Post Views: 247 Yenə köhnə qayıq, yenə tənha mən,Fırtına həsrətə avar çəkirəm… Köhnə xatirələr açır yelkəni,Bulud yaddaşımda göylər tərpənir. Yoxluğun dünyamda qasırğa, tufan,Nuhun gəmisiylə savaşda zaman. Sahildə dayanan balıqqulağı,Yenə döyəcləyir qumun ayağın… Tanrının əlində Musa əsasıSuda tükənməkdə balıq nəfəsim… Sahildə boğulur gözyaşım hədər,Tutub saçlarımı atıram lövbər. Yenə köhnə qayıq, yenə tənha mən,Asıb dor ağacın sahillərimdən …
Arzu HÜSEYN.”Kimsə dərk eləməz içimdəkini”
Post Views: 180 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Kimsə dərk eləməz içimdəkini,Qapalı qutuyam, qaranlıq quyu.Mən sülhə dəyişdim içimdə kini,Zamanla duruldu bulanıq suyum. Zamanla kiridi fırtınalarım,Sussdum səhra kimi, sussdum çöl kimi.Kiçildim, bir üzü torpağa sarı,Uzandım göylərə sarı-əl kimi. Duayam, mən daha qarğış deyiləm,Yox, yağış deyiləm, yağış deyiləm…
Banu MUHARREM.”Göy üzündə, yer üzündə”
Post Views: 184 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Göy üzündə, yer üzündəGecəsində, gündüzündə..Hər yeni gün aydınlıqdır.Sənin olmaq əminlikdir,-amanlıqdır.Sənə uzaq, səndən uzaqSənsizliklər bizə tuzaq..Ümidlər də bulanıqdır.Sənsiz olmaq sonsuzluqdur,-qaranlıqdır.Fırtınada ,qar -ayazdaDərinliyəm dayazlarda..Dəli külək qərarsızdır.Həsrət,hicran nə arsızdır..-amansızdır.Gül də açsa, quş da uçsaBir ahıma dağlar uçsa,Mən sağ çıxsam-imkansızdır.Deməzlərmi: – “bu qansızdır?..”-imansızdır?Sənsiz …
Xəyalə SEVİL.Yeni şeirlər (2026)
Post Views: 172 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Nəyim varıydı ki, guya?!Gecəm vardı, yuxum yoxdu.Mənim səni unutmağaSehirli çubuğum yoxdu. Ürəyimdə nələr çəkdimÜrəyimdən atmaq üçün.Ayrılıq münbit torpaqmışHəsrəti çoxaltmaq üçün. Ərimişəm, sel olmuşam-Gözlərində dağ qalmışam…Mən sənsiz ölə bilərdim,Şükür, yenə sağ …
Fərqanə Səfərlinin şeirləri
Post Views: 212 GƏLİRƏM Yerin pis əməlindənÜşüyürəm, İlahi –Göydə bir ocaq qala,Qızınmağa gəlirəm. Çiynimdəki hörüklərMələklərə yol açıb –Dəftərimi bilməkçünArınmağa gəlirəm. Qaranlıq peşimandı,Qardaş bilib işığı –Kəfənin iç üzünəSarınmağa gəlirəm. Biz uçmaq vərdişiniDoğuluşdan itirdik –Bir kəpənək belindəBarınmağa gəlirəm. GÜNƏŞDƏN YUXARI Yoxdur buğdanın qanadı;Yük olmadan qarışqayaUçsun sünbüldən yuxarı,Bitsin torpaqdan aşağı. Sən də bir gün külək olsan,Yağışın yolunu kəssən,İslatdığı …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”MƏNƏM”
Post Views: 219 Dəyişir mənim də halım arabir,bəzən heç bilmirəm nəçiyəm, nəyəm.Üstümə suallar yağır, elə bilhardasa müttəhim kürsüsündəyəm. Odlara qalanıb yanır bədənim,hissimi, ruhumu buza qoyurlar.Şahidlər üzümə dururlar mənim,hakimlər üzümə hökm oxuyurlar. Nə vaxtsa yıxılıb biri qəfildən,yüyürüb qolundan tutmamışam mən.Görmüşəm, vurublar bir vaxt kimisə,arxa durmamışam yıxılan kəsə. Kimsə ac olubdu, mən tox olmuşam,məni axtarıblar, mən “yox” …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”BULAĞIN EVİ”
