Blog

  • Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

    GEDİRƏM BİR QƏLBİ SEVİNDİRMƏYƏ

    Çəməndə çiçəyəm, sünbüldə dənəm,
    Sevgidə, sevincdə dağlara tənəm.
    Dünyanın ən xoşbəxt adamı mənəm,
    Gedirəm bir qəlbi sevindirməyə.

    İçimdə işıq var, ulduz var, Ay var,
    Ruhumda çağlayan bir dəli çay var.
    Könlümdə Allahın verdiyi pay var,
    Gedirəm bir qəlbi sevindirməyə.

    Nə həsrət, nə də ki qəm aparıram,
    Nə də kipriyimdə nəm aparıram.
    Quşam, dimdiyimdə yem aparıram,
    Gedirəm bir qəlbi sevindirməyə.

    Ay sevinc aparan, ayaqyalın qaç,
    Ümid gözləyənin qapısını aç.
    Dərdə dərman olub, ağrıya əlac,
    Gedirəm bir qəlbi sevindirməyə.

    Ucaldıb başları, uca gedirəm,
    Düşsəm də zəhmətə, borca, gedirəm.
    Elə bil Kəbəyə, Haca gedirəm,
    Gedirəm bir qəlbi sevindirməyə.

    Hər könül bir dünya, bir Kainatdı,
    Gedirəm dünyanı sevindirməyə,
    Gedirəm həyatı sevindirməyə.
    Gedirəm sevgiyə könül bağlayan
    Bütün Kainatı sevindirməyə!

    ÜRƏYİM KÖKSÜMÜ YARIB ÇIXARDI

    Ürəyim köksümü yarıb çıxardı,
    Nə zaman gözlərim görsə qızları.
    Mənim mahnılarım dayandırardı,
    Hər səhər gedəndə dərsə qızları.

    Qaynar baxışlardan od yağa-yağa,
    Enərdik arana, qalxardıq dağa.
    Qoymazdı bizləri yaxınlaşmağa,
    Çəkərdi inadı tərsə qızları.

    Zəlimxan, xatırla son o dəmləri,
    ŞeyxSənanlaraverdiqəmləri
    Dinindən döndərdi Xan Koromlori,
    Tərsa gözəlləri, tərsa qızları.

    SƏN GƏLMƏMİŞDİN

    Səsini içinə çəkmişdi bulaq,
    Yellər qanadını açmırdı o gün.
    Donmuşdu dağ-dərə, donmuşdu torpaq,
    Güllərin dodağı qaçmırdı o gün.
    Sən gəlməmişdin.

    Göydən çəkilmişdi Günəşin zəri,
    Yerdə axarını çay saxlamışdı.
    Elə bil ən böyük dərdi-kədəri
    Təbiət mənimçün pay saxlamışdı.
    Sən gəlməmişdin.

    Yox idi həyatda işıqdan əsər,
    Üstümdə qaralmış bulud var idi.
    Gözümdən nur getdi, sözümdən kəsər,
    İçimdə lal olmuş sükut var idi.
    Sən gəlməmişdin.

    Ürəyim xaraba qalmış bir şəhər,
    Şam kimi qəlbimin yağı damırdı.
    Üzümdən zəhrimar, dilimdən zəhər,
    Rəngimdən, ruhumdan ağı damırdı.
    Sən gəlməmişdin.

    Gəldim yerə-göyə vurulmuş kimi.
    Gəlmirsən, yerinə dərd gəlir, gözəl!
    Sevənlər evindən uçur quş kimi,
    Sevənlər evinə pərt gəlir, gözəl!
    Nə zarafat bilir, nə gerçək bilir,
    Həsrət gəlişini sərt gəlir, gözəl!
    Sən gəlməmişdin.

    DÖYMƏK OLMUR PƏNCƏRƏNİ

    Ləzzət ilə baxana bax, ocağıma, istimə,
    Üstümdəki yorğan deyil, köz örtmüşəm üstümə.
    Ah çəkmişəm, el yığılıb dumanıma, tüstümə,
    Bu yanğıda keşişlərin yetmiş yeddi fəndi var.

    Heç bilmirəm bu dinsizi hansı dinə tapını,
    Əlləriylə çəkib üzdü ürəyimin sapını.
    Döymək olmur pəncərəni, açmaq olmur qapını,
    Qıfılı var, tilsimi var, möhürü var, bəndi var.

    Allah kəsib sevənlərin işini, əlacını,
    Tuta bilmir tədbirini, ala bilmir bacını.
    Acı-acı danışandan almaq olmur acını,
    Şirin-şirin dillənənin dil altında qəndi var.

    Ağrı başda at oynadıb, alovlara can düşüb,
    Can deyənin ömrü boyu ürəyinə qan düşüb.
    Məcnun çəkən bəlalara gəlib Zəlimxan düşüb,
    Nə qalası şəhəri var, nə köçəsi kəndi var.

    BU QIZ GƏLİN OLMAĞA
    HAZIRLAŞIR DEYƏSƏN

    Elçi şirin çayını vaxtında içib gedib,
    Bəy gəlib gözəllərin gözünü seçib gedib.
    Fikri özündən qabaq atlanıb, köçüb gedib,
    Bu qız gəlin olmağa hazırlaşır deyəsən.

    Allahın sağ gözüylə baxdığı bir baxış var,
    İlahinin vurduğu min cür ilmə-naxış var,
    Evdə toy tədarükü, ehtiyat, yır-yığış var
    Bu qız gəlin olmağa hazırlaşır deyəsən.

    Yerə-göyə sığışmır arzuların qanadı,
    Ömrü əlvan bir xalı, sevgisi bir xanadı.
    Hər gözəl bir gəlindi, hər gəlin bir anadı,
    Bu qız gəlin olmağa hazırlaşır deyəsən.

    Ruhunda bir layla var, dilində bir oxşama,
    Oxuyur öz içində hey səhərdən axşama.
    Necə yanır, əriyir, bax, səhərdən axşama,
    Bu qız gəlin olmağa hazırlaşır deyəsən.

    Fikrindən, xəyalından gündə yüz dilək keçir,
    Könlünə beşik düşür, meylindən bələk keçir.
    Bakirəlik həddini yenə bir mələk keçir,
    Bu qız gəlin olmağa hazırlaşır deyəsən.

    Sığallı bir sonadı, sonalığı mübarək,
    Xınayaxdı gecəsi xınalığı mübarək,
    Gəlinliyi mübarək, analığı mübarək,
    Bu qız gəlin olmağa hazırlaşır deyəsən.

  • Rafiq ODAY.”23 iyul – Ağdamın və ruhumun işğal gününə”

    Ağdam –
    ağrılarımın ən gözəli,
    dərdlərimin ən göyçəyi.
    saçımın buludu,
    gözümün eynəyi…

    Bu gün dost-tanış əllərmi sıxır –
    Ad günümü təbrik etmək üçün…
    Elə bil qan verən
    yaramı sıxırlar və
    hər sıxdıqca qan fəvvarə vurur
    barmaqlarımn arasından…

    Bu gün üzümdən, gözümdən
    öpürlər
    yaxınlar, əzizlər…
    Sanki dərdimin
    üzündən,
    həsrətin gözündən öpürər…
    Bu iltifatdan
    dərdim bir az da əzizlənir,
    bir az da şirinləşir…

    Düz 25 ildi
    bu dərd daş olub başıma düşüb,
    qaya olub ürəyimdən asılıb,
    Düz 25 ildi bəsləyirəm, əzizləyirəm,
    Göz yaşlarımla suvarıram…
    …Və hər il gözlərim yolda,
    ümidlə gözləyirəm
    çəkdiyim əziyyətlərin,
    iztirabların
    bəhrəsini görüm deyə…
    Birdən kimsə Ağdamdan
    müjdə gətirdi, –
    dərdimi dərdi sinəmdən deyə.
    Amma…
    Əfsuslar olsun ki, bu il də
    gözlərimin yaşı qurumadı,
    Sinəmin qayası asıldığı yedə qaldı…
    Fərq onda oldu ki,
    qayanın bir talası da mamırladı,
    yosunlar bir barmaq da böyüdü…
    Böyüyən dərdim kimi,
    axan göz yaşım kimi…
    Bir də ömür tarixçəmdə
    Bir rəqəmi digəri əvəzlədi…
    …Və bir də…
    hardasa bir sevinc boynubükük halda
    növbə gözləyir
    dərdi və ağrını əvəzləməyə…
    Ürəyində:
    “Tanrım, bu növbə nə uzun çəkdi”
    hayqırtısı…

    23.07.2018.

  • Rauf İsayeni doğum günü münasibətilə təbrik edirik! (23 iyul 1984-cü il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, oğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Azərbaycan Milli Mətbuatının 143 yaşı olur

    Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür.

    Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

    Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir.

    Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi.

    Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

    O vaxtdan ötən 139 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

    1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

    Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

    Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

    Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı təbrik edirik.

  • Nəcibə İlkini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1961-ci il)

    ni

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır.
    Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur.
    2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir.
    Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.
    Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.
    AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur.
    Ailəlidir. Iki övladı və bir nəvəsi var.

    SƏN GETDİN

    Sən getdin göynədi sinəmdə ürək,
    Yox olub əridi ömrün illəri.
    Soldu qucağımda arzularım tək,
    Dərib gətirdiyin sevda gülləri.

    Sən getdin… arxanca baxan gözlərim –
    Su səpdi yoluna aydınlıq üçün.
    Dilimdə ilişib qalan sözlərin,
    Bir haray salmadı, bilmədim neyçün?

    Sən getdin… eşqinin bahar naxışı,
    Min ilmə toxudu payız ömrümə.
    Gözümdən süzülən sevda yağışı.
    Sanki qılıncını çəkdi könlümə.

    Get gülüm, – qınama sənsiz səbrimə,
    Küləklər yan alar, sellər yan alar.
    Get barı, tez qayıt, mənim xətrimə,
    «Sənsizlik» dərd olub məndən can alar.

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə getdi, qış belə gəldi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik, bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən,
    Yağıb sinəmizdə qoparır tufan.

    Bölündük sevginin fəsillərinə,
    Eşqimiz, baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh… yenə səbrimin üstünə əsir,
    Sənin göndərdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa, bu yollarda kimdi ki, duran?!

  • Yunus Oğuzu doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1960-cı il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin rəhbəri, yazıç-pulisist, türkoloq alim, əziz dostumuz Yunus Oğuzu
    doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Yunus Oğuz (azərb. Yunus İsaxan oğlu Əliyev) — 1960-cı il iyunun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979-1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülkü müdafiə qərargahının rəisi vəzifəsində çalışıb.

    Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildən də Milli Azadlıq hərəkatına aktiv qoşulub. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı 1989-cu ildən 1991-ci ilədək Azad söz qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1990-ci ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib.

    1991-1992-cı illərdə Ordu qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1990-cı ildə AXC Ali Məclisinə, sonra AXC idarə heyətinə üzv seçilib. 1992-ci ildə AXC idarə heyəti ləğv olunduqdan sonra AXC sədrinin müavini təyin olub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müavini təyin edilib. 1994-cü ildə AXC –ni tərk edərək Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və onun sədri seçilib. Yunus Oğuzun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşib və o, Xalq Azadlıq Partiyasınin sədri seçilib.

    1998-ci ildə XAP və Vəhdət Partiyası birləşib və bu dəfə partiya sədrinin birinci müavini seçilib. 2000-ci ildən Vəhdət Partiyası adını Milli Vəhdət Partiyası elan edib ve qurultayda Yunus Oğuz Milli Vəhdət Partiyasının sədri seçilib. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. 15 oktyabr 2003-cü ildə keçirilən prezidenti seçkilərində namizədliyi qeydə alınmışdır.

    Kitabları Redaktə
    Qarabağ nəzarətsiz zona (1993) (ingiliscə)
    Siyasi hakimiyyətin idarəetmə prinsipləri (1994)
    Qadın ulduzu (1996)
    Qədim Anadolu və Azərbaycan türkləri (2002)
    Türkün tarixinə yeni bir baxış (2006)
    Atilla pyesi (2007)
    Nadir Şah (tarixi roman) (2008)
    Təhmasib şah (tarixi roman) (2009)
    Türkün gizli tarixi (2010)
    Əmir Teymur zirvəyə doğru (2011)
    Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında (2011)
    Əmir Teymur dünyanın hakimi (2012)
    “Şah arvadı və Cadugər” tarixi romanı (2013)
    Sultan Alp Arslan (tarixi roman) (2015)
    Azərbaycanın geosiyasəti (2016)
    Atabəy Eldəniz (tarixi roman) (2017)
    Ovçu (2018)[1]

  • Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1988-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məslətəhçisini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Gənclər mükafatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.

    ***

    Başımdan sevda havası
    Duman-duman çəkilir ey…
    Kədərlə sevinc davası
    Baxış-baxış sökülür ey…

    Ey… bəxti olmayan sevdam,
    Xoşuna gələn bəddimi?
    Ey… yoxluğuyla ovudan
    Hisslərimin sərhədini…

    Yox-dediyin əbədi Var!
    Var-dediyin könlü yıxar.
    Adında eşq məbədi var,
    Əlim günbəzinə qalxar…

    ***

    Qapı acıq, taybatay,
    Getmək ürək istəyir.
    Bax bu il… elə bu ay
    Ölmək ürək istəyir.

    Ölməyə söz vermirəm,
    Gedirəm… bax, gedirəm.
    Sənə vida etmirəm,
    Dərdə qonaq gedirəm.

    Gedişlər möhtəşəmdi,
    Yola salan sağ olsun.
    Dilimdə pörşələndi,
    Burax, sözüm dağ olsun.

    Könlünə xoş gəlmədim,
    Yolum uzağa düşdü.
    Mən səni tərk etmədim,
    Səndən qabağa düşdüm.

    “AĞARMIŞ GÜN”

    Səndən ayrılmaq
    səninlə yaşamaqdı, əslində,
    sonsuz kədərləri.
    Səni unutmaq
    əbədilik qazandırmaqdı, əslində,
    yaddaşımdakı xatirələrə.
    Səni sevmək
    Dünyadan bac almaqdı, əslində,
    acılmayacaq sabahlara.
    Sənsiz ölmək
    ağarmış günlərə bürünməkdi, əslində,
    kəfən əvəzinə.
    Bağışla.
    Sözündən çıxdım yenə də.
    Ağartmadım günlərimi,
    İstərsən,
    Bağışlama.
    Və bir daha heş kimi
    Yollarına baxmaqdan qarasını itirən
    göz kimi
    ağarmış günə yollama.

    ***

    Əntiqə Səməndərə

    Dostum, küsə bilərsən,
    Yenə ikinci oldun.
    Getdi bütün sevgilər,
    Mənsə seyrci oldum.

    Sənə “bağışla” demək
    Günahım sayılacaq.
    Dodağım büküləcək,
    Gözlərim qıyılacaq.

    Bu qız sənə tanışdı,
    Darıxar özü üçün.
    Gəl, bir şeir danışım,
    Elə belə, söz üçün.

    Küssək də hər axşamdan,
    Bu günlə barışmışıq.
    Bir də, soruşmasan da,
    “O”nunla ayrılmışıq.

    ***

    Yaxşı ki, soruşmadın
    Bu il də əhvalımı.
    Gözümdən oğurladın
    Köhnə, nimdaş halımı.

    Sən soruşmadın deyə
    Mən də “sənsiz” olmadım.
    “Darıxmaqdan ölməyə”
    Bir il cığır salmadım.

    Amma… birdən inciyər
    O kicik söz: – necəsən?
    Gərək elə mən deyəm?!
    Özün söylə! Necəsən?

    ***

    Üşüdünmü bu axşam?
    Keçdimmi ürəyindən?
    Mən elə darıxmışam.
    Sən bildinmi, bilmirəm…

    Ütüləyib yığdığım
    Xatirələri açdım.
    Bir vaxtlar utandığım
    Şəkillərinə baxdım.

    Adın şəkdim… bəzəndi
    Dünyam nişanlı qıztək.
    Günlər ürək üzəndi,
    Gəl, ömrün ipini çək.

    Gəl, götür əllərimdən
    Əlinin yaddaşını…
    Pozmağa da cəhd elə
    “Dəli”nin yaddaşını.

    Üz bütün ümidləri,
    De ki, heş olmamışam.
    Yandırdım şəkilləri,
    Üşüdünmü bu axşam?

  • Şəfa Eyvazı doğum günü münasibətilə təbrik edirik! (21 iyul 1987-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının Məsul katibini
    doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!İnşAllah!

    Mətbuat xidməti

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci il iyulun 21-də Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.
    Bədii yaradıcılığa hələ uşaq yaşlarında başlamış, heca vəznində bir çox şeirlər yazmışdır. Universitetdə təhsil aldığı müddətdə “Humay” poeziya dərnəyinin fəalarından olmuş, bir sıras mətbu orqanlarda şeirləri çap olunmuşdur. 2006-cı ildə “Keçə bilsəm bu sınağı” adlı ilk şeir kitabı çapdan çıxmışdır. Yaradıcılığının ilk illərində heca vəznində şeirlər yazmağa üstünlük versə də, sonralar sərbəst vəzndə daha çox yazıb yaratmışdır.

    Körpəm

    Oturub önümdə
    muncuq gözlərində həyat işığı
    Çiçəklərdən daha gözəl bir körpə.
    Baxır minbir sualla,
    Kədər çökmüş üzümə.
    Gizlətməyə çalışsam, alınarmı?!
    Bilmirəm…

    Baxıb üzündəki məsum suala,
    Çalışıram az da olsa gülməyə,
    İnanmadın bilirəm,
    inanma, körpəm…
    Ağrılar asanca yox olub getmir,
    Böyüyüncə sən də öyrənəcəksən…

    Gizlədə bilmirəm indi gözümü,
    Mənim kədərimə şahid olursan…
    Dilim susa bilər…
    ruhum kirimir.
    Tələsmə böyüməyə
    Uşaq qal, körpəm,
    Böyümək həmişə sevinc gətirmir…

    Tanrıdan bir dilək haqqım olsaydı əgər,
    Yəqin bu dünyadan qəmi alardım…
    Yığıb xoş anları, xoşbəxt günləri,
    Körpə əllərinə bağışlayardım…

    İndi ağrıları sıxıb dişimə,
    Üzünə dodaqla gülümsəyirəm.
    Gözlərim gülmədi bunu bilirsən,
    Bilirsən və qarşılıq vermirsən körpəm…
    Gül körpəm, qəhqəhələrin dünyaya dönsün,
    gül ki, gülüşlərin dərman kimidi…
    gül ki, mənim yorulmuş ruhum,
    bəlkə gözlərinə baxıb kiridi…

    11.05.2018

    ***
    Çoxmu maraqlıdır səndən sonra nəyim var?!
    Qarışıq yuxularım var,
    çılğın səksəkələrim.
    Yollarda ilişib qalan yorğun
    baxışlarım var,
    yerli-yersiz uşaqca ümidlərim.

    Çoxmu maraqlıdır səndən sonra necədi həyat?!
    Dumanlı səhərlər var, yağışlı günlər
    Şəhərin üstünü almış qara buludlar.
    Fikirli başlayan mənasız günlər,
    Birdə səni xəyal edən üzgün axşamlar.

    2015

    Çıxıb getmək var… bacarsan

    Çıxıb getmək var bir də
    Ətrin hopmuş bu şəhərdən.
    Həsrətli baxışları
    yığıb küncdən, bucaqdan
    kimsəsiz döngələrdən.
    Sıxmaq var susqunluğu
    Dişlərində qəhərdən.
    Çıxıb getmək var bir də
    bu şəhərdən,
    Gedə bilsən…

    Çıxıb getmək var
    səndən,
    Sənə bağlı xatirələrdən.
    Ömür dediyin uzun deyil,
    Düşüncənin bir yerində
    bütün bağlar qırılır…

    Yenidən sevmək üçün
    gücü yetmir ürəyin
    qopub səndən, özündən
    yeni liman axtarsın…

    Çıxıb getmək var,
    amma
    getməyin də növü var.
    Unudulmaq itkidir,
    Unutmaqsa intihar!
    Çıxıb getmək var,
    Çıxıb getmək… bacarsan.

