Kənan AYDINOĞLU.”Ustad Aşıq Ələsgərə məktublar” şeirlər silsiləsindən

1902788_614529541965133_896121757_n

Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

ƏLƏSGƏRİMİN

Göyçə mahalında məclis aparan,
Var olsun dilləri Ələsgərimin!
Saz tutub ahəstə şeirlər qoşan,
Yaratsın əlləri Ələsgərimin!

Dağların başını çən bürüyəndə,
Ceyranı,cüyürü hey üşüyəndə,
Şeiri vərəqə o döşüyəndə,
Ağardı telləri Ələsgərimin!

Quzğunlar Göyçəyə gəlib girəndən,
Tarixi bu millət gedib görəndən,
Bu torpaq ikiyə tam bölünəndən,
Saraldı gülləri Ələsgərimin!

ƏLƏSGƏRİMİN

Ustad Aşıq Ələsgərin 185 illik
yubileyinə həsr olunur.

Məshəti türkləri qırılan zaman,
Söndü bir çırağı Ələsgərimin!
Yüz illik ömrünü başa vurmamış,
Tutuldu torpağı Ələsgərimin!

Göyçənin yolundan gəlib keçəndə,
Əyilib suyundan ceyran içəndə,
Aşıqlar yurdundan ayrı düşəndə,
Ağladı bulağı Ələsgərimin!

Düzündə uzanıb hərdən yatdığı,
Ceyrana, cüyürə güllə atdığı,
Yaşıl düzlərinə şeir yazdığı,
Ayrıldı yaylağı Ələsgərimin!