Şair-filosof Əlişad QARAQASIMLI.”Hörümçək toru”

Hörümçək torundan çox xoşum gəlir…
Hörümçək toruna düşmək istərəm.
Azalsa, qəlbimdə bir qətrə həvəs,-
Cəhənnəm odunda bişmək istərəm.

Hörümçək torundan
çox xoşum gəlir…
Onu nəğmə bilib bir ömür boyu
Gündüz də,
Gecə də oxuyuram mən.
Dosta, aşinaya məhəbbətimi
Hörümçək torundan toxuyuram mən.

Hörümçək torundan çox xoşum gəlir…
Sapları şəfəqdən, işmələri nur.
HATƏMÜL-ƏNBİYA
PEYĞƏMBƏRİMİ
O məlun qureyşijərdən
Hifz edən
Gizlədən
Qoruyan odur