Blog

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Son gecədir bu gün yenə”

    ***

    Son gecədir bu gün yenə,
    Sabah yenə son səhər.
    Son yel dolur son yelkənə,
    Qayıq üzür birtəhər…

    Axırıncı ağacdır bu,
    Əsir sonuncu külək.
    Bağlayıb sonuncu yolu
    Yenə sonuncu fələk…

    İndi son küçə üstünə
    Yağacaq son addımlar.
    Yenə dönəcəklər tinə
    Sapsarı son adamlar…

    Doğulur sonuncu insan,
    Sonuncu insan ölür.
    Yenə son dəfə ağlayan
    Son dəfə gülən olur…

    1963

  • İlahə İMANOVA.”Peşman” (Hekayə)

    Düz otuz səkkiz il bundan əvvəl ata olmaq sevincini yaşamışdım. Bəlkə o zamanlar gənc olduğumdan atalıq hissinin nə olduğunu, məsuliyyətini belə dərk etmirdim. Valideynlərim, dostlarım məni oğul atası olmağım münasibəti ilə təbrik edəndə, orta məktəbi bitirərkən qırmızı diplomu əlimə aldığım və daha sonra ali məktəbə qəbul olduğum həmin günlərdə olduğu kimi böyük sevinc hissi keçirtmişdim. Hisslərin sözlərlə ifadə oluna bilmədiyi həmin an “xoşbəxtlik nədir?” sualının cavabı gözlərimdəki parıltı, dodaqlarımdakı təbəssüm idi. Sevdiyim və uğruna çox cəfalara dözdüyüm həyat yoldaşımın sevgisinin hədiyyəsi kimi dəyərləndirmişdim Allahın lütfünü.
    İllər necə də tez keçir! Dünən idi sanki… Otuz səkkiz il əvvəl həyəcanla qucağıma alıb, balaca əlindən öpdüyüm körpəm böyümüşdü. Bir zaman dizlərimə sığınan, hər gün işdən gələndə “Mənə nə almısan?” deyərək qarşıma qaçan Faiq indi özü ata idi. Mühəndis işləyirdi: nəvəmin dili ilə desək, bütün şəhəri işıqlandırırdı.
    Nəvəm demişkən, bu gün balaca Faiqimi-nəvəm Ruslanı da görə biləcəkdim. Hər həftə olmasa da, ayda bir neçə dəfə nəvəmi görə, bağrıma basa bilirdim. Anası uşağın atası ilə, nənə-babası ilə görüşlərinə etiraz etməsə də, Faiqin işləri çox olduğundan onu bizə gətirməyə vaxtı olmurdu. Qınamıram, necə də olsa, iş adamıdır, axı.
    Keçən ay aldığım təqaüdü xərcləməyə, daha doğrusu, özümə yeni eynək almağa qıymayıb həm oğluma, həm də nəvəmə hədiyyə almışdım. Faiqə nə alacağıma uzun-uzadı qərar verə bilməmişdim. Bir neçə gün əvvəl işdən qayıdıb əl-üzünü yumaq üçün hamam otağına keçməzdən öncə qolundan açıb masanın üzərinə qoyarkən saatın şüşəsinin qırıldığı diqqətimi çəkdi. Uşaq vaxtı həmişə saatımı oğurlayıb qoluna taxan oğluma bundan gözəl nə hədiyyə edə bilərdim ki! Yalnız illər keçdikcə insan zamanın, hətta ötüb keçən hər dəqiqənin belə nə qədər qiymətli və dəyərli olduğunu anlayır…
    Faiq ad gününü əvvəlcə dostları ilə qeyd etmək istəsə də, sonradan nəvəmin “Bazar günüdür” deyərək bizimlə görüşmək üçün israr etdiyini görüb dostlarını evə dəvət etməkdən başqa çarəsi qalmamışdı. Dostları deyəndə ki, onun elə də çox dostu yox idi. Öz həmyaşıdları olan Ramin və Əhmədlə illərin dostu idilər. Bir yerdə çox oturub-durduqlarındandır, ya da sırf təsadüf, bilmirəm, hər üçü demək olar ki, eyni xasiyyətdə idi, eyni də dünyagörüşünə sahib idilər.
    Faiqin telefonda dostlarını evə dəvət edəcəyindən xəbərdar olan kimi yoldaşım Tamara vaxt itirmədən bir neçə salat hazırlayıb, kartofla göbələk də qızartdı. Süfrəni bəzəyib nəvəsinin və qonaqların yolunu gözlərkən özünü də unutmadı, saçlarını qaydaya salıb tələsik dırnaqlarına boya çəkdi. Tamara cavanlıqdan belədir: özünə qulluq etməyi, baxımlı olmağı sevir. “Hər bir xanım hər yaşda gözəl və baxımlı olmalıdır”-sözləri dilindən düşmür.

    Hələ həyət qapısından səsi eşidilən nəvəm tələsik içəri daxil olub boynuma sarıldı. Doyunca üzündən-gözündən öpməyə imkan verməyib, atasının Ramin əmisi ilə onu evdən götürdüyündən, bir az da şəhərdə necə əyləndiklərindən şövqlə danışmağa başladı. Uşaq ki uşaq! Əyləncə mərkəzlərində keçirdiyi gün deyil, atası ilə bərabər olduğu hər dəqiqə onun üçün önəmli idi. Necə də sevinirdi! Hər görüşümüzdə dəfələrlə qulağıma “Baba, nolar, elə et ki, anam atamla barışsın. Biz hamımız bir yerdə, bir ailə olaraq yaşayaq!”-deyə pıçıldayıb üzümə baxar, yalvarış dolu baxışlarıyla məndən kömək umardı. Ona baxdıqca üzülər, dərindən köks ötürərdim.
    Faiqlə dəfələrlə bu mövzuda söhbət açmaq istəsəm də, həmişə söhbətimiz yarımçıq qalardı. Hər dəfə tələsdiyini, işlərinin çox olduğunu deyərək söhbətdən yayınardı. Bəlkə də, bu şəkildə qərarlarına, şəxsi həyatına müdaxilə etməməyimə eyham vurardı. Bilmirəm… Amma hiss edirdim ki, keçmişdə buraxdığı səhvlərə görə özü də çox peşmandır. Bəlkə də, səhvlərini etiraf etməyə qüruru yol vermirdi… Hərdən isə mənə elə gəlirdi ki, səhvlərindən nəticə çıxarıb və ailəsi ilə barışmaq qərarına gəlib. Amma nədənsə bir zamanlar seçib-sevdiyi qızla aralarındakı soyuq münasibətlərə son verilmirdi.
    Ehh… İndiki gənclərin fikirlərindən baş açmaq olmur ki! Gah ciddi qərar qəbul edir, gah da asanlıqla hər şeydən vaz keçirlər.
    Yeganə oğlumun sevgisinə və seçiminə hörmətlə yanaşmışdım. El adətiylə elçi gedib, nişan-toy etmişdim oğluma. O vaxtlar Bakı Dövlət Universitetində Nəzəri Fizika kafedrasının müdiri vəzifəsində işləyirdim. AMEA-nın müxbir üzvi, Universitetin ən hörmətli müəllimlərindən biri idim. Professor Rafiq Kərimov adı bu gün də əfsanədir müəllim və tələbələrin dilində. Kvant mexanikasına dair yazı və məqalələrim maraqla oxunar, kitablarım dərc olunardı. Bax, bu rəfdəki kitablar var ha, onların böyük hissəsi mənim müəllifi olduğum əsərlərdir. Bəziləri bu gün də dərs vəsaiti kimi istifadə olunur.
    Nəvəm nənəsinin başını qatır, Faiq isə dostu Raminlə bir kənarda oturub astadan söhbət edirdilər. Üzlərinin ifadəsindən aralarındakı söhbətin ciddi olduğu hiss olunurdu. Bu aralar Faiqin iş həyatında sıxıntıları olduğundan xəbərim var idi. Öz işləri, şəxsi həyatı barədə mənimlə danışmasa da, amma anasından heç nə gizlədə bilmirdi. Gizlətmirdi… Uşaqlıqdan anasına bağlı idi Faiq.
    Tamara deyəsən sıxılırdı, tez-tez yeməklərin soyuduğunu söyləyib, Faiqdən Əhmədi xəbər alırdı. Əhməd isə gecikirdi.
    Ramin telefonu kənara qoyub:
    ─Gəlirlər, yoldadırlar, –dedi.
    Faiqdən fərqli olaraq, Ramin hündürboy, iricüssəli bir gənc idi. İdman Akademiyasını bitirmişdi. İndi də məşqçi işləyirdi. Otuz beş yaşı tamam olmasına baxmayaraq, hələ də subay idi. Evlənməmişdi. Faiq maddi vəziyyətinin yaxşı olmadığını, ögey anasının da ona gün ağlamaq istəmədiyini desə də, gəncin “subaylıq-sultanlıqdır” sevdası başında olduğunu hiss etməmək mümkün deyildi.
    Əhmədə gəlincə isə, dostların arasında ən yaraşıqlısı, deyəsən, elə ən şanslısı da o idi. İş həyatı uğurlu olduğu kimi, geniş dünyagörüşü və savadı, kübar ədaları ilə qızların, qadınların hər zaman diqqətini çəkməyi bacarardı. İfadəli baxışları, mənalı təbəssümü ilə bu günədək neçə-neçə qızın, qadının qəlbini fəth edə bilsə də, sındırıb arxada gözüyaşlı buraxdığı gözəllərin arasından əsl sevgisini isə hələ də tapa bilməmişdi.
    Ramin “Gəlirlər, yoldadırlar” deyəndə Faiq Əhmədi nişanlısı ilə bərabər evə dəvət etdiyini söylədi. Əhmədin nişanlanması xəbərinə, düzü, bir qədər təəccübləndim. Bəzi insanlar hər gün yeni bir paltar geyinməyi xoşladığı kimi, Əhməd də hər yeni həftəyə, yeni aya yeni bir eşq macərası ilə başlardı. Bir sözlə, ürəkləri fəth etmək üçün gəncliyindən, gözəlliyindən, cazibəsindən bacardığı qədər istifadə edərdi. Amma bu cəhətinə baxmayaraq, onun gözəl xasiyyəti var idi.

    Nəhayət ki!
    Həyət qapısının cırıltısı eşidilən kimi, Ruslan sevincək özünü çölə atdı. Əhmədin qarşısına qaçıb, böyük kişilər kimi əl verib görüşdü. Əyilib üzündən öpmək istəyən nişanlısına isə ötəri nəzər salıb geri çəkildi, öpməyə icazə vermədi. Əhmədin sevgisini sanki ondan oğurlamağa çalışan qızı uşaq qısqanclığı ilə süzür, açıq-aşkar diqqəti özünə çəkməyə çalışırdı. İlk gündən qıza qarşı qərəzli mövqe tutmuşdu nəvəm. Görünür, Əhməd üçün nişanlısı ilə balaca dostu arasındakı münasibətləri yoluna qoymaq elə də asan olmayacaqdı.
    Ruslan Əhmədi özünün ən yaxın dostu bilirdi. Xətrini çox istəyirdi. Hətta atasını dilə tuta bilməyəndə, həmişə Əhmədin qılığına girir, öz istəyinə nail olurdu. Düzünü desəm, Ruslanın ərköyünlük və şıltaqlıqlarının səbəbkarı elə Əhmədin özü idi.
    Əhməd hər kəslə salamlaşıb görüşdükdən sonra:
    ─Bağışlayın, bir az gecikdik. Nişanlım Aylin! –deyərək qızı bizə təqdim etdi.
    Aylinin dodaqlarından qopan kəlmələri eşitməsəm də, xəfif təbəssümündən və gülümsəyən gözlərindən süzülən ehtiram dolu salamını qəbul etdim. Faiq və Raminin davranışlarından onların əvvəldən tanış olduqlarını hiss etdim. Baxışları və təbəssümü ilə ürəyindəki sözləri dilə gətirməyi bacaran Tamara əvvəlcə Əhmədə, sonra qıza yaxınlaşdı. Həmişə olduğu kimi bu dəfə də üzünü qarşısındakı insanın yanağına toxundurub havanı öpdü.
    Öz ömür-gün yoldaşını kim tanımaz ki! Xasiyyətinə yaxşı bələd olduğum həyat yoldaşımın baxışlarından Aylinə qarşı münasibətini duydum. Düzü, ilk baxışdan mən də, sadə, baxımsız, o qədər də cazibədar olmayan Aylini hər zaman digər gənclərdən öz boy-buxunu, yaraşıq və cazibəsi ilə fərqlənən Əhmədə yaraşdırmadım. Nə bilim… Məhəbbətin gözü kordur, deyirlər. Əhmədin zövqünə bələd olduğumu düşünsəm də, deyəsən yanılmışdım, axı.
    Aylin! Hə, o Əhmədin gözəllik idealından çox uzaq idi. Əynindəki ağ köynəyi və qara şalvarı onu az qala məktəbliyə oxşadırdı. Azərbaycan qızlarına məxsus zərif və incə üz cizgiləri, hərəkət etdikcə dalğalanan uzun qara saçları, hər dəfə nişanlısına nəzər salanda işıldayan parlaq qara gözləri, həyadan qızaran yanaqları, çəhrayı dodaqlarındakı xəfif təbəssümü belə, onu gözəllik ilahəsi adlandırmaq olmazdı. Nəzərəçarpmayan, sadə görünüşünü baxışlarındakı sadəlövh ifadə tamamlayırdı. Qəribə də olsa, sonradan hər dəfə Aylinin gözlərinə baxanda dərinliklərində fərqli bir ruh hiss edirdim. Bəlkə də onun özəlliyi də elə bu idi. Təmiz ilahi sevgisi, məsum baxışları idi onun Əhmədin gözündə fərqləndirən. Bəlkə də… Bəlkə də yanılıram…
    Deyib-gülən, şən və zarafatcıl Əhməddən fərqli olaraq, Aylin çox sakit və susqun idi. Gələndən bəri də demək olar ki, heç kəslə bir kəlmə belə danışmamışdı. Arada bir başını qaldırıb otağa, süfrə arxasında müzakirələr aparan dostlara və mənə nəzər salır, Ruslanın şıltaq davranışlarını təbəssümlə izlədikdən sonra yenidən nəzərlərini döşəməyə zilləyirdi. Darıxdığı, sıxıldığı dərhal hiss olunurdu. İlk baxışdan yeni mühitə, yeni insanlara uyğunlaşmağı bacarmayan bir insan təsirini bağışlayrdı. Çox güman ki, balaca qəlbinin öz böyük dünyası var idi. Və bizim evin abü-havası onun dünyasından çox uzaq və fərqli idi. Əlindəki salfetın kənarlarını qatlamaqla vaxtını öldürməyə çalışırdı. Ruslan da Əhmədin yanında özünə yer etdikdən sonra, demək olar ki, tamamilə kənarda qaldı. Süfrə arxasında iştahla yeyib-içən dostlardan və yoldaşımdan fərqli olaraq, bayaqdan bəri dilinə də heç nə vurmamışdı.
    Televizorun səsini alıb pultu bir kənara qoydum. Ayağa qalxıb masaya yaxınlaşdım, üzümü Əhmədə tutub:
    ─Əhməd, nişanlına qulluq et,–dedim.
    Yalnız indi, mənim səsimi eşidəndə hər kəs sanki Aylinin varlığını xatırladı. Bir anlıq diqqət mərkəzində olmaqdan sıxılan qız isə baxışlara tab gətirə bilməyib nəzərlərini hər kəsdən yayındırdı. Sıxıldığı, bir az da utandığı lalətək qızaran yanaqlarından hiss olunurdu. Gözlərindəki ifadəyə gəldikdə isə, darıxmaqdan daha çox bir boşluq və tənhalığı, bəlkə də qəm-qüssəni əks etdirirdi. Nədənsə, əmin idim ki, onun bizə gəlməyinə də Əhməd israr etmişdi.
    Başı dostlarına və Ruslana qarışan Əhməd tez səhvini düzəltdi, gülümsəyib nişanlısına meyvə şirəsi süzdü, boşqabına bir neçə qaşıq paytaxt salatı qoydu.
    Bəlkə də bizlərdən utanıb çəkindiyindən, əlini süfrəyə uzatmaq istəmirdi.
    ─Utanma, qızım, öz evin bil, –deyib yenə də qayıdıb öz kresloma əyləşdim. Evdə qonaqlar olduğundan, televizorun səsini də çox artıra bilmirdim.
    Nəzərlərim isə Aylində idi. Gözlərini açıb yumdu. Əlini süfrəyə uzadarkən mənə baxıb gülümsəməyindən bunu məni qırmamaq üçün etdiyini anladım. Hörmət və ehtiramına cavab olaraq mən də gülümsədim.
    Əhməd isə iradımdan nəticə çıxartmışdı. Böyük məmnuniyyətlə nişanlısına qulluq edirdi. Ona göbələk və kartof qızartması çəkmək istəyəndə qız nişanlısının əlini saxladı, qulağına nə isə pıçıldadı. Əhməd başını tərpədərək buludu masanın üzərinə qoydu.
    Tamara tez dilləndi:
    ─Noldu, Əhməd? Nişanlın hazırladığım yeməkləri bəyənmədi?
    Aylin bu sözlərdən diksinib əvvəlcə yoldaşıma, sonra mənə bir anlıq nəzər saldı, başını aşağı əydi. Pərt olmuşdu. Həmin an Aylinlə bərabər yalnız Əhməd deyil, elə mən özüm də pərt oldum.
    ─ Yox, o nə sözdür, Tamara xanım! Çox dadlıdır, əlinizə sağlıq.
    Qızın cavabı Tamaranı razı salmadı, üzünü Əhmədə tutub başını buladı:
    ─Fikir verirəm, demək olar ki dilinə heç nə vurmayıb.
    Pərtliyi aradan qaldırmağa çalışan Əhməd öz şirin dilini işə saldı:
    ─Siz onu üzrlü bilin! Əslində, Aylin elə də çox yeyən deyil. Amma salat xoşlayandır, imtina etmədi. Salat isə çox dadlı idi. Düz deyil, Aylin? –Aylinin cavabını gözləməyib, sözünə davam etdi, –Bilirsiz, Tamara xanım, sözün düzü, nişanlım göbələk xoşlamır.
    Əhməd həmişə olduğu kimi indi də öz sözləri və təbəssümü ilə Tamaranın könlünü almağı bacardı. Üzü güldü. Qarşısındakı qızı süzüb:
    ─Sən ye! Ye, bir dəfə dadına bax hələ! Çox xoşuna gələcək! –dedi və mənə tərəf çevrilib, –Rafiq mənim hazırladığım bütün yeməkləri xoşlayır və həmişə də deyir ki, hələ indiyə kimi heç kəs onun üçün mənim kimi dadlı göbələk qovurmayıb.
    Aylinin nəzərləri mənə yönəldi, gülümsəyərək:
    ─Rafiq dayı, gəlin, siz də bizimlə oturun da!–deyib əliylə boş stula dəvət etdi.
    Qızın səsindəki səmimiyyət və qayğı həmin an məni çox duyğulandırdı. Aylinin təklifinə cavab vermək istəyirdim ki, həmişəki kimi Tamara məni qabaqladı:
    ─O yeyib… Sizdən əvvəl mən ona yemək də, çay da vermişəm!
    Aylin gözlərimin içinə baxıb susdu. Onun susqunluğundakı sözlər, baxışlarından süzülən kəlmələr qarşısında özümü itirdim bir anlıq. Həmin an mənə elə gəldi ki, bu gənc qız qəlbimin dərinliklərinə boylanmağı bacardı. Fikrimdən, qəlbimdən keçənləri, hətta heç kəslə bölüşə bilmədiyim hisslərdən belə bircə baxışıyla agah oldu sanki. Gözlərimin içinə, daha doğrusu, qəlbimin dərinliklərinə yönəltdiyi nəzərlərinə tab gətirməyib başımı çevirsəm də, onun baxışlarını öz üzərimdə hiss etməkdə idim. Nə gizlədim, baxışları altında sıxıldığımı, əzildiyimi hiss etdikcə uzaqlaşmaq istəyirdim. Qəfil öskürək məni vəziyyətdən çıxartdı. Mətbəxə keçdim. Bacardıqca daha çox orada ləngimək, hətta öz otağıma çəkilmək fikrinə düşdüm. Soyuq və şaxtalı yanvar günü olmasaydı, parka gəzməyə gedər, ya da təqaüdçü qonşumla bir az nərd oynardım. Amma yox e… İndilərdə “Xəbərlər” başlayacaqdı. Otağa qayıdıb, kresloya-öz yerimə keçdim.
    Nəvəmin məktəb macəralarını dinləsəm də, gözaltından yenə də Aylini izləyirdim. Qoçaq qıza bənzəyirdi. Tamara danışa-danışa bir neçə bulaşıq boşqabı götürənə qədər, bütün masanın üstünü yığışdırıb səliqəyə saldı. Pəncərənin qırağına qoyulan şirniyyatları və özləri ilə gətirdiyi tortu süfrəyə qoyub yenidən mətbəxə keçdi. Mətbəxin yolunu əzbərləmişdi.
    Əhməd:
    ─Aylin, bir çay hazırla, tortu da kəsək, –deyəndə artıq dəmə qoyduğunu söylədi.
    Gülümsədim. Əhmədin gözlərindəki məmnunluq da nəzərimdən qaçmadı. Həmin an ilk baxışdan xoşlamadığım bu qızın Əhmədin qəlbinə necə yol tapa bilməsi barədə düşündüm: sadəliyi, səmimiliyi, bir də fədakarlığı onu Əhmədin gözlərində hər kəsdən fərqli etmişdi. Bir anlıq Faiqin Ruslanın anası ilə münasibətlərini xatırladım. Oğlum nə qədər diqqətsiz və evdən kənar əyləncələrə meyl etməsi ilə nikahının pozulmasında günahkar idisə, yoldaşı da bir o qədər şöhrətpərəstliyi, lovğalığı ilə münasibətlərin gərginləşməsinə təkan vermişdi. İndi Aylinə baxdıqca, ürəyimdə Əhməd kimi daha bir oğlum olmasını istəyir, kaş ki gözəl və cazibədar gəlinim də bu qıztək sadə və mehriban olaydı, deyə düşünürdüm.
    Həmişəki kimi bu dəfə də təşəbbüskarlığı Əhməd öz üzərinə götürdü. Tortun üzərindəki şamı yandırıb Faiqə ürəyində arzu tutmasını deyən kimi, Ruslan atasından cəld tərpənib şamı üfürdü.
    ─Ruslan! Neynədin? –Əhməd narazı halda başını yellədi, –Bu gün atanın ad günüdür! Sənin ad günün deyil, axı! Şamı atan üfürüb arzu tutmalı idi…
    Ruslan hər şıltaqlığına göz yuman dostunun iradına dodaqlarını büzdü, atasına qısılıb incik səslə:
    ─Mən atamın yerinə arzu tutdum… –dedi.
    Ruslanın hərəkətini sıradan bir nadinclik kimi qəbul edən Əhməd:
    ─Yaxşı, gəl belə edək, Ruslan, indi şamı yandırırıq, amma bu dəfə atan arzu tutacaq, –dedi.
    Əhmədin təklifi Ruslanın ürəyindən olmadı. Narazı halda başını yelləyib, əlini tutub saxladı, alışqanı yandırmağa qoymadı. Səsi titrəyə-titrəyə:
    ─İstəyirəm ki, atam yenə də bizimlə bərabər yaşasın! Hamımız bir evdə yaşayaq…
    Qeyri-ixtiyari Əhməd əlini aşağı saldı. Fərqinə belə varmadan alışqanı cibinə qoydu. Balaca dostunun könlünü qırmağa qıymadı. Ərköyün dostunun hisslərini, arzusunu hörmət və anlayışla qarşılamaq uşağa böyüklərin səhvlərini izah etməkdən, “niyə” və “nədən” suallarına cavab verməkdən daha asan idi.
    Uşağın sözləri hər kəsi duyğulandırsa da, amma ən çox Faiqin qəlbinə təsir etmişdi. Oğlunu özünə sıxıb saçlarını tumarlayıb öpdü.
    Şən əhval-ruhiyyə bir anın içində sükutla əvəzlənmişdi.
    Sükutu Aylinə müraciət etməklə Əhməd pozdu:
    ─Aylin, çay dəm alıbsa, zəhmət olmasa…
    Evin xanımı olduğunu xatırlayan Tamara, deyəsən, qıza əziyyət verməmək üçün təşəbbüsü öz üzərinə götürdü. Aylinin əlindən sinini alıb çayları payladı. İlk fincanı səbirsiz nəvəmin qarşısına qoyduğu zaman Aylin geri çəkildi, əvvəlki kimi səssizcə süfrə arxasında əyləşdi. Evin xanımının təşəbbüskarlığından sonra daha heç nəyə cəsarət etməyən qızın nəzərləri sinidəki sonuncu, çox güman ki, mənim üçün tökdüyü həmin fincanda ilişib qalmışdı.
    Ruslanın davranışları, sözləri hamımızın əhvalını alt-üst etmişdi. Elə Tamaranın da. Yazıq qadın üzgün halı ilə çayımı sinidə unutmuşdu… Son illər o da mənim kimi unutqan olmuşdu…

    *******
    Soyuq olmasına baxmayaraq, hava çox təmiz idi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alarkən, həmçinin Xarkovda hərbi xidmət keçərkən də soyuq torpaqların havasına öyrəşmişdim. Ona görə də Bakının küləkli, şaxtalı havası məni qorxutmurdu. Havadan asılı olmayaraq, səhər və axşam gəzintisi mənim kimi təqaüddə olan yaşlı insanlar üçün əslində çox faydalıdır.
    Həyət qapısından içəri girəndə qarajın yanılı işığı diqqətimi çəkdi. İçəri boylandım. Ruslan fürsətdən istifadə edib dostlara velosipedini təmir etdirirdi. Yəqin ki, yoldaşım da indi içəridə Aylinlə söhbət edir, maraqla ondan Əhmədlə necə və harada tanış olduqlarını soruşurdu. Özlüyümdə, ən yaxşısı birbaşa öz otağıma keçməyi düşündüm. Həm xanımların söhbətinə mane olmaz, həm də bir az uzanıb dincələrdim.
    Ayaq saxladım. Qulağıma gələn səs gerçək idi? Həyəcanla qonaq otağına tərəf addımladım. Bəli, gerçək idi… İllər sonra ilk dəfə evimizdə piano səsləri eşidilirdi. Qızım ailə qurub həyat yoldaşı ilə Leninqrada köçdükdən sonra eləcə divarın dibinə qısılıb qalan, yeddi-səkkiz ildən çox istifadə olunmayan bu piano da mənim kimi tənha qalmışdı. Bir neçə dəfə yoldaşımın fikrindən pianonu kiməsə bağışlamaq, ya da satmaq fikri keçsə də, etiraz etmişdim: bir gün, bəlkə də ömrümün son günlərində olsa belə, yenə də qızımın ifasını dinləməyi xəyal etmişdim… Faiqdən fərqli olaraq, qızım məni çox istəyirdi, hətta anasından da çox.
    Qapı arasında dayanıb Aylinin ifasını dinlədim. Dinlədikcə də kövrəlir, duyğulanırdım. Xatirələrimi canlandırmışdı bu ifa. Gözümün qarşısında gənclik vaxtlarım, qızımın şıltaqlıqları gəlib dururdu. Bir anlıq qızım üçün o qədər darıxdım ki! Aylinə necə yaxınlaşdığımı belə hiss etmədim.
    Səsimin titrədiyini hiss etdim:
    ─Çox sağ ol, qızım!
    Otaqda heç kəsin olmadığını zənn edən Aylin diksindi. Özünü itirdi:
    ─Üzrlü bilin, icazəsiz…
    ─Yox, yox! Bilsən ki nə qədər sevindirdin məni!, –deyib fərqinə varmadan qızın əlindən tutdum, –Qızım, xahiş edirəm, yenə nəsə çal!
    Səsimdəki yalvarışı hiss edən gənc qız məni qırmadı. Aylinin pianonun ağ-qara dilləri üzərində gəzən incə barmaqları qəlbimin sarı siminə toxunmuşdu. Gözəl ifası ruhumun dərinliklərinə enir, məni də öz dünyasına çəkib aparırdı. Aylində qızımı görür, qızımı hiss edirdim. Onu qucaqlamaq, bağrıma basmaq istəyimi güclə boğdum.
    İfasını bitirib əlini saxladı. Üzümə baxıb gülümsədi.
    ─Mənim qızım da…–susdum. Sözümə fasilə verib, fikrimi tamamlamağa çalışdım, –İndi ailəsi ilə Leninqradda yaşayır. İldə yalnız bir dəfə Bakıya gələ bilirlər. Yeni ildə gələcəklərini gözləyirdim, amma gələ bilmədilər. Yoldaşına işdən məzuniyyət vermədilər. Heç olmasa, Faiqin ad gününə gələr, düşündüm, …
    Aylin susaraq məni dinləyirdi. Danışdıqca gözlərimin içinə baxır, qocanın sözünü kəsməyə qıymırdı. Sözsüz, kəlməsiz, lal sükutumla belə, qarşımdakı bu qız məni anlaya bilirdi. Hisslərimi, duyğularımı daha ondan gizləyə bilmir, hətta gizlətmək belə istəmirdim daha.
    ─Qızım on bir il musiqi təhsili alıb, indi də fortepianodan musiqi dərsləri verir. Görürəm, sənin də musiqi təhsilin var…
    Aylin gülümsədi:
    ─Necə deyim… Cəmi üç il musiqi təhsili aldım, sonra getmədim.
    ─Hə…Təəssüf…
    Aylinlə söhbət etməkdən, fikirlərini, insanlara, dünyaya baxışını dinləməkdən, düzü, zövq alırdım. Bu qədər sadə, lakin bu qədər dərin. İlk təəssüratımda yanılmışdım. Savadlı bir qız imiş! Mənim həvəslə danışdığım elmi mövzulara maraqla göstərməsə də, kvant nəzəriyyəsindən, kvant mexanikasından anlayışı olmasa belə, tarix və ədəbiyyatdan maraqlı faktlar danışaraq məni təəccübləndirə bildi. Bəzən hətta professorun özünün belə bilmədiyi nələrsə olurmuş!
    Ailədə hamımız rusdilli olduğumuzdan bu gün ilk dəfə öz evimdə öz doğma dilimdə danışırdım. Necə də xoş bir hiss idi! Təəssüf ki, velosiped təmirini bitirən dostların gəlişi Aylinlə söhbətimizə son qoydu.
    Əhməd əllərini bir-birinə sürtüb qızınmağa çalışırdı:
    ─Aylin, zəhmət olmasa, bir çay qoy. Üşüdük.
    Əlində sini otağa daxil olan Aylin ilk fincanı kreslomun yanındakı jurnal stolunun üstünə qoydu. Gülümsəyən gözləri ilə təqdim etdiyi bu bir fincan çayla evin bir küncünə sıxılmış piano kimi hər kəs tərəfindən unudulan yaşlı professora öz hörmət və ehtiramını bildirmək istəyirdi.

    ******
    Pəncərədən yollara zillənən gözlərim yenə kimisə axtarır, özünə həmsöhbət gəzirdi. Tənha evdə keçən günlərimi divardakı, ya da pianonun üstündəki saatın tıqqıltısı tamamlayırdı. Tamara həmişə olduğu kimi rəfiqələri ilə telefonda danışar, evdə darıxanda isə alış-verişə gedərdi. Faiqi də səhər işə gedəndə, bir də gecə işdən qayıdanda görürdüm. Nə yaxşı ki, televizor vardı. Arada onunla dərdləşir, mənə cavab verməsə də, hisslərimi bölüşürdüm.
    Pianoya yaxınlaşdım. Qızımın saçlarını sığallayırmış kimi dillərini tumarladım. Xoşbəxtliyim, gəncliyim pianonun dilləri kimi qaranlığa qapanmışdı.
    Tıq-tıq…
    Faiqə ad gününə aldığım həmin saatın səsidir. Görüşdüyü xanım məndən qabağa düşüb ona gözəl bir qol saatı hədiyyə etmişdi. Oğlum hədiyyəmə çox sevinsə də, unutduğundan, bəlkə də xanıma qarşı diqqətsizlik etmək istəmədiyindən pianonun üstündə qoyub çıxmışdı evdən.
    Saatı qulağıma yaxınlaşdırdım. Yatmamışdı, hələ də işləyirdi. Zamanı qovan əqrəblər, əslində, gəncliyimizi, xoşbəxtliyimizi əlimizdən alıb aparırdı. Nə qədər dayandırmaq, bəzən geri dönmək, yaxud yenidən başlamaq istəsək də, barmaqlarımızın arasından süzülən suya bənzəyirdi zaman.
    Pianonun üstündəki dəvətnaməni əlimə aldım. Görünür, axşam Faiq qoyub. Açdım. Əhmədin toy dəvətnaməsi idi. Subaylıq həyatı ilə vidalaşan Əhməd bəlkə dostlarına da nümunə olardı. Onlar da subaylığın daşını atar, ev-eşiyə yığışardılar bəlkə. Gülümsədim. Ürəyimdən “Allah xoşbəxt etsin!” kəlmələrini keçirtdim.
    Faiqin səsini eşidib dəhlizə çıxdım. Həmişə olduğu kimi əynini dəyişib yenə də harasa tələsirdi. Əlimdəki dəvətnaməni göstərərək:
    ─Əhmədin toyu da amma yaman yubandıye… –dedim. –Yaddaşım yaman korlanıb. Huşum gedir day. Mühazirlərimi konspektsiz oxuyardım. İndi isə adları belə unuduram… Eh, qocalıq! Əhmədin nişanlısını deyirəm e, sən demə adı Nigar imiş. Yadımda başqa ad qalıb nəsə… Ad gününə gətirmişdi. Çox yaxşı, səmimi qızdır. Əsl azərbaycanlı qızıdır! Sözünün, hərəkətinin yerini bilən, böyüklərə hörmət edən… Çox diqqətli və anlayışlı qızdır. Allah xoşbəxt etsin!
    Faiq ayaq saxlayıb təəccüblə üzümə baxdı:
    ─Kimdən danışırsan?
    ─Nişanlısını deyirəm də: Sənin ad günündə bizə gətirdiyi qız
    ─Aylin? –Faiq başını yellədi, –Əhməd ondan gör nə vaxtdır ayrılıb!
    Faiqin sözlərinə üzüldüm. Doğrudur, Əhmədin həyatından çox qız, qadın gəlib keçmişdi. Amma həmin gün mən, nəhayət, onun öz sevgisini, xoşbəxtliyini tapdığına inanmışdım.
    ─Niyə ayrıldılar?-sualıma
    Faiqin cavabı gözlənilməz oldu:
    ─Özün görmədin? O qız Əhmədə yaraşan qız idi ki, papa? Nigar başqa məsələ! Nigarla Aylinin arasında yerlə-göy qədər fərq var e! Sığorta şirkətində şöbə müdiri işləyir, bir neçə dil bilir. Üstəlik də çöx gözəl və zövqlü xanımdır. Gəlməz ki, bir yanına kimisə salıb aparanda özünə yaraşan biri olsun, utanmayasan!
    Nitqim qurudu. Nə deyəcəyimi bilmədim.
    Əlbəttə, ürəyə hökm etmək olmaz. Xoşbəxtliyə gedən yol sevgidən keçir, deyirlər… Bəzən isə… Bəzən isə əsl sevgi axtarışında olarkən gerçək hisslərimizi, xoşbəxtliyimizi öz səhvimiz üzündən qurban veririk… Və bunu özümüz də anlamırıq…
    Əhmədi qınamağa haqqım çatırdımı? Ehtirasının qurbanı olub, slavyan gözəlinin mavi gözlərinin cazibəsindən kor olub, işvələrinə uyub cavanlıq səhvimə qurban etmədimmi öz qaragözlü, mələk üzlü nişanlımın sevgisini… Evin küncünə qısılan piano kimi atılmış, diqqət və qayğıya hər zaman möhtac bu qoca, əslində özünü nişanlısı xəyanətini ona bağışlamayıb həyatından birdəfəlik getdiyi gün özü özünü tənhalığa məhkum etmişdi.
    Köksümü ötürdüm. Deyə biləcəyim tək söz bu idi:
    ─Düzdür! Heç Əhmədə yaraşan qız deyildi!

    26-29 yanvar 2018-ci il. Bakı şəhəri.

  • AĞIR KİTAB

    İllərin hesabatını vermək kimi bir məsuliyyət hər bir yaradıcı adama, öz çalışmaları ilə nəzər nöqtəsində olan hər bir quruma məxsusdur. Bu məxsusluğu DGTYB fərqli yaşayır. Hər il DGTYB-nin adını fərqli layihələrlə, ümumtürk ədəbiyyatına ərməğan olunan müxtəlif ədəbi toplularla duyuruq.
    2017-ci ildə DGTYB “Bölgələrdən səslər-3” adlı gənc yazarların yaradıcılığına işıq tutan antologiya, Rusiyanın Arxangelsk vilayətinin şairlərinin şeirlərindən ibarət “Fəzanın cazibəsi” adlı antologiya və “Yeni qazax şeiri antologiyası” ilə Azərbaycan ədəbi mühiti və eləcə də bütün türk xalqlarının (habelə əqraba topluluqlarının) ortaq ədəbiyyat tarixinə verdiyi töhfələrlə yadda qaldı.Bu yazımızda “Yeni qazax şeiri antologiyası”na bir oxucu yanaşması sərgiləməyə çalışacağıq. Ona görə çalışacağıq deyirik ki, ürəyimizdəki fərəhi, qüruru, kövrəkliyi necə ifadə edəcəyimizdən əmin deyilik. Bəzən sözlərin belə yetərsiz qaldığı məqamlar, yəqin ki, hamıya tanışdı.
    (Antologiyanın nəşrinə (və ümumi redaktəyə) məsul, DGTYB-nin fəxri başqanı, şair-publisist Əkbər Qoşalı, tərtibçilər Qazax(ıstan) şairləri Tanagöz İlyass, Dauren Kasenov və Azərbaycan şairi dos.dr. Rəsmiyyə Sabirdi. Nəşrin məsləhətçiləri isə Azərbaycandan Millət vəkili dr.Cavanşir Feyziyev, AYB-nin katibi Rəşad Məcid, “Olaylar” qəzetinin baş redaktoru dr.Yunus Oğuz, Qazaxıstandan isə Qazaxıstan Yazıçılar Birliyi (QYB) başqanının I müavini Qalım Jaylıbaydır.
    Akademik, Millət vəkili Nizami Cəfərovun, Prof.dr.Elçin İsgəndərzadənin, BAMF başqanı Umud Rəhimoğlunun, Mahmud Kaşğari adına Uluslararası Fondun başqanı Elxan Zal Qaraxanlının rəyi ilə nəşr olunan antologiyanın redaktorları Rəsmiyyə Sabirlə DGTYB Məclis üzvü Əfsanə Ələsgərlidir.

    “Yeni qazax şeiri antologiyasi”nda yer alan şeirlər Qazaxıstanlı yeni nəsil yazarları dr.Gülnaz Fayzulla, Gülnaz Satbay, Azərbaycanlı yazarlar dos.dr. Rəsmiyyə Sabir, dos.dr. Təranə Turan (Rəhimli), Gülnar Səma (Qasımlı), Afaq Şıxlı, Əkbər Qoşalı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı, İntiqam Yaşar və Ruslan Dost Əli tərəfindən çevrilib.
    (Antologiyanı http://kitabxana.net/?oper=readBook&id=3267 ünvanından da oxumaq (və ya endirmək mümkündür.))
    Antologiya oxucuların qarşısında “Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist, dr.Sona Vəliyevanın “Xəzərin o tayında vuran isti ürəklər” adlı yazısı ilə açılır. Sona xanım yazır ki: “Yeni qazax şeiri antologiyası”nın Bakıda gün üzü görməsi, bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin – Qazaxıstanla Azərbaycanın ictimai-mədəni həyatında əlamətdar hadisədir”.
    Təbii ki, ortaq ədəbiyyata, ortaq mədəniyyətə, hətta, ortaq yaşantılara məxsus olan qardaş xalqların bir-biri üçün döyünən ürəklərinin hərarəti məsafələr tanımır… Antologiya bu məsafələrin önəmsizliyinin daha bir sübutudur.
    Qazaxıstan Respublikasının Dövlət Ödülü Laureatı ustad Temirxan Mədətbek, iki qardaşın ürəyinin birgə döyünməsinə daha duyğusal yanaşır: “Mənim qarşımda Xəzər Dənizinin ötəsinə doğru yola düşən qağayı kimi 57 qazax şairinin şeirləri qanad vurur…
    Yadlardan biri deyə bilməzsiniz – kökü bir, diləyi bir qardaş millətdir onlar –azərbaycanlılar!”
    Və bundan sonra hər vərəqdə bir şair könlü çırpınır. Çırpındıqca da əsintisi oxucu hisslərini riqqətə gətirir; gah vətəndən danışır bu şeirlər, gah dərin köklərdən… Bəzən də sevgidən və ana təbiətdən… Yaxşı oxucu bu şeirləri diqqətlə incələsə Ana Türkün, Ata Türkün tapındığı qutsallıqların da izinə rastlayar…
    Qazaxıstan Yazıçılar Birliyinin (QYB) Karaqanda vilayəti bölümünün baş katibi Serik Aksunkaroğlu yazır:

    Dövləti qurmağa üç haqlı vardır:
    Tanrı, Ulus

    Bozqurdlar nəsli!
    Onun bu əminliyi Turan ucalığına gedən yolun bələdçisidir! Göy Tanrı, Bəlli Ulus və ən cəngavər oğullar- Bozqurdlar nəsli!
    Jənibek Əliman öz qələm dostunun fikrini belə təsdiqləyir: “İçimdə intiqam toxumu səpər, Boz qurdun Altayda ağlayan səsi…” Bu misralar bir daha göstərir ki, çiçəkləyən, budaqlayan ağac öz kökünə necə sığınırsa, türk elləri də soy-kökünə söykənir. Bilir ki, qədim türklərin yaşamı, düşüncələri, idrakı bu gün hər birimizin – hər bir “Türkəm!” deyənin qanında, canındadır. Candan cana, qandan qana keçərək də gələcək nəsillərə ötürülür, öz əbədiliyi, əzəliliyi ilə tarixin zaman-məkan çərçivəsinə meydan oxuyur. Erbol Beyirxanın özünə qayıdışı kimi: “Mənim canım qızıl buynuzlu maraldadır…” Yaxud Miras Asanın “gözəlləmə”si kimi:

    Qıpçaq gözəli!
    Umay qız soylu!
    Ağ Ana!
    Hisslərinə mənim canım sadağa!

