Month: İyun 2023

  • “Türkay” aylıq ədəbiyyat dərgisinin İyul sayı işıq üzü görüb

    http://hecetaslari.com/turkaydergisi/turkay1sayi7iyul2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Tanınmış şair Namiq Hacıheydərli beynəlxalq mükafatla təltif edilib

    Tanınmış şair Namiq Hacıheydərli Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının 20 illik yubiley medalı ilə təltif edilib. UNESCO Beynəlxalq Mərkəzinin assosiativ üzvü olan akademiya yubiley medalını maraqlı elmi araşdırmaları, publisistik yazıları, şeirləri ilə oxucuların rəğbətini qazanan şair, yazıçı və jurnalistlərə təqdim edir. Qeyd edək ki, Namiq Hacıheydərlinin araşdırmaları, ədəbi, bədii, publisistik yazıları cəmiyyət tərəfindən rəğbətlə qarşılanır, onun maarifçilik fəaliyyəti təqdir olunur. Namiq Hacıheydərlinin xüsusilə Türk dünyasının, Türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənəsinə, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına həsr olunmuş yazıları qədim dövr mədəniyyətimizin öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. O, “Sözüm sənədi, Tanrım”, “Dağ Kolanı dastanı”, “Səni tapan itirməz”, “Ey Türk doğulan”, “Əski türk soylarından biri Kolanılar”, “Canlı əfsanə” olmaqla, ümumilikdə 10 kitab müəllifidir. Namiq Hacıheydərli Ankarada, Dərbənddə, Yaltada elmi konfranslarda Azərbaycanı ləyaqətlə təmsil edib. Şairin şeirləri Türkiyədə, Rusiyada, Qazaxıstanda, Quzey Kıbrısda dərc olunub. Namiq Hacıheydərlini beynəlxalq mükafatla təltif edilməsi münasibəti ilə ürəkdən təbrik edirik, azərbaycanlı şairin fəaliyyətinə verdiyi yüksək dəyərə görə Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru, Ukraynanın əməkdar jurnalisti Vasili Fyodroviç Tarçineçə, eləcə də akademiyanın beynəlxalq əlaqələndiricisi Natalya xanım Dimitskayaya minnətdarlığımızı bildiririk.

    Böyükağa Mikayıllı

  • Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

    Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

    Hörmətli həmvətənlər!

    Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

    İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir.

    Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.

    Əziz bacı və qardaşlarım!

    Ümidvaram ki, bu mübarək bayram günlərində dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradan mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

    Qurban bayramınız mübarək olsun!

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 27 iyun 2023-cü il

    Mənbə: http://president.az

  • Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

    Azərbaycan Milli Kitabxanası yarandığı vaxtdan etibarən şərəfli bir yol keçmiş, qarşıya qoyulan vəzifələrin öhdəsindən həmişə layiqincə gələrək ötən müddət ərzində cəmiyyətin intellektual potensialının artırılmasında baza kimi mühüm rol oynamış, ədəbiyyat sayı milyonları keçən fondlarını müntəzəm surətdə milli və dünya əhəmiyyətli nəşrlərlə, nadir kitablar, yeni-yeni çap məhsulları və qiymətli məlumat daşıyıcıları ilə zənginləşdirməklə xalqımızın mədəniyyət xəzinəsinə çevrilmişdir.

    Özünəməxsus memarlıq üslubuna malik əzəmətli binada yerləşən Milli Kitabxana bu gün fəaliyyət dairəsini daha da genişləndirərək milli‐mənəvi sərvətlərin etibarlı şəkildə qorunması və onun gələcək nəsillərə çatdırılması istiqamətində silsilə tədbirlər gerçəkləşdirir. İşini qabaqcıl texnologiyaların tətbiqi ilə dövrün tələbləri səviyyəsində daim təkmilləşdirən Milli Kitabxana hazırda dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirməkdədir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin mədəni-ictimai həyatında rolunu və kitabxana işinə töhfələrini nəzərə alaraq, Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 24 iyun 2023-cü il

    Mənbə: http://president.az

  • Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

    Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan qadın şairlərimizdən biri incə ruha, zərif təbiətə malik Nigar Rəfibəylidir. Onun göz açdığı ictimai-siyasi, ədəbi mühit özünün xarakterik xüsusiyyətləri, siyasi hadisələri ilə xarakterikdir.

    AZƏRTAC xəbər verir ki, hələ gənclik illərindən cəsur, vətənpərvər olan, böyük istedada malik Nigar xanım mübarizələrlə dolu şərəfli, məzmunlu bir həyat yaşayıb.

    Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. O, əvvəlcə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb.

    N.Rəfibəyli ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Elə ilk şeirindən ədəbi mühitdə rəğbətlə qarşılanan gənc şairin şeirlər kitabı 1934-cü ildə nəşr olunub. Kitabda toplanmış yaradıcılıq nümunələrində Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edilib.

    Nigar xanım hələ gənclik illərindən başqa xalqların inqilabi mübarizəsini, həyatlarında baş verən ictimai-siyasi prosesləri bir ziyalı vətəndaş olaraq izləyib, öz əsərlərində bu hadisələrdən bəhs edib. Onun “Dolores İbarriru” (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. Şairin “Cəmilə” şeirində isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsi, gələcəklə bağlı arzu və istəkləri böyük məhəbbətlə tərənnüm edilib.

    Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşayıb. Sözündə və əməlində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Yaşadığı dövrün gerçəklikləri müxtəlif mövzularda yazdığı poetik əsərlərinin mövzusu olub. Belə ki, təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları Nigar xanımın əsərlərinin leytmotivini təşkil edib. Onların arasında “İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən” kitabları (1957) nəşr olunduğu vaxtlardan böyük oxucu marağı və sevgisi ilə qarşılanıb.

    Nigar Rəfibəyli öz yaradıcılığında uşaqları da unutmayıb, onlar üçün də poetik ilhamla, böyük sevgi ilə əsərlər yazıb. Şairin müxtəlif illərdə çap olunmuş “Balaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978) kitabları balaca oxucularının sevdiyi kitablardan olub.

    Onun bir çox şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən ifa olunub. Həyat yoldaşı Azərbaycanın Xalq şairi R.Rzaya həsr etdiyi və görkəmli müğənni Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil edilmiş “Alagözlüm” mahnısı bu gün də hamının sevərək dinlədiyi ən gözəl əsərlərdən biridir.

    Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatı da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, şair həyatı boyu ədəbi yaradıcılığını poeziya ilə yanaşı, tərcümə sahəsində də aparıb, hər ikisində böyük sənətkarlıq nümunələri yaradıb. Onun tərcümə əsərlərinin sadəcə adlarına diqqət edəndə yaradıcılığının bu qolunda da necə bir mükəmməllik yaratdığının şahidi oluruq.

    Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanım Rəfibəylinin tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.

    Nigar Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

    İllər, qərinələr ötəcək, Nigar Rəfibəylinin əsərləri hər zaman özünün ideya-məzmunu ilə yenə də müasir səslənəcək.

    Mənbə: https://azertag.az/

  • Mərakeş Krallığında səfərdə olan mədəniyyət naziri Adil Kərimli həmkarı Mohamed Mehdi Bensaid ilə görüşüb

    Mərakeş Krallığında səfərdə olan Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli ilə Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid arasında görüş keçirilib.

    Görüş zamanı iki dost ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, xalqlar arasında əlaqələrin dərinləşdirilməsində mədəniyyətin oynadığı vacib rola istinad edilib. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin hər iki ölkənin zəngin mədəniyyətinin tanıdılması baxımından müstəsna rol oynadığı qeyd olunub, mədəniyyət təsisatları arasında təmasların daha da intensivləşdirilməsinin zəruriliyi ifadə edilib. Bu xüsusda, teatr, musiqi, opera, balet və kino sahələrində əlaqələrin daha da inkişaf etdirilə biləcəyi vurğulanıb. Eyni zamanda, bu sahədə müqavilə bazasının təkmilləşdirilməsinə xidmət edəcək əməkdaşlıq sazişlərinin imzalana biləcəyi də qeyd olunub.

    Görüşdə həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilib. Görüşün sonunda qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşdilməsinə töhfə verdiyi vurğulanıb və Azərbaycan mədəniyyət nazirinin Mərakeşə səfərinin bu məqsədə xidmət edəcəyinə əminlik ifadə edilib. Öz növbəsində, Adil Kərimli mərakeşli həmkarını Azərbaycana səfərə dəvət edib.

    Mənbə: https://culture.gov.az/

  • Mərakeşin Rabat şəhərində ICESCO və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüş keçirilib

    Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun dəvəti ilə 20-22 iyun tarixlərində Mərakeş Krallığının Rabat şəhərinə səfər edib.   

    Səfər çərçivəsində bu gün mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ICESCO-nun  Baş direktoru Salim bin Məhəmməd əl-Maliki  arasında görüş keçirilib. Təşkilatın qərargahında keçirilən görüşdə Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov da iştirak edib. 

    Faydalı əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycanla təşkilat arasında əməkdaşlığın uğurlu olmasında böyük və əvəzolunmaz dəstək göstərən  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirdiyini məmnunluqla ifadə edib. 

    Salim bin Məhəmməd əl-Malik bu əməkdaşlığın bir çox ölkələr üçün uğurlu model ola biləcəyini vurğulayıb, təşkilatın gələcək üçün nəzərdə tutulan əsas strateji istiqamətləri, hazırda həyata keçirilən təşəbbüslər, proqramlar və layihələr barədə məlumat verib.

    O, innovasiya, təhsil sistemlərinin inkişaf etdirilməsinin, həmçinin birgəyaşayış və sivil dialoq dəyərlərinin möhkəmləndirməyin prioritet istiqamətlərdən biri olduğunu bildirib.

    Mədəniyyət naziri Adil Kərimli ICESCO-nun Azərbaycanın təhsil, elm və mədəniyyət sahələrində strateji tərəfdaşı olduğunu, iki tərəf arasında əlaqələrin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən böyük dəstək aldığını qeyd edib. O, Mədəniyyətlərarası Dialoq Forumunda ICESCO-nun əsas tərəfdaş olduğunu qeyd edərək, gələn ilin may ayına planlaşdırılan Forum çərçivəsində də əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. 

    Görüşdə ölkəmizlə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən Bakıda ICESCO-nun Regional Ofisinin açılması, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, ICESCO-nun tərəfdaş olduğu “Bakı Prosesi” çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, ölkəmizin mədəniyyət nümunələrinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi və digər məsələlər müzakirə olunub.
    Görüşdən sonra Salim əl-Malik mədəniyyət naziri Adil Kərimlininin başçılıq etdiyi nümayəndə heyətini ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin Yolu” muzeyi ilə tanış edib.

    Qeyd edək ki, bir neçə zaldan ibarət geniş və müasir muzeyin ekspozisiyasında Məhəmməd Peyğəmbərin həyatına, ailəsinə, həyat tərzinə, eləcə də Məkkə və Mədinə şəhərlərinə həsr olunmuş dəyərli eksponatlar, tarixi kitablar əyani və rəqəmsal formada sərgilənir.

    Mənbə: https://culture.gov.az/

  • Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür

    Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 29 il ötür.

    Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, eləcə də Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirakı Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərib.

    1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.

    1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. 1957-ci ildə onun ilk şeirlər toplusu “Bahar gəlir” kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərir.

    Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli nümayəndəsi Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olub.

    1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan özbək ədəbi-əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” adı verilir.

    Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilir. Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.

    “1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra ona “Xalq şairi” fəxri adı verilib. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəman Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.

    Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

    Mənbə: https://azertag.az/

  • Milli professional vokal məktəbinin yaradıcısı

    Bu gün unudulmaz sənətkar Bülbülün doğum günüdür

    Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbül” kimi tanınıb.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün anadan olmasının 126-cı ili tamam olur.

    O, Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını mənimsəyib. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o, sənətin çox sirlərini öyrənib. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.

    Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

    Klassik vokal sənətinə ustalıqla yiyələnmiş Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. O, italyan və rus vokal məktəblərinin ən yaxşı cəhətlərini əxz edir və onları milli ifaçılıq üslubu ilə əlaqələndirirdi. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib. Belə ki, o, dəfələrlə bu məsələyə həsr olunmuş mühazirələrlə çıxış edib, konsertlərində isə həm ariya və romansları, həm də xalq mahnılarını və muğamları eyni şövqlə oxuyub. Azərbaycan musiqisində yeni səhifə açan Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olub.

    Bülbül sənətinin gücü onun geniş diapazonlu, məlahətli səsində idi. Səlis bədii diksiyaya, böyük səhnə mədəniyyətinə malik olması onun ən ümdə xüsusiyyətlərindən idi. Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə böyük fikir verirdi və həmişə deyirdi ki, “öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.

    Bülbülün yaradıcılığını yüksək qiymətləndirən dahi bəstəkarımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, “Bülbül kimi musiqi təhsili alan, həm şərq üslubunda, həm də operalarda oxumağı bacaran ifaçılar musiqi sənətimiz üçün qiymətli kadrlardır”.

    Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazıb. İndi də “Koroğlu”dan söhbət düşəndə gözümüz önündə Bülbül canlanır. Burada aşıq sənəti xüsusiyyətləri ilə professional vokal ifaçılığını qovuşduran Bülbül əfsanəvi xalq qəhrəmanının monumental obrazını yarada bilib. Bununla yanaşı, Bülbül həm də digər Azərbaycan bəstəkarlarının operalarında yaddaqalan obrazlar yaradıb.

    Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutublar.

    Bülbül vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən də işləyib.

    Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.

    Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklorşünaslıq sahəsindəki fəaliyyətini də qeyd etmək lazımdır. O, xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. İndi əzbər bildiyimiz bir çox xalq mahnılarına Bülbül yeni həyat verib. Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetinin təşkili və burada Azərbaycan xalq musiqi incilərinin bəstəkarlarımız tərəfindən məşhur xalq sənətkarlarının ifasından nota köçürülməsi musiqi tariximizdə mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu kabinet 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərib, xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olub.

