Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: azerbaycanedebiyyati@gmail.com, edebiyyat-az.com@mail.ru Əlaqə saxlamaq üçün 051 785 44 33; 051 795 44 33. Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Как сообщалось ранее, Централизованная библиотечная система Ясамальского района обеспечивает продолжительность проекта «Узнаем Родину». Осуществляя в период режима карантина проект «Виртуальное путешествие по Азербайджану» зрители с помощью просмотра видеороликов знакомятся с красивыми уголками Азербайджана.
Очередной видеоролик посвящен городу республиканского
значения Сумгайыту. Здесь же содержится информация о двух больших поселках:
поселке Джорат и поселке Гаджи Зейналабдина Тагиева, территориально входящих в
состав города Сумгайыта.
Видеоролик содержит интересные сведения об истории
города, первые письменные упоминания об этом поселении.
Показ ролика начинается с упоминания первых создателей
города, живущих и сейчас в родном городе. Среди них Мазахир Абдуллаев, Дадаш
Дадашев, Аслан Османов, Гюльбахар Велиева, Замина Гасанова, Мустафа Салахов,
Минаря Таирова, Офеля Бабаева, Ашраф Шафиев, Джафар Гулиев.
Здесь можно познакомиться с крупными промышленными
объектами. Среди которых, сданная в эксплуатацию в 1941 году Сумгаыйтская
ТЭЦ-1, а также Азербайджанский трубопрокатный завод (1947), пущенный в эксплуатацию
в 2009 году Сумгайытский технологический парк и находящимся в его составе самым
крупным предприятием – заводом электрического оборудования и многими другими
современными промышленными предприятиями.
Сумгайытский химико-производственный парк был создан Указом Президента Азербайджанской Республики
Ильхама Алиева от 21 декабря 2011 года.
На видеоролике размещены фотографии парка культуры и
отдыха им.Насими, парка Людвигшафен, муниципального парка, парка Гейдара
Алиева, Аллеи шехидов. Особое место отведено приморскому бульвару – любимому
месту отдыха сумгайытцев и гостей города.
Размещены также фото памятников выдающихся личностей
Азербайджана, а исторические памятники, находящиеся в поселке Джорат придают
ролику особую привлекательность и вызывают интерес зрителей.
Особое место выделено фотографиям с связи с празднованием
70-летнего юбилея города.
На видеоролике звучит песня «Сумгайыт» в исполнении
Народного артиста, оперного певца Лютфияра Иманова.
Следует отметить, чтобы сделать видеоролик доступным
маленьким зрителям он размещен на странице
Facebook «Китабсевяр ушаглар» («Дети-книголюбы») и на одноименном
канале YouTube.
verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsini davamlığını təmin edir. “Vətənimizə virtual səyahət” layihəsi ilə karantin rejimində olan Azərbaycanın gözəl guşələri silsilə videoçarxlar vasitəsi ilə tanıdılır.
Növbəti
videoçarx respublika əhəmiyyətli şəhər olan Sumqayıt haqqındadır. Videoçarxda
Sumqayıt şəhərinin tərkibində olan Corat və Hacı Zeynalabdin qəsəbələri əks
olunmuş, şəhərlə bağlı ilk yazılı məlumat izləyicilərə çatdırılmış, şəhərin
tarixi və aparılan tədqiqatlar haqqında ümümi məlumatlar verilmişdir.
Videoçarxda
Sumqayıt şəhərinin ilk qurucuları arasında – Məzahir Abdullayev, Dadaş Dadaşov,
Aslan Osmanov, Gülbahar Vəliyeva, Zəminə Həsənova, “Şöhrət” ordeni ilə təltif
olunmuş Mustafa Salahov, Minarə Tahirova, Ofelya Babayeva, Əşrəf Şəfiyev, Cəfər
Quliyev kimi ziyalılar haqqında qısa məlumatlar fotolarla əks olunmuşdur.
