Category: Azərbaycan ədəbiyyatı

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    yt

    SƏNƏ HARADAN GÜL TAPIM?

    Ürəyim dərdin oylağı,
    Hər gələn atinı çapır.
    Söz-söz axan göz yaşımda
    Hərə öz payını tapır.

    Nə bir iz var,nə bir yol var,
    Çəkilib qınına yollar.
    Məni qısqandığın yolla
    Tay gəlib tayını tapır.

    Gülər gözün sözü ələm,
    Fələk sayan gün gözü nəm.
    Toplandıqca qəm üstə qəm,
    Sayılan sayını tapır.

    Başımı qatıb sözümlə,
    Elə qəm yedim gözümlə.
    Yola getmədim özümlə,
    Səninlə necə dil tapım?!

    Axır ölüm ayağında,
    Gəldin sözüm qulağında.
    Qışın bu oğlan çağında
    Sənə haradan gül tapım?

    Azərbaycan.Quba.

    Unudun,məni unudun!

    Bu dünyaya göz açmağım,
    Ən böyük itkidir mənə.
    Həsrətim-dərdimin dağı,
    Taleyin ərkidir mənə.

    Gözlərim dərdin köləsi,
    Ürəyim dərdimi çəkir.
    Düşür ömrümə kölgəsi,
    Dərd sözü çəkir,ha çəkir.

    Sevgim mənə nə verib-nə?
    Sənə də nə versin,canım,
    Bu dünya eşqə məngənə,
    Əlində oyuncaq canım.

    Bezmişəm gün keçirməkdən,
    Əcəl harda baş girləyir?
    Dərdim ömrümə cangüdən,
    O da ölümü gözləyir.

    Dərdimə yad,əzizlərim,
    Unudun,məni unudun!
    Mən ölümü əzizlərəm,
    Siz də bu dünyanı tutun!!!

    Azərbaycan.Quba.
    16.12.2015.

  • Pərviz HƏKİMOV.Yeni şeirlər

    12140208_891530900936567_700966553847344075_o

    Azərbaycan bayrağı

    Könlümdə çalxalananan,
    İşığımdır,nurumdur,
    Səmada dalğalanan
    Şərəfim,qürurumdur
    Azərbaycan bayrağı

    Ayı,ulduzu ilə
    Cahanı nurlandırır,
    Qəlbimizdə fəxarət
    Çırağını yandırır
    Azərbaycan bayrağı

    Ruhudur bədənimin,
    Şücaətin izidir,
    Müstəqil vətənimin
    Əyilməzlik rəmzidir
    Azərbaycan bayrağı

    Mənə ruhumdan yaxın,
    Müqəddəsdir,uludur,
    Əbədi azadlığın
    Ən bariz simvoludur
    Azərbaycan bayrağı

    Odur səadət mehi,
    Düşmən baxıb utansın,
    Gün olsun ki,İlahi,
    Şuşada dalğalansın
    Azərbaycan bayrağı

    21 dekabr 2015-ci il

    Hələ də məndəsən

    Hələ də məndəsən,hələ də məndə,
    Zaman aciz qalıb bu dərd önündə,
    Sən mənə ilahsan,mən sənə bəndə,
    Hələ də çaşqınam qəm düyünündə

    Hələ də gözündən qalxıram göyə,
    Yer mənim üzümə həsrət qalıbdır,
    Hələ də dərdimi deyirəm neyə,
    Hələ də ulduzlar seyrə dalıbdır…

    Bahar elçisidir bu soyuq boran,
    Ona hicran demək məni qəhr edir,
    Hələ də cənnətə,Haqqa aparan
    Günahım günaha calanıb gedir…

    İndi nə ölüyəm,nə diriyəm mən,
    Bəşər olmağıma varımdı şübhəm
    Almağa şığıyır məni əlimdən
    Hələ də müəmma,hələ də mübhəm.

    Hopmusan ruhuma elə o gündən,
    Varlığın cənnətin nurundan baha,
    Geriyə almaqçün özünü məndən
    Məsləhət görürəm qayıtma daha

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    Anasını itirən balaca uşağın dilindən

    Sən mənim şəklimi arxadan çəkib,
    Saldın xəyalımı çölün düzünə.
    Həyat üzərimə qəm-kədər əkib,
    Bilmədim ki, yalanı nə düzü nə.

    Boyu məndən uca bu beton divar,
    Yalnızlıqdan başqa, söylə dərdmi var?
    Payız bitər, ətrafımı qar alar,
    Üşüdüb dondurar, baxmaz üzümə.

    Qısıldığım bu divarın arxası,
    Zaman-zaman dönübdü qan gölünə.
    Fikirlərin, xəyalların parçası,
    Səpələnib yamacına, düzünə.

    Bəsdir daha, hamı batıbdır yasa,
    Gözləyirəm, həlbət silahlar susa.
    Zalım fələk məni kənardan pusa,
    Bilmək olmaz, bəlkə güldü üzümə!…

    09.12.2015

    MƏNİ QARŞILA

    Mənim xəyalımda bükülü qalıb,
    Həsrətin yaxamda sökülü qalıb.
    Sənsizlik dağ olub, çəkili qalıb,
    Sevgini əynimə geyib gəlirəm.
    Çıx yolumun üstə, məni qarşıla..

    Küləklərdən alıb sənin ətrini,
    Dünya qədər istəyirəm xətrini.
    Misralarım tutub sənin xəttini,
    Sevgin müqəddəsdir deyib gəlirəm.
    Çıx yolumun üstünə, məni qarşıla.

    Dolanaram gündə yüz yol başına,
    Heyran ollam kipriyinə, qaşına.
    Sevgi baxmaz sevənlərin yaşına,
    Sevda budağını əyib gəlirəm.
    Çıx yolumun üstünə, məni qarşıla.
    İzlərini qarış-qarış gəzərəm,

    Bir misranda əhvalını sezərəm.
    Sən olmasan bu dünyadan bezərəm,
    Sən adlı eşqimi öyüb gəlirəm.
    Çıx yolumun üstə məni qarşıla.

    22.12.2015

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    YALAN DOST

    Yorulmuşam bu dünyanın işindən,
    Çoxalıbdır yalan qardaş, yalan dost.
    Hərə bir cür tutur onun peşindən,
    Lovğalanır yalan qardaş, yalan dost.

    Pulun varsa, dostların da şox olar
    Pulun yoxsa olan dostlar yox olar.
    Saf insanın qəlbi hər an tox olar,
    Neyə lazım yalan qardaş, yalan dost?

    Dost səninlə, yaxşı günün dostudur,
    Yaman gündə kim qalacağ, dost odur.
    Yalan dostlar, aldatmağa ustadır,
    Olmayaydı yalan qardaş, yalan dost.

    Zeynəb, gördün qardaş deyən hər kəsi,
    İşin düşsün, çıxmayacağ heç səsi.
    Dayağındır təmiz dostun nəfəsi,
    Yalançıdır yalan qardaş, yalan dost.

    BÖLMÜŞƏM

    Bu dünyanın dövlətinə uymadım,
    Atamdan, Anamdan, inan doymadım.
    Sözlərimi ürəyimdə qoymadım,
    Dərdlərimi varağ ilə bölmüşəm.

    Qardaş, bacı necəyəm,
    Elə bilki, çöldə yetim cücəyəm.
    Kövrəlirəm, yaman qəlbi incəyəm.
    Dərdlərimi varağ ilə bölmüşəm.

    Tənha qaldım, məni qanan olmadı,
    Dərd çəkdim, halıma yanan olmadı.
    Düşünməyə, biraz zaman olmadı,
    Dərdlərimi varağ ilə bölmüşəm.

    Zeynəbəm, nə deyim, nəyi yazım mən?
    İstəmirəm haqq yolumu azım mən.
    Öz özümə, bəlkə qəbir qazım mən?
    Dərlərimi varağ ilə bölmüşəm.

  • Kənan AYDINOĞLU.”Zeynəb Dərbəndli yaradıcılığının spesifik xüsusiyyətləri”

    Photo Kenan

    Ta qədim zamanlardan bu yana Azərbaycan xalqı dünyanın müxtəlif ölkələri ilə mədəni və ədəbi əlaqədar saxlamış, ticarət əlaqələrini daha da genişləndirilməsi üçün yorulmaq bilmədən çalışmışdı.Nəticədə Azərbaycan dilinin lüğət tərkibinə müxtəlif elm sahələrinə məxsus alınma sözlər, xüsusilə də ərəb-fars mənşəli alınma sözlər daxil olmuşdur.Təbii ki, Cənubi Qafqaz xalqları arasında münasibətlərin daha da genişləndirilməsi və inkişaf etdirilməsi yönündə Azərbaycan xalqı daha çox üstünlüyü ələ keçirməyə müəssər olmuşdu.Hələ Sovet hakimiyyəti illərindən Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına çalışan və bu şərəfli missiyasını layiqincə yerinə yetirmək üçün əlindən gələn hər cür köməyini əsirgəməyən Azərbaycan xalqı zaman-zaman yetirdiyi söz sənətkarları ilə Cənubi Qafqaz xalqlarının ədəbiyyatına müsbət təsir göstərə bilmişdi.Bu proses çağdaş dönəmdə də uğurla davam etdirilir.Son zamanlar Cənubi Qafqaz xalqlarının yeritdiyi istedadlı qələm sahibləri içərisində özünəməxsus yer tutan söz sənətkarlarından biri məhz çağdaş Azərbaycan ədəbi mühitində Nəğməkar-şairə kimi tanınan Zeynəb xanım Dərbəndlidir.
    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Cəsarətli qələm” media mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz xalqları üzrə xüsusi müxbir”i, nəğməkar-şairə Zeynəb xanım Dərbəndli keçən əsrin 70-ci illərində Dağıstan Respublikasının kəndində sadə kəndli ailəsində anadan olub.Orta təhsilini böyüyüb, boya başa çatdığı doğma Rükel kəndində alıb.
    Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərən Zeynəb xanım Dərbəndli Azərbaycan türkcəsində mövzu-ideya, sənətkarlıq baxımından biri digərindən daha çox maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq və dünyada baş verən hadisələrə münasibətini bildirmək yönündə mükəmməl ədəbi-bədii nümunələr, poeziya örnəkləri ərsəyə gətirməyə müəssər olmuşdu.Azərbaycan şifahi xalq ədəbiyyatının müxtəlif janrlarının səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olması və daha çox xalq ruhuna meyl etməsi bu yönümdə Aşıq sənətinin ən geniş yayılmış janrları olan Qoşma və Gəraylı yazmağına səbəb olub.Yaradıcılığı üçün səciyyəvi olan xüsusiyyətlərdən biri də budur ki, məhz daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi mövzuda qələmə aldığı əsərləri ilə geniş oxucu auditoriyasına müraciət edərək, dünyanın ən möhtəşəm dini olan İslam dininə və Sonuncu Peyğəmbərimiz Həzrət Məhəmməd Mustafa (səlləllahu əleyhi və alihi və səlləm) əxlaqına uyğun davranmağı tövsiyə edir.Çün həm Cənubi Qafqaz xalqları, həm də Azərbaycan xalqı zaman-zaman humanist ideyalarının daşıyıcısı və sülhün bərqərar olmasına böyük əhəmiyyət verən İslam dininin təsiri altındadır.Bu da öz növbəsində ictimaiyyət nümayəndələri tərəfindən normal qəbul olunmalıdır.
    Dövri mətbuatda öz yazıları ilə çıxış edən nəğməkar-şairə Zeynəb xanım Dərbəndlinin qısa zaman kəsiyində uğur əldə etməsinin səbəbləri müxtəlifdir.
    Əsas səbəblərindən biri də budur ki, Zeynəb xanım Dərbəndli yorulmaq bilmədən yaradıcılıq fəaliyyəti məşğul olur.Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat portalları ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirməsi, respublika ərazisində həyata keçirilən müxtəlif layihələr çərçivəsində işıq üzü görən antologiya və almanaxlarda yazılarının dərc olunmasıdır.Son illərdə isə könül döyüntüləri və pıçıltıları iki qardaş ölkənin-Qardaş Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən mətbu orqanlarda dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.Geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb və uğurlarının daha da artmasına səbəb olub.
    Zeynəb xanım Dərbəndlinin yaradıcılığında yer alan ədəbi-bədii nümunələr mövzu dairəsinə görə genişdir.Xüsusilə də, XX əsrin 90-cı illərində Erməni qəsbkarları tərəfindən işğal olunmuş əzəli Azərbaycan torpaqlarının işğal altında olması, bu torpaqların azad edilməsi haqqında müxtəlif fikirlər yürüdür, tezliklə bu torpaqlara qayıtmağı Uca Allahdan diləyir.Bəzi şeirləri isə dua kimi səslənir.
    Xüsusilə də, Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərdən danışır, qələbənin tezliklə Bizim olacağımızı böyük inam hissi ilə qeyd edir.Qarabağ mövzusunda beynəlxalq konfransların və seminarların keçirilməsinə baxmayaraq, hələ də bu məsələnin həll olunmadığını dərin təəssüf hissi ilə nəzərə çatdırır.Azərbaycanın əzəli və əbədi torpağı Dağlıq Qarabağın tərkib hissəsi olan Şuşa və Laçın rayonları haqqında öz müdrik və fəlsəfi fikirlərini geniş oxucu auditoriyasının nəzərinə çatdırır.
    Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün canından, qanından keçmiş Vətənpərvər oğulların ruhuna dualar oxuyur, salavatlar çevirir, oğullarının itkisinə dözməyən və ah-nalə çəkən Analara müraciət edərək, Uca Allahdan səbr və dözüm diləyir!
    Vətənin hər bir qarış torpağı üçün cəbhədə və səngərdə erməni silahlı qüvvələrinin bölmələri ilə döyüşməyin önəmindən ürəkdolusu danışır, tarixən Babək, Koroğlu, Cavanşir kimi xalq qəhrəmanları böyüdən bir xalqın hələ yağıdan intiqam almaq eşqi ilə yaşadığını və bu müqəddəs amala çatmaq üçün çox çalışdığını vurğulayır.
    Son zamanlar Azərbaycan Respublikası ilə Dağıstan Respublikası arasında ikitərəfli mədəni və ədəbi əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini vermiş, nəticədə AJB Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi tərəfindən qəbul edilmiş qərara əsasən, Zeynəb xanım Dərbəndli Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz xalqları üzrə xüsusi müxbir”i seçilib.Müxtəlif illərdə şeirlər kitabı çapdan çıxıb.Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.Ginnesin rekordlar kitabına düşən antologiyada şeirləri yer alıb.
    Geniş yaradıcılıq yolu keçən Zeynəb xanım Dərbəndlinin yazılarının dili sadə xalq danışıq dilinə daha yaxındır.Qəliz ərəb-fars mənşəli izafət tərkiblərə rast gəlinmir.Xalq ruhuna bağlılıq və ilhamını doğma yurdundan, elindən, obasından alması yaradıcılıq fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi üçün müsbət zəmin rolunu oynayır.
    Dərd, qəm çəkməsi ilə XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Xan qızı” ləqəbi ilə klassik üslubda şeirlər yazan Xurşidbanu Natəvanı xatırladır.
    Mövzu ətrafında müzakirələr aparması ilə diqqət çəkir.Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibinin formalaşdırılması və inkişafı yönündə özünəməxsus yer tutan ümumişlək sözlərdən daha çox istifadə edir.Bu mühüm xüsusiyyət də öz növbəsində əsərlərinin dilinin sadələşdirilməsini təmin edir və geniş oxucu auditoriyası tərəfindən asanlıqla başa düşülməsinə səbəb olur.
    Yaradıcılıq nümunələrini həsr olunduğu mövzulara görə şərti olaraq, üç qrupa bölmək olar:

    1.İctimai-siyasi, əxlaqi-fəlsəfi fikirlər yürüdən nümunələr;
    2.Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan fikir mübadiləsinə həsr olunmuş nümunələr;
    3.Saf məhəbbətin tərənümünə həsr olunmuş nümunələr.