    Bunun arxasınca şair təfəkküründən süzülən tarixə tanıq oluruq. Oljas Kasım etiraf edir:
    “Mən necə qıyaram bu torpağımın
    Tarixlər sığınan hekayəsinə!”
    “Jıldız” (“Ulduz”) dərgisinin baş redaktoru Uluqbek Esdevletin hayqırışı isə bugün hər bir türk gəncinin təfəkkürünə ismarlanıb:

    Oğlum, Qərbə çox baxma!
    Batan gün, bizim günümüzdür…
    Bu yer üzündə
    Sinəyədək diriyik…
    …Dillən, oğlum, gün batmadan
    Öz sözünü deyəndən ol…

    Qazax ədəbiyyatı hələ qədimdən mifoloji hekayələr, mərasim və əmək nəğmələri, tayfalar haqqında əfsanələrlə zəngin olub. Mərasim nəğmələri arasında mövsümə uyğun söyləmələr də daim maraqlı obrazlaşdırılmayla yadda qalıb. Elə buna görə də antologiyada Ana Təbiətə incə, duyğusal yanaşmaları oxuduqca heç də təəccüblənmədik. Əksinə, QYB üzvü Onaygül Turjanın şeirini oxuyanda hisslərimiz fəsillərin “döyüşü”nə şahidlik elədi:

    Yaz: “Mən həyatın bəzəyiyəm” söyləyir,
    Payız deyir: “Yaşlılıqdı bu həyatın mənası”…
    “Yarpaqlar yaşıldır” – yaz astaca dillənr…
    “Yarpaqlar sarı geyinir” – bu da payızın “əmma”sı…

    Yaz–payız təzadını iki başqa şairin də misralarında görürük. Xamit Esaman şikayətlənir ki: “Məni görüb “eh” söyləyər baharlar…” Jıldız Baysek isə sanki, əbədi təzadın nizamını pozulmağa qoymur: “Payız, Mən səni çox sevmişdim…” QYB-nin daha bir üzvü Anar Şamşaddin şeirində sarı-boz çizgiləri özünəməxsus çəkir: “Jetisuya payız gəldi… Küçədə Yarpaqlar ölürdü məzarsız…”

    ***
    Çağdaş Azərbaycan ədəbiyyatında ağaclar haqqında ən yaxşı nağılları (bizcə) Hədiyyə Şəfaqət yazır. Özü də şeir-şeir, misra-misra söyləyir bu nağılları… “Mən o səsi quru ağacın nəfəsindən aldım…”, “Qurumuş ağacın Qurumuş budağında can axtarıram…” kimi misralarıyla o, öz şeirlərində Ağac Ananı özününküləşdirməyə cəhd edir. Nəsil ağacında bir ağacın budaqları olan iki qardaş xalqın şairlərindən danışarkən Hədiyyə Şəfaqətin şeirlərinə doğma olan misraları tapmaq elə də çətin olmadı. Əksinə, Janat Əskərbəyqızının “Ağac mövsümü” adlı şeiri Ağac Ana haqqındakı sehrli nağıla döndü:

    Tənha söyüd ağlayır,
    Tökülür yarpaqları…
    Ümiddən dayaq gəzir,
    Titrəyən budaqları…

    Gülnaz Fayzulla eynən Hədiyyə Şəfaqət kimi Ağac Ananı özününküləşdirir: “Küçədə ağaclar tumurcuqlasa, Mənəm gözlərini qırpmayan ağac…”
    Ağac Ananın şəfqətini isə bizə Dauletkerey Kapoğlu anladır. Özü də hönkürən misralarla:
    “…Mənə sarı ötürdü Günəş öz istisini,
    Kənd başında anamın gül-çiçəkli qəbrindən…”
    Və bütün bunların arxasınca Nauruzxan Gazizoğlunun etirafı oxucunu ağacların qoynundan alıb birbaşa şeiriyyətin ənginliklərinə atır:

    Bu dünyanın ağacları adamlardan doğmadı…
    Bir də şeirdi mənim əziz, əvəzsiz dostum…

    ***
    Şeir şairin səmimiyyətidir… məsumiyyətidir, günahıdır… ləyaqətidir, xəyanətidir… Şeir, şairin varolma səbəbidir… Və maraqlısı budur ki, şair şeiri yazdığı kimi şeir də şairi yazır; onun kimliyini, düşüncəsini, yeri gələndə ən adi vərdişlərini də anlada bilir. Buna görə də bəzən şairlər demək istəmədiklərini öz şeirində oxuyanda bilmir şeirinə dost gözüylə baxsın ya onu silib yox etsin?.. Azərbaycan poeziya tarixində zirvələrdən birində əbədi məkan qazanan Məmməd Araz deyirdi ki: “Anadan-bacıdan gizlətdiyimi, Kağızdan-qələmdən gizlətməmişəm”…
    Qazaxıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Almas Ahmetbekuli isə deyilməyən şeirlərin özündə nələr gizlətdiyini belə anladır: “Heç kimin demədiyi Şeir deyərəm sənə, Hər bəndi həyat olar…” Amirxan Balkıbek şairin öz şeirinə inamsızlığını (“Qova bilərmi ki, bu gücsüz şeirim, Beynimdəki cavabsız sualları”…), Ruslan Nurbay şeirə sitayişi yazır: “Əməl dəftəri… Hələlik ona şeir uyğundur…”
    Batırxan Sarsenxan “Qızlar şairlər üçün doğulmuşdur…” qənaətindəykən, Əlibek Şegebay sevgilisinə şeirlə məktub yazır deyir:
    “Xatırlayıram sənə ilk şeir göndərməyi…
    “Sevirəm”
    titrəkcə yazdığım şeirə
    Qoyulmamış nöqtə
    bəlkə sən idin!”
    Bakıtjan Aldujarın bir bəndində yenidən Məmməd Arazla rastlaşırıq. Məmməd Araz yazırdı: “Məni şeirimdə gəz bir insan kimi…” Bakıtjan Aldujarın da özünü şeirdə gizlətdiyini dilə gətirir:

    Öz könlündə
    başqalarının sevilməsi gözəldir,
    sən xoşbəxt olmalısan!
    Salam olsun, şeirdəki Bakıtjana!

    Erlan Junis şair olduğu ilə öyünür: “Mənim kimi şeir yazmaz dünya…”
    Bu özünə əmin olmağı Azamat Esalının şeirində də görürük:
    “Kağız ilə qələmi Tanrı özü mənə əmanət edib.”
    Bakıtgül Zarkumar “Şeirin də öz qədəri var, Bilirəm…” sözləri ilə təsəlli axtarır… Onun təsəlli yükünün bir parçası da Qazaxıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Elena Əbdixalikin payına düşüb: “Mənə şeir yazmaya da bilərsən…”
    Janat Jankaçoğlunun fikrincə, heç bir şair öz şeirlərində hələ də özünü, duyğularını yetərincə anlatmağa qadir olmayıb:

    Şeir yazır…
    Yazdığı şeirə
    “Xoşbəxtlik” sözü sığmır…

    Şeirin öz dünyası şairin təxəyyülündən və hisslərindən süzülüb gələn lirik obrazlarla var olur. Adətən, bu cür deyirik: “Şeirdəki lirik obraz”. – Janar Aylaş öz lirik obrazının aşiqliyini indiyədək eşitmədiyimiz tərzdə dilə gətirir: “Şeir dünyasından gəlib, Mənə aşiq bir şair…” Şeirin rənglərdən ibarət olması isə təzə fikir deyilsə də, Aliya İnkərbek şeirində bu məqamı sözün yaxşı anlamında ağardıb: “Dərdim şeirdir, rəngim ağdır…”
    Rəvan Kabidoldin şairin təbiətindəki həssaslığı, onun daim riqqətə gəlməyə hazır olan ürəyini anladıb: “Bu soluxan halı görsən, Şair olardın…”
    Ayazda Berkut üçün isə Rəfiq Zəka Xəndan demiş, “hicrandı şairi şair eyləyən”…

    Ömür boyu şeir yazmağım üçün
    borcluyam
    mənə verdiyin qəmə…

    Ularbek Nurğalim özünə ithafən yazdığı misralarda bir növ şairliyini sınağa çəkirsə də (“Şair, Bu dağ qoynunu necə vəsf eyləyərsən?”), Dinara Məlik daha irəli gedir. O, insanın ruhundan süzülən şeirə üz tutur:
    “Hey, şeir,
    Gedəkmi,
    gedəkmi uzaqlara?”

    ***
    “Aktöbe” qəzetinin baş redaktoru Bauırjan Babajanoğlunun “Qızıl alma…Qadın…” şeiri diqqətimizi başqa səmtdən çəkdi.

    Sevincini paylaşan kişilər çoxdu,
    Üzüntünü paylaşan bircə qadın taparsan…

    Bu misralar, yəqin ki, hər bir azərbaycanlı oxucuya Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini xatırladacaq. Çünki, ənginliyə baş vurduqca hər iki şairin şeirində eyni obrazı görürük: sonuncu liman olan hüznlü qadını…
    Talğat Eşenoğlunun misralarını oxuyanda isə ağlımızın bir ucundan bizim Gündüz Sevindik “keçir”… Gündüz yazır ki: “Eh, mən ağladım ki, sən kiriyəsən…” Xəzərin o tayından gələn şeirdə də Talğat Eşenoğlu eyni fikirdədir:

    Hey, dünya,
    Mən ağlayım,
    Sən sakitləş bir azca…

    ***
    Şairin vətəndən, sevgidən, ruhdan, doğmalıqdan, elə şairliyin özündən yazması Tanrının yazısı, tarixin hökmüdür. Günümüzdə isə yaşamın detalları dəyişdikcə, şeirin də hardasa yaşama uyması nəzərə çarpır. Ona görə də get-gedə intellektual şeirlər çoxalır. Bu şeirlər duyğusallığın qarşısında hesabat verməyə məcburdur… – Bu, bizim subyektiv fikrimizdir. – Axı, poeziya elə duyğuların tərənnümüdür… Bununla belə, intellektual şeirin önünü kəsmək, onu ədəbiyyatdan qıraqda tutmaq da haqsızlıq olardı. Çünki, həyat şairi yazmağa məcbur edirsə, o, yazmalıdır…
    Dauren Berikkajıoğlunun getdikcə artan intihar hadisələrinin ağrısını şeirə gətirməsi onun bir şair kimi rahatsızlığından doğur. Və yazmağa məcbur olduğunu özü də etiraf edir:

    Həyatdan bezmiş insanın
    Gözüylə “məhv ol!” deməsi
    əlinə qələm almağa məcbur edir…
    Sağınış Namazşam məktubun və poçtalyonun unudulmağa məhkum olduğu texnologiya əsrində nostalgiyanı şeirində əbədiləşdirib:
    “Başımın üstündə Quş tükləri uçarsa,
    Tutub sizə məktub yazardım…”
    Tanagöz Tolkınqızı (İlyass) həyatın sürətinin fonunda insanların laqeydliyinə üsyan edir:

    Bu incəcik qəlbimi
    İnsanlar incə-incə yaralayınca
    Tez-tez
    Bağışlamağı öyrət…
    Bu ağappaq dünyanı ağlar qaralayanda
    Sakitcə-sakitcə sevməyi öyrət…
    Bəşəriyyət tarixinin əkiz tayı sayılacaq “Olum, ya ölüm?” sualı da qazax qardaşlarımızın bədii yaradıcılığından süzülüb. Almat İsadil yazıb:
    “Bir həyat, Bir ömür, Bir ölüm…
    Bu günədək cavabını kim tapmış?”
    Kalmaxambet Muxametqali də əbədilik qazanmış bədii suala cavab axtarır. Və deyəsən, tapıb da: “Təkcə, əfsanələr köhnə, Bunu unutma, körpəm…”

    ***
    Azərbaycan folklorunda çox düşündürücü bir bayatı var:

    Aşiq, qardaşa düşər,
    Yağar qar, daşa düşər…
    Qardaşın müşkül işi
    Yenə qardaşa düşər…

    Bu bayatını bizə Sayat Kamşıgerin şeiri xatırlatdı. Şair Azərbaycana olan doğmalığını, Bakıya olan sevgisini ürəklə deyir. Lakin, Azərbaycanın Qarabağ adlı dərdini, göynərtisini də duyur… Və sevdiyi şəhərin həmdərdi olur: “Bakım, sənin dərdin var: Qarabağ deyə sızlar…”

    ***
    “Yeni qazax şeiri antologiyası”nda elə şeirlər var ki, onların fəlsəfi yükü şairin daxili dünyasına səyahətə çıxmaqdan daha çox oxucunu düşündürməyə hesablanıb. Misal üçün, Kazıbek Şaxan deyir: “Saatlar zamana “tələs!” söyləmir…” Yaxud, Nazira Berdalının misraları kimi: “Yer” adlı böyük yeri kirayə tutub yaşayırıq…”.
    Kuralay Omar nöqtə fəlsəfəsi haqqında bildiklərini toplayıb “Hamımız sonunda nöqtəyik…” qənaətinə gəlir. Janar Əbsadık “İnsanların fikrinə ibadət, Həqiqəti öldürdü…” deyir. Tolkın Kabılşa insanın həyata olan sevgisindən, sonsuz umacağından söz açır: “Günəşə anlatdım istəklərimi…”
    Akberen Elgezek kədərin ən bəsit ifadəsindən danışır:
    “Göz yaşı da, çox ağırdır, çox,
    Özü boyda qaranlıqdır, böyük damlalar…”
    Baxıtgül Babaş isə Tanrıyla dərdləşməyə cəhd edir:
    “Tanrım, cəhənnəmin hardadı sənin?”
    Qələm dostunun Tanrıya asi çıxmaq cəhdinin cavabı Ənvər Bimağambetin təskinlik verən misralarındadır:

    Həyatdır bu…
    Başı qara…
    Sonu ağappaq…

    Və bu andaca Makpal Jumabayın Yaradana heyranlığını və sevgisini oxumaqda gecikmirik:

    Tanrım necə ustaymış,
    Tanıtmış
    tanıtdığıma
    həyatın öz ətrini…

    ***
    Jadıra Baybula şeirində gizlətdiyi lirik obrazına həqiqəti deməkdən çəkinmir: “Mənim xoşuma gəlir, Sənin əlçatmazlığın…” Daha bir etiraf da Kuanış Medevbaydan gəlir: “Çox xəyalı batan günlə söndürdüm…” Burda həm də yeni gün, yeni yaşam zənciri fəlsəfəsi var ki, hər insan bu fəlsəfənin fərqli çizgilərini yaşamaqda, beləcə, ümumbəşər ideyalarına xidmət etməkdədir…
    Qazax xalqının mahnılarında daim xalqın yaşamı, məişəti, kədəri və sevinci, bir sözlə, ruhu, ovqatı ifadə olunub. Mahnılardan süzülən, ruhu ətirləyən, hardasa cilalayan, hardasa çılğına döndərən ecazkarlığın şair qələmindən qıraqda qalmasını düşünmək sadəlöhvlük olardı. Biz isə özümüzü sadəlöhv oxucu zənn etmədiyimizdən antologiyada bu məqamı da axtardıq. Və… Nurgül Maulinanın şeirində tapdıq. O, yazmışdı ki: “Bir gözəl mahnıdan süzülür işıq…”
    Dosbol İslam oxucusuna “Özünə dost etmə acı dərdləri…” deyə səslənir. Janargül Kadır onun sözlərini təsdiqləyir: “…neyləyirəm nəşədən kəm günləri?”
    İndira Kerey “Özümüzə yoxdan xoşbəxtlik yapdıq…” desə də, Ayjan Tabaraqqızının misrası cavab kimi qarşımıza çıxır: “O, eyni tale kimi…” Hə, hər şeyin taleyə, ilahi bir nizama bağlı olduğu incəsənətin bütün sahələrində öz əksini tapıb, tapır (və tapacaqdır da)… Çünki, bu dünyanın üsyanları o ilahi nizamın zərrəsinə təsir edə bilməz… Bu da bir şair inamıdı!
    Və yalnız şair günəşin qürubunda məğrurluq axtarardı… Makpal Mısa kimi:

    Günəş qürub edir…
    Gözəl və məğrur!

    ***
    “Yeni qazax şeiri antologiyası” ağır kitabdır. Ağır sözü burda məcazi anlamdadı. Axı, nağıllarımızda bu sözü çox oxumuşuq, eşitmişik: “…çəkidə yüngül, vəzndə ağır…” Hə… Bu kitab haqqında da eyni sözü işlətmək olar.
    Azərbaycan ədəbi mühitinin çağdaş proseslərinin yaxından izləyiciləri kimi ürəklə deyə bilərik ki, nə yaxşı, belə bir kitab çap olundu! Əgər çap olunmasaydı, biz qazax şeiri haqqında internetdən qarşımıza çıxan bir-iki cümlədən başqa heç bir bilgiyə sahib ola bilməzdik. Əgər çap olunmasaydı, biz “Xəzərin o tayındakı isti ürəklər”in hansı hisslərlə döyündüyünü, yaradıcı bavurlarımızın, bacılarımızın nə düşündüyünü, dünyaya baxışını, olaylara yanaşmasını kim bilir nə vaxt görər, necə duyar, harda oxuyardıq..?
    “Yeni qazax şeiri antologiyası” türk övladı, Turan sevdalısı kimi qəlbimizə fərəh hissi doldurdu… Bir ədəbiyyatsevər kimi isə kitabı əzizləməyi, hər vərəqinə sığal çəkməyi özümüzə borc bildik. Elə qazax şairi Rahat Əbdirahman demişkən: “Sevənləri kim suçlayar, axı kim?”

    Şəfa VƏLİ, DGTYB üzvü

    İlham ƏLƏKBƏROV,
    Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi

  • Xalq şairi Nəriman Həsənzadənin yeni kitabı işıq üzü görüb

    “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Xalq şairi, Əməkdar incəsənət xadimi, Fərdi Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor, şair-dramaturq Nəriman Həsənzadənin “Dostlar məni gözləyir” adlı yeni kitabı 408 səhifə həcmində 100 tirajla işıq üzü görüb.
    Kitaba şairin müxtəlif illərdə işıq üzü görən kitablarından seçmə şeirlər və poemalar daxil edilib.
    Yetişməkdə olan yeni nəslin nümayəndələrini görkəmli Xalq şairlərimizin zəngin ədəbi-bədii yaradıcılığı ilə yaxından tanış etmək məqsədilə nəfis tərtibatda işıq üzü görən kitabın oxucular tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği yönündə yorulmaq bilmədən çalışan və oxucuları hər dəfə yeni nəfis tərtibatlı orijinal kitablarla-zəngin xəzinə ilə baş-başa buraxan “Kitab Klubu” nəşriyyatı tərəfindən Sevimli Xalq şairimiz, lirik şeirlər və həzin duyğular müəllifi, ədəbiyyat tariximizdə daha çox şair-filosof kimi tanınan Nəriman Həsənzadənin “Seçmə şeirlər” (“Kitab Klubu”, 2015, 400 səhifə, 100 tiraj) işıq üzü görmüşdü.
    Qeyd edək ki, bundan öncə 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Xalq şairi, Fərdi Prezident təqaüdçüsü, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyatı Mükafatı laureatı Zəlimxan Yaqubun “Dünyadan köçən mənəm”, 2017-ci ildə isə Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, şair, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzanin “Müasirlərim” seriyasından “Axı dünya fırlanır…” adlı şeirlər və poemalar toplusu kitabı media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, poeziya həvəskarlarının, ədəbiyyatsevərlərin diqqətinə çatdırılmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Yusif Vəzir Çəmənzəminlinin yeni kitabı işıq üzü görüb

    “Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsindəki ilk səfiri, görkəmli dövlət xadimi, istedadlı yazıçı Yusif Vəzir Çəmənzəminlinin “Cənnətin qəbzi” adlı yeni kitabı 156 səhifə həcmində 100 tirajla işıq üzü görüb. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı zəngin ədəbi irsindən hekayə, nağıl və publisistik nümunələr daxil edilib.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən,
    “Klassik Azərbaycan ədəbiyyatı” seriyasından görkəmli Azərbaycan yazıçısı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlinin “Seçilmiş əsərləri”nin üç cildliyi kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • “Açık Kara” dergisinin 1. sayısı yayında

    YOLA ÇIKARKEN
    Küfürle Küfürle edebiyatın yanyana konduğu, küfürsüz şiir, hikâye, roman, tiyatro sinema, hatta günlük konuşmalarda bile cümlelerin arasına küfür serpiştirilmeden sözün ve sesin uzaklara taşınamayacağını savunanların çoğunlukta; küfür ile edebiyatın içiçe olmayacağını savunanlar kelaynak kuşları gibi azınlığı temsil ediyorlar malesef.
    Küfür, TDK’da: Tanrı’nın varlığı ve birliği gibi dinin temellerinden sayılan inançları inkâr etme, günlük konuşma dilindeyse sövgü manasındadır. Her iki manada da hoş karşılanmayan ve insani olmayan bu kelime aynı zamanda kavgaların fitilini ateşleyen bir kelimedir.
    Bilmeyenler için edep; Toplum töresine uygun davranma’dır. Bu arada edebiyat: Olay, düşünce, duygu ve hayallerin dil aracılığıyla sözlü veya yazılı olarak biçimlendirilmesi’dir denildiğine göre biz de, insani ve islami pencereden bakarak edebiyat yapmak için yola çıkıyoruz.
    Bu yolculuğumuzun meşakketli olduğunun bilincinden hareketle edebin, erkanın insanı kamilleştireceğine inanıyoruz.
    Günümüzde günlük konuşma dili arasına giren sövgü dolu kelimeleri kullanmak ve kullandırmaktan kaçınmaya çalışacağız. Bunda ne kadar başarılı olacağız onu da zaman gösterecek.
    Gayemiz kendimize alan açmaktan ziyade dilimizi koruyarak, Nasrettin Hoca’nın yaptığı gibi testiyi kırmadan önce tokat atacağız. Bu arada istemediğimiz halde sürçü-lisan ettiğimiz zamanlarda bizleri uyarmanızı isteyeceğiz.
    Dergimizde içinde mizah unsurları taşıyan edebiyatın her türüne yer vereceğiz.
    Uzun uzadıya dergi hakkında yazmanın bir manası olmadığını düşünüyoruz. Neticede kervan yolda dizilecektir.
    Edep erkân dairesinin dışına çıkmadan bize katılan ve katılacak olanlara selam olsun.
    Açıkkara

  • Şair-filosof Əlişad QARAQASIMLI.A.S.Puşkindən tərcümə

    Qəlbən “Sən” sözünü, boş “Siz” sözüylə
    O, mələk, o gözəl dəyişdi birdən.
    Könlümdə bir munis arzu oyatdı,
    Misratək sıyrılıb çıxdı qəlbimdən.

    O, qızdan gözümü çəkə bilmirəm,
    Baxıb gözlərinə üşənirəm mən.
    -Necə gözəlsiniz!-deyirəm ona,
    “Mən sizi sevirəm!”-düşünürəm mən.

  • Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər

    * * *

    Vətəni, torpağı olmayanların
    Fikrini deməyə sözü də olmaz.
    “Torpaqdan pay olmaz” deyən bir xalqın
    Özgə torpağında gözü də olmaz.

    Göylərə baş vuran çinardır Vətən,
    Biz doğuçağında yaşıl budağıq.
    Səmaya qalxanda-əlçim bulud,
    Torpağın üstündə gəzən torpağıq.

    Günəş gülümsəsin Vətən göyündə,
    Nurlu torpaqları hər an var olsun.
    Qəlbim dilə gəlir bir dost görəndə:
    “Torpaqdan torpağa salamlar olsun!”.

    Bir qəfil küləkdən şam kimi sönüb
    Qartək ağ kəfənə büküləcəyəm.
    Ölərkən bir ovuc torpağa dönüb
    Özüm öz gözümə töküləcəyəm.

    Zirvə

    Zirvə, zirvə-deyir yerindən duran,
    Görəsən, zirvənin sonun varmıdır?!
    Zirvənin məskəni o uzaq ulduz,
    Yoxsa, göylərdəki buludlarmıdır?!

    Şöhrət bayrağını qaldırıb yerdən,
    Biz hansı zirvənin başına sancaq?!
    Zirvəyə ucalmaq, zirvə deyildir,
    Zirvəni ucaltmaq zirvədir ancaq!

  • Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər

    Çırpma gözlərini səkiyə…

    İnsanlar yan-yörəndə-
    kipriklərindir;
    gözlərinin işığını qoruyaslş
    Əlindəki əsan-
    ağac olmuş gözlərindir;
    həsrətdən uzanayıb boy atmış.

    …Çırpma,
    gözlərini səkiyə çırpıma!..

    Oyuncaq

    Manatlıq oyuncaq ala bilmədim,
    Manatlıq oyuncaq…
    Oğul, gülüşlərin mənimki deyil.
    Acı göz yaş yaşların mənimdir ancaq.

    Çoxdundur quruyub gözümün yaşı,
    Gözümün yaşını silmirəm, Allah!
    Əlimdən cibimə uzanan yolu
    Qırx ildir dəf edə bilmirəm, Allah!

    Bir həsrət, bir nisgil çəkilir şerə,
    Hopur bir ağrl da insan canına.
    Adamın gözləri dikilir yerə,
    Adamın qolları düşür yanına.

    Manatlıq oyuncaq ala bilmədim,
    Manatlıq oyuncaq…
    Mənimki deyildir xoş gün, güzəran,
    Acı məhrumiyyət mənimdir ancaqş

    1989.

  • Yunus EMRE.Muhteşem şiirler

    Aşkın Aldı Benden Beni

    BeğenAntolojimYorumlarPaylaşTweetlePaylaş
    Aşkın aldı benden beni
    Bana seni gerek seni
    Ben yanarım dün ü günü
    Bana seni gerek seni

    Ne varlığa sevinirim
    Ne yokluğa yerinirim
    Aşkın ile avunurum
    Bana seni gerek seni

    Aşkın aşıklar oldurur
    Aşk denizine daldırır
    Tecelli ile doldurur
    Bana seni gerek seni

    Aşkın şarabından içem
    Mecnun olup dağa düşem
    Sensin dünü gün endişem
    Bana seni gerek seni

    Sufilere sohbet gerek
    Ahilere ahret gerek
    Mecnunlara Leyla gerek
    Bana seni gerek seni

    Eğer beni öldüreler
    Külüm göğe savuralar
    Toprağım anda çağıra
    Bana seni gerek seni

    Cennet cennet dedikleri
    Birkaç köşkle birkaç huri
    İsteyene Ver anları
    Bana seni gerek seni

    Yunus’dürür benim adım
    Gün geçtikçe artar odum
    İki cihanda maksudum
    Bana seni gerek seni

    Yusuf’u Kaybettim

    BeğenAntolojimYorumlarPaylaşTweetlePaylaş
    Yusuf; u kaybettim Kenan ilinde
    Yusuf bulunur, Kenan bulunmaz
    Bu aklı fikr ile Leyla bulunmaz
    Bu ne yaredir ki çare bulunmaz

    Aşkın pazarında canlar satılır
    Satarım canımı alan bulunmaz
    Yunus öldü deyu selan verirler
    Ölen beden imiş, aşıklar ölmez

  • Hezret Mevlana Celaleddin Rumi.Muhteşem şiirler

    Ağıt

    BeğenAntolojimYorumlarPaylaşTweetlePaylaş
    Göz gamın ne olduğunu bilseydi,
    gökyüzü bu ayrılığı çekseydi,
    padişah bu acıyı duysaydı;
    göz gece demez gündüz demez ağlardı,
    gökler yıldızlara, güneşle, ayla
    gece demez gündüz demez ağlardı.
    padişah bakardı ününe,
    tacına, tahtına, tolgasına, kemerine,
    gece demez gündüz demez ağlardı.

    Gül bahçesi güzün geleceğini duysaydı,
    uçan kuş avlanacağını bilseydi,
    gerdek gecesi bu özlemi görseydi;
    gül bahçesi hem güle hem dala ağlardı,
    uçan kuş uçmaktan vazgeçer ağlardı,
    gerdek gecesi öpüşmeye, sarılmaya ağlardı.

    Zaloğlu bu zülmü görseydi,
    ecel bu çığlığı duysaydı,
    cellâdın yüreği olsaydı;
    Zaloğlu savaşa, yiğitliğe ağlardı,
    ecel bakardı kendine ağlardı,
    cellât, yüreği taş olsa, ağlardı.

    Kumru, başına geleceği duysaydı,
    tabut, içine gireni bilseydi,
    hayvanlarda bir parça akıl olsaydı;
    kumru selviden ayrılır ağlardı,
    tabut omuzda giderken ağlardı
    öküzler, beygirler, kediler ağlardı.

    Ölüm acılarını gördü tatlı can,
    koyuldu işte böyle ağlamaya.
    Olanlar oldu, gitti dostum benim.
    şu dünya bir altüst olsa, aülasa yeri var.
    öylesine topraklar altında kalmışım.

    Ey Balçık Dünya

    BeğenAntolojimYorumlarPaylaşTweetlePaylaş
    Seni bildim bileli,
    ey balçık dünya,
    başıma nice belâlar geldi,
    nice mihnet, nice dert.
    Seni sırf belâdan ibaret gördüm,
    seni sırf mihnetten, dertten ibaret.

    İsa’nın yurdu değilsin sen,
    yayıldığı yersin eşeklerin.
    Nerden tanıdım seni bilmem ki,
    nerden parçası oldum bu yerin,

    Bana vermedin bir yudum tatlı su,
    sofranı yaydın yayalı.
    Elimi ayağımı bağladın gitti,
    elimin ayağımın farkına varalı.

    Bırak da bir ağaç gibi
    yerin altından çıkarıp ellerimi
    sevgilinin havasıyla sarmaşdolaş olayım,
    uzayıp gideyim bâri.

    Ey çiçek, dedim çiçeğe,
    dedim, bu küçük yaşta sen,
    neden ihtiyar oldun bu kadar,
    dedim, nasıl oldu bu böyle?

    Çocukluktan kurtuldum, dedi çiçek,
    sabah rüzgârını tanıyalı,
    hep yukarlara doğru çıkar
    yukarlardan gelmiş bir ağaç dalı.

    Şunu da söyledi çiçek:
    Madem aslımı tanıdım,
    madem yersizlik âlemi aslım,
    artık bana tek bir şey düşecek:
    Yücelip aslıma gitmek.

    Sus yerter artık,
    var git yokluğa haydi,
    yoklukla yok ol.
    Git, yokluklardan tanı
    yokluktan var olanı.

  • Hoca Ahmed Yesevi.Muhteşem şiirler

    200px-Əhməd_Yəsəvi

    Hikmet – 8

    BeğenAntolojimYorumlarPaylaşTweetlePaylaş
    Sabah erken pazartesi günü yere girdim
    Mustafa ya matem tutup girdim ben işte
    Altmışüçte sünnet dedi işitip bildim
    Mustafa’ya matem tutup girdim ben işte

    Yer üstünde dostlarım matem tuttu
    Bütün alem ‘Sultanım’deyip nara çekti
    Hakk’ı bulan gerçek sufiler kanlar yuttu
    Mustafa’ya matem tutup girdim ben işte

    “Elveda” deyip yer altına adım koydum
    Aydın dünyayı haram kılıp Hakk’ı sevdim
    Zikrini söyleyip yalnız olup yalnız yandım
    Mustafa’ya matem tutup girdim ben işte

    ‘Taha’ okuyup akşam ve geceler kaim oldum
    Gece namaz gündüzleri oruçlu oldum
    Bu hal ile yer altında daim oldum
    Mustafa’ya matem tutup girdim ben işte

    Altmış gece altmış gündüz bir kez yemek
    Tan atana kadar namaz kılıp bir kez selam
    Altmışüçte oldu ömrüm sonunda tamam
    Mustafa’ya matem tutup girdim ben işte

    Hakk Mustafa ruhu gelip oldu imam
    Bütün varlık yer altında oldu köle
    Çok ağladım Hakk Mustafa verdi müjde
    Mustafa’ya matem tutup girdim ben işte

    Mirac gecesi ‘Gözümün nuru evlad… ‘dedi
    Elimi tutup ‘Ümmetimsin ümmet’ dedi
    ‘Sünnetimi sıkı tutasın gönüldaşım’dedi
    Mustafa’ya matem tutup girdim ben işte

    ‘Kıyamette yol kaybedersen yola salayım
    ‘Muhammed’ deyip susamış olsan elini tutayım
    Evladım deyip elini tutup cennete girdireyim…’
    Mustafa’ya matem tutup girdim ben işte

    Ey dostlar bu sözü işitip şevkim arttı
    ‘Ümmet’ dedi, iç ve dışım nura battı
    Nurunu salıp cemalini Hakk gösterdi
    Mustafa’ya matem tutup girdim ben işte

    Cemalini görüp ruhum uçup arşa kondu
    Musa gibi varlığım tutuştu yandı
    Mecnun gibi eş ve dosttan kaçıp saklandı
    Mustafa’ya matem tutup girdim ben işte

    Yer altında eziyet çektim çok zorluk
    Döşek yastık taştan yapıp çektim sıkıntı
    Ey dostlar bu dünyada yok dinlenmek
    Mustafa’ya matem tutup girdim ben işte

    Ta zorluk çekmedikçe vuslatı nerede? ..
    Hizmet kılmadan hal derdi olmaz peyda
    Can ve gönlünü kılmadıkça Hakk’a tutkulu
    Mustafa’ya matem tutup girdim ben işte

    Yer altına girdim ise kendimden geçtim
    Gözümü açınca Mustafa’yı hazır gördüm
    İsyan ve cefa eden ümmetlerin halini sordum
    Mustafa’ya matem tutup girdim ben işte

    ‘Ey evlad benden sorsan hani ümmet,’
    ‘Ümmet’ dedi göğsüm dolarak hasret yarası
    ‘Ümmet için çok çekiyorum Hak’dan külfet’
    Mustafa’ya matem tutup girdim ben işte

    Ümmetlerimin günahlarını her Cum’â affet
    Alıp geleyim ya Muhammed sen bunu ayır
    Ta ki ağlayıp secde eyleyim Tanrı ya affet
    Mustafa’ya matem tutup girdim ben işte

    Her Cum’a affet ümmetlerin günahını
    Alıp geleyim ya Muhammed gör bunu
    Ümmetlerin neler kılar Ahmed senin
    Mustafa’ya matem tutup girdim ben işte

    Ben melekten utanç duyarım ey ümmetim
    Yaratan’dan korkmaz mısın düşük himmetim
    Gece yatmadan ibadet etsen hoş devletim
    Mustafa’ya matem tutup girdim ben işte

    Yer altına girdim dostlar iradesiz
    ‘Amin’ deyiniz âl, ashab ve çehar-yar
    Ümmetlerin suçunu bağışla Allah’ım
    Mustafa’ya matem tutup girdim ben işte

    Kul Hoca Ahmed ben ikinci defteri söyledim
    İki alem eğlencelerini meye sattım
    Ölmeden önce can acısının zehrini tattım
    Mustafa’ya matem tutup girdim ben işte

    Halim Nice Olur
    BeğenAntolojimYorumlarPaylaşTweetlePaylaş
    Tatlı canımı versem,
    Karanlık yere girsem,
    Münker, Nekir’i görsem,
    Şu halim nice olur?

    Gidip kabre konunca,
    Hemen geri dönünce,
    Zor sual sorulunca,
    Şu halim nice olur?

    Gelse koca bir yılan,
    Beni soktuğu zaman,
    Aman Allah’ım aman,
    Şu halim nice olur?

    Yarın kıyamet günü,
    Sorguya çekip beni,
    Dense amelin hani?
    Şu halim nice olur?

  • Dadaloğlu.Muhteşem şiirler

    Resim_1291313499

    Gelin Ağ’lar Seyredelim Güzeli

    Gelin ağ’lar seyredelim güzeli
    Gövel ördek gibi indi göllere
    Cilalar sürünmüş allar geyinmiş
    Doğan aylar gibi doğdu sabahtan

    Ağ yarin de karşısında durulmaz
    Hörü müdür melek midir bilinmez
    Acar akça ile satın alınmaz
    Dürr-i mah gibi de geçti sabahtan

    Mecnun gibi ben dağları gezerim
    Bir güzelde ahdım kaldı nazarım
    Nerde güzel görsem ismin yazarım
    Defterim elimden aldı sabahtan

    Dadaloğlu der ki usuldur boyu
    Kirpikler ok olmuş kaşları yayı
    Çatılmış kaşları yıkar yaylayı
    Kirpiği sinemi deldi sabahtan

    Andırın Boğazı Ufacık Taşlı

    Andırın boğazı ufacık taşlı
    Ağlama sevdiğim gözlerin yaşlı
    Beyleri gelir de hep eli kuşlu
    Karışmış curası bazınan gelir

    Evimizin önü ova-yazılı
    Neçe yiğidimiz yanı tazılı
    Koyunumuz gelir körpe kuzulu
    Karışmış sağmalı yozunan gelir

    Dadal'ım der geldim pınarbaşına
    Dost top kadifeler almış döşüne
    Elvan elvan yazma atmış başına
    Karışmış gelini kızınan gelir

  • Karacaoğlan.Muhteşem şiirler

    karacaoglan3

    Evvel Allah, Ahir Allah

    BeğenAntolojimYorumlarPaylaşTweetlePaylaş
    Evvel Allah, ahir Allah
    Andan ulu gelmemiştir
    Hak Muhammed’den sevgili
    Hakk’ın kulu gelmemiştir

    Sah-ı merdan idi adı
    Cömert sofrasın kim kodu
    Ali’ye aslanım dedi
    Uyruk Ali gelmemiştir

    Pir olmayan aşka gelmez
    Koç olmayan kurban olmaz
    Ecel gelse derman olmaz
    Hakk’tan rıza gelmemistir

    Od düştüğü yeri yakar
    Değme dalda gül mü biter
    Ko dört dilin, çok kuş öter
    Bülbül ünü gelmemistir

    Karac’oglan Hakk’a yalvar
    Verdiğine günah ol dar
    Sol alemde eksiksiz yar
    Kimse bulup gelmemistir

    Cennet Cehennem Yoktur Diyenler

    BeğenAntolojimYorumlarPaylaşTweetlePaylaş
    Cennet cehennem yoktur diyenler
    İl hakkını alıp haksız yiyenler
    Al yesil konaktan hükm’eyleyenler
    Dur bakalım canım beyler kalır mı

    Karac’oglan her cefayı biliyor
    Sualciler yedi yerde soruyor
    Yetmis iki millet ar’ya giriyor
    Dur bakalım canım daglar kalır mı

  • Rahilə DÖVRAN.”NUH DİYARI – “NUHÇIXAN”” (Məqalə)

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    /DÜNYA TUFANI ƏFSANƏSİ VƏ NAXÇIVAN/