    2015-2018

    Tənhalar
    Kimsəsiz bir adadır,
    Bu dünyada tənhalar.
    Sağı-solu sevgidi.

    Sevgiyə addım atmaq,
    Tənhalığa ölümdü.
    Mübarizə istəyir,
    Yeni ömrə başlamaq.

    Kimsəsiz bir adadır,
    Bu dünyada tənhalar.
    Sağı-solu sevgidi.
    Sevgi bəzən qazancdır,
    Sevgi bəzən itkidir…
    Bu dünyada sevginin
    Çoxluğu da qorxudu.
    İnsan bəzən lap elə
    Sevgidən də boğulur…

    04.05.2018

    Sən yağış deyilsən ki?!

    Yenə yağış yağır,
    Sən düşürsən yadıma.
    “Necəsən, əzizim?
    Bayırda deyilsən ki?!”

    Yenə yağış yağır,
    Bürünüb plaşıma,
    Səni düşünürəm…
    Görəsən, sənə soyuq deyil ki?

    Yenə yağış yağır,
    Yadıma, yaddaşıma.
    Yağışdan qoxun gəlir,
    Sən yağış deyilsən ki?!

    06.06.2016

    Nağıl

    Nağıl kimi olacaq hər şey…
    bu nağılın sonunda
    göydən düşən üç alma
    yenə sənin olacaq…

    Mənsə namərd ipiylə,
    Gözəl qızları əsir saxlayan
    Divlərin quyusuna enəcəyəm.

    bu müdhiş nağıllarda
    bütün gözəl qızları divlər aparır…

    Bu nağıl məhəbbətdə
    ümidlərin canı şüşədə olur.
    Mənə qalan bu nağıldan
    saxlamağa çalışdığım bir şüşə ümid,
    bir də
    kəsilmiş kədərli iplər olacaq.

    Yaxşı ki nağıllar insaflı olur,
    bütün qaranlıqların sonu səhərdi.
    Mən də bu nağılın “qurbanı” kimi,
    Bir Simurq quşunu gözləyəcəyəm…

    Üzülmə nağıl adamı,
    sonu nə olur olsun
    bu qorxulu nağılda
    üç alma irəlisən…

    13.07.2018

    Tanrım

    Yorğun ürəyimi də götürüb,
    hüzuruna gəlmişəm, Tanrım…
    o qədər yolu yorğun yoldaşla gəlmək necə çətindir,
    bilirsənmi?!

    bir kədərdən perikib
    ürkmüş arzularımı toplayıb gətirmişəm…
    görə bilirsənmi, Tanrım, neçəsini itirmişəm?

    ümidlərim qalaqlanıb,
    satın alan yoxdu,
    əlimdə qalıb, Tanrım,
    alırsanmı?

    tükəndim, Tanrım,
    görmürsənmi?!

    tükəndim…
    06.07.2018

    ***
    Baxışlarım da səssizləşib bu aralar,
    dinləyən olsa eşidər səsini
    sızıldayan səssizliyin…

    Mən bu gün yoxam.
    uzun illərin ardından
    itirdiyim özümə boylanıram.
    kimdi o qız?!

    Əlimdə qalan nədi,
    nələri itirmişəm…
    soyuq qış gecəsiyəm indi mən.

    daha umidlərim inciməz,
    neçəsini istəyirsiniz
    sındırın, “adamlar”, sındırın.
    donan hisslər üzündən
    ağrını hiss etmirəm.

    indi soyuq qış gecəsi,
    ruhu itmiş biriyəmsə,
    nə anlamı qalır ki,
    nələri itirmişəm.

    indi bu səssizlikdə
    bir qurd ulayır içimdə,
    bütün yoxluqları kəndir eləyib
    tənha kədərindən asır özünü…

    06.07.2018

  • Rafiq ODAY.”Dildə başına tac seçən dostların”

    Dildə başına tac seçən dostların,
    Əməldə “yox”unu anlayammadım.
    Yolu ürəyimdən keçən dostların,
    Əlində oxunu anlayammadım.

    Səhl Sumbatlığı edənlər peşə,
    Bəs necə durmadan döyürlər döşə?!
    Çaqqalsız olmaz ki, deyirlər meşə, –
    Mən axı çoxunu anlayammadım.

  • Rafiq ODAY.”Sevinc Qəribə ad günü ağısı”

    ***

    Bir zamanlar
    göyə bülənd olan
    qərib körpələrin ahıdı
    indi atəş şəklində
    qayıdıb özümüzü yandırır, –
    Vaxtında:
    “Yavrum, sənin dərdin nə?”-
    sormamışıq deyə.
    Qərib insanlar
    qərib yollar kimidi –
    Birinin içindən,
    Birinin üstündən keçilməz.
    Qərib cığırlar
    yola qovuşmaz.
    Qərib insanlar adama yovuşmaz.
    Qərib insanların
    qəlbini yosun,
    Qərib yolların üstünü ot basar.
    “Arxalı köpək qurd basar” –
    Biz heç köpək olmadıq ki, yavrum,
    arxamız da olsun.
    Biz həp adam olduq.
    Və illərdi adam olmaqın
    altını çəkirik…
    Ömrümüzün sonuna qədər də
    bu altçəkmələr bitən deyil…
    Olsun, yavrum, üzülmə,
    Hər səhər qəriblərin
    gül üzünə xatir sökülən dana,
    doğulan Günəşə salam ver.
    Bir də pəncərən önündə çikkildəşən
    sərçələrin nəğməsinə
    ürəyinin çırpıntısına qulaq asırmış kimi
    qulaq as…
    Sonra da başını qoy
    qərib ruhların köksünə və
    ucadan hönkür…
    Höhkür ki,
    qəlbini sarmış yosunlar
    gözlərindən tökülsün…
    Yoxsa….
    …O qədər laçın oğlanlar
    Laçın həsrətilə
    qərib ruhlara döndülər ki…
    Sənin nə canın-cüssən var, yavrum…
    Silkələsən
    bir əlçim şeir,
    Üç tel bayatı,
    bir hönkürtülük ağı
    tökülə, ya tökülməyə…
    Sən rahat hönkür, yavrum,
    Onsuz da səni
    eşidən olmayacaq,
    Çünki hamının
    başı qarışıb gülməyə…

    12.07.2018

  • Rafiq ODAY.”Dərdə dərmanım, tez yetiş, sənsiz dildə dastanam mən”

    Dərdə dərmanım, tez yetiş, sənsiz dildə dastanam mən,
    Baxma ki, göylə gedirəm, dərdi yerlə yeksanam mən.*

    Deyirlər ki, dan sökülür, günəş doğur hər sübh çağı,
    Bu bir həqiqətdirsə bəs niyə zülmətnişanam mən?!

    Hər kəsə bəllidir mənim siqlətim də, xislətim də,
    Mücərrədlə işim olmaz, kim deyir ki, pünhanam mən?!

    Məni damla bilən kəsin zövqünə yazıqlar olsun,
    Baş vurmağa cəhd eyləsin, görsün necə ümmanam mən.

    Nə Kanda gəz, nə Məkanda, nə də laməkan san məni,
    Sən adlı dünyam var mənim, Eşq adlı bir məkanam mən.

    Xilqət üçün bir yol vardır, Oday, Haqqa tapınmağa, –
    Ta Adəmdən üzü bəri varlıq üçün bürhanam mən.

  • Şəfa VƏLİYEVA.”Şair olanda nolur ki?”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Günel Şamilqızıya…

    Günün birində oturub dünyanın dərdini çəkmək istəmişdim. Əllərim ayaqlarıma sahib çıxmadığı zamanlardan biriydi. Bu nağılın tam ortasındaydıq ikimiz də; o da, mən də… Ayrı-ayrı qapılar açırdıq nağıllar diyarına. Onun qarşısına qırx incəbelli kəniziylə birgə şah qızı çıxmışdı, məni isə qapının arxasında bir div qarşılamışdı. Şah qızı onun saçlarından tutub qırxıncı qapıdan eşq dünyasına çəkmişdi. Div mənimlə elə birinci otaqdaca yan-yana oturub dərdləşmişdi.

    ***

    Zil qaranlığın ortasında təkcə divardakı mamırlar işıldayırdı. Onun alatoran işığı da divlə mənim üstümə düşürdü. İkimiz də nə yeri, nə göyü görürdük… Eləcə bir-birimizə baxırdıq. Mən ondan soruşurdum:
    – Qadan alım, ay div, niyə məni yemirsən?
    O da yaşıl başını yelləyə-yelləyə Sezen Aksunun mahnısını oxuyurdu:
    – Əskidəndi, çox əskidən…
    Ədəbiyyatın haqlarını qorumaqla qəhrəmanlıq etdiyimi düşünürdüm:
    – Ay div, başına dönüm, bir bu şeiri yazanın da adını çək, nolur. Bilirsənmi ki, bu şeiri Murathan Munqan yazıb?
    Div üzümə elə ifadə ilə baxmışdı, ay Tanrı… Bu ifadəni dilə töksəm, təxminən, bu cümlə alınar:
    – Şeirin də başı batsın, şairin də!
    Dinməmişdim. Elə xəcalət çəkmişdim ki… Tanrının divi hardan bilsin şeir nədi? Başlamışdım mən də zümzümə eləməyə:

    Hanı hamımız dostduq,
    Hanı oyunlar tükənməzkən,
    Hələ bir kimsə bizə xəyanət etməmişkən,
    Biz də kimisə aldatmamışkən,
    Əskidəndi, çox əskidən…

    Div gülmüşdü. Gülmüşdü nədi, a kişi, div uğunmuşdu. Yaşıl başı bir o yana sallanırdı, bir bu yana yellənirdi. Düşünmüşdüm ki: “Bayaqdan özü oxuyurdu ey, indi mən oxudum buna noldu, görən?” Yavaşca sağ əlimin şəhadət barmağıyla divin sağ böyrünü dümsükləmişdim. Əlim elə bil boşluğa dəymişdi. Div azca dikəlmişdi yerində. Gözlərimi bərəldib soruşmuşdum:
    – Qadan alım, ay div, sən mənim ölmüşüm, nəyə uğunmuşdun elə?
    Div diqqətlə mənə baxmışdı. Bu dəfə ağlamışdı. Elə bil nənnisinin ipi qırılmış körpəydi, lapdan dəymişdi qaradamın xırlı döşəməsinə. Əlacım kəsilmişdi, üzümü dibi görünməyən qaranlığa–yuxarıya tutmuşdum:
    – Ay Tanrı, bu yazığı niyə bu günə qoyubsan?
    Div birəlli şappıltıyla başıma qapaz salmışdı. Gözüm qaralmışdı, ağzıüstə yerə dəymişdim. İşə bax, yer də boşluq kimiydi, heç yerim ağrımamışdı. Divin səsi də boşluqdan gəlmişdi:
    – Kül o Tanrının başına ki, sənə də bəndəm deyir. Səni yaradanda yəqin, ilham pərisi gəlməyibmiş Tanrının. Bu da mənə şair olub! Oy, canın yansın elə! Dur, dur, dur rədd ol xaraba qalmış yerin üstünə! Bir də buralarda görsəm səni haaa…

    Dikəlib yenə yerimdə oturmuşdum. Acığımdan dodaqlarımı dişləmək həddindəydim. Ürəyimdə divə elə acığım tutmuşdu ki: “Bir bunun fasonuna bax, forsuna bax! Utanmır, div olduğu yerdə mən boyda şairi lağa qoyub! Aleyyyy !”
    Sözləri ürəyimdə desəm də “Aleyy!”i əlimlə eləmişdim; iki əlimi qoşalaşdırıb div tərəfə bir yelləmişdim ha…
    Div də diviymiş, tutmuşdu biləyimdən ki:
    – Di bir şeir de, görüm nə yazıbsan axı? Yoxsa bu saat kiçik qardaşımı çağıracağam, ətini şişə çəkəcək!
    Qorxudan bütün hikkəm yoxa çıxmışdı. Dilim-dodağım əsə-əsə demişdim:
    – Ay div qağa, olar, nənəmə yazdığım şeiri deyim?
    Div məni üsulca yerə qoymuşdu, nataraz əliylə pırtlaşıq saçlarımı sığallamışdı:
    – Həqiqi? De mən ölüm, nənənə şeir yazıbsan?
    – Tanrı haqqı, ay div, qadan alım, elə özcə nənəmə yazmışam ey. Xalxın nənəsiylə nə işim var axı?
    Doluxsunmuşdu div, ürəyi yumşalmışdı, deyəsən. Əli ilə mənə qapını göstərmişdi:
    – Yeri get o yana! Bir də gəlmə buralara! –deyə-deyə hıçqırmışdı.

    Yerimdən tərpənməmişdim. Xətrimə dəymişdi divin şeirimə qulaq asmadan məni yola salmağı. Bu vay-şüvəndə şeir demək həvəsimin ölçüsüz olduğunu divə necə başa salım deyə düşünmüşdüm. Div öz-özünə danışırdı elə bil:
    – Nənəm, ay nənəm… Birçəyi ilan qotazlı, yelçəyi çayan bədizli nənəm heyyy…. Oy nənəm, oy… Məni qoyub hara getdin, ay can şüşəsi çatdamış, ay nənəm heyyyy….

    Canım yanmışdı divə. Düşünmüşdüm, div olanda nolur ki?! Onunku da candı da. Yerdən çıxmayıb ha, onun da nənəsi-dədəsi olub. Yenə şəhadət barmağımı onun böyrünə toxundurmuşdum. Yenə boşluq kimiydi o yekəlikdə gövdə. Div sakitləşmişdi, zopa-zopa barmaqlarıyla yanağındakı yaşı silməyə çalışmışdı. Mənə elə yazıq-yazıq baxmışdı ki… Ürəklənib demişdim:
    – Ruhu şad olsun nənənin, div qağa!
    Div də ağlayıb dincəlmişdi. O da ürəklə:
    – Ölənlərinə rəhmət, şair! – demişdi.
    Elə sevinmişdim ki… Div mənə “şair” demişdi! Puah… Bu, dünyada bir ilk idi! Mərc gələrəm ki, hələ indiyədək heç bir şairə div belə müraciət etməyib. Sevincdən qanad axtarmışdım ki, uçam gələm bu dünyaya, qırxıncı qapının arxasında şah qızıyla eyş-işrətdə olanımı çəkəm çıxardam ordan, deyəm:
    – Ayə, sən də məni bəyənmirsən? Div mənə şair dedi, eeyyy!!!
    Elə bu həvəslə də divlə sağollaşmadan özümü qapıya çatdırmışdım. Qapıya çataçatda maraq məni öldürmüşdü. Dönüb soruşmuşdum:

    – Qadan alım, ay div, de görüm, məni şair olduğuma görə yemədin, eləmi?
    Div bir gözü gülə-gülə, bir gözü ağlaya-ağlaya başını bulamışdı:
    – Başın haqqı, sən elə bil. Yarım aydı dietdəyəm, di yeri get, diyetimi pozsan, bütün nəslini yeyəcəyəm!
    Özümü eşiyə təpmişdim…

    ***

    Şah qızının sarayına gedən yolu isə o gecədən bəri ha axtarıram, tapammıram. Nə də özümə etiraf edəmmirəm ki, o, məni hər həftə bir şah qızına dəyişir… O, daha mənə qayıtmayacaq. Hərdən-hərdən o gecə yuxumdakı yaşıl divi görürəm. Az qalıram Tanrıdan elə onu yanımda istəyəm, başımı sinəsinə söykəyəm, birlikdə ağlayaq. Tanrı haqqı, elə gözəl ağlayır ki, o başıbatmış… Div olanda nolur ki? Mən də Tanrıma sübut eləyəm ki, hamı kimi ağlaya bilirəm… İnanmazmı Tanrı? İnanar, yəqin… Şair olanda nolur ki?

  • Rafiq YUSİFOĞLU.Nəğmə dolu şeirlər

    08

    NƏĞMƏ

    – Tıq- tıq…
    – Söylə, kimdir gələn?
    – Mənəm, payız kədəriyəm,
    Tanışıq, doğmayıq biz ki,?!
    – Sənə nə lazımdır axı?
    – Ağzınaсan dolu viski.
    – Vеrmərəm qətidir sözüm.
    – Vеrməzsən alaram özüm.
    Tıq- tıq…
    – Daha yorulmuşam.
    – Aç qapını, mənəm, – qışam.

    Tərcümə edəni Rafiq Yusifoglu

    ПЕСЕНКА

    Тук-тук…
    Кто бы мог?
    – Я пришла на твой порог,
    я осенняя тоска.
    – Что ты хочешь?
    – Смоль виска.
    – Не отдам я, спрячь суму.
    – Не отдашь – сама возьму.

    Тук-тук.
    Та же тьма…
    – Это я, твоя зима.

    Uşaqlar üçün

    YAYLAQDA

    İnəklər otlayırdı
    Yaylaqda şirin-şirin.
    Onlara baxıb dedi
    Bizim balaca Şirin:

    –Ata, dağların otu
    Nə üçün yumşaq olur?
    İnək yaşıl ot yeyir,
    Südü niyə ağ olur?

    1985

    BİLİRƏM

    Bilirəm,
    nə vaxtsa ürəyin
    ayrı bir sevdayla
    dinəcək…
    Mənim məhəbbətim
    səninlə hansı bəxtəvərinsə
    ayağının altında
    sevgi postamentinə dönəcək…
    Bilirəm,
    nə vaxtsa kobud ayaqlar pozacaq
    sənin sevgi gülşəninə düşən
    titrək ayaq izlərimi.
    Odlu baxışlar unutduracaq
    mənim həsrətli baxışlarımı,
    utancaq gözlərimi.
    Bilirəm,
    nə vaxtsa qadir bir ad
    ürəyindəki adımın üstündən
    qələm çəkəcək.
    Sənin intizar baxışların
    bəlkə də havadan
    nəm çəkəcək…
    Söz söz yaddaşını,
    gözlər göz yaddaşını,
    dodaqlar dodaq yaddaşını
    unutduracaq…
    Qırğı caynaqlı bir dəliqanlı
    kəpənək qanadlı hisslərimizə
    qan udduracaq…
    Bilirəm,
    nə vaxtsa
    inci-inci düzdüyüm sözlərin
    pozulacaq səfi.
    Şeirlərim olacaq
    rişxənd hədəfi.
    Cırıb yelə verəcək onları
    sənin həyat yoldaşın.
    Səfərə çıxanların
    ardınca atılan
    suya dönəcək
    sənin inci-inci səpilən
    göz yaşın…
    Bilirəm, nə vaxtsa…
    Bilirəm…
    Bil…

    Rafiq Yusifoglu
    45 dəq. ·
    BU AY MƏNDƏ ÜRƏK QOYMUR

    Hər qonaq mənim başıma
    Dolandı pərvanə kimi.
    Kövrəldim, sinəmdə ürək
    Titrədi bir nanə kimi.

    Axşam düşdü, şər qarışdı,
    Dostlarım döndülər geri.
    Son közləri öləzidi,
    Bumbuz oldu ocaq yeri.

    Göyə baxdım, qəlbim əsdi,
    Bu ay məndə ürək qoymur.
    Təkcə o etibarlıdı,
    Gecələr məni tək qoymur…

    ALAQ OTU

    Sənin ürəyində boy atan ağac
    Ucalsın, qoy biz də dolaq altına.
    Onun zərrə qədər ziyanı yoxdu,
    Qəlbimi atmasan ayaq altına.

    Qorxutmur könlümü dumanlar, sislər,
    Neyləyə biləcək eşqə xəbislər?!
    Şair ürəyindən su içən hisslər
    Çevrilə bilərmi alaq otuna?!

