18 Fevral Xalq şairi Nəriman Həsənzadənin doğum günüdü

Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931PoyluQazax rayonu) — şairdramaturqAzərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991-2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı(2017)[1]“İlin şairi” makafatı laureatı (2010), “Şərəf” ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir

Həyatı[redaktə | əsas redaktə]

Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011)[2] ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur — 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[3

Kitabları[redaktə | əsas redaktə]

  1. Dostlar gözləyir məni. Bakı: Uşaqgəncnəşr, 1956
  2. Qız ürəyi. Bakı: Uşaqgəncnəşr, 1957
  3. Haradasan. Bakı: Uşaqgəncnəşr, 1959
  4. Qaraca Çobanın hekayəti. Bakı: 1960
  5. Sizdən ayrılmadım. Bakı: Uşaqgəncnəşr, 1961
  6. Könlüm şer istəyir. Bakı: Azərnəşr, 1964
  7. Yadına düşəcəyəm. Bakı: Azərnəşr, 1966
  8. Nəriman. Bakı: Azərnəşr, 1968
  9. Niyə demədiniz. Bakı: Gənclik, 1970
  10. Zümrüd quşu. Bakı: Gənclik, 1973
  11. Mənim gecəm-gündüzüm. Bakı: Gənclik, 1973
  12. Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1974
  13. Zümrüd quşu. Bakı: Gənclik, 1976
  14. Nəriman. Bakı: Yazıçı, 1978
  15. Sən bağışladın. Bakı: 1979
  16. Bir az möhlət istəyirəm ömürdən. Bakı: 1981
  17. Fikir eləmə. Bakı: Gənclik, 1982
  18. Kimin sualı var. Bakı: Gənclik, 1984
  19. Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1986
  20. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987
  21. Mənim nigahımı pozdu təbiət. Bakı: Yazıçı, 1989
  22. Bütün millətlərə. Bakı: Yazıçı, 1991
  23. Taleyin töhfəsi. Bakı: Gənclik, 1993
  24. Gəlimli-gedimli dünya. Bakı: Şərq-Qərb, 1995
  25. Pompeyin yürüşü. Bakı: “Azərbaycan ensiklopediyası”, 1995
  26. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004
  27. Poylu beşiyim mənim. Bakı: 2007
  28. Nəriman. Bakı: 2009
  29. Seçilmiş əsərləri. Bakı: 2010
  30. Nuru Paşa. Bakı: 2010

Əsərləri[redaktə | əsas redaktə]

Poemaları[redaktə | əsas redaktə]

  • Nəriman
  • Zümrüd quşu
  • Kimin sualı var?
  • Atabəylər[5]
  • Pompeyin Qafqaza yürüşü
  • Midiya sarayı
  • Bəyanət
  • Həsrət
  • Vətənsiz
  • Heybədə gəzən şeir
  • Şahid ol, günəş
  • Rəsul Həmzətova məktub
  • Şəhid atası Şərif qağaya məktub
  • Qafqaz
  • Cavid
  • Qaçaq Kərəm
  • Səfirə
  • Xarı bülbül
  • Azadlıq himni

Povesti[redaktə | əsas redaktə]

  • Nabat xalanın çörəyi

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. Nəriman Həsənzadə (film, 2006)
  2. Qəmbər Hüseynli (film, 2007)
  3. Mən Hüseyn Arifəm… (film, 2010)
  4. Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)

İstinadlar[redaktə | əsas redaktə]

  1.  N.Ə.Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  2.  “Nəriman Həsənzadə “Şərəf” ordeni ilə təltif edilib”2013-05-23 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2011-04-19.
  3.  TTV (24.05.2016). “Cəfər Cabbarlı mükafatı – 2016 laureatları” (azərb.). Youtube.comİstifadə tarixi: 2016-05-25.
  4.  report.az (24.05.2016). “Cəfər Cabbarlı mükafatı qaliblərə təqdim olunub – FOTO” (azərb.). Report.azİstifadə tarixi: 2016-05-25.
  5.  Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.

Xarici keçidlər[redaktə | əsas redaktə]

Xalq şairi Nəriman Həsənzadəyə

Xalq şairi Nəriman Həsənzadəyə

Hörmətli Nəriman Həsənzadə!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.