    NAXÇIVAN – 2018

    DÜNYA TUFANI
    Tarixşünaslıq elmində antik-qədim dövrlərin öyrənilməsində arxeologiya ilə yanaşı, digər elm sahələrinin, xüsusilə mifologiya və toponimikanın da imkanlarına istinad kimi yanaşılır. Artıq Qərb tarixşünaslığında da belə bir qənaət formalaşıbdır ki, tarixin dərinliklərinə baş vurulduqda arxeologiyanın imkanlarının bitdiyi yerdən mifologiya başlanır. Toponimika isə mifologiyanın izlərini qoruyub saxlayır, onu yaşadır və sonrakı nəsillərə ötürür.
    Bu baxımdan son onilliklərdə Naxçıvanın tarixi ilə əlaqədar Naxçıvanda ilkin şəhərsalma tarixi ilə bağlı aparılan kompleks tədqiqatlar böyük əhəmiyyət kəsb etməkdədir. Naxçıvanla əlaqədar, Dünya tufanı, Nuh əfsanəsi, Nuh peyğəmbərin əfsanəvi gəmisi, bu gəminin məhz Naxçıvan torpağında quruya enməsi kimi hadisələr ətrafında mifologiya və toponimika ilə bağlı aparılmış araşdırmalar indiyədək arxeoloji tədqiqatların nəticəsində formalaşmış təsəvvürlərin daha da dərinləşməsinə və genişlənməsinə səbəb olmuşdur.
    Dünya tufanı, Nuh peyğəmbərin gəmisi, Gəmiqaya, Nuhçıxan – Naxçıvanla səsləşən yer adlarının müəyyən olunması, bu adların xalqımızın fonetik deyimlərində günümüzədək gəlib çıxması və əldə olunan materiallar Naxçıvanda ilkin şəhərsalmanın tarixinə də Nuh peyğəmbər və Dünya tufanı hadisəsindən üzü bu tərəfə baxmağa geniş imkanlar yaratmışdır.
    Naxçıvanda ən qədim insanların yaşaması ilə bağlı sonsuz sayda dəlillər vardır. belə önəmli faktlardan biri də uzun illərdən bəri bütün tədqiqatçı alimlərin diqqətini çəkən Nuh peyğəmbərin adı ilə bağlı toponim və abidələrdir. Araşdırmaçılar bu məsələni irəli çəkərkən olduqca unikal abidələri nümunə gətirirlər. Həmin abidələrə Ordubad rayonu ərazisindəki, eramızdan əvvəl IV-I minilliyə aid Gəmiqaya təsvirlərini. Nəbi yurdunu, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhdaban, Nuhgədik, Peyğəmbərayağı kimi yer adlarını misal çəkmək olar. Bundan başqa, alimlər Naxçıvan şəhərinin yaşının 5 min il olmasını sübut etmək üçün təkcə Naxçıvan şəhərinin tarixini deyil, ətraf ərazilərdə yerləşən tarixi abidələrin də nəzərə alınmasını diqqət mərkəzinə çəkirlər.
    Nuh peyğəmbərlə əlaqədar olan əsatirlər və rəvayətlər, eyni zamanda bu hadisə ilə bağlı olan qədim toponimlər Naxçıvanın ilk insan məskunlaşması ilə əlaqədar çox qədim tarixə malik olduğunu göstərir. Artıq bu fikir həm ölkəmizin, həm də digər dövlətlərin tarixşünaslarının yekdil fikrinə çevrilmişdir ki, Naxçıvan – Nuhçıxandır. Yəni, Naxçıvan torpağı Nuh peyğəmbərin gəmisinin gəlib quruya çatdığı son mənzildir. Nuh peyğəmbərdən sonrakı mövcud həyat Naxçıvandan başlanır.
    Naxçıvan adının və Naxçıvan şəhərinin Nuh peyğəmbərlə bağlı olması haqqında yəhudi alimi İosif Flavi (e.ə. I əsr), yunan alimi Klavdi Ptolomey (eramızın II əsri), ərəb alimi Əl-Əşrəfi (XVI əsr), fransız səyyahları Can Batist Tavernye və Dyübüa De-Manpere (XVII əsr), rus tədqiqatçıları – V.Qriqoryev, İ.Şopen, K.A.Nikitin (XIX əsr), V.M. Sisoyev, İ.M.Dyakonov (XX əsr) və başqaları məlumat vermişlər.
    Bunların arasında daha çox diqqəti cəlb edən rus maarifçisi Konstantin Nikitinin 1882-ci ildə “Qafqaz ölkəsi və tayfalarını öyrənmə materialları” məcmuəsində çap olunmuş “Naxçıvan şəhəri və Naxçıvan mahalı” adlı əsəridir. K.Nikitin bu əsərində qeyd edir:
    “Naxçıvan şəhəri insanlıq tarixinin ən qədim dövrləri ilə bağlı olan, böyük dünyəvi hadisələrlə səsləşən bir məkanda yerləşir…Rəvayətə görə Nuh peyğəmbər Naxçıvan şəhərində yaşamışdır. O, ailə üzvləri ilə bu yerdə məskunlaşmış, burada gələcək şəhərin əsasını qoymuşdur. Naxçıvan şəhərinin də ilk məskunlaşma, yaxud birinci dayanacaq mənasını bildirən adı da buradan yaranmışdır.
    … Bundan sonra Nuh və onun ailəsi uzun müddət Naxçıvanda yaşamışdır. Rəvayətə görə insan nəsilləri buradan yayılmışdır. Nuh özü və onun bacısı, habelə ailəsinin digər üzvləri Naxçıvanda vəfat etmiş, burada da dəfn olunmuşlar. Hələ indi də onun buradakı məzarının və türbəsinin yerini göstərirlər…”
    Konstantin Nikitin Nuhun Naxçıvandakı qəbrini də görmüş və onu belə təsvir etmişdir:
    “Nuhun qəbri şəhərin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzar XVIII yüzillikdə bərpa edilmişdir. İndiki görkəmdə o yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, çətinliklə keçmək mümkün olan, ortadan daş dirəklərlə möhkəmləndirilmiş mağaraya bənzəyir. Həmin dirəyin altında Nuh peyğəmbərin cənazəsi yerləşir”.
    Ümumiyyətlə, Nuh peyğəmbərin Naxçıvanda yaşaması və burada vəfat etməsi barədə yüzlərlə elmi sübut və dəlil var. Ancaq bu zaman belə bir sual ortaya çıxır: Bəs, son vaxtlara kimi bu abidə barədə (Nuhun məzarı) niyə söhbət açılmayıb?
    Çünki sovet hakimiyyətinin elə ilk illərində həyata keçirilən ideoloji siyasət nəticəsində Naxçıvanın ən qədim dövrlərindən Azərbaycan türklərinə məxsusluğunu sübut edən yüzlərlə tarixi abidə kimi Nuh peyğəmbərin məzarüstü türbəsi də məhv edilib. Düzdür, Nuh peyğəmbərin qəbirüstü türbəsi Naxçıvanda sovet hakimiyyəti qurulanadək bütöv bir panteon olmuş, minlərlə insanın ziyarətgahına çevrilmişdir. Lakin sovetlər birliyi dövründə “Nuh-Naxçıvan” mövzusu qadağan olunmuş, elmi ədəbiyyatlarda işlədilməsinə icazə verilməmişdir.
    Nuh peyğəmbər, Dünya tufanı və Gəmiqaya mövzusuna ancaq Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra müraciət olunmağa başlanılmışdır. Beləliklə, XXI əsrin ilk illərindən başlayaraq Nuh peyğəmbərin gəmisinin Azərbaycanın ən qədim məskənlərindən biri hesab olunan Naxçıvan ərazisindəki Gəmiqaya adlanan dağlıq ərazidə torpağa enməsinə dair olan ehtimallar daha çox üstünlük qazanmağa başlamışdır.
    Bu zamanadək Nuhun gəmisinə dair mənbələrdə bu hadisə ilə bağlı adı çəkilən Ağrı dağ və Cüdi dağı Türkiyə dövləti ərazisində, Gəmiqaya isə Azərbaycanın ulu Naxçıvan ərazisində olsalar da, uzaq məsafələrdə yerləşmirlər. Yəni, Nuhun gəmisi ilə bağlı hadisə Şərqi Anadoludakı Ağrıdağ ilə Naxçıvan diyarındakı Gəmiqaya arasında olan ərazilərdə baş vermişdir. Ağrı dağı və Cüdi dağı ilə müqayisədə Dünya tufanı, Nuh peyğəmbərin əfsanəvi gəmisi ilə bağlı toponimlər, adlar və rəvayətlər Naxçıvanda daha çoxdur.
    Naxçıvan ərazisindəki Gəmiqaya, Haçadağ, Nuhdaban, Nuhəcir, Nuhram, Nürgüt, Nəsirvaz, Nəbi yurdu, Nuhgədik, Qapıcıq, Baca bulağı, Qaranquş yaylağı, Peyğəmbər ayağı, Dor gədiyi, Nuhçıxan və s. kimi çoxsaylı yer adları yuxarıda söylədiklərimizə əsas verir.
    Göründüyü kimi, özündə qədim tarixin izlərini əks etdirən çoxsaylı toponimlər Naxçıvan diyarının Dünya tufanı, Nuh hadisəsi ilə əlaqədar olduğunu açıq-aşkar şəkildə diktə edir. Naxçıvan sözünün etimologiyası ilə bağlı aparılan elmi araşdırmalar da bir daha sübut edir ki, “Naxçıvan” sözü “Nuh” ifadəsi ilə bağlıdır və “Naxçıvan” “Nuhçular”ın, “Nuh tərəfdarlarının məskəni” deməkdir.
    Həm də Naxçıvandakı folklor materiallarında və toponimlərdə təkcə gəminin yerə enməsi deyil, bu prosesin hamısı – Qaranquşla bağlı əhvalat, dağın haçalanması – Haçadağın bölünməsi əfsanəsi, Gəmiqaya, Nuhdaban, Nəbi yurdu, bir sözlə həyat ümidinin başlandığı andan yerə enmə və məskunlaşma prosesinə kimi olan gedişat öz əksini tapmışdır.
    Nuh peyğəmbərlə və Dünya tufanı ilə bağlı əsatir və əfsanələrdə də Naxçıvandakı yer adları geniş yer tutur. Məsələn, rəvayətlərdən birində deyilir ki, “Nuhun gəmisi Gəmiqayada quruya oturmuşdu. Oğlanları bir gün gördülər ki, uca dağlar od tutub yanır… Bu nə sirdir dedilər, dağ da yanar?
    … Nuh Nəbi dedi: – Gördüyünüz elə-belə od deyil… Bu torpağın mayası oddan yoğrulub… Yanan dağlardan biri Gəmiqaya, biri İlan dağı, biri Ağrı dağıdır.
    Nuh Nəbi sözünü qurtardı. Dayandığı yerdən bir addım irəli atdı. Oğlanları həmin yerdə yurd saldılar, adına da Nuhdaban dedilər”.
    Bundan başqa, digər bir qədim əfsanədə, hətta Naxçıvan ərazisindəki Gəmiqaya adının yaranması hadisəsi aşağıdakı şəkildə əks olunmuşdur:
    “Gəmi bir dağa yan alıb, ehmalca qayaya toxundu. Nuh buna Gəmiqaya adı verdi. Gəmidəkilər quruya çıxdılar”.
    Olduqca maraqlıdır ki, Nuh peyğəmbər hekayəti ilə səsləşən toponimlərin böyük əksəriyyəti əfsanəvi gəminin yerə endiyi ehtimal edilən Gəmiqaya-Qapıcıq ərazisindədir.
    Nəbi yurdu.
    Toponim və əfsanələrdə adı çəkilən Nəbi yurdu, yəni Nuh peyğəmbərin yurdu ilə əlaqədar yaşayan toponimdir. Bu yer ilin bütün fəsillərində başı qarla örtülü olan Gəmiqaya – Qapıcıq zirvəsindən bir qədər aşağıda yerləşir. Nəbi yurdu buzlaşmanın qurtarıb həyatın, insan məskunlaşmasının başlandığı məkan anlamı daşımaqdadır. Hətta burada qədim qəbirlərə də rast gəlmək mümkündür. Gəmiqaya qayaüstü rəsmlərinin bir çoxu Nəbi yurdu ərazisindədir.
    Qaranquş yaylağı.
    Bu əfsanəvi yaylaq yeri Nəbi yurduna bitişik ərazilərdədir. Gəmiqayadakı iki minə yaxın sayı olan qayaüstü təsvirlərin böyük əksəriyyəti Qaranquş yaylağındadır.
    Naxçıvandan toplanmış folklor materiallarına istinad edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir Qədirzadə həmin hekayəti aşağıdakı variantda təqdim edir:
    “Toplanmış rəvayətlərə görə Dünya tufanı başa çatıb sular sakitləşəndən, küləklər dayanandan sonra Nuh peyğəmbər qarğanı buraxır ki, görsün quru yer varmı? Qarğa gedib qayıdır. Peyğəmbər bilir ki, hələlik quru yer yoxdur. Sonra Qaranquşu buraxır. O, çox gec qayıdır. Peyğəmbər baxır ki, onun ayaqlarında və dimdiyində palçıq var. Düşünür ki, artıq sular çəkilməyə başlayıb. Müəyyən vaxtdan sonra Qaranquşu yenidən buraxır. Qaranquş bir müddət dolandıqdan sonra gəmiyə gəlir. Lakin gəmidə qalmayıb yenidən geri dönür. Beləliklə, onun qurunu tapdığı bəlli olur. Gəmi də həmin istiqamətdə hərəkət edib quruya çatır. Gəmidəkilər Qaranquşu həmin yerdə görürlər. Bundan sonra ərazi onun şərəfinə “Qaranquş yurdu” adlanır.”
    Olduqca maraqlıdır ki, Gəmiqaya ərazisindəki qayaüstü rəsmlərdə qaranquş şəkli də qeydə alınmışdır. Qayaüstü rəsmlərdəki Qaranquş təsvirləri bu xilaskar quşu bir neçə yöndən təqdim edir.
    Nəbi yurdu ilə müqayisədə Qaranquş yaylağında qədim qəbirlər bir az da çoxdur.
    Deməli, Gəmiqayadakı Qaranquş yaylağı Nuh peyğəmbərin əfsanəvi gəmisindəki canlılar içərisində ilk dəfə quru yeri, torpağı tapan, həyat əlamətlərini nişan verən qaranquşun şərəfinə onun adı ilə adlandırılmışdır. Nuh peyğəmbərin gəmisindəkilərin timsalında insanlığı sahilə çıxaran quşun adı Gəmiqayadakı Qaranquş yaylağı ilə əbədiləşdirilmişdir.
    Xəzər obası.
    Gəmiqaya ərazisində mövcud olan “Xəzər obası” toponimi də Həzrəti Nuhla bağlı olan toponimlərə aid edilir. Bir sıra mənbələrdə bu yerin adı “Qəzər yurdu” kimi də işlədilmişdir. Amma yerli əhali arasında bura Xəzər obası və ya Xəzər yurdu alaraq adlandırılır.
    Məlum olduğu kimi, mənbələrdə Xəzərin Nuh peyğəmbərin oğlu və türk-müsəlman qövmünün atası sayılan Yafəsin törəmələrindən, daha doğrusu, Nuhun nəvələrindən birinin adı kimi göstərilir. Nəbi yurdunun sağ tərəfində yerləşən Xəzər obası ərazidəki ilkin insan məskunlaşması ilə bağlı yerlərdən biridir. Nəbi yurdu və Qaranquş yaylağı Gəmiqayadakı məskunlaşmanın başlanğıc mərhələsini, Xəzər obası isə onun davamını, genişlənməsini göstərir.
    Qapıcıq.
    Bu toponim də Dünya tufanı və Nuh peyğəmbər rəvayəti ilə vəhdətdən yaranmışdır. Kiçik Qafqazın və Gəmiqaya silsiləsinin ən yüksək zirvəsi sayılan 3906 metr yüksəklikdə olan Qapıcıq zirvəsi məna etibarilə Dünya tufanı hadisəsində Nuh peyğəmbər üçün açılmış kiçik qapı, yer aləminə giriş yeri kimi anlaşılmaqdadır. Əsatirdə də göstərildiyi kimi, Nuh peyğəmbərin gəmisi bir müddət səfərdən sonra gəlib çatdığı bu yerdə qapı boyda, baca şəklində torpaq sahəsi görünür və bura əfsanəvi gəminin son dayanacağı olur.
    Qapıcıq – Nuh peyğəmbərin ardınca yeni insan nəsillərinə açılan ilk qapı mənasında da əhəmiyyətlidir. Baca bulağı və Qapıcıq haqqındakı tədqiqatlar Dünya tufanı hadisəsi və Nuh peyğəmbərin əfsanəvi gəmi səfəri ilə bağlı rəvayətlərlə tam üst-üstə düşür. Nəbi yurdu, Qaranquş yaylağı, Xəzər obası toponimləri ilə bağlı olan fərziyyələr Baca bulağı və Qapıcığa aid mülahizələri tamamlayır və daha da dolğunlaşdırır.
    Haçadağ.
    Ulu Naxçıvan diyarı ərazisində Dünya tufanı zamanı Nuhun əfsanəvi gəmisinin toxunaraq yarıb keçdiyi məşhur İlanlı dağın adıdır. Rəvayətə görə bu dağın və ona yaxın olan, İranın Ordubad rayonu ilə sərhəddində yerləşən Kəmki dağının adlarını Həzrəti Nuh qoymuşdur. Rəvayətdə deyilir:
    “Nuhun gəmisi hər yerdə sulardan sakit keçir. Təkcə bir dağdan keçəndə gəmi bir az ilişir. Nuh deyir: – İnan ki, dağdır. Ona görə bu dağın adı İnan dağı qalır.
    Nuhun gəmisi xeyli aralıda yenə də çətinliyə düşür. Nuh deyir: – Bu dağ o dağdan kəm deyil. Bu sözə görə o dağın adı Kəmki olur”.
    Haça dağ – Dünya tufanı zamanı Nuhun gəmisinin yer aləminə can atarkən ilk dəfə torpağa ilişdiyi yerin adıdır. Bəlkə də Nuh əsatirindəki Qaranquşun caynağındakı palçıq məhz Haçadağdan götürülmüş torpaq payıdır. Haçalanmış dağ Nuhun gəmisinin istiqamətini təyin etməyə imkan verir. Haçadağa toxunandan sonra gəmi Qapıcığa doğru istiqamət almışdır.
    Beləliklə, Dünya tufanından sonra Naxçıvan ərazisindəki məskunlaşma dəniz səviyyəsindən 3906 metr yüksəklikdə olan Qapıcıq zirvəsindən, Baca bulağından üzüaşağı Nəbi yurduna və Qaranquş yaylağına, oradan Xəzər obasına tərəf uzanıb gəlmişdir.
    Ordubad rayonundakı Nəsrivaz kəndinin adı da əsatirdə bəhs olunan Nisr dağı ifadəsi ilə uyğun gəlir. Eyni zamanda Culfa rayonu ərazisində Haçadağın ətrafında olan Peyğəmbər ayağı yeri Nuh peyğəmbərin Gəmiqayadan Nuhdabana, başqa sözlə Naxçıvana doğru hərəkətinə bir işarət kimi dərk edilməlidir.
    Nuhdaban.
    Naxçıvan Muxtar Respublikasından toplanmış folklor nümunələrindən birində bu yaşayış yerinin yaranması haqqında məlumata rast gəlinmişdir:
    “Nuh Nəbi sözünü qurtardı. Dayandığı yerdən bir addım irəli atdı. Ayağı torpağa gələndə pəncəsi yox, dabanı yerə dəydi. Oğulları həmin yerdə yurd saldılar, adına da Nuhdaban dedilər”.
    Qədim folklor nümunələrindən, rəvayətlərdən, eyni zamanda Nuh hadisəsi ilə tam səsləşən toponimlərin bizə verdiyi dolğun məlumatlar sayəsində qətiyyətlə söyləmək olar ki, müasir Naxçıvan – Nuhçıxan Nuhdabandan başlanır. Nuhdaban Dünya tufanından sonrakı ilkin sivilizasiyanın birinci oturaq dayanacağıdır.
    Beləliklə, həyat Qapıcıqdan Nəbi yurduna, Qaranquş yaylağına, Xəzər obasına, oradan Nəsirvaz yaşayış yerinə, oradan isə tam oturaq yaşayış yeri hesab olunan Nuhdabana doğru hərəkət etmişdir.
    Həm də Naxçıvan şəhərinin ilkin salındığı yerdir, yəni Nuhdaban – Nuhçıxandır, nəhayətdə isə Həzrəti Nuhun son məskunlaşdığı müqəddəs məkandır. Fərziyyə və əsatirə görə Nuh peyğəmbər bu yerdə Naxçıvan şəhərinin binasını qoymuşdur. Məhz buna görə də Ulu Nuh Nəbinin məzarı Naxçıvan şəhərindədir. Naxçıvan şəhərinin adı da Nuhçıxan ifadəsindən əmələ gəlmişdir.
    Məlum olduğu kimi, Dünya tufanı, Həzrəti Nuhun əfsanəvi gəmisi haqqında İslama qədərki dinlərin müqəddəs kitablarında da bəhs olunmuş və bu əsatir məzmunca oxşar şəkildə təsvir olunmuşdur. Amma onların içərisindən ən səhih məlumatlara malik, dolğun olanı “Qurani-Kərim”dir.
    İnsanlığın ikinci atası olaraq tanınan Həzrəti Nub (ə)-nin adı “Qurani-Kərim”də 43 dəfə çəkilmişdir. Uzunömürlülüyünə görə Həzrəti Nuha – Ənbiyaların şeyxi – qocası da deyilir. Tarixi mənbələrdə əsl adının Əbdül-Ğəffar, Əbdül-Əli, Əbdül-Məlik olmasına da rast gəlinir. Onun qövmü ilə olan dastanı bir neçə surədə (Əraf, Muminun, Nuh, Hud, Şuəra, Qəmər) təfsilatı ilə gəlmişdir.
    Paltarı yundan, yeməyi isə göy-göyərtidən olan bu peyğəmbərin (ə) 460 yaşına qədər övladı olmadığı da tarixi mənbələrdə göstərilib. Həzrəti Nuh (ə) ilk peyğəmbərdir ki, insanlara buyurdu: “Ən mühüm işlərinizi “Bismillah” ilə başlayın”. Həzrəti Nuhun (ə) yaşı da mənbələrə görə 1000, 1450, 1470, 2300, 2500, 2800 olaraq dəyişir ki, bu da tədqiqatçılar arasında ixtilaflara səbəb olur. “Qurani-Kərim”də isə Həzrəti Nuhun 950 il yaşadığı təsvir olunmuşdur.
    Bugünkü yazımızı daha anlayışlı xarakterizə etmək üçün “Qurani-Kərim”də təsvir olunmuş bu əfsanəvi hadisənin qısa şərhini dəyərli oxucularımızın nəzərinə çatdırmaq istəyirəm.
    Həzrəti Nuhun adı, az qala dünyada hamıya tanışdır. Nuh peyğəmbər beş əsas “Ulu-Əzm” peyğəmbərlərdən birincisi olub. O bütpərəst qövmünü tək olan Allaha iman və itaət etməyə çağırır, camaat isə bütpərəstlik edir, insan və heyvan şəkilndəki bütlərə sitayiş etməyə davam edirdi. Həzrəti Nuh ən çox yaşamış peyğəmbərlərdəndir. O, 950 il insanları Allaha itaətə dəvət edib. Bu 950 il ərzində isə bəzi rəvayətlərə görə vur-tut 12, bəzilərinə əsasən də 80 nəfər iman gətirib. Allah Nuhun qövmünü sınağa çəkir. İman gətirənlər qurtuluşa nail olur, kafir olanlar isə Allah-Təalanın qəzəbinə düçar olurlar.
    Günlərin bir günü Uca Rəbbimiz Nuha buyurur ki, böyük bir gəmi düzəltsin. Sonra o və iman gətirənlər həmin gəmiyə minsinlər. Quraqlıq bir yerdə gəmi düzəldən Nuhu bütpərəst qövmü məzəmmət etməyə başlayır. Nuh isə öz işini səbrlə davam etdirir.
    “… (Sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt..” Nuh gəmini düzəldir, ümmətinin əyan-əşrəfi isə yanından ötüb keçdikcə onu məsxərəyə qoyurlar. Nuh onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz” (“Hud” surəsi, 37-39-cu ayələr).
    Gəmi hazır olur. Allah Nuha əmr edir ki, hər heyvan növündən bir dişi və bir erkəyi gəmiyə yığsın. Həzrəti Nuh bütün heyvanlardan, quşlardan, balıqlardan bir cüt götürüb qəfəslərə yerləşdirir. Nuhun dörd oğlundan üçü – Sam, Ham, Yasəf Allaha iman gətirir, Kənan isə kafir olur. Nuh arvadı, oğulları, gəlinləri və bir neçə mömin şəxslə gəmiyə minir. Vəd olunan tufan qopur. Su həm yerdən çıxır, həm göydən yağış şəklində yağırdı:
    “Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. Nəhayət (göydən axan və yerdən qaynayan), sular əzəldən müəyyən edilmiş bir iş üçün bir-birinə qovuşdu (“Əl-Qəmər” surəsi, 11-12-ci ayələr). Nuhun nicat gəmisinə minməyənlər suda məhv oldu. Nuhun oğlu Kənan da boğulub öldü…”
    Nuh (gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: “- Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” Nəhayət, “dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu” (“Hud” surəsi, 42-43-cü ayələr). Beləcə, Nuh qövmünün kafirləri Allaha ağ olduqları üçün Onun qəzəbinə uğradılar.
    “… Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu…” “… Ey Nuh! Sənə və səninlə birlikdə (gəmidə) olan camaatdan törənəcək (mömin) ümmətlərə Bizdən əmin-amanlıq və bərəkətlər bəxş edilməklə (gəmidən) en” (“Hud” surəsi, 44-48-ci ayələr).
    Bəzi ehtimallara görə tufan altı ay çəkir. Nəhayət, Nuhun gəmisi uca bir dağın başında oturur. Tufandan sonra həyat yenidən canlanır. Hər dişi və erkək heyvanlardan balalar törəyib çoxalır, insanlar da Nuhun üç oğlunun nəslindən artırlar. Buna görə Adəmdən sonra insanların ikinci ulu əcdadı – ikinci babası Həzrəti Nuh sayılır.

    Nuh tufanı haqqında Avropa, Asiya, Amerika, Avstraliya və digər bölgə xalqlarında 200-dən artıq əfsanə, əsatir mövcuddur. Mesopotamiyada aparılan arxeoloji tədqiqatlar zamanı tapılan gil lövhələrdə bütün Yer kürəsini su basması haqda Şumer əfsanəsi yazıldığı aşkar olunub. Lakin bu əfsanələrdə də uydurmalar, həqiqətlə uzlaşmayan “faktlar” çoxdur.
    Əfsanələrdə olduğu kimi, Tövratda da bildirilir ki, Nuh tufanı bütün Yer kürəsini bürüyüb. Lakin Quran bu tufanın yalnız Nuhu inkar edən qövmü üçün göndərdiyini bəyan edir. Yəni, bu tufan müəyyən coğrafi ərazidə baş verib.
    Belə ki, qazıntılar nəticəsində məlum olur ki, Nuh tufanı bütün Yer üzündə deyil, Mesopotamiya ovalığında, müasir İraq ərazisində baş verib. Buradan məlum olur ki, Quran versiyası elmi faktlarla tam şəkildə üst-üstə düşür.
    Nuh tufanı e.ə. III-IV minillikdə baş verdiyi güman edilir. XX əsrdə arxeoloqlar Nuh tufanının izlərini tapmaq üçün genişmiqyaslı tədqiqatlara başlayır. Nəticələr uğurlu olur. Tufanın izləri qədim Mesopotamiyanın 4 şəhərində tapılır. Tufan zamanı Mesopotamiyanın düzənlik hissəsi, Elamdan Suriya yaylasınadək su altında qalır. Məlum olur ki, bu 4 şəhərin mədəniyyətləri güclü tufan nəticəsində məhv olub. Arxeoloji qazıntılar zamanı qədim dövrə aid qəbiristanlıqda əmək alətləri ilə yanaşı, lilin çıxması tədqiqatşıların təəccübünə səbəb olub. Burada tapılan alətlər və saxsı qablar üzərindən lil təbəqəsi təmizləndikdən sonra Mesopotamiyanın bu bölgələrində tufan olduğu təsdiqlənir. Lil nümunələrinin mikroskopik analizi göstərir ki, qalın lil təbəqəsi buraya çox güclü tufan nəticəsində çöküb. Özü də burada aşkar olunan lil kütləsi təkcə Mesopotamiyada rastb gəlinir. Bu mümkün fakt onu sübut edir ki, tufan yalnız Mesopotamiya düzənliyində baş verib. Beləliklə də, elmi şəkildə sübut olunur ki, Nuh tufanı əfsanələrdə deyildiyi kimi, bütün dünyanı deyil, müəyyən arealı əhatə etmişdir.
    Bütün deyilənlərin hamısı, aparılan ciddi elmi araşdırmalar və keçirilən beynəlxalq elmi simpozium da təsdiq edir ki, Nuhun gəmisi Azərbaycan ərazisində torpağa enibdir və bu torpaq Qoca Şərqin qapısı sayılan Naxçıvan torpağıdır.
    Beləliklə, Həzrəti Nuh, Dünya tufanı hadisəsinin məhz ulu Naxçıvan diyarında vaqe olduğuna daha da aydınlıq gətirmək üçün bir daha mənbələrdə əks olunmuş məlumatlara baş vurmaq lazım gəlir. Bu məlumatlara əsasən orta əsr mənbələrində rast gəlinir və yuxarıda da bəhs etdiyimiz kimi heç də az deyildir.
    Lakin XIX əsrin əvvəllərindən başlayaraq bir sıra yazılarda Naxçıvanın Nuh peyğəmbərlə bağlılığı, peyğəmbərin məzarının bu şəhərdə olması haqqında məlumatlar verilir. Verilən məlumatların bir qismi ziddiyyətli və təhrifli olsa belə, yenə də mənbəşünaslıq baxımından əhəmiyyətli yazılardır.
    Belə ki, V.Qriqoryevin 1833-cü ildə nəşr edilmiş “Статистические Описание Нахичеванской провинции” kitabındakı məlumat olduqca maraqlıdır. Müəllif öz əsərində Nuhun qəbrinin Naxçıvan şəhərinin cənubunda, Köhnə qalanın yaxınlığında yerləşdiyini yazmaqla, qəbrin o dövrkü vəziyyəti haqqında məlumat verir.
    Bu məzar haqqında məlumatlara İ.Şopenin 1852-ci ildə Sankt-Peterburqda dərc olunmuş əsərində də rast gəlinmişdir.
    Özündən əvvəlki müəlliflərə, xalq arasında mövcud olan rəvayətlərə, Nuh peyğəmbər, Dünya tufanı, Nuhun və bacısının məzarının Naxçıvanda olması ilə bağlı geniş məlumata, yazımızın əvvəlində də istinad etdiyimiz K.A.Nikitinin 1882-ci ildə СМОМПК adlanan topluda nəşr etdirdiyi “Город Нахичевань и Нахичеванский уезд” məqaləsində rast gəlirik.
    Müəllif xalq arasında olan rəvayəti müəyyən dəyişikliklərlə toplayaraq dərc etdirmişdir. O da digərləri kimi Bibliyaya əsaslanaraq gəminin Ağrı dağda dayandığını, sonra Nuh peyğəmbər və yanındakıların Naxçıvan şəhərində yerləşdiklərini yazır.
    K.A.Nikitin Nuhun və bacısının Naxçıvanda dəfn olunduqlarını, Nuhun arvadı Nuhqarın (Noemqari) isə məzarının Mərənd şəhərində olduğunu bildirir. Müəllif yazır ki, Nuhun məzarı şəhərin cənubunda, köhnə qalanın yaxınlığındadır. K.A.Nikitinin təsvirindən aydın olur ki, türbənin quruluşu Atabəy məqbərəsinə oxşamaqla iki hissədən – Sərdabə və Türbədən ibarət olmuşdur. Alt hissəyə pilləkənlərlə yenildiyini, həmin hissənin tavanının, bir sütun üzərində dayandığını nəzərə alaraq Naxçıvan memarlıq məktəbinin daha qədim tarixə malik olduğunu söyləməyə imkan verir. Məzarın məhz həmin sütunun altında olduğu göstərilir. Son dövrdə Nuhun məzarı ilə bağlı aparılan arxeoloji axtarışlar da onun mənbədə təsvir olunduğu şəkildə olduğunu aşkar etmişdir.
    Bu tarixi mənbələr və rəvayətlər sayəsində Bəhruz Kəngərlinin tablolarındakı həqiqətlər də öz təsdiqini tapmışdır.
    Nuh peyğəmbərin məzarı ilə bağlı V.M.Sisoyevin “Нахичевань на Араксе и древности Нах. АССР” kitabında da diqqətəlayiq və dolğun məlumatlar verilmişdir. Müəllif əsərində məzarüstü abidənin quruluşu və ölçüləri ilə bağlı dəqiq məlumatlar təsvir etmişdir.
    Məlum hadisə ilə əlaqədar aparılmış tədqiqatlar zamanı araşdırmalarda ilkin mənbələr kimi şifahi xalq ədəbiyyatı nümunələrinə də istinad edilmişdir. Ağız ədəbiyyatı, rəvayət və əfsanələr, şeir parçaları, bayatılar, atalar sözləri və məsəllər min illərin izini saxlayan, olub-keçənləri nəsildən-nəsilə ötürən mənəviyyat bağlarının insan genlərində kodlaşdırılmış sistemin mikrohissəciklərinin bəlkə də, inikasıdır. Əcdadlarımızın sorağının şəkillər, həndəsi fiqurlar, qayaüstü rəsmlər, piktoqrafik yazılarla birlikdə ağız ədəbiyyatında kompleks şəkildə öyrənilməsi daha əhəmiyyətli, daha vacibdir.
    Arazətrafı ərazilərdə Həzrəti Nuhun izləri təkcə yazılı daşlarda, toponimlərdə deyil, həm də folklor nümunələrində bu gün də yaşayır:
    Qapıcıqda ozan yox,
    Dərdlərini yazan yox,
    Kitab qoyub gediblər
    Heyif onu yazan yox.
    Bundan başqa, bu ərazidə yaranmış çoxlu atalar sözləri və məsəllər də vardır ki, bunlar da Nuh peyğəmbərin adı ilə bağlıdır. Məsələn, “Nuh Nəbidən qalıbdır”, “Nuh əyyamından qalıbdır”, “Nuh Nəbini taxtda görüb”, “Nuhdan qalma məsəldir”, “Nuh Nəbini taxtda görüb, Süleymanı qundaqda” və s. Gəmiqaya ətrafında yaşayan bütün kəndlərin əhalisinin dilində əzbər olan bu sayaq folklor nümunələrinin hamısının tarixi kökləri vardır.
    Göründüyü kimi, Yer kürəsindəki Dünya tufanı hadisəsinin əhatə etdiyi coğrafiyada, heç bir ərazidə Naxçıvandakı qədər həmin hadisə ilə səsləşən çoxsaylı mifoloji motivlərin, əfsanə və rəvayətlərin, etnoqrafik materialların, toponimlərin olması qeydə alınmamışdır. Həzrəti Nuhun və övladlarının Naxçıvan ərazisində yaşayış məskənləri salması ilə əlaqədar olan nümunələr ancaq və ancaq Naxçıvandadır.
    Əfsanədən göründüyü kimi, Naxçıvanda və ona yaxın ərazidə yerləşən dörd böyük dağın adı Nuh peyğəmbərin adı ilə əlaqələndirilir. Bəzi alimlər Nuhun tufanı haqqında olan əfsanənin müsəlman xalqları arasında yayılmasının yalnız “Qurani-Kərim”lə bağlı olduğunu göstərir.
    Bəlkə də bir çox müsəlman xalqlara bu əfsanə “Qurani-Kərim” vasitəsilə məlum olmuşdur. Lakin yuxarıda bəhs olunanlardan da gördüyümüz kimi, əfsanənin Naxçıvan variantı “Qurani-Kərim”də olan variantdan köklü surətdə fərqlənir və dəqiq lokal xüsusiyyətlərə malikdir.
    Min illərlə Naxçıvan ərazisində yaşamış qədim qəbilələrin yaddaşında qorunub saxlanan bu əfsanənin nə vaxt və necə yarandığı olduqca maraqlıdır. Ümumiyyətlə, ümumdünya subasmasının Dəclə və Fərat çayları arasında (Mesopotamiyada) baş verdiyi artıq elmi cəhətdən təsdiq olunmuşdur. Onda sual oluna bilər, əfsanənin Arazboyu ərazi ilə, xüsusən Naxçıvan bölgəsi ilə nə əlaqəsi?
    Əgər xəritəyə nəzər salsaq, Dəclə və Fərat çayının coğrafi cəhətdən Araz çayından o qədər də uzaqda olmadığını görərik. Başqa sözlə, əfsanədə göstərilən təbii fəlakətin Naxçıvanla birbaşa əlaqəsi ola bilərdi. Əfsanənin Naxçıvan variantında təbii fəlakət “subasma” yox, ‘tufan” adlanır. İkinci, burada fəlakətin səbəblərindən ətraflı bəhs olunmur, əsas diqqət Nuhun gəmi ilə bu bölgəyə gəlməsi və burada onun başına gələnlərə yetirilir.
    Ümumdünya daşqınına (Nuhun tufanına) qədər Naxçıvanın adının nə olduğu bizim üçün qaranlıq olsa da, “Qurani-Kərim”də dəfələrlə xatırladılan tufandan sonra bu ərazidə Həzrəti Nuhun nəslinin – türklərin məskunlaşdığı və burada ilkin sivilizasiyanın başlandığı şəksizdir.
    Naxçıvanda Nuh tufanından sonra ilk yaşayış msəkənlərindən biri olmaq etibrilə təqribən 10 min il bundan əvvəl burada yaşayışın başlanmasını göstərən və bu gün də mövcud olan tarixi abidələr, kənd, şəhər, oba adları öz əlamətlərini bildirir və deyilənləri təsdiq edir. Gəmiqaya daşları üzərində yazılmış piktoqrafik yazılar, Kolanı nekropolundan tapılmış Günəş Allahının sxematik təsviri kimi nümunələr bu barədə daha dərin düşünməyi tələb edir.
    Arxeoloji qazıntılar zamanı II Kültəpə ərazisindən tapılan maddi mədəniyyət nümunələri, daş alətlər, monoxrom və polixrom boyalı gildən hazırlanmış saxsı qablar e.ə. III-II minilliyin nümunələri hesab edilir. Naxçıvan şəhərinin binasının təqribən 5000 il bundan öncə qoyulduğunu söyləməklə bərabər, burada ilk yaşayışın daha qədimdən, Nuh tufanından sonra başlanıldığı haqqında fikir söyləmək üçün tapılmış maddi mədəniyyət nümunələrinin əsas verdiyini qeyd etməliyik.
    Hələ e.ə. III-II minilliklərdə burada sənətkarlığın, kənd təsərrüfatının inkişafı, əkinçiliyin, bağçılığın yaranması, əlverişli coğrafi ərazidə yerləşən Naxçıvan diyarının şöhrətini artırmışdır.
    Böyük tarixi inkişaf yolu keçən Naxçıvan məmləkəti həm də zaman-zaman müxtəlif imperiyaların maraq dairəsində olmuşdur. Dəfələrlə işğalçı ordular Naxçıvanı çapıb-talamış, dağıdıb viran qoymuşlar.
    “Səyahətnamə” kitabında Naxçıvan şəhərindən bəhs edən türk tarixçisi Övliya Çələbi bu torpaqların türklərin ən qədim yaşayış məskənlərindən biri olduğunu qeyd edərək yazırdı:
    “Bu şəhər doğrudan da, öz adına layiqdir. Biri ona Naxçıvan deyir, digəri Nəhşəvan… Əldə edilmiş çoxsaylı arxeoloji materiallar və yazılı mənbələrdən belə nəticə çıxarmaq olar ki, Naxçıvan Cənubi Qafqazın ən qədim şəhərlərindən biri olmuşdur. K.A.Nikitin, S.A.Zelinski, F.A.Brokhauz, İ.A.Yefron və başqaları belə hesab etmişlər ki, şəhərin yaranma tarixi bizim eradan əvvəl II minilliyin ortalarına aiddir”.
    Beləliklə, mənbələrə istinadən tam əminliklə söyləmək olar ki, Naxçıvan şəhəri qədim Nuhdabanın üzərində salınmışdır. Ən qədim zamanlarda bu ərazilərdə yaşamış Naxçı tayfaları da əslində, Nuhçu qəbiləsinin adı ilə bağlıdır. Bütün bunlar Naxçıvan sözünün Nuhçıxan anlayışı ilə üzvi surətdə əlaqədar olduğunu təsdiqləyir. Hətta Novruz bayramındakı “Novruz” sözü də Nuh-ruz, Noy-ruz, Noyruz-Novruz şəklində inkişaf edərək formalaşmışdır.
    Rəvayətə görə, Həzrəti Nuh peyğəmbərin əfsanəvi gəmisi Dünya tufanından sonra gecə ilə gündüzün taraz olduğu gündə quru torpağa çatmış və bununla da insanlığın yeni həyatı başlanmışdır. Ən qədim zamanlardan indiyədək Yer kürəsinin müxtəlif yerlərində həmin sivilizasiya aktı Novruz bayramı hadisəsi kimi qeyd olunmaqdadır.
    ““Naxçıvan” sözünün mənşəyini Naxçıvandan kənarda axtarmaq, ona müxtəlif epitetlər qoşmaq doğru deyil. Bu sözün mənşəyini açıb-açmamağımızdan asılı olmayaraq onun etimologiyasının mənbəyi Naxçıvandır”. Filologiya elmləri doktoru A.Bağırovun bu düzgün qənaəti onu “Naxçıvan” sözünün Nuh peyğəmbərin adı ilə bağlılığı fikrinə gətirib çıxarmışdır.
    Naxçıvan toponimi haqqında müxtəlif fikirlərin də mövcudluğu təbii haldır və qəbul edilməlidir. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor V.Əliyev yazır:
    ““Naxçıvan” sözünün etimoloji cəhətdən təhlili mübahisəli olub, bu adın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar Naxçıvanın adını qədim Nuh əfsanəsi ilə əlaqələndirirlər. Şumer mənşəli bu mifologiyaya görə çox qədim zamanlarda ümumdünya daşqını baş vermiş, dünyanın üzərini bütövlükdə su basmışdır. Həmin vaxt Nuh peyğəmbər övladları ilə birlikdə öz gəmisində xilas olaraq bu yerə gəlmiş, məskunlaşıb şəhər salmış və sonralar tədricən insan nəsli buradan dünyaya yaılmışdır. Odur ki, ümumdünya daşqını zamanı Nuhun quruya çıxdığı bu ilk insan məskəni onun şərəfinə Nuhçıxan adlandırılmışdır”.
    Göründüyü kimi, “Nuh tufanı” əfsanəsi qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir. Tədqiqatçı R.Sultanovun fikrincə, tufan Ağrı dağında vulkan püskürməsi ilə əlaqədar Dəclə və Fərat çaylarının daşması nəticəsində baş vermişdir. Deməli, Ağrı dağına yaxın olan Araz çayında, daha doğrusu, Naxçıvanın özündə də güclü daşqın olmuşdur. Tədqiqatçı Ə.Hüseynli isə Gəmiqayada Nuh peyğəmbərlə bağlı qədim yazı olduğunu qeyd etmişdir.
    Ümumilikdə, Nuh əfsanəsi e.ə. II minilliyin ortalarında şumerlər tərəfindən ilk dəfə yazıya alınmışdır. Bir sıra tarixçi və coğrafiyaşünasların fikrincə, bu Naxçıvan şəhərinin salındığı tarixlə (e.ə. 1539) eyni dövrə təsadüf edir.
    Həzrəti Nuh və Dünya tufanı barədə ən qədim məlumata “Bilqamış dastanı”nda rast gəlirik. Tövrat və “Qurani-Kərim”dəki süjetlərlə, cüzi fərqlər nəzərə alınmazsa, bütünlüklə üst-üstə düşən şumer süjetində peyğəmbər Utnapisti adı ilə yad edilməkdədir. Tövratda Nuhun gəmisinin yan aldığı dağın Ağrı dağı, “Qurani-Kərim”də Cudi dağı olduğu göstərilmişdir. “Bilqamış dastanı”nda isə bu dağ Nisr dağı olaraq yazılıbdır. Bu halda söhbət Naxçıvandakı Nəhəcir dağından getdiyi ortaya çıxmaqdadır.
    Azərbaycan rəvayətlərindən birində məhz bu hadisə belə söylənilir:
    “Nuhun gəmisi öncə Cudi dağına, daha sonra Ağrı dağına yan alır, sonra Haçadağa toxunaraq onun zirvəsini parçalayıb haçalayır və ən sonda Nəhəcir dağında ilişib dayanır. Nuh gəmidən burada endiyi üçün əraziyə Nuhçıxan deyilir. “Naxçıvan” adı da buradan yaranıb”.
    Bütün bunlar Naxçıvanın Nuh yurdu, Nuhçıxan, yeni insan nəslinin başlandığı yer olduğunu düşünməyə önəmli əsaslar verir. Deməli, Naxçıvan – Nuhçıxandır. Naxçıvan böyük sivilizasiyanın yaşıdıdır. Naxçıvanın yaşı Həzrəti Nuh peyğəmbərin əfsanəvi gəmisinin yerə, ulu Naxçıvan torpağına endiyi vaxtdan başlanır. Bu torpaq ən qədim zamanlardan ilk insanların Nuh tayfalarının ilkin yaşayış məskəni olmaqdan, əsaslı bir şəhər mədəniyyəti səviyyəsinə çatanadək böyük bir yol keçmişdir. İndiki Naxçıvan şəhəri həmin tarixi bünövrə üzərində formalaşmışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 26 aprel 2001-ci il tarixdə verdiyi “Ordubad rayonu ərazisindəki Gəmiqaya abidəsinin öyrənilməsi haqqında”kı qərarı ilə Naxçıvanda Dünya tufanı, Nuh peyğəmbər və sivilizasiya ilə əlaqədar məsələlərin araşdırılması və təbliği baxımından yeni mərhələ başlanmışdır.
    Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış 28 iyun 2006-cı il tarixli “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqındakı; 10 fevral 2009-cu il tarixli “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqındakı; 7 iyun 2011-ci il tarixli “Naxçıvan: ilk yaşayış və ilkin şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq sipoziumun təşkili barəsindəki sərəncamları ilə Naxçıvanın bəşəriyyətin ilk dövrlərdəki tarixinin öyrənilməsi və bütün dünyaya tanıdılması işi üçün geniş üfüqlər açılmışdır.
    Bu misilsiz tarixi sənədlərin imzalanması və uğurla həyata keçirilməsi qədim Naxçıvanın şanlı tarixinə, bilavasitə doğma Azərbaycan tarixinə edilən ən böyük xidmətlərdir.
    Ən nəhayət, Ulu Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi tamamilə təbii haldır. Çünki bu, həm dini-dünyəvi, qədim tarixliyi ilə, həm də regionda gedən çoxəsrlik tarixi-mədəni proseslərin reallıqları ilə tam səsləşir.
    Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi haqqında”kı 2 iyun 2016-cı il tarixli sərəncamında haqlı olaraq deyildiyi kimi “Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün keçmişi ərzində islam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub-yaşadılmasında özünəməxsus rol oynamışdır”. Bütün dövrlərdə, o cümlədən hazırki mərhələdə də Naxçıvanda milli-mənəvi dəyərlərin ağırlığı ilə Şərq-müsəlman amillərinin sintezi qorunub saxlanılır, inkişaf etdirilib möhkəmləndirilir.
    Ən qədim insanın nicata qovuşduğu məskən kimi mifik təsəvvürlərdə inanc yerinə çevrilən bu torpaq tarixi qüdrətini müasir inkişaf dinamikası və quruculuq işləri ilə yenidən özünə qaytarır. Bu da ilk növbədə muxtar respublikada son iki 10 illikdə aparılan yüksəliş salnaməsinin bəhrəsi və Heydər Əliyev siyasətini burada uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun səmərəli idarəetməsinin nəticəsidir.
    Ümummilli Lider Heydər Əliyev demişdir:
    “Naxçıvanın tarixi təkcə muxtar respublikanın yaranmasından başlanmır. Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, qədim tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunlar hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib və gələcəkdə də göstərəcəkdir”.
    İstifadə edilmiş mənbələr:
    1. Григорьев В.Г. Статическое описание Нахичеванской провинции. СПб. 1833, 263 с.
    2. Никитин К.А. Город Нахичевань и Нахичеванский уезд. СМОМПК. Вып.-2. Тифлис 1882, 142 с.
    3. Смирнов К.Н. Материалы по истории и етнографии Нахичеванского края. Баку «Озан» 1999, 156 с.
    4. Сысоев В.М. Нахичевань на Араксе и древности Нах. АССР. Баку, 1929, с. 87-121
    5. Сысоев В.М. Древности Нахичеванской АССР. Отдельный оттиск из 4-го выписка Известии. «Азкомстарус»а. Баку, 1928, с.123-215.
    6. Шопен И. «Исторический памятник состояния Армянской области в эпохи ее присоединение к Российской империи. СПб. 1852, 1231 с.
    7. Həbibbəyli İ. Nuhun qəbri hardadır?. “Vətən səsi” qəzeti. 6 fevral 1991-ci il, № 6.
    8. Naxçıvan folkloru. Bakı, “Sabah” nəşriyyatı, 1994, səh. 70.
    9. Əsatirlər, əfsanələr və rəvayətlər (tərtibçilər Arif Acaloğlu, Cəlal Bəydili ), Bakı, “Şərq-Qərb”, 2005.
    10. Abbas Seyidov. Gəmiqaya. Bakı, 2003.
    11. Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. «Элм». Баку, 1991.
    12. Qədirzadə Qədir. Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan. “Qızıl dağ”, 2008.
    13. Naxçıvan MR Dövlət Arxivi, fond 314, siyahı 8, s/v 28-31. (K. Smirnov “Naxçıvan diyarının tarixi və etnoqrafiyası haqqında materiallar”).
    14. Övliya Çələbi. “Səyahətnamə”, Bakı 1997.
    15. Oğuz Y. Tuncay B. “Türkün gizli tarixi”, Bakı, “Apostrof”, 2009.
    16. Naxçıvan folkloru antologiyası. Bakı, “Elm”, 1994.