  • Şair-ədəbiyyatşünas Rafiq Yusifoğlunun yeni kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi, “Göyərçini jurnalının Baş redaktoru, görkəmli Azərbaycan şairi, yazıçı, ədəbi tənqidçi Rafiq Yusifoğlunun “Nağıl qapısı” adlı yeni şeirlər və poemalar toplusu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nəşriyyatında 338 səhifə həcmində işıq üzü görüb. Kitabın redaktoru Zahid Xəlildir.
    Ümumiyyətlə, kitabda yer alan şeirlər “Uşaq dünyası, işıq dünyası”, “Tariximizdən gələn səslər. Mənə dogma olan kəslər”, “Şuşa nəğmələri”, “Havam, suyum, torpağım. Otum, gülüm, yarpağım”, “Fəsillər və nəsillər”, “Sizdən hərəkət, bizdən bərəkət”, “Qazaxstan nəğmələri”, “Sehrli aləm” bölmələri adı altında toplanıb.
    Poemalar – nağıllar bölməsində “Qırxıncı qapı”, “Ağıl döyüşü”, “Gül və bulbul əfsanəsi”və.s. əsərləri verilib.
    Kitab müəllifin oxucuları ilə sayca 78-ci kitabıdır. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Oxucuların rəğbətini qazanacağına ümid edirik.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Çağdaş mübarizəmiz haqqında böyük dastan – “Ovçu” romanı

    İsa Həbibbəyli: “Yunus Oğuz Azərbaycan tarixi romanının əsas yaradıcılarından biridir”

    İyulun 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Ovçu” romanının müzakirəsi keçirilib.
    AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, “Ovçu” romanı Azərbaycan gerçəklikləri əsasında yazılıb. Bildirib ki, Yunus Oğuz müstəqillik dövründə Azərbaycanda bədii nəsr sahəsində ardıcıl çalışan, səmərəli fəaliyyət göstərən və tarixi mövzulara dərin maraq göstərməsilə fərqlənən və öndə gedən yazıçılardan biridir. Onun 20-yə qədər nəsr əsəri işıq üzü görüb ki, onların böyük əksəriyyəti Azərbaycan və ümumtürk tarixinin aktual problemlərinə və görkəmli şəxsiyyətlərinə həsr olunub. Belə nəticə çıxarmaq mümkündür ki, Yunus Oğuz müstəqillik dövrü Azərbaycan tarixi romanının əsas yaradıcılarından biridir. Onun yaratdığı Azərbaycan tarixi roman nümunələri böyük oxucu marağına səbəb olub, ictimai rəydə ciddi əks-səda verib. Bunu müxtəlif oxucu auditoriyasındakı rəylərdən aşkar görmək mümkündür. Bu o deməkdir ki, Yunus Oğuzun Azərbaycan tarixi mövzusunda yazdığı əsərləri müasir dövr və müasir oxucu üçün də əhəmiyyətlidir. Bu əsərlər öz tarixi soykökümüzü dərindən dərk etməyə, milli tarixi keçmişimizi daha obyektiv görməyə, tarixi simalarımıza dərindən bələd olmağa və onlara sahib çıxmağa çağıran əsərlər olduğu üçün oxucular onları sanki müasir dövr üçün verilmiş mesaj kimi qəbul edirlər. Bu onun tarixi mövzulara müraciətinin müasirliklə, müstəqillik dövrü ilə, onun idealları ilə üzvi surətdə bağlı olduğunu göstərir. Hansı mövzularda yazmasından asılı olmayaraq, hansı tarixi şəxsiyyətə müraciət etməsinə baxmayaraq, bütün hallarda bu əsərlərin ortasından qırmızı xətlə keçən ideya milli dövlətçilik, müstəqillik və azərbaycançılıqdır. Bu Yunus Oğuz yaradıcılığının aparıcı xəttidir, ana xəttidir.

    İ.Həbibbəyli qeyd edib ki, Yunus Oğuzun tarixi mövzularda yazdığı əsərlər Azərbaycan qədər Türk və müsəlman dünyası üçün də əhəmiyyətlidir. Çünki, o əsərlərində tarixin elə dövrlərinə müraciət edir ki, o zamankı tarixi ərazilər bu günkü coğrafiya baxımından bir neçə dövlətin sərhədini və taleyini özündə cəmləşdirir. Ona görə Yunus Oğuzun əsərləri türk dünyasında da böyük maraq doğurur və ayrı-ayrı xalqların dilinə tərcümə olunur. Məsələn, onun Teymurləng haqqında yazdığı iki cildliyi özbək dilində çap olunub. Bu bir tərəfdən Yunus Oğuzun nailiyyəti, digər tərəfdən isə müstəqillik dövründə Azərbaycan ədəbiyyatının açdığı böyük imkanlardır. Daha dəqiq, Azərbaycan ədəbiyyatının nüfuzunun geniş dairədə qəbul olunduğunu təsdiq edən əhəmiyyətli faktdır. Bu gün müzakirəsini apardığımız “Ovçu” romanı da Yunus Oğuzun yaradıcılığında indiyə qədər epizodik şəkildə qoyulan, başqa planda qaldırılan məsələləri müasirlik işığında bir araya gətirməsi və onun ən müasir dövrün hadisələri ilə əlaqələndirməyi bacarmasının nəticəsidir. Bu əsərdə tarixin müxtəlif dövrlərinə işıq salınmaqla yanaşı, bizim hərb, müstəqillik tariximizin şərəfli hadisəsi olan Aprel döyüşlərindən geniş bəhs olunur. Aprel döyüşlərindən bəhs olunan məqamlarda biz o tarixin dərinliklərindən süzülüb gələn milli qürur hissini, torpaq, Vətən, dövlət sevgisinin bədii cəhətdən mükəmməl işləndiyinin və oxucuya çatdırılmasının şahidi oluruq. Hesab edirəm ki, bu əsər onun bir növ indiyə qədərki yaradıcılığının bir çox xətlərinə yekun vurur, Azərbaycan gerçəkliyinə qayıtmaq baxımından bir az fərqli əsər kimi görsənir. Əgər indiyə qədərki əsərlərdə tarixi mövzuların nəticəsindən azərbaycançılıq, müasirlik ideyaları çıxarılırdısa, bu əsərdə konkret olaraq müasir dövrün, yaşadığımız tarixi günlərin hadisələri öz əksini tapıb ki, bu da Yunus Oğuzun yaradıcılığında yeni hadisədir. Yaxşı cəhətdir ki, o, öz tarixindən ayrılmadan tarixə yenidən qayıdıb. Bu əsər Y. Oğuzun tarixi mövzularla müasir mövzuları bir ideya ətrafında birləşdirmək bacarığının real nümunəsidir. Bu isə onun yaradıcılığının yeni keyfiyyətidir. Düşünürəm ki, bunu başlayan müəllif müasir dövr haqqında yazacağı yeni əsərlərdə bu xətti daha da dərinləşdirəcək. Bu orjinal janrı yeni-yeni əsərlərdə ortaya qoya biləcək”.

    Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar sektorunun böyük elmi işçisi, filalogiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova “”Ovçu” romanında tarixiliklə müasirliyin bədii vəhdəti” mözusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, “Ovçu” romanı cəmiyyətdə maraqla qarşılanıb və müxtəlif elmi fikirlər yaranıb: “Roman Aprel döyüşlərinə həsr edilən ilk əsərdir. Tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuzun bu əsəri tamamilə yeni bir səpgidə yaranıb. Müəllif əvvəlki romanlarında bizim keçmiş tariximizə nəzər salırdısa, bu əsərində müasir tariximizin işığında keçmişi araşdırıb və bu günümüzlə keçmişimiz arasında körpü yaradıb. Bu roman əslində bizim çağdaş mübarizəmiz haqqında böyük dastandır. Çünki, Aprel döyüşləri bizim üçün bir oyanış məqamıdır. Dövlətimizin, xalqımızın, Ali Baş Komandamızın öz torpaqlarımızı azad etmək əzmini parlaq şəkildə əks etdirib”. E.Qaragözova vurğulayıb ki, “Ovçu” romanı həm də böyük ideoloji mənaya və önəmə malikdir. Artıq bu roman əsasında bir çox tədqiqatlar aparılıb və elmi məqalələr yazılıb: “Bildiyimiz kimi əsərdə üç zaman axını əksini tapıb. Alparslan, Nadir Şah və müasir dövrümüz. Bu dövrlər əsərdə elə yanaşı verilir ki, hər üç dövrdə xalqın qələbəsi təmin edilir. Mən isə deyərdim ki, əsərdə dörd zaman və dörd Murad obrazı var. Muradın öz babası, usta Murad, xan Murad və Muradın özü. Muradın üzərində qurulan əsərə nəzər saldıqda müşahidə olunan ilk məqam reintarnasiya məsələsidir. Beləliklə, Yunus Oğuz öz əsərində Azərbaycan ədəbiyyatında çox az işlənən bir metodoloji vasitəyə reintarnasiyaya (ruhun yenidən doğulması) müraciət edib. Əsərə nəzər saldıqda aydın olur ki, əslində Muradın qəhrəmanlığı birdən-birə yaranmayıb, əsrlərdən gələn bir ruh idi. Bu ruhun yenidən doğulmasıdır. Reinternasiya zamanı qəhrəmanın ruhu zaman keçdikcə müəyyən tarixi məqamlarda meydana çıxaraq öz missiyasını yerinə yetirir. Bu əsərdə zaman dəyişsə də məkan dəyişmir. Yunus Oğuz qəhrəmanının reintarnasiyasını Azərbaycanda gerçəkləşdirib. Çünki bu torpaqda həmin missiya başa çatmamışdı. O missiyanı yerinə yetrimək üçün həmin ruh məhz bu torpaqda yenidən doğulmalı idi”. Onun sözlərinə görə, əsərdəki Murad digər muradların sanki bir toplusudur. Lakin əvvəlkilərdən daha mükəmməldir.

    AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu qeyd edib ki, tarixi romanlar müəllifi Yunus Oğuz əsərlərində ən aktual mövzuları axtarıb tapmağı bacarıb. Onun əsərlərində bu məqam yeni keyfiyyətdir. Elə bu səbəbdən də müstəqillik dövründə bir sıra tarixi romanlar ərsəyə gətirə bilib. Demək olar ki, bütün əsərlərində Azərbaycan Tarixinin müxtəlif məqamlarındakı boşluqları taparaq inkişaf etdirib. Bu əsərdə də tarixi məqamlara müasir baxışdan yanaşılır: “Ovçu” romanı dövlətçilik, azərbaycançılıq məqamlarına toxunduğu üçün müzakirəsi vacibdir. Bu əsəri Yunus Oğuzun uğuru kimi qəbul etmək lazımdır. O, bir yazıçı kimi daim aktual mövzuları qələmə alıb. Onun yaradıcılığındakı tarixi romançılıq və əsərlərinin ərsəyə gəlməsində yeniliklər diqqəti cəlb etməyə bilməz. O, bu əsərində də Azərbaycan, eləcə də Türk tarixinin müxtəlif məqamlarına toxunub və həmin məqamlara müasir baxışdan yanaşıb. Əslində “Ovçu” romanında Aprel döyüşlərinin tarixi mahiyyəti təqdim olunub. Əsərdə yaradılan Murad obrazı bir koddur. Tariximizdə Murad obrazları olsa da hələ ki, bu missiya başa çatmayıb”. Onun sözlərinə görə, əsər gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi baxımından da əhəmiyyətlidir: “Hesab edirəm ki, bu missiya davam etdirilməli, yeni-yeni tarixi əsərlər yaranmalı və muradlar gənclərimizə təbliğ edilməlidir. Nəzərə almaq lazımdır ki, belə əsərlər ümumilikdə kütləvi auditoriya üçün xüsusi əhəmiyyət kəsb edir”. Tehran Əlişanoğlu qeyd edib ki, romanda Ali Baş Komandan, prezident İlham Əliyevin obrazı var: “Bu, romançılıq tarixində nadir hadisədir. Yunus Oğuz cəsarət edib ki, Ali Baş Komandanın obrazını yaradıb. Asan məsələ deyil ki, Ali Baş Komandanın obyektiv bədii obrazını yaradasan. Ədəbi yaradıcılıqda bu obrazın yaradılması çox vacibdir. Bəzən ədəbiyyatımızda sıradan olan mövzuların ardınca gedilərək Azərbaycan vətəndaşına lazımi mesajlar ötürülə bilməyib. Dövlətçilik məqamına, cəmiyyət həyatının həlledici məsələlərinə toxunmaq baxımından belə əsərlərin yaranması vacibdir”.

    Filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli qeyd edib ki, Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən hesab olunur. O, hazırda müasir nəsrin gündəmində olan tanınmış yazıçılardan biridir. Əsərin forma və strukturuna toxunan alim bildirib ki, “Ovçu” romanı retrospektiv əsərlər sırasındadır. Onun tarixi romanları bədii formaya tarixin gəlişməsindən diqqət yönəltmək və müasirliyi ehtiva etmək baxımından diqqətimizi cəlb etməkdədir. Bu əsərdə də Azərbaycanın dövlətçilik, mədəniyyət, ictimai, sosial və bədii tarixinin gəlişməsi əksini tapıb. Mahiyyət isə dövlətçilik, tarixi yaddaş anlayışının çağdaş oxucuya çatdırılmasıdır. Amma dövlətçilik və tarixi yaddaş anlamında torpaq məfhumu xüsusi önəm kəsb edir. Yunus Oğuz çalışıb ki, bədii olaraq bu anlamı ifadə etdirsin. O, sanki bizim bədii yaddaşın bədii ifadə formasının tarixi ilə əlaqəsini taparaq şalışıb ki, tarixin yaddaşından gələn mənəvi əxlaqi dəyərləri müasir oxucuya çatdıra bilsin: “İstərdim ki, əsərlərdə muradların sayı artırılsın. Məsələn, Azərbaycan dövlətçilik tarixində 15-ci əsrdə Murad bəy adlı bir siyasi xadim olub. Əgər bu məsələləri gələcək üçün bir az dərinliyi ilə yaddaşımıza köçürmüş olsaq türkçülük və turançılıq anlamı baxımından bir bədii əsərin yaranmasına ehtiyac var ki, orada məhz 4-5 Murad obrazı yaratmaq olar. Yaxşı olar ki, burada Osmanlı türk tarixi və Azərbaycan dövlətçilik tarixi ehtiva olunsun. Buna baxmayaraq, “Ovçu” əsərində muradların obrazı tarixi faktlar baxımından yüksək səviyyədə verilib. Murad Mirzəyev zamanımızın Milli Qəhrəmanıdır. O, Aprel döyüşlərində kifayət qədər qəhrəmanlıq nümunəsi göstərərək torpaqlarımızın geri qaytarılmasında yaxından iştirak edib. Onun tarixi obrazının yaradılması Yunus Oğuzun böyük uğurlarından biridir. Belə qəhrəmanlar tariximizin yaddaş qatlarıdır, onlara zaman-zaman xitab etmək aktual görünür. Əsərdə Azərbaycan prezidentinin obrazının yaradılması da yerindədir. Elə bilirəm ki, tarixi şəxsiyyətlərin daha əhatəli və obrazlı şəkildə gələcək bədii əsərlərdə özünə yer almasına ehtiyac var”.

    Millət vəkili Aqil Abbas qeyd edib ki, Yunus Oğuz türk tarixini dərindən öyrənərək əsərə çevirib. O, tarixi şəxsiyyətlərin obrazını yaradanda otaqda oturub yazıçı təxəyyülünü ortaya qoymur, qəhrəmanların yaşadıqları ərazilərə gedərək bütün məqamları diqqətlə öyrənir. Ona görə də yaratdığı əsərlər maraqla qarşılanır: “Məlumdur ki, tarixi romanlar üçün şəxsiyyətlər olmalıdır. Tariximizdə belə şəxsiyyətlər kifayət qədərdir və Yunus Oğuz da onları öyrənərək obraza çevirir. Müəllif bu əsərdə yalnız Murad obrazını yaratmayıb, tariximizdəki üç Murada müasir baxımdan yanaşıb. Onların Azərbaycan dövlətçiliyindəki rolunu ümumiləşdirərək oxucuya təqdim edib”. Millət vəkili qeyd edib ki, belə əsərlərin gənclər arasında təbliğinə ehtiyac var: “Hesab edirəm ki, bu əsərin orta məktəblərdə yayılmasına ehtiyac duyulur. Əminəm ki, əsər gənclər arasında vətənpərvərlik ruhunun tərbiyəsində mühüm rol oynaya bilər. Eyni zamanda, gənclərə tariximizi öyrədəcək”.

    Tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru Ramiz Əsgər bildirib ki, Yunus Oğuzun tarixi romanları təkcə Azərbaycanda deyil, eləcə də bütün türk dünyasında rəğbətlə qarşılanır. Xüsusən, Özbəkistanda onu yaxşı tanıyırlar. Onun bir sıra əsərləri özbək dilinə tərcümə edilərək geniş ictimaiyyət kütləsinə çatdırılıb: “Yunus Oğuz istedadlı, yaradıcı şəxsiyyətdir. Yaratdığı əsərlərlə qeyri-adi müəllif kimi tanınıb. Onun ərsəyə gətirdiyi tarixi romanlarda tariximizlə yanaşı, tarixi şəxsiyyətlərinmiz də yüksək səviyyədə təbliğ olunur”.

    “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, tarixi əsərlər yazmaq üçün alimlik tələb olunur. Yunus Oğuz da belə alimlik qabiliyyətinə malikdir, o, elm adamıdır, elmi biliklərindən yaradıcılığında da istifadə edir: “Aprel döyüşləri torpaqlarımızın geri qaytarılmasında açar rolunu oynadı. Bu döyüşdən sonra əsərlər yaradıldı, Naxçıvanda 11 min hektar ərazi erməni işğalından asad edildi. İnanıram ki, bu proses davamlı olacaq, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımız geri qaytarılacaq”. Onun sözlərinə görə, “Ovcu” əsərinin dili olduqca rahat və oxunaqlıdır. Yunus Oğuz qəhrəmanımızı geniş ictimaiyyət kütləsinə tanıtmaq baxımından üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirib.

    Birinci Qarabağ müharibəsinin iştirakçısı Rey Kərimoğlu qeyd edib ki, əsərdəki faktlar təsadüfi deyil, reallıqları əks etdirir. Əsərdə yazıçı təxəyyülü özünə yer alsa da tarixi həqiqətlərə geniş yer verilib: “Ovçu” əsəri müasir dövrümüz üçün olduqca əhəmiyyətlidir. Romandakı Ovçu kod adı olsa da bu döyüşlərdə iştirak edənlər üçün ümumi qəbul edilmiş obrazdır. Bu isə ona dəlalət edir ki, müəllif Aprel döyüşlərindəki obrazları ümumiləşdirib. Nəzərə almaq lazımdır ki, Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin hər biri böyük bir əsərin obrazlarıdır. Belə əsərlərin ərsəyə gətirilməsi və ssenariləşdirilməsinə böyük ehtiyac var”.

    Əsərdə obrazı yaradılmış Murad Mirzəyevin atası Telman Mirzəyev bildirib ki, roman yaxın tariximizi əhatə edir: “Aprel döyüşləri bir daha göstərdi ki, güclü ordumuz var, Azərbaycan ordusu torpaqlarını geri qaytarmaq iqtidarındadır. Düzdür, Murad öz muradına çatdı, ancaq biz Azərbaycan xalqı olaraq hələ ki, öz muradımıza çatmamışıq. Ümid edirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımızın geri qaytarılmasına nail ola biləcəyik”.

    Sonda “Ovçu” romanının müəllifi Yunus Oğuz tədbir iştirakçılarına təşəkkür edib: “Hesab edirəm ki, belə əsərlər bizə gərəkdir. “Ovçu” əsərindən sonra Naxçıvanda 11 min hektar ərazimiz işğaldan azad edildi. Deməli, bu kimi əsərlər ordumuzun ruh yüksəkliyini artırır, gənclər arasında vətənpərvərlik hissini yüksəldir. Odur ki, bu mövzu gündəmdə saxlanmalı, yeni-yeni əsərlər ərsəyə gətirilməlidir”.