    Bülbül o dövrdə konservatoriyada təhsil alan tələbələri, sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarları – Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev və bir çox başqalarını musiqi kabinetində fəaliyyətə cəlb edib ki, bu da xalq yaradıcılığına dərindən nüfuz edən bəstəkar və musiqişünasların yetişməsində, eləcə də Azərbaycan musiqi irsinin öyrənilməsində və yayılmasında böyük rol oynayıb.

    Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.

    Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

    Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

    Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) düşmən tərəfindən Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. 30 ilə yaxın düşmən əsarətində qalan doğma Şuşamız düşmən tapdağından azad olduqdan sonra hər üç görkəmli sənətkarın büstü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.

    1976-cı ildə Şuşada, 1982-ci ildə Bakıda Bülbülün memorial muzeyi açılıb. Şuşa azad olunduqdan bir il sonra – keçən il avqustun 29-da isə Bülbülün Azərbaycanın mədəniyyət paytaxtındakı ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

    Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu böyük sənətkarın yaradıcılığına diqqət daha da artırılıb. Belə ki, zəngin yaradıcılıq yolu keçmiş və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş böyük sənətkar Bülbülün xatirəsi əziz tutulub, yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci il avqustun 20-də “Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb. Bülbülün 100 illik yubileyi həm xalqımız, həm də Bülbül sənətinə pərəstiş edən bir çox xalqlar tərəfindən geniş qeyd olunub. Həmin ildən başlayaraq, mütəmadi olaraq, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir, bu müsabiqəyə dünyanın bir çox ölkəsindən gəlmiş vokalçılar qatılırlar.

    Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.

    Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.

    Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Bülbül özündən sonra zəngin bir irs qoyub gedib və mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.

    Mənbə: https://azertag.az/

  • İctimai TV daha bir mötəbər quruma üzv qəbul edilib

    İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) Azərbaycanda nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına (American Chamber of Commerce in Azerbaijan – qısa olaraq AmCham) üzv oldu.

    AZƏRTAC xəbər verir ki, İctimai TV-nin fəaliyyətini diqqətlə izləyən, verilişlərinin müasir texniki və keyfiyyət standartlarına uyğun yayımını nəzərə alan Amerika Ticarət Palatası telekanalı öz sıralarına qəbul edib. Bu işbirliyi tərəflər arasında işgüzar əlaqələrin genişləndirilməsi və palatanın digər üzvləri ilə İctimai TV-nin qarşılıqlı təcrübə mübadiləsi baxımından geniş imkanlar yaradacaq.

    Qeyd edək ki, AmCham ölkəmizdə biznes maraqlarını dəstəkləyən və təşviq edən nüfuzlu iş birliyi kimi tanınır. Əsası 1996-cı ildə qoyulmuş AmCham Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edən aparıcı şirkətləri özündə birləşdirir. Təşkilatın məqsədi Azərbaycanı dünyada tanıtmaq, ölkəmizdə fəaliyyət göstərən biznes qurumlarının müxtəlif yönlü sosial-iqtisadi layihələrə dəvət etməkdir. Ölkənin ən böyük və ən nüfuzlu təşkilatlarından biri olan AmCham, ən yaxşı şəbəkə imkanlarını təmin edir.

    Mənbə: https://azertag.az/

  • Xalq rəssamı Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomu təqdim edilib

    Diasporla İş üzrə Dövlət Komitəsində Almaniyanın Koblents şəhərində yaşayan Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Milli Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri” Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomunun təqdimat mərasimi keçirilib. “Bizim Şuşa” albomu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunub.

    Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yerli ictimaiyyətin tanınmış simalarının, Komitənin əməkdaşlarının və diasporumuzun Bakıda səfərdə olan fəallarının iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Sonra Əşrəf Heybətovun yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

    Tədbir iştirakçılarını salamlayan Komitə sədrinin birinci müavini Valeh Hacıyev Xalq rəssamının həyat və fəaliyyətindən danışıb. Onun Almaniyadakı diaspor quruculuğunda fəal iştirakından, Komitə ilə əməkdaşlığından və həyata keçirilən birgə layihələrdən söz açıb.

    Tədbirdə kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun direktor müavini dosent Tofiq Nəcəfli, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycanın Əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan və başqaları çıxış ediblər.

    Qonaqlar Azərbaycan ziyalılarının dəyərli təmsilçilərindən biri olan rəssamı “Bizim Şuşa” albomunun nəşr olunması münasibətilə təbrik ediblər. Qeyd olunub ki, tarixi vətənindən kənarda yaşamasına baxmayaraq, dünyaşöhrətli rəssamın ürəyi hər zaman Azərbaycanla döyünür, o, ölkəmizin həqiqətlərini, zəngin mədəniyyətini fırçası vasitəsilə təbliğ edir. Onun yaradıcılığını, xalqımıza, vətənimizə, işğaldan azad edilmiş Qarabağa, Şuşaya vurğunluğunu, vətənpərvərliyini və şəxsi insani keyfiyyətlərini yüksək qiymətləndirən natiqlər bütün bu amillərin “Bizim Şuşa” albomunda da əks edildiyini vurğulayıblar.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qarabağı işğaldan azad etməsinin bütün xalqımızı, o cümlədən yaradıcı insanları ürəkdən sevindirdiyi yada salınıb. Hazırda Qarabağda və mədəniyyət paytaxtımız Şuşada irimiqyaslı bərpa-quruculuq işlərinin aparılmasının, “Böyük Qayıdış” proqramının icrasına başlanılması qürurunun yaşandığının və bu məqamların böyük əsərlərlə ifadə olunacağına əminlik bildirilib. “Bizim Şuşa” albomu buna bariz nümunə kimi göstərilib.

    Əşrəf Heybətov təqdimat mərasiminin təşkilinə və xoş sözlərə görə Komitəyə və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. “Bizim Şuşa” albomunun yaranması ideyası və albom üzərində işi barədə ətraflı məlumat verib.

    Mənbə: https://azertag.az/

  • Cari ilin beş ayında Azərbaycana gələnlərin sayı 1,5 dəfə artıb

    Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstan, 4,9 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Səudiyyə Ərəbistanı, 1,9 faizi Özbəkistan, 1,6 faizi Belarus, 1,5 faizi Ukrayna, 1,3 faizi Böyük Britaniya, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,1 faizini kişilər, 25,9 faizini qadınlar təşkil edib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan 3,9 dəfə, Hindistandan 3,2 dəfə, Belarusdan 2,7 dəfə, Özbəkistandan 2,6 dəfə, Qazaxıstandan 2,0 dəfə, Rusiya Federasiyasından 2,0 dəfə, Böyük Britaniyadan 1,8 dəfə, İsraildən 1,7 dəfə, ABŞ-dan 1,6 dəfə, Küveytdən 43,8 faiz, Pakistandan 43,0 faiz, Gürcüstandan 41,7 faiz, Türkiyədən 22,5 faiz, Omandan 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 14,7 faiz artıb.

    2022-ci ilin yanvar-may ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 296,6 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 38,0 min, körfəz ölkələrindən gələnlərin sayı 4,5 faiz azalaraq 103,1 min nəfər olub.

    Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

    2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub.

    Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb. Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,5 faizini kişilər, 30,5 faizini qadınlar təşkil edib.

    2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30,0 faizi dəmir yolu və avtomobil, 67,2 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli ədib Abbasqulu ağa Bakıxanovun doğum günüdür

    Azərbaycan elmi-fəlsəfi fikir tarixinə, bədii-estetik təfəkkürünə bir sıra əsaslı yenilikləri, mütərəqqi addımları, çoxistiqamətli maarifçilik fəaliyyəti ilə daxil olan Abbasqulu ağa Bakıxanovun elmi-ədəbi irsi dövrünün qabaqcıl ziyalılarının – tarixçilərin, mütəfəkkirlərin, ədiblərin diqqətini çəkmiş, dəyərləndirilmiş və onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. Abbasqulu ağa Bakıxanov öz dövründə hərbi xadim, tədqiqatçı-alim kimi tanınmaqla yanaşı, bədii yaradıcılığına görə də sevilmişdir.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli ədibin anadan olmasından 229 il ötür.

    Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtı ilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub.

    Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir. Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini “Təhzibül-əxlaq” əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib.

    Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir. Bu əsərlə o eyni zamanda, Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə edib.

    Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakilərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, “Gülüstan” adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edib. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. Qüdsi təxəllüsü ilə şeirlər yazıb.

    Görkəmli ədib 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.

    Mənbə: https://azertag.az/

  • Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Əbədiyyət dastanı” kitabı türkmən dilində nəşr edilib

    “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın Türkmənistandakı səfirliyi silsilə tədbirlər keçirir. Bu tədbirlər sırasına Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemalar kitabının türkmən dilinə (Ebedilik dessany) tərcümə etdirilərək, nəfis şəkildə çap edilməsi də daxildir. 

    İyunun 15-də səfirlikdə Azərbaycan xalqının Milli Qurtuluş Günündə kitabın türkmən dilində yeni nəşrinin təqdimatı keçirilib.

    Tədbirdə çıxış edən səfir Həsən Zeynalov açaraq böyük şəxsiyyətlər, onların xalq qarşısında xidmətləri haqqında geniş ictimaiyyətin məlumatlandırılmasının ən yaxşı üsullarının ədəbi, bədii və yaradıcı vasitələr olduğunu bildirib. 

    Diplomat kitabda “Böyük ömrün dastanı” və “Böyük ömrün davamı” poemalarının toplandığını, bu ədəbi nümunələrdə Azərbaycan ədəbiyyatına məxsus müxtəlif şer janrlarının yer aldığını qeyd edib. Kitab Heydər Əliyev haqqında unudulmaz xatirə, elegiyadır. Kitab tərcümə olunarkən xalqlarımızın eyni soykökə, dilə və mədəniyyətə sahib olduqları türkmən oxuculara bir daha əyani şəkildə çatdırılıb. 

    Səfir, bu kitab vasitəsilə qardaş türkmən oxucularının Heydər Əliyevin həyatı, fəaliyyəti və şəxsiyyəti ilə daha yaxından tanış olacaqlarına əminliyini ifadə edib.

    Qeyd olunub ki, həyatını ülvi və böyük məqsədlərə həsr etmiş Heydər Əliyevə həsr olunmuş bu kitab Azərbaycan-Türkmən qardaşlıq əlaqələrinin inkişafına özünəməxsus töhfə verəcək.

    Türkmənistanlı şair Akmurad Rəcəbov və səfirliyin müşaviri Mikayıl Yusifov tərəfindən tərcümə edilmiş kitabda Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun illüstrativ əsərlərindən istifadə edilib.

    Nəzərə çatdırılıb ki, kitabın nüsxələrinin geniş oxucu kütləsinə çatdırılması üçün Türkmənistanın Mərkəzi Kitabxanası vasitəsilə ölkənin bütün kitabxanalarına paylanacaq. İlk nüsxəsi isə Türkmənistanın xarici işlər nazirinə təqdim edilib.

    Çıxışlardan sonra kitabın bir neçə nüsxəsi tədbir iştirakçılarına təqdim edilib, bəzi şer nümunələri qiraətçilər tərəfindən səsləndirilib.

    “Ədəbiyyat və incəsənət”

    (16.06.2023)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • “Nəriman Əbdülrəhmanlının nəsri: tarixilik və müasirliyinin vəhdəti” monoqrafiyası çap olunub

    Görkəmli ədəbiyyatşünas-alim, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Nəriman Əndülrəhmanlının nəsri: tarixilik və müasirliyinin vəhdəti” monoqrafiyası çapdan çıxıb.

    Monoqrafiyada çağdaş nəsrimizin tanınmış nümayəndəsi Nəriman Əbdülrəhmanlının yaradıcılığı araşdırılır.

    Tədqiqatçı yazıçının yaradıcılıq təkamülünü, hekayə, povest və romanlarını müasir ədəbi fikir kontekstində, keçmiş-indi-gələcək üçbucağında saf-çürük edir, onun əsərlərinin ideyasını, quruluşunu və obrazlarını nəzərdən keçirir, Azərbaycan ədəbiyyatında, eləcə də müstəqillik dövrü ədəbiyyatımızdakı yerini müəyyənləşdirir.

    Yazıçı N.Əbdülrəhmanlının 65 illik yubileyinə həsr olunmuş monoqrafiya kütləvi oxucular və çağdaş Azərbaycan ədəbiyyatını araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.

    Qeyd edək ki, professor B.Əhmədli dövri mətbuatda və ədəbi-elmi toplularda çap olunmuş 100-dən artıq elmi məqalələrin, “Sabit Rəhmanın satirası” (1998), “Azərbaycan satirasının inkişaf problemləri” (2000), “Bir istiqlal yolçusu” (2003), “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” (2010), “Dramaturq, sənət, həqiqət” (2011), üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” (2010-2011), “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” (2015), “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü. problemləri. şəxsiyyətləri” (2017). “Türkçülüyün üçlü formulu” (2019), “Rabindranat Taqor: Yeni Hindistanın manifesti” (2021) kimi fundamental monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, elmi-metodik tövsiyələrin müəllifidir.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Telman Əfəndini doğum günü münasibətilə təbrik edirik! (20 iyun 1993-cü il)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi “PRIMER BROKER AND LOGİSTİCS” MMC-nin sabiq əməkdaşını Telman Əfəndini doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Xalq yazıçısı ANAR.”Kəbirlinskinin son etirafı”

    Yazılarıma maraq göstərən çoxsaylı oxucularla bərabər bir-iki nəfər qulp qoyan da olur. Şübhəsiz, “Təhminənin son sirri” hekayəsinə ağız büzənlər kimi bu yazıma da irad tutanlar tapılacaq. “Təzə bir şey yaza bilmir, odur ki, köhnə yazılarını istismar edir” deyəcəklər.

    Desinlər.