Siz ötən əsrin ortalarında ədəbiyyat aləminə qədəm qoyduğunuz vaxtlardan öz dəst-xəttinizi formalaşdırmış və geniş oxucu auditoriyasının ehtiramını qazanmısınız. Şair və dramaturq kimi uzunmüddətli səmərəli fəaliyyətiniz boyu yüksək sənətkarlıqla meydana gətirdiyiniz ədəbi əsərlər söz xəzinəmizə layiqli töhfədir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən bu əsərlər Sizi ədəbi prosesin ön mövqelərinə çıxarmışdır. Bədii-estetik kamilliyi ilə seçilən şeir və poemalarınıza dərin səmimiyyət, həssaslıq və güclü lirizm hakimdir. Dövrün mənzərəsini dolğun canlandıran və xalqımızın mübarizliyinin tərənnümünə çevrilən mənzum tarixi dramlarınız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, teatrlarımızın repertuarında özünəməxsus yer tutmuşdur. Yaratdığınız poetik nümunələrə bəstələnən mahnılar dillər əzbəridir. Ziyalı vətəndaş mövqeyi nümayiş etdirərək ictimai sahədə göstərdiyiniz təqdirəlayiq fəaliyyət kitablarınızdakı fikir və düşüncələrinizi əməli surətdə gerçəkləşdirmək istəyinizin bariz təzahürüdür.

İnanıram ki, Siz vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan əsərlərinizlə Azərbaycan oxucusunu bundan sonra da sevindirəcəksiniz.

Ən xoş arzularla,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2021-ci il.

Mənbə: http://president.az/

N.Ə.Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Ə.Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2021-ci il.

Mənbə: http://president.az/

Görkəmli şəxslərin Xalq şairi Nəriman Həsənzadə haqqında fikirləri

“…NƏRİMAN OLDUQCA HƏSSAS BİR ŞAİRDİR. O BİR QARTALIN UÇUŞUNDA, BİR LALƏNİN DURUŞUNDA, BİR KÖRPƏNİN BAXIŞINDA BÜTÜN KAİNATI, İCTİMAİ ALƏMİ VƏ MƏNA DOLU HƏYATIMIZI GÖRMƏK İSTƏYİR.”

MİR CƏLAL PAŞAYEV

Xalq yazıçısı

“…NƏRİMAN HƏSƏNZADƏ DÜNYADA GÖZƏLLİK, NƏCİBLİK, ZƏRİFLİK AXTARIR VƏ BUNLARI BƏZƏN OLMAYAN YERDƏ DƏ GÖRÜR, ÇÜNKİ GÖZƏLLİK VƏ ZƏRİFLİK BU ŞAİRİN SƏNƏT İDEALIDIR. O, YALNIZ BU İDEYA EŞQİNƏ YAZIB-YARADIR. BAX BUDUR ONUN NƏĞMƏLƏRİNİN BAŞ MOTİVİ.”

BƏXTİYAR VAHABZADƏ

Xalq şairi

“BÜTÜN MÜRACİƏTLƏRƏ MÜSBƏT CAVAB VERMƏK, ÇOX MÜŞKÜL MƏSƏLƏDİR. MÜTLƏQ KİMSƏ NARAZI QALACAQ. ANCAQ ÜÇ-DÖRD ADAM TANIYIRAM Kİ, BU MƏSƏLƏDƏ İSTİSNADIR. ONLARDAN BİRİ DƏ NƏRİMAN HƏSƏNZADƏDİR. ELƏ BİR ADAM TAPMAZSAN Kİ, NƏRİMAN MÜƏLLİM ONU NAÜMİD GERİ QAYTARSIN.”

ÇİNGİZ ABDULLAYEV

Xalq yazıçısı

“NƏRİMAN HƏSƏNZADƏ HAQQINDA DANIŞMAQ ÜMUMƏN MÜASİR AZƏRBAYCAN POEZİYASI HAQQINDA DANIŞMAQ DEMƏKDİR. ŞAİRLİK NƏRİMAN HƏSƏNZADƏNİN STİXİYASIDIR- O, TƏKCƏ ŞEİRİNDƏ, NƏSRİNDƏ, DRAMATURGİYASINDA, PUBLİSİSTİKASINDA DEYİL, ADİ MƏİŞƏTDƏ DƏ ŞAİRDİR, YAZANDA DA, YAZMAYANDA DA ŞAİRDİR…”                                                                           

       NİZAMİ CƏFƏROV

Əməkdar elm xadimi, professor

MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA SAF, XALİS LİRİKANIN YARADICILARI SIRASINDA NƏRİMAN HƏSƏNZADƏNİN XÜSUSİ YERİ VARDIR. ŞEİRLƏRİ TƏPƏDƏN DIRNAĞA QƏDƏR LİRİZM HADİSƏSİDİR. HƏTTA NƏRİMAN HƏSƏNZADƏNİN DANIŞIQ TƏRZİNDƏ DƏ LİRİK BİR HƏZİNLİK QABARIQ MÜŞAHİDƏ OLUNUR.