    Mənbə: http://www.olaylar.az

  • Açık Kara” dergisinin 5. sayısı yayında

    AÇIKKARA ŞİİR YARIŞMASI ŞARTNAMESİ
    Her yarışmacı yarışmaya en fazla 1 şiirle katılabilir. Sayfa sınırlaması yoktur, yazın yazabildiğiniz
    kadar.
    Şiirler mizahi konularda olmalıdır.
    Şiirler, aruz veya hece ölçüşüyle yazılmalıdır.
    Yarışmaya eser gönderen katılımcılar hiçbir yarışmada derece almamış olmalıdır. (Sonunculuk dâhil)
    Katılımcılar sosyal medyada hiçbir şiir paylaşmamış olmalıdır.
    Katılımcılar 18 yaşından büyük, 20 yaşından küçük olmalıdır.
    Katılımcılar herhangi bir dernek, birlik, vakıf, Whatsapp, Facebook grubuna üye olmamalıdır.
    Yarışmacılar, yarışmaya rumuz ile katılacaklardır. Şiirin yazılı olduğu kâğıda eser sahibini işaret eden
    herhangi bir mahlas veya ibare yazılmayacak, imza, paraf atılmayacaktır.
    Rumuz şiirlerin sol üst köşesine Deutsch yazı karakteri ile altı ve üstü çizili olarak yazılacaktır.
    Şiirler bilgisayarda Kaufmann BT yazı karakteri ile 12 puntoyla yazılacaktır. El yazısıyla veya başka
    fontla yazılıp gönderilen eserler değerlendirmeye alınmaz.
    İSTENEN BELGELER:
    Nüfus cüzdanı fotokopisi
    Sürücü belgesi fotokopisi
    Muhtardan ikametgâh belgesi (e-devlet’ten alınan belgeler kabul edilmez.)
    Öğrenim belgesi (noter onaylı)
    Savcılıktan adli sicil kaydı
    SGK’tan hizmet dökümü, gelir durumunu gösterir belge
    Askerlikle ilişiği olmadığına dair belge
    Trafikten borcu yoktur kâğıdı
    Nüfus Müdürlüğünden nüfus kayıt örneği
    Tam teşekküllü devlet hastanesinden alınmış sağlık kurulu raporu
    Son iki aya ait, elektrik, su, doğalgaz, telefon faturaları
    2 adet biyometrik fotoğraf, 4 adet vesikalık fotoğraf, 8 adet boydan fotoğraf
    Arzuya göre başka belgeler de eklenebilir.
    Yarışmaya gönderilen eserler bu şartnamenin herhangi bir maddesine aykırılıkları tespit edildiğinde
    yarışma dışı bırakılır.
    Seçici kurul, yarışmaya katılan şiirlerden ödüle değer bir eser bulamazsa ödülü bir hayır kurumuna
    bağışlar veya yağlı bir müşteri denk gelirse satar.
    Yarışmaya katılan eser sahipleri, bu şartnamedeki hükümleri bütünüyle kabul etmiş sayılırlar.
    BAŞVURU VE ESERLERİN TESLİMİ:
    Yarışmaya katılacak eser, büyük bir zarfa konulur. Zarfın üzerine sadece rumuz yazılır.
    Ayrı bir kâğıda TC kimlik no, ad-soyad, adres, telefon, e-posta, özgeçmiş, referans (torpil), duygu-düşünceler,
    dilek ve temenniler yazılır. Bu kâğıt küçük zarfa konulur. Zarfın üzerine rumuz yazılır.
    İstenen belgeler eksiksiz olarak orta boy bir zarfa konulur. Zarfın üzerine rumuz yazılır.
    Ne büyük, ne küçük, ne orta boy bir zarfın içesine her biri ayrı kılıfta olmak üzere fotoğraflar konulur.
    Ne olur ne olmaz diye bir adet boş kâğıt, bir adet boş zarfın içerisine konulur. Zarfın üzerine hiçbir
    şey yazılmaz.
    Bütün zarflar hepsini içine alacak bir zarfın içerisine konulur. Üzerine isim soyad yazılır.
    Zarf bağlı bulunulan belediyenin su idaresi tarafından mühürlettirilir.
    Eser sahipleri şiirlerini 29 Haziran 2019 Cuma günü 17.00’a kadar bizzat www.acikkara.com adresine
    teslim etmelidir.
    ÖDÜLLER:
    Birinciye Şair Paketi (Premium Paket)
    İkinciye Şair Paketi (Standart Paket)
    Üçüncüye Şair Paketi (Eko Paket)
    Yarışmaya katılan herkese 1 yıllık Açıkkara Dergisi aboneliği

  • M Nedim Tepebaşı.”SIR” (DENEME)

    USARE DERGİSİ 18. SAYI

    Sır; açıklaması girift ve zor, uygulaması ve ayırt edilmesi ise ondan daha zor bir kavram. Kapatmak, örtmek, korumak anlamlarında düşünürsek; insanların gizledikleri ya da gizlemek istedikleri her şey sır değildir çünkü. Mesela bir kişinin hayatını veya toplumsal yapıyı etkileyecek, zarar verecek bir eylem planının gizlenmesi, bildiği halde haberdar olanın bildiklerini, gördüklerini saklaması sır değil, bilakis planlayan için doğrudan suç, haberi olduğu halde yetkilileri uyarmayıp gizleyen için ise plana yataklık yapmak ya da ortak olmak bakımından dolaylı suçtur.
    Peki, sır nedir o zaman? Evet, meşru olduğu halde gizli kalması uygun olan, doğallığı bilindiği halde söylenilmesi ayıp sayılan, açıklanması ahlâk kurallarına aykırı ve söylendiğinde yaşayanları incitici, onur zedeleyici olan ya da kişilerin arasını bozacak, fitneye sebep olacak söz ve davranışların açığa vurulmayıp gizlenmesidir sırdır.
    Sır, bir veya en fazla ikinci kişiyle ilgili olabilir, daha fazla kişinin bildiği bir şey artık sır olmaktan çıkmış demektir.
    Sır, bazen çok güzel bir amel yani iş/eylem olabilir. Eğer hayır işleyen kişi, yaptığını Allah için, insanlık namına yaptıysa ve bunun da bilinmesini, ifşa edilmesini istemiyorsa, bu yüzden gizli tutuyorsa, bu onun sırrıdır, hasbelkader bundan haberdar olan olmuşsa, o da bunu sır anlamında, açığa çıkarmadan korumak durumundadır. Özellikle hayır işlerinin, yapanla Allah arasında kalması ya da bu, birine yapılan yardım ise, yardım edilen insanın rencide edilmemesi ve yapılanın gizli kalması süre gelen zaman içerisinde hep uygun görülmüştür.
    Bazen de hata yapanın hatası kendi şahsını ilgilendiriyorsa ve yaptığından daha sonra utanmışsa, pişmanlık duymuşsa, bu yaptığını açığa vurmadan kendi kendisinin sırdaşı olması, onu içinde gizlemesi de özel bir sırdır. Ya da kişinin bu yaptığını bir başkası görmüşse, gören kişinin, bunu görmemiş gibi davranarak sır olarak gizlemesi gerekir ki olması gereken, doğru olan da budur.
    Sır olan bir iş veya işlemi, başta kişinin bizzat kendisi açığa vurmamalıdır. Gizli kalması gerekirken, yapılanın bir başkası tarafından bir şekilde görülmesi ya da duyulması hâlinde ise olay, görenin veya bilenin sadece kendisi ile failin yani ikisinin arasında kalmalıdır. Zaten bir kişinin gördüğü eylem, fail için veya bir başkası için hayati değilse, görmezlikten gelinmesi erdemliliktir. İşte o, görmezlikten gelinenler ya da görmezlikten gelinmesi gerekenler sırdır.
    Bir de sırlamak diye bilinen bir işlem vardır ki o da gizlenmesi gereken sır’ı çok güzel anlatır. Kimi nesnelere parlaklık vermek, dış etkilerden korumak, içeriden ya da dışarıdan sızmaları önlemek gibi amaçlarla sürülen, saydam ya da donuk maddeler, altındaki cismi korur, ona zarar gelmesine mani olur. Sır olarak kalması gereken iş ya da işlem de öyle değil midir yani sadece sahibini ilgilendiren söz ve eylemin; görüldüğü, haberdar olunduğu şekliyle kalması veya eylemin sahibi tarafından korunması istenilenin korunması yani açığa vurmaması esas olmalıdır. Gizlenmesi gereken işten kişinin zarar görmemesi veya başkalarının etkilenmemesi için, yaptığı işin, konuştuğu sözün saklanması sırdır ve de saklanmalıdır, korunmalıdır, hatta unutulmalıdır.
    Bir başka yönüyle ise sır; bir şeyin dikkat, yetenek, deneyim ve sezgi yardımıyla kavranabilen en zor, en ince yanıdır. Farklı bir uygulama daha vardır ki; cama uygulanan sırlama işlemiyle cam aynaya dönüşür, bu da aslında çok manidardır. Yani gördüklerinin arkasını kapatırsan, kendini görürsün demektir.
    Sır’ın bir de henüz ulaşılamayan anlamı vardır ki bu da aklın henüz yeteri açıklamayı getiremediği, çözemediği durumlardır.
    Bir iş veya işlem, dışarıda kalan kişi için sır olarak görülmese de, yaşayan kişi için sır olabilir yani işin öznesi gizli kalmasını isteyebilir. Bir şey söyleyince kişinin etrafına bakınmış olmasını sır olarak tarif etmiştir Peygamber Efendimiz.
    Sır, gören ve duyan için bir emanettir, sahibi ya da haberdar olan ile birlikte ölmelidir.

  • M. Nedim Tepebaşı.”İLK ORUÇ”

    USARE DERGİSİ 18. SAYI

    Başlık, Ömer Seyfettin’in “İlk Namaz” öyküsü gibi oldu ama niyetim nazire yapmak değil asla, haddimi de hududumu da bilirim. Eskiden hep böyle ilkler olurdu, kastım odur sadece! Ben “eskiden” dediğim her sözümde genelde kendi geçmiş yıllarımı kast ederim yani tanık olduklarımdan söz ederim. Bilmediklerime karışmam da uzanmam da. Daha bilmediklerimiz neler vardır kültürümüzde, sayısını bilmiyorum.
    Ben bu başlığı öykü olarak yazmayacağım, Ömer Seyfettin’e saygısızlık etmem, geçmişteki uygulamalarımızı, kültürümüzü hatırladım, yâd etmek istedim sadece, yaşatılabilirse de ne âlâ.
    Şimdilerde böyle bir şey yok, çok çabuk değişiverdik, hem de çok çabuk, ya da kültür emperyalizmine teslim olduk, başkalarının kültürü çok güzelmiş gibi kendi kültürümüzü beğenmez olduk yani ya hepsi, ya da biri veya birkaçı bizi bizden uzaklaştırdı!
    Çocukluğumdan hatırladığım güzel kültürümüzdeki anılarımdan bir tanesidir ilk tuttuğum oruç için kutlama yapılması. Ben çocukluğumu iyi hatırlarım; dört yaşımda değildim, daha küçüktüm. O zamanlar, belki de çok zayıf, çelimsiz olduğumdandır, oruç tutmak istediğim halde; “Daha çocuksun, öğleye kadar tut, sonra bunları birbirine ularız, dikeriz, tümlenmiş olur.” derlerdi, fakat beni ikna edemezlerdi. Orucun birbirine dikileceğine hiç inanmazdım, hep oyalama taktiği olarak görürdüm bu sözü.
    Şimdi düşünüyorum da; zoru başarmak bir çocuk için kahramanlıkmış meğer. Çocuksu da olsa iyi bir çaba değil mi? O yıl Ramazanın ilk günleri; tutarım, tutamazsın mücadelesi ile geçti. Hâlbuki gerek yoktu, her çocuk için, herkes için söylüyorum, bana göre çocuk oruç tutmak istiyorsa tutmalı, bırakın tutsun, o başarıyı yaşasın, başarmaya ilk adımı atsın ki ileri yaşlarında, zorluklar karşısında hemen pes etmesin, uğraşsın, direnmesi gerekenlere dirensin! Bu açıdan baktığımda şimdi daha bir önemsiyorum benzer davranışları.
    İlk denemeden sonra önü açılmıştı oruçların. Artık kimse durduramıyordu beni, başarmanın tadını almıştım çünkü. Baktılar ki ben durdurulamıyorum, bu sefer de sahurda; “Karnını iyi doyur; acıkmayasın, suyunu iç, sonra susarsın.” telkinleri yapılmaya başlamıştı. Öğleden sonra olunca sürekli yöneltilen soru; “Acıktın mı, susadın mı, nasılsın peki?” oluyordu. Ne diyeceksin; anne baba endişesi, özellikle de anne merhameti işte! Hiçbir şey olduğu yok, aklına getirilmese acıktığını anlamayacak hâlbuki. Gereğinden fazla ilgi, gereğinden fazla endişe de iyi değil, bence çocuk böyle böyle alışmalı hayatın getireceklerine de! Geçenlerde bir uzman doktorun yorumunu okudum, “Bir hastam var obez, o hâle nasıl geldiğini irdeledim, acıkmaktan korktuğu için çok yemekten o hâle gelmiş anladım ki!” diyordu. Bu da yanlış işte; acıkmamak için çok yemek. Hâlbuki insan vücudu, nerede ki her duruma çok çabuk adapte olurmuş.
    Akşam saati yaklaşınca evdekiler sırayla evin önündeki ayazda yani çardakta ve sofada sırtlarında gezdiriyorlar beni. İstemiyorum ama “Sevaptır oğlum, bize de sevap gelir!” diyorlar, eh, onları sevaptan mahrum bırakmayalım bari dercesine razı oluyorum. Akşama biraz daha yaklaşınca bu sefer yola, o günün şartlarında caddeye çıkarıyorlar evin benden büyük çocukları. Caddeye çıkınca görüyorum ki yalnız ben değilmişim, en küçükleri ben görünsem de sayısını bilmediğim, çok diyebildiğim sayıda çocuk abisinin, ablasının sırtında birlikte geziniyorlar.
    İftar saati yakın olduğu için herkes evine dönüyor, mahallenin amcalarının, abilerinin, bu çocukları görünce ne kadar da mutlu olduklarını hatırlıyorum şimdi, başkasının yaptığı iyi bir işe sevinmek de mutlulukmuş o zaman demek ki! Hatta bu mutluluğa ortak olmak için, onlar da çocukları sırtlarında gezdirmek, aynı şekilde; “Bize de sevap olsun!” diyerek bu başarıyı kutlamak ve mutluluğu paylaşmak istiyorlardı. Benim gibi çekingen çocukların isteksizlikleri karşısında mahzun da olmuşlardı. Kimisi de hiç değilse çocukların başı okşuyor, yanaklarından öpüyor; “Öpücüklere orucun tadı bulaşmış, oh ne güzel!” veya benzeri sözler söylüyorlardı.
    Şimdilerde böyle şeyler yok herhalde, duymuyorum ve de görmüyorum çünkü. Şu anda yani yazının tam da burasında, Dede Korkut hikâyelerinden “Bamsi Beyrek’e Ad Konulması” hikâyesi aklıma geldi. Çocuğa ad konulması için bir kahramanlık göstermesi gerekirmiş ya eskiden Türklerde. İşte ilk oruç da bence bir kahramanlıktır, belki de bu sırtta gezdirmeler de bu kültürün bir uzantısıdır.
    Var olun, iyiliklerle anılın inşallah, kültürümüzü ören büyüklerimiz, şimdikilere de ibret olsun, başka ne diyeyim ki!

  • “Xaricdən idarə olunan saytlarla bağlı həmin ölkələrə nota verilməlidir” – Yunus Oğuz

    “Xaricdə xüsusi olaraq yaradılan saytlar var ki, onların əsas fəaliyyəti Azərbaycana qarşı kampaniya aparmaqdır. Onlar Vətəni satıb getdikləri üçün ölkəmizə qarşı da bütün fəaliyyətlərdə iştirak etməyi qəbul edirlər”.

    Bu fikirləri SİA-ya açıqlamasında “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

    Baş redaktor bildirib ki, Azərbaycanda multikulturalizm və dini dözümlülüyün geniş təbliğ edilməsi bir çoxlarını qane etmir: “Baş verən son hadisələr Azərbaycanın inkişafına kölgə salmaq üçün hesablanıb. Bununla da dövləti gözdən salmağa çalışırlar. Hətta həmin qüvvələr ermənilərin də köməkliyi ilə bu istiqamətdə işləyirlər. Bu gün Azərbaycan artıq həm siyasi və iqtisadi, həm də hərbi cəhətdən regionun ən nüfuzlu, güclü dövlətinə çevrilib. Bunun qarşısını almaq üçünsə ölkədə iğtişaşlar yaratmaq, təxribat törətmək, silahlı hücumlar təşkil etmək, polis zabitlərimizi qətlə yetirmək kimi ssenarilər hazırlanıb”.

    Y.Oğuz söyləyib ki, həm Mingəçevir İES-də baş verən hadisə, həm Gəncənin icra başçısına qarşı silahlı hücum, həm də bu şəhərdə olan son hadisələr bir zəncirin həlqələridir: “Hesab edirəm ki, Azərbaycana qarşı kampaniya aparan xaricdən idarə olunan saytlar müəyyən edilməli, onların hansı ölkədə fəaliyyət göstərdiyi dəqiqləşdirilərək həmin ölkələrə də nota verilməlidir”.

    Baş redaktor qeyd edib ki, ölkəmizə qarşı aparılan heç bir fəaliyyətin cəmiyyətə təsir edə bilməz: ” Son hadisələrdən də göründü ki, Azərbaycanda heç kim mütəşəkkil cinayətkar dəstəyə dəstək vermir. Azərbaycan əhalisi xaos deyil, əksinə sabitlik, dövlətinin inkişafını istəyir”.

    Mənbə: https://olaylar.az

  • Mərkəzi Elmi Kitabxana ilə “Olaylar” qəzeti və “525-ci qəzet” arasında müqavilə imzalanıb

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Olaylar” qəzeti və “525-ci qəzet”inin rəhbərliyi ilə görüş keçirilib.

    Görüşün məqsədi hər iki qəzetin, aparıcı mətbuat orqanlarının rəqəmsal nüsxələrinin kitabxananın elektron yaddaşına köçürülməsi və saxlanılması prosesinə qoşulması olub.

    Görüşdə MEK-in direktoru Leyla İmanova bildirib ki, “Olaylar” qəzetinin rəhbəri Yunus Oğuz və “525-ci qəzet”in rəhbəri Rəşad Məcid rəhbərlik etdikləri qəzetin rəqamsal fondunu və 2018-ci ilin yanvar-iyun ayına qədər rəqəmsal nüsxələrini MEK-ə bağışlayıblar.

    Bu rəqəmsal sənədlər Azərbaycanın Milli Elmlər Akademiyasının rəqəmsal yaddaş bazasına daxil edilib və hər iki qəzetlə MEK arasında müəllif hüquqları müqaviləsi imzalanıb.

    Mənbə: https://olaylar.az

  • “Ovçu” romanının müzakirəsi keçiriləcək

    İyulun 19-da saat 11-də AMEA-nın Ədəbiyyat İnstitutunda yazıçı-publisist Yunus Oğuzun “Ovçu” romanının müzakirəsi keçiriləcək. (Ünvan: Hüseyn Cavid prospekti 115)

    Tədbirdə tanınmış alimlər, ədəbi və ictimai xadimlər iştirak edəcəklər. Xatırladaq ki, Yunus Oğuz bir çox tarixi romanların müəllifidir. “Ovçu” adlı tarixi roman 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub. Müəllif Aprel döyüşlərinin qəhrəmanı olmuş Murad Mirzəyevin ədəbi obrazını əks etdirib. Əsər Vətəni qorumaq borcunu məsuliyyət və ləyaqətlə yerinə yetirmək ideyası üzərində qurulub.