     Mən qəhrəmanlarıma canlı insanlar tək yanaşıram. Onlar sevirlər, sevilirlər, sevinirlər, kədərlənirlər, əzab çəkirlər və zamanında, bəzən də zamanından çox əvvəl, vaxtsız vəfat edirlər.

    Qəribə görünsə də, mən bir müəllif kimi bəzən özümü personajlarım qarşısında günahkar hiss edirəm. Bu hissi izah da edə bilmirəm.

    Bəlkə Təhminənin etibarına şübhəylə yanaşmaqda yanılmışam. Bəlkə Kəbirlinskiyə qarşı çox insafsız olmuşam.

     Bəlkə bu hekayə də elə günah hissini yumaq üçün yazılıb. Hər halda bu iki hekayəylə – “Təhminənin son sirri” və “Kəbirlinskinin son etirafı”yla mən bu personajlarımın taleyinə son nöqtə qoyuram.

    Hekayəylə tanış olacaq oxuculardan bir xahişim var. “Dantenin yubileyi” povestimi oxumayıblarsa, əvvəlcə onu oxusunlar. Çünki orada cərəyan edən hadisələri bilmədən, ordakı xarakterlərlə tanış olmadan bu hekayənin mətləbi və məqsədi açılmayacaq.

    birlinskinin son etirafı

    Hekayə

    Xəstəxananın iri qapılarından içəri girən kimi Həcər bura xas olan iyi duydu. Nə qoxusu idi bu? Dərman, formalin, irinli yaraların, ya yarılmış meyitlərin qoxusu? Yaxud xəstələrin özünün yodlu sarıqlarından gələn özəl bir qoxu?

    Pilləkanların başında kiçik meydança və dəhliz adamla dolu idi. Bu insan qalabalığında əlil arabasında əyləşmiş, başı sarıqlı, yaxud qolu gipsli xəstələr də, onlara dəyməyə gələnlər kimi bikef və ümidsiz görünürdülər. Ailə üzvlərini, qohumlarını yoluxmağa gələnlər üzlərinə saxta mehribanlıq, nikbinlik masqası taxsalar da xəstələrin özləri kimi yorğun və bezikmişdilər. Hər kəs bu icbari görüş vaxtının tez bitməsini, yenidən min qayğıyla dolu olsa da, adət etdikləri həyata, televizor proqramlarıyla, telefon söhbətləriylə keçən ömürlərinə qayıtmağa can atırdı. Xəstələr rəngi qaçmış bozumtul pijamalarda idi. Üzlərinə ağrı və əzab izləri çökmş xəstələrlə də, onların yorğun, müalicə qayğılarından bezmiş müsafirləriylə də yaşıl xalatlı, hamar, rahat sifətli tibb bacıları təzad təşkil edirdi. İti, qıvraq addımlarla oradan buraya şütüyən gənc həmşirələrin sağlamlığı sanki xəstələrin taqətsizliyinə acıq verirdi. Həcər adamların arasından birtəhər keçərək Baş həkimin otağına yanaşdı. Katibəsi harasa çıxmışdı və Həcər fürsəti fövtə verməyib Baş həkimin otağına daxil oldu. Baş həkim orta yaşlı, tosqun və daz bir kişi idi. Daz başında bircə tükü qalmışdı, Həcərin haçansa eşitdiyi lətifə yadına düşdü. Bir kişinin başında yalnız iki tük qalıbmış, birini sağa, birini sola darayırmış. Bir gün tüklərin biri də düşəndə: – eybi yox, pırpız başla gəzərəm, – deyə özünə təsəlli verirmiş.

    Hafizəsində qəflətən bu lətifənin canlanmasına özü də mat qaldı. Heç lətifə yeridi, sən Allah?

    Baş həkimin masasının üstünə sərilmiş kiçik süfrədə çörək parçaları, kotletlər və bir baş soğan vardı.

    Həcər:

    – Olar? – deyə soruşdu.

    – Day gəlmisən də, nə “olarbazlıqdı?”

    – Mən Kəbirlinskinin arvadıyam.

    – Kimin?

    – Kəbirlinskinin – dedi və əlavə etdi, – məşhur teatr artist Feyzulla Kəbirlinskinin.

    – Buyur, sözün nədi?

    – Ərimin halını soruşmağa gəlmişəm. Yaxşılığa doğru bir irəliləyiş var?

    – Çalışırıq. Hansı palatadadı?

    – Yeddinci palatada. Yəni sağalmasına bir ümid var?

    – Əlimizdən gələni edirik, bacı – telefon zəng çaldı. Baş həkim dəstəyi qaldırdı.

    – Salam, salam, – dedi – nə oldu? – qulaq asdı – Əla. Mən deyirdim də…

    Başının işarəsiylə Həcərə bildirdi ki, gedə bilər.

    Həcər əlindəki zəmbili göstərib:

    – Alma şirəsi gətirmişəm – dedi – olar da?

    Baş həkim cavab vermədən başıyla razılıq işarəsi verdi, sonra telefona: – Yox əşşi? – deyə şaqqanaq çəkib güldü.

    Əslində, Həcər ərinin halını soruşmağa gəlməmişdi Baş həkimin yanına. Vəziyyətini onsuz da bilirdi. Xahiş etmək istəyirdi ki mümnkünsə ayrı palataya keçirsinlər. Son iki gündə o palatadan iki nəfər ölü çıxmışdı.

    “Bədbəxt kişi, – deyə düşündü – vaxtında zvaniyadan – zaddan bir şey versəydilər, indi daha yaxşı palatada qalardı. Ya elə daha yaxşı xəstəxanada yatardı.

    Həcər palataya girdi. Buranın havası daha da boğuq, kəsif idi. Palata cürbəcür səslərlə doluydu: aramsız öysürən kim, kəsik-kəsik xoruldayan kim, zarıyan, arabir mamasını çağıran kim?

    Feyzulla sistem altında gözüyumulu uzanmışdı. Həcər bilirdi ki, gözləri açıq olanda da hər şeyi duman içində görür, sifətləri güclə sezir.

    Həcər:

    – Xoş gördük, Feyzulla, – dedi – Necəsən? – Maşallah, qıvraq görünürsən. Həkim də dedi ki, tezliklə duracaqsan.

    Feyzulla gözlərini açıb zəif səslə:

    – Hardan? – dedi – Day mənim hay-hayım gedib, vay-vayım qalıb.

    – Elə danışma, sağalacaqsan da, yenə teatr çıxaracaqsan da.

    – Düz-əməlli vaxtında teatra lazım olmadım. İndi lazım olacam? Kor ərəbin mahnısını oxumağa?

    – Niyə elə deyirsən? Teatrdan zəng etmişdilər. Halını soruşurdular. Dedilər nə lazımdı, çəkinməyin, deyin. Dedim sağ olun. Heç nəyə ehtiyacımız yoxdu.

    Feyzulla:

    – Kim zəng eləmişdi? – deyə soruşdu.

    – Kim? Nə bilim, tanımadım.

    – Kişidi, arvaddı?

    – Hm. hə… yox, kişi idi. Dedi bir ehtiyacınız varsa…

    Feyzulla:

    – Sağ olsunlar – dedi

    Sükut çökdü, xəstənin zarıltısı eşidilirdi:

    – Öldüm, ay məmə…

    Anaxanım:

    – Bilirsən Anaxanımgildə nə həngamə qopub?

    Feyzulla dinmədi.

    Həcər davam etdi:

    – Sultan arvadına ad günündə çox bahalı bilərzik alıb…

    – Sultan kimdi?

    – Buy… Anaxanımın oğludu da, diş həkimi. Anaxanım bir mərəkə qoparıb, gəl görəsən. Deyir biz bacının cehizini yığa bilmirik, sən yad qızına belə bahalı hədiyyə alırsan. Sitarə də…

    – Kim?

    – Sitarə də, Sultanın arvadı… demə bu söhbəti öz qulağıyla eşidib, yığışıb gedib dədəsigilə.

    Fərrux da ki…

    – Fərrux kimdi?

    – Oyunun olsun, Feyzulla, gəl məni də tanıma, Anaxanımın əridir də, qapıbir qonşumuz. Onunla o qədər nərd atmısan ki…

    Feyzulla:

    – Qonşuların dərdini çəkəsi halım yoxdu, Həcər – dedi. – Buranı görürsən də, Həcər, sən də çox – yubanma, get…

    – Sənə alma şirəsi gətirmişəm. Həkim də icazə verdi. Dedi xeyri olacaq.

    – Sağ olun, sən də, həkim də.

    – Tamam yadımdan çıxmışdı. Bir şad xəbər də var axı…. Eldar institutu əla diplomla qurtardı. Sabah gəlir Moskvadan.

    – Sağ olsun. Di get, Həcər. Yuxum gəlir, yatacam.

    – Eldar da gələcək sənə dəyməyə.

    – Eldarı mənim adımdan təbrik elə.

    Feyzulla gözlərini yumdu. Həcər vidalaşmadan asta addımlarla (guya kimisə narahat etməməkçün) otaqdan çıxdı.

    Az sonra Kəbirlinski doğrudan da yuxuya getdi, yuxu gördü. Gördü ki, Eldar ona dəyməyə gəlib, amma sifəti tamam dəyişib. Saqqal saxlayıb. Eldarı belə aydın gördüyünə təəccüblənirdi, axı son vaxtlar hər şeyi duman içində azacıq sezərək görürdü. Təbii, yuxuda dərk etmirdi ki, yuxudadır. Yuxuda hər şeyi, hər kəsi əvvəlki kimi aydın görürdü.

    Düşündü ki, Eldara bunu mütləq deməlidir. İndi də deməsə haçan deyəcək? – Eldar, bilirsənmi mən sənin atan deyiləm. Sənin atan məşhur alim İsgəndər Muradəliyevdir. Anan yazıqla avtomobil qəzasında həlak oldular. Sən körpəydin, salamat qalmışdın. Səni Həcər xalanla biz böyütdük.

    Eldar gözünü qırpmadan:

    – Təzə xəbər! – dedi. – Mən bunu çoxdan bilirdim.

    – Bilirdin?

    – Əlbəttə, amma mənim atam sənsən, anam də Həcər.

    Feyzullanın boğazı tutuldu. Udqundu.

    – Mən?

    – Əlbəttə… ata

    Feyzulla qəhərdən kəsilə-kəsilə:

    – Sağ ol… – dedi

    Bir müddət hər ikisi susdu.

    Sonra Eldar qəfilcə:

    – Mən həmişə səninlə qürur duymuşam – dedi.

    Feyzulla hələ də yuxudaydı. Amma gözlərindən iki damla yaş yanaqlarına süzüldü. Sifətində xoş bir təbəssüm əmələ gəldi.

    Qonşu yataqdakı kişi hələ də zarıyırdı:

    – Hardasan, ay məmə, öldüm axı…uuuuu…

    Gecə saat iki radələrində Feyzulla Kəbirlinski keçindi. Üzündə elə həmin xoş təbəssüm qalmışdı.

    7 iyun 2023

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Xalq yazıçısının şeir dəftəri, yaxud yeni poeziya antologiyası”

    Xalq yazıçısı Anar oxucuları ilə yeni görüşə nəsr, yaxud publisist əsərlərilə deyil, bu dəfə illərin və geniş dünyagörüşün bəhrəsi olan şeir yaradıcılığı ilə gəlib.

    Beş min illik Azərbaycan poeziyası tarixi antologiyasının tədqiqatçısı və tərtibatçısı kimi tanınan və qiymətləndirilən Xalq yazıçısı bu kitabına öz yazdığı şeirləri, şeir tərcümələrini, demək olar ki, bütün poeziya janrlarını, müxtəlif ədəbi tədqiqatlarını daxil etmişdir. Yeni bir poeziya antologiyası!

    Antologiyanın lüğəti mənası belədir: “…müxtəlif müəlliflərin seçilmiş əsərləri, əsasən şeirlər məcmuəsi”.

    Bu poeziya antologiyasının müəllifi Anar müəllimdi. Bununla belə, rusca yazdığı şeirlərə müəllif öz adından verdiyi izahatda yazır: “Bəri başdan deyim ki, mən şair deyiləm və heç bir şairlik iddiam da yoxdur… Mənim bütün şairlik təsərrüfatım – o da bir yarım düjin Azərbaycan dilində yazdığım şeir təcrübəsidir, onlar da gündəlik mətbuat səhifələrində və mənim kitablarımda çap olunublar”.

    Beləliklə, “bu şeir təcrübəsilə” Anar müəllimin yeni bir poeziya kitabı yaranmış, o da mənim qarşımdadır.

    Kitabda müəllif klassik şeirimizin Nizami Gəncəvidən üzübəri Orta əsr və müasir şeirlərimizə qədər, əsərlərindən epiqraf gətirib, onlara nəzirələr həsr edir. “Klassik şairlərlə səsləşmələr silsiləsi”ndə biz bu poetik dialoqun geniş mənzərəsini müşahidə edirik.

    Bu nəzirələrdə bizim müasirimiz olan şair obrazının insanın fövqəladə gücünə inandığı üçün, bütün ədəbi axtarışları zamanı öz fövqündə durduğunu görürük. O, sanki uçmaq üçün qanad, yaşamaq üçün vaxt, geniş fəaliyyət üçün mühit sorağında çırpınır. Eləcə də “İki cahan məndə sığar, mən bu cahana sığmazam”, – deyən şairimizin varisi kimi çıxış edir.

    Rus ədəbiyyatından tərcümələr fəslində, müəllif rus ədəbiyyatının klassiki Aleksandr Sergeyeviç Puşkindən tutmuş, öz müasirlərinə qədər 23 şairin şeirini tərcümə etmiş və oxucularını bir yeniliklə də tanış etmişdir.

    Əvvəla, müəllif tərcümə üçün rus şairlərinin proqram şeirlərini seçmiş, eyni vəzndə dilimizə çevirmişdir. Anar müəllimin dediyinə görə, Boris Pasternakın tərcüməsi ilk dəfədir.

