmir,
    Sağı bilinirsə, solu bilinmir.
    Dəclənin, Fəratın qolu bilinmir,
    Nəyinə inanım mən bu dünyanın?!

    Qəti fikirləri əsdirəcəksə,
    Başımın üstünü kəsdirəcəksə,
    Məni doğmalarla küsdürəcəksə,
    Nəyinə inanım mən bu dünyanın?!

    Göz yaşı içində boğulacamsa,
    Kədərin içində yoğrulacamsa,
    Qəm-qüssə içində doğulacamsa,
    Nəyinə inanım mən bu dünyanın?!

    Onsuz da vədləri hədərdi, hədər,
    Əvvəli sevincdi, sonu da kədər.
    Elə yaranışdan bu günə qədər,
    Nəyinə inanım mən bu dünyanın?!

    Şerimi eşidən dənim deyilsə,
    Buludum deyilsə, çənim deyilsə,
    Əzizim deyilsə, mənim deyilsə,
    Nəyinə inanım mən bu dünyanın?!

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BAXMIR

    Nə vaxtdı düşmüşəm eşqin oduna,
    O gözəl naz edir, üzümə baxmır.
    Nə qədər yalvarım, yaxarım ona,
    O zalım balası gözümə baxmır.

    Əzəldən gözəllik aşıqiyəm mən,
    Söz qoşub, söz demək gəlir əlimdən,
    Düşsə də saçıma yavaş-yavaş dən,
    Sevgi yaşa baxmır, dözümə baxmır.

    Dayanıb, durmuşam yamacda indi,
    Qayıda bilmirəm yağışda indi,
    Ölürəm bir xumar baxışda indi,
    Neyləyim ürəyim sözümə baxmır.

    DOST

    Arxamca danışıb, gileylənən dost,
    Sözümü üzümə desən, yaxşıdır.
    Çalış dost , tanışın çox olsun sənin,
    Çörəyi dostunla yesən, yaxşıdır.

    Dostdur bu dünyanın yar, yaraşığı,
    Dostdur ömrün günün nurlu işığı,
    Dostu sən özündən tutma aşağı,
    Dostla duz-çörəyi kəssən, yaxşıdır.

    Həmişə hər yerdə tanı yerini,
    Sına dostlarının sən hər birini,
    Hər yoldan ötənə açma sirrini,
    Doğru söz, haqq deyən, kəs, ən yaxşıdır.

    Özgə süfrəsinə dikmə gözünü,
    Söylə öz dostuna ürək sözünü,
    Yaxşı adamlara tut sən üzünü,
    Namərdlə aranı kəssən, yaxşıdır.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Qayıt, sənsiz olmur…

    Yerin cənnətlik olsun, Əli Kəırim!

    Qayıt, sənsiz olmur, havalı könül,
    Qayıt, as yerinə, baxışım qopub.
    Sənin əl sürtdüyün yaş divarlardan,
    Bilirsən, nə qədər naxışım qopub?!

    Nolar, yanıma gəl, yuxuma girmə,
    Tək Leylək nə çəkir, bilirəm artıq.
    Yüz il bundan qabaq gördüyüm qızı,
    Həyat dəftərimdən silirəm artıq…

    …Getmisən, adamlar dəyişib sanki,
    Qızlar külək kimi ötür yanımdan.
    …Kimsə əl eləyir qara örtükdə,
    Tanrı, bu kölgəni götür yanımdan…

    QURD DÜŞMÜŞ QAR KİMİ

    Qurd düşmüş qar kimi dağılır yuxum,
    Sanki gözlərimdə işıq səddi var.
    …Kimsə – bu qəbirə toxunma – deyir…
    – Bəlkə daşı çöküb, bəlkə cəddi var?!
    Zülmün yaxasına bir ad yazılıb,
    Kim görür, başını aşağı salır.
    Biri də, daş atır, Tanrı acısın…
    Göy onun daşını aşağı salır.
    Nədən xatirələr daş kimi sərtdi?
    Hanı toz qopardan yol adamları?
    Şeytanın əlinə təsbeh veriblər,
    Sancır, geri atır kol, adamları…
    Can düşür, ruh uçur hədəfə doğru,
    Gəl indi adamtək zarı fikirli…
    Məni də o qızın günahı tutub,
    Günaha çıxıram yarı fikirli.

    Sənə yazdığım şeir

    …Tək, ruhumdu yaşıdı…
    Bəlkə dürdü, qayədi;
    Bəlkə namaz daşıdı,
    Bəlkə də bir ayədi,
    Sənə yazdığım şeir?!
    Üstündədi qızlığı…
    Əzrayılın ahıdı…
    Adəmin yalqızlığı,
    Həvvanın günahıdı
    Sənə yazdığım şeir.
    Demə, Hikmət naşısa…
    Bəlkə torpaqdı, gildi…
    Bir əlcə başdaşısa,
    Bir əlcə boz şəkildi
    Sənə yazdığım şeir.

    RUHUM VƏCDƏ GƏLİR

    Ruhum vəcdə gəlir lal sevda kimi,
    Cismimin altında təpə oynayır.
    Sən elə süzürsən, elə bil ki, qız,
    Suların qoynunda ləpə oynayır.
    Kölgəmin tabutu elə cür durub,
    Elə bil torpağa düz xətt qoyublar.
    Sənə vermədiyim vədin altından,
    İmza əvəzinə yüz xətt qoyublar.
    Eşqdən kim yorulub, biz də yorulaq,
    Deyəsən, gün keçir, boynum üşüyür.
    Sanki xəzan vurmuş quru yarpaqdı,
    Qızlar bir-bir düşür, qoynum üşüyür.

  • Rafiq ODAY.”Olmayıb”

    Çevirib üzünü dan üzü məndən,
    Aylarla bir çimir yuxum olmayıb.
    Əlini biryolluq can üzüb məndən,
    Bilib ki, kimsədən qorxum olmayıb.

    Yenə işindədi şeytan barmağı,
    Sizi aldatmasın boyun burmağı,
    Sevmişəm kiməsə arxa durmağı,
    Özümün heç zaman arxam olmayıb.

    Qismət torbasında gəzib əllərim,
    Tezcə də əlini üzüb əllərim,
    Bahar buludutək gözüm sellənib,
    Amma ki, bir sızqa arxım olmayıb.

    Döydür yaddaşına, bax, dediyimi,
    Sırğa et, qulağa tax dediyimi,
    Kimsə eşitməyib yox dediyimi,
    Kiminsə əlində yaxam olmayıb.

  • Nisə HEYDƏRLİ.”Sumqayıt”

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Şəhərlər içində tale payımsan,
    Şəhərlər içində əhdim, ilqarım.
    Şaqraq gülüşümsən, hay-harayımsan,
    Ruhuma ələnən bəmbəyaz qarım.

    Səndədir könlümün divanəliyi,
    Mənimçün tütyədir daşın, torpağın.
    Səndədir eşqimin pərvanəliyi,
    Sevgiylə doludur hər ötən çağın.

    Yaşayıb, yaratdım qoynunda müdam,
    Qələmdən vərəqə inci süzüldü.
    Səninlə xoşbəxtəm, səninlə şadam,
    Elə bil qoynunda varam yüz ildi.

    Yetmişə yetişdin, doğma şəhərim,
    Hər günün möcüzə nümunəsidi.
    Nuruna boyanır hər bir səhərim,
    Səsin sülh sədalı haqqın səsidi.

    Halal adamların məkanısan sən,
    Bağlısan saf anda, pak bir niyyətə.
    Gəl verək əl-ələ, doğma Sumqayıt,
    Yol alaq biz üzü əbədiyyətə.

  • Gənc yazar Elvin ƏLİZADƏ (Sumqayıt şəhəri).Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinn üzvü,
    Sumqayıt Regional Mədə­niyyət İdarəsi nəzdindəki Poeziya Evininin əməkdaşı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt şəhəri üzrə xüsusi müxbiri.

    2018-ci il noyabr ayının 22-si Sumqayıta şəhər statusu verilməsinin 69-cu ildönümüdür. Bu münasibətlə sumqayıtlıları və həyatını sumqayıtla bağlamış hər kəsi təbrik edirik və Elvin Əlizadənin Sumqayıta həsr etdiyi şeiri oxucularımızın sərəncamına veririk!

    Hamının hər səfərdən geri döndüyü yer var..
    Bizi də varlığıyla tamamlayan şəhər var.
    Günəşini Xəzərdən salamlayan şəhər var.
    Dərdini başqa yerdə ovuda bilmir adam,
    Burda öz sevdiyini unuda bilmir adam.
    Küçələri upuzun, ayrılıqları qısa,
    Qarşılaşır hardasa…

    Abadlaşır günbəgün, gözəlləşir ilbəil,
    Bu gün dünənki deyil, sabah bu günkü deyil.
    Kiçik məhəllələrdən böyük şəhərə dönüb.
    Fəhlələrin şəhəri “Möcüzələr”ə dönüb.
    Dəqiq xatırlamıram mən o həmin illəri,
    Uşaqlığımdan bəri

    Bir ağ göyərçin qonub dənizin sahilinə.
    Hamı tamaşa edir bu ağ donlu gəlinə
    Onu hər an qoruyan, arxasında dayanan
    Xəzər adlı qardaşın başının tacıdır o.
    Bir ovuc dənin deyil, sülhün, saf məhəbbətin,
    Dostluğun acıdır o.

    Onu ucaldanların ağarmış saçıdır o.
    Bu möhtəşəm şəhərin sülh olsa da nişanı
    Böyüdü yavaş-yavaş Şəhidlər Xiyabanı.
    Böyüdü böyüməmiş, gör necə də böyüdü.
    Özü də Göyərçinlə bir həyətdə böyüdü,
    bir küçədə böyüdü.

    Burda çox şəhidlərin son mənzili qazıldı,
    Şanlı şəhərimizə şanlı tarix yazıldı.
    Üstündən əskilmədi böyüklərin nəzəri,
    Doğrultdu öz adını:
    “İstedadlı gənc qızlar, gənc oğlanlar şəhəri”-
    Qəhrəmanlar şəhəri.
    O vaxtkı fəhlələrin yenə qoruyur səni,
    Həmin əllərdəsən sən.
    Səni quran kişilər nigaran olmasınlar,
    Əmin əllərdəsən sən !!!

    AZƏRBAYCAN BAYRAĞI

    Dostların qürur yeri, düşmənlərin göz dağı,
    Dalğalan göy üzündə, Azərbaycan bayrağı!

    Sənə təzim etməkçün düzənliklər dağ olub.
    Şəhid qanına batan bu parça bayraq olub!
    Sən ən gözəl şeirsən, ən alovlu misrasan
    Parça dediyim nədir?
    Canımızdan parçasan!

    Dağımızdan ucasan, zirvəmizdən ucasan!
    Əyilməyən, dik qalan başımızdan ucasan!
    Başım üstə yerin var, gözüm üstə yerin var!
    Namusunu qoruyan neçə igid, ərin var!

    Səni Lələtəpədə görən nə fikirləşir?!
    Bir Bayrağın altında əbədiyyət birləşir!
    Neçə adət-ənənə, mədəniyyət birləşir!
    Güneydən quzeyəcən istiqamət birləşir!

    Dalğalandığın hər yer Azərbaycan sayılır.
    Göy rəngin Göytürklərdən
    bizə nişan sayılır!
    Səndə Demokratiya, Cümhuriyyət birləşir.
    Sənin yaşıl rəngindən Azan səsi yayılır.

    Ay-ulduzlu gecədən doğan bir səhərin var!
    Gəlişini gözləyən Şuşan, Kəlbəcərin var!
    Sən o Müqəddəs Günə
    əmanət qoruyursan,
    Tezliklə Qarabağda Mübarək zəfərin var!

    ANA

    Qismət addım-addım izləyir bizi,
    Ümid gələcəyə səsləyir bizi,
    Darıxma, xoş günlər gözləyir bizi,
    Nə dərin xəyala dalmısan, Ana?!

    Getdi gəncliyimlə gənclik illərin.
    Nə yaman qırışıb zərif əllərin?
    Mən sənin saçının qara tellərin
    Sən mənim qadamı almısan, Ana!

    Bunu anladım ki, çətin zamanda
    Təmənnasız sevgi varmış cahanda.
    Bizim başımızdan bir tük qopanda
    Ağlayıb saçını yolmusan, Ana!

    Şirin sözlərinə möcüzə qatıb,
    Bəzən başımızı bir sözə qatıb.
    O qədər gecəni gündüzə qatıb,
    Mənə həzin layla çalmısan, Ana!

    Dünyaya hər övlad gətirən qadın,
    Daşıya bilməyib saf ana adın.
    Kişi tək yaşayır sənin övladın,
    Çünki əsl Ana olmusan Ana!

    ATA

    Ay ata, mən sənə bir ömür boyu,
    Çiynimdə də gəzsən, yenə borcluyam.
    Mən sənin sayəndə mən olmuşamsa,
    Qazandıqlarımı sənə borcluyam!

    Bilsəm, incitməzdim bu qədər səni
    İnsanın sonraki ağlı deyiblər.
    Səni mənə görə tanımayıblar,
    Mənə Sən kişinin oğlu deyiblər!

    Atamın əlləri qabardır deyə,
    Bizim süfrədədir ən halal çörək!
    Ataya itaət etməyən övlad,
    Allaha ibadət etməsin gərək!

    Övladın başında sığal gəzdirən,
    Çoxdakı qabarıq, kobud əllərdir.
    Dünyanın ən gözəl sözləri amma,
    Atalar sözləri və məsəllərdir.

    Oğul var, ataya ancaq qəm verib.
    Övladın ən böyük xətasıdır o.
    Gərək elə olum, səni göstərib
    Desinlər Elvinin atasıdır O !

    BAŞINA DÖNÜM

    Sən gedəndən bəri dərd üst-üstədir.
    “Gözlər yolda qalıb, qulaq səsdədir.”
    Deyirsən sevgimiz son nəfəsdədir,
    Ölməsin, mən ölüm, başına dönüm.

    Gedirdin, and-aman elədim- Getmə!
    Dedim sənsizliyə məni öyrətmə!
    Adama nə qədər deyərlər etmə-
    Eləmə sevgilim, başına dönüm!