    AYB-NİN ÜZVÜ,ŞAİRƏ, PUBLİSİST:
    – RAHİLƏ DÖVRAN.

  • Orfoqrafiya Komissiyası təkliflərlə bağlı işçi qrup yaradıb

    «Azərbaycan dilinin Orfoqrafiya Qaydaları» layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün Nəsimi adına Dilçilik İnstitutunda ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupu yaradılıb.

    Akademik M.Nağısoylunun rəhbərlik edəcəyi işçi qrupunun tərkibinə professorlar İ.Məmmədli, Q.Kazımov, S.Sadıqova, M.Əsgərov, dosentlər B.Məhərrəmli, Ş.Məmmədli, T.Şükürlü, R.Heydərov və fil.ü.f.d. X.Heydərova daxil edilib. İşçi qrupunun rəhbəri yeni orfoqrafiya qaydaları ilə bağlı təkliflərin toplanıb sistemləşdirilməsinin qarşıya məqsəd kimi qoyulmasını söyləyib.

    İşçi qrupu «Azərbaycan dilinin Orfoqrafiya Qaydaları»na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

    İctimaiyyətlə əlaqələr şöbəsi

    Mənbə: http://www.dilcilik.az

  • Bir qrup gənc alimə AMEA-nın Fəxri fərmanı təqdim edilib

    Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademik Teymur Bünyadova Azərbaycan Respublikasının “Şərəf” ordenini, həmçinin bir qrup gənc alimə AMEA-nın Fəxri fərmanlarını təqdim edib.

    Gənc alimlər adından çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Aysel Qəribli gənc alimlərimizə yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə AMEA rəhbərliyinə dərin təşəkkürünü bildirib:

    “Hörmətli Akif müəllim, hörmətli Rəyasət Heyəti üzvləri, əziz alimlər!

    Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ideyalarına həmişə sadiq olan Azərbaycan gəncləri bu gün ölkəmizin iqtisadi, sosial, mədəni həyatında fəal iştirak etməklə ölkə başçısı İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın republika gənclərinə bəslədikləri böyük ümidləri layiqincə doğrultmağa çalışırlar.

    Əlbəttə, universitetlərdə, akademiyalarda bakalavr və magistratura pillələrində, xüsusilə doktoranturada təhsil alan, gələcəyini elmin müxtəlif sahələri ilə əbədi olaraq bağlayan gənclərin öhdəsinə, görünür, daha səciyyəvi, özünəməxsus vəzifələr düşür. Bunlar, əsasən, elmin, texnologiyanın müasir səviyyəsinə lazımınca yiyələnməkdən, qloballaşan dünyanın çağırışlarına tələb olunan şəkildə cavab verməkdən, mənsubolduğun xalqın, dövlətin siyasi-ideoloji, intellectual-mədəni maraqlarını təəssübkeşliklə qorumaqdan ibarətdir. Bu gün həm AMEA-da, həm də ali təhsil müəssisələrimizdə ayrı-ayrı elmlər üzrə çoxlu sayda gənc fəlsəfə doktorları fəaliyyət göstərirlər ki, onların istər ölkə, istərsə də beynəlxalq miqyaslı elmi konfranslarda iştirakı, müxtəlif elmi məcmuələrdə ardıcıl olaraq məqalələrinin, eləcə də kitablarının nəşr edilməsi, ilk kəşfləri, ixtiraları, heç şübhəsiz, böyük qürur doğurur. Şübhəsiz, bu, ilk növbədə, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin, elmə, mədəniyyətə, hər bir vətəndaşın intellektual inkişafına göstərilən yüksək qayğının ifadəsidir. Və bunun üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə, birinci xanım, vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.

    Biz gənclərin arzusu və məqsədi o olmalıdır ki, apardığımız tədqiqat işlərinin və təcrübələrin müsbət nəticələrini öz ölkəmizdə tətbiq etməyi bacaraq. Bununla da Azərbaycan Respublikasını həm daxilən daha da inkişaf etdirək, həm dən xaricdə yüksək səviyyədə tanıdaq. Ölkəmizə layiqli vətəndaş, alim olaq.

    Hörmətli Akif müəllim! Bizim elmin zirvəsinə doğru getdiyimiz bu ağır, həmçinin şərəfli yolda belə xüsusi günlərdə Fəxri Fərman verərək bizim uğurlarımızı qiymətləndirdiyiniz üçün, bizi ruhlandırdığınız üçün sizə öz təşəkkürümüzü bildiririk”.

    Mənbə: http://www.dilcilik.az

  • Əlişad QARAQASIMLI.”Torpağa dönmüsən”

    İşıqlı yollra çıxardın məni
    İşıqlı dünyaya gətirən gündən.
    Bir zaman köksünə sıxardın məni,
    Sıxaram köksümə torpağını mən.

    Sənsiz ömrü boyu kədər, qəm yedim,
    Azalmır canımdan ağrı-acım da.
    Əlində-ovcunda bir dünya idim,
    Torpağa dönmüsən mənim ovcumda…

  • Əlişad QARAQASIMLI.”Söyüdlər saçını dağıdır, yolur…”

    Böyük bir xalqındı nəfəsi, səsi,
    Vətən bulağının gözündən içər.
    Vətənə tuşlanan xain gülləsi,
    İlk dəfə şairin qəlbindən keçər.

    Şairlər şöhrətçün yazıb-yaratmır;
    Sonsuz səma kimi boşalır, dolur.
    Hardasa bir şair vətənsiz qalır-
    Söyüdlər saçını dağıdır, yolur.

    Ağır çaylar kimi dənizə axar;
    Şair sevgisinin alovu sönməz.
    Dabandan qoyular, dəridən çıxar,
    Yolundan bur an da geriyə dönməz.

    Maksim Qorki adına Ədəbiyyat İnstitutu

  • Əlişad Qaraqasımlını doğum günü münasibətilə təbrik edirik! (15 fevral)

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin redaktorunu və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Super Mavi Qanlı Ay

    Super Mavi Qanlı Ay
    İlk dəfə 19-cu əsrdə görünmüsən
    NASA-ya görə
    gələn əsrlərdə yenə
    görünəcəksən
    Bu qədər maviliklə
    qızıl qan rənginə
    necə bürünmüsən?
    Bu qeyri-adi təbiət hadisəsimi?
    Ya da vicdanının səsimi?
    Yer üzündə
    tökülən qanlardımı
    hopub canına?!
    Onun rənginə boyanmısan
    qalxıb ərşi-əlaya
    göy üzündə dayanmış
    Super Mavi Qanlı Ay!

    14 fevral 2018-ci il. Bakı.

    Elegiya

    Gözlərini məzarımın üstündə,
    Ağ buludlar sıxıb gedər qüruba.
    Günəş doğar ayaqlarım tərəfdən,
    Başın üstən axıb gedər qüruba.

    Dizi üstə baş qoymuşam kəndimin,
    Daşı üstə daş qoymuşam kəndimin.

    … Xəzan vurub budağını, ey Vətən!
    Həsrət qaldın igidinin toyuna.
    Arxa bilib torpağını, ey Vətən,
    Üz tutmuşam ulduzuna, ayına…

  • Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov mədəniyyət işçiləri ilə görüşlər keçirib

    \

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin üzvləri ilə görüşüb.
    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətinin rəhbəri Sevinc Bəhmənli Gundelik.info-ya bildirib ki, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan görüşdə idarə rəisi Mehman Şükürov çıxış edib. O, qeyd edib ki, Sumqayıt şəhərində musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin yaradılması qarşısına qoyduğu ən böyük məqsədlərdən biri olub. “Artıq biz nəinki məqsədimizə çatdıq, hətta möhtəşəm konsert proqramı ilə sübut etdik ki, biz daha böyük layihələrə imza atmaq iqtidarındayıq. Əminəm ki, qazandığımız bu böyük uğur bizi arxayılaşdırmayacaq, əksinə, daha böyük nailiyyətlər qazanmağımıza səbəb olacaq” deyən idarə rəisi “Kimyaçılar” sarayında keçirilən konsertdə maraqlı çıxışlarına görə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun və Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının kollektiv üzvlərinə təşəkkürünü çatdırıb. Tədbirdə çıxış edən orkestrin dirijoru, Əməkdar Mədəniyyət işçisi Vaqif Süleymanov, solist Gülzar Fərəcova və digərləri Mehman Şükürova onlara göstərilən etimada, diqqət və qayğıya görə təşəkkür ediblər. Sonra görüləcək işlər müzakirə olunub, fikirlər və təkliflər dinlənilib.

    Daha bir görüş Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində keçirilib. Sumqayıt şəhər İcra başçısının müavini Teymur Səmədov, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, Qubadlı rayonu üzrə baş məsləhətçi İlham Əhmədov məktəbin “Buta” qızlar ansamblının üzvləri ilə görüşüb. Ansamblın çıxışını dinləyən qonaqlar məmmun qaldıqlarını və bu ansamblın böyük uğurlara imza atacağını bildiriblər. Xatırladaq ki, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin növbəti layihəsi olan “Buta” qızlar ansamblının bədii rəhbəri Vasif Heydərov, konsertmeystri Aynur Məhərrəmovadır.

    Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Abşeron rayon mədəniyyət müəssisələrinin kollektivləri ilə də görüş keçirib. Görüşdə müəssisələrin üzləşdiyi problemlər, cari və perspektiv işlər müzakirə olunub. Görüş zamanı Abşeron rayon Mədəniyyət mərkəzinin yeni təyin olunmuş direktoru Arif Vəliyevin təqdimatı olub. Rəis Mehman Şükürov yeni direktoru kollektivə təqdim edib və fəaliyyətində uğurlar arzulayıb.

    Qeyd edək ki, Arif Vəliyev əmək fəaliyyətinə 2009-cu ildə Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət evində bədii rəhbər kimi başlayıb. 2012-ci ildən isə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun müdiri vəzifəsində çalışıb. O, 2016-cı ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilib.

  • Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti Sumqayıt ədibləri ilə görüşüb

    Sumqayıt Poeziya Evində Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə şəhərdə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin görüşü olub.

    AZƏRTAC xəbər verir ki, Sumqayıt Poeziya Evinin direktoru, tanınmış şair İbrahim İlyaslı qonaqları salamlayaraq türk ədəbiyyatından, əsrlərə dayanan Türkiyə-Azərbaycan dostluğundan söz açıb.

    Tədbirdə aşıqların ifası dinlənilib, Serhat Kabaklının İbrahim İlyaslı tərəfindən tərcümə edilən “Bil oğlum” adlı kitabı təqdim olunub.

    Qeyd edək ki, Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ölkəmizə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın dəvəti ilə gəlib.

    Mənbə: http://www.azertag.az

  • “Ədəbiyyat-Az.Com” saytının 6 yaşı tamam olur

    Azərbayanın Mədəniyyət və Ədəbiyyat Portalı
    http://wwww.edebiyyat-az.com

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbayanın Mədəniyyət və Ədəbiyyat Portalı 2012-ci il fevral ayının 14-də Bakı şəhərində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib.

    Redaksiya heyəti

    Təsisçi: Rafiq ODAY
    (Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri)

    Baş redaktor: Kənan AYDINOĞLU
    (Azərbaycan Jurnalistlər Birliyinin üzvü)

    Baş redaktor müavini: Şəfaqət CAVANŞİRZADƏ
    (Dübya Gənc Türk Yazarlar Birliyinin üzvü)

    Baş məsləhətçi: Şəfa VƏLİYEVA
    (AYB və DGTYB üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı)

    Məsul katib: Şəfa EYVAZ
    (Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru)

    Mətbuat xidmətinin rəhbəri: Kamran MURQUZOV
    (“Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü)

    E-mail: azerbaycanedebiyyati@gmail.com; edebiyyat-az.com@mail.ru

    Əlaqə saxlamaq üçün 051 785 44 33; 051 795 44 33.

    Ünvan: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 2-ci mikraroyon

  • Rafiq ODAY.Yeni şeirlər

    Təsisçisi və direktor: Rafiq ODAY

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    1002-ci gecə

    Qana susamış
    vampirləri xatırlatdı
    öpüşlərin mənə –
    Elə bil
    silib səbətə atdığın,
    nəyinsə xatirinə,
    ala-yarımçıq yaşanmış
    sevgilərin
    acığını məndən çıxırdın…
    Hətta bir-iki dəfə
    dəli-dəli çığırdın,
    “bu sənin”, “bu sənin”,
    “bu da sənin” deyərək
    sərsəmlədin də…
    Nəfəsim təngiyir,
    ürəyim yerindən
    atlanır,
    tir-tir titrəyirdi bədənim,
    Qan qarışıq üzü aşağı
    axırdı tərim…
    …Başıma dəyən
    qəfil zərbədən
    bağıraraq ayıldım…
    Zəngli saat
    döşəmənin üstü ilə
    dığırlanır,
    tükürpədici səsi ilə
    vahiməni bir az da artırırdı….
    Aman Allahım…
    Yuxu olsa da,
    çox qorxulu,
    çox dəhşətli mənzərə idi.
    Tez güzgüyə baxdım,
    Şükür, ağzım-burnum yerində idi…
    Amma yenə də
    gedim özümü bir
    “Mayıl doxtur”a göstərim…

    Adam demiş:

    Ulamaq ulamaqdı,
    Olmazmı çaqqaltək yox,
    Qurd kimi ulayasan?!

    Sonra da əlavə etmiş:

    Az gedənə lələk qoş,
    Gələnə quyruq bula.
    Barı bir yol adam ol,
    Ay tula oğlu, tula.

    ADAM DEMİŞ:

    Bir az özünü
    qınamaqdan,
    Bir az da
    səni özünə
    qınadanlara
    lənət oxumaqdan
    ibarətdi həyat.
    Arada xırda-para
    nə varsa –
    hamısı təfərrüat…

    ***

    Əllərimiz görüşdü…
    Gözlədiyimin əksinə olaraq
    alışıb külə dönmədi
    barmqalarım…
    Ya mən…
    əllərinin hərarətini
    hiss etməyəcək qədər
    soyuğam,
    Ya da…
    mənə qədər
    çəkib aparıblar
    bu hərarəti
    özgələri….

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    BÜLBÜLÜM
    /”Vətənimdir” – silsiləsindən/

    Bu qədər ağlayıb qəlbimi oyma,
    Sevda xiffətindən solan bülbülüm.
    Elini şeydaya intizar qoyma,
    Gözləri həsrətdən, dolan bülbülüm.

    Nə vaxtdan Şuşaya güzar salmayan,
    Xarı bülbülünün könlün almayan.
    Gülxarsız gecəsi- gündüz olmayan,
    Yuvası viranə, qalan bülbülüm.

    Qonşu namərd oldu, kəsdi yolları,
    Arxadan oxladı, mərd oğulları.
    Unutdun dastanı, ər nağılların,
    Uydun bayatıya, nalan bülbülüm.

    Dağ belə dağ olmaz, dumansız, çənsiz,
    Söylə, ruh neyləsin cansız, bədənsiz.
    Neçə yaz açıbdır, Gülxarın sənsiz,
    Əhdinə vəfası, yalan bülbülüm.

    Güman var vüsala, bitəcək hicran,
    Bizə də güləcək Yaradan, Mövlan.
    Sizi cüt, qol- qola görəcək Dövran,
    Gücünü eşqindən, alan bülbülüm.

    MÜƏLLİF : RAHİLƏ DÖVRAN.
    Bu ŞEİR 2011-İLDƏ SIXAN KİTABDAN

    ÖMRÜN FƏSİLLƏRİ
    /”Düşüncələrim” – silsiləsindən/

    Bu dünyada hər şeyin var zamanı,
    Yaradandır nizamlayan hər anı.
    Dərə çəni, dağlar sevər dumanı.
    Yaz gəlməsə axan çaylar çağlamaz,
    Gül- çiçəklər qönçə, buta bağlamaz.

    Yay zamanı hamı sevər yaylağı,
    Zümrüd meşə, yaşıl çəmən, bulağı.
    Yal- yamaclar olar könül oylağı
    Duman, nə sis qar yağdırıb çığlamaz,
    Şən buludlar, gözün sıxıb ağlamaz.

    Son baharda quşlar çıxar səfərə,
    Elat enər dağdan- düzə, şəhərə.
    Hacət yoxdur ağlamağa, qəhərə
    Təbiətin taxtı, tacı laxlamaz,
    Ulu dağlar qışda qonaq saxlamaz.

    Ahıl, qoca möhkəm tutar əsasın,
    Istər sürsün hər anının səfasın.
    Fani dünya sonda alar qisasın
    Dövran, əcəl xəzan çiçək qoxlamaz,
    Payız- yazı, nə qış yayı haxlamaz…

    MÜƏLLİF : RAHİLƏ DÖVRAN.
    Kitabımdan bu şeir 2011 cıxıb.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.

    ***

    Bağışla, bilmədim elə gün gələr,
    Sevgi zirvəsinə çıxan yıxılar.
    Niyə bircə dəfə gerçəyə dönmür,
    O sənli yuxular, sənli yuxular.

    Bağışla, sevmişəm sevənlər kimi,
    Kitabsız, ünvansız, qayda-qanunsuz.
    Mən Əsli olmadım, Xan Kərəm kimi,
    Alışdım oduna atəşsiz, odsuz.

    Bağışla, nə edim, əlimdə deyil,
    Hər gecə röyama mehman olursan.
    Ağlım yaddan çıxar, unut, at deyir,
    Axı ürəyimdəsən, unudulmazsan.

    ***

    Səndən qalan xatirəndə,
    Bir sevginin yası vardır.
    Hey ağlayan gözlərimdə,
    Nakamlığın adı vardır.

    Səndən qalan yuxularda,
    Sənsizliyin kabusu var.
    Sənsiz gələn sabahlarda,
    Həsrətinin qoxusu var.

    Dünyan qalıb mənə sənsiz,
    Atmosferi hicran dolu.
    Şəhərləri sənsiz, səssiz,
    Hər yolu bir ölüm yolu.

    Addımlaram bu yolları,
    Səndən qalan arzularla.
    Yaşayaram çox illəri,
    Səndən qalan xəyallarla.

    Bir həyatın qəm-kədəri.
    Səndən qalan tək xatirə,
    Yazıq qəlbin ümidləri.
    Yazıq oldu arzular da,

    Mənim səni sevməyimdə.
    Küsüb getdi vüsalın da,
    Səndən qalan xatirəndə.
    Heç demədim öləcək bu,

    Heç demədim öləcək bu,
    Hicranın əliylə bir gün.
    Yanan qəlbin közü, odu,
    Sönər göz yaşıyla bir gün.

    Səndən qalan bir xatirə,
    Bir həyatın qəm-kədəri.
    Səndən qalan tək xatirə,
    Yazıq qəlbin ümidləri.

    ***

    Bəlkə bir gün qarşılaşaq…
    Yanağımdan iki gilə yaş axar,
    Biri sənin, biri mənim adımda.
    Gözlərim dirənib yerlərə baxar,
    Bir daha qalmasın sənin yadında.

    Ürəyim yenə də susar, danışmaz,
    Küskün kədərlərə məkanlıq eylər.
    Sənin yoxluğuna yenə alışmaz,
    Amma, sənsizlikdə sultanlıq eylər.

    Nə səndən əl açıb sevgi istəyər,
    Nə də üz döndərib get deyəmmərəm.
    Sadəcə könlümün başı göynəyər,
    Bircə kəlmə sənə söz deyəmmərəm.

    Bir gün qarşılaşsaq…Yenə ümidlər,
    Boy atar, cücərər, saralar, solar.
    Bir gün qarşılaşsaq… Eh, nələr, nələr,
    Dəli könül daha nələr arzular.

    ***

    Səhərim adınla başladı gülüm,
    Axşama çox qalıb, bəlkə görüşdük.
    Ülvi istəkləri qılınc eyləyib,
    Dan sökülənədək yenə döyüşdük.

    Sən öz dünyanın sərkərdəsisən,
    Mən də göz yaşlarımın şahzadəsiyəm.
    Sən neçə ürəyin İskəndərisən,
    Mən sənin qəlbinin Nüşabəsiyəm.

    Yenəcəm sevgimlə fatehliyini,
    Qarşımda öləcək cəlladlığın da.
    “İskəndər yenilməz, yenər” sehrini,
    Alacam əlindən Şəfalığımla…

    Sevgimin coğrafiya dərsi

    İtmiş bir məhəbbət adalarıydı,
    Ömür xəritəmdə sənli cizgilər.
    Ya da, yad əlindən dad-amanıydı…
    Hardasa duyulmaz bir harayıydı,
    Toydan bir gün sonra sınan güzgülər.

    Nə yaman, nə yaman həsrətin varmış,
    İzlər addım-addım hara getsəm mən.
    Sənə gedən yollar nə yaman darmış…
    Uzaqda olmağın demə yaşatmış,
    Yoxsa mən küsərdim ömürdən, gündən.

    Sən uzaq…Çox uzaq coğrafi bir kəşf,
    Adasan, körfəzsən, dənizsən, nəsən?
    Bəlkə savannalar, tropik meşə?
    Bəlkə də zərif, incə bənövşə…
    Ya bəlkə, quruca bir səhrasan sən?!

  • Şəfa EYVAZ.Yeni şeirlər

    Məsul katibi: Şəfa EYVAZ

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Məhəbbət” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 41 sayında dərc olunub.

    ***

    Mənə dözüm ver, qoca dünya, dözüm,
    Mən dözə bilmirəm dərdinə sənin.
    Kim dözüm itirib?
    axtarım, gəzim,
    Mən dözə bilmirəm dərdinə sənin.

    Hər adamın öz yükü var çiynində,
    Söz qananın söz yükü var çiynində,
    Mən qəribin duz yükü var çiynində,
    Mən dözə bilmirəm dərdinə sənin.

    Bu dərzinin iynəsi nə, sapı nə?
    Dərdi biçib tərs geydirib əynimə.
    Dar biçilib, boğuluram içində
    Mən dözə bilmirəm dərdinə sənin.

    Buz tutur getdikcə dodağım, gözüm,
    Öz tüstümə boğuluram mən özüm.
    Mənə dözüm ver, qoca dünya, dözüm…
    Dözmək istəyirəm dərdinə sənin!

    Mən

    Mənə ümid verib yarıda qoydun…
    İçimdə dağıldı arzularım da…
    Gözü yolda qaldı yetim ümidin…
    Bir de bu ümidə bələnmərəm mən.

    Qəlbimdə boy verən güllərim solub,
    Həsrətdən yük tutan gözlərim dolub..
    Bulud olub, yağış olub, qar olub
    Keçdiyin yollara çilənmərəm mən.

    Doğma gözdən yad baxışla gülümsə…
    Diri cana qənim gəlmiş ölümsən.
    Lap ac olsam, evsiz olsam, sürünsəm…
    Səndən eşq-məhəbbət dilənmərəm mən.

    ***

    Yağırsan yağışım
    Damla-damla
    Göy üzündən,
    Gözlərimdən,
    Baxışımdan…

    Yağırsan yağışım
    İsladırsan həzin-həzin
    Yer üzünü,
    Göy üzünü,
    Üst-başımı…

    Yağırsan yağışım
    Silirsən pəncərəmdən
    Əl izimi,
    Ad yazımı,
    Naxışımı…

    Yağırsan yağışım
    Gözləmirsən yığam gedəm
    Bu yağışlı yer üzündən
    Taleyimi,
    Ürəyimi,
    Ruhumu…

    Bütün şəhər Sənə bənzəyən insanlarla doludu…
    Və mən indi Sənə bənzəyən üzlər arasında
    tamamilə tənhayam,
    Bilirsənmi?
    Bir həsrətə dözə bilməzkən
    Hər saniyə Səninlə üz-üzə gəlmək…
    İntihar etmiş məsumiyyətin
    Göy üzündə asılı qalan
    Son iniltisini duymaq kimidi…

    ***

    Gülümsəyib keçmək lazımdı bəzən həyata,
    Sadəcə gülümsəmək.
    Tüpürüb ağrılarına,
    Səni ağrıdanlara da
    Qucaq-qucaq,
    buket-buket gülümsəmək.

    Əllərini tutmayan
    Soyuq əllərə inad,
    Ürəyindən gəlməyən
    Bir “salam”ı
    verməyə üşənən dillərə inad
    Gülümsə!

    Kədər səndən böyük ki deyil…
    Əslində yazdıqların
    Körpə ürəyinin iniltisidi.
    Yad qulağa xoş gələn
    hüznlü sətirlərin
    Yaralı hisslərin əsintisidi.
    Bütün bunları bilən varmı ki?!
    Gülümsə!

    Çəkdiyin acının tərənnümünə
    Bər-bəzək geydirib “şeir” deyirlər.
    Bəlkə də sən başqaları-
    Elə lap yadlardan yad adamlarçün
    Şairsən.
    Sıyrılıb doğmalıq təbəssümündən
    Saxta təntənəylə
    Adının yanına “şair” deyirlər.
    Ya elə olsun, ya da ki belə
    Bütün cəbhələrdə sən hələ təksən,
    İndi nə anlamı var ki
    Nə deyirlər desinlər…
    Gülümsə,
    Şair, gülümsə!

    Qorxu…

    Qorxaq doğulduq bu həyata…
    qorxaq.
    daha gözümüz açılmadan
    üsyan etdik həyata, qorxularla
    səsimizlə…
    qorxduq həyatın bizə hazırladıqlarından…
    bəlkə daha doğular-doğulmaz,
    əl-ayağımıza vurulan buxovlar qorxutdu bizi…
    həyat bu olsa gərək…
    bizi azadlıqdan ayıran bələk.
    bəlkə də.

    Qorxaq doğulduq həyata…
    yetmədi, qorxaq böyüdük…
    uşaqkən əllərimizə vurdular
    öyrənmək istədiyimizə toxunduğumuzda,
    istiyə toxunduq… oddan qorxduq,
    yıxıldıq, yeriməkdən…
    həyata ilk addımlar atdığımızda.

    Qorxaq doğulduq həyata…
    qorxduq.
    qarşımıza çıxan təpələri dağ sandıq,
    kiçicik baryerləri yüksək divarlar…
    öyrəndik lazımsızları gözümüzdə böyütməyə
    beləcə aldandı gözlərimiz də…
    qorxaq böyüdük…

    Qorxmamaq lazımdı halbuki…
    qorxmamaq.
    barmağımızı çatdıra bildiyimizə həyatımızla tutunmaq
    savaşa bilmək əllərimizi yandıran odla,
    mübarizə aparmaq dizimizi sıyıran
    daşla-torpaqla…
    yenmək qorxularımızı
    irəliyə addımlamaq, ancaq irəli
    hətta bəlkə həyatımız bahasına…
    bacarmadıq…

    Biz həyata qorxaraq doğulduq…
    qorxaraq böyüdük…
    qorxaraq öləcəyik
    Əcəl adlı zəngin son sədasından…

    nə idi qorxu, qorxmaq?!
    Bəlkə də qorxmaq, qorunmaqdı yox olmaqdan…
    kim bilir???

  • Şəfaqət CAVANŞİRZADƏ.”Hakim əmi, azadlıq” (Hekayə)

    Gah birinci mərtəbədə yaşayan qonşusu – təxminən yaşı qırxı keçmiş qarınlı, üzü azca tüklü, qalın dodaqlı, burnu incə, uzunboylu yekəpər kişiyə, gah blokun çıxacağına, gah da bir az cəsarətini toplasa evinə; üçüncü mərtəbəyə aparacaq pilləkənlərə baxırdı. Anası onu çörək almağa göndərmişdi. Daha doğrusu, atası işə gecikdiyi günlər on yaşlı Nilufər onun əvəzinə yaşadığı beşmərtəbəli binanın altındakı marketdən çörək, artıq qalan pulla özünə şokolad, ya da saqqız alardı. Bir həftədən çoxdu çörək almağa könülsüz gedirdi. Hər səhər qorxduğu yekəpər qonşusu onu blokun ağzında qarşılayırdı. “Dayı” dediyi yekəpər o biri qonşular kimi baxmırdı ona…
    Qonşu binada cavan gəlin var, qaranlıq düşənəcən tək yaşayır. Gecənin bir vaxtından sonra yenidən tənha qalırdı. Hər gün otağının pəncərəsindən və ya həyətdə rəfiqələriylə oynayanda, o cavan gəlini kimsə bahalı maşınla evinə gətirəndə görürdü Nilufər. Həyətdəki kişilər bu yekəpər kişi kimi baxırdı o gəlinə. Bu baxışlar o baxışlara çox bənzəyirdi. Yaşıdlarından bir az hündür olan Nilufər günlərcə onu gözləyən yekəpərin yanından keçəndə, kobud əliylə onun hələ yetişməmiş sinəsini koftasının üstündən əlləməyə çalışması qızı iyrəndirmişdi. Yekəpərin bir əli şalvarının cibində, bir əli qız uşağının sinəsində, qarnında gəzirdi. Qolsuz köynəyinin yaxasının üç düyməsini əvvəlcədən açıb tüklü sinəsini qıza göstərir, təzə düzəltdirdiyi dişlərini ağardırdı.
    -Günorta gəl bizə, dayı sənə qonaqlıq versin. Xalidə xalan da evdə olacaq, qorxma…
    Yazıq qız özünü yekəpərin əlindən bacardığı qədər tez xilas edər, çörəyi alandan sonra küçədən kiminsə binaya girməsini gözləyərdi ki, o adamla daxil olub, tez evlərinə qaça bilsin.
    Nilufər iki daşın arasında qalmışdı. Anasına “Çörək almaq istəmirəm” desəydi, çox sual verəcəkdi. Atası neçə dəfə deyəndə eşitmişdi “Anası tərsdi”…
    Bu gün yenə atası işə gecikmiş, yenə çörəyi Nilufər almalıydı. Anasından pulu aldıqdan sonra evdən çıxdı, qapını astaca örtməyə çalışdı, alınmadı. Unutmuşdu, seyf qapıydı, avtomatik özü bağlanır, açarın yoxdursa, kimsə içəridən açmalıdır.
    Aşağı mərtəbədən qapının açılıb-örtüldüyünü eşidən qızcığaz qorxdu, pulu şalvarının cibinə qoyub qapını döydü. Elə bildi, yekəpər kişi gəlib qolundan dartacaq, evinəcən sürüyəcək. Uşaq yaddaşı güclü olur. Yekəpərin indiyəcən etdiklərini gözünün qabağına gətirəndə, qorxu vücudunu titrədirdi. Yasəmən qapını açdı, qızını əliboş gördü.
    -Hələ çörək almamısan?
    -Yadımdan çıxıb, pul içəridə qalıb.
    -Göyərti də alarsan. – Yasəmən mətbəxə keçdi.
    Hamamla mətbəx yanbayan olduğundan Nilufər üçün hamamda anasını gizlicə güdmək asanıydı. Anası eyvana paltarları sərməyə çıxanda mətbəx qapısını astaca örtdü, dovşan bəzəyi vurulmuş evdə geyindiyi şəpşəpinin birini götürüb evin qapısını açdı. Şəpşəpini qapıyla bağlanan yerin arasına qoydu. Asta addımlarla ikinci mərtəbəyəcən düşdü. Birinci mərtəbədən yenə açılıb-bağlanan qapı səsini eşitdi. Deyəsən, yekəpər onun aşağı düşməsindən əlini üzmüşdü. Nilufər yekəpəri yaşadıqları binaya yaraşdırmırdı. Bir gün qəfildən yekəpərin yoxa çıxması ən böyük diləyidir. Qızcığaz üç pilləkən də aşağı düşdü. Dili ağzında titrəyə-titrəyə ürəyində Allaha yalvarırdı. Əllərini iki döşünün arasında yumruq formasında birləşdirmişdi. Yekəpərin qapısı qonşu qapısıyla üz-üzəydi. Qapının yanına çatdı, nəfəs almağı saxladı. Dabanını qaldırıb pəncəsinin üstündə qapının yanından keçməyə çalışdı. Neçə il həbsdə yatmış, azadlığı həsrətlə gözləyən məhbus kimi hiss elədi özünü. Niyyəti baxışları qədər qorxulu olan yekəpərin ucbatından uşaq düşüncəsini də itirmişdi. Yaşıdlarıyla oynamaq da istəmirdi.
    Qapı açıldı, yekəpər qonşu qapı ağzında göründü.
    -Sabahın xeyir, gözəlim. – Kobud səsiylə getmək istəyən uşağın ayaqlarını dayandırmağa məcbur etdi.
    Qorxu elə hissdir ki, ya getmək istəyərsən, gedə bilmərsən, ya elə bilərsən ayaqların yerli-dibli yoxdur, ya da ürəyinin dayanmasını arzulayarsan.
    Nilufər yekəpərə baxdı. Qız onun gözlərində niyyətini, o, isə qızın gözlərində qorxunu oxudu.
    Nilufər ayaqlarını tərpədə bilmirdi. Göz bəbəkləri böyümüşdü. Əclaf yenə dişlərini ağartmış, yenə ağzında dili göbəyiylə birlikdə səssiz hərəkət edirdi. Bu dəfə yekəpər istəyini bir az da qabartdı. Astaca qıza yaxınlaşdı, kobud əlləriylə uşağın çanağını sığalladı.
    -Pambıqdır. Bu dəfə səni buraxmayacam. – deyib qəfildən qızın belini qucaqladı, hərəkətsiz ayaqlarını yerdən göyə qaldırdı.
    Qorxusu Nilufəri qışqırmağa sövq etdi. Necə qışqırdı, qızcığaz özü də anlamadı, yekəpər də… Hər dəfə qıza toxunanda hədələmək susması üçün birinci silahıydı. Bunu gözləmirdi, cəld qızı yerə atdı, evinə girib qapısını bağladı. Qızın iki qıçının arasından boz şalvarının islandığı açıqca bilinirdi. Hər səhər Nilufər anasının tapşırığıyla iki stəkan su içirdi. Rahatladıqca qız döşəməyə baxır, sidiyi beton pilləkəndən pilləkənə süzülürdü. Ayağa çətinliklə qalxdı, axsayırdı. Axsaya-axsaya pilləkənləri bir-bir yuxarı çıxdı. Evin qapısı bağlanmamışdı. Qapının ağzına gələndə dizləri büküldü, taqəti qalmamışdı, səsli ağladı. Yasəmən qızının səsinə mətbəxdən çıxdı. Şəpşəpini ayağıyla kənara çəkib qapını tam açdı. Qızını yerdə görəndə həyəcandan dili-dodağı əsdi.

    -Nili, sən niyə yerdəsən? Nə olub?
    Nilufər anasına cavab verəcək halda deyildi. Anası onu ayağa qaldırmaq üçün qolundan tutdu.
    -Hamama keç. Sakitləş, ağlama.
    Nilufər anasıyla hamama keçdi, qızının axsadığını görən ananın ağlına pis heç nə gəlmədi.
    -Harda yıxılmısan?
    Nilufər yenə cavab vermirdi. İslatdığı şalvarına baxırdı. Yasəmən hamamdan çıxdı, bir qədər keçdikdən sonra əlində iki dərman, bir stəkan suyla qayıtdı.
    -Bunu iç, özünə gəl. Rəngin-urfun da qaçıb.
    Nilufər anasının dediklərini edirdi. Onun istəyiylə şalvarını, güllü tumanını çıxartdı. Ana suyla qızını beldən aşağı yuduqdan sonra məhrəbanı belinə doladı. Mətbəxə keçdilər. Qız stulda oturana qədər ağlayırdı, danışa bilmirdi. Yasəmənin narahatçılığı artırdı. Qızı yıxıldığına görə ağlayana oxşamırdı.
    -Qızım, nə oldu axı? De görüm kim qorxudub səni?
    Qız susduqca ana təmkinini pozmamağa çalışırdı, suallarını təkrarladı.
    -Nili, mənə bax. Bax mənə… Nə olub? Kimdən qaçmısan?
    Qız anasının gözlərinə, sonra sağa əyilib evin qapısına baxdı. Bağlı olub-olmadığını dəqiqləşdirmək istəyirdi.
    -A-na…
    -Haycan
    Nilufər anasını qucaqlayıb başını qarnının üstünə qoydu, yenidən ağladı. Yasəmənin hövsələsi daralırdı.
    -Qızım, nə olub? Qorxma, danış. Atanı çağıracam, qorxma.
    Yasəmən qızının gözlərinə baxdı.
    -Anan qurban, de görüm nə olub?
    Nilufər içini çəkə-çəkə dedi:
    -Ana, aşağıdakı dayı məni …
    Anası gözlərini bərəltdi:
    -Hansı dayı? – Qızının cümləsini bitirməyinə hövsələsi çatmadı…
    Yasəmən ərinin axşam gəlməsini gözləyə bilmədi. Aşağı düşüb “Şərəfsiz” dediyi qonşusunun da payını verə bilməzdi. Qızının adına söz gələ bilərdi. Şəhərdə insanlar arasında baş verənlər tez unudulur, bilirdi. Yenə də olmaz. Heç kim qızının başına gələnlərdən xəbər tutmamalıdır. Adamı ikisi istəyəndə, üçü istəmir. Bax, o üçü heç vaxt heç nəyi unutmayacaq. Lap istəməyən üç adam da hər şeyi başa düşdü. Yasəmən qadınıydı, yekəpərə güc gələ bilməzdi.
    Ev telefonuyla ərini yığdı. Əvvəlcə sakit, sonra ağlayaraq danışır, üstəlik, yumruğuyla sağ budunu yüngülcə döyəcləyirdi.
    Nilufər başqa şalvarı əynində, yatağında əyləşmiş düşünürdü. Daha ağlamırdı. Atasının onu danlayıb-danlamayacağını fikirləşirdi. Anasına deməkdə düz hərəkətmi elədi? Bəs deməsəydi? Qonşudakı gəlini gözünün qabağına gətirdi… Xəyalında ancaq o canlanırdı.
    Bir saat keçməmişdi, Nilufərin atası binaya daxil oldu. Birinci mərtəbədə ayağını saxladı. Yekəpərin qapısının ağzındakı döşəməyə baxdı. Döşəmədən qızının sidiyi hələ də qurumamışdı Qan atanın başına vurdu. Pilləkənləri bir-bir qalxdı, evinin qapısını ara vermədən döyürdü. Yasəmən qapını açan kimi yalvarmağa başladı. .
    -Qurban olum, Turan…
    Turan qoluyla arvadını itələdi.
    -Çəkil.
    Mətbəxə keçib stolun üstündən bıçağı götürdü. Qapının ağzında Yasəmən qabağını kəsdi.
    -Qurban olum, Turan, qoy o bıçağı yerə. Sonra hamı biləcək, qızımızın adına söz gələcək.
    -Düzünü de, qıza toxunub eləməyib? Bax ha, Yasəmən, mənə yalan danışma. Düzünü de.
    Turan suallarına ürəyinəyatan cavab eşitmək istəyirdi. Qızı otağında ona baxırdı. Turanın gözü qızına sataşdı, susdu. Nilufər ağlayırdı. Atasından utanırdı, yenə də gözlərinə dik baxmaya bilmirdi. Yasəmən ərini sakitləşdirmək, bıçağı əlindən almaq üçün danışırdı.
    -Qurban olum, tutaq ki, onu öldürdün. Hə, nə olacaq? Sən türməyə düşəcəksən, hamı biləcək. Sonra bizi barmaqla göstərəcəklər. Mən sabah o vırılmışın arvadıyla danışaram. Ya onlar köçər, ya da biz. Qonşu binada yaşayan gəlini də deyirlər pis yola çəkiblər. Hamımız ona ağzımıza gələni demirikmi? İstəyirsən qızımız da onun kimi olsun?
    Turan qızına baxıb susurdu, gələcəkdə onu hansı fəlakətlərin gözləyəcəyini gözünün qabağına gətirdi. Qızını qonşuluqdakı gəzəyən gəlinin yerinə qoydu. Yekəpərin onun qolundan tutub evinə apardığını, qızının gülüşlərini təsəvvür elədi. Təsəvvür elədi və iyrəndi.
    -Nə danışırsan, az sən? Çəkil qabağımdan.
    -Yalvarıram əlini mundarın qanına bulama.
    -Öldürməyəcəm, başa salacam. Ya o, ya biz.
    -Onu başa salmaq olar? Ayı boydadır.
    Nilufər xəyalında yekəpərlə atasını müqayisə elədi. Atası ortaboy, qoldan elə də güclü kişi deyildi. Yekəpərin dərsini necə verəcəkdi? Atası anasının yalvarışlarına məhəl qoymadı, əlində bıçaq evdən çıxdı. Anası onun arxasınca qaçdı. Seyf qapının örtülməsiylə qızcığazın çömbəlib dizinin üstündə oturması bir oldu. Baş barmağının dırnağını yeyərək qapının o tərəfində baş verənlərin nəticəsini gözləməyə başladı.
    Turan qonşusunun qapısını yumruqlayırdı.
    -Aç qapını, ay oğraş. Aç… Şərəfsiz…
    Yasəmən onu sakitləşdirmək üçün əliylə ağzını yumurdu.
    -Ay Turannn…. Sus, camaatdan ayıbdı.
    Turan arvadının əlini itələdi
    -Səndə çəkil o tərəfə.
    Qapı açıldı, yekəpər qonşu evdən çıxdı. Arvadı da qapı ağzında dayandı.
    -Nə olub ə? Meşədəsən?
    Turan bıçağı yekəpərin qaraciyərinə vurdu. Bir zərbədən nəfəs almağı çətinləşdi. Turan üç-dörd iri addım geri, blokun qapısınacan getdi.
    -Nə iş gördün, Turan? – Yasəmən əlləri havada yekəpərə baxırdı, Yekəpərdən əvvəl onun siması meyid rəngi almışdı.
    Yekəpər bıçağın sapından yapışdı. Bıçağı çıxarmağa çalışırdı, bacarmadı, sağ böyrü üstə bağıraraq yerə sərildi. Ağzından axan qan qurumamış sidiyin üstünə axdı. Gözləri sidik izinə, axan qanına baxa-baxa qaldı, əbədi bir nöqtəyə zilləndi.
    Yekəpərin arvadı barmaqlarıyla çənəsini sıxıb qışqırmağa başladı. Gözlərini Turana zilləyib:
    -Qatil… Qatiiil… – qışqırırdı.
    İndiyəcən ona xoş gün göstərmədiyi ərinin yoxluğuna görə fəryadı onu eşidənləri yavaş-yavaş meyidin ətrafına yığdı. Turan qaçmamışdı. Hamı kimi polisin gəlməyini gözləyirdi…
    Nilufər otağında ədyalını başına çəkib üzünü gizlətməyi özünə çıxış yolu bilirdi. Yorulmuşdu, evlərinə gələn qonşular onu soruşur, qohum-əqrabalar üzünə yazıq-yazıq baxırdılar. Təsəlli etmək üçün deyilən xoş sözlərin, yekəpərin arxasınca oxunan lənətlərin heç birini səmimi qəbul eləmirdi. Axı birinci mərtəbədən onun qapısı ağzından keçən yeganə uşaq o olmamışdı. Bəlkə onların da qızları əlləşdirilib, oğlanlarına toxunulub?
    Kişilərin atasını “namus qəhrəmanı” adlandırması Nilufəri iyrəndirmişdi. Xəbərlərə baxa bilmirdi, kanallardakı aparıcılar atasından danışırdılar. Sosial şəbəkədə atasının şəkilləri paylaşılırdı. Qadınlar anasına atasının şəkillərini göstərirdi, elə bil hamısı anasının qatil əriylə fəxr etməsini bərk-bərk tapşırırdı. Ana-bala yaxşı bilirdi, söhbətlər hakimin atasına verdiyi cəzaya qədər davam edəcək, sonra başqa yerlərdə başqa hadisələr olacaq, atası o hadisələrin içində unudulacaqdı…
    Məhkəməyəcən Nilufər uşaq ola bilmədi, çünki uşaq kimi düşünə bilmirdi. Niyyəti həyata keçmişdi, yekəpər dünən torpağa tapşırılmışdı, qorxusu da qalmamışdı. Saçları dümağ olmuş yaşlı hakim onu səslədikdən sonra üzünə baxa bilmişdi. Hakim üzünə gülümsəyirdi.
    -Qızım, baş vermiş hadisəni bizə danışa biləcəksən?
    Hakim qarşısındakı qızcığaza qarşı həssasıydı. Qızın gələcəyi üçün jurnalistlərin məhkəmədə iştirak etməyinə qadağa qoymuşdu. Jurnalistlər yenə də məhkəmə binasının qarşısında gözləyirdilər.
    Nilufər susurdu. Hakim sualını təkrarladı.
    -Qızım, özünü yaxşı hiss edirsən?
    Nilufər kövrəldi.
    -Yaxşıyam, hakim əmi.
    “Hakim əmi” deməyi hakimin də xoşuna gəldi.
    Nilufər sağ tərəfdə əli qandallanmış atasına, sonra anasına baxdı. İkisinin də gözləri ağlamaqdan qızarmışdı. Neçə gündür anası yemək yeməyi yadından çıxartmışdı. Onsuz da incə xanımıydı, beli ərə getməyən qızın belindən seçilmirdi. İndi bir dəri, bir sümük qalmışdı.
    Nilufər hakimə baxdı.
    -Sizdən bir xahişim olacaq, hakim əmi.
    -Buyur, qızım.
    -Hakim əmi, icazə verin, jurnalistlər də burda olsunlar.
    Hər kəs təəccübləndi.
    -Mən jurnalistlərə sənə görə icazə vermədim.
    -Xahiş edirəm, hakim əmi.
    Hakim yanındakı köməkçilərə baxdı, sonra qapının ağzında dayanan nəzarətçiyə göstəriş verdi
    -Juranlistləri çağırın.
    -Çox sağ olun. – Nilufər neçə gündür az sonra danışacaqlarını əzbərləmişdi
    Jurnalistlər gəldi, televiziyadan gəlmiş iki operator kameranı qoşdu. Hər kəs balaca qızın nə danışacağını səbirsizliklə gözləyirdi. Nilufər hakimə baxdı.
    -Peşmanam, hakim əmi.
    Hakim maraqla qıza baxdı. Nilufər davam elədi.
    -Anama o adamın elədiklərini deməyə peşmanam. Hakim əmi, siz mənim atamı türməyə salsaz, anamla tək qalacam. Heç kim bizi axtarmayacaq, maraqlanmayacaq. Kaş, anama heç nə deməyəydim.
    -Sonra necə oldu dedin?
    -O adam hər gün qabağımı kəsirdi. O adamın baxışlarından qorxurdum. Məni hədələyirdi. O gün məni məcbur evinə aparmaq istəyirdi. Qışqırdım, Hakim əmi. Qorxdu, evinə girdi. Yenə də anama danışmaq istəmirdim. Qorxumdan danışdım. Anama danışmasaydım, nə olacaqdı, bilirsinizmi?
    -Nə olacaqdı? – hakim soruşdu.
    -Neçə gündür bizə gələnlərin hamısı atamı tərifləyir. Atam təriflənirsə, deməli, yaxşı adamdır, hə hakim əmi?
    -Atan səni çox istəyir, qızım.
    Nilufər sualını təkrarladı.
    -Atam yaxşı insandı, hakim əmi?
    -Atan səni çox istəyirsə, deməli, yaxşı insandı.
    Nilufər hakimin cavabını təsdiqlədi.
    -Mənim atam doğrudan yaxşı insandır, hakim əmi. Sinif yoldaşımın atası kimi oğlu olmadığına görə anamla dalaşmır.
    Nilufər bir qədər susduqdan sonra davam elədi.
    -Hakim əmi, bizim həyətdə bir qadın yaşayır. Anam deyir, o qadın uşaq olanda yoldan çıxardıblar. Qonşuların hamısı ona pozğun deyir.
    Zalda adamlar arasında pıçhapıç başladı. Hakim zaldakılara səsləndi.
    -Sakit… Davam elə, qızım.
    -Hakim əmi, anama deməsəydim, böyüyəndə mənə də pozğun deyəcəkdilər. Qonşular, bu gün atama qəhrəman deyənlər, sussaydım, gələcəkdə ona pozğunun atası deyəcəkdilər. Mən indi uşağam. Anam işləmir. Bizim evdə təkcə atam işləyirdi. Siz atamı türməyə salsaz, anamla mənim halım necə olacaq, hakim əmi?
    Hakim də kövrəlmişdi.
    -Belə danışmağı sənə kim öyrədib, qızım?
    -Bizə gələnlər pozğun qonşudan danışırlar, hakim əmi. Yalvarıram, hakim əmi, atamı azad eləyin.
    Nilufərin ayaqları əsirdi. Hiss edirdi danışa bilməyəcək. Onun titrəməsi hakimin nəzərindən qaçmadı.
    -Əyləşə bilərsən, qızım.
    -Mənə söz verin, hakim əmi, atamı tutmayacaqsız. Atam yaxşı insandır. Hamı atama “yaxşı insan” deyir.
    Zalda əyləşmiş mərhum yekəpərin arvadı da ağlayırdı. Uşağın dedikləri qəlbinə toxunmuşdu. Birdən kimisi təlaşla ayağa qalxdı, kimisi oturduğu yerdə boğazını uzadaraq “baaa” … “boooy” … “ədə qoymayın” … səs-səsə verdilər.
    Turanla arvadı “qızım” qışqırdılar. Yasəmən qızının yanına qaçdı. Hakimlə köməkçiləri də ürəyi getmiş Nilufərin yanına gəlmək üçün ayağa qalxdılar.
    Nilufər gözlərini açanda məhkəmə zalında deyildi. Hakimin otağındaydı, yanında ata-anası…
    Atasına sarılmaq üçün qollarını ona tərəf uzatdı. Turan qızını bağrına basdı, qızı boynuna qollarını sarıdı…
    İlk dəfə bu ölkədə möcüzə baş vermişdi… Rüşvətdən işıq surətiylə uzaq, ölünün günahkar, öldürənin günahsız olduğu sübut olunmuşdu.
    Nilufərlə yaşıd bir-neçə qonşu qızları da Yekəpərin baxışlarından valideyinlərinə, valideyinləri də növbəti məhkəmədə hakimə söyləmişdilər.
    Hakim əmi Turanın azadlığa çıxmasına qərar vermişdi. Mərhumun arvadı şikayətini geri götürmüş, əksinə, o kişidən yaxşı gün görmədiyini, əlinə çox pul keçəndə gecə evə özündən çox kiçik qadınları gətirdiyini etiraf eləmişdi.
    Gələn qadınların arasında xatırladığı təkcə on dörd yaşında qadın həyatı yaşamağa məhkum edilmiş uşağıydı.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    BİLMİRƏM
    /”Vətənimdir” – silsiləsindən/

