Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Canı yanmış necə də,
Gözəlsən, sən gözəlsən.
Baxmaqdan doymuram ki,
Gözəlsən sən, gözəlsən.
O üz, o xal tamaşa,
Bir nursan başdan, başa,
Heyranam o göz, qaşa,
Gözəlsən sən, gözəlsən.
İncə gülsən, çiçəksən,
Sən hamıdan qəşəngsən,
Nazlı, şirin mələksən,
Gözəlsən sən, gözəlsən,
Səndən doymaq olarmı?
Sinən dağdakı qarmı?
Sənin tək ceyran varmı?
Gözəlsən sən, gözəlsən.
Dodaqların qönçə gül,
Yanaqların qızılgül,
Gülüm, hər vaxt sevin,gül,
Gözəlsən sən, gözəlsən.
Əzizin bir dənəsi,
Şeiri, sözü, nəğməsi,
Ruhu, canı, nəfəsi,
Gözəlsən sən, gözəlsən.