Post Views: 83 Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaradıb və neçə-neçə nəsil bu mahnılarla böyüyüb. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun vəfatından 7 il …
Mədəniyyət
“Təbiətimizin sovqatı” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb
Post Views: 106 Xətai Sənət Mərkəzində “Təbiətimizin sovqatı” uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə nümayiş olunan əsərlərin müəlliflərinə sertifikat təqdim olunub. Həmçinin, sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb. Qeyd edək ki, mövzusu “Necə bir təbiəti qoruma nişanı asardım” olan müsabiqəyə respublikamızın müxtəlif guşələrindən yaşı 10-17 arası olan 700-ə …
Şimali Egeydə Türkiyənin əsrarəngiz adaları
Post Views: 87 Türk Egeyinin üç gözəl adası Gökçeada, Bozcaada və Cunda əsrlərdir qonaqlarını Egey dənizinin zənginliyi ilə qarşılayıb. Adalarda günlər daş evlərdə ləzzətli türk səhər yeməyi ilə başlayır, sevimli çimərliklərdə üzməklə davam edir və heyrətamiz ənənəvi meyxanalarda ləzzətli şam yeməyi ilə bitir. Süfrələr Türkəyin əsrlik reseptləri ilə bəzənərkən, əvvəlcə məzələr, sonra adaların məşhur dəniz …
Özbəkistanda Azərbaycanın Milli Qəhrəmanı haqqında kitab çapdan çıxıb
Post Views: 76 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə özbək dilində “Vətən üçün can fəda edən qəhrəmanlar” (“Vatan uchun jon fido qilgan qahramonlar”) adlı kitab işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, müəllifi tanınmış tədqiqatçı-jurnalist Mövlan Şükürzadənin araşdırmaları nəticəsində ərsəyə gələn nəşr Birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şücaətlə vuruşaraq şəhidlik …
“MasterChef Türkiye”nin Azərbaycana həsr etdiyi buraxılışın tam versiyası yayımlanıb
Post Views: 125 Dövlət Turizm Agentliyi və Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türkiyənin “TV8” telekanalına məxsus “MasterChef Türkiye” kulinariya yarışmasının Azərbaycana həsr edilmiş buraxılışı yayımlanıb. AZƏRTAC xəbər verir ki, dağüstü park ərazisində Bakı şəhərinin panoram görüntüsü fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən Qarabağ kətəsi, şah plov, kütüm balığı ləvəngisi, göy qutabı və dovğa hazırlamaq …
V.B.Mustafayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 124 V.B.Mustafayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 avqust 2023-cü …
Bu gün görkəmli yazıçı Əlibala Hacızadənin doğum günüdür
Post Views: 110 Kitabları hər zaman böyük tirajla çap edilən görkəmli yazıçı Əlibala Hacızadənin bu gün anadan olmasının 88-ci ili tamam olur. AZƏRTAC xəbər verir ki, ötən əsrin 60-cı illərində, durğunluq adlandırdığımız dövrdə artıq SSRİ Yazıçılar İttifaqının üzvü olan gənc yazıçı oxucular tərəfindən böyük maraqla qarşılanan bir sıra hekayə, povest və romanların müəllifi olub. Bunlar “Heykəl …
Bu gün Seyfəddin Dağlının anadan olmasından 102 il ötür
Post Views: 123 Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biri də nasir və dramaturq Seyfəddin Dağlı olub. AZƏRTAC xəbər verir ki, bu gün yazıçı, şair, jurnalist, tərcüməçi və dramaturq Seyfəddin Dağlının anadan olmasından 102 il ötür. Seyfəddin Dağlı ( Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də də Azərbaycana …
Bu gün Xalq artisti Tofiq Tağızadənin anım günüdür
Post Views: 88 Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik böyük rejissor idi. O, ötən sərin 50-ci illərində çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdu. Tofiq Tağızadə həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin …
Azərbaycanın birinci xanımının Vətənə və xalqa xidmət nümunəsi olan həyat yolu
Post Views: 92 Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın keçdiyi parlaq həyat yolu Vətənə və xalqa xidmət nümunəsidir. Hazırda misilsiz inkişaf mərhələsini yaşayan respublikasının qazandığı uğurlara dəyərli töhfələr verən Mehriban xanım ictimai-siyasi həyatda, dönməz xarakter alan islahatlar prosesində fəal iştirakı, milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyəti, vətənpərvərliyi və xeyirxahlığı …
Bu gün Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür
Post Views: 85 Qoca Şərqin ən qədim musiqi janrlarından biri olan muğam əsrlərdən bəri tədqiqatçıların diqqətini cəlb etmiş, bu gün də dünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm təhlil obyektidir. Azərbaycan xalqının qədim irsi olan bu incəsənət növü tarixən enişli-yoxuşlu yollardan keçsə də, xalqımız onu qoruyaraq və inkişaf etdirərək nəsildən-nəslə ötürə bilib. Müstəqil Azərbaycanda isə milli muğam …