    Bəd illər az qalır qərinə olsun,
    Qübarı könüldən silə bilmirəm.
    Çatlamış, boş sənək çətin ki, dolsun,
    Şuşasız, Laçınsız, gülə bilmirəm.

    Neçə ki, Kəlbəcər qolu bağlıdır,
    Neçə ki, Ağdamım sinədağlıdır.
    Neçə ki, “stepan”, “Qarabağlıdır”,
    Necə yaşayıram, hələ bilmirəm.

    Cəbrayıl yaralı, həm də qəfəsdə,
    Füzuli can verir, qulağı səsdə.
    Qubadlı, Zəngilan, kürəyi üstə,
    Məzarım qazılıb, ölə bilmirəm.

    İrəvan, Zəngəzur, Göyçəm hardadır?
    Mehri, Qafan, Vedim, gör nə haldadır.
    Gorusum, Ağkilsəm, çoxdan dardadır,
    Həsrətin zirehin, dələ bilmirəm.

    Aprel döyüşləri, mesaj- düşmənə,
    Bir kimsə dünyada, qızammaz mənə.
    Zərbələr vuracam, hey dönə- dönə,
    Yurdda eldən- elə, gələ bilmirəm.

    Yüksəldək Murovdan “Cəngi”nin səsin,
    Silək Ulu Yurdun, qara ləkəsin.
    Dövran vəsf eləsin, Odlar Ölkəsin,
    Nəyi gözləyirik, bilə bilmirəm?!…

    HƏYATIN VƏFASI
    /”Mənim dünyam”- silsiləsindən/

    Həyatın insana vəfası yoxmuş,
    Anladım mən bunu xəstə olanda.
    Həyatda insanın cəfası çoxmuş,
    İnsan bunu anlar yaşa dolanda.

    Bir anda çevrilir dünyanın üzü,
    Gözlərə zillənir fələyin gözü.
    Dildə donub qalır kəlməsi,sözü,
    Əzrayıl başının üstün alanda.

    Əqli də,nitqi də,düsür didərgin,
    Gözə zülmət çökür,dəyişir rəngin.
    Ürək çaş-baş vurur,nəbizlər gərgin,
    Damarda qaralır qırmızı qan da.

    Göz yaşı qarışır acı qəhərə,
    Yediyi,içdiyi dönür zəhərə.
    Gümanı qalmayır sübhə,səhərə,
    Gözləri qapıda,yolda qalanda.

    Ağrılar,acılar çətindən-çətin,
    Can dərdi əridir qürur,qüdrətin.
    Olur dilənçisi şəfa,şəfqətin,
    Bənizi çiçəktək sönüb,solanda.

    Həkim olur ona qardaş,həm bacı,
    Həkim olur dərdin, çarə,əlacı.
    Həkim həmin gündən, başının tacı,
    Dövran dərk eylədi, fəna olanda.

  • Rahilə DÖVRAN.”MÜSƏLMAN ŞƏRQİNDƏ İLK DEMOKRATİK RESPUBLİKA”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    1918-1920)
    /AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 100/

    N A X Ç I V A N – 2018

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 100
    “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.
    Heydər Əliyev
    Ümummilli lider
    Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında dövlət müstəqilliyini elan etdi. Zaman etibarilə bu tarixi hadisədən 100 il keçməsinə baxmayaraq onun təkcə xalqımız və müsəlman Şərqi deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıdığı daha aydın şəkildə özünü göstərir. Bu gün Azərbaycan Xalq Cümhuriyyəti irsinə təkrarən müraciət olunur və bir sıra suallara cavabları yenidən oxumaq və ibrət almaq lazım gəlir:
    Cümhuriyyətin yaradılmasına aparan yol necə olub? Cümhuriyyət necə elan edilib? Buna hansı daxili və beynəlxalq amillər təsir edib? Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarət olub? Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin xarici siyasəti necə olub? Dövlət müstəqilliyinə necə son qoyulub? Cümhuriyyət dövrü tariximizdən nələri öyrənməli və hansı ibrət dərsləri almalıyıq?…
    Heç kəsə sirr deyil ki, sovet dövründə Azərbaycan tarixinin yazılmayan və danışılmayan, üstündən sükutla keçilən, yazılanda və danışılanda isə kobudcasına təhrif edilən səhifələrdən biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim “tam məxfi”, “məxfi” arxiv fondları açıldıqda tamamilə başqa mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi.
    Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə elə bir məşəl alovlandırdı ki, təqribən 70 il ərzində hökmranlıq etmiş totalitar kommunist rejiminin amansız cəza – repressiya maşını da bu məşəli söndürə bilmədi.
    “Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”. XX əsrin 80-ci illərinin ortalarından etibarən bütün dünyada, o cümlədən Azərbaycanda baş qaldıran milli oyanış dalğası əzəmətli xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka döndü və özünü AXC-nin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşdu.
    Bütün bu dediklərimizə aydınlıq gətirmək üçün dəyərli oxucularımızla birlikdə 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixinin səhifələrini bir daha vərəqləmək yerinə düşər.
    Beləliklə, Birinci Dünya Müharibəsinin gedişində “xalqlar həbsxanası” olan Rusiya İmperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi.
    Ölkənin Qacarlar sülaləsi tərəfindən idarə olunan və İran şahlığının tərkibində qalmış cənub torpaqlarından fərqli olaraq Şimali Azərbaycan Rusiya ağalığı dövründə Rusiyanın və Rusiya vasitəsi ilə Qərbin yeni – demokratik dövlət quruculuğu ənənələri ilə, parlament mədəniyyəti ilə yaxından tanış ola bilmişdi.
    Azərbaycan ziyalılarının bir qismi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla, peşəkar hüquqşünaslar Rusiyanın Dumalarında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Həmin dövrdə Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov I Dövlət Dumasına deputat seçilmişdilər. II Dövlət Dumasının üzvləri – Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov olmuşdur. III Dumaya Bakıdan nümayəndə verilməsinə imkan verilməmiş, IV Dövlət Dumasına isə bütün Cənubi Qafqaz müsəlmanları adından yeganə nümayəndə isə Məmməd Yusif Cəfərov olmuşdur.
    Rusiya Dövlət Dumalarına seçilmiş azərbaycanlı deputatların, demək olar ki, hamısı milli hərəkatımızın ən qabaqcıl nümayəndələri idilər. Duma deputatları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov peşəkar hüquqşünaslar idilər. Məhəmməd ağa Şahtaxtinski isə Sarbonna Universitetinin dinləyicisi olmuş, Leypsiq Universitetinin fəlsəfə fakültəsini bitirmişdir.
    Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli respublika kimi yaranması tarixi zərurətdən və reallıqdan doğurdu. Həmin tarixi dövrdə çarizmin devrilməsi və ondan sonrakı proseslər buna doğru aparırdı.
    1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci ilin fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya parlamentini yaratdılar.
    Zaqafqaziya Seymində müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın türk-müsəlman seçicilərinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası faktiki olaraq Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu Zaqafqaziya Müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.
    Dövlət Dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən fəal üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün – mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
    1918-ci il may ayının 27-də Seymin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu Azərbaycan parlamenti elan etdi. Bununla əslində, ilk Azərbaycan parlamenti yarandı və Azərbaycanda ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu.
    Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axunov, Məhəmməd Məhərrəmov, Cavad Məlik Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın “İstiqlal Bəyannaməsi”ni qəbul etdilər. “İstiqlal Bəyannaməsi” bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının “İstiqlal Bəyannamə”sində deyilirdi:
    1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycanda tam hüquqlu müstəqil bir dövlətdir.
    2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
    3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
    4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
    5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
    6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
    Azərbaycan Milli Şurası həmin iclasda, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi:
    Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri
    Xosrov Paşa bəy Sultanov – Hərbi nazir
    Məmməd Həsən Hacınski – Xarici işlər naziri
    Nəsib bəy Usubbəyov – Maliyyə naziri və xalq maarif naziri
    Xəlil bəy Xasməmmədov – Ədliyyə naziri
    Məmməd Yusif Cəfərov – Ticarət və sənaye naziri
    Əkbər ağa Şeyxülislamov – Əkinçilik və əmək naziri
    Xudadat bəy Məlik-Aslanov – Yollar naziri və poçt-teleqraf naziri
    Camo bəy Hacınski – Dövlət nəzarətçisi.
    Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.
    Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi. Sonralar Paris Sülh Konfransına Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi memorandumda AXC-nin ərazisi aşağıdakı kimi göstərilirdi:
    “Bakı quberniyası – Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası; Yelizavetpol (Gəncə) quberniyası – Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin (Cəbrayıl) qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Ermənistanla Azərbaycan arasında mübahisəli idi); İrəvan quberniyası – Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi; Tiflis quberniyası – Borçalı qəzası, Tiflis və Sıqnax qəzalarının bir hissəsi; Zaqatala mahalı; Dağıstan vilayəti – Kürə və Samur nahiyyələrini əhatə edən ərazinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Qaytaq-Tabasaran qəzasının bir hissəsi. Eyni zamanda AXC Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Kars əyalətini də öz ərazisinə daxil etməyə xüsusi önəm verirdi. Cümhuriyyətin ərazisi 113,9 min kvadrat kilometr idi. Bunun 97,3 min kvadrat kilometri mübahisəsiz, 16,6 min kvadrat kilometri isə mübahisəli idi.
    Bu dövrdə Cənubi Qafqazda 8 milyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi.
    Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Milli Şura və hökumət 28 may 1918-ci il tarixdən 16 iyul 1918-ci il tarixinə kimi Tiflisdə fəaliyyət göstərir.
    1918-ci il 16 iyuldan 15 sentyabr 1918-ci ilə kimi Gəncə şəhərində fəaliyyətini davam etdirir. Ağır və gərgin şəraitdə nazirliklər quruldu. İcraedici hakimiyyəti də yaradılan hökumət həyata keçirirdi. İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü kabinetə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinetlərə Nəsib bəy Usubbəyli başçılıq etdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi.
    Gəncədə öz fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-c il noyabrın 19-da qəbul edildi.
    Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri qəbul olunmalı idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstitutunun binasında) Azərbaycan parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Yerlər aşağıdakı kimi bölüşdürülmüşdü:
    Türk-müsəlman əhali – 80; ermənilər – 21; ruslar – 10; almanlar – 1; yəhudilər – 1; gürcülər – 1; polyaklar – 1; Bakı Həmkarlar İttifaqı – 3; Bakı Neft Sənayeçiləri Şurası və Ticarət Sənaye İttifaqı – 2.
    Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və digərləri partlamentin işində iştirak etmədilər.
    Ümumiyyətlə, parlamentin 155 iclası keçirildi. Parlamentin müzakirəsində 270-dən çox qanun layihəsi çıxarıldı. Onlardan 230-u qəbul edildi. Azərbaycan parlamenti milli tolerantlıq baxımından da bütün digər dövlətlərə nümunə rolunu oynayırdı.
    23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti zaman məhdudluğuna baxmayaraq aşağıdakıları edə bildi:
    1918-ci il…
    – Mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə ilk iclasını keçirdi və 6 maddədən ibarət “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
    – Azərbaycan Xalq Cümhuriyyəti coğrafi məfhum olan “Azərbaycan” sözünü siyasi məfhuma çevirdi. Bu vaxta qədər müxtəlif adlar altında təsbit olunan bu ərazi Azərbaycan, dövlət isə Azərbaycan Xalq Cümhuriyyəti adlanmağa başladı.
    – İyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsi imzalandı.
    – İyulun 21-də Azərbaycan hökuməti Azərbaycanın ilk dövlət rəmzlərini təsdiq edərək qəbul etdi. Qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq qəbul edildi.
    – İyunun 24-də Milli hökumət Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürülməsi haqqında qərar qəbul etdi.
    – İyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Milli Ordusu yaradıldı.
    – İyunun 27-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan (türk) dili dövlət dili elan olundu.
    – İyunun 27-dən iyulun 1-dək Qaraməryəm yaxınlığında Qafqaz İslam Ordusu Korqanovun rəhbərlik etdiyi Bakı Soveti qüvvələrini darmadağın etdi.
    – İyulun 15-də Azərbaycan hökumətinin qərarı ilə erməni-daşnak qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımları təhqiq etmək və tarixi həqiqətləri dünyaya çatdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı.
    – İyulun 20-də Qafqaz İslam Ordusu Şamaxını Bakı Soveti qüvvələrindən azad etdi.
    – İyulun 30-da Milli hökumətin qərarı ilə Yelizavetpol şəhəri Gəncə, Qaryagin isə Cəbrayıl adlandırıldı.
    – İyulun 31-də Stepan Şaumyan başda olmaqla Bakı Soveti qüvvələri istefa verdi.
    – Sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakı şəhərini Sentrokaspi qüvvələrindən azad etdi.
    – Sentyabrın 17-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Milli hökumət Bakı şəhərinə daxil oldu. Bakı Azərbaycanın paytaxtına çevrildi.
    – Oktyabrın 21-də Azərbaycan Xəzinə Palatası təşkil edildi.
    – Noyabrın 1-də Hərbi Nazirlik yaradıldı.
    – Noyabr ayında Azərbaycan Məhkəmə Palatası təşkil edildi.
    – Noyabrın 17-də general Tomson başda olmaqla ingilis qüvvələri Bakıya daxil oldu. Bakıda ingilis general qubernatorluğu yaradıldı.
    – Dekabrın 7-də Azərbaycan Parlamenti təsis edildi.
    – Azərbaycan Parlamentində türk-müsəlman əhalisinə 80, ermənilərə 21, ruslara 10, yəhudilərə 1, gürcülərə 1, polyaklara 1 yer ayrılmışdı. Parlamentin demokratik tərkibi, hətta bugünkü Avropa Şurasına da nümunə ola bilər.
    – Azərbaycan parlamentinin 17 ay ərzində 155 iclası keçirilmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-u qəbul olunmuşdur.
    – Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi, 11 komissiya var idi.
    – Azərbaycanda hakimiyyət bölgüsü aparıldı:
    1. Qanunverici. 2. İcraedici. 3. Məhkəmə hakimiyyəti.
    – Dekabrda Azərbaycan parlamenti Bakı şəhərinin azad edilməsi zamanı şəhid olmuş türk və Azərbaycan əsgərlərinin şərəfinə Bakının ən hündür yerində abidə ucaldılması haqqında qərar qəbul etdi.
    – Dekabrda milli valyuta olan Bakı bonu tədavülə buraxıldı.
    – Dekabrın 28-də parlamentdə Ə.Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul edildi.
    – Dekabrın 28-də general Tomson Fətəli xan Xoyskinin başçılıq etdiyi hökuməti tanıdığını bəyan etdi.
    1919-cu il…
    – Yanvar ayında Qarabağda erməni seperatçılarının qanunsuz hərəkətlərinə son qoymaq üçün Qarabağ general-qubernatorluğu yaradıldı. Fevralda Xosrov bəy Sultanov qubernator təyin olundu.
    – Fevral ayında ermənilər tərəfindən Naxçıvana edilən hücumların qarşısını almaq üçün Naxçıvan general-qubernatorluğu yaradıldı.
    – Martın 3-də Azərbaycan Teleqraf Agentliyi yaradıldı.
    – Martın 21-də Əlifba İslahat komissiyası yaradıldı. Məqsəd latın əlifbasına keçməkdən ibarət idi.
    – Mart ayında Novruz bayramı dövlət səviyyəsində qeyd olundu.
    – 1919 və 1920-ci illərdə 31 Mart dövlət səviyyəsində Milli Matəm Günü kimi qeyd olundu.
    – Mart ayında “Əksinqilabla Mübarizə Təşkilatı” adı altında Milli Təhlükəsizlik Xidməti yaradıldı.
    – İyunun 11-də Dövlət Müdafiə Komitəsi yaradıldı.
    – İyunun 15-də Denikin təhlükəsinə qarşı Gürcüstanla hərbi pakt imzalandı.
    – İyunun 28-də Böyük Britaniya hökuməti ingilis ordusunun Qafqazdan çıxarılacağı haqqında Paris Sülh Konfransına rəsmi məlumat verdi.
    – İyulun 21-də parlament Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında əsasnaməni təsdiq etdi. Əsasnaməyə görə seçkilərdə qadın və kişi bərabərliyi təsbit olundu.
    – Avqustun 11-də parlament Azərbaycan Vətəndaşlığı Haqqında Qanun qəbul etdi. Yəni, rəngindən, irqindən, cinsindən asılı olmayaraq Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri qanun qarşısında bərabər elan edildi.
    – Avqustun 24-də Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması barədə polkovnik V.Haskelin bəyanatı elan edildi və amerikalı polkovnik Edmund Delli bu zonaya qubernator təyin olundu. Lakin Azərbaycan hökumətinin ciddi müqaviməti və Naxçıvan əhalisinin kəskin etirazı nəticəsində amerikalılar öz niyyətlərini reallaşdıra bilmədilər.
    – Avqustun 20-dən sentyabrın 2-nə kimi Azərbaycan müəllimlərinin I qurultayı keçirildi.
    – Avqustun 22-də Dağlıq Qarabağ erməniləri Azərbaycan hökuməti qarşısında 26 bənddən ibarət öhdəlik götürdülər.
    – Avqustun 23-də qaçqın və köçkünlərlə bağlı komissiya yaradıldı. Hökumət qaçqın düşən əhali ilə bağlı parlament və hökumət səviyyəsində 10 qərar və qanun qəbul etdi.
    – Avqustun 25-də ingilis qüvvələri Bakını tərk etdilər.
    – Avqust ayında Xəzər Hərbi Dəniz Donanması yaradıldı.
    – Avqust ayında Lənkəranda qiyamçı qüvvələr darmadağın edilərək bölgədə AXC-nin hökuməti bərpa olundu.
    – Sentyabrın 1-də Azərbaycan parlamenti 100 nəfər azərbaycanlı tələbənin xaricə göndərilməsi haqqında qanun qəbul etdi.
    – Sentyabrın 1-də Azərbaycan parlamenti “Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında” Qanun qəbul etdi.
    – Noyabrın 1-də BDU-da dərslər başlandı.
    – Yayda Azərbaycan hökuməti özünün maliyyə çətinliklərinə baxmayaraq Dağıstan Dağlar Respublikasına 50 milyon manat həcmində yardım göstərdi.
    – Sentyabrın 3-də Lənkəran bölgəsindəki rus hərbi qüvvələri tərksilah edildi.
    – Sentyabrın 30-da Dövlət Bankı təşkil olundu.
    – Oktyabrda mətbuatda senzura ləğv olundu.
    – Noyabrın 23-də Tiflisdə Azərbaycan-Ermənistan sazişi imzalandı.
    – Dekabrda “İstiqlal muzeyi” açıldı.
    – Bakı neftini dünya bazarına çıxarmaq üçün Bakı-Batum neft kəməri bərpa edilərək istifadəyə verildi.
    – İstehkamçılar Məktəbi, Hərbi Dəmiryolçular Məktəbi, Hərbi Feldşer Məktəbi və Hərbiyyə Məktəbi açıldı.
    – Milli hökumət Gəncədə Nizami məqbərəsinin tikintisinə 500 min manat vəsait ayırdı. Amma məqbərəni tikmək üçün vaxt çatmadı.
    1920-ci il…
    – Yanvarın 11-də Versalda Azərbaycan Paris Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanındı.
    – Yanvarın 14-də Azərbaycanın Paris Sülh Konfransının Ali Şurası tərəfindən tanınması şərəfinə Təzəpir məscidində dualar oxundu. Parlamentin təntənəli iclası keçirildi. Hürriyyət meydanında Milli Ordunun rəsmi keçidi oldu.
    – İlin əvvəlində Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun sayı 40 minə çatırdı. Bunun 30 mini piyada, 10 mini isə süvari idi.
    – Martın 20-də Azərbaycan Xalq Cümhuriyyəti İran tərəfindən de-fakto və de-yure tanındı.
    – Martın 20-də İranla bağlanmış müqaviləyə əsasən Tehranda səfirlik, Təbrizdə Baş konsulluq, Rəstdə konsulluq, Ərdəbildə, Məşhəddə Vitse-konsulluq, Xoy və Əhərdə konsul agentlikləri yaradıldı.
    – Bakı-Culfa dəmiryolu inşa edilərək istifadəyə verildi.
    – Kür çayı üzərində körpü salındı.
    – 1920-ci il aprelin 27-də Azərbaycan parlamentinin sonuncu – 145-ci iclası axşam saat 20:45-də başladı və 23:25-dək davam etdi. Parlament səs çoxluğu ilə 7 şərtlə hakimiyyətin kommunistlərə verilməsi haqqında qərar qəbul etdi.

    1920-ci ilin bolşevik işğalı Azərbaycan Xalq Cümhuriyyətinə aşağıdakıları həyata keçirməyə imkan vermədi:
    – Bakı neftini dünya bazarına tam gücü ilə çıxara bilmədi. 2005-ci ildə Bakı-Tiflis-Ceyhan beynəlxalq neft kəməri bunu reallaşdırdı.
    – Azərbaycan ali hərbi məktəb aça bilmədi. Müstəqilliyimizin yenidən bərpasından sonra çoxlu sayda ali hərbi məktəblər açıldı.
    – Azərbaycan Konstitusiyasını qəbul edə bilmədi. 1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi.
    – Parlament seçkilərini keçirə bilmədi. 1995-ci ilin noyabrında parlament seçkiləri keçirildi.
    – Ərəb əlifbasından latın qrafikalı əlifbaya keçməyi təmin edə bilmədi. 2001-ci ildə latın qrafikalı əlifbaya keçildi.
    – Aqrar məsələni, yəni torpaq məsələsini həll edə bilmədi. 1996-cı ildə aqrar məsələ həll olundu.
    – Qafqaz İslam Ordusunun şərəfinə abidə qoya bilmədi. 2000-ci ildə Şəhidlər Xiyabanında bu əzəmətli abidənin açılışı oldu.
    – Ermənistan və sovet Rusiyasının günahı üzündən onlarla qonşuluq münasibətlərini qura bilmədi. Bu gün də Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində onunla qonşuluq münasibətlərini qurmaq mümkün olmadı.
    Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən Naxçıvan diyarının əhalisi bu respublika ilə birləşməyə hazır olduğunu bildirsə də, mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə imkan vermirdi. Naxçıvanı Azərbaycandan ayırmaq meylləri getdikcə güclənirdi.
    1918-ci ildə Naxçıvan ikitərəfli təhlükə ilə rastlaşır. Bir tərəfdən Naxçıvana köçürülən və burada yaşayan erməni əhalisi bu diyarın Ermənistana birləşdiriləcəyi barədə yayılan şayiələrdən ruhlanaraq Naxçıvana Ermənistanın bir hissəsi kimi baxır və diyarın müxtəlif yerlərində hər cür fitnəkarlıq törədirdilər. Digər tərəfdən isə daşnaklar ingilislərdən geniş yardım alaraq Culfanı ələ keçirmiş qaniçən Andranik Ozanyan Naxçıvanın şəhər və kəndlərini talan edir, dinc əhalini kütləvi şəkildə qırırdı. Yaycı, Dizə, Düylün, Süst, Çeşmə-basar, Tumbul kimi kəndlər tamamilə dağıdılmışdı. Müttəfiq dövlətlər İngiltərə və Fransa daşnakların hərbi əməliyyatlarına yardım göstərirdilər.
    Belə ağır vəziyyətdə Naxçıvan Milli Komitəsi haqlı olaraq türklərlə əlaqəni daha da genişləndirir. Türklər Şərur-Dərələyəz və İrəvan-Culfa dəmiryolunu öz əllərinə keçirərək Naxçıvana doğru irəliləyir. Sonra Türkiyə Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq qoşunlarını Naxçıvandan çıxarmalı olur. 1918-ci ilin noyabrı yerli əhali Araz-Türk Respublikasının müvəqqəti müstəqilliyini elan edir. Bu respublika bir tərəfdən erməni iddialarını dəf etməyə, digər tərəfdən isə əksər əhalinin həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməsini hazırlamağa cəhd edirdi.
    Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alınır.
    Azərbaycan Xalq Cümhuriyyətinin “rəhbərliyi və yerli hökumət orqanları imkanları daxilində Naxçıvan məsələsinə diqqət yetirmiş, torpaqlarımızın bütövlüyü və suverenlik məsələlərində daxili-xarici düşmən qüvvələrə qarşı barışmaz mövqe tutmuşlar”. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və parlamenti öz fəaliyyətində, daxili və xarici siyasətində Naxçıvanla bağlı bir sıra məsələlərə diqqət yetirmiş, bölgənin ermənilər tərəfindən tutulmasına imkan verməmiş və ona siyasi, hərbi, maddi və mənəvi köməkliyini göstərmişdir.
    Beləliklə, aydın olur ki, AXC hökuməti və parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış, Naxçıvanın itirilməsinə və ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş və bu istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparmışlar. Lakin bütün bunlarla yanaşı, özləri çətin ictimai-siyasi və hərbi vəziyyətlə qarşılaşdıqlarından bir sıra hallarda məqsədlərinə nail ola bilməmişlər.
    Ulu diyarın əhalisinin igidliyi və qəhrəmanlığı sayəsində Naxçıvan ərazisi Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmış və nəhayət, 1921-ci ilin martında Azərbaycanın tərkibində ona muxtariyyət statusu verilmişdir.
    Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə 5 kabinet mövcud olmuşdur. İlk üç kabinetə F.Xoyski, sonrakı kabinetlərə isə N.Yusifbəyli başçılıq etmişdir. Hökumətin daxilində baş verən proseslərin təhlilini verən Ulu Öndər Heydər Əliyev qeyd edir: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamışdır. Bu müddətdə 5 dəfə hökumət təşkil olunmuşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş və beləliklə də, bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət orqanları lazım olan səviyyədə fəaliyyət göstərə bilməmişdir. Ancaq bununla yanaşı, onlar öz üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirmiş və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazmışlar”.
    Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində bolşevik Rusiyasının işğalına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Osmanlı dövləti AXC-nin yaranmasında mühüm xarici amil rolunu oynamışdı. Azərbaycan xalqı monarxiyadan yardım alıb respublika qurmuşdu. Məğlubiyyətə beynəlxalq amillər, Mustafa Kamal Paşanın bolşevik lideri Lenin ilə yaxınlaşması mənfi təsir etdi. Kamalçı Türkiyə və bolşevik Rusiyanın Antanta ölkələrinə qarşı mübarizəsi nəticəsində müttəfiqə çevrilmələri regionda geosiyasi vəziyyəti dəyişdirdi. Bu işğalda Bakı nefti amili, strateji maraqlar mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu mövqeyi bərpa etməkdən ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.
    Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Müsəlman dünyasına respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin dan ulduzu oldu. Bu gün Şərqdə müstəmləkəçiliyin və müstəmləkə zülmü altında inləyən xalqların olmaması, eyni zamanda AXC-nin təsiridir. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, AXC yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndələri Azərbaycanın vətəndaşı olmaqdan ötrü İrkutskdakı konsulluğa müraciət etmişdilər.
    Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bundan ötrü ilk növbədə həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə onu liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amilin məcmusu tələb olunur. Əgər Azərbaycanda parlament deyil, prezident respublikası və möhkəm əl olsaydı, bəlkə də müstəqilliyin ömrü uzun ola bilərdi. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalıdır. Xalq öz milli dəyərlərini qorumalıdır. Onun maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır.
    Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi.
    Beləliklə, ötən əsrin 70-80-ci illərində Azərbaycan zıyalıları Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Nəhayət, milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi oldu.
    Heç kəsə sirr deyildir ki, sovet dövründə AXC-nin yaranma tarixinin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma müstəqil ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Cümhuriyyət dövrü tarixinin sistemli şəkildə araşdırılmasına başlanması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi, kitab və monoqrafiyalar çapdan çıxdı.
    Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində AXC-nin rolundan danışarkən demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi vəziyyətdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.
    1991-ci ildə müstəqilliyin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq olduğunu göstərdi. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq qeyd edir.
    2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur və bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli xüsusi sərəncam vermişdir. Sərəncamın qərar hissəsində göstərilir:
    1. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin;
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin;
    3. Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyyə edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 16 may 2017-ci il”.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə söylədiyi nitqində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını belə dəyərləndirir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman dünyasında ilk demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır”.

    İstifadə edilmiş mənbələr:
    1. Əliyev Heydər. “Müstəqillik yolu” (Seçilmiş fikirlər). Bakı, 1997.
    2. Əliyev Heydər. “Azərbaycanın dövlət mütəqilliyi əbədi, dönməz və sarsılmazdır”, “Azərbaycan” qəzeti, 28 may 1997.
    3. Əliyev Heydər. “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciəti”, “Azərbaycan” qəzeti, 30 dekabr 2000.
    4. Əliyev İlham. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2867 №-li Sərəncamı, 16 may 2017.
    5. Naxçıvan MR Dövlət Arxivi, fond 314, siy. 5, s/v 63-67.
    6. Naxçıvan MR Dövlət Arxivi, fond 314, siy. 5a, s/v 13, 33, 71, 72.
    7. ARDA, fond 100, siy. 2, iş 7, vər. 10-12.
    8. ARDA, fond 699, siy. 1, iş 63, vər. 252.
    9. ARDA, fond 970, siy. 2, iş 17 (AXC Xarici İşlər Nazirliyi).
    10. M.Ə.Rəsulzadə. “Azərbaycan Cümhuriyyəti”. Bakı, “Elm”, 1990, 116 s.
    11. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı, “Lider” nəşriyyatı, 2004, I cild, 440 s.
    12. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. Stenoqrafik hesabatlar. Cild 1, Bakı, 1998.
    13. Azərbaycan tarixi. 7 cilddə, V cild, Bakı, 2001.
    14. Dəmirov M. ADR Ali dövlət hakimiyyəti orqanları. Bakı: “Azərnəşr”, 1996.
    15. Azərbaycan Cümhuriyyəti (1918-1920). Məsləhətçi redaktor: N.Ağaməliyeva. “Bata”, 1998.
    16. “Azərbaycan” qəzeti № 73, vər.2, 15 aprel 1920.
    17. Азербайджанская Демократическая Республика (1918-1920 г.г.). Законодательные акты, Баку: «Азербайджан», 1988, 560 с.
    18. Азербайджанская Республика. Документы и материалы. 1818-1920 г.г. Баку: Элм, 1998, 616 с.

    AYB- nin üzvü ŞAİRƏ- PUBLİSİST: RAHİƏ DÖVRAN.

  • Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər

    * * *

    Heyif, bu ağ güllər yeriyə bilmir,
    Ürəyim çırpınır bu güllər üçün.
    Ağlayır,
    sızlayır kiriyə bilmir,
    Heyif, bu ağ güllər yeriyə bilmir.
    Ləçəklər süd rəngli ay işığıdı,
    Bir elin, obanın yaraşığıdı.
    Xəfif mehdən belə titrəyir, əsir,
    O hara can atır, hara tələsir?
    Bəlkə, görüşü var bir çinar altda?
    Ağ gülə dönmüşəm mən də həyatda.
    Durub gözləyirəm, gözüm yoldadır…
    Yox, uşaq xəyalım məni aldadır!
    Heyif, bu ağ güllər yeriyə bilmir,
    Durub astanada yol da gözləmir;
    Heç kimi, heç kəsi o əzizləmir.
    Yeriyə bilsəydi, gəzə bilsəydi,
    Hicrana, nisgilə dözə bilsəydi,
    Ürəyim gül kimi açardı, yəqin.
    O ata ağ güllər, ana ağ güllər,
    Mənə ağ gülünü verməsəyədilər
    Qoşulub o mənə qaçardı, yəqin…
    Heyif, bu ağ güllər yeriyə bilmir,
    Ürəyim çırpınır bu güllər üçün.
    Ağlayır,
    sızlayır kiriyə bilmir,
    Heyif, bu ağ güllər yeriyə bilmir.

    * * *

    İşıqla, sərçəylə doludur küçə,
    Doluduryarpaqla, sıxdır hər budaq.
    Çiynimə, saçıma qonur bir sərçə,
    Dəniz qapır ovcumdan hünərə bir bax.

    Pənah gətirmişdi mənə bu sərçə
    pənah,
    Mənimçün
    bütün varlıqların ən təmizidir.
    Ölməzlik rəmzidir bu sərçə, Allah,
    Cəsarət rəmzidir, hünər rəmzidir.

    Sərçə hünərindən ilham, qida al,
    Həmişə kökdə ol, soyda ol, könül.
    Demirəm, sərçə ol, sərçə boyda ol,
    Sərçənin ürəyi boyda ol, könül.

    İti caynağında, boz qanadında
    Dünyanın varını yığır ovcuma.
    Ovcumdakı sərçə dünya boydadır,
    Dünya bir sərçədir-sığır ovcuma.

    May 1991.

  • Rafiq ODAY.”HƏR GÜN BİR İLMƏ DƏ SÜZÜLÜR ÜMİDİN ƏTƏYİ”

    Yerdən-göydən əllərini üzüb,
    ümidin ətəyindən yapışanların
    sayı çoxaldıqca,
    Hər gün bir ilmə də süzülür
    ümidin ətəyi.
    Bir soran tapılmır ki,
    bu əllərin bu ətəkdə ölümü nə?! –
    Beləcə fərman verilir
    ümidlərin ölümünə.
    “Ən son ölən ümidlərdir” deyiminin
    həqiqət olduğuna inansaq,
    Demək ki,
    sonu yaxınlaşır hər şeyin,
    Sonu yaxınlaşır
    içimizdəki sevgilərin,
    pisliklərin, kötülüklərin.
    Sonu yaxınlaşır
    cəllad baltalarının,
    Üstündə çubuq döğranan
    kötüklərin –
    Və beləcə… sonu yaxınlaşır
    dünyanın.
    Allah-taalanın işi başından aşacaq
    innən belə,
    Daha heç kim
    mühakimə edə bilməyəcək
    Uca Yaradanı,
    Düşük-düşük
    danışa bilməyəcək
    Qurandan belə,
    dinnən belə….
    külək hamını saman çöpü kimi
    qabağına qatıb,
    Haqq divanina kürüyəcək…
    Mütləq hakim isə – O!
    Hələ iynənin ucu boyda olsa da
    ümid qalıb, –
    Heç kimin ümidini öldürməyin,
    arxadaşlar!
    Barı özünüzə yazığınız gəlsin…

  • Şəfa VƏLİYEVA.”Mənim sevimli rəqəmim”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    (Əsəd Cahangirin Xalq yazıçısı Elçinin yaradıcılığı
    haqqında qeydlərindən ibarət “On üçüncü gecə” kitabı barədə)

    Uşaqkən 13 və 23 rəqəmlərini niyə sevdiyimi heç kimə açıqlaya bilmirdim. Elə indi də bunu bacarmaram. Axı, hər iki rəqəm müxtəlif xalqların mistik dünyagörüşündə “lənətlənmiş” sayılır… Mənimçün isə yox… Bu iki rəqəmi o qədər sevirəm ki… Hətta, hər ayın 13 və 23-ü mütləq sevindirici xəbər alıram. Uzun zaman planlaşdırdığım işləri məhz bu günlərdə həyata keçirirəm, əminəm ki, uğur ovuclarımda olacaq.
    Əsəd Cahangirin “On üçüncü gecə” kitabı nəşr olunanda, mahiyyətindən daha çox adı məni cəlb eləmişdi. Sevimli rəqəmim nəyi adlandırmışdı?-deyə maraqlanırdım. Sağ olsun, gənc yazar dostum Gülnarə Sadiq təqdimatından aylar keçsə də kitabı mənə hədiyyə etdi. Sevindim… Sevərək də kitabı açıb oxumağa başladım… Kitab xalq yazıçısı Elçinin yaradıcılığı haqqında Əsəd Cahangirin düşüncələrini əhatələmişdi… Və Əsəd Cahangir oxucunun maraq ölçüsünü, dəyişkən psixologiyasını, yaxud dövrün formalaşdırdığı; hər şeyə ironik yanaşan insanın üzündə ani görünüb yox olan kinayəni ( bundan əminəm ki, insan xisləti nəyi isə anlamayanda beynini yormaq əvəzinə “lağlağı” etməyi seçir) eyninə almayaraq belə bir etiraf edir: “Onun haqqında yaza-yaza həm də özümü formalaşdırır, özümü yaradıram” . Mən isə həm “On üçüncü gecə”ni, həm də Elçinin “İntihar” hekayəsini oxuya-oxuya mənimçün toxunulmazlıq qazanmış bir çox düşüncələrimin (bildiklərimi zənn etdiklərimin, yaxud mənə öyrədilənlərin) ovcumda əriyən qar dənəsi boyda yalan-heçlik olduğunu anlayırdım…
    ***
    Elçinin “İntihar” hekayəsi balaca Əbinin yuxusu ilə başlayır. O yuxu ki, daim məni düşündürüb. Daim məni ətrafdakı uşaqlardan fərqləndirib. Uşaqkən iş o yerə çatmışdı ki, ana nənəm Zəhra Baratəliqızı bir işi görməzdən və ya bir səfərə çıxmazdan əvvəl zənnlə üzümə baxar, “gecə nə yuxu görmüsən, de, yozum”-deyərdi. Əvvəllər gördüyüm yuxuları həvəslə danışardım. Ta ki, bir gün onun üzündəki ifadələrin mənalarını anlayanadək… Nənəmin üzündə gah müjdə, gah kədər, gah təəssüf, bəzən də təlaş effekti görürdüm. Bu effektlər məndə özümü yuxulardan dezinfeksiya eləmək arzusu oyatdı. Düzdü, bunu bacarmadım heç vaxt, lakin daha yuxularımı kiməsə danışmağa özümə qadağa qoydum…
    Və o yuxular məni məcbur etdi ki, “Bir az vaxtım var” adlı povestimdə aşağıdakı cümlələri yazım:
    “Bizim izahını bilmədiyimiz yuxular ömrümüz boyu axtardığımız həqiqətdən xəbər gətirən carçılardır. Sadəcə, nə biz anlamırıq, nə də anladanlara qulaq asmırıq. Kor-koranə həqiqəti axtarırıq…
    … Yuxular həqiqətdən bəhs edən kitabı oxumağı bacarmaq üçün bizə göndərilən ilk hərflərdir. Bəs, biz, bu hərfləri bir-bir öyrənib, həqiqətin əlifbasını əzbərləyə bilirikmi? Əlbəttə ki, yox! Yoxsa, dünya yarandığı gündən üzübəri hər gün özümüzə bu sualı niyə ünvanlayardıq ki?! “OLUM YA ÖLÜM?”