Videoçarxı
izləyənlər şəhərdə yerləşən istehsalat və sənaye müəssisələri ilə bağlı maraqlı
məlumatlar əldə edə bilərlər. Həmin müəssisələrə 1941-ci ildə istismara
verilmiş “Sumqayıt İstilik Elektrik Müəssisəsi-1”, Azərbaycan Boruyayma Zavodu
(1947), 2009-cu ildə salınmış Sumqayıt Texnologiyalar Parkı (STP) və tərkibində
ən böyük müəssisələrdən biri olan Elektrik Avadanlıqlar Zavodu (EAZ), Mexaniki
Emal zavodu, Qaynaq Quraşdırma Zavodu, STP-nin Alüminium və Mis Profilləri
Zavodu (2014), “Alyans Tekstil” MMC şirkəti, metaltökmə və emal sahələri üzrə fəaliyyət
göstərən “Aztexnolayn” MMC-nin Texniki Avadanlıqları Zavodu, “Bismak” zavodu
(2004) və s. daxildir.
Videoçarxda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr
tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması da qeyd
edilmişdir.
Nəsimi
adına Mədəniyyət və İstirahət Parkı, Şəhidlər Xiyabanı, Lüdviqshafın parkı, Bələdiyyə
parkı, Heydər Parkı, Sumqayıt Bulvarı fotolarda əks olunmuşdur.
Videoçarxda
Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb edən görkəmli şəxsiyyətlərin abidələri
və heykəllərinin fotoları verilmişdir, Corat qəsəbəsində yerləşən tarixi abidələrə
aid fotolar isə videoçarxa xüsusi bir rəng qatmışdır.
Videoçarx
Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar maraqlı tədbirlərin fotoları ilə
davam edir.
Videoçarxda
xalq artisti, opera müğənnisi Lütfiyar İmanovun “Sumqayıt” mahnısı səsləndirilmişdir.
Qeyd
edək ki, “Vətənimizə virtual səyahət”
adlı layihəyə daxil olan videoçarxlar “Kitabsevər uşaqlar” Facebook səhifəsində
və YouTube kanalında da yerləşdirilib.
“Cəhaləti aradan qaldırmaq uğrunda hər bir addımı dəstəkləyirik!” devizi ilə fəaliyyətini uğurla davam etdirən “Yazarlar.az” saytı tərəfindən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd “Koroğlu” romanına görə “Ziyadar” Mükafatına layiq görülüb. Kitabın “Ön söz”ünün müəllifi AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoydur. Bədii əsərin rəyçisi “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru, Təhminə Vəliyevadır.
Tarixi mövzuda qələmə alınan əsər “Ecoprint” nəşriyyatında çap olunub. 352 səhifədən ibarət əsər müəllifin 4-cü romanıdır.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri
Nə şəklim var, Nə də şəkil çəkdirməyi sevdim. Qapısı açılmamış Evdim… Gələnim getdi, Gedənim qayıtmadı. Varmıdır gedişlərin Bir adı. Bəlkə də hə Bəlkə də yox, Şəkil çəkdirənlərdən olmadıq Yol aldıq yürüdük gedənlərdən olduq.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Bahar bu il daha gözəl gəlmişdi… Ağaclar yaşıl yarpaqlarını, ağ, çəhrayı çiçəklərini üzlərinə rübənd edib xəfifcə gülümsəyirdilər.
Günəş işıqlarının gur qəhqəhələri otağın pəncərəsindən içəri təpilir, masanın küncünü, yerə sərilən xalçanın solğun saçaqlarını, qocanın çəliyinin ucundakı kiçik dəmir parçasını qıdıqlayırdı. Qoca divanda uzanıb mütəkkəni başının altına qoymuşdu. Gözucu çəliyinin qıdıqlanmasına baxır, min fikrə düşürdü. O, yaşadığı ömrün səksən səkkizinci baharını belə qarşılamağı heç ağlına da gətirməzdi.