    Yaradıcılığı boyu davam edən nigarançılıq, övlad taleyinə biganə qalmamaq repressiya illərində olduğu kimi qırmızı xətt kimi keçir.Eminsipasiya (qadın azadlığı) mövzusu isə demək olar ki, yox səviyyəsindədir.Xalqın adət-ənənəsinə, milli və mənəvi dəyərlərə bağlılıq əsərlərinin əsas leytmotivini təşkil edir.Türkçülük ruhunda qələmə aldığı ədəbi-bədii nümunələrinin hüquqi baxımından təsdiq edilməsi və gələcək nəsillərə çatdırılması və ötürülməsi üçün ilk təəssüratlar formalaşır.
    Uzunmüddətli yaradıcılıq axtarışının nəticəsidir ki, dil-üslub baxımından mükəmməl sayılmağa layiq olan əsərlərinin hər biri geniş oxucu auditoriyası tərəfindən həm rəğbət hissi ilə qarşılanır, həm də poeziya həvəskarlarının, ədəbiyyatsevərlərin yaddaşına həkk olunur.Geniş və keşməkeşli həyat və yaradıcılıq yolu keçən Zeynəb xanım Dərbəndliyə yeni yaradıcılıq uğurları və fəaliyyəti diləməyi, oxucu auditoriyasının bir az da genişlənməsi Mərhəmət və Rəhmi ilə geniş olan Uca Allahdan diləməyi özümə vətəndaşlıq borcu bilirəm.
    UĞURLARINIZ BOL OLSUN, Zeynəb xanım! ALLAH yar və yardımcınız olsun! İnşAllah!

    Dərin hörmət və ehtiramla,

    Kənan AYDINOĞLU,
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.21 dekabr 2015-ci il

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    QOPA BU DÜNYA

    Yenə qan içində, od içindədir,
    Yorulmuş, usanmış, qoca bu dünya.
    Mərmilər, güllələr öz işindədir,
    Az qalır kökündən, qopa bu dünya.

    Suçlular hökm edir suçsuz cahana,
    “Qanlı arayırlar”, tökülən qana.
    Qıyılır hər saat minlərlə cana,
    Az qalır kökündən, qopa bu dünya.

    Başacan yaşanmır, bəxtsiz ömürlər,
    Zavala gəlirlər, vaxtsız ölürlər.
    Çağalar, ahıllar, sitəm görürlər,
    Az qalır kökündən, qopa bu dünya.

    Dünya əşrəfinin düşüb qiyməti,
    Həyatın dəyəri bilinmir qəti.
    Dərrakə dərk edir, bu həqiqəti-
    Az qalır kökündən, qopa bu dünya.

    Seçəmmir qərəzli kini, küdrəti,
    Bəsirəti bağlı, sönüb qüdrəti.
    Dünya Birliyinin, nədir niyyəti?
    Az qalır kökündən, qopa bu dünya.

    Boş, saxta vədləri, edib sədəqə,
    Qərblilər qəzəbin tuşlayıb Şərqə.
    Təlatüm labüddür, hər bir dəqiqə,
    Az qalır kökündən, qopa bu dünya.

    Vicdanlar oyansın, etsin təcəlli,
    Düyməyə basmasın, fələyin əli.
    Nə vaxtdır bu gerçək Dövrana bəlli-
    Az qalır kökündən, qopa bu dünya.

    20.12.2015.

    AŞİQ OLMUŞAM

    Artıq qərarlıyam, bu gün deyəcəm,
    Qoy hamı bilsin ki, mən vurulmuşam.
    Öz alın yazıma boyun əyəcəm,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    Gül olub yolunun üstə bitəcəm,
    Bülbültək eşqimə nəğmə ötəcəm.
    Könlümdə nə varsa, açıb tökəcəm,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    Səninlə coşacaq ilhamım, təbim,
    Eşqinlə vuracaq nəbizim, qəlbim.
    “Hə” söylə, olginən yaşam səbəbim,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    O gizlin baxışlar, az söz demədi,
    Bilirəm, sənin də, könlün mənədi.
    Söylə öz sözünü,- meylin kimədi?
    Görsünlər mən sənə, aşiq olmuşam.

    Söylə aşiqəm mən, şair Dövrana,
    Son qoyaq bu gündən həsrət, hicrana.
    Yayılsın bu sevgi, yurdda hər yana,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    21.12.2015.

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    FAİZ

    Verdiyi dərdlərə tapılmaz çarə,
    Ömrümüzə çökən bəladır faiz.
    Halal ruzumuzu harama, şərə,
    Günaha, qəzaya caladı faiz.

    Kredit, ipotek… gəldi meydana,
    Vurulduq, girdikcə o dondan-dona,
    Xeyrimiz, şərimiz bağlandı ona,
    Evdən bərəkəti yaladı faiz.

    Atıb qarmağını ovladı bizi,
    Döndərdi qozbelə gəncliyimizi,
    Rahatlığlmlzl, dincliyimizi,
    Gicitikan kimi daladı faiz.

    Evdə kilim, palaz, xalça qoynadı,
    Yorğan, döşək, balış, nalça qoymadı,
    Stəkan, nəlbəki, dolça qoymadı,
    Olanı-olmazı taladı faiz.

    Xeyir görəmmədik, maya da getdi,
    Yasa da xərclədik, toya da getdi,
    Üzümüzdən abır-haya da getdi,
    Kələfi örkənə doladı faiz.

  • Təvəkkül GÖRÜŞLÜ.Yeni şeirlər

    tm

    XILASKAR İMİŞ

    Düşünüb içimdən gələni yazdım,
    Gah barlı payızdım, gah güllü yazdım,
    Gah çalan tar idim, gah da ki, sazdım,
    Sən demə şeirlər xilaskar imiş.

    Ruhlara qidaymış, xəstəyə dərman,
    Sahili mərcan tək, özü bir ümman,
    İlıq nəfəsindən dururmuş zaman,
    Sən demə şeirlər xilaskar imiş.

    Vəsf edib çəkdikcə gülü, çiçəyi,
    Öpüb qoxladıqca məxmər ləçəyi,
    Cana dəva imiş sözün göyçəyi,
    Sən demə şeirlər xilaskar imiş.

    Yazdıqca doymadım gözəldən, gözdən,
    Alma yanaqlardan, surətdən, üzdən,
    Eliksir etdikcə kəlmədən, sözdən,
    Sən demə şeirlər xilaskar imiş.

    Sevgini hopdurdum, sözə, şeirə,
    Möcüzə kəlmələr döndü sehirə,
    Sınmış ürəklərə sözlərmiş çarə,
    Sən demə şeirlər xilaskar imiş.

    07. 12. 2015
    (daha&helliip;)

  • İsa HƏSƏNOĞLU.”Gözümə dəymirsən uzun zamandı”

    10818593_717633538314366_1000672302_n

    Gözümə dəymirsən uzun zamandı,
    Ölüb-qalmağından xəbər də yoxdu,
    Bu həsrət bilmədim nə imtahandı?!…
    Könlüm sən gedəndən hər şeyə toxdu.

    Zaman da qoşulub səninlə getdi,
    Ruhum bədənimdən öncə qocaldı.
    Sənsizlik qəlbimi tamam keyitdi,
    İllər sevincimi əlimdən aldı.

    Mən səni görəndə uşaqlaşardım
    Tez-tez kövrələrdim, tez-tez gülərdim.
    Var olan dünyadan uzaqlaşardım,
    Səndə yaşayardım, səndə ölərdim.

    Mən səni görəndə gözüm dolardı,
    Üzünə davamlı baxa bilməzdim.
    Əllərim titrəyər, üzüm solardı,
    Qəlbimin sözündən çıxa bilməzdim.

    Mən səni görəndə məsumlaşardım,
    Duyardım həyatın şirinliyini.
    Xeyli gücsüzləşib məzlumlaşardım,
    Görəndə mənə göz süzdürməyini.

    Mən səni görəndə özüm olmazdım
    Özüm də bilmədən başqalaşardım.
    Sənli məqamları qəmgin olmazdım,
    Hər kəsə, hər şeyə doğmalaşıram.

    Mən səni görəndə dilim susardı,
    Gözlərim danışar, səni anardı.
    Həyat bizi görüb səsin qısardı,
    Ürəyim yenidən alovlanardı…

    Artıq nə sən varsan nə də biz varıq,
    Səni məsafələr aldı əlimdən.
    Nə qədər əhd etsək də ayrılmarıq,
    Adın da zamanla düşdü dilimdən.

    Sən də unudarsan bir gün, darıxma,
    Hər zaman sevəcək deyilsən məni.
    Güclə unutmuşam, qarşıma çıxma,
    Qorxuram yenidən sevərəm səni.

  • Xaliq MƏMMƏDOV.”Evlisən”

    12079336_155372158146741_6186934002319206725_n

    Qəlbində bir ümüd bəsləmə geri.
    Düşünüb ümüdülə səsləmə geri.
    Yanıma sən dönmək istəmə geri.
    Sən özgə biriylə evlisən daha.

    Nə qədər səsləsən çönə bilmərəm.
    Qayıdıb bir daha dönə bilmərəm.
    Bağışla mən səni görə bilmərəm.
    Sən özgə biriylə evlisən daha.

    O ötən günlərə qayıtmaq çətin.
    Ölübdü bu qəlbim ayıtmaq çətin.
    O qədər acıdır unutmaq çətin.
    Sən özgə biriylə evlisən daha.

    Ayırdın de necə qəlbini məndən.
    Apardın uzağa əlini məndən.
    Sənki bölərdin dərdini məndən.
    İndi isə özgəylə evlisən daha.

  • Müsahibimiz Prezident təqaüdçüsü Şəfa Vəliyevadı

    sv

    -Şəfa xanım, ədəbi-bədii yaradıcılıq fəaliyyətinə neçənci ildə hansı yazı ilə başlamısınız?

    1. Yaradıcılığa başlamanın məncə, yaşı olmur. İnsan yaratmaq eşqiylə doğulur. Doğuluşdan onunla ömür yolunda yoldaş olur istedadı. Və beləcə, harda olur-olsun yazır… Beş yaşım olanda nənəm anama deyib ki, “bu uşaq nə söyləyirsə, onu heç yerdə eşitməmişəm, gətir bunu yaz”. İlk söyləntilərimi anam dilimdən yazıya köçürüb. Sonra özüm iki əlifba ilə -kiril və latın əlifbası ilə yazıb -oxumaq öyrənmişəm. Başlamışam özüm vərəqləri “qaralamağa”… Və bir də ayıldım ki, “Şəfa Vəli” imzasıyla ürəklərin qonağıyam….

    -Müəllifi olduğunuz ilk kitabınız işıq üzü görəndə hansı hissləri keçirdiniz?

    2. İlk… elə bu sözün özü həyəcan demək deyilmi?! Bütün üzüntülərimi, sevincimi, ürəyimin əsdiyi hər nə varsa “gizlətdiyim” idi ilk kitab… 2010-cu ildə “Ümiddən olan qurbanlar” özüylə yeni bir Şəfanı gətirdi mənə…

    -Dövri mətbuatda ilk dərc olunan yazınız necə adlanır?

    3. Bunu unutmuşam… Hələ məktəb illərindən müxtəlif qəzet və jurnallarda şeirlərim çap olunurdu. Məktəbdə müəllimlər məni tərifləyəndə elə bilirdim ki, daha bundan ötə sevinc yoxdu. Bütün məktəbimizdə kiçik bir qızcığaza “şeir yazan” deyirdilər… Bu “qara qız” da qürurlanırdı… Bu sevinci indi heç vaxt sözlərə sığdırammıram.. Və indi belə, hər hansısa qəzetdə, saytda, jurnalda çap olunanda elə həyəcanlanıram ki… İfadə edəmmirəm….

    -Ədəbiyyat adamı olduğunuzu nəzərə alsaq, eyni zamanda həm poeziya, həm də nəsr sahəsində ədəbi-bədii nümunələr ərsəyə gətirməyiniz Sizin üçün heç bir problem yaratmır ki?

    4. İçimdəki narahatlığı nə cür olur-olsun ifadə etmək istəyirəm. Bir bənd şeir, bir hekayə, bir ovuc sözcüklər… Hamısı mənə doğmadı… Hamısı mənim ürəyimin əsintisidi… sevgisidi…

    -Son zamanlar respublikanın ən ünlü mətbu orqanlarında və ədəbiyyat portallarında Publisistika sahəsində qələmə aldığınız məqalələr dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılır.Ən çox hansı mövzuda və ya mövzularda məqalə yazmaq Sizə könül rahatlığı gətirir?

    5. Daha çox araşdırma xarakterli məqalələr məni həyəcanlandırır. Məqaləm olub ki, iki ay onu sadəcə düşünmüşəm… Lalə haqqındakı məqalə iki il beynimdə bir küncə qısılıb qalıb. Iki ilə ancaq cəsarət toplayıb onu kağıza köçürmüşəm. Publisistikanı özüm seçmədim… O məni tapdı…

    -Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi olaraq, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunandan sonra ədəbi-bədii yaradıcılığınızda hansı müsbət dəyişikliklər müşahidə olunub?

    6. Daha böyük bir fərəh… Özümə inam… Şeirlərə güvənmək…Hekayələrə arxamı söykəyib kədərə gülümsəmək… Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq Şəfanın ürəyində Şəfaya olan doğmalığı artırdı..

