Category: Publisistika

  • İslamda Kosmetika

    Rafet-Alizade (2)

    Allah hər cür zinətin Özü tərəfindən bir nemət olaraq yaradıldığını bildirir və xurafatçılara işarə edərək “bu zinətləri kim haram etmişdir?” deyə buyurur
    Xurafatçıların İslamı gözdən salmaq, Müsəlmanları (haşa) pinti, çirkin, rəqsdən, incəsənətdən, elmdən, estetikadan anlamayan cahil insanlar kimi göstərmə strategiyalarına ən yaxşı cavablar Qurandan və Peyğəmbərimizin (sav) sünnətindəndir. Xurafatçılar xüsusilə qadınları hədəf alaraq onların gözəlliklərini mümkün olduğu qədər basdırmağa, onları çirkinləşdirib, öz dilləri ilə desək “qara it, donuz və eşşək”lə eyni səviyyəyə gətirməyə çalışırlar (qadınları tənzih edirik). Bu zaman xurafatçıların ən şiddətlə qarşı qoyduqları yönlərdən biri də qadınların estetik və gözəl görünmələridir. Saç rəngi, kirşan, dırnaq boyası və s. kimi ən sadə estetik vasitələri qəti şəkildə haram elan edən bu bəsit zehniyyətli adamlar öz kiçik ağıllarına əsasən, bununla Müsəlmanları xor və alçaq göstərə biləcəklərini zənn edirlər. Hərçənd ki, Quran və bir çox səhih hədislərə baxdığımız zaman kosmetik vasitələrin, gözəl geyimlərin, boyunbağı, bilərzik kimi bütün aksessuarların və digər estetik anlayışların da daxil olduğu “zinət”lərin tez-tez tövsiyə, hətta əmr edildiyini görərik:

    “De ki: “Allahın qulları üçün çıxardığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De ki: “Bunlar dünya həyatında iman edənlər üçündür. Qiyamət günü isə sadəcə onlarındır” (Quran, 7:32)

    Allah hər cür zinətin Özü tərəfindən bir nemət olaraq yaradıldığını bildirir və xurafatçılara işarə edərək “bu zinətləri kim haram etmişdir?” deyə buyurur. Bilindiyi kimi, xurafatçılar hər cür estetik və kosmetik vasitələrin haram olduğunu (bəzi saxta hədislər yoluyla) müdafiə edirlər. Lakin Allahın ayələrindən də bilindiyi kimi heç kəs Allahın halal etdiyini haram edə bilməz.

    Allah digər bir ayəsində zinətlərdən istifadənin əhəmiyyətini vurğulayır və insanlara zinətlərini göstərmələrini buyurur:

    “Ey Adəmoğulları, hər məscid yanında (Allahın zikr edildiyi hər yerdə) zinətlərinizi taxın…” (Quran, 7:31)

    Xurafatçılar isə Allahın bütün bu əmrlərini gözardı edirlər. Quranı ən gözəl şəkildə tətbiq etmiş olan peyğəmbərimiz Hz. Muhəmmədin (sav) həyatına baxdığımız zaman isə, yenə xurafatçıların əksinə, estetikanın hökm sürdüyünü və o dövrdə də saç rəngi, kirşan, dırnaq boyası kimi kosmetikadan geniş şəkildə istifadə edildiyini görərik. Hz. Aişənin (ra) Peyğəmbərimizdən nəql etdiyi bir hədisdə bu mövzu açıq şəkildə belə vurğulanır:

    “Qadını boyasız, bəzəksiz görməkdən xoşlanmaram” (Əbu-Razin)

    Qurana baxdığımız zaman da gözəl boyaya diqqət çəkildiyini və bunun “Allahın boyası” olaraq tərif edildiyini görürük. Ətrafda gördüyümüz hər şeyi və hər kəsi Öz boyası ilə boyayan Allahdır:

    “Allahın boyası… Kimdir Allahdan daha gözəl boyası olan?” (Quran, 2:138)

    Kirşan, Dodaq Boyası və Göz Sürməsindən İstifadə

    Bir çox hədis kitablarından rəvayət edildiyinə görə, Ümmü Həbibə yanaqlarına “həluk” adlı kirşan sürür (Belazuri, 1987:184-185). O dövrdə qırmızıya çalan ton vermək üçün istifadə edilən maddə həlukdur. Çəhrayı, sarı rəngdə bir maddədir. Hal-hazırda da həluk mövcuddur və satışda vardır.

    Dodaqların boyanması üçün isə xınadan əldə edilən qırmızı tondan istifadə edilirdi. Bu dodaq boyası da 14 əsrdən bəridir Səudiyyə Ərəbistanında ənənəvi olaraq istifadə edilməkdədir.

    Bu da məlum olan bir gerçəkdir ki, İslamın doğulduğu illərdə başda Peyğəmbərimiz olmaqla, Müsəlmanlar göz boyasından- ismit adlanan sürmə növündən (tərkibi xrom oksididir, hal-hazırda da işlədilir) də geniş surətdə istifadə edirdilər. Hətta rəvayətlərdə bildirildiyinə görə, Rəsulullah bir gözünə üç dəfə, digər gözünə də üç dəfə olmaq üzrə qələmlə qalın sürmə çəkərmiş və gözləri tünd qara rəngdən dolayı olduqca dolğun görünərmiş. Bu da cəmiyyətin ön-mühakimə ilə yanaşaraq törətmiş olduğu “qalın”, “tünd” və ya “ağır” makiyaj anlayışlarının heç də İslam əxlaqından uzaq və ya əxlaqına zidd olmadığını çox açıq surətdə ortaya qoyur. Rəvayətlərdən həmçinin qadınların və uşaqların da ismitdən istifadə etmiş olduqları görünür.

    Dırnaq Boyalarından İstifadə

    “Əlində Rəsulullah üçün məktub olan bir qadın pərdənin arxasından işarə etdi (əlini uzatdı). Rəsulullah əlini tutdu (məktubu almadan çəkdi) və “bu, kişi əlidirmi, yoxsa qadın əlidirmi, bilmirəm” buyurdu. Qadın: “qadın əlidir” dedi. Rəsulullah (sav) “əgər sən qadın olsaydın, dırnaqlarının (rəngini) xına ilə dəyişdirərdin” buyurdu” (Əbu-Davud, Hədis: 1992)

    “Aişədən (ra) rəvayət edildiyinə görə, Hind Binti-Utbə: “Ya RəsulAllah, mənimlə beyət et” dedi. Rəsulullah (sav): “Əllərinin (rəngini) dəyişdirənə qədər səninlə beyət etməyəcəyəm…” buyurdu” (Əbu-Davud, Hədis: 4165)

    Bütün bunlar Hz. Muhəmmədin (sav) qadınların baxımlı olmasına necə həssaslıqla yanaşdığını göstərir. Hədislər isə xurafatçıların özlərinin belə inkar edə bilməyəcəkləri səhihlikdəki “Əbu-Davud”dan götürülmüşdür.

    Saç Rəngindən İstifadə

    Peyğəmbərimizin (sav) dövründə hər növ- qızılı, qara, sarı, mavi, yaşıl rəngdə saç boyaları mövcud olmuşdur. O dövrdə bunlardan xalçalara, kilimlərə və paltarlara da rəng vermək üçün istifadə olunardı. Peyğəmbərimizin (sav) yaşlı vaxtlarında ağaran saçlarını ismitlə qara rəngə boyadığı bilinir, bundan əlavə, Rəsulullah öz qiyafəsini də sarı rənglə boyamışdır. Bu növ boyalar müasir dövrdə də istifadə edilir və daha çox “kök boya” adı ilə tanınır.

    Kütubi-Sittədə saçların boyanması barədə “Hidab” adlı xüsusi bir bölüm vardır. Buradakı bəzi hədislər belədir:

    “İbnu Abbas (ra) belə deyir: “(Saçlarına) xına yaxmış birisi gəlmişdir. Hz. Peyğəmbər (as): “Bu nə gözəldir!” buyurub təqdir etdi. (Az sonra) xına və kətəm ilə boyanmış birisi gəldi. “Bu, əvvəlkindən də gözəldir!” buyurdu. Sonra (saçlarını) sarıya boyamış birisi də gəlmişdi ki, “bu, digərlərindən də gözəldir!” buyurdu”. (Əbu-Davud, Tərəccül 19, (4211); İbnu Macə, Libas 34, (3627))

    Süheybul-Xeyr radıyAllahu anh deyir: “Rəsulullah aleyhissalətu vəssəlam buyurdular ki: “(Ağaran saç və saqqallarınızı boyayarkən) işlətdiyiniz ən yaxşı boya, şübhəsiz, bu qara olandır. (Çünki qara rəng) qadınlarınızı sizə qarşı daha çox rəğbət etdirər, müxalifləriniz üçün də haqqınızda daha çox çəkinməyə vəsilədir”” (Ebu Davud, Libas 18, (4064), Tereccül 19, (4210); Nesai, Zinet 17, (8,140). Buhari, Libas 66, Menakıb 23; Müslim, Fedail 100-105, (2341); Ebu Davud, Tereccül 18, (4209); Nesai, Zinet 17, (8,140, 141))

    Tabəraninin bir rəvayətində isə “Saçların rənginin dəyişdirilərək yadlara (əacim) müxalifət edilməsi” əmr edilir.

    Buxari və Müslimdə Hz. Ənəsdən gələn bir rəvayətdə belə deyilir: “Hz. Əbu Bəkir və Hz. Ömər (ra) (saçlarını) xına və kətəm ilə boyayardılar”.

    Əhməd ibnu Hənbəlin bir rəvayətində də Ənsardan yaşlanmış, saqqallarına ağ düşmüş bir ixtiyar qrupu ilə rastlaşdığı zaman Hz. Peyğəmbərin “Ey Ənsar camaatı, (saçlarınızı) qızılıya boyayın, sarıya boyayın və Əhli-Kitaba müxalifət edin” tövsiyəsini verir.

    (Səhabə və Tabiinin) bir çoxu sarıya boyamağı uyğun görüblər. Hz. Əli, İbnu Ömər, Əbu Hureyrə və s. bunlardandır. Bir qismi xına və kətəm ilə, bir qismi zəfəran ilə, bir qismi də qara rəng ilə boyamışdırlar. Qara rəngi seçənlər arasında Hz. Osman, Hz. Həsən, Hz. Hüseyn, Ukbə İbnu Amir, İbnu Sirin, Əbu Bürdə və s. zikr edilir.

    (son dörd hədisin mənbəyi: Kütubi-Sittə, İkinci Bab: Hidab, 2111-2112)

    Aksessuar və Ətirdən İstifadə

    Boyunbağı, qolbaq, sırğa və üzük kimi aksessuarlar tarix boyunca bütün Müsəlmanların geniş surətdə işlətmiş olduğu zinət əşyalarıdır. Allah Quranda Müsəlmanların aksessuarlardan istifadə etdiyinə diqqət çəkərək onlar üçün dənizlərdən “inci və mərcan” çıxardığını bir ayədə belə söyləyir:

    “Bir-biriylə qovuşmaq üzrə iki dənizi axıtdı… İkisindən də inci və mərcan çıxır. Elə isə, Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?” (Quran, 55:19,22-23)

    Digər bir ayəsində isə Allah bəzək əşyalarını “Onun bəxşişini axtarmaq və şükür etmək” üçün yaratdığını bildirir:

    “Dənizi də sizin əmrinizə verən Odur, ondan təzə ət yeyirsiniz və geyiminizdə ondan bəzək əşyaları çıxarırsınız… (Bunlar) Onun fəzlindən axtarmağınız və şükür etməyiniz üçündür” (Quran, 16:14)

    Hədislərə baxdığımız zaman da, Peyğəmbərimiz dövründə bunlardan istifadə edildiyi açıq şəkildə görünür:

    “Urvə bin Abdullah bin Quşeyr Hz. Əlinin qızı Fatimənin yanına gəldiyi zaman onun hər qolunda bir cüt fildişi qolbaq, barmaqlarında üzük və boynunda muncuqlarla bəzədilmiş bir boyunbağı olduğunu görür və bunları soruşduğu zaman Fatimə: “Qadın kişiyə bənzəməz” deyərək bu cür zinətlərlə bəzənə biləcəyini ifadə edir” (İbni Sa’d, “Et- Tabakat”)

    Ətir isə Allahın ən gözəl nemətlərindən olaraq bütün peyğəmbərlər tərəfindən işlədilmişdir. “Müşk” bu ətirlərdən ən məşhur olanıdır. Peyğəmbərimizdən (sav) nəql olunmuş ən bilinən hədislərdən biri isə budur:

    “Mənə üç şey sevdirildi: Salihə qadın, gözəl ətir və gözümün nuru namaz”. (Nesâî, İşretu’n-Nisâ 1, (7, 61))

    Hz. Aişənin də ihramda ikən ətir vurduğu nəql edilməkdədir. (İbni Sa’d, et- Tabakat)

    Digər bir hədisdə isə Peyğəmbərimizin ətirdən istifadəsi bu şəkildə təsvir edilir:

    “Rəsulullah Əfəndimiz Mədinə küçələrindən birindən keçdiyi zaman Onun müşk kimi ətri dərhal sezildiyi üçün, xalq o yoldan Həzrəti Peyğəmbərin (as) keçdiyini söylərdi. Bizlər Peyğəmbər Əfəndimizin (as) gəlişini, ətrinin gözəlliyindən anlardıq”. (Ibn Sa’d, Tabakat, I, 398-399; Mecme’uz-Zevâid, VIII, 282; el-Metâlib’ül-‘Aliye, IV, 25)

    Nəticə

    Buraya qədər təhlil etdiklərimizdən açıq-aşkar görünür ki, İslam dinində bəzənmək, gözəl görünmək, kosmetikadan istifadə etmək, estetikaya diqqət yetirmək tövsiyə, hətta əmr olunur. Xurafatçılar nə qədər cəhd etsələr belə, özlərinin uydurduqları dini İslama sirayət etdirə bilməyəcəklər. Onlar Allahın “Müzəyyin”, yəni “Bəzəyən” ismini unudaraq, İslamdan tamamilə fərqli bir din uydurmuş və özlərinin düzəltdikləri bu saxta dinə özləri də inanmışlardır. Müsəlmanlara düşən isə Qurana bağlanmaları və Quranda bildirildiyi kimi “sizin dininiz sizə, bizim dinimiz bizə” demələridir.

    Rafət Əlizadə

  • Dünya həyatı müvəqqətidir

    Nermin-Kerimzade

    Ümidsizliyi Rəbbimiz Quranda qadağan etmiş, bunun ancaq iman etməyənlərin bir xüsusiyyəti olduğunu bildirilmişdir.
    Qurana görə ümidvar olmaq şərtlərdən asılı olmayaraq, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən narahat olmadan hər inkişafın özü üçün ən xeyirli şəkildə nəticələnəcəyinə inanıb Allah’a güvənməkdir. Çünki dünya bir imtahan yeridir. Bu imtahanda insan bir çox çətinlik və sıxıntılarla sınanır. Xəstələnir, işində müvəffəqiyyətsiz olur, avtomobil qəzasına düşür, yaralanır, imtahandan keçə bilmir, sevdiklərini itirir, böhtana məruz qalır … Bunlara gündəlik həyatda qarşımıza çıxan çətinliklər də əlavə olunduqda əsaslı bir sınaqdan keçmiş olur. Quranın öyrətdiyi dünyagörüşündən uzaq yaşayan insanlar baş verən bu hadisələr qarşısında sarsılır, getdikcə də daha pessimist və ümidsiz ruh halına bürünürlər. Ümidsizlik onların bütün enerjilərini, güclərini, həyəcanlarını əlindən alır. Üzərlərinə hüznlü, həzin, narahat və əldən düşmüş bir hal gəlir. Gözəl ümidlər yerini həmişə narahatlığa buraxır.

    Eyni şərtlərdə Allah’a təvəkkül edən bir müsəlman isə çox fərqli, hətta tam zidd bir ruh halı yaşayır. Hadisələr istədiyi kimi inkişaf etməsə də, əhəmiyyət verdiyi bir şeyi itirsə də, xəstə olsa da, yaxınlarını itirsə də bunların hamısında xeyir görür. Başına nə gəlirsə-gəlsin, ilk olaraq dərhal bunun sonsuz ağıl və mərhəmət sahibi Allah’ın təqdiri olduğunu düşünür və Allah’ın mütləq bir hikmətlə yaratdığına inanır. “…Bəzən xoşlamadığınız bir şey, sizin üçün xeyirlidir…” (Bəqərə surəsi, 216) ayəsində işarə edildiyi kimi, kənardan baxıldıqda şər kimi görünən bir hadisənin ardında Allah’ın əslində özü üçün xeyir və gözəllik gizlətdiyini bilir.

    Çünki insanın başına nə gəlirsə, Allah’ın diləməsi ilə gəlir. Allah’ın izni olmadan bir yarpaq belə tərpənməz. Heç bir şey təsadüf nəticəsində meydana gəlməz. Heç bir varlıq haşa Allah’dan, müstəqil bir gücə sahib deyil. Canlı-cansız hər şey Allah’ın nəzarətindədir və Onun təqdir etdiyi qədər daxilində hərəkət edir. Bu səbəbdən insanın yaşadığı hər hadisə ən incə təfərrüatına kimi Allah’ın məlumatı və izni daxilində baş verir. Bu gerçəyin şüurunda olan müsəlman şərtlər nə olursa-olsun, sonsuz mərhəmət sahibi Rəbbimizə güvənməyin hüzurunu yaşayır. Halına şükür edir, Allah’dan həmişə xeyir umur.

    Ümidlərinin əsas hədəfi isə axirətdir. Çünki bu dünya həyatı müvəqqətidir. Axirət isə sonsuza qədər qalacağımız əsl yurdumuzdur. Allah qədərimizdə yaratdığı hadisələrlə bizi dünyada xeyirə sövq etdiyi kimi, axirətimiz üçün də gözəllik diləyir. Bu səbəbdən hər hadisənin hikmətini dünyada görüb anlayacağıq deyə bir qayda yoxdur. Allah diləsə bu hikmətləri dünya həyatımızda göstərər, diləsə axirətdə qarşımıza çıxarar. Ancaq hər vəziyyətdə müsəlmanın qəlbi Allah’a qarşı ümidvardır. Səhv etdiyində, bir günah etdiyini düşündükdə də yenə bu ruh halını itirməz. Dərhal Allah’a səmimi qəlblə tövbə edərək, bu tövbəsinin qəbulunu Allah’dan ümid edər. Daha təqvalı olmağı, daha gözəl əxlaqlı olmağı, Allah yolunda daha çox xidmət etməyi, daha səmimi, daha sevgi dolu, daha yaxşı, daha sağlam, daha gözəl və nurlu olmağı Allah’dan daim ümid edər. Rəbbimizin razılığını, rəhmətini və cənnətini ümidlə arzu edər. Bu ümidvarlıq onun qəlbində böyük sevinc və həyəcan meydana gətirər. Ruhunu, içini açar. Allah eşqi ilə coşmasına, sevinməsinə və şövqlənməsinə səbəb olar.

    Ümidvar olmaq Quran əxlaqının tələbidir

    Namaz qılmaq, oruc tutmaq kimi Allah’a qarşı ümidvar olmaq da müsəlman üçün fərzdir. Ümidsizliyi Rəbbimiz Quranda qadağan etmiş, bunun ancaq iman etməyənlərin bir xüsusiyyəti olduğunu bildirilmişdir.

    “…Allah’ın mərhəmətindən ümidinizi kəsməyin. Allah’ın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf surəsi, 87)

    Allah, Öz mərhəmətindən ümid kəsənlərin, ancaq inkar edənlər olduğunu bir başqa ayəsində bizlərə bu şəkildə bildirir:

    Allah’ın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir. (Ənkəbut surəsi, 23)

    Səmimi olaraq iman edən insan Allah’ın möminlərin dostu və köməkçisi olduğunu, onlara qarşı sonsuz şəfqətli və mərhəmətli olduğunu, Allah’ın səmimi qullarını həm bu dünyada, həm də axirətdə böyük mükafatla müjdələdiyini və Allah’ın vədindən dönməyəcəyini bilir. Allah’ın özü üçün həmişə xeyir və gözəllik dilədiyini, özünə rəhmət və hidayət qapılarını açdığını, qarşısına saysız əcr fürsəti çıxardığını görər.

    Quranın bir çox ayəsində Allah’ın mömin qullarına bu gözəllikləri müjdələdiyini görürük:

    ” İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır. Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr.” (Tövbə surəsi, 20-21)

    Nərmin Kərimzadə

  • Yəhudilər lənətli deyil

    Rafet-Alizade (2)

    Xurafatçılar yəhudilərin lənətli olduqlarını, mütləq öldürülməli, sürgün edilməli və insan kimi rəftar edilməməli məxluqlar olduqlarına inanırlar.
    Xurafatçılar arasında qadın düşmənçiliyindən və təriqət düşmənçiliyindən əlavə daha bir mövhumatçı düşüncə vardır ki, bu da yəhudilərə qarşı duyduqları amansız nifrət hissidir. Xurafatçılar yəhudilərin lənətli olduqlarını, mütləq öldürülməli, sürgün edilməli və insan kimi rəftar edilməməli məxluqlar olduqlarına inanırlar. Bu yazımızda xurafatçıların Quran əxlaqından tamamilə uzaq düşüncə və rəftar formalarını yenə Quran ayələri işığında incələyəcəyik. Unutmaq olmaz ki, Quranda yəhudilərin təhdidi ilə bağlı ayələr onlardan sadəcə bir qisminə yönəlmişdir. Allah Quranda Kitab Əhlinin (yəhudi və xristianların) içində gözəl əxlaqlı və pis əxlaqlı insanların da olduğunu bildirir. Belə ki, Allah xüsusilə yəhudilərə diqqət çəkərək: “Musa qövmündən (yəhudilərdən) haqqa çatdıran və onunla ədaləti bərqərar edən bir qrup vardır” (Əraf, 159) deyə buyurur. Bundan əlavə, Quranda dəfələrlə yəhudi və xristianların sadəcə bir qisminə xitab edildiyi də vurğulanmışdır:

    “Kitab Əhlindən çoxu…” (Bəqərə, 109)

    “Kitab Əhlindən bir qrup…” (Ali-İmran, 69)

    “Kitab Əhlinin bir hissəsi…” (Ali-İmran, 72)

    “Kitab Əhlindən elələri vardır ki…” (Ali-İmran, 75)

    “Onların hamısı bir deyildir. Kitab Əhlindən bir camaat vardır ki…” (Ali-İmran, 113)

    “Bəzi yəhudilər…” (Nisa, 46)

    “…Yəhudi müdriklərindən bir çoxu…” (Tövbə, 34)

    “İsrailoğullarından (yəhudilərdən) müdriklər…” (Şuəra, 197)

    Ayələrdən açıq-aşkar görünür ki, Quranda yəhudilərə və xristianlara bütövlükdə xitab edilmir. Eynilə digər ayələrə də baxdığımız zaman, Kitab Əhlinin- yəhudi və xristianların içində doğru yolu mənimsəmiş insanların olduğu açıq şəkildə bildirilir:

    “…(Yəhudi və xristianların) aralarında haqqı etiraf edən bir camaat vardır…” (Maidə, 66)

    “…Kitab Əhli də inanmış olsaydı, əlbəttə özləri üçün xeyirli olardı. İçlərindən iman edənlər vardır…” (Ali-İmran, 110)

    Yəhudilərdən bir qismi Cənnətə girəcək

    Xurafatçıların şiddətlə dəstəklədikləri fikirlərdən biri də yəhudi və xristianların qətiyyən Cənnətə girə bilməmələridir. Bunun üçün xurafatçılar Quranın bu ayələrini də təkzib etməyə hazırdırlar:

    “Şübhəsiz ki, möminlərdən (Müsəlmanlardan), yəhudi, xristian və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər” (Quran, 2:62)

    “Onların (yəhudi və xristianların) hamısı bir deyildir. Kitab Əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndir. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır” (Quran, 3:113-115)

    “Həqiqətən, Kitab əhlindən (yəhudi və xristianlardan) elələri də var ki, Allaha itaətkar olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir” (Quran, 3:199)

    “Lakin onlardan (yəhudilərdən) elmdə dərinləşənlər ilə möminlər sənə endirilənə və səndən öncə endirilənə inanırlar. Namazı dosdoğru qılanlar, zəkatı verənlər, Allaha və axirət gününə inananlar- məhz bunlar, Biz bunlara böyük bir əcir verəcəyik” (Quran, 4:162)

    “İman gətirənlərdən (Müsəlmanlardan), yəhudilərdən, sabii və xristianlardan Allaha və Axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər” (Quran, 5:69)

    Quranın bu ayələrindən açıq-aşkar görünür ki, Allah Müsəlmanlardan əlavə, yəhudi, xristian və sabiilərin də bir qisminə Cənnəti vəd etmişdir.

    Yəhudilərin yeməyini yemək halaldır

    “…Kitab verilənlərin (yəhudi və xristianların) yeməyi sizə halal, sizin də yeməyiniz onlara halaldır…” (Maidə, 5)

    Yəhudilərlə evlənmək halaldır

    “…Möminlərdən azad və iffətli qadınlar ilə sizdən öncə kitab verilənlərdən (yəhudi və xristianlardan) azad və iffətli qadınlar da namuslu olduqları, zina etmədikləri, gizlin dostları olmadıqları və mehrlərini verdiyiniz təqdirdə sizə halal edildi…” (Maidə, 5)

    Allahın Quranda bildirdiyi və xurafatçıların şiddətlə qarşı olduqları bu həqiqətlərdən bir çox insan xəbərsiz qalır. Allahın “onlarla evlənə bilərsiniz” deməsi, yəhudi və xristianlarla eşq dərəcəsində bir yaxınlıq qura biləcəyimizin açıq göstəricisidir. Allah “onlarla eşq yaşayın” dediyi halda, xurafatçılar lənətləməkdən və öldürməkdən bəhs edirlər. Bu isə, Quran əxlaqına tamamilə ziddir.

    “İsrail” Hz. Yəqub peyğəmbərin başqa bir adıdır

    Xurafatçılar “lənət olsun İsrailə” (haşa) kimi çıxışlar etdikləri zaman unutduqları böyük bir həqiqət vardır. Xurafatçılar Qurandan bixəbər olduqlarına görə “İsrail”in, əslində, Yəqub peyğəmbərin digər bir adı olduğunu unudurlar. Bunu Allah Ali-İmran surəsi, 93-cü ayədə açıq şəkildə bildirir.

    “İsrailoğullarını Aləmlərə Üstün Etdik”

    Xurafatçılar yəhudiləri xor görüb alçaltdıqları halda, Allah Quranın bir çox ayəsində İsrailoğullarını aləmlər üzərində seçilmiş və üstün olduqlarını vurğulayır:

    “Ey İsrailoğulları, sizə verdiyim nemətimi və sizi aləmlərə üstün qıldığımı xatırlayın” (Bəqərə, 47)

    “(Hz. Musa dedi:) “O (Allah) sizi aləmlərə üstün etdiyi halda mən sizə Allahdan başqa bir İlahmı axtaracağam?” (Əraf, 140)

    “And olsun ki, İsrailoğullarını o alçaldıcı əzabdan qurtardıq… And olsun, Biz onları bir elm üzrə aləmlərə üstün etdik” (Duxan, 30,32)

    “And olsun ki, Biz İsrailoğullarına kitab, hökm və peyğəmbərlik verdik, onları gözəl və təmiz şeylərlə rizqləndirdik və onları aləmlərə üstün etdik” (Casiyə, 16)

    Yəhudilərin içində müdrik xadimlər var

    “Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilərə bununla hökm verirlər. Müdrik xadimlər və yüksək müdriklər də Allahın Kitabını qorumaqla məsul olduqlarına və onun üzərində şahid olduqlarına (görə onunla hökm verirlər)” (Maidə, 44)

    “Müdrik xadimlər və yüksək müdriklər onlara günah sözləri və haram yeməyi qadağan etməli deyilmiydilər? (Maidə, 63)

    “İsrailoğullarından müdriklərin onu (Quranı) bilməsi onlar üçün bir dəlil deyilmi?” (Şuəra, 197)

    Peyğəmbərlərin bir çoxu yəhudidir

    Xurafatçılar səthi düşüncələrindən dolayı yəhudiləri lənətləyərkən unutduqları daha bir böyük məsələ vardır ki, bu da tarix boyunca yaşamış və Quranda bəhs edilən peyğəmbərlərin bir çoxunun əslən yəhudi olmalarıdır. Hz. Lut, Hz. İshaq, Hz. Yaqub, Hz. Harun, Hz. Yusif, Hz. Süleyman kimi daha bir çox peyğəmbəri Allah yəhudi qövmündən seçmişdir. Allah peyğəmbərləri xüsusilə yəhudilərin içindən çıxardığını da ayələrində bildirir:

    “O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm, Allahın üzərinizdəki nemətini xatırlayın. İçinizdən peyğəmbərlər çıxartdı, sizi rəhbərlər etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi”. (Maidə, 20)

    “Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!” (Ənkəbut, 27)

    “Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə`i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı. Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir…” (Ənam, 84-89)

    Yəhudilərin İsraildə yaşamaq haqqı var

    Xurafatçılar amansızcasına yəhudi nifrətini təbliğ edərkən onların İsraildən sürgün edilmələrini də istəyirlər. Buna bəhanə olaraq isə İsraillə Fələstin arasındakı münaqişəni səbəb göstərirlər. Halbuki Müsəlmanlarla yəhudilər eynilə Peyğəmbərimizin (sav) dövründəki kimi bir yerdə əmin-amanlıqla yaşaya bilərlər. Xurafatçıların əsl hədəfi isə yəhudiləri İsraildən çıxarmaq deyil, onları yer üzündən birdəfəlik silməkdir. Lakin Allah təbii ki onların bu qəddar düşüncəsinin həyata keçməsinə yol verməyəcəkdir. Hz. Musa öz qövmü ilə İsrail ərazisində məskunlaşdıqdan sonra Allah İsrailoğullarına bu torpaqların mirasçıları olduqlarını deyir:

    Orada bərəkətlər verdiyimiz yerin (İsrailin) şərqinə də, qərbinə də o xor görülüb zəif buraxılanları (Musa qövmünü) mirasçılar etdik. Rəbbinin İsrailoğullarına (yəhudilərə) olan o gözəl sözü (vədi) səbir etmələri qarşılığında tamamlandı. Fironun və qövmünün etdiklərini və yüksəltdiklərini də yerləbir etdik” (Əraf, 137)

    Nəticə

    Quranla yaxından tanış olan hər bir insan, xurafatçıların və onların bəzi saxta, uydurma hədislərindəki yəhudi nifrətinin qətiyyən Quran əxlaqı ilə uzlaşmadığını və Quran əxlaqından tamamilə uzaq olduğunu dərhal görər. Xurafatçılar yəhudilərin yer üzündən silinməsi ilə kifayətlənmir, dinsizlərin, xristianların, qadınların, hətta Müsəlman olub onun təriqətindən olmayanların bütünlüklə yaşama haqlarının olmamasını arzu edirlər. Onların bu qorxunc və çirkin ideologiyalarına qarşı Qurana sarılmaq və Allahın bizə nazil etdiyi və məsul olduğumuz yeganə Kitabdan dinimizi çox yaxşı öyrənməliyik.

    Xurafatçılar bütün yəhudiləri lənətlənmiş adlandırdıqları halda, Qurana uymadıqları və Allahın, Onun Peyğəmbərinin (sav) adından yalan danışdıqları üçün özləri lənətləniblər:

    “Allaha qarşı yalan uydurub iftira yaxandan daha zalım kim var? Bax bunlar Rəblərinə təqdim ediləcəklər və şahidlər: “Rəblərinə qarşı yalan söyləyənlər bunlardır” deyəcəklər. Xəbəriniz olsun: Allahın lənəti zalımların üstünədir” (Hud, 18)

    Rafət Əlizadə

  • Biz dünyada imtahan olunuruq

    Ulviyye

    Hər insanın həyata keçirmək istədiyi arzusu var. Bəzən bunların zamanı çox yaxın, imkanları da arzusunun reallaşması üçün uyğundur.

    Böyük səy göstərərək əldə etdiyiniz eviniz, əşyalarınız, geyimləriniz, yediyiniz yeməklər, əlvan rəngləri ilə göz qamaşdıran çiçəklər, yamyaşıl ağaclar, bədəniniz, saçlarınız, dəriniz, qısası, hər şey zaman ərzində köhnəlməyə, xarab olmağa, yaşlanmağa məhkumdur. Heç bitməyəcəkmiş kimi görünən dünya həyatı çox qısa imtahan dövründən ibarətdir və bütün gözəlliklər zamanla məhv olur.

    Hər insanın həyata keçirmək istədiyi arzusu var. Bəzən bunların zamanı çox yaxın, imkanları da arzusunun reallaşması üçün uyğundur. Bəzi insanların da böyük istəklə arzuladığı hadisələrin həyata keçməsi isə, Allah`ın izni ilə, çox çətin olur. Bu insanların əlindəki maddi-mənəvi imkanlar və şərait arzularının reallaşması üçün kifayət etmir. Məsələn, yaşlı bir insan nə qədər geriyə qayıdıb gənclik illərində yaşamağı arzulasa da, Allah`ın adətullahına uyğun olaraq, bu, dünya həyatında mümkün deyil. Bu vəziyyəti hər kəs bilir, ancaq yenə də imkanları istəklərinin reallaşması üçün çox uyğun olan insanlar da, olmayanlar da bəzən xəyallarının reallaşmasını çox istəyirlər. Bu da dünyadakı imtahanın bir sirridir.

    Dünya həyatı bir göz qırpımı qədər qısa müddətdə bitir və insanların əldə etdiyi xoşbəxtlik hissi də sona çatır. Bu səbəbdən, insan bütün diqqətini təkcə istəklərinin reallaşıb-reallaşmadığına deyil, sonsuz axirət həyatını qazanacaq əxlaqda olub-olmadığına verməlidir. Çünki bir insanın bütün arzuları məhz istədiyi şəkildə reallaşsa da, xoşbəxtliyi bir neçə onillik davam edir. Sonda mütləq bu nemətlər əlindən çıxır və ölümlə birlikdə sahib olduğu hər şey geridə qalır. Arzu etdiyi bütün gözəllikləri axirətdə əldə etməyi hədəf seçən insan isə bu xoşbəxtlik hissini əbədiyyən duyacaq.

    İnsan bir anlıq bu həqiqət üzərində düşünməli və müqayisə etməlidir. Öz-özünə qərar verməlidir. Sadəcə dünyadakı gözəllikləri əldə etmək üçün çalışmağın insana heç bir faydası olmayacağını görməlidir. Allah istəsə, insana dünyada da nemət verə bilər və bu, bir insan üçün böyük lütfdür. Ancaq insanın bunu məqsədə çevirərək rahatlığı, xoşbəxtliyi, sevinci üçün bunu bir növ şərt qoşması çox böyük qəflət və xətadır. İnsan arzuladığı bütün nemətləri Allah`dan dünyada və axirətdə lütf etməsini diləyər, ancaq Rəbbimizin ona verdikləri ilə də sevinər. Əsas odur ki, bu xoşbəxtliyi sadəcə səthi xoşbəxtlik kimi görməsin, əbədi həyatında Allah`ın bütün istədiklərini verəcəyini ümid edərək yaşasın. Unutmaq olmaz ki, möminlər həm dünya və həm də axirət nemətlərinin ən gözəlinə qovuşarlar:

    Dünya həyatında da, axirətdə də onlara müjdə vardır… (Yunis surəsi, 64)

    Ülviyyə Əlizadə

  • Nifrətin təlqinçisi şeytandır

    nermin

    Kiçik uşaqlar irqi ayrı seçkiliyi, dinindən, millətindən, mədəniyyətindən asılı olaraq insanları fərqləndirməyi, insanlara zülm etməyi bilmirlər.

    Nifrətin yayılmasının səbəbləri nədir? Nifrəti necə sevgiyə çevirmək olar?

    Bütün insanlar sevgini bilərək dünyaya göz açırlar. Kiçik uşaqlar irqi ayrı seçkiliyi, dinindən, millətindən, mədəniyyətindən asılı olaraq insanları fərqləndirməyi, insanlara zülm etməyi bilmirlər. Çünki hər insan dünyaya gələrkən Allah`ın ona verdiyi ruhla doğulur, ruha da insanın fitrətinə uyğun olaraq sevgi hakimdir. İnsanlar nifrəti, kini, həmçinin irqinə, dininə, dilinə və fikrinə görə bir-biri ilə düşmənlik etməyi sonradan öyrənirlər.

    İnsanlara nifrəti öyrədən və dünyadakı insanların əksəriyyətinin sıxıntılı olmasının səbəbi şeytandır. Şeytanın təlqinləri nəticəsində insanların əksəriyyəti sevgi ruhunun əksinə nifrət ruhunda olmağı seçmiş, asan olan sevgiyə deyil, çətin olan nifrətə üstünlük vermişlər. Fitrəti sevgi üzərində olduğu halda, buna zidd olanı seçərək düşmən qazanmış, problemləri həll etmək əvəzinə, daim şikayət edərək zülm sistemi əmələ gətirmişlər. Bu zülm sisteminin içində insanların rahat və xoşbəxt yaşaması isə mümkün deyil.

    Bəs necə olur ki, ruh insan fitrətinə uyğun olaraq sevgiyə meyilli olduğu halda, nifrət bu qədər asanlıqla ruhlara hakim olmuşdur? Qurana baxdığımız zaman bunun səbəbini asanlıqla görmək mümkündür. Ayədə şeytanın Allah`a qarşı üsyanı və vədi bu şəkildə xəbər verilir:

    … Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. (Əraf surəsi, 16)

    Lakin qəlbi kin və nifrətlə dolu olan insanlar bu ruhi hallarını dəyişdirmədikləri müddət ərzində sıxıntı və bədbəxtlikdən qurtula bilməzlər. Allah`ın bəyənmədiyi bu əxlaqda davam edən, həqiqi imanı yaşamaq istəməyən bu insanlar axirətdə də bu sıxıntılı həyata davam edərlər. Çünki dünyada ikən sevgini, mərhəməti, səmimiyyəti, təvazökarlığı yaşamayan, ikiüzlülüyü, səmimiyyətsizliyi, üsyanı normal həyat tərzinə çevirən insanlar axirətdə də buna uyğun qarşılıq görəcəklər.