Post Views: 187 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Bulağın evinə bax,Yaraşıqlı, qəşəngdi.Balaca qapısı var,Elə bil ki, pətəkdi. Kimsə girməyib hələO qapıdan içəri.Ordan çıxan bol sudanBiz doyunca içərik. Bulağın səxavətiKaş ki, hamıda ola.Qapısına gələniƏliboş salmaz yola. İç, nə qədər içirsən,Qablarını da doldur.Qəlbi …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”SEVGİ BURULĞANI”
Post Views: 202 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Həsrət alovunda şam tək əridim,Ürəyim bələndi çənə, əzizim.Sözün işığında bəxtəvər idim,Onu da çox gördün mənə, əzizim. Eşqin öləziyən bir xırda közdü,Ayrılıq yelləri əsir deyəsən.Təkcə umacağım bir quru sözdü,Onu da sən məndən əsirgəyirsən… Deyirsən …
Rafail TAĞIZADƏ.Yeni şeirlər
Post Views: 159 Narahat ruhlar Böyük alim Rafiq Əliyevə Kimsəsiz evlərin eyvanlarındankədərli, narahat ruhlar boylanır.Baxışlar kiminin tək üst-başına,mənim ətrafımı baxıb, yoxlayır. Küçələr, səkilər buraxmır məni,hər yerdə cüt, qoşa addım izləri.Addım izlərində maqnit gücü var,tutub ayağımdan saxlayır məni,bağlayır özünə, bağlayır məni,öldürüb, basdırıb, ağlayır məni…Bu yolda, bu yerdə qəbirlər artır,təsəlli söylənir, səbirlər artır…Bu gecə özümü harda basdırım?İçimdə …
Azərbaycanlı şairin kitabı Qazaxıstanda nəşr olunub
Post Views: 207 Tanınmış şair, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabirin “Şeir qadın” adlı yeni kitabı qardaş Qazaxıstanda çap olunub. AZƏRTAC xəbər verir ki, kitabın redaktoru tanınmış qazax şairi, Əməkdar mədəniyyət xadimi, alim-pedaqoq Dövlətkerey Kəpulıdır. Kitabı qazax dilinə Qazaxıstan Yazıçılar Birliyinin üzvü, “Ayböz” Milli Ədəbi Mükafatı laureatı, şair-tərcüməçi Asem Erejeqızı uyğunlaşdırıb. …
“Zəfər rəqsi” bədii filminin builki beynəlxalq zəfərləri
Post Views: 163 Azərbaycanın Qarabağ Zəfərinin beşilliyinə həsr edilən “Zəfər rəqsi” qısametrajlı bədii filmi bu həftə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Belıye noçi” (“Bəyaz gecələr”) 10-cu Beynəlxalq Film Festivalının yubiley proqramına salınıb. Festivalda 17 ölkənin 90 filmi iştirak edir. Sankt-Peterburqun Nevski meydanında yerləşən “Kinoloft Moskva” zalında baş tutacaq nümayişlərə giriş sərbəstdir. Azərbaycan filminin nümayişi 24 aprel …
“Sən, ey uşaqlıq” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
Post Views: 162 Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenari müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb. AKİ-dən AZƏRTAC-a bildirilib ki, ittifaqın elektron ünvanına 39 adda ssenari daxil olub. Texniki parametrlərə cavab verməyən 8 ssenari müsabiqədən kənarlaşdırılıb, 31 ssenari isə seçim mərhələsinə buraxılıb. Müsabiqənin əvvəlində qeyd edildiyi kimi, birinci tura keçid almış …
Bakıda “Baharın rəngləri” adlı sərgi açılıb
Post Views: 195 Xətai Sənət Mərkəzində “Baharın rəngləri” adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi, dəstəkçiləri isə Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyidir. Tədbirdə çıxış edən Xətai Sənət …
Qastrol proqramı çərçivəsində Sumqayıtda Dövlət Simfonik Orkestrinin konserti keçirilib