    -Bir neçə ay bundan öncə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan II “Gənc Ədiblər Məktəbi”nin məzunlarının-müdavimlərinin iki illik kursu müvəffəqiyyətlə bitirdiyini göstərmək üçün tədbir keçirildi.Bu haqda müxtəlif kütləvi informasiya vasitələrində silsilə xəbərlər dərc olundu.Müvafiq olaraq, məzunlara sertifikatlar verildi.Bu iki il ərzində hansı amillər Sizi yenidən zəngin yaradıcılıq fəaliyyətinizi uğurla davam etdirməyə sövq etdi?

    7. Orda keçirdiyim iki il mənə gözəl dostlar qazandırdı… Hər görüşdə bir fərqli söylənti doldu ürəyimə, axdı, axdı, Bakı-Gəncə yolunda silsilə şeirlərə çevrildi. Gənc Ədiblər Məktəbi bütün müdavimlərinə yeni yaradıcılıq həvəsi verdi. Bir budağın min olmağı kimi bir misramız neçə şeirin cığırı oldu… Natəvan klubunun dairəvi stolunda oturaraq baxışlarını barmaqlarına zilləyib oxunan şeirlərdə özünü tapmaq… Başqa söz varmı bu kövrəkliyi ifadə etsin?

    -Bu günə qədər Azərbaycan Yazıçılar Birliyinin hansı mətbu orqanlarında yazılarınız dərc olunub?

    8. “Azərbaycan” jurnalında bir dəfə şeirlərim çap olunub… “Ədəbiyyat” qəzetində ” Ağarmış gün” hekayəm sevindirib məni. “Ulduz” jurnalında Qəşəm Nəcəfzadənin mənim haqqımda bir məsum yazısı, Fərqanə Mehdiyevanın layihəsində müsahibəm dərc edilib. Və hər biri mənə dünya qədər sevinc yaşadıb..

    -Yazılarınızın müntəzəm olaraq, dərc olunmasına görə, kimlərə öz təşəkkürünüzü bildirmək istərdiniz?

    9. Birinci, sizə. (Gülür) “525-ci qəzet”ə, “Ruzigar” qəzetinə, Əntiqə Səməndərə, Intiqam Yaşara, “Gəncə qapısı” jurnalına, bir sözlə, harda bir misram varsa, o yerə…

    -Qəşəm Nəcəfzadə ilə Fərqanə Mehdiyevanın həyatınızda rolu?

    10. Qəşəm müəllim… “Sənin dərsin” şeiri ilə könlümün doğması olub onun poeziyası… və o misra var ha, “Mən səni sevirəm, ölməzsən heç vaxt!”… Bu misraya ağlayıb nə qədər şeir yazmışam, bir bilsəniz…
    Fərqanə xanım mənim şeirlərimin “payız sevdası”dı. Onun qucağına qısılıb payıza olan sevgimi misralara əmanət etmişəm… Hər ikisi yaradıcılığından bəhrələnəcək şairdi.

    -Bu ilin yaz aylarında ədəbiyyat sahəsindəki xidmətlərinizə və yaradıcılığınızdakı inkişafa görə, Azərbaycan Yazıçılar Birliyinin Rəhbərliyi tərəfindən qəbul edilmiş qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görüldünüz. İlk olaraq, Sizi kim təbrik etdi?

    11. Özüm… Gəldim, güzgünün qarşısında durdum və pıçıldadım: “Təbriklər, qara qız! Hər şey gözəl olacaq”

    -Daha çox nəsr sahəsində ərsəyə gətirdiyi əsərlərdə öz həyatının müəyyən məqamlarını əks etdirən Şəfa Vəli nə üçün məhz özünü “Düyməcik” adlandırır?

    12. Bu adı özümə özüm verməmişəm. Gözəl bir xanım tanıyıram, həyat eşqiylə dolub-daşan… “Məni verənə şükür!” sözlərini də ondan öyrənmişəm. O xanım mənə “Düyməcik” dedi bir dəfə. Xoşuma gəldi… Yaraşdırdım özümə.

    -Yeni nəslin nümayəndələri içərisində ən çox hansı yazarın və ya yazarların əsərlərini oxumağı daha çox sevirsiniz?

    13. Əlimə keçən nə varsa oxuyuram. Insafən, yeni nəsil dediyimiz yazarları oxuyarkən fərqlilik daha çox nəzərə çarpır. Bir gül dəstəsində hər rəng gül kimidir bugünkü gənclərin yaradıcılığı. Hər biri öz fərdi üslubunu tapıb, məncə. Içi mən qarışıq, hamımıza uğurlar!

    Bu yaxınlarda Tovuz şəhərində yerləşən və Ümummilli lider Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxışınızda Oktyabr ayından qorxduğunuzu söyləmişdiniz.Bəlkə bu haqda qısa məlumat.Təbii ki, əgər razısınızsa?

    14. Bir şeirim var:

    Hər səs gələn tərəfin
    Yolçusu sevilməz ki…
    Payız boyda qəhərin
    Sarısı silinməz ki…

    Saçlarını yolmağa
    Başlayıbdı ağaclar…
    Bu mövsüm Xan bağında
    Oturmağa ürək var?

    Yaxşı ki, yolun düşmür
    Bu aralar Gəncəyə…
    Baxışımdan üşüyüb
    Küsərsən gəlməyinə…

    Gərək mən də tez qaçım…
    Bakı… Qazax… Ya səbr!
    Durum qapını açım:
    -Bu sənsən, oktyabr?

    Bu şeiri demişdim orda… Payızı həm sevirəm… Həm ondan qorxuram… Payız- bütün gələnlərin gedəcək olduğunu anladan dahidi..

    -Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı gəlir. Hər iki bayrama hazırlaşırsınızmı?

    15. Bu qədər narahatlığın içində gah üşüyən, gah darıxan şair ürəyi hansı bayrama hazır deyil ki?! Bayramlar yaxşı ki, var!

    -Bu il Sizin həyatınızda hansı yeniliklər ilə yadda qaldı?

    16. Şair Şəfa Vəlinin uğurlarını siz sadaladız… Mənə söz qalmadı. “Anasının fəxri” qara qız üçün 2015 tam fərqliydi… Xala oldum!!!

    -Sonda hansı şeirlərinizi oxucularınıza ərməğan etmək istərdiniz?

    17. Siz hansı şeirləri yenidən oxumaq istərsəniz, buyurun! Mən tək birini deyəcəm:

    Qar yağmadı Gəncəyə,
    Sevinmədi uşaqlar…
    Bəzənmədi pəncərəm
    Qarın naxışlarıyla…

    Üzü Bakı yoluna
    Gəl -deyə çox ağladım…
    Mən qarın acığına
    Ürəyimi buzladım…

    Bu qışı da yola sal…
    Yazda özüm gələrəm…
    Bakı sənlə məğrursa
    Gəncəylə sevgiliyəm…

    Müsahibəni apardı:

    Kənan AYDINOĞLU,
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Bakı şəhəri.19 dekabr 2015-ci il.

  • Etibar VƏLİYEV.Yeni şeirlər

    12305585_1494065097563795_938509399_n

    MƏNDƏN GÜL İSTƏDİN

    Məndən gül istədin, çiçək istədin.
    Səndən gözəlini tapa bilmərəm.
    Bağçada sənin tək ğözəl olmayan.
    Çiçəyi dərmərəm, gülü dərmərəm.

    Gəl məni gül bilib, al qucağına.
    Apar o illərə, gənclik çağına.
    Sənsiz bu dünyada cənnət bağına,
    Bağçaya girmərəm, bağa girmərəm.

    Eşq ilə alışan köz verim sənə.
    Baxıban yandıran göz verim sənə.
    Gül nədi, əhd edib söz verim sənə.
    Hər kimə söz verib, ürək vermərəm.

    Sənsiz ağlayaram, üzüm də gülməz.
    Sənsiz gözlərimin yuxusu gəlməz.
    Sənsiz çiçəyin də qoxusu gəlməz.
    Sənsiz çiçəyi də sulu dərmərəm.

    17.12.2015.

    NƏ YAŞAYA BİLDİK NƏ ÖLƏ BİLDİK

    Gəlişin, gedişin, bir xəyal oldu.
    Nə danışa bildik, nə gülə bildik.
    Sevinc bir anlığa ürəyə doldu.
    Nə paylaşa bildik, nə bölə bildik.

    Alışıb ürəkdə yaşıyan eşqi.
    Qəribdə, qurbətdə, yaşıyan eşqi.
    Həsrətin yükünü daşıyan eşqi.
    Nə yaşada bildik, nə silə bildik.

    Bir sevən ürəkdi eşqin məbədi.
    Baxış bəhanədi, göz bəhanədi.
    Bu eşqin dərmanı, çarəsi nədi?
    Nə öyrənə bildik, nə bilə bildik.

    Bənd olduq bu eşqə lap dəli kimi.
    Nə mən Kərəm kimi, sən Əsli kimi.
    Mən Məcnun,sən də ki, bir Leyli kimi.
    Nə yaşaya bildik, nə ölə bildik.

    15.12.2015.

  • İsa HƏSƏNOĞLU.”Dəli olmaq istəyirəm”

    10818593_717633538314366_1000672302_n

    Dəli olmaq istəyirəm…
    Bilirəm…
    bu istəyimin
    Onsuz özü dəlilikdir.
    Soruşma heç bu nə arzu, nə istəkdir?!..
    Necə deyim…
    Necə deyim bəyəndiyim bir xanımın
    Qəbuluna bayramlarda düşmək olur,
    Məktubuma bayramlarda cavab yazır,
    Bayramlarda ürəyimə
    Sevinc dolur, fərəh dolur.
    Bu bayramdan o bayrama
    Zaman axmır, zaman donur,
    Camalıma həzin-həzin kədər qonur.
    Bu bayramdan o bayrama
    Özləm xeyli sıxır məni,
    Ayrılığın üfunəti boğur məni.
    Eşitdim ki, dəlilərə
    Hər ötən gün bayram imiş…
    Heç ağlıma yatmır bu iş.
    Mən bayramı iplə çəkim,
    Dəli hər gün bayram edə?!…
    Çox uzatmaq istəmirəm…
    Onu hər gün anmaq üçün
    Dəli olmaq istəyirəm…
    Dəli olmaq istəyirəm.

  • İlkin ABBAS.”Daha bir sənli yuxu”

    ia

    Bizim görüşümüz imkansız, uzaq,
    Düyünə düşübdür bu pak eşqimiz.
    İndi qaranlığa çevrilib otaq,
    Təkcə yuxulardı görüş yerimiz.

    Bu gecə yuxuma gəlmişdin qonaq,
    Qəlbimi gözünlə naxışlayırdın.
    Yenə də xətrinə dəyirdim sənin,
    Yenə də sən məni bağışlayırdın.

    Baxdım gözlərinə dəqiqələrcə,
    Gözlərin daldırdı röyaya məni.
    Doqquz ay bətnində daşıyan anam,
    Səninçün gətirib dünyaya məni.

    Düşündüm ömürdən ötüb keçəni,
    Dikdim uzaqlara qəmli gözümü.
    Gah hesab elədim suçlu gecəni,
    Gah da ki qınadım özüm-özümü.

    Yaman doluxmuşdum buludlar təki,
    Bir sevgi dilədim yalnızca səndən.
    Verərdim canımı qurban, yetər ki,
    Yenidən qovuşsun bu yol, yenidən.

    Daha bir gördüyüm sən adlı yuxu,
    Zaman yel tək keçir, saatlar ötür.
    Gözlərin gözümdən itməsin deyə,
    Yatıb oyanmaram inan, bir ömür.

  • Xəyalə SEVİL.”Evim kimi qucaq yoxdu”

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Yenə tutulub göy üzü,
    Tutulub, yağan olub.
    Dəymədüşər buludlar
    Yaman ağlağan olub.

    Ağaclar payız fəslidi,
    Yarpaqlar sarı qız kimi.
    Torpağın soyuq qoynuna
    Yıxılır qarı qız kimi.

    Bir tənha külək üşüyür,
    Qızınmağa ocaq yoxdu…
    Pəncərəmi açıq qoydum,
    Evim kimi qucaq yoxdu.

  • Şəfa EYVAZ.”Allah, sevdiyinə dəymə adamın…”

    1423756700_sefa-xanim

    Dərdini bağrına salmaq da olmur,
    Yıxılıb yanında qalmaq da olmur,
    Ətrini torpaqdan almaq da olmur,
    Allah, sevdiyinə dəymə adamın…

    Ağlasan səsini duyan da olmur,
    Başını dizinə qoyan da olmur,
    Həmdəmlik eyləyən, hayan da olmur,
    Allah, sevdiyinə dəymə adamın…

  • Zeynəb DƏRBƏNDLİ.”Xəcalətliyəm”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Vətən, nələr gəldi sənin başına,
    Min dərdin yazılıb, qan yaddaşına.
    İndiki gənclərin dovranışına,
    Şəhid məzarına xəcalətliyəm.

    Elə hey atılıb düşürlər hop hop,
    Söz söhbət düşəndə cox atırlar gop.
    Hamının başında medal, ad san, top,
    Şəhid məzarına xəcalətliyəm.

    Ne tez unuduldu bütün olanlar,
    Hər yeri bürüyüb haqsız yalanlar.
    Hərənin min fikri, min planı var,
    Şəhid məzarına xəcalətliyəm.

    Zeynəbəm, əlimdən nə gəlir mənim?
    Olanlar icimi, hey dəlir mənim.
    Acılar gözümdə göyərir mənim,
    Şəhid məzarına xəcalətliyəm.

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    SONU YOXDUR

    Zaman gələr darıxarsan,
    Yarpaqları tökülmüş,
    Payıza təslim olmuş ağacın quru
    Budağı kimi.
    Peşman olub, soluxarsan,
    Körpəmizin köhnəlmiş
    Qundağı kimi…
    Bir gün anlayarsan ki,
    Çəkdiyin əzabların,
    Sonu yoxdur…
    Ətrafında dövrə vuran,
    Dostlarının, insanlıqdan
    Donu yoxdur!!
    Həyatından gəlib-keçən,
    Gözəllərin hər beşindən
    Onu yoxdur!
    … Zaman gələr darıxarsan,
    Yarpaqları tökülmüş,
    Payıza təslim olmuş ağacın quru
    Budağı kimi.
    Peşman olub, soluxarsan,
    Körpəmizin köhnəlmiş
    Qundağı kimi…

    ATILMIŞ KÖRPƏ

    …O körpənin təbəssümü,
    Daha görməz bu gecəni.
    Çünki… daha onun uyuduğu
    Boş beşiyi, anası elə
    Körpəsini atdığı kimi, atdı zibilliyə…
    O evdə daha
    Körpə görməz bu gecəni…
    Zülmət qaranlıq isə
    Üşüdər gəlib-keçəni…
    Körpəni zibilyığan baba ilə, polislər
    Çoxdan apardılar,
    Buz bağlamış pilləkandan qopardılar…
    İndi, o körpənin beşiyi də,
    Zibillikdə üşüyəcək,
    Anası körpəsini atdığı yerdən,
    Qaçıb-qaçıb,
    Həyəcandan tövşüyəcək…
    Və bir gün, o körpə böyüyəcək,
    Həyatını öyrənəndə,
    Bu dünyaya inamı da dəyişəcək!!
    O körpənin təbəssümü daha
    Görməz bu gecəni,
    Zülmət qaranlıq isə,
    Üşüdər gəlib-keçəni…
    Mayisə Əsədulla Əliyeva

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    SƏNSİZLİK

    Fikirlərim firar edib,
    Həbslərdə dayanmayır.
    Sən olmayan sabahlarda,
    O da yatır, oyanmayır.