İSA HƏBİBBƏYLİ

Əməkdar elm xadimi, professor

ƏZİZ DOSTUMUN LİRİK DÜNYASI, TƏFƏKKÜR ASİMANI ÜMMANDIR VƏ HEÇ VAXT TÜKƏNƏN DEYİL.

SADƏCƏ ŞAİR DOSTUMA DEYİRƏM: NƏRİMAN MÜƏLLİM, 80-90 NƏDİR Kİ… SƏNİN BƏŞƏRİ POEZİYAN MİN İLLƏR BOYU AZƏRBAYCAN POEZİYA KƏHKƏŞANINDA ƏN PARLAQ ULDUZLARDAN BİRİ OLACAQ.

MUSA QULUZADƏ

nasir, dramaturq

UZUN MÜDDƏTLİ MÜALİCƏDƏN SONRA BAKIYA QAYIDAN GÜNÜ MƏNİ AEROPORTDAN EVƏ APARAN AVTOMOBİLİN RADİOSU İLƏ ŞAİR NƏRİMAN HƏSƏNZADƏNİN SÖZLƏRİNƏ YAZILMIŞ “MƏNİM DÜNYAM” MAHNISI SƏSLƏNİRDİ. MAHNI MƏNİ BƏRK KÖVRƏLTDİ. HEÇ VAXT BELƏ OLMAMIŞDIM. SANKİ DÜNYAYA İKİNCİ DƏFƏ GƏLMİŞDİM.

…NƏRİMAN İSTEDADLI ŞAİRDİR. ONUN YARADICILIĞI TƏRİFƏ LAYİQDİR.

MƏMMƏD ARAZ

Xalq şairi

MÖVZU MÜXTƏLİFLİYİ, İNSAN ARZULARININ, CƏMİYYƏT HƏYATININ VƏ ZƏMANƏNİN ÇOXCƏHƏTLİ, ZƏNGİN BOYALARLA İŞLƏNMƏSİ HƏR BİR POETİK ƏSƏRİN MƏZİYYƏTİDİR. NƏRİMAN HƏSƏNZADƏNİN POEZİYASI BU CƏHƏTDƏN DƏ OXUCUDA DƏRİN MARAQ OYADAN POEZİYADIR. İDEALA, GÖZƏLLİYƏ, MƏNƏVİ SAFLIĞA SADİQ OLAN İNSANLIQ VƏ VƏTƏNDAŞLIQ HİSSLƏRİNİ ŞEİRLƏRİNİN CANINA, RUHUNA HOPDURAN BU ŞAİR DAİMA AXTARIŞDADIR, ONUN POETİK FİKRİ YORULMAQ BİLMİR, OXUCUYA ARASIKƏSİLMƏDƏN YENİ ƏSƏRLƏR TƏQDİM EDİR.

MİRZƏ İBRAHİMOV

Xalq yazıçısı

NƏRİMAN HƏSƏNZADƏ FİKİR VƏ MƏNA ŞAİRİDİR… HƏYATDA SON DƏRƏCƏ ZƏRİF, İNCƏ, HƏSSAS VƏ BƏZƏN HƏDDİNDƏN ARTIQ HƏLİM, YUMŞAQ TANIDIĞIMIZ NƏRİMAN HƏSƏNZADƏ BƏDİİ YARADICILIQ ALƏMİNDƏ KOMPROMİS TANIMIR. O, SON DƏRƏCƏ MƏRD VƏ PRİNSİPİALDI…

XƏLİL RZA ULUTÜRK

Xalq şairi

Xalq şairi Nəriman HƏSƏNZADƏ.Seçmə şeirlər

ÜRƏYİM ANANI İSTƏYİR, QIZIM

Ürəyim ananı istəyir, qızım,
sən yaşa dünyada qəmsiz, kədərsiz.
Bir səs qulağıma döz deyir, qızım,
Mən dözdüm,
yaş ötdü məndən xəbərsiz.