Post Views: 118 .Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir.Layihə çərçivəsində aprelin 18-də Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin Sumqayıt şəhərində yerləşən “Kimyaçı” Mədəniyyət Sarayında konserti keçirilib.Konsertdə orkestr Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Antonio Salyerinin “Venesiya yarmarkası” …
Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innovasiyası beynəlxalq mükafatına layiq görülüb
Post Views: 160 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq səviyyədə mühüm uğura imza atıb.Dövlət Xidməti “International Business Magazine” beynəlxalq media qurumunun 2026-cı il üzrə təşkil etdiyi müsabiqədə “Mədəni irs üzrə ən yaxşı data innovasiyası” (“Best Cultural Heritage Data Innovation Azerbaijan”) nominasiyasında qalib elan olunub.Mükafatın Mədəniyyət Nazirliyinin …
Ramin Məmmədovu doğum günü münasibətilə təbrik edirik! (20 aprel)
Post Views: 191 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının kollektivi Sizi, Ramin MƏMMƏDOVU doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, ədəbi-bədii yaradıcılığınızda və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyir! https://www.youtube.com/watch?v=5HSsdehhn9A&source_ve_path=MjM4NTE&embeds_referring_euri=https%3A%2F%2Fedebiyyat-az.com%2F Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Xalq şairi Mirvarid DİLBAZİ.“Müəllimim”
Post Views: 220 O elə şəfqətli, elə gözəldi,Yox idi gözümdə heç bərabəri.O, bir arzu idi, xoş bir əməldi,Yaşayır könlümdə illərdən bəri… Necə məlahətli, qəşəngdi səsiAxan saf suların təranəsitək;Necə də istiydi doğma nəfəsi,Necə də böyükdü köksündə ürək! Qarlı qış axşamı soyuq küləklərKörpə ürəklərə gətirəndə qəm,Onun bir sözüylə açar çiçəklər,Nura qərq olardı elə bil aləm! Min nəğmə …
Xalq şairi Səməd VURĞUN.””YADA SAL MƏNİ”
Post Views: 206 Aşıq Şəmşir, Dəlidağdan keçəndə,Kəklikli dağlardan xəbər al məni.Ceyran bulağından qızlar içəndə,Saz tutub, söz qoşub yada sal, məni. Hay vurub, qıy vurub, səs sal dağlara,Gözəllər oylağı göy yaylaqlara.Mənim bu dərdimi de oylaqlara –Sinəmdən oxladı bir maral məni. O ceyran baxışlı baxdı uzaqdan,Canımı odlara yaxdı nahaqdan.Yüz il də dolanıb keçsə o vaxtdan,Unutmaz aləmdə əhli-dil …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”İndi gileydən, güzardan”
Post Views: 128 İndi gileydən, güzardanBaş alıb qaçmaq vaxtıdır.Qapıları döyülməmişTaybatay açmaq vaxtıdır… İndi hər səsdən, hər küydənSükuta dönmək vaxtıdır…Millət, dövlət zirvəsindənİnsana enmək vaxtıdır… İndi nə dua, nə qarğış,Nə nəzir demək vaxtıdır.Dünya susmalıdır artıq,ALLAHa kömək vaxtıdır…
Xalq şairi Osman SARIVƏLLİ.”Bircə zərrəm də bəsdi…”
Post Views: 140 Yad ellərə düşəndəqəriblik boğur məni…Əyilməyə, sınmağaqoymayır qürur məni… İstər dən kimi üyüt,un kimi yoğur məni,İstər lap qovurğa təkbir sacda qovur məni. İstər tonqal qalayın,siz məni atmaq üçün.Bircə zərrəm də bəsdirməni tanıtmaq üçün.
Xalq şairi Hüseyn ARİF.”Yaşa hələ!”.
Post Views: 175 Könül deyir:- Yaşa hələSəfərdəyəm, səfərimiVurmamışam başa hələ.Arzularım, əməllərimToxunmayıb daşa hələ. Dolanıb kəndi, şəhəri,Dağlarda açdım səhəri.Fikrim gəzir üfiqləriDönüb qızıl quşa hələ. İlləri yola salmışam,Şer yazıb, saz çalmışamÖmür deyir: – Qocalmışam,Könül deyir: – Yaşa hələ.