    Hecalarım düzülübdü,
    Cümlələrim süzülübdü.
    Əlim haqdan üzülübdü,
    Ocağım da qalanmayır.

    Sən olmayan günüm dərddir,
    Sənsizliyin üzü bərkdir.
    Ürək dəmir deyil, ətdir,
    Göz yaşlarım dayanmayır.

    Sən olanda gülər üzüm,
    Sevincdən parlayar gözüm.
    Mənə sahib çıxar özüm,
    Dərd qəlbimə sarmanmayır.

    15.12.2015

    ÜŞÜMƏ

    Sənin eşq adlı tüstünə,
    Mən isinmişəm istinə.
    Xəyalımı çək üstünə,
    Soyuq olmasın, üşümə.

    Boğulmaram mən tüstünə,
    Közə dönərəm istinə.
    Saçlarını çək üstünə,
    Soyuq olmasın, üşümə.

    Kor olmasınlar tüstünə,
    Qızınmasınlar istinə.
    Saf sevgimi çək üstünə,
    Soyuq olmasın, üşümə.

    Mən yansam yetiş tüstümə,
    Əllərini tut istimə.
    Məhəbbəti çək üstünə,
    Soyuq olmasın, üşümə.

    Rəhim Mehnət 19.12.2015

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    SƏNİ SORUŞDU

    Eşq adlı dünyamı, tərk edən gündən,
    Ruhum candan çıxıb, Haqqa qovuşdu.
    Qarşıma hər çıxan dost, tanış –məndən,
    Dərdimin çarasın, səni soruşdu.

    Qoşa gəzdiyimiz dağlar, yamaclar,
    Çiçəkli, qönçəli kollar, ağaclar,
    Cüt səkən sevdalı kəklik, turaclar,
    Qəlbimin yarasın, səni soruşdu.

    Mehman olduğumuz mərhəm oylaqlar,
    Bizə qucaq açan, xalı otlaqlar.
    Gözüyaşlı, ağlar, ayna bulaqlar,
    Gözümün qarasın, səni soruşdu.

    Yardan uzaq düşən tənha, tək qalar,
    Göydə quşlar belə , cüt qanad çalar.
    Qol- boyun leyləklər,sürbə durnalar,
    Bağrımın parasın, səni soruşdu.

    Dövranam, yox sizə yalnış, yalanım,
    Istəksiz, məhvərsiz, necə dolanım?
    Bütün dərdəyanan, qeydəqalanım,
    Canımın yarısın, səni soruşdu…
    Soruşdu…
    Soruşdu…

    18.12.2015.

    YAR SANMAZMI

    Söyləyin O, bivəfaya,
    Etdiyindən utanmazmı?
    Dalmamışkən xoş xülyaya,
    O saf eşqi, heç anmazmı?

    Daşdanmıdır onun canı,
    Üzdü qəlbdən əhd- peymanı.
    Məhv oldu bir, eşq ümmanı,
    Zülm etməkdən usanmazmı?

    Düşmürəmmi heç yadına?
    Tanrı yetsin imdadına…
    Sevdamızın eşq oduna,
    Mən yanırkən, O yanmazmı?

    Çəkəcəm hər cəfasını,
    Sınayacam vəfasını.
    Əfv edərsəm xətasını,-
    O, Dövranı yar sanmazmı???…

    19.2015.

  • Xaliq MƏMMƏDOV.”Görməyəcəksən”

    12079336_155372158146741_6186934002319206725_n

    Gedəcəm ömürlük mən bu şəhərdən.
    Sən məni bir daha görməyəcəksən.
    Öləcəm dözməyib mən bu qəhərdən.
    Sən məni bir daha görməyəcəksən.

    Gələcək yadına düşəcəm bir yaz.
    Artacaq həsrətim daha da bir az.
    Nə qədər bu qəlbim keçməsədə vaz.
    Sən məni bir daha görməyəcəksən.

    Çalacaq həsrətim bir ilan kimi.
    Hər dəyqə yadına sən salan kimi.
    Keçəcək o ömrün bir yalan kimi.
    Sən məni bir daha görməyəcəksən.

    İncitdin qəlbimi qırıldı qəlbim.
    Necədə dərindən vırıldı qəlbim.
    Bil daha ölümə sarıldı qəlbim.
    Sən məni bir daha görməyəcəksən.

    Sən indi tək-tənha qala bilərsən.
    O mənli xəyala dala bilərsən.
    İstəsən hər kəsə sora bilərsən.
    Sən məni bir daha görməyəcəksən.

    Gözünün yaşları axıb gözündən.
    Dolacaq qəlbinə axıb sözündən.
    Hərdəndə gedəssən mənsiz özündən.
    Sən məni bir daha görməyəcəksən.

    Düşünmə təsəlli olar şəkillər.
    Sızladar qəlbindən vurar şəkillər.
    Bir zaman mənidə sorar şəkillər.
    Sən məni bir daha görməyəcəksən.

    Çətində, acıda olsada inan.
    Həsrətin ömrümü edibdir ziyan.
    Gör necə etdinsə qəlbimi viran.
    Sən məni bir daha görməyəcəksən.

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXIX hissəsi

    Cəmilə qapını döyməkdən bezdi, çantasından açarı çıxartdı, qapını açmağa çalışdı. Qapını açanda Lamiyə qarşısında gözləri yaşlı dayanmışdı. Lamiyə qaynanası yaxınlaşdıqca geri addımlar atırdı. Cəmilə əlini gəlininin saçlarına doladı.
    – Sən kimsən? Kimsən sən? Nə istiyirsən məndən?
    Lamiyə Cəmiləni özündən birtəhər uzaqlaşdırmaq üçün itələdi. Cəmilə yerə sərildi.
    – Sənə axırıncı dəfə deyirəm. Oğlumdan boşanacaqsan. Sonra rədd olub gedəcəksən bu ölkədən.

    Cəmilə Lamiyənin cavab verməyəcəyini görüb daha da hövsələdən çıxdı.
    – Bura bax, onsuzda vicdan əzabı çəkirəm. Partlayan bomba kimiyəm. Mənim ayağımı tapdalama. Elə bilmə ki, sənin hədələrinə susacam. Vaxtı gələndə hər şeyi etiraf edəcəm, amma sən o günü görməyəcəksən
    Lamiyə eşitdiklərinə inana bilmirdi.
    – Səfər səni analıqdan silər.
    Cəmilə Lamiyənin üstünə qışqırdı. – Sənə nə?

    Lamiyə yenidən geri addımlar atdı, qaynanasını sakitləşdirməyə çalışırdı.
    – Yaxşı-yaxşı, vurma. Oğlundan boşanan günü anamın yanına qayıdacam.
    – Gərək çoxdan qayıdaydın. Nankor… Oğlum səni almırdı. Mənim yerimdə kim olsaydı, oğlunun içkili vəziyyətindən istifadə edib qoynuna girən qızı almazdı.
    Fahişə səndən qeyrətlidir. Tfu… sənin üzünə. Tüpürməyə də layiq deyilsən.
    Cəmilə yerdən çantasını götürdü, evdən çıxanda qapını çırpdı.

    Lamiyə qapını arxadan bağladı. Tahir otağından çıxıb pilləkənləri ağır-ağır düşdü.
    Lamiyəyə yaxınlaşıb diqqətlə gözlərinin içinə baxdı: – Deməli, zirək tərpənib Səfərin içkili vəziyyətdə olmağından istifadə eləmisən.
    Lamiyə kürəyini qapıya söykədi: – Onun başı xarabdır. Fikir vermə, ağzına gələni danışır.

    Tahir Lamiyəni astaca qapının ağzından itələyir: – Başı xarab da olsa düz deyir, fahişə səndən qeyrətlidir. Yaxşı ki, uşaq sağ qalmayıb. Yaxşı ki… Səni necə sevirdim mən…Heyf!…

    Tahir evdən çıxır, qapını örtdü. Lamiyə gözlərini yerə dikdi…

    (daha&helliip;)

  • “Unutulmayan Hocalı” Şiirler Antolojisinə qatılmaq istəyən hər kəsin nəzərinə!

    XX əsrin ən böyük və dəhşətli faciəsi olan Xocalı Soyqırımının ildönümü ilə əlaqədar olaraq, Türk dünyasının yazarlarının ədəbi-bədii nümunələrini, poeziya örnəklərini özündə cəmləşdirəcək “Unutulmayan Hocalı” Şiirler Antolojisinə qatılmaq istəyən hər kəsdən xahiş olunur ki, hocali1992@mail.ru ilə əlaqə saxlasınlar.Yazıların qəbul olunması üçün nəzərdə tutulmuş son vaxt 10 yanvar 2016-cı ildir.Layihənin sorumlusu Könül Ordubadidir.

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    AY OSMAN QAĞA

    Dünya həmənkidir, döyüşür yenə
    Öz xeyrinnən şəri, ay Osman qağa!
    Hanı elə ustad-məsləhət alam,
    Sən köçəndən bəri, ay Osman qağa?!

    Düzlük, xeyirxahlıq bir peşən oldu,
    Güllərin nə soldu, nə həşəm oldu.
    Yenə söz mülkündə “Bənövşə”n oldu,
    Sözüm təzə-təri, ay Osman qağa!

    “Gətir, oğlum, gətir” – arzun gül açdı,
    Qumlu səhrada da ətrini saçdı.
    “Dəmir sətirlər”ində dindi, dil açdı
    İlham adlı pəri, ay Osman qağa!

    “İqlimdən iqlimə” yayıldı səsin,
    Ancaq eldən gəldi yenə nəfəsin.
    Dünyada sönməyən eşqin, həvəsin
    müqəddəsi, piri, ay Osman qağa!

    Zaman bəd gətirdi, yandın, göynədin,
    Dərdini Xrama, Kürə söylədin
    Dosta sədaqətdə heyran eylədin
    Sən külli-bəşəri, ay Osman qağa!

    Qəlbiyin simləri saza tel oldu,
    Bu yolda dözümün Çənlibel oldu.
    Dünyaya gələndən ancaq el oldu
    Könlüyün dərd-səri. ay Osman qağa!

    Çoxları yalandan yoxu var etdi,
    Ancaq səni görüb bundan ar etdi.
    Köçəndə də sənə tapşırıb getdi,
    Vurğun sözü, şeri, ay Osaman qağa!

    Heç vaxt şan-şöhrətə olmadı gözün,
    Ayağına gəldi şöhrətin özü.
    Hələ qabaqdadır dediyin sözün
    Möcüzəsi, sirri, ay Osman qağa!

    Tanrım sözlərimi yazmaz günaha,
    Səndən nə gəlməyib, nə gəlməz daha.
    Qəbrin də döndərdi ziyarətgaha
    Doğulduğun yeri, ay Osman qağa!

    Sibirel ovunmaz hər təsəllidə,
    Şairə yaş deyil yüz də, əlli də.
    Uyu rahat uyu Sarıvəllidə,
    Şairlər şairi, ay Osman qağa!

    15.09.2000

    QƏRİBƏ GÖRÜNNƏM
    Bu gün duyğularım qəlbimə sığmır,
    Sinəmdən baş alıb qaçmaq istəyir.
    Bu gün fikirlərim sözümə baxmır
    Quştək qanad taxıb uçmaq istəyir.

    Qışının kürəyini yerə vurmağa
    Bu gün ürəyimdə yaz nəfəsi var.
    Yanar səhrəları ovundurmağa
    Dolan buludumun sel həvəsi var.

    Şeh düşsə üşüyən bir çiçək eşqin
    Ruhunu odumla isidə billəm.
    Uzadıb ömrünü kəpənək eşqin
    Bahar arzularla yol gedə billəm.

    Ögey hisslərimi boğmaqçün deyən
    Doğma hisslərimin öz qiyamı var.
    Vicdanın müttəhimin kürsüsündəyəm,
    Özümün özümə ittihamım var.

    Bu gün ümidimi, qayğılarımı
    Haça şeşpəritək Giziroğlunun.
    Zülmətin qoynuna atmaq istərəm.
    Bürünüb öz kövrək duyğularıma

    Sonra rahat-rahat yatmaq istərəm
    Qəribə görünnəm çoxuna bu gün
    Deyəsən özümə yaxınam bu gün.

    1972

  • Təranə Turan RƏHİMLİ.Yeni şeirlər

    teranexanim

    BİR GÜNLÜK TANRI QOYNUNDA
    OLASAN ANA UŞAĞI

    Arı olub bu dünyanın
    Çiçəyindən qopmayasan.
    Xoşbəxtlikdən dil-dodağın
    Əsə, söz də tapmayasan.

    Həyəcandan külə dönüb
    İçində nəfəs quruya.
    Yeri-göyü unudasan,
    Səni göydəki qoruya.

    Səpiləsən ulduz-ulduz,
    Yığılıb günəş olasan.
    Yadından silib dünyanı,
    Təzədən tanış olasan.

    Əlin Tanrı ətəyində,
    Qəlbində Tanrı işığı,
    Bir günlük Tanrı qoynunda
    Olasan ana uşağı.

    BİR QƏRİB MEŞƏDƏYƏM

    Bir qərib meşədəyəm,
    Baltalar dərd doğrayır.
    Məndə ürək nə gəzir,
    Sinəmdə dərd ağrıyır.

    Özümdən usanıram,
    Hər gün dərd qazanıram.
    Yatmağa uzanıram,
    Gözümü dərd bağlayır.

    Qaldım çətində, darda,
    Elə dərd gördüm yardan.
    Məndə göz yaşı hardan,
    İçimdə dərd ağlayır.

  • Rafiq ODAY.”Yaman tələsdilər dostlar”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Dönəndən qəm aşığına,
    Gözlərimin yaşı xına.
    Yön aldım gün işığına,
    Yolumu kəsdilər dostlar.

    Min cürə çəmlə etdilər,
    Birləşib, cəmlə etdilər,
    Sağımdan həmlə etdilər,
    Solumu kəsdilər dostlar.