Hələ ötən il özünə söz vermişdi ki, səkkizlər qoşalaşan baharda kəndə gedəcək, əvvəlcə ata-anasının, sonra da iyirmi ildi onu bu dünyanın su tutmaz üzündə tək qoyan üzüdönmüşünün məzarına baş çəkəcək, elə qəbristanlığın üst tərəfindəcə bitən nərgizlərdən bir ovuc yığacaq, “İmdad qayası”nın dibində oturacaq, çəliyini də yanına uzadacaq, üzü kəndə baxa-baxa o nərgizlərin çiçəklərinin arxasındakı yumrucuqları yeyəcək… Bir ildi hər dəfə bu haqda fikirləşəndə ağzında qalan iki tək-bir cüt dişinin ucunda qəribə göynərti duyurdu. Hiss edirdi ki, o, böyüdüyü kənd üçün, nərgiz yumrucuqları yemək üçün təkcə ürəyiylə, ruhuyla deyil, barmaqlarının ucunacan, dişlərinin dibinəcən darıxıb… Ömründə belə darıxmaq tanımamışdı. Hər şey üçün darıxmağı anbaan tanıyırdı; sevmişdi, sevdiyi qonşu qızını ona verməmişdilər, sevdiyiyçün darıxmışdı. Bir gün anlamışdı ki, bu darıxmaq onun sevgisi qədər güclü deyil, sevdiyini götürüb o kənddən çıxmışdı, darıxmağa ilk dəfə onda qələbə çalmışdı…
Sonra illər boyu ata-anasıyçün, kiçik qardaşıyçün darıxmışdı… Bu darxımaq sevdiyiyçün darıxmağa bənzəmirdi, həm də heç bənzəmirdi… İndi onun ürəyindəki göynəyə gözlərinin acışığı da qarışırdı. Hərdən ümid edirdi ki, heç olmasa, bircə gilə gözlərindən yaş çıxsa, o acışıq da, o göynək də öləziyər, bir hovur dizlərini yerə qoyarlar. Amma, yox, bu darıxmaq “Diziaynalı pəhləvan”a dönürdü, hər dəfəsində onu bir barmağıyla yenir, vicdan dağının zirvəsinə qaldırır, ordan günah gölünün sahilinə tullayırdı. Darıxmağa məğlub olandan sonra gözlərini sıxıb iki gilə yaş çıxarmağa da heyi qalmırdı… İlbəil gücsüzləşdiyini hiss edir, bir yandan da öz gücsüzlüyünə, bu dəfə “əlahəzrət darıxmağa” itaət etməyə məcbur qaldığına yanırdı. Bir gün sevdiyinin də onun kimi “darıxmağa kəniz olduğunu” anladı… Canının bir parçası bildiyi sevdiyinin ürəyindəki nisgilin iki qatını öz ürəyinə yükləyəndə dərk etdi ki, baxışlarını onun baxışlarından yayındırır. Günbəgün bir-birindən gizlənən bəbəklər onların xoşbəxtlik hilalının üzündəki ləkələrə bənzəyir, hilal iriləndikcə ləkə də böyüyürdü… Bir gün yenə darıxmağın onu günah gölünün sahilinə tulladığı anlarda yapışmışdı sevdiyinin biləyindən, üz tutmuşdu avtovağzala…İki nəfərlik bilet və üzü kəndə gedən avtobusun çirkli pəncərəsindən görünən ala-boz çöllər…
Onlar kəndə çatanda axşam idi, mal-qoyun örüşdən qayıdırdı, hamı kəndin girəcəyindəki “Lətifin bulağı”nın yanında toplaşmışdı. Avtobusu elə orda saxlatmışdı, sevdiyinin biləyindən bu dəfə daha ürəklə, daha cəsarətlə yapışıb çəkmişdi… Avtobusdan düşər-düşməz özünü həmkəndlilərinə sarı atmışdı, hamını bir-bir qucaqlayıb bağrına basmışdı; babasıyla qan düşməni olan Xanbaba kişini də, nənəsinin kəlağayısının ucuna daş bağlayan Növrəstə arvadı da… Sevdalarına uluların yadigarı bu kəndi qurban edənləri kənd camaatı sevinclə, gülüşlə qarşılamışdı.