    Elçin isə yuxunun mistik gücünü mənim kimi cümlələrə tökmür. O, yazıçı istedadına sadiq qalır. Əbinin yuxuda yaşadığı fiziki ağrının onun beyninin müəyyən kodlarını açdığını fikirləşməyi oxucunun öhdəsinə buraxır. Qoy bir az da oxucu öz marağına yenilsin, başlasın yuxuda fiziki ağrının yaşanmasının mümkünlüyünü axtarmağa… Yaxud, tibb elmində az-çox səthi təxmin edilən bir halı-komaya girib sonra ayılan insanın xüsusi bir bacarığının qəfil üzə çıxmasını da min cür “yozmağa”… Axı, bildiyimizi sandığımız nə varsa, əslində, bilmək istədiklərimizin zərrə halıdır…
    Əbinin dönüb “Ağa” olması da onun ağrıları yaşadığı həmin gecədən qaynaqlanır… Yoxsa ki, “avçarka Şakir”in beş qızdan sonra doğulan arıq, sısqa oğluna Şakirin təbirincə desək, “oğraş dünyada” “Ağa” deyən tapılardımı?!
    ***
    Əsəd Cahangir kitabında Elçinin müxtəlif illərdə mətbuatda və ya kitab şəklində çap olunan hekayələri, məqalələri, pyesləri, hətta, romanları haqqında da öz qeydlərini oxucularla bölüşüb. “Qırmızı qərənfil gülləri “Pera Palas” otelində qaldı” hekayəsini təhlil edərkən Əsəd bəy maraqlı bir fikir yürüdür: “Sevginin süniləşməsi kişini də, qadını da androgin bir şeyə-sənətkara çevirir” . Ardınca da bu fikrini daha da əlvanlaşdıran bir teoremi oxucunun qarşısına qoyur: “Qadını həqiqətən sevməyən kişi Allahı da sevə bilməz” . İndi, bir oxucu kim mən bu teoremin isbatını axtarmalıyam… Axtarmaq üçün də dönüb-dolanıb yenə öz içimə; düşüncəmə, yaşantıma, sevgimə və sevgini necə duyduğuma diqqətlə baxmalıyam… Əllərimi göyə açıb Allaha dua da etməliyəm ki, bu teoremi aksioma etmək gücünü, yetərliliyini mənə-qadın psixologiyasının ən sadə nümunəsinə ərməğan etsin… Bu yaşdan sonra Allah öz yaratdığı günahkar Həvvanın varisinə daha nəyi necə anladacaq, bilmirəm, amma 2014-cü ildə mərhum şair Rəna Teymurqızının yaradıcılığı barədə yazdığım “Söz ilə ətirləndi” adlı monoqrafiyada sevgini belə anladığımı qələmə almışam:
    “Həyatımıza hər gələni hisslərimizlə “bəzəyib”, öz gözümüzə sevdamızdan pərdə asırıq… Görmək istədiyimizi görürük… Adını isə düşünmədən qoyuruq, yaraşsa da, yaraşmasa da: “SEVGİ”.
    Və bundan sonra dönüb-dolanıb yenə Əbinin içindəki sevgini düşünürəm… O sevgi ki, Ağanı yalan danışmağa da məcbur edir… İri, yaşıl gözlərilə qarşısındakı naəlaca zənnlə baxan Ağa onun “dərdini” deyirdi… Bəzən, dərmanını da…
    Ağanın ən böyük yalanı Aslanla başlayır. Elçin bu məqamda da yazıçı manevri ilə zamanlararası mistikanı oxucuların qarşısına nar meyvəsi kimi qoyur. Tacından tutmuş, rənginin bərraqlığınadək adama “gəl-gəl” deyən, lakin paralanınca gilələrinin şirin yaxud turş, iri yaxud balaca olduğunu bilmədiyimiz kimi Elçinin zaman mistikasına da eləcə heyranlıqla baxırıq.
    Aslanı Əbi məhz o ağrılı, qızdırmalı, həyatında dönüş yaradan gecədə “görür”… Və ömrünün sonuna kimi Aslanı yuxudamı, yoxsa gerçəklikdəmi, bəlkə də izaholunmayan paralel zaman kəsiyindəmi gördüyünü özü də “anşırda bilmir”. Yazıçının yaratdığı Aslan obrazı isə hekayəyə illər sonra, artıq Şakirin belə Ağanın sözündən çəkindiyi, onun səsinin qarşısında mütiləşdiyi bir zamanda daxil olur.
    Özü də Əbinin onu gördüyü kimi: “iki gündən bir “ştraf” olunduğunu deməyə gəlir”. Ağa Şakirə həmişə Aslana istədiyini verməsini sakit səslə söyləyir. Şakir isə bu sakit səsdəki ilahi hökmü hiss edirmiş kimi müticəsinə boyun əyir. Nəhayət, Aslan Ağanın gördüyü kimi; beyninə qan sızaraq ölür…

    ***
    Əsəd Cahangir Elçinin bir daramturq kimi özünəməxsusluğunu “On üçüncü gecə”də elə möhtəşəm təsvir edir ki, adam az qalır yazıçı Elçini unutsun. Əsəd bəy dramaturq qələmindən daha çox dramaturq düşüncəsi, missiyası haqqında danışır və oxucunun fikirlərini bu istiqamətə yönəldir. Elçinin “Şekspir” pyesi haqqında qeydləri oxuduqca beynimdə qurduğum dramaturq obrazı başdan-başa cilalandı desəm, fikrimi daha düzgün sözlərlə istifadə etmiş olaram. (Baxmayaraq ki, ilk pyesim 2015-ci ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub, yenə də mənimçün dramaturgiya “üzməyə hünər istəyən dərya” olaraq qalır).
    Əsəd bəy “Şekspir” pyesi haqda qeydlərində Elçinin həmplanetlilərimizin ümumi düşüncəsini də gözdən qaçırmadığını yazır: “Yadplanetlini dəli sayıb “psixuşkaya” salmaqla Yer kürəsi adamlarının dəli-ağıllı anlayışlarının nə qədər şərti olduğu, onların hər cür fərqli düşünənlərə dəli damğası vurduğu əyaniləşir”. Bu fikirlə razıyam… Çünki, ümumun yekunluğu elə bu deməkdir…
    ***
    Ümumun yekunluğu prinsipinə yazıçı Elçin də “İntihar” hekayəsində yer ayırır: Şakirin ölümünün təsviri ilə… Ölümündən bir gün öncə Şakir öz təbiətinə üsyan qaldırır, Ağanın yanına gəlib bağışlanmağını istəyir:
    ..Və bir gecə Ağa yatmazdan əvvəl birdən-birə atasını bərk-bərk qucaqladı və bu qəfil vaqeədən əvvəlcə özünü itirmiş Şakir də onu qucaqladı – bütün həyatlarında onlar ilk dəfə idi ki, qucaqlaşırdılar və Ağanın bu məhəbbətindən çox təsirlənən Şakir doluxsuna-doluxsuna:
    – Ağa,- dedi.- Məni bağışla, uşaq vaxtı səni çox incitmişəm, ananı da, bacılarını da çox incitmişəm…
    Ağa atasını öpdü – bu, onların bütün həyatlarındakı ilk öpüş idi – və heç nə deməyib, öz otağına getdi. Sübh tezdən isə Zəhranın çığırtısı qopdu: Şakir gecə yuxuda ikən keçinmişdi və qəsəbə camaatı onu böyük hörmətlə torpağa tapşırdı.
    Ümumun yekununun daha bir bədii təsviri: vaxtilə tünd xasiyyətinə, dilinin acılığına görə Şakirə ayama qoşub “avçarka” deyən qəsəbə sakinləri onu Ağanın atası kimi “böyük hörmətlə” o dünyaya “uğurlayır”…

    ***
    “Dəlilər ikiləşmək hesabına özlərinə kənardan dəyər verdikləri kimi, dəli dünya da özünə teatr, oyun-sənət vasitəsilə qiymət verir”. Əsəd Cahangirin gəldiyi bu fəlsəfi nəticə də maraqlıdır. Məsələyə mərkəzdənqaçma prinsipi ilə yox, mərkəzə meyletmə prinsipi ilə baxsaq, görərik ki, bütün sənətlərin zirvəsinə çatanlara-dahilərə “dəli” damğası vurmaq insan övladı üçün elə də çətin deyilmiş…
    ***
    Hekayənin qəhrəmanı Ağa da paralel zamanların kaşifi kimi “dahi” sayıla bilər. Əlbəttə ki, onun dahiliyinin dəlilikdən xali olduğunu düşünmək mümkünsüzdü. Bunu Ağa özü də bilir… Onun kitablara meyl salması, “əvvəldən axıradək oxumadığı bir kitabı dolaba qoymaması” özünü cilovlamağın üsullarından sayılır. Elmi psixologiya sadə dildə bu prosesə “özünəqapanma” deyə bilir.
    Ətrafdakı dünyagörüş, yaxud “el nə deyər” Ağanı da rahat buraxmır. Elin içindən bir nəfər özünü bəyənən də çıxır: Ağa haqqında SSRİ-nin nüfuzlu qəzetində “Yeni peyda olmuş peyğəmbər” adlı təhqiramiz yazı çap edilir…
    Elçinin yazıçı ustalığı hekayənin bu yerində daha düşündürücü olur. Necə ki, Üzeyir bəy Hacıbəylinin felyetonlarını oxuyandan sonra eyvana çıxıb həmin personajları bir-bir gerçəklikdə seyr ediriksə, bax o cür də indiki media haqda düşündüm… Mənə elə gəldi ki, Elçin bu məqamı elə ətrafına baxanda görərək yazıb, mən də, sən də, o biri oxucu da ətrafına baxarkən bunu görəcək… Heç bir elmi izahı axtarılmayan, kökü araşdırılmayan, qulaqdan-qulağa yarıuydurma, yarıgerçək yayılanları uc-uca qoşub informasiya adıyla camaata sırımaq günümüzün ən adi və ən ucuz peşəsinə çevrilib…
    Ağa haqqında yazılan felyeton da bu cür ucuz idi.
    Ən maraqlısı isə qəsəbə sakinləri tərəfindən, hətta, ittifaqın ( burada SSRİ nəzərdə tutulur) hər yerindən Moskvaya ard-arda göndərilən teleqramlardı. Hansı ki, o qəsəbədə “avçarka Şakir”in cılız oğlu elə Əbiliyində qalsaydı, heç kim yolda başını döndərib ona salam vermək əziyyətinə də qatlaşmazdı… Yenə də insan düşüncəsinin anlamadığını gözündə böyütmək kimi xisləti haqqında psixoloji elmi-tədqiqat işi oxuyurmuş kimi hiss etdim özümü…
    ***
    Əsəd Cahangir kitabında Şekspir adı ətrafında aparılan ədəbi şoudan da bəhs edir. Şekspir imzasının əslində kimə məxsus olduğu, “Olum ya ölüm?” sualının bədii donunu qüsursuz biçmiş dərzinin qadın yaxud kişi olduğu, ən nəhayətində, eyni imza altında bir neçə müəllifin birləşdiyi hələ də müzakirələrə, mübahisələrə, yeri gəldi-gəlmədi umu-küsülərə səbəbdir. Əsəd bəy bütün bunların sonsuzluq işarəsi ilə lənətləndiyini bircə cümlə ilə deyir. Və həmin cümlədə ədəbi hökmü hiss etmək elə də çətin deyil: “Belə çıxır ki, “Böyük Şekspir oyunu” adlandırıla biləcək bu tamaşanın pərdəsi qiyamətdə enəcəyi kimi, Şekspirin adı ilə bağlı sirr pərdəsi də qiyamətdə qalxa bilər!”
    “Şekspir” pyesindən bəhs edərkən Əsəd bəy rejissor işinə də diqqət ayırır. Deyir ki: “Bəhram Osmanov quruluş verdiyi tamaşalarda aktyor imkanlarının maksimum nümayiş etdirilməsinə şərait yaradan rejissordur”. Bəhram Osmanovun adı məni illər əvvələ-2009-cu ilə apardı… Onda Gəncədə teatr festivalı keçirilirdi… Onda Bəhram Osmanov Cəfər Cabbarlı adına GDDT-na baş rejissor kimi gəlmişdi… Və mən televiziyada redaktor işləyirdim… Bir gün qərara alındı ki, həftənin şənbə günü səhər proqramının canlı efirində Bəhram Osmanov qonaq olacaq. Teatra olan sevgimdən (görkəmli teatr xadimi Rafiq Atakişi bu sevgimi sezərək demişdi: “Sənin kimi teatrı sevən, anlayan cəmi iki-üç adam tanımışam bir ömürdə, ay balaca qız…”) Bəhram Osmanov üçün də pay ayrılmışdı. Həftənin əvvəlindən cümə gününədək şənbə efirini düşünmüşdüm. Nəhayət, cümə günü Cavadxan küçəsindən keçərkən yolumu dəyişib ara dölməyə girmişdim. Düz Osmanovların evinə getmişdim… Anasından Bəhram bəyin uşaqlıq şəkillərinədək götürdüm, ananın dilindən sevgiylə axıb tökülən cümlələri “birər-birər yaddaşıma, ruhuma yığdım”, üzümdə gözəl bir təbəssüm işə qayıtdım. Səhərisi Bəhram Osmanov studiyada ikən onun haqqındakı kiçik həcmli süjet efirə getdi… Bəhram bəy gözləri böyümüş halda bircə cümlə demişdi:
    -Bunu kim eliyib axı?
    O cümlədəki sevinci də, qüruru da, fəxarətqarışıq təəccübü də duymuşdum… Elə ona görə də yalnız bir həftə sonra Bəhram bəyə telefon açaraq o süjeti hazırlayanın adının Şəfa olduğunu demişdim… Əminəm ki, Bəhram bəy o Şəfa adlı qızın mən olduğunu heç ağlına da gətirməmişdi…
    ***
    Əbi beş qızdan sonra doğulanda qəsəbədə heç kimin ağlına da gəlməzdi ki, gün gələcək, onu Vanqa, Messinq, Edqar Keysi ilə bərabər tutacaqlar… Bəlkə, ucundan-qulağından eşitsələr qarınlarını tutub qəşş edənədək gülərdilər ki, “necə yəni, bizim Əbi Brejnevi müalicə edə bilər?” Amma onlar Ağaya inanırdılar… Ağanın Brejnevi klinik ölümdən qaytardığına kimsə şübhə etmirdi…
    Elçinin Əbini Ağalığa aparan yolu ruhunun diqtəsi ilə qələmə alması nənəmin bir sözünü yadıma saldı: “Əzəlin gəlincə, axırın gəlsin”… Ağa Əbinin axırı idi… Sonu idi… Bu sonu gözləmək də onunçün əzaba çevrilirdi. Sanki, əlini uzatsa gətirəcəyi son hər şeyin tərsinə çevrilmiş halı idi…
    ***
    Əsəd Cahangir Elçinin “Baş” romanı haqda fikirlərini də kitabda oxucularıyla bölüşüb. Tarixi hadisələrin fonunda romandakı ölüm fəlsəfəsinin açar sözlərini də müşahidəçi qabiliyyəti ilə aşkarlaya bilib. “İnsan öz ölməzliyini ölüm hesabına dərk edir”. Mən deyərdim ki, bu fəlsəfəsəni aşkarlamağa Əsəd bəy heç cəhd göstərməyib. Çünki, Elçinin demək istədiklərini anlamaqda o, heç vaxt çətinlik çəkmir. “On üçüncü gecə”də Əsəd Cahangirlə Xalq yazıçısı Elçinin ruh və düşüncə bağlılığını görmək istedadlı və həris oxucu üçün çox asandı. Yetər ki, nə oxuduğunu biləsən, oxumaq ehtirasını cilovlamaqdansa, ona yeniləsən…
    Daha sonra Əsəd bəy ölüm fəlsəfəsinin kölgəsində daim ikili düşüncə ilə yaşayan insanın öz-özünü təkzibini və ya təsdiqini axtarır Elçinin romanında… Bu axtarış da uzun sürmür. Axı, yazıçı hadisədən hadisəyə, zamandan-zamana keçid etməklə ikiliyin varlığını “etiraf edir”… Əsəd bəy də haqlı olaraq bu qənaətə gəlir: “Klassik Şərq kəlamçılarının dili ilə desək, insanlığı iki cür aşmaq olar-ya mələk, ya da heyvan olmaqla…”
    ***
    “İntihar” hekayəsində də yazıçı çoxlarının Ağanı mələk kimi gördüyünü yazır. Bəziləri onu xeyirxah, şəfqətli bir mələk obrazıyla eyniləşdirsə də, bir başqası, məsələn, professor Ağa-zadə onu ölüm mələyi hesab edir…
    Sona doğru addımlamağa Ağa övladları dünyaya gələndən sonra başlayır… Hər addımda min bir məşəqqət, əzab daşıyır. Hekayənin bu sona doğru irəliləyən məqamında Elçin Ağanı bir ata kimi təqdim edir və öz sevimli obrazını insaniləşdirməyə sidq-ürəklə cəhd edir. Öz övladlarının üzünə zənnlə baxmaqdan qorxan Ağa onu yaradana, bu “vergi”ni ona əta eləyənə qarşı çıxmaqdan da çəkinmir. İçindəki düşüncələrdən, hisslərdən qorxduğuna görə güzgüdə öz əksinə baxmayan Ağa, əslində, öz daxilini hamıdan yaxşı, hamıdan aydın görürdü… Bu gördüyünün içindəki yaşam əzabını dərk etdiyindən həyatdan zövq almaq deyə bir anlam ona yad idi. Bu yadlıqla qapısına gələnlərin içindəki “qara duman”a baxır, Tanrının niyə buna izn verdiyinə məəttəl qalırdı.
    Elçin Ağanın bu heyrətində də “Olum ya ölüm?” sualını məharətlə şifrələyib… Axı, “olmaq” da, “ölmək” də insan oğlunun-yaradılışın əlində deyil… Yüz müxtəlif səbəbi olursa da olsun, ölüm elə ölümdür və onun dəqiq saatını, vaxtını, zamanını alnımıza yazan yazıb…
    Ağanın sona bir addım qalmış öz “vergi”sinə də şübhə etməyi yadımıza Herman Hessenin “yalquzağını” salır… O da sonda özünün əsl xislətini-insan ruhundakı asiliyi, şeytaniliyi görmüşdü… Ağa da sona bir addım qalmış “vergi”sinin Şeytan əməli olduğuna inanmaqdan özünü güclə saxlayırdı.
    Nəhayət, sonluq…
    2011-ci il avqustun 13-ü… Ağanın 55 yaşı tamam olur. Dünyaya gəlməyinə günlər qalmış nəvəsinin-onun kimi iri, yaşıl gözləri olacaq oğlanın yeddi yaşında avtomobil qəzasında ölməsi Ağa üçün son gördüklərinin son epizodu idi… Bu epizodda o, həyatın faniliyinin dərkinə çatır… Və Şərq fəlsəfəsinin pik nöqtəsi- “beşgünlük fani dünya” hekayənin içindəki növbəti düşüncə keçidi olur. Bu keçiddən keçməklə hər bir oxucu insan oğlunun qolunun zoru, varının zəri işləməyən qanunların olduğunu da anlayır. Ağanı ölümə aparan da bu qanun idi…
    Ağa olumun daim ölümə borclu olduğunu anladığında “Kor Gözəl Qız” pirinə gedir… Və bu pirin əfsanəsinin yarıdumanlı görüntüsünü yenə yazıçı qələminin sehri ilə “görürük”… Nə vaxtsa, guya o qayanın üstündə oturan Kor Gözəl Qız qəfil yoxa çıxmışdı… O qızın saflığa, müqəddəsliyə qovuşaraq günahkar gözlərə görünməməsi inancı həmin qayanı pirə çevirmişdi.
    Ağa Kor Gözəl Qızın gözünün açılmasını “gördükdə” (burda da yazıçı insan psixologiyasının hüdudsuzluğuna işarə edir) özü öz gözündən düşür… Bu düşməklə də Ağanın içində Əbi üçün darıxmaq baş qaldırır. Onun bildiklərini bilməyən, gördüklərini görməyən, dolayısı ilə bəsirət gözü açılmayan Əbinin həyatını yaşamağı daha şiddətlə arzulayır… Bu arzunun bir ucundan tutaraq o gecə- avqustun 13-nün başa çatdığı gecə Kor Gözəl Qız qayasına gedir Ağa. Qayadan da o üzə Əbiyə doğru yol alır. Gedir Əbini – özünü axtarmağa…
    Səhərisi isə artıq Ağa “yoxa çıxmışdı”…
    ***
    Yazının əvvəlində Əsəd Cahangirin Elçin haqqındakı fikirlərini qeyd etmişdim: “Onun haqqında yaza-yaza həm də özümü formalaşdırır, özümü yaradıram”… Mən isə aylardı içimdə, özümdə axtardıqlarımı dilə gətirdim bu yazıyla… Və “On üçüncü gecə”nin sabahında daha bir günəşi salamladım…

    Şəfa Vəli
    (AYB və DGTYB üzvü, Respublika Gənclər Mükafatı laureatı, Gəncə-2017)

  • Kənan AYDINOĞLU.”Ustad Aşıq Ələsgərə məktublar” şeirlər silsiləsindən

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    ƏLƏSGƏRİMİN

    Göyçə mahalında məclis aparan,
    Var olsun dilləri Ələsgərimin!
    Saz tutub ahəstə şeirlər qoşan,
    Yaratsın əlləri Ələsgərimin!

    Dağların başını çən bürüyəndə,
    Ceyranı,cüyürü hey üşüyəndə,
    Şeiri vərəqə o döşüyəndə,
    Ağardı telləri Ələsgərimin!

    Quzğunlar Göyçəyə gəlib girəndən,
    Tarixi bu millət gedib görəndən,
    Bu torpaq ikiyə tam bölünəndən,
    Saraldı gülləri Ələsgərimin!

    ƏLƏSGƏRİMİN

    Ustad Aşıq Ələsgərin 185 illik
    yubileyinə həsr olunur.

    Məshəti türkləri qırılan zaman,
    Söndü bir çırağı Ələsgərimin!
    Yüz illik ömrünü başa vurmamış,
    Tutuldu torpağı Ələsgərimin!

    Göyçənin yolundan gəlib keçəndə,
    Əyilib suyundan ceyran içəndə,
    Aşıqlar yurdundan ayrı düşəndə,
    Ağladı bulağı Ələsgərimin!

    Düzündə uzanıb hərdən yatdığı,
    Ceyrana, cüyürə güllə atdığı,
    Yaşıl düzlərinə şeir yazdığı,
    Ayrıldı yaylağı Ələsgərimin!

  • “Hece Taşları” aylık şiir dergisinin 36. sayısı yayında

    KURU GÜRÜLTÜ

    Herkes kendi mağrasına çekilmiş, çıkmaya korkuyor insan içine, otobüste tramvayda vapurda, yanımıza bir başkası otursa, elimize telefonu alırız, uzaktaki sanal dostlarımızla, koyu bir sohbete kapı açarız, ağzımız kıpırdar sesimiz çıkmaz, yanımızda karşımızda kim varsa, varlığından habersize yatarız, kendi kendimize gülücük atıp, ara sıra kikir kikir güleriz, nasıl olsa bir dışardan bakan yok, bedeviyim bedevisin bedevi.

    Toprağa basmayız göğe bakmayız, lakin yıldızlarla yatıp kalkarız, her gecemiz bir diziye ipotek, her günümüz bir yarına borçlanır, hastalığımızı sosyal medyada, paylaşırız dostlar tıklasın diye, kendi sözlerimiz görsellerimiz, kes kopyala yapıştır ve devam et, önce bir besmele bir de salavat, arkasında bayrak zinciri yapıp, yattığımız yerden söz roketini, atarız düştüğü yere bakmayız, konuşuruz başkasının ağzıyla.

    İnsan arazimiz çoraklaştıkça, soframızda çoğalıyor kuş sütü, nefis terazimiz doğru tartmıyor, içi boşalıyor vicdanımızın, bazen kellesini koltuğa alıp, bir yiğit çıkıyor meydan inliyor, kanımızda bir kıpırtı oluyor, hem alın hem gönül teri dökmeden, ezan susmaz bayrak inmez diyerek, kuru gürültüden öte geçmeyiz, ismet abi bir el salla ordaysan, toparlandık gitmiyoruz tamam da, herkes kese attırıyor hamamda.

    Çizdiğim bu tablo çok mu karamsar, dam başında yetişir mi pırasa, gece uyur gündüz uçar yarasa, balıklar da çıkar mıydı terasa, ilhama gerek yok hasretin var ya, kim kimle dolaşır kim kime parya, işlene işlene söz demir oldu, sûkutsa bakıra döndü dönecek, aklımızla aramızda
    sınır yok, bu lale devrinin edebiyatı, suya ve sabuna dokunmaz deyip, bol soslu imgesel cümleciklerle, yemlenmez aç kalır ilham kuşları.

    Tayyib ATMACA

  • Rahilə Dövranı doğum günü münasibətilə təbrik edirik! (12 fevral)

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Qızıl qələm” media mükafatı laureatını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    ƏFV ELƏSİN KÖNÜL SƏNİ

    “Düşüncələrim”- silsiləsindən

    Od tutmuşdu içim, çölüm,
    Gəlmiş idim səni görüm.
    Dərdlərimə çarə hörüm,
    Əfv eləsin könül səni.

    Olma qəlbi kinli insan,
    Ver möhtaca, aca ehsan.
    Bu gün varsan, sabah yoxsan,
    Artırmısan saçda dəni.

    Dil altında qalıb ünüm,
    Bilmirəm ki, necə dinim.
    Qəlbdə qat- qat hirsim, kinim,
    Yuva edib dərd sinəmi.

    Düz yolunu etmə dolay,
    Nəyə lazım savaş, olay.
    Mən Günəşəm, sən də ol Ay,
    Intizarda qoyma məni.

    Çıxmayıbmı, ağıl dişin,
    Doğru otur, dərin düşün.
    Əzrayıla düşər işin,
    Oxuyarsan son nəğməni.

    Dövran dedi sözlərini,
    Bəyan etdi dərd, sərini.
    Haqqı tutar gözlərini,
    Tanı dostu, düşmənini.

    XIDIR BAYRAMI

    “Vətənimdir” – silsiləsindən

    Gəldi xıdır bayramı,
    Millətin ehtişamı.
    Bayram edir el, hamı,
    Sevindirsin hər qəlbi-
    Yaşasın Xıdır Nəbi!

    Bir-birindən qoçaqlar,
    Baca gəzir uşaqlar.
    Dolub torba, papaqlar,
    Hər kəsin dolsun cibi-
    Yaşasın Xıdır Nəbi!

    Yoxdur nemətin sayı,
    Göndərib əmi, dayı.
    Hər evdə Xıdır payı,
    Gətirib xala, bibi-
    Yaşasın Xıdır Nəbi!

    Xıdıra-xıdır deyərlər,
    Hər nemətin yeyərlər.
    Xudaya həmd edərlər,
    Yad edək Ulu Rəbbi-
    Yaşasın Xıdır Nəbi!

  • Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər

    * * *

    Heyif, bu ağ güllər yeriyə bilmir,
    Ürəyim çırpınır bu güllər üçün.
    Ağlayır,
    sızlayır kiriyə bilmir,
    Heyif, bu ağ güllər yeriyə bilmir.
    Ləçəklər süd rəngli ay işığıdı,
    Bir elin, obanın yaraşığıdı.
    Xəfif mehdən belə titrəyir, əsir,
    O hara can atır, hara tələsir?
    Bəlkə, görüşü var bir çinar altda?
    Ağ gülə dönmüşəm mən də həyatda.
    Durub gözləyirəm, gözüm yoldadır…
    Yox, uşaq xəyalım məni aldadır!
    Heyif, bu ağ güllər yeriyə bilmir,
    Durub astanada yol da gözləmir;
    Heç kimi, heç kəsi o əzizləmir.
    Yeriyə bilsəydi, gəzə bilsəydi,
    Hicrana, nisgilə dözə bilsəydi,
    Ürəyim gül kimi açardı, yəqin.
    O ata ağ güllər, ana ağ güllər,
    Mənə ağ gülünü verməsəyədilər
    Qoşulub o mənə qaçardı, yəqin…
    Heyif, bu ağ güllər yeriyə bilmir,
    Ürəyim çırpınır bu güllər üçün.
    Ağlayır,
    sızlayır kiriyə bilmir,
    Heyif, bu ağ güllər yeriyə bilmir.

    * * *

    İşıqla, sərçəylə doludur küçə,
    Doluduryarpaqla, sıxdır hər budaq.
    Çiynimə, saçıma qonur bir sərçə,
    Dəniz qapır ovcumdan hünərə bir bax.

    Pənah gətirmişdi mənə bu sərçə
    pənah,
    Mənimçün
    bütün varlıqların ən təmizidir.
    Ölməzlik rəmzidir bu sərçə, Allah,
    Cəsarət rəmzidir, hünər rəmzidir.

    Sərçə hünərindən ilham, qida al,
    Həmişə kökdə ol, soyda ol, könül.
    Demirəm, sərçə ol, sərçə boyda ol,
    Sərçənin ürəyi boyda ol, könül.

    İti caynağında, boz qanadında
    Dünyanın varını yığır ovcuma.
    Ovcumdakı sərçə dünya boydadır,
    Dünya bir sərçədir-sığır ovcuma.

    May 1991.

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri Rafiq ODAY

    Rafiq Oday (Bayramov Rafiq Hüseyn oğlu) – şair, publisist, “Həsən Bəy Zərdabi” və “Qızıl qələm” mükafatları laureatı, respublikanın Əməkdar jurnalisti

    Həyatı

    23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə Bakı 2 №-li tibb texnikumuna daxil olmuş, 1982-ci ildə təhsilini başa vurmuşdur. Təhsil arası (1978-1980-ci illər) Sevostopol şəhərində hərbi xidmətdə olmuşdur.

    1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Orta məktəb illərindən rayonda nəşr olunan «İşıqlı yol» qəzetində məqalələri çap olunmuş, «Vətən gəz» adlı ilk mətbu şeri isə 1983-cü ildə «Sovet Naxçıvanı» («Şərq qapısı») qəzetində dərc olunmuşdur. Rayonda nəşr olunan «İşıqlı yol» qəzetində ictimai əsaslarla «Xalq yaradıcılığı və incəsənət» şöbəsinin müdiri olmuşdur.

    Xələc kənd məktəbindəki fəaliyyəti dövründə «Şaman» folklor dərnəyi və eyniadlı ansambl yaratmış, bir neçə il kəndbəkənd gəzərək folklor nümunələrini toplamış, onları mütəmadi olaraq rayon qəzetində dərc etdirmiş, sonradan bu yazıları bir araya gətirərək «Şərur folkloru – Rafiq Odayın təqdimatında» adı altında kitab halında çap etdirmişdir.

    1985-ci ildə rayon Komsomol komitəsinin nəzdində yaradılmış «Dan yeri» ədəbi birliyinə rəhbər təyin edilmiş, istedadlı gənclərin aşkarlanıb ortaya çıxarılmasında geniş iş görmüşdür. 1988-ci ildə «Yazıçı» nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınmış, beləliklə, 1989-cu ildə Naxçıvan Muxtar Respublikası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir.

    1990-cı ilin əvvəllərindən başlayan Sədərək döyüşlərinin fəal iştirakçısı olmuşdur. 1991-ildə Şərur rayon Sovetinə deputat seçilmiş, deputat olduğu illər ərzində Ulu öndər Heydər Əliyevlə dəfələrlə ünsiyyətdə olmuş, çıxışlarını və dəyərli məsləhətlərini dinləmişdir.

    1991-ci ildə Şərur rayon Uşaq-Gənclər Şahmat məktəbinə direktor təyin olunmuşdur.

    1997-ci ildə Sumqayıt şəhər «Cırtdan» uşaq kino-teatrının direktoru təyin olunmuş, eyni zamanda «Dünyanın səsi» qəzetində redaktor kimi fəaliyyətini davam etdirmişdir. «Gəncliyin səsi» qəzetində məsul katib, «Dəlidağ» qəzetində baş redaktor işləmişdir.

    Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2003-cü ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri seçilmişdir. Bu gün də bu vəzifəni icra edir.

    2005-ci ildən 2008-ci ilin əvvəllərinə qədər «Şaman» ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktoru olmuş, 2008-ci ilin əvvəllərindən bu günə qədər «Möhtəşəm Azərbaycan» ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktorudur.

    2008-ci ilin oktyabr ayından 2010-cu ilin may ayına kimi eyni zamanda «Azərikimya» Dövlət Şirkətinin mətbu orqanı olan «Azərbaycan kimyaçısı» qəzetinin baş redaktoru işləmişdir.

    Respublika Prezidentinin müvafiq Sərəncamı ilə «Azərikimya» Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə veriləndən sonra, Rafiq Oday fəaliyyətini «Azərikimya» İstehsalat Birliyinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində davam etdirir.

    «Bir yol başlamışam», «Gecələr içimə göyüzü yağar», «Ömür gedir öz köçündə», «Şərur folkloru – Rafiq Odayın təqdimatında», «Qarabağ şikəstəsi», «Xatirələr işığında», «3 Aprel günəşi», «Əlli min də qayğısı var əllimin», «Ədəbi – tənqdi məqalələr” “Həyatın yaşama düsturu” və “Qərib ruhların nəğməsi” kitabları işıq üzü görüb.

    Həsən Bəy Zərdabi, “Qafqaz – Media” və “Qızıl qələm” mükafatları laureatıdır.

    20 kitabın tərtibçisi, 200-dən artıq kitabın redaktoru olmuşdur. 100-ə yaxın kitaba ön söz yazmışdır.

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisidir.

    Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.

    ”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamilə “Respublikanın Əməkdar Jurnalisti” fəxri adına layiq görülüb.

  • Xalq yazıçısı Mirzə İBRAHİMOV

    İbrahimov Mirzə Əjdər oğlu (28 oktyabr 1911 – 17 dekabr 1993) — Azərbaycan-sovet yazıçısı, dramaturq, ictimai xadim. Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ dövlət mükafatı laureatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərbaycan SSR əməkdar incəsənət xadimi (1941).[1] Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), 1937—1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı (fasilələrlə). Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərbaycan SSR Maarif naziri (1942-1946). Azərbaycan SSR Ali Sovetinin (3-4-cü, 6-7-ci və 9-cu çağırış) deputatı.[1] SSRİ xalq deputatı (1989).

    Həyatı

    Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq (ایوق) kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.

    Fəaliyyəti

    Mirzə İbrahimovun yaşadığı evin fasadına vurulmuş barelyef
    Mirzə İbrahimovun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövrü mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya – Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olmuş, “Giqantlar ölkəsində” adlı oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir (1933). “Həyat” (1935) pyesi bu dövrün bəhrəsidir.[2]

    1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.

    İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə (“Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi – “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat”), povest (“Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”) və romanlarla (“Gələcək gün – (1948), “Böyük dayaq” (1957), “Pərvanə”) yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi il fasilədən sonra “Kəndçi qızı” (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), “Yaxşı adam” (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən “Közərən ocaqlar” (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. U.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A. N. Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A. Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

    O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin “Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun”u qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olmuşdu. Həmçinin onun “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilmişdir.

    Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı Idarə Heyətinin Sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmiş,[3] Azərbaycan KP XIV-XXVIII qurultaylarında MK üzvü seçilmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi (Helsinki, 1955; Banqkok, 1956), Ümumdünya sülh tərəfdarları konqresi (Stokholm, 1958) və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. O, Sov.İKP XX-XXI və XXIII-XXIV qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir.[4] BMT-nin apartheyd əleyhinə mübarizə komitəsinin iclasında (Nyu York, 1978) çıxış etmişdir.

    Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında ciddi əməyi olmuşdur (1946-1954).[5] Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş (1960-1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954) və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975) olmuşdur. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur.[6] Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur.[7]

    1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Mükafatları

    SSRİ dövlət mükafatı laureatı (1950)
    Azərbaycan SSR dövlət mükafatı laureatı (1965)
    Oktyabr İnqilabı ordeni — 21.10.1971[8]
    Beynəlxalq Nehru mükafatı laureatı (1979)
    Azərbaycanın əməkdar incəsənət xadimi (1941)
    Sosialist Əməyi Qəhrəmanı — 14.10.1981[9]
    Lenin ordeni — 14.10.1981[9]
    Xatirəsi[redaktə | əsas redaktə]
    5 fеvral 1996-cı ildə Azərbaycanın xalq yazıçısı, görkəmli ictimai-siyasi xadim Mirzə İbrahimоvun xatirəsini əbədiləşdirmək məqsədilə ilə əlaqədar qərar qəbul edilmişdir.[10].

    Əsərlərinin nəşri

    Qiqantlar ölkəsi. Bakı: Azərnəşr, 1932, 32 səh.
    Həyat üçün. Bakı: Azərnəşr, 1934, 115 səh.
    Həyat(pyes). Bakı: Azərnəşr, 1937, 107 səh.
    Həyat (pyes). Bakı: Azərnəşr, 1938, 110 səh.
    Böyük demokrat (Molla Nəsrəddin). Bakı: Azərnəşr, 1939, 160 səh.
    Həyat və ədəbiyyat. Bakı: Azərnəşr, 1947, 213 səh.
    Azad. Bakı: Uşaqgəncnəşr, 1949, 20 səh.
    Gələcək üçün. Bakı: Azərnəşr, 1949, 157 səh.
    Gələcək gün(roman). Bakı: Azərnəşr, 1949, 753 səh
    .Salam sənə Rusiya! Bakı: Azərnəşr, 1950, 87 səh
    Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: Azərnəşr, 1954, 406 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: Azərnəşr, 1954, 323 səh.
    Gələcək gün. Bakı: Azərnəşr, 1956, 622 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1956, 622 səh.
    Azərbaycan dili (məqalələr). Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1957, 74 səh.
    Böyük dayaq (roman). Bakı: Uşaqgəncnəşr, 1957, 582 səh.
    Sarı sim (xatirələr, məqalələr, oçerklər). Bakı: Azərnəşr, 1958, 301 səh.
    Mədinənin ürəyi (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 213 səh.
    Xəlqilik və realizm cəbhəsindən (məqalələr). Bakı: Azərnəşr, 1961, 524 səh.
    Böyük şairimiz Sabir. Bakı: Azərb. SSR EA Nəşriyyatı, 1962, 38 səh.
    Murovdağın ətəyində (hekayələr). Bakı: Azərnəşr, 1964, 93 səh.
    Ədəbi qeydlər. Bakı: Azərnəşr, 1970, 299 səh.
    Pərvanə. Bakı: Azərnəşr, 1971, 703 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1972, 455 səh.
    Əsərləri (10 cilddə). I c. Bakı: Yazıçı, 1978, 512 səh.
    Əsərləri (10 cilddə). II c. Bakı: Yazıçı, 1978, 504 səh.
    Əsərləri (10 cilddə). III c. Bakı: Yazıçı, 1979, 592 səh.
    Əsərləri (10 cilddə). IV c. Bakı: Yazıçı, 1979, 506 səh.
    Əsərləri (10 cilddə). V c. Bakı: Yazıçı, 1980, 339 səh.
    Əsərləri (10 cilddə). VI c. Bakı: Yazıçı, 1981, 376 səh.
    Əsərləri (10 cilddə). VII c. Bakı: Yazıçı, 1981, 332 səh.
    Əsərləri (10 cilddə). VIII c. Bakı: Yazıçı, 1981, 303 səh.
    Əsərləri (10 cilddə). IX c. Bakı: Yazıçı, 1982, 664 səh.
    Əsərləri (10 cilddə). X c. Bakı: Yazıçı, 1983, 507 səh.
    Pərvizin həyatı (hekayələr və povestlər). Bakı: Yazıçı, 1975, 248 səh.
    Pərvizin həyatı (povestlər və hekayələr). Bakı: Gənclik, 1981, 251 səh.
    Pərvanə (roman). Bakı: Yazıçı, 1984, 703 səh.
    Gələcək gün (roman). Bakı: Gənclik, 1973, 586 səh.
    Gələcək gün (roman). Bakı: Maarif, 1984, 472 səh.
    Niyəsiz, necəsiz bir yazısan sən. Bakı: Yazıçı, 552 səh.
    Anama deyərəm ha! (hekayələr və povestlər). Bakı: Gənclik, 1986, 336 səh.
    Tufanlara kömək edən bir qələm. Bakı: Azərnəşr, 197 səh.

    Tərcümələri
    (ruscadan)

    N.Q.Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında roman). Bakı: Uşaqgəncnəşr, 1956, 180 səh.
    N.Q.Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında söhbətlər, roman). Bakı: Gənclik, 1974, 536 səh.
    Ş.Rəşidov. Qaliblər. Bakı: Azərnəşr, 1976, 378 səh.
    Haqqında olan ədəbiyyat[redaktə | əsas redaktə]
    Quliyev E.M. İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri. Bakı: ADPU, 1997, 96 s.
    Anar. Tənha müəllimin son səfəri. Azərbaycan qəzeti, 1994, 2 fevral.
    Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı. Azərbaycan qəzeti, 1996, 6 fevral.
    Rəhimqızı S. Bir görüşün xoşbəxtliyi. Xalq qəzeti, 2002, 16 yanvar.