    Dünyada daim müharibədən, zülmdən bəhs edənlər bu sevgisiz, mərhəmətsiz əxlaqın hələ dünyada ikən özlərinə yaşatdığı əzabın axirətdə də sonsuz əzaba çevriləcəyini bilməlidirlər. Bu əxlaq bu şəxslərin dünya həyatında heç kimlə dost ola bilməməsinə, sevilməməsinə, bu nemətlərdən məhrum qalmasına və Cəhənnəm əzabını yaşamasına səbəb olur. Allah dilərsə, eyni narahat mühiti bu şəxslər üçün sonsuza qədər yarada bilər. Çünki Quranda Cəhənnəm əhlinin də bir-biri ilə davamlı mübahisə etdiyi, od əzabı ilə yanaşı bir də bu narahat mühitin gətirdiyi mənəvi əzabı da yaşadığı bildirilir:

    “Şübhəsiz ki, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir”. (Sad surəsi, 64)

    Bu nifrət ruhunun səbəb olduğu müharibələrə də kifayət qədər pul xərclənir. Halbuki dünyaya sevgi hakim olsa, müharibələrə xərclənən bu pullar daha faydalı sahələrə xərclənə bilər. Məsələn, 11 sentyabr hadisələrindən sonra Amerikanın Əfqanıstana əsgər göndərərək başlatdığı müharibəyə rəsmi məlumatlara əsasən, 1,7 trilyon dollar pul xərclədiyi bildirilmişdir. Halbuki bu, bütün dünyadakı aclığı 14 il müddətində aradan qaldırmağa kifayət edəcək məbləğdir.

    Nifrəti sevgiyə çevirməyin tək yolu isə gözəl əxlaqın bütün dünyada yayılmasına vəsilə olmaqdır. Bunun üçün Quran əxlaqını yaşamaq lazımdır. Belə ki, Quran bizə səbirli olmağı, fədakarlığı, təvazökarlığı, vəfanı, sədaqəti, bağışlamağı tövsiyə edir. İnsanların əksəriyyətinin nifrəti təşviq etməsi sevginin hakim olmasına mane olmamalıdır. Sevgi tərəfdarı insan hər zaman Allah`ın köməkçisidir. Sevgini yaşayan və yaşadan hər insana isə Allah dünyanı da, axirəti də gözəlləşdirəcəkdir.

    Nərmin Kərimzadə

  • Yeni iliniz mübarək!

    скачанные файлы

    Əziz və hörmətli Azərbaycan xalqım!
    Sizin hər birinizin qarşıdan gələn yeni ilinizi təbrik edirəm və hər birinizə uzun ömür can sağlığı arzu edirəm. Hər zaman oxucuların və bizi sevən, dəstək olan insanların timsalında hər kəsin bayramı mübarek olsun.Çöhrənizdən gülüş, süfrənizdən ruzi,evinizdən sevinc dolu sədalar baş qaldırsın.

    Hörmətlə,
    Fidan Abbasova,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri

  • Gənc idmançı Elvin Rəhimov mükafatlandırılıb

    10421470_327417074112599_2014136627056714979_n

    10888697_327416720779301_811555225265833647_n

    10891458_327416860779287_6834769985017566501_n

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Qaydasız döyüş üzrə Azərbaycan Milli yığma komandasının üzvü, Azərbaycan çempionu, gənc idmançı Rəhimov Elvin Elbəyi oğlu idmanın pankration növü üzrə Azərbaycan Respublikasının “İdman Ustası” dərəcəsinə, Pankration, Grappling və MMA İdman növü üzrə 2014-cü ildə göstərdiyi uğurlu fəaliyyətinə görə Sertifikat ilə təltif olunmuş və ödülə layiq görülb.
    Qeyd edək ki, Rəhimov Elvin Elbəyi oğlu 6 avqust 2014-cü il tarixdə Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan çempionatında uğur əldə edərək öz çəkisi üzrə Azərbaycan çempionu olub.
    24-28 oktyabr 2014-cü il tarixdə Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən qaydasız döyüş üzrə dördüncü dünya çempionatında Azərbaycan Milli yığma komandasının üzvü olaraq öz çəkisinə uyğun olaraq iştirak etmişdi.

  • Aysel Vəlizadəni doğum günü münasibətilə təbrik edirik! (22 dekabr)

    static_69318

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycanın istedadlı gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin “İslam” bölməsinin əməkdaşını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

  • Gülnarə İSRAFİLQIZI.”Qarabağ Qazisinə dəstək olaq!”

    pic

    d83851227b20da0db60ea9507cffd3e3

    10518706_602486619877760_7381499489582244550_n

    Keçən ay Qarabağ Qazisi Rüxsarə Cumayevanın əməliyyatı üçün, Bakı Dövlət Unveristetinin Kitabxana-informasiya fakültəsinin müəlliməsi, şairə İradə xanım Əlili İstanbulda Qarabağ Qazisinə dəstək üçün kitab təqdimatı və imza mərasimi keçirmişdi. Müəllifin imzaladığı kitabların satışından toplanmış pul vəsaiti tədbirdən sonra İradə Əlili və Səfər Qaraqoyunlu tərəfindən Qarabağ qazisi Rüxsarə Cumayevaya çatdırılmışdı. Onunla yanaşı İradə xanım Qarabağ Qazisinə brilliant sırğa da hədiyyə etmişdi.
    Bu ay yenə də, İradə Əlilinin təşkilatı dəstəyi ilə noyabırın 8, 9 Park Bulvarda xeyriyyə aksiyası təşkil edildi. Növbəti xeyriyyə konserti 24 noyabr, saat 19-00 Rəşid Behbudov adına sarayda baş tutacaq. Həmçinin müəllifi: İradə Əlili olduğu Qarabağ Qazisinin döyüş yoluna həsr edilmiş “Qarabağın Tutusu” adlı kitabın satılma aksiyası da həyata keçiriləcək ki, həmin pullar Qarabağ Qazisinə çatsın. Bütün Azərbaycan xalqını o cümlədən dünyada yaşayan Azərbaycanlıları bu xanıma dəstək olmağa səsləyirik.

  • Gülnarə İSRAFİLQIZI.”O tablolar heç vaxt dəyərini itirməyəcək” (Məqalə)

    234435423665547648

    İnsanların varlığı çox dəyərlidir.Sadəcə öz varlığından xəbəri olduğu müddət. Hər insanın özünə məxsusluğu var o cümlədən də şair ruhlu, qələm sahibi, söz sahibi olan insanın…
    Gənc şair, bəli şair deyəndə ürəklə deyirəm. Əgər bir şeir yaza bilmisənsə sən artıq şairsən. Hər insanın sözünün bir çəkisi, hər sözün də özünün öz dünyası var. İstər tanınmış, istərsə də, tanınmamış olsun.Tanınmaq, sevilmək xalqın ürəyinə xas xüsusiyyətdir. Yalnız onlar sevəcək, tanıyacaq qiymətləndirəcəklər.
    Kənan Aydınoğlunun qələmi və daxili dünyası, ayrı ayrılıqda bir kainat olduğunu onun öz əməlləri təsdiqləyir. Hətda daha yaxından tanıdıqda doğmalıq yaradır tanışlıq. Bu yaxınlarda bir neçə nəfərin də onu doğması hesab etdiyinin və hörmət bəslədiyinin şahidi oldum. Şahidi olduğum doğma hiss, məni qarşılıq güdmədən, yaxşılığa cavab almadan gənc şairin ömür yolunun güllü bağçalı, çəmənli, tikanlı seyrinə apardı. Və qərara gəldim ki, ürək sözlərimdən vərəqin üstündə müxtəlif rənglərlə çeşid- çeşid şəkillər çəkim .Nə qədər naxış vursam da, Kənan Aydınoğlu dünyasının gözəl və şərəfli rəsmini çəkə bilməyəcəyimi də çox gözəl bilirəm. İnsanın böyük olması üçün, yaş önəmli deyil. Böyüklük onun daxili aləminin zənginliyindədir. Bu zənginlik isə ruhun pak qalmasından xəbər verir.Onun vətənpərvərliyi, tarixini və bu gününü yaxşı bilməsini əhatə edir. Vətənpərvər ruhu olmayan insanın daxili köləliyi üzə çıxır. Kənan Aydınoğlunun isə daxili azadlığı ona imkan verir ki, həqiqətləri dilində zikr etməkdən, zəlillikdən uzaq olsun. Düşünürəm ki, şairin şairliyi elə daxili dunyasının azadlığındadır. Hər dəfə onun şerlərində bir tarixi həqiqətlər görünür. Azərbaycan, bayraq, torpaq, din, dostluq, sədaqət, dürüstlük, diqqət, azadlıq, səmimiyyət şerlərinin döyünən ürəyini təsvir edir. Onun əxlaqi və mənəvi tərbiyyə tərzi indiki dövrdə tapıntı, bəlkə də, yox tapıntı çox bəsit səslənir.Mən deyərdim ki, dənizlərin, dəryaların dibində dənizi zinətləndirən, mirvari və inci kimi qiymətlidir. Onun köksündə daşıdığı ürəkdə zərrə qədər kimsəyə paxıllıq, kin-küdurət özünə yer tapa bilməyib. Əlində bir çıraq, gecə-gündüz ruhuna yaxın olan yazıçı və şairlərin yollarına çırağın nurunu səpməkdən zövq alıraq asta-asta addımlayır. Əminəm ki, o heç vaxt başqaları kimi kiminsə yoluna daş dığırlamayacaq. Əksinə əlində tutduğu bu çıraq onun özünün də ömür və poeziya yolunu əbədi sonu görünməyən nura qərq edəcək. Addımları yeni bir tablonu yaradacaq…o tablolar isə heç vaxt öz dəyərini itirməyəcək.

  • Rövşən MƏMMƏDOV.”Müasir uşaq nəsrində hekayə janrı” (1970-80-ci illər)

    262573_160980487313494_4010249_n

    R.M.Məmmədov
    Sumqayıt Dövlət Universiteti, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimi, dissertant
    rommel188@gmail.com

    Açar sözlər: uşaq ədəbiyyatı, hekayə, təlim-tərbiyə, milli-mənəvi dəyərlər, fantastika

    Hekayə janrı 60-cı illərdən başlayaraq nəinki milli ədəbiyyatımızda, həmçinin dünya və Avropa ədəbiyyatında aparıcı janr kimi geniş vüsət almışdı. 70-80-ci illərdə ədəbi prosesin olduqca fəal və canlı bir sahəsini təşkil edən hekayə hər zaman ədəbiyyatın aktual olan bir sahəsidir və bu gün də öz dəyərli özəlliklərini qoruyub saxlamaqdadır.
    Dövrün xarakterinə, zəmanənin ruhuna uyğun olaraq hekayə maarifçilikdən demokratik və inqilabi ideyaların təbliği və qorunmasına qədər maraqlı və şərəfli bir yol keçmiş, həm sovet dövründə, həm də müstəqillikdən sonra milli ruhun, sağlam əxlaq və tərbiyə məsələlərinin təbliğində, fərdi mədəni həyata hazırlamaqda çox böyük işlər görmüşdür.
    İstər əsrin əvvllərində, istərsə də sonralar yaradıcılığa başlayan yazarlar ədəbiyyata məhz bu janrla gəlirdilər. Ümumiyyətlə, Azərbaycan hekayəsinin maraqlı və keşməkeşli bir tarixi vardır. Hekayə janrı hər zaman inkişafda olmuş, zaman keçdikcə təkmilləşərək ədəbiyyatın klassik və köklü yaradıcılıq sahəsinə çevrilmişdir. Azərbaycanın klassik yazarları zaman-zaman hekayənin qaranlıq qalan bir sıra özəlliklərini, bədii imkanlarını üzə çıxarmış, onun dərin məzmun ifadə etmək gücünü təsdiq etmişlər. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiq, S,S,Axundov, S,M,Qənizadə, C.Cabbarlı və başqa klassiklərimizin qələmində hekayə bütün xüsusiyyətləri ilə meydana çıxmış, ədəbi prosesdə aparıcı yaradıcılıq sahəsi kimi həm filoloji, həm də ictimai fikrə istiqamət vermişdi. “Poçt qutusu”, “Usta Zeynal”, “Köç”, “Marallarım”, “Cənnətin qəbzi”, “Qorxulu nağıllar”, “Allah xofu”, “Dilarə”, “Firuzə” və bu qəbildən olan bir sıra hekayələr xalqın inkişafında, oyanışında mühüm rol oynamışdır. “Hekayə bir janr kimi elə ciddi poetikaya malikdir ki, onun ədəbi prosesdə yeri və bu prosesə təsiri bütün zamanlarda açıqca hiss olunub, bu gün də hiss edilməkdədir. Janrların özlərinin arasındakı tarixi mübarizədə hekayə öz spesifikasını, poetikasını, dəqiq qanunlarını qoruyub saxladığındandır ki, yerini başqa janrlara güzəşt etməmişdir”[1,səh. 50].
    Ümumiyyətlə, klassik ənənələri qorumaq, yaradıcı şəkildə davam və inkişaf etdirmək sahəsində də hekayə bədii ədəbiyyatın klassik yaradıcılıq sahələrindən biri olmuşdur.
    Qeyd etmək lazımdır ki, 70-80-ci illər nasirlərinin demək olar ki, hamısı ədəbiyyata kiçik hekayələr yazmaqla gəlmiş, bu hekayələrlə yaradıcılıqlarının əsas xüsusiyyətlərini müəyyən etmiş və onun istiqamətini yeni meyarlara yönəltmişdilər.
    Məhz adı çəkilən dövrdə uşaq yazarları seçdikləri mövzuları əsasən hekayə vasitəsilə kiçik yaşlı oxuculara çatdırırdılar. Mövzu və problematika baxımından oxşar olsa da, hər bir yazar hadisələrə müxtəlif prizmadan yanaşır, onları özünəməxsus şəkildə təhlil edərək oxucuların istifadəsinə verirdilər. Yeni nəsil uşaq yazarlarının əsərlərində problemə müasir metodologiyadan yanaşmaq, mövzuya daha modern prizmadan baxmaq, kiçik yaşlı oxucuların yüksək bədii, estetik zövqü səviyyəsindən təhlil etmək, məzmuna münasib maraqlı bədii formalar axtarıb tapmaq adı çəkilən dövrün prioritet məsələlərindən idi. Ailə-məişət, elm-təhsil, əxlaqi-tərbiyəvi, milli-mənəvi dəyərlər və s. mövzularda yazılan hekayələr ümumilikdə dövrün ab-havasını özündə əks etdirirdi.
    İstər böyüklər üçün, istərsə də kiçik yaşlı oxucular üçün nəzərdə tutulan ədəbiyyatda təhsil, təlim-tərbiyə məsələləri hər zaman ən önəmli problem kimi ədəbi mühitin diqqət mərkəzində olmuşdur. Uşaqlarda elmə həvəs yaratmaq, kitabın hər zaman biliklərin yeganə mənbəyi olduğunu göstərmək, gələcəyin açarının yalnız təhsil olduğunu nəzərə çatdırmaq uşaq yazarlarının ən mühüm mövzusu idi. Bununla yanaşı, əxlaqi dəyərləri də unutmayan yazarlar obrazların dili ilə qəhrəmanların nümunəvi davranışlarını ön plana çəkirlər. Təshil almaqla yanaşı, hekayələrdəki obrazlar öz fəaliyyətləri ilə oxuculara örnək göstərilirlər. Qocalara hörmət etmək, onların qayğısına qalmaq, hər zaman böyüklərin sözünə qulaq asmaq və s. kimi məsələlər bu mövzuda yazılmış hekayələrin ana xəttini müəyyənləşdirirdi. R.Yusifoğlu, Ə.Babayeva, Z.Xəlil, N.Süleymanov, İ.Hümmətov bu sahədə irəlidə gedən yazarlardan idi.
    Maraqlıdır ki, bu problemə hər bir yazar müxtəlif prizmadan yanaşır, yaratdıqları xarakterlərin dili ilə uşaqları intellektli şəkildə yetişmələrinə yardımçı olurdular. Bu hekayələrdə yaxşı oxumamağın, dərsə laqeyd münasibət bəsləmənin nə dərəcə utandırıcı bir hərəkət olduğu inandırıcı vasitələrlə təsvir edirdilər. Örnək üçün bir hekayəyə diqqət yetirək:
    N.Süleymanov yazdığı “Ən vacib məsələ” hekayəsində bu problemi Akifin timsalında bütün məktəb yaşlı oxuculara çatdırır. Burada “3” qiymət alaraq evə gələn Akif utandığından anasının üzünü baxa bilmir, yoldaşları ilə gəzməyə getmir, hətta aylarla üzünü görmədiyi atasına zəng etməkdən belə çəkinir. O, ilk növbədə öz valideynlərini düşünür – anasının qonşular, qohumlar, atasının isə öz iş yoldaşları arasında necə çətin vəziyyətə düşəcəyini dərk edərək vicdan əzabı çəkir. Məktəbli uşağın daxili iztirablarını, onun keçirdiyi həyəcan hissini, vicdan əzabını son dərəcə ətraflı və dolğun təsvir edən yazar, bununla hər bir gənc oxucu üçün qarşıya müəyyən suallar qoyur: “İnsan həyatında ən vacib məsələ təhsildirmi?”, “dərsə ciddi yanaşmamaq insanı yoldaşlar, qohum-əqrəba arasında hörmətdən salırmı?” və yaxud “məktəbdən pis qiymətlərlə dönmək insanı utandırırmı?”. Bu hekayəni oxuyan uşaqlar hələ kiçik yaşlarından məktəbli Akifin etdikləri səhvi etməyəcəkləri barədə artıq düşünürlər. Həyatda şəxsiyyət kimi yetişmək, intellektual səviyyəyə malik olmaq yalnız elm və təhsilin yardımı ilə mümkün olur. Məktəbli Akifin pis qiymət alaraq xəcalət çəkməsi məhz bu amillə bilavasitə bağlıdır. Artıq bundan sonra dərslərinə hər zaman yaxşı hazırlaşacağını qarşısına məqsəd qoyan Akif ertəsi gün məktəbdən daha nikbin ovqatla qayıdır, sevincindən hər kəsin onu təbrik etməsi ehtiyacını duyur. Valideyn təəssübkeşliyi, valideyn zəhməti də bu hekayədə önə çəkilən problemlərdəndir. Ananın sevinci, təəssüfü, nigarançılığı, atanın iftixar hissi və nəhayət Akifin qarşısına qoyduğu məqsədə nisbətən nail olması ümumilikdə hekayənin bədii dəyərini daha da qüvvətləndirir.
    Bu hekayənin mövzusu, ideyası hər zaman, hər dövr üçün aktual bir problemdir. Bu səpkili hekayələrlə tanış olan kiçik yaşlı oxucular elm və təhsilin insan həyatında olduqca mühüm, bəzən hətta həlledici faktor olduğunu dərk edirlər [2,səh. 196].
    Hekayədən də göründüyü kimi, uşaq nəsrində adətən, valideynlər məktəbə rəğbət bəsləyən, öz övladlarının təhsil almasının zəruriliyini anlayan şəxslər kimi təsvir olunurlar. Onların bədii əsərlərdə müsbət keyfiyyətlərlə təsvir edilməsi bu personajları böyük yaşlı oxucular üçün də maraqlı edir.
    Lakin savadlı, xeyirxah, müsbət insani keyfiyyətlərlə təsvir edilən valideyn və müəllimlərlə yanaşı, yazılan hekayələrdə savadsız, insani simalarını itirmiş, rüşvətxor müəllimlər tənqid edilir, onlar kiçik oxucuların mühakiməsinə verilir. N.Süleymanovdan fərqli olaraq görkəmli alim, şair-publisist R.Yusifoğlu təhsil probleminə məhz bu aspektdən yanaşır. R.Yusifoğlunun əsasən təhsil, təlim-tərbiyə məsələlərinə həsr edilən hekayələrində keçmiş Sovetlər dönəmində təhsildə olan rüşvətxorluq, məktəbi bitirən sadə kənd adamlarının institut və universitetə qəbul zamanı nə kimi çətinliklərlə qarşılaşdığı problemlərdən geniş söhbət açılır. Lakin bu hekayələrdə yazar ilk növbədə Orxanın, Gülyazın timsalında ən nümunəvi sagird necə olmalıdır sualı ilə sosioloji anlamda “ideal tip” yaradan müəllif onu cəmiyyətdə bütün müsbət keyfiyyətləri ilə ön plana çəkir (“Məktəb illəri”, “Medal”, “Çətinliklərlə üz-üzə”). Müəllif bu əsərlərində həmçinin təhsildəki problemləri ön plana çıxararaq şagirdlərin dili ilə savadsız müəllimləri tənqid atəşinə tutur, rüşvəti hər şeydən, əqidədən və ləyaqətdən də üstün tutan, hətta şəxsiyyətlərini də pula satan müəllimləri amansız dillə ifşa edir. Müəllif “Mısmırıq Ciddizadə”lərin timsalında, riyakar, rüşvətxor məktəb direktorları, onların müavinləri və müəllimlərin ümumiləşmiş obrazını yaratmışdır. Lakin müəllif eyni zamanda Novruz müəllimin timsalında əsl ləyaqətli müəllim xarakterini də oxuculara təqdim edir. Bu hekayələrlə həm kiçik, həm də böyük yaşlı oxucuların diqqətini cəlb edən R.Yusifoğlu təhsillə yanaşı, ictimai həyatın bütün sahələrində mənəvi amillərin üstünlüyünü nəzərə almaq zərurətini bir daha gözlər önünə gətirmişdir [3].
    Ümumiyyətlə, təhsil sistemi digər sahələrin fövqündə durduğu üçün bütün yazarlar bu məsələyə hər zaman ciddi problem kimi yanaşmışlar. Lakin başqa yazarlardan fərqli olaraq Z.Xəlil təhsil mövzusunu yumorstik cəhətdən təhlil etmiş və maraqlı bir hekayə yaratmışdır. Müəllif bu hekayədə incə ironiya ilə, azca yumorla, bitkin, səliqəli süjet daxilində “tənbəl Kərim”in əhvalatını nəql edir. Lirik yumorla müşaiyət olunan bu hekayədə heç vaxt dərsə hazır gəlməyən Kərəm usta Lətifin yanında gördüyü qəribə eynəklə coğrafiya dərsinə “birdəfəlik” hazırlaşmağı qərara alır. Dərsə kimin hazır olduğunu soruşan müəllim Kərəmin əl qaldırdığını gördükdə olduqca təəccüb edir. “Sehrli eynəyi” gözünə taxan Kərəm nəticədə heç nəyə cavab verə bilmir. Müəllif burada yenə heç nəyin kitabı əvəz edə bilməyəcəyini gözlər önünə gətirir. Kitabsız hansı biliklərə yiyələnmək, dünyagörüşünü necə artırmaq, beləliklə də, intellektual səviyyəyə necə malik olmaq olar? Olduqca ciddi bir problemi məhz yumorstik şəkildə oxucuya təqdim edən müəllif əslində burada bir sarkazm, qroteks yaratmışdır. Elmə, biliyə qiymət verməyən, təhsili ikinci planda görən məktəblilər təbiidir ki, dövlətçiliyin gələcək inkişafına zərbə vurur, bu da savadlı insanların azalmasına, cəmiyyətdə ciddi sosial problemlərin meydana çıxmasına zəmin yaradır. Bu problemi acı gülüşlə, iztehza ilə oxucuya çatdıran müəllif gələcəyin inkişafının yalnız elm və təhsilin sayəsində mümkün olduğunu bir daha kiçik və məktəb yaşlı oxucuların nəzərinə çatdırır.
    Ümumi mənzərəyə baxdıqda kiçik yaşlı oxucular üçün nəzərdə tutulan bu hekayələr böyüklər üçün də mənbə rolunu oynayır. Çünki bu hekayələrdə qoyulan problemlər nənki uşaqları, hətta böyükləri də dərindən düşündürür. Görkəmli rus alimi Belinskinin təbirincə, “…yaxşı uşaq ədəbiyyatı odur ki, həm balacaların xoşuna gəlsin, həm də böyüklərin, özü də yalnız uşaqlara məxsus olmasın, hamı üçün olsun”.
    Təhsil problemi ilə yanaşı, 70-80-ci illər uşaq nəsrinin başlıca vəzifələrindən biri də təlim-tərbiyə ilə bağlı idi. Qocalara hörmət etmək, Vətəni, milləti sevmək, yalan danışmamaq, kiçik yaşlarından zəhmətə alışmaq, maddi və mənəvi sərvətlərin yaradıcısı olan insanı, onun əməyini lazımınca qiymətləndirmək kimi hər zaman aktual olan məsələlər bu hekayələrin əsas mövzusu idi. Bu hekayələrdə təsvir olunan müsbət qəhrəmanlar istər davranışları, istər təhsilləri, istərsə də ictimai həyatdakı əməlləri ilə oxuculara örnək olur, nümunəvi vətəndaş obrazı yaradırlar. Qeyd olunan hekayələrin maraqlı cəhəti, orada dünyagörmüş insanlarla daha müasir düşüncə tərzinə malik uşaqların düşüncə tərzlərindəki ziddiyyətlərdir. Bir tərəfdə böyük həyat yolu və təcrübəsi keçmiş ağsaqqal və ağbirçəklər, digər tərəfdə isə həyat yolunu hələ yenicə addımlağa başlayan kiçiklər. Yazıçı burada üstünlüyü nisbətən uşaqlara versə də, müdriklərin də məsləhətlərinə biganə qalmır. Təbiidir ki, müdriklər özləri də başa düşürlər ki, cəmiyyət hər zaman yeniləşməyə doğru gedir, bəzi dəyərlər artıq yeni dövrdə qəbul edilmir. Bu da təbiidir: Zaman və vaxt nisbi anlayışdır və bunlar daim hərəkətdədir. Deməli zaman, dövr dəyişdikcə cəmiyyət də onunla paralel olaraq inkişaf edir. Görkəmli tənqidçi Y.Qarayevin təbirincə, “”Gəlimli-gedimli dünya” haqda epik düçüncəni, “Biz gedirik, qoca dünya qalandır” fəlsəfəsini günün intellekti qəbul və təsdiq etmirdi… Dərk olunmuş ağsaçlı həqiqətdən nağıl və əsatir körpəliyinə, təbiiliyə və ilkinliyə səyahətlər belə geniş miqyaslı tarixi-bədii nikbinliyin fəlsəfəsi baxımından özünü doğrultmur. Köklə rabitə həmişə daxildə, alt qatdadır. Axı Keçmış bizə gələcəyin özü yox, məhz alt qatdakı təməli kimi lazımdır. O, sabahı əvəz edəndə yox, onu öz çiynində yüksəyə qaldıranda və başı üstdə – ucada saxlayanda möhtəşəmdir. Arada belə bir rabitə itəndə onlar hər ikisi bir-biri üçün, ikisi birlikdə isə bizim üçün itmiş olurlar. Kök həmişə arxada və dərindədir, o, bizdən irəlidə və yüksəkdə olsa, biz heç zaman ondan irəliyə və yüksəyə qalxa bilmərik və əslində belə kök təmələ yox…, çəpərə çevrilər” [4,səh. 149-155].
    Yazarlar məhz bu faktoru ön planda tutaraq, seçdikləri mövzuları zaman amili baxımından təhlil edərək oxuculara çatdırırdılar. Yəni yazıçı əxlaqı burada hər iki tərəflə “kompromis”ə girir, onların ümumi fikrini öyrənir, nəticədə ortaq məxrəcə gəlir: Tahir etdiyi hərəkətə görə mütləq Xankişi babadan üzr istəməli, Xankişii baba da öz növbəsində böyüklük göstərib onu bağışlamalıdır (“Peşmançılıq» – N.Süleymanov), Orxanla məktəb direktoru arasında “sülh sazişi” imzalanmalı, bundan sonra bir daha bu tip hadisələrin məktəb həyatına təsirinin qarşısı alınmalıdır (”Məktəb illəri” – R.Yusifoğlu), Səlim bundan sonra nəinki Səkinə xalaya, digər böyüklərin məsləhətinə qulaq asmalıdır (“Qoca həkim” – B.Həsənov).
    Bütün bu hadisələrin fonunda artıq ümumi bir əxlaqi yanaşma formalaşır və bu mövzuda yazılan əsərləri oxuyan kiçiklər real həyatda bu cür hadisələrin qarşısının alınması istiqamətində elə kiçik yaşlarından hazır olurlar.
    Əxlaqi mövzuda yazılan hekayələrin demək olar ki, hamısında oxşar hadisələr cərəyan edir və nəticə etibarilə bu hekayələr ümumilikdə xalqımızın yüksək mənəvi dəyərləri fonunda şərh edilir.
    Beləliklə də, yeni ədəbi nəsil milli-mənəvi dəyərləri qabarıq şəkildə təsvir edərək yazdıqları hekayələrdə milli koloriti gücləndirdilər. Bu, olduqca mühüm və etinasızlıq göstərilməyəcək bir problem idi. Çünki mənəvi dəyərlər ruhunda formalaşan uşaqlar zaman keçdikcə bu dəyərləri hər şeydən üstün tutaraq millətin genefondunu müəyyənləşdirir və xalqımızın mentalitetini yaşadırlar. Heç təsadüfi deyildir ki, yüzillərin sınağından çıxmış milli adət-ənənələrimizi, ictimai davranışın etik ölçü və mizanlarını, “insanlıq” təsəvvürlərini, abır-həya duyğusunu, birgə yaşayışımızın qədim və sabit formaları kimi kənd və şəhər mühitini – milli müəyyənliyimizin bu mənəvi və maddi təsisatları 70-80-ci illərin uşaq nəsrində həmişə müəllif fikrinin diqqət mərkəzində olmuşdur. Ona görə də bu işdə uşaq yazarlarının qarşısına çox məsuliyyətli vəzifə qoyulurdu. Milli-mənəvi dəyərlər mövzusu hər bir yazarın yaradıcılığında prioritet olsa da, bu məsələ fərqli düşüncə tərzi etibarilə müxtəlif prizmalardan işlənmişdir. Bəziləri (Ə.Səmədli, Ə.Babayeva, İ.Hümmətov) dəyərləri sırf xalq ədəbiyyatı ruhunda, milli maraqlar zəminində təhlil edirdisə də, bəzi yazarlar Z.Xəlil, E.Mahmudov, N.Süleymanov, Ə.Əhmədova, X.Hasilova) milli dəyərləri Qərb kontekstində müasirliklə qarşılaşdırıb sintetik variantda oxuculara təqdim edirdilər.
    Ümumiyyətlə, 70-80-ci illərin uşaq hekayələri istər tam milli, istərsə də Qərb meylli mövzuları ilə nəinki kiçik yaşlı oxucular, eyni zamanda böyüklər üçün də mühüm əhəmiyyət kəsb etdi. Bu hekayələrdə sadalanan mövzularla yanaşı, həmçinin uşaqlar üçün böyük marağa səbəb olacaq təbiət, sülh mövzuları da geniş yer almışdır. “Meşə bütün fəsillərdə gözəldir”, “Bahar nəğməsi” (Ə.Əhmədova), “Püstə ağası” (M.İbrahimbəyov), “Ana quşun yuxusu” (N.Süleymanov), “Koroğlu olmağın sirri” (R.Yusifoğlu), “Dovşanlar özlərinə necə ad qazandılar”, “Gürşad yağış”, “Bənövşə” (Ə.Səmədli) və başqa hekayələr bu qəbildəndir. Bu hekayələr təbiət gözəlliklərini uşaqlara sevdirmək, ağaclar, quşlar, heyvanlar haqqında poetik bir dillə danışmaq həm kiçik yaşlı oxucuların dünyagörüşlərinin genişlənməsi, həm də onların estetik zövqlərinin inkişafı baxımından misilsiz örnəklərdir.
    70-80-ci illərin hekayələrindən söhbət açarkən qeyd etməliyik ki, bu hekayələr sayəsində müasir uşaq nəsrimiz zəngin ənənələr zəminində inkişaf edib, yeni-yeni, orjinal əsərlərlə zənginləşirdi. Maraqlı cəhətlərdən biri də budur ki, bu hekayələrin mövzusu və problematikası zahiri təsvir, bəsit örnəklərlə deyil, real həyat hadisələri fonunda yazıldığı üçün buradakı ideyalar hər dövr üçün aktual olaraq qalır. Ümumbəşəri ideyaların daşıyıcısı olan bu hekayələr artıq neçə on illər keçməsinə baxmayaraq hələ də kiçik yaşlı oxucular tərəfindən sevilir və oxunur.
    Bu və ya digər hekayələr, sözün geniş mənasında 70-80-ci illərin ədəbi örnəkləri olmaqla yanaşı, mövzusu real həyatdan ustalıqla əxz olunmuş tipik hadisə və tipik insan taleləri fonunda ictimai həyatın müxtəlif tərəfləri satirik, lirik-psixoloji tərzdə təcəssüm etdirilir və xalq məişətinin geniş mənzərəsi verilirdi. Parodik, dramatik, lirik-psixoloji, daha tez-tez isə fəlsəfi ünsürlərlə zəngin olan bu əsərlər artıq uşaq nəsrinin yeni kamil yazarlarının yetişdiyini təsdiq edirdi.

    ƏDƏBİYYAT

    1.Məmmədov C. Kiçik janrın böyük imkanları. – «Ulduz»jurnalı №5, 1983. –səh. 50
    2.Məmmədov R. Müasir uşaq nəsrində təlim-tərbiyə məsələləri. – Dil və ədəbiyyat/Beynəlxalq elmi-nəzəri jurnal 1(67), 2009. – səh. 196
    3.Məmmədov R. Şair yaradıcılığında nəsr pilləsi. – «Kredo»qəzeti, 24 aprel 2007
    4.Qarayev Y. Meyar – şəxsiyyətdir. – Bakı: «Yazıçı», 1988. – səh. 149-155
    5. Babayeva Ə. Yaradıcılıqda güzəştə yer yoxdur. – «Azərbaycan»jurnalı №5, 1976. – səh. 205
    6. Əlişanoğlu Т. Azərbaycanın yeni nəsri. – Bakı, 1999
    7. Həsənli B. Azərbaycan uşaq ədəbiyyatı. – Bakı: Müəllim, 2008
    8. Rafiq Yusifoğlu Uşaq ədəbiyyatı. Ali və orta ixtisas məktəblərinin tələbələri üçün dərslik. – Bakı: Şirvannəşr, 2006

    РЕЗЮМЕ
    Р.М.Мамедов
    ЖАНР РАССКАЗА В СОВРЕМЕННЫХ
    ДЕТСКИХ РАССКАЗАХ (1970-80)
    Ключевые слова: детская литература, рассказ, обучение-воспитание, национально – духовные ценности, фантастика

    В данной статье исследуются жанр рассказа в современной Азербайджанской детской прозе 1970-80-х годов и анализируется его стадии развития.

    SUMMARY
    R.M.Memmedov
    THE GENRE STORY OF MODERN CHILDREN’S LITERATURE (1970-80)
    Key words: children’s literature, story, training – education, national – spiritual treasures, romantic fiction
    In this article the influence the genre story of Azerbaijan children’s literature in 1970-80, analysis growth stages of this prose in – story, tale, literary story.