    Mənbə: https://olaylar.az

  • “İyul hadisələri bizi Qarabağdan və xarici siyasətdən yayındırmağa hesablanmışdı”

    Yunus Oğuz: “Həbsxanalarda ciddi islah işləri aparmaq lazımdır”

    Artıq ölkədə xaos, anarxiya yaratmaq istəyənlərin cəhdi demək olar ki, puça çıxdı. Hazırda bu istiqamətdə ciddi araşdırmalar aparılır və cinayətdə şübhəli bilinənlər, onun bu və ya digər dərəcədə iştirakçıları istintaqa cəlb olunur. Bəs bundan sonra anoloji proseslərin yenidən təkrarlanmaması üçün nələr etmək, hansı addımlar atmaq lazımdır? Bu və digər suallarla yazıçı-publisist, “OLAYLAR” qəzeti və eyniadlı agentliyin rəhbəri Yunus Oğuzla söhbətləşdik.

    -Yunus bəy, artıq ölkədə xaos, anarxiya yaratmaq cəhdi iflasa uğradı və cinayətkarlar aşkar edilərək məsuliyyətə cəlb olunur. Proseslərə nəzər yetirdikdə hansı nəticəyə gəlmək olar, Sizcə Gəncə hadisələri nəyə hesablanmışdı?

    – Gəncə hadisələri daxili məsələni qabartmaqla ölkədə xaos yaratmaq, terror həyata keçirmək cəhdi ilə bizi Qarabağdan, eyni zamanda beynəlxalq aləmdəki gücümüzdən yayındırmağa hesablanmışdı. Bu 100 faiz belədir. Çünki bu gün Qarabağ məsələsində Azərbaycan dövləti kifayət qədər aktivləşib. Paralel olaraq beynəlxalq aləmdə nüfuzu artıb. Gəncə hadisələri baş verən müddətə qədər cərəyan edən proseslərə diqqət edək. Belə ki, TAP və TANAP-la bağlı mühüm toplantılar keçirildi. Bundan sonra Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmalı idi və məlum olduğu kimi Cənab Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı həmin sənəd də imzalandı. Yəni bütün bunların fonunda daxildə terrora cəhd, xaos yaratmağa yönəlik hərəkətlər etməklə fikrimizi Qarabağdan yayındırmaq, ölkəmizin inkişafını ləngitmək məqsədi daşıyırdı. Sevindirici hal ondan obarətdir ki, buna nail ola bilmədilər. Artıq bəzi ölkələr də açıq şəkildə bəyan etdilər ki, ölkədə xaos anarxiya yaradılmasına yönəlik cəhdlərdə onların əli yoxdur. Ancaq hamı da bilir ki, bu planın hansı ölkədə hazırlanmasından asılı olmayaraq həmin ölkənin təhlükəsizlik qurumları ən azı bunun qarşısını ala bilərdilər. İstər şimal, istər cənub qonşularımız olsun, istərsə də Qərb, fərq etməz. Odur ki, düşünürəm ki, bu məsələ Qarabağ problemi ilə bağlı idi. Bildiyiniz kimi Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı keçirilən möhtəşəm paraddan sonra sərhəd bölgəsində 20 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər başladı. Buna qədər isə Naxçıvan Muxtar Respublikasında qazandığımız Günnüt zəfəri oldu və gördülər ki, Azərbaycan Qarabağ məsələsində kifayət qədər aktivdir. Ona görə də daxildə terrorizm məsələsini qabartmaq, ona cəhd göstərməklə həm Azərbaycanın Qarabağ məsələsinə atdığı addımlara, nümayiş etdirdiyi aktivliyə mane olmağa, həm də xarici siyasət sahəsinə bir qədər az diqqət ayrılmasına çalışırdılar. Çox şükürlər olsun ki, bu da baş tutmadı. Digər tərəfdən Azərbaycanda xaos, anarxiya yaratmaq istəyinin arxasında dayanan amillərdən biri də xarici ölkələrdən bura gələn turistlərin axınının çoxalması idi. Belə bir fikir formalaşdırmağa çalışırdılar ki, Azərbaycan sabit, stabil ölkə deyil, burada istənilən vaxt terror aktı həyata keçirilə bilər. Göründüyü kimi bunu da bacarmadılar. Hardasa nəsə etmək istəsələr də, dərhal onun qarşısı alındı. Məsələn, Gəncə hadisələrindən sonra sosial şəbəkələrdə Sumqayıtda xaos, anarxiya yaratmağa yönəlik çağırışlar edildi və onlarla şəxs bu işdə şübhəli bilinərək istintaqa cəlb edildi. Bütün bunları nəzərə alaraq onu deyə bilərik ki, Azərbaycan bu məsələdən kifayət qədər uduşlu çıxdı. Ona görə uduşlu çıxdı ki, bir daha xalq dövlətinin yanında olduğunu sübuta yetirdi. Yəni, xalq istəyir ki, dövlətimiz sabit, stabil şəraitdə kifayət qədər inkişaf etsin. Ola bilsin ki, zaman-zaman hansısa xırda problemlər, iqtisadi məsələlər yarana bilər. Ancaq bütün bunlara baxmayaraq xalq yenə də iqtidara dəstək nümayiş etdirəcək. Necə ki, son Gəncə hadisələri zamanı biz bunun əyani şahidi olduq ki, xalq öz sözünü deyərək dövlətinin, Prezidentinin yanında oldu. Bu çox vacib bir məsələdir. Baş verən hadisələr fonunda ölkəmizdə xaos, anarxiya yaradılmasını istəyən, onun təbliğatını aparan bir sıra saytlar, elektron informasiya vasitələrinin adları da cəmiyyətə məlum oldu. Düzdür, həmin saytlar sabah öz adlarını dəyişib başqa bir ad altında da fəaliyyət göstərə və yenidən Azərbaycana qarşı kampaniya apara bilərlər. Ancaq əsas məsələ ondan ibarətdir ki, baş verən hadisələr fonunda dövlətimiz, öncədən gələn təhlükələri gördü. Hətta ölkədə prezident seçkilərinin keçirilməsi də bir qədər irəli çəkildi və aprel ayında baş tutdu. Bütün bunları etməklə dövlət gözlənilən təhlükə və təhdidlərin qarşısını aldı. Artıq düşmən də başa düşdü ki, Azərbaycanda bu kimi məkrli planların reallaşması mümkün deyil. Eyni zamanda iyulun 3-dən 10-dək hay-həşir salan, insanlar arasında təxribat yaradan saytlar da artıq susublar. Bu susqunluq da o deməkdir ki, artıq məğlub oldular. Susqunluqla məğlubiyyətlərini etiraf etdilər ki, Azərbaycan banan ölkəsi deyil. Yaxud 5 nəfərlə durub hakimiyyəti devirmək, ölkədə xaos, anarxiya yaratmaq mümkün deyil. Artıq Azərbaycan oturuşmuş dövlət psixologiyasına malikdir.

    -Gəncə hadisələrinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Brüssel səfəri ərəfəsinə təsadüf etməsi onu deməyə əsas verirmi ki, Gəncə hadisələrinin bir hədəfi də ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmaq idi?

    -Birmənalı şəkildə belədir. Təsəvvür edin, artıq borulara qaz yığılır. Paralel olaraq Beynəlxalq Valyuta Fondu elan edir ki, TAP-ın çəkilişi üçün əlavə 500 milyon dollar ayırır. Yəni Azərbaycan stabil tərəfdaşdır və bura investisiya qoymaq olar. Xaos, anarxiya da yaratmaqla Azərbaycanı həmin investisiyadan qaçırtmaq istəyirdilər ki, istər Beynəlxalq Valyuta Fondu, istərsə də digər bu kimi maliyyə qurumları Azərbaycana investisiya yatırmaq barədə düşünməsinlər. Bir başqa məqama diqqət çəkək. Yəni, hər kəs bilirdi ki, iyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək və həmin tarixdə də məlum hadisələr törədildi. Yəni bütün bunlar təsadüfi deyildi, uzun müddət üzərində işlənilmilş bir plan idi. Qeyd etdiyim kimi əsas məqsəd də diqqəti daxilə yönəltməklə Azərbaycanı beynəlxalq aləmdən və Qarabağ məsələsində aktiv rol oynamasından təcrid etmək idi.
    -Azərbaycan Prezidentinin Brüsseldə Avropa İttifaqı ilə paraflanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənədi imzalaması xarici siyasət baxımından nə dərəcədə əhəmiyyətlidir? Bu rəsmi Bakının həm Rusiya, həm də Qərb, Avropa ilə normal, qarşılıqlı faydalı şəkildə əməkdaşlıq etdiyinin göstəricisi deyilmi?

    -Azərbaycan zamanında bəyan edib ki, biz ikitərəfli əməkdaşlığa üstünlük veririk. Bu istər Rusiya olsun. Istər Avropa İttifaqı, istərsə də NATO. Bildiyiniz kimi NATO-nun Şərqə doğru geişlənməsi planı var. Bu əməkdaşlıq da həmin prinsip çərçivəsində həyata keçirilir. Paralel olaraq Rusiya, İran və digər ölkələrlə də əməkdaşlıq ikitərəfli formada inkişaf etdirilir. Məsələn, Birləşmiş Ştatlar uzun illərdir İrana qarşı mübarizə aparır. Lakin Azərbaycan İranla ikitərəfli formada əməkdaşlıq etdiyi üçün cənub qonşumuzla münasibətləri pozmur. Eyni ilə Rusiya ilə bunu deyə bilərik. Digər ölkələr də bunu normal qarşılayır. Əgər Azərbaycanın bu mövqeyi normal qarşılanmasaydı, TAP, TANAP və digər layihələrimiz barədə müsbət fikirdə olmazdılar, bu qədər rezonans doğurmazdı. Bəlkə də TAP və TANAP-ın bu qədər rezonans doğurması kimlərinsə xoşuna gəlməyib ki, bu hadisələri törədiblər. İnsanlar başa düşmürlər ki, bu hadisələri 5-10 nəfərlə həyata keçirmək olmur. Təbii ki, təzyiq vasitəsidir. Onu da deyim ki, heç bir siyasi müxalifət onlara dəstək vermədi. Hansı ki, bəzi siyasi müxalifətin belə bir hadisənin baş verməsi ürəyincə idi. Ancaq heç səsləri də çıxmadı. Görünür hadisələrin inkişafını gözləyirdilər.

    -Maraqlıdır ki, onlar tərəfindən Gəncə hadisələrini pisləyən bəyanat da verilmədi

    -Və təqdir edilən bəyanat da verilmədi. Ancaq ayrı-ayrı siyasi fərdlər ayrı-ayrı adamlar adı altında mesajlar verirdilər ki, fəal olun. Ancaq cinayətin qarşısı alındıqdan sonra onlar da susdular.

    -Yunus bəy, sizcə bundan sonra nə etmək və hansı addımları atmaq lazımdır?

    -Düşünürəm ki, bundan sonra ölkənin güc strukturları tərəfindən araşdırmaları gücləndirmək lazımdır. Xaricdə müxtəlif adlar altında Azərbaycana qarşı fəaliyyət göstərən saytlar barədə isə Xarici İşlər Nazirliyi araşdırma aparmalıdır. Məsələn, bu gün biz hansısa bir Avropa ölkəsi barədə yazsaq ki, dağılmalıdır, orada terror törədilməlidir, dərhal həmin ölkə saytımızda gedən həmin materiala görə Azərbaycana nota verər. Azərbaycan Xarici İşlər Nazirliyi də bu işi görməlidir. Daxildə isə ölkənin güc strukturları, Azərbaycan Mətbuat Şurası və digər müvafiq qurumlar araşdırma aparmalıdır ki, hansı sayt və ya elektron media vasitəsi terrora, insanların kütləvi qırğınına, məmurlara qarşı silahlı hücuma yönəlik çağırışlar edir. Mütləq onları araşdırıb tapmaq və ölçü götürmək lazımdır. Bir məsələyə də diqqət çəkmək istərdim. Düşünürəm ki, biz dövlət, hökumət olaraq həbsxanalarla çox zəif işləyirik. Faktiki olaraq həbsxanalarda həmin təbliğat gedir. Deməli Penitensiar Sistemdə boşluq var. İnsanları törətdikləri cinayətə görə məsuliyyətə cəlb edib həbsxanaya atmaqla iş bitmir. Cinayətkar həbsxanada islah olunmalıdır. Terror cəhdi edən birini həbsxanaya salırlar, o da gedib həbsxanada daha 4-5 nəfəri öz ətrafına cəlb edir, orada təbliğat aparır. Deməli artıq o, islah olunmalıdır. Düşünürəm ki, toyuq və ya dana oğrusu ilə terror aktına cəhd edən birini eyni həbsxanaya, hücrəyə salmaq olmaz. Ona görə də həbsxanalarda ciddi islahat aparmaq lazımdır. Həbsxanadan çıxan şəxs yenidən terrora əl atırsa, deməli o islah olunmayıb. Əyani şahidi olduq ki, Gəncə hadisələrində iştirakçı olan və hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilənlərdən biri məhz vaxtı ilə həbsxana həyatı yaşayıb. Məgər, o həbsxanada islah olunmuşdu? Əlbəttə ki, yox. Deməli həbsxanalarda ciddi islah işləri aparmaq lazımdır.

    Süleyman

    Mənbə: https://olaylar.az

  • Qətl, terror məhz polis zabitlərinə tuşlanmışdı-MÜSAHİBƏ

    Yunus Oğuz: “Həm Mingəçevir İES-də baş verən hadisə, həm Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı silahlı hücum, həm də bu şəhərdə olan son hadisələr bir zəncirin həlqələridir”

    Artıq Gəncədə hadisələr öz məcrasına dönüb həyat normal axarla davam etsə də, bu şəhərin timsalında Azərbaycanda xaos, anarxiya yaratmaq istəyənlərin başlıca məqsədlərinin nədən ibarət olması barədə hələ də müzakirələr, təhlillər aparılır. Xüsusilə, bir qrup şəxsin din pərdəsi adı altında etiraz bildirməsi belə bir rəy formalaşdırıb ki, bu hadisələrdə din faktoru var və əsas məqsəd Azərbaycanda mövcud olan dini dözümlülük, tolerantlıq barədə mənfi rəy formalaşdırmaq, ölkəni gözdən salmaqdır. Elə yazıçı-publisist, “OLAYLAR” İnformasiya Agentliyi və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuz da bu qənaətdədir.

    -Məlum olduğu kimi 2016-cı ildə Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ildə isə “İslam Hərməyliyi İli” elan olunub. 2018-ci ildə isə Naxçıvan Muxtar Respublikası İslam Mədəniyyətinin paytaxtı elan edilib. Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyidir və biz bunu geniş, möhtəşəm şəkildə qeyd etdik. Bir dövlətin 100 illiyini qeyd etmək sıradan bir hadisə deyil və hər dövlət özünün 100 illiyini qeyd edə bilmir. Ona görə də Cümhuriyyəti də gözü götürməyənlər var. Həm bu amil, həm də 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, ölkədə multikulturalizm və dini dözümlülüyün geniş təbliğ edilməsi təbii ki, bir çoxlarını qane etmirdi. Bütün bunların hamısına diqqət etdikdə, analiz aparanda görürsən ki, baş verən son hadisələr məhz yuxarıda qeyd etdiyimiz amillərə zərbə vurmaq, kölgə salmaq üçün hesablanmış çeylərdir.

    -Baş verən hadisələr bir sıra elektron KİV-lər, xüsusilə xarici dairələrin qrantları hesabına fəaliyyət göstərən saytlarda tamamilə fərqli formada təqdim edildi. Belə ki, Nuraz.com , Abna.com, Aran.news, Qafqaz.ir, Rasthaber.com, Ru-clip.ru və s. bu kimi saytlarda açıq şəkildə Azərbaycana qarşı kampaniya aparılması müşahidə edildi. Sizcə həmin saytların fəaliyyətində, onların Azərbaycana qarşı kampaniya aparmasında xarici dairələrin rolu nə dərəcədədir?

    -Təbii, baş verən proseslər və ona bəzi elektron KİV-lərdə olan münasibət belə bir fikir formalaşdırır ki, xaricdə xüsusi olaraq yaradılan saytlar var ki, onların əsas fəaliyyəti Azərbaycana qarşı kampaniya aparmaqdır. Azərbaycan adı, yaxud hansısa bir azərbaycanlının adı ilə qeydiyyatdan keçirilir. Yaxud Azərbaycandan gedib xarici ölkələrdə yaşamağı üstün tutan bəziləri öz adlarına 4-5 sayt qeydiyyata keçirirlər və pul, maddi yardım qarşılığında həmin xarici qüvvələrlə işləməyə başlayırlar. Təbii ki, onlar Vətəni satıb, onu atıb getdikləri üçün ölkəmizə qarşı da bütün fəaliyyətlərdə iştirak etməyi qəbul edirlər. Nəticə etibarilə Azərbaycanı gözdən salmaq prosesi gedir. Bu fəaliyyətdə ondan ibarətdir ki, guya Azərbaycanda dini tolerantlıq qorunmur, “İslam Həmrəyliyi İli” boş şeydir, ölkədə dini radikalizm var. Bununla da Cümhuriyyəti, dövləti gözdən salmağa çalışırlar. Xüsusilə də, bu kimi fəaliyyətlərlə xarici turistlərin Azərbaycana gəlməsi, burada asudə vaxt keçirmələrinə mane olmağa cəhd göstərirlər. Çünki ildən-ilə xarici turistlərin Azərbaycana axını artır. Əvəllər turistlər ancaq Bakıya gəlirdilərsə, artıq onlar regionlara, bölgələrə də üz tuturlar. Həmçinin mühüm beynəlxalq tədbirlərin bölgələrdə keçirilməsi də Azərbaycana olan marağı artırır. Məsələn, Şəkidə, Gəncədə, Qəbələdə, Naxçıvanın özündə belə mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlər keçirilir ki, nəticə etibarilə ölkəmizə səfər etmək arzusunda olanların sayı çoxalır. Çünki insanlar Azərbaycana gəldikdə burada sabitlik, stabillik görürlər. Təbii ki, bütün bunların hamısı qıcıq yaradır ki, Azərbaycanı tutduğu yoldan yayındırsınlar. Hətta həmin qüvvələr ermənilərin də köməkliyi ilə bu istiqamətdə işləyirlər. Məlumdur ki, hazırda Dağlıq Qarabağ problemi ciddi gündəmdədir. Ötən gün Brüsseldə, Avropa İttifaqı ilə Dağlıq Qarabağ problemi barədə memorandum imzalandı. Bu gün Azərbaycan artıq həm siyasi və iqtisadi, həm də hərbi cəhətdən regionun ən nüfuzlu, güclü dövlətinə çevrilib. Bunun qarşısını almaq üçünsə ölkədə iğtişaşlar yaratmaq, təxribat törətmək, silahlı hücumlar təşkil etmək, polis zabitlərimizi qətlə yetirmək kimi ssenarilər hazırlanıb. Baş verən hadisələrə diqqət etdikdə ortaya maraqlı sual çıxır. Niyə məhz iki yüksək rütbəli zabit qətlə yetirildi. Zabitlərdən öndə təbii ki, sıravi polis əməkdaşları, serjantlar da olub. Təbii ki, mən onların da qətlə yetirilməsinin tərəfdarı deyiləm. Fakt odur ki. qətl, terror məhz polis zabitlərinə doğru tuşlanmışdı və bununla da belə fikir yatatmaq istəyirdilər ki, Azərbaycan dövləti zabitini belə qoruya bilmir. Əslində isə dövlət yenə də dözümlülük göstərdi. Çünki xaos, anarxiya yaratmaq istəyənlərin qarşısına polislər silahla da çıxa bilərdirlər. Baxmayaraq ki, Daxili Qoşunların da əməkdaşları Gəncədə idi. Amma polis öz xalqına, öz soydaşına qarşı silah işlətməyəcəkdi ki. Onlar da bundan istifadə etdilər. Düşünürəm ki, bu terror aktı uzun müddət hazırlanan bir ssenari idi və o da iflasa uğradı. Fakt odur ki, Azərbaycan xalqı sabitlik istəyir. Azərbaycan xalqı gözəl bilir ki, istənilən halda başıpozuqluq xaos yradacaq, ölkə Liviya, Tunis, Suriyanın vəziyyətinə düşəcək. Bu gün Suriyada, Tunisdə demək olar ki, adam qalmayıb və onlar xaos, anarxiyadan başlarınıə götürüb qaçırlar. Azərbaycanda da bunu etməklə müəyyən qüvvələr istəyirdilər ki, təzyiq vasitəsilə bizdən müəyyən pay alsınlar. Xüsusilə, qaz payı əldə etsinlər və istənilən qərarı zorla bizə diqtə etsinlər. Ancaq Azərbaycan dövləti hır zaman olduğu kimi bu dəfə də özü söz sahibi oldu, sözünü dedi. Düşünürəm ki, düzgün addım atılıb və xaos, anarxiya yaratmaq istəyənlər zərərsizləşdirilib. Bundan sonra istənilən bu kimi cəhdin qarşısı qətiyyətlə alınmalıdır. Əsas odur ki, Azərbaycan xalqı xaos, anarxiya, vətəndaş müharibəsi istəmir.