    De mənə müqəddəs “sevirəm” sözün.
    Qibləm ol, kor qoyum şeytanın gözün.
    Tök qara zülfünü örtülsün üzün,
    Səni Kəbə bilim, başına dönüm.

    Ya da yer üzünün olma qibləsi,
    Qalxaq göy üzünə, ataq hər kəsi.
    Qalxaq, sən Günəş ol, mən Yer kürəsi
    Ötdükcə hər ilim başına dönüm.

    Hicran yanğısıyla hər gecə öldüm.
    Ölüb qurtarmadım, öldüm, dirildim.
    Bəlkə sevgimizi qurtara bildim,
    Hardasan de gəlim, başına dönüm!

    YAXŞI-PIS

    Səbəb nədir dərk etdikcə həyatı,
    Fanilikdən söz açırıq dünyada.
    Sən məsləhət bilmisən ki, İlahi,
    İstəmədən göz açırıq dünyada.

    Bəlkə, bilir bu dünyanın nəsi var,
    Çıxır gedir o dünyaya gələn kəs.
    O dünyanın yaxşısı var, pisi var,
    Sən demisən, gedənlərdən gəlmir səs.
    Mən yaxşı-pis bilən olsam əzəldən
    Gələrdimmi nahaq olan dünyaya?
    Mən yaxşı-pis bilən olsam gəlməzdim
    Xeyirlə şər qonaq olan dünyaya.

    İstəyimlə deyil, gedə bilmirəm!
    Qaldıqca da tükənirəm, Allahım!
    Mən yaxşı-pis ayırd edə bilmirəm,
    Mən tək sənə güvənirəm, Allahım!

    Hidayətdən məhrum etsən məni sən,
    Kafirlərin ən kafiri olaram.
    Nemət versən, düz yönəltsən məni sən,
    Müti bəndən, yaxşı biri olaram!

    Mən naşükür qul deyiləm, Ya Rəbbim!
    Sən verdikcə söyləyəm ki, yenə ver.
    Mən yaxşı-pis ayırd edə bilmirəm,
    O dünyadan Yaxşısını mənə ver!!!

    BAKIYA QAR YAĞIR…

    Qarlı qış günüydü, önümə çıxdın,
    Duruxdum gözümə sataşanda sən.
    Hələ də qəlbimdə yeri görünür,
    Gedəndə nə izlər qoyub getmisən…

    Gör neçə il keçib, yenə də qışdır…
    Bilirdim yağacaq qar əvvəl-axır.
    Bütün pisliklərin, xəyanətlərin
    Üstünü örtəcək əcəb qar yağır.

    Qarı küçələrdən qovan küləklər
    Elə bil keçmişə qaytarır məni.
    Yenə də həmin qış, yenə həmin qar,
    Yenə də gözlərim axtarır səni.

    Səni xatırladır küçədən keçən
    Mənə yad simalar, yad olan üzlər.
    Yenə inistitut pəncərəsindən
    Küçəyə boylanır yuxulu gözlər..

    Elə soyuqlaşıb alovlu hisslər,
    Buz olub bərkiyib, ərimir nəsə.
    Sanki yoxluğunla zaman da donub
    Donan əqrəblər də yerimir nəsə.

    Bu sənsiz küçədə sənli xəyallar
    Sənli günlərimin əmanətidir.
    Bakıya qar yağır… heyif ki, o da
    Gəlib-getməyintək müvəqqətidir!

  • Polad SABİRLİ.”Nədi”

    Polad Sabirli

    Oynadıqca hər çalınan havaya,
    Bilmədin ki, yaxşı nədi, pis nədi?..
    Heç baxmadın dağıtdığın yuvaya,
    Anlamadın yağış nədi, sis nədi?..

    Məhv olmusan zəmanənin dəbində,
    Yem gəzirsən hər qazanın dibində.
    Nə görmüsən onun-bunun cibində?-
    Üz-gözündə qara nədi?, his nədi?…

    Duymadıqca nə həyacan, nə halət,-
    Boğdu səni dumanında cəhalət.
    Kələyindən çəkmədinsə xəcalət,-
    Nə biləsən əzab nədi, xıs nədi?…

    Bu halına kim ağlaya, kim söyə, –
    Həvəs verər kim avama, kim səyə.
    Pıçıltını anlamayan kimsəyə, –
    Haray nədi? aman nədi? səs nədi?..

    09.10.2019.

  • Polad SABİRLİ.”Aparacam aydınlığa”

    Polad Sabirli

    Ürəyimdən keçənləri,
    Dilimdə deyə bilmədim.
    Dost yolunda yaxa cırdım,-
    Bilmədi niyə, bilmədim.

    İçimdə bir kövrəklik var,
    Yaman ürəksiz olmuşam.
    Bilmirəm kimə gərəkli, –
    Kimə gərəksiz olmuşam.

    Özümü toxdaq tutmaqçün,
    Nəfəsim çatarmı görən?
    Göylərə hayım, harayım,
    Ya səsim çatarmı görən?

    Deyəsən qan iyi gəlir,-
    Başım gör nəyə qarışıb?!
    Kimin mənlə nə işi var?! –
    Belə hər nəyə qarışıb.

    Öz kölgəmdən qorxmamaqçün,
    Sirrimi özümə dedim.
    Hələ yaxşı-yamanımı,-
    Dayanıb üzümə dedim.

    Zülmətdən qara gözlərim,
    İşıq saçır qaranlığa.
    Tutub dərdimin əlindən,-
    Aparacam aydınlığa.

    13.10 2019.

  • Polad SABİRLİ.”Hissim, həyəcanım”

    Polad Sabirli

    Mənim öz cəbhəmdi sözün cəbhəsi,
    Hədəfi düz tutdum söz döyüşündə…
    Yaltağın kələyi, bicin hiyləsi, –
    Özünə xoş gələr “öz döyüşündə”…

    Könlümdə dil açan həyacanımı,
    Açıb-ağartmağa həvəsim çatmır.
    Necə islatdısa kədər canımı, –
    İndi qurutmağa nəfəsim çatmır.

    Gözümün altına alıb dərdimi, –
    Gözümün üstündə şirin saxladım.
    Düz şumun içində kəsib şərtimi, –
    Xırmanda könlümü sərin saxladım.

  • Şəhla RAMAZANQIZI.”Qurban olum mən balamın”

    Günəş rəngində telinə,
    Əlimi tutan əlinə,
    Təzə açılan dilinə,
    Qurban olum mən balamın.

    Qorxa-qorxa yerişinə,
    Qəlbitək saf gülüşünə,
    Gördüyü hər bir işinə,
    Qurban olum mən balamın.

  • Şəhla RAMAZANQIZI.”Tanrıdan ömürlük pay səadətim”

    Xoşbəxtəm, alnımın yazısı Sənsən,
    İlk eşqim, sevincim, saf məhəbbətim.
    Baxışla qəlbimi duyursan, Canım,
    Tanrıdan ömürlük pay səadətim.

    Xoşbəxtəm alnımın yazısı Sənsən,
    Məhəbbət ömrümə gətirdi bahar.
    Analıq sevincin bəxş etdi mənə,
    Daddırdı İsmayıl adında nübar.

    Xoşbəxtəm alnımın yazısı Sənsən.
    Yadıma salıram görüşən günü.
    Dünyaya yenidən gəldim elə bil,
    Bəxtimə, ömrümə sən düşən günü.

    Xoşbəxtəm alnımın yazısı Sənsən.
    Eşqimin cənnəti yaşıl gözlərin.
    Hamının öz yeri var ürəyimdə,
    Sənin bir başqadır qəlbimdə yerin.

  • Şəhla RAMAZANQIZI.”Qanı təmiz ola bilməz”

    Düşməninə əl çaldıran,
    Rüşvətlə könül aldıran,
    Millətinə əl qaldıran,
    Qanı təmiz ola bilməz.

    Yalanı dilinə yatan,
    Özgə mala nəfs atan,
    Halalına haram qatan,
    Doğru namaz qıla bilməz.

    Kasıbların haqqın yeyən,
    Məharətlə yalan deyən,
    Şeytanına boyun əyən,
    Könüllərdə qala bilməz.

    Ürəyində yoxsa həvəs,
    Quru sözlər, çığırtı, səs.
    Vətənini sevməyən kəs,
    Qarabağı ala bilməz.

  • Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib

    https://c.radikal.ru/c16/1910/b2/c05816df458f.jpg

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

    Belə ki, mərkəzin kitabxanasında Sumqayıtın tarixinə həsr olunmuş “Açıq dərs” keçirilib. Sumqayıtın tarixi haqqında dinləyicilərə məlumat verilib, sua-cavab edilib, videroliklər izlənilib.

    Bundan əlavə, şəhərin müxtəlif ictimai təşkilatları və maarif ocaqlarının birgə təşkilatçılığı ilə “Mənim Sumqayıtım” adlı “Nə? Harada? Nə zaman?” formatında bilik yarışı, “Tiamo 2019 Mega beyin” olimpiadası, “İnteraktiv bilik yarışı”, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
    Həmçinin “Sumqayıt-70: uğurlu inkişaf yollarında” mövzusunda dəyirmi masa təşkil olunub, görüşlər, müşavirələr keçirilib.

    Doğma şəhərin təhsil ocaqlarının kollektivlərinin mərkəzdə keçirdiyi müxtəlif səpgili tədbirlər, ədəbi-bədii kompozisiyalar, konsertlər şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən maraqla qarşılanıb.
    Heydər Əliyev Mərkəzində ekskursiyaların təşkili zamanı mərkəzin əməkdaşları nümayiş olunan sərgilərlə, dərs otaqları, kitabxana və dərkəklərlə qonaqları tanış edib, mərkəzin fəaliyyəti haqqında ərtaflı məlumatlar veriblər.

    Həmçinin, Ümummilli lider Heydər Əliyevin Sumqayıta səfərlərini əks erdirən zəngin mateariallar haqqında qonaqlara geniş və ətraflı məlumat verilib.

    Mənbə: https://turkustan.info/

  • İŞIQ ÜZÜ GÖRƏN DAHA BİR KİTABIN TƏQDİMATI

    https://b.radikal.ru/b12/1910/ef/0e57b5b1b343.jpg

    https://b.radikal.ru/b02/1910/88/3bb869f97f00.jpg

    https://c.radikal.ru/c26/1910/54/23b02d00fd09.jpg

    https://a.radikal.ru/a38/1910/94/97d0172d3f7c.jpg

    Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında şair-tədqiqatçı, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Hikmət Məlikzadənin “Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü” kitabının təqdimatı keçirildi.
    Tədbirin aparıcısı tanınmış tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir kitab haqqında geniş məlumat verərək, kitabın elmi tərəfdən də araşdırıldığını və müəllifin Xatirə Fərəcli yaradıcılığına müəyyən qədər fəlsəfi rakursdan yanaşdığını diqqətə çatdırdı. Müəllif də kitabın Giriş hissəsində ilk cümləsini məhz belə bir kəlamla başlayır: “Araşdırma qədər gözəl bir iş yoxdur, çünki araşdırmasız cəhd fayda verməz”.
    Qeyd olundu ki, Kitabda Xatirə Fərəcli yaradıcılığında sənətkarlıq məziyyətləri, bədii təsvir və ifadə vasitələri, poetik lövhələr, ictimai ideologiya, çağdaş poeziyanın klassikayaxas təzahürləri və s. geniş formada acıqlanaraq oxucuya catdırılır.
    Tanınmış şair Ofelya Babayeva kitabdakı elmi cəhətləri vurğulamaqla, diqqəti müəllifin filoloji sahədə müəyyən qeyri-adiliklər etməsinə yönəltdi. O, həmçinin, ədəbi mühitdə öz dəsti-xətti ilə sayılıb-secilən qələm sahibinin – Xatirə xanımın yaradıcılığındakı fərqli yazı üslubunu xüsusi qeyd edərək, uzun zaman tanıdığı bu, gözəl və dəyərli insanın çətin həyat yolundan, yüksək insani keyfiyyətlərindən söz açdı.
    Nəğməkar şair Yusif Nəğməkar kitabdakı fəlsəfi nüansları müəllifin uğuru kimi qiymətləndirərək, nəşrlə bağlı fikirlərini bölüşdü.
    Digər çıxış edənlər – alim Nizami Muradoğlu, şair-publisistlər Şöhlət Əfşar, Balayar Sadiq, Arif Musa, Nəcibə İlkin, Xalidə Nuray, İbrahim İlyaslı, Sona Abbasəliqızı, Qənirə Mehdixanlı, Fəxrəddin Meydanlı, Əməkdar jurnalist Rəhman Orxan, jurnalist Natella Asena və başqaları Hikmət Məlikzadənin poetik yaradıcılığı ilə yanaşı, elmi yaradıcılığına da müxtəlif rakurslardan münasibət bildirdilər. Həmçinin “Xatirə” sözünün Əbcəd və Sanskrit hesabı ilə acılışını və not-musiqi təsirinin izahını bir yenilik olaraq vurğulayaraq, müəllifin uğurlu addımı kimi qeyd etdilər.
    Sonda tədbirin səbəbkarları – Prezident mükaftçısı, 11 monoqtafiyanın, 4 şeir, 7 publisistik kitabın, bir neçə elmi məqalənin, yüzlərlə rəy, resenziya və tənqidi yazıların müəllifi Hikmət Məlikzadə və AYB-nin üzvü, sair Xatirə Fərəcli tədbirin təşkilatçılarına və təşrif buyuran qonaqlara minnətdarlıqlarını bildirdilər.
    Xatirə şəkilləri cəkilməklə tədbir, Ofelya xanım Babayevanın qeyd etdiyi kimi: “Xatirə Fərəcli və Hikmət Məlikzadə təntənəsi” olaraq, tarixin bir anı tək, yaddaşa həkk olundu.

    Aygün HACIYEVA

  • Xatirə FƏRƏCLİ.”Beləcə buraxıb”

    Dəli bir istək var canımda indi,
    Baş alıb harasa getməyim gəlir.
    Mən gec öyrəşənəm, çətin tərk edən,
    Bəs nədir bu istək içimi dəlir.

    Beləcə buraxıb
    bulanıqlığı
    Hansı nisgilimi ovudub gedim?
    Yerində boğulan diləklərimi
    Necə yola verib, təsəlli edim?