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi təqdim olunub
Post Views: 75 Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü” adlı virtual sərgi hazırlanaraq təqdim olunub. AZƏRTAC xəbər verir ki, virtual sərgidə Azərbaycan muğamı ilə bağlı Prezident İlham Əliyevin, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fikirləri, mövzu ilə bağlı fotolar, muğamımızın tarixini əks etdirən kitab və məqalələr nümayiş olunur. Virtual sərgi ilə link vasitəsilə …
Bu gün Xalq şairi Fikrət Qocanın doğum günüdür
Post Views: 87 Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırıb. Şair, həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirib, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alıb. Onun poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram, yurdumuzun əsrarəngiz təbiət …
Sazbəndlik və sazbəndlərlə bağli layihə icra olunur
Post Views: 88 “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sazbəndlik və sazbəndlər” adlı layihə çərçivəsində işlər uğurla davam etdirilir. Bu barədə AZƏRTAC-a “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib. O qeyd edib ki, dörd ay ərzində başa çatdırılması …
Aşıqlar Birliyində yeni layihə yekunlaşmaq üzrədir
Post Views: 92 Son illərdə bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində (AAB) növbəti layihə yekunlaşmaq üzrədir. “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı bu layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində aşıqların 44 günlük müharibədə …
Xalq artisti Şahmar Ələkbərovun 80 illiyi ilə əlaqədar videomaterial hazırlanıb
Post Views: 85 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq Azərbaycan kinosu tarixinə yazan Şahmar Ələkbərovun yubileyi münasibətilə aktyorun həyat və yaradıcılığından bəhs edən videomaterial hazırlanıb. AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşlarının hazırladığı “Görkəmli aktyor Şahmar Ələkbərov” adlı videomaterialda aktyorun zəngin yaradıcılıq yolu, rol aldığı filmlər haqqında maraqlı məlumatlar təqdim …
Bu gün Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür
Post Views: 142 Cəmi 50 il yaşayıb. Amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yaza bilib. AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür. O, Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram …
Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür
Post Views: 101 Özünün yazdığı kimi, od üstündə doğulmuşdu. Ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar və milli əsarət görmüş nəslin nümayəndəsi idi Mirvarid Dilbazi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən də yan ötməmiş, onun zərif nümayəndəsi Mirvaridin yaddaşında …
YAZIÇI NEMƏT MƏTİNİN KİTAB TƏQDİMATI BAŞ TUTACAQ
Post Views: 94 Yazıçı Nemət Mətinin “Gözəgörünməzlər” kitabının təqdimatı baş tutacaq. Tanınmış jurnalistlər, tənqidçilər, yazıçılar, kitab blogerləri iştirak edəcək. Həmçinin oxucular da təşrif buyuracaq. Təqdimatda çəkiliş, video müsahibə, imza saatı, sual-cavab saatı olacaq. Hər kəs dəvətlidir. Nemət Mətinin ilk kitabı “Ədəbiyyat və kütlə” adlanır. İkinci kitabı “Sonuncu uçuş” adı ilə çap olunub. Bu kitab Türkiyədə …
ATAA kütləvi istirahət və səyahət dövrünün başlanması ilə əlaqədar vətəndaşlara müraciət edib
Post Views: 79 Yay mövsümündə səyahətlərin intensivləşməsi ilə əlaqədar vətəndaşların xüsusən xarici ölkələrə istirahət məqsədli səfərlərinin təşkili zamanı bir sıra hallarda müştəri və turizm şirkəti arasında müəyyən problemlərin və narazılıqların yaşanması risklərinin artmasını nəzərə alaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara diqqətli olmalarını tövsiyə edirik. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının açıqladığı məlumatda …
Mədəniyyət Nazirliyinin “Heydər Əliyev ili” çərçivəsində həyata keçirdiyi “Mədəniyyətə bağlı ömür” layihəsi
Post Views: 84 Mənbə: https://culure.gov.az/
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abbas Səhhətin anım günüdür
Post Views: 85 Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü. AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli …
Aşıqlar Birliyində yeni layihəyə start verilib