Xanım ANELA.”SON PEŞMANLIQ…’
Post Views: 297 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Yolun kənarı ilə fikirli-fikirli gedən Bəxtiyar müəllim işıqfora çatanda nə düşündüsə, əlini cibinə atdı və telefonun evdə qaldığını görüb başını yelləyərək geri qayıtdı. Pilləkənlə yuxarı qalxarkən həyat yoldaşı Sənubərin telefonla yüksək səslə danışdığını eşitdi. – Niyə telefonla danışanda qışqıra-qışqıra danışırsan axı?.. …
İki evin alın yazısına istinad edilən əsər
Post Views: 308 (“Ünvanımı tapan kitablar” silsiləsindən) Evlərin də taleyi var, alın yazısı var… Darvazalarından başlamış, ta bacasınadək şeirdir, romandır evlər. Küçəyə baxan pəncərələrlə həyətə baxan pəncərələr arasındakı enerji fərqi qədərdir bəzən ev sakinlərinin o evdəki xatirələrinin müxtəlifliyi… Hərdən olur, illər sonra xatirələrin bələdçiliyinə güvənib bir evin qapısını açırıq… “Buradakı qapının cəftəsi cırıldayırdı…” əminliyi ilə …
Qotur göl
Post Views: 487 Dikdirin qaşına gəlib dayandı. Yuxarıdan aşağıya boylanıb baxdı. Yolun buradan o tərəfi qara, çirkli suyun altında qalmışdı. Günəşin asfalt rəngindəki suda əks edən şəfəqləri gözlərini qamaşdırdı. Əllərini sinəsində çataqlayıb göz qapaqlarını endirdi. Kirpiklərinin kölgəsində yarıdan yuxarısı görünən evlərə baxıb köks ötürdü. Onlar bu məhəlləyə köçdüklərində hələ gölü əhatə edən yamaclar məskunlaşmamışdı. Gölün …
Lətifə Mirzəyevanın “Məhəmmədhüseyn Şəhriyarın Şimali Azərbaycan nəşrləri” kitabı işıq üzü görüb
Post Views: 248 YENİ NƏŞRLƏR Lətifə Mirzəyeva. Məhəmmədhüseyn Şəhriyarın Şimali Azərbaycan nəşrləri. Bakı, “Optimis” MMC, 2026,124 səh.Elmi redaktoru: Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün BağırlıRəyçilər: Filologiya üzrə fəlsəfə doktoru,dosent Xuraman Hummatova, Filologiya elmləri doktoru, dosent Zakirə Əliyeva2015-ci ildə çapa hazır olan, 2019-cu ildə əsas hissəsi elektron nəşr edilən, 2018-2019-cu illərdə “Vahid Azərbaycan” qəzetində, 2019-cu ildə …
CƏNUB FOLKLORU HAQQINDA YENİ KİTAB
Post Views: 225 Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Qiymət Məhərrəmlinin yeni monoqrafiyası işıq üzü görüb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 9 dekabr 2025-ci il tarixli iclasının qərarı ilə (Protokol №7) çap olunmuş 256 səhifəlik “Sulduz folklor mühiti etno-mədəni dəyərlər müstəvisində” adlı tədqiqat əsəri şöbə əməkdaşının bir neçə illik gərgin elmi …
Xalq şairi Vahid ƏZİZ.”KÖÇƏR BU DÜNYADAN HƏR KƏS BİR CÜRƏ”
Post Views: 224 Havalar isinir,dağların qarıqopur damla-damla, ya parça-parça,eyniylə bu cürdür ömrün qatarıgedir ləngər ilə, yaqaça-qaça. Hərdən bir cür olur səhərin nazı-üfüq ya boz olur, yada qırmızı,sakitcə ötüşür vaxt qapımızıbağlaya-bağlaya, yaaça-aça, Gözəldir yağmurlar həzin yağanda,by vaxtlar olasan çay qırağında,düşər budaqlar da Eşqlər bağındaya çarpaz dolaşıq, yahaça-haça, Dünya gerçəkdən də sirli pəncərə;kaş ki, tapılaydı hər dərdə …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”MƏNİ BİR QIZ GÖZLƏYİR”
Post Views: 180 Bəstəkar Rüstəm Rüstəmzadə Mən görüşə gedirəm,Məni bir qız gözləyir.Gün əyilir, yel əsir,Yarpaq yarpağa dəyir.Məni bir qız gözləyir.Tələsirəm… bilmirəm,Heç niyə tələsirəm…O qızın gülüşünügörməyə tələsirəm…Çənəsindən, üzündənöpməyə tələsirəm.Dəyişmərəm mən onudünyada heç bir qıza.Gözü moruğa bənzər,ətri təzə yarpıza.Elə ki, axşam olur,yarpaq yarpağa dəyir;bir bağçada hər axşamo qız məni gözləyir.Mən görüşə gedirəm;Balam məni gözləyir,Qızım məni gözləyir.