    Alıb ürəyimi, alıb başımı,
    Bu yüklə özümə yer tapım harda?
    Varmı elə bir yer, elə bir aləm
    Məni çəkə bilsin, əriyim orda?!

  • Xatirə FƏRƏCLİ.”Darıxmağın daşın atdım”

    ***

    darıxmağın daşın atdım,
    daha darıxan deyiləm.
    o ilan soyuqluğunu
    sinəmə sıxan deyiləm.

    tapınmışdım bir diləyə,
    kürüyüb verdim küləyə.
    bir dərdi də bu ürəyə
    yükləyib yıxan deyiləm.

    itirdiyini hələ sən
    çətin anlaya biləsən.
    çıx get, getməyə tələsən,
    arxanca baxan deyiləm.

  • Xəyalə SEVİL.”Hər şey yerindədi”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Hər şey yerindədi,
    O yol, o küçə.
    Küçənin başında açıq pəncərən,
    Pəncərəndə qanı qaralan gecə.
    Hər şey yerindədi,
    Bircə sən yoxsan…

    Sənsiz üstü-başı
    Yaş həsrətimi
    Gözümə sərmişəm,
    Qurusun bir az.
    Yeni ayaq açan səadətimin
    Əlindən tutmadın
    Yerisin bir az.

    Tək qoydun,
    Sən də tək qoydun.
    Ömrü zəngli saat kimi
    Qurdun,
    Sənədək qoydun.
    Demirəm ki, sevmədin,
    Sevdin, düşəndə yada…
    Mənə də çətindi, amma,
    Əlvida…

  • Xəyalə SEVİL.”Həyat bu qədər sadə…”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Bu küçə də
    Axırıncı vaqon kimi
    Boşaltdı adamlarını.
    Və bu gecə də
    Qaranlıq qara kəlağayını
    Saldı şəhərin boynuna.
    Yol boyu uzanan gecə işıqları
    Açdı gözlərini.
    Külək deyinə-deyinə
    Oyatdı yuxudan yarpaqları.
    Yəni,
    Həyat bu qədər sadə,
    Həyat bu qədər təkrar.
    Amma ürəyimdə
    Təkrarlanmayan biri var.

  • Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    HARA APARIRSAN
    /”Ömürdən- gündən” – silsiləsindən/

    Yaşamın hər anı təhlükə, hürkü,
    Bilinmir həyatın ciki, nə biki.
    Çiyində palantək ehtiyac yükü,
    Hara aparırsan, bizi sən Dünya?

    Nə ağıl, nə savad alınmır vecə,
    Cənnətsən, behiştsən dəliyə, gicə.
    Səni dərk edəmmir sağlam düşüncə,
    Hara aparırsan, bizi sən Dünya?

    Açıb bir töksənə, sinəndən sirri,
    Nədən dəyişibdir, “atla- it yeri”?
    Bəlkə döndərəsən “çərxi”ni geri,
    Hara aparırsan, bizi sən Dünya?

    Allah lənət etsin haram salana,
    Hamı dəm veribdir dildə yalana.
    Bu xalqı döndərib zəlil, nalana,
    Hara aparırsan, bizi sən Dünya?.

    Müğəddəs nə varsa, dönüb tərsinə,
    Gözlər dikilibdir özgə mərzinə.
    Rüşvət meyar olub, həyat tərzinə,
    Hara aparırsan, bizi sən Dünya?

    Güman yox “bakanlar” islah oluna,
    Asayiş, güzəran düşə yoluna.
    Məvacib heç çatmır işıq puluna,
    Hara aparırsan, bizi sən Dünya?

    Səndən narazıdır ahıl, gənc, cavan,
    Hər kəsi etmisən yalavac, yavan.
    Dur, dinlə, qulaq as- söyləyir Dövran:-
    Hara aparırsan, bizi sən Dünya?…

    OY- OY
    /”Vətənimdir” – silsiləsindən/

    Nə qədər çətinmiş tək- tənha qalmaq,
    Yalqız buraxılmaq, tam unudulmaq.
    Baharı ötməmiş saralıb, solmaq,
    Yolları bağlanmış, yurdlarım oy- oy!

    Illərlə söylədik hey Allah Kərim,
    Qaldı əsirlikdə neçə yurd yerim.
    Qoy torpaq yarılsın mən yerə girim,
    Sinəsi dağlanmış, yurdlarım oy- oy!

    Kül olub, sovrulub fələk yelindən,
    Sakini gen düşüb doğma elindən.
    Yanıqlı şikəstə düşmür dilindən,
    Kürəyi oxlanmış, yurdlarım oy- oy!

    Odlanıb kol- kosu, buta, yarpağı,
    Pozulub busatı, nazlı növrağı.
    Torbaynan daşınır daşı, torpağı,
    Sərvəti saxlanmış, yurdlarım oy- oy!

    Çox ana övladsız, qaçqın, didərgin,
    Unutmuş damının- daşının rəngin.
    Dörd gözlə gözləyir, al zəfər cəngin,
    Taxt- tacı laxlamış, yurdlarım oy- oy!

    Dövran çox inciyib dövrü- zamandan,
    Yağı sitəmindən, tökülən qandan.
    Minlərcə şəhidi yolunda qurban,
    Qapısı mıxlanmış, yurdlarım oy- oy!

  • Saqif Qaratorpağı doğum günü münasibətilə təbrik edirik! (26 oktyabr 1963-cü il)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

    * * *

    Yerdə yer tapmadıq,
    Gedək göyə çıxaq.
    Sözdə itib batdıq.
    Səslən,neyə çıxaq.

    Dərviş olammadıq,
    Baxtnan dolanmadıq,
    “A”-da qalanmadıq,
    Dönək “B”-yə çıxaq.

    Yurdda-yuvasızıq,
    Dərddə-dəvasızıq.
    Burda havasızıq,
    Təzə “öyə” çıxaq.

    Yandıq közümüzdən,
    Doyduq sözümüzdən,
    Çıxdıq özümüzdən,
    İndi nəyə çıxaq?

    Gül olmaz bu güldən,
    Gül alma hər əldən.
    Bu dəli könüldən
    “Sağ ol”-deyə,çıxaq.

    * * *

    Daha təkcə özüməm bu qədim xarabada,
    Bir də veyil küləkdi-buludları hürküdən.
    Bir bənövşə boylanır bir divarın çatından,
    Bir də sınıq qapıdı…nə gələn var,nə gedən…

    Unudulmuş adayam kainatın ovcunda,
    Itirmişəm illərin sayını, hesabını.
    Bu gündən başlayaraq gərək təzədən yazam
    Köhnə-kürüş ömrümün sonuncu kitabını.

    Ha axtardım hər yeri bir ağ varaq tapmadım,
    Batıb baxt gəmisində zamanın sularına.
    Yadımdan çıxır deyə,nə varsa bircə-bircə
    Cızım tənha evimin boz,uçuq divarına.

    Silinib yaddaşımdan,yoxdu bir xatirə də…
    Hərdənbir xatırlayıb barı bir az kövrəlim.
    His basmış bir çıraqdı nə zamandı ürəyim,
    Hovxurub nəfəsiylə parıldadar kim silib…

    * * *

    Hər səhər tezdən durub
    Qaçırsan iş dalınca.
    Axşamlar güclə yetir
    Başın soyuq balınca.

    Tale kəpənək kimi
    Gör necə qovur səni.
    Bu səs-küyün içində
    Axı kim duyar səni?

    Mən də sənin günündə,
    Bəlkə səndən betərəm.
    Qarışıb adamlara
    Küçələrdə itərəm.

    Məni görmək çox asan,
    Məni görmək çox çətin.
    Keçib getdin yanımdan,
    Məni niyə görmədin?

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    * * *

    Bir məktub yazmışam Allaha o gün,
    Yazmışam haqsızlıq baş alib gedir.
    Aldadan, aldanan çoxalıb yaman,
    Qurumur, gözümü yaş alıb gedir.

    Çoxumuz nökərik, yoxdu qağamız,
    Qanmazlar əlində qalıb yaxamız,
    Sənə üz tutmuşuq, sənsən ağamız,
    ağlımı, başımı huş alıb gedir.

    Amandır, ay Allah düşdük nə günə,
    Susub mərd oğullar, qoymurlar dinə,
    Bürüyüb nahaqdan alıb cənginə,
    Dünyanı kəsiilən baş qalıb gedir.

    Doğrandıq min yere, böldük min yerə,
    Dirildik min kərə, öldük min kərə,
    Haqsızlıq atını çapıb minbərə,
    Gözümü çapılan qaş alıb gedir.

    Acı söz yeməkdən dilim də acı,
    Yerindən dikələn olubdu hacı,
    Şeytanlar burdadı, yoxdu əlacı,
    Kəbəni atılan daş alıb gedir.

    Qarabağ qoxlayır uçan ruhumuz
    Xocalı qanından içən ruhumuz,
    Dərddən dərd yüklənib köçən ruhumuz,
    Yalan, boş vədlərdən “nuş” alıb gedir.

    De, necə məst olaq vəfasız yardan?!
    Qurtarmır könüllər, qurtarmır dardan,
    Astaca çalınan boş havalardan,
    Biçarə Nəcibə “quş” olub gedir…

    * * *

    Aman Allah bir od düşüb canıma,
    Zəli kimi dərd daraşıb qanıma,
    Bu zamanın sərt üzünü tanıma,
    Nə köhləni, nə yorğası bilinmir.,

    Oda düşüm yanar oldum. yanmadım,
    Həqiqəti düz söylədim, danmadım
    Şair gördüm sözlərini qanmadım,
    Nə çobanı, nə qağası bilinmir.

    Tazı gördüm, dovşanına qaç deyir,
    Dovşan gördüm, tazısına köç deyir,
    Bala sərçə anasına uç deyir,
    Nə kiçiyi, nə darğası bilinmir.

    Alovlanır ürəyimdə sözlərim,
    Çox haqsızlıq görüb bu kor gözlərim.
    Qında gördüm, yalan, yaltaq üzləri,
    Nə tülküsü, nə bağası bilinmir.

    Nəcibəyəm, sanki düşmüsəm tora,
    Bu dərd məni nə öldürə, nə yora,
    Bəzi oxuyandan üzümüz qara,
    Nə bülbülü, nə qarğası bilinmir.

  • Şəfa VƏLİYEVA.”Uçur göy üzünə baxışlarımdan”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Uçur göy üzünə baxışlarımdan
    O kiçik, o mavi, əlçim ümidlər…
    Qopur bu dünyanın naxışlarından
    “Atalı-analı yetim” ümidlər…

    Sən heç sevməmisən pəncərələri?!
    Heçmi açılmayıb payız göy üzü?
    Qurub xəyalımda göydələnləri,
    Yarıya bölmüşəm peçenyeləri…-
    Mən belə sevmişəm qaranı, bozu…

    Sən də, Ay İşığım…
    Sən də qucaqla
    Bütün nağılların yaşıl divini…
    Pəri qızlarını göndər bulağa,
    Qoy suya çəksinlər “hilal sevgini”…

  • Şəfa EYVAZ.”Sən, nəmli gözlərimin çəkdiyi yolsan”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    sən, nəmli gözlərimin çəkdiyi yolsan,
    sən mənim səssizcə zümzümələrim…
    sən, yorğun qəlbimin son pənahısan,
    sən mənim sonuncu dayanacağım…

    pəncərə önləri sevmədiyimdir,
    soyuq şüşələrdə donar göz yaşım.
    Qış bəhanədir… soyuq nədir ki?!
    Məni üşüdəndir sənli yaddaşım…

    deyirəm dünyanın tonu dəyişsə,
    ürəklər sinədən imtina etsə,
    hər ürək bir qanad taxıb səmada,
    qayğısız, kədərsiz əl-ələ versə…

    bax belə… uşaqca ümidlərim var,
    heç vaxt dinməyəcək susqun taleyim.
    parça-parça olmuş xəyallarım və…
    Və məndən uzaqda yaşayan Sənim…

    2019.

  • Gülnar SƏMA.“Şeir boyda şair”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Uzun illərdən bəri şirin-şirin qoşmaları, təcnisləri, gəraylıları aşıqların, xanandələrin ifasında, poeziyasevərlərin dodağında qanadlanan Sərraf Şiruyə müasir ədəbiyyatımızın zənginləşməsində payı olan istedadlı şairlərimizdən biri kimi- özünü belə özününkiləşdirir; “Görmürsənmi, saç-saqqalım qırovdu, Mənim yurdum Xan Keytidi, Murovdu”- deyən şairin simasında vətənnüma bir əzəmətin kök saldığını görürük. Ot kökü üstə necə bitibsə, onu yerindən tərpətmək mümkünsüzlüklə uğraşmağa bərabərdi:

    Şəhər gur olsa da, kənd əzəlimdi,
    Süslü qoşmalarım, tər qəzəlimdi,
    Yenilməz ərənim, şux gözəlimdi,
    Mən elsiz yaşaya bilmərəm, qardaş.

    Bu xitab boş-boşuna müraciət deyil. “Pozub bu yaşımda içdiyim andı, Mən elsiz yaşaya bilmərəm, qardaş”- söyləyən şairin şəhərlə kəndi çox ustalıqla ikili standartlarla müqayisəsi diqqəti cəlb edir. Gur şəhərlə müqayisəyə əzəlimiz olan kəndi nümunə göstərir. Sonra da onun orijinal epitetlərini nümayiş etdirir; süslü qoşma, tər qəzəl. Maraqlı janrların ortaq nöqtəsi olmayan ortaqlığını göstərməyə can atır. Belə ki, milli janrımız olan qoşma heca vəznində bəndlərlə yazılır, lakin əcnəbi janr olan qəzəl əruz vəznində beytlərlə yazılır. Bəs, görəsən, şair nədən bu iki janrın oxşarlığını tapmağa can atıb!? Yəqin ki, əsas məsələ onların hər ikisinin son misralarının eyni qafiyəyə tabe olmasıdır. Qoşmada dördüncü, qəzəldə ikinci misralar həmişə öz həmqafiyəsinə sadiqdir. Bu da sübut edir ki, şair ikinci misrada işlətdiyi “qəzəl” sözünü sadəcə “əzəl” və “gözəl”ə qafiyə xatirinə yazmayıb. Kəndlərimiz elə doğma ocaqlardır ki, orada qoşma kimi öz qanımızdan olanlar da, qəzəl kimi bizə pənah gətirənlər də mehribanlıqla yaşaya bilirlər. Şair bölgələrimizə çəkinmədən əsl qiymətini verir. “Cənnət dеdikləri düzdürsə əgər, Cənnətdən səfаlı yеrdi Kəlbəcər”. Vurğulanır ki, əgər həqiqətən də dini dünyagörüşünə əsaslanan cənnətməkan bir yer varsa, onu bu dünyada da görmək olar. Amma birdən yada düşür ki, Kəlbəcər nə vaxtdı əsl cəhənnəmi elə bu dünyada yaşayır. Bu aqibəti yaşayan təkcə bir şəhər olsaydı nə vardı ki…

    Şişdağ Keyti səmtə gözünü dikib,

    Keyti ağı deyib, boynunu büküb.