Post Views: 83 Son illərdə daim aktual mövzularda müxtəlif layihələrlə gündəmdə olan Azərbaycan Aşıqlar Birliyində yeni layihənin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşacaq layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır. Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, layihənin koordinatoru, Əməkdar mədəniyyət işçisi …
Bakıda “Fata Morgana” adlı Şərq immersiv şousu təşkil olunacaq
Post Views: 118 İyulun 26-da “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində “Fata Morgana” adlı Şərq immersiv milli qastronomiya şousu təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, “Fata Morgana” şousu öz tamaşaçılarına rəngarəng Şərq ab-havasına qərq olmaq imkanı yaradır. Şou Azərbaycanın qeyri-adi adət-ənənələrini özündə birləşdirməklə tamaşaçıya unikal Şərq nağılı bəxş edir. Heyrətamiz qastronomiya, füsunkar …
Bu gün Azərbaycanın Xalq yazıçısı Sabir Əhmədlinin doğum günüdür
Post Views: 91 Xalq yazıçısı Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirib, yüksək vətəndaşlıq hissləriylə qələmə alınmış əsərləriylə ədəbiyyatımıza böyük xidmət göstərib, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynayıb. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib. Ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi fəxri adları verilib. AZƏRTAC xəbər verir …
Tanınmış şair Namiq Hacıheydərli beynəlxalq mükafatla təltif edilib
Post Views: 133 Tanınmış şair Namiq Hacıheydərli Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının 20 illik yubiley medalı ilə təltif edilib. UNESCO Beynəlxalq Mərkəzinin assosiativ üzvü olan akademiya yubiley medalını maraqlı elmi araşdırmaları, publisistik yazıları, şeirləri ilə oxucuların rəğbətini qazanan şair, yazıçı və jurnalistlərə təqdim edir. Qeyd edək ki, Namiq Hacıheydərlinin araşdırmaları, ədəbi, bədii, publisistik yazıları cəmiyyət …
Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür
Post Views: 80 Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan qadın şairlərimizdən biri incə ruha, zərif təbiətə malik Nigar Rəfibəylidir. Onun göz açdığı ictimai-siyasi, ədəbi mühit özünün xarakterik xüsusiyyətləri, siyasi hadisələri ilə xarakterikdir. AZƏRTAC xəbər verir ki, hələ gənclik illərindən cəsur, vətənpərvər olan, böyük …
Mərakeş Krallığında səfərdə olan mədəniyyət naziri Adil Kərimli həmkarı Mohamed Mehdi Bensaid ilə görüşüb
Post Views: 95 Mərakeş Krallığında səfərdə olan Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli ilə Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid arasında görüş keçirilib. Görüş zamanı iki dost ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, xalqlar arasında əlaqələrin dərinləşdirilməsində mədəniyyətin oynadığı vacib rola istinad edilib. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin hər …
Mərakeşin Rabat şəhərində ICESCO və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüş keçirilib
Post Views: 90 Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun dəvəti ilə 20-22 iyun tarixlərində Mərakeş Krallığının Rabat şəhərinə səfər edib. Səfər çərçivəsində bu gün mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki arasında görüş keçirilib. …
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür
Post Views: 125 Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir. AZƏRTAC xəbər verir ki, bu gün Xalq …
Milli professional vokal məktəbinin yaradıcısı
Post Views: 100 Bu gün unudulmaz sənətkar Bülbülün doğum günüdür Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbül” kimi tanınıb. AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan …
İctimai TV daha bir mötəbər quruma üzv qəbul edilib
Post Views: 82 İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) Azərbaycanda nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına (American Chamber of Commerce in Azerbaijan – qısa olaraq AmCham) üzv oldu. AZƏRTAC xəbər verir ki, İctimai TV-nin fəaliyyətini diqqətlə izləyən, verilişlərinin müasir texniki və keyfiyyət standartlarına uyğun yayımını nəzərə alan Amerika Ticarət Palatası telekanalı öz sıralarına …
Xalq rəssamı Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomu təqdim edilib
Post Views: 78 Diasporla İş üzrə Dövlət Komitəsində Almaniyanın Koblents şəhərində yaşayan Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Milli Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri” Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomunun təqdimat mərasimi keçirilib. “Bizim Şuşa” albomu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunub. Dövlət …