Lütviyyə ƏSGƏRZADƏ.”RENGİ VE ÖZÜ AYNI OLAN ESERLER VEYA SANATTA SAVAŞIN YÜZÜ”
Post Views: 333 Prof.Dr. Lütviyye Asgerzade Kıyamet Günü’nün – evrenin ve tüm canlıların sonunun ve Diriliş Günü’nün olduğuna inanılır. Ayrıca “insanın kiyameti ölümüdür, ya da tam tersi: herkesin ölümü kendi kiyametidir” şeklinde yaygın bir düşünce de vardır. Her insanın ölümü gerçekten onun kiyametimidir, yoksa tüm ölümler ayrı birer kiyametdir? Nedense, bu satırları yazarken, gerçek kıyametin, …
Şəfəq NASİR.””MOLLA NƏSRƏDDİN”İN İLK SAYININ DƏRC OLUNMASINDAN 20 İL ÖTÜR…”
Post Views: 219 ƏDİB HAQQINDA XATİRƏLƏRİM1912-ci ilin payız fəsli idi. Havalar soyumuşdu. Atam bağımızdan biçib gətirdiyi axırıncı otu bir tərəfə töküb yuyunmaq üçün hazırlaşırdı ki, darvazamız döyüldü. Cəld qaçıb qapını açdım. Qapını döyən qoca bir kişi idi. O, atamı soruşdu. Atamın evdə olduğunu deyən kimi icazə istəmədən içəri girdi. Atam qonağı mehribanlıqla qarşıladı, otağa apardı. …
Şəfəq NASİR.””Bir şəhid ailənin tarixçəsi”ndən yaranan elegiya -“
Post Views: 174 O, doğulduğu gündən şəhidliyə yol gedirdi. Uca Yaradan millətinin içində sevib-seçdiyi bəndələrindən biri kimi onu önə çəkdi. Çiyninə qoyduğu missiyası ilə seçdiklərinin sırasında bərqərar etdi, əyninə şəhidlik libası biçdi. Pak libasında O, qəlbinin istəyi, şüurunun dərkilə fədakar bir ömrə yolçuluq etdi. Bu mübariz İnsan cəfalar, əziyyətlərlə süslü şərəfli bir həyat yaşadı… və …
Xalq şairi Vahid ƏZİZ.”DÜNYA DA VƏTƏN KİMİDİR…”
Post Views: 192 Cismimiz torpağa gedir-dincəlməkdir ömrün sonu,Dünya da Vətən kimidir,atıb-getmək ollmur onu, Yaşayırıq, yaradırıq,tapır, satırıq, alırıq,sonunda borclu qalırıq-canla qaytarırıq onu, Yetişsək də başa-boya,ömr etmərik doya-doya,bu həyatda hər şey xülya,hamısı Şeytan oyunu, Amma, Dünya da Vətəndi,tərk eləmək olmur onu…
Xalq şairi Vahid ƏZİZ.”NƏ OLAR?”
Post Views: 201 Nə olar gül özünə məni əgər yar eləsə,gənc ikən- qocalmadan ömrü bəxtiyar eləsə,ya duyub sevdiyimi, qəlbinin hökmüylə edib,yada ki, heyran olubqeyri-ixtiyar eləsə? Nə olar gözlərini- gözlərimə zilləyəyərək,dərdimi ya bilərək, yada bunu bilməyərək,bircə an rəhm eləyib göylər üzündən enərəkdərdimnən öldüyünü yer üzünə car eləsə? Nə olar çəxri-fələk dönsə yönü mən tərəfə,yönəlsə illərimi taleim …
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun məqaləsi “Xalq qəzeti”ndə işıq üzü görüb
Post Views: 144 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin mətbu orqanı “Xalq qəzeti”nin bugünkü sayında görkəmli sənətkar Aşıq Hüseyn Saraclının 110 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar və Jurnalislər Birliklərinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Borçalı aşıq məktəbinin ünlü sənətkarı” adlı məqaləsi işıq üzü görüb. Xatırladaq ki, “Ozan dünyası” …
İstanbul’da Hayat Şami’nin İmza günü yapıldı
Post Views: 212 Sultanahmet’de Azerbaycan rüzgarı esdi. 11 Nisan 2026 tarihinde, Türk Edebiyat Vakfı, Azerbaycan Kültür ve Edebiyat Portalı Karabağ Bürosu Başkanı yazar-şair Hayat Şami’nin “İstanbul Saati İla” ve “Gedirik Ağdama” adlı yeni yayımlanan kitaplarının tanıtım etkinliğine ev sahipliği yaptı. Konuşmacılarımız, TEV Başkanı Serhat Kabaklı, İstanbul Azerbaycan Kültür Evi Derneği Başkanı Hikmet Elp ve İstanbul …
Lütviyyə ƏSGƏRZADƏ.”Dünyanın, insanın taleyi, xarakteri və psixologiyası rənglərin fonunda”