    Deyirlər ki, Alagöldən perikib,

    Sonam, a Kəlbəcər, sonam, a Göyçə!

    Anam, a Kəlbəcər, anam, a Göyçə!

    Bənddə məqsədyönlü şəkildə zəbt olunmuş toponomik ərazilərin adı çəkilir. “İnan bir bu sözümə: sən üçün göz yaşlarım, Göllənsə ləpələri ətək-ətəkdi, Göyçə”. Şair qoynunda doğulub, boy atdığı ana Göyçəni inandıracağına çətinlik çəkəcəyini zənn edir. Lakin son ümidinin hələ də ümidləndiyini xatırlayır. “Ömrümün son anında ümidim, gümanım var, Yanağım torpağına söykənəcəkdi, Göyçə”.Bu həsrətin sona yetməsinə inamını itirmək istəmir, çünki sonunda onu şirin vüsal gözlədiyindən əmindir:

    Şirin öpüş alım bulaqlarından,
    Sərin meh istəyim yaylaqlarından,
    Tökülüm sinənə yanaqlarından,
    Ağlar gözlərinin yaşına dönüm.

    Doğma torpağının bulaqlarından alacağın öpüşə həsrət qalmağın hüzünlü aqibəti hiss olunur. Hələ özünü istəyə bilmədiyimiz yaylaqların mehini də istəyə biləcəyinə inanır. “Hüsnünə tamaşa eyləmək üçün, Uca qayaların qaşına dönüm” – söyləyir. Bu məqsədin çox yozumları var. Dilimizdə qayaların qaşı anlamında çoxmənalılıq var. Həm də “qaşına dönüm” ifadəsində “dönmək” feili geriyə qayıdım mənasını da verir. Yurd-yuva niskilli şair bu geri dönüşün vacibliyini də nəzərə çatdırır, çünki:

    Müşgülüm düşüb dərinə,
    Bir dərdim həsrət birinə.
    Ər babamın yurd yerinə,
    Gəlib özgə dəyə düşüb.

    Özgələrin dəyə qurub, yurd saldığı yerlərdən bizim izimiz silinməkdədir. Bu elə bir dərinliyə düşmüş müşkildi ki, onu hansı dəli quyuya atıbsa, indi dünyanın bütün ağıllıları yığılır, çıxara bilmir. Bəlkə də, istəsələr o quyuya daş atanların daşlarını çoxdan atardılar, amma nədənsə, dərdlərimiz bir-birinə həsrət qala-qala qalıb. Bu da şairin əhvalına təsirsiz ötüşmür:

    Sərraf Şiruyəyəm, halım pərişan,

    Hər saçım həsrətdən verir bir nişan.

    Gözlərim ağlardı, ürəyim şan-şan,

    Ömrümün sən görən vədəsi deyil.

    Göründüyü kimi, ustad sənətkarın yaradıcılığı yalnız yurd niskilli əsərlərlə məhdudlaşmır. Didaktik məzmunlu şeirlər də novatorluğu ilə seçilir:

    Çoxu əməlinin oldu qurbanı,

    Bir kimsə demədi, günah öldürdü.

    Lənət də yağdırdı çoxu göylərə,

    Dedilər – yazığı Allah öldürdü.

    Etdiyimiz əməlləri törədərkən nəyin günah, nəyin savab olduğunun fərqinə varmırıq. Sən demə, ciddiyə almadığımız bir çox şeylər ömrümüzə günah kimi yazılır. Üzü göylərə ünvanladığımız lənətlərin məhvimizə bədəl olduğunun fərqinə varmırıq. Amma unutmaq lazım deyil ki, hər “yazığın” qismətində Allah tərəfindən müəyyən olunmuş bir ölüm ərməğanı var. Biz sadəcə olum və ölüm anları kəsişənə qədər bizə verilən zaman kəsiyinə məharətlə sahib çıxmalıyıq. “Tənbəl hey söylədi: “Allaha pənah”, Bax, o yazığı da pənah öldürdü”. Bu doğrudan da belədir, lazım olmayan anda həyatdan “tayımaut” götürməyin də nəticəsi ürək açan olmur. “Çoxları özünü atdı meydana, Kürəyi dəyməyən yerə görmədim”-qənaətindən də belə nəticə çıxır ki, uduzacağını bilə-bilə qələbə eşqinə düşmək də məğlubiyyətə aparır. “Yetişməmiş meyvə, dəyməmiş bostan, Zavala düşməsə, dərilər? Yox, yox!”

    Qəm-kədər əlindən ürəyimdə yük,
    Gərgədan yükündən ağır olubdu.
    O qədər barmağım haqdan yazıbdı,
    Qatır beli kimi yağır olubdu.

    Bu bənddə şair çox maraqlı bir bənzətmə verir; haqdan yazan barmaqla yağır olmuş qatır beli. Müqayisə qeyri-adi olsa da, düşündürücüdür. Yəni bu qədər haqqa çağırış missiyalı yazılar yazılır, onların bir xeyri yoxdusa, bu qədər əziyyəti nə üçün çəkirik!? Qəribə budur ki, qatır insanlar üçün işləyirsə, insanlar bundan yetərincə faydalanır, amma insan insanı haqqa dəvət edirsə, bu nəticəsiz qalır. Bu da şairi heyvanların rəftarına da müdaxilə etmək zorunda qoyur:

    Sus! Ey qəlbi təşnə, yaralı bülbül,
    Sənin ki, səsinə biganələr var.
    Dağılma bəxtimtək, ey qara tellər,
    Səni darıyacaq yad şanələr var.

    Deyəsən, bülbül də insanlar üçün haqq nəğməsi oxuyurmuş ona görə də, onun da səsinə biganə qalırlar. Sənətkar cansızlara qədər müraciətlərini davam etdirir. “Yanıb külə dönmə, ey şam, ey çıraq, Yarasa ürəkli pərvanələr var”. Daha tutarlı əsaslara istinad edir. “Caynağı tutanların pulu dağlar oynadır, Fəqir-füqara üçün pul ova dönüb indi”. Əgər vaxtı ilə dahi şairimiz Füzuli eşqin gücündən bir dağı bir dırnaq ilə qoparırdısa, indiki pullular bir dağı bir caynaq ilə də qoparırlar. Kasıb fəqirlər isə pul ovuna çıxsalar da, güllələri boşa çıxır. Bunun da özəl səbəbləri var. “Seyid tamahına satdı cəddini, Axund, molla din-imanı korladı”. Aydınca görünür ki, hər həs öz ixtiyar sahibi olduğu sahəni korlayır:

    Gördükcə yaşılbaş, qırmızı donlu,
    Getdi qulluğuna xonçalı, xonlu.
    Zinalıq eylədi ətəyi unlu,
    Dəyirmançı dəyirmanı korladı.

    Ümumiyyətlə, Sərraf Şiruyənin didaktik fikirləri yetərincədir. Ustad şairin bu cürə əsərlərinin alt yapısında dünyagörmüş bir el ağsaqqalının nurlu siması görünür. “Şamın şöləsinə pərvanə yanar, Yarasa ömründə çıraq görməyib” və ya “Mən yaltağı tanıyıram, Qurumsağın tayı kimi” misraları fikrimizə haqq qazandırır:

    Çay var kükrəsə də, suyu içilməz,
    Sısqa var, damlası baldan seçilməz.
    Elə günah var ki, ondan keçilməz,
    Qan var bağışlanır, üzə çəkilmir.

    Bu nümunədə maraqlı qarşılaşdırmalar verilmişdir. Kükrəyən çayın suyunun içilmək şansı olmaya da bilər. Amma ki, elə sısqa bulaq olar ki, onun bir qətrə suyu baldan da dadlı olar. Şair bu müqayisələrə günahı da əlavə edir. “Günahdan keçilməz” ifadəsi bir neçə cür başa düşülür. Həm günahından keçmək olmaz, həm də elə günahlar var ki, onlardan yan keçmək mümkün olmur. Məsələn: qanı bağışlamq kimi. Bu da iki cür anlaşıla bilər. Bir kimisə tökdüyü qana görə bağışlamaq, bir də kimisə qana salmaq, onu qan tökməyə məcbur etmək. Qanın üzə çəkilməsi də müxtəlif cür anlaşıla bilər. Bu yerdə ikili məna ilə qarşılaşırıq, həm həqiqi, həm də məcazi. Qanı qurban kəsən zaman üzümüzə-alnımıza çəkirik ki, bu da həqiqətən üzə qan çəkilməsidir. Məcazi mənada qanın üzə çəkilməsi isə o deməkdir ki, tökülən qanı kiminsə üzünə gəlmək. Şairin həyati müşahidələri davam edir, “Kömür də qaradı, ancaq sürmətək, Nə qaşa, nə də ki, gözə çəkilmir”. Bu misralarda isə eyni rəngliliyin müxtəlif çalarlılığı üzə çıxır. Bir başqa şeirində isə dilimizdə işləkliyi olmayan sözün işlədilməsi maraq doğurur:

    Düzlükdən dəm vuran yalançı imiş,
    İlandan qorxanlar ilançı imiş,
    Cərrah cərrah deyil, palançı imiş,
    Dünyada nə qədər palançı varmış.

    Bu bənddə diqqəti çəkən “ilançı” sözüdür ki, onun ədəbi dildə və ya xalq danışıq dilində istifadəsinə rast gəlmək olmur. Başqa bir şeirində isə peyzaj lirikasının fərqli rəsmiylə qarşılaşırıq.

    Sərin meh – çöllərin təmiz nəfəsi,
    Yarpaq pıçıltısı, meşənin səsi.
    Duman dərələrin həya pərdəsi,
    Qayalar dağların oğludu, oğlu.

    Bəndin hər misrasında bir yenilik nəfəsi göz oxşayır. Mehin nəfəslə, yarpaq pıçıltısının meşə səsiylə, dumanın həya pərdəsiylə təşbet edilməsi çox uğurlu alınıb. Qayaların dağlarla belə qan qohumu olması fikri isə yeni deyim formasıdır. Bu ata-balalar həmişə bir-birinə dayaq olubdur. Təbiətdən yazdığı şeirlərdəki özünəməxsusluğu onun sevgi tutumlu şeirərində də sezmək mümkündür:

    İlk eşqin həsrəti, ilk eşqin dağı,
    Sevən ürəklərdə xal kimi qalır.

    Dönür xatirəyə ilk görüş günü,
    İlk öpüş dodaqda bal kimi qalır.

    Bu bənddə dörd dənə ilki olan obyektin poetik mənalandırılmasını görürük. Bunlar ilk eşqin həsrəti və dağı, ilk görüş və ilk öpüşdür. Əslində bu ilklər barədə ədəbiyyatda kifayət qədər poetik nümunələr var, lakin bunların hamısının bir arada bu cür əlaqələndirilməsi çox orijinal alınıb. Bu üzdən də yazar vurğulayır ki, “Mən eşq dəlisiyəm, sən rütbə, şöhrət, Mən səni ağlayım, sən məni ağla”. Qəribə burasıdır ki, hərəsi bir şeyin dəlisi olan bu sevgi əhli – necə bir-biri üçün ağlaya bilər? Güman ona qalır ki, “Bəlkə, taleyimə, eşqimə mənim, Bitibsən, yeganə bənövşə gəl, gəl”. O bənövşə misallı gözəl üzünü yan çevirəndə şair düşünür ki, “Fələyin verdiyi dərdlərdən betər, O qız ürəyimi dağladı getdi”. Bu qız üzünü hansı tərəfə çevirdisə, orada bir şeir çiçəklədi.

    Ayın yarısına yar vədə verib,
    Hesablayın görün, ay yarıdımı?
    Buludlu gecələr qoymur görünə,
    Bilinmir Ay bütöv, Ay yarıdımı.

    Sərraf Şiruyə yaradıcılığında sevgi rahiyəli bu cür təcnislər az deyil. Onlardan bir neçəsini maraqlı örnəklər kimi göstərmək olar:

    Gördüm camalını yar Aya dönüb,
    Bir günün çevrilib, yar, aya dönüb!
    Şiruyə, dərmansız yaraya dönüb,
    Az qalır canımı o gözlər ala.

    Yaradıcılığının ümümi mahiyyəti xalq şeirinin gələnəklərindən bəhrələndiyi üçün, başqa janırlara nisbətən təcnis janrında yazmış olduğu şeirlərə şairin poeziyasında daha çox rast gəlinir. Ona görə də, deyə bilərik ki, poeziyasevərlərin sənətkara “Təcnis Şiruyə” adı verməsi heç də təsadüfi deyil. Ümumiyyətlə, təcnis janrı ünlü şairin yaradıcılığında ayrıca bir tədqiqata layiqdi. Bu təcnislər ən müxtəlif mövzuları əhatə edə bilər. Hətta, klassik sənətkarlarımıza ithaf olunanları da var. Nümunə üçün baxaq:

    Üfüqdən qızaran ağ da ban deyil,
    Qədəmi sayalı ağ daban deyil,
    Ağdaban sən görən Ağdaban deyil,
    Məzarı ay girov, ay əsir dədəm.

    Təcnisin mövzusundan şeirin Aşıq Şəmşirə həsr edildiyini anlamaq olur. Bu tipli yetərincə misallar gətirə bilərik. Çoxşaxəli yaradıcılığa malik olan Sərraf Şiruyə öz oxucularını həmişə düşünməyə dəvət edir.