    Filmoqrafiya

    Böyük dayaq (film, 1962)[11]

  • Xalq yazıçısı ANAR

    9

    Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri

    Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakı-da vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.

    1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır.

    Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.

    1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökümətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.

    Həyatı[redaktə | əsas redaktə]
    Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.

    1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.

    Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

    Fəaliyyəti[redaktə | əsas redaktə]
    Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

    Anar və Ziya Bünyadov
    1991-ci ildə Azərbaycan Republikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət haqqında, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.

    1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.

    Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[1].

    Mükafatları[redaktə | əsas redaktə]
    Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR əməkdar incəsənət xadimi —[2]
    Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR Dövlət mükafatı —[3]
    Flag of Azerbaijan.svg Azərbaycan Respublikasının Xalq şairi
    Flag of Azerbaijan.svg”İstiqlal” ordeni
    Flag of Azerbaijan.svg”Şöhrət” ordeni
    Flag of Azerbaijan.svg”Şərəf” ordeni
    Flag of Azerbaijan.svg Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
    Flag of Azerbaijan.svg “Heydər Əliyev Mükafatı”
    Flag of Azerbaijan.svg “Humay” mükafatı

    Əsərləri[redaktə | əsas redaktə]
    Ağ liman
    Ömür yolu. Yaradıcılığı
    Beşmərtəbəli evin altıncı mərtəbəsi
    Əlaqə
    Vahimə
    Yaxşı padşahın nağılı
    Otel otağı
    Mütləq görüşərik
    Qırmızı “Limuzin”
    Gürcü familyası
    Dantenin yubileyi
    Şəhərin yay günləri
    Təhminə və Zaur
    Mən, sən, o və telefon
    Macal
    Sizsiz
    Ağ qoç, Qara qoç

  • Xalq yazıçısı Elçin

    Elçin (Elçin İlyas oğlu Əfəndiyev) — görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Əməkdar İncəsənət Xadimi (1984), Azərbaycanın Xalq yazıçısı (1998), “İstiqlal” ordeni (2003), Azərbaycan Respublikası Baş Nazirinin Müavini.

    Həyatı

    Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: “Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…” İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. “Min gecədən biri” adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur;

    Elçin ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.

    Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

    Hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyətinin sədri vəzifələrində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.

    2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[2]

    Yazıçı İlyas Əfəndiyevin oğludur.
    Filoloq Timuçin Əfəndiyevin qardaşıdır.

    Əsərlər
    Birinci cild

    Hakim oxucudur
    Mənlə mən arasında (Hekayə)
    Sarı pencək (Hekayə)
    Qatar. Pikasso. Latur. 1968. (Hekayə)
    Beş kəpiklik motosikl(Hekayə)
    Epitafiya(Hekayə)
    Zireh(Hekayə)
    Qırmızı ayı balası(Hekayə)
    On ildən sonra(Hekayə)
    İki çal papağın və bir qara kepkanın nağılı (Hekayə)
    Gümüşü, narıncı, məxməri… (Hekayə)
    Baladadaşın ilk məhəbbəti (Hekayə)
    Günlərin bir günündə(Hekayə)
    Qış nağılı(Hekayə)
    Bu dünyada qatarlar gedər(Hekayə)
    Talvar(Hekayə)
    Şuşaya duman gəlib(Hekayə)
    Bülbülün nağılı(Hekayə)
    Baladadaşın toy hamamı(Hekayə)
    Ayaqqabı(Hekayə)
    Hotel Bristol(Hekayə)
    Hönkürtü(Hekayə)
    Bozluq içində iki nəfər(Hekayə)
    Parisdə avtomobil qəzası(Hekayə)
    Beş dəqiqə və əbədiyyət(Hekayə)
    Gül dedi bülbülə(Hekayə)
    Ömrün son səhəri(Hekayə)
    Stalinin ölümü(Hekayə)
    Dünyanın bəxtəvəri(Hekayə)
    Aydınlıq gecələr(Hekayə)
    Qırmızı qərənfil gülləri «Pera Palas» otelində qaldı(Hekayə)
    Qızıl diş(Hekayə)
    «Sarı gəlin»(Hekayə)
    Araba(Hekayə)
    «Qarabağ şikəstəsi»(Hekayə)
    Araba(Hekayə)
    Uşaq hekayələri(Səlimin hekayələri)
    Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın nağılları
    Sözlər, yanıltmaclar, tapmacalar
    Adda-budda

    İkinci cild

    Birinci görüşün tarixcəsi (Povest)
    Toyuğun diri qalması (Povest)
    Dolça (Povest)
    Bayraqdar (Povest)
    Hökmdarın taleyi (Kinopovest)
    Aman ovçu, vurma məni …(Kinopovest)
    Ox kimi bıçaq (Kinopovest)

    Üçüncü cild

    Qızıl (Kiçik pyes)
    Ordenli yazıçı ilə görüş(Kiçik pyes)
    Mehmanxana nömrəsində görüş(Kiçik pyes)
    Hövsan soğanı(Kiçik pyes)
    Xüsusi sifariş(Kiçik pyes)
    Teatr(Kiçik pyes)
    «O da aşiq olub yaza dünyada…»(Kiçik pyes)
    Qisas(Kiçik pyes)
    Su(Kiçik pyes)
    Poçt şöbəsində xəyal(Pyes)
    Ah, Paris, Paris!(Pyes)
    Mən sənin dayınam.(Pyes)
    Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim(Pyes)
    Mənim ərim dəlidir(Pyes)
    Mahmud və Məryəm(Pyes)
    Ağ Dəvə(Pyes)
    Dördüncü cild

    Taun yaşayır (Pyes)
    Qatil (Pyes)
    Beşinci cild

    Ölüm hökmü(Roman)
    İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti(Roman)
    Altıncı cild

    Dünyada “Amur” üzürdü (Səyahət notları)
    Yaxın, uzaq Türkiyə (Səyahət notları)
    Dyula Çak ilə söhbət (Səyahət notları)
    Qabrovo görüşləri (Səyahət notları)
    Palma ülfəti (Səyahət notları)
    Yanan ağacın şəfəqləri (Səyahət notları)
    Yaxan düymələ, düymələ (Esselər)
    “Mən özüm Azərbaycandanam…” (Esselər)
    “Nə günah eylədim ki…” (Esselər)
    Ölümünə inandığım adam (Esselər)
    Dünya axirət əkini (Esselər)
    Trixlə üz-üzə dayanmış adam (Esselər)
    Mən gedirəm, ağlama (Esselər)
    Ölümünə inanmadığım adam (Esselər)
    Tək adam, tənha şair (Esselər)
    Altmışın qəfilliyi (Esselər)
    Qocalığa hələ çox qalıb (Esselər)
    “Təşrif buyur, gedək bağa” (Esselər)
    “Heydərbaba, yolum sənnən kəc oldu…”(Esselər)
    Həmişə yolda olan adam (Esselər)
    Cəlil bəyin taleyi və yaradıcılığı haqqında bir neçə söz (Esselər)
    Ədəbiyyat və cəsarət tərcümanı (Esselər)
    “Ədəbi düşüncələr” necə yarandı (Ədəbi düşüncələr)
    “Ədəbi düşüncələr”də haqqında bəhs olunan yazıçılar, şəxsiyyətlər, bəzi konkret əsərlər (Ədəbi düşüncələr)

    Yeddinci cild

    Dramaturgiyada şərtilik barədə (Məqalə)
    Elxan fədakarlığı ilə (Məqalə)
    «Aydın» və aydınların faciəsi (Məqalə)
    Müasir tənqidimiz: Vəziyyət və vəzifələr (Məqalə)
    Bizim haqqımız (Məqalə)
    Poeziyamızın bəzi yaradıcılıq problemləri (Məqalə)
    Hekayə janrı: İmkanlarımız və iddiamız (Məqalə)
    Şoloxov haqqında söz (Məqalə)
    Qələbələr arzusu ilə (Məqalə)
    «Quyu» müəllifinə məktub (Məqalə)
    Vətəndaşlıq – vətənin qeyrətini çəkməkdir (Məqalə)
    «Mənim könlüm deyir ki…» (Məqalə)
    lk Azərbaycan ədəbiyyatı tarixi (Məqalə)
    Vilyam Şekspir haqqında söz (Məqalə)
    Tənqidçinin «mən»i və tənqidin problemləri (Məqalə)
    Daha dərin qatlara (Məqalə)
    Nəsrimizdə konflikt və xarakter leminin tədqiqi (Məqalə)
    Tiflis ədəbi mühitinin tədqiqi (Məqalə)
    Uman yerdən küsərlər (Məqalə)
    «Molla Nəsrəddin» işığı (Məqalə)
    Xoşbəxt poeziya (Məqalə)
    «Mənim fikirlərim haqdır…» (Məqalə)
    Tarixin və ədəbiyyatın səhifələri (Məqalə)
    Təzadların faciəsi (Məqalə)
    Azərbaycan uşaq ədəbiyyatı haqqında (Məqalə)
    «Sübh şəfəqi»nin işığı (Məqalə)
    Fikrin karvanı (Məqalə)
    «O işıq əsla sönməz…» (Məqalə)
    Dəyişməzlik (Məqalə)
    Tənqidimizin metodoloji problemləri (Məqalə)
    Borçalıdan gələn yollar (Məqalə)
    Əfsanə davam edir (Məqalə)
    Vətəndaş qayəsi ilə (Məqalə)
    Əbədi gün sorağında (Məqalə)
    Əlimdədir hələ qələm (Məqalə)
    Mən səndən ayrılmazdım (Məqalə)
    Vüsalın uzun yolu (Məqalə)
    Səhnəmizin sabahı naminə (Məqalə)
    Karvan yola düzülür (Məqalə)
    Ədəbi tənqid ictimai işdir (Məqalə)
    İşığa səsləyən sənət (Məqalə)
    Tənqidin vətəndaşlığı (Məqalə)
    Əlyazmaları yanmır (Məqalə)
    Həqiqət, ancaq həqiqət (Məqalə)
    Tənqid və ədəbiyyatşünaslığımızın yaradıcılıq məsələləri (Məqalə)
    Bizimçün qalan sənət (Məqalə)
    Ədəbi proses. Olum ya ölüm? (Məqalə)
    «Aləm sürətlə dəyişməkdədir…» (Məqalə)
    Elmimiz müstəqil olmalıdır! (Məqalə)
    Həm ədəbiyyat, həm də ədəbi ictimaiyyət!(Məqalə)

    Səkkizinci cild

    Mədəniyyət. Bu gün və sabah (Məqalələr)
    Məmməd Əmin Rəsulzadə (Məqalələr)
    Kədərin poeziyası (Məqalələr)
    Nəriman Nərimanov: Şəxsiyyəti və fəaliyyəti (Məqalələr)
    «Kitabi-Dədə Qorqud» aliliyi (Məqalələr)
    Cəfər müəllim (Məqalələr)
    Elitar poeziya (Məqalələr)
    Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri (Məqalələr)
    Əbədi müasirimiz (Məqalələr)
    Rusdilli mətbuat haqqında (Məqalələr)
    Birneçəsöz (Monoqrafiyalar)
    Tənqidvənəsr (Monoqrafiyalar)
    Bəstəkarın vətəndaş sözü (Monoqrafiyalar)
    Klassik aşıq poeziyasında «Dünya» obrazı (Monoqrafiyalar)
    Ədəbiyyatda tarix və müasirlik problemi (Monoqrafiyalar)
    Şəxsiyyət və istedad (Monoqrafiyalar)

    Doqquzuncu cild

    Yazıçının dəftərindən

    Onuncu cild

    Məsuliyyət hissi. Prinsipial və obyektiv
    Ədəbi tənqidin səviyyəsini qaldıraq
    Azərbaycan yazıçısına mükafat
    E l ç i n: «Bir parça gün işığı»
    «Yazmaq yazıçının özünüifadəsidir»
    Məsuliyyət
    «Vətən»: qarşılıqlı anlaşma və etimad körpüləri
    E l ç i n: «Vətən övladlarını unutmur»
    «Əzizim, vətən yaxşı…»
    Bizə birlik gərəkdir
    Vətən haradan başlayır
    Dünyanın min rəngi
    Beyinə qida, gözə nur, dizə qüvvət
    «Qarabağ» xalqın səsidir
    Əhəmiyyətli bir hadisə
    «Dünya – siyasət meydanıdır»
    «Azərbaycan» jumalının sorğusu
    Yeni il anketi
    E l ç i n: «Ən böyük müttəfiqimiz həqiqətdir!»
    E l ç i n: «Bayrağımızı birgə qaldırmalıyıq»
    E l ç i n: «Şükürlər olsun ki, sərhədlər zəifləyib…»
    E l ç i n: «Millətin qılıncı iş görən zaman, sazı, sözü də susmamalıdır»
    İstiqlalımız uğrunda
    Tarixin dərsləri və ya milli faciəmizlə üz-üzə
    «O külək bir də əsəcək»
    «Ah, Paris, Paris!..»
    «Həqiqət sonra məlum olacaq…»
    Dünya tanısın Azərbaycanı
    E l ç i n: «Qiyməti tarix verəcək…»
    Yeni təyinatlar: «Dünya sivilizasiyasında Azərbaycanın yerini mədəniyyətimiz müəyyənləşdirəcək»
    Azərbaycan həqiqətini dünyaya çatdıra bilsək
    Elçin və İlyas Əfəndiyev
    E l ç i n: Komediya və dramların kəsişdiyi yerdə 188 «Bu gün mədəniyyətimizin taleyi yalnız mədəniyyət xadimlərindən asılı deyil…»
    Sənətə qiyməti xalq verməlidir
    E l ç i n: «Bu gün vəzifədə olmaq – işləmək, işləmək və yenə də işləmək deməkdir»
    E l ç i n: «Mən o tərbiyənin, o əxlaqın yiyəsi deyiləm»
    Bakıda Şimal küləyi əsirdi
    E l ç i n: Ədəbiyyat sərbəstliyin, qəlibsizliyin ifadəsidir
    İslam sivilizasiyası bəşər mədəniyyətinin tərkib hissəsidir
    E l ç i n: «Bu gün də «altmışıncılar»ı birləşdirən cəhətlər, onları ayıran cəhətlərdən çoxdu!»
    E l ç i n: «Əhli-qələm gərək böhtana yol verməsin, çirkabdan faydalanmasın!»
    Elçinlə Elçin və ədəbiyyat barədə söhbət
    Elçinin absurdu və gerçəkliyi
    «Mən vəzifədən yapışan adam deyiləm»
    Vəzifə müvəqqəti bir şeydir
    E l ç i n: «Mən həmişə sözü üzə demişəm»
    «Ədəbiyyat üçün qadağan olunmuş mövzu yoxdur»
    «Mən ikili həyat yaşayırdım»
    Professional tənqidə necə gəldim
    XXI əsrdə görüşərik
    «Vilayət Quliyev qeyrətli vətəndaşdır»
    Rəsmi ideologiyanın buxovlarını qırdıq
    Tariximizin, ədəbiyyatımızın ilk nişanəsi
    Dövlət dili
    «Son beş ildə XX əsr Azərbaycan ədəbiyyatında hadisə hesab etdiyim bir əsər oxumamışam»
    «Vəzifədə olanda iqtidarı tərifləyib, çıxandan sonra söyən adamlardan deyiləm»
    O yeri biz tapa bilmərik
    İşgüzar səfər
    Mən insanın içərisindəki azadlığın tərəfdarıyam
    Yazmaq üçün xüsusi bir şəraitə ehtiyac duymuram
    «Birtərəfli kompromis yoxdur, əgər varsa, bu, məğlubiyyətdir»
    Nazim Hikmət haqqında
    E l ç i n: «Sən demə, təyyarənin səsi dünyanın ən gözəl səsiola bilərmiş…»
    İlk növbədə doğma dilin təəssübü çəkilməlidir
    E l ç i n: «Yuxu sonsuz ola bilməz…»
    E l ç i n: «Mən ilk növbədə yazıçıyam…»
    E l ç i n: «Mənim əsərlərim mənim daxili aləmimin ifadəsidir…»
    E l ç i n: «Bizim ədəbi prosesdə lümpençilik yaranıb… Dəhşət budur!»
    E l ç i n: «Yazıçılar Birliyinə hörmətlə yanaşmaq lazımdır»
    «Sara xatun» jumalının sorğusu
    E l ç i n: «Yazıçıların qurultayı ədəbiyyatımıza və ədəbi prosesə sahib çıxmalıdır»
    Elçin «Xəzər»in suallarına cavab verir
    E l ç i n: «Tarixə böhtan atmaq və xalqı təhqir etmək olmaz!»
    Söhbət
    Filmoqrafiya[redaktə | əsas redaktə]
    Əllər və rənglər (film, 1974)
    Ömrün səhifələri (film, 1974)
    Alıcının sərgüzəşti (film, 1976)
    Arxadan vurulan zərbə (film, 1977)
    Dantenin yubileyi (film, 1978)
    Gözlə məni (film, 1980)
    Şəlalə (film, 1981)
    Gümüşü furqon (film, 1982)
    Bağ mövsümü (film, 1985)
    Humayın yuxusu (film, 1985)
    Sahilsiz gecə (film, 1989)
    Tikdim ki, izim qala. III film (film, 1998)
    Bahar oğlu (film, 2004)
    Milli bomba (film, 2004)
    Bizim qəribə taleyimiz (film, 2005)
    Mənə inanın! (film, 2007)
    Mətbuat fədaisi (film, 2007)
    Hökmdarın taleyi (film, 2008)
    Üç zirvənin fatehi (film, 2008)
    Silinməyən izlər… (film, 2011)
    Mahmud və Məryəm (film, 2013)
    İstinadlar[redaktə | əsas redaktə]
    Jump up ↑ Elçin (Elçin İlyas oğlu Əfəndiyev)
    Jump up ↑ “Cəfər Cabbarlı” mükafatı təqdim olundu
    Mənbə[redaktə | əsas redaktə]
    Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

  • Xalq yazıçısı Mövlud SÜLEYMANLI

    Balakişiyev Mövlud Süleyman oğlu (Mövlud Süleymanlı) — azərbaycanlı nasir, dramaturq, yazıçı, ssenarist,[1] 1980-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Аzərbаycаnın хаlq yаzıçısı, Əməkdаr incəsənət хаdimi (2003). Mövlud Süleymanlı Аzərbаycаn Jurnalistlər İttifaqının “Qızıl qələm” mükаfаtı (1974), Moskvadа rus dilində nəşr edilmiş ilk kitаbınа (“Çоbаn İbrаhim və velоsiped”) görə Maksim Qorki аdınа Ümumittifаq ədəbi müsаbiqə (1983), “Kənd həyаtınа həsr edilmiş ən yахşı əsərə görə” Аzərbаycаn Yаzıçılаr İttifаqının “Qızıl sünbül” ədəbi mükаfаtı (1991), Bədii, sənədli publisistikа sаhəsində nаiliyyətlərinə görə “Аrаz” аli ədəbi mükаfаtı (1995), “Köç” rоmаnınа görə “İlin ən yахşı əsərinə görə” mükafatı laureatı, АNАSАM Ödül bəlgəsi (Türkiyə) (2001) və “Аnаdоlu ədəbiyyаtı” tоplаntısının “Tаkdir” ödülü sahibidir.

    Həyatı

    Mövlud Süleymаnlı 1943-cü il mаrt аyının 18-də Ermənistan SSR-nin Kаlininо rаyоnunun Qızıl Şəfəq kəndində (keçmiş аdı “Cücəkənd”) dоğulmuşdur. Аtаsı Süleymаn Məhəmməd оğlu 1942-ci ilin ахırlаrındа İkinci dünya müharibəsinə getmiş, 1945-ci ilin аprel аyının 23-də Berlin uğrundа döyüşlərdə həlаk оlmuşdur. Аnаsı Bаğdаgül Mаhmud qızı şаir qəlbli bir хаnım оlmuş və bədаhətən şerlər demişdir. M. Süleymаnlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sоnrа qоnşu İlməzli kənd оrtа məktəbinin X sinfini (1960) bitirmişdir.

    1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filоlоgiyа fаkültəsinə dахil оlub, 1967-ci ildə оrаnı bitirmişdir. 1968-ci ildə Аzərbаycаn Dövlət Radiosunа işə qəbul edilmiş, əvvəlcə “Gənclik”, sоnrа “Ədəbiyyаt və İncəsənət” bаş redаksiyаsındа redаktоr kimi çаlışmışdır.

    Mükafatları

    “Əməkdar incəsənət xadimi” — 27.01.2003[2]

    Yaradıcılığı

    Ədəbi yаrаdıcılığа 1964-cü ildə “Аzərbаycаn gəncləri” qəzetində çаp оlunаn “Əllərim” аdlı ilk şerilə bаşlаmışdır. Hаzırdа efir ömrü 40 hаqlаyаn “Bulаq” verilişinin, 1969-ci ilin оktyаbrındа ilk müəllif nömrəsini yаzmışdır. Verilişin uzun illər Аzərbаycаn fоlklоrunun, etnoqrafiyasının, dilinin, məişətinin təbliğində əhəmiyyətli rоl оynаdığı əsаs götürülərək 1974-cü ildə Аzərbаycаn Jurnаlistlər İttifаqının “Qızıl qələm” mükаfаtınа lаyiq görülmüşdür. 1972-ci ildə Tele-Rаdiо Verilişləri kоmitəsindən Mоskvаyа ixtisаsаrtırmа kurslаrınа göndərilmişdir. 1974-cü ildə Cəfər Cabbarlı аdınа Azərbaycanfilm kinostudiyasınа ssenаrist kimi qəbul edilmişdir. Ssenаrisi əsаsındа “Bəyin оğurlаnmаsı” və Moskva Dövlət Kinematoqrafiya Komitəsinin sifаrişilə “Çətirimiz buludlаrdır” bədii televizyа filmləri çəkilmişdir. 1976-cı ildə Аzərbаycаn Yаzıçılаr İttifаqınа işə dəvət edilmişdir. 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1976-1980-ci illərdə Yаzıçılаr İttifаqının оrqаnı оlаn “Ulduz” jurnаlındа nəsr şöbəsinin müdiri olmuş, 1980-1988-ci illərdə “Аzərbаycаn” jurnаlındа nəsr şöbəsinə rəhbərlik etmişdir. 1992-1993-cü illərdə bаş redаktоrluğu ilə “Оğuz eli” аdlı müstəqil qəzet nəşr olunmuşdur.

    “Dəyirmаn” povesti üzrə səhnələşdirilmiş “Dəyirmаn” pyesi Hüseyn Ərəblinski аdınа Sumqayıt Dram Teatrındа (1988), “Sаtqın” əsəri “Yuğ” teаtrındа (2000) tаmаşаyа qоyulmuşdur.

    1992-ci ildə Аzərbаycаn Dövlət Televiziyаsınа işə dəvət edilmiş və televiziyаnın “Хаlq yаrаdıcılığı” redаksiyаsınа bаş redаktоr vəzifəsinə təyin olunmuşdur. Redaksiyada onun rəhbərliyi ilə fоlklоr, etnоqrаfiyа yönündə yeni “Sizə hаrdаn deyim?”, “Təbriz gözəlləməsi”, “Şirvan gözəlləməsi”, “Yurd yeri” və s. kimi verilişlər hаzırlanmışdır. 1992-ci ilin sonlarında Аzərbаycаn Dövlət Tele-Rаdiо Şirkətinin Rаdiо üzrə sədr müаvini vəzifəsinə gətirilmiş, 17 il bu vəzifədə çalışmışdır (1992-2009). [3]

    Аzərbаycаn Dövlət Rаdiоsundа оnun rəhbərliyi ilə “Respublikа”, “Dаn yeri”, ‘Dünəndən bu günə”, “Bizdən sоnrа”, “Sаrıtel”, “Xeyrə qənşər”, “Bulаq bаşı”, “Mövqe”, “Ахtаrış”, “Dövrаn”, “Qürbətdə qаlаn Vətən”, “Pаrlаment saatı”, “Gündoğаndаn gün bаtаnа”, “Eşidirsizmi?”, “Qоnаq eldən gələr”, “Vаr səsimlə”, “Çiyin çiyinə”, “Tanrı duaları” və s. verilişlər efirə çıxmışdır.

    “Şeytаn” (1978), “Dəyirmаn” (1979) əsərlərinə görə uzun müddət tənqidə məruz qаlаn və təhlükəsizlik оrqаnlаrı tərəfindən çək-çevir edilən M. Süleymаnlı bir neçə dəfə Dövlət tərəfindən mükаfаtlаndırılmışdır.

    Əsərləri

    Ruscаyа tərcümə edilmiş kitаblаrı

    Çоbаn İbrаhim və velоsiped (Pоvest və hekаyələr. Tərcümə edən: T. Kоlyаqinа.Mоskvа 1982)
    Köç (Rоmаn. Tərcümə edən: T. Kоlyаqinа. Mоskvа 1986)
    Türkiyə türkcəsinə çevrilmiş kitаblаrı

    “Köç” (çevirən S. Аltаylı. 1990)
    Bu əsər “Ötüken” Yаyın Evi tərəfindən dəfələrlə (1992, 1994, 1995, 1996) təkrаr-təkrаr yаyınlаnmışdır.

    “Söz içində söz”. Tehrаndа 2003-cü ildə əski əlifbа ilə nəşr edilmişdir.
    2004-cü ildə “ÜÇ RОMАN” аdı аltındа rоmаnlаrı “Аzərbаycаn” nəşriyyаındа.
    2006-cı ildə “Söz içində söz” аdlı çох unikаl kitаbı “Аğrıdаğ” nəşriyyаtındа.
    Filmoqrafiya[redaktə | əsas redaktə]
    Ağstafa şərabçıları (film, 1992)
    Bəyin oğurlanması (film, 1985)
    Bəylik dərsi (film, 2007)
    Çətirimiz buludlardır (film, 1976)
    Dad (film, 1984)
    Deportasiya (film, 2001)
    Deportasiya. II Film (film)
    Deportasiya. III Film (film)
    Deportasiya. IV Film (film)
    Deportasiya. V Film (film)
    Deportasiya. VI Film (film)
    Deportasiya. VII Film (film)
    Fatehlərin divanı (film, 1997)
    Hücum (film, 1989)
    Kökdən düşmüş piano (film, 1982)

  • Xalq şairi Fikrət QOCA

    Qocayev Fikrət Göyüş oğlu (Fikrət Qoca) — şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycanın xalq şairi (1998)[3], Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1979), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatıdır[4]

    Həyatı

    Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

    Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

    Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı Xose Risal (“Xose Risal”), vyetnamlı gənc Li Vi Tom (“Li Vi Tom”) və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, – qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

    Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

    Şeirlərinə musiqi bəstələnmişdir (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.).

    Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur (1995).

    Mükafatları

    Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi — 30.07.1979[5]
    “Şöhrət” ordeni- 26 iyun 1995-ci il [6]
    “Şərəf” ordeni – 2 sentyabr 2015-ci il[7]
    Azərbaycan Respublikasının Dövlət mükafatı – 2016
    Kitabları[redaktə | əsas redaktə]
    Qağayı (1963)
    Hamıya borcluyam (1965)
    Yatmadiğım gecələrdə (1970)
    Günlərin bir günü (1972)
    Gül ömrü (1975)
    İnsan xasiyyəti (1980)
    Ömürdən səhifələr (1984)
    Mavi dünyanın adamları (1988)
    Taleyin ağır taleyi (1990)
    Seçilmiş əsərləri
    Dənizdə ay çiməndə (1967)
    Od gəlini (1969) rləri (1988)
    Eldən elə – dildən dilə (1988)
    Sükutun səsi (1991)
    Flora Kərimova – Bir xumar baxışla – musiqi: Ramiz Mirişli
    Şövkət Ələkbərova – Arazım – musiqi: Ramiz Mirişli
    Elmira Rəhimli və Yaşar Səfərov – Günəşi gözləyirik – musiqi: Ramiz Mirişli
    Elmira Rəhimli -İncitmə məni – musiqi: Adil Bəbirov
    Elmira Rəhimli – Mən anayam – musiqi: Adil Bəbirov
    Yaşar Səfərov – Yollar – musiqi: Adil Bəbirov
    İslam Rzayev – Bilirsən özün – musiqi: Adil Bəbirov
    Hüseyn Bakılı – Payız gəldi – musiqi: Emin Sabitoğlu
    Oqtay Ağayev – Qaytar eşqimi – musiqi: Oqtay Kazımi
    Rəşid Behbudov – Ey xəyal – musiqi: Oqtay Kazımi
    Şövkət Ələkbərova – Gecə yaman uzundur – musiqi: Firəngiz Babayeva
    Məmmədbağır Bağırzadə – Gecə yaman uzundur – musiqi: Firəngiz Babayeva
    Flora Kərimova və Cavan Zeynallı – Qorxuram – musiqi: Ruhəngiz Qasımova
    Mirzə Babayev – Mübarək deyin – Telman Hacıyev
    Brilliant Dadaşova – Bahar nəfəsli – musiqi: Aqşin Əlizadə
    Yusif Savalan – Gözlə – musiqi: Polad Bülbüloğlu

    Filmoqrafiya

    Uşaqlığın son gecəsi (film, 1968)
    Mürafiə vəkillərinin hekayəti (film, 2011)

  • Xalq şairi Məmməd RAHİM

    Hüseynov Məmmad Abbas oğlu (təxəllüsü: Məmməd Rahim) — azərbaycanlı şair, dramaturq, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1957), Azərbaycanın Əməkdar incəsənət xadimi (1940), Ermənistanın Əməkdar mədəniyyət xadimi (1970), Dövlət mükafatı laureatı (1949).

    Həyatı

    Məmməd Rahim 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulmuşdur. 1917-ci ildə atası ölmüş, dəmiryolu xidmətçisi olan böyük qardaşının himayəsində yaşamışdır. Bakı şəhər məktəblərində təhsil alıb APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olmuş (1928-ci ildə), eyni zamanda Azərnəşrdə tərcüməçilik etmişdir (1928-1931). Pedaqoji fəaliyyətə 1-ci Bakı beşillik sovet məktəbində başlamışdır (1931-1935). 1926-cı ildə ilk şeiri “Gördüm”, 1930-cu ildə isə ilk şeir kitabı – “Arzular” çap olunmuşdur. Dövri mətbuatda fəal çıxış etmişdir. Yazıçılar İttifaqında şeir bölməsinin rəhbəri və təşkilat katibi(1938-1940) müdafiə bölməsinin rəhbəri (1941-1946), həm də İranda xüsusi ezamiyyətdə olmuşdur. 1946-cı ildən yalnız ədəbi yaradıcılıqla məşğul olduğuna görə işləməmişdir. Müəyyən fasilədən sonra yenidən Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1947-1950; 1951-1952). Türkiyəyə və Aralıq dənizinə səfərə çıxmışdır. Xəstələndiyi vaxtadək yalnız yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. “Xaqani” (1955) mənzum dramını, “Sayat Nova” (1956), “Natəvan” (1962) poemalarını yazmışdır. Ş.Petefi, Beranje, A.Tvardovski, A.Blok, Şiller, Nekrasov, H.Tumanyan və b. tərcümələr etmişdir. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə edilmişdir. İki dəfə Lenin ordeninə (1945-1967), “Oktyabr inqilabı” (1977), “Qırmızı Əmək bayrağı” (1965) ordenlərinə və medallara layiq görülmüşdür. 1977-ci il mayın 6-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Əsərləri

    Arzular (şeirlər). Bakı: Azərnəşr, 1930, 72 səh.
    İkinci kitab (şeirlər). Bakı: Azərnəşr, 1933, 84 səh.
    Partizanın tüfəngi (şeirlər). Bakı: Azərnəşr, 1937, 26 səh.
    İldırımın kitabı. Bakı: Uşaqgəncnəşr, 1939, 14 səh.
    Nübar. Bakı: Azərnəşr, 1939, 196 səh.
    Arzu qız. Bakı: Uşaqgəncnəşr, 1940, 28 səh.
    Vətən sevgisi. Bakı: Azərnəşr, 1942, 37 səh.
    Səhərin nəğməsi. Bakı: Azərnəşr, 1943, 60 səh.
    Onu Don qucaqladı. Bakı: Azərnəşr, 1943, 10 səh.
    Ölməz qəhrəman. Bakı: Azərnəşr, 1946, 40 səh.
    Xəzər sahilində. Bakı: Azərnəşr, 1948, 282 səh.
    Leninqrad göylərində. Bakı: Uşaqgəncnəşr, 1949, 40 səh.
    İldırımın kitabı. Bakı: Uşaqgəncnəşr, 1951, 20 səh.
    Abşeron torpağında. Bakı: Azərnəşr, 1952, 110 səh.
    Sevgi (şeirlər). Bakı: Azərnəşr, 1954, 216 səh.
    Balaca bağbanlar. Bakı: Uşaqgəncnəşr, 1955, 36 səh.
    Seçilmiş əsərləri (iki cilddə). I c, Bakı: Azərnəşr, 1955, 316 səh.
    Seçilmiş əsərləri (iki cilddə). II c, Bakı: Azərnəşr, 1957, 416 səh.
    Məhəbbətin baharı. Bakı: Azərnəşr, 1957, 196 səh.
    Şeirlər və poemalar (şairin kitabxanası). Bakı: Azərnəşr, 1960, 328 səh.
    Arzular gül açanda. Bakı: Azərnəşr, 1965, 389 səh.
    Seçilmiş əsərləri (üç cilddə). Bakı: 407 səh.
    Seçilmiş əsərləri (üç cilddə). Bakı: 390 səh.
    Tonqal başında (şeirlər və poemalar). Bakı: Gənclik, 1968, 39 səh.
    Leninqrad göylərində. Bakı: Gənclik, 1975, 57 səh.
    Dayağım (şeirlər). Bakı: Gənclik, 1971, 153 səh.
    Limon və çay. Bakı: Gənclik, 1972, 12 səh.
    Məhəbbət dastanı (şeirlər və poemalar). Bakı: Azərnəşr, 1974, 260 səh.
    Seçilmiş əsərləri (üç cilddə). III c. Bakı: Yazıçı, 1978, 264 səh.
    Seçilmiş əsərləri (üç cilddə). I c. Bakı: Azərnəşr, 1988, 263 səh.

    Tərcümələri

    Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Azərnəşr, 1946, 356 səh.
    Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan (I hissə). Bakı: Azərnəşr, 1937, 284 səh.
    A.S.Puşkin. Ruslan və Lyudmila. Bakı: Uşaqgəncnəşr, 1949.
    Avetik İsahakyan. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1951, 260 səh.
    M.Y.Lermontov. Seçilmiş şeir və poemalar. Bakı: Azərnəşr, 1939, 218 səh.
    M.Y.Lermontov. Mtsıri. Bakı: Uşaqgəncnəşr, 1939, 44 səh.
    M.Y.Lermontov. Çar İvan Vasilyeviç, cavan opriçnik, qoçaq tacir Kalaşnikov haqqında nəğmə. Bakı: Usaqgəncnəş, 1939, 30 səh.
    M.Y.Lermontov. Çar İvan Vasilyeviç, cavan opriçnik, qoçaq tacir Kalaşnikov haqqında nəğmə. Bakı: Usaqgəncnəş, 1961, 20 səh.
    Aleksandr Blok. On ikilər. Bakı: Azərnəşr, 1932.
    Nizami Gəncəvi. Yeddi gözəl. Bakı: Yazıçı, 1983, 356 səh.
    Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan. Bakı: Azərnəşr, 1966, 300 səh.

  • Xalq şairi Rəsul RZA

    Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; d. 19 may 1910, Göyçay, Rusiya İmperiyası – ö. 1 aprel 1981, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq Şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1945).

    Həyatı

    Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur.[1] Mənşə etibarı ilə tanınmış Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır.[1][2] Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış.[1] Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır.[1] “Poeziya zəhmət və ilhamdır” avtobioqrafik qeydlərində R.Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir:

    ” Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb.[3]
    Rəsul Rza ”
    Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, “Molla Nəsrəddin”, rus dilində çıxan “Niva”, “Probujdeniye” nəşrlərini alırdı.[3] Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur.[3] O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır.[3] Üstəlik, şairin anasının şairlik təbi varmış.[3] Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış.[3] Şair hələ uşaqlıqdan Məhəmməd Füzulinin, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin şeirlərini anasının dilindən eşitdiyini yazır.[3] Uzun illər keçəndən sonra R.Rza yazmışdır:

    ” İndi yaddaşımın səhifələrini varaqladıqca mən bir daha inanıram ki, mənim könlümə şerə olan məhəbbətimin ilk qığılcımlarını anam atmışdır. Anam məndə klassik poeziya xəzinəsinə, həm də xalq yaradıcılığına dərin hörmət hissi tərbiyə etmişdir.[3]
    Rəsul Rza ”
    Rəsul Rza altı yaşı olarkən məktəbə getmiş və onun ağır təhsil və iş illəri başlamışdır.[3] On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləmişdir.[3] 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır.[3] O, 1930-cu ildə Bakıya köçür; o vaxt boyük bacıları şəhərdə yaşayırdılar.[3]

    Bakıda Rza məktəb yoldaşı və şair Abdulla Faruqdan başqa heç kimi tanımırdı.[3] Ancaq çox çəkmir o, şair A.Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir.[3] R.Rza tərcüməçi vəzifəsinə işə düzəlir.[3] O illərdə “Gənc işçi” ədəbiyyata yenicə gələn şairlərin, yazıçıların toplaşdığı, görüşdükləri əsas yer idi. [3] R.Rza burada bir çox yaşıdları ilə, o cümlədən şair M.Müşfiqlə tanış otmuşdur.[3] Yazıçı dostu Sabit Rəhmana həsr etdiyi “Xatirələr düzümü” poemasında da (1971) R.Rza “Gənc işçi” qəzetinin redaksiyasının, oradakı dostları xatırlayaraq arxada qalmış illər haqqında, itirilmiş dostlar haqqında dərin bir kədər və nisgil hissi ilə yazırdı:

    İndi çörək dükanıdır
    o ilk tanışlığımız,
    ilk həyat məktəbimiz,
    ilk mübarizə meydanımız
    sevincimiz,
    həyəcanımız
    olan yer. …
    İndi sən yox,
    Müşfiq yox,
    Mikayıl yox,
    Faruq yox,
    Mehdi yoxdu.
    Tək necə qayıdım o günlərə
    Necə keçim o yolu?..

    “Xatirələr düzümü”, Rəsul Rza

    Bakıda əvvəllər başladığı bədii yaradıcılıq fəaliyyətini daha böyük və ciddi bir inadla, sənət ehtirası ilə davam etdirir. 1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının “Qığılcım” almanaxında ilk şeri – “Bu gün” şeri dərc olunmuşdur.[3] Həmin illərdə “Yeni fikir” qəzetində də şeirləri və hekayələri çıxmışdır.[3] “Gənc işçi” redaksiyasında çalışdığı vaxtda isə bu qəzetin səhifələrində “Avropanın ölüm çağı”, “Arş”, “Bir avqusta”, “Qara yelin xəbəri” və s. şeirləri dərc olunur.[3] Yaradıcılıqla yanaşı R.Rza təhsilini də davam etdirir.[3] Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərbaycan Tibb İnstitutunun hazırlıq kursunu, Azərbaycan Tibb institutunu, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir.[3]

    R.Rza ilk şeirləri ilə mətbuatda çıxış etməyə başlayanda yeni, inqilabi bir ədəbi proses təzəcə formalaşırdı; bir tərəfdə təcrübəli yazıçılar, digər tərəfdə isə yeni yazıçılar nəsli fəaliyyət göstərirdi və qeyd olunmalıdır ki, yeni ədəbiyyat uğrunda mübarizə, bu ədəbiyyatın ideya-bədii prinsiplərini müdafiə və qızğın təbliğ etmək – bu prosesin çox mühüm bir tərəfi idi.[3] R.Rza da ilk şeirləri ilə bu ədəbi mübarizəyə qoşulan şair kimi diqqəti cəlb edirdi. Onun elə ilk şeirlərində istedadlı bir şairin yaradıcılıq özünəməxsusluğu duyulurdu.[3] Dərc olunan ilk şeri “Bu gün”də bunu hiss elmək mümkündür.[3]

    Bu şeirdə şair bu gündən təsirləndiyini bildirirdi, bu günün şairi olduğunu elan edirdi və çox səciyyəvidir ki, elə ilk yaradıcılıq dövrünün yetkin bir çağında yazdığı “Bolşevik yazı” “Bu gün” şerində anlayışı onun poetik prinsipinin əsas tələbi və meyarı olaraq tərəfindən bəyan edilirdi:

    Mənim şerim bu günün,
    bu gündü mənim şerim,
    bu günsüz yarın olmaz,
    bu gün yoxsa
    yarınlar da qurulmaz.

    “Bu gün”, Rəsul Rza[3]
    1926-cı ildə çap olunan “Qızıl gənc qələmlər” məcmuəsini təşkil edən şeirlər inqilab, qızıl əsgər, yeni cəmiyyət qurucuları mövzusunda yazılmış nəzm əsərlərindən ibarət idi.[3] Bu topludakı şeirlərdə hələ yeni forma, fərdi üslub axtarışları nəzərə çarpmırdı.[3] R.Rzanın “Bolşevik yazı” şeri 1931-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 3-4 sayında çıxmış və dərhal da diqqəti cəlb etmişdir. Belə ki, tənqidçi M.Hüseyn elə jurnalın həmin sayında dərc olunmuş “Yaradıcılıq ixtilaflarımız” məqaləsi üçün R.Rzanın bu şerinin məşhur misralarını epiqraf seçirdi:

    Mübarizə bu gün də var.
    yarın da.
    Mən də onun ən ön sıralarında.