Post Views: 137 Lütviyyə Əsgərzadə Filologiya elmləri doktoru DÜNYANIN, İNSANIN TALEYİ, XARAKTERİ VƏ PSİXOLOGİYASI RƏNGLƏRİN FONUNDA Həyatı, insanı, təbiəti bilmək və anlamaq üçün rənglərin də fəlsəfəsini bilmək, anlamaq şərtdir. Çünki təbiət Allahın aynalarıdır və aynalardakı rənglər də fəlsəfi mahiyyətdədir. Və doğulduğu gündən təbiətin sirli rəngləri ilə, Günəş işığının qızılı rəngi, gümüşü rəngli Ay ışığı, ulduzların …
İlahə SƏFƏRZADƏ.“Hər şeydən öncə söz vardı”
Post Views: 189 İnsan xoşbəxtliyə ehtiyacı olmayanda onu hiss edir. Vaxtilə Bukovski də təxminən belə bir cümlə demişdi: “Dünyaya xoşbəxt olmağa gəlmədiyimizi anladığımız an xoşbəxt olmağa başlayırıq”. İnsanın özünü aldatma işində nə qədər mahir olduğu onun xoşbəxtliyinin miqdarı ilə düz mütənasibdir. Fəqət özümüzə danışdığımız yalanlar üzə çıxmasın deyə özümüzlə üz-üzə gəlmək istəmirik. Hərçənd insan özünə …
Professor Lütviyyə Əsgərzadənin məqaləsi “Ədəbi incilər” antologiyasının I cildində nəşr olunub
Post Views: 185 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı, filologiya elmləri doktoru, professor Lütviyyə Əsgərzadənin məqaləsi “Ədəbi incilər” antologiyasının I cildində nəşr olunub. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin növbəti – 19-cu sayı işıq üzü görüb
Post Views: 212 (təsisçi və imtiyaz sahibi Rəfail Tağızadə, baş redaktor Vaqif Osmanlı, baş redaktor müavini Şahnaz Kamal, məsul katib İlahə Səfərzadə, rəssam Sehran Allahverdi, korrektor Sima Salamova) oxucularının görüşünə gəlib.Dərgi təsisçinin “Günümüzün yaşantıları… Ətrafda baş verənlər” qeydləri ilə açılır.POEZIYA bölməsində Fikrət Qocanın, Adil Mirseyidin, Süleyman Abdullanın, Namiq Dəlidağlının, Sevil Gül Nurun, İntiqam Yaşarın, Ələsgər …
“AZƏRBAYCAN ŞAİRİ NİZAMİ” KİTABININ YENİ NƏŞRİ
Post Views: 208 AMEA “Elm” nəşriyyatı Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabının yeni nəşrini oxuculara təqdim edib. Abidəni filologiya elmləri doktoru, Mühacirət ədəbiyyatı şöbəsinin müdüri Nikpur Cabbrlı nəşrə hazırlamışdır. Qeyd edək ki, kitabın ilk nəşri 1991-ci ildə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rüstəm Əliyev tərəfindən cüzi ixtisarlarla Bakıda (232 …
Ədalət RƏSULOVA.”Əlibala Hacızadə – 90″
Post Views: 172 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX ƏSR Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Tələbəlik ömrümüz başlayırdı. Xoş xəyallarla, qanadlı arzularla açmışdın o səhəri! Azərbaycanın müxtəlif yerlərindən gələn uşaqlar ilk dərsin başlanmasını gözləyirdi. Hamı bir-birinə yad nəzərlərlə baxırdı. Doğma kəndindən ayrıldığım, ilk dəfə şəhərə gəldiyim üçün qərib bir adam kimi sıxılsam da, qəlbim …
Ədalət RƏSULOVA.”Ənvər Məmmədxanlının yaradıcılıq yolu”
Post Views: 207 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX ƏSR Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı (arxiv materialları əsasında) Yazıçı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində anadan olmuşdur. 77 il ömür yaşayan Ə.Məmmədxanlı bütün şüurlu həyatını Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına həsr etmiş, bu yolda sona qədər yorulmadan çalışmışdır. Fəaliyyəti dövründə müxtəlif …
Gülnar Səmanın “Nar” kitabı Türkiyədə çap olunub
Post Views: 287 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Gülnar Səmanın “Nar” adlı şeirlər kitabı Türkiyədə işıq üzü görüb. Kitabın nəşriyyat redaktoru “Liz yayınları”nın rəhbəri Ramazan Seydaoğludur (Karataş). “Nar” kitabı da “Liz yayınları” tərəfindən çap olunub. Kitabın üz qabığındakı rəsm əsərinin müəllifi …
Rafiq ODAY.”HAQQINI YEDİK”