    Atımdan yerə saldılar,
    Sonra dövrəyə aldılar,
    Dizimə balta çaldılar,
    Qolumu kəsdilər dostlar.

    Bir getmişdim, beş qayıtdım,
    Quzğunlara leş qayıtdım,
    Bu dəfə də boş qayıtdım,
    Dolumu kəsdilər dostlar.

    Sinəmdə dağ basdırmağa,
    Çolaq-axsaq basdırmağa,
    Məni sağ-sağ basdırmağa,
    Yaman tələsdilər dostlar.

    18.12.2015

  • AJB Sumqayıt şəhər təşkilatının elektron orqanları “Buta” almanaxının rəsmi informasiya dəstəyi olacaq

    b

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən maliyyələşdirilən və həyata keçirilən yeni layihə çərçivəsində işıq üzü görəcək “Buta” almanaxının rəsmi informasiya dəstəyi olacaq.
    Qeyd edək ki, 2016-cı ilin mart ayında Bakıda təqdimatı keçirilməsi nəzərdə tutulan
    almanaxdaTürk dünyasının yazarlarının ədəbi-bədii nümunələrini, poeziya örnəklərini özündə cəmləşdirəcək

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • AJB Sumqayıt şəhər təşkilatının elektron orqanları “Unutulmayan Hocalı” Şiirler Antolojisinin rəsmi informasiya dəstəyi olacaq

    l

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı XX əsrin ən böyük və dəhşətli faciəsi olan Xocalı Soyqırımının ildönümü ilə əlaqədar olaraq, Türk dünyasının yazarlarının ədəbi-bədii nümunələrini, poeziya örnəklərini özündə cəmləşdirəcək “Unutulmayan Hocalı” Şiirler Antolojisinin rəsmi informasiya dəstəyi olacaq.
    Qeyd edək ki, 2016-cı ilin fevral ayında Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində işıq üzü görəcək antologiya iki qardaş ölkənin-Türkiyə Cümhuriyyətində və Azərbaycan Respublikasında fəaliyyət göstərən kitabxanalara hədiyyə ediləcək

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nail DAĞLAROĞLU.”Dağları”

    n

    Yadımdadı hər cığırı, hər daşı,
    Bircə an da unutmaram dağları.
    Anam olub, balasıyam əzəldən,
    Ölənəcan yad tutmaram dağları.

    Körpəlikdən qucağında dolandım,
    Səhər-səhər şehə suya bulandım.
    Ayrılanda yanar oda qalandım,
    Qürbətelə mən satmaram dağları.

    Vəsf edərəm, gözəl sözlər düzərəm,
    Ayrılanda ürəyimi üzərəm.
    Son günədək qucağında gəzərəm,
    Nail deyər, mən atmaram dağları.

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    ÇƏK BÜLÖVƏ RUHUNU

    Vaxtı deyil yatmağın, ey millət , oyan!
    Varlığıma mənliyin , qerətin olsun həyan.
    Duy özünü dərk elə , dön içinə bir daha,
    Dağ kimi söykən yenə qeyrətinə , Allaha.
    Çək bülövə ruhunu , bəsdi sığındın qına,
    Qoyma dağılsın Vətən , qalx onu sal sahmana.
    Vermə aman düşmənə , dön dumana , dön çənə,
    Qıyma uzansın yad ol bir gülünə , qönçənə.
    Heç bu qədər dincələr yurdu bölünmüş igid ?
    Sən özünə arxalan , sən özünə ol ümid.
    Od kimi , şimşək kimi çax , külə dönsün yağı,
    Artıq amandan keçib , vur dağın üstündən dağı.
    Qoyma yalan , əyrilik şəst ilə dönsün taca,
    Tut beləcə daima haqqı özündən uca.
    Əldə silah , dildə and qəlbdə Vətən sevgisi.
    Göylərə olsun bülənd qoy qələbə türküsü.

    HAQLASA DA DUMAN BİZİ…

    Qaməti düz , bəxti bükük,
    Gəzirik , bir ömrə yükük,
    Qismətdən asılan tükük,
    Üzülüb üzə durmuşuq.

    İnsafı hanı dünyanın?
    Qaçıbdır qanı dünyanın,
    Ölümdür sonu dünyanın,
    Vaxtla qərəzə durmuşuq.

    Ömrümüzün nəyi kəmdir,?–
    Yarı sevinc , yarı qəmdir,
    Gülənin gözləri nəmdir,
    Dərdə , mərəzə durmuşuq.

    Yüyrük edib zaman bizi,
    Mürgülədib güman bizi,
    Haqlasada da duman bizi,
    Baxtla göz-gözə durmuşuq.

  • Mais TƏMKİN.”Xocalı faciəsinə”

    10646868_273655359498567_6620189188081019440_n

    Gülləri saralmış bağ dözə bilməz,
    Biz necə dözürük bu dərdə, Allah?
    Qaya parçalanar, dağ dözə bilməz,
    Biz necə dözürük bu dərdə, Allah?

    Yüzlərlə insanın kəsilib başı,
    Bu kədər ağladır torpağı, daşı.
    Axır üzümüzə acı göz yaşı,
    Biz necə dözürük bu dərdə, Allah ?

    Kimlər çəkdi yolumuza hasarı?
    Verdi bizə bu qəmi, bu azarı.
    Haray çəkir Natəvanın məzarı,
    Biz necə dözürük bu dərdə, Allah?

    İtkin düşən qız-gəlindən soraq yox,
    Qaranlıq evlərdə yanan çıraq yox.
    Düşüb yana, qol kəsilib, qulaq yox,
    Biz necə dözürük bu dərdə, Allah ?

    Könlümüzü ağır dərdə salanlar
    Törətdilər saysız qırğın, talanlar.
    Həqiqətə meydan sular yalanlar,
    Biz necə dözürük bu dərdə, Allah?

    Saranı aparan sel haray çəkir,
    Elsiz qan ağlayan el haray çəkir.
    Ağlayıb sazımda tel haray çəkir,
    Biz necə dözürük bu dərdə, Allah?

    Qəbri tapdağında qalıbdır şərin,
    Natəvanın, Ələsgərin, Şəmşirin.
    Zamanımı qiyamətin-məhşərin?
    Gör necə dözürük bu dərdə, Allah?

    Ana qucağından düşən körpələr
    Bəyaz qar altında buz bağlayıbdır.
    Vətəndən didərgin düşməsin deyə
    Üz üstə torpağı qucaqlayıbdır.

    Qar yağır göylərdən hey aram-aram,
    Düşür saçımıza vaxtsız dən kimi.
    Ölənlər kəfənsiz qalmasın deyə,
    Örtüb üzlərini ağ kəfən kimi.

    Hər yerdən əlini üzən millətim
    Yaradan Allahdan bir kömək umur.
    Elə bil dünyanın vecinə deyil,
    Çəkdiyim ağrıya belə göz yumur.

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    GET

    Ürəyimi vermişəm,
    Tut əlindın götür, get.
    Xəyalım otağında,
    Dur qapıdan ötür, get.

    Qoyma nisgilli qala,
    Həsrət saçını yola.
    Sən salma haldan-hala,
    Vüsalını gətir, get.

    Gözü yolunda qalıb,
    Nəfəsin səndən alıb.
    Ürəyində yurd salıb,
    Sən özünü yetir, get.

    Aşiqdi göz-qaşına,
    Sevgi baxmaz yaşına.
    Bulaşdın üst başıma,
    Paltarımda ətir, get.

    MƏNİ BAĞIŞLA

    Səni xəyallardan qopardım aldım,
    Atdım xəyalıma, məni bağışla.
    Hər gün yuxulara qonaq apardım,
    Qatdım xəyalıma, məni bağışla.

    Sığındım dünyanın sənsizliyinə,
    Könlüm üsyan etdi səssizliyinə.
    Bildim dərdi nədir, sənsizliyi nə,
    Qatdım xəyalıma, məni bağışla.

    Sevginlə döyünən ürəyimi də,
    Adınla öyünən ürəyimi də.
    Adını, dadını, ürəyini də,
    Qatdım xəyalıma, məni bağışla.

    Amalım sən olan, özüm sən olan,
    Taqətim sən olan, dözüm sən olan.
    Yazdığım hər misra, sözüm sən olan,
    Səni, xəyalını, sənsizlıyı də,
    Qatdım xəyalıma, məni bağışla.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    ƏSGƏRƏM ANA

    Hisslər atəşlədi qəlbdəki odu,
    Yoxdur sevincimin həddi, hüdudu.
    Tanrıdan istəyim, bax gerçək oldu,
    Əsgərəm, Ana!

    Haqqında minlərcə xəyal qurduğum,
    Səngərdə, sərhəddə hazır durduğum.
    Vətənə ya qazi,şəhid olduğum,
    Əsgərəm, Ana!

    Oğul,ər böyütdün,öndə dayana,
    Qurbandır gənc canım vətənə, sana.
    Düşmən cavab versin tökdüyü qana,
    Əsgərəm, Ana!

    Hünərdir,zəfərdir axşam, sabahım,
    Dilimdə təkbirim, qəlbdə Allahım.
    Əynimdə polad don, əldə silahım,
    Əsgərəm, Ana!

    Görəvim düşməni yurdumdan qovmaq,
    Az qalıb, səbr etsin doğma Qarabağ.
    Sipərim Haçadağ, Soyuq, Murovdağ,
    Əsgərəm, Ana!

    Hər qaya yanımda bir çavuş, gizir,
    Zəhmimiz, gücümüz, düşməni əzir.
    Sayıq dayanmışam, əmrə müntəzir,
    Əsgərəm, Ana!

    Qıracam buxovun əsir dağların,
    Öpəcəm Laçını,Ağdam torpağın.
    Sancacam Şuşaya dövlət bayrağın,
    Əsgərəm, Ana!

    Əsgərəm. Əsgərəm.Əsgərəm Ana,
    Darıxma heç zaman oğlundan yana!.

    17.12.2015.

    YAZIĞIM GƏLİR

    Mənim paxıllara yazığım gəlir,
    Qınağa dönüblər elin dilində.
    Qəlbisaf insanlar daim yüksəlir,
    Paxıllar qərq olur həsəd gölündə.

    Mərdlər qanad açar ənginliklərə,
    Hər zaman yüksəkdə,zirvədə gəzər.
    Paxıllar gömülər dərinliklərə,
    İblisə çevrilib,olar bəd nəzər.

    Paxıllıq sağalmaz bir xəstəlikdir,
    Xərçəngə çevrilər,yaman ur olar.
    Paxılın bağrı qan,qəlbi dəlikdir,
    Hüzur tapa bilməz,yeri dar olar.

    İçində qovrulmaq yamandır,yaman,
    Paxıllar nə çəkir,bir Allah bilir.
    Rəbbim islah etsin onları –Dövran-
    Mənim paxıllara yazığım gəlir.

    18.12.2015.

  • Şəfa VƏLİYEVA.”Üşüdünmü bu axşam?”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Üşüdünmü bu axşam?
    Keçdimmi ürəyindən?
    Mən elə darıxmışam…
    Sən bildinmi, bilmirəm…

    Ütüləyib yığdığım
    Xatirələri açdım…
    Bir vaxtlar utandığım
    Şəkillərinə baxdım…

    Adın çəkdim… bəzəndi
    Dünyam nişanlı qıztək…
    Günlər ürək üzəndi…
    Gəl, ömrün ipini çək…

    Gəl, götür əllərimdən
    Əlinin yaddaşını…
    Pozmağa da cəhd elə
    “Dəlinin” yaddaşını…

    Üz bütün ümidləri..
    De ki, heç olmamışam…
    Yandırdım şəkilləri…
    Üşüdünmü bu axşam?

  • Mehriban İBRAHİMOVA.Yeni şeirlər

    DUYĞULARIM,DÜŞÜNCƏLƏRİM..

    Kim nə deyir ,qoy desin,
    Gözəl düşün ,gözəl yaz,
    Bu dünyada onsuz da ,
    Biri çoxdu ,biri az.

    Düşünmə ki dünyanən,
    Sevinci var qəmi var,
    Sən düşün ki dünyanın,
    Sirrli-sirli dəmi var.

    Sirr açarı özünsən,
    Sevinc səndə ,qəm səndə,
    Sən elə yaşayırsan ,
    Düşündüyün aləmdə.

    Bir yetimin göz yaşın,
    Silə bilsən sənindi,
    Bu dünyanın savabı,
    Son qəmin ələmindi.

    Çətinlikdə olana,
    Əl tutan əllərindi,
    O əl sənin özünün ,
    Sirrli bir aləmindi.

    Sevinc sevgili gözdə,
    Ürəkdən sev özün də,
    Dünya aləm gözündə,
    Gözəlləşər sözün də.

    Aç səhəri ümidlə,
    Günü başla inamla,
    Sən ümiddə,inamda ,
    Tapacaqsan ilham da.

    Yaşa bir insan ömrü,
    İnsansan ,insan kimi,
    Sonunda görəcəksən,
    İnsanlıq zirvəsini.

    17 12 2015. (daha&helliip;)

  • Gənc xanım yazar Ülkər Dəniz DGTYB-ə üzv qəbul olunub

    1425096966_ulkerxanim

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi, bədii qiraətçi, şairə-jurnalist, gənc xanım yazar Ülkər Dəniz (Piriyeva) DGTYB-yə yeni üzv qəbul olunan yazarlar arasında yer alıb.
    Qeyd edək ki, bundan öncə gənc nəslin nümayəndəsi, istedadlı qələm sahibi, gənc xanım yazar Ülkər Dəniz (Piriyeva) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc üzv qəbul olunmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Xaliq MƏMMƏDOV.”Bu mümkünsüz məhəbbətdi”

    12079336_155372158146741_6186934002319206725_n

    Əvvəl vardı çox ümüdüm.
    Qəlbdən gördü ox ümüdüm.
    Qovuşmağa yox ümüdüm.
    Bu mümkünsüz məhəbbətdi.

    Bu könlümdə istəsəmdə.
    Hey sevgiylə bəsləsəmdə.
    Mən bezmədən gözləsəmdə.
    Bu mümkünsüz məhəbbətdi.

    Alınmadı bizdə gülüm.
    Çünki sevdin sözdə gülüm.
    Ağlasada gözdə gülüm.
    Bu mümkünsüz məhəbbətdi.

    Necə döndük biz bir yada?
    Ömür qurban bir fəryada.
    Can versədə qəlb dəryada.
    Bu mümkünsüz məhəbbətdi.

    Tez-tez dönür aylar ilə.
    Yaşda axır gözdən gilə.
    Eşq aldadır bilə-bilə.
    Bu mümkünsüz məhəbbətdi.

    Sən seçmisən tənhalığı.
    Mənsə seçdim bağlılığı.
    Dedim sevgimə sağlığı.
    Bu mümkünsüz məhəbbətdi.

  • Xaliq MƏMMƏDOV.”Canım, gözüm Naxçıvanım”

    12079336_155372158146741_6186934002319206725_n

    Səfalıdır hər torpağın.
    Hər qarışın, hər bir bağın.
    Solun düşmən, qardaş sağın.
    Canım, gözüm Naxçıvanım.

    Torpağına qurban olum.
    Sənlə gülüm, sənlə dolum.
    Sənə gəlir hər bir yolum.
    Canım, gözüm Naxçıvanım.

    Çox gözəldir Batabatın.
    Hər qarışın, kəhlən atın.
    İzin ver qoynunda yatım.
    Canım, gözüm Naxçıvanım.

    Müalicədir o duz dağı.
    Yerdən çıxan zor bulağı.
    Həsrətini çəkir yağı.
    Canım, gözüm Naxçıvanım.

    Keçib burdan Nuh gəmisi.
    Vardır Cavid məqbərəsi.
    Koroğlunun o nərəsi.
    Canım, gözüm Naxçıvanım.

    Rayonlardan gözəl Şərur.
    Bu qəlbimdə özəl Şərur.
    Naxçıvanı bəzər Şərur.
    Canım, gözüm Naxçıvanım.

  • Şəfa VƏLİYEVA.”Uzaqlar… sərin olurmu?”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Uzaqlar… sərin olurmu?
    Yoxsa orda üşüyürsən?
    Ümidlər bir-bir ölürmü?
    Ölümləmi yaşayırsan?

    Uzaqlar… rəngi necədi?
    Oxşayır hansı donuma?
    Orda saatın neçədi?
    Nə qədər qalıb sonuma?

    Uzaqlar… beşik başında
    Çaldığın bir bənd layladı…
    Ömrümün yarı yaşında
    Sənə çatmayan haraydı…

    Uzaqlar… boyu-buxunu
    Səndən ötədir, güman ki…
    Uzaqlara gedəm yolum
    Sənə qədərdir, inan ki…

    Uzaqlar… getdiyin yerdi…
    Gedib dönmədiyin yerdi…
    Ömrümə sərdiyin dərdi
    Baxıb görmədiyin yerdi…

    2014

  • Gənc xanım yazar Ülkər Piriyeva Xəzər Televiziyasında keçirilən müsabiqədə iştirak edib

    1425096966_ulkerxanim

    16 dekabr 2015-ci il tarixində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi, bədii qiraətçi, şairə-jurnalist, gənc xanım yazar Ülkər Dəniz (Piriyeva) respublikasının paytaxtı Bakı şəhərində fəaliyyət göstərən Xəzər
    Televiziyasında keçirilən şeir müsabiqəsində təmsil olunub.Canlı yayımda “Ürəyimə yağış yağır bu gecə” adlı öz şeirini səsləndirib.
    Qeyd edək ki, bundan öncə respublikada keçirilən müxtəlif şeir müsabiqələrində iştirak etmiş və dəfələrlə respublika üzrə birinci yerə layiq görülmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şəhanə CƏFƏROVA.”De necə bağişlayim səni”

    SC

    De necə bağişlayim səni
    Bu sevgini heç saydin.
    Başqalarini görəndə sevgimizi danadin.
    Mənim yanimda başqa qizlari andin.
    De necə bağişlayim səni?!
    Bu sevgini ancaq yalanladin.
    Gecdə olsa anladin.
    Bəsdi özünü danladin.
    De necə bağişlayim səni.
    Mən səni sevdiyim zaman
    Sendə sevsəydin o zaman.
    İndi dərdinə olardim yanan.
    Yaninda mən olardim qalan
    De indi necə bağişlayim səni?!
    Mənim arzularimi yox etdin.
    Mənim sevgimə gülərək getdin.
    Bilirdim bir gün geri gələcəksən.
    Səndə mənim sevgim üçün bütün sevgilərdən əl çəkəcəksən.
    De bu olanlardan sonra necə bagişlayim səni?!

  • Həsrət Əli Zülfüdağlı.Yeni şeirlər

    hesret

    ANAMIN

    Anam Saran Göyçaylının əziz xatirəsinə
    Yanımda olanda xoş günlərinin,
    Çoxu mənim idi, azı anamın.
    Ağlı-qaralıydı saçları kimi,
    Ömrünün Payızı, Yazı anamın.

    Ürəyi kürədən, saçı tüstüdən,
    Ahları acıydı acı tüstüdən,
    Şaxtada, boranda, qarda isidən,
    Ana qucağıydı, bizi, anamın.

    Mərd idi, heç zaman haqdan dönməzdi,
    Haqqın qarşısında laldı, dinməzdi,
    Nələr çəkdiyini kimsə bilməzdi,
    Həmişə gülərdi üzü anamın.

    Illər ötə-ötə sözünü dedi,
    Çəkdiyi canını içindən yedi,
    Başının kölgəsi yorğanım idi,
    Qudan yastığımdı dizi anamın.

    Indi sığalına həsrətdi telim,
    Adını çəkəndə göynəyir dilim,
    Özünə qalsaydı ölməzdi, ölüm,
    Dalınca gəlmişdi özü anamın.
    (daha&helliip;)

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    XİLAS ET ALLAH

    Nə müddətdir gözüm aglayır mənim,
    Dilimdəki, sözüm ağlayır mənim.
    Tükənibdir dözüm ağlayır mənim,
    Nəolar, yurdumu xilas et Allah.

    Bir kəlmə deməmiş dilim quruyur,
    Boğazımda bəmim, zilim quruyur.
    Əlimi uzatsam əlim quruyur,
    Nəolar, yurdumu xilas et Allah.

    Hər Şəhid gəlir, yanır Analar,
    Bu haqsız acıdan sınır Analar.
    Həsrətdən, ağrıdan donur Analar,
    Nəolar, yurdumu xilas et Allah.

    Zeynəbəm, bu dərdə, dözüm yox mənim,
    Qiyma ki dərdimə gülsün düşmənim.
    Bəsdir parçalandı, yazığ Vətənim,
    Nəolar, yurdumu xilas et Allah.

    TORPAĞIM

    Necə həsrət ilə baxır yollara,
    Mənim, dar ayagda qalan torpağım.
    Səni yad əlindən ala bilsəydim,
    Namərd əli ilə talan torpağım.

    Necə sızıldayır, bir bilsən içim,
    İstərəm çayından, suyunnan içim.
    Hazıram səninçün canımdan keçim,
    Səni zədələdi, yalan torpağım.

    Zeynəbəm, ahım sən, fəryadım sənsən,
    Görmək istədiyim muradım sənsən.
    Mənim qan yaddaşım, öz adım sənsən,
    Kor dığaya, əsir olan torpağım.

  • Esmira RƏHİMLİ.”Sevgiyə cavab ver!”

    esmira

    Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə.
    Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş nar ağacına və üzüm tənəklərinə şəxsən özüm qulluq eləmişdim. Avqust ayının sonuncu gününə kimi onları budamış, suvarmışdım. Daha payız gəlirdi. Quluğa ehtiyacları yox idi. İndi onları təbiət özü suvaracaqdı.
    Növbə kəsilməsi lazım olan quru ağaca çatmışdı. Nə vaxtdan quruduğunu xatırlamırdım. Onu həmişə belə görmüşdüm. Təxminən bir metr yarım boyu olardı. Gövdəsi çox qalın olmasa da mişarlamağa gücüm çatmayacağını anladım. Atama: – Gəl bu ağacı kəs – dedim. Mənə, – Sonra! – deyib başından elədi.
    Əlimi uzadıb budaqlarından birini qırmaq istədim. Qırılmadı, əyildi. Hələ də elastik idi. “Deməli bu agac qurumayıb?”– deyə düşündüm. Onu sığalladım. Bütün gövdəsini mamır örtmüşdü. Züm-zümə eləyə-eləyə mamırları dırnaqlarımla qaşıyıb tökdüm. Dibini belləyib yumşaltdım. Gün batana yaxın onu suvardım. Təxminən on gün olardı ki, onun hamarlaşıb gözəlləşmiş gövdəsini sığallayıb başqaları yox, təkcə o eşitsin deyə lap yaxından ona mahnı oxuyurdum. Yavaş-yavaş dirçəlirdi. Budaqlarında xırda, yaşıl tumurcuqlar görmüşdüm.
    Artıq həsrətlə gözlədiyim maşın gəlib çıxdı. Atam şəhərə aparacağımız çantalarımızı maşına qoymaq üçün götürdü. Anam evin qapısını bağlayıb mənə yaxınlaşdı: – Bu gavalı ağacı imiş. Çiçəklərindən tanıdım – dedi. Təəccüblə: – Məgər burda gavalı ağacı var? – deyə soruşdum. Əli ilə göstərib: – Arxaya dön bax, sənin ağacın! – dedi. Dönüb baxdım. “Mənim ağacımın” budaqlarında təxminən beş-altı ədəd alma ağacının çiçəkləri boyda, tünd çəhrayı rəngdə çiçəklər var idi. Əvvəlcə gözlərimə inana bilmədim. Axı payızda ağac çiçəkləməz! Sonra anladım ki, onun mənə qoşulub “sevirəm yar, səni mən yar” deyə mahnı oxumaq üçün dili yoxdur. Lakin o, mənim sevgimə cavab vermişdi. Çiçəkləri ilə!

  • “Bizim Era” studiyası tərəfindən yeni şeir müsabiqəsi keçiriləcək

    sekil

    Salam, Əziz oxucularımız!
    “Bizim Era” studiyasının da dəstəyi ilə Dekabr ayının 20-dən 30-dək səhifəmizdə yeni şeir yarışması start götürür. Əgər siz də özünüzə və şeirinizə güvənirsinizsə o zaman 20 dekabr tarixinədək şeirlərinizi səhifəmizin mesaj qutusuna göndərə bilərsiniz. Şeirlər 20 dekabr gecə saat 00:00-dək qəbul olunur. Bunun üçün şeirlər şeirə aid bütün normalara cavab verməlidir ( heca, qafiyə, məna ). Dini, siyasi və tərif məzmunlu şeirlər qəbul olunmur. Müsabiqə ücün göndərilmiş şeirlər tərəfimizdən dəyərləndirildikdən sonra müsabiqəyə buraxılacaq. Müsabiqədə olan şeirləri 20-30 dekabr aralığında dərc edəcəyik. Qalibi sonda şeirlərin bəyəni sayına görə müəyyən edəcəyik. Ən çox bəyəni qazanmış 3 şeir sonda 3 tanınmış, görkəmli şairə qalibin seçilməsi üçün təqdim olunacaq. Qalibə “Bizim Era” səsyazma studiyası tərəfindən bir dəfəlik pulsuz səsyazma ( mahnı və ya şeir ) hədiyyə olunacaq.

  • AJB Sumqayıt şəhər təşkilatının elektron orqanları yeni layihənin rəsmi informasiya dəstəyi olacaq

    1420616020_sam-300x215

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən maliyyələşdirilən və “Vehdet.org” saytı tərəfindən həyata keçirilən “Söz və Amal birliyi” layihəsi çərçivəsində işıq üzü görən “Türk Dünyası Yazarlarının Antologiyası”nın rəsmi informasiya dəstəyi olacaq.
    Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən mali və “Bayat” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətən sevgisi sərhəddə başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasnın rəsmi informasiya dəstəyi olmuşdu.Layihədə fəaliyyəti nəzərə alınmaqla, Sertifikata layiq görülmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Mətbuat xidməti

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    ƏBƏDİ İZİNİZ VAR

    21 Azər inqilabçılarına
    Siz dadıb azadlığın şəhdini, şərbətini,
    Qırdınız yağıların harın əsarətini.
    Qəlbinizdə qalandı zülməti yaran işıq,
    Milləti azadlığa çəkib aparan işıq.
    Şəfəqlərə döndünüz günəşə tən ölkədə,
    İnsanəın azadlığı, haqqı itən ölkədə.
    Vətənin ürəyindən sızıldayan yaranı
    qopardınız, Səttarxan, Xiyabanı, Əranı,
    Baş qaldırıb məzardan sanki, “Afərin”-dedi,
    “Mübarəkdir, ey Vətən, şanlı zəfərin”,-dedi.
    Səhənddən Kəpəzəcən səhər yelləri əsdi,
    Şad xəbəri ellərə yaymaq üçün tələsdi.
    Oxşayaraq narın meh geniş çəməni, çölü,
    Qurutdu anaların gözündəki nisgili,
    Ulu Təbrizin səsi yayıldı dalğa- dalğa,
    Sanki, Şimalla Cənub durdu dodaq-dodağa.
    Dikəldib qamətini Azərbaycan qürurla,
    Yuyundu igidlərin qəlbindəki o nurla.
    Baxdı qoca dünyanın qırışmış alnına o,
    Talelərin tor kimi qarışmış alnına o.
    Baxdı, vüqarla baxdı, o sərt üzə, pərt üzə,
    “Kim-kimi?!” sualıyla dayandılar üz-üzə…
    Elə bil qopdu tufan, yarıldı yer, endi göy,
    Dünya Azərbaycana baxırdı ögey-ögey…
    Siz ey günəşli yurdun, xalqın pərvanələri,
    Ədalətin, mənliyin, haqqın pərvanələri.
    Qurduğunuz azadlıq, abadlıq dağılsa da,
    Həqiqət xəyanətlə, böhtanla boğulsa da.
    Yaşayır idrakınız, əzminiz, qüdrətiniz,
    Əsrlərə bəs edən adınız, şöhrətiniz.
    Bu xalqın tarixində əbədi iziniz var,
    Hər kəsin ürəyində doğma mənziliniz var.

    İŞIQ KİMİ

    Bürüyüb ruhumu tamam,
    Bu duyğular bir eşq kimi.
    Bəzəyir könül evimi,
    Əbədi yaraşıq kimi.

    Tanrım , nəzərindən salma,
    Bu hissi vermisən , alma
    Baxanlar yanır halıma,
    Məcnun olmuş aşiq kimi.

    Səndən gələn bar içimdə,
    Nur qaynağı var içimdə,
    Yaşayır bahar içimdə,
    Sülh kimi , barışıq kimi.

    Nurunla qəlbim doludur,
    Boynumdakı haqq yoludur,
    Bu sənə yetmək yoludur,
    Səndən gələn işıq kimi.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    BU NAĞIL

    Yaman çox uzandı bu qəmli nağıl,
    Ağlımı, huşumu yellər apardı,
    Qaldı yuxularda gör neçə oğul,
    Qoy qalsın sabaha nağılın ardı.

    Xatirə torundan çıxa bilmirəm,
    Susuz balıq kimi çapalayıram,
    Dərd-qəmin üzünə baxa bilmirəm,
    Dərdimin üstünə dərd calayıram.

    Gör nələr danışır sönən ocaqlar,
    Küllə oynamağın nə mənası var.
    Təzə nəğmə qoşur coşan bulaqlar,
    Hər günün öz sözü, öz havası var.

    Yaxanı dart görüm dərddən qırağa,
    Doğma bilməlisən dərdi-qəmi sən,
    Divlər göz dikəndə almalı bağa,
    Yaranın üstünə duz səpməlisən.

    Dərdin həm dağı var, həm də aranı,
    Səmtini dəyişən külək kimidi,
    Dərdsiz ötüşmür ki,dərdin hər anı,
    Ömür açıb, solan çiçək kimidi.

    QALSIN

    Deyəsən bizləri unudub fələk,
    Çölləri, düzləri talayır külək,
    Nə gözlər sevinir, nə gülür ürək,
    Belə zəmanəni viranə qalsın.

    Qoy vaxtsız solmasın bir gül, bir çiçək,
    Bu yurdu bir cənnət yaradıb fələk,
    Sərhədlər boyunca qalalar tikək,
    Gələcək nəsilə nişanə qalsın.

    Gəlin igidlərə nəğmələr qoşaq,
    Gəlin nə büdrəyək, nə də ki, çaşaq,
    Halal çörək yeyək, doğru danışaq,
    Qoymayaq kiməsə bəhanə qalsın.

    Yurdun şərəfinə çələng toxuyaq,
    Olaq hər birimiz bu elə dayaq,
    Vətənə söz qoşaq, nəğmə oxuyaq,
    Hər gündən bir şirin təranə qalsın.

    Bilək bu torpağın qədir, qiymətin,
    Çəkək el-obanın hər an qeyrətin,
    Ucaldaq göylərə şanın şöhrətin,
    Vətən Günəş kimi yeganə qalsın.

  • Arzu RÜSTƏMSOY.Yeni şeirlər

    Bəxti olmur sevənlərin…

    Ürəyimi çəkib dara,
    Xəyallarım getdi hara..
    Fikirlərim qara-qara
    Bəxti olmur sevənlərin…

    Sevgidə dad şirin olur,
    Açıb gültək qəlbi solur.
    Könül yanır,gözlər dolur,
    Bəxti olmur sevənlərin…

    Düşünürəm məna dərin,
    Ağlıma gəlir gözlərin.
    Külək əsir,sərin-sərin,
    Bəxti olmur sevənlərin.

    Şübhə qəlbə daman olur,
    Sənə qalan zaman olur.
    Ayrılıq çox yaman olur,
    Bəxti olmur sevənlərin..

    Mən görmüşəm illər boyu,
    Göz önümdə olub toyu.
    Məhəbbətim edib vayı,
    Bəxti omur sevənlərin…

    İllərin vüsal acıyam,
    Sevgimin nakam tacıyam.
    Öz –özümün əlacıyam,
    Bəxti olmur sevənlərin…

    Yollarına səpələnib,
    Gözlərimin şah bulağı,
    Soluxub,köksüm növrağı,
    Bəxti olmur sevənlərin…

    Bəlkə də yadından çıxacam,sənin…

    Nigaran buludlar boyun əyəndə,
    Günəş göydən baxıb gözün döyəndə.
    Dalğalar sahili döyəcləyəndə,
    Bəlkə də yadından çıxacam,sənin.

    “Mən səni sevirəm”deyəndə bunu,
    Düşünə bilmədik,eşqin sonunu.
    Doğmalıq geyəndə ögeylik donu,
    Bəlkə də yadından çıxacam sənin…

    Demirəm,isinim boranda-qarda,
    Demirəm,qonaq ol hər ilk baharda.
    Dilindən süzülən,”əlvida”larda,
    Bəlkə də yadından çıxacam,sənin…

    Əl vermə,əllərin donacaq yaman,
    Bunu bizə sitəm,edəcək zaman.
    Nə səndə aman var,nə məndə güman,
    Bəlkə də yadından çıxacam,sənin…

    Bizi ötürmədi,çətin küçələr,
    Kimsəsiz küçələr,yetim küçələr.
    Başqası qucanda səni,gecələr,
    Bəlkə də yadından çıxacam,sənin…

    Deyirsən ayrılaq,o qapı o sən,
    Bəlkə mənsizliyin döngəsindəsən.
    Bu səddi biryolluq adlaya bilsən,
    Bəlkə də yadından çıxacam,sənin…

    Susacam,dinməzcə mənə nə desən,
    Ki,yenə daş olub gedə biləsən.
    Bir şüşə şərabın təsirindəsən,
    Bəlkə də yadından çıxacam,sənin…

    Sən eşqin sərxoşu,mənə qəm qalır,
    Bax budur,tənhalıq zəngini çalır.
    Gedirsən,ağlımı bir sual yorur:
    -Bəlkə də yadından çıxacam,sənin…

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    SÖYLƏ BƏS NƏDİR

    Sorursan nədir eşq, nədir məhəbbət?
    Insanda bu istək, bu həvəs nədir?
    Özünü dərk etmək, eşq, ülviyyət,
    Məhəbbət deyilsə, söylə, bəs nədir?!

    Gözlərdən yanağa, yaş şəlaləsi,
    Sinəni titrədən,könülün səsi.
    Almatək allanan üz ifadəsi,
    Məhəbbət deyilsə, söylə, bəs nədir?!

    Qəlb evin müqəddəs məbədi sayan,
    Hər ritmi, hər hissi, anında duyan.
    Aşiqin sübhəcən, yuxusuz qoyan,
    Məhəbbət deyilsə, söylə, bəs nədir?!

    Eşq saçan, cilvəli, işvəli baxış,
    Sevdalı, sehirli, xoş ilmə, naxış.
    Sevənin canını yandıran yaxış,
    Məhəbbət deyilsə, söylə, bəs nədir?!

    Hünərin, zəfərin fövqində duran,
    Çaylartək damarda qanı coşduran.
    Mehrinə, eşqinə nəğmə qoşduran.
    Məhəbbət deyilsə, söylə, bəs nədir?!

    Şirinçün külünclə qaya, dağ yaran,
    Nigarçün əsarət buxovun qıran.
    Həcərçün dağlarda büsat, toy quran,
    Məhəbbət deyilsə, söylə, bəs nədir?!

    Pak eşqin, sevincin vəsf edən, öyən,
    Haqq üçün, eşq üçün, hey qədəm döyən.
    Sevdadan təb alıb, Dövranam deyən-
    Məhəbbət deyilsə, söylə, bəs nədir?!…

    13.12.2015.

    ANA DILIM

    Yaradanın duasıdır,
    Xalqın könül butasıdır.
    Lisanların atasıdır,
    Doğma dilim, Ana dilim.

    Ümman qədər dərindir,
    Gəl sən də dinlə, dindir.
    Qənddən, baldan şirindir,
    Doğma dilim, Ana dilim.

    Günəşlədir, ayladır,
    Qəlb oxşayan layladır.
    Güldürür, həm ağladır,
    Doğma dilim, Ana dilim.

    Güvəni var özünə,
    Hər kəlmə, hər sözünə.
    Oxdur düşmən gözünə,
    Doğma dilim, Ana dilim.

    Hopub iliyə, qana,
    Mən övladam, o Ana.
    Qələm verib Dövrana,
    Doğma dilim, Ana dilim.

    14.12.2015.

  • Kənan AYDINOĞLU.”Azərbaycan dünyasısan!”

    Photo Kenan

    Türk-İslam Mədəniyyətinin paytaxtı seçilən doğma BAKIM haqqında.

    Qədimliyi, tarixi də ADƏMLƏ NUH yaşındadı,
    İgidliyi, cəsarəti torpağında, daşındadı.
    Həsrətinin nişanəsi çatılan bax qaşındadı,
    Sevinci də, kədəri də süzülən göz yaşındadı.
    Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
    Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!

    Sən də qərar tutubdu çox bax VAQİFİMİN HARAYI,
    FÜZULİNİN incilərdən düzüləndə şah sarayı.
    Türk-Müsəlman dünyasının həm günəşi, həm də ayı,
    NƏSİMİNİN üsyanından ARAZIMIN axan çayı.
    Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
    Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!

    Gözəllikdə çox gözəlsən gözəlliyə çatan olmaz,
    TÜRK OĞLUSAN deyə yenə cəsarətdə batan olmaz.
    Qəm, kədəri sənin kimi çiyinlərdən atan olmaz,
    Sənin kimi mayasına halal maya qatan olmaz,
    Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
    Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!

    Meydanlarda yağılardan milyonunu biçəcəksən,
    MƏKKƏMDƏ, MƏDİNƏMDƏ sən ZƏM-ZƏMİNDƏN içəcəksən.
    ƏRƏNLƏRİN ƏR OĞLUSAN körpülərdən keçəcəksən,
    Zaman-zaman sınaqlardan düşmənini seçəcəksən.
    Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
    Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!

    YUNUS ƏMRƏM tarix boyu yurdumda da qonaq oldu,
    TÜRK milləti ömrü boyu yenə sənə dayaq oldu.
    Bayrağınla gözəl dilin HAQQI deyən dodaq oldu,
    Siyah telli gözəllərin lalə kimi yanaq oldu.
    Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
    Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!

    Səni sevib görmək üçün candan cana hopub gəldim,
    “QURAN”ımdan süzülərək ələq-qana hopub gəldim.
    HAQQI sevə-sevə yenə vaxta, ana hopub gəldim,
    Tarix boyu söküləndə yenə dana hopub gəldim.
    Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
    Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!

    NİZAMİYLƏ FÜZÜLİNİN torpağının əzəlisən,
    TÜRKün OĞLU RUMİM kimi YUNUSUMun öz əlisən.
    ZƏRDABİNİN “Əkinçi”si, NATƏVANIN qəzəlisən,
    VAQİFİMİN zaman-zaman siyah telli gözəlisən.
    Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
    Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!

    Bulud kimi dolu qabam deyib gələn ər oğlusan,
    ŞƏHRİYARDA “Heydər baba”m deyib gələn ər oğlusan.
    ZAKİRİMDƏ “Badi-səba”m deyib gələn ər oğlusan,
    ƏLƏSGƏRİN elim, obam deyib gələn ər oğlusan.
    Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
    Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!

    Torpağının hissəsinə MUĞAN deyən, ARAN deyən,
    Ömrü boyu arzu, kama tarix boyu varan deyən,
    Sərhədləri geniş olan torpağına TURAN deyən,
    Zaman-zaman rəhbərini sevib, sevib “QURAN”deyən,
    Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
    Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!

    YUNUSUMDAN, MÖVLANAMDAN süzülübdü zaman-zaman,
    “ALPAMIŞ”dan, “BİLQAMIŞ”dan düzülübdü zaman-zaman.
    Demə mənim torpağımda üzülübdü zaman-zaman,
    HAQQI sevib, HAQQI deyib büzülübdü zaman-zaman.
    Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
    Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!

  • Gülnarə SADİQ.”Aciz kişinin sonsuz qadını…”

    gi

    Əvvəllər nənəm deyərdi ki, kişilik at belində tüfəng oynatmaqla, göstərilən qəhrəmanlıqlarla, hər yerdə qazanılan hörmətlə ölçülərdi.

    Hətta sadə kənd uşaqları var imiş ki, bəy balaları onların kişiliyini nümunə gətirirmiş. O zamanlar sonsuz sözünü yalnız uşaqsızlara deyirlərmiş. Hətta sonsuz – uşaqsız adamların qəlblərinə dəymirdilər ki, tək adamdı nə edərsə etsin fikir verməyin. Hə, bir də evdə qalmış qızlar var idi ki, səksən yaşa çatdıqlarına baxmayaraq hər gecə AĞ GƏLİNLİK xəyalı ilə yatırlarmış…Zaman keçdi, nənəmin dünyasında yaşayanların yarısı öldü, yarısı qocaldı. Onlar aradan çıxan kimi dünyanın içində başqa bir dünya yarandı. Indi at belinə qəhrəmanlıq göstərənlərə kişi demirlər. Indi məzlumun kürəyində at oynadanlara kişi deyirlər. Və ən əsası da budur ki, bunların dünyalarında yaşayan qadınları ya xəyanət edir, ya da qucağı uşaqlı sonsuz qadına çevrilirlər. Bir maraqlı nüans da var ki, indiki dünyada evdə qalmış qızların yerini boşanmış cavan gəlinlər alıb. Elə bunların da çoxu qucağı uşaqlı sonsuzlardı. Çünki bunlar ərə gedib, yuva qurmaq istəyəndə qucaqlarındakı uşağı ya zibil qabına, ya məscidə, ya da ki, – bəzən bir az “ağıllı”ları isə Uşaq Evlərinə qoyub gedirlər. Beləcə də uşaqlı sonsuzların sayı evdə qalmış qızların sayını ötüb keçib. Insanlar böyüdükcə ümidlər kiçilib. Amma əvvəllər belə deyildi. Kiçik insanların böyük ümidləri var idi. Qaraçı uşaqları kimi standartlığa öyrəşmişik. Çünki onlar da bir məqsədlə yaşayır. Biz isə bir şey üçün yaşayırıq – ölməmək üçün hər gün ölümə bir addım gedirik. Böyüdükcə dərk edirik. Dərk etdikcə isə dünya əzilir gözümüzün önündə. Ən son da isə yaxşı nələrisə etməyə qərar verdiyimizdə bir də gözümüzü açırıq ki, hardasa qaranlıq, dar, soyuq bir yerdəyik. Bu yer o qədər kiçikdir ki, o yan bu yana çevrilə də bilmirik. Nənəmin dünyası çox fərqli idi. Hərdən nənəm deyərdi ki: “Ay bala, kişi tez öldü getdi. Qaldın altı yetimlə 28 yaşımda dul. Səhərlər bazara qatıq, süd, əkdiyim göy-göyərtini aparıb satırdım uşaqları dolandırırdım…Hər gün peçin (sobanın) hisini üzümə çəkirdim ki, yad kişilər üzümə baxmasın.” Indi isə belə şeylərə gülürlər…Nə isə qayıdım mətləbə ACİZ KİŞİNİN SONSUZ QADININA! Təsəvvür edin – kişilərin acizliyi hətta qadınların nəslini azaldır. Əsl qadınlar azalır, onların yerinə makina tipli qadın cildində olan məxluqlar gəlir. Bu “qadın”lar asanlıqla yalan danışır, asanlıqla xəyanət edir, asanlıqla bir neçə dəfə rəsmi və ya qeyri rəsmi ərə gedirlər. Bunların çoxunu ana olan zaman dünyaya bir İNSAN gətirdiklərinin fərqinə varmırlar. Ya onları da özləri kimi yetişdirir, ya da ora-bura atırlar…
    Bu gün Uşaq evinə ziyarətə getmişdim. Belə bir qadın sifətli məxluqun dünyaya gətirdiyi yeddi yaşlı İNSAN heç vaxt üzünü görmədiyi “ana”sına məktub yazmışdı Məktubda deyilir:” Ana, mən səni çox istəyirəm. Nolar, həmişə gəlməsən də heç olmasa şənbə günləri məni apar. Mən səni görmək istəyirəm. Atamı da tanıyırsan? Tanıyırsansa ona da de ki, mən atamı da çox istəyirəm”. Bəli, görəsən həqiqətən də o qadın sifətli makina bu uşağın atasını tanıyır? Məncə tanımır. Bəli, baxın bu qadın sifətli makina “ana”nı cəhənnəmə daimi qeydiyyata saldırıb, sığortaladan da elə ACİZ KİŞİDİ.
    Ya da ki, evinin xanımı olmağa çalışan, özünü hər addımda kişiyə daha çox sevdirməyə çalışan qadınlar? Bunların da içində sonsuz qadın varmı? Cavabı isə bəli var. Həm də bu qadınlar bayaqkı makina qadınlardan qat-qat çoxdu. Bu qadınların həm fiziki əməyindən, həm mənəvi dünyasından, həm analığından, həm də ki, cismindən sui istifadə edilir. Ən dəhşətlisi də budur ki, kənardan qazanılan əsəblərini də gətirib bu qadınların üstünə tökürlər. Lap Aygün adlı bir məhbus qadının yaşadıqları kimi. Aygün 18 yaşında ərə getmişdi. 19 yaşıda ana olmuşdu. Amma ACİZ KİŞİ olan əri başqa qadın sifətli makinalardan əl çəkə bilməmişdi. Hətta iş o yerə gəlmişdi ki, həmin makinaları Aygünün də yaşadığı evə gətirirmiş. Aygünü döyüb zirzəmiyə salırmış. Özləri isə onun gəlin gəldiyi yataq otağında dincəlirlərmiş. Bir gün isə Aygün son qərarını verdi. Zirzəminin qapısını bir təhər açıb, baltanı da götürüb ərini də, onunla dincələn iki qadın sifətli makinanı da parça-parça etmişdi. Sonra isə balasını anasına təhvil verib təslim olmuşdu. Ağır cinayətlər məhkəməsində Aygünə ömürlük həbs – qəti imkan tədbiri görülmüşdü. Bəli, Aygündə ACİZ KİŞİNİN SONSUZ QADINI olmuşdu. Mən ümumilikdə əxlaqsız qadın anlayışını qəbul etməkdənsə ACİZ KİŞİNİN SONSUZ QADINI anlayışını qəbul etmək istəyirəm. Çünki əsl kişinin qadını da elə əsl qadın olar…

  • Gülnarə İSRAFİLQIZI.”Alçaldılmış qadınların tüprüyü”

    gxi

    alçaldılmış qadınların tüprüyü
    sinəmdə məzar daşları
    ildən ilə böyüyür…
    qan daşlanır..
    yaddaşlanır…
    yad daşlanır.
    özümüzə dəyir daşımız!
    təzələnir ildən ilə yaddaşımız
    daşımız, baş daşımız!!!
    bu ağrılar lövhələrdə göyərir…
    bitir ölkə-ölkə.
    salxım-salxım dən verir elə bil
    hər il.
    yollara qanlı ləçəklər sərilir
    bayraq bayraq!
    qışın üzü sərtləşir ayın bu günündə
    altıyüz on üç məsumun ölümündə.
    baş-baş doğranıb atılanların, dəhşətli faciələri
    körpünün üzündə yazılıb deyə
    körpünü də sovurublar göyə.
    qanlı divarlar uçurulmasaydı
    hələ də mıxlanmış, diri-diri soyulmuş
    uşaqların fəryadı qalmış olacaqdı divarlarda,
    düzdə, dərədə, dağda
    xaçaturun şərab içdiyi bağda.
    həmin izlərdir ki, daşların altında qalıb
    iyirmi üç ildir ki, qışqırır….
    səsinə səs verən yox.
    diri-diri yandırılmış qəhrəmana
    ağac sarılmışdı ki, sona qədər yandırsın.
    gözü mismarlanan şəhid,
    Qarabağa verib gözünü…
    deşik-deşik üzünü, özünü…
    döşü kəsilmiş qadının da,
    döşü çürüyüb artıq, torpağın altında.
    əsirlikdə olan qadınlar
    zorlanaraq, bic doğuzdurulur
    çoxalır xaçaturların nəsli.
    gələcəyə güllə atmaq,
    keçmişin bağrını dəlmək üçün.
    daşlanır yaddaşım hər il!
    şəhidlərin doğranılmış ruhuları
    hayqırır məzarlarda
    imzalarda…
    milyardlarla tüprük düşür üzümə;
    alçaldılmış qadınların tüprüyü…

  • Xaliq MƏMMƏDOV.”Yenə də görüşdük”

    12079336_155372158146741_6186934002319206725_n

    Yenədə görüşdük biz bu şəhərdə.
    Neyləyim başqa, bir şəhərim yox.
    Həsrətə dönüşdük biz bu şəhərdə.
    Neyləyim başqa, bir şəhərim yox.

    Sənin gözlərində varıydı hüzün.
    Elə bil qəlbində varıydı sözün.
    Qaçırda bilmədin dolmuşdu gözün.
    Yenədə görüşdük biz bu şəhərdə.

    O qədər qəlbimdə sual varıydı.
    Havada soymuşdu yaman qarıydı.
    Necədə bu Bakı bizə darıydı.
    Yenədə görüşdük biz bu şəhərdə.

    Yox oldu insanlar, itdi bir anlıq.
    Dayandı ürəyim bitdi bir anlıq.
    Necədə gözümə çökdü qaranlıq.
    Yenədə görüşdük biz bu şəhərdə.

    İstədim sarılam getmədi ayaq.
    Az qaldı yıxılam yoxuydu dayaq.
    Bilmədim yatmışam yoxsa ki, oyaq.
    Yenədə görüşdük biz bu şəhərdə.

    Bəlkə evlisən bir övladın var.
    Bir ayrı yuvan var, ayrı adın var.
    Bəlkədə qəlbində bir fəryadın var.
    Yenədə görüşdük biz bu şəhərdə.

    Görəndə hər zaman səni gülərdim.
    Bilməzdim bir zaman yada dönərdim.
    Kaş belə görməzdim vaxtsız ölərdim.
    Yenədə görüşdük biz bu şəhərdə.

    Necədə gör yıxdı bizi bu şəhər.
    Gətirdi həsrəti hey boğdu qəhər.
    Ayrılıb kədərlə getdik birtəhər.
    Yenədə görüşdük biz bu şəhərdə.

  • Afət VİLƏŞSOY.Yeni şeirlər

    Afetxanim

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

    Unutsam…

    Bircə yol sinənə baş qoyum deyə,
    Dönərəm, qarının teli olaram.
    Sən məni unutsan,vəfalı yoldaş,
    Mən səni unutsam, dəli olaram.

    Balıncın altında qalan mitiləm,
    Görüş yerindəki köhnə kətiləm,
    Elə istəyirəm, gedəm, itiləm,
    Arxanca bir sual seli olaram.

    Başını qat elə oğul-uşaqla,
    Mənim də yerimi boşluqda saxla,
    Səndən hər gələni bağladım Haqla,
    Haqdan da gələnin qulu olaram.

    Butamsan, yuxum var, bağrıma badaş,
    Elə sayıqlaram-səninlə adaş,
    Sən məni unutsan, vəfalı yoldaş,
    Mən səni unutsam, dəli olaram.

    11.12.2015

    Bir neftçinin xatirəsinə

    Soruşma, necəyəm, necə olum ki?
    Dənizdə dağların buzu kimiyəm.
    Verilən sualam,gəlməyən cavab,
    Sənə son yazdığım yazı kimiyəm.

    Soruşma necəyəm, başıbəlalı,
    Payızı bəlalı, qışı bəlalı,
    Olmayan sinə, baş daşı bəlalı.
    Belə lap dənizin özü kimiyəm.

    Soruşma, “dirilik suyu”yam artıq,
    Neft qoxan, qaz qoxan quyuyam artıq,
    Əlinə toxundur, uyuyan artıq,
    Susan bir dənizin duzu kimiyəm…

    10.12.15

  • Şəfa EYVAZ.”Evimizdən evinizin damı görünərdi…”

    1423756700_sefa-xanim

    uşaq idik…
    evimizdən evinizin damı görünərdi…
    bir-balaca.

    hələ onda
    qonşum idin sadəcə.
    mahiyyətini anlamırdım.
    düşünməzdim hələ o vaxt
    sonra mənə əziz olar
    damınızın görünən o hissəsi…
    uşaqlığımızdan və qonşuluğumuzdan xatirə kimi…

    uşaq idik…
    evimizdən evinizin damı görünərdi…
    boylanmazdım heç o tərəfə
    bütün evlər kimi idi
    sizin kiçik eviniz də…
    böyümək haqqında fikirlərim vardı,
    bir də həkim olmaq…
    böyüdüm, amma həkim olmadım

    ilk arzumdu
    ilk istəyim…
    qayalara çırpılan…
    çiliklənən ümidimin
    getmir səsi qulağımdan…
    sən vardın birdə
    qonşum idin sadəcə
    hələ onda…

    sonralar sınan ümidlərimin cərgəsinə qarışan
    fərqli nəsə vardı
    səni hər gördüyüm zaman
    beynimdə dolaşan….

    tək bildiyim indi daha adi bir şey deyil
    evinizin görünən o hissəsi…
    bəzən ümiddi, bəzən tənhalıq…
    bəzən kədər, bəzən utancaqlıq..
    indi elə baxıram ki, evinizin damına…
    sanki bir gün çıxıb oturacaqsan sən orda…

  • Şəfa VƏLİYEVA.”Gözündən düşərsən küçələrə…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Durub bu axşamın
    Gözündən düşərsən küçələrə…
    Yerini kimsə verməz
    “Kiminsə”…
    Addımlarını cütləyib
    Hoppanarsan
    Xatirələrin bu üzündən o üzünə…
    Onu da xatirəndə
    Büküb gizlədə bilərsən
    “Öz”ün istərsən…
    Üşüyərsən anidən..
    Titrəyər əllərində qalan
    Arzuların…
    Dönərsən evinə…
    Səni gözləyər
    “Öz”ündən qurtulmaqçün
    Hökm oxuduğun
    Yazıların…
    Açıq qoyub getdiyin
    Qapıya
    Kölgə düşər…
    Sevinərsən…
    “Mənimlədir”-deyib
    Özünü içəri atarsan…
    Kölgən səndən qabaq
    Yıxılar döşəməyə…
    “Və susarsan…”
    “Və susarsan…”

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    Ay dağlar, ay dağlar

    Gözümə qonan çəndimi?
    Kəsib bərəmi bəndimi.
    Dərddən lal olan bəndəni
    Dindir, ay dağlar, ay dağlar.

    Laləni yolumda yandır,
    O da mən tək bağrı qandır.
    Məni başına dolandır,
    Döndər, ay dağlar, ay dağlar.

    Qəlbim köklənib qəm üstə,
    Kim qınanıb sitəm üstə?!
    Şimşəyini sinəm üstə
    Söndür, ay dağlar, ay dağlar.

    Sənsən ucam, sənsən qəlbim,
    Yoxdur saxtan, yoxdur qəlpin.
    Sənnən dağ-dağ olan qəlbim
    Təndir, ay dağlar, ay dağlar.

    Sanma ürək daş-dəmirdir,
    Yanıb… qalanım kömürdür.
    Bu da belə bir ömürdür,
    Gündür, ay dağlar, ay dağlar.

    Zamanın fitnə-felləri,
    Köksümə çəkdi milləri.
    Gözümdə daşan selləri
    Sendir, ay dağlar, ay dağlar.

    Arzum qovruldu sacımda,
    Külü ağardı saçımda.
    Hazırmı dar ağacında
    Kəndir, ay dağlar, ay dağlar?

    Sibirel dönsə qəribə,
    Qıymasan onu qəbirə,
    Onda təzədən Sibirə
    Göndər, ay dağlar, ay dağlar. (daha&helliip;)

  • Aqil SABİROĞLU.”Günəş hara, sən hara?!”

    asm

    Sən “Günəşli” deyilsən-
    Sən günəşlər söndürən yırtıcı dişli məkan!
    Neçə-neçə məmura sərvət toplamaq üçün
    Ən əlverişli məkan.
    Yox,”Günəşli” deyilsən,sən zülmət bir qaranlıq,
    Durub boylan kənardan öz işinə bir anlıq!
    Haqq yanıb külə döndü,dəryalarda boğuldu,
    Üstünə kin saçıldı,sənə nifrət doğuldu!
    Saf,məsum insanlara şaxta oldun,üşütdün,
    Amma neçə cəllada sığal çəkib isitdin!
    Bircə parça çörəyi çox gördün məzlumlara,
    Ədalətsiz olmayan Günəş hara,sən hara?!.
    Sən günçıxan olmadın,qara günlər gətirdin,
    Bu milləti əzablı bir günlərə yetirdin…
    Səndən cavab gözləyir gözü yaşlı qalanlar,
    Qoy utansın Günəşi belə gözdən salanlar!

  • Müzəffər MƏZAHİM.”Oynadır ruhumu”

    mm

    Ayrılıq min ildir qol-qanad gərib,
    Qara kölgəsini üstümə sərib,
    Orda sən qəribsən, burda mən qərib,
    Təbrizim, Dərbəndim, Borçalım, Şuşam.

    Dolaş addım-addım ulu vətəni,
    Dağıt üzərimdən dumanı, çəni,
    Tarixi axtaran oxusun məni,
    Yurdun özülündə qranit daşam.

    Varmı bu dünyada bizə tay, Dədə,
    Kimlərə verildi bu yurd pay, Dədə,
    Qəzəblən, səsimə hay ver, hay, Dədə,
    Qoyma bu yollarda büdrəyəm, çaşam.

    İnanmaq, aldanmaq qismətimizmiş,
    İllərcə uyuyan qeyrətimizmiş,
    Təkcə oyaq qalan həsrətimizmiş,
    O da fayda verməz yüz il çalışam.

    Vətən gözümüzdə dağ idi, itdi,
    Səbr kasamız da tükəndi, bitdi,
    Nə fərqi, sən verdin, mən verdim, getdi,
    Mən bu itkilərlə çətin barışam.

    Oyandır ruhumu tanrım, amandır,
    Yatmaq ölümdən də mənə yamandır,
    Bu gün gözlədiyim həmin zamandır,
    Gərək önümdəki dağları aşam.