  • Ceyhunə MEHMAN.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

    GƏLMƏ…

    Gəlmə, başına dönüm,
    gəlmə, soyuq bir daşam.
    Tərk edilmiş şəhərəm,
    itirilmiş yaddaşam.

    Töküldüm yarpaq-yarpaq,
    söküldüm ilmə-ilmə.
    Gəlmə, dərdim, dərmanım,
    ölüm fərmanım, gəlmə.

    Bilmə, başına dönüm,
    bilmə, kiməm, nəçiyəm.
    Öz dərdini yamayan,
    ən naşı pinəçiyəm.

    Gəlmə, sirrim, söhbətim,
    Qəlbimdə qalanımsan.
    Ən yalan həqiqətim,
    ən gerçək yalanımsan.

    Bilmə, necə yaşayıb,
    sənsiz necə ölürəm.
    Xəbərin yox, a zalım,
    hər gün sənə gəlirəm.

    Bir gün dinəcək inan,
    qəlbindəki ağrılar.
    Səni incitməyəcək,
    Bu naxələf doğrular.

    Biləndə ki, ən doğma,
    ən yaxın, kəsin yoxdur.
    Yəni intihar etsən,
    ipini kəsən yoxdur.

    Biləndə ki, bu dünya,
    Hələ çox dəyişəcək.
    Atmadığın tilova,
    “Qızıl balıq” düşəcək.

    Biləndə ki, səninki,
    Yalquzaq tənhalığı.
    dəryaya atacaqsan
    O gün “qızıl balığı”.

    Səni incitməyəcək,
    işgəncələr zülümlər.
    Adiləşəcək inan,
    Ayrılıqlar, ölümlər..

    Gözlərin dolsa belə
    hönkürüb susacaqsan.
    Bütün peşmanlıqları
    gözündən qusacaqsan.

    Tutacaq əllərindən
    keçmişin əsa kimi
    Çəkiləcək çarmıxa,
    Ürəyin “İsa” kimi.

    Dəyişə bilmədinsə,
    Sən bu “ağ-qara” fonu
    Bağlanacaq pərdələr,
    Bu da filmin sonu…

    * * *

    Saçlarıma gün dəymir,
    Qar yağır, sən gedəli.
    Dilim ,taleyi-baxtı,
    qarğayır, sən gedəli.

    İndi nağıl evimiz,
    sevgimizin gor bağı.
    Gözlərimə təpirəm,
    uyuduğun torpağı.

    Ehh, səni oyatmadı,
    arzum, ümidim, qayıt!
    Qarabağ qayıtmadı,
    Qayıt, Şəhidim, qayıt…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ALLAH GÖNDƏRİB

    Götürüb getmisən sən ürəyimi,
    Qaytar qoy yerinə, yaşaya bilim,
    Mən necə unudum gül-çiçəyimi,
    Gülüm ya qayıt gəl, ya çağır gəlim.

    Hamıdan gözəlsən, sular sonası,
    Vallah gözəlliyin ölçüyə gəlmir,
    Eşqimin, sözümün nuru, aynası,
    Bu sirri heç fələk özü də bilmir.

    Ağlımı almısan başımdan inan,
    Yoxdu bu dünyada sənin tək pəri,
    Mən səni sevmişəm gördüyüm andan,
    Nolar insafa gəl, qayıt, dön geri.

    Necə vəsf eyləyim gözəlliyini,
    Qaşın ayparadı, dodağın püstə,
    Güllər səndən alır o xoş iyini,
    Nazın da gözəldi, ay boyu bəstə,

    Həsrətin odunda yandırma məni,
    Sənsiz bu dünyada qəribəm, qərib.
    Unuda bilərmi heç Əziz səni,
    Səni mənim üçün Allah göndərib.

    GÜLÜM

    Qəlbimin, könlümün arzu, istəyi,
    Dilimin əzbəri, sözüsən, gülüm,
    Bağçamın qönçəsi, gülü, çiçəyi,
    İlham çeşməsinin gözüsən, gülüm,

    Gözəllər gözəli sənsən dünyada,
    Sən varsan bilmərəm nə dərd, nə qada,
    Səninlə çatmışam şöhrətə, ada,
    Ömrümün baharı, yazısan, gülüm,

    Gülüşün bal, şəkər, baxışın aləm,
    Sən olan könüldə nə qüssə, nə qəm,
    Səndən özgəsinə baxan deyiləm,
    Sən ayın, günəşin özüsən, gülüm.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ***

    Məndən gül istəmə, gül istəyən qız,
    Gülə əzab verir solmaq qorxusu.
    Bu qədər doğmaykən, bu qədər yadıq,
    Gözümü üşüdür dolmaq qorxusu.

    Eşq bir təmənnadı duyğular üçün,
    Sevda günahıdı mey, ərlər sevir.
    Mən sənə onunçun üz vermirəm ki,
    Bu ağzıgöyçəklər deyərlər: sevir.

    Sən sevgi bağında bir dürr kimisən,
    Ruhun işıq saçır, camalın aydın.
    Bilmirəm, içindən nə keçir indi,
    Kövrək sevda kimi amalın aydın.

    Həyat göz görməyən çəpərdi bəlkə?!
    Soyuq qucaqlarda yaş olmaq çətin.
    Mən sənin yanında daş oldum ancaq,
    Adam ola-ola, daş olmaq çətin.

    Məncə, zülüm yoxdur acizlik qədər,
    Lal duyğu bir namaz daşımı sənə?!
    Desələr, köksünə qəm çöküb, bil ki,
    Allah əsirgəməz başımı sənə.

    Torpaq qoxlayıram əkinçisayaq,
    Eh, toxum səpirəm, zəmim ol, yetər.
    Mən sənin ən susqun adamın ollam,
    Sən mənim ən şıltaq qəmim ol, yetər.

    ***

    Yenə aramızda aralar artıb,
    Mən hansı biçimdə ad verim buna?
    Gör, neçə zamandı məktub yerinə
    Yarpaqlar tökülür poçt qutusuna.

    Sevda qarğışından qurtulmaq olmur,
    Canı ağrıyana pir təsəllimi?!
    Sən elə baxırsan, elə bil daşam,
    Hər qəlbin sığalı bir təsəllimi?!

    Yüz yol selə atdın, sel aparmadı,
    Allahmış qolumdan tutanım bəlkə?!
    Sən mənim yerimə əzab çəkirsən,
    Mən sənin yerinə utanım bəlkə?!

  • Rafiq ODAY.”Qurban verilir”

    İlana yağıştək ələnir lənət,
    Ağı da qaraya qurban verilir.
    Dar gündə çoxları aradan çıxır,
    Qalanlar araya qurban verilir.

    Sırsıra bağlayır yenə ayazlar,
    Sizi kim qurtarar burdan, ay azlar?!
    Getdikcə seyrəlir həzin avazlar,
    Quru bir haraya qurban verilir.

    O kimdi – kəməndə dilindən düşür?
    O kimdi – kəməri belindən düşür?
    Fərhadın külüngü əlindən düşür,
    Xançoban Saraya qurban verilir.

    Yaşamaq bihudə, ölmək bihudə,
    Nədən gəlib çatdıq, Tanrım, bu həddə?!
    Allaha qovuşan bir mücahid də,
    Bilmir ki, haraya qurban verilir.

    Bir çirkab cəngində on saflıq girov,
    İnsaflıq nə qalıb? – insaflıq girov.
    İman, mənəviyyat, din, saflıq girov, –
    Çirkli bir paraya qurban verilir.

  • Gənclər Kamera Orkestri Sumqayıt teatrının səhnəsində çıxış edib

    https://b.radikal.ru/b41/1910/d8/86ab063125da.jpg

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Sumqayıtda konsert proqramı ilə çıxış edib. Orkestrə Orxan Həşimov dirijorluq edib. Sumqayıtın 70 illik yubileyinə həsr olunan konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.
    AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrın səhnəsindən Xalq artisti Azər Zeynalovun, Əməkdar artistlər Nərgiz Kərimovanın, Anar Şuşalının ifasında Azərbaycan və dünyaca məşhur bəstəkarların mahnıları səslənib. Həmçinin Əməkdar artist Sahib Paşazadə tarda, Beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı skripkada, Nicat Məsimov balabanda öz məharətini göstəriblər.

    Mənbə: https://azertag.az/

  • Türk Ocakları Tokat Şübesi-Türkistandan Anadoluya TÜRKLER

    26 Ekim 2019 cumartesi günü saat 19:00’da Gaziosmanpaşa Lisesi Konferans salonunda Tokat Türk Ocağı organizasyonuyla Prof.Dr. Ahmet Taşağıl tarafından verilecek olan Türkistan’dan Anadoluya Türkler başlıklı konferansa tüm Tokat halkı, öğrencilerimiz ve dostlarımız davetlidir. Nurefşan Aydın sunumuyla Sündüs Arslan Akça ve Rasim Yılmaz’ın şiirleriyle ve Seyfi Karslı’nın müziğiyle muhteşem bir geceye biz hazırız.

  • Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

    Tarix və mədəniyyət abidələrinin mühafizəsi və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 472 nömrəli Fərmanının 7.1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32 ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 regional idarəsi yaradılsın.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan regional idarələrin ərazi mənsubiyyətini müəyyən etsin;

    2.2. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan regional idarələrin işçilərinin say həddinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mühafizəçisi ştat vahidlərinin optimallaşdırılması hesabına müəyyən olunmasını təmin etsin;

    2.3. tarix və mədəniyyət abidələrinin qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.4. bu Fərmanın 1-ci hissəsinə əsasən yaradılan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin fəaliyyəti ilə bağlı zəruri tədbirlər həyata keçirsin;

    2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsini, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, tarix və mədəniyyət abidələrinin qorunmasında müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqini, tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin etsin.

    4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

    5. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 386; 2002, № 1, maddə 14; 2006, № 9, maddə 743, № 11, maddə 943; 2007, № 11, maddə 1115; 2008, № 1, maddə 8, № 6, maddə 498; 2010, № 8, maddə 723; 2013, № 3, maddə 241, № 5, maddə 498; 2015, № 9, maddə 1004; 2016, № 3, maddə 463; 2018, № 11, maddə 2245) 2.3-cü bəndində “Nazirlər Kabineti” sözləri “Mədəniyyət Nazirliyi” sözləri ilə əvəz edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycanın qədim və orta əsrlər tarixi Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayaraq yüzillər boyu bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş İpək Yolu ilə sıx şəkildə əlaqəlidir. Qədim şəhər yerləri, karvansaraylar, körpülər, qoruyucu qalaların qalıqları və memarlıq abidələri ilə zəngin Azərbaycan ərazisi bu gün də İpək Yolunun parlaq izlərini daşımaqdadır.

    Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32 ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

    2. Azərbaycan Respublikasının Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

    3. Azərbaycan Respublikasının Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilsin.

    4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətini təmin etsin.

    5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunmasını təmin etsin.

    6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    6.1. “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Şabran və Siyəzən rayon icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

    6.2. “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəmkir Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

    6.3. “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədlərini və mühafizə zonalarını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Ağsu Rayon İcra Hakimiyyəti ilə birlikdə müəyyənləşdirib təsdiq etsin;

    6.4. “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının ərazilərinin xüsusi rejimini 3 ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    6.5. “Çıraqqala–Şabran”, “Qədim Şəmkir Şəhəri” və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının idarə olunması, qorunması, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər həyata keçirsin;

    6.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilsin:

    Ağayeva Tünzalə Qabil qızı
    Mirbabayev Mir Yusif Mir Heydər oğlu
    Nəcəfova Röyalə Yaqub qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 21 oktyabr 2019-cu il.

    Mənbə: https://president.az

  • Xilasın axtarışında, yaxud XXI əsrə verilən suallar – Elnarə AKİMOVA yazır

    «Ədəbiyyat qəzeti» yayınları silsiləsindən Günel Eyvazlının «İşıq» kitabına ön söz

    Günel Eyvazlının “İşıq” kitabına daxil olan mətnlərin təməl metaforalarını kitab, mədəniyyət, tarix təşkil edir. Bunlar onun yalnız yaradıcılıq axtarışlarının nəticəsi deyil, düşüncə obyektivinin fokuslandığı müstəvidir. Mətnləri arasından tez-tez keçən bir söz var: kitabxana. Bu söz həm də “tarixi apriori”dir kitabda. Günel tez-tez kitablar arasında gəzişdiyini vurğulayır, mətnləri seçir, “mənim həyatım qaçışdır”, – deyən Borxes sayaq zaman və məkanlar arasından ucqarların mifologiyasına, yaxud əksinə gedişlər edir. Ona görə burada mifoloji qəhrəmanların, onların həyat hekayətlərinin eninə-boluna təsvirindən tutmuş ədəbi totemlər, arxetiplərin sıralanmasına qədər “saxlanc mədəniyyəti”nin faktları öndədir. Ərəb nağıllarından tutmuş əfqan romanına, qədim yunan, Çin mistikasından tutmuş çağdaş fəlsəfi fikrin vardığı hüdudlara, Bethoven, Motsart, Paqanini, Lui Armstronq, Vaqif Mustafazadə musiqisindən tutmuş rəssamlıq incilərinə qədər polifonik rəmzlər Günelin mətnlərində iç-içədir və ümumən, dünyanın obrazını özündə əyaniləşdirən bu mətnlərlə Günel kosmoloji dərinlik ölçülərini müəyyənləşdirə bilir. Dünya nizamsızlığına xilas və Xilaskar axtarır:
    “Bəlkə də əsrlərdir gözlədiyimiz xilaskar elə oxumadığımız kitablardır. Bəlkə də Nuhun gəmisi adlandırdığım bu fani dünya qədim kitabxana məbədinin divarına toxunaraq dayanacaq. Sonra yenidən öz oxu ətrafında növbəti dövriyyəsinə qədəm qoyacaq. Bəlkə biz hamımız xilaskara çevrilməklə xilas olacağıq”.
    Bu kitabda Güneli maraqlandıran səbəblər zamanın mahiyyətindən doğan problemlərlə bağlıdır: qloballaşma dövrünün mədəniyyəti, onun milli-əxlaqi dəyərləri üstələyən, laxladan neqativləri, getdikcə ucuzlaşan, tənhalaşan və darıxan insan amili və qadın faktı! Daha başqa məsələlər də var, amma sadaladığım bu amillər dominant təşkil edir.
    Kitabda rastlaşdığım bu fikri, nədənsə, onun açar sözü kimi qavradım: “Sivilizasiyanın qarşısında dayanan əsas məqsəd insana düşünməyi öyrətməkdir (Tomas Edison)”. Bütün düşüncə adamları kimi, Günel də çağımızın, qloballaşma erasının insanı heçə çevirən sürətindən narahatdır və “İşıq” dolu mətnləri ilə daim ünvanlar nişan verir, seçir, təqdim edir. Postmodern dünyanın gətirdiyi hər cür nizamsızlığa qarşı çıxıb yeni mədəniyyət əyyamlarına açılır. Bəzilərində yaradıcılıq enerjisi kimi, bəzilərində manifestasiyaların realizəsi kimi, bəzilərində də səriştə və biliyə çevrilmənin təzahürünü verməklə düşüncə hüdudlarına zəmin yaradır.
    “Biz kitabları rəflərə düzmək üçün alırıq. Vizual görüntü üçün. Oxumamış qərar veririk, oxumamış qamçılayırıq. Bəlkə şeytanın da deyiləsi sözü vardı. Biz isə əsrlərdir ona daş atırıq. Bəs dünya düzənini qaynadan kimdir? Bu vəhşətlərin arxasında şeytan dayanmırmı? Axı o, bu qədər daşın qarşısında o, çoxdan ölməliydi”.

