Əlişad QARAQASIMLI.”Torpağa dönmüsən”

İşıqlı yollra çıxardın məni
İşıqlı dünyaya gətirən gündən.
Bir zaman köksünə sıxardın məni,
Sıxaram köksümə torpağını mən.

Sənsiz ömrü boyu kədər, qəm yedim,
Azalmır canımdan ağrı-acım da.
Əlində-ovcunda bir dünya idim,
Torpağa dönmüsən mənim ovcumda…