Başını Xanbaba kişinin kürkünə söykəyə-söykəyə, üzünü Növrəstə arvadın güllü şalının saçaqlarına sürtə-sürtə bir də onda ayılmışdı ki, öz ata ocağının alaqapısına çatıb. Dizləri titrəmişdi, alaqapının yanında mal-qara üçün qoyulmuş yastı duz daşının üstündə oturmaq istəmişdi. Arxadan ovcunun içinə ürkək barmaqlar təpiləndə anlamışdı ki, yox, bura qədər gəlib çıxandan sonra onun titrəməyə, döyüşün bu məqamında darıxmağa qələbə çalmadan qollarını yanına salmağa haqqı yoxdur… Həm də sevdiyinin barmaqları belə ürkəkcəsinə onun ovcunun içində tərləyərkən heç yoxdur… Bir əlli sevdiyinin əlindən yapışmışdı, o biri əliylə alaqapını itələyib qəti addımlarla həyətə girmişdi. Tövlədən çıxan atasıyla əldamından çıxan anası toqquşmuşdu, əvvəl bir-birlərinə, sonra da təəccüblə qarşılarında dayanmış oğullarına baxmışdılar. Qəfildən atası üzünü çəpərin o tayına tutub haraylamışdı:
– Quda, ay quda! Gözümüz aydın, qaçaqlar gəlib!
Çəpərin o tayından sevdiyinin atasının səsi daha gur eşidilmişdi:
– Ayə, mən quzunu kəsim, sən manqalı qala!
Özünü atasının üstünə atmışdı, bir əliylə onun çiynini qucaqlayarkən bir əliylə sevdiyinin əlini anasının önlüyünün cibinə salmışdı. Başı atasının sinəsində dəli bir hönkürtü çıxmışdı ürəyindən… O hönkürtü selə dönüb axmış, darıxmağı qabağına qatıb onun ruhundan çıxarmış, uzaqlara, hələ heç kimin adını qoya bilmədiyi o uzaq diyara qovmuşdu…
Ondan sonra darıxmaq onunçün “suyun başında oturan əjdaha” olmamışdı. Hərdən-hərdən, şəhərin səs-küyü içində qulağına bir quzu mələrtisi gələndə, bazarda qaloşların qiyməti düşəndə, mağazada kartofu kiloyla alanda darıxmışdı kəndli ömrü üçün… Bu darıxmağın başına daş salmağı yaxşı bilirdi, həmin günün sabahı sevdiyiylə yan-yana avtovağzaldakı kassanın qabağında bitirdi… Və onların darıxmağı kənddə keçirdikləri ilk axşamdaca quzuların mələrtisində, dayçaların kişnərtisində itirdi…
-Uşağımız olmayacaqmı? –demişdi bir dəfə sevdiyi sözlərinə yarınisgil, yarıümid qataraq.
– Allah bilir… – deyə cavab vermişdi sevdiyinə…
Bir də onda anlamışdı ki, darıxmaq yenə “əlahəzrətə” dönür sevdiyinin ürəyində, bu dəfə hökmünün sonsuz olacağına əmindir özü də… Ürəyində darıxmağı çox qınamışdı, söymüşdü; “kişisən, mənimlə cəngə çıx, sevdiyimə dəymə!”-demişdi, sonunda bu mübarizədə aciz olduğunu dərk etmişdi… Sevdiyi bala üçün darxıdıqca, o, sevdiyinin gözlərinin içinə daha uzun-uzun baxmağı, duyğularını bu gözlərdə azdırmağı, beləcə, ona darıxmağı unutdurmağı öyrənmişdi… Sevdiyinə darıxmağı unutdurduğu anlarda özünü cəngavər sanırdı… Ürəyinin dərinliyində isə artıq qəbul etmişdi ki, darıxmaq mərd düşmən deyil… Bu gün boy göstərməsə də, sabah yeni həmlələriylə birotaqlı evlərinin içində at oynadacaq; kitab rəfində “Dünya uşaq ədəbiyyatı” seriyasından bir kitab artacaq, tikiş maşınının yanında uşaq önlüyünün eskizləri peyda olacaq, ya da sevdiyinin paltosunun cibindən üstündə uşaq şəkli olan təqvim çıxacaq… Beləcə, o, darxımağın bu yönünü də tanımışdı… Tanıdıqca, çiyinləri bükülür, saçında bir tel daha ağarır, barmaqlarının ucunun dərisi bir az da sərtləşirdi… O, sevdiyini darıxmağa uduzurdu…
… İyirmi il əvvəl darıxmaq sevdiyini onun ömrünün naxışlarından sökmüş, əcəlin əriş-arğacına qatmışdı… İyirmi il idi ki, “sevdiyim” deyə başladığı cümlələri “üzüdönmüş”lə başlayırdı… Qəribədi ki, iyirmi ildə bir dəfə də olsun üzüdönmüş üçün darıxmamışdı… Darıxmaq sevdiyini aparandan bəri qoca heç nəyə toxunmamışdı, dəhlizdəki asılqanda boynu tozlanan qəhvəyi paltonun cibindəki uşaq şəkilli təqvim də olduğu kimi dururdu, tikiş maşınının siyirməsindəki önlük eskizləri də… Saçağı sökülən mütəkkənin rəngi getmiş üzü də iyirmi il idi ki, dəyişdirilmirdi, qoca başını bu mütəkkəyə söykəyəndə ilk dəfə yaxasını darıxmağa tanıdan qonşu qızının mehrini hiss edir, gülümsəyir: “Gör nətərdi sevdiyinçün darıxmaq, ay üzüdönmüş? Mən gələnədək darıx o qəbristanlıqda….”- deyə pıçıldayırdı…
İndi, ömür nəğməsinin səksən səkkizinci sətrində qoca yaman darıxırdı… Hər gün ürəyi atlanır, gödəkçəsinin cibindəki pullarını, sənədlərini yoxlayır: “Bu gün deyəcəklər, daha virus yoxdu, bu gün deyəcəklər…”- deyə-deyə radionu açır, “Xəbərlər” proqramı başlayanacan qışda endirimlə aldığı təzə ayaqqabılarını cidd-cəhdlə geyinməyə çalışırdı. Ayaqqabısının bir tayını geyinib o biri tayına çatanacan aparıcı qızın səsi evə yayılırdı:
– Bu gün də dünyada koronavirusa yoluxanların sayı artdı. “Evdə qal-sağlam qal” şüarına əməl edərək, özünüzü qoruyun. Xüsusən, altmış beş yaşdan yuxarılar, unutmayın, eviniz sizin qalanızdır…
Ardınca da “Bu qala bizim qala…” mahnısı səslənirdi… Qocanın əlləri boşalır, geyindiyi ayaqqabısına baxır, geyinmədiyi ayaqqabısına əyilmiş barmaqlarıyla sığal çəkir, sanki onu təsəlli etməyə çalışırmış kimi pıçıldayırdı: “Darıxma, yəqin sabah səni də geyinərəm…” Ayaqqabısını, gödəkçəsini dəhlizdə rahatlayandan sonra bir müddət üzüdönmüşün paltosuna baxır, asta-asta otağa qayıdırdı. Çəliyini divanın ayaq tərəfinə söykəyir, başını mütəkkəyə əmanət edir, qonşu qızın mehriylə xumarlanırdı…
Heç ağlına da gətirməzdi ki, səksən səkkizinci baharı belə-əli bir ağaca dəymədən, ayağını bir daş incitmədən, üzüdönmüşün məzarına baş çəkmədən qarşılayacaq… Desəydilər, inanmazdı ki, ömrünün bu vaxtında dişlərinin dibinəcən nərgiz yumrucuqları üçün darıxacaq… Qat-qat kitablardan oxusaydı, gülüb keçərdi ki, bu bahar şəhər bazarında quzuqulağı, quzuqarnı, yemlik, gicitkən satılmayacaq, o da hərəsindən bir manatlıq alıb özünə kənd süfrəsi açmayacaq…