Cari ilin beş ayında Azərbaycana gələnlərin sayı 1,5 dəfə artıb
Post Views: 80 Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstan, 4,9 …
Bu gün görkəmli ədib Abbasqulu ağa Bakıxanovun doğum günüdür
Post Views: 74 Azərbaycan elmi-fəlsəfi fikir tarixinə, bədii-estetik təfəkkürünə bir sıra əsaslı yenilikləri, mütərəqqi addımları, çoxistiqamətli maarifçilik fəaliyyəti ilə daxil olan Abbasqulu ağa Bakıxanovun elmi-ədəbi irsi dövrünün qabaqcıl ziyalılarının – tarixçilərin, mütəfəkkirlərin, ədiblərin diqqətini çəkmiş, dəyərləndirilmiş və onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. Abbasqulu ağa Bakıxanov öz dövründə hərbi xadim, tədqiqatçı-alim kimi tanınmaqla yanaşı, bədii …
Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Əbədiyyət dastanı” kitabı türkmən dilində nəşr edilib
Post Views: 98 “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın Türkmənistandakı səfirliyi silsilə tədbirlər keçirir. Bu tədbirlər sırasına Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemalar kitabının türkmən dilinə (Ebedilik dessany) tərcümə etdirilərək, nəfis şəkildə çap edilməsi də daxildir. İyunun 15-də səfirlikdə Azərbaycan xalqının Milli Qurtuluş Günündə kitabın türkmən dilində yeni …
Telman Əfəndini doğum günü münasibətilə təbrik edirik! (20 iyun 1993-cü il)
Post Views: 113 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi “PRIMER BROKER AND LOGİSTİCS” MMC-nin sabiq əməkdaşını Telman Əfəndini doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
15 İyun-Xalq şairi Hüseyn Arifin doğum günüdü
Post Views: 118 Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). Həyatı Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat …
Azərbaycanlı şairə Nigar Arifin “Adamların yağışı” adlı yeni kitabı nəşrə hazırlanır
Post Views: 99 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin “Adamların …
Azərbaycanlı gənc xanım yazar Nigar Arifin şeiri İranda “Hüner ve Camia” dərgisində
Post Views: 83 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin “Gecikmiş ömür” şeiri …
Azərbaycan teatr tarixində özünəməxsus yeri olan sənətkar
Post Views: 105 Bu gün Xalq artisti Hacıbaba Bağırovun anadan olmasından 91 il ötür Sevimli aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər. Lakin haqqında söhbət açmaq istədiyim mərhum sənətkarımız, Azərbaycanın xalq artisti …
Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür
Post Views: 79 Bu gün təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Muğannanın (Hüseynov) doğum günüdür. Onun haqqında dünyaşöhrətli yazıçı Çingiz Aytmatov “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik” deyib. AZƏRTAC xəbər verir ki, bu gün anadan olmasının 95-ci ildönümü tamam olan İsa Muğanna zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı …
“Qızıl tağ” Beynəlxalq Milli Kinematoqrafiya Forumu təşkil olunacaq
Post Views: 77 Kinematoqrafçılar İttifaqları Konfederasiyası Prezidentin Qrantlar Fondunun maliyyə dəstəyi, A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun maliyyə yardımı və iştirakı ilə Moskvada Rüstəm İbrahimbəyov adına “Qızıl tağ” Beynəlxalq Milli Kinematoqrafiya Forumunu təşkil ediləcək. Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a verilən məlumata görə, Konfederasiya Şurasının qərarı ilə bu il Foruma Rüstəm İbrahimbəyovun adı verilib. Milli Kinematoqrafiyalar Forumu, MDB …
Teatrların regionlara qastrol səfərləri davam edir
Post Views: 81 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların qastrol səfərləri həyata keçirilir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, uzun illərdən sonra ilk dəfə belə geniş şəkildə təşkil olunan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə …
Vaqif Səmədoğlunun xatirəsi yad edilib
Post Views: 76 Səməd Vurğunun ev-muzeyində Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 84-cü ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. AZƏRTAC xəbər verir ki, gecədə şairin qələm dostları, Vaqif poeziyasını sevənlər, gənclər iştirak ediblər. Şairin həyat və yaradıcılığından bəhs edilib, unudulmaz xatirələr yenidən canlandırılıb. Qeyd olunub ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olub, öz yaradıcılığı …
Bu gün görkəmli müğənni Rəşid Behbudovun anım günüdür
Post Views: 83 “Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” və s. ifa etdiyi mahnılar… Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb. Bu gün …
