İrəvan marşı

Ordum,yürü İrəvana,
Qoy tərk etsin şər şəhəri.
Vətən dönsün firavana
Çiçəklənsin Ər şəhəri.

Qalx İrəvan qalasına,
Qədim Turan qalasına,
Qədəm qoyaq Göy məscidə,
Vətən gəzək hər incidə.

Hər cəng zəfər yolu olsun,
Dönək Vətən torpağına.
Hər əsgər bir qala olsun
Azərbaycan bayrağına.

Ağrımasın Ağrı dağı,
Yaş qonmasın Alagözə.
Çağlasın Çaykənd bulağı,
Günəş gülsün Güllüdüzə.

Sularda yansın ahımız,
Göyçə deyək ta Sevana.
Göl-göl əl açsın ruhumuz,-
Tuz Xəzərə,Urmu Vana.

Göytürk rəngi,qıpçaq cəngi,
Qoy yar olsun hər cəsura.
Qoy qovuşsun zəngi-zəngi
Zəngibasar Zəngəzura.

Biz gedirik İrəvana,
Düz gedirik İrəvana,
Qoy tərk etsin şər şəhəri,
Çiçəklənsin Ər şəhəri!