    -Son proseslərə diqqət etsək, belə qənaətə gəlmək olarmı ki, bir neçə gün əvvəl enerji sistemində baş vermiş məlum hadisə də əslində əvvəlcədən hazırlanmış təxribatların tərkib hissəsi idi?

    -Hesab edirəm ki, həm Mingəçevir İES-də baş verən hadisə, həm Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı silahlı hücum, həm də bu şəhərdə olan son hadisələr bir zəncirin həlqələridir. Yəni bütün bunlar qabaqcadan hazırlanmışdı. Düşünmürəm ki, Mingəçevir İES-də baş verənlər təsadüfi idi. Yaxud düşünmürəm ki, Gəncədə bir-birinin ardınca cərəyan edən proseslər təsadüfən oldu.

    -Bəs, Azərbaycana qarşı kampaniya aparan həmin saytlara qarşı hansı addımlar atılmalıdır?

    -Hesab edirəm ki, Azərbaycana qarşı kampaniya aparan həmin saytlar müəyyən edilməli, onların hansı ölkədə fəaliyyət göstərdiyi dəqiqləşdirilərək həmin ölkələrə də nota verilməlidir. Xarici İşlər Nazirliyi də bu sahədə digər qurumlarla bərabər ciddi işləməlidir. Fərq etməz, istər Avropa ölkələri. Istər şimal və ya cənub qonşumuz olsun, müəyyən edilib onlara nota verilməlidir. Əgər Ermənistanda oturub Azərbaycan adı ilə saytlar işlədirlərsə bu daha pis.

    -Yunus bəy, bu kimi hallarda bir sıra ölkələrdə sosial şəbəkələrə məhdudiyyət qoyulur. Bizdə də bunu tətbiq etmək mümkündürmü?

    -Əslində bizdə də həmin məhdudiyyət var. Yaxud facebbok, tvitterə şikayət edildikdə onların fəaliyyəti bloklanır. Hesab edirəm ki, bunu etmək lazımdır və təxribatların qarşısını almaq lazımdır. Məgər biz öz KİV-lərimiz, saytlarımız vasitəsilə hansısa ölkəyə qarşı təxribat həyata keçiririk?

    -Bəs onların cəmiyyətə təsir gücü nə dərəcədədir?

    -Əslində onların cəmiyyətə təsir gücünü gördünüz. Fakt odur ki, Azərbaycanda 30-40 nəfərlik mütəşəkkil cinayətkar dəstəyə heç kim dəstək vermədi. Yaxud Mingəçevir İES-də baş verən qəza zamanı kim ayağa qalxdı. Təbii ki, heç kim. Baxmayaraq bəzi ərazilərdə insanlar 2 gün qaranlıqda qaldı. Dövlətimizin inkişafı, sabitlik üçün 5 gün də qaranlıqda qalmaq olar. Əsas odur ki, Azərbaycan əhalisi bütövlükdə xaos istəmir. Əksinə sabitlik, dövlətinin inkişafını istəyir.

    Süleyman

    Mənbə: https://olaylar.az

  • Azərbaycan Yazıçılar Birliyinin iyulun 10-da Gəncədə baş vermiş hadisələrlə bağlı bəyanatı

    2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş iğtişaş və öz vəzifə borclarını yerinə yetirən polis zabitlərimizin qətlə yetirilməsi Azərbaycan dövlətçiliyinə zərbə vurmağa, ölkəmizdəki əmin-amanlığı pozmağa cəhd edən bədxah və cinayətkar qüvvələrin çirkin niyyətlərinin nəticəsidir.

    Bu yolverilməz cəhdlər, cinayətkar əməllər bütün ölkə ictimaiyyətində olduğu kimi Azərbaycan yazıçı və şairlərində də kəskin hiddət doğurmuşdur. Ölkə ədiblərinin qəti mövqeyi belədir ki, bütün bunlar Azərbaycan dövlətinə, xalqımıza qarşı törədilmiş ağır cinayətlərdir və qanunun tam qüvvəsilə cəzasını almalıdır.

    Baş verən təxribatları pisləyir, təxribatçıları lənətləyir, xidmət zamanı həlak olan polislərimizə Allahdan rəhmət diləyir, xalqımıza başsağlığa verir, vətəndaşlarımızı səbr və təmkin nümayiş etdirməyə, dövlətçiliyimizi daha fəal dəstəkləməyə çağırırıq. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi olaraq, hər cür daxili və xarici təhlükələrə qarşı dövlətimizin yanında olduğumuzu, ölkə rəhbərliyinin məqsədyönlü siyasətini qətiyyətlə dəstəklədiyimizi bəyan edirik.

    Azərbaycan Yazıçılar Birliyi
    Mənbə: https://ayb.az

  • İtaliya Prezidentinin qızı Laura Mattarella Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış olub

    Azərbaycanda rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın qızı Laura Mattarella iyulun 18-də Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış olub.

    AZƏRTAC xəbər verir ki, qonaq əvvəlcə qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxdı.

    Məlumat verildi ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə daş dövründən son orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələrini müasir azərbaycanlıların ulu əcdadları min illər ərzində yaradıblar. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

    Qeyd edilib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

    İtaliyalı qonağın diqqətinə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

    Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan Laura Mattarella ərazidə aparılmış tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıb.

    Qonaq Qobustan Milli Tarixi-Bədii Qoruğundan xoş təəssüratla ayrılıb.

    Mənbə: https://azertag.az

  • “Atəşgah məbədi” ilə tanışlıq İtaliya Prezidentinin qızı Laura Mattarellada xoş təəssüratlar yaradıb

    Azərbaycanda rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın qızı Laura Mattarella iyulun 18-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub.

    AZƏRTAC xəbər verir ki, məbədlə tanışlıq zamanı qonağa bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.

    Diqqətə çatdırıldı ki, XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.

    Məlumat verildi ki, 2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədinin qapıları yenidən ziyarətçilər üçün açıqdır və dünyanın hər yerindən turistləri cəlb edir.

    Qonaq “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan xoş təəssüratla ayrıldı.

    Mənbə: https://azertag.az

  • Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub

    Göygöl rayonunda Turistik Məlumat İdarəetmə Sisteminin açılış mərasimi olub.

    Göygöl Regional Muzeyində gerçəkləşən tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab və Berlin Humbolt Universitetinin professoru xanım Eva Maria Aux iştirak ediblər.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Göygöldə səyahət-yol nişanları sistemimin yaradılması istiqamətində göstərdikləri xoşməramlı fəaliyyətə görə Almaniyanın Azərbaycandakı səfirliyinə öz minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan və alman xalqları hələ iki əsr öncə sülh və dostluq şəraitində birgəyaşamın modelini yaradaraq, ümumbəşəri tolerantlıq anlayışına töhfələr veriblər: “200 il əvvəl Şərqə, Cənubi Qafqaza üz tutmuş alman icmasının ölkəmizdəki tarixi-mədəni izlərinin qorunub saxlanılması və tanıdılması məqsədilə Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bir sıra işlər həyata keçirilib. Bu gün multikultural mədəni irsimizin önəmli bir hissəsi kimi Azərbaycandakı alman izlərinin qorunub saxlanılması və təbliği istiqamətində növbəti uğurlu addım atılır”.

    Nazir müavini Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli Sərəncamını xatırladıb. Bildirib ki, Sərəncamın icrası ilə əlaqədar çoxsaylı tədbirlər gerçəkləşib. O cümlədən Göygöl şəhərində alman icmasının sonuncu nümayəndəsi olmuş Viktor Klayının yaşadığı evdə muzey təşkil edilib, muzeyin sahəsi genişləndirilib, bərpa və konservasiya işləri həyata keçirilib. Eyni zamanda Forerlərin yaşadığı evdə Göygöl Tarix-Diyarşünaslıq muzeyi təşkil olunub, bərpa-konservasiya və tərtibat işləri görülüb. Yubileylə əlaqədar sərgilər açılıb. Həmçinin Cənubi Qafqazda alman icmasının məskunlaşmasının (1817) 200 illiyi Azərbaycan, Gürcüstan və Almaniyanın birgə təşəbbüsü ilə UNESCO-nun yubileylər proqramına salınıb, UNESCO səviyyəsində də tədbirlər keçirilib.

    Rafiq Bayramov sonda bir daha qarşılıqlı maraq və birgə səylər nəticəsində iki ölkə arasında mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib.

    Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Azərbaycanda alman mədəni irsinə göstərilən diqqət və qayğıdan danışıb. Turistik Məlumat İdarəetmə Sisteminin açılışının əhəmiyyətindən danışan səfir bildirib ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də möhkəm əlaqələr var. Bu münasibətlərin daha da gücləndirilməsi istiqamətində görülən işlərin davam etdiriləcəyi vurğulanıb.

    Rayon icra hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək bildirib ki, iki dövlət arasındakı tarixi dostluq ənənələrinin davam etdirilməsi nəticəsində almanların Azərbaycandakı evləri, Bakı, Göygöl və Şəmkirdəki lüteran kilsələri, digər alman memarlıq nümunələri olan tikililəri qorunub saxlanmaqdadır.

    Daha sonra Almaniya Xarici İşlər Nazirliyinin mədəniyyətin qorunması proqramı əsasında Göygöl şəhərinin tarixini turistik olaraq cəlbedici etmək üçün hazırlanmış yol nişanları, məlumat lövhələri və stendlərin qurulması konseptinə baxış olub.

    İdarəetmə sisteminin xanım Eva Maria Aux tərəfindən təqdimatından sonra seçilmiş lövhə və stendlərin açılışı ilə əlaqədar gəzinti təşkil edilib.

    Daha sonra Göygöl şəhərindəki lüteran kilsəsində “Azərbaycan memarlığında alman irsi” kitabının təqdimatı keçirilib. Müəllif Elçin Əliyev tərəfindən imzalanmış kitablar qonaqlara kitablar hədiyyə edilib.

    Qeyd edək ki, iki əsr əvvəl Azərbaycana gələn almanlar Helenendorf koloniyasını (indiki Göygöl şəhəri) yaradıblar. Sonralar alman icması daha da böyüyüb və yeni yaşayış məskənləri salıblar. 1941-ci ilin avqustunda Stalin rejiminin qərarı ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycan SSR ərazisində yaşayan alman vətəndaşlar Mərkəzi Asiyaya sürgün olunub.

    Mənbə: https://azertag.az

  • Anna Netrebko və Yusif Eyvazov Baden-Baden opera evində çıxış edəcəklər

    Rusiyanın Xalq Artisti Anna Netrebko və Azərbaycanın Xalq Artisti Yusif Eyvazov Baden-Baden opera evində (Festspielhaus Baden-Baden) çıxış edəcək.

    AZƏRTAC Baden-Baden opera evinin saytına istinadla xəbər verir ki, iyulun 20-də və 23-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının kollektivinin qastrolu çərçivəsində Françesko Çileanın “Adriana Lekuvryor” operasının premyerası olacaq. Səhnə əsərində Adriana Lekuvryorun partiyasını Anna Netrebko, Mauritsionun partiyasını isə Yusif Eyvazov ifa edəcək.

    Operanın Mariya Teatrında premyerası 2017-ci ilin iyun ayında olub.

    Dünya operasının ulduzu A.Netrebko yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş olunub.

    Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabında yer alıb.

    Mənbə: https://azertag.az

  • Balaca rəqqaslarımız “Qızıl ulduz” rəqs yarışmasında iştirak edib

    Gürcüstanın Batumi şəhərində keçirilən “Qızıl ulduz” yarışmasında Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizdən bir neçə qrup iştirak edib.

    Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, artıq 3 ildir təşkil olunan müsabiqəyə güclü kollektivlər qatılır. Yarışmada Azərbaycanın “Buta” rəqs ansamblı, “Aysel” və “Sevinc” rəqs qrupları təmsil ediblər.

    Balaca rəqqaslarımız vətənə diplomlarla dönüblər.

    Mənbə: https://azertag.az

  • Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümü uğurla başa vurub


    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90-cı mövsümü repertuar tamaşalarının nümayişi ilə yanaşı, yaradıcılıq planına uyğun olaraq hazırlanmış yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivalları və müsabiqələrdən uğurlu nəticələr ilə yaddaqalan olub. Kollektiv mövsüm müddətində 10-dan çox beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edib, bir beynəlxalq layihəyə imza atıb. Həmçinin məktəblilər və böyüklər üçün ümumilikdə 12 yeni tamaşa hazırlayaraq teatrsevərlərin ixtiyarına verib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində ölkə başçısının Sərəncamı ilə bir qrup mədəniyyət xadimlərinə fəxri adlar verilib və sevindirici haldır ki, onların sırasında Gənc Tamaşaçılar Teatrının aktyorları da yer alıb.

    Sənət ocağının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatr özünün 90-cı mövsümünə uşaqlar üçün “Çipollino” və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə yekun vurub.

    Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar Artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Həmid Kazımzadə, tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşviq Əliyevdir. Rolları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Günel Məmmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova və başqaları ifa ediblər.

    Mənbə: https://azertag.az

  • Pantomima Teatrı mövsümə “İt gəzdirən xanım” tamaşası ilə yekun vurub

    Azərbaycan Dövlət Pantomima Teatrı mövsümə A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış tamaşa ilə yekun vurub. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Leyla Atayevanın quruluşunda izlənilən səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq Artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Tamaşada rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib.

    Mənbə: https://azertag.az

  • Tanınmış rəssam ölkəmizi beynəlxalq qurumda təmsil edib


    Moskvada Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının üç günlük konfransı keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Günay Mehdizadə təmsil edib.

    YEAKOP baş direktoru, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov bildirib ki, Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasında Avrasiya İqtisadi İttifaqı və MDB çərçivəsində təmsil olunan dövlətlərinin müəllif hüquqları sahəsi üzrə ixtisaslaşan ziyalı insanlarla yanaşı, aparıcı milli cəmiyyətlər də təmsil olunmaq iqtidarındadır.

    Onun sözlərinə görə, təşkilatda Xalq yazıçıları Çingiz Abdullayev, Anar, Fikrət Qoca kimi ziyalılarla yanaşı, tanınmış Azərbaycan bəstəkarlarının da adı yer alır: “Təşkilat yalnız üzvlərdən deyil, eyni zamanda, prezidiumdan ibarətdir ki, bu da səs çoxluğu ilə müəyyən olunur. Həmin prezidiumda isə əsasən aktiv və daima inkişafa meyilli olan insanların cəlb olunmasına üstünlük verilir. Tanınmış rəssam Günay Mehdizadə isə gənc nəslin nümayəndəsi kimi olduqca aktiv və inkişafa meyillidir. Belə insanların Azərbaycanı istənilən qurumda təmsil edə bilməsi hər baxımdan perspektivlidir”.

    Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi isə bildirib ki, Türkiyənin də müşahidəçi statusunda iştirak etdiyi bu toplantıda Azərbaycanın bir təmsilçisinin də beynəlxalq bir təşkilatda olması, eləcə də Günay Mehdizadənin YEAKOP idarə üzvlüyünə seçilməsi, Azərbaycanın və türk dünyasının qələbəsidir: “Günümüzdə internet vasitəsilə ən çox əməyi oğurlanan yaradıcı insanlardır. Mədəniyyət qurumları olaraq texnoloji vasitələrdən, müasir üsullardan istifadə edərək müəllif hüquqlarını qorumalıyıq. Sənəti və mədəniyyəti, xüsusən də gənclərin ən çox istifadə etdiyi internetdən təbliğ etməliyik. Günay xanım müasir fikirləri olan bir sənətçidir, buna görə də ondan mədəniyyət sahəsində daha böyük, yaradıcı işlər gözləyirik və buna ümid edirik”.

    Günay Mehdizadə konfransda hər kəsin yekdilliklə ona səs verməsi ilə bağlı məmnunluğunu ifadə edib O deyib: “Qəlbi Azərbaycanla döyünən hər bir sənətçi həmkarlarımın adının beynəlxalq təşkilatlarda çəkilməsini ölkəmizin sevinci kimi qəbul edirəm. Rəsm əsərlərimin beynəlxalq məkanda müxtəlif ölkələrin sənətşünasları və bu sahənin təmsilçiləri tərəfindən qəbul olunaraq maraqla qarşılanması, təbii ki, böyük sevincdir. İnanıram ki, Azərbaycan mədəniyyəti adına daha böyük uğurları Vətənimə və xalqıma bəxş edə biləcəyəm”.

    Mənbə: https://azertag.az

  • Bənzərsiz aktyorluq istedadı, gözəl ifa tərzi və sənətə hədsiz məhəbbət

    Xalq Artisti Şahmar Ələkbərovun anadan olmasının 75 illiyi qeyd edilib

    Artıq neçə dəfədir ki, Şahmar Ələkbərovun yubileyini onsuz qeyd edirik. Amma buna baxmayaraq onun xatirəsinin işığına hər zaman yüzlərlə insan yığışır. Bu, bir daha onu göstərir ki, əsl sənətkarlar heç vaxt ölmür, onların qoyub getdiyi zəngin irs əbədiyaşardır.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri görkəmli kino aktyoru və kinorejissor, Xalq Artisti Şahmar Ələkbərovun 75 illiyinə həsr edilən tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev deyib.

    İyulun 17-də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Muzey Mərkəzində reallaşan tədbirdə C. Quliyev aktyorun sənət yolundan danışıb. Qeyd edib ki, Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Şahmar Ələkbərov fitri istedadı və zəhməti sayəsində səhnəyə yeniliklər gətirməklə öz üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı ekran əsərlərində böyük ustalıqla canlandırdığı müxtəlif xarakterli obrazlar barədə məlumat verən C.Quliyev deyib ki, onun çəkildiyi filmlər ölkə kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

    Tədbirdə Xalq Artisti Əminə Yusifqızı, Əməkdar Artist Elxan Qasımov və başqaları Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşüb, onun sənət dünyasından söz açıblar.

    Bildirilib ki, Ş. Ələkbərovla 1943-cü il avqustun 23-də Gəncədə dünyaya göz açıb. Cəmi 50 il yaşayıb. Amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yaza bilib.

    O, Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin “Lope de Veqa” tamaşasında çıxış edib. “Ustalar” tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərоv onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib. Şahmar Ələkbərov “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə “Ulduz” proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, “Molla Nəsrəddin” radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.

    Vurğulanıb ki, Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir.

    Bildirilib ki, ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar Ələkbərov. “Dağlarda döyüş”dən başlamışdı onun ilk aktyor karyerası. Şahmar Ələkbərovun yaratdığı Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar…”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.

