“Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsindəki ilk səfiri, görkəmli dövlət xadimi, istedadlı yazıçı Yusif Vəzir Çəmənzəminlinin “Cənnətin qəbzi” adlı yeni kitabı 156 səhifə həcmində 100 tirajla işıq üzü görüb. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı zəngin ədəbi irsindən hekayə, nağıl və publisistik nümunələr daxil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən,
“Klassik Azərbaycan ədəbiyyatı” seriyasından görkəmli Azərbaycan yazıçısı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlinin “Seçilmiş əsərləri”nin üç cildliyi kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.