  • Rövşən MƏMMƏDOV.”Azərbaycan uşaq nəsrində Div surəti” (Məqalə)

    262573_160980487313494_4010249_n

    RÖVŞƏN MƏMMƏDOV
    SDU-nun müəllimi, dissertant

    Hələ qədim dövrlərdə ibtidai insanlar obyektiv aləmdə baş verən müxtəlif hadisələrlə qarşılaşdıqları zaman təbii bir maraqla onun necə və haradan qaynaqlandığını öyrənmək istəmişdir. Lakin təbiət hadisələrinin elmi qanunauyğunluqlarını dərk etmədikləri üçün onlar haqqında bəsit şəkildə rəvayətlər, əfsanələr yaratmışlar. Beləliklə də, ilkin miflər yaranmağa başlamışdır. Bəşər tarixinin ilk dövrlərində yaranan bu miflər hər bir xalqın ədəbiyyat və incəsənətinin təməlinə çevrilmişdir. Mifin (yaxud mifik zamanın) qurtardığı, bitdiyi yerdən tarix başlayır. Lakin mifoloji görüşlərsiz heç bir xalqın qədim tarixi və mədəniyyəti yoxdur. Ona görə ki ilk dini təsəvvürlər və arxaik mədəniyyətlərin hamısı mənbəyini mifoloji təsəvvürlərdən alır. Ümumiyyətlə, mifologiyaya, onun mənbələrinə zaman və məkan rakursunda fərqli və daha dərin münasibət, elmi-metodoloji yanaşma təxminən son iki yüz ilin Avropa fəlsəfi-düşüncə sisteminə öz damğasını vurmuşdur. Hətta XIX əsr alman “mifoloji məktəb”in banisi Fridrix Şellinq “Transsendental idealizm sistemi” əsərində iddia edirdi ki, “millət öz əfsanələri ilə doğulur. Kollektiv fəlsəfənin ifadəsi olan düşüncə birliyi xalq əfsanələrində yaşayır və beləcə mifologiya millətin taleyini yaradır”.[1, 133]
    İnsanların yaratdığı bu bəsit örnəklər zaman-zaman ayrı-ayrı xalqların öz foklorunun, milli-mənəvi dəyərlərinin formalaşmasına zəmin yaratdı. Çağdaş dövrümüzə qədər gəlib çatan əfsanələr, rəvayətlər, nağıllar, dastanlar bunun bariz örnəyidir.
    Ümumiyyətlə, şifahi xalq yaradıcılığının elə bir forması yoxdur ki, miflərdən qaynaqlanmasın. Atalar sözündən tutmuş çoxşaxəli süjetə malik eposlaradək hər bir folklor nümunəsini diqqətlə araşdırsaq və əski kitablardan (məsələn, “Avesta”, “Dədə Qorqud”) bizə məlum olan görüş sistemlərinin süzgəcindən keçirsək, Azərbaycan türklərinin mifoloji modelləri haqqında tam təsəvvürə malik olarıq.
    Miflərimizi özündə əks etdirib yaşadan “Kitabi-Dədə Qorqud” oğuznamələri ən gərəkli mənbədir. Həm ilkin türk təsəvvürləri, həm də Qafqaz mühitində formalaşıb yunan mifologiyasını belə qidalandıran ən arxaik görüşlər onun içərisində sintez edilir.
    Ümumilikdə şifahi xalq ədəbiyyatının, yəni folklorun yaranması yazılı ədəbiyyatın bir növ bazasına çevrildi. Şair və yazarlar öz əsərlərində mifologiyadan, daha dəqiq mifoloji surətlərdən mükəmməl formada istifadə etməyə başladılar.Yazılı ədəbiyyatda mövcud olan əsərlərdəki mifik qüvvələr folklor örnəklərinin – sehrli nağılların, əfsanələrin, rəvayətlərin məntiqi davamıdır. Bu tipli nağıllarda insan zəkası dəhşətli, qorxunc sehirli qüvvələrə qarşı qoyulur. Sehrli qüvvələr nə qədər güclü olsalar da, nəticə etibarilə insan ağlı hər şeyə qalib gəlir. Misal üçün, sehrli nağıllarda ən maraqlı mifik surətlər Divlərdir.
    Divlər, bir sıra fərqli mədəniyyətlərin əfsanə, folklor və mifologiyasında yer alan qeyri-adi, əfsanəvi bir varlıqdır. Ümumilikdə insan görünüşündə olub, lakin anormal böyüklükdə və çox qüvvətli təsvir edilmişdir. Cinsiyyətinə görə kişi və qadın olması güman edilir. Fərqli bölgələrin mifologiyalarında divlərin köklərinə dair fərqli inanclar vardır. Misal üçün, Divlər Hind-Avropa mifologiyalarının əksəriyyətində xaos (bir qrup ibtidai ilahi varlıq olaraq göstərilən xaos, Dünya düzənindən ya da başqa adla Kainatdan (Kosmos) öncə gəlmişdir – R.M.) ilə əlaqələndirilən Tanrılar tərəfindən lənətlənmiş bir irqdir və eybəcər bir quruluşu vardır. Əksər hallarda tanrılarla divlərin arasında güclü kin, ədavət vardır (misal üçün, Yunan mifologiyasındakı titanlar – Titanlar, yunan mifologiyasına görə əfsanəvi Qızıl dövründə dünyanı idarə etmiş güclü tanrı irqləridir – R.M.). Bəzi rəvayət və əfsanələrdə divlər insan yeyən canavarlar olaraq da təsvir edilmişlər.
    Divlərə Səmavi dinlərdə və digər əski inanclarda da bir sıra işarələr edilmişdir. Ümumilikdə təsvir eynidir: ilk insan yaradılışından əvvəl yaşamış, “Tanrı oğulları” olaraq bilinən və tanrının insan oğullarıyla əlaqəyə girən yeddi mələyindən törəmişlər. Hanok kitabına görə Nuh peyğəmbər də doğularkən adı çəkilən divlərlə eyni özəlliklərə sahib olmuşdur. Bir neçə il öncə Ərəbistanda bir qazıntı zamanı tapılan sümüklər bu şübhələri və araşdırmaları daha da dəqiqləşdirmişdir. Divlər haqqında az da olsa təhlillər və bir çox araşdırma aparılmışdır. Bir sıra xalqların miflərinə görə divlər bədəncə böyük bir insan tipidir və adi insanlar kimi yaşayırlar. Bəzi miflər (misal üçün, skandinav mifləri) isə divlərin əzazil və qəddar olduğuna həmfikirdir. Ancaq bəzi yunan mifləri isə divlərin dağlarda yaşayan və sülhsevər, insanlarınkından böyük şəhərlərə sahib bir irq olduğunu qeyd edirlər. Əfsanələrdə, nağıllarda divlərin müxtəlif növləri qeyd edilir: Ağ div, Qara div, Zili div və s.
    Qeyd etdiyimzi kimi, qədim nağıllarda, əfsanə və rəvayətlərdə Divlər hər zaman insanlarla mübarizə aparır, onları daşa döndərir, dolayı yollarla tilsimə salıb müxtəlif heyvanlara çevirir, bir sözlə, insanları özündən asılı vəziyyətə salır. Lakin insan metafizik gücə malik olan müsbət sehrli qüvvələrin yardımı ilə (sehrli xalça, sehrli üzük, dəyənək, Simurq quşu və s.), demək olar ki, hər zaman divlərə qalib gəlir. Bu sehrli qüvvələr, demək olar ki, insanların ayrılmaz “dostları”, pis ünsürlərə qarşı “amansız silah”ıdır.
    Təbiidir ki, mifoloji obrazlar yazılan əsərlərdə əsas istiqaməti təşkil edir. Yuxarıda qeyd etdiyimiz kimi, Div Azərbaycan folklorunun epik ənənəsində işlənən ən aparıcı antoqonist mifoloji obrazlardır. Nəhəng, qüvvətli, eybəcər və insanabənzər məxluqlar yeraltı aləmin sakinləri kimi göstərilirlər. Onlar “Avesta” təsəvvürlərində olduğu kimi dərin quyuların dibindəki üç otaqlı mağaralarda yaşayırlar. Yeraltı mağaralar Anqra-Manyunun yaratdığı yer qatlarına uyğun şəkildə elə qurulur ki, zəncirvari formada bir-biri ilə sıx əlaqələnə bilsin. Birinci və ikinciyə baş vurmadan birbaşa üçüncüyə, yaxud sonuncu qaranlıq aləmə keçmək mümkünsüzdür. Yalnız ilk otağın sakini – “şər sözlər”in yayıcısını aradan qaldırmaqla “şər fikirlər”in mənzilinə yol açılır, eləcə də ikincinin məhvi ilə “şər əməllər” sahibinin yanına getmək imkanı yaranır. Bu üç mərhələ keçildikdən sonra Qaranlıq, ya da İşıqlı dünyalara çıxış üçün vəsiqə əldə edilir. Burada da Ağ qoç və Qara qoç vasitəçi rolunu oynayır. Bunların hər ikisi çalışır ki, insanı öz belinə mindirib xidmət edtiyi ilahi qüvvənin ölkəsinə aparsın. Seçimlə üzləşən insan tez bir zamanda ötüb keçən qoçların ağını qarasından ayırmağı bacarmalıdır və elə bir məqam tutmalıdır ki, Ağ qoçun belinə sıçraya bilsin. Xeyir Allahı Ahura-Mazda tərəfdarlarının qaranlıq dünyada bəxtinin gətirməməsi normal haldır. İşıqlı aləmin sakini üç mağaradakı üç nəhəng divi ağlı, gücü və xeyirxahlığı ilə öldürmüşdü, ona bu işdə metafizik qüvvələr yardım etmişdi. Yeraltı dünyada isə O, təkdir, ona görə də Qara qoça rast gəlir. Bu isə atəşpərəstlik mifoloji sisteminə xas olan haldır. Bu motiv əksər nağıllarımızda özünə yer tapır və ən bariz örnəyi isə “Məlikməmməddir”. Görkəmli ədibimiz Y.V.Çəmənzəminli qeyd edirdi ki, “Məlikməmməd” nağılı başdan-ayağa zoroastriya görüşləri ilə yoğrulmuşdur”. [2, 45]
    Mifoloji mətnin nüvəsində “Avesta”dakı Yim haqqındakı mifin bəzi detalları dayanır. İnsanın qocalığa və ölümə qarşı mübarizəsinin bünövrəsi ilkin görüşlərdə qoyulmuşdur. Yimin ölkəsində şər əməllər törətməyən bütün insanlar 15 yaşlı görünürdülər. Bərəkətli, müqəddəs Xeyir məkanında Naara ağacı yetişirdi, onun meyvələrini yeyən qocalar cavanlaşıb 15 yaşa çatırdı. Məhz Anqra-Manyunun nəhəng divləri gəlib bu almaları oğurlamaqla “qaranlıq dünya”ya aparırdı.
    Anqara-Manyu şər məxluqları insan şəklində yaradanda bir şeydən ehtiyatlanmışdı və bu səbəbdən onların canını özlərindən çox uzaqda yerləşdirmişdi. (məs. Tilsimli dağ, şüşə içində olan quşun və yaxud dovşanın ürəyində, yumurtada və s.) Lakin qəhrəman insan divin canını çətinliklə olsa da, taparaq (qeyd etdiyimiz kimi, metafizik qüvvələrin yardımı ilə) onu məhv edir. Bəzi alimlər qeyd edir ki, bu bütpərəstlik dövrünün təsəvvürləridir. Çünki büt-Tanrıların da ruhu hər zaman başqa yerdə göstərilir. Təsadüfi deyildir ki, “Avesta”dakı divlər əvvəlki inancların büt-tanrıları kimi xatırlanır və onların ancaq şərə xidmət etdiyi ona görə geniş vurğulanır ki, insanlar köhnə dinlərdən əl çəkib Ahra-Mazdanın ətrafında birləşsinlər. Bu mənada “Avesta”nın “Vəndidad” hissəsi “Divlər əleyhinə qanun” adlanır:
    Qüdrətli Yimanın səltənətində
    Nə şaxta vardı, nə bərk istilər.
    Nə divlər yaradan xəstəlik vardı,
    Nə divlər gətirən amansız ölüm.
    Göründüyü kimi hələ qədim zamanlarda belə divlər öz radikallığı ilə seçilir, hər zaman insanlara və cəmiyyətə qənim kəsilir. Daha sonralar bir sıra şair və mütəfəkkirlər folklor motivlərindən istifadə etməklə div obrazını yazdıqları əsərlərə daxil etdilər. Belə ki dahi şairimiz N.Gəncəvi “Yeddi gözəl” poemasında div obrazını yaratmaqla xeyirlə şərin mübarizəsini mükəmməl təsvir etmişdir. Burada qara geyimli hind qızının danışdığı nağılda xalq ədəbiyyatı motivlərindən istifadə edilmiş, div obrazı şər qüvvə kimi əsərdə öz yerini tapmışdır: “…Div əlində əsir olan gözəl qadın divdən xilas olur, xeyir mələyə qovuşur. Bişrin qəhrəmanlığı, ucalığı onun insanlığında, gözütoxluğunda, insana inamımdadır”. [3, 169]
    Ümumiyyətlə, el ədəbiyyatı və folklor uşaq nəsri ilə məşğul olan yazarları hər zaman düşündürmüşdür. Qeyd etməliyik ki, Azərbaycan uşaq nəsrində folklordan bəhrələnmə hərtərəfli və ardıcıl olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində folklor örnəklərinin toplanması, nəşri və tədqiqi sahəsində canlanma başlandı. İstər rusdilli, istərsə də milli mətbuatda Azərbaycan folklorunun müxtəlif janrlarına dair bir sıra nümunələr çap edilirdi. Bir mühüm faktor da özəlliklə diqqəti cəlb edirdi ki, bu illərdə folklor örnəklərinin toplanmasında “həm də məqsəd və sistem aydınlığı gözə çarpmaqda idi”. [4, 45 Beləliklə də, yaranan əsərlərdə folklor örnəkləri, özəlliklə mifoloji xarakterlər daha çox nəzərə çarpmağa başladı. S.Əbdürrəhmanbəyov, S.M.Qənizadə, Y.V.Çəmənzəminli, S.S.Axundov, F.Köçərli, K.İsmayılov və başqaları kiçik yaşlı oxucular üçün yazdıqları hekayələrdə sehirli nağıllarda olan bütün özəllikləri sadə və anlaşıqlı bir dildə oxuculara çatdırırdılar.
    XX əsrin əvvəllərindən başlanan bu “hərəkat” zaman keçdikcə uşaq nəsri ilə məşğul olan yeni, gənc yazarların əsərləri ilə daha da inkişaf edib zənginləşdi. Çağdaş uşaq nəsrimizdə N.Süleymanov, E.Mahmudov, N.Abdullayev, Ə.Əhmədova, Z.Xəlil, Ə.Səmədli və başqa yazarlar xalq ədəbiyyatından, folklor örnəklərindən yaradıcı şəkildə bəhrələnməklə yazdıqları əsərlərdəki milli koloriti xeyli artırdılar. Əsərlərdəki başlıca ideya mənfi-şər qüvvələrə, vəhşiliyə, uşaq təfəkküründə iz qoyan ictimai eybəcərliklərə qarşı daimi mübarizədir.
    Mövzu problematika baxımından oxşar olsa da, hər bir yazar yuxarıda sadalanan problemlərə müxtəlif prizmalardan yanaşırlar. Məsələn, Əli Səmədlinin hekayə və povestlərində divlər daha qədim dövrlərdə, sırf mifoloji obraz kimi verilirsə, Zahid Xəlil uşaq aləmindəki keçmişi, bu günü və gələcəyi təsvir edir. Keçmişdə insanlara zülm edən qorxunc Ağ div uşaqlarla bərabər bu günə və gələcəyə gəlir. Lakin bu gün o, artıq gücsüzdür, zəifdir, hətta kiçik uşaqların güılüş obyektinə çevrilir. O, burada heç kimə hökm edə bilmir, keçmişdə insanları saldığı tilsim gələcəkdə mənasız, boş bir “hava”ya çevrilir, yeganə arzusu isə keçmişə dönüb güclənmək və insanları yenidən öz əsarəti altında saxlamaqdır. Gələcəkdə isə o, muzeyin vitrinində kiçik bir eksponata çevrilmişdir. Beləliklə, Zahid Xəlil konkret həyat hadisələrini uşaq dilinə çevirərək məhz uşaqların əli ilə qorxunc Ağ divi məğlub edir. Ə.Səmədlinin “Sehrli xalça” povestində isə ədib daha çox ədəbi nağıla üstünlük verərək ənənəvi sehirli nağıl yolu ilə insanları Divin, küpəgirən qarının əlindən xilas edir. Burada insanların keçmişdə xəyal etdikləri uçmaq arzusu nənənin toxuduğu sehirli xalçanın köməyi ilə Əhməd, Səlim, Kərim Sim-Sim padşahının qızı Şahanəni və Divin bəlasına düçar olmuş insanları tilsimli mağaradan xilas edir. Emin Mahmudovun qəhrəmanı Naroğlan isə (“Naroğlan, yaxud tilsimli dağın fatehi” – E.Mahmudov) qara Divə qalib gələrək Sədyar şahın qızıl kəmərini geri qaytarır və dostu Dürdanəni xilas edir. Göründüyü kimi, istər Ağ div, istərsə də Qara div gənc insanların ağlı qarşısında acizdir, hər zaman onların qarşısında tab gətirə bilmir. Əsərlərdəki bu motivlər uşaqlar üçün gözəl örnək olur, onlarda mənfi surətlərə qarşı adekvat münasibət oyanır.
    Bütün bu sadalananlar göstərir ki, folklorumuzun üfüqləri çox genişdir. Bu genişliklə xalqımızın mifoloji düşüncə sistemində əski inancların, mifik təsəvvürlərin kökünü araşdırmaq, yerini müəyyənləşdirmək olduqca vacibdir. Ömrünün son beş ilini kiçik oxuculara həsr edən görkəmli yazıçı-dramaturqumuz İ.Əfəndiyev yazırdı: “Uşaq vaхtı eşitdiyim nağıllar, əfsanələr uzun illər boyunca həmişə mənimlə olmuşdur və qəribədir, illər keçdikcə də elə bil ki, onlar mənim üçün yeni boyalar, çalarlar əldə etmişdir. Sonralar məlum olmuşdur ki, mənim uşaq təfəkkürümü tamam sehrli bir aləmə çəkib aparan həmin əhvalatların bir qismi Azərbaycan nağıllarından, hətta «Min bir gecə»dən gəlir, bir qismi dastanlarımızdan, əsatirlərimizdən, qədim inam və ayinlərimizdən, bir qismi də hədislərdən, dini şərhlərdən gəlir. Onların bəzisini qələmə alarkən mən ilkin mənbələri yoх, öz yaddaşımı, hisslərimi əsas götürmüşəm”. [5, 10] “Хan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”, “Qaçaq Süleymanın ölümü” povestləri, “Yusif və Esfir”, “Vəzir Allahverdi хan və Bəhlul Danəndə”, “Həyatın əbədi ahəngi”, “Abidin yuхusu”, “Sağsağan”, “İsa-Musa” kimi əsərlərlə tanış olduqdan sonra yazıçının dediklərinin bir daha şahidi oluruq.
    Yazılan bu əsərlər lap kiçik yaşlardan uşaqları fantastik, qeyri-adi, sehirli aləmlə tanış edir, həyatın romantikasını duymaqla önəmli bədii vasitəyə çevrilir. Məhz bu keyfiyyətlərinə görə Azərbaycan şifahi xalq ədəbiyyatı yazarlarımız üçün daim tükənməz mənbə olmuş, uşaq ədəbiyyatının yaranmasında onlara zəngin və çeşidli mövzular vermişdir. Uşaqlar bu əsərlərin köməyi ilə təbiət təsvirini, heyvanlar aləmini, xüsusilə də milli-mifoloji düşüncə tərzini mənimsəyirlər. Gənc nəslə yüksək əxlaqi dəyərlər aşılamaqda zəngin folklorumuzun müstəsna rolunu dahi şairimiz S.Vurğun gözəl ifadə etmişdir:
    “Uşaqlarımız üçün romantik əsərlər yaratmaqdan ötrü ən gözəl mənbələr bizim nağıllarımız və əfsanələrimizdir. Biz bu əfsanə və nağıllar aləmində işıqla qaranlığın, xeyirlə şərin, doğma ilə yadın, düzlüklə əyriliyin mübarizəsini duyuruq”.
    Dahi şairimizin ifadə etdiyi bu fikir el ədəbiyyatı və folklorun kiçik yaşlı oxucular üçün nə dərəcədə önəmli olduğunu bir daha gözlər önünə gətirir. Folklor örnəklərinin çağdaş uşaq nəsrimizin ayrılmaz bir hissəsinə çevrilməsi, gənc nəslin bunları oxuyaraq gündəlik həyatımızda ədalətsizliyin hər cür təzahürünə qarşı mübariz olmaları onların gələcək inkişafına olduqca müsbət təsir göstərir. Həyat inkişaf etdikcə, müasir qlobal, mədəni inteqrasiya tendensiyasının əhatə dairəsi genişlənərək təsir miqyası dərinləşdikcə bu nəsr əsərlərinin bədii gücü, aktuallığı və sənət dəyəri artır.

    ƏDƏBİYYAT
    1.Ширер У. Взлет и падение третьего рейха\ в 2-х томах. – том 1 (пер. с анг.). – Москва: Воениздат, 1991
    2.Çəmənzəminli Y.V. Azərbaycan nağıllarının əhval-ruhiyyəsi\əsərləri. II cild. – Bakı: Elm, 1977
    3.Səfərli Ə., Yusifli X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. – Bakı: Ozan, 1998 4.Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. – Bakı: Maarif, 1981
    5.Əfəndiyev İ. Sən ey böyük yaradan!. – Bakı, 1997

    Ровшан Мамедов
    Образ людаеда в детских рассказах
    РЕЗЮМЕ
    В данной статье исследуются миф и мифология, образ людаеда. Рассказывается о людаеде как негативный образ на человеческой жизни (Китаби-Деде-Коркут, Авеста и ткд.) и анализируется его стадии развития.

    Rovshen Memmedov
    Ogre copy in the Azerbaijan child prose
    SUMMARY
    It is talked about myths and mythology in the article, the biggest mythic image is given wide information about ogres counted. Ogres in ancient inscription (Kitabi-Dede Korkut, Avesta etc book)s, about danger procreate in the what degree to man life, analysises are carried out their about role in child literature of the ogre image in our modern time.

  • “Düşünən İnsan” jurnalının növbəti buraxılışı işıq üzü gördü

    1415437777_dusuneninsan

    Düşünən İnsan jurnalı hər ay 3000 tirajla 2011-ci ildən nəşr edilir. Artıq jurnalın 35 sayı dərc edilib. Jurnalın məqalələri hamının rahat şəkildə anlayacağı elmi-populyar, mədəni-mənəvi və dini mövzular arasından seçilir. Düşünən İnsan jurnalı standart elmi bilgiləri və disputları oxuculara çatdıran və vaxt keçdikcə köhnələn adi jurnallardan deyil. Düşünən İnsan jurnalındakı məlumatlar heç bir zaman aktuallığını itirməyən, insan həyatına istiqamət verən mövzuları əhatə edir. Bu jurnal insanın dərin düşünməsinə, yaradılış məqsədinə uyğun yaşamasına səbəb olacaq məqalələri əhatə edir.
    Jurnalda bir sıra rubrikalar mövcuddur. Bunlara misal olaraq elmi-texniki xəbərlər, İslam dünyasında keçən ay, bir ayə bir açıqlama, elm, Quran və mənəviyyat və s. göstərmək olar.

  • Azərbaycan və Türkiyənin ortaq hədəfi:21-ci əsrin layihəsi TANAP

    10518868_1432712770345976_1429854027_n

    Azərbaycanlı dövlət nümayəndələri tərəfindən bu əsrin layihəsi kimi adlandırılan Trans Anadolu qaz boru kəməri xətti layihəsi türk icitmaiyyətində layiq olduğu qədər yer tuta bilmədi, lakin mövzuya hakim olan çevrələrdə çox böyük bir həyəcan yaratdı. Qısası, Azərbaycan və Orta Asiyanın Xəzər sahilində mövcud olan təbii qaz ehtiyatlarının Anadolu üzərindən, Türkiyənin də alıcı olduğu bir sistemlə Avropaya çatdırılmasını vacib bilən bu layihənin üzərində önümüzdəki illlərdə çox danışılacaq. Əslində bu layihə Türkiyə ilə Azərbaycan arasında hazırlanılması planlanan Cənubi Qaz Dəhlizi Layihəsinin ilk addımıdır. Bu halı ilə də yaxın və uzaq ərazilərin tarazlığını təməlindən sarsıdacaq gücdə bir çox dəyişikliyə səbəb olacağı düşünülən bu layihələr tam həyata keçəndə bölgəyə köklü şəkildə təsir edəcək xüsusiyyətlərə malikdir.

    Hazırkı təbii qaz ehtiyacının mühüm bir bölümünü şimal qonşusu Rusiyadan təchiz edən Türkiyə, bu təchizat modelini çoxaldacağı, məbləğini azaldacağı və daha da vacibi, təchizat zənciri içində söz sahibi olacağı bir yeni layihədə olmağın haqlı qürurunu yaşayır. Azərbaycan və Türkiyə arasında sentyabr ayında Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliev və Türkiyə Respublikasının Baş Naziri cənab Əhməd Davudoğlu imzaladıqları bu layihə müqaviləsi əslində daha əvvəldən hazırlanmış, maliyyəsi təmin edilmiş və həyata keçirilməsinə qarşılıqlı olaraq çox önəm verilən böyük bir layihədir.

    Azərbaycanın Xəzər sahilində mövcud olan təbii qaz ehtiyatlarının Türkiyə üzərindən Avropaya çatması hədəfi yalnız Azərbaycana və Türkiyəni maraqlandıran bir vəziyyət deyil. Təbii ki, Türkiyə təbii qaz təchizatını çoxaltmaq, Rusiyadan olan asılılığını azaltmaq niyyətindədir, lakin bu vəziyyətə bəlkə Türkiyədən daha çox ehtiyacı olan ölkələr də var…Bunlar, təbii ki, layihələr ilə sona çatanda Rusiyadan asılıqları azalacaq Avropa ölkələridir…

    Təbii qaz satın almaqda iqtisadi bir problem yaşamasalar da, Avropa ölkələri təbii qazı xarici münasibətlərində mühüm bir fürsət olaraq istifadə etməkdən çəkinməyən Rusiyaya alternativ bir qüvvəni dəstəkləyirlər… Həm Türkiyə, həm də Avropa üçün mühüm bir yerə sahib olan TANAP Cənubi Qaz Dəhlizi içərisində yer alır. Cənubi Qaz Dəhlizi layihəsi isə Xəzər bölgəsi, Orta Asiya və Yaxın Şərqdəki təbii qaz mənbələrini Avropaya çatıdırmaqda təchizat müxtəlifliyini hədəf alır. Türkiyə və Azərbaycan dəhlizin Türkiyə qolu ilə bağlı TANAP üzərində razılaşdı. TANAP 2 min kilometr uzunluğunda bir boru xəttinin inşa edilməsi və 32 milyard kub metr həcmdə təbii qazın daşınmasını planlayır. Layihə çərçivəsində 2018-ci ildə Türkiyəyə 6 milyard kub metr qaz çatmış olacaq. Hədəf 2019-cu ildən etibarən eyni yoldan Avropaya 10 milyard kub metr qaz çatdırılmasıdır.

    Bu təbii qaz dəhlizinin ən mühüm xüsusiyyətlərindən biri də digər boru xətlərinin əksinə, tamamilə Türkiyə kimi etibarlı bir ərazi üzərində olmasıdır. Həmçinin həm Azərbaycan, həm də Türkiyə bu layihənin təxminən 18 milyard dollarlıq bir maliyyəsini rahatlıqla qarşılaya biləcək gücdədirlər. İki ölkənin iqtisadi və mədəni inteqrasiyasının hər ötən gün daha da artması bu layihənin gerçəkləşməsinə olan inancı artıran səbəblərdən biridir. Bir neçə on il əvvələ qədər Ermənistanın iqtisadi səviyyəsində olan Azərbaycan artıq çox fərqli bir ölkə və meydana gələn sərmayə toplanması ilə xüsusilə də Türkiyədə PETKİM kimi çox böyük investisiyaya malikdir.
    Bu layihənin Türkiyə üçün başqa bir əhəmiyyəti sadəcə Azərbaycanın deyil, Xəzər sahilində ehtiyatları olan digər bölgə ölkələrinin də bu layihəyə qoşulmalarıdır. Bölgənin digər mühüm ölkəsi İran da bu layihəyə isti baxır.

    Lakin indi bu, sıxıntılı bir mərhələ keçirən cənub qonşumuz İraq Kürdüstan bölgə hökumətinə aid ehtiyatların, inteqrasiyanın və TANAP layihəsinin gücünü daha da artıracaq. Bu həqiqətən qan və göz yaşı ilə xatırlanan bölgənin rifahı və Türkiyə ilə siyasi və iqtisadi inteqrasiyasını sürətləndirəcək qədər həyati bir addım olacaq.

    Türkiyə öncüllüyündə meydana gətiriləcək bu həyəcanverici xətt adı keçən ölkələrin yalnız rifahını artırmaz, bu ölkələr və xalqlar arasında da sülhü və bərabərliyi gətirər. Onun üçün belə layihələrə yalnız maddi olaraq gəlir qazandıran meqa layihələr olaraq baxılmamalıdır. TANAP bu əraziyə sülh və rifahın gəlməsində mühüm bir rol oynayacaq, cəmiyyətlər arasındakı ortaq dəyərləri, birliyi və qardaşlığı təmin edəcək, inteqrasiyanı sürətləndirəcək mühüm bir addımdır.
    Türkiyə və Azərbaycanın, tək millət, iki dövlət anlayışının ən konkret addımı bəlkə də bu layihə olacaq.

    Adnan Oktar’ın Arabian Gazette’də nəşr olunan məqaləsi:

    http://www.arabiangazette.com/azerbaijan-turkeys-shared-dream-tanap-project-21st-century/
    http://www.harunyahya.org/tr/Makaleler/193296/

  • Coffee Party

    cp

    19 noyabr 2014-cü il tarixdə saat 18:30-da, İnternational Learning Center (Beynəlxalq Tədris Mərkəzində) Coffee Party olacaq.Dostalrını və ailə üzvlərini dəvət et.İştirak etmək istəyən hər kəs dəvətlidir.Giriş pulludur (5 AZN)

  • Savalan MƏMMƏDLİ.”Dəniz ulduzları” (Məqalə)

    10508453_1430387493911837_277549_n (1)

    Dəniz ulduzları dərisitikanlılar tipindən onurğasız heyvan sinfinə aiddir. Təqribən 1600 müasir növü var. Əksəriyyətinin uzunluğu 12-25 sm olsa da, sinfin nümayəndələrinin ölçüləri 2 sm-lə 1 m arasında dəyişir. Dəniz ulduzu sahilə yaxın yerlərdə dənizin dibində sürünür. 7000 metr dərinlikdə yaşayan növləri də vardır. Bədən formaca beşguşəli ulduza oxşayır. Dəniz ulduzları adətən qırmızı, bənövşəyi və ya qəhvəyi rəngdə olurlar. Bədən səthində kiçik iynəciklər olur , ağzı bədəninin alt tərəfində yerləşir.
    Dəniz ulduzları eyni zamanda hidravlik təzyiq mütəxəsisidirlər. Dənizin dibində qolları ilə hərəkət edən dəniz ulduzunun möhkəm yapışması üçün qollarına xüsusi sorucular yerləşdirilmişdir. Beləcə, istədiyi yerə dırmaşa bilir, planktonları tutub yeyə bilirlər. Dəniz ulduzu qollarını hərəkət etdirmək üçün eynilə iş dəzgahlarında ağır yüklərin qaldırılması üçün istifadə olunan qolların hərəkətində olduğu kimi, hidravlik təzyiq metodundan istifadə edir. Qollarının içində uzununa yerləşən boru şəkilli ayaqları da var. Bu ayaqlar maye ilə dolu daxili boru sisteminə bağlıdır. Əzələlər boruları sıxdıqda əmələ gələn hidravlik təzyiq mayeni ayaqlara göndərir. Beləcə, hidravlik təzyiq boru ayaqlarda dalğa hərəkəti əmələ gətirir. Qolların içindəki maye təzyiqi sayəsində ayaqlar irəli-geri hərəkət edir və dəniz ulduzu irəliləyir.
    Dəniz ulduzları ilə bağlı aparılan paleontoloji qazıntılardan əldə olunan nəticələrə görə Dəniz ulduzları yer üzündə təxminən yarım milyard il əvvəl ortaya çıxıblar. Əlimdə gördüyünüz bu fosil, yəni daşlaşmış qalıq bir dəniz ulduzuna aiddir. Bu dəniz ulduzu fosilinin 490 – 443 milyon il yaşı var. Bu fosil Mərakeşdən tapılıb. Əlimdə gördüyünüz bu və dünyada tapılmış bunun kimi yüzlərlərə dəniz ulduzu fosilindən də aydın olur ki, dəniz ulduzları milyonlarla il ərzində heç bir dəyişikliyə məruz qalmayıblar. Gördüyünüz kimi milyonlarla il əvvəlki dəniz ulduzları ilə ha-hazırda yaşayan dəniz ulduzları arasında heç bir fərq yoxdur. Fosil qalıqlarını araşdırdığımız təqdirdə qarşımıza çıxan nəticə ondan ibarət olurki dəniz ulduzları da digər canlılar kimi yaradıldıqları ilk dövrdən bugünə kimi heç bir təkamül keçirməmişdirlər. Bu dəniz ulduzuna aid paleotoloji qalıq təkamül fərziyyəsinin əsassız olduğunu isbat edən yüzlərlə dəlillərdən birini təşkil edir.

  • Savalan Məmmədlini doğum günü münasibətilə təbrik edirik! (2 noyabr 1990-cı il)

    10508453_1430387493911837_277549_n (1)

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycanın istedadlı gənc yazarını, Gündəlik İnformasiya Agentliyinin “İslam” bölməsinin əməkdaşını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

  • Türkiyə Cümhuriyyətinin yaranmasından 91 il ötür

    55ccf27d26d7b23839986b6ae2e447ab

    Bu gün Türkiyədə “Cumhuriyyət” (Respublika) bayramıdır. Bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cumhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir.
    Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.
    Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 73 milyon 722 min 988 nəfər, paytaxtı Ankara şəhəridir. Parlament üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir.
    Ölkə şərqdən İran, Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir.

  • “Movie Nigth” adlı kinonun təqdimat mərasimi keçiriləcək

    logo

    22 oktyabr 2014-cü il tarixdə, saat 18:30-da Beynəlxalq Təhsil Mərkəzində
    “Movie Nigth” adlı kinonun təqdimat mərasimi keçiriləcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.Giriş pulludur (2 AZN).
    Özünüzlə birgə dostlarınızı da gətirin.

  • İradə Əlili Qarabağ Qazisinin əməliyyatı üçün brilliant sırğa hədiyyə etdi

    24342151-300x224

    Qarabağ Qazisi Rüxsarə Cumayeva beşinci əməliyyata hazırlaşır. Maddi dəstəyə ehtiyac var.
    Bakı Dövlət Unveristetinin Kitabxana-informasiya fakültəsinin müəlliməsi, şairə İradə xanım Əlili İstanbulda Qarabağ Qazisinə dəstək üçün kitab təqdimatı və imza mərasimi keçirib. Müəllifin imzaladığı kitabların satışından toplanmış pul vəsaiti tədbirdən sonra İradə Əlili və Səfər Qaraqoyunlu tərəfindən Qarabağ qazisi Rüxsarə Cumayevaya çatdırılıb. Onunla yanaşı İradə xanım Qarabağ Qazisinə brilliant sırğa hədiyyə edib.

  • Qurban bayramı namazı və qılınma qaydası (Bayram namazı)

    10717542_697326677002843_1077396038_n

    Bu bayramın əməllərindən biri də, bayram namazını qılmaqdır. Bu namaz, Fitr namazı kimi, qılınır. Şiə alimlərinin mötəbər rəyinə əsasən, Qurban bayramının, eləcə də, Fitr bayramının namazı – Sonuncu İmam Höccət ibnil-Həsən (ə.f) qeybdə olduğu müddət ərzində, eləcə də, bizim zəmanəmizdə qılmaq müstəhəbdir, tək halda da, qılına bilər, camaatla birlikdə də. Lakin, İmamın (ə.f) qeybdə olmadığı dövrlərdə isə, bu namazları qılmaq vacibdir və camaatla qılınmalıdır. Bu namazın vaxtı gün çıxandan zöhrə qədərdir. Bu namaz 2 rəkətdir. 1-ci rəkətdə “Həmd” və “İxlas” surəsi oxunduqdan sonra, 5 təkbir (Allahu əkbər) deyilir və hər təkbirdən sonra da, 1 qunut tutulur. 5-ci qunutdan sonra, bir daha təkbir deyib, ruku və səcdə edilir. 2-ci rəkətdə 4 təkbir deyilir və hər təkbirdən sonra, 1 qunut tutulur. 4-cü qunutdan sonra, bir daha təkbir deyilir və ruku və səcdə edilir. Namazın sonunda isə, təşəhhud və salamlar deyilir və bununla da, namaz sona yetir.

  • Müqəddəs Qurban Bayramınız mübarək!

    IMG-20141004-WA0006 (1)

    IMG-20141004-WA0007

    Salam, Əziz Müsəlman Bacı və Qardaşlar!
    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Uca Tanrı Sizi və bütün ailə üzvlərinizi qorusun!
    Mətbuat xidməti

  • Təzəpir məscidində Qurban Bayramı namazı oktyabrın 5-də qılınacaq

    10717542_697326677002843_1077396038_n

    Bakının Təzəpir məscidində Qurban Bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub.
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarovun saytımıza verdiyi məlumata görə, Təzəpir məscidində bayram namazı oktyabrın 5-də səhər saat 09:00-da qılınacaq.
    QMİ rəsmisi həmçinin bildirib ki, Azərbaycanda oktyabrın 4-ü və 5-i Qurban Bayramı günü kimi qeyd olunacaq və ölkəmizin bütün məscidlərində bayram namazı qılınacaq.
    Qurban bayramımız mübarək olsun!

  • Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qurban bayramı təbriki

    elham2

    Hörmətli həmvətənlər!

    Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

    Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir.

    Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

    Əziz bacı və qardaşlarım!

    Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

    Qurban bayramınız mübarək olsun!

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 1 oktyabr 2014-cü il.

  • Beynəlxalq Müəllimlər Günü qeyd olundu

    2(35)

    3 oktyabr 2014-cü il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi “Xəzri” şadlıq sarayında Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon komitəsi ilə birgə 05 oktyabr – Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirildi.
    Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavini Təranə İsmayılova, rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun iştirak edirdi.
    Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov ilk öncə bütün təhsil işçilərini 05 oktyabr – Beynəlxalq Müəllimlər günü və qarşıdan gələn Müqəddəs Qurban bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından səmimi qəlbdən təbrik etdi. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd etdi. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürüdür. Ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da xidmətlərinin misilsiz olduğunu bildirdi. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər bu kimi tədbirlər çərçivəsində respublikamızda yüzlərlə təhsil ocaqlarının tikildiyini, əsaslı təmir olunduğunu xüsusilə vurğuladı.
    Öz növbəsində çıxış Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova rayonun məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş işlərdən, 2013-2014-cü tədris ilində rayonun təhsil işçilərinin və tələbələrinin qazandığı uğurlardan danışdı. Xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğunu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd etdi.
    Tədbirdə çıxış edən digər natiqlər, təhsil işçiləri göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
    Təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə rayon İcra hakimiyyətinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon komitəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olundular.

  • Ahıllara hər zaman xüsusi diqqət var

    1(31)

    1 oktyabr 2014-cü il tarixdə Ahıllar günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
    Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavini Təranə İsmayılova, aparatın şöbə müdirləri, ahıllar iştirak edirdi.
    Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Ahıllar günü münasibəti ilə tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından təbrik edərək respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da ahıllara böyük hörmət və diqqət göstərildiyini qeyd etdi. Bildirdi ki, respublikamızda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirdi. Beynəlxalq Ahıllar gününün ölkəmizdə 1993-cü ildən qeyd olduğunu nəzərə çatdıraraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” Qanun imzaladığını vurğuladı. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ahıl hesab olunduğunu bildirdi. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması eləcə də, siğorta hissəsinin artırılması ilə bağlı imzaladığı mütəmadi Sərəncamlar dövlət qayğısının təcəssümüdür.
    Öz növbəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova qeyd etdi ki, Qaradağ rayonunda yaşayan ahıllarımız, ağsaqqallarımız rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Bu gün ahıllarımız, ağsaqqallarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Çünki, bizim ahıllarımız böyük həyat təcrübəsi keçiblər. İkinci Dünya Müharibəsinin ağrı-acılarını məşəqqətlərini çəkən ağsaqqallarımız, müharibə veteranları alman faşistlərinə qarşı fədakarlıqla mübarizə apararaq, vətənin müdafiəsinə qalxmış, əsil vətənpərvərlik nümayiş etdirmişlər. Zəhmətkeş ahıllarımız, əmək qəhrəmanlarımız da az olmamışdır.
    Ahıllar adından çıxış edən Qaradağ rayon Ağsaqqlar Şurasının sədri Təhməz Abbasov onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə ahıllar adından təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazımdır.
    Yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir.
    Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 150 nəfər ahıla ərzaq yardımı edildi.

  • Qaradağ rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi

    5318a82b77fc3fc5fa6dbccdc4751ff0

    30 sentyabr 2014-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.
    Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla 90 nəfər iştirak edirdi.
    Şurada Qaradağ rayonunda təhsil müəssisələrində 2013-2014-cü tədris ilinin yekunları və 2014-2015-ci tədris ilinə hazırlığın vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon təsərrüfatı, kommunal xidmətlər, təmir-tikinti və sosial-abadlıq sahələrində 2014-cü ilin doqquz ayı ərzində görülən işlər barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Rövşən Səmədzadənin, Təsərrüfat və kommunal xidməti sahələrinin 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıq barədə Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Rasim Əhmədovun, İstehlak bazarı və sahibkarlığın inkişafı ilə bağlı mövcud vəziyyətin təhlili və qarşıda duran vəzifələr haqqında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Seyfulla Ağayevin məruzələri dinlənildi.
    Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi.
    Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov Qaradağ rayonunun qəsəbələrində aparılan quruculuq və abadlıq işlərinin aparılmasında, 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlığın təmin olunması, rayon əhalisinin sosial problemlərinin həlli istiqamətlərində müvafiq tapşırıqlarını verdi.
    Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunaraq, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edildi.

  • “Düşünən İnsan” jurnalının növbəti buraxılışı işıq üzü gördü

    10704787_1470328746578429_1512970503_n

    “Düşünən İnsan” jurnalı hər ay 3 min tirajla 2011-ci ildən nəşr edilir. Artıq jurnalın 35 sayı dərc edilib. Jurnalın məqalələri hamının rahat şəkildə anlayacağı elmi-populyar, mədəni-mənəvi və dini mövzular arasından seçilir. “Düşünən İnsan” jurnalı standart elmi bilgiləri və disputları oxuculara çatdıran və vaxt keçdikcə köhnələn adi jurnallardan deyil.”Düşünən İnsan” jurnalındakı məlumatlar heç bir zaman aktuallığını itirməyən, insan həyatına istiqamət verən mövzuları əhatə edir. Bu jurnal insanın dərin düşünməsinə, yaradılış məqsədinə uyğun yaşamasına səbəb olacaq məqalələri əhatə edir.
    Jurnalda bir sıra rubrikalar mövcuddur. Bunlara misal olaraq elmi-texniki xəbərlər, İslam dünyasında keçən ay, bir ayə bir açıqlama, elm, Quran və mənəviyyat və s. göstərmək olar.

  • Hikmət MƏLİKZADƏ.”Natiq Səfiyevin hesabatı” (Məqalə)

    10304351_268609333324646_7910328543693681828_n

    Biz nəhəngləri möhtəşəm ucalıqlara, bir az elmi desək, aysberqə bənzədirik. Elmin, pedaqogikanın və mətbuat fövqünün yüksək məqamına ucalmaq cəhdində olan qocaman müəllim, tərcüməçi, publisist, ən əsası, dəyərli insan-ziyalı və ağzı dualı ağsaqqal Natiq Səfiyev də yuxarıda sadaladığımız mülklərdə böyük görünənlərdəndir. Əbəs yerə deyil ki, o, bu gün də məşğul olduğu sahələrin sadiq xidmətçilərindən biri kimi təsir bağışlayır. Bəlkə də bu səbəbdən onun hikmət boxçasında zaman aşırımları həyat fəlsəfəsi qədər önəmlidir.
    Səmimi deyək ki, çoxlarından fərqli olaraq Natiq Səfiyevin fəaliyyətində, yaradıcılığında və hətta hazırkı sakitliyində belə ədəbi-ictimai hiss total təfəkkürə istinad edir və bu prosedur həyat fəlsəfəsi fonunda mental dəyərlər aşılayır, nəticədə onun həyat qayəsinin obraz və motivləri təmiz əxlaqdan keçmək imkanı qazanır.
    Təbiidir ki, insan yaşlaşanda bir az da uşaqlaşır – daha dəqiqi, kövrəkləşir. Bəlkə də 76 yaşlı Natiq Səfiyevin neçə gün idi bizi öz ətrafına toplamaq arzusu elə bu zəmindən irəli gəlirdi; ard-arda zənglər etməsi, məsum səslə həyati fikirlərə diqqət çəkməsi açığı, çoxumuzda qorxu və təlaş da yaradırdı. Yayın inanılmaz istiləri, bir də onun arzuladığı insanların bir yerə toplaşa bilməməsi eynilə də Natiq Səfiyevin təlaşını artırırdı. Nəhayət, 28 avqust 2014-cü il tarixdə Natiq müəllimin dəvəti, bizim də bu real imkandan istifadə etmək şansımız baş tutdu. «Ədalət və Həqiqət» qəzetinin baş redaktoru, özü qədər qəlbi də gözəl olan jurnalist-şair Cəmil Zəbhullaoğlunun təşkil etdiyi maşınla mən (yazının müəllifi), «Açıq səma» qəzetinin baş redaktoru, abırlı-həyalı filoloq-jurnalist Şamo Nərimanoğlu, həmin qəzetin redaktoru istedadlı qələm sahibi Cahan Salmanqızı və bir də Cəmil müəllimin müavini, həm də mindiyimiz maşının sahibi, çöhrəsi nurlu Hacı Əbülfəz Natiq Səfiyevin yaşadığı Xırdalan şəhərinə üz tutduq. Yol boyu etdiyimiz zarafatyana həqiqətlər bizi çox mətləblərdən agah etdi və bir də baxdıq ki, getdiyimiz ünvana çatmışıq. Beləcə, fəaliyyəti boyu qələmə aldıqlarında zaman gerçəkliyi ehtiva edən Natiq Səfiyevin yaşadığı mənzilə daxil olduq və onun xoş, nurlu çöhrəsi ilə bir daha üz-üzə gələ bildik. Görüşmək növbəsi mənə çatanda Natiq müəllimin ağsaqqal-ata məhəbbətli baxışları məni bir az kövrəltdi və dərhal da düşündüm ki, necə olub, onun həyat gerçəkliyinin bir üzü dürüstlükdə, digər üzü inam və etiqadda xarakterizə olunub?! (Əslində, biz Natiq müəllimi bir qədər çılğın-emosiyalı insan kimi tanımışıq axı). Sanki onun daxili hissləri bu suala cavab verdi: Natiq Səfiyevin həyat və yaşam qayəsində varlıqdan təşəkkülə sürətli fikir paylaşması var. Bu prosesi nizamlayan məhz bu zəmindir…
    İçəri keçdik. İki otaqlı mənzilin ən böyük otağı Natiq Səfiyevin yaradıcılıq nümunləri ilə bəzənmişdi. On illərin xatirələrini özündə əks etdirən stolun və divanın üzərinə qar dənəcikləri kimi yapışmış qovluqlar, antikvar pianinonun üstünə yerləşdirilmiş kitablar o qədər səliqə ilə düzülmüşdü ki, bir daha Natiq müəllimdəki həyat həvəsinə heyran qaldıq. Bu gördüklərimiz onun 50 illik yaradıcılıq hesabatı idi. Kim bilir, bəlkə də bu qovluqların hərəsində on ilin hikməti var…
    Açığı, Natiq Səfiyevin qonaqpərvərliyi haqqında çox eşitmişdik; bu gün isə həmin anı yaşayırdıq. İsti havada sərin küləyin soyuqluq bəxş etdiyi otaqda aura da adama xoş ovqat verirdi. Çay süfrəsi ətrafında Natiq müəllimin zarafatlarına ortaq olduq. Bu ara Şamo müəllim pianinoya işarə edib Natiq müəllimdən soruşdu:
    – Yəqin ki, bunda bir şey ifa edə bilirsən?
    Natiq müəllim də özünəməxsus şux zarafatla dedi:
    – Hə, çala bilirəm, – sonra nə fikirləşdisə dedi: – Mahnıları ginekoloqsayağı iki barmaqla çalıram.
    Təbii ki, onun bu eyhamına da gülüşdük. O da güldü, sanki elə bildik onun üçün yeni bir həyat başlayır.
    Söhəbtimiz uzun çəksə də, yorucu olmadı. Natiq müəllim bu dəvəti özünün yaradıcılıq və fəaliyyət hesabatı ilə əlaqələndirdi və gəldiyimiz üçün də bizə minnətdarlıq etdi. Xoş və zarafata meylli sözlər bir-birini əvəz etdi, Natiq müəllimin həyat qayəsinə yeni «həmlələr» etdik. O da ağayana ağsaqqallığı ilə hər «həmləyə» bir «zərbə» endirdi və hesab heç-heçə oldu.
    Natiq müəllimin görüşünə istedadlı jurnalist, dəyərli qardaşımız Daşdəmir Əjdəroğlu da gəlməli idi. Lakin onun dünən iş növbəsində olması bu reallığa sipər olmuşdu. Natiq müəllim onu aramızda görməyəndə, təbii ki, dilxor oldu, ancaq hərəmiz bir tərəfdən Daşdəmirə haqq qazandıra bildik.
    Görüşün bu məqamında sıramıza Natiq müəllimin də tanıdığı «Zəngəzurun səsi» qəzetinin baş redaktoru Yavər Nuriyev və qəzetin məsul işçisi Raziyyə xanım da qatıldı. Söhbət bir qədər də şirinləşdi. Bu şirinlik Natiq müəllimin ovqatına bir az da təsir etdi və o, ayağa qalxıb bayaqdan bəri çoxumuzun diqqətlə baxdığımız pianinonun arxasına keçdi. Akkordla bir-birindən yaraşıqlı mahnılar ifa etdi; köhnənin mahnılarını – o mahnılar ki, bizə kövrək duyğular yaşatdı. Hətta bu mahnılar Cahan xanımı göz yaşlarına belə qərq etdi. Natiq müəllimsə öz məharətini nümayiş etdirməkdə idi. Arabir çiyinlərini ritmə uyğun hərəkət etdirməsi vəziyyətə əlavə rəng qatırdı. Açığı elə bilirdik ki, pianinonun arxasında peşəkar bir çalğıçı var.
    Natiq müəllimlə qarşı-qarşıya gələndə, həmişə belə qənaətə gəlirik ki, əgər varlıq yoxdursa, mütləq təşəkkül var.Çünki həyatın özü artıq təşəkküldür və həyata bağlılıq da varlığa çıxışdır. Bunu da ona görə belə zənn edirik ki, bu çöhrəsi təbəssümlü ağsaqqalın həyata çıxışı sistemlidir; bu sistemin də rapsodik çevrilmə anı müşahidəmizdə təbii canlanır.
    Bilmirəm, hansı səbəbdəndir, bəlkə də ata nəvazişi görmədiyim üçün mənə belə gəlir ki, insanın öz orbitindən çıxma ehtimalı anlaşılan şəkildədir; çünki bu ehtimal qarışıq təzada zəmin yaradır. Bu mənada, şəxsən mən Natiq müəllimlə görüşdə bir daha anladım ki, adi həyat içində qeyri-həyata sövqetmə bu ağsaqqal üçün vərdiş yox, bir reallıqdır.
    Natiq müəllimlə görüşümüzün ekstremal şəraiti həyat-tale çıxıntılı idi. Bu çıxıntıda obyektiv idealizmin daşıyıcısı olmaq bizim üçün mümkün idi; lakin elə etməli idik ki, bu dəvətin əsl məqamında bizim adi fikir və düşüncəmiz səbəbkarın «marağı» ilə zidd olmasın. Əks halda insan olaraq inkara tuş gələ bilərdik. Ancaq çox şükür, istəyimizə nail olduq.
    Natiq müəllim iki-üç saatlıq hesabatında yaşam və ünsiyyət məğzlərinə ictimai məna verdi, söhbətlərində təzahür edən ictimai mülahizələrə geniş yer ayırdı. Biz bundan çox şey götürdük. Bu meyllər diqqətimizi bir neçə vacib məqama çəkdi: həyata baxış, gerçəkliyə inanma və hissi qavramalara əsaslanma. Bu kodeksləri Natiq müəllimin ağsaqqal yanaşmalarından ictimai zərurətə keçid kimi də qəbul etmək olardı… Ona görə ki, onun fikirlərinin əksərində diqqətə çəkilən hissiyyatların dəqiq ünvanı vardı.
    Natiq müəllimə qulluq edən xanımın nəzakətli davranışları və təmiz qulluğu bizdə həyata nikbinliyi bir az da artırırdı.
    Vaxtın necə keçdiyindən xəbərimiz olmamışdı. Ayrılmaq məqamı yetişmişdi. Ancaq nə Natiq müəllim bizdən ayrılmaq istəyirdi, nə də biz ondan. Nə etməli, vaxt həmişə öz inadkarlığında qalır; redaksiya problemləri, iş qayğıları bizi ayrılmağa məcbur edirdi.
    Vaxt bəbəklərini ağardan kimi dəyərli insan və ziyalı Natiq Səfiyevlə sağollaşmalı olduq. O, məni bir ata kimi möhkəm-möhkəm qucaqladı və gözlərindəki oğul məhəbbəti məni təsirləndirdi. Yol boyu bu dəvətin – bu hesabat xarakterli görüşün həm də bir fəlsəfi məna kəsb etdiyi barədə düşündüm. Və içimdə qeyri-ixtiyari bu sözlər tumurcuqladı: «Ağsaqqallıqdan əskik olmayasız, Natiq müəllim!»

  • Hikmət MƏLİKZADƏ.”«Gözəlliklər Kəbəsi»dir Qarabağ” (Məqalə)

    10304351_268609333324646_7910328543693681828_n

    Çoxumuza bəllidir ki, zaman ara-sıra işığın qaranlıqda əksini elmi-ədəbi qaynaqlarla isbata yetirir. Bəzən mahiyyətinə vardığımız və vara bilmədiyimiz çətin prosesləri idrakımıza sığışdırmağı bacaran da məhz zaman olur. Buna görə xalqlar əsrlər boyu zaman qarşılığına böyük ehtiram göstərib. İstedadlı qələm sahibi Mayisə Əsədullaqızının şeirlərində də demək olar ki, çox mənada məhz zaman anlayışı təsvirə cəlb olunur. Onun yaradıcılıq məğzini də bu prosesin bir davamı kimi qəbul etmək doğru olar.
    Maraqlıdır ki, Mayisə xanımın şeirlərində fəlsəfi traktat çevrilmələri və özündə abstrakt həyat qaynağı ifadə edən lakonik fikri-ifadələr yoxdur. Onun mahiyyətinə vardığı bütün ifadələrdə sadə vizuallıqda çırpınan uyğun bir dərketmə görürük və bizə elə gəlir ki, bu fikirlər qaranlıqdan başlayır, işığa doğru hərəkət edir və son etibarilə yenə də qaranlığa varid olur. Ancaq o, ifrata varmadığı üçün yekun ədəbi hədd ümidverici olur.
    Yaxud Mayisə xanımın şeirlərində dünənimiz, bugünümüz və həm də sabahımıza açılan cığırları görə bilirik. Bu cığırlar şübhəsiz ki, müəlliflə oxucu arasında isti bağlılıq yaradır. Bu cığırlarda Vətən məhəbbəti sərgilənir, yurd-yuva ağrısı diqqət çəkir:

    Qarabağ kədərim, Qarabağ şanım,
    Həm dərdim, sevincim, toyum- nişanım,
    …Şıltaq gözəl təki, xəfif ayazım,
    Kəlməm də bəs etmir, bilməm nə yazım?!

    Vətən – Qarabağ dərdi Mayisə Əsədullaqızının demək olar ki, ən çox aludə olduğu dərddir. Bu dərdin içində ictimai məğzlər də çırpıntıya məruz qalır, lakin bu dərd bütövlükdə Vətən dərdi kimi diqqətə çatır. Məhz onun yuxarıdakı şeirində də dərd çulğamış və yaraları hələ də qaysaqda qalan bir Vətən göynəmi özünü ifadə edir. Qarabağ onun həm kədəri, həm şanıdır. Ən nəhayət, müqəddəs piri-ocağıdır. Bu ocaqda gözəlliklər bərq vurur. Mayisə xanım bu mənada şeirin sonunda Qarabağı «Gözəllik Kəbəsi» adlandırmaqda haqlıdır.
    Yaradıcılığını əsasən vətənpərvərlik mövzusunda şeirlərlə zənginləşdirən Mayisə Əsədullaqızı Vətən sərhədlərinə də xüsusi önəm verir. Onun «Şərəfli sərhədçilər» şeiri də bu qəbildəndir:

    Vətən torpağı – canı,
    Havası, suyu qanı.
    İgidlərə tay hanı?!
    Qeyrətli keşikçilər,
    Şərəfli sərhədçilər!

    Əlbəttə, Vətən sərhədlərdən başlayırsa, qələm adamı da bu məntiqə diqqət ayırmalıdır və necə ki, Mayisə xanım bu mövzuda çoxumuzu qabaqlayıb.
    Mayisə Əsədullaqızı lirik-ictimai şeirlər də yazır. Onun zamana mütabiq əks olunan və ən çox da reallığa söykənən fikir və ifadələrində həyat boyalı şəkildə deyil, olduğu tərzdə diqqət çəkir. Bunu cəmiyyət fövqündə real həqiqətlərə israrçılıq sərgiləyən istedadlı şairin bir neçə şeiri vasitəsilə isbata yetirək:

    Ucalıb göylərə başı yurdumun,
    Qızıldı, yaqutdu daşı yurdumun!

    ***
    Mən ki, qırılmış bir siməm,
    Piyalə gözləri nəməm,
    Ürəklərə yağan qəməm,
    Kim aldadıb atdı məni,
    Özgələrə satdı məni?!

    ***
    Yağış yağır, damcı-damcı,
    Ürəklərə qəm ələnir acı-acı.
    Həm də zülmətə bürünmüş bu gecəyə
    Kədər verir yağan yağış,
    Damlaları naxış-naxış.

    Mayisə xanım bu şeirlərdə yaşanılmış bütöv bir ömrü ictimai örnək kimi göstərməyə çalışıb. Bu cəhd onun inkişafda olan ədəbi yaradıcılığımızın modernçi mövqeyinə məhəbbətini özündə əks etdirir.
    Yaxud bu şeirlərdə müasir həyatımızın təfərrüatları ictimai xarakter kəsb edən fikirlər vasitəsilə təfsir edilir. Bu da müəllifin cəmiyyətə doğma münasibətin bir təzahürüdür.
    Mayisə xanımın şeirlərində ara-sıra diqqətimizi cəlb edən ictimai-ədəbi situasiyalar bir qolunu da belə deyək, sürreal-mistik səmtdən götürür. Və bu istiqamətin zəruri fəlsəfi miqyasları görünən əhatədədir. Bu mənada, bu şeirlərdəki bəzi çək-çevirlər real ədəbi hissiyyatlara varid ola bilmək üçün bizə stimul verir.
    Əslində, Mayisə xanımın şeirlərinin süjet xəttində ictimai gerçəklik və çoxumuza məlum tarix, əhatəli zaman və bir də ən əsası, mövcudluğa əks insan baxışı durur. Ümumiyyətlə, son illər bu israr yeni meyllərə səmt verir və Mayisə xanım da öz ovqatdəyişmə missiyasını bu əhatədə var-gəl etdirir; onun sadə-vizual enmədən müasir-mistik-fəlsəfi və ictimai yüksəlməyə əhatəli baxışlar sıçratması bu məğzlərə tam bələd olması ilə xarakterizə edir.
    Zamanın əks etdirdiyi həqiqətlər ictimai tipiklikdə real qiymətini alır. Bu mənada, Mayisə xanımın şeirlərində əsas qayəçi ruh mümkün qədər həyat və tale məsələlərinə sirayətetmə ilə də təzahür edir. Bu şeirlərdə həm də bir cəhət üzə çıxır: fərd və zora məğlubolma ibtidaidən düzgün təyinetməyə uğramayıb, buna görə mənəvi sınmalara israrçı baxışlar çoxdur.
    Əminik ki, Mayisə Əsədullaqızının şeirləri cəmiyyət-vətəndaş münasibətlərinin formalaşmasında öz üzərinə düşən işin öhdəsindən layiqincə gələ biləcək və ən əsası, bu şeirlərdə vacib faktor kimi qabartdığımız ictimai yanaşma ziyadan fəlsəfi ovqata uzanan körpüdən asanca keçə biləcək.
    Mayisə xanım həm də “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, şair-publisistdir. Əminik ki, onun ədəbi missiyası ilə jurnalist qayəsi eyni səmtə – yaradıcı inkişafa səmt götürmək israrındadır.
    Və Mayisə Əsədullaqızının şeirləri haqqında əlbəttə ki, çox söz demək olar. Lakin bu şeirlər öz əhatəsində vacib düşüncələrə meydan verir deyə, əsas işi oxucuların və zamana istinad etməyi bacaran kəslərin ixtiyarına buraxırıq.
    Bizə qələm dostumuzu təbrik etmək qalır.

    Hikmət Məlikzadə,
    AYB-nin üzvü, Prezident mükafatçısı

  • Azərbaycanlı müğənni BMT-nin elçisi təyin olundu

    Samiyusuf
    Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf BMT-nin Ərzaq Proqramının aclıqla mübarizə üzrə elçisi təyin olunub.
    BMT İnformasiya Mərkəzinə istinadən bildirir ki, S.Yusuf uzun müddət Ümumdünya Ərzaq Proqramının fəaliyyətini dəstəkləyib və albomlarının satışından əldə etdiyi gəlirlərlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib, BMT əməkdaşları ilə birlikdə Misir və İordaniyada suriyalı qaçqınlara yardım çatdırılmasını müşahidə edib.
    Xatırladaq ki, Tehranda azərbaycanlı ailəsində dünyaya göz açan Sami Yusif kiçik yaşlarında ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb

  • “Mənim qəhrəmanim”

    love

    Bir universitetdə praktika keçirdim, dərs deyirdim. Eyni semestrdə həm mühazirə, həm seminar dediyim bir qız tələbə diqqətimi çəkməyə başlamışdı. Çox gözəl idi, qeyri-ixtiyari ona baxırdım, çox çalışqan idi, bütün imthanlarda ən yüksək qiyməti o alırdı. Həm də çox xanım xarakterli idi. Bir gün təsadüfən qızı nişanlısı ilə gördüm və boynuma alıram, ilk ağlımdan keçən “Armudun yaxşısını ayılar yeyər” düşüncəsi oldu. 27-28 yaşlarında, saçı bir az tökülmüş,kök, balacaboy adam idi. Bu insanla puluna görə nişanlana biləcəyi ağlıma gələn ilk fikir oldu. Sonra öyrəndim ki, imkanlı biri deyil və başqa bir universitetdə psixologiya üzrə doktoranturada oxuyur və gələcəkdə ixtisası üzrə professor olmaq istəyir. Düşüncəm məni rahat buraxmırdı. Görəsən nə tapmışdı mənim gözəl tələbəm bu oğlanda? Bir gün koridorda, qıza yaxınlaşdım və bir az ordan-burdan danışdıqdan sonra maraqlı olduğum mövzu ilə bağlı sual verdim:
    – Nişanlınla necə tanış olmusan mənə çox maraqlıdır?
    – Bir dini müşavirədə bərabər iştirak edirdik, orda tanış olduq.
    – Bəs səni nəyi cəlb etdi?
    O, bu sualı heç gözləmirdi. Ziyalı xanım olduğundan, bu cür sualları insanın şəxsi həyatına təcavüz hesab edərək təəccüblə üzümə baxdı. Bir qədər sonra gülümsəyərək: “O, şəhanə bir insandır; O mənim qəhrəmanımdır. Ondan çox şey öyrənmişəm” dedi.
    İlk anda duyduğum hiss qısqanclıq oldu. Gözəl bir qadının bir kişiyə ” Sən mənim qəhrəmanımsan” duyğusu ilə baxmasının kişiyə verilmiş ən böyük hədiyyə olduğunu hiss etdim. Bu hədiyyəni həyatım boyu almadığımı bildiyim üçün qısqandım.
    -Necə yəni? soruşdum.
    – O, uşaq evində böyüyüb. Yetim olmağın nə demək olduğunu bildiyi üçün universitetdə tələbə olarkən, yetimxanadan 2 uşağa böyük qardaşlıq edir. Həftədə 10 saatını onlara ayırır;onlarla görüşüb oynayır,kitab oxuyur,onları gəzməyə aparır. Onların yaxşı yetişməsi üçün əlindən gələni edir. Onlardan biri əməliyyat olunub və nişanlım indi xəstəxanada qalıb ona baxır.
    Üzümə şillə yemiş kimi oldum. Mən guya yüksək təhsil dərəcəsinə gəlmiş biriyəm və qarşımdakını hələ də görünüşünə görə mühakimə edir, onu “ayı” olaraq görürdüm. İçimdəki pislikdən utandım. Belə bir məntiq yürütdüm: Niyə mən o adama baxarkən, ilk növbədə “Armudun yaxşısını ayı yeyər” düşündüm. Çünki mən, yetişdiyim mühitdə tez-tez bu bənzətməyi eşidərək böyümüşəm. Mənim mühitim mənə necə təsir edibsə, gözəl tələbəmin böyüdüyü mühit də ona elə təsir etmişdi. Bu ailə məndə maraq oyatmağa başladı.
    Bir müddət sonra tələbəmə onlara qonaq gəlmək istədiyimi dedim. Getdim. Ənənəvi gülərüzlüklə qarşıladılar məni. Tələbəmin 4 yaşında bir balaca qardaşı, bir də özündən böyük evli qardaşı var idi. Bu ailədə 2 hadisə diqqətimi çəkdi. Birinci, ata öz 4 yaşlı oğlu ilə danışarkən, aşağı əyilib düz onun göz xəttində dayanırdı. Bunu o qədər təbii edirdi ki, artıq fərqinə belə varmadan edilən davranış olduğu bəlli idi. Tələbəmdən bu haqda soruşdum. O dedi:
    – Hə, atamız həmişə bizimlə elə danışdı. Bir qardaşım evlidir və o, da uşaqları ilə elə danışır. Mən də həmişə elə danışacam.
    Tüklərim biz-biz oldu. Atasına “Maraqlıdır, uşaqlarınızla göz xəttinə enərək danışırsız” dedim. O, bir az təəccüblə gülümsəyərək:
    – Bəli, axı onlar da balaca insanlardır.
    O qədər təbii baxırdı ki, mənə, gözləri “Sən belə etmirsən ki?” soruşurdu sanki. Mənimsə verdiyim tək cavab utanc bir gülümsəmə idi.
    İkinci diqqətimi çəkən isə onun qardaşının davranışı oldu. Çox zəngin bir biznesmen olan bu insana çay əsnasında zəng gəldi və sabah önəmli bir görüşdə iştirak etməsinin vacibliyi bildirildi. O, isə belə cavab verdi: “Mənim sabah eyni saatda daha vacib görüşüm var, başqa görüşləri təxirə salın” Daha sonra bizə belə açıqlama verdi: ” 4 övladım var və həftədə biri ilə 4-5 saat bir yerdə zaman keçiririk. Sabah qızımla görüşüm var, bunu hec cür ertələmək olmaz. Uşaqlar tez böyüyür, bir də baxırsan böyüyüb və sən heç uşaqlarınla zaman keçirməmisən”
    Öz uşaqlarıma içim yandı. Daha sonra uşaqlığıma yandı içim. Və son dayanacaq bütün ölkəmin uşaqlarına yandı içim.
    Heç kəsə hirslənə bilməyəcəyimi anlayıb “Bundan sonra nə edə bilərəm?” haqqında düşünməyə başladım. Tələbəmin böyüdüyü mühiti görəndə, onun seçdiyi o insanla nişanlanmasına daha yaxşı məna verə bilirdim. Atası hər dəfə onunla göz xəttinə əyilib danışanda, uşaq “Sən varsan, təbiisən, olduğun kimisən, dəyərlisən, güclüsən, sevilməyə layiqsən” mesajını alıb və onun RUHu bəslənib.
    Uşağı ilə görüş vaxtına sadiq qalan ata “Səninlə vaxtımı keçirmək istəyirəm, sənin üçün darıxmışam” sözlərini onun bütün ruhuna yayır. Uşaq bunu yalnız sözlərdə yox, əməllərdə duyur, uşağın xəmiri “Mən sevilməyə layiq biriyəm” düşüncəsi ilə yoğrulur.
    Və o, uşaq gələcəkdə bütün insanlara “sevilməyə layiq biriləri” kimi baxır.

    Bir ata-ananın övladına verə biləcəyi ən böyük miras, sevgi ilə böyümüş, bəslənmiş və buna inanmış güclü bir CANdır.

  • Hikmət MƏLİKZADƏ.”Ömrün payız sehri” (Məqalə)

    10304351_268609333324646_7910328543693681828_n

    Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.

    Bizə elə gəlir ki, tale izharları yaradıcı şəxs üçün həyat qayəsidir; çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Buna görə həyata bağlılıq insan düşüncəsində əsas yerlərdən birini tutur. Zənnimizcə, şeirlərinin hamısında vətən, yurd sevgisi sərgiləyən, oxucularına bütün fəsillərdə payız sehri əta edən gənc şair Kənan Aydınoğlunun yaradıcılığında da əsas qayəçi ruh həyat və tale məsələlərinə sirayətetmə ilə təzahür edir. Bu zəruri faktı onun 2010-cu ildə Aida Rəhimovanın redaktorluğu ilə “MK” nəşriyyatı tərəfindən buraxılmış “Ömrün yarı yolunda” şeirlər kitabında da dəqiq müşahidə etmək mümkündür. Səmimi deyək ki, kitabda öz ənənəçilik ruhu ilə diqqət çəkən təbiət gözəllikləri, vətən, torpaq məhəbbəti, haqqı dərketmə, sevgi ahəngi və s. də məhz həyat-tale fonunda oxucuya çatır. İlk əvvəl deyək ki, kitabdakı şeirlər müxtəlif janrda – qoşma, gəraylı, bayatı, təcnis, rübai, qəzəl və ithaflar fonunda təzahür edir və janrlararası səsləşmələr, fikirdaxili ümumiləşmələr və s. kitabın bədii məziyyətlləri barədə dəqiq fikir ifadə etməyə əsas verir.
    “Ömrün yarı yolunda” şeirlər kitabında duyğu əsas göstəricidir. Bu kodeks kitaba daxil edilmiş janrları bütünlükdə əhatə edir. Yaradıcılıq qayəsi vətən məhəbbəti olan gənc şair istər qoşmalarında, istər gəraylılarında, istərsə də digər janrlı şeirlərində bu prosesi mövzudaxili poetikliyə cəlb edir, oxucuya xoş anlar yaşadır, bədii fikir ətrafında müasir yanaşmalara diqqət çəkməklə əsas məğzi lirik ovqatlara bükür.

    …Erkənmi sevginin dadını duydum,
    Öyrənə bilibsən üzümdən mənim?!

    ***

    Sənin qoynuna gəlmişəm,
    Sən könlümü al, a dağlar…
    Belə düşünək ki, xoşovqat ya

    naşma Kənan Aydınoğlunun yaradıcılıq cəhdləridir. Bu cəhdlər oxucunu bir az duyğu selinə batırırsa, bir az da giley-güzara tuş edir. Onun əksər şeirində oxucu həm ruha rahatlıq bəxş edən sakitlik görür, həm də qəlbə acı qədər sirayət edən rahatsızlıq da aşkarlayır. Bu müxtəliflik şairin bədii dərkində məsuliyyət yükü kimi diqqət çəkir, eyni zamanda oxucu bu zəruri yanaşmada bir həyat elementi axtarır. Bu axtarış onu mübarizliyə səsləyir, onda sabaha inamı artırır. Bu kimi təsiretmələr şübhəsiz, gənc şairin yaradıcılıq uğurudur.
    Kitabın əsas süjet xətti, yuxarıda dediyimiz kimi, torpaq, el-oba, ümumi fonda vətən-insan sevgisidir. Müəllifin isə bu yaşda öz oxucusuna bu tərz sevgi aşılaması açığı, bizdə təəccüb doğurur; əslində onun ictimai dərketməsində bir nizamlanma var və bu, onun bir qədər uzağa baxa bilməsinə zəmin yaradır. Eyni zamanda bütün cəhdlərində intizamlı olması sanki gənc şairin üzərinə yük kimi düşüb. Onun kitab boyu öyüd-nəsihət xarakterli, torpağa sevgiartırma qayəli fikirlər ifadə etməsi həyat-cəmiyyət yanaşmasından doğur.

    Durub baxdıqca dövrana,
    Səndən çıxmır başım, dağlar…

    ***

    Zamanın atdığı ox dəydi mənə…

    ***

    Dumantək dağlara çəkiləm gərək…

    Kitab boyu bu cür diqqət çəkən yanaşmalara çox rast gəlirik. Müəllif bu tip deyimləri ilə yaddaşının dərin qatlarında çırpınan həyat qayəsini oxucu marağı ilə tarazlaşdırır, həyatı tale çək-çevirməsi üçün bir növ geniş meydan hesab edir. Bu genişliyin özündə bir ictimailik əks olunur. Bəlkə də elə oxucunu bu vacib kodekslə üz-üzə qoyan bu ədəbi hissetmələrdir.
    Kitabda ağrı-acı ilə təzahür edən fikirlər də çoxdur. Bu da müəllifin yurd ağrılarından, torpaq yanğısından şaxələnir. Ayrıca, onun özündə ürək ağrısı ifadə edən şeirlərində oxucu bir mübarizlik də görür.

    Təzələnsin yaddaşım,
    Qoy ağlasın dağ-daşım.
    Tarixi həqiqətdən
    ibrət alsın qardaşım –
    Xocalım, ay Xocalım…

    ***

    …Qorxma, mərd ol,
    çəkinmə sən.
    …üsyan elə, Azərbaycan!

    Ağrı-acıdan mübarizliyə, sadə hissdən zəruri yurd sevgisinə cığır açmaq Kənanın yaradıcılıq meylləridir. Bu meyllər oxucu diqqətini üç vacib məqama çəkir: həyata baxış, gerçəkliyə inanma və hissi qavramalara əsaslanma. Bu kodeksləri “Ömrün yarı yolunda” kitabının oxucu-şair yanaşmalarına bədii keçid kimi də qəbul etmək olar. Birincisi, ona görə ki, müəllif dediyimiz kimi, yaşının gənc çağındadır, ancaq əxz etdikləri real zəminə əsaslanır; ikincisi, ona görə ki, kitabda yer almış şeirlərin əksərinin obraz və şəkilləri poetik quruluşludur və özündə mürəkkəb həyati məziyyətlər ifadə edir.
    Maraqlıdır ki, Kənan Aydınoğlu qoşma xüsusiyyətində təzahür edən ədəbi məziyyətləri gəraylı tipində də xarakterizə edə bilir. Adıçəkilən kitabda yer almış gəraylıların çoxunda bu proses dəqiq ünvanını göstərir.
    Kənan kitab boyu səmimi hisslər yaşadan şeirləri ilə poetik-ictimai məğzli fikirlər ifadə edir, oxucusunu real hissi münasibətlərə kökləyir və ünsiyyəti insanlıq dərki kimi verir. Bu fikri-zəmində o, həm də bir həyat qaynarlığı göstərir. Gənc şair təxminən 270 səhifəlik ikinci kitabında həm də dediyimiz kimi, həyat-tale məsələlərini qabardır, uyğun fikirlər ifadə edir və xoş ovqata meyli artırır. Bu yanaşma kitab boyu oxucuda nikbinliyə keçidi təmin edir.

    Qapımı döyür yenə
    hicran, həsrət, ayrılıq.
    Gəl, aç qapını!…

    ***

    Ömrümün günləri bir qatar kimi
    gəlib bir anlığa gözümdən keçir…

    ***

    …Bethovenin nəğməsini
    eşitmək istəmirəm,
    ondansa Şopeni çağırın,
    gəlib otursun
    piano arxasında…

    Çox diqqət çəkən haldır ki, “Ömrün yarı yolunda” kitabı Kənanın həyat-tale hesabatı kimi təsir bağışlayır. Bəlkə də müəllif bunu dərk etdiyindən kitaba uyğun ad qoyub. Doğrudan da, kitabdakı şeirlərin çoxu janrından asılı olmayaraq özündə bir haqq-hesab çək-çeviri yaradır. Bu da müəllifin yaşam dünyasından, hadisələrə dəqiq baxışlarından və müqayisələri düzgün apara bilmək bacarığından qaynaqlanır.
    Bilirik ki, həyatın qaynar çağları insan fikrinin ən dəqiq anları üçün şərait yaradır. Bədii fikir çox vaxt məhz bu anlarda formalaşa bilir. Bu zəminyaratma həm də bədii fikrə fəlsəfi yanaşma verir. Heç şübhəsiz, gənc şair Kənanın yeni kitabı da bu zəminə əsaslanır. Və ən vacibi, kitabda əsas arqument yaddaş tərpənmələridir; müəllif burada reallığa varid olmağın yolunu ictimai uyarlıqla xarakterizə edir, insanı qeyri-yanaşma girdabından çıxarır. Bu kitab oxucunu daha çox mübariz insan olmağa, kamilləşməyə, müdrikləşməyə təhrik edir. Əbəs yerə deyil ki, müəllif özü də kitab boyu (şeirlərinin çoxunda) insanı ictimai varlıq qayəsində kamil özünüdərk kimi xarakterizə edir.
    Kitabda rəğbətqazanma, mübahisələrdə qalibgəlmə, düşmən qazanmaqdan qaçma və s. kimi həyat zərurətləri barədə də fikirlər yer alır. Müəllif bu yanaşmada həyatın yaşam sirrinə diqqət çəkir və bu əhatədə bir test-yanaşma aparır. Bu təcrübədə uğur qazanan fərd həyatın qayəcə dürüstolmada məqbulluğuna əmin olur.
    Kitabın əsas ictimai məğzlərindən biri fərdi münasibətlərdir. Müəllif bu zərurəti bir az da fəlsəfi həyat keçidləri ilə rəngləyib. Həmçinin, bu sırada işgüzar adam olmağın səbəbləri, işgüzarlıq psixologiyasının bəzi sirləri də gerçək təqdimetmələrlə diqqətə çatdırılır.
    Kitabla bağlı daha geniş təhlil işi aparmaq olardı. Təəssüf ki, bir yazı miqyasında bunu etmək mümkün deyil. O səbəbdən, yəqin ki, gənc həmkarımız bizi başa düşər.
    Əminik ki, gənc şairin “Ömrün yarı yolunda” kitabının ictimai həyatımızda öz yeri olacaq.

  • Hikmət MƏLİKZADƏ.”Vaxtsızlıq və vaxt təzahürü” (Məqalə)

    10304351_268609333324646_7910328543693681828_n

    Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.