    Şahmar Ələkbərovun elə qəhrəmanları var ki, onları xatırlamamaq mümkünsüzdür. “Yeddi oğul istərəm” filminə tamaşa edəndə hamımız Qəqəninin “Ölmə, Qəzənfər dayı, ölmə!” deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirik. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas olan keyfiyyət deyildi.

    Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi “İmtahan” filmi olub. Sonra “Sahilsiz gecə”ni çəkib. Şahmar Ələkbərovun ssenarisi əsasında ekranlaşdırılan “Qəzəlxan” filmi də uğurlu alınıb. Bu film Azərbaycanın görkəmli şairi Ə.Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır.

    Xalq Artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.

    Tədbirdə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılıb, çəkildiyi filmlərdən kadrlar nümayiş olunub.

    Mənbə: https://azertag.az

  • Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı

    Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Dünya Konfransı davam edir. Azərbaycan Mədəniyyət Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası tərəfindən təşkil edilən konfransda 500-dən çox mədəniyyət, incəsənət və elm xadimi iştirak edir. İyulun 16-da konfrans çərçivəsində türk xalqlarının mədəniyyəti ilə tanışlıq olub.

    AZƏRTAC xəbər verir ki, Bakı Musiqi Akademiyasının Opera Studiyasının konsert zalında TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edib. Diqqətə çatdırıb ki, 2008-ci ilin may ayından baş katibi olduğu TÜRKSOY-un bu yaxınlarda 25 illiyi qeyd olunub.

    D.Kaseinov türk xalqlarının musiqi ənənələri haqqında yığcam məlumat verib.

    Zəngin türk musiqi mədəniyyəti alimlərin diqqətini çoxdan bəri tədqiqat obyekti kimi cəlb edir. Tədqiqatçılar hər bir müasir türk mədəniyyətinin özünəməxsusluğu ilə yanaşı, onların genetik qohumluğu ilə də qarşılaşırlar. Lakin XX əsrdə türkdilli xalqların ənənəvi musiqi sənəti bir-birindən xeyli ayrılmış müxtəlif musiqi mədəniyyətləri təsirini bağışlayıb.

    Ərəb-müsəlman mədəniyyəti Türkiyə, Qafqaz və Mərkəzi Asiya türklərinə (türklərə, azərbaycanlılara, türkmənlərə, özbəklərə, habelə daha az dərəcədə qazaxlara və qırğızlara) böyük təsir göstərərək, onların musiqi mədəniyyətində muğamın yaranmasına və yayılmasına səbəb olub.

    Rusiyaya birləşmə və Sibir türklərinin bir hissəsinin (altaylar, xakaslar, yakutlar, şorlar, tofalar) xristianlaşdırılması da onların musiqi mədəniyyətinin gələcək inkişafına təsir göstərib. Hazırda müasir türk xalqlarının musiqi mədəniyyəti zəngin və rəngarəng səs materialına malikdir. Müasir türk xalqlarının qədim (İslamdan əvvəl, xristianlıqdan əvvəl və bütpərəstlikdən əvvəl), arxaik qatlarında yalnız bu mədəniyyətlərə xas olan vəhdət elementləri qorunub saxlanmaqda davam edir. Hərçənd sonrakı yüzilliklərdə bu mədəniyyətdə müəyyən dəyişikliklər baş verib.

    Tədbirdə tanınmış ifaçıların çıxışlarının yer aldığı videoçarxların nümayişi ilə yanaşı, canlı ifalar da olub. Qırğızıstan, Qazaxıstan, Türkiyə, Yakutiya və Azərbaycandan olan ifaçıların çıxışları maraqla qarşılanıb.

    D.Kaseinov hər bir çıxışı şərh edib, musiqi alətlərindən, epos qəhrəmanlarından, dünya sosiomədəni məkanında türk xalqlarının musiqi mədəniyyətinin mövqeyindən və rolundan danışıb.

    Mənbə: https://azertag.az

  • İstanbulda beynəlxalq uşaq geyimi sərgisi açılıb

    İstanbulda 35-ci Beynəlxalq uşaq geyimi və aksesuarlar sərgisi (İstanbul Kids Fashion) açılıb.

    AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, sərgidə dünyanın bir sıra ölkələrindən 200-ə yaxın aparıcı uşaq geyimi istehsalçılarının məhsulları təmsil olunub.

    İyulun 20-dək davam edəcək sərginin təşkilatçıları gözləyirlər ki, bu sərgiyə Türkiyədən və dünyanın 80 ölkəsindən beş minə yaxın insan tamaşa edəcək.

    “UBM ICC” şirkətinin nümayəndəsi Xədicə Dinçer “Anadolu” agentliyinə müsahibəsində deyib: “Sevindirici haldır ki, builki sərginin iştirakçısı olan şirkətlərin sayı artıb. Misir, Əlcəzair, Rusiya və Ukraynadan çoxsaylı şirkətlər İstanbul Kids Fashion sərgisində iştirak etmək arzusunu bildiriblər.

    X.Dinçerin sözlərinə görə Rusiya, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Ukrayna, Özbəkistan, Misir, Tunis, Səudiyyə Ərəbistanı, Əlcəzair, İordaniya, Mərakeş, habelə balkan və yaxın Şərq regionu ölkələrindən olan sahibkarlar bu sərgiyə xüsusi maraq göstəriblər.

    Uşaq geyimi istehsalçıları sərgidə 2018-ci ilin payız-qış kolleksiyasına aid modelləri təqdim edəcəklər.

  • Rusiyanın informasiya agentliyi Leyla Əliyevanın kitabı haqqında yazıb

    Rusiyanın “RİA Novosti” agentliyinin “Rossiya dlya vsex” portalı Azərbaycan Tərcümə Mərkəzinin beynəlxalq layihələri haqqında, yaxın günlərdə Londonda dərc edilmiş gənc Azərbaycan şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı haqqında material yerləşdirib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, məqalədə gənclərin Leyla Əliyevanın əsərlərinə marağından və kitabın nəşr edilməsi məqsədindən danışılıb.

    Məqalə ilə daha yaxından tanış olmaq istəyənlər https://azj.rus4all.ru/exclusive/20180703/728681157.html elektron ünvanına müraciət edə bilər.

    Mənbə: https://azertag.az

  • “YARAT”da yeni eksperimental tamaşa təqdim olunub

    “YARAT” Müasir İncəsənət Mərkəzində “Şağ” adlı eksperimental tamaşa nümayiş edilib.

    AZƏRTAC xəbər verir ki, tamaşa tanınmış yazıçı Sevinc Çılğının üç kiçik pyesi əsasında hazırlanıb. Burada bir-biri ilə əlaqəsi olmayan müxtəlif süjetlər arasında tamaşada iştirak edən aktyorlar tərəfindən bağlılıq yaradılır. Səhnə əsəri sərgi janrındadır və daha çox aksiya xarakterlidir. Aktyorların tamaşa zamanı oyunu poliqon platformasında təcrübədən keçirdikləri spontan aktyor texnikası əsasında qurulub. Tamaşanın özünə gəldikdə isə o, eyni zamanda, göstərilən bir neçə hadisədən ibarətdir. Səhnə əsərinin nümayişi zamanı seyrçilərin oturmağı nəzərdə tutulmayıb. Tam formatda interaktivliyə malik olan səhnə əsəri hər bir tamaşaçıya hadisələrin gedişatına müdaxilə etmək icazəsi verib. Tamaşa maraqla qarşılanıb.

    Mənbə: https://azertag.az

  • “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı uğurla davam edir

    Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” şüarı altında keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı davam edir.

    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 25-də Masallı rayonunda başlanan festivalın növbəti tədbiri Mingəçevir şəhərində təşkil edilib.

    Açılış mərasimində layihə barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, festivalda Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar Regional mədəniyyət idarələrinin hər birinin ekspozisiya çadırları qurulub, regionlar üzrə şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilir.

    Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından, “energetiklər şəhəri”nin mədəni potensialından söhbət açıb. Vurğulayıb ki, bu festival ölkəmizin bütün regionlarını əhatə etməklə mədəni zənginlik, xalq sənətkarlığı irsi və incəsənət nümunələri ilə tanış olmaq imkanı yaradır. Layihənin yay mövsümündə keçirilməsi, həmçinin yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə bilavasitə tanış olmaq fürsəti verir.

    Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, aşıqlar öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Şəhər sakinləri və qonaqlar bölgələrə aid mədəniyyət nümunələri, regionların tarixini və müasir görkəmini əks etdirən eksponatlarla maraqla tanış olublar.

    Festival barədə təəssüratlarını bölüşən Bərdə rayonundan Validə Nabatova qeyd edib ki, Mədəniyyət Nazirliyi bundan öncə də bölgələrin mədəni irsini təbliğ edən layihələr həyata keçirib: “Bölgələrdən-bölgələrə” festivalı hər kəsin ürəyincədir. Burada şəhər və rayonların maddi mədəniyyət nümunələri ilə tanış oluruq. Layihəni təşkil edənlərə minnətdarlığımı bildirirəm”.

    Mingəçevir İncəsənət məktəbinin direktoru Etibar Əliyev də tədbiri yüksək qiymətləndirib: “Festival şəhər və rayonlarımızın mədəni zənginliyinin nümayişidir. Görürsünüz, insanlar necə də həvəslə iştirak edirlər. Hər bir rayonun ekspozisiya sahəsi ilə maraqlanırlar. Çox gözəl və əhəmiyyətli layihədir”. Beləliklə, festivalın Mingəçevir şəhərindəki tədbiri də uğurla başa çatıb.

    Qeyd edək ki, Cümhuriyyətin 100 illiyi şərəfinə reallaşdırılan “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı nazirliyin digər regional idarələrində də təşkil ediləcək. Layihə ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradacaq, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin olacaq.

    Xatırladaq ki, festival Masallı, Lənkəran, Salyan, Sabirabad, Füzuli rayonunun Horadiz şəhəri, Ağdamın Quzanlı qəsəbəsi və Göyçayda keçirilib.

    Mənbə: https://azertag.az

  • Kukla Teatrı mövsümü başa vurdu

    Azərbaycan Dövlət Kukla Teatrı özünün 86-cı mövsümünü başa vurub.

    AZƏRTAC xəbər verir ki, mövsümün bağlanışında teatrın rejissoru Qurban Məsimovun quruluş verdiyi “Cırtdan” və “Üç cəsur” tamaşası oynanılıb.

    Balacalar əvvəlcə M.Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini izləyiblər. Teatrın baş rejissoru Qurban Məsimov mərhum dramaturq Rəhman Əlizadəyə məxsus səhnələşdirməyə tam yeni quruluş verərək müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim edib.

    Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunub.

    Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Elnur Əliyev, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov ifa ediblər.

    Klassik rus nağılı əsasında hazırlanan “Üç cəsur” tamaşası da balaca tamaşaçıların marağına səbəb olub. Rus bölməsində ilk dəfə hazırlanan (tərcümə Q.Məsimov) bu tamaşaya da teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərində qurulan səhnə işinə yeni obrazlar əlavə etsə də, klassik ana xətti saxlamaqla müasir səhnə həllinə nail olub.

    Tamaşada rolları Rauf Babayev, Lina Məmmədova, Afət Ağayeva, Adil Dəmirov, Elmira Hüseynova, Araz Həsənli ifa ediblər.

    Tamaşaların nümayişindən sonra, teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Rəşad Əhmədzadə müəssisənin yaradıcı həyatında xüsusi rol oynayan əməkdaşları rəhbərlik tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırıb.

    Bu mərasimə özünün 29-cu mövsümünü başa vuran “Yuğ” Teatrının aktyorları da qatılıblar. Belə ki, məhsuldar aktyor, ilin aktyor və aktrisası, mövsümün perspektivli aktyoru, uğurlu fəaliyyətinə görə seçilən əməkdaşı, həmçinin, ilin rejissoru, rəssamı da seçilərək sənətdə fərqləndiklərinə görə təltif olunublar.

    Teatrın rəhbərliyi ötən mövsümdə olduğu kimi bu il ərzində də teatrla yaxından əməkdaşlıq edən kütləvi informasiya vasitələri təmsilçilərindən bir neçə nəfəri “Teatrın dostu” mükafatı ilə təltif edib.

    Təltif olunanlar arasında AZƏRTAC-ın müxbiri Zərəngiz Mansurova da var.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət Naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 20-də Qazax şəhərində vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu şəhərdə yerləşən Ədəbiyyat Muzeyində reallaşacaq qəbulda (Heydər Əliyev prospekti, 98A ) Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

    Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

    Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

    Mənbə: https://azertag.az

  • Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib


    İyulun 16-da Bakıdakı Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. Konfrans “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və “İstanbul-Azərbaycan Mədəniyyət Evi” dərnəyinin birgə təşkilatçılığı ilə reallaşıb.

    AZƏRTAC xəbər verir ki, konfransda İctimai Birliyin sədr müavini Cavid İsmayıl AXC-nin tarixindən, Türkiyə-Azərbaycan arasındakı əbədi dostluq əlaqələrindən, birgə əməkdaşlıq nəticəsində reallaşdırılan layihələrdən söhbət açıb.

    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova AXC-nin müstəsna nailiyyətlərindən danışıb. O, məhz Cümhuriyyətin yaradılması nəticəsində Azərbaycanın dünya xəritəsində bir reallığa çevrildiyini bildirib.

    Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını deyən F.Əhmədova müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi.

    Vurğulanıb ki, Azərbaycan Demokratik Respublikası mövcud olduğu qısa müddət ərzində demokratik cəmiyyətin formalaşması istiqamətində mühüm addımlar atıb, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edib. Avropanın bir çox dövlətlərində qadınların seçmək və seçilmək hüquqlarının olmadığı bir dövrdə, Azərbaycan Demokratik Respublikası 1918-ci ildə qadınlara bu hüququ verib.

    “Cümhuriyyətimiz dünyaya göstərdi ki, biz keçmişlə yaşamırıq, gələcəklə yaşayırıq, humanist dövlətik. Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin adı belə çəkilmirdi, indi isə həmin dövrün həqiqi tarixi dərindən öyrənilir və təqdim olunur”, – deyə alim vurğulayıb.

    Konfransda çıxış edən “İstanbul-Azərbaycan Mədəniyyət Evi”nin sədri Hikmət Elp Qafqaz İslam Ordusunun yaradılması haqqında məlumat verib.

    Bildirilib ki, Nuru paşa türk və Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz İslam Ordusunun komandanı olmaqla bərabər Azərbaycan hökumətinin qərarı əsasında milli hərbi hissələrin formalaşdırılmasına rəhbərliyi də öz üzərinə götürüb. O, Bakı Sovetinə tabe olan bolşevik-daşnak hərbi qüvvələrinə, erməni silahlı dəstələrinə qarşı mübarizəni təşkil edib, Azərbaycanın milli hərbi hissələrini birləşdirib. İncə və çevik hərbi duyuma malik olan Nuru paşa ona həvalə olunmuş hərbi vəzifələrin öhdəsindən bacarıqla gəlib, Azərbaycan hökumətinin və xalqının dəstəyi ilə onun komandanlığı altına olan hərbi qüvvələr qısa vaxt ərzində Gəncədən Bakıya qədər uğurlu döyüş yolu keçiblər.

    Natiqlər bildirib ki, bu il AXC-nin qurulmasının 100 illik yubileyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən isə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam və 2018-ci ili Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi oldu. Sözsüz ki, bu, çoxəsrlik dövlətçilik tariximizin təbliğində mühüm rol oynamaqla yanaşı, demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoydu. Böyükdən kiçiyə hər kəs bu sərəncamları ölkə başçısının milli dövlətçilik tariximizə xüsusi diqqəti kimi dəyərləndirir.

    Çıxış edənlər Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdikləri layihələrdən söhbət açıblar.

    Mənbə: https://azertag.az

  • Rafiq ODAY.”Dərdə dərmanım, tez yetiş, sənsiz dildə dastanam mən”

    Dərdə dərmanım, tez yetiş, sənsiz dildə dastanam mən,
    Baxma ki, göylə gedirəm, dərdi yerlə yeksanam mən.*

    Deyirlər ki, dan sökülür, günəş doğur hər sübh çağı,
    Bu bir həqiqətdirsə bəs niyə zülmətnişanam mən?!

    Hər kəsə bəllidir mənim siqlətim də, xislətim də,
    Mücərrədlə işim olmaz, kim deyir ki, pünhanam mən?!

    Məni damla bilən kəsin zövqünə yazıqlar olsun,
    Baş vurmağa cəhd eyləsin, görsün necə ünmanam mən.

    Nə Kanda gəz, nə Məkanda, nə də laməkan san məni,
    Sən adlı dünyam var mənim, Eşq adlı bir məkanam mən.

    Xilqət üçün bir yol vardır, Oday, Haqqa tapınmağa, –
    Ta Adəmdən üzü bəri varlıq üçün bürhanam mən.

  • “Hece Taşları” aylık şiir dergisinin 41. sayısı yayında

    ON BEŞ TEMMUZ BAYRAMI

    Yirmi sekiz eylül geçti ömrümden, hâlâ tanklar düşlerime giriyor, toprağı bol olsun beşli çetenin, kardeş kardeşiyle kanlı bıçaklı, olsun diye bir köşede bekleyip, kurdular konseyi bir gece vakti, tiplerine uygun suçlar üretip, ağıllara hayvan sürüyor gibi, tutup tutup doldurdular kodese, sorgusuz sualsiz demokrasiyi, gerneşe gerneşe çarmıha gerip, bir sağdan bir soldan asıp göçtüler.

    İki bin on altı on beş temmuz’da, tanksız düşler deyip birbirimize, henüz ışıklara dokunamadan, günün hesabını kapatamadan, uyku kirpiklere sürme çekmeden, rüya hayal arasında gezerken, boğaz köprüsüne tanklar yığıldı, kalpleri afyonlu ruhsuz askerler, silahını kardeşine çevirip, gözünü kırpmadan ateş ederken, göğsü tunçtan siper olan insanlar, meydanları kuşatmaya başladı.

    Beni Allah tutmuş kim eder azat, fikriyle donanmış bir tayyib insan, asumana uçurunca sesini, ulubatlı hasan gibi her insan, bulduğu bayrağı sancak belleyip, sokakları
    caddeleri dolduran, ellerinde tornavida bıçakla, her biri bir tankın önüne geçti, geride çol çocuk hanım yavuklu, hiç kimsenin umurunda değildi, tekbirlerle yürüdüler kolkola, ölümden korkmamak bu olsa gerek.

    Uçaklar göklerden ölüm kusarken, şahadet şerbeti sebil olmuştu, hiç kimse kimseyi ezip geçmiyor, kardeşlik hak hukuk böyle bir şeymiş, vatan varsa gelin olur hürriyet, vatan yoksa arın namusun gider, bu bilinci uyandırdık yeniden, eylül artık düşümüze girmiyor, üstümüzden ölü toprağı kalktı, yeni bir diriliş destanı yazdık, varsın bizden size bergüzâr kalsın, kutlu olsun on beş temmuz bayramı.

    Tayyib Atmaca

  • Gülnarə SƏMA.”Şəfa Vəlinin “Poçtalyona məktubu”

    “Hamının atdığı yerdə Təkcə söz tutdu bu qızı!” – deyən Şəfa Vəlini SÖZ Prezident təqaüdünə, nazirlik mükafatına layiq olmağa qədər müşayiət etdi. 2017-ci ilin sonlarında isə “Poçtalyona məktub” da ünvanlandı. Həmin məktuba “Sənin kədərində miladdan öncə, Sənin sevincində işıq iliyəm…” – etirafları da əlavə olundu. Tamamilə orijinal və özünəməxsus misralardan ibarət şeirlər toplusu olan bu kitabda Şəfanın şeir dilində söyləmək istədiyi nağılları yer almışdır. “Güldüm… Gülüşüm də ağladı səni, Saxta təbəssümüm könül həyası…” – sətirləri kimi təkrarsız ifadələr kitabda yetərincədir. Əksər şeirlərində əvvəllər qarşılaşmadığımız yeni ifadələrlə rastlaşırıq. “Həsrətsiz sevmək də haram Ödəmişəm bu vergini” – tipli mükəmməl misraları olan şeirlərin yeganə qüsuru qafiyələnmə texnikasında olan “özbaşınalıq”dır. Bu o demək deyil ki, Şəfa əsl mükəmməl qafiyənin nə olduğunu bilmir. Çox yaxşı bilir. İnanmırsınızsa, bu bəndə diqqət edin:

    İndi qaç görüm, ay ürək,
    Bu taleyin biryarından.
    Bəlkə, daha geri dönək,
    Nağılların diyarından?