Post Views: 294 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Öndə keçilməz dağ durub,Qara bildiyin ağ durub.Yağışa tərif yağdırıb,Buludun haqqını yedik. İslanmışı tinə çəkib,Çox qurunu günə çəkib,Bağıranı önə çəkib,Sükutun haqqını yedik. Bu alaçıq, bu da dəyə,(Dizdən sapan buda dəyər.)“Sonda ölür” deyə-deyəUmudun haqqını yedik. Hər günümüz şaxsey, vaxsey,Bax, acı eyləyir tox seyr.Ulu Tanrım, bizdən çox …
Rafiq ODAY.”Meydan oxuyub şəst ilə dünyayə pir olmuş”
Post Views: 310 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Meydan oxuyub şəst ilə dünyayə pir olmuş,Dözdü ürəyim bir belə qovğayə pir olmuş. Qoşma başını Məcnuni-divanəyə əsla,Düşmə boşuna bir belə xülyayə, pir olmuş. Çatmaz dadına sərvəti sevda bazarında,Eşqin özüdür aşiqə sərmayə, pir olmuş. Mövla sevənin qorxusu olmaz dərisindən,Dikdim gözümü usluca sərpayə, pir olmuş. Dünya …
Qarabağın sirri-bəyanı-“Qarabağ” poeması
Post Views: 294 (“Ünvanımı tapan kitablar” silsiləsindən) . Mamırlamaq istəyi çox qabarır daxilimizdə. Xüsusən də, ömrün 30-cu ilini geridə qoyandan sonra… Daş olub bir yerdə qərar tutmaq, mamırlamaq gözəlmiş… Bacarsaq, əlbəttə, gözəlmiş! Və bəlkə də, elə bu mamırlamaq istəyidir yerimizi bərkitdiyimiz məkanları doğma saymağımız… Bu cümlədə “bəlkə” deyə bilərəm, amma bir də var yurd. Hə, …
Azərbaycanın ilk satirik jurnalı “Molla Nəsrəddin”in nəşrindən 120 il ötür
Post Views: 165 Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in yaranmasından 120 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çap olunub. AZƏRTAC xəbər verir ki, XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi mühitində mürəkkəb hadisələr baş verməkdə idi. Bu hadisələr “Şərqi-rus”, “Həyat” və “İrşad” kimi ciddi üslublu mətbuat orqanlarında öz əksini tapsa da, …
Sadaxlıda Xalq şairi Səməd Vurğunun xatirəsi anılıb
Post Views: 204 Marneulinin Sadaxlı kəndində fəaliyyət göstərən “Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi”ndə Azərbaycanın Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə bölgənin ziyalıları, müəllim heyəti və mərkəzin fəal şagirdləri iştirak ediblər. Mərkəzin rəhbəri Samir Şərifov çıxış edərək Səməd Vurğun yaradıcılığının gənc nəslin milli mənlik şüurunun formalaşmasındakı rolundan bəhs etdi. Qeyd …
Gelati – Azərbaycan mədəniyyəti nümunəsinin saxlanıldığı məbəd – REPORTAJ
Post Views: 183 Gürcüstanın qədim tarixi, dini, mədəni abidələrindən biri də orta əsrlərə aid olan Gelati məbədidir. O məbəd ki, Azərbaycan mədəniyyətinin nümunələrindən olan və bir növ incisi hesab edilən Gəncə qapısı məhz burada saxlanılır. AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri məbəddə olub, bu abidənin milli-mənəvi, tarixi əhəmiyyəti, burada saxlanılan digər mədəniyyət abidələrinin vəziyyəti ilə maraqlanıb. …
Xalq şairi Zəlimxan YAQUB.”İlahi! Xırdalama, həmişə böyüt bizi!”
Post Views: 185 Bir-iki kəlmə dua, beş-altı kələmə arzu,Tanrım, qoy saf saxlasın sən verən öyüt bizi.Sənə üz çevirən gün üzümüzə nur çilə,Səndən üz döndərən gün daş elə, keyit bizi. İnsanı Haqq yanında hər varlıqdan baş elə,Qızını doğma bacı, oğlunu qardaş elə.İnsanlığı unutsaq, bağrımızı daş elə,Qışın qarına döndər, buz kimi soyut bizi. Köksüzlər öz ömrünü bəxtəvər …
Xalq şairi Zəlimxan YAQUB.”Mən öz dastanımı yazıb gəlmişəm”
Post Views: 245 Ey qərib məmləkət, ey qürbət diyar,Demə, yollarımı azıb gəlmişəm.Alnıma nə yazıb, Allahım bilir,Mən öz dastanımı yazıb gəlmişəm. Köküm, çiçəklərim, tağım ordadı,Mən burda xəstəyəm, sağım ordadı.Qayalı, bulaqlı dağım ordadı,Damlayam, qayadan sızıb gəlmişəm. Özün bil, özgəyə bildirmə məni,Ağlada-ağlada güldürmə məni.Sən Allah, qürbətdə öldürmə məni,Vətəndə qəbrimi qazıb gəlmişəm.