    Ənənəvi-modern üsluba sirayətetmə bir çox qələm sahibinə yeni ədəbi meyllərə çıxış üçün belə deyək, bir zəmin yaradır. Duyğusal-ruhsal əhatədə ovqatdəyişmə məğzlərinə xüsusi önəm verən istedadlı şair Xatirə Fərəcli də bu ədəbi missiyanın önündə gedənlərdəndir. Səmimi deyək ki, Xatirə Fərəclinin şeirlərində ictimai-ədəbi və bədii ovqatdəyişmə mütabiq əksetdirmədir; bu məğzin fəlsəfi-ictimai dərkində vizual yüksəlməyə meyl mistik hissetmələrdən bir qat yuxarıda təcəlla edir. Bəlkə də bu səbəbə poeziya adlı «materik»in «iqlim qurşağı» dəyişkən xarakterlidir.

    Vaxtsız yağmış qar altda,
    Qar altında qalan şiv,
    Haqladı səni bu qar;
    Yarpağını tökməmiş
    O fəsli qarşıla,
    Bu fəsli yola sal…

    Bu şeir vaxtsızlıq və vaxt zərurətinə ən gözəl nümunələrdən biridir. Xatirə xanım vaxtın yedəyində vaxtsızlığa zəmin yaradan mistik-fəlsəfi və bir az da sürreal vəziyyətlərə modern münasibət sərgiləməklə oxucuda yüksək əhval yaradır. Və bu şeirin təsirinə düşdükdən sonra belə qənaətə gəlirik ki, ümumiyyətlə dünyəvi enmədə fikir dürüstlüyü bəlkə də qlobal məsələdir. Sözün varid olduğu hər kəs bu məsələyə münasibətdə eyni fikir ifadə etmir. Xatirə xanım bu mənada özünün məqsədəçatma reallığında sadə seyretmələrə deyil, mümkün dərketməyə sirayət edir; nəticədə zahirə baxışla daxilə keçiddə bir ortaqlıq yaradır. Və diqqət yetirsək, görərik ki, onun yuxarıda nümunə kimi gətirdiyimiz şeirinin də ədəbi keçid anı məna və məzmunda qabaran ictimai-həyati təsiretmə ilə təzahür edir, üstəlik bu və buk imi şeirlərin ictimai seyretməsi həyat zərurətləri, metafizik (metahissi) əhatədə ruhi təcəlladır. Bu modern-fərqli aspekti müəllifin həyat formatı kimi də qəbul etmək olar.
    Zəruri-ədəbi münasibətdə əksləşmə cəmiyyətə bəzən faydasızlıq gətirir. Xatirə xanım bunu dəqiq bildiyindən əxlaq, din, zaman və həyat zərurətlərini bayağı səmtlərdən yayındırır, təfəkkürləri doğru ünvana itələyir. Şübhəsiz, bu zəminə görə onun yaradıcılığında cəmiyyət-həyat reallığı zaman-vaxt cəhdləri qədər önəmlidir və bu şeirlərdəki ruhsallıq özünün modern ovqatdəyişməsi ilə daha təsirlidir.

    Sarı ilan tək
    Boynuma sarılır tənhalıq xofu.
    Bir kimsəyə isinməyən
    ürəyimin soyuğunda,
    sazağında üşüyürəm.

    Şübhəsizdir ki, son altmış ilin ədəbi çək-çevirləri bir qolunu sürreal-mistik səmtdən götürür. Səmimi deyək, bu istiqamətin beynəlxalq aləmə çıxışı çox olsa da, yalnız bir neçə səmtdə zəruri əbəbi miqyaslar görünən əhatədədir. Bu yöndə sevinə biləcəyimiz məqamlar var. O məqamlar ki, real bədii hissiyyatlara varid ola bilmək üçün bizə stimul verir. Zənnimizcə, modern ovqatlı, yeni ədəbi meyllərə səmt götürmək marağı (çoxlarından) bir qat artıq olan istedadlı şair Xatirə Fərəclinin real yanaşmada mistik-fəlsəfi ovqatdəyişmə manevretməsi bəlkə elə bu modern-hissi yüksəlmədə israrlı olmasından irəli gəlir. Bu fikrə onun ictimai-ədəbi ovqatına bükülə bildiyimiz şeirləri də əsas verir. Cəmiyyətlərin həyat və tale kodekslərini (qismən) özündə ehtiva edən bir sıra mənbələrə nümunə göstərə biləcəyimiz bu şeirlərin süjet xəttində ruhsallığa meyl, tale, əhatəli zaman və bir də ən əsası, mövcudluğa əks insan baxışı durur. Ümumiyyətlə, son illər bu israr yeni meyllərə səmt verir və Xatirə xanım da öz ovqatdəyişmə missiyasını bu əhatədə var-gəl etdirir; onun sadə-vizual enmədən müasir-mistik-fəlsəfi və ədəbi yüksəlməyə əhatəli baxışlar sıçratması fəlsəfi-ictimai məğzlərə tam bələd olması ilə xarakterizə edir.
    Bəri başdan deyək ki, Xatirə xanımın «təhlilə cəlb etdiyimiz şeirləri yeni poetika qurmaq iddiası güdmür; əksinə bu istiqamətdə mövcud qarışıq vəziyyətlərin açılması, fikirlərrarası gerçək ədəbi prosedurların uyğun xarakterə salınması üçün əsas verir. Və sevindirici haldır ki, müəllif bu şeirlərin poetika və məzmun qavramasını, müasir cəmiyyət reallığını, kamilləşmədə müdrikləşmə məğzlərini, Allahın yeganəlik faktını və s. nüansları yeni baxış və düşüncəyə hesablaya bilib. Ən azından bəlkə də buna görə onun şeirləri insanı bütünlükdə duyğusal bir səmtə aparır – o səmt ki, çoxumuz onun həsrət çalarlarına bükülmüşük və hər ötən gün bizi ona yaxınlaşdırır.

    Aramağa dostum yox,
    Qınamağa düşmənim.
    Başım adam küyündə…

    ***

    …Hər dəfə naxələflik,
    Saxtalıq görəndə
    Eybəcərləşəcək o dünya.

    Xatirə xanımın şeirlərinin ictimai-mistik və fəlsəfi qatlarında yeni meyllərə modern bir yanaşma da var; müəllif səliqəli və ütülü fikirləri ilə (bir fərd olaraq) onu ruhsallıqdan uzaq salan cəmiyyət axınına qarşıdır, müasir yüksəlmə ilə tanışlıq onu həyat qaydaları ilə uzlaşmada israrlı edir. Nəticə etibarilə o, mənəvi sınmalara zəmin yaradan fiziki görkəmləri labüd mütləqə itələmək və işıqlı aləmə uzanan qapılara yol yormaq niyyətindədir.
    Bunu da səmimi deyək ki, ömür boyu çoxlarının fərqində olmadığı həyat izharları Xatirə Fərəcli üçün nə vaxtsa fərqində ola biləcəyimiz həyat qayəsidir. Çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Bu mənada, onun şeirlərində əsas qayəçi ruh mümkün qədər həyat və tale məsələlərinə sirayətetmə ilə təzahür edir.
    Yuxarıda misal gətirdiyimiz şeir parçalarında və onlara söykək olan digər şeirlərdə ruhsal sevgidən sıyrılma, ciddi sosioloji problemlərdən sayılan ünsiyyət modeli sanki araşdırmaya cəlb olunub. Burarda həm də bir cəhət üzə çıxır: fərd və zora məğlubolma ibtidaidən düzgün təyinetməyə uğramayıb, buna görə mənəvi sınmalara israrçı baxışlar çoxdur. Bu mənada, deyə bilərik ki, Xatirə xanımın bu tip şeirlərinin ictimai məğzi bir az da taleqavramadır.
    Apardığımız təhlillər göstərir ki, hissi dərketmədə ovqat dəyişəndir; buna da real təsiretmələr zəmin yaradır. Xatirə xanımın ovqat dəyişməsi onun dəyişən meyllərə fərqli baxışıdır. O baxış ki, poetika-məzmun kodekslərini dürüst mənalandırır.
    Səmimi deyək ki, Xatirə Fərəclinin şeirlərinin əksərində (düşünürük ki, bir-bir ad çəkməyə lüzum yoxdur) insan-mənəviyyat dəyərləri, mentalitet – milli kimlik məsələləri zahiri baxışlara, daxili enmələrə öz ictimai dolğunluğu ilə sirayət edir. Sevindirici haldır ki, bu təsiretmədə oxucu yaddaşı da itilənir.
    Və zahiri mənada insan yüksəlməyə meyllidir; həyata uyğunlaşa bilməmək bu zərurətin mənsəbidir. Yəqin bu xüsusda Xatirə xanım ömür-tale məğzlərini hərdən ictimai kəsərsiz hesab edir. Bu gerçək situasiyanı onun əksər şeirinin ədəbi missiyası vasitəsilə də xarakterizə etmək mümkündür.
    Mənən aşağılanan insan seyretməsində də hissi-düşüncə kənar şəxsin, seyrçi fərdin ovqatını təlx edir. Məhz buna görə Xatirə xanım ədəbi uzaqgörməsi hesabına öz şeirlərini mənəvi-ədəbi sarsıntıdan qoruya bilir. O, haradasa bütöv yaradıcılığını bu tərz aşınmadan kənar etmək israrındadır.

  • Tural SAHAB.”Göy qurşağı” (Köşə yazısı)

    1545553_10203040697648544_1046483349_n

    – Baba, ay baba niyə Göy qurşağı bu qədər rəngarəng və bu qədər uzaqdı bizdən?
    – Bilmirsənmi, ay bala?!- sən ki, bu qədər məktəb oxudun, diplomların var
    – Yox, yox ay baba kitablar doğrunu demir, məncə. Kitablar aldadır bizi, məsələn Tahir və Zöhrə yaşayıb deyir kitablar, ancaq həyatda nə Tahirlər yaşayır, nə Zöhrələr. Nə olar ay baba mənə Göy qurşağının nağlını danış, kitabları unutmaq, həqiqəti danmaq, yalnız sənin nağıllarında yaşamaq istəyirəm
    – Dinlə o zaman, ay oğul sənə Göy qurşağının, sevginin hekayəsini danışacam.
    Bir zamanlar igid bir oğlan yaşayırmış, bir də bu oğlana sevdalı yeddi gözəl qız. Qızlar onu çox sevsə də o kimsəcikləri sevməz, kimsəyə ümid verməzmiş, ancaq yenə də bu gözəl qızlar onu sevməkdən əl çəkmir, ona rəngarəng xalçalar hörür, sevdalarını bu cür dilə gətirirmişlər. Bir gün oğlan savaşların birində ölür, qanlı cəsədi gəlir yaşadığı yerə. Qızlar bu dərdə dözə bilməyib dağlara doğru qaçmağa başlayırlar, o qədər qaçırlar ki, artıq dünya bitir, göy üzü başlayır. Dünyada gözəl xalçalar toxuyan bu qızlar özləri xalça kimi göy üzündə qalırlar. Oğul onlar hər zaman oradadırlar, sadəcə biz onları görə bilmirik. Dünya çox çirklənir, yalnız yağmurlardan sonra kirlər yuyulur və biz onları görə bilirik.
    – Bəs mən də qaçsam, dağlara doğru, görəsən çata bilərəmmi göy üzünə?
    – Yox, ay oğul . Sən çata bilməzsən, çünki sən yerin kürə formasında olduğunu bilirsən. Bilirsən ki, qaçsan uzaq başı hansısa ölkənin sərhəddini keçəcək və öldürüləcəksən. Onlar isə bilmədən sərhədləri, kitabları qaçdılar, qaçdılar və göy üzünə ulaşdılar.
    – Çox acı danışırsan ay baba, canım yanır hər sözündən, hər söhbətindən.
    – Canını acıdan mən deyiləm, ay oğul yaşadıqların, daha doğrusu yaşaya bilmədiklərindir.
    – Baba, insanlar niyə bu qədər vəfasız olub, insanlar niyə sevməyi, gülməyi unudub?!
    – O dağları görürsənmi?
    – Bəli
    – Bəs, o dağların üzərindəki buludları?
    – Bəli, görürəm ay baba
    – Bəs, o aradakı boşluğu görə bildinmi?
    – Nə yalan deyim, heç ağlıma belə gəlmədi oradakı boşluq
    – Görürsənmi, ay oğul. Sən ora baxanda yalnız dağların zirvəsi ilə buludları gördün, görmək istədin. Buradan sənə elə gəldi ki, onlar bitişikdi, ancaq onların arasındakı məsafənin nə qədər olduğunu sən də çox gözəl bilirsən. Bax həyat da belədir. Düşün ki, zirvələr beşiyin, göy üzü isə məzarındır. Ancaq burada bir şey var ki, həqiqəti görmək üçün yaxınlaşmaq yox, uzaqlaşmaq gərəkdir. Uzaqlaşdıqca anlayacaqsan ki, əslində beşikdən məzara olan yol o qədər də uzun deyil, ancaq insanlar bunu bacara bilmir, özlərindən dünyadan ayrı qalmağı bacarmırlar. Onun üçün də sevməyi, gülməyi hər zaman sabahlara ərtələyirlər, sabahlar isə çox zaman gəlmir
    – Bir şey də mən deyimmi, ay baba?
    – De, sənə qurban olum
    – Bu qədər yaşamısan, ancaq sözlərin, fəlsəfənin acıları dindirə bilməyəcəyini öyrənə bilməmisən, bilsəydin bu cür danışmazdın
    – Bala, axı sən dedin Göy qurşağının nağlını danışıb
    – Sən Sadəcə göy qurşağının nağlını deyil, ölümünü də dedin ay baba, sən də kitablarda fərqsizsən
    – ………..
    – Daha yaşaya bilmirəm mən, mənə gor qaz ay baba
    – Axı, ay oğul o goru sən mənim üçün qazmalısan
    – Yox, ay baba sən goru qaz mənim üçün, göy üzünə gedən yol torpağın altından keçir, mən də buna inanıram, sən demədinmi, inansaq başara bilərik. Mən Göy qurşağına getmək istəyirəm, göz yaşlarımı buludlarla siləcəm. Mən gedən bütün sevgililərin saçlarına yağmur olub yağacam
    – Oğul, sənin gorunu daha mən qaza bilmərəm, sən Göy qurşağına çoxdan çatmısan

  • Oktay HACIMUSALI.”Anadoluda Xarıbülbül sevdalı bir şair” (Məqalə)

    10585524_550119735111527_1369820917_n (1)

    (Türkiyəli şair Osman Başın “Xarıbülbül” kitabını vərəqləyə – vərəqləyə süzülüb gələn düşüncələr)

    Türk Türk olalı, dərdinə sarıldı. Amma ağlamadı, gözlərində düşməninə nifrət, dostuna sədaqət yaşadı. Onun ümidləri gözlərindən oxundu. Sevdasına sarıldı həm də. Çünki, sevdasından böyük, sevdasından ulu, sevdasından qutsal heç nə yox idi və ola da bilməzdi.
    Bir eşq nağılına qulaq asdı. Bir sazın incə melodiyaları səsləndi qulaqlarında. Anasının laylası, atasının dağdan ağır nəsihəti hər daim onunla idi. “Oğlum, unutma ki, biz Türkük” – deyən bir ananın. “Hər zaman doğru ol, doğruya zaval yoxdur” – deyən atanın sözləri, söhbətləri aldı onu bu günlərə gətirdi.
    Türk Türk olalı, bayrağını sevdi. Dalğalanan Türk bayraqları önündə diz çökməsini,öpüb başının üstünə qoymasını bildi. Göy üzü qoşa dalğalanan bayraqlarla bəzənəndə Türkün qürur mənbəyi həmin bayraqlar olur.

    Göy üzü al bayraqlarla bəzənəndə
    Qardaş bayraqlara külək oluram.

    Göy üzündə dalğalanan qoşa bayraqlara heyran olan, onun uğrunda hətta külək olub əsməyə hazır olan Türk görün övladına nələri tövsiyə edir:

    İtkin səhraların tənha balası,
    Göylər dağları qarşına gətirməli.
    Vətəninə hücumlar olanda
    Üfüqlərin Fateh kimi geniş olmalı.

    Hansı bir ulus, bir millət öz övladına bu qədər dəyərli nəsihətlər edib onu mərdliyə, Mübarizliyə, eyni zamanda haqqa və ədalətə, düşmənə qarşı qılınc kimi sərt, dosta qarşı həlim, yumşaq olmağı öyrədər, göstərin mənə. Göstərə bilməzsiniz, çünki dünya dünya olalı onun məhvərində fırlanan heç bir ulus dünyaya, Tanrıya, onun yaratdıqlarına Türk qədər sayğılı olmayıb. Onu və Onun yaratdıqlarını heç kim Türk qədər sevməyib. Amma heç bir ulus da Türk qədər Onun və yaratdıqlarının hüzuru üçün qılıncını qından sıyırıb qəza etməyib. Qutsal savaşlara qatılmayıb. Fərq etməz bu nədir, Görklü Göy Tanrının yaratdığı hər bir varlıq bu ulus üçün qutsaldır. Şuşada, Cıdır düzündə bitən Xarıbülbül də ola bilər bu, dağlarda əzəməti ilə hamını özünə heyran edən məğrur baxışlı şahin də. Gül də, çiçək, quş da, böcək də, hər şey qutsaldır ona görə. Amma ən əsası onun üçün qutsal olan Ana torpaqdır.

    Bura insanlara dayan deyilən yer,
    Bir alov məşəlinin min dərd üçün yandığı yer,
    Ural – Altay kimi köklü çinarı
    Qaşqara kimi uzanan könül gözü
    Günəşin sulara təslim olduğu
    Küləyin buludları əydiyi yer.

    Ana torpağı qutsal bilən, ona toxunanın gözlərini oymağa hazır olan Türkün nəzərində bayrağı harda dalğalanırsa, Tanrının nəfəsini hara qədər apara bilibsə, gözü, könlü haranı özünə Vətən sayırsa, ora onun yurdudur, ora onun Vətənidir. Və o, Vətən bildiyi torpaqlara səslənəndə bu cür səslənir:

    Ey ürəyimin dalğaları!
    Qaf dağı boyda sevdalarım
    Həsrətim, vurğun olduğum Xəzərim…
    Bilirəm tanıyırsan məni
    Balıqlar, qağayılar kimi
    Yaxınam sənə;
    Dağlar kimi, üfüqlər kimi
    Xarıbülbül kimi uzağam sənə…

    Türkün səbri genişdir. Susub gözləməyi bacarır. Amma intiqamı, qəzəbi və düşmənə qarşı savaşı çox ağır olur. Əslində, bunu bilənlər bilir. Elə ona görə də daim Onun başını qatmağa, xırda – xuruş işlərə müsəllət etməyə çalışırlar. Bilirlər ki, nizami – Aləm onun sancağının asıldığı yerdən başlayır. Çünki anası Türkü bələyəndə, ona baldan şirin laylalar oxuyanda:

    Biz Türkük, oğul! Sazı ilə, sözü ilə, inancı ilə…
    Bu dağların hər qarşının
    Dostluğu da, yarlığı da Türkdür…

    -deyib ana südü ilə canına, qanına milli – mənəvi dəyərlərini, kimliyini hopdurub, onu özündən uzaqlaşmamağa səsləyib. Çünki, Türk özündən uzaqlaşdıqca əsirə çevrilib. Çünki, Türk özündən uzaqlaşdıqca başı kef – damağa, eyş – işrətə qarışıb, təkrar özünə gəlib toparlanması isə bir çox mətləblərdən uzaq düşməsindən sonra baş verib. Amma, eyni zamanda Türk müharibə istəmir, Türk savaşçı olduğu qədər sülhün tərəfdarıdır. O, bir uşağın gözlərindəki təbəssüm üçün hər şeyi qurban verməyə hazırdır. O, qəlbinin əlacını tapanda bir saniyəsi bir il kimi görünür gözünə. Yəni, nə qədər çılğındırsa, bir o qədər də sevgi doludur.

    Varlığı nə qədər gözəl,
    Dizə gəldi əbəd, əzəl.
    Bir saniyəm ilə bədəl,
    Qum saatı doldu bu gün.

    Bəli, əzəl əbədə yol gedən, hər gördüyünü, hər duyduğunu, hər hissetdiyini könül süzgəcindən keçirib bu günlərə gətirən Türk milləti və onun sevda elçiləri, şairləridir. Qarabağ həsrətimizi, Xarıbülbül nisgilimizi ulus olaraq dünyaya çatdırmağın bir yolu da heç şübhəsiz ki, şeirdir.
    Şeir nədir – misra-misra, bənd – bənd həsrətinə doğru çəkilən yol. Elə Anadoludaki Xarıbülbül həsrətli şair Osman Başın Xarıbülbül üçün, Şuşa üçün çəkdiyi yol da Şuşanın, Cıdır düzünün, İsa bulağının özü kimi uğrunda qurban olunası yoldur.

    Indi bahardayam, yolum Şuşaya
    Cıdır düzündə bülbül olacağam…
    Xarıbülbülün üstünə qonacağam əvvəlcə,
    Düşmənimə şimşək olub çaxacaq
    Dostun həsrətinə son qoyacağam…
    Bu yol qutsaldır, Osman Baş! Qəzanız mübarək!

  • GƏNC YAZAR GƏNC YAZAR HAQQINDA

    10603550_779898505387783_4889380798874696702_n

    Şəfa VƏLİ

    (Ruslan Dostəli yaradıcılığı)

    Ruslan haqqında ikinci yazıdır bu… Birincini onun haqqında elə yazmışdım ki, elə bil məktəbdə inşa yazmışdım… Orda o qədər elmi cümlələr vardı ki… Hər dəfə onu Ruslana oxumaq istədim, hər dəfə də Ruslan nəyləsə xətrimə dəydi… Oxumadım… Yaxşı ki, oxumamışam, qardaşım… İnciməzdin məndən… Axı istəyirəm inciyəsən… İstəyirəm elə sirrini açım ki, küsə biləsən… Ummadığından küsməz adam, qardaşım… Və qərara aldım ki, bu gün üçün tanıdığım Ruslandan yazım…
    Ruslan ədəbiyyatın o nümayəndəsidir ki, o heç vaxt mövzu axtarmır… Gördüyü, yaşadığı hər nə varsa, onun üçün yeni şeirdi… Elə bil bir çəmənə qədəm basır, orda nə qədər gül var, hamısını eyni cür sevir… Daha bənövşəni hüsnünə, qızılgülü ətrinə, zanbağı məsumluğuna görə seçmir.. Buna görə də onun varlığından süzülən hər söz, hər hərəkət, uşaqlıq ədası da şeir ola bilir…
    Yazmasam…

    Yazmasam, qız, sənə küsmək, incimək,
    Sənə şeir yazsam mənə iş düşür…
    Yox! Ay xanım… Sənin gözəlliyinə
    Şeir düşmür, uzaqbaşı “beş” düşür…

    Biz “beş”i onda almışıq ki, dərsimizi əzbər bilmişik, misalı düzgün həll etmişik, hər tapşırığı yerli-yerində hazır etmişik… İndi Ruslan bu misralarındaca deyir ki, Tanrının ən gözəl əsəridir bu xanım… Və Tanrı yaratdığı gözəlliklə şair ruhu qarşısında sanki imtahan verir. Axı, şair ruhu elə Tanrının özünə məxsusdur… Deməli, Yaradan öz yaratdığı ilə öz ruhu, eşqi qarşısında özünü sınayır… Və ən gözəl əsəri ilə “beş” alır… Budur, Ruslanın saflığı…
    Uşaq məsumluğu… O, qulağına gələn ilahi pıçıltını olduğu kimi barmaqlarının ucuna kimi yaşayır…Barmaqları isə telefonun klaviaturasındakı hərflərə azacıq toxunaraq yeni şeiri bizim hüzurumuzda hazır edir…
    Ruslanın elə sözləri var ki, öz aləmində bu kəlmələri elə-belə, vəziyyətə uyğun söyləyir… Və ordaca bitir sanki bu sözlərin sehri.. Yox, qardaşım, yanılırsan… Sənin bir beytin bəsdir ki, pıçıldayam… Və gözlərimi yumub rəngini ayırd edə bilmədiyim hisslərimi kitab kimi oxuyam… Oxuyam…

    Bu günkü şam yeməyində,
    Şamdan başqa heç nə yoxdu…

    Şam ömrü kimi yaşamırıqmı bütün eşqləri biz?- Yaşayırıq… Və şam yeməyi vaxtı, toran qovuşduğu vaxt daxilimizin çırpıntısını deməyə adam gəzirik… Əlacımız olsa qarşımıza çıxan hər kəsə dərddən söylənərik… Amma, əlacımız yoxdu ki… Ona görə bu söyləntilərimiz ancaq bir-birimizə yetir… Qardaş-bacı ikimizin bir-birimizin misralarında nəyin gizləndiyini anladığımız kimi, yəqin ki, bir evdə yaşadığımız qardaş-bacılarımız bilmir, Ruslan… Duymur… Odur ki, evdə hamıdan gizlətdiyini nə məndən, nə də şeirini oxuyub anlayan qələm adamının heç birindən gizlədə bilməzsən… Məmməd Araz bunu çoxdan deyib bilirsənmi ? –

    “Anadan, bacıdan gizlətdiyimi,
    Kağızdan-qələmdən gizlətməmişəm”…

    Sən də şam dərdini demisən bu misralarda… Və sanki bir ömür kitabı yazmısan… Bir də o şeirin var ha…

    Sürüdüyüm ömrümün
    Sənə kimi eybi yox…

    Burda yalan demisən… Elə o “sən”ləri ömrümüzə ona görə qatırıq ki, ondan öncəki eyiblərimizə təsəlli tapaq… Hər gələni gülərüzlə qarşılayırıq ki, ağlayaraq yola saldığımızı tez unutdursun bizə… Unutdurmur ki… Unutdurmur…Və onda da məcbur qalırsan ki, tənha skamyanın birində elə tək-tənha oturub içində ağlayasan… Kirpiklərini bir-birinə elə kilidləyəsən ki… “Kişilər ağlamaz”-deyə öyrənmisən axı…
    Çiyninə toxunan əldən diksinib ayılanda isə yanında dayanan tanımadığın adamdan soruşasan:

    Qardaş, sən Allah, deməzsən, Cəhənnəm ha tərəfdədi?!

    Budur, bax, tanıdığım Ruslan… Budur, onun “özünü döyməyi”…
    Ruhunu ovuclarıyla sıxmağı bacarmasa da yumruqlarını gözlərinə sıxıb ağlamayan Ruslan… Və “o qız”a yazdığın ən səmimi iki misra…

    Sənə bir şeir yazmışam…
    İncimə, səndən qəşəngdi…

    Sən də məndən incimə, qardaş… İncimə… Burda təsvir etdiyim Ruslan da səndən qəşəng uşaqdı… Ərköyün, şıltaq… Ədalı… Bütün bunları göstəri edən səmimi, kövrək, özünü günahkar saydığı anda ağlamağa hazır balaca Ruslan DOST ALI

  • Sülh üçün birləşək

    static_69318

    Son günlər cəbhədə baş verənlər hər kəsin diqqətini bir neçə məsələyə yönəltdi. Düşünürəm ki, bu məsələlərdən ən önəmlisi Türkiyənin bizə verdiyi dəstək, maddi-mənəvi şəkildə bizimlə birliyini göstərməsi idi. Türkiyə hər zaman Azərbaycana qardaş ölkə kimi baxmış, hətta dahi öndərimiz Heydər Əliyev bu dostluğu, qardaşlığı ən gözəl şəkildə bir millət, iki dövlət olaraq ifadə etmişdir.
    İndi də bu çətin günləri yaşadığımız zamanda türk milləti bizə dəstək oldu, bizim kədərimizi öz kədəri hesab edib dərdimizə ortaq oldu, müharibə olarsa, əsgərləri ilə yardıma hazır olduğunu bildirdi. Lakin burda diqqətinizi bəzi incəliklərə çəkmək istəyirəm: müharibə demək, daha çox şəhid, daha çox gözüyaşlı ana və valideynsiz uşaqlar deməkdir. Müharibə demək, qana qanla cavab vermək və daha çox günahsız insanların öldürülməsi deməkdir. Qarabağ müharibəsində öldürülən, itkin düşən, əsir düşən insanlarımızı düşünün. Öz yurdlarından, evlərindən qovulub çıxarılan məsum insanları xatırlayın. Öz ata-baba yurdlarını yurdunu görmək üçün gizlicə işğal altında olan torpaqlara gedən, əsir alınıb əziyyət görən insanları xatırlayın… Bir anlıq özünüzü onların yerində təsəvvür edin: sərin otağınızda oturduğunuz halda, birdən qapı vurulub açılır, bacınız, ananız, övladınız, həyat yoldaşınız sürüyərək evdən çıxarılır, kişilər gözünün qabağında edam edilir, qızlarınız, həyat yoldaşınız, bacınız və ya ananız isə təcavüzə məruz qalır…
    2-3 gündür hər səhər “inşaAllah, bu gün şəhid xəbəri oxumaram” fikri ilə xəbər saytlarına baxıram. Düşünün, müharibə olarsa, hər gün eyni ağrı ilə səhəri açacağıq, hər gün neçə ananın gözü yaşlı qalacaq, körpələr atasız qalacaq. Çünki bu, müharibədir, düşmən itki verirsə, sən də şəhid verəcəksən. Amma biz artıq şəhid vermək istəmirik, günahsız insanların ölməsini istəmirik, dünyaya sülhün hakim olmasını və müharibələrin bitməsini istəyirik. Müharibə yeganə çıxış yolu deyil.
    Bu gün günahsız insanların öldürüldüyü yeganə yer vətənimiz deyil, dünyanın hər yerində müsəlmanlar zülm görür. Hər gün İraq, Suriya, Şərqi Türküstan, Birma və s. ölkələrdə günahsız insanlar öldürülür, işgəncəyə məruz qalır. Bəs nə zamana qədər bu zülm davam edəcək? Nə zamana kimi müsəlmanlar zavallı durumda köməyi ancaq ABŞ, AB, NATO-dan gözləyəcəklər? Nə zaman anlayacaqlar ki, türkün türkdən başqa dostu yoxdur. Dini, Peyğəmbəri, Kitabı bir olan İslam dövlətləri nə zaman birləşməyi düşünəcəklər?
    İslamın müqəddəs kitabı Quran insanları sülhə, birliyə, bərabərliyə çağırır. Günahsız bir insanı öldürən şəxsin cəzasının əbədi cəhənnəm olduğu bildirilir. Quran bağışlamağa, əfvediciliyə, mərhəmətə təşviq edir. “Qonşusu ac ikən tox yatan bizdən deyildir”, – deyə buyuran Peyğəmbərin (səv) ümmətiyik biz. Və bu ümmətin fərdləri hazırda dağınıq haldadır, ona görə, İslam düşmənləri hər yerdə məsum müsəlmanları öldürür, incidir, işgəncə edir. Məsələnin həll yolu, əslində, çox sadədir: İslam ölkələrinin birliyi.
    İslam birliyini qurmaq, İslam ölkələrinin birləşməsi heç də çətin deyil. Azərbaycanla Türkiyənin birləşməsi məhz bu birliyin əsasını qoya bilər. Başda qeyd etdiyim kimi, Türkiyə heç zaman Azərbaycandan dəstəyini əsirgəməmişdir. Prezidentimiz cənab İlham Əliyev: “Türkiyə bizim müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur. O gündən etibarən dəstəyini əsirgəməmişdir. Türkiyə hər zaman bizə dəstək olmuşdur. 21-ci əsr Türk dünyasının əsri olacaqdır”, – sözləri ilə bu dostluğu çox gözəl şəkildə vurğulamışdır.
    Qurulmasını çox arzu etdiyimiz İslam birliyi isə yalnız İslam dünyasına deyil, bütün dünyaya sülh və rahatlıq gətirəcək. Çünki İslam birliyi sevgi birliyidir, könül birliyidir. Bu birliyin təməli sevgi, fədakarlıq, yardımsevərlik, mərhəmət, anlayışdır.

    Aysel Vəlizadə

  • İnsanın xoşbəxt olmasının sirri

    10487043_1428299980787255_1081544755_n

    “Artıq nə edəcəyimi bilmirəm, belə bir şey necə ola bilər, düzəlməsi artıq mümkün deyil”…
    Bunlar bir çox insanın tez-tez istifadə etdiyi və ətrafındakılardan də eşitdiyi sözlərdir. Ümidsizlik ifadə edən və ardından da kədəri gətirən bu ifadələr əslində bu insan xarakterini də bizə təqdim edir.
    Kədərə meyili olan insanlar bədbəxtlik və çətinlik üçün hər an bir bəhanə tapacaq qeyri-adi qabiliyyətə sahibdirlər. Hər hansı bir mövzuda mütləq problem çıxaracaq mənfi bir şey taparlar. Haqsızlığa məruz qaldığını düşünmək, içinə qapanıb yanlızlığı seçmək, küsəyənlik, eqoizm, hadisələri yanlış şərh etmək bu insanların yanlış əxlaqındakı təyin edici xüsusiyyətlərdəndir.
    Keçmişdəki səhvlər, deyilən hər hansı bir söz, gecikən avtobus, iş yerindəki bir problem, yeməyin gecikməsi, istədiyi şeyi o anda əldə edə bilməmək, hər hansı bir mövzudakı unutqanlıq, qısası, hər mövzu bu insanlar üçün kədər səbəbidir. Hətta bu insanlar heç bir fayda verməməsinə baxmayaraq, keçmişdəki hadisələri xatırlayıb bundan ötrü kədərlənə bilirlər.
    Bu ruh halının bir nəticəsi olaraq solğun baxışlı, üzü qırışmış insanlar ortaya çıxır. Bu insanlar çətinliklərini kədərə, kədərlərini də mübahisə edən, bədbin bir şəxsiyyətə çevirirlər.
    Bu insanların ortaq problemi iman zəifliyidir. İman etdiklərini söyləsələr də əslində gerçək mənada iman gətirməmiş, Allah’ı lazımi kimi tanımamışlar.
    Kədər səbəbi kimi qəbul edilən hadisələrin hamısı xüsusi olaraq var edilir. Dünya imtahan yeridir. Yəni gözəl, yaxud da pis davranıb-davranmayacağımızın sınanması üçün göndərildiyimiz bir yerdir. Xəstəlik, terror, iqtisadi böhran, məktəb imtahanlarında müvəffəqiyyətsiz olmaq, yeməyin yanması, avtomobilə və ya evə dəyən ziyan, təyyarənin gecikməsi, birindən pis söz eşitmək… Bunların hamısı bir-bir və ya bəzən də eyni anda insana imtahan olaraq verilə bilər. Bu həqiqəti bilən insan ümidsizliyə, kədərə ya da çətinliyə düşməyəcəkdir.
    Bir çox insanın, hətta iman edən bəzi insanların da xəbərdar olmadığı gerçək isə Allah’ın kədəri haram buyurmasıdır.
    Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz! (Al-i İmran surəsi, 139)
    Kədər məqbul bir davranış deyil. Peyğəmbərimizin (səv) həyatından nümunələr verərək kədəri normal göstərməyə çalışanlar böyük yanılqı içindədirlər.
    Unutmayın ki, hər nə olursa-olsun, insanın kədərdən uzaq olması, kədər qaynağı kimi görünən hadisələrdə xeyirləri görüb gözəlliyə çevirməsi çox asandır. Bu mövzuda veriləcək qəti bir qərar mənfiliklərdə də gözəllik və xeyir olduğunu görməyə vəsilədir.
    Qədərin varlığını bilən, Allah’ın iman edənlər üçün hər hadisəni xeyirlə yaratdığını qavrayan insanın çətinliyə düşməsi mümkün deyil. İnsanın xoşbəxt olmasının, hər an ümidvar olmasının tək yolu iman etmək və Allah’ın məmnun olacağı şəkildə yaşamaqdır. Əks halda xoşbəxt yaşamaq mümkün deyil.

    Nəzakət Bədirova

  • Tural SAHAB.”Doqquz milyon ölmədən olmaz…..!” (Köşə yazısı)

    1545553_10203040697648544_1046483349_n

    Bu yazımda bir çox mövzulara toxunmaq istəyirəm. Bu günlərdə həyacan və sevincimiz qələbə həsrətimizə qarışıb, biz qələbə istəyirik.
    Qələbə nəticədir, bəs biz nəticəni yaradacaq səbəblərə sahibikmi?!
    Qılınc və qələmi eyni gücdə, hətta bəzi məqamlarda qələmi üstün tuturlar, bəs bizim qələmlərimiz necə, onlar da savaşmağa hazırmı?!
    Son günlərdə nə yazıq ki, qılınıcımız kəskin olsa da, qələmlərimiz ya susdu, ya da özünü doğrultmadı.
    Özgə zamanlarda azad sevgidən, pornodan ağız dolusu yazanların çoxsu, bu günlərdə susdu vəya dəstək olmaqdansa dövləti suçlamaqla məşğul oldu.
    Əhalini məlumatlandırmaqla görəvli olan saytlar reytinq xatirinə yalan- yalnış xəbərlərlə təşviş və xaos yaratmaq istədilər. Bilərək vəya bilməyərək.
    Halbuki, qələmlərimiz bizi qələbəyə, savaşa səsləməliydi. Axı qələm kütləni qələbəyə də, məğlubiyyətə də apara bilər.
    Bəli, qələbə nəticədir. Səbəblər isə savaşa hazır olmaq, millət ola bilmək, birlik ola bilmək, “ doqquz milyon ölmədən, öldürülmədən bu torpaqlarda bizə qalib gələ bilməzlər” ülküsünə sahib ola bilməkdir. Bəli, bu qədər insanıq birlik olsaq bizim hamımızı xəzər dənizinə tökmədən bizə qalib gələ bilməzlər. Yetər ki, qələbəyə, haqlı olduğumuz savaşa hazır olaq.
    Birinci Qarabağ savaşında xanımlarımız da savaşırdı, ancaq mən bu dəfə istəmirəm heç bir Azərbaycanlı xanımı cəbhədə qurşun yağmuru altında olsun, istəmirəm analarımız, bacılarımız düşmənlə üz- üzə gəlsin, axı hələki bizlər varıq, bizlər onları qorumaq üçün canımızdan keçəcəyik. Xanımlarımız hər zaman bizim yaralarımızı saran, bizə dəstək olan insanlardı.
    Yenə yaralarımızı sarsınlar, ancaq savaşa yollanmasınlar. O zərif əlləri, o gözəl gözləri qanı, ölümü görməsin, toxunmasın.
    Biz öləcəyik, ancaq vətənə yeni oğullar gərək. O oğulları dünyaya gətirmək, böyütmək sizin işinizdir əziz xanımlar. Lütfən sözlərimizi yanlış anlamayın, sadəcə biz sizi çox sevirik. Başımızın tacısız siz, istəmirik acı çəkəsiz. Bizim ümidlərimiz sizin dünyaya gətirəcəyiniz, böyüdəcəyiniz oğullarda yaşayacaq.
    Ən gözəl şeirlər yazılacaq hələ
    Ən gözəl sevgilər yaşanacaq
    Ən gözəl günlər yaşanacaq
    Ən gözəl ölümlərdən sonra

    Tural Sahab

  • Gülnarə İSRAFİLQIZI.”Müsəlmanlıq nədir?” (Köşə yazısı)

    22b5b3b0334d4500edf03be1a111fda9_L (1)

    İnsana yarananda göz, qaş, burun, qulaq, ağız, bədən əzaları, o əzaların da, hərəkətə gəlməsi üçün güc-qüvvə onları idarə etmək üçün isə ruh verildi.

    Bunların ümumi adı insana verilmiş nemətlərdir.Bütün bu nemətlər insanın xidmətindədir. O üzvlərdən biri olmadıqda insan şikəst olur, şikəstlik təkcə insanın cısmində olmur onun vücuduna yerləşmiş ruhuna da, aiddir. Bu gün kimdən soruşsaq ki, sizin dininiz hansı dindir. Cavab bu olacaq ki, mənim dinim islam dinidir, müsəlmanam. Nə gözəl cavab! bəli müsəlmanlıq bəs nədir? Hərə öz başa düşdüyü kimi izah edəcək. Bəziləri ibadət, bəziləri əməllər bəziləri də, tarixi faktlarla öz fikirlərini çatdırmağa çalışacaqlar. Quraki-kərimin isə birinci ayəsi “oxu” deyir bu insanlara. İslam yaradanın qarşısında təkcə təslim olmaq deyil, onu sevərək verdiyi nemətlərə şükr, təşəkkür etmək, onun yaratdıqlarını onun üçün sevmək, paylaşmaq dinidir.- Paylaşmalıyıq- nəyi? mənim aldığım bilgiyə görə ilk növbədə sevgimizi, təbəssümümüzü, gözəl sözlərimizi, fikirlərimizi, məhəbbətimizi, duyğularımızı, insanlığımızı, bizə verilən mülkdən var- dövlətimizi və bunun kimi gözəllikləri. Biz paylaşmağın yolunu öyrənib, həm də digər insanlara da hər birimiz öz növbəmizdə öyrətməliyik. Günümüzdə bu gözəlliklərlə yaşayan insanlara çox az ras gəlmək mümkundür. Çünki, bilirsiz niyə? Allahın elmini oxuyanların sayı çox azdır. Bir insan Quran oxuyan birinin səsini eşidəndə vahiməyə düşür, elə hesab edir ki, kimsə dünyasını dəişib yəqin. Mənim əzizlərim Qurani kərimin bütün ayələri insanların xeyrinə həm də, diri insanlar üçün göndərilib ki, elə bu dunyada ölü insanları diriltsin. Oxusanız biləcəksiniz təbii ki, savabı da, günahı da, yalnız bu dünyada qazana bilmək mümkündür. Yetmiş illik müstəmləkə dövründə cəmiyyətimizin təfəkkürü tam işğal olunduğu üçün bu gün çoxumuzun öz dinimizdən xəbərimiz belə yoxdur. Onu deyə bilərəm ki, indi sizə danışacağım surə tamlığı ilə diri insanlar üçün göndərildiyinə tam əmin ola bilərsiniz…”Yasin” -Yasin (s)-i dörd hissəyə bölünür: 1.Hz Rəsulun Peyğəbərlik məqamından, Qurani-Məcidin nazil olmasının məqsədindən və iman gətirən və gətirməyənlərdən, 2. 11-ci ayədən 33cü ayəyə qədər üç Peyğəmbərin insanları tək Allaha ibadət etmələrinə dəvətdən, 33-dən 44-ə qədər “Tohidi” məsələlərdən,Allahın nişanələrindən, 44-dən sona qədər “məadı” sübut edən dəlillər, dünyanın axırı, Cənnət və Cəhənnəmdən danışır. Yasin (s) də insanların ayılması üçün çox təsirli ayələr var. Bu surə başdan- başa ibrətlərlə doludur. – İndi bilirik ki, “Məhərrəmlik” ayıdır bu ay dörd müqəddəs aylardan biridir. Hər kəs Quran oxuyur, demək olar ki, xətm etməyə yəni sona çatdırmağa can atır görək bunun nə qədər savabı yaxud da, tam zəhməti əlində qalacaq bir zaman itgisi var. -Hz Rəsul buyurur: “Hər şeyin qəlbi vardır Quranın qəlbi də Yasindir” biz oxumasaq heç vaxt dərk etməyəcəyik nə Quranı, nə də, onun qəlbini. Onu nəzərinizə çatdırım ki,əgər hər hansı bir insan Quranı sadəcə üzündən oxuyub keçərsə mənasına heç bir diqqət etməzsə, onu həyatına gətirərək yaşamazsa, Allah o insana heç vaxt Fəzilət verməz onun oxuduğu Quranın digər kitablardan heç bir fərqi olmaz. Nə qədər xətm etsəniz belə. Yaxşı olar ki, əlimizə aldığımız bu Əzəmətli kitabın varlığını doğru düzgün anlayaq. Bizi kamilləşdirən nəsihətləri dinləyək və yaşayaq. İnanın dünya və axirət səadətini yaşamaq və yaşatmaq bu kitabın içində bizə bir nemət olaraq çatdırılıb. Nədən əlimizdə bu fürsətlər varkən yaşayıb, yaşatmayaq ki, Bir gün gələcək bu fürsətlər əlimizdən mütləq çıxacaq çünki, biz mütləq varlıq deyilik.

    Bir mütləq varlıq vardır ki,Oda bütün kaınatı və aləmləri yaradan varlıqdır. Unutmayın yer üzündə olan bütün yaranmışlar sevgidən yaranmış və sevgiyə layiq olan varlıqlardır. Sevginin özü də, Cənnətə gedən yolun müqəddimələrindən yalnızca biridir.hər bir insanın canı isə onun özünə əmanətdir. Din yarış atı kimi irəliyə baxmaq deyil. Keçmişimizi və bu günümüzü dərk edərək yaşamaqdır.

  • “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı inşa yazısının qalibi Hüseyn Hüseynzadə

    1400364701_alm1366-v-ryerryiryos (1)

    Hamımızın Azərbaycan adlı bir Vətəni var. Qoynunda dünyaya göz açtığımız, min bir nemətindən dadıb, isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Nizamilər, Füzulilər, Xətayilər, Cavanşirlər, Babəklər, Tağıyevlər, Əliyevlər, Mübarizlər yetirən ana vətənim Azərbaycandır. O, mənim canımdır, varlığımdır, hər şeyimdir.
    “Can demişik anaya can, vətənə can
    Bəlkə elə can sözündən yaranmışdır Azərbaycan!”

    Bəli, mənim Azərbaycanımın adında olan “can” sözü hər ölkənin adında yoxdur. Vətənimiz bizə həmişə can deyib, biz də vətənimizi canımız qədər sevirik. Torpaq o zaman vətən olur ki, onu canı qədər sevən vətəndaşı olsun, torpaq o zaman vətən olur ki, onu qoruyan övladları olsun, torpaq o zaman vətən olur ki, onun çiçəklənməsi, dünyada tanınması üçün gecəsini gündüzünə qatan oğul və qızları olsun. Xoşbəxt gələcəyimizin uzaqgörən bələdçisi, görkəmli şəxsiyyət, vətəninin, millətiningələcəyini canından əziz bilən ulu öndərimiz Heydər Əliyevin bu sözlərini həmişə xatırlayıram: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Ulu öndər Heydər Əliyev bu sözləri necə də qürur və fəxarətlə söyləmişdir. Dünyanın ən böyük azərbaycanlısı azərbaycanlı olmasından daim iftixar hissi duyurdu. Heydər Əliyev doğma Azərbaycanı təkcə böyük məhəbbətlə sevmirdi, həm də onun inkişafı, çiçəklənməsi yolunda dinclik bilmədən çalışırdı. O, bizim üçün vətəni sevmək nümunəsidir. O, bizim üçün sevdiyin vətənə layiqli övlad olmaq nümunəsidir. O, bizim üçün millətlə, xalqla fəxr etmək, daim onların yüksəlməsinə, sevilməsinə çalışmaq nümunəsidir. Heydər Əliyev əsl vətənpərvər idi. Onun ürəyi xalqı ilə döyünürdü. Müstəqilliyimizin iyirmi iki illik tarixi ərzində milli, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanın bugünü və sabahı üçün olan üç əsas prinsipin ideya istiqamətlərini- azərbaycançılıq, millilik və demokratizmi məhz ümummilli lider Heydər Əliyev müəyyənləşdirmişdir. Heydər Əliyev “Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz”-kəlamını söyləyərkən millətə öz mənəvi xəzinəsi ilə fəxr etməyi oyrədirdi:
    “Günəş doğur elə bil harda çəkilir adin
    Dosta fəxarət gəlir, gözü kor olur yadın
    Azərbaycan deyəndə səni düşünürük biz
    Azadlığı, inamı xalqa sən bağışladın.
    Nə qədər Azərbaycan, nə qədər bu millət var
    Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. ”
    Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrə nəzər salsaq, bunu aydın sezə bilərik. Məlumdur ki, Heydər Əliyev respublikamıza müxtəlif ictimai-siyasi formasiyalarda rəhbərlik etmişdir və bu cəhətdən onun Azərbaycana rəhbərlik illərini iki mərhələyə bölmək mümkündür. Birinci mərhələ 1969-1985-ci illəri əhatə edir. Həmin dövrdə Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində olsa da, Heydər Əliyev ittifaq büdcəsindən respublikamıza daha çox vəsait ayrılması üçün qətiyyət göstərmişdir. Böyük öndərin uzaqgörənliyi bu gün hər birimizdə sevincqarışıq dərin heyrət doğurur. O, hələ Sovet İttifaqının mövcudluğu şəraitində gələcəyi düşünür, respublikamızın nə vaxtsa müstəqilliyə qovuşacağına inanır və bundan ötrü güclü maddi-texniki baza yaradırdı.
    Heydər Əliyev ikinci dəfə Azərbaycana respublikamız müstəqillik qazandıqdan sonra- 1993-2003-cü illərdə rəhbərlik etmişdir. Böyük öndərin hakimiyyətə gəldiyi dövrdə olkəmizdə çox ağır vəziyyət hökm sürürdü. Ayrı-ayrı qüvvələr, nadan siyasətçilər Azərbaycanı vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdılar, müstəqilliyimizin əldən getməsi, ölkənin parçalanması təhlükəsi yaranmışdı. Belə ağır vəziyyətdə xalq öz böyük oğlu Heydər Əliyevi Azərbaycana rəhbərliyə dəvət etdi. Xalqının səsinə səs verən və xalqına arxalanan Heydər Əliyev özünəməxsus müdrikliklə xaosun qarşısını aldı, Azərbaycanı ahəngdar inkişaf relslərinin üstünə çıxartdı.
    Buna görə də Heydər Əliyevin adı tarixə digər böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Onun rəhbərliyi altında keçən illər respublikamız üçün sabitliyin möhkəmlənməsi, iqtisadi çiçəklənmə, nüfuzlu beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə sıx əməkdaşlıq qurulması, əhalinin rifah halının yaxşılaşması illəri olmuşdur.
    Ümummilli lider Heydər Əliyev üçün ən böyük ağrı xalqın, vətənin ağrısı idi. Məmləkətin ayağına dəyən daş onun qəlbinə dəyirdi. Bu sözləri yazarkən 1990-cı ilin qanlı 20 Yanvar faciəsi yada düşür. Azərbaycanın üstünə qoşun yeridiləndə, günahsız soydaşlarımız qətlə yetiriləndə Heydər Əliyev xalqımıza qarşı törədilən bu ağır cinayətə sakit yanaşa bilmədi. O, təqiblərə, özünə və ailəsinə yönələn təhlükələrə məhəl qoymadan respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinin ağlasığmaz hərəkətlərinə qəti etirazını bildirdi. Həmin dövrdə qapalı həyat tərzi keçirməyə məcbur edilən keçmiş dövlət xadimi və siyasətçi üçün belə bir addım atmaq qəhrəmanlığa bərabər idi.
    Bəli, Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənparvərliyində idi. O, bütün varlığı ilə əsl azərbaycanlı idi. Heydər Əliyevin həyatsevərliyinin, bitib-tükənməyən enerjisinin təməlində ana vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Böyük öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və özü də xalqa dayaq durmuşdur.
    Biz gənclər Heydər Əliyev məktəbinin davamçıları olmalı, çiçəklənən Azərbaycan naminə daim çalışmalıyıq.

  • Qaradağ rayon Gənclər və İdman İdarəsinin növbədənkənar toplantısı keçirilib

    20140723_105652

    20140802_135918

    20140802_135920

    20140802_135927

    20140802_135931

    2 avqust 2014-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ rayon Gənclər və İdman İdarəsinin növbədənkənar toplantısı keçirilib.Toplantıda Qaradağ rayon Gənclər və İdman İdarəsinin sədri Elçin Hüseynov, Baş məsləhətçi İlqar Qasmımov, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Hüseynova, “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyinin sədri Asif, Bakı Qızlar Universitetinin tələbəsi, gənc xanım Nübar Abbasova, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Kənan Aydınoğlu, “Heydər Əliyev və Müstəqil Azərbaycan” inşa yazısının qalibi, gənc yazar Hüseyn Hüseynzadə və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin sədri Elçin Hüseynov ilk növbədə tədbir iştirakçılarını salamlayıb, sonra isə gənclərin müəllifləri olduqları layihələrinin gerçəkləşməsi üçün lazım olan köməkliyin göstərilməsi konusunda bilgilər verib, ictimai həyatda fəal olmağa çağırıb.Daha sonra Qaradağ rayon Gənclər və İdman İdarəsinin Baş məsləhətçisi İlqar Qasımov da öz növbəsində tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi layihələr haqqında tədbir iştirakçılarını məlumatlandırdıqdan sonra avqust ayının 4-də Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun iştirakı ilə gerçəkləşəcəyi, seminarda iştirak edib layihələrini hazırlayan hər bir gəncə İcra başçının imzası ilə Sertifikat ilə təqdim olunacağını, mükafatlandırılacaqlarını qeyd etdi.Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Hicran Hüseynova da öz növbəsində tədbir iştirakçılarının fikirlərini dinləyərək öz fikirlərini və təkliflərini bildirdi.Sonda xatirə şəkilləri çəkdirildi.

  • Gülnarə İSRAFİLQIZI.”Düşüncələr inkişaf etməlidir…” (Köşə yazısı)

    234435423665547648

    Müasir texnologiyadan əvvəllər istifadə etmirdim ona görə ki, bu texnologiyanın haram olduğunu demişdilər.Və elə bir gün oldu ki, həmkarlarımın, dindarların da, texnologiyadan istifadə etdiyinin şahidi oldum.Və mən də istifadə etdim.Elə bilrəm ki heç də səhf etməmişəm.Dəyərli, hörmətli insanlarla burda tanış olmuşam bunun nəyi pis ola bilər axı?!!!
    Onda belə çıxır ki, bu insanlar bir baxtı atdan eşşəkdən istifadə ediblər.Babalarımızın dövründə.İndi artıq maşından istifadə etməsinlər. Bir vaxtlar məktub yazırdılar qasid ünvanına çatdırırdı indi qəti mesaj yazmasınlar. Bir vaxtlar şunurla radio istifadə olunurdu sonra gərək televizordan, ondan sonra da krosnudan, indi isə kompüterdən istifadə etməsinlər. Skapla xarici ölkələrlə danışmasınlar. Sayıtlarda, yutubda vidiolarını yerləşdirməsinlər. O vaxtlar cahil ərəblər qadından istifadə edib sonra isə qız üşaqlarını diri- diri dəfn edirdilər. Allah Qurani-kərimdə qadınların məqamını qaldırdı. Bunu sübut gətirir dindarlar ki, niyə qadınlardan peyğəmbər olmayıb əgər qadınlardan peyğəmbər olmayıbsa demək ki, qadınların məqamı aşağıdır. Sizcə əgər Allah qadınları aşağılamış olsaydı yaxud kişiləri ondan üstün etmiş olsaydı, Allah ədalətsiz olmazdımı. Biz isə deyirik ki, Allah çox ədalətlidir. Mən bir hicab kitabı oxumuşdum orda hicablı qadının kosmosa çıxmasına icazə verilirdi. Əgər bir hicablı qadın kosmosa çıxa bilmirsə. Amma həmkarları ilə uğurlarını bölüşürsə burda nə qəbahət var?.
    Allah-taala heç kəsi bir-birindən artıq yaratmayıb nədə əksik…necə olur kişilər internetdə öz şəkillərini paylaşa bilir hicablı qadınlar paylaşa bilməz. Özü də müxtəlif formalarda. Gəlin görək əgər bu islam dinidirsə bəs Allahın ədalət sifəti harda qalıb. Demək onda Allah çox ədalətsizdir. Kişilərə hər şey olar qadınlara yox. Hələ elə saxta hədislər təhrif olunmuş rəvayətlərə əsaslanırlar ki, insan qadın olduğuna nifrət edir. Amma gəlin görək qadın necə bir varlıqdır. Əgər qadın olmasa həyat da olmazdı. Həyat sözünün özü ərəb sözüdür özü də qadın cinsində. Həmçinin axirət sözü də ərəbcə qadın cinsindədir. İndi onun açıqlamasını yazmıram amma zaman gələcək onu da yazacam…
    Baxın mənim bu iradlarım əlbətdə ki, mədrəsə, məscid əhlinin xoşuna gəlməyəcək. Ona görə ki, mədrəsə və məscid əhli öz nəfslərərinə uyğun hərəkət edə bilməyəcəklər…
    Yaxşı olar ki, axundlar və mollalar özlərinə sərf edən şəkildə danışmasınlar… Xeyir ola niyə avropa ölkələri hər şey kəşf edir. Bir müsəlman dövləti hələ heç nə ixtira etməyib.Çünki avropa Quranı elm kitabı kimi qəbul edib bəhərlənir. Bizimkilər isə Allaha dua etmək, avazla oxumaqla, bir iki fikir bildirib müəyyən dərəcədə açıqlama verməklə kifayətləniblər. Olmazmı ki, bir şeyi də avropa müsəlmanlardan götürsün?.
    Bu gün ən geridə qalmış şüur müsəlmanların şüurudur. Birinə də bir söz deyəndə qəbul etmir. Niyə? çünki sərf etmir. Məscidlərin qabağındakı nəzir qutuları yığılar. Mollaların bazarı bağlanar 5 manat verib ölülərə Quran oxudan olmayacaq. Halbu ki, Quranda heç bir ayə ölü üçün gəlməyib hamısı dirilərin həyatının gözəlləşməsi üçün göndərilib…

    İslam dini insanları dar çərçivəyə salmaq üçün deyil.Əksinə azdalıq haqq ədalət sevgi sayğı rəhmət insanların bir-birnə dəstək olması ilə yanaşı gözəl şəkildə yaşaması üçün qapılar açır…
    Hicab isə təkcə örtük xarakteri daşımır. O vacib əməllərdən, Qurani- kərimin nur surəsinin 31-ci ayəsidir. Burda da hər kəs ixiyar sahibidir. Peyğəmbərimiz heç kəsə islam dinini məcbur qəbul etdirmədi. Əksinə sevdirdi. Günümüzdə hicabı bu cür təqdim etməklə heç kəs hiabı sevməz. Hicab azadlıqdır. Hicab dar çərçivəyə girmək deyil. Bu gün cəmiyyətdə hicablı qadınlara çox ehtiyac var. Nəinki hicablı qadınlara mənəvi dünyası zəngin olan əxlaqlı namuslu qadınlara…
    Bizim dövlətimiz namussuzluqla inkişaf edə bilməz. İslami və Milli dəyərlərimiz qorunub saxlanmalı onunla yanaşı da düşüncələr inkişaf etməlidir…

  • Esmira ƏLİYEVA.”Sizə görə sevgi….?” (Köşə yazısı)

    10589572_755831271126469_2084321184_n (1)

    İnsan dəyişir; O ,aldandığını öyrəndikdə,çox şey öyrəndiklərində, aşıq olduqlarında.Amma məncə həyatımızın ən vacib qərarı nöqtə qoymuşuqsa bir kərə onu vergülə çevirməyəcəyik.Nə sual qalmalı geriyə,nə də sualı əvəz edəcək işarət.Bəzən sənin qərarlarını dəstəkləməzlər ,amma zaman gələr sən haqlı çıxarsan.Ona görə yaşamaq gərək həyatı.Yaşayın ,bir gün haqlı çıxacaqsınız.Xoşbəxt olmaq üçün göz yaşlarından qorxmamaq gərək.Onlarla dostlaşdıqca zaman gələr sevincdən də ağlarıq.Bəzən mənasız bir mahnını ürəyimə yatacaq şəkildə evdə işlə məşğul olduğum zaman , öz-özümə zümzümə edirəm.O qədər olub ki,”-mış kimi…!”davrandım hər zaman.Güclüymüş kimi, canı yanmamış kimi, yaşayırmış kimi…İnsan çox sevdiyi halda niyə hər dəfəsində tərk edilir və umduqların niyə hər zaman sən rədd etdikdən sonra gəlir? Bilmirəm,amma cavabı maraqlı olardı.Bəzən bəzilərini həyatımın kənarında yerləşdirsəmdə əsla əvvəlki tək mərkəzində yer ala bilmir.Qadın əslində hər zaman nə istədiyini bilir.Onun qərarsızlığı sadəcə qarşısındakının tarazsızlığındandır.Bəzən bəzilərimiz insanların libaslarına görə hörmət edirik.Diksinirəm bəzən libası möhtəşəm olan birindən.İçində ucuz ət daşıyanın üstündəki keyfiyyəti mənə görə deyil.Dolub boşalan duyğularımı bəzən axarına buraxdım.Zorla həyata keçən heç bir şeyi sevmirəm.Mənim olanı Allah mənə nəsib etməli….İnad yaxşıdır,amma həddində.Bəzən inadçı biriyəm.Amma bəzən də əl çəkəcək nöqtənin yerinidə yaxşı bilmək gərək.Dünyada heç bir şey sevdiklərimin qəlb atışı qədər dəyərli deyil.Qəliz bir xasiyyətim var.Qısqancam.Qısqanclığımda darıxdığımda başlayır.Amma bəziləri var deyirlər ilk məhəbbət unudulmur.Yazımın əsas səbəbi də elə budur.Doslar “ilk məhəbbət “unudulur ya unudulmur?Məncə unudulur.İlk məhəbbət də adiləşir..Bəzən dəli divanə olub adına şeirlər ,hekayələr həsr etdiyin biri,bir sözlə səni ilhama çəkən birinin əslində bir xəyal olduğunu anlayırsan.Bəzən dünyanın ən çətin sənətidirki öz duyğularına tərcüməçi olursan.Allahım sən hər şeyi bilirsən.Belə oldusa belə olmalı imiş demeliyik.Mənim sevgim xəyal imiş…Mən toxunmadam sevdiyim birini məgərsə xəyali sevmişəmmiş.Öz əlimlə ürəyimə sevgi toxumları əkib becərərək onu bir cimsə sığdırmaqla məni sevən birinin sevgisinə inanaraq özümüdə bu sevgiyə inandırmışammış.Məgərsə mən cismən hec zaman sevməmişəmmiş.İlk sevgi mənim fikrimcə unudulur.İlk xəyal unudulmur.Onun ürəyimizə çəkdiyi ağrıları zaman keçdikcə təsirlənərək baxdığım bir filmin acı senarisinə ağladığım anlara bənzədirəm.Hər şey xəyaldır məncə.Hz .Mövlana demiş:
    Bir sevdaya düşəcəksən …
    O sevda quyu olacaq sənə
    Sən o quyuda Yusif olacaqsan
    Səbr edəcəksən,
    Sonunda sevdaya Sultan olacaqsan.

  • Gənclər Fondu tərəfindən yeni layihə

    pic

    Azərbaycan Respubllikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşacaq “Gözəllikləri əbədiləşdirin” layihəsinin iştirakçı seçiminə start verildi! Təlimi üçün fotoqrafiyaya həvəsi olan 18-25 yaş arası gənclərin axtarışına başlanıldı. İştirakçılara təlimçimiz və tanınmış fotoqrafımız Təranə xanım Allahquliyeva tərəfindən fotoqrafiya sənətinin əsasları, o cümlədən rəqəmsal fotoaparatların texniki xüsusiyyətləri, fotoqrafiyanın növləri və janrları, işıqlandırma, fotoqrafiya sənətinin bir peşə kimi istifadəsi öyrədiləcəkdir. Layihə 2 mərhələdə həyata keçiriləcəkdir. 1-ci mərhələdə nəzəri hissə, təlim keçiriləcək və gənclərin əldə etdikləri nəzəri biliklərin tətbiqi etmələri üçün praktik təlim, çəkilişlər təşkil olunacaqdır. 2-ci mərhələdə isə təlimdə iştirak edən gənclərin praktiki təlimlər zamanı çəkdiyi fotoşəkillərdən ibarət sərgi keçiriləcək. Əgər sizdə təlim iştirakçısı olmaq istəyirsinizsə və əl işinizin sərgidə nümayiş olmasını istəyirsinizsə o zaman cvlərinizi akbarovaturkan@gmail.com ünvanına göndərməyiniz və layihənin PR meneceri Türkan Əkbərova ilə əlaqə saxlamağınız xahiş olunur

  • Məşhur amerikalı aktyor və rejissor Stiven Siqal (Steven Seagal) Adnan Oktar ilə görüşdü

    1405667532_10517206_631139897001388_1930268643641288122_o

    Avropa qastrolu çərçivəsində konsert vermək üçün İstanbula gələn məhşur musiqiçi və aktyor Stiven Siqal A9 TV-də hər gün canlı efirə çıxan Cənab Adnan Oktar ilə görüşüb.

    İlkin tanışlıqda Adnan Oktar məşhur müğənninin üz ifadəsindən onun çox təmiz, sakit və təvazökar biri olduğunu söylədi. Adnan Oktar, bu iltifatlardan çox məmnun olduğunu bildirən Stiven Siqala “Yaradılış Atlası” adlı kitabını hədiyyə etdi. Məşhur müğənni “Yaradılış Atlası”nın möhtəşəm bir kitab olduğunu və Adnan Oktarın bütün kitablarının fövqəladə olduğunu, kainatın sirlərini əhatə etdiyini bildirdi. Daha sonra Adnan Oktarın əsərlərindən bəzilərini ətraflı oxumaq və araşdırmaq üçün 3-4 həftə vaxt ayıracağını söylədi.

    Görüş zamanı Adnan Oktar dünyanın qan gölünə çevrildiyini, sülhü və əmin-amanlığı bərpa etməyə çalışanların azlıq təşkil etdiyini, lakin güclü olduqlarını söylədi. Stiven Siqalın da bu insanların arasında olduğunu, yaxın gələcəkdə yaxşı və sülhsevər insanların bir araya gələcəklərini, dünyanın əsl sahiblərinin onlar olduğunu ifadə etdi. Stiven Siqal “tamamilə haqlısız” deyərək Adnan Oktarın bu sözlərini təsdiqlədi.

    Blues tərzində yaratdığı musiqilərlə də tanınan Stiven Siqala Adnan Oktar blues tərzini çox bəyəndiyini və onun əsərlərindən bir çoxunu dinlədiyini söylədi. Məşhur müğənni “Musiqi Allah’ın dilidir. Çünki insanların ortaq şəkildə anlaya bildikləri tək dildir” dedi. Siqal Ramazan ayında İstanbulda olduğu üçün çox xoşbəxt olduğunu ifadə etdi. Adnan Oktar “müharibələrin və terrorun bitdiyi çox gözəl bir dövrün gələcəyi”nin müjdəsini verdikdə, Siqal “Mən də belə bir dövrün gəlməsini gözləyirəm. Az əvvəl də qeyd etdiyim kimi, musiqini seçməyimin digər səbəbi də sülhü, sevgini və xoşbəxtliyi yaymağa çalışmaqdır” dedi.

    Söhbətin sonlarında Adnan Oktar belə mahir bir rejissor, musiqiçi və aktyor ilə tanış olmaqdan duyduğu məmnuniyyətini ifadə etdi. Siqal isə yenidən Türkiyəyə gəlmək istədiyini və Adnan Oktar ilə yenidən görüşmək istədiyini söylədi. Ayrıca, Adnan Oktarın söhbətlərinin çox səmimi olduğunu ifadə etdi. Adnan Oktar Siqala çox xüsusi bir təsbeh və Osmanlı tombağı hədiyyə etdi.

  • Allah hz.Muhəmmədə Qurandan başqa heç bir kitab göndərməyib

    1405586003_ramil-rustamov

    Məclislərdə mühafizəkar və ya radikal yönümlü bəzi “alim”lərin söhbətinə müdaxilə edib “axı bu Quranda yoxdur” deyə bildirdikdə hər zaman şablon cavablar gəlir. “Quranı yetərli deyil” və ya “Quranı oxusaq da anlamarıq”. İnsanlara bu fikir o qədər təlqin onunur ki, hətta namazın sözlərini əzbərləyən birinə namazın qılınma forması və Quranın yetərli olmadığı paralel öyrədilir. Özünü cəhalətə məhkum etmə desən də təlqinlərin yaratdığı çərçivədən baxır sənə. Yad gəlir sözlərin ona.

    Onlara: “Allah’ın göndərdiyinə (Qurana) tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Bəqərə surəsi, 170)

    Hər peyğəmbərin vəfatından sonra din təhrif olunmağa başlayır, təhrif olunan dini yeniləmək (ehya) üçün Allah elçilər göndərir. Hz. Yusifin vəfatından sonra Misirdəki bütpərəstlərin dinini özlərinə din edən İsrailoğullarına Allah hz.Musanı göndərir. İsrailoğullarını əsarətdən qurtarıb haqq dini onlara anladan hz.Musa cəmi 40 gün ümmətdən ayrı qalır, nəticədə ümmət buzov heykəli düzəldərək şirk inancını yaşamağa başlayır. Musa Peyğəmbərin vəfatından sonra çox vaxt keçmir ki, ümmət haqq dindən uzaqlaşır, Allah’ın ayələrini dəyişdirir və dini təhrif edirlər. Zaman keçir, ancaq eyni hadisələr yaşanır. Bu dəfə Allah’ın hz.İsaya vəhy etdiyi İncil dəyişdirilir və bir müddət sonra haqq dinlə əlaqəsi olmayan üçləmə inancı (təslis) yaranır.

    Təhrif olunan dinin dindarları isə Allah’a və dinə çox bağlı olduqlarını deyir, özlərinin uydurduğu, Allah’ın dində şəriət olaraq təyin etmədiyi qaydaları qatı şəkildə yaşayır və özlərindən əvvəl də Peyğəmbərin bu cür ibadət etdiyini iddia edirlər. Belələri özlərini nə qədər təqva saysalar da, Allah qatındakı dəyərləri “Cumuə” surəsinin 5-ci ayəsində belə bildirilir.
    Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlərin halı kitab yüklü eşşəyin halına bənzəyir… (Cumuə surəsi, 5)

    Hətta hz.Muhəmmədin dövründə Dırar adlı məscid qurub insanlara “biz daha təqvayıq” və “din belə yaşanar” deyərək münafiqlik edənlər var idi. Peyğəmbərimiz sağ ola-ola bunu edən zehniyyət peyğəmbərin vəfatından sonra dini təhrif etmək üçün nələr etməzdi ki. Peyğəmbər adına hədis də uydurardı, rəvayətlər də nəql edərdi. “Fussilət” surəsinin 42-ci ayəsində də deyildiyi kimi, Quran təhrif oluna bilməz və Allahın qorumasındadır.

    Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)

    Bəs Quran təhrif oluna bilmirsə, qiyamətə qədər insanları haqq yoldan azdırmağa çalışan şeytanın missiyası bitirmi? Əlbəttə ki, yox. Tövrata, İncilə insan sözü qatıb Allahın hənif dinini dəyişdirən və şirk inancını haqq din kimi qəbul etdirən şeytan və yandaşları bu dəfə müsəlmanlar arasında ixtilaf yaratmağın yolunu Quranı dəyişdirə bilmədiklərinə görə hz.Muhəmməd (səv) adından hədislər və rəvayətlər nəql etməkdə gördülər. Nəzərə alınmalıdır ki, bu rəvayətlərin ən tez kitab halına salınmış forması Peyğəmbərimizin vəfatından 250 il sonra hazırlanıb. Deməli hal-hazırda ümmət 3 əsr boyunca dildən-dilə, nəsildən-nəsilə şifahi yolla nəql olunan rəvayətlərin kitab halına salınmış formasını (hədis kitablarını) İslamın əsas qaynağı hesab edir bu rəvayətlər Peyğəmbərin ağzından çıxmış kimi dinə tətbiq edir. Bu rəvayətlərə etibar etməsən, Quranda qarşılığı yoxdur desən peyğəmbərin sözünə əməl etmirsən damğasıyla damğalanırsan. Bəzən bu rəvayətləri də Quran ayələri ilə təsdiqləməyə çalışırlar. Peyğəmbərin adından, hər hansı alimdən və ya hər hansı qaynaqdan hədis göstərilir, bizə deyilir ki bax ha Quranda peğəmbər nə verirsə alın hökmü var bəs Səhihi Buxaridə və ya Biharul Envarda və s. qaynaqda bu hədis var-demək ki bunu yaşamalıyıq. Əsla belə deyil. Birincisi, ”Loğman” surəsinin 27-ci ayəsində Allah özünü kəlmələri tükənməz bir Yaradıcı kimi təqdim edir. Kəlmələri tükənməz olan Rəbbimiz əgər Quranı yetərli görməsəydi, nazil etdiklərinin 2 qatını nazil edərdi. İkincisi, Quranda rast gəlinməyən, amma İslam adına yaşanan ibadət formaları və hökmləri niyə Quranda görmürük? Əgər bu hökmlər və ibadət formaları Allahdandırsa, bəs bunlar nə vaxt vəhy edilib ki, Qurana salınmayıb? Quranda olmayan, ancaq İslam adına yaşanan hökmlərin, ya da Quran ruhuna zidd olan hədislərin qaynağı nə Peyğəmbərdir, nə də ki Allah. Əgər bu hədislər də vəhydir desək, Allaha iftira atmış olarıq. Çünki Allahın hz.Muhəmmədə yeganə vəhyi Qurandır. Peyğəmbərimiz özü də islamı ayələr vəhy edildikcə öyrənib və bu proses 23 il davam edib. 40 yaşında vəhy alan Peyğəmbərimiz 63 yaşınnda vəfat etmişdir. Bu o deməkdir ki Peyğəmbərimiz belə 50 yaşında olanda İslamı tam anlamı ile bilmirdi, çünki hələ irəlidə peyğəmbərin xəbərsiz olduğu, 13 il boyunca nazil olunacaq ayələr var idi. Allah ona yeni ibadət formaları və hökmlərini yeni ayələrlə açıqlayana qədər aldığı vəhylərdən formalaşan dini yaşamaq və insanara anlatmaqla mükəlləf idi. Peyğəmbərimiz bir dəfə savaşa qatılmamaq üçün ondan izin istəyənlərə qarşı İslamın tutumunu bilmədiyi, yəni savaş hökmlərini ehtiva edən ayələr ona vəhy edilmədiyi üçün savaşa qatılmamaq istəyənə izin verdiyi üçün Allah onu xəbərdar edir peyğəmbərin bağışlanma diləməsini istəyir.
    Allah səni bağışlasın. Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara izin verdin? (Tövbə surəsi, 49)
    O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. (Nəcm surəsi 3,4)
    Bu ayə də Quran ayələrini Peyğəmbərin uydurduğunu (Tur surəsi, 33) iddia edənlərə bir cavabdır.
    Peyğəmbərimizin vəfatından sonra hər əsr 5-10 alimin və ravinin kitabının özlərindən sonrakı nəslin İslamın ən mötəbər qaynağı kimi dəyərləndirdiyini nəzərə alsaq 1400 ildən sonra ümmətin halını siz təsəvvür edin. 10 minlərlə kitab, minlərlə fərqli fikir. Hər fikir də özünün haqlı olduğunu, Peyğəmbərin də dini vaxtilə belə yaşadığını deyir. Allah dəstəmaz haqqında cəmi 2 ayə endirdiyi halda, təkcə dəstəmaz almağın üsulları, fəzilətləri, qaydaları, növləri başlığı ilə Quran qalınlığında yazılan kitablar var. Allah Quranın yetərli olduğunu və dində hər şeyin izahı olduğunu buyursa da Quranı yetərli görməyənlərin halı Tövratla mükəlləf olub ona əməl etməyənlərin halından nə ilə fərqlənir?
    Allaha qarşı səmimi olun, Qurana qarşı səmimi olun. Şirk inancı yaşadığınıza ehtimal verin. İnanın heç nə itirməzsiniz.