Qaşlarım qaradı, saçlarım ağdı,
təbiət şəklimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı
amma tək qocalmaq dərd verir hərdən.

“Dağlar” deyə-deyə mən dağ şamışam,
Hanı tale dostum,
ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
dünyayla düz gəlmir daha mən deyən.

Daddım acısını şirin həyatın,
Hələ bu acıdan doyan olmayıb.
Qızım, qardaşınla sən olmasayadın,-
deyərdim, dünyada ana olmayıb.

Mən işdən çıxanda eybi yox,-dedim,-
dəyirman dünyadı, çarxa düşmüşəm.
Özümünkü bilib fəxr elədiyim,
arxadan vuranda arxa düşmüşm.

Mən qisas almadım yaşadı düşmən,
ilhamda, sənətdə axırdaydılar.
Qisası aldım mən yalnız özümdən,-
böyüklər də gördüm, çox xırdaydılar,
ilhamda, sənətdə axırdaydılar.

Daha yaş artdıqca, səbrim azalır,
yaş yaşdı…
neyləsən yaş əyir, qızım.
Qadınsız-ata da anasız qalır,
ürəyim ananı istəyir, qızım,

MƏN

Kimsə salam verdi mənə rəhm ilə,
Allahın nə yazıq bəndəsiyəm mən.
Tüstüsüz yandım mən odlar içində,
təndirin küt gedən kündəsiyəm mən.

Məndən inciməsin dostlar, tanışlar,
daha yadlaşıbdı doğma baxışlar.
Ey əsən küləklər, yağan yağışlar,
tökülün üstümə dözəsiyəm mən.

Yatır süfrəmizə çörək gətirən,
ailə yükünü təkcə götürən,
Mən boynu büküyəm, o köks ötürən,
Yeganə arxası, kimsəsiəym mən.

Qadındır hər evin isti nəfəsi,
qadın anadırsa-yoxdur əvəzi.
Ağırdı ananın ağır xəstəsi.
atayam, ananın xəstəsiəym mən.
Bəlkə bədbəxtlərin təzəsiəym mən.

AY HƏKİM

Ağzın bəd xəbərə açıldı sənin,
Sonra necə güldün, necə, ay həkim.
Səsin ürəyimə sancıldı sənin,
Həkimlik buydumu səncə, ay həkim.

Sən güldün, yanında ssusub ağladım,
Yenə ümidimi sənə bağladım.
Sağ ikən insana mən yas saxladım,
Verdin əməyimi heçə, ay həkim.

Bir qapı bağladın, yüz qapı açdım,
Qızışn soyuğunda ölkə dolaşdım.
Həkimin əlindən həkimə qaçdım,
Hanı diplomuyun gücü, ay həkim.

Xəstənin yaleyi ilgəkdi pünhan,
Həkimin əlləri düymə bağlayan.
Sən bir qəbristanlıq insan qırmısan,
Bir elmi dərəcə üçün, ay həkim.

Qəbula gələndə bivaxt düşmüşəm,
Bu evdən-eşikdən uzaq düşmüşəm.
Mən sənin əlindən qaçaq düşmüşəm,
Həkimləri seçə-seçə, ay həkim,
Şəhər-şəhər, küçə-küçə, ay həkim.

QOYMARAM

Gedin deyin Xançobana,
Gəlməsin bu il Muğana.
Muğan batıb nahaq qana
apardı sellər Saranı.
bir gülər üzlü balanı..
Nəbati

Gedin deyin Nərimana,
Sıxır məni xəstəxan,.
Xəstəxana batıb qana.
aparır sellər Saranı.
eşitsin ellər Saranı.


Sara

Dözmün azalıb, nə olub yenə,
Belə görməmişdim, ay Sara, səni.
Oxuma yanımda qəm mahnısını,
Qoymaram bu ellər apara səni,
Özüm aparacam gör hara, səni.

Yenə bir çəməndə süfrə açarıq,
Yemlik yığa-yığa arxı aşarıq.
Bir az qocalmışıq, cavanlaşarıq.
Bir az dincələrik bulaqlar üstə,
Quşlar mahnı deyər budaqlar üstə.

Biz ömür sürümüşük ləyaqət ilə,
Biz həyat görmüşük nə minnət ilə.
Ev-eşik qurumuşuq əziyyət ilə,
Bir-bir daş üstünə biz daş qoymuşuq,
Bir halal yastığa biz baş qoymuşuq.