    Rus ədəbiyyatından bu qədər görkəmli  sənətkarın dilimizə tərcüməsi ədəbi əlaqələr baxımından da poetik töhfədir.

    Yazıçı, şair və incəsənət sahəsindəki dostlarına zarafatla yazdığı epiqramları Anar müəllim elə insani münasibətlər fonunda təqdim edir ki, oxucu da istər-istəməz bu xoş ovqatı yaşayır.

    Bu silsilədə özünə həsr elədiyi epiqramda müəllifin daimi axtarışlar aləmində olduğunu görürük.

    Kitabla mənəvi bağlılığa həsr olunmuş sevgi şeirlərindən biri “Zemfirama” adlanır. Müəllif ötən illəri taleyinə minnətdarlıqla xatırlayır:

    …Bu qırx il necə keçdi?

    Elə bil qırx il deyil,

    Qırx gün, qırx gecə keçdi.

    İl illərə qalandı:

    Sevgi, intizar, kədər,

    Sevinc, fərəh, itgilər,

    Bir-birinə calandı.

    Təbiidir ki, keçdiyimiz həyat yolu heç vaxt insanın istədiyi kimi rəvan olmur, qarlı-boranlı, enişli-yoxuşlu olur; onun gözlənən, gözlənməyən məqamları da bizi gözləyir. Bəzən, “paxıllıqla üzləşən, haqsızlıqla rastlaşan” ailədə isə pak, təmiz arzuları ilə “şirin-şəkər nəvələr” böyüyür.

    Yaxşılıq, xeyirxahlıq kimi insani keyfiyyətlər nəsildən-nəsilə yadigar qalmalıdır ki, cəmiyyət də yaşayış yeri kimi şərəflənsin.  Müəllifin görmək istədiyi idealı da bu fikrin üstə pərvəriş tapır.

    …Namuslu, ləyaqətli,

    Alnıaçıq balalar,

    Şirin-şəkər nəvələr.

    Ağ vərəqlər üstündə

    çəkdiyimiz əzablar –

    yazdığımız kitablar,

    Bir də xatirələrdə

    Yaşayacaq eşqimiz –

    Hərarətli, pak, təmiz.

    Müəllif o vaxtkı Bakı məişətini, toy adət-ənənələrini də göstərir:

    Qış gəlsə də,

    Gəlsin qoy.

    Qış günü deyildimi,

    hədiyyəsiz-filansız

    bizim unudulmaz toy?!

    Yeri gəlmişkən deyim ki, qırx il bundan əvvəl unudulmaz Xalq şairimiz Rəsul Rza məni də oğlunun toyuna dəvət etmişdi.

    İndiki kimi yadımdadı, tapşırmışdı ki, toyda pul salmayın. O vaxtkı toylarda pul salmaq adət idi. Toylara gedəndə hədiyyə aparmaq sonralar adət halına düşdü.

    Qırx il əvvəl toyda dediyim sözü indi də burada təkrar etmək istərdim: Xoşbəxt olun!

    Anar – səmimi oğuldu. O, atasını həm oğul kimi, həm də ilk oxucularından biri kimi istəyir. O, bilir ki, Xalq şairi atası kimdir. Onun cəmiyyətdə nüfuzunu, dünya şöhrətini bilir.

    Adətən, atalar oğullara öyüd-nəsihət verər, lakin bu dəfə oğulu – bütün mənəvi sıxıntıları, streslərilə birlikdə ata rolunda – müdrik görürük.

    Acı sözlər ürəyinə ox olsa da,

    Düşmənlərin dostlarından çox olsa da,

    Üfüq xətti birdən-birə yox olsa da,

    Ümidini itirmə.

    …Sevdiklərin bir gün dönüb yad olsa da,

    düşmən görüb niskilini, yad olsa da,

    İnandığın hər nə var, bərbad olsa da,

    Ümidini itirmə!

    Beləliklə, hər iki vəziyyətdə oğulun-ata, atanın-oğul rolunda portret cizgiləri təbii – “Ümidini itirmə!” deyən nikbin notlarla bəstələnən könül hıçqırığıdı, əvəzsiz övlad məhəbbətidi.

    Hörmətli Xalq yazıçısı Anarın, bu dəfə görkəmli şair Anarın şeir dəftərindən, poeziya antologiyası kitabından müvəqqəti ayrılıram. Burada haqqında danışa bilmədiyim (bu, mümkün də deyildi) qiymətli və orijinal poeziya nümunələri ilk dəfə öz oxucularını gözləyir.

    Yeni uğurlar!

    Hörmətlə…

    22.05.2023

    Xalq yazıçısı Anar oxucuları ilə yeni görüşə nəsr, yaxud publisist əsərlərilə deyil, bu dəfə illərin və geniş dünyagörüşün bəhrəsi olan şeir yaradıcılığı ilə gəlib.

    Beş min illik Azərbaycan poeziyası tarixi antologiyasının tədqiqatçısı və tərtibatçısı kimi tanınan və qiymətləndirilən Xalq yazıçısı bu kitabına öz yazdığı şeirləri, şeir tərcümələrini, demək olar ki, bütün poeziya janrlarını, müxtəlif ədəbi tədqiqatlarını daxil etmişdir. Yeni bir poeziya antologiyası!

    Antologiyanın lüğəti mənası belədir: “…müxtəlif müəlliflərin seçilmiş əsərləri, əsasən şeirlər məcmuəsi”.

    Bu poeziya antologiyasının müəllifi Anar müəllimdi. Bununla belə, rusca yazdığı şeirlərə müəllif öz adından verdiyi izahatda yazır: “Bəri başdan deyim ki, mən şair deyiləm və heç bir şairlik iddiam da yoxdur… Mənim bütün şairlik təsərrüfatım – o da bir yarım düjin Azərbaycan dilində yazdığım şeir təcrübəsidir, onlar da gündəlik mətbuat səhifələrində və mənim kitablarımda çap olunublar”.

    Beləliklə, “bu şeir təcrübəsilə” Anar müəllimin yeni bir poeziya kitabı yaranmış, o da mənim qarşımdadır.

    Kitabda müəllif klassik şeirimizin Nizami Gəncəvidən üzübəri Orta əsr və müasir şeirlərimizə qədər, əsərlərindən epiqraf gətirib, onlara nəzirələr həsr edir. “Klassik şairlərlə səsləşmələr silsiləsi”ndə biz bu poetik dialoqun geniş mənzərəsini müşahidə edirik.

    Bu nəzirələrdə bizim müasirimiz olan şair obrazının insanın fövqəladə gücünə inandığı üçün, bütün ədəbi axtarışları zamanı öz fövqündə durduğunu görürük. O, sanki uçmaq üçün qanad, yaşamaq üçün vaxt, geniş fəaliyyət üçün mühit sorağında çırpınır. Eləcə də “İki cahan məndə sığar, mən bu cahana sığmazam”, – deyən şairimizin varisi kimi çıxış edir.

    Rus ədəbiyyatından tərcümələr fəslində, müəllif rus ədəbiyyatının klassiki Aleksandr Sergeyeviç Puşkindən tutmuş, öz müasirlərinə qədər 23 şairin şeirini tərcümə etmiş və oxucularını bir yeniliklə də tanış etmişdir.

    Əvvəla, müəllif tərcümə üçün rus şairlərinin proqram şeirlərini seçmiş, eyni vəzndə dilimizə çevirmişdir. Anar müəllimin dediyinə görə, Boris Pasternakın tərcüməsi ilk dəfədir.

    Rus ədəbiyyatından bu qədər görkəmli  sənətkarın dilimizə tərcüməsi ədəbi əlaqələr baxımından da poetik töhfədir.

    Yazıçı, şair və incəsənət sahəsindəki dostlarına zarafatla yazdığı epiqramları Anar müəllim elə insani münasibətlər fonunda təqdim edir ki, oxucu da istər-istəməz bu xoş ovqatı yaşayır.

    Bu silsilədə özünə həsr elədiyi epiqramda müəllifin daimi axtarışlar aləmində olduğunu görürük.

    Kitabla mənəvi bağlılığa həsr olunmuş sevgi şeirlərindən biri “Zemfirama” adlanır. Müəllif ötən illəri taleyinə minnətdarlıqla xatırlayır:

    …Bu qırx il necə keçdi?

    Elə bil qırx il deyil,

    Qırx gün, qırx gecə keçdi.

    İl illərə qalandı:

    Sevgi, intizar, kədər,

    Sevinc, fərəh, itgilər,

    Bir-birinə calandı.

    Təbiidir ki, keçdiyimiz həyat yolu heç vaxt insanın istədiyi kimi rəvan olmur, qarlı-boranlı, enişli-yoxuşlu olur; onun gözlənən, gözlənməyən məqamları da bizi gözləyir. Bəzən, “paxıllıqla üzləşən, haqsızlıqla rastlaşan” ailədə isə pak, təmiz arzuları ilə “şirin-şəkər nəvələr” böyüyür.

    Yaxşılıq, xeyirxahlıq kimi insani keyfiyyətlər nəsildən-nəsilə yadigar qalmalıdır ki, cəmiyyət də yaşayış yeri kimi şərəflənsin.  Müəllifin görmək istədiyi idealı da bu fikrin üstə pərvəriş tapır.

    …Namuslu, ləyaqətli,

    Alnıaçıq balalar,

    Şirin-şəkər nəvələr.

    Ağ vərəqlər üstündə

    çəkdiyimiz əzablar –

    yazdığımız kitablar,

    Bir də xatirələrdə

    Yaşayacaq eşqimiz –

    Hərarətli, pak, təmiz.

    Müəllif o vaxtkı Bakı məişətini, toy adət-ənənələrini də göstərir:

    Qış gəlsə də,

    Gəlsin qoy.

    Qış günü deyildimi,

    hədiyyəsiz-filansız

    bizim unudulmaz toy?!

    Yeri gəlmişkən deyim ki, qırx il bundan əvvəl unudulmaz Xalq şairimiz Rəsul Rza məni də oğlunun toyuna dəvət etmişdi.

    İndiki kimi yadımdadı, tapşırmışdı ki, toyda pul salmayın. O vaxtkı toylarda pul salmaq adət idi. Toylara gedəndə hədiyyə aparmaq sonralar adət halına düşdü.

    Qırx il əvvəl toyda dediyim sözü indi də burada təkrar etmək istərdim: Xoşbəxt olun!

    Anar – səmimi oğuldu. O, atasını həm oğul kimi, həm də ilk oxucularından biri kimi istəyir. O, bilir ki, Xalq şairi atası kimdir. Onun cəmiyyətdə nüfuzunu, dünya şöhrətini bilir.

    Adətən, atalar oğullara öyüd-nəsihət verər, lakin bu dəfə oğulu – bütün mənəvi sıxıntıları, streslərilə birlikdə ata rolunda – müdrik görürük.

    Acı sözlər ürəyinə ox olsa da,

    Düşmənlərin dostlarından çox olsa da,

    Üfüq xətti birdən-birə yox olsa da,

    Ümidini itirmə.

    …Sevdiklərin bir gün dönüb yad olsa da,

    düşmən görüb niskilini, yad olsa da,

    İnandığın hər nə var, bərbad olsa da,

    Ümidini itirmə!

    Beləliklə, hər iki vəziyyətdə oğulun-ata, atanın-oğul rolunda portret cizgiləri təbii – “Ümidini itirmə!” deyən nikbin notlarla bəstələnən könül hıçqırığıdı, əvəzsiz övlad məhəbbətidi.

    Hörmətli Xalq yazıçısı Anarın, bu dəfə görkəmli şair Anarın şeir dəftərindən, poeziya antologiyası kitabından müvəqqəti ayrılıram. Burada haqqında danışa bilmədiyim (bu, mümkün də deyildi) qiymətli və orijinal poeziya nümunələri ilk dəfə öz oxucularını gözləyir.

    Yeni uğurlar!

    Hörmətlə…

    22.05.2023

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Esin Görgülü – Yağmur

    Yağmur nedir

    Ölümden önceki sessizlik

    Ya da fırtına öncesi durgunluk mu

    Yoksa yağmur huzur mu

    Kışın en güzel yanı 

    Kimsesiz sokakların loş ışıkları

    Rüzgarın, yağmurla birleştiği 

    Ürkütücü sesi

    Yağmur en kötü günlerin 

    İçindeki çıkmaz sokağın

    Tek çıkış yolu

    Yağmur bir labirentin çıkış noktası

    Bir kuşun yağmurdaki çırpınışı

    Kanatlarının altına aldığı yavrusunu

    Sevgiyle sardığı an

    Yağmurun şevkati sarar her yeri 

    Mənbə: https://edebiyyat.az/

  • Zekiye Şahin – Dünyada hüzün

    Ne çok hüznü var dünyanın bir yanı hep zemheri

    Hiçbir yağmur fırtına silip süpürmüyor gönüldeki kederi

    Hangi umuda bağlansam eriyip bitiyorum

    Sanırım ben solan bir baharın imtihanından geçiyorum

    Söyleyin dağlar, taşlar nedir bu dünyayı saran acılar 

    Ne çok sevgiler kaybettik gerçekleşmedi arzular

    Hep bir telaş içinde yaşanıyor bu hayat

    Sessizce esen bu hava neden bu kadar bayat?

    Dışarıda baharken içimizde bir sonbahar havası

    Ayrılık gören yüreklerin kanar hep yarası

    Bu hüzünler rüyaysa uyandırsınlar bizleri

    Bulup getirsinler kaybolan sevgileri

    Bugün yarına, yarınlar diğer günlere hüzün ekler

    Yeni bir çağ lazım, çünkü tükendi yürekler…

    Mənbə: https://edebiyyat.az/

  • ƏHƏDOVA NURAY – DÖRD YAŞIMI UNUDA BİLMİRƏM

    Yenə gəlmişəm, əzizim. Elə həmin yerdəyəm. Xatırlayıram. O günü, baxışını, əllərimi necə möhkəm tutduğun anları, anamın səssiz fəryadını, babamın ilk dəfə diz çökdüyünü… 

     Unuda bilmirəm. İllər keçsə belə. Əvvəllər yoxluğunu bu qədər hiss etmirdim. Amma indi hər addımımda kaş ki, sən olsaydın deyirəm. 