Səməndər müəllim ziyalılıq örnəyi idi
Post Views: 255 Bayram tətilinin son günü – martın 30-da Səməndər müəllimin amansız xəstəliklə mübarizədə qalib gələ bilməməsi xəbəri qısa müddətdə yaxın-uzaq ellərə yayıldı. Uzun illər təhsil sahəsində çalışan bacarıqlı maarif təşkilatçısı, “Qabaqcıl təhsil işçisi” Səməndər Məmmədovun vaxtsız ölümü təkcə doğmaları, dostları üçün yox, həm də ölkəmizin pedaqoji ictimaiyyəti üçün ağır itkidir. 1954-cü il fevralın …
Qulu ZƏRDABİ.”Qədrini”
Post Views: 190 Hər zər atan usta olmaz,Zərgər bilər, zər qədrini.Karvan gedər yol, yorulmaz,Sarvan bilər nər qədrini. Aşığın söz, saz ətri var.Gözəllərin naz ətri var.Hər çiçəyin yaz ətri var,Bilirsənsə dər qədrini Min illərdi zaman mənəm.Köhnə kəşkül şaman mənəm.Çəkilən ah aman mənəm.Billəm dərdü, sər qədrini Yolçu yolda daş ağardarÇün çıxanda,qaş ağardarGözləməkdən baş ağardarKim bilirsə ər qədrini.
Qulu ZƏRDABİ.”Yaşamaq olmur”
Post Views: 273 Sənin baxışların yadbaxışıdı.Biraz ötəridi, yaz yağışıdı.Buda bir taledi bir naxış idiDaha ürəyində yaşamaq olmur. Qış olub ruhumu üşüdür hərdənYaş olub qəlbimə süzülür bəzənÇox vaxt boğuluram mən bu qəhərdənSənin ürəyində yaşamaq olmur. Köçəri quş kimi uçub gedəcəmGözündən yaş kimi düşüb gedəcəmBaşqa bir ürəyə köçüb gedəcəmSənin ürəyində yaşamaq olmur. Mənə çox uzaqsan, heç çatmır …
Qulu ZƏRDABİ.”Ağlayan gərək”
Post Views: 222 Bir ağız bayatı, bir ağız sözlə,Özüm öz günümə ağlıyam gərək.Bir cüt həsrət çəkən yaşarmış gözlə,Özüm öz günümə ağlıyam gərək. Həsrətin ağırdı, yaşamaq olmur,Bu yükü , bu dərdi, daşımaq olmur,Sənsiz deyib gülüb danışmaq olmurÖzüm öz günümə ağlıyam gərək. Mənə təsəllidir xatirələrinYanımda hər zaman görünür yerinVaxt tapıb əlindən qəmin kədərinÖzüm öz günümə ağlıyam gərək. …
Azərbaycanlı şairə Həyat ŞƏMİ saytda Büro RƏHBƏRİ seçildi
Post Views: 190 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyinin 3 aprel 2026-cı il tarixli müvafiq qərarına əsasən, Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanlı şairə Həyat ŞƏMİ Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri təyin edildi. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şəhid ayım, aprelim!”
Post Views: 201 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bahar nəfəsli sinən güllələrə tuş gəldi,Ağu dedi bülbülün, qaranquşun nəğməsi.Çiçəklərin, güllərin gözlərindən yaş gəldi,Daraldı hər bir yerdə təbiətin nəfəsi.Şəhid ayım, aprelim! Qönçə-qönçə gül açan güllərin …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”2 aprel gününə”
Post Views: 187 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru 2 aprel gününə,Göy də matəm saxlıyır.Dünəndən dolub gözü,İçin-için ağlıyır….. Ağla millətim, ağla,Yurdun qana boyanlb.Amma bir az sevin ki,Qeyrətimiz oyanıb. Sən də qarşıla Vətən,Yenə şəhidin gəlir.Xidmətin …
Həyat ŞƏMİ.”SƏNİ İLK GÖRDÜYÜM YER”
Post Views: 208 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü Səni ilk gördüyüm bir Yer vardı,Öz oxu ətrafında fırlanan,Yaydan çıxan oxunuİndi ürəyimdə gəzdirirəm. Səni ilk gördüyüm bir yer vardı,İşığı işıq deyildi ki, nur idi,İndi o nuru balıq gözlərimdəgecə-gündüz üzdürürəm. Səni ilk gördüyüm bir səs vardı –heç kimdə tapammıram…O səsin gözündən keçiribqulaqlarıma sırğa …