    Bəli, Şəfa istəyəndə təkrarsız və bənzərsiz qafiyələr işlədə bilir. Daha bir nümunəyə baxaq:

    Söz vermişəm gözlərinə
    Yaraşacam damla-damla…
    Qatıb ağu sözlərimə,
    Göndərəcəm “xoş məramla…”

    Bənddə həm yeni fikir, həm də yeni qafiyənin işlənməsi şeirin təntənəsi kimi qəbul edilməlidir. Çünki mükəmməl məzmun mükəmməl forma ilə daha cazibədar görünür. Onun yalnız məzmun mükəmməlliyinə hesablanmış misraları kifayət qədərdir. “Mən səndən gizlətdim məhəbbətimi, Axırda daş olub başıma dəydi” – kimi ifadələr təzəliyi ilə maraq doğurur. İnsanın diqqətini daha çox “başına dəysin” frazemi çəkir. Müəllif bu frazemi nə qədər həqiqi mənada verməyə cəhd eləsə də, sözün məcazi mənası dərhal nəzərə çarpır və fikri daha da gözəlləşdirən elə budur. “Mənim ayrılığım günah olmadı, Yad sığal görməmiş telə bənzədi” – sətirlərində “bənzəmək” feili işlənsə də, bu fikirlərin bənzərsiz olduğu göz qabağındadır. “Bağışla, bilmədim elə gün gələr, sevgi zirvəsinə çıxan yıxılar” misraları da zirvədən yıxılmaq mövzusunda yazılmış başqa şeirlərdən ilk baxışdanca fərqlənir. “Yazıq oldu arzular da, Mənim səni sevməyimdə” – etirafı isə səmimi olduğu qədər də fərqlidir. Arzuların yazıq olmasının səbəbkarı, daha doğrusu, günahkarı sevgi imiş. Hansı ki, o arzuları arzusuna çatdırmaq sevgidən umulurmuş. Bəlkə də, “Yaman çoxdu səndən küsən Ummadım ki küsə bilim…” etirafı da arzuların taleyindən nigarançılığı əks etdirir. Çünki dönüb keçmişə baxanda bunları görürük:

    Xana qurdum ürəyimin odundan
    Yanlış vurdu naxışları o gözəl.
    Sevən qəlbə bir təsəlli ağıldan,
    Nə mən dönüm xatirəyə, nə sən gəl.

    Bəndin ilk misrasındakı xana sözü etnoqrafik cizgiləriylə yanaşı, od mənşəli olması ilə diqqəti çəkir. Odla oynamağa başı qarışan gözəl vurduğu naxışların yanlışlarını çox gec anlayır. Bir də onda ayılır ki…

    Sən uzaq… Çox uzaq coğrafi bir kəşf,
    Adasan, körfəzsən, dənizsən, nəsən?
    Bəlkə, savannalar, tropik meşə?
    Bəlkə də, zərif, incə bənövşə…
    Ya bəlkə, quruca bir səhrasan sən?!

    Diqqət yetirsək, bənddə coğrafi terminlərin necə ustalıqla poetikləşdirildiyini görmək olar. Ümumiyyətlə, Şəfanın şeirlərində ümumişləkliyi az olan sözlərin yerində işlədilməsi maraqlı alınır: “Gəl çatdır əcəlini həsrətin, Son qoy sənsizliyin melodramına…” və ya “Bizim xoş günümüz ölüb büsbütün, Saniyəölçənin rəqəmlərində…” Gətirdiyimiz misallarda melodrama və saniyəölçən sözlərinin şeirdə sınağının uğurlu alındığını söyləmək olar. Bu cür sözlərin işlədilməsi ilə yanaşı Şəfanın şeirlərində “sözyaratma” cəhdlərinin də şahidi oluruq:

    Ürəyim yenə də susar, danışmaz,
    Küskün kədərlərə məkanlıq eylər.
    Sənin yoxluğuna yenə alışmaz,
    Amma sənsizlikdə sultanlıq eylər.

    Bənddə işlədilmiş “məkanlıq” sözü dilimiz üçün qeyri-ənənəvidir. Yəni leksik şəkilçi artırılsa da, söz yenə öz əvvəlki “məkan”ını saxlayır. Sadə sözlə düzəltmə sözün arasında heç bir yeni məna fərqi nəzərə çarpmır. Bununla belə, onun şeirlərində ən ağlagəlməz sözlərin poetik tərəfini üzə çıxarmağa ciddi cəhd edildiyini görmək olur: “Kim dedi bu qisməti poz, Bəxt yazan da bitərəfdi”. Əsasən siyasi motiv ehtiva edən bitərəf sözü bu misralarda ədalətpərəstlik anlamında işlənmişdir.
    Şəfa müraciət etdiyi mövzudan asılı olmayaraq öz hisslərini, özünəməxsusluğunu poetikləşdirməyə meyilli yazardır. O, sanki hər şeirinə bir parçasını hopdurur. “Öpüm yatım şəklini Yolun düşsün yuxuma” və ya “Ayrılığın əvvəli Mənim sonuma qaçır” kimi nümunələr məxsusi yaşamın obrazlaşdırılmasıdır. Bəzən isə özünü bütövün tərkib hissəsi kimi anladır. “Bizim dövrün ayrılığı Bircə günə olur boyat…” – sətirlərində olduğutək. “Mən səni tərk etmədim, Səndən qabağa düşdüm” və ya “Yiyəsiz sevdanın saçı pırtlaşıq, Daha indən belə hörüyə gəlməz…” misralarında isə dilimizin poetik imkanlarının genişliyi nümayiş olunub. Təbii ki, ilk baxışdan “pırtlaşıq” sözünü poetik anlamda heç cür təsəvvür etmək olmur, lakin gətirdiyimiz nümunədə xüsusi ustalığın bəhrəsi göz qabağındadır. Başqa bir şeirində isə sırf Şəfaya məxsus bir ölçü vahidi ilə tanış oluruq:

    Gözlərimin sevinci
    Boyun-buxunun qədər…
    Gözündəki sevinci
    Yozdu yuxun nə qədər?

    İndiyə kimi sevincin ölçü vahidi olaraq ən müxtəlif meyarlardan istifadə olunub. Bu cür yüz ölçüb bir biçmək də Şəfanın qismətinə düşüb. “Bu səhnə mənə tanışdı Yaraşar alqışlarıma” – sözlərində isə səhnə və alqış sözlərininin bir-biri üçün tamamlayıcı vuruq olduğunu peşəkarcasına göstərib. Səhnə əslində tamaşanın oynanıldığı yerdir, alqışlar isə səhnəyə yox, oradakı tamaşaya ünvanlanır. Həmin misrada isə metaforik köçürmənin gözəlliyi alqışa layiqdir. Təbii ki, misrada səhnə sözü həm də əvvəllər nə vaxtsa baş vermiş bir hadisənin təkrarı anlamına da gəlir. Yaxud da “Adımı əyninə geyən Bəzənən qara mərmərə” – misralarında başdaşı haqqında indiyə kimi deyilməmiş tamamilə orijinal bir qənaətə gəlinir. Haradan biləsən ki, “adın daşlara yazılsın” qarğışı başdasını bəzənməyə həvəsləndirirmiş. Şəfa o qədər özünəməxsus müşahidələr aparır ki, sonunda bu qənaətə gəlir: “Həyatla qumar istəsən Oyunda basabas olur”.
    Şəfa Vəli “Poçtalyona məktub” kitabında əsasən sevgili şeirlərini bir araya gətirsə də, ictimai mövzulu olanlarla yanaşı vətənpərvərlik mövzulu olanlara da rast gəlmək olur. Bunlardan biri də Milli Qəhrəman Mübariz İbrahimova ünvanlı şeirdir ki, müəllif qəhrəmanını tapındığım ərənim kimi təqdim edərək “Sevgisini torpağıma sərənim…” sözləri ilə öyür. Şəfa bir yazar olaraq hər müraciət obeyktində bir yaşam izi buraxır. “Bəxtsiz Bakı nağılım, Bağışla ki, xoşbəxtəm” misralarından da göründüyü kimi sonda xoşbəxtliyə sahiblənməyin sevincini yaşamaq olur. Şəfa xoşbəxtlik duyğularını qələmilə çox həzin bölüşərək səmimi etiraf edir ki, “Uçuram… Hey uçuram… Buludlanıbdı sözlər”.

    2018

  • Şəfa EYVAZ.”Baxışlarım da səssizləşib bu aralar”

    Baxışlarım da səssizləşib bu aralar,
    dinləyən olsa eşidər səsini
    sızıldayan səssizliyin…

    Mən bu gün yoxam.
    uzun illərin ardından
    itirdiyim özümə boylanıram.
    kimdi o qız?!

    Əlimdə qalan nədi,
    nələri itirmişəm…
    soyuq qış gecəsiyəm indi mən.

    daha umidlərim inciməz,
    neçəsini istəyirsiniz
    sındırın, “adamlar”, sındırın.
    donan hisslər üzündən
    ağrını hiss etmirəm.

    indi soyuq qış gecəsi,
    ruhu itmiş biriyəmsə,
    nə anlamı qalır ki,
    nələri itirmişəm.

    indi bu səssizlikdə
    bir qurd ulayır içimdə,
    bütün yoxluqları kəndir eləyib
    tənha kədərindən asır özünü…

    06.07.2018

  • Gənc yazar Kamran Murquzovun şeiri “Hece Taşları” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, , Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisi və , “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Mətbuat xidmətinin rəhbəri, şair-tərcüməçi-jurnaist Kamran Murquzovun “Azerbayaycan toprağına düşüp güzarın, Yunusum!” şeiri Osmanlı türkcəsinbdə Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” dergisinin yeni 94. sayısınnda dərc olunub.
    “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” ayihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Odaydır, məsləhətçisi isə Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.
    Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnaist Kamran Murquzovun “Azerbayaycan toprağına düşüp güzarın, Yunusum!” şeiri “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə göndərilib.
    Qeyd edək ki, bundan öncə şeirləri “Kümbet”, “Usare”, dərgilərində, “Önce Vatan” qəzetində dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Kənan AYDINOĞLU.

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

  • Rafiq ODAY.”Sinəmizdə əbədi qövr edən eşqin közüdür”

    Sinəmizdə əbədi qövr edən eşqin közüdür,
    Adəmdən Xatəmədək vəhy olan eşqin sözüdür.

    Bizə can bəxş eləyən eşqə mücərrəd nə demək?!
    Bizi ali məqama çatdıran eşqin özüdür.

    Əsil insan odu ki, bircə üzə qail ola,
    O da nurdan yaranan saf və pak eşqin üzüdür.

    Hər şeyə dörd göz ilə baxmağa görməkmi denir?! –
    Yeddi qatdan o yanı göstərən eşqin gözüdür.

    Məcnunun məskəninə çöllü-biyaban deməyin,
    O adi səhra deyil, İlahi eşqin düzüdür.

    Qorxusu olmaz, Oday, zülmətin eşq əhli üçün,
    Aşiqin – nur çiləyən sevgili eş – gündüzüdür.

  • Rafiq ODAY.”Bu əruz adlı dərin nəhridə kim var gəlsin”

    Bu əruz adlı dərin nəhridə kim var gəlsin,
    Adbaad söyləmirəm, bəhridə kim var gəlsin.

    Dünyanın gərdişi bu – hər zaman hökmdə qalar,
    Göy ilə yer arası dəhridə kim var gəlsin.

    Od salar xanəsinə, könlünü qəhrdə tutar,
    Zili qəmdi, bəmi qəm, qəhridə kim var gəlsin.

    Nicat Allah işidir – yönünü əzmlə çevir,
    İxfa*nı pünhan elə, cəhri*də kim var gəlsin.

    Ya gələ meydan aça Odaya hökmlə, ya da
    Əl sıxıb təslim ola, fəxr edə – kim var gəlsin!

    *Asta səslə edilən qiraətə “ixfa”,
    uca səslə edilən qiraətə “cəhr” deyilir.

  • Rafiq ODAY.”Vaxtıdı”

    Bir az ağır olun, nolar,
    Batman gəlməyin vaxtıdı.
    Savalandan yola çıxıb,
    Atnan gəlməyin vaxtıdı.

    Görüb oxu – kürəkdəki,
    Kimdi əsən külək təki?!
    Yaşanarmı ürəkdəki
    Çatnan, gəlməyin vaxtıdı.

    Dərd sinədə sırıq-sırıq,
    Sirr verdiyin ağzıcırıq,
    Düşmən neylər ki, bu qırıq
    Zatnan, gəlməyin vaxtıdı.

    Dözməklə kar aşandımı?
    Ruhsuz bir gün yaşandımı?!
    Barışmaq yaraşandımı
    Matnan?- Gəlməyin vaxtıdı!

  • Şəfa VƏLİYEVA.”burax, əllərində ölsün qırışlar”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    burax, əllərində ölsün qırışlar,
    çərçivə olmasın baxışlarına…
    mənə çoxdan “xala” deyir uşaqlar,
    nə tez “nənə” oldun, ay naxış anam?!

    Mən elə bilirdim,
    qocala bilməz
    mən boyda “körpəsi” olan bir qadın…
    Daha günlərimdən borc ala bilməz,
    “olmazlar”…
    Dilimdə təkbirdi adın…

    burax, qoy qocalsın “Sabir küçəsi”…
    heç kimin ilk sevda qəsri olmasın…
    “saçımda ağ kağızın boz kölgəsi…”
    -demişdin…
    o kölgə heç canlanmasın…

    burax, dizlərində kükrəsin zaman…
    burax, at oynatsın sevinc üzündə…
    mən sənin dizinə qısılıb yatan
    “körpənəm”…
    qalmışam şeir düzündə…

    əllərim açılır dörd bir tərəfə-
    mən bütün dinlərin bidətçisiyəm…
    duam himn kimi…
    “Laylay, bənövşəm…”
    Lilitin sonuncu lənətçisiyəm…

    sən nə tez yenildin ağrılarına?
    nə tez zəfər himni çaldı “can hayı”?
    sən nə tez qocaldın, ay naxış anam?
    hələ cücərməyib candan can payım…

  • Şəfa EYVAZ.”Yorğun ürəyimi də götürüb”

    Yorğun ürəyimi də götürüb,
    hüzuruna gəlmişəm, Tanrım…
    o qədər yolu yorğun yoldaşla gəlmək necə çətindir,
    bilirsənmi?!

    bir kədərdən perikib
    ürkmüş arzularımı toplayıb gətirmişəm…
    görə bilirsənmi, Tanrım, neçəsini itirmişəm?

    ümidlərim qalaqlanıb,
    satın alan yoxdu,
    əlimdə qalıb, Tanrım,
    alırsanmı?

    tükəndim, Tanrım,
    görmürsənmi?!

    tükəndim…
    06.07.2018

  • Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2018-ci ilin sentyabr ayında Sumqayıt Dövlət Dram Teatrının yaranmasının 50 illiyi tamam olur.

    Azərbaycanın zəngin teatr ənənələrinin layiqli davamçısı kimi Sumqayıt Dövlət Dram Teatrı fəaliyyətə başladığı ilk vaxtlardan səmərəli yaradıcılıq axtarışları ilə daim diqqəti cəlb etmiş, klassik və müasir dramaturgiya xəzinəsinin bir sıra qiymətli nümunələrinə ustad sənətkarların yaxından iştirakı ilə yeni quruluşlarda uğurlu səhnə həyatı vermiş və ötən dövr ərzində tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. Özünün istedadlı aktyor və rejissorlarını yetişdirən Sumqayıt Dövlət Dram Teatrı bu gün ölkənin tanınmış sənət ocaqlarından olub, milli mədəniyyətin ümumi tərəqqisi işinə töhfələr bəxş etməkdədir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və milli teatr sənətinin inkişafında xidmətlərini nəzərə alaraq, Sumqayıt Dövlət Dram Teatrının yaradılmasının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 5 iyul 2018-ci il.

    Mənbə: https://president.az

  • Böyük Britaniya rəssamının “İçərişəhərə qapı” adlı sərgisi açılacaq

    İyulun 6-da İçərişəhəridəki “Zəncirli bina”da Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərə qapı” adlı sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, fırça ustasının 40-dan çox rəsm əsəri “Ev- zəncirlərlə imarət” qalereyasında nümayiş olunacaq. Sərgidə İçərişəhər tarix Muzeyi Fonduna rəssam tərəfindən hədiyyə edilmiş 15 ədəd əsər təqdim olunacaq.

    Xatırladaq ki, ötən il rəssamın “İçərişəhərin 100 növü” adlı əsərləri ofort – qrafika versiyalarının birində yaradılıb və ilk dəfə Azərbaycan Dövlət İncəsənət Muzeyində fərdi sərgidə təqdim olunub.

    Sərgi iyulun 20-dək davam edəcək.

    Qeyd edək ki, Edvard Tvoxiq rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə rəhbərlik edir. Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, Banksayd Qalereyasının hamisidir. Onun “Yer üzü və xətt” (Berstou qalereyası, Brayton), “Təbiətin tərənnümü” (Berkşir), “Görünən poeziya” (İrlandiya Respublikası), “Gözəl mənzərə” (Saffolk), “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” (Bakı) adlı fərdi sərgiləri keçirilib.

    Mənbə: https://azertag.az

  • “YARAT”dan növbəti layihə- “Özünü kəşf et”

    YARAT” Müasir İncəsənət Mərkəzində “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” adlı sərgi çərçivəsində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçirilib.

    “YARAT”dan AZƏRTAC-a bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edə biliblər. İştirak edən hər kəs, peşəkar ustadlar tərəfindən müxtəlif bədii texnikalar və üslublarla tanış olub, kətan üzərində fırça və boya ilə öz əsərlərini yaradıblar.

    Dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsət olan ustad dərsləri bundan sonra hər çərşənbə, 19:00-21:00 saatlarında keçiriləcək. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunacaq.

    Mənbə: https://azertag.az

  • Kinematoqrafçılar İttifaqının elan etdiyi müsabiqənin nəticəsi açıqlanıb

    Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Azərbaycan kinosu: dünən, bu gün sabah” adlı müsabiqənin nəticələri açıqlanıb.

    İttifaqdan AZƏRTAC-a bildirilib ki, milli kinomuzun 120 illiyinə həsr olunmuş müsabiqədə Azərbaycan kinosu milli kino və milli kino məktəbi anlayışları kontekstində” məqaləsi ilə Şəhanə Əliyeva üçüncü yerə layiq görülüb.

    Müsabiqədə elan olunan birinci və ikinci yerlər münsiflər heyətinin qərarına əsasən mükafatlandırılmayıb.

    Mənbə: https://azertag.az

  • Bakı Uşaq Teatrı mövsümə premyera ilə yekun vuracaq

    Builki teatr mövsümü Bakı Uşaq Teatrı üçün də məhsuldar olub. Sənət ocağında bir sıra layihələr həyata keçirilib, çoxsaylı tədbirlər təşkil edilib.

    Teatrdan AZƏRTAC-a məlumat verilib ki, Bakı Uşaq Teatrı mövsümü iyulun 12-də “Əyriqulaq” tamaşasının premyerası ilə yekunlaşdıracaq. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru isə İlhamə Əhmədovadır.

    Səhnə əsərinin musiqi tərtibatı Mahir İbrahimliyə, rəqslərin quruluşu Könül Şahbazovaya məxsusdur.

    Mənbə: https://azertag.az