     Unuda bilmirəm. Səninlə bağlı xatırladığım çox şey var. Ən çox isə o gün… O gün zehnimdən heç silinmir.
     Evimizin önündə ağ tut ağacı vardı. Hər zaman olduğu kimi ona doğru uzanırdıq. Əllərimiz yetişmirdi. Axı hələ çox balacaydıq. Nə yaşımız vardı ki, bizim?
     Üç yaşın vardı həə?! Əllərin, baxışların, üzün zehnimdə bulanıqdır artıq. Əlimdə tutub doyunca simanı əzbər edəcək bir şəklin belə yoxdur. Ən acısı bu ola bilər. Uzanmaq istədin, ayaqlarını qaldırmaq istədin. Hardan bilərdin ki, tanrı səni ən uca qatına qaldıracaq?
     Yanımdaydın. Ağ tut dənələrini əlinə alanda üzündə güllər açırdı. Sonra zehnimdə bir bulanıqlıq canlanır. Sonra azca belə olsa xatırlayıram əllərimi tutmuşdun. Səslər, təşvişlər gəlir gözümün önünə. Ürəyimin döyüntüsünü hələ də hiss edirəm. Qəribədir, düzdür. Amma unuda bilmirəm. O acı elə dərindi ki, mən hələ də inana bilmirəm. Ümid edirdim ki, sən dönəcəksən. Sonra yenidən tut ağacının altına gəldim. Anamı gördüm. Qucağında sən vardın. O an sevindim, yoxsa üzüldüm, xatırlamıram. Yaxınlaşdım sənə doğru. İnsanlar toplanmışdı. Onların arasından babamı gördüm. Mənim uşaqlığımın ən əvəzsiz, ən sevgi dolu parçası, mənim vüqarlı dağım, dizləri üstə çökmüşdü. İnana bilmirdim. Hansı ədalətə sığmışdı sənin gedişin? İllərlə buna cavab axtardım. Kimsə cavabını verməmişdi. Zehnimdə illərlə dolaşan o səhnəni unuda bilmirəm. Sonra bir gün dözə bilmədim. Dayımla söhbət etmək istədim. “Danışanda o sənin qardaşındı” dedi. Suda boğuldu. Nə əcəb sənə bunu danışmayıb evdəkilər, deyə sual verdi. Cavabsızdım. Ən acısı elə adını da o gün öyrəndim. Düşünə bilirsən, nələr yaşadım? Adın, üzün, gözlərin unudulmuşdu. Amma əllərimi necə tutduğun, səni necə itirdiyim unudulmamışdı.
     Sonradan nənəm bacımla qardaşıma  səni nəql etdi. Sən demə, su arxının yanına gəlmisən. Su motorunu rəngli görüb meyl salmısan. Sonra da necəsə suya yıxılmısan. Dilimə almaq, yazmaq belə ürəyimi bıçaqla kəsir sanki.
     Bir neçə il öncə anam əlində bir süfrə gətirdi.Çox uzun müddət bağlı qaldığı üçün toz basmışdı üstünü. Anidən onu qaldıranda şəkillərin səpələndi. Bir də papağın düşdü yerə. Üzünə belə baxa bilmədim. Anam tez toplayıb otaqdan çıxdı. Kaş ki, üzünə bir dəfə baxa bilsəydim, deyirəm. Kaş ki, anam səndən mənə uzun-uzun danışsaydı, deyirəm. Əvvəl onu qınayırdım. Amma indi qınaya bilmirəm. Onun qəlbində nə qədər xatirə gizlidir, kim bilir?
     Ən son babamı itirəndə məzarlığa getmişdim mən. Onun da yoxluğunu qəbul edə bilmirdim. Amma bu il gəldim məzarın üstünə. Toxundum torpağına. Solmuş gülləri yenilədim. Getmək istəmirdim yanından. Çünki illər sonra ilk dəfə cəsarət edib yanına gəlmişdim.
     İllər keçsə belə, hələ də qəbul edə bilmirəm. Sən mənim təkcə dörd yaşımın acı xatirəsi olmadın. Bütün uğurlarımı, əldə etdiyim hər şeyi sənin adına qazandım. Cismin yoxdur. Amma ruhun, adın, xatirələrin mənimlədir. Biz bir gün mütləq qovuşacağıq.
    Qızların ilk sevgisi atası olur deyirlər. Mənim ilk sevgim sən oldun! Səni sevirəm, mənim balaca mələyim!

    Mənbə: https://edebiyyat.az/

  • 15 İyun-Xalq şairi Hüseyn Arifin doğum günüdü

    Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif15 iyun 1924YenigünQazax qəzası – 14 sentyabr 1992Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978).

    Həyatı

    Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952).

    Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

    Fəaliyyəti

    Əmək fəaliyyəti

    Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

    Ədəbi fəaliyyəti

    Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

    1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı olmuşdur.

    Mükafatları

    Hüseyn Arifin xatirə lövhəsi

    Əsərləri

    1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
    2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
    3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
    4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
    5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
    6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
    7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
    8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh
    9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
    10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
    11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
    12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
    13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
    14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
    15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
    16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
    17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
    18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
    19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
    20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
    21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
    22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
    23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
    24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
    25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

    Məqalələri

    • Aşıq Alını axtarıram. “Elm və həyat” jurnalı, Bakı, 1968, № 2, səh.12.
    • Aşıq Alı. “Azərbaycan” jurnalı, Bakı şəhəri, 1969, № 9, səh.199–203.

    Filmoqrafiya

    • Mən Hüseyn Arifəm… (film, 2010)

    İstinadlar

    1.  Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı

  • Dostlarla, doğmalarla aramızda təkcə anılar salamat qaldı… – Şeirlər. Dəyanət OSMANLI

    Azərbaycan Yazıçılar Birliyi İdarə Heytənin üzvü, Prezident təqaüdçüsü,

    Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru

    BURASI SON MƏKANDIR

    deyə qəflətdən oyanmaq

    yorğun və çarəsiz düşdüyüm anda

    əbədi dayanmaq

    daha doğru qərardı bəlkə

    hələ məskən salmaq üçün

    özümə yer tapmıram

    düşünüb-daşınmaq üçün

    bir ömür bəs eləmədi.

    Yüyrək atım

    özümdən də həsrətli

    ikimiz də inadla

    o bildiyimiz uzaqlarda

    dağıntılar altında

    iniltisi xəfifcə eşidilən

    azadlığın imdadına

    qaçırıq nəfəs dərmədən.

    Bir çox illər keçmiş olar

    ruhumla tənimin

    ayrıldığı zamanın üstündən

    köçəri quşların

    cənub küləyində gətirdiyi

    azadlığın izində şəhid oldu

    xəbərinə ağlarsınız.

    Orda qaranlığı

    hilal kimi titrədib

    gecəni yatmağa qoymayan

    qos-qoca bayrağam

    köhnələn bir həsrətlə

    əllərimi yellədib

    yadlara dustaq olan vətənə sarı

    meydan oxuyuram faniliyə.

    ATAMIN DİLİNDƏN

    ANLADIM SAVAŞLARI…

    zor durumlarında

    üzünü Tanrının ayağına sürtənlər

    keyfli zamanlarında

    çıxdılar Tanrının çiyninə

    sanki ağ günə çıxmışlar daha.

    Atamın dilindən eşitdim

    savaş nədənlərini

    ölüm qapıya dayansa belə

    anlamaz insan torpağın dərdlərini.

    Hər zaman acgöz savaşlarla

    dünyanı qarışdırdı

    şeytanın barmağı

    və qarışdı günlərin qarasıyla ağı

    fanilər

                qafillər

                            şər orduları

    özgə qismətə baxantək

    baxdılar ata yurda

    yer üzü savaşların

    ayaqları altında qalanda

    Tanrı çox uzaqdaydı.

    Bu insan ovçuları

                bu torpaq tacirləri

    dünyanı dəniz

                yer üzünü gəmi

    insanları balıq bilib

    qarmaq atdılar…

    hər qarətdən və zəfərdən sonra

    batdılar torpağa gözlərinədək

    və onda o orqan tacirləri

    yada saldılar Tanrının rəhmini

    tövbə qapısında günahlarını

    imdad diləyənlərin

                göz yaşıyla yuyub

    salavat çevirdilər.

    Böyük canbazların

    yapımçı olduğu

    faşistlərin oynadığı

    teatr səhnəsidi saşavlar

    acımasız oyunlarda

    el üçün ağlayanın

    göz yaşını su kimi içmək

    çocuqları yarpaq-yarpaq

    iynəyə düzmək

    fələyin siniriyə oynamaqdır

    savaşlar gedərkən

    və hər addımda ölüm varkən

    əbəsdir itkisiz yaşamağı düşünmək.

    Məzar boyda torpağı

    vətən kimi qoruyanları

    və qana bulaşan bayrağı

    and yeri kimi öpüb

    göz üstə qoyanları

    ürəyinin başında saxlayar yığval.

    ATAMIN MƏZARI BAŞINDA

    Doğma Borçalıda

    ata yurdum Saraçlıda 

    köhnə bir gorgahdayam

    birdən fərqinə vardım

    burda tək canlı olduğumu

    yaşamaqdan yorulduğumu…

    Hələ qar qalıb dağların başında

    hələ ayazdı bozqurdlar odasında

    atam Osmanın

    balaca çəmənə bənzəyən

    sinə torpağında

    bahar gecikmiş kimi suçlu…

    Qardaşımın əkdiyi

    mixəyin qoxusunda

    nərgizin sarısında

    hələ həyat imzası var

    unudulmamaq şansı qalır

    və bir üzünü gün qızartmış

    çiyələk kollarında

    hələ yaşıldı yarpaq

    hələ nəmli qalmış torpaq

    bacılarımın göz yaşından.

    Bu balaca çəmən

    gündüz gün işıldayanda

    gecə hilal doğanda

    yalançı rüzgara aldanıb

    gülləri oyadar yuxudan

    başı üstündən

                bir qara bulud

                            ustufca ötəndə

    diksinib çiçəyini tökər.

    Hər yazın sonunda

    doğmaların ziyarət anında

    sinə torpağında

    göz yaşı içən çiyələk kolu

    elə bil nədənsə

    qürur duyar

    qurumuş meyvəsinin

    köçəri quşlara

    yem olmasından.

    Və burda

    gündüz günəş eyni gülümsər üzüylə

    gecə hilal eyni üzütü hissiylə

    yürüyüb uzaqlaşmaq istər

    hər gəlib gedənin arxasınca.

    TANRININ GÖRK YERİDİ

    HƏR KƏSİN SON MƏNZİLİ…

    hər kəs sağ ikən

    əbədi olduğuna inanar

    və ayağına daş dəyincə

                ölüncə belə yaşar

    sevəndə də

                əzab verəndə də

    kimsə sonu düşünməz

    insan min illərcə

    səssiz qalmağa

                daş olmağa razı

    amma könüllü köçməz dünyadan.

    Hər kəsin son mənzili

    Tanrının görk yeridi

    həyatın sonu bəlli

    amma yenə

    bir möcüzə bəklərik səndən

    qardaşım fələk.

    Bezsək də

    eyni yollarda yürüməkdən

    üzülsək də usanmadıq

    aldığımız yaralardan

    qismətdən

                aqibətdən

    razı qalmadıq.

    Gercəklər acı da olsa

    həsrətini çəkdik

    birimiz himn kimi söylədik

    birimiz pis xəbər kimi gizlətdik

    duymaq istəmədik

                bir doğrunu

                            bir də yalanı.

    Bir şablon arzudur

    həyatın gizli siması.

    Tanrının görk yeridi məzarlıq

    burda hər kəsin bir qibləsi var…

    və hüzn törənlərində

    iblis də mələyə dönər

    hər Allahsız insana da

    tərəddüdsüz rəhmət oxunar burda…

    və sonunda sağ qalan hər kəs

    görəvinin başında oyanıb

    yoluna davam edər.

    Tanrı da

                insan da

    iblis də öz işinin başında.

    BİR ŞEİR YAZDIM…

    günlərlə gözlədim

    hava durumuna baxıb

    bir öfkəsiz səmt küləyində

    gecəykən dostlara ismarladım.

    Eşidənlər karlığa

                oxuyanlar korluğa

    vurdular özlərini

    qaçıb gizləndilər

    güvənli saydıqları yerdə.

    Bir az zirək olanlar

    zamanı qabaqlayanlar

    gözlərini qapadı

    bir az hiyləgərlər

    bir az çoxbilmişlər

    bir az da fürsətçilər

    odasında işıqları söndürdü

    kəsildi bütün təmaslar.

    Səsləndim Tanrıya sarı

    ey qoca yaradan

    taleyimə yazdığın

    o əziz türk kimliyi

    sanki ən böyük kabusmuş

    mənim kəlmələrimdə

    mənim adımla

    pantürkçülükdə ittiham edilib

    asıldı düşmən dilindən…

    YALAN-GERÇƏK…          

    elə olaylar gördüm     

    qələmin yazmağa

                gözlərimin oxumağa

    yaddaşımın saxlamağa

    gücü çatmır

    nə də dünyada özümdən sonra

    qoyub getmək istəmirəm

    zor-xoş yaşadığımız

    fani həyatı

    yalan-gerçək anlatmağa

    bəzən can atmır insan.

    Tanrı alın-tale yazarıdı

    o da heç vədə tələsmir

    ürək eyləmir tamamlamağa

    oyunun sonunu…

    senzor fələk və şeytandı

    keçici qərar belədir:

    insan üçün

    hələ tale yarımçıq

    və aqibət məxfi saxlanılsın…

    DOĞUŞDAN ÖLÜMƏ

    YOLU TƏKCƏ YÜRÜDÜM

    yeri döydüm

                göyü döydüm

                            açan olmadı

    vurnuxdum son nəfəsədək

    yerlə göyün yaxasında

    varla yoxun arasında.

    Hansı yurdda yaşadımsa

    bir dilsiz daş kimi

    ora-bura atıldımsa

    yenə susdum

    səbrimi basdım daimi

    öz ruhumla qol-boyun

    alnı yazısız dolaşdım

    xəstəliklə savaşdım

                əcəlimlə uğraşdım

    məni Tanrı görmədi

    ölüm-itim oldu

    dostlarla

                doğmalarla aramızda

    təkcə anılar salamat qaldı

    onlar da hələ yaralı

    və o anıların

    qansız dodaqlarında

    buna da min şükür kəlamı

    laxtalanıb qurumuş.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb

            Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi Lütviyyə Əsgərzadənin “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” kitabı işıq üzü görüb.

            Monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi Şurasının 17 mart 2023-cü il tarixli 2 saylı qərarı və AR Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının 4 may 2023-cü il tarixli 7 saylı qərarı ilə çap edilib.

            Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. “Cavidşünaslığa yeni baxış, yaxud tənqidin tənqidi” başlıqlı ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımovdur. Rəyçi Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İslam Qəriblidir. İdeya müəllfi və redaktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

            Filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadənin bu kitabı dörd fəsildən ibarətdir. Monoqrafiyanın “Hüseyn Cavid: şəxsiyyəti və sənətkarlığı”, “Hüseyn Cavid: yaradıcılığı və Azərbaycan ədəbi tənqidi”, “Ya müttəfiq, ya ölüm: hücum-ədəbi münaqişələr, ədəbi məhkəmələr”, “Əbədi sənətkar və əbədi sənət” fəsillərində repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır.

            “Elm və təhsil” nəşriyyatında çap edilən kitab 360 səhifədir.

     Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Azərbaycanlı şairə Nigar Arifin “Adamların yağışı” adlı yeni kitabı nəşrə hazırlanır

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin “Adamların yağışı” adlı yeni kitabı nəşrə hazırlanır.

       Xatırladaq ki, Azərbaycanlı şairə Nigar Arifin “Xatirələr otağı” adlı ilk şeirlər kitabı Təbrizdə işıq üzü görüb.  

       Kitab müəllifin oxucularıyla sayca ikinci görüşüdür. Kitabda müxtəlif illərdə qələmə alınan ədəbi-bədii nümunələr, poeziya örnəkləri yer alıb.

    Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İctimaiyyət nümayəndələri, ədəbi came, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Nigar Arifin şeiri İranda “Hüner ve Camia” dərgisində

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin “Gecikmiş ömür” şeiri İranda “Hüner ve Camia” dərgisində Azərbayan türkcəsində və fars dilində dərc olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • O.M.Mirqasımovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    O.M.Mirqasımovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “İstiqlal” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 12 iyun 2023-cü il 

    Mənbə: http://president.az

  • Azərbaycan teatr tarixində özünəməxsus yeri olan sənətkar

    Bu gün Xalq artisti Hacıbaba Bağırovun anadan olmasından 91 il ötür

    Sevimli aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər. Lakin haqqında söhbət açmaq istədiyim mərhum sənətkarımız, Azərbaycanın xalq artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlara həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri var. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, ilhamının qüdrəti ilə fəth edib.

    AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz sənətkarımız, Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü tamam olur.

    Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu heç də hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində çalışıb. Görkəmli rejissor Adil İsgəndərov onu “Vaqif”də Vidadi rolunda görəndən sonra teatr studiyasına dəvət edib. Hacıbaba Bağırov görkəmli teatr xadiminin rəhbərliyi altında aktyorluq sənətinin sirlərini öyrənib. Hələ uşaqlıqdan sevib-seçdiyi sənət onun qanına hopub. Sonra teatr fəaliyyətini Lənkəranda və Gəncədə davam etdirib.

    Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub.

    Hacıbaba Bağırovun əsl sənətkar kimi formalaşması, tanınması 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dəvət aldıqdan sonra başlayıb. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox obrazın onun gülüş ustası kimi püxtələşməsinə və populyarlıq qazanmasına böyük təsiri olub.

    Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Zülfüqar Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, Süleyman Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Əşrəf Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, Emin Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli könül”də Fərzəli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, Soltan Hacıbəyovun “Qızılgül”ündə Nadir, Ağası Məşədibəyovun “Toy kimindir?”ində Uzun, Emin Sabitoğlu, Tamara Vəliyevanın “Bankir adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” trilogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rolları milli mədəniyyətimizin inkişafına xidmət edir.

    Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri də tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti idi. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından biri etmişdir. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarıb.

    Aktyor səhnə fəaliyyəti ilə yanaşı, Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini verib. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunub və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilib.

    Hacıbaba Bağırov ilk dəfə 1964-cü ildə rejissor Ağarza Quliyevin “Ulduz” musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə belə deyib: “Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim üçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım. Əvvəla, mən heç zaman filmə çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. İlk dəfə idi ki, öz oyunuma oturub kənardan baxa biləcəkdim. Doğrudan da, “Ulduz” mənim aktyorluq fəaliyyətimə, aktyor asimanıma əsl ulduz bəxş elədi. Möhsün rolunun uğurunun başlıca səbəbi obrazın mənə yaraşması idi”.

    Hacıbaba Bağırovun “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma-almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. Bu obrazlara baxıb sənətkarın “Teatr, kino mənim həyatımdır” deməsinə haqq qazandırmaq olar.

    Həyata 74 yaşında əlvida deyən sənətkar adını Azərbaycan teatr sənətinə elə əbədi həkk edib ki, bu gün olduğun kimi, hələ neçə-neçə qərinələr, əsrlər xatırlanacaq və onun sənət yolu gənc sənətkarlar üçün bir məktəb olaraq qalacaq.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür

    Bu gün təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Muğannanın (Hüseynov) doğum günüdür. Onun haqqında dünyaşöhrətli yazıçı Çingiz Aytmatov “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik” deyib.

    AZƏRTAC xəbər verir ki, bu gün anadan olmasının 95-ci ildönümü tamam olan İsa Muğanna zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı Azərbaycan ədəbiyyatının “altmışıncılar” adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur.

    İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. O, Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olunsa da, 4 ay sonra kəndə qayıdıb. Özünün dediyinə görə, bir müəllimin acı sözü onu bu fikrə düşməyə məcbur edib. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Təhsilini Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

    Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb.

    İ.Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitablarını oxucularına təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.

    Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.

    İ.Muğanna yazıçı kimi altmış illik fəaliyyəti dövründə ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucusunu heyrətləndirib.

    Tarixi faktları, böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan ədibin özünəməxsus yanaşma və fərqli düşüncə tərzi olub. Bunun sayəsində ərsəyə gətirdiyi silsilə romanların, povestlərin ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malik rolu olub. Bu mənada ustad yazıçı öz əsərlərində ana dilinin potensial poetik imkanlarından yüksək bəhrələnərək şedevrlər yaradıb.

    İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, Xalq yazıçısı fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, Müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən görkəmli yazıçının yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.

    Görkəmli yazıçı 2014-cü il aprelin 1-də 85 yaşında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

    Mənbə: https://azertag.az/

  • “Qızıl tağ” Beynəlxalq Milli Kinematoqrafiya Forumu təşkil olunacaq

    Kinematoqrafçılar İttifaqları Konfederasiyası Prezidentin Qrantlar Fondunun maliyyə dəstəyi, A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun maliyyə yardımı və iştirakı ilə Moskvada Rüstəm İbrahimbəyov adına “Qızıl tağ” Beynəlxalq Milli Kinematoqrafiya Forumunu təşkil ediləcək.

    Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a verilən məlumata görə, Konfederasiya Şurasının qərarı ilə bu il Foruma Rüstəm İbrahimbəyovun adı verilib.

    Milli Kinematoqrafiyalar Forumu, MDB ölkələrinin kino xadimləri arasında multikultural ünsiyyət üçün vahid platforma rolunu oynamağa qadir olan güclü milli assosiasiyadır. Forum fəaliyyət göstərdiyi illər ərzində Marat Sarulu, Aktan Abdıkalıkov, Bəxtiyor Xudoynazarov, Gülşad Ömərova, Yusup Razıkov və sonralar özlərini beynəlxalq kinofestivalların daimi iştirakçıları kimi təsdiqləmiş digər kinematoqrafçıların aşkarlanmasına öz töhfəsini verib. 1998-ci ildə fəaliyyətə başladığı gündən Milli Kinematoqrafiyalar Forumu 1990-cı ildə ssenarist, prodüser və rejissor Rüstəm İbrahimbəyov tərəfindən əsası qoyulmuş Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvü olan MDB ölkələri arasında ümumi kinematoqrafiya məkanının saxlanması və inkişafını əsas istiqamət kimi götürüb. Forum Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvü olan MDB ölkələrinin kino xadimləri arasında təcrübə mübadiləsi və yaradıcılıq nailiyyətləri ilə tanışlıq üçün mahiyyət etibarilə yeganə platformadır.

    Bu il Forum çərçivəsində ustad kino xadimləri, rejissorlar, dramaturqlar, operatorlar və prodüserlər kinematoqrafçıların (MDB ölkələrinin kino universitetlərinin və kino fakültələrinin tələbələri və yeni məzunları) peşəkar təhsilini təkmilləşdirəcək tematik ustad dərsləri keçirəcəklər. Bu ildən başlayaraq Forum modernləşdiriləcək və rəqabətə əsaslanan fəaliyyət mərhələsinə keçəcək. Təqdim olunan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı qeyri-bədii film”, “Ən yaxşı debüt”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı tələbə debütü” kateqoriyalar üzrə qiymətləndiriləcək.

    Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus, Ermənistan olaraq yeddi ölkədən 51 filmin iştirakı üçün ərizə təqdim olunub.

    Qeyd edək ki, tədbir cari ilin sentyabrında keçiriləcək.

    Mənbə: https://azertag.az/

  • Teatrların regionlara qastrol səfərləri davam edir

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların qastrol səfərləri həyata keçirilir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, uzun illərdən sonra ilk dəfə belə geniş şəkildə təşkil olunan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda bu aksiya ilə ölkəmizdə ümumilikdə teatr proseslərinin canlandırılması nəzərdə tutulur.

    Qastrol səfərlərinə bu ilin mart ayında başlanılıb və növbəti aylarda da davam etdirilib. Qastrol aksiyasının iyun ayına nəzərdə tutulan proqramına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Qusar Dövlət Ləzgi Dram Teatrı Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində və Zəngilan (Ağalı kəndi), Salyan, Quba, Şabran rayonlarında tamaşa göstərəcək.

    Bundan əlavə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin tələbələri Mingəçevir və Şəki şəhərlərində diplom tamaşası ilə çıxış edəcəklər.

    Mənbə: https://azertag.az/

  • Vaqif Səmədoğlunun xatirəsi yad edilib

    Səməd Vurğunun ev-muzeyində Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 84-cü ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

    AZƏRTAC xəbər verir ki, gecədə şairin qələm dostları, Vaqif poeziyasını sevənlər, gənclər iştirak ediblər.

    Şairin həyat və yaradıcılığından bəhs edilib, unudulmaz xatirələr yenidən canlandırılıb. Qeyd olunub ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olub, öz yaradıcılığı ilə bir neçə nəslin ədəbi zövqünün formalaşmasında rol oynayıb və bu gün də dərin fəlsəfi ruhlu şeirləri sevilir.

    Tədbir iştirakçıları şairin şeirlərindən parçalar söyləyiblər. Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnılar, xalq mahnıları və digər əsərlər tanınmış sənətçilər və gənc musiqiçilərin ifasında səslənib.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli müğənni Rəşid Behbudovun anım günüdür

    “Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” və s. ifa etdiyi mahnılar… Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb. Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatından 34 il ötür.

    AZƏRTAC böyük sənətkar Rəşid Behbudovun anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

    Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna qəbul olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblının, əsgərlik illərindən sonra isə Tbilisi estrada qruplarından birinin solisti olub.

    Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film tezliklə nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov Stalin mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film bu gün də müvəffəqiyyətlə nümayiş etdirilir.

    R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.

    İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.

    Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun ifası sayəsində mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər görkəmli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil.

    Xalqını sonsuz məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

    Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyicinin qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.

    1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.

    Mənbə: https://azertag.az/

  • Akademik Milli Dram Teatrı ictimaiyyətə müraciət edib

    Akademik Milli Dram Teatrı Beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib.

    Teatrdan AZƏRTAC-a daxil olan müraciətdə deyilir:

    “Beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir.

    “Saytın domenində olan “azdram” sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur.

    Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.

    Mənbə: https://azertag.az/

  • Dünyaşöhrətli pop qrupu “Gipsy Kings” ilk dəfə Bakıda

    İyunun 15-də Bakı Konqres Mərkəzində dünyaşöhrətli pop qrupu “Gipsy Kings” ilk dəfə konsert verəcək.

    AZƏRTAC xəbər verir ki, Rumba-Flamenko stilində ifaları ilə tanınan, “Bamboleo”, “Volare”, “Baila Me”, “Amor Mio” mahnıları ilə sevilən məşhur pop qrupu pərəstişkarları qarşısında öz repertuarında olan kompozisiyalarla çıxış edəcək.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

    Mənbə: https://azertag.az/

  • Filarmoniyada Azərbaycan Dövlət Xor Kapellasının konserti olacaq

    yunun 16-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev – 100” adlı Azərbaycan Dövlət Xor Kapellasının konserti keçiriləcək.

    Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, konsert Xalq artisti Gülbacı İmanovanın dirijorluğu və bədii rəhbərliyi ilə gerçəkləşəcək.

    Xormeysterlər Əməkdar artist Yulizana Kuxmazova və Əməkdar incəsənət xadimi Dilarə Əliyevadır. Konsertmeysterlər Elxan Niftiyev və Nərmin Rzayeva olacaq.

    Proqramda dünya bəstəkarlarının əsərləri səslənəcək.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

    Mənbə: https://azertag.az/

  • Fidan İSGƏNDƏROVAnı doğum günü münasibətilə təbrik edirik!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi FES (FULL EDUCATİON SUPPORT) Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Fİdan İSGƏNDƏROVAnı doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Dodaqlarınızdan gülüşün, yanaqlarınızdan isə təbəssümün əskik olmaması diləyi ilə İnşAllah!

    https://www.youtube.com/watch?v=5HSsdehhn9A

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Dr. Hüseyn Şərqi Əfəndini doğum günü münasibətilə təbrik edirik! (6 İyun)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin təsisçisi və baş redaktoru Dr. Hüseyn Şərqi Əfəndini doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN PARLAQ SİMASI – ŞİRİNDİL ALİŞANLI

      İnsan öz ömrünün kamillik dövrünə qədəm qoyur, onu peşəsindən və tutduğu vəzifəsindən asılı olmayaraq hər şeydən öncə belə suallar düşündürür: xoşbəxtliyi nədə axtarmaq, necə axtarmaq? Yaşamaqda məqsəd nədir? İnsanlığın ən böyük amalı nədir? Müdrik insan o suallara birmənalı cavab verir – insan insanın qayğısını çəkməli, Vətənini və xalqını sevməli, onların xoşbəxtliyi uğrunda mübarizə aparmalı, haqqı-ədaləti uca tutmalı, bu yolda heç bir çətinlikdən qorxmamalıdı. Bütün bu duyğular, bu hisslər ana südü, ana laylası, ata öyüd-nəsihəti ilə doğulur və bütün ömrü boyu insanın ruhuna, qəlbinə hakim kəsilir.

      Elə insanlar mənsub olduğu xalqın ləyaqətli övladları olur, insanlığın bəzəyi və yaraşığı sayılırlar. Onların həyatı işığa, nura bələnmiş olur, heç vaxt çətinliklərdən qorxmurlar. Böyük inamla daha mübariz olub, daha qürurlu yaşayıb, xalqın, el-obanm hörmətini qazanaraq hər yerdə, hər zaman ağsaqqallıq kürsüsündə olub, adı ehtiramla çəkilir, müdrikanə sözləri dəyərli sayılır.

      Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Alişanov Şirindil Həsən oğlu son dərəcə pozitiv enerjiyə malik bir insandır. Tanınmış ziyalı ətrafındakı insanlarla xoş rəftarı, ünsiyyət bacarığı, yüksək mədəniyyəti, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edir. Yaxından tanıyanlar Şirindil müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirlər. Azərbaycan xalqı belə nəcib, xeyirxah, mərd şəxsiyyətləri ilə daim qürur duyub, onları özünün milli sərvəti sayıb.

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “XX əsr  sovet dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 5 monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifi Şirindil müəllim Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına sanballı, ciddi töhfə vermiş, barmaqla sayılası alimlərdən biridir.

    Şirindil Alışanlının elmi fəaliyyət dairəsi genişmiqyaslıdır.  Onun “Sözün estetik yaddaşı!” (1994), “Romantizm: mübahisələr, həqiqətlər” (rus dilində), (2000), “Ədəbi-bədii düşüncənin sərhədləri” (2010), “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” (2011), “Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi” (2013) və s. bu qəbildən monoqrafiyaları nəzəri-elmi səviyyəsi ilə fərqlənən, müasir, çağdaş filoloji mühitdə  elmi-estetik təfəkkürü zənginləşdirən, inkişaf etdirən və dost-düşmən qarşısına çıxarmağa layiq əsərlərdir.

    Şirindil Alışanlı yarım əsrə yaxındır ki, ədəbi-elmi yaradıcılıqla yanaşı, milli-mənəvi irsimizin nəşri və təbliği sahəsində səmərəli fəaliyyət göstərir. “Sabah” nəşriyyatının təsisatçısı, “Elm” qəzetinin baş redaktoru (1993-1998) kimi klassik və müasir ədəbiyyatımızın, tarixi və dini mənbələrimizin onlarca nümunəsini nəşr etmiş, 1997-2013-cü illərdə sizin təşkilatçılığınızla yaradılmış “Elm” Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzi Azərbaycan elmini və mədəniyyətini XX əsr boyu qazandığı elmi axtarışların yekunu olan onlarca çoxcildliklər, sanballı monoqrafiya, lüğətlər nəşr etmişdir.

     Filologiya elmlər namizədi Baba Babayev yazır: “Görkəmli ədəbiyyatşünas Şirindil Alışanlı Azərbaycan ədəbiyyatşünaslığında Yaşar Qarayevin konsepsiya kimi irəli sürdüyü məsələ-problemləri davam və inkişaf etdirmişdir. Ş.Alışanlı nəzəriyyəçi olaraq bədii ədəbiyyatın ideologiyadan və ictimai fikridən asılılığına nöqtə qoyur. Alim bədii ədəbiyyatı məhz obrazlı yaradıcılıq kimi, yəni dünyagörüşün təkrarsız və əvəzsiz bir forması kimi, canlı həyata və insana daha adekvat olan inikas forması kimi dərk edərək təhlil edir. Alim “Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində” məqaləsində (“Sözün yaşamaq haqqı”, 2022), “Səməd Vurğun və onun ədəbi nəsli avtoritar cəmiyyətin ədəbi-siyasi gerçəkliyi müstəvisində yazıb yaratmışlar”, – deyir. Nəzəriyyəçi daha dərin qatlara gedərək, heç kəsin görə bilmədiyi və ya deməyə gücü çatmadığı məsələləri də nişangaha gətirir”.

    Bu günlərdə filologiya elmləri doktoru, professor Şirindil Alışanlının 70 illik yubileyi münasibətilə “Şirindil Alışanlı – 70” (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. – Bakı: Elm, 2023. – 664 s.) kitabı işıq üzü görmüşdür.

    Kitaba filologiya elmləri doktoru Şirindil Alışanlı haqqında mətbuatda dərc edilmiş məqalələr, əsərləri haqqında rəylər, həmçinin məktub və təbriklərdən seçmələr, ona həsr edilmiş bədii nümunələr və alimin biblioqrafik göstəricisi daxil edilmişdir.

             Kitab akademik İsa Həbibbəylinin “Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqidin qovşağında” adlı ön sözü ilə başlayır. Ön sözdə deyilir: “Azərbaycan ədəbiyyatşünaslığında poetika məsələlərinin kompleks şəkildə araşdırılmasına da Şirindil Alişanlı əhəmiyyətli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatının tarixi poetikası” adı ilə nəşr etdirdiyi bir neçə məqalələr toplusu ədəbi-nəzəri fikrimizin nadir poetikaşünaslıq külliyyatlarıdır. Ədəbi  janr haqqındakı araşdırmaları poetika konsepsiyasını zənginləşdirən və tamamlayan nəzəri baxışlardan ibarətdir”.

    Professor Şirindil Alişanlı elmin zirvəsini fəth etmiş peşəkar, ədəbiyyatşünas alimdir. Əlli ildir ədəbiyyatşünaslığın müxtəlif sahələrində fədakarcasına, şərəflə xidmət edir və bundan sonra xidmət edəcək. Çox sayda alimlər yetişdirib, xüsusilə də bədii yaradıcılığın metod problemlərinin tədqiqi ilə məşğuldur. Şirindil müəllim ədəbiyyatşünaslığımızın ən parlaq simalarından biridir.

     Mən alim dostumuza uzun ömür, can sağlığı arzulayıram!

    Vüqar Əhməd

    filologiya elmləri doktoru, professor,

    Beynəlxalq Elmlər Akadeiyasının akademiki

  • Tanınmış yazıçı Varis ilə görüş

    Bakıda böyük bir mədəniyyət tədbirinə start verilir, II Türk dünyası Ədəbiyyat və Kitab festivalı başlayır.
    Elmlər Parkında düzənlənəcək bu bir həftəlik möhtəşəm tədbirdə iştirak etmək şansından mütləq yararlanın. Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədovun, mədəniyyət naziri Adil Kərimlinin, Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin, Yazıçılar Birliyinin sədri Anarın, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın, Xalq yazıçısı Çingiz Abdullayevin, BDU-nun rektoru Elçin Babayevin, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının çıxış etmələri tədbirin ranqından xəbər verir.
    Festivalın təşkilatçısı olan “Beytüm” Beynəlxalq Türk Müəllifləri Təşkilatının rəhbəri, dəyərli Xəyal Rzaya bu böyük kitab bayramının təşkilinə görə minnərdarlıq bildirir, hamını bu bir həftəni Elmlər Bağında festivalla yaşamağa dəvət edirik.
    Ayın 6-sı saat 12.00-də mənimlə oxucuların görüşü təşkil olunacaq. Görüşün moderatoru Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşardır.
    Əziz oxucularım, buyurun gəlin, çox maraqlı olacaq!

  • Vaqif Sultanlının mühacirət ədəbiyyatı ilə bağlı yeni araşdırması işıq üzü görüb

    Filologiya elmləri doktoru, professor Vaqif Sultanlının yenicə yayımlanmış “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” kitabı ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib gəldiyi yolun, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irsin araşdırılması baxımından önəm daşıyır.

    Azərbaycan Dövlət Nəşriyyatında çap olunan bu kitab müəllifin mühacirət ədəbiyyatı ilə bağlı ilk araşdırması deyildir. Belə ki, onun “Ağır yolun yolçusu” (1996), “Azərbaycan mühacirət ədəbiyyatı” (1998), “Ömrün nicat sahili” (2004) kitabları və çoxsaylı məqalələri bu mövzuda qələmə alınıb. Həmçinin araşdırmaçının İstanbulda yayımlanmış “Azərbaycan mühacirət ədəbiyyatı” (2007), “Ruhun ağrıları” (2010) kitabları da köçmən ədəbiyyatı ilə bağlıdır.

    Vaqif Sultanlının yeni kitabını əvvəlki araşdırmalarından fərqləndirən əsas cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə yanaşılmasıdır. Müəllif ilk tədqiqatlarından fərqli olaraq burada VII əsrin sonları VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədər geniş zaman kəsimini əhatə edib, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi mənzərəsini canlandırıb.

    Monoqrafiyada Azərbaycanın Quzeyinin çar Rusiyası tərəfindən işğalı ilə başlayan dönəmin miqrasiya axınları fonunda ədəbi-mədəni sferada yaşanan proseslərə yer verilib. Həmçinin rus-sovet müstəmləkəçiliyi dövründə mühacirət ədəbiyyatının keçdiyi mərhələlər işıqlandırılıb, ayrı-ayrı şəxsiyyətlərin ədəbi portreti yaradılıb.

    Müəllif kitaba yazdığı “Ön söz”də tədqiqatla bağlı qənaətlərini belə ümumiləşdirir: “Bəzən bеlə bir fikir səslənir ki, mühacirət heç bir zaman sözün həqiqi mənasında böyük ədəbiyyat yaratmamış, dünya ədəbi fikrinə qeyri-adi sənət örnəkləri bəxş еtməmişdir. Bu məntiqin kifayət qədər ciddi еlmi-faktоlоji arqumеntlərə söykənmədiyini qеyd еtməklə yanaşı, bеlə bir məqama diqqət yеtirməyə еhtiyac vardır ki, tariхin müəyyən, bəlli bir zaman kəsiyində ədəbiyyatı хalqın, vətənin talеyi ilə bağlı məsələlər düşündürdüyündən ədəbi-bədii kritеriyaların bir növ “unudularaq” arхa plana kеçdiyi məqamlar da оlur. Buna görə də mühacirət ədəbiyyatı dəyərləndirilərkən onu yaradanların yalnız ədəbi istedadı deyil, sosial-əxlaqi mövqeyi də nəzərdən qaçırılmamalıdır”.

    Müəllifin qənaətincə, qədim tarixə malik olan mühacirət ədəbi-bədii və nəzəri-kulturoloji irsi bütöv Azərbaycan mədəniyyətinin ayrılmaz parçasıdır.

    Monoqrafiyanın mühüm özəlliklərindən biri müxtəlif dövrlərdə Azərbaycanın Güneyindən ayrı-ayrı ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin də araşdırılmasıdır.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • “Ulduz” jurnalının may sayı işıq üzü görüb

    “Ulduz” jurnalının may sayı işıq üzü görüb.

    Dərgi ədəbiyyatşünas, esseist Mətanət Vahidin özüylə söhbəti və “Şəhrizad” – milli-tarixi yaddaş romanı sənət və qadın idealının təcəssümü kimi” essesi ilə açılır. “Şeir vaxtı”nda Ramilə Qardaşxanqızının, Elsevər Məsimin, Əfşan Yusifqızının, Reyhan Kənanın, Aytac Sahədin və Xanım Sevərin şeirləri, “Nəsr” rubrikasında isə Çinarə Ömrayın “Adsız”, Hafiz Təmirovun “Dərdin böyütdüyü uşaq” hekayələri yer alıb. Şair-publisist Qulu Ağsəsin “Nüvə başlığı və ya Faites-En Bon Usage” essesini dünyada və ölkədə baş verən hadisələrə fərqli baxış kimi də səciyyələndirmək olar. Emin Pirinin “Laçın vaxtlarımız” sərlövhəli silsilə yazıları müəllifin müharibə gündəliyindən nümunələrdir. Fərid Hüseynin “Təbiət aynası” essesi Məhəmməd Füzulinin oğluna ünvanladığı “Fəzliyə nəsihət” qəsidəsindən bəhs edir.