    Bəlkə bəşər övladının darıxması bu üzdəndir?! Günel “Yabançı” essesində Kamyudan, “Həşərat”da Kafkadan bəhs etməklə yeni epoxanın işləklərinə ayna tutur. Qloballaşan, öz oxundan çıxan dünyadan, onun tənhalaşan, darıxan, ağrıyan, həşərata çevrilib dəyərini itirməkdə olan insanlarından bəhs etməklə gələcək üçün həyəcan siqnalı çalır. Hər dövrün öz məhvetmə mexanizmi var, əslində. Cəmiyyət insanın içindəki bütün işıqlı duyğuları məhv edib ondakı əsl “mən”i “mən”dən uzaqlaşdırır, yerdə qalan isə buz kimi soyuq görünüşü olur. Və sonra günahkar olduğu bu “çevrilmə”də onun soyuqluğuna ölüm hökmü kəsir. O zaman ədəbiyyatın missiyası nə ilə səciyyələnir? Sadəcə, reallığın ifadəsini vermək! Fiksiya deyil, reallıqdır ədəbiyyat! Belə olmasaydı, kəsilən ölüm hökmləri ondan yan keçərdi, xalqın və millətin taleyindən keçən dramatik situasiyalar onun da tərcümeyi-halında boşluğu və yoxluğu ifadə etməzdi.
    Günel kitabına çox uğurlu ad seçib: “İşıq”! Yanmadan işıq olmaq mümkündürmü? Bu ad həm müəllif qayəsindəki niyyəti, həm də ümumiyyətlə, ədəbiyyatın məna və tutumunu önə çəkmək baxımından simvolik çalar ehtiva edir. “Cəmiyyəti, xalqı, şüuru, təfəkkürü formalaşdıran, yetişdirən bədii ədəbiyyatın missiyası olduqca müqəddəsdir. Çətin olsa belə, bu missiyanı çiyinləri üzərində daşımaq dünya bədii ədəbiyyatı üçün olduqca məsuliyyətli işdir”.
    Sənətin gücü həm də bundadır. O, dünyanı sarmış kataklik proseslər içində özünün dincliyi, düşünməsi üçün həm də bir huzur, nəfəsdərim məqamıdır. Günel o insanlardan yazır ki, onlar bəşəriyyətin irəliyə doğru inkişafında Tanrıya xidmət ediblər, yəni xaosu kosmosa çeviriblər. Ümumbəşəri bədii təfəkkür hadisələri meydana qoyan bu sənətkarlara qurulan edam kürsüləri isə hər zaman mövcud olub. Bu da həqiqətdir ki, dünyanın hər tərəfində hökm sürmüş total rejimlər, sərt repressiv durumlar belə sənətin həqiqi estetik duyumunu, bədii enerjisini söndürə bilməmişdir. Xeyir və şər, sənətkar və edam, müharibə və həyat, həqiqət və riya arifmetikası hər zaman İsa, Nəsimi, Höte, Bulqakov, Cavid, Müşfiq dühasında qaldırılmış, əbədi qarşı-qarşıya qoyulmuş mübarizə təliminə çevrilmişdir. Bəs düşüncə arsenalından gedən hər zərrə hansı boşluğu ifadə edir, görəsən? Günelin “Pikasso” pyesinin qəhrəmanı Salvador Dalinin dilindən deyildiyi kimi: “gör biz nə qədər Allah öldürmüşük”.
    Günelin məqalələri öz ruhu, mahiyyəti etibarilə estetik ifratlara, total rejimlərin yol verdiyi sənətkar qətliamlarına, edamlara qarşıdır və daş-qalağın, məhdud-nihilist təftişin qurbanına çevrilmiş sənətkarların adını mətnlərindən dönə-dönə keçirir. Bəlkə əsl sənətə, ədəbiyyata xidmət edilən yerdə edam kürsülərinin hər zaman qurulduğunu bildiyi üçün?! Axı böyük istedadla bərabər sənətkara öz yaradıcı enerjisini bütün potensialı ilə sərgiləməsi üçün huzur da gərəkdir. Günelin kitabından adı dəfələrlə keçən Bulqakovun “Master və Marqarita”sında unutmadığım bir fikir var: “Sənətkara işıq lazım deyil. Ona huzur lazımdır”. Gözəl fikirdir, çünki sənətkar olmanın özü artıq işıq deməkdir. Ona, sadəcə, huzur vermək, dəyərli əsərlər yazması üçün imkan yaratmaq lazımdır.
    Günel daha çox yunan mifologiyasına, arxetip yaddaşa nüfuz edir. Ədəbiyyatın, sivilizasiyanın bütöv bioqrafiyasının mənzərəsini cızmağa çalışır. Müəllif, sanki hər addımda oxucuya əyan etməyə çalışır: hər şey, bütün bədiyyat enerjisi ilə daha qədim qatlara bağlıdır. Hər hansı məsələnin, mövzunun Azərbaycan ədəbiyyatı, mədəniyyəti içrə təzahürlərini aramadan öncə onun dünya hadisələri, dünya mənzərələri içrə ünvanını aramaq lazımdır:
    “Niyə bədii ədəbiyyatımız deyil, dünya ədəbiyyatı ifadəsindən istifadə etdim? Əslində, böyük ədiblərin əsərlərini oxuduqda, yaradıcılıq nümunələri ilə tanış olduqda yalnız kitabın üzərində müəllifin adına nəzər salmaqla hansı ölkənin yazıçısı olmasının fərqinə varırsan, yazılan əsərin daxilinə eniş edəndə müəllifin kimliyini unudaraq özünü, qəlbinin səsini əsərdə taparaq bütöv bir orqanizmə çevrilirsən. Bütövə qovuşursan.
    Bütün əsərlər arasında qırılmaz bir bağ var. Hamısı bir-birindən asılıdır. Bir əsər digərinin davamıdır. Tamamıdır. Məgər bu silsiləni səmavi kitablarda hiss etmədinmi? Biri digərini təsdiq etmədimi?”.
    Doğru fikirdir! Arxada yetmiş illik sovet dövrünün acı gerçəkliyi var və bu gerçəklik bizə sübut etdi ki, dünya mədəniyyəti deyilən zəncirdən hansısa halqanı çıxarıb atmaq ədəbi-mənəvi və elmi şüurda necə boşluqlarla nəticələnir. Amma onu da qeyd etmək lazımdır ki, tipoloji baxımdan kəsişən proseslərin tarixən gəlişməsini təsvirə çəkən bu məqalələrdə çağın mənzərələri içrə gəzişmək varsa da, başlanğıc hədəfə – nüvə, kök məqamına həssaslıq daha vacib görünür. Mifoloji yaddaş, dastan kültürü, nağıllar, uşaq ədəbiyyatından başlamış bu günün elmi-fəlsəfi, ədəbi estetik mətnlərinə qədər uzanan magistral xəttin bərpasını və ona qayıdışı müəllif “qloballaşmış dünya qazanında həll olunmağımıza” çəkilən sipər hesab edir. Çünki yaddaş daha çox sənətdə, ədəbiyyatda dərk olunan abstraksiyadır, bu mənada müəllifin etnik-ontoloji yaddaş sayılan sənətə həssaslığının əsasında həm də tək xalqın deyil, ədəbiyyatın da manqurtluğuna olan nigaranlığı dayanır. Ədəbiyyatın keçmişindən imtina edənlərin Aid səltənətinə çevrilməsini istəmir.
    Günel publisist yazılarında, esse-düşüncə məqamına köklənmiş məqalələrində, eləcə də bədii çalarları ilə seçilən mətnlərində əsasən nəyi arayır? Birmənalı şəkildə insan həqiqətini, onun xilasını! Qloballaşma epoxasının iflic etdiyi, başını dumanlandırdığı, yeni paradiqmalara meyil edən insanın nicatı hansı tərəfdədir? Şərqdə, ya Qərbdə? Şəxsən mənə görə bu qarşılaşma çoxdan öz aktuallığını itirib. Çünki Şərq cəmiyyəti öz rituallar bolluğu, didaktika, ənənə sadiqliyi, ilahi eşq məqamı ilə bizi tənhalıqdan qopara bilmədi. Bəs Qərb necə? O da intellekt gücünün, nəhəng elmi kəşflərin, texnoloji sivilizasiyanın qanadında uçuşaraq sonucda dirəndiyi dalanda çilik-çilik olub, ümid puçluğunda gözdən itdi. Müasir insan darıxır! Nə vaxtilə məhəbbət dini yaratmaq istəyən Feyerbaxın çabaları, nə “dünyanı gözəllik xilas edəcək” qənaətindəki inam, nə də aqnostikin “qalib gələcəkmi cahanda kamal” fəlsəfəsi… Bütün yollar sınanıldı. Nə üçünsə insanlıq yaşca böyümədi. İndiki dəbə uysaq, nicat üstinsandadır, – deməliyik! Günelə görə də bu belədir. Çağımızın Qərb intellektuallarını məşğul edən postinsan təlimini Günel öz düşüncəsinə uyğun – mənəviyyatda qorunan əxlaq qanunları ilə şərh edir: “Nitsşenin daima qulağımda səslənən sədaları “Əgər insan meymundan yaranıbsa, demək insan da üst insana çevrilə bilər” sözləri məni yenə də Nəsimi zirvəsinin ətəklərinə gətirir. Bir zaman qədim insan necə ki, Allahların evi olan Olimp zirvələrinə müqəddəs zirvə kimi baxırdısa, mən də ilbəil artmaqda olan və hündürlük ölçüsünü daima dəyişən əlahəzrət Himalay möhtəşəmliyi qədər Nəsimiyə heyranlıqla baxıram”.
    Günel ədəbiyyatı yeni ideologiyanın qurucusu kimi görür. Postinsan anlayışının müasir çözümünü verməyə çalışır. Müasir dünya üçün indi güc amili əsasdır, Günel isə öz qəhrəmanını – üstinsanı təklif edir. Xilası mənəvi yüksəlişdə, ruhun uçuşunda arayır. Harmoniyaya xidmət edən İsa peyğəmbəri, Nəsimini əbədi-bəşəri kamillik yolunun çağırışçıları, mürşidləri adlandırır. Onların missiyasını eyniləşdirir. İsa özünü Allahın oğlu, Nəsimi isə Allah adlandırırdı. Günel üstinsan amilini mənəvi əzabdan keçib nura qovuşmaqda görür. Bu mövqe onu yəsəvi təliminə, hürufilik elminə, sufizm prinsiplərinə yaxınlaşdırır. Ümumtürk miqyasında mənəvi məkanın yaranmasında böyük rolu olan bu təlimlərin gücü, insanın öz batininə enməklə xilas nizamnaməsinə imza atması kimi təcrübədən keçirilmiş Şərq üsulu yenidən təklif edilir:
    “Müasir təlimlər (Hermetik) insanın əzab, emosiya, nifrət kimi keyfiyyətlərini itirən zaman üst insana çevriləcəyini iddia edirlər. Və bu cür transformatik düşüncə tərzi bəziləri tərəfindən Allah qanunlarına qarşı çıxırmış kimi qiymətləndirilir. Halbuki, Allah qanunu deyilən nəsnə elə üst insan olma möhtəşəmliyini bizə dəfələrlə təkrarlayır. Allaha çevrilmə, Allah olma, möhtəşəm olma, üst, post olma sözləri ilə eynilik təşkil edir”.
    Günel yazılarında fenomenoloji estetikanın prinsiplərindən çıxış edir. Edmund Hüsserlin mətnə tətbiqdə uyğun bildiyi metoddan yararlanır, “araşdırma predmetini, bəhs etdiyi mətni mötərizə içinə alır”. Yəni dəyərləndirdiyi mətnin daxili mahiyyətini meydana qoymaqla məşğul olur. Onun bütün qatlarının, semantik, stilistik hissələrinin bir-birinə bağlanan mahiyyətini isə özünün dünyagörüşü əsasında dəyərləndirməyə çalışır. Roman Yakobson “Hər şey mətndirsə, bəs hansı ədəbiyyatdır?”, – deyirdi. Günel də çeşidli mətn bolluğu arasında gəzişmələr edir. Bütün məqamlarda müqayisə mexanizmi funksional görünür. Bu müqayisələrdə gah Şərq önə çıxır, gah da Qərb öyülür. Günel birmənalı olaraq inkişafı nişan verən mətnlərə fokuslanır və harda bunun örnəyini görürsə, hansı ədəbi fakt təzahürlərini gerçəkləşdirirsə, Günel o səmtə, o predmetə işıq salmağı borc bilir. “Fiqaro” məqaləsində Qərbin, hətta öz cizgi filmlərinə belə, klassik musiqini yerləşdirmək, uşağı maarifləndirmək, zövq aşılamaq çabasına biganə qala bilmədiyi kimi, “Təsvirin təkamül prosesi və ya boğazdan yuxarı yazılan vətən şeirləri” yazısında vətənpərvərlik mövzusunda sloqançılıqdan, şüarçılıqdan o yana getməyən mətnləri tənqid predmetinə çevirir. Əslində, qeyd etdiyim sonuncu məqamı mən Günelin özü üçün itirilmiş vaxt hesab edirəm. Çünki ümumən bu hal bütün dövrlərin poeziyası üçün xarakterik olub. Buna baxmayaraq, çoxluq heç zaman bədii təkamülün kriteriyası sayılmayıb. Poeziyanın çevrəsi həmişə bir neçə şairlə qapanır, qalanlar həmin çevrənin ətrafında dolaşırlar. Şeirimizin çağdaş mənzərəsi üçün də səciyyəvi olan bu durumun yenidən heç bir ad çəkilmədən tənqidi heç bir nəticə vermir və bu məqamda obyektivi istedadlı, əsl poetik nümunənin üzərinə salıb ordan çıxış etmək daha məqsədəuyğun olardı.
    Digər bir məsələ, Günel bu gün mifoloji gerçəklik kimi qavranılan və Avropadan milli filoloji arsenalımıza ayaq açan ədəbi ideyalar, fəlsəfi-estetik fikirlər, metodoloji istiqamətlərə diqqət yönəltməklə oxucuları ilə yeni əsr havasını bölüşür. Amma qeyd edim ki, ətraflı nəzəri dərk tələb edən cərəyanlar məsələsi tələsik, ötəri yanaşmanı sevmir. Düzdür, bir neçə məqalə daxilində çağdaş ədəbiyyatı XX əsrin elmi-nəzəri müstəvilərinə otuzdurmaq mümkün deyil. Amma analitikasına varmaq üçün onların ehtiva etdiyi mahiyyət və məntiqi tutmaq gərəkdir.
    Bu baxımdan, Günelin “Ədəbiyyatın inversiyası” məqaləsi mənə mövzunun görüntüsünü yaratmaq, məxsusu aktuallandırma təsiri bağışladı. Bəlkə də məqalədə sərgilənən binar mövqe, B.Y.Lukyanovun “Estetika dünyası” kitabından modernizmlə bağlı müəllif fikirləri ilə Günelin düşüncələri arasında dəqiq ayrıntının olmaması, nümunə gətirilən müəllifin suallarına verilən cavabların qaçaraqlığı bu cür kolossal mövzunun praqmatik həllinə imkan vermədi. Modernizm estetikasını yalnız “gözəlliyin məhv edilməsi” kimi ümumi fikirlə səciyyələndirmək olmaz. Ən azı ona görə ki, onlar gözəlliyin nədə ehtiva olunmasını bilirdilər (yəni “Leonardo da Vinçinin “Cakonda” əsərinə bığ çəkib onu korlayan rəssam” böyük məharətlə o rəsmin surətini də çıxara bilərdi, amma Espen Hovardsholmun yazdığı kimi: “bizim görməyə vərdiş etdiyimizi yalnız qeydə alan sənətin mənası varmı?”), sadəcə, “hamının eyni düşündüyü yerdə heç kəs düşünmür” prinsipi ilə dəyərləri bilərəkdən korlamaq, öz daxili bədii məkanından çıxış edərək, mövcud olan gerçəkliyə münasibətdə subyektiv sənət yaratmağa çalışırdılar.
    Günelin məqalələrində mənim diqqətimi cəlb edən məqamlardan biri də onun qadın məsələsinə, qadın mövzusuna həssaslığıdır. Müstəqillik dönəmindən sonra zamanın ardınca gətirdiyi mövzulardan biri qadındır. Hər zaman işlək olan bu mövzu yeni epoxada daha geniş vurğu qazanmışdır. Səbəbi aydındır: sovet doqmalarının müdaxiləsindən çəkinən ədəbiyyatın bu mövzuda da gərəyincə açmadığı, toxunmaqdan çəkindiyi nöqtələr vardı. Odur ki, kəskin dəyişən ictimai formasiyaların müqabilində, cəmiyyətdə rastlanan qadın mənzərələrini nəsr, poeziya, tənqid və publisistika da daxil olmaqla bütün ədəbi sahələri öz materialı etməyə çalışdı.
    “İşıq” kitabında müəllifin koloritli, natural və psixoloji çalarlarla işlədiyi bir mövzuda qadın ilk növbədə qadının nəzərlərindən açıldığı üçün mənə son dərəcə maraqlı təsir bağışladı. Günel qadını yalnız ekzistensiallığı ilə görməyi vurğulamır, həm də təsvirinə cəhd edir, cəmiyyət münasibətlərinin qarışıqlığından xilas edib emansipə olunmuş səciyyədə dərkinə yetməyə çalışır. Bu sırada dünyanın ilk qadın dramaturqu olan Afra Bendən tutmuş “Nizami əsərlərində karma qanunu – Kişi və qadın münasibətləri” də mövzunun predmetinə çevrilə bilir. Yeni minilliyin bütün metamorfozlarına baxmayaraq, qadın Günel üçün ailə, məişət və əxlaq sferalarında güc və dəyər mənbəyidir. O, natur-fəlsəfi məqamlara diqqət yönəltməklə qadının mənəvi sarsıntı və yaşamını ictimai-psixoloji müstəviyə çıxardır. Problemin prozasını, dramaturji inikasını, fəlsəfəsini, eləcə də poeziyasını yaradır: “Sən Tanrısan”, – deyəcək qədər maksimalist davranıb əvvəlcə sovet ideologiyasının, daha sonra isə postmodernin əli ilə hər cür mənəvi-mədəni təyinatlardan sürüşən qadını klassik pyedestalına qaytarır.
    Günelin “Ədəbiyyat qəzeti”ndə Azərbaycanın tanınmış qadınlarının həyat və yaradıcılığına həsr olunmuş yeni silsilə yazılarını da həvəslə oxuyuram və özünə də bildirdiyim kimi, bu mövzunun ədəbiyyatımızda işlənməsini vacib hesab edirəm. İnanıram ki, Günelin növbəti kitabı bu silsilədən olan mətnlərinin toplusu olacaq və tale məsələlərindən tutmuş sosial-ictimai problematika məsələlərinin çözümünü verən bu kitabda müəllif “qadın həqiqəti” deyilən anlayışın sirlərinə varacaq.
    Günelin özü də müstəqillik dövrü ədəbiyyatımızda istedadlı mətnləri ilə önə çıxan qadın obrazdır. Və daha çox onunla seçilir ki, özünəməxsus olan bir dairə yaradıb ədəbi prosesdə. Öz estetik ərazisi, ədəbi dəyərləri və yanaşma qanunları var. Bir də içinin işığı! Ətraf qaranlıq olsa belə, bu işığa tutunub yol gedə bilir. Ədəbiyyat isə elə burdan – yolunu tapmaqdan, Yol olmaqdan başlayır!