    Ramil Rüstəmov

  • İslam dünyasında yaşananlar bir qurtarıcının varlığını zəruri edir

    1405421696_1450849_692679107422752_171650111_n
    İslam dünyası bir əsrdən çoxdur ki, bölünüb zəifləmiş və müsəlmanlar dünyanın bir çox yerində zülmə məruz qalmışdır. Müsəlmanları təmsil edən Osmanlı xilafəti sahib olduğu torpaqların çoxunu itirdikdən sonra əhalisi, əsasən, müsəlmanlar olan bu bölgələr sonradan ya müstəmləkələrə, ya da böyük güclərdən asılı kiçik dövlətlər halına gəlmişdir. Osmanlı xilafətinin süqutundan sonra müsəlman dünyası düşdüyü vəziyyətdən çıxmaq üçün zamanla cəhdlər etsə də, bunlar bu günə qədər bir nəticə verməmişdir. Bütün bu problemlərin əsas səbəbi müsəlmanların başında mənəvi bir liderin olmamasıdır.
    Hal-hazırda müsəlmanlar Allah`ın Quranda “dağılıb ayrılmayın” əmirinin əksinə olaraq parçalanmış vəziyyətdədir. Müsəlmanların birləşməsi üçün Allah`ın nazil etdiyi kitab ən gözəl səbəb olduğu halda, İslam alimlərinin bu mövqedən çıxış etməyib məzhəb təəssübkeşliyi etməsi də İslam dünyasının birləşməsi yolundakı maneələrdəndir. Allah bir Quran ayəsində müsəlmanların aralarında çəkişmə yaşayacağı təqdirdə zəifləyəcəyini bildirmişdir.
    Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz… (Ənfal surəsi, 46)
    Allah İslam dünyasında baş verən parçalanmaların, məzhəb və firqələrə bölünmələrin olacağını ayələri hər dövrə xitab edən Qurani-kərim vasitəsi ilə bizə bildirmişdir.
    … Öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini (üstün bilib) sevinir… (Rum surəsi, 32)
    Xurafələr dinə əlavə edilib Quran dini yaşamaq üçün əsas qaynaq olmaqdan çıxarıldığı üçün bir çox ixtilaf doğuran məsələlər ortaya çıxmışdır. Bilindiyi kimi, halal və haramlar, fərz və sünnələr hər məzhəbə görə fərqlilik kəsb edir. Yəni bir məzhəbdə halal olan digər məzhəbdə haram sayılır. Ancaq aydın məsələdir ki, bir dində bir məsələ haqqında həm halal, həm də haram hökmü ola bilməz. Dinin əsas qaynağı Allah`ın sözü olan Qurani-kərimdir. Halalları və haramları da məhz fərqli ictihadları olan məzhəblər deyil, Allah`ın insanlara hidayət rəhbəri olaraq nazil etdiyi Qurani-kərim müəyyən edir.
    Diliniz yalana vərdiş etdiyi üçün: “Bu, halaldır; o, haramdır!” – deməyin, çünki, Allah`a iftira yaxmış olursunuz. Allah`a iftira yaxanlar nicat tapmazlar! (Nəhl surəsi, 116)
    Allah bir ayədə müsəlmanların düşdüyü bu vəziyyəti Peyğəmbərimizin dilindən açıqlayır.
    Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!”– deyəcək. (Furqan surəsi, 30)
    Yazının əvvəlində də qeyd etdiyimiz, kimi bütün bu çatışmazlıqların düzəldilməsi, dinin təkrar Peyğəmbərimizin (səv) zamanında olduğu kimi Qurani-kərim əsas alınaraq yaşanması və parçalanmış İslam dünyasının birləşməsi üçün müsəlmanların mənəvi bir liderə ehtiyacı var.
    Məzhəblərdə olan ayırıcı fikir və ictihadlarla deyil, Qurani-kərimin birləşdirici xüsusiyyətləri ilə hərəkət edildiyində bütün müsəlmanlara xitab olacağı üçün müsəlmanları qısa zamanda birləşdirmək Allah`ın izni ilə çox asan olacaq.
    İslam dünyasını birləşdirəcək mənəvi lider Peyğəmbərimizin 1400 il öncə gələcəyini bildirdiyi hz.Mehdidir (əs). Allah sonsuz ağlı ilə yazdığı qədərdə İslam dünyasındakı parçalanmanın qarşısını alıb müsəlmanları birləşdirəcək qurtarıcını hz.Mehdi (əs) olaraq müəyyən etmişdir. Peyğəmbərimiz (əs) İslam dünyasını təkrar birləşdirəcək qurtarıcının bütün əlamətlərini ən incə detallarına qədər açıqlamışdır.
    Kəbədə həcc zamanında qan axıdılması, İran-İraq müharibəsi, Əfqanıstanın işğalı, Fərat çayının suyunun kəsilməsi, iki il ard-arda Ramazan ayında günəş və ay tutulması, Halley və Lulin quyruqlu ulduzlarının çıxması, səmada insanların baxıb görəcəyi bir əlin zühur etməsi kimi 300-dən çox əlamət son 30 ildə möcüzəvi şəkildə reallaşmışdır. Bütün bu əlamətlərin ard-arda, eyni zamanda baş verməsi hz.Mehdinin (əs) zühur etdiyini inkar edilməyəcək şəkildə sübut edir. Lakin Peyğəmbərimizin (səv) də bildirdiyi kimi, hz.Mehdi (əs) zühur etdiyi dövrdən fəaliyyətlərinin ilk dövrləri bitənə qədər insanların çoxu tərəfindən tanınmayacaq. Tam əksinə, inkar ediləcək. Dəliliklə, mənfəətpərəstliklə və sapqınlıqla günahlandırılacaq. Qurani-kərimə baxdığımızda öz dövrünün qurtarıcıları olan elçilərin də eyni iftiralara məruz qaldığını görərik:
    (Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!” (Şüəra surəsi, 27)
    Onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər. (Duxan surəsi, 14)
    Ayələrdən də göründüyü kimi, öz dövrlərində ağır vəziyyətdə olan müsəlmanlara qurtarıcı olaraq göndərilmiş elçilər ilk dövrlərdə inkarçıların və xurafələrlə əslindən uzaqlaşdırılmış din xadimlərinin təşviq etdiyi insanlar tərəfindən çox ağır ittiham və çətin sınaqlarla qarşılaşmışlar.

    Tarix boyu göndərilən elçilərə atılan iftiralar axır zamanda ümməti düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün göndərilən hz.Mehdiyə (əs) qarşı da ediləcəkdir.

    Allah`ın öncə gəlib-getmişlər haqqında qayda-qanunu belədir. Sən Allah`ın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən! (Əhzab surəsi, 62)

    İnşaAllah, çox yaxında müsəlmanlar öz qurtarıcısını tanıyacaq və bu mübarək şəxsi İslam dünyasının mənəvi lideri olaraq qəbul edəcəklər.

    Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 255)

    Ramiq Vəliyev

  • Peyğəmbərimiz (səv) hazırda İraqda baş verən hadisələri və İŞİD-i 1400 il əvvəl xəbər vermişdir

    10518868_1432712770345976_1429854027_n

    Yaxın Şərqdə baş verən və hər gün kütləvi informasiya vasitələrindən izlədiyimiz bütün gündəlik hadisələri Peyğəmbərimiz (səv) ən xırda təfərrüatına qədər 1400 il əvvəl sanki gözü ilə görürmüş kimi təsvir etmişdir. Bu böyük möcüzədir.
    1. ŞƏRQ TƏRƏFDƏN QARA BAYRAQLILAR ÇIXACAQ
    Xorasanda (ŞƏRQDƏ) QARA BAYRAQLAR ZÜHUR ETDİKDƏ… (Gaybet-i Numani, səh. 228)
    Hədisdə qara bayraqlarla şərq tərəfindən çıxacaq bir birliyə diqqət çəkilmişdir. Məlum olduğu kimi, Əl-Qaidə böyük qara bayraqlarla Şərqdən çıxmışdır.
    2. YENƏ ŞƏRQDƏN BU DƏFƏ DAHA KİÇİK QARA BAYRAQLI BİR QRUP ÇIXACAQ
    … Onlar bir müddət davam etdikdən sonra, YENƏ ŞƏRQDƏN BU DƏFƏ KİÇİK QARA BAYRAQLILAR ÇIXAR … (Celâleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s.61, hədis no. 7.77)
    Məlum olduğu kimi, İŞİD (İraq Şam İslam Dövləti) əvvəl Əl-Qaidə ilə birlikdə olmuş, sonra onlardan ayrılmışdır. Yəni Əl-Qaidənin böyük qara bayraqlarının ardından, bu dəfə daha kiçik qara bayraqlı bir qrup olaraq İŞİD ortaya çıxmışdır.
    3. QARA BAYRAQLILARIN ORTAYA ÇIXMASINDAN ƏVVƏL SURİYADA QARŞIDURMALAR OLACAQ
    “Üç əlamətin ardından imam qaimin (Mehdi əs) çıxışını gözləyin.”
    Ondan soruşdular: “Bu əlamətlər hansılardır?”
    “SURİYALILARIN QARŞILIQLI ANLAŞMAZLIQLARI, Xorasandan qara bayraqlıların çıxması və Ramazan ayında qorxu.” (Bihârü’l-Envâr, 14)
    4. QARA BAYRAQLILAR SURİYADA OLACAQLAR
    …Və yenə Şamda (Suriyadan) KİÇİK QARA BAYRAQLI BİR ADAM göründüyündə … (Celâleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s.61, hədis no: 7.8)
    … (Mehdinin çıxışının) digər bir əlaməti də, QARA BAYRAQLI ORDUNUN ƏSGƏRLƏRİNİN ATLARINI ŞAMDAKI ZEYTUN AĞACLARINA bağlamalarıdır… (əl-Kavlu’l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 23)
    5. ƏSƏDLƏ VURUŞACAQLAR
    …ƏBU SÜFYANIN NƏSLİNDƏN BİR ADAMLA (Bəşər Əsəd ilə) VURUŞARLAR… (əl-Kavlu’l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 29)
    Hədislər iqtidarı boyu müsəlmanlara qarşı çox böyük zülm edən Hafiz Əsədin Süfyan olduğunu işarə edir. Dolayısilə bu hədisdə bildirilən qara bayraqlarla çıxanların döyüşəcəyi, Süfyanın nəslindən olan insan da Bəşər Əsəddir.
    6. SURİYADAN SONRA İRAQA YÖNƏLƏCƏKLƏR
    BENİ ABBASA AİD (İraq) qara bayraqlar çıxar …
    (Nuaym bin Hammad, Kitab al-fiten)
    (Qara Bayraqlılar) FƏRAT SAHİLLƏRİNDƏKİ ŞƏHƏRLƏRİNDƏ, QURUDA VƏ DƏNİZDƏ ONLARI (Özlərinə qarşı olanları) ÖLDÜRƏCƏKLƏR. (Gaybet-i Numani, səh. 327)
    7. ÇOX SÜRƏTLƏ NƏTİCƏ ƏLDƏ EDƏCƏKLƏR
    Onlar o vəziyyətdə ikən Xorasan tərəfindən bayraqlar gələcək, ONLAR SÜRƏTLƏ HƏRƏKƏT EDƏCƏKLƏR. (Gaybet-i Numani, səh. 327)
    Oradan bir ordu ilə geri qayıdıb Kufəni və Bəsrəni BİR GECƏDƏ ƏLƏ KEÇİRƏCƏK … (Kitab El Haft El Şerif, s.174)
    8. GİRDİKLƏRİ ŞƏHƏRLƏR SANKİ ÖZLƏRİNƏ TƏQDİM EDİLƏCƏK
    Özlərinə bu verilmədikdə döyüşərək zəfər qazanacaq və İSTƏDİKLƏRİ ÖZLƏRİNƏ TƏQDİM EDİLƏCƏK. (Meclisî, Bihârü’l-Envâr, c.51, s.87)
    9. SAÇLARI VƏ SAQQALLARI UZUN OLACAQ
    Onun (qara bayraqlıların komandiri) ƏSGƏRLƏRİNİN SAÇLARI VƏ BIĞLARI ÇOX UZUN OLACAQ, PALTARLARI QARADIR VƏ ONLAR QARA BAYRAQLARIN ADAMIDIR. (Gaybeti Numani, səh. 303)
    10. KÜTLƏVİ ŞƏKİLDƏ QİYAMLAR TÖRƏDƏCƏKLƏR
    Allah daş ürəkli və soyu bəlli olmayan birini göndərəcək və zəfərlər onunla olacaq…ONLARI (özlərinə qarşı çıxanları) HEÇ BİR FƏRQ QOYMADAN KÜTLƏVİ ŞƏKİLDƏ ÖLDÜRƏCƏKLƏR. (Gaybeti Numani, s. 303)
    11. KUFƏYƏ DOĞRU İRƏLİLƏYƏCƏKLƏR
    Xorasandan çıxan QARA BAYRAQLILAR KUFƏYƏ ENƏR… (Celâleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s.61, hədis no: 7.12)
    12. QÜDSÜ DƏ HƏDƏF ALACAQLAR
    Xorasandan QARA BAYRAQLILAR ÇIXAR VƏ İLYAYA (QÜDSƏ) BAYRAQLARINI SANCANA KİMİ, onlara heç kim mane ola bilməz. (Celâleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s.61, hədis no: 7.3)
    13. ŞİDDƏT VƏ QARŞIDURMALAR ARTDIĞINDAN İNSANLAR MEHDİNİ ARZULAYACAQ HALA GƏLƏCƏKLƏR
    Böyük müharibə olar. Nəticədə qara bayraqlılar qalib gələr. Süfyan orduları qaçar. BAX O ZAMAN İNSANLAR MEHDİNİ ARZU EDƏR VƏ AXTARARLAR. (Celâleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s.61, hədis no: 7.26)
    14. QARA BAYRAQLILAR SONDA MEHDİYƏ TABE OLACAQLAR
    və MEHDİYƏ TABE OLARLAR. (İmam-ı Suyûtî)
    Ancaq bunu qəbul etməyib ƏHLİ BEYTİMDƏN (MƏNİM NƏSLİMDƏN) OLAN MEHDİYƏ (ƏS) VERƏCƏKLƏR… (Meclisî, Bihârü’l-envâr, c.51, s.87)
    15. MEHDİ DÖVRÜNDƏ MÜHARİBƏLƏR TAMAMİLƏ BİTƏR VƏ BİR DAMLA BELƏ QAN AXMAZ
    Mehdinin ən vacib xüsusiyyətlərindən biri əsla qan tökməməsidir. Qan tökən, döyüşən, zülm edən Mehdi deyil. Bu tib saxta Mehdilər məğlubiyyətə düçar olacaq.
    (Mehdinin) ədaləti o dərəcədə olar ki, YUXUDA OLAN İNSAN BELƏ OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXMAZ. (Meclisî, Bihârü’l-envâr, c.51, s.87)
    HƏRB AĞIRLIQLARINI (YƏNİ SİLAH VƏ S..) BURAXAR
    Heç kim arasında düşmənçilik qalmayacaq. Bütün düşmənçiliklər, boğuşmalar mütləq yox olub gedəcək. (İmam Şarani, Ölüm-Kıyamet-Ahiret Ve Ahir Zaman Alametleri, s. 496)
    Açıq şəkildə göründüyü kimi, Peyğəmbərimizin (sav) dediklərinin hamısı bir-bir baş verir. Yaxın Şərqdə və dünyada baş verən hadisələr eynilə Peyğəmbərimizin (səv) dediyi kimi inkişaf edir.
    Hədislərdə bildirilən bu əlamətlərin bütün təfərrüatına kimi gerçəkləşməsi böyük möcüzədir. Halbuki bu möcüzələr dövrümüzdə bir çox İslam alimi tərəfindən gündəmə gətirilmir, göz ardı edilir. Ancaq gizlətməyə çalışsalar da, axırzamandayıq, dünyanın son dövründəyik…
    Allah’ın izni ilə, yaxında hz. İsa (əs) və hz. Mehdini (əs) hamımız bir yerdə görəcəyik.

    Adnan Oktar

  • Quranda məzhəb ayrı-seçkiliyi yoxdur

    1400062562_974630_1405130569770863_1700319430_n

    2004-cü ildə Əbu Musa Zərqavinin rəhbərliyində qurulan və daha sonra Əl-Qaidə terror təşkilatına qatılan, indiki adı ilə İŞİD 2006-cı ildə Əbu Ömər əl-Bağdadinin rəhbərliyində İraq İslam dövlətini qurduqlarını açıqladılar. 2011-ci ildə Əl-Qaidənin Suriya qolu olaraq qurulan Əl-Nusra Cəbhəsi ilə birləşib adını İraq Şam İslam dövləti (İŞİD) olaraq dəyişdirdi. Elə həmin il Əl-Qaidənin İŞİD-i tanımadığının və Suriya təmsilçisinin Əl-Nusra Cəbhəsi olduğunu açıqlamasından sonra İŞİD-in adı daha da gündəmə gəlməyə başladı. İraqın ikinci böyük şəhəri olan Mosulu işğal etməsinin ardından uzun müddətdir ki, dünyanın gündəm mövzusu olmağa davam edir.

    Bəs İŞİD-i bu qədər güclü edən nədir?
    200.000-dən artıq əsgəri olan, ehtiyatda olan əsgər və zabitlərlə 500.000-dən artıq ordusu olan İraq, sayı 10 minlə ifadə edilən bu qruplaşma qarşısında niyə aciz qaldı?

    Məsələyə siyasi prizmadan baxdıqda hər şey aydın olur əslində. Ölkə əhalisinin 40%-ə yaxınını sünnilərin təşkil etdiyi İraqda əhalinin təxminən 55%-i isə şiələrdir. İraqda İŞİD-i gücləndirən əsas səbəb isə 2006-cı ildə iqtidara gələn İraq baş naziri Nuri əl-Malikinin İraqı şiələşdirmə siyasəti faktoru oldu. Beni Malik qəbiləsinə (aşirətinə) mənsub olan Maliki Bağdadda Üsul El-Din kollecindən məzun olduqdan sonra Bağdad universitetinin ədəbiyyat fakültəsini bitirir. 1960-cı ildə şiə meyilli İslami Dava partiyası sıralarına qatılır. İran-İraq müharibəsində İranın İslam keşikçiləri ordu korpusuna bağlı olan milis bölüklərin nəzarətini əlində saxlayan Maliki İraq ərazilərində İran leyhinə əməliyyatlar həyata keçirirdi. Nəhayət İslami Dava partiyası 2006-cı ildə seçkilərdə qalib gəlir, elə həmin ildə Əbu Ömər əl-Bağdadi sünni İraq İslam dövlətini elan edir (İŞİD-in ilkin forması).

    Malikinin iqtidarı illərində sünnilərə ikinci sinif vətəndaş kimi münasibət göstərilir, iqtidarda sünni tayfalardan demək olar ki, təmsil olunan olmurdu. İnancını siyasətə əks etdirən Malikinin atdığı bu yanlış addım sünniləri dövlətə küsdürür. Hal-hazırda isə buraxdığı səhvin kəffarəsini İraqdakı anarxiya və xaosla verir. İŞİD dövlətin küsdürdüyü sünni aşirətlər sayəsində özünü gücləndirdi və dövlətini qurdu. Təxminən hər 10 əsgərin 4-ü sünni olan İraq ordusunun böyük əksəriyyəti məcbur qalmadıqca vuruşmur, sünni tayfa rəhbərlərinin göstərişi ilə geri çəkilirdilər. Praktika onu göstərir ki ögey övlad münasibəti istənilən ölkədə dövlətin mənfəətinə zidd olan nəticələr verir, qarşıdurma yaradır, anarxiyaya benzin töküb alovlandırır.
    İçlərində radikalların qismən az olduğu hesab edilən şiəliyin “ənənəvi din” olduğu üçün dövlət tərəfindən dəstəklənməsi digər məzhəb nümayəndələrini qıcıqlandırır, nəticədə onların iqtidara arxa çevirmələrinə səbəb olur.

    Əvvəlcə ənənəvi dinə qısa bir baxış keçirək. Qeyd edim ki, ənənəvi din mücərrəd bir anlayışdır və nisbidir. Ənənəvi din dedikdə mütləq şəkildə haqlı olan dini həyat tərzi nəzərdə tutulmur. Çünki İraqda, İranda ənənəvi din dedikdə şiəlik nəzərdə tutulursa, Türkiyədə, Səudiyyə Ərəbistanında və digər dövlətlərdə ənənəvi din sünnilik sayılır, bu ölkələrdə şiəlik qeyri-ənənəvi din kimi qəbul olunmuş olur. Yəni bir məzhəbə ənənəvi din başlığı verməklə onun İslamı tam anlamı ilə əks etdirdiyini söyləmək tamamilə yanlışdır.

    Yaxşı bəs bu məzhəb problemləri hardan gəlir və qaynağı nədir? İslam dininin tək qaynağı olan Qurana baxdığımızda nə təəssübkeşliklə, nə də radikallıqla qarşılaşa bilərik.

    “Hicr” surəsinin 9-cu ayəsində də deyildiyi kimi, Quran təhrif olunmayıb və hal-hazırda məzhəblər arasında ayrılığa səbəb deyil. Quran müsəlmanlara birləşdiricilik ruhunu, sülhü və sevgini aşıladığı halda, İslam dünyasında fitnə çıxarmaq istəyən qruplar tərəfindən yönləndirilən alim fətvaları və hz.Muhəmmədin (səv) vəfatından 300-500 il sonra qələmə alınan rəvayətlərin onun adından kimi müsəlmanlara təlqin və təqdim edilməsi zehinlərdə məzhəbçilik toxumunun əkilməsinə səbəb oldu. “Nəhl” surəsinin 89-cu ayəsində Quranın İslamın tək qaynağı olduğu, hidayət axtaran müsəlmanlara yol göstərici rəhbər olduğu vurğulanır. “Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (Nəhl surəsi, 89)
    Lakin Quranın yetərincə oxunmadığı, oxunsa da hər hərfinə 1000 savab almaq adı ilə ərəbcə oxunduğu cəmiyyətdə təlqinlərlə, peyğəmbər adına anladılan yalan rəvayətlər və Qurana uyğun olmayan hədislər anlatmaqla istənilən təriqəti yaymaq olar. Bunun olmaması üçün eşidilən məlumatların doğruluğunu yoxlamaq, haqqı batildən ayırmaq üçün insanlar Quran haqqında məlumatlı olmalıdırlar. Qurani-kərimdə bildirilir ki, Peyğəmbərimizin Allaha ümmətindən yeganə şikayəti olacaq, o da qövmün Quranı tərk edilmiş bir kitab halına salmasıdır. Çünki Quranı bir kənara qoyub hər qaynağı etibarlı mənbə hesab edirlər. Allah Quranı kifayət görsə belə onlar dini yaşamaq üçün Quranı natamam görürlər. Buna səbəb isə yaşadığı məzhəbi Quranda görməmələridir. Baxış bucağını dəyişsələr, yaşadığım “din” Quranda yoxdursa, inancım yanlışdır desələr, ixtilaflar da bitər əslində. Ancaq nə etməli, səmimiyyət hər igidin işi deyil. “Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək.” (Furqan surəsi, 30)

    Azərbaycan əhalisinin 95%-dən çoxu inanclı müsəlmandır. Yaradılış fitrəti gərəyi olaraq hər bir müsəlman gənc, Allaha ibadət etmək və onun rızasını qazanmaq üçün saleh əməllər etmək istəyir. Lakin bunu necə edəcəyini bilmir, ibadət qaydalarını və dini yaşama şəklini öyrənəcəyi qaynaqlar axtarmağa başlayır. İslamı yaşamaq istəyən bu gəncə seçim üçün şiəlik və sələfilik təqdim olunur. Halbuki, ilk təqdim olunmalı olan Quranı oxumaq olmalıdı. Çünki Allahın insanlara göndərdiyi din Qurandadır və hər bir müsəlman dinini yaşaması üçün Allahın bildirdiyi kimi tək-tək açıqlanmış olan ayələri oxumalı və İslamı Qurandan öyrənməlidir. Quranda, yəni İslamda radikallıq yoxdur, fitnə törətmək qətl etməkdən daha pis davranış kimi sayılır və qınanır. Hətta savaşın qızğın anında belə aman istəyənə aman ver deyən dinimiz var. “Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra onu əmin olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!” (Tövbə surəsi, 9)

    Məzhəb problemlərinin yaşandığı hər ölkə kimi Azərbaycanda da ən doğru addım “ənənəvi dinin”, yəni şiəliyin dəstəklənməsi və model olaraq təqdim edilməsi deyil, hər kəsin inancına hörmətlə yanaşılması, lakin eyni zamanda dövlətin radikalizmə qarşı maarifləndirmə işi aparmasıdır. Çünki bu yaşanan “ənənəvi din” özü də bir məzhəbdir və məzhəb olduğuna görə İslam dinini tam anlamı ilə təmsil etmir. Qeyri- ənənəvi dinin fərdləri də bu ölkənin vətəndaşıdır və dövlət istənilən vətəndaşın ona arxa çevirməsinin əlbəttə ki, marağında deyil. Hələ də atəşkəs şəraitində yaşayan dövlətimizdə xarici kəşfiyyat idarələrinin provokatorluğunu edən sapı özümüzdən olan baltalara ehtiyacımız yoxdur və bu zehniyyətli radikal gəncliyin yetişməməsi, çətinliklə qurulmuş sabitliyin pozulmaması üçün dini radikalizmə qarşı maarifləndirmə işində bu işin əhli olan ilahiyyatçılar və intellektual gənclər dövlətin müvafiq qurumlarına dəstək olmalı, bu real təhlükəni əvvəlcədən görüb hərəkətə keçməli və Azərbaycanı İraqa və Suriyaya çevirmək istəyənlərin önü kəsilməlidir.
    Hər bir müsəlman birlik və bərabərlik içində olmalı, Quranı rəhbər alaraq İslamın sevgi və sülh dini olduğunu unutmamalı, hətta öz dinindən olmayanlarla belə ən gözəl tərzdə mübarizə apar deyən Rəbbimizin ayəsini xatırlamalıdır.

    “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran surəsi 103)

    Ramil Rüstəmov

  • Yaşanan əxlaqi tənəzzülün səbəbi

    default

    Kommunist-darvinist zehniyyətin təbliğinin nəticəsidir ki, artıq insanların əxlaqi dəyərləri yox olmaq üzrədir. Homoseksual təbliğat baş alıb gedir, insest normal hal kimi göstərilir, anarxiya və terror cihad hesab edilir, arqo ifadələrdən istifadə üstünlük sayılır, insanlar çılpaq halda etiraz yürüşləri keçirir, 6-7 yaşlı qız uşaqları cinsi həyata cəlb edilir və s. Bu siyahını uzatmaq mümkündür. Çoxları bununla razıdır ki, belə bir cəmiyyətdə nə özləri, nə də övladlarının yaşamasını istəmirlər. Bəs bu durumun həlli üçün kim nə edir? Nə qədər insan özü gözəl əxlaqa yiyələnməyə can atır və ətrafını da buna təşviq edir? Səmimiyyəti, fədakarlığı, əfvediciliyi, təvazökarlığı, ədalətli olmağı, sevgi dolu olmağı, mərhəməti bilirmi və əxlaqına tətbiq edirmi?
    Kommunist-darvinist zehniyyəti ona görə qeyd etdim ki, darvinizm əxlaqi dəyərlərin itirilməsi, qadına ağlı zəif varlıq kimi baxılması, cinsi sapqınlıqlar və s. kimi hallara “elmi” əsaslar adı altında bəhanələr uydura bilir. Məhz kommunist düşüncə 20-ci əsrə qan, zülm, təzyiq və zorakılıqla damğasını vurmuşdur. Bu ideologiya səbəbindən keçən əsrdə 120 milyon insan həlak olmuşdur. Bəs bu qədər insanın öldürülməsinin əsası nədir?
    Darvinizm həyatın mübarizə və döyüş yeri olduğunu, yaşamaq üçün bu mübarizədən qalib çıxmağın, yəni var gücü ilə savaşmağın gərəkdiyini deyir. Bu fikirlər də kommunizm-faşizm kimi cərəyanların ana qaynağı olmuşdur.
    Darvinizmin təbiətin mübarizə yeri olduğu yalanı cəmiyyətə tətbiq olunduqda:

    – Hitlerin üstün irqi meydana gətirmə cəhdinə,

    – Marksın “İnsanlıq tarixi sinfi qarşıdurmaların tarixidir” yanılmasına,

    – Maonun milyonlarla insanı bir növ heyvan kimi görüb ağlasığmaz vəhşiliklər etməsinə,

    – Mussolininin müharibənin insan enerjisini ən yüksək səviyyəyə çatdırdığı iddiasına,

    – Kapitalizmin güclülərin zəifləri əzərək daha da güclənmələrini nəzərdə tutmasına,

    – Stalinin mərhəmətsiz iş düşərgələrinə,

    – Üçüncü dünya ölkələrinin imperialist ölkələr tərəfindən istismar edilməsinə, insanlığa sığmayan rəftarlara məruz qalmasına elmi don geyindirilmişdir.
    Yenə darvinizmdən qaynaqlanan digər bir cərəyanın – faşizmin təqdim etdiyi əxlaqi dəyərlərə qısa nəzər yetirək. Faşizm də qadına olan nifrətini darvinizmdən almışdır. Necə ki, Darvin qadınlarla bağlı: “Davamlı yoldaşlıq (yaşlılıqda belə davam edən yoldaşlıq), sizinlə maraqlanacaq biri -itdən daha yaxşı əyləndirə bilən- ev və evin məsuliyyətlərini üzərinə götürəcək biri”, – deyirdi.
    Cenevrə Universitetində təbiət tarixi professoru olan təkamülçü və materialist K.Voqt da qadınlara qarşı alçaldıcı fikirlərə sahib idi. Voqt belə yazmışdı: “İnsanın dişiləri kişilərdən çox aşağı, heyvan növlərinə daha yaxındır. Bu səbəblə, əgər standart olaraq özümüzə bir qadını almalı olsaydıq, daha çox meymun bənzəri xüsusiyyətə rast gələrdik”.

    Darvinistlər də, faşistlər də qadın düşmənidir. Qadınları alçaq və geridə qalmış növ olaraq görür, alçaldır, onlara qarşı ayrı-seçkilik edir və təzyiq göstərirlər.

    Faşistlərin bu davranışları Quran əxlaqı ilə tamamilə ziddir. Allah Quranda qadınlara qarşı şəfqətli olmağı, hörmət etməyi və onları qorumağı əmr etmişdir. Bununla yanaşı hz.Məryəm və fironun arvadı kimi üstün əxlaqa sahib olan qadınları insanlara nümunə göstərmişdir. Allah qatında üstünlük insanların irqinə, cinsiyyətinə və ya mövqeyinə görə deyil, Allah`a olan yaxınlıq və iman gücünə görədir. Allah Quranın bir çox ayəsində bütün iman edənlərin, qadın-kişi ayrı seçkiliyi olmadan etdiklərinin qarşılığını alacaqlarını belə xəbər vermişdir:

    Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!(Nisa surəsi, 124)

    Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik (Nəhl surəsi, 97)

    Darvinist düşüncələr faşist ideologiyanın homoseksual pozğun dünyasının da əsasını təşkil edir. Faşizm ilə homoseksuallıq arasındakı bu əhəmiyyətli əlaqə faşizmin ən qədim modeli olan Spartaya qədər uzanır.
    E.ə 50-120-ci illərdə yaşayan tarixçi Ç.Plutarx (Chaeronealı Plutarch) ordudakı ən seçmə əsgərlərdən ibarət 300 nəfərlik xüsusi döyüşçü birliyin 150 cüt sevgilidən meydana gəldiyini yazırdı. Spartada 12 yaşına çatan güclü oğlanlarının hamısı orduya alınır və ilk iş olaraq ordudakı təcrübəli əsgərlər tərəfindən aldadılırdılar. Bu pozğun əlaqələrin Spartanın “döyüşkən” mədəniyyətinin və qan tökməyə həris ordusunun ən böyük güc qaynağı olduğuna inanılırdı.
    Bu iyrənc və azğın mədəniyyət, 19-cu əsrdə yaranan yeni paqanizm cərəyanı ilə birlikdə yenidən yayıldı. Bu azğınlığın ən əhəmiyyətli mərkəzlərindən biri isə Almaniya idi. Bu cərəyanın öndəri Adolf Brand 1902-ci ildə oğlanlarına qarşı pozğun cinsi meyilləri ilə tanınan U.Yansen (Wilhelm Jansen) və B.Fridlender (Benedict Friedlander) ilə birlikdə Özgünlər Dərnəyini (Gemeinschaft der Eigenen) qurdu. Fridlender 1904-cü ildə “Yunan erotizminin yenidən doğulması” (Renaissance des Eros Uranios) adlı bir kitab nəşr etdi. Kitabın qapağında yarı çılpaq bir yunan gənci rəsmi yer almışdı. Fridlender məqsədlərinin nə olduğunu kitabda belə açıqlayırdı:

    Hədəfimiz yunan cəngavərliyinin yenidən oyandırılması və cəmiyyət tərəfindən tanınmasıdır… Yunan cəngavərliyi sevgisi ilə kişilər arasındakı yaxın sevgini, xüsusilə də fərqli yaşdakı kişilər arasındakı əlaqələri nəzərdə tuturuq.
    Bu gün homoseksualizmin, insestin normal hal kimi insanlara təqdim olunmasında məqsəd əxlaqi dəyərləri aradan qaldırmaq, əxlaqı tənəzzülü gücləndirməkdən ibarətdir. İnsanların Allah və yaradılış inancından uzaqlaşdırılması, inkişaf etmiş heyvan növü olaraq təqdim olunması insanlarda təbii olaraq mərhəmət, sevgi, şəfqət, əfvedicilik, qoruyuculuq kimi insani hisslərin itirilməsinə gətirib çıxaracaqdır. Bunun üçün darvinizm fikri mübarizə ilə aradan qaldırılmalıdır. Bunu izah etməyin yolu isə insanlara məsuliyyətsiz heyvan olmadıqlarını, Allah tərəfindən yaradıldıqlarını və axirətdə əməllərindən hesab verəcəklərini izah etməkdir.