Axşam teatrda qoşa oturaq,
Gündüz artistlərə şən məclis quraq,
Hələ “Pompey” durur, biz də bərk duraq,
Onu bu səhnədə görək, ay Sara,
Bir az səbrin olsun gərək, ay Sara.


Hələ nə görmüşük biz bu dünyada,
Quş havada yaşar, balıq dəryada.
Yağışlar, küləklər döyüb səhrada,
Dünya düzəngahmış, heç bilməmşəm,
Sənə sıığınmışam, Sara dümişəm.

Dözmün azalıb, həyatım mənim,
Belə görməmişdim, ay Sara, səni.
Oxuma yanımda qəm mahnısını,
Qoymaram bu ellər apara səni,
Özüm aparacam dağlara, səni.

* * *

Yuxun qaçdı evdə yata bilmədin,
torpaqda yat, torpaq quzum, a laylay.
Gizli-gizli ufuldadın, inlədin,
Oyaq qalan yuxusuzum, a laylay.

Güzgü kimi zərif idi gül üzün,
insafdımı torpaq altda çürüsün?!
Duman gəlsin qəbristanı bürüsün,
duman sənə örpək olsun, a laylay,
Torpaq sənə döşək olsun, a laylay.

Yanımdaydın, yaşayırdıq bir babat,
yuxularda gah doğmasan, gah da yad.
Ayılıram-nə sən varsan, nə həyat.
Yuxularda görüşənim, a laylay.
Yaxın ikən gen düşənim, a laylay.

Laylay dedim,beşik dedim məzara,
daş gətirdik, saldıq səni hasara.
Ha yalvardım, ha çağırdım ay Sa…ra!..
Darıxanda həyanımız, a laylay,
Ayrı düşən ünvanımız, a laylay.

DAŞI SEVMƏLİYİK BİZ İNDƏN BELƏ

Gül gətirdim, çiçək qoydum üstünə,
Gül sənindi, yer sənindi, sən mənim.
Sara

Yenə qəbristana düşübdü yolum,
Daş yonur, qum tökür burda ustalar.
Anana baş daşı qoyurlar oğlum,
Səndən xatirədi
məndən yadigar

Oğlundan,ərindən…
Son borcumuzdu,
Qalan borclarımız bir yan qalsın.
O, həyat aşiqi, o, yer qızıydı,
Qoy ondan yer üstə nişanə qalsın.

Həyatda bir sirr var, inan, ay oğul,
Bu sirr açılmayıb qədimdən belə.
Daşdan yonulubdu anan, ay oğul,
Daşı sevməliyik biz indən belə.

Nə deyim, sağ olsun heykəltəraşı,
Gör necədüz verib o gözü, qaşı.
Saçları örpəyin altından çıxıb,
Tək nəfəs verməyi yadından çıxıb.

Bu sirdi, gör necə dəyişir insan,
tanınır, tanınmır…
yaxşı bax, oğlum.
Mənim daş qadınım, sənin daş anan
Bizi qoymayacaq daşlaşaq, oğlum.

MƏNİM NİGAHIMI POZDU TƏBİƏT

Mənim nigahımı pozdu təbiət,
Köklədi simləri xeyir-şər üstə.
Sənə-məzar boyda yeraltı zülmət,
Qurulu ev qoydu mənə yer üstə.

Beləcə ayırdı o, payımızı,
Pozdu bu qanuni nigahımızı.
Qoruya-qoruya saxladığımız,
Axırda nə oldu?-adi bir kağız.

Arada ağlayan bir məhəbbətdir,
Yastığöın müqəddəs, yerin müqəddəs.
Dövlət vəsiqəsi rəsmi sənəddir.
Möhürü, imzası bir şeyə dəyməz

Son mənzil deyirlər, mən orda gördüm,
Nədir sənlə gedib, sənsiz qayıtmaq.
Kağızı qorudum, səni itirdim,
İndi səni məndən qoruyur torpaq….

FAMİLİMLƏ ÜZ-ÜZƏ

Qəbirlərin içində
Sadə bir qəbir sənin.
Familim mənimkidir,
Ad sənin, ömür sənin.
Nə uşaqlar var idi,
nə indiki vəzifəm,
nə evim, nə ünvanım,
nə indiki ad-sanım.
Kəbin kağızımıza
Yazıldın iki oldum.
Ancaq səninki oldum.
Indi sənin yanında
Səni haraylayıram.
Familimlə üz-üzə
Dayanıb ağayıram,
Səni haraylayıram.