Səndən sonra yaşamaq belə olmur
Yaşayırsan qırıq. uçuq. dağınıq
Səndən sonra gülməkdə gözəl olmur
üz gözümdə tellərimdə dağınıq…

Sənən sonra günəş batır gündüzlər
gecələrdə qısa gəlir nədənsə
sanki min il yaşadığım birində
Üz-gözümdə dəyişibdir səsində….

Səndən sonra unutmuşam səhəri
şehli çəmən ayaq alta səs etmir
unutmuşam qazanmışam kədəri
öz dərdimdə ürəyimə bəs etmir…

Səndən sonra nə vardısa dəyişib,
əlim tutmur, ayaqlarım yerimir
Bilirsəndə gözlərimdə dəyişib
ölən ölür, bilirsəndə dirilmir…

Məndən sonra ? hansı məkan seçmisən
Hansı gündə əhdinə and içmisən
məndən sonra bilirəm ki, getmisən
bu dərdlərim daha sənə səs etmir…

Məndən sonra çox olacaq gələnlər
kimi üzdən bənzəyəcək kimidə
gözlərində min sualla duracaq
donub qalan gözlərinin önündə..

Səndən sonra , Məndən sonra unutma
dəyişəcək zaman yenə vaxt yenə
bizdən sonra bu yollarda olanlar
bir xəyal tək baxmayacaq sözünə…