Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Yanan şamam , dərd dolanır başıma,
Sənsiz hər gün ağı deyib, ağlaram,
İnsaf eylə, bax gözümün yaşına,
Sağalarmı, söylə, sənsiz bu yaram?

Can üstədi nə zamandı ümidim,
Qəlb evimdə öz yerin var, öz adın,
Ruh qayıtmır, perik düşüb nə edim?
Sən olmusan, ehtiqatım, tay andım.

Baxışların ürəyimi yandırır,
Səni sevmək günah deyil, əzizim.
Güılüşlərin, şəkər dadır, bal dadır,
Sənsiz yoxdu, nə gecəm, nə gündüzüm.

Damla-damla gözlərimdən söz damır,
Dön güriyə, yalvarıram nə olar.
Ahım niyə fələkləri odlamır?
Adın gəlcək ürək yanar, göz dolar.

Nəzir, niyaz paylayıram biləsən,
Getmədiyim bir ocaq, pir qalmayıb,
Yerə, göyə yalvarıram, gələsən,
Səndən özgə bir segilim olmayıb.

Geriyə dön, ay könlümün sultanı,
Nə zamandı vüsalına həsrətəm.
Gəl sevindir bu ürəyi, bu canı,
Sən Əzizin ürəyisən, bir dənənəm.