Akademik Milli Dram Teatrı ictimaiyyətə müraciət edib
Post Views: 76 Akademik Milli Dram Teatrı Beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib. Teatrdan AZƏRTAC-a daxil olan müraciətdə deyilir: “Beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir. “Saytın domenində olan “azdram” sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında …
Dünyaşöhrətli pop qrupu “Gipsy Kings” ilk dəfə Bakıda
Post Views: 111 İyunun 15-də Bakı Konqres Mərkəzində dünyaşöhrətli pop qrupu “Gipsy Kings” ilk dəfə konsert verəcək. AZƏRTAC xəbər verir ki, Rumba-Flamenko stilində ifaları ilə tanınan, “Bamboleo”, “Volare”, “Baila Me”, “Amor Mio” mahnıları ilə sevilən məşhur pop qrupu pərəstişkarları qarşısında öz repertuarında olan kompozisiyalarla çıxış edəcək. Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür. Mənbə: https://azertag.az/
Filarmoniyada Azərbaycan Dövlət Xor Kapellasının konserti olacaq
Post Views: 120 yunun 16-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev – 100” adlı Azərbaycan Dövlət Xor Kapellasının konserti keçiriləcək. Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, konsert Xalq artisti Gülbacı İmanovanın dirijorluğu və bədii rəhbərliyi ilə gerçəkləşəcək. Xormeysterlər …
Fidan İSGƏNDƏROVAnı doğum günü münasibətilə təbrik edirik!
Post Views: 88 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi FES (FULL EDUCATİON SUPPORT) Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Fİdan İSGƏNDƏROVAnı doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Dodaqlarınızdan gülüşün, yanaqlarınızdan isə təbəssümün əskik olmaması diləyi ilə İnşAllah! https://www.youtube.com/watch?v=5HSsdehhn9A Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat …
Dr. Hüseyn Şərqi Əfəndini doğum günü münasibətilə təbrik edirik! (6 İyun)
Post Views: 77 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin təsisçisi və baş redaktoru Dr. Hüseyn Şərqi Əfəndini doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Tanınmış yazıçı Varis ilə görüş
Post Views: 92 Bakıda böyük bir mədəniyyət tədbirinə start verilir, II Türk dünyası Ədəbiyyat və Kitab festivalı başlayır.Elmlər Parkında düzənlənəcək bu bir həftəlik möhtəşəm tədbirdə iştirak etmək şansından mütləq yararlanın. Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədovun, mədəniyyət naziri Adil Kərimlinin, Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin, Yazıçılar Birliyinin sədri Anarın, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri …
“Ulduz” jurnalının may sayı işıq üzü görüb
Post Views: 80 “Ulduz” jurnalının may sayı işıq üzü görüb. Dərgi ədəbiyyatşünas, esseist Mətanət Vahidin özüylə söhbəti və “Şəhrizad” – milli-tarixi yaddaş romanı sənət və qadın idealının təcəssümü kimi” essesi ilə açılır. “Şeir vaxtı”nda Ramilə Qardaşxanqızının, Elsevər Məsimin, Əfşan Yusifqızının, Reyhan Kənanın, Aytac Sahədin və Xanım Sevərin şeirləri, “Nəsr” rubrikasında isə Çinarə Ömrayın “Adsız”, Hafiz …
Aslanlı Jalə Elmiyaz qızını doğum günü münasibətilə təbrik edirik! (5 İyun 2018-ci il)
Post Views: 86 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Aslanlı Jalə Elmiyaz qızını doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Dodaqlarınızdan gülüşün, yanaqlarınızdan isə təbəssümün əskik olmaması diləyi ilə İnşAllah! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Nərmin Kərimovanı doğum günü münasibətilə təbrik edirik! (5 İyun)
Post Views: 87 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Nərmin xanım Kərimovanı doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Dodaqlarınızdan gülüşün, yanaqlarınızdan isə təbəssümün əskik olmaması diləyi ilə İnşAllah! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
5 İyun – Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür
Post Views: 160 Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5 iyun 1939, Bakı – 28 yanvar 2015, Bakı) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Həyatı[redaktə | mənbəni redaktə et] Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına …
Azərbaycanlı şairə-publisist Şəfa Vəliyevanın şeiri “Anne şiirleri” antologiyasında işıq üzü görüb
Post Views: 113 Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, şairə-publisist Şəfa Vəliyevanın “Naxış Anam” adlı şeiri işıq üzü görüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat …