“Cəhaləti aradan qaldırmaq uğrunda hər bir addımı dəstəkləyirik!” devizi ilə fəaliyyətini uğurla davam etdirən “Yazarlar.az” saytı tərəfindən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd “Koroğlu” romanına görə “Ziyadar” Mükafatına layiq görülüb. Kitabın “Ön söz”ünün müəllifi AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoydur. Bədii əsərin rəyçisi “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru, Təhminə Vəliyevadır.

Tarixi mövzuda qələmə alınan əsər “Ecoprint” nəşriyyatında çap olunub. 352 səhifədən ibarət əsər müəllifin 4-cü romanıdır.