    “Bolşevik yazı”, Rəsul Rza

    Məhz bu misraların siyasi və yaradıcılıq əhvali-ruhiyyəsi işığında müasir ədəbiyyatın, ədəbi prosesin mənzərəsini cızaraq tənqidçi R.Rzanın “Tribuna şeri yaratmaq kimi doğru yol tutmuş şair” kimi təqdim edirdi.[3] R.Rza yalnız “Almaniya” poemasında yox, beynəlxalq miqyasda, dünyanın digər regionlarınnda baş verən hadisələrdən təsirlənərək qələmə aldığı “Çapey”, “Cəlladları durdur”, habelə “Çinar” kitabındakı (1938) “Madrid”, “Həbəşistan” və s. şeirlərində eyni dərəcədə lirik idi; hadisaləri sakit, ardıcıl epik planda yox, lirik planda təqdim edir və buda həmin əsərlərin janr-üslub xarakterini müəyyənləşdirirdi.[3]

    Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin müdafiəsində şairin mövqeyi kifayət qədər barışmaz və prinsipial bir xarakter daşıyırdı.[3] R.Rzanın bütün sonrakı poeziyasından, daba mürəkkəb və çətin yaradıcılıq vəzifələrinin həllinə yönəlmiş sənətindənn çıxış edərək onun görüşlərində bu mövqeyin dəyişməz olduğunu, lakin bununla belə həm də mərhələdən-mərhələyə inkişaf edib, daha da dərinləşdiyini və büllurlaşdırılıb.[3]

    1941-ci ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti “Döyüşən Krım”da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunları da şeirlərində öz təkrarsız ifadəsini tapırdı.[3] Onun burada yazdığı ilk əsər məşhur “Bəxtiyar” şeri idi.[3]

    R.Rzanın 1960-cı illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı, əlaqədar olduğu kimi, həm də bir vəhdət təşkil edirdi.[3] R.Rzanın bu dövr poeziyasında məşhur “Rənglər” silsiləsinin ayrıca yeri vardır.[3] Silsilə ilk dəfə 1962-ci ildə “Azərbaycan” jurnalında (№11) dərc olmuşdur.[3] Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə şairin “Duyğular…düşüncələr” kitabına (S964) daxil edilmişdir. Silsilə dərhal ədəbi tənqiddə kəskin tənqidlə qarşılandı.[3] Lakin şair bu tənqidlərdən geri çəkilmədi; bir daha silsiləyə qayıtdı; onun “Qırmızının ümid çaları”, “Firuzəyi”, “Qırmızının inam çaları”, “Mavinin təsəlli çaları”, “Sürməyi”, “Saman sarısı” poetik mətnlərini yazdı və bu yeni şeirlər “Dözüm” kitabına (1965) daxil edildi.[3] Bütövlükdə silsilə 33 şeirdən ibarətdir.[3]

    Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.[1]

    1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Şəxsi həyatı[redaktə | əsas redaktə]
    Rəsul Rza 1931-ci ildə Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan “Maarif evi”ndə şairə Nigar Rəfibəyli ilə tanış olub.[4][5] O zamanlar səhvən özgənin şerini onun adına çıxıb, tənqidçilər ona şiddətli atəş açmışdılar.[5] Həm də bu tənqidi ədəbiyyata dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar.[5] Bu tənqidi məqalələrin birisinin altında Rəfibəylinin başqa yoldaşlarla bərabər Rəsul Rzanın imzası da var idi.[5] Bu hadisə onları yaxınlaşdırdı.[5] 1937-ci il fevralın 11-də Rəsul Rza və Nigar Rəfibəyli evləndilər.[5]

    1970-ci ildə Nigar Rəfibəyli “Ulduz” jurnalının “Rəsulun məktubları” məqaləsində yazırdı:

    ” İnsan yaşa dolduqca xatirələr aləmində yaşamağa başlayır, irəlidən çox geriyə baxır, keçən ömrün uzaq səhifələrini gözdən keçirir. Otuz üç il bərabər ömür sürdüyüm Rəsul Rza ilə keçən günlərimizi vərəqlərkən aydın bir həqiqət cəlb edir: bütün ağır və yüngül, sevincli və sevincsiz, kədərli və bayramlı keçən bir qəmimiz olmamışdır. Xalq həyatı ilə yaşamış, onunla nəfəs almış, ən ağır günlərdə xalqın dərdinə şərik olmuşuq, xalqın həyəcan və arzuları ilə yaşamışıq.[6]
    Nigar Rəfibəyli ”
    Onların oğlu – Anar, 1938-ci il martın 18-də anadan olmuş, məhşur yazıçı, dramaturq, scenarist və kinorejissoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü və sədri olub.[7]

    Rəsul Rza barədə olan fikirlər[redaktə | əsas redaktə]
    Dünyanın və Azərbaycanın tanınmış ictimai və siyasi xadimlərinin Azərbaycanın ən təcrübəli şərqşünaslarından biri olan Rəsul Rza barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir necəsi aşağıdakı kimidir:

    “Rəsul Rza romantik bir qəlblə yazdığı “İntiqam” şeri ilə insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama – faşist cəlladlarının başına od yağdırmağa çağırdı.” – Səməd Vurğun[8]
    “Rəsul Rza böyük humanistdir, onun humanizminin əsasları, qaynaqları şairin xalqla dərin, qırılmaz əlaqəsindədir. Xalqın ağrısı Rəsulun ağrısıdır, xalqın sevinci Rəsulun sevincidir.” – Süleyman Rüstəm[8]
    “Onun şerlərini bir daha qüvvətli göstərən, ümumiyyətlə, Rzanın sağlam siyasi görüşə malik olmasıdır.” – Mehdi Hüseyn[8]
    “Rəsul Rza daha ziyada lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şerlərində real hadisələrdən çox real həyacanlar, canlı xarakter və obrazlar təsvirindən çox canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır.” – Əli Nazim[8]
    “Mən Rəsul Rzanı axtaran, hey axtaran, bir çox sərvəti dürüst tapan, bəzən də tapa bilməyən, ancaq tapa bilmədikdə də həvəsdən düşməyən, “yoruldum” deməyən bir kəşfiyyatçı kimi, bir şair kimi təsəvvürümə gətirirəm…” – Süleyman Rəhimov[8]
    “Rəsul Rza Cənubi Azərbaycandakı böyük və unudulmaz xalq hərəkatına həsr etdiyi şerlərində xalqımızın əsrlik həsrətini, azadlıq uğrunda mübarizəsini tərənnüm etmişdir.” – Mirzə İbrahimov[8]
    “O, əks elədiklərini sənətkar təxəyyülündən, sənət süzgəcindən keçirir, özünə lazım olan şəklə salandan sonra ona şer donu geydirir.” – Əli Vəliyev[8]
    “Mən Rəsul Rzanın şerlərini oxuduqdan sonra özümdə qəribə rahatlıq duyuram. Bu şerlər adamı düşündürür, mənəvi cəhətdən təmizləyir, yüksəldir.” – Murtuza Nağıyev[8]
    “Əgər şerimizi göylərə ucalan yaşıl bir çinara bənzətsək, Rəsul Rza onun gözəl, canlı, sağlam budaqlarından biridir.” – Məmməd Rahim[8]
    “Rəsul Rza həyata, həyati hadisələrə şerin gözü ilə baxmağı bacaran, ən adi hadisələri böyük şeriyyətlə təsvir etməyə qadir olan şairdir.” – Sabit Rəhman[8]
    “Rəsul Rza isə dünyaya dedikləri üzərində deyilməyə macal tapmadıqlarının da kölgələri dolaşır, çünki hər bir həqiqi sənətkarların bədii sözü dünənli, bugünlü, sabahlıdır, dərinində millidir, rəngində şəxsidir, ucalığında ümumbəşəridir və həqiqi poeziya həmişə hərəkətdədir.” – Ənvər Məmmədxanlı[8]
    “Onun poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır.” – İlyas Əfəndiyev[8]
    “Onun şəxsiyyətindəki xəlqilik köhnəliyə patriarxal tərəfdarlıq dərəcəsinə qədər çatır. Lakin bununla belə, o, ənənələrə qarşı ən cəsarətli davranan şairdir.” – Cəfər Cəfərov[8]
    “Rəsul Rza poeziyası, sözün əsl mənasında, yeni, çoxçalarlı, musiqi dili ilə desək, polifonik poeziyadır.” – Qara Qarayev[8]
    “Rəsul Rza filosofdur. “İki buruğun söhbəti” şeri ilk baxışda olduqca sadə və adi görünür. Ancaq onlar haqqında, həyat , nəsillər, gələcək haqqında və onların cavabdehliyi barədə nə qədər gözəl deyilmişdir.” – Nazim Hikmət[9]
    “Onun poeziyasının qəhrəmanı müasir dünyanın həyəcanları, qayğı və ehtiyacları ilə yaşayır. Məhz buna görə o, daim narahatdır, qəlbi daim çırpınır…” – Səttar Bəhlulzadə[10]
    “O, xarakteri etibarilə heç vaxt dəyişməzdi.” – Mikayıl Abdullayev[10]
    “Rəsul Rzanın şerləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır.” – Əhməd Cəmil[10]
    ” O, yalnız doğma dilində yeni bədii forma yaratdığına görə deyil, həm də yalnız özünəməxsus şəkildə düşündüyü və duyduğuna, dünyanı və hadisələri dərk etdiyinə görə novatordur.” – Arseni Tarkovski[9]
    İrsi[redaktə | əsas redaktə]

    Göyçay şəhərində Rəsul Rzanın ev-muzeyi fəaliyyət göstərir.[11] Bakı küçələrindən biri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid quru yük gəmisi və Azərbaycanda ədəbiyyat mükafatı onun adını daşıyır.

    Filmoqrafiya

    Ağ rəngin simfoniyası (film, 2003)
    Ana qaz (film, 2005)
    Azərbaycan elmi (film, 1969)
    Azərbaycan naminə! (film, 2004)
    Bəxtiyar (film, 1955)
    Böyük ömrün anları (film, 2006)
    Dəcəl dəstə (film, 1937)
    Dostluq himni (film, 1974)
    Eldən soruş (film, 1980)
    Göy rəngin melodiyası (film, 2003)
    Kəndlilər (film, 1939)
    Kölgələr sürünür (film, 1958)
    Qırmızı rəngin ekspressiyası (film, 2002)
    Qız qalası (film, 1984)
    Qızıl gül olmayaydı… (film, 1965)
    Qızıl gül olmayaydı… (film, 1990)
    Mətbuat fədaisi (film, 2007)
    Ordenli Azərbaycan (film, 1938)
    Salam, Zeynəb! (film, 1982)
    Tikdim ki, izim qala. III film (film, 1998)
    Toğrul Nərimanbəyov (film, 1966)
    Üzeyir ömrü (film, 1981)
    Yaşıl rəngin qamması (film, 2002)
    Yuva qurdum söz içində. Məmməd Alim (film, 2007)

    Təltif və mükafatları

    1943 — Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR əməkdar incəsənət xadimi
    1951 — Flag of the Soviet Union.svg Stalin mükafatı (3-cü dərəcəli)
    1960 — Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR Xalq Şairi
    1980 — Flag of the Soviet Union.svg Sosialist Əməyi Qəhrəmanı
    1980 — Flag of the Soviet Union.svg İkiqat Lenin ordeni
    1980 — Flag of the Soviet Union.svg “Oraq və Çəkic” medalı
    Biblioqrafiya[redaktə | əsas redaktə]
    Şeir topluları[redaktə | əsas redaktə]

    Rəsul Rzanın “Həyat adaşı” şeirinin əlyazması

    Mən torpağam
    Çağımdır mənim
    Vətən
    Anamın kitabı
    Uşaq oyunları
    İş günü
    İlqar
    Etiraf
    Аnd
    İtkilər
    Bir nəsil qocalsam da
    Çinaraltı
    Dünyanın dərdi
    Oxuya bilmədiyim kitab
    Hər fəslin öz gözəlliyi var
    İşıqlar üşüyəndə
    Yuxuma gəlmişdi Ezop
    Pəncərəmə düşən işıq
    Dözüm
    İnsan
    Aydındır şer dili
    Damğa
    Üzüyümün qaşı firuzədəndir
    Vaxt varikən
    Çinar ömrü
    Xəstələr evindən reportaj
    Torpaq olmuş sümüklər
    Qarabağ – baba yurdum
    Mirzə Cəlilin nisgilləri
    Təyyarədə düşüncələr
    Küçələr
    Dəniz haqqında nəğmələr
    Rəngli yuxular

    Poemalar

    Qız qalası
    Babək
    Son gecə
    Füzuli
    Qızıl gül olmayaydı

    Pyesləri

    Vəfa
    Görüş

    Publisistika

    Poeziya zəhmət və ilhamdır
    Teleqram
    O gün – bu gün
    Əziz xatirələr
    Ötən günlər
    Milli şüur və milli iftixar
    Gözəl dost
    Uzaq ellərin yaxın töhfələri
    Müqəddimə
    Sağ ol, professor

    Tərcümələri

    Esxil “Zəncirlənmiş Prometey”
    Nizami Gəncəvi “Xosrov və Şirin”
    Fransua Viyon “Boğazından dara çəkilməyə məhkum edilmiş Viyonun yazdığı dördsətirlik”
    Robert Berno “Uzaqda olanların sağlığına”
    Henrix Heyne “Yıldızarın lisanı”
    Mixail Lermontov “Demon”
    Nikolay Nekrasov “Rus elində kimin günü xoş keçir”
    İvan Turgenev “Mənsur şer”
    Taras Şevçenko “Muzdur qadın”
    Emil Verxarn “Belçikaya”
    Henri Lonqfello “Hayavata haqqında nəğmə”
    Uolt Uitman “Qartalların məhəbbət oyunu”
    Artur Rembo “Heyranlıq”
    Vladimir Mayakovski “Atlarla yaxşı rəftar”
    Marina Svetayeva “Yuxusuzluq silsiləsindən”
    Pol Elyar “Söndürülmüş işıqlar”
    Federiko Qarsiya Lorka “Gitara”
    Robert Frost “Bir dəfə nə isə olmuşdu”
    Rabindranat Taqor “Mənsur şer”
    İlya Selvinski “Mən bunu öz gözlərimlə görmüşəm”
    Yanka Kupala “O dələn kimdir”
    İrji Volker “Epitafiya”
    Eduardas Mejelaytis “Ürək”
    Kəmalədin Kamu “Qürbət”
    Nəcib Fazil Qısakürək “Otel otaqlarında”
    Fazil Hüsnü Dağlarca “Gönçəli Nizaminin türbəsi”

  • Xalq şairi Nigar RƏFİBƏYLİ

    Rəfibəyli Nigar Xudadat qızı — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1967), Azərbaycanın Xalq şairəsi (1981).

    Həyatı

    Nigar Rəfibəylinin atası Xudadat bəy Rəfibəyli
    Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932-1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930-1932), Azərnəşrdə bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor (1937-1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə “Şərəf” nişanı, orden və medallarla təltif olunmuşdur.

    “Çadra” adlı ilk şeri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk “Şerlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. “Dolores İbarruri” (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. “Cəmilə” şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.

    Məhsəti Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Çexovun “Vanya dayı”, “Albalı bağı” dramalarını, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.

    1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.

    Kitabları

    Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları

    Şerlər (1934)
    Dənizin səsi gəlir (1964)
    İşıqlı dünyam (1969)
    Günəşdən gənclik istədim (1974)
    Həzin bir axşamda düşsən yadıma (1982)
    Şanlı nəsillərin yadigarısan (1982)

    Müharibə mövzusuna və müharibə əleyhinə həsr olunan kitabları

    Zəfər nəğməsi (1943)
    Şerlər (1949)
    Anaların səsi (1951)
    Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən (1957)

    Uşaqlar üçün yazdığı kitablar

    Balaca qəhrəman (1942)
    Günəşin cavabı (1966)
    Məstanın balaları (1968)
    Bizə bahar yaraşır (1978)

  • Xalq şairi Həkimə BİLLURİ

    Billuri Hökumə (Həkimə) İbrahim qızı (3.3.1926, Cənubi Azərb., Zəncan-23.11.2000, Bakı) — Azərb. şairi, ədəbiyyatşünas, filol. e.n. (1963), Azərb. Resp. əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi.

    Həyatı

    Hökumə İbrahim qızı Billuri Cənubi Azərbaycanın Zəncan şəhərində dünyaya göz açmışdı. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10-15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala baş götürüb gedirlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O bu təklifdən fərəhləndi. İlk gündən etimadı doğrultmağa çalışdı. Lakin duyub, anlayıb görəndə ki, qohum-əqrəbaları pərən-pərən düşüb, bəlkə də özündən asılı olmayaraq gileyləndi: “Dağlar, ox olub gözümə batırsan. Araz, mənim qanım kimi niyə bulanıq axırsan? Üzün dönsün, ay xan Araz, niyə qardaşı qardaşdan ayırırsan?” Gənc Hökumə sevincini, kədər və intizarını poetik formada bildirməyi bacarırdı. Düzdür, o, hələ gələcək qismətini, necə həyat tərzi yaşayacağını bilmirdi. Yalnız xəyalında bu hisslər dolaşırdı: “Zaman, dövran ən ədalətli hökmdar, adil hakimdir. Bu, mütləq qanunlar qarşısında niyə haqsızlıq qalib gəlir?” Nəhayət, Hökumə də Arazın bəri səmtinə təşrif gətirdi. 20 yaşında qız üçün bu, ola bilsin, arzuolunmaz səfər idi. Ancaq o gəlməliydi, başqa əlacı yox idi. Çəkişmələrdən, didişmələrdən can qurtarmalıydı. Qəlbinin kövrəkliyi az keçmiş dil açıb danışdı: Kaş Təbriz olaydı, bir də o günlər, Qalib gəldiyimiz o aydın səhər, Azadlıq olaydı, bir də ki zəfər, Qəlblərdə min ümid yandıran atəş, Üfüqdən bayraq tək enəydi Günəş… Yurd həsrəti insanın dincliyini ərşə çəkir. Elə hey gözləri yolda, qulağı səsdə qalır. Doğrudur, gənc Hökumə sovet Azərbaycanına gəlməyindən peşman deyildi. O, Səməd Vurğundan, Mirzə İbrahimovdan, Süleyman Rüstəmdən daim qayğı görürdü. 1947-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olundu. Amma ürəyindən nisgil çəkilmədi. 1952-ci ildə Hökumə Billuri Şərq dünyasının söz, sənət, poeziya korifeylərindən olan Şəhriyara müraciətlə yazmışdı: Qoy zaman dolansın, sənsə belə qal! Şair dəyişməyə tapmasın macal. Təbrizi, Zəncanı sən yadına sal, Gəl öpüm mübarək, odlu sətrini, Səndən Təbrizimin alım ətrini… Zəmanəsinin tanınmış ədəbiyyatşünas alimi, son dərəcə həssas, diqqətçil insan Əli Sultanlı Hökumə xanımla universitetin auditoriyasında tanış olub, onun şeirlərindən məmnun qaldığını bildirib. “Qızım, sənin yaradıcılığından zövq alıram. Getdiyin yol çətindir, amma şərəflidir. Sənə ürəyincə uğurlar arzulayıram” deyib. Eyni zamanda Əli Sultanlı gənc şairin ilk “Mənim arzum” və “Ölməz qəhrəman” kitabları haqqında “Ədəbiyyat və incəsənət” qəzetində geniş məqalə də dərc etdirib. Tələbəlik illərini uğurla başa vuran Hökumə Billuri “Azərnəşr”in Bədii ədəbiyyat şöbəsində işə qəbul olundu. Yaradıcılığı məhsuldar oldu. “Şairin yadigarı”, “Məndən uzaqlarda” şeirlər toplusu işıq üzü gördü. Çox keçmədi ictimai-siyasi fəaliyyətini nəzərə alıb onu Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Azərbaycan” qəzetinin Baş redaktoru vəzifəsinə təyin etdilər. Təxminən dörd il orada işlədi, ürəyindəki arzuları poetik misralarla, publisistik qeydlər vasitəsilə də oxuculara çatdırdı. Lakin poeziya onun varlığından, damarlarından, qanından süzülüb gəlirdi. İstəsə də, ondan ayrıla bilmirdi. Bəzən düşünərdi: “Nə yaxşı əlim qələm tutur, könlümdən keçənləri yazıb azacıq da olsa, sakitləşə bilirəm. Yoxsa ürəyim qüssədən çərləyərdi”. Yazı üzərində işləyərkən xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşdük. Hal-əhval tutub məqsədimizi ona bildirdik. O, çox məmnun oldu: – Hökumə xanım kövrək şeirlər müəllifi olduğu kimi, həm də son dərəcə mədəni, alicənab insan idi. Onun 20-yə yaxın kitabı yadigar qalıb. Əsl ziyalı əvvəl mənsub olduğu xalqını, sonra özünü düşünməlidir. Billuri məhz belə qələm sahiblərindən idi. Bəxtiyar müəllim Hökumə Billuri ilə bağlı bir xatirəsini də danışdı: “1958-ci ildə “Gülüstan” poemam “Şəki” qəzetində dərc olunmuşdu. Qara qüvvələrin təzyiqinə, təqibinə məruz qalmışdım. Belə dar məqamda qayğıkeş insanlar məni müdafiə etdilər, onlardan biri də Hökumə xanım idi. O, istedadlı şair, geniş bilikli elm xadimi, həssas qəlbli insan kimi hələ də yaddaşımda yaşayır”. Hökumə Billuri 1963-cü ildə “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcə almışdır. Bir il sonra Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunmuş, ömrünün sonuna qədər orada çalışmışdır. Hökumə Billuri əməkdar incəsənət xadimi fəxri adına, müxtəlif fərmanlara, diplomlara layiq görülmüşdür. “Ürək dustaq oldu dərdə, fərağa” desə də, onun ömründən bugünümüzə daim anılan unudulmaz xatirələr yadigar qalmışdır. Hökumə Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat etmişdir.

    Vətən həsrəti ilə qəlbi döyünən şairənin el arasında məşhur şeirlərindən biridə “Təbriz” şeridir. Səksəninci illərin sonuna yaxın Azərbaycan milli hərəkatının genişləndiyi dövürdə məşhur SSRİ miliyounçusu Cənnət Əliyev tərəfindən həmçinin bu şer əsasında “Təbriz” müsiqisi bəstələnmişdir.

    Qollarım dolana boynuna bir gün
    Yenə baş qoyaram dizinə Təbriz
    Həsrətdən hicrandan cana doymuşam
    Doyunca baxaram gözünə Təbriz

    Bulanıq suların axsın durulsun,
    Təzə güllərindən büsat qurulsun
    O gül camalına birdə vurulsun
    Bir qubar qonmasın üzünə Təbriz

    Gülüstan bağının seyrinə gəlim
    Lalə yamacında birdə dincəlim
    Ötən günlərimə yetişməz əlim
    Düşüm heç olmasa izinə Təbriz

    Bulanıq suların axsın durulsun
    Təzə güllərindən büsat qurulsun
    Ö gül camalına birdə vurulusun
    Bir qubar qonmasın üzünə Təbriz

    Fəaliyyəti

    Azərb. Dövlət Un-tinin filol. fakültəsini (1952) və Moskvada İctimai Elmlər Akademiyasını (1963) bitirmişdir[1].. Cənubi Azərb.-da milli azadlıq və demokratik hərəkatın (1941-45) fəal iştirakçısı olmuşdur. Əsərləri: “Mənim arzum” (1949), “Mübarizə illərində” (1951), “Şairin yadigarı” (1957), “Səndən uzaqlarda” (1961), “Səhər günəşi” (1964), “İstərəm” (1969), “Çinar gözləyir məni” (1975), “Şerlər” (1980), “Bir də bahar gəlsə” (1984) və s. kitabları, “Səriyyə” (“Ölməz qəhrəman”), “Sənin həyatın”, “Məhin”, “O göylərin altında” poemaları. M. Şəhriyarın farsca şerlərini Azərb., Səməd Vurğunun “Zəncinin arzuları” poemasını, C.Cabbarlı. M.Dilbazi, Nəbi Xəzri və b.-nın şerlərini isə fars dilinə tərcümə etmişdir. Müasir Cənubi Azərb. əd-tına, o cümlədən M.Şəhriyarın həyat və yaradıcılığına dair tədqiqatların müəllifidir. Azərbaycan Demokrat Firqəsi MK orqanı “Azərbaycan” qəzetinin baş redaktoru (1956-60), Azərb. EA Şərqşünaslıq İn-tunun baş elmi işçisi (1964 ildən) olmuşdur.

  • Kənan AYDINOĞLU.”Astan QASIMOV-istedadını uzun müddət üzvü olduğu cəmiyyətdən gizlədən sənətkar-şair”

    1902788_614529541965133_896121757_n

    (Yaradıcılığı boyu öz həyat amalına və ideyalarına sadiq qalan
    Astan Qasımovun əziz ruhuna hörmət və ehtiramla!)

    Çağdaş Azərbaycan ədəbiyyatının, xüsusilə də poeziyasının ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunmasında müstəsna xidmətləri olan, ədəbi prosesdə öz dəsti-xətti ilə sayılıb, seçilən görkəmli söz sənətkarlarından biri də doğma Ağstafamızda böyüyüb, boya-başa çatan, istedadını uzun müddət üzvü olduğu cəmiyyətdən gizlədən Astan Qasımovdur.
    Astan Qasımov Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti üçün görkəmli söz sənətkarları, ustad şairlər, tanınmış yazıçılar, istedadlı aşıqlar yetirən qədim saz-söz sənətinin beşiyi hesab olunan doğma Ağstafamızda dünyaya göz açıb. Doğulduğu ilk gündən Haqqa qovuşan günə qədər çətin və keçməkeşli şair ömrü yaşayıb. Çətinliyə sinə gərə-gərə. Haqsızlıqlar görə-görə. Amma yaşadığı günlərdə çətinliyə rast gəlsə də, öz əqidəsindən dönməyib. Ömrü boyu öz saf, pak duyğularını nəzmə çəkib-varağa köçürüb.
    Zəngin yaradıcılıq yolu keçmiş şairin yaradıcılğında ictimai-siyasi şeirlər xüsusilə diqqəti cəlb edir. Haqsızlığa, zülmə qarşı mübarizə ruhu özünü daha qabarıq şəkildə biruzə verir. Bu isə öz növbəsində, normal qəbul olunmalıdır. Çünki yaşadığı və üzvü olduğu cəmiyyətdə çətinliklər isə qarşılaşmasa, möhkəmlənə bilməz insan. Bu mənada, şair özünün əxlaq köntekstindən çıxış edərək, özünün dərin fəlsəfi mühakiməyə məxsus şeirlərini, daha dəqiq desək, könül döyüntülərini, vaxtında, zamanında keçirdiyi hər bir dəyərli anı varağa köçürüb, oxucuya çatdırmaq istəyir. Bu baxımdan, daha çox xalq şeiri üslubunda, xüsusilə də ədəbiyyat tariximizdə ictimai-siyasi şeirlərin ərsəyə gəlməsi yönümündə digər janrlara nisbətən daha çox işlənən Qoşma janrında yazılmış ədəbi-bədii nümunələr, poeziya örnəkləri oxucunu düşünməyə, götür-qoy etməyə, yaşanan hər anın qədrini bilməyə, boş və mənasız həyat yaşamamağa səsləyir. O cümlədən, ədəbiyyatşünaslıq tariximizdə “Məhəbbət şeirləri” kimi adlandırılan qoşmalar da şairin yaradıcılığından yan keçmir. Təbii ki, Azərbaycan ədəbiyyatının qədim dövründən ən yeni dövrünə qədər keçməkeşli, şərəfli yollar keçən ədəbiyyatımızın ən ümdə, ən vacib məsələlərindən biri, daha doğrusu, birincisi məhz sevgi, məhəbbətdir. Bu yönümdən, həsrət, ayrılıq, intizar kimi mötivlər şairin əsərlərinin leytmotivini təşkil edir, yaradıcılığından qırmızı xətt kimi keçir. Hələ yeniyetmə-gənc ikən könül duyğularını qələmə almağı bacaran istedadlı gənc şair dünyagörüşünün formalaşmasında həyat təcrübəsinin müstəsna yeri olduğunu anlayır. Beləliklə də, əsərlərinin ruhu, canı müəllifi-istedadlı şairimizi övladı olduğu Azərbaycan torpağına bağlayır. Bu kövrəklik, həzin duyğular, hər biri ayrı-ayrılıqda nəğmə kimi səslənən könül döyüntüləri Vətənə bağlı olduğunu hər addımbaşı özünü biruzə verir. Ümumbəşəri duyğulara daha çox söykənən müəllif özünün fəlsəfi yönümdən ərsəyə gətirdiyi dəyərli sənət əsərlərini zamanın süzgəcindən keçirtməklə oxucusunun görüşünə tələsdirir. Şübhəsiz ki, müəllifin ən azından buna mənəvi haqqı var. Axı şairi özündən sonra ən çox anlayan adətən əsərlərini sevə-sevə oxuyub, görüş anı üçün tələsən və müəllif ilə əsər arasında körpü rolunu oynayan oxucu daha yaxşı anlayır. Hətta, deyirlər ki, bəzən oxucunun özü müəllifdən daha yaxşı əsəri təhlil etməyi bacarır, başqa sözlə desək, əsərin müsbət və mənfi cəhətlərini müəyyələnləşdirə bilir. Əsərlərin hər birinin ruhuna, canına hopmuş sadəlik, səmiyyət, humanizm kimi ən gözəl xüsusiyyətlər məhz şairin oxucusu bir az da həyəcanlandırır, bir az da düşünməyə, həyatdan ibrət götürməyə səsləyir. Doğrudan da, sadaladığımız bu faktorların hər biri bizim üçün ən önəmli, ən gərəkli məsələlərdən biri kimi öz prioritetliyini itirmir. Əslində, heç itirməli də deyil.
    Cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin hər biri yeni ideyaların yaranması və yaşanması üçün baza rolunu oynayır. Bu isə, əslində, müəllifin geniş dünyagörüşünə, zəngin yaradıcılıq təcrübəsinə, obrazlı təfəkkürə malik olmasını göstərən növbəti ədəbi faktor kimi diqqəti cəlb edir. Hansı mövzuda yazmasından asılı olmayaraq, müəllif-şair ilk öncə oxucusu ilə ən gözəl dildə-könül dilində danışır, dərdi-sərini oxucusu ilə bölüşməyə çalışır, hər dəfə yeni nə isə öyrəndiklərindən hər kəs ilə paylaşmaq istəyir. Çünki zaman-zaman, tarixi böyüklərimizin öyrəndiklərini yetişməkdə olan yeni nəslin nümayəndələrinə ötürməyə çalışıblar. Bu isə, gənc nəslin düzgün formalaşmasında mühüm rol oynayan ən ümdə və vacib məsələlərdən biri kimi hələ öz aktuallığını itirmir. Dərin köklərə və qədim tarixə malik həmin ideyalar-ictimai-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə gənc nəsil üçün önəmli məsələlərdən bəhs etmək, bununla da, əxlaqi kontekstdən çıxış edərək ən humanist ideyaları təbliğ etmək müəllifin növbəti uğuru kimi qəbul olunmalıdır.
    Ümumiyyətlə, əsərlərinin hər biri müəllifi cəmiyyətdə, ədəbi prosesdə istedadlı şair kimi tanınmasına vəsilə olur. Xüsusən də, bəşəriyyəti tarix boyu narahat edən məsələlər ətrafında fəlsəfi mühakimələr aparmaq, fikir mübadiləsi yürütmək hər şairə xas olan xüsusiyyət deyil. Gerçəklik ilə ilgili olan hər şey, ələlxüsus da yaşamaq üçün pozitiv məqamlar insanı həyatı sevməyə, insanlığa sevgi və sayqı ilə yanaşmağa sövq edən bəşəriyyətə-insana məxsus ən gözəl spesifik xüsusiyyətləri bəxş edən Uca Yaradanın mərhəmətinin göstəriscisidir. Beləliklə, ən kövrək hisslər, duyğua və düşüncələr müəllifin əsərlərinin ana xəttini təşkil edir. Bütövlükdə, əsərlərinin-poeziya örnəklərinin hər birini ayrı-ayırılıqda təhlil olunmasına ehtiyac olmadığını nəzərə alaraq, böyük məmnunluq və fəxr hissi ilə qeyd edə bilərəm ki, hansı mövzuda yazırsa-yazsın, əsl gerçəklik, səmiyyət müəllifin əsərlərini bir an belə tərk etmir. Sonucda, özündən sonra oxucuları, peoziya həvəkarları, ədəbiyyatsevərlər üçün zəngin ədəbi irs qoyub getmiş Astan Qasımovun əziz ruhuna Uca Yaradandan rəhmət diləyirik. Müəllifin əsərlərinin təbliğinə, tədqiqinə-araşdırımasına ehtiyac olduğunu nəzərə alaraq, deyə bilərik ki, humanizmi, səmimiyyəti yaradıcılığı boyu böyük ustalıqla davam etdirən şairin əsərlərindən öyrəniləsi çox şey var. Ələlxüsus da, ictimai-siyasi yönümüdən ərsəyə gətirilən əsərlərdən.
    Nəhayət, keçən ilin aprel ayının 17-də 75 illik yubileyini qeyd etdiyimiz ictimai-siyasi şeirlər müəllifi, körək duyğular şairi Astan Qasımovun əsərləri dünya durduqca yaşayacaq, yetişməkdə olan gənc nəslə çatdırılacaq.

    Dərin hörmət və ehtiramla,

    Kənan AYDINOĞLU,
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri. 11 fevral 2018-ci il.

  • Görkəmli Azərbaycan şairi Astan QASIMOV

    (Doğum tarixi: 17 aprel 1942-ci il, vəfat tarixi: 13 iyul 1997-ci il)
    Şeirləri: Əslində, mən də babamın şeir yazdığını bildiyini desəm, yalan demiş olaram. Çünki Onun haqqında çox şeyi bilmirəm. Səbəbi isə, təbii ki, Onu görməməyim olmağımdır.
    Babamın bu şeir dəftəri əlimə keçəndə, ilk öncə, kövrəlsəm də, sonra sevindim. Çünki babama aid daha bir şey əlimə keçmişdi. Görmədən sevdiyim insan-babam…

    Gəldim

    Eşitdim, sevgilim, nişanlanırsan,
    Onun üçün mən səni görməyə gəldim.
    Namərdin sözünə çox aldanmısan,
    Axır məsləhəti bilməyə gəldim.

    Söylə, gözəl yarım, eşidim səni,
    Var etdin dünyada nə üçün məni?!
    Güldürdün özünə sən də düşmənim,
    İlk eşqi qəlbimdən silməyə gəldim.

    Eşidib bu sözün qanım qaraldı,
    Elə bil başımda dünya qaraldı.
    Verdiyim güllər də nə tez saraldı,
    Xəzansız bahara gülməyə gəldim?!

    Astanam, eyləddim çoxlu nəsihət,
    Nəsihətim özümə olubdur töhmət.
    Sən mən nə qədər tmisən hörmət,
    Qaytarıb özünə verməyə gəldim.

    13/08/1963. Orta məktəb.

    Dolanım başına

    Dərin fikirlərə dalıb xəyalım,
    Dolanım başına, qadanı alım.
    Sənsən bağça barım, Sənsən nübarım,
    Dolanım başına, qadanı alım.

    Söylə, neçə vaxtdır qyrılmışıq biz,
    Axı ilqar verib, and içmişik biz.
    İki il tamamdı əgər saysan, düz,
    Dolanım başına, qadanı alım.

    Astanam, zülflərə olmuşam heyran,
    Ey ahu balası yerişli ceyran.
    İstərsən, canımı eyləyim qurban,
    Dolanım başına, qadanı alım.

    Boz dağın qoynunu alıbdır duman,
    İlk görüşümüzü edirəm qurban.
    Sən bulaq üstünə endiyin zaman,
    Dolanım başına, qadanı alım.

    Əmi oğlu

    Neylədim, ay fələk, bu dünyada mən,
    Qohum-qardaş belə baxmayır mənə?!
    Nə qarğış, nə qarğış xoş olsun sənə,
    Qohum-qardaş belə baxmayır mənə.

    Uzaqdır əllərim, yetmir Ataya,
    Tapşırıb gəlmişəm böyük butaya.
    İstərəm yetişim doğma Ataya,
    Qohum-qardaş belə baxmayır mənə.

    Əgər arxamda da olsa, qardaşım,
    Əlbəttə, yadlara əyilməz başım.
    Deyim, əmi oğlu, böyük qardaşım,
    Qohum-qardaş belə baxmayır mənə.

    Astanam, ucalır Sibirdə səsim,
    Hələ salamatam, gəlir nəfəsim.
    Sizdən başqa, Əmi oğlu, heç kəsim,
    Qohum-qardaş belə baxmayır mənə..

    19/07/1963. Orta məktəb.

    Can üstündəyəm

    Gəlin, ay ellər, gedir karvanım,
    Əcəl körpüsündə, can üstündəyəm.
    Qurtarıb həyatım, fəlxdir ovqatım,
    Ömrümün son çağı mən can istəyəm.

    Oğul, qələm götür, mən deyim, Sən yaz,
    Qoy, qohum-qardaş tez gəlsin bir az.
    Əcəl sandığına girməsək, olmaz,
    Axır dəqiqələr can üstündəyəm.

    Hər gün evimizə gələndə dərsdən,
    Dön qəbrim üstü sən səsdən.
    Axtarıb, soruşma məni heç kəsdən,
    Yatıram, müqətdir yan üstündəyəm.

    Gedirəm, ay ellər, salamat qalın,
    Gəlin vidalaşaq, halallıq alın.
    Gedərki qonağam, tez yola salın,
    Vurğunam, gedirəm mən yol üstəyəm.

    Gülümsə barı

    Sevirəm, mən səni, ey nazlı dilbər,
    İnsaf et, gəl Sən də gülümsə barı.
    Məhəbbət arzusu dilimdə əzbər,
    İnsaf et, gəl Sən də gülümsə barı.

    Sənin camalında qəlbimə mehman,
    Sən onu mənə ver dərdimə dərman.
    Səninlə üzbəüz gəldiyim zaman,
    İnsaf et, gəl Sən də gülümsə barı.

    Sən çeşmə başına gəldiyin günlər,
    Dolanır başına şeyda bülbüllər.
    Xoşbəxtdir dünyada deyib-gülənlər,
    İnsaf et, gəl Sən də gülümsə barı.

    Bir belə ahu-zar, günlər içində,
    Olarmı Sizinlər pünhan dolanmaq?!
    Astanı o dilbər yada salarmı,
    İnsaf et, gəl Sən də gülümsə barı?!

    02/07/1963. Orta məktəb.

    Tərtib edib, nəşrə hazırlayan:

    Astan QASIMOV,
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Sumqayıt şəhər bürosunun rəhbəri

  • Şair-filosof Əlişad QARAQASIMLI.”Dodağının istisi”

    Nə qədər ki yox idin,
    Gözüm-könlüm tox idi.
    Gözlərimə sancılan
    Kirpiyinin oxudu.

    Fikrimi kələfləyən
    Durnaların səsidi.
    Dodağının istisi
    Qəlbimin istisidi.

    Hisslərim, duyğularım,
    İtdi dumanda, sisdə.
    İpək-ipək tellərin
    Axdı sinəmin üstə.

    Yerişini demirəm,
    Duruşuna tay hanı?!
    Çöhrənin işığına
    Tutardım bu dünyanı.

    Bu gündən ünvanıma
    Yazılar xeyrin, şərin.
    Vüsalını demirəm,
    Hicranın daha şirin.

    Çeşmələrin suları
    Gözümdə yaşa döndü.
    Sinən yadıma düşdü,
    Balıncım daşa döndü.

  • Kənan AYDINOĞLU.“Cənubdan şimala bir qatar gəlir” şeirlər silsiləsindən

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Silinsin Türkmənçay müqaviləsi

    “Silinsin Türkmənçay müqaviləsi,
    O tayda, bu tayda kədərlə birgə”.
    Müəllif.

    On fevral* həminki Türkmən kəndində,
    Sənəd imzalanır xalq əleyhinə.
    Ortada ikiyə bölünən vətən,-
    Yenə də bölünür rusun xeyrinə.

    Ruslar qarşılayır bunu fərəhlə,
    Onun nə vecinə torpaq kimindi.
    Şimalı cənubdan ayıran zaman,
    Torpaq bizimdisə, günah kimindi?!

    Ovuca sığmayan bu Ana torpaq,
    Rusun nəzərində bu gün kiçilir.
    Tökülən millətin bax o al qanı,
    Qədəhə süzülüb, burda içilir.
    Əsgərlər durubdu eyni sırada,
    Onların içndə biri seçilir.

    Əynində boz şinel, başında papaq,
    Elə bil kim isə dinmək istəyir.
    Danlaya-danlaya fikri içində,
    Əhdindən indicə dönmək istəyir.

    Bax, budur, həminki bizim qəhrəman,
    Yenə də içində fəryad qoparır.
    Fikirlər, duyğular aləmi onu,
    Özündən uzağa-Haqqa aparır.

    Səhərdən ətrafa boylanan günəş,
    Ömrü gül-çiçəklə yenə bəzəyir.
    Axı o neyləsin onun da ömrü,
    Aldanmış sahibsiz itə bənzəyir.

    *10 fevral 1828-il il nəzərdə tutulur.

    Sənəd imzalandı Türkmən kəndində

    “Pozulsun Türkmənçay müqaviləsi,
    Nə hücum, nə qırğın, nə bir dərd olsun”.
    Nəriman Həsənzadə

    Sənəd imzalandı Türkmən kəndində,
    İkiyə bölündü bu ana torpaq.
    Düzü, gözləməzdim rus öz əliylə,
    Xalqın tarixinə kədər yazacaq.

    Şimalla cənubu ayrı saldılar,
    O tayda, bu tayda axdı göz yaşı.
    Araz da çağladı tarixlə birgə,
    Yasa qarışanda millətin başı.

    Təbriz qardaşından ayrı düşəndən.
    Bakının gözləri yenə yol çəkir,
    İnana bilməsən həmin sənədə,
    Gəl, gör ki, millətin başı nə çəkir.

    Ağlamaq istəsən irəliyə gəl

    Torpağa tökülən həmin göz yaşı,
    Bir də bu torpaqda cücərən deyil.
    Tarlada səpilən qara buğdanı,
    Kəndli bu torpaqda becərən deyil.

    O tayı bu taydan ayırmaq üçün,
    Bir can iki yerə bölündü nahaq..
    Ağlamaq istəsən irəliyə gəl,
    Sərhədin yanından birlikdə baxaq.

    Bəxtiyar* bu yanda dərdli-məlalı

    Ustad Şəhriyarın ruhuna “rəhmət!”,-
    Hələ də söyləyir bizim babalar.
    Bir xalqın dərdini bölüşmək üçün,
    Tökülüb o yandan gəlir obalar.

    Bəxtiyar bu yanda dərdli-məlalı,
    Elə bil nə isə demək istəyir.
    Nahaqdan bir xalqın qanını tökən,
    O quzğun rusları görmək istəyir.

    *Xalq şairi Bəxtiyar Vahabzadəyə işarədir.

    Cənubdan şimala bir qatar gəlir

    “Sənədi pozmağa bu gün hünərlə,
    Şimalda sərhəddə dayanır qatar”.
    Müəllif

    Cənubdan şimala bir qatar gəlir,
    O taydan bu tayı salamlamaqçün.
    Çiynində portfeldə bir xabar gəlir,
    Qardaş tonqalını qalamaq üçün.

    Tökülüb gözlərdən qardaş həsrəti,
    Kim bilir bu görüş baş tutacaqmı?!
    O tayın bu tayla görüş xəbəri,
    Ustad Şəhriyara heç çatacaqmı?!

    Sənəd imzalanır xalqdan xəbərsiz

    Sənəd imzalanır xalqdan xəbərsiz,
    Arazın sağında-solunda, qardaş!
    Təbriz ayrılandan yazıq millətin,
    Nələr görünmədi yolunda, qardaş?!
    Millət qalxacaqmı yuxudan görən,
    Çağlayan Arazın qolunda, qardaş?!

    Sərhədi keçəndə Təbriz küləyi

    Sərhədi keçəndə Təbriz küləyi,
    Büründü çadraya elin qızları.
    Birgə döyünəndə qardaş ürəyi,
    Dağıldı gözlərədn həsrət buzları.

    Səbətdə göz yaşın tökən xonçalar,
    Büründü yenidən qızıl qumaşa.
    Qaradş qardaşına həyan olanda,
    Çevrilib bu torpaq oldu tamaşa.

  • Aprel döyüşlərinin ilk romanı – “Ovçu”

    Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun daha bir romanı işıq üzü görüb. Müəllifin “Ovçu” romanı 2016-cı ilin Aprel döyüşlərinə həsr olunub. Roman Aprel döyüşlərinin şəhidlərindən biri, Milli Qəhrəman Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid oğullarımızın əziz xatirəsinə elegiyadır. Kitabın bədii redaktoru yazıçı Elçin Hüseynbəyli, hərbi ekspretləri isə Rey Kərimoğlu və Tofiq Şahmuradovdur.
    Kitaba ön sözü millət vəkili, akademik Nizami Cəfərov yazıb. Akademik qeyd edir ki, Azərbaycan ədəbiyyatını bir-birinin ardınca qələmə aldığı tarixi romanlarla zənginləşdirmiş Yunus Oğuzun 2016-cı ilin məşhur Aprel hadisələrinə, yəni müasir dövrün olaylarına müraciət etməsi, tarixdən uzaqlaşmaq deyil, əksinə ona daha yaxınlaşmaq istəyindən irəli gəlir.
    Qeyd edək ki, romanda ilk dəfə olaraq Ali Baş komandan, prezident İlham Əliyevin və digər yetkililərin bədii obrazları yaradılıb.

    Mənbə: http://www.olaylar.az