… Günəşin qəhqəsiylə qıdıqlanan çəliyinə baxa-baxa qocanı heyrət bürüyürdü… Ona elə gəlirdi ki, indiyədək günəş heç vaxt belə ürəkdən gülməyib, ağaclar belə nazlanmayıb, quşlar belə qəşəng oxumayıb… Qoca yavaş-yavaş durub pəncərənin qarşısına keçdi, açıq pəncərədən eşiyə boylandı. Yaxınlıqdakı xəstəxananın həyətində dayanan təcili tibbi yardım maşınından bir xəstə düşürürdülər. Xüsusi geyimli tibb işçilərinin təkcə gözləri görünürdü. Qocanın ürəyi sıxıldı… Əli çatsaydı, o tibb işçilərinin hamısının üzündəki maskanı cırıb atar, onları ətrafa baxmağa məcbur edərdi. Haray çəkərdi ki: “Başınızı qaldırın, bir ətrafa baxın, görün nə gözəldi ağaclar… Nə gözəldi gün işığı…” Boğazını arıtlayıb fikrindəkiləri ucadan demək istədi. Elə bu vaxt tibb işçilərindən biri ona baxıb əl elədi. Qoca duruxdu… Ürəyində tibb işçilərinin dərdinə yandı… Yandığı dərd kösöv-kösöv közərdikcə ilin-günün bu vaxtında canını, ruhunu həyat ağacının köklərinə şirə edən tibb işçilərinə ürəyində həsəd apardı… Qəhərini dodaqlarına yığıb köksünü ötürdü… Sonra gülümsədi… Damarları çıxmış əllərini havaya qaldırıb yellədi, gözlərindən axan iki damla yaşı bahar nəsimi yalayıb keçdi… Səsi titrəsə də qoca ürəyindəkiləri dilinə gətirməkdən utanmadı:
-Mən sizinçün darıxmışam, ay adamlar! –deyə gücü çatdıqca bağırdı…
Az keçmədi ki, qocanın yaşadığı binanın bütün pəncərələri bircə-bircə açıldı, quşların cəh-cəhinə qadın-kişi gülüşləri, uşaq ağlamaları qarışdıqca qocanın gözlərində axan yaşlar çoxalır, əllərinin titrəməsi artırdı… İndi qoca üçün darıxmağın bir adı nərgizgülü yumrucuğuydusa, bir adı da baharı yaşamaq idi… Bu il bahar daha gözəl gəlmişdi…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
Ay mənim ömrümün saat əqrəbi, Yaman tez keçirsən ömrümdən, yaman. Günlər əvəzləyir biri-birini Nə sən qayıdırsan, nə durur zaman.
Ay mənim ömrümün yaralı yeri, Qaysaq tutmağına varmı bir güman? Kimsə söyləməsin unudum səni, Kimsə toxunmasın yarama, aman.
Ay mənim ömrümün günəş sevgisi, Nə qədər sürəcək bu zülmət duman? Ay xəstə adamın son təsəllisi, Gəl, qayıt sevinsin bu tənha liman.
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
Bilmirəm bəlkə də bir gün səni unudacağam, Ancaq içimdə ölən duyğularım bir də göyərməyəcək. Sən uzaqda – göylərin, lap dərinliyində parlayan bir ulduzsan Mənsə o ulduza həsrətlə baxan bir qızam. Sən göydən məhəbbətlə enən qar dənəciyi, Mən onu əlimdə saxlamağa çalışan uşaq. Sən məndən uzaqda yaşanmış keçmiş, Mən hələ yaşanacaq gələcəyəm. Bizi bir-birimizdən indi ayırır. Sevgilim,imkansız oldu sevgimiz, Ya çox uşaq olduq, ya da çox böyük, Doya-doya yaşamadıq onu biz Doya-doya yaşamadıq onu biz…
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi
*** Səssiz bir sükutla bağırır gecə, Saat əqrəbləri çalır ömrümü. Çiy palçıq zənn edir məni bu dünya, Gündə bir qəlibə salır ömrümü.
Alır verdiyini gözüm doymamış, Bükür göy əskiyə bəyaz günümü. Bəzən də aldadır saf uşaq kimi, Ovcunun içinə alır ömrümü.