    Mənbə: http://edebiyyatqazeti.az

  • Ceyhunə MEHMAN.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

    KEÇƏM KÜÇƏNİZDƏN…

    Keçəm küçənizdən bir qış gecəsi,
    ya adi dost kimi, ya tanış kimi.
    O gecə yuvandan perik düşəsən,
    yuvası dağılan qaranquş kimi.

    Bir “ah” çəkəsən ki, göylər alışa,
    fəryadın dünyanın ucuna düşə.
    Keçəm küçənizdən bir payız günü,
    ürəyin sürüşüb, ovcuna düşə.

    Məni gözləməyi adət edəsən,
    özünə sevimli bir “peşə” kimi.
    Keçəm küçənizdən bir yaz səhəri,
    boynunu bükəsən bənövşə kimi.

    Bütün günahların yuyula o gün,
    günahın olmaya, suçun olmaya.
    Soruşam necəsən? – alışa qəlbin,
    “sənsizəm..!” deməyə gücün olmaya…

    ***

    Yenə soyuqluğun cəllada dönüb,
    Hələ almadığın neçə can durur?!
    Sənin buz ürəyin, qış nəfəsinmi,
    Mənim ürəyimi belə dondurur?!

    Ürəyim o qədər üşüyür hətta,
    İsti göz yaşımı hiss edə bilmir.
    Gözümdə bir soba dərt qalasam da,
    Soyuq ürəyimi isidə bilmir.

    Elə uzaqlaşır getdiyim qatar,
    Arxamca ha səslən, ha yüyür indi.
    Soyuyub arzum da, xəyallarım da,
    Bütün xatirələr üşüyür indi…

    BU GÜN AD GÜNÜDÜR SƏNSİZLİYİMİN

    Bu gün taleyimde yollar dolaşıb,
    Ayrılıq günüdü, həsrət günüdü.
    Bəlkə də, təqvimlər yanılıb, çaşıb,
    Bu gün sənsizliyin il dönümüdü.

    Sənsizlik zülümdə, zillətdə olsa,
    Göz yuma bilmədim bir səhvinə mən.
    Süzdüm göz yaşımı boş badələrə,
    İçdim sənsizliyin şərəfinə mən.

    Silib gözlərimi, gülüm,oynayım,
    Çoxda ki, ömrümü həsrət bürüyür.
    Bu gün ad günüdür sənsizliyimin,
    Bu gün sənsizliyim bir yaş böyüyür

    ***

    Adın düyünlənir dodaqlarımda,
    Dilimdə , sözümdə hecalanırsan.
    Gecə yuxularda tapıram səni,
    Səhər xəyalımda parçalanırsan.

    Elə vuruşuram özüm-özümlə,
    Sinəmə çəkilən dağ oluram mən.
    Hər gecə üz-üzə durub ölümlə,
    Hər gün həsrətinlə doğuluram mən.

    Bütün əzabların yükün çəkməyə,
    Demə, ürək adlı tərəzi varmış.
    Bu dünya qəsdimə dayanıb sanki,
    Hamının mənimlə qərəzi varmiş.

    Deyirsən, sənin də ağırdır yükün,
    Bu ki, sənsizliyi daşımaq deyil.
    Sən elə bilirsən yaşayıram mən?!
    Nəfəs alıb -vermək yaşamaq deyil..

    DEYİRLƏR Kİ…

    Məsafələr yük olubmuş ürəyinə,
    Deyirlər ki, gecə-gündüz içirsənmiş.
    Dodağına düyünləyib siqareti,
    mənsizliyi ciyərinə çəkirsənmiş.

    Daş qəlbindən bir paça ət asılıbmış,
    Dağ qürurun əriyirmiş qıram-qıram.
    Deyirlər ki, bu dünyanın bir küncündə,
    Mən səninlə eyni evdə yaşayıram.

    Deyirlər ki, yaddaşına qırış düşüb,
    Xatirələr üstü-başı toz içində.
    Deyirlər ki, uzaqlaşıb dost-tanışdan,
    Saatlarca danışırsan öz içində.

    Deyirlər ki, üşüyəndə qəm qalayıb,
    Ürəyini “od yeri” tək çatırmışsan.
    Deyirlər, tavana şəklimi döyüb,
    Gecələri gözü açıq yatırmışsan.

    Deyirlər ki, doğulmayan körpəmizi,
    Gözlərinin beşiyində uyudursan.
    Deyirlər ki, itirirsən yaddaşını,
    Deyirlər ki, məni belə unudursan.

    ***

    Elə qəribsəyib sənsiz bu şəhər,
    Elə darıxıb ki, bu küçə sənsiz.
    Elə çarəsizdir sənsiz bu səhər,
    Elə pərişandır bu gecə sənsiz

    Ölüb səni gedəli neçə ümidim,
    Yenə gözləmişəm bəlkə ümid var.
    Elə kövrəlib ki, elə dolub ki,
    Görsə, hönkürəcək səni buludlar.

    Bilmirəm, bilmirəm, nədir bu qəhər
    Hava “sən” qoxuyur, gecə “sən” deyir.
    Yuxusu gözündən tökülən şəhər,
    Bu gecə qayıdıb, gəlmisən deyir.

    Hardansa da ayaq səsini duyub,
    Çinarlar çəkilib yenə bir küncə.
    Əlini gözünün üstünə qoyub,
    Sənin yollarına boylanır Gəncə.

    ***

    Bu ayrılıq yük olurmu sənə də,
    Əzablarım sol çiynini əyirmi?
    Görən məni bitirən bu suallar,
    Sənin bircə cavabına dəyirmi?!

    Nə demədim, sənə, “unut”, “ayrılaq”,
    Nə demədim, “dəli kimi sev məni”.
    Görən yenə tövbə edib gecələr,
    Gündüzləri pozursanmi tövbəni?!

    Fikirlərin qarışırmı ara bir,
    Xəyalların yenə duyuq düşürmü?!
    Mənim burda itirdiyim yuxular,
    Sənin orda yastığını deşirmi?!

    Qaçmaq üçün gecələri kabusdan,
    Verirsənmi yuxularda nəzir sən?!
    Baxışların soyunurmu əksimi
    Yoxsa yenə hamıda mən gəzirsən?!

    ***

    Niyə qayıtmısan, bilmirəm niyə,
    Yeni istəyin nə, yeni arzun nə?
    Niyə qarğıyırsan bu yerə, göyə,
    Söylə, bu dünyaya etirazın nə?

    Xaraba qoyduğun könül evimə,
    Bilmirəm, çıxmağa yiyəmi gəldin?!
    Mənə etdiklərin başqa surətdə,
    Qarşına çıxmışdı deyəmi gəldin?!

    Daha bir addım da yaxına gəlmə,
    Sənə milyon illik uzağam, yadam,
    Mən Tanrı deyiləm, Allah deyiləm,
    Səni bağışlaya bilmirəm, adam!..

  • Xalidə NURAY.Yeni şeirlər

    https://b.radikal.ru/b37/1910/85/d6a72d5040a4.png

    Xalidə Nuray (İsmayılova) Qələndər qızı 1962-ci ildə Naxçıvan MR, Şərur rayon, Oğlanqala kəndində dünyaya göz açıb. 1969-1979-cu ildə orta məktəbi, 1981-1985-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin İTPM (İbtidai Təhsil Pedaqogika və Metodikası) fakültəsini bitirib. Bir neçə il orta məktəbdə sinif müəlliməsi, 5 il Bağça müdirəsi, 2 il Ali təhsil müəsisəsində (Ali Tətbiqi Elmlər Kollecində) müəllimə işləyib.
    2018-cil də nəşr olunan “Xəyallarımın göz yaşı”adlı kitabın müəllifidir. İran İslam Respublikasının Təbriz şəhərində “Ruhum sızlayır”adlı ikinci kitabı əski əlifbasında yaxın zamanda işıq üzü görmək üzrədir.Türkiyədə türk dilli ölkələrin şairlərinin Cukurova Ədəbiyyat Dərnəyinin “Şairlerden bir demet” antologiyasında şeirləri dərc olunmuşdur.
    İraq Türkmen Edebiyyatçı və Yazarlar Birliginin üzvüdür. Ailəlidir, üç övladı,iki nəvəsi var.