    Istinadlar: (Charles Darvin, The Autobiography of Charles Darvin 1809-1882 (Et. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, s. 232-233)
    (Eva Cantarella, Bisexuality en the Ancient World, New Haven, Yale University Press, 1992, s. 72)
    (Benedict Friedlander, “Memoirs for the Friends and Contributors of the Scientific Humanitarian Committee en the Ada of the Succession of the Scientific Humanitarian Committee”, Journal of Homosexuality, January-February 1991, s. 259)

    Aysel Vəlizadə

  • Nərmin KƏRİMZADƏ.”Əxlaqi tənəzzül” (Məqalə)

    nazkowe

    Yaşadığımız dövrdə dünyadakı xalqların sosial quruluşlarını təhdid edən çox böyük təhlükə var. Bu təhlükə gizli fəaliyyət göstərərək cəmiyyətləri dağılmağa məhkum edir. Bu təhlükə cəmiyyətin ayaqda saxlayan əxlaq dəyərlərinin pozulmasıdır. Eyni cinsdən olanların əlaqələrinin, pozğunluğun ticarətinin, evlilikdən kənar əlaqələrin, təcavüzlərin, pornoqrafiyanın, cinsi xəstəliklərin artması əxlaqi süqutun bəzi mühüm nişanələridir. Bu məsələlər həmişə dünya ictimaiyyətinin gündəmindədir. İnsanların çoxu ətrafında baş verən təhlükəni dərk etmir və ya bunları sosial həyatın bir hissəsi kimi dəyərləndirərək bu qəflətin içinə düşür. Ancaq statistika təhlükənin ölçülərinin görünməmiş sürətlə hər gün daha da artdığını göstərir.
    Cinsi xəstəliklərin artması bəşəriyyətin qarşısındakı problemlərin böyüklüyünü göstərən əsas meyardır. Ümumdünya Səhiyyə Təşkilatının (WNO) qeydlərinə görə, cinsi yollarla keçən xəstəliklər ən çox rast gəlinən xəstəlik qruplarından birini təşkil edir. Əldə edilən məlumatlar hər il təxminən 333 milyon yeni hadisənin meydana gəldiyini göstərir. Bunlara əlavə olaraq QIÇS (AIDS) böyük bir problem olmaq xüsusiyyətini hələ də qoruyur. Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarında bu günə qədər 18,8 milyon insanın bu xəstəlikdən həyatını itirdiyi bildirilir. Adıçəkilən təşkilatın QIÇS-lə bağlı 2000-ci ilə aid raportundakı bu ifadələr məsələni çox yaxşı xülasə edir: “QIÇS sosial, iqtisadi və demoqrafik quruluşlar üzərindəki dağıdıcı təsiri ilə bənzərsiz bir bəladır”.
    Dövrümüzdə homoseksualizmin yayılması da çox diqqətçəkəndir. Eyni cinsdən olan insanların bəzi ölkələrdə rəsmi olaraq evlənə bilməsi, evliliyin səbəb olduğu sosial haqlardan istifadə edə bilməsi, dərnək və partiyalar qurması, dünya səviyyəsində yayılmaları, müqəddəs inanclara qarşı gəlmələri, dini dəyərlərə qarşı savaş elan etmələri Peyğəmbərimizin (s.ə.v) dövründən bu günə qədər keçən 14 əsrlik müddət ərzində ancaq dövrümüzə məxsus olan hadisələrdir.
    Günümüzdəki eynicinslilərin bu cürətliliyi və cəsarəti Lut xalqının başına gələnləri yada salır. Quranda bəhs edildiyi kimi, Allah hz. Lutun doğru yola dəvətinə azğınlıqla cavab verən Lut şəhərini və xalqını böyük bir fəlakətlə məhv etmişdir. Bu azğın cəmiyyətdən arxada qalanlar hələ də bir ibrət nümunəsi olaraq Lut gölünün sularının altında qalır.
    Axırzaman cəmiyyətlərindəki əxlaqi pozuntuları təsvir edən hədislərin bugünkü dünyada tam mənası ilə aşkara çıxdığı açıq bir həqiqətdir. Pozğunluğun utanmağa və gizlənməyə ehtiyac qalmadan, açıq-aşkar edilməsinin qiyamətin bir əlaməti olduğu hədisdə belə bildirilmişdir:
    “Pozğunluq aşkar edilmədən… qiyamət qopmaz”. (“Ramuz əl-əhadis”, 91/7)
    Cəmiyyətlərdə evlilikdən kənar cinsi əlaqələrin yayılmasının bir işarə olduğu da Peyğəmbərimiz (s.ə.v) tərəfindən bu cür qeyd edilmişdir:
    “Zinanın çoxalması qiyamətin əlamətlərindəndir”. (Buxari, “Təcridi” 1/16)
    Əxlaq dəyərlərinin, utancaqlıq duyğusunun zəifləməsi belə təsvir edilmişdir:
    “Qiyamət yaxınlaşanda… həya kişinin qadınla yolun ortasında cinsi əlaqədə olacaq qədər aradan qalxar”. (“Son zamanlarla bağlı hədislər”, səh. 97)
    Çox qəribədir ki, son dövrlərdə televiziya kanallarında gizli kamera ilə çəkilmiş pozğun görüntülər nümayiş etdirilir. Yollarda insanlarla qiymət danışan küçə qadınları hamının gözləri qarşısında, yolun ortasında, açıq-aşkar pozğunluq edirlər.
    Burada hədisdə qiyamət əlaməti olaraq qeyd edilən bir hadisə də qeyd edildiyi kimi zühur etmiş və milyonlarla insana bu hadisə göstərilmişdir. Hadisələr göstərir ki, eyni cinsdən olan insanların adi bir həyat tərzi kimi qəbul edilməsi qiyamətdən əvvəlki dövrün əsas əlamətlərinin bir işarəsidir:
    “Kişilər qadınlara bənzəyəcək, qadınlar kişilərə oxşayacaq”. (“Ölüm-qiyamət-axirət və axırzaman əlamətləri”, səh. 451)
    “Kişilər kişilərlə, qadınlar da qadınlarla kifayətlənəndə… qiyamət yaxınlaşacaqdır”. (“Ramuz əl-əhadis”, 448/8; “Ölüm, qiyamət və diriliş, səh. 480)

  • Matəm saxlamaq haramdı

    10501339_1432713340345919_458758336_n

    Ölüm olduğu zaman günlərlə yas tutmaq, gülməmək, sevincə dair hər şeyi həyatdan çıxarmaq cahiliyyə adətidir. Ölüm müsəlmanlar üçün dünyadakı imtahanın sona çatması, əsl yurd olan axirətə keçid və hər şeydən əhəmiyyətlisi ən sevimli olan Rəbbimizə qovuşmaqdır. Buna görə müsəlmanlar biri öldüyünə görə matəm tutmazlar. Tam əksnə, sevdiklərinin Allah’a qovuşmasından ötrü sevinər, “inşaAllah Rəbbim ondan razı olmuşdur” deyə dua edərlər. Matəm qədərdəki hikməti qavraya bilməyən, qədərə könüldən təslim olmamış, Allah’ın yaratmasındakı gözəllikləri görə bilməyən, dünyanın keçici olduğunu bilməyən insanların batil bir adətidir.
    Buna görə ölüm hadisəsi olanda müsəlmanlar bir-birlərinə yas tutmağı, kədərlənməyi tövsiyə etməzlər. Hüznlü olmağı, bədbəxt olmağı məsləhət görməzlər. Ölüm olduğunda müsəlmanlar bir-birlərinə gözəl şəkildə səbir etməyi, Allah`ın qədərdə təqdir etdiyini sevinclə qarşılamağı tövsiyə edərlər. Çünki yas tutmaq , haşa, Allah’ın təqdir etdiyi qədərdən razı olmamaq deməkdir. Yas tutmaq demək, haşa, Allah’ın yaratdığına üsyan etmək deməkdir.
    “Suriyada, Fələstində, Misirdə insanlar ölərkən, siz necə əylənə bilərsiniz?” kimi düşünən bəzi insanlar da bu həqiqəti unudurlar. Suriyada, Misirdə, İraqda və dünyanın hər hansı bir yerində yaşanan itkilər, əzablar qarşısında müsəlmanların etməli olduqları şey yas saxlamaq deyil, bu əzabların sona çatması üçün səy göstərməkdir. Qaldı ki, bu tənqidi söyləyən insanların özləri də dünyadakı bütün bu ağrı-acılara baxmayaraq, toylarda gülüb-oynayır, televiziya söhbətlərini gülərək izləyir, seriallara, filmlərə baxaraq yaxşı vaxt keçirirlər.
    Mömin üçün ölüm son demək deyildir. Tək gerçək sevgilisi və dostu olan Allah’a qovuşmaqdır. Mömin özü üçün ölümü necə sevinclə qarşılayırsa, sevdiyi bir insanın ölümünü də sevinclə qarşılayar. Ölüm qarşısında kədərlənməyin vacib olduğu inancı isə cahiliyyəyə aid bir düşüncədir. Allah’ın gücünü və qüdrətini gərəyi kimi qavramayan insanlar ölümdəki hikmətləri də təqdir edə bilməzlər. Ölümü yox olmaq hesab etdiklərinə görə kədərlə qarşılayırlar.
    Bu səbəbdən cahiliyyə cəmiyyətlərində və xüsusilə köhnə bütpərəst mədəniyyətlərdə bir çox batil matəm adətləri vardır.
    Məsələn, qədim Misirdə bir şəxs öləndə yas evinin qadınları başlarına, üzlərinə palçıq çəkir, paltarlarını, bədənlərini iplə sarıdıqdan sonra çılpaq sinələrini döyərək gəzərdilər. Buna bənzəyən adətlər aşşurlularda, fars, yunan və romalılarda da vardı. Yəhudilikdə də matəm adətləri arasında paltar cırmaq, yerdə oturmaq,başına kül səpmək, kül üzərində yatmaq, bədən kəsmək, saç yolmaq, ağlayıb öz-özünü döymək kimi adətlər vardı. Bəzi sivilizasiyalarda isə ağlamaq üçün xüsusi insanlar tutulmasından bu insanların günlərlə ağladığı aydın olur.
    Məkkəli müşriklərin də ölən birinin ardından matəm tutmaqları məlumdur. Peyğəmbərimiz (s.ə.v.) isə yas tutmağı müsəlmanlara qadağan etmişdir:
    İbn Abbas (r.a) deyir: “Rəsulullah əleyhissalatu vəssalam buyurur ki: “Yas tutmaq cahiliyyə işlərindən biridir…”
    İbn Ömər (r.a) deyir: “Rəsulullah əleyhissalatu vəssalam, yüksək səslə ağlayan qadınlar olan cənazələrə baxmağı qadağan etdi.”
    Cərir Mövla Müaviyə deyir: “Hz. Müaviyə (r.a) Xümsdə xalqa xütbə verdi və xütbəsində Rəsulullahın (s.ə.v) yas tutmağı (nəvh) qadağan etdiyini də xatırlatdı.”
    Oğlu İbrahim vəfat edəndə Peyğəmbərimizin (s.ə.v.) çox qısa bir an ağlamış olması isə peyğəmbərimizin (s.ə.v) şəfqətinin və mərhəmətinin təcəllisidir. Peyğəmbərin (s.ə.v) bu gözəl əxlaqını səhv başa düşüb, cahilcə müşrik adətlərini davam etdirmək istəyənlər isə çox yanlış edirlər.
    Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.(“Qəmər” surəsi, 49)
    De: “Allah’ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allah’a təvəkkül etsinlər!” (“Tövbə” surəsi, 51)
    Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir! (“İnsan” surəsi, 30)
    Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (“Ənam” surəsi, 59)
    Allah’ın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allah’a iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. (“Təğabun” surəsi, 11)

  • Coğrafi təcridlər nə üçün təkamül fərziyyəsinə dəlil deyil?

    1403978461_torul-1

    Təkamül nəzəriyyəsinə əsasən canlılar təsadüflərlə əmələ gəlmiş və yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar meydana gətirmişdir. Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə həqiqətən belə bir gücün olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü həyata keçirəcək təbii mexanizmlər varmı? Bu gün təkamül nəzəriyyəsi adlandırdığımız neodarvinist model bu məsələ ilə bağlı iki əsas mexanizm irəli sürür: “təbii seçmə” və “mutasiya”. Nəzəriyyənin əsas iddiası belədir: “Təbii seçmə və mutasiya bir-birlərini tamamlayan iki mexanizmdir. Təkamül xarakterli dəyişikliklərin mənbəyi canlıların genetik quruluşunda meydana gələn təsadüfi mutasiyalardır. Mutasiyaların səbəb olduğu xüsusiyyətlər təbii seçmə mexanizmi vasitəsilə seçilir, beləliklə, canlılar təkamül keçirirlər”. Lakin bu mexanizmlərin işləmədiyi ortaya çıxdıqdan sonra təkamül tərəfdarları əlavə olaraq təcridlər, yəni izolyasiyalar və populyasiya dalğalarını fərziyyənin hərəkətverici qüvvəsi kimi iddia etməəyə başladılar. Bu ssenarini bir az təhlil etdikdə isə, əslində ortada konkret “təkamül mexanizminin” olmadığını görərik. Çünki nə təbii seçmə, nə mutsiyalar populyasiya dalğaları , nə də təcridlər növlərin təkamül keçirmələri və bir-birlərinə çevrilmələri iddiasına ən kiçik töhfə verməyiblər. Bu məqalədə isə izolyasiyaları , coğrafi təcridləri araşdıracağıq.
    Coğrafi təcrid anlayışı ilə bağlı həm elmi dairələrdə, həm də ictimaiyyətdə hakim olan fikir elmi baxımdan həqiqətləri əks etdirmir. Xüsusilə bəzən həm yerli, həm də xarici mətbuatlarda mövzu ilə bağlı məlumat əskikliyindən qaynaqlanan yanlış fikirlərə rast gələ bilirik. Bunun üçün də gəlin coğrafi təcrid anlayışının nə olduğu ilə tanış olaq.
    Eyni növdən olan canlılar bir quru ərazisinin çökməsi və ya qitələrin bir-birindən ayrılması kimi səbəblərdən coğrafi təcridlərə məruz qalırlar. Belə olan halda, iki ayrı bölgədəki canlılar arasında fərqli bir genetik xüsusiyyət meydana çıxır. Başqa sözlə desək, coğrafi təcridlər populyasiyaları bir-birindən ayırır. Məsələn, quruda yaşayan canlılar geniş çöllər və sularla, ya da yüksək dağlarla bir-birindən ayrılırlar.1 Əgər bir populyasiya coğrafi olaraq iki və ya daha çox bölgəyə ayrılırsa, aralarındakı fərq getdikcə çoxalır və bir müddət sonra bu fərqli ərazilərdəki canlılar fərqli coğrafi irqlər meydana gətirir.2 Bu ayrılıq populyasiyalar arasında gen axınının qarşısını alacaq həddə çatdıqda, daha əvvəl bir-biri ilə oxşar xüsusiyyət daşıyan bir növün fərqli variasiyaları arasındakı bənzərlik azalmış olur.
    Bu mövzu ilə bağlı təkamülçülərin yanıldığı məqam belədir: təkamül tərəfdarları ayrı qitələrdə, ya da mühitlərdə yaşamağa məcbur qalan canlıların fərqli bir növə çevrildiklərini iddia edirlər. Halbuki, fərqli ərazilərdə ortaya çıxan fərqli xüsusiyyətlərə sahib canlılar populyasiya fərqliliklərindən başqa bir şey deyil. O ərazidə cütləşmək məcburiyyətində qalan canlıların genetik kombinasiyaları sərhədli qalır və genlərindəki müəyyən xüsusiyyətlər daha ön plana çıxır. Lakin yepyeni canlı növü qətiyyən meydana gəlmir, gələ də bilməz. Təkamülçülər növlərin mənşəyi məsələsinə izolyasiya ilə açıqlama gətirməyə çalışırlar. Çünki yer üzündə bu qədər çoxlu sayda növün necə ortaya çıxdığı onların baxış tərzinə görə olduqca çətin bir sualdır. İzolyasiya termini də təkamülçülər tərəfindən yeni bir növ əmələgətirən hərəkətverici qüvvə kimi təqdim olunur. Amma elmi həqiqətlər izolyasiya ilə yeni növün meydana gəlməsinin qeyri-mümkünlüyünü açıq şəkildə göstərir.
    Eyni vəziyyət insanlar üçün də əsaslıdır. Yer üzündəki fərqli irqlər coğrafi izolyasiyalar vasitəsilə fərqli irqi xüsusiyyətlərə sahib olublar. Bəzi insanlarda qara dərililik xüsusiyyəti üstün olmuş (dominant), bunlar eyni ərazidə yaşadıqları və öz aralarında çoxaldıqları üçün qara dərili irq meydana gətirmişdir. Qıyıq gözlü uzaq şərq irqləri də eyni şəkildədir. Əgər coğrafi izolyasiya olmasaydı, yəni dünyadakı bütün irqlər əsrlər boyunca bir-biri ilə hər zaman qarışıq ailə həyatı qursaydılar, onda hər kəs metis olardı: zəncilər, ağ dərililər, qıyıq gözlülər olmaz, insanların hamısı mərkəzə uyğunlaşmada olardılar. Bəzən coğrafi səbəblərdən ötrü bir-birindən ayrı qalan variasiyalar yenidən bir yerə gətirildikdə bir-birləri ilə cütləşmirlər. Buna görə də müasir biologiyada növ anlayışına görə alt növ deyil, ayrı növ halına gəlmiş olurlar. Buna növ əmələgəlmə (speciation) deyilir.
    Təkamülçülər isə bu anlayışdan başqa mənalar çıxarırlar: “Təbiətdə növ əmələgəlmə var, yəni yeni canlı növləri təbii mexanizmlərlə əmələ gəlir, deməli, bütün növlər bu formada ortaya çıxıb”. Amma burada çox böyük və gizli yalan var.
    1) Bir-birlərindən izolyasiya olunmuş A və B variasiyaları bir araya gətiriləndə cütləşməmə halı ola bilər. Amma bu vəziyyət, adətən, cütləşmə davranışından qaynaqlanır. Yəni A və B variasiyalarına aid fərdlər digər variasiyaları yad gördüyü üçün onu özlərinə yaxın hiss etmir və cütləşmirlər. Lakin cütləşmələrinə mane olan heç bir genetik uyğunsuzluq yoxdur. Qısası, genetik məlumat baxımından yenə də eyni növlərdirlər.
    Ç.Darvinin Qalapaqos adalarında müşahidə etdiyi birəbitdən quşlarının ayrı növlər hesab edilib təkamülə dəlil kimi göstərilmə səbəbi də elə budur.
    2) Ən vacib məqam isə odur ki, haqqında danışılan növ əmələgəlməsi genetik məlumat artımı deyil, əksinə, məlumat itkisi prosesidir. Müxtəlifləşmənin səbəbi, variasiyalardan birinin və ya hər ikisinin yeni genetik məlumat əldə etmələri deyil. Belə bir proses mümkün deyil. Məsələn, iki variasiyadan biri yeni bir zülal molekuluna, yeni bir fermentə, yeni bir orqana sahib olmur və ortada bir irəliləyiş yoxdur. Əksinə, daha əvvəllər fərqli genetik məlumatları eyni məkanda birləşdirən populyasiya (məsələn, həm uzun, həm də qısa tük xüsusiyyətini; həm açıq, həm də tünd rəng xüsusiyyətini əks etdirən populyasiya) əvəzinə, indi genetik məlumat baxımından daha kasıb iki populyasiya var. Lakin son illərdə aparılan elmi təcrübə və müşahidələr dar populyasiyaların genetik cəhətdən təkamül nəzəriyyəsinin lehinə yox, əleyhinə olduğunu ortaya qoymuşdur. Dar populyasiyalar yeni növ əmələ gətirmək bir tərəfə qalsın, əksinə, ciddi genetik pozuntular üzə çıxarırlar. Bunun səbəbi dar populyasiyalarda fərdlərin daima dar genetik hovuz çərçivəsində cütləşmələridir. Buna görə normal halda heteroziqot olan fərdlər getdikcə homoziqota çevrilirlər. Bunun nəticəsində də normal halda resessiv olan pozulmuş genlər dominant genə çevrilir və beləliklə, populyasiyada getdikcə daha çox genetik pozuntu və xəstəlik üzə çıxır.3
    Bu mövzunu tədqiq etmək üçün toyuqlar üzərində 35 il davam edən müşahidə aparılmışdır. Müşahidələrdə dar populyasiyada saxlanılan toyuqların getdikcə genetik cəhətdən zəiflədiyi müəyyən edilmişdir. Toyuqların yumurtlaması 100%-dən 80%-ə, çoxalma faizi də 93%-dən 74%-ə düşmüşdür. Ancaq insanların şüurlu müdaxiləsi ilə, yəni başqa bölgələrdən gətirilən toyuqların populyasiyaya qarışdırılması ilə bu genetik zəifləmə prosesi dayanmış və toyuqlar normal hala düşməyə başlamışlar.4
    Nəticə olaraq, növ əmələgəlməsinin təkamül nəzəriyyəsini dəstəkləyən heç bir tərəfi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlı növlərinin hamısının sadədən mürəkkəbə doğru təsadüflər yolu ilə ortaya çıxdığını iddia edir. Eyni zamanda, təcridlər təkamül üçün irsi istiqamətləndirilməmiş, yəni təsadüfi material verir. Ona görə də təcridlər canlı üçün nəyin əlverişli və nəyin uyğun olmadığına qərar verə bilməz. Əlaqəli olaraq da bu fərziyyənin əhəmiyyətli sayılması üçün genetik məlumat artıran mexanizmlər göstərməlidirlər. Gözü, qulağı, ürəyi, ağciyəri, qanadları, ayaqları və ya digər orqan və sistemləri olmayan canlıların bunları necə qazandığını, bu orqan və sistemləri açıqlayan genetik məlumatın haradan gəldiyini izah etməlidirlər. Onsuz da mövcud olan bir canlı növünün genetik məlumat itkisinə məruz qalaraq ikiyə bölünməsi, şübhəsiz, təkamüllə heç bir əlaqəsi olmayan haldır. Bütün canlıları üstün güc, qüvvət sahibi olan Rəbbimiz yaratmışdır. Sonda tövsiyə olaraq onu da qeyd edim ki, əsassız olduğu dəfələrlə müxtəlif elm sahələri tərəfindən sübut olunmuş fərziyyələrlə vaxt itirmək, bunun üçün külli miqdarda pullar xərcləmək və elmin məqsədindən kənara çıxıb cəmiyyətə, millətə, dövlətə heç bir töhfə verməmək əvəzinə, Allahın yaratdığı canlılardakı kompleks sistemləri öyrənib elmi-texniki, tibbi və s. istiqamətlərdə irəliləyişlər əldə etmək şübhəsiz ki, müqayisə olunmaz üstünlükdür .
    Mənbələr
    1. Prof. Dr. Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayınları, Ankara, 1995, s.690
    2. Prof. Dr. Ali Demirsoy, Yaşamın Temel Kuralları, Genel Biyoloji/Genel Zooloji, Cilt-I, Kısım-I, Ankara, 1993, s.606
    3. M. E. Soulé and L. S. Mills, “Enhanced: No need to isolate genetics”, Science, 1998, vol. 282, səh. 1658.
    4. R. L. Westemeier, J. D. Brawn, J. D. Brawn, S. A. Simpson, T. L. Esker, R. W. Jansen, J. W. Walk, E. L. Kershner, J. L. Bouzat and K. N. Paige, “Tracking the long-term decline and recovery of an isolated population”, Science, 1998, vol. 282, səh. 1695.

    Toğrul İbrahimov

  • Yaxın Şərqdə məcburi ittifaq yox, sevgi ittifaqı

    10518868_1432712770345976_1429854027_n

    Ayrılıqlar və bölünmələr hər zaman vardı. Amma qəribə ittifaqlar bir anda İŞİD kimi bir şəbəkənin İraq şəhərlərini işğal etməsi ilə ortaya çıxmağa başladı. Malikinin məzhəb ayrıseçkiliyinə zəmin hazırlayan bəzi hərəkətləri və İraqın içində bölünmüş xalq, bir anda İŞİD şəbəkəsi ətrafında bir çox fərqli qrupu birləşdirdi. Sünni təriqətlər, Maliki əleyhdarları, bir qisim türkmən və kürdlər, Səddam dövrünün əsgər və generalları bir dam altında birləşdilər. Bu işğalları təhdid olaraq qəbul edən ətraf ölkələrdə də vəziyyət qəribədir. Maliki-Ruhani ittifaqı davam edərkən, İŞİD-in İraqdakı irəliləyişi Ruhani-Obama ittifaqını da qızışdırırdı. Belə ki, yaxın günlərdə İranın nüvə proqramı çərçivəsində Ruhani ilə birlikdə gerçəkləşəcək Cenevrə danışıqlarında digər bir məsələ İŞİD-dir.
    Bərzani-Ərdoğan ittifaqı daha da güclənərkən, Türkiyənin üzləşdiyi əsir böhranı və sərhəddəki hadisələrə görə zəifləyən Maliki-Ərdoğan ittifaqının da burada gücləndiyini deyə bilərik. Yaxın Şərqdə nəhayət ki, itttifaqlar yaranır, təhdidin meydana gətirdiyi məcburi ittifaqlar…
    İnsanlar, dövlətlər, dövlət başçıları qardaşlıq əsasında çətin gördükləri ittifaqı hər hansı bir təhdid olduğu zaman dərhal yarada bilirlər. Ortaq düşmən fikrinin sevgidən daha güclü olması yaşadığımız əsrin acı həqiqətidir.
    Vəziyyəti Türkiyə baxımından müşahidə etdikdə isə Türkiyənin bir müddətdir ki, mülayim və uzlaşdırıcı bir strategiyaya daha çox önəm verdiyi aydın olur. İraqda Maliki ilə gərginləşən münasibətlərin yumşaldılması, Ruhani rəhbərliyindən etibarən İranla hər ay aparılan mütəmadi danışıqlar və son olaraq Misirin yeni prezidenti Əl-Sisiyə prezident Gül tərəfindən göndərilən təbrik mesajı …
    Misirdə hərbi müdaxilə sonrası ölümlər və həbslər, əlbəttə ki, ağır bir keçmişə sahib olan türk xalqı üçün böyük bir imtahan oldu. Amma bu, qardaş ölkə Misir ilə əlaqəni qoparmaq demək deyil. Bu əhəmiyyətli mövzuya bir başqa yazıda toxunaq.
    Mosulun işğalından əvvəl Türkiyənin xüsusilə Şimali İraq ilə əldə etdiyi 50 illik neft müqaviləsi və ardından Bərzaninin müstəqillik iddiasında olması bəzi dairələrdə Türkiyənin bir anda köhnə Misak-ı Milli (National Oath) sərhədləri – yəni Mosul və Kərkük – üzərində suverenlik qurması olaraq qəbul edildi.
    Şimali İraq və dünyaya yeni açılmağa başlayan İran neftinin keçid yolunun Türkiyə olması yenə diqqətləri öz üzərinə çəkdi. Güclü bir Türkiyə ehtimalından narahat olan dərin dövlətlərin mövcud olduğu sirr deyil. Anlaşılmaz olan, sərhəddəki bu qarışıqlıqların bir çoxlarının iddia etdiyi kimi beynəlxalq planın parçası olub-olmadığıdır.
    Bütün bunlar bir planın parçası olsa belə, bu İslam ərazisinin tək bir qığılcımla alovlanması və qardaşın qardaşı qətl etməsi necə tamamilə xarici qüvvələrin oyunu ola bilər? Qurana söykənən və sevgi üzərində qurulan möhkəm bir sistemdə necə və hansı çirkli oyun müvəffəqiyyətli ola bilər? Problem, xüsusilə bu ərazilərdə olan ideologiya zəifliyidir. Təcavüzkar ideologiyaların saxta və yanlış olduğu göstərilmədikcə, Yaxın Şərqdəki qarışıqlığın həlli yoxdur.
    Belə ki, İŞİD də müəyyən ideologiya əsasında bir araya gəlmiş insanların meydana gətirdiyi bir şəbəkədir. Müxtəlif vəhşiliklərlə gündəmə gəlmələrinin, bir məzhəb döyüşü aparmalarının tək səbəbi isə inandıqları ideologiyanın yanlış olmasıdır. İslam dövləti qurmaq istəyirlər, amma əsl İslam dövlətinin bu şəkildə olmaması lazım olduğunu bilmirlər.
    Quranı ərəbcə oxuyurlar, lakin bütün dünyaya yayılmış xurafat dininin təsirindən xilas ola bilmirlər. Quran ayələrini xurafatlarla birlikdə izah edir, hətta çox vaxt Quran ayələri yerinə bu xurafatlara müraciət edirlər. O zaman dünyanın hazırda ən böyük problemlərindən biri olan radikalizm ortaya çıxır. İslamın hökmlərini yerinə yetirmək üçün güclü bir istək olur, amma tətbiq olunan din tam mənası ilə gerçək İslam olmur.
    Problem ideologiyadırsa, Amerika da daxil olmaqla bir çox ölkənin silahlı mübarizədən başqa bir metod inkişaf etdirə bilməməsi, bunu radikalizmin gücləndiyi yarım əsr boyunca edə bilməməsi çox maraqlıdır. Yanlış bir inancın yerinə doğrusunun göstərilməsi çox asandır. İdeoloji yanlışlıq alınan yeni silahlarla, verilən cihad fətvaları ilə, heç bir gücü olmadığı halda, “müqavimət göstərəcəyik” deyə ortaya çıxan zehniyyətlərlə yox edilə bilməz. Səddamdan sonra inkişaf etdirilən şiə məzhəbçiliyi necə indi belə bir sünni məzhəbçiliyini inkişaf etdirdisə, yandırıb-yox edəcəyəm deyə ortaya çıxmaq da eyni şəkildə radikalizmi inkişaf etdirəcək.
    İşlər mümkün olduqca tolerantlıqla həll edilməli və yanlış ideologiyanın aradan qaldırılması üçün tədbir alınmalıdır. Məzhəb qarşıdurmaları, anti-demokratik tətbiqlər və müdafiə xaricində müharibənin Quranda yeri yoxdur. İslam adına ortaya çıxıb can alanlara bu gerçək göstərilməlidir.
    Osmanlı mükəmməl deyildi, amma Osmanlının bu köhnə torpaqları belə bir narahatlığı yaşamadılar. Çünki İslamın istiliyi və sevgi dolu ruhu bu torpaqlarda hakimdi. İndi köhnə Osmanlı torpaqlarında xətkeşlə yaradılmış süni sərhədləri aradan qaldırma səyi var. Məcburi olaraq, qan tökərək, düşmənçiliklə. Belə olmaz. Mənəvi mənada ölkələr arasında sərhədlər əlbəttə ki, olmamalıdır. Lakin bu yalnız sevgi birliyi ilə təmin edilə bilər. Məcburi ittifaqlar, başqa ortaq düşmənlər olduğunda dərhal dağıla bilər. Amma sevgi ittifaqları qalıcıdır. Belə ittifaqlarda sərhədlərdə minalar, tikanlı tellər, sərhədi pozdu deyə vurulan təyyarələr olmaz.
    Bir anda zəruri ittifaqı yarada bilən ölkələr bu ittifaqı sevgi ilə qura biləcəklərinə niyə inanmırlar? Problemlərin təhsillə həll ediləcəyini, ittifaqların sevgi ilə meydana gələcəyinə inanmaları üçün daha nə qədər fəlakətin baş vermə lazımdır?
    Adnan Oktarın Arab News-də nəşr olunan məqaləsi:

    http://www.arabnews.com/news/589776

  • Xoşbəxtliyin sirri

    10438785_1432712850345968_171633275_n

    Dünyadakı bütün insanlar xoşbəxt olmağa çalışır. Ancaq insanların ümid etdikləri xoşbəxtlik dünyəvi şərtlərə bağlı olan, tamamilə müvəqqəti xoşbəxtlikdir. Davamlı olan həqiqi xoşbəxtliyi isə tam olaraq iman edənlər yaşaya bilərlər. Çünki həqiqi xoşbəxtlik nə insanlara, nə hadisələrə, nə mallara, nə də mövqeyə bağlıdır. Xoşbəxtliyin bir sirri var; o da coşğulu Allah sevgisi və Allaha olan təvəkküldür.

    İman edən bir insan bu dünyanın həqiqi mahiyyətindən, öz yaradılış məqsədindən, Uca Allahın özünü sınadığından və Ona qulluq etməklə məsul olduğundan xəbərdardır. Bu səbəblə, həyatı boyunca Allahın razılığını, rəhmətini qazanmağa çalışar və möminlərin həqiqi məskəni olan cənnətə girmək üçün səy göstərər.

    Xoşbəxtlik isə Uca Allahın əməlisaleh qullarına səmimi iman və sədaqətlərinə görə, həm dünyada həm də cənnətdə verdiyi çox böyük nemətdir. Möminlərin xoşbəxtliyinin və rahatlığının qaynağı yalnız imanlarıdır. Allah səmimi imanlarına qarşılıq olaraq, onların qəlblərinə xoşbəxtlik və rahatlıq verir. Möminlərin maddiyyata bağlı xoşbəxtlik yaşamırlar, Allaha və axirətə imanın gətirdiyi mənəvi xoşbəxtliyi yaşayırlar. Bu anlayışdan uzaq yaşayan insanlar isə iman etmədikcə gerçək xoşbəxtlikdən uzaq qalarlar. Sonsuz güc sahibi Allah, din əxlaqını yaşamamalarına qarşılıq olaraq bu insanların qəlblərini bədbəxt və sıxıntılı edəcəyini bir Quran ayəsində belə bildirmişdir:

    “Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar.” (Ənam Surəsi, 125)
    İman etməyən insanlar, ümumiyyətlə axirət həyatının çox yaxın olduğunu və onunla qarşılaşacaqlarını düşünmədən yaşayarlar. Ölümü, ölüm sonrasında nələrlə qarşılaşacaqlarını, bütün etdikləri bütün əməllərə görə Allaha hesab verəcəklərini, bunun nəticəsində də cənnət ya da cəhənnəmdə sonsuza qədər qalacaqlarını ağıllarına gətirməz ya da gətirmək istəməzlər. Bu insanların belə məsuliyyətsiz davranmağına səbəb olan faktor isə sonsuz axirət həyatını özlərindən uzaq görmələridir. Belə insanların düşüncəsinə görə yaşayacaq vaxtları çoxdur; buna görə də heç düşünmədikləri ya da düşünsələr belə reallaşacağına çox ehtimal vermədikləri bir şey üçün həyatlarını, mənfəətlərini və qurduqları planlarını fəda etmək istəməzlər. Bunu çox böyük itki olaraq xarakterizə edərlər. Böyük səhv edərək, dünya həyatını və dünya mənfəətlərini, axirətdə qazanacaqlarına nisbətlə daha yaxın və asan görərlər. Dünyaya bağlanıb axirəti qulaqardına vurarlar. Bütün istəklərini bu qısa dünya həyatına sığdırmağa çalışarlar. Bütün həyatlarını Allahı razı edəcək davranışlardan, din əxlaqından uzaq keçirər, bütün həyatları boyu dünyaya bağlı qalarlar.

    Dünya həyatına olan sevgi isə insanları bədbəxt edir. Quran əxlaqından uzaq yaşayan bu insanların dünya həyatında xoşbəxt ola bilməyəcəklərini, davamlı çətinlik içində yaşayacaqlarını Allah Quranda belə bildirir:

    “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik.” (Ta ha Surəsi, 124)

    İman etməyən insanları xoşbəxt etməyən, onları narahat edən digər mövzu isə qarşılaşdıqları çətin anlardır. Bu insanların xoşbəxtliyi tamamilə dünyəvi qazanc və gəlirə bağlı olduğundan, çətin anlarda bu mənfəətlərini də itirməklə qarşı-qarşıya qalırlar. Hər şeyləri buna bağlı olduğundan heç gözləmədikləri bir hadisə səbəbindən hər şeyi itirmək təhlükəsi, onları böyük bir bədbəxtliyə düçar edir. Əldə etdikləri keçici sevinci də bu yolla tamamilə itirərlər. Çıxa bilməyəcəkləri pessimizmə və ümidsizliyə düşərlər.

    Möminlərin xoşbəxtliyi isə çətin anlarda göstərdikləri Quran əxlaqı ilə daha da qalıcı hala gəlir. Möminlər həmişə Allahın razılığını düşündükləri, ağıllarını və vicdanlarını həmişə bu istiqamətdə istifadə etdikləri üçün iman etməyənlər kimi pis görünən vəziyyətlərdən mənfi təsirlənməzlər. Əksinə çətin anlarda göstərdikləri gözəl və təslimiyyətli rəftarla Uca Allahın razılığını qazana biləcəklərinə ümid edərlər.

    Möminlərin qəlbində Allahın razılığını qazanma ümidinin, bu yolda əlindən gələn bütün səyi sərf etməyin verdiyi sevinc və rahatlıq vardır. Yaşadıqları bu sevinc onları həm dünya həyatında xoşbəxt və rahat edir, həm də Allahın razılığını daha çox qazanmalarını təmin edən şövqlərini artırar. Bu sevinc və xoşbəxtlik, insanların iman etmədikcə əsla çata bilməyəcəkləri və təqlid edə bilməyəcəkləri sevincdir. Çünki bu Allahın yalnız möminlərə hiss etdirdiyi və Allahın razılığını, rəhmətini və sonsuz cənnətini ümid etmənin verdiyi xoşbəxtlik və rahatlıqdır.

    Nəzakət Bədirova

  • Siz Allahı nə qədər tanıyırsınız?

    10501339_1432713340345919_458758336_n

    Sizi kim yaratdı? Sizə bu bədəni, gözlərinizin rəngini, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisinin arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi?
    Siz bütün bu suallara sadəcə bir cavab verirsiniz: “Allah”. Sizin kimi digər insanlardan da bu suallar soruşulduğunda, onlar da: “Allah”, – deyə cavab verirlər. Necə ki, Allah Quranda insanların öz ağızları ilə bu həqiqəti təsdiq edəcəklərini belə bildirmişdir:
    “Həqiqətən, əgər: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar niyə döndərilirlər?” (Ənkəbut surəsi, 61)
    Bəs sizi və kainatı ən incə xüsusiyyətinə qədər planlayan Yaradıcımızı nə qədər tanıyırsınız? Sizi hər an gördüyünü, eşitdiyini, etdiyiniz hər şeydən hər an xəbərdar olduğunu bilirsinizmi? Sizə görə Allah haradadır? Sizi yaratdıqdan sonra öz başınıza buraxır? Yoxsa necə yaşamalı olduğunuzu bildirir? Allah’ı görə bilərsinizmi? Onunla danışa bilən bir insan varmı? İnsanlardan başqa hansı varlıqları yaratdı? O, ölümdən sonra necə həyat vəd edir?

    Şübhəsiz, bunlar kimi daha bir çox sual soruşula bilər və siz də özünüzə görə bu sualların hamısını cavablayarsınız. Bu cavablar ya ailənizdən, ya qohumlarınızdan, ya ətrafınızdan, ya da oxuduğunuz kitablardan öyrəndikləriniz olacaq. Ya da illər əvvəl din dərsində oxuduqlarınızdan ağlınızda qalanlar… Bəs verdiyiniz cavabların, həqiqətən, doğru olub-olmadığını heç düşünmüsünüzmü?

    Şübhəsiz, hər kəs Allah haqqında çox fərqli fikirlər söyləyə bilər. Filosof Allah’ı izah edərkən əvvəlcə aldığı təhsili ön plana çıxarır, təsirləndiyi filosofların fikirlərindən istifadə edərək Allah’ı tanıdır. Allah haqqında heç bir məlumatı olmayan evdar qadın qonşusundan eşitdiyi məlumatlara inanır. Allah’la əlaqədar kitab yazan yazıçı isə bəlkə də heç bir dini təhsil almayıb, hətta Allah’ın endirdiyi ayələrin birini belə bilmir. Lakin bu yazıçının kitabını oxuyan hər kəs sanki onun fikirləri müzakirəsiz doğruymuş kimi qəbul edir, bütün yazılanları tətbiq edir və ətrafındakı hər kəsə özündən çox əmin olaraq oxuduqlarını izah edir. Çox insan o günə qədər ətrafından eşitdiklərinin və öyrəndiklərinin səhv və ya əskik ola biləcəyinə ehtimal vermir.Lakin unutmaq olmaz ki, insan yanıla bilən, cahillik edə bilən varlıqdır. Bu halda, bizə Allah’ı ən doğru tanıdacaq qaynaq yalnız Onun bizlərə endirdiyi haqq kitab Qurandır. Allah Quranda insanların öyrənməsi lazım olan şeyləri açıqlamışdır. Yuxarıdakı sualların Qurandakı cavablarına baxsaq, əvvəlcə Allah’ın yalnızca göylərdə deyil, hər yerdə olduğunu görərik. Allah bütün insanlara olduğu kimi sizə də şah damarınızdan daha yaxındır. Sizin hər etdiyinizə şahiddir, hər şeyi görür. Söylədiyiniz bütün sözləri eşidir. İçinizdən etdiyiniz bütün duaları bilir. Hər an sizin yanınızdadır. Üstəlik, Allah dilədiyi quluyla danışır. Məsələn: Quranda hz. Musa ilə danışaraq onu digər insanlardan üstün etdiyi bildirilmişdir. Allah insanları olduğu kimi, mələkləri və cinləri də yaratmışdır. Və Allah dünya həyatından sonra sonsuza qədər davam edəcək cənnət və cəhənnəm həyatı yaratmışdır. İnsanlara ölümlərindən sonra cənnətə gedə bilmələri üçün necə yaşamalarının lazım olduğunu da Quranla bildirmişdir. Bütün bunlar yuxarıda soruşduğumuz sualların çox qısa cavablarıdır və bu cavabların hamısı Quranda var.

    Nəzakət Bədirova

  • Ülviyyə ƏLİZADƏ.”İslam Dini Gözəllik və Keyfiyyət Dinidir. Xurafat əsla İslam dini Deyildir” (Məqalə)

    photo.php

    Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.(Əraf,31)

    Allah müsəlmanların Allahın zikr ediləcəyi hər məkanda xoş, təmiz, baxımlı, qadınların makyajlı, keyfiyyətli, qadın və kişilərin süs, bəzək əşyalarından istifadə etməyini, gözəl və zövqlü geyimlər geyinmələrini, gözəl ətirlərdən istifadə etmələrini istəyir və təşviq edir.

    Həmçinin təmiz qidalardan, ruzilərdən istifadə etmələrini, lakin israf etməmələrini bildirir. Ayənin ardında isə – De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf 32)- deyə bildirir. Xurafatçılara baxırıq, onlar nə deyirlər bu haramdır, hər məzhəbin özünün ayrıca haram qida siyahısı var və birinin halalı digərinin haramıdır və ya əksinə. Eyni zamanda gözəl ətirli, təmiz, baxımlı olmağı, zövqlə geyinməyi, zinətlərdən istifadə etməyi haram edirlər. İslam dini bunu qadağan etmir. Qadağan edənlər Kimdir, Xurafatçılar. Əslində isə ayədə deyildiyi kimi dünya və axirət həyatında bu gözəlliklər yalnız möminlərə məxsusdur. Diqqət etsək, Allah elə xurafatçıların öz əlləri ilə onları bütün bu gözəlliklərdən məhrum etmişdir, maşaAllah. Əlamətlərini haradan bilirik, hələ dünyada ikən bu nemətlərdən məhrumiyyətlərindən. Belə ki, Xurafatçılar pis qoxulu, səliqəsiz, pəjmürdə, qara geyimlərə üstünlük verən, sac-saqqala qarışmış, qeyri -estetik bir görünüşə sahib olurlar. Bu xoşagəlməyən, insana cəhənnəmi xatırladan görünüş onların dünyadaykən cəhənnəmlərini yaşamağa başladıqlarını göstərir. Bütün bunlar isə onların Allaha qarşı qeyri-səmimi olmalarından, Allahın və Elçisinin gətirdiyi qanunları bəyənməyərək, özlərindən yeni uydurma din yaratmağa çalışmalarından dolayıdır.