    Professor Məti Osmanoğlunun “Ustad dərsləri”nin cari mövzusu filosof Fridrix Şegelin “Mifologiya haqqında nitq”idir. Tatar ədəbiyyatının istedadlı nümayəndələrindən sayılan Gözəl Yaxinanın “Soyağacı” hekayəsi Seyfəddin Hüseynlinin tərcüməsində təqdim edilir. Aygün Əzizin “Dilimizin anasını ağlatmışıq” başlıqlı yazısında dilimizə fərqli dillərdən keçmiş sözlərin geniş təhlili aparılır. Şəfa Vəlinin “Uzaqdakı yaxınlar: Nüşabə Əsəd Məmmədli” yazısı, adından da göründüyü kimi, yazıçı, dramaturq Nüşabə Əsəd Məmmədlinin həyat və yaradıcılığının maraqlı məqamlarına işıq tutur. “Qısa fikirlər xəzinəsi”ni Erix Mariya Remark, Luis Kerroll, Tomas Eliot və başqalarının fikirləri bəzəməkdədir.

    Mobil Aslanlı Huntürkün “A.Bakıxanovun poetik düşüncəsində sağlam həyat tərzi” araşdırma yazısı böyük ədibin əsərlərində sağlamlıqla bağlı tərbiyəvi məqamları diqqətə çatdırır. “Dərgidə kitab” rubrikasında filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudovanın “Adı soyadını eşidən şair: Qulu Ağsəs” yazısı yer alıb. Yazı şair Qulu Ağsəsin zəngin yaradıcılığının əsas istiqamət və məqamlarını özündə ehtiva edir. “Dərgidə sərgi” rubrikasında 8 yaşlı rəssam Ağazadə Əbəlfəzlin rəsm əsərlərinə yer verilib.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Aslanlı Jalə Elmiyaz qızını doğum günü münasibətilə təbrik edirik! (5 İyun 2018-ci il)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Aslanlı Jalə Elmiyaz qızını doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Dodaqlarınızdan gülüşün, yanaqlarınızdan isə təbəssümün əskik olmaması diləyi ilə İnşAllah!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Nərmin Kərimovanı doğum günü münasibətilə təbrik edirik! (5 İyun)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Nərmin xanım Kərimovanı doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyir. Dodaqlarınızdan gülüşün, yanaqlarınızdan isə təbəssümün əskik olmaması diləyi ilə İnşAllah!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • 5 İyun – Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür

    Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5 iyun 1939Bakı – 28 yanvar 2015Bakı) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı.

    Həyatı[redaktə | mənbəni redaktə et]

    Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992–1994) vəzifələrində çalışmışdır.

    Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962–1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963–1971). C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982–1985) işləyib.[3] Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992–1994)[4].

    Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).

    Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

    Xatirəsi[redaktə | mənbəni redaktə et]

    2019-cu ilin iyununda Qazax rayonunun “Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.[5]

    Mükafatları[redaktə | mənbəni redaktə et]

    Ailəsi[redaktə | mənbəni redaktə et]

                   Yusif
    ağa Vəkilov
     Məhbub
    xanım Vəkilova
     
      
                                        
             
            Ruqiyyə
    Paşabəyova
       Mehdixan
    Vəkilov
        Səməd
    Vəkilov
       Xavər
    Vəkilova
      
            
                                         
                       
            Çiçək
    Vəkilova
       Cavanşir
    Vəkilov
        Yusif
    Vəkilov
     Vaqif
    Vəkilov
     Aybəniz
    Vəkilova
        

    Əsərləri[redaktə | mənbəni redaktə et]

    Kitabları[redaktə | mənbəni redaktə et]

    • Yoldan teleqramlar. 1968
    • Günü baxtı
    • Mən burdayam, ilahi. 1996
    • Uzaq, yaşıl ada. 1996
    • Gürzəçöl yazıları. 2016

    Dram əsərləri[redaktə | mənbəni redaktə et]

    • Bəxt üzüyü
    • İntizar
    • Uca dağ başında
    • Lotereya
    • Yayda qartopu oyunu,
    • Yaşıl eynəkli adam,
    • Generalın son əmri,
    • Mamoy kişinin yuxuları

    Şeirləri[redaktə | mənbəni redaktə et]

    • Son gecədir bu gün yenə…
    • Nəyin istisindən yananlar…
    • Bir cüt ayaqqabı…
    • Qağayı, axtar məni…
    • Anara
    • Birlikdən və tənhalıqdan…
    • Bu payız da başlandı…
    • Eşidirsənmi?..
    • Mühit içində…
    • Ədalarından çaşdığım qadın…
    • Ev. Özgə otağının kiri. Divarda Stalin…
    • Dənizdən ayrılmış qupquru qaya…
    • Əyrin-üyrün, dar küçələrin…
    • Doğuldum 1939-da…
    • Uşaqkən ölənlərin…
    • Bax bu kitabı da oxuyub…
    • Füzuliyə
    • Qış gələndə…
    • Sən mənim doğma anamsan, Azadlıq…
    • Vicdan kirəsi tək gəlir evimə…
    • Olan-qalan yayımızı…
    • Bir gün dəli olacağam…
    • Əlimi uzatdım…
    • Uşaqlığımın meşəsində…
    • Mən ölən gün…
    • Mənə bir az yağış…
    • Bir gün səslənəcək bu telefon…
    • İlahi, hansı dildə yalvarım sənə?..
    • Kağızın üstünə düşüb…
    • Ah çəkməyə bir yer…
    • İçən günlərimi sayır…
    • Aygünə
    • Ölüm bir gün də tək qoymur məni…
    • Allaha, bir də qadına…
    • Məni sevib ayrılmağa…
    • Salam, ata…
    • Bu əllər əvvəl-axır…
    • Ölüm ayağında yuyulan günah kimi…
    • Biz yox, Allah inanmır bizə…
    • Məzara bənzəyir yaxşı insan…
    • Yaman həzin, yanıqlı bir nəğmə kimi…
    • Dəlixanada axşamdır…
    • Bu yorğunluq nəyə bənddir?..
    • O əyri yol, tək vələs…
    • Saat neçədir, qumru…
    • Niyə görəsən adam bilmək istəyir…
    • Gözəl qızlardan, qadınlardan…
    • Mənə vətən yolu dar gəlir yenə…
    • Sabah kiminsə gözündə nifrət…
    • Yusif Səmədoğluna
    • İndi gileydən, güzardan…
    • O bayrağın kölgəsində…
    • Pis olmazdı yavaş-yavaş…
    • Günaha batmağım gəlib, ay Allah..
    • Polyak qızı, mən sənə…
    • Ömrümdə olmalıymış…

    Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

    1. 1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
    2. Ağır şkaf (film, 1971)
    3. Ayrılıq bir dənizmiş… (veriliş, 2002)
    4. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
    5. Bəxt üzüyü (film, 1991)
    6. Bircəciyim (film, 1986)
    7. Cin mikrorayonda (film, 1985)
    8. Çıxılmaz vəziyyət (film, 1983)
    9. Evləri göydələn yar (film, 2010)
    10. Evləri köndələn yar (film, 1982)
    11. Gün keçdi (film, 1971)
    12. Gün keçdi (film, 2012)
    13. Xəzinə (film, 1970)
    14. Karvan (film, 1995)
    15. Qətl günü (film, 1990)
    16. Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
    17. Nəğməkar torpaq (film, 1981)
    18. Toya dəvətnamə (film, 1973)
    19. Vurğun ocağı (film, 2003)
    20. Yaşıl eynəkli adam (film, 1987)
    21. Yaşıl eynəkli adam-2 (film, 1999)
    22. Yaşıl eynəkli adam-3 (film, 2002)
    23. Yumurta (film, 2003)
    24. Bəxt üzüyü 2 (film, 2017)

    Həmçinin bax[redaktə | mənbəni redaktə et]

    İstinadlar[redaktə | mənbəni redaktə et]

    1.  “Ramilə Qurbanlı. “Mən bircə gün Vaqifə can deməsəm…” Müsahibə”2021-11-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 2014-06-06.
    2.  Vaqif Semedoqlu
    3.  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 275–277.
    4.  “75 yaşlı Səmədoğlu: “Yaşamaq istəyirəm..””. AzVision.az (az.). az.azvision.az. 05.06.2014, 9:49. 2016-03-05 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2014-06-25.
    5.  İTV. “Vaqif Səmədoğlunun büstünün açılışı olub” (az.). Youtube.com. 22.06.2019. İstifadə tarixi: 2019-06-22.
    6.  “Xalq Şairi Vaqif Səmədoğluna “Nəsimi” Mükafatı təqdim edildi”2020-02-09 tarixində arxivləşdirilibİstifadə tarixi: 2014-03-20.
    7.  “Ramilə Qurbanlı. “Mən bircə gün Vaqifə can deməsəm…” Müsahibə”2021-11-28 tarixində arxivləşdirilibİstifadə tarixi: 2014-06-06.
    8.  Vaqif Semedoqlu

    Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Professor Lütviyyə Əsgərzadənin “Hüseyn Cavid və Azərbaycan ədəbiyyatşünaslığı” adlı yeni kitabı işıq üzü görüb

    Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 mart 2003-ci il tarixli 2 saylı iclasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının 4 may 2023-cü il tarixli 7 saylı iclasının qərarları ilə çap olunmuşdur. Kitasbın elmi redaktoru akademik İsa Həbibbəyli, Ön sözün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımov, rəyçi: filologiya elmləri doktoru, professor İslam Qəribovdur. İdeya müəllifi və redaktoru Gülbəniz Babaxanlı filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıdır. Kitabda XX əsr Azərbaycan romantizminin banisi, ədəbiyyatda özünəməxsusluğu ilə seçilən, yaradıcılığında Qərb və Şərq ədəbiyyаtı ənənələrini dаvаm və inkişаf еtdirən filosof Hüsеyn Cavidin həyatı və yaradıcılığı araşdırılır. Hüseyn Cavid müxtəlif münasibətlər, müxtəlif ədəbi qüvvələrlə ünsiyyətlər, bölüşmələr, mübahisələr fonunda təhlil edilir, Qurbanəli Şərifzadə, Şeyx Məhəmməd, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, türk romantikləri Rza Tevfik, Məhmət Akif Ərsoy, Xalid Ziya Uşaqlıgil, Əbdülhəq Hamid və başqaları ilə olan yaradıcılıq əlaqələri sistemində təqdim edilir. Repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır.

    Mənbə: https://literature.az

  • Şair-publisist Kənan Aydınoğlunun “Darıxmışam dostlar üçün…” adlı şeirlər kitabı işıq üzü görüb

    “MAYAK KARGO” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə dəstəyi ilə gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun “Yaman darıxmışam dostlar üçün mən” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

    “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsinin rəhbəri və müəllifi Arzu MAHMUDOVAdır. Kitabın redaktoru Naxçıvan Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, “BAKU CUSTOMS WORKS” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Rafət ALLAHVERDİYEV, məsləhətçisi Milli Qəhrəman Cəmil Niftəliyev adına Bakı şəhəri 233 saylı tam orta məktəbin İngilis dili müəllimi Nigar İsmayılova, tərtibatçısı isə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.

    Kitabın naşiri Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-publisist Qəşəm İSABƏYLİDİR. Kitabın üz qabığının rəssamı isə təcrübəli mütəxəssis, peşəkar rəssam Zahid MƏMMƏDOVdur.

    Bu kitabda müəllifin “PRIME BROOKER AND LOGİSTİCS” MMC, “CAHAN BROKER” MMC və “BAKU CUSTOMS WORKS” MMC-də təcrübə keçdiyi dövrdə və sonralar həmkarları ilə bağlı qələmə aldığı bədii əsərləri, məqalələri və yoldaşlarının müəllifə ünvanladığı poetik nümunələrini yer alıb.

    Kitab müəllifin oxucuları ilə sayca üçüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alim, tənqidçilər və Ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Xatırladaq ki, bundan öncə şair-publisist Kənan Aydınoğlunun “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK” Nəşriyyatı, 2010) adlı şeirlər kitabı ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə-publisist Şəfa Vəliyevanın şeiri “Anne şiirleri” antologiyasında işıq üzü görüb

    Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, şairə-publisist Şəfa Vəliyevanın “Naxış Anam” adlı şeiri işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə Sona İnztarın şeiri “Anne şiirleri” antologiyasında işıq üzü görüb

    Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, istedadlı gənc xanım yazar Sona İNTİZARın “Saçına dən düşüb yazıq Anamın” adlı şeiri işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Banu Muharremin şeiri “Anne şiirleri” antologiyasında işıq üzü görüb

    Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycanlı gənc xanım yazar Banu Muharremin “Anamın telindən” adlı şeiri işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə Xəyalə Sevilin şeiri “Anne şiirleri” antologiyasında işıq üzü görüb

    Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “LizYayınları” nəşr olunan Anne şiirleri” antologiyasında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Azərbaycanlı şairə Xəyalə Sevilin “Anamın əlləri” şeiri işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Anne şiirleri” kitabı yayında

    Antolojide yer alan Azerbaycan Türkçesi ile Anne Şiirleri

    Fidan Malik / Ananın Ağısı

    Ruhengiz Aliyeva / Ana

    Şefa Veliyeva / Naxış Anam

    Banu Muharrem / Anamın Telindən

    Sona İntizar / Saçına Dən Düşüb Yazıq Anamın

    Fərrux Rəhimli / Annam

    Samir Mustafayev / Ana

    Leyla Qasımova / Mələk Anam

    Xeyale Sevil / Anamın Əlləri

  • “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayı işıq üzü görüb

    http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İlkinin şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, Azərbaycanlı şairə-publisist Nəcibə İlkinin “Şəhid qoxuyur payız” adlı şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb

    http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı gənc xanım yazar Sona İntizarın şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, istedadlı gənc xanım yazar Sona İNTİZARın “Dost məktubu” adlı şeiri “Türkay” aylıq ədəbiyyat dərgisinin İyun sayında işıq üzü görüb.

    http://hecetaslari.com/turkaydergisi/turkay1sayi6iyun2023.pdf

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.