    Azərbaycan bayrağı

    Dünya lərzəyə gəlsin üç birliyin rəngindən,
    Alınmış torpaqları qurtaraq yad cəngindən,
    Zəfər marşı çalınsın istiqlal ahəngində,
    Al qoynuna birləşdir parçalanmış torpağı,
    Azərbaycan bayrağı!

    Müstəqillik uğrunda qurban gedib canımız,
    Al rəngin təməlində qaynayır Türk qanımız,
    İlahidən İslama səcdədi hər anımız,
    Tarixə şahid kimi düşmənə ol göz dağı,
    Azərbaycan bayrağı!

    Vətən qibləgahısan ,əbədi şan yerimiz,
    Sabaha doğan günəş,sabaha dan yerimiz,
    Azadlığa səslənən tökülən qan yerimiz,
    Tükənməz varlığınla ol yurdumun dayağı,
    Azərbaycan bayrağı!

    Qızıl şəfəqlərinlə oyat Turan elmizi,
    Bir oxunsun himnimiz,qoruyaq Türk dilmizi,
    Səninlə bir qaldıraq Tanrıya haqq əlmizi,
    Dağılmış ocaqlarda alışdıraq çırağı,
    Azərbaycan bayrağı!

    Qubarlı ürəkləri bir araya səslə sən,
    Sahilsiz ümmanlarda ümidləri bəslə sən,
    Qartal kimi qanad çal, zirvələri süslə sən,
    Dalğalanan dəniz tək, al-əlvan göy qurşağı,
    Azərbaycan bayrağı!Azərbaycan bayrağı!

    Təbrizim

    Türkmənçay imzası böldü tifağı,
    Bölündü ikiyə Vətən torpağı,
    Çəkdi sinəsinə doğma yurd dağı,
    Sağalmaz yaralı oldu Təbrizim.

    Arazla vurdular qandal qoluna,
    Qəriblik çəkdilər doğma yoluna,
    Vətəni itirən dözərmi buna,
    Dilimdən asılı qaldı Təbrizim.

    Haqqı, həqiqəti qəmə büküldü,
    Azadlıq yoluna qanı töküldü,
    Neçə mərd oğullar dara çəkildi,
    Fəryadı göyləri aldı Təbrizim.

    Boğdu Şəhriyarın ana dilini,
    Viranə eylədi doğma elini,
    Saxlaya bilmədi namərd əlini,
    Düşgün xəyallara daldı Təbrizim.

    Baxıram Təbrizə necə həsrətlə,
    Bağlıyam mən ona sözlə, hikmətlə,
    Oyan ey türk xalqım, oyan qeyrətlə,
    Gözləri qan yaşla doldu Təbrizim!

    Xalidə səslənir doğma elinə,
    Vətəni veribdilər yağı əlinə,
    Haydı igidlərim kəhər belinə,
    Novrağı qürbətdə soldu Təbrizim!

    Azərbaycan

    Azərbaycan, ana yurdum!
    Bu kəlmələr yaranışdan,
    Müqəddəslik məbədinin,
    Qibləgahı, zirvəsidir!
    Neçə əsr oyanışdan,
    Zülümlərin, zillətlərin
    Dinən həqiqət səsidir.
    Bu zirvəni fəth etməyə,
    Sevgi gərək, hünər gərək.
    O kəslərin ürəyində vətən eşqi,
    Vulkan kimi aşsın, daşsın…
    Səni sevən, gərək sənlə qoşalaşsın.
    Sinəsini sipər etsin,
    Ağır, çətin günlərində.
    Yad oğullar doğmalaşsın.
    Dağ çəksinlər düşmənlərə.
    Yurdumuzda iz qoymağa,
    Nərə çəksin bircə kərə,
    Yol verməsin yağılara.
    Əsrlərlə parçalanmış torpaqları,
    Qaytarsınlar öz elinə.
    Qərib düşən İrəvanı,
    Zəngəzuru, Drbəndimi,
    Həsrət gözlü Təbrizimi,
    Ozan havalı Göyçəmi…
    De, dərdimin hansın deyim…
    Birdimi?!
    İllərdi düşmənin gözünü oyan
    Cavanşirlər yurdu Qarabağımı,

    Şikəstənin doğulduğu Şuşamı.
    Susan “İsa” bulağımı!
    Şəhid qanlı torpaqlarda
    Qoy çalınsın cəngi səsi,
    Haraylasın vətən üçün,
    Candan keçən,vətənsevər oğulları.
    Azad edək yağılardan torpaqları.
    Düşmənlərdən qisas alaq.
    Təmizləyək Xocalının,
    Ləkələnmiş yaddaşını.
    Əvəzləyək sevinc ilə
    Analarınaxan qanlı göz yaşını.
    Azərbaycan, ana yurdum,
    Türk oğlunun məskənisən!
    Qürurunla, hünər göstər,
    Qeyrətinlə tarixləri yenilə sən!
    Şərəfinlə, şöhrətinlə öyünərək,
    Gələcəyə haqq yoluyla,
    Zəfər ilə irəlləyək!
    Zəfər ilə irəlləyək!

    Şuşaşız vətənim

    Cavanşirlər yurdu Qarabağımın,
    Şuşa dağlarında dumanı azıb.
    Tərlanlar oylağı Cıdır düzündə,
    Könlümü oxşayan gümanı azıb.

    Ərənlər oylağım, nəğməli dilim,
    Əyilməz vüqarım batıbdı yasa.
    Tarixi bağrına basıb yaşadan,
    Gözümdə Şuşamız dönübdü yaşa.

    Natəvan haraylı gücüm-qeyrətim,
    Topxanam adında dərdim od tutur.
    Üzeyrin, Cabbarın, ahı-naləsi,
    Həsrət nəğməsi tək dünyamda yatır.

    Doğma yuvasından didərgin düşən,
    Yurd oğlum, yurd qızım üzgünləşibdi.
    Suşasız can deyən, can verənlərin
    Vətənsiz ruhları küskünləşibdi.

    İgid oğulların şəhid qanından,
    Qan içdi ürəyi qaralmış Şuşam.
    Koroğlu qeyrətli, Nəbi ürəkli,
    Nəfəsi boğulub, dayanmış Şuşam.

    Şuşasız vətənim, Vətənsiz Şuşam,
    Yağıdan qisasın alınacaqdır.
    Vətən sinəsində ucalan bayraq,
    Şuşa qalasına sancılacaqdı.

    Xainlərin hiyləsi

    Bu nə zülmət, bu nə dəhşət,
    Bürüyübdü qəlbimizi.
    Bir kimsəyə deyəmmirik,
    Bizi didən dərdimizi.

    Bəlkə bizim cəzamızdı,
    Allah edir sınağını.
    Yurdu verib düşmənlərə,
    Düşünmədik qınağını.

    Ərənləri itirmişik,
    İtən yurdun döngəsində.
    Qeyrətsizlik damğasının
    Boğulduq məngənəsində.

    Ey yurdumun igidləri,
    Torpağımız göz dağlıyır.
    Düşmənlərin tapdağında,
    Qarabağım qan ağlıyır.

    Parçalanmış torpaqların ,
    Qaçammarıq naləsindən.
    Birləşməsək qurtarmarıq,
    Xainlərin tələsindən.

    Xəyallarımın göz yaşı

    Xəyaldan asılı ümidlərimdən,
    Sevgisiz həyata nifrət doğulur.
    Arzular dalınca qaçan könlümün,
    Gözündə boy atan arzu böğulur.

    Üçan xəyalımda gizlənireşqim,
    Allanır həyalı utanc yanağım.
    Hərdən küskünləşib boynunu bükür,
    Hərdən gülüşüməolur qonağım.

    Nəmli xəyalımın göz yaşı olur,
    Üşüyən ümidin,donan baxışın.
    Könüldə silinməz ilmə toxuyur,
    Qəlbimi oxşayan sevda naxışın.

    Qara xəyallarım azır səmada,
    Zülmətə bürünür,dolur buludlar.
    Qərib duyğularım göz yşlarıyla,
    Əl atıb içimdə köksümü odlar.

    Buludlar içində ötən xəyallar,
    Məni uzaqlara aparır yenə.
    Bir vüsal soraqlı dərd aşiqi tək,
    Məni öz mənimdən qoparır yenə.

    Ruhum sızlayır

    Ruhum sızıldayır, qəlbim ağlayır,
    Həsrətin sazağı dərd sığallayır,
    Sənli xatirələr könül dağlayır,
    Gəl al bu qəhərin əlindən məni…

    Ürəyim gizlədi dərdi özündə,
    Sinəmdə dil açıb, yanan közüm də,
    Səni tapammıram artıq özüm də,
    Gəl al bu kədərin əlindən məni…

    Qurdum ilmə-ilmə taxt sarayımı,
    Uçurdum əlimlə baxt sarayımı,
    Susdura bilmədim eşq harayımı,
    Gəl al bu dərd-sərin əlindən məni…

    Könlümdə qurduğun könül üşüyür,
    Dərib gətirdiyin o gül üşüyür.
    Yanan o dodaqlar, o dil üşüyür,
    Gəl al bu rüzgarın əlindən məni.

    İlahi yazdığı gözəl qismətin,
    Dəyərin bilmədik ilk məhəbbətin,
    Sevda qələmiylə yazdı nifrətin,
    Gəl al bu qədərin əlindən məni..

  • Şairə Adilə NƏZƏR.Seçmə şeirlər

    Filologiya üzrə fəlsəfə doktoru,
    AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    DÜNYA ÇOX KƏDƏRLİ YERDİ

    Dünya çox kədərli yerdi..
    Qanadlarım heç işə yaramadı burda.
    Qəlbimin ritmindən utandım bəzən.
    Şəhid məzarlarını,
    əsir düşərgələrini görəndə
    utandım sevgi şeirlərimdən…

    Dünya çox kədərli yerdi..
    Hələ uşaq vaxtı elə bilirdim,
    zəlzələ dünyanın yelləncəyidir,
    sən demə insanların biri-birinə
    “evin yıxılsın”ıymış…
    Şəlaləyə təbiətin duşu deyirdim,
    sən demə suların intiharıymış.
    Böyüdükcə nə yelləncəyi sevdim,
    nə də şəlaləni.
    Sevdiklərim ruhumu ağrıdırdı…

    Dünya çox kədərli yerdi..
    İnsan təbiətin bir parçasıydı,
    amma
    parça tamı parçalayırdı…
    Təbiət insanı sevdikcə insan təbiəti azarlayırdı,
    Tanrı ölüm fərmanıyla dünyanı tarazlayırdı.
    Şairlər ağlayrdı dünyanın kədərinə,
    Keçib yerin altından, çıxıb göyün üstündən
    yenidən atlayırdı qədərinə.
    Dünyanı uzaqdan qucaqlayırdı,
    ümid edirdi ki,
    bir zərrəsi qalacaq…
    və nə vaxtsa, haradasa Tanrıyla görüşəcəyi yer
    dünyanın ən gözəl mənzərəsi olacaq…

    Dünya çox kədərli yerdi..
    Şairlər “öldükcə” o yerdə
    qınanırdı…
    Qınayanlar haqq qazandırırdı gizlində şairlərə –
    bir gün dramdan, faiciədən yorulub da komediya yazsalar,
    ya göz yaşımız bitsə, – deyə…
    Bilirdilər ki, ağlamaq ümiddir,
    göz yaşı bitəndə başlayır ağılsız qəhqəhələr…

    Dünya çox kədərli yerdi..

  • Şairə Adilə NƏZƏR.”Günəş doğmaz pəncərəmə”

    Filologiya üzrə fəlsəfə doktoru,
    AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    * * *

    Günəş doğmaz pəncərəmə
    daha mənə olan oldu.
    Yaşılyarpaq çəmən idim,
    sağdan-sola, soldan-sağa
    nəyim vardı alıb getdin,
    məndən məndə nə qaldısa
    solan oldu…
    Kim vardı ki, məndən gözəl,
    səndən dəli,
    ruhum candan çıxıb getdi,
    əl üzəli.
    Bir çağlayan bulaq idim
    gecə-gündüz zümzüməli..
    o şərqilər, o nəğmələr
    yalan oldu…
    Qızınırsan qollarında
    bilmirəm ki, hansı yadın,
    ürəyimin divarında yara kimi qalıb adın…
    Qəfil gəldin, qəfil getdin, yağmaladın –
    qəfəsdə can
    talan oldu…
    Mən sənə yaradan demirəm –
    günahdı,
    yaşadan bir sənsən, bir də Allahdı,
    alıb-verdiyim nəfəs deyil, quruca ahdı –
    sən verdin, mən
    alan oldum…

    14. 10.2019

  • Şairə Adilə NƏZƏR.”Mənim könül azadlığım”

    Filologiya üzrə fəlsəfə doktoru,
    AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    Sənə doğru çırpınışım bir ömürdü, bir andı,
    Eh, o da ki, yarı yuxu, yarı ağrı, yarı qəm.
    Bu dünyanı anlayanlar ölümünə oyandı,
    Uca Tanrı, əzəl gündən mənə yaddı bu aləm.

    Sorma, niyə belə qərib, boynu bükük durmuşam,
    Bu yazını sən yazıbsan var olandan alnıma.
    Mən vaxtımı sənə doğru can atmağa qurmuşam,
    Səndən başqa kimim var ki, məlhəm ola ağrıma.

    Mən bu ömrü bəyənmədim, zinət kimi heç, inan,
    Yelkənləri küləklərə açıb getmək dəmidir.
    Mənim könül azadlığım doğulduğum zamandan,
    Cövlan edən küləklərin azadlığı kimidir.