VƏTƏN DƏRDİ
VƏTƏNİN BAŞINA GÖR NƏLƏR GƏLİB
BİRİNCİ HİSSƏ.
Yenə dolub bulud,qaralıb qaşlar,
Axtarır bib-birin küskün baxışlar.
Gecənin zülməti bağrımı yarır,
Bakının üstündə bulud fırlanır.
Dəniz şaxə qalxıb sahilə gəlir,
İnsanlar talehin,öz bəxtin gəzir.
Boranlı,şaxtalı payız qurtarır,
Xəzəllər ayağın altında qalır.
Alır ağuşuna şaxta şəhəri,
Tutur qara bulud təmiz göyləri.
İnsanlar yorğundu insanlar əznik,
Şaxtalı gecədə biz yol gedirik.
Çatırıq Ağdama,insanlar bədbin,
Baxırsan dərdi var üzdə gözlərin.
Hamı narahatdı,hamı bədbindi,
Baxırsan üzlərdə qəmdi-kədərdi.
Çatıram eyvana səssiz-səmirsiz,
Allaha qalıbdı ümüdlərimiz.
Keçirəm otağa,fikrə gedirəm,
Mən qələm götürüb,dəftər gəzirəm.
Gecənin qaranlıq dərinliyində,
Gedirəm xəyala ev-eşiyimdə.
Xəyalım dolanır ötən günləri,
Vaxtsız tez bürüşən ağ çiçəkləri.
Baxıram üzlərə narahatlıq var,
Yenə narahatdır bizim torlaqlar.
Düyməni basıram ekran açılır,
Kanallar nə isə tez-tez qarışır.
Açıram ekranı gedib xəyala,
Tez-tez rast gəlirəm hey çığırtıya.
Böyük narahatlıq duyuram birdən,
Xoş sözlər deyilmir Ali Sovetdən.
Didişir insanlar,fikirlər ayrı,
Fəlakət gözləyir bu torpaqları.
Çəkişir insanlar,dərddədi hamı,
Bir dəhşət gözləyir bu insanları.
Deyəsən büdrəyir sovet ölkəsi,
Bürüyüb Bakını millətin səsi.
Kommunist sözüdə düşür hörmətdən,
Yeni partiyalar yaranır təzdən.
Açılır iç üzü bu sovetlərin,
Tutulub kələyi böyük ölkənin.
İllərdi işğalda saxlayıb bizi,
Alıb əlimizdən nemətimizi.
Dartıb aparıblar sərvətimizi,
Dilənçi kökünə salıblar bizi.
Böyük bir çaxnaşma düşüb içmizə,
Səs verən olmayıb bizim səsmizə.
Biri bərk tutubdu köhnə soveti,
Buraxmaq istəmir Ali Soveti.
Millət müstəqillik istəyir bizdən,
Ayrılır fikirlər hər gün kürsüdən.
Dünyanın nəzəri bura tikilib,
Bostanlar yerində alaqlar bitib.
Azadlıq meydanı dolur-boşalır,
Natiqlər milləti bir yerə yığır.
Bürüyüb bir dəhşət bu gün Bakını,
Meydana çağırır Cəbhə insanı.
İnsanlar amalın seçibdi düzgün,
Sovetlər birliyi dağılır bu gün.
Milli məsələlər çıxır ortaya,
Sığmır bu insanlar heç bir araya.
Ali Sovet hər gün dolur-boşalır,
Azadlıq uğrunda səslər ucalır.
Qalxıb tələbələr,qalxıb fəhlələr,
Durmadan meydana axıb gəlirlər.
Beləcə yaşayır Bakı günlərin,
Meydanda açırlar hər gün səhərin.
Millətim bir səslə Azadlıq deyir,
İnsanlar meydandan ümüd gözləyir,
Lakin yatmayıbdı düşmənlər bilin,
Boğmaq istəyirlər millətin səsin.
Yaman tez oyanıb ermənilərdə,
Təbliğat aparır kənddə,şəhərdə.
Evindən qovurlar Azəriləri,
Yuvasız edirlər bizim milləti.
İstəyir böyütsün Ermənistanı,
Yuvasız qoysunlar hər bir insanı.
Alırlar əlindən dövlətin-varın,
Pozurlar həyatın bu insanların.
İşgəncə verirlər,əzab verirlər,
Çıxın torpaqlardan hər gün deyirlər.
Tökülür düzlərə yazıq millətim,
Ayaqlar altında qalır ismətim.
Qovur Yeravandan mənim xalqımı,
Sındırıb,əzirlər tək vüqarımı.
Beləcə təmizlik edir Yeravan,
İtirib simasın,simasız insan.
Günbəgün axışır Bakıya millət,
Niyə gözün yumur bunlara dövlət?
Bakıda görürlər bu faciəni,
Atırlar küçəyə,köçüb gələni.
Gizlənir faciə,gizlənir dərdlər,
Erməni iş görür,susuruq bizlər.
Köhnə kommunistin töküntüləri,
Gizlətmək istəyir olan işləri.
Ört basdır edib millətin dərdini,
Duymaq istəmirlər insan qəlbini.
Gizlədirlər dağılan evlərimi,
Əri güllələnən gəlinlərimi.
Təndirə salınan qoca nənəni,
Kəsirlər insanın dinən dilini.
Qaynar samavarı qoyub belinə,
Zülm edir erməni,qıza-gəlinə.
Neçə anaların kəsib döşünü,
Töküblər insanın görən gözünü.
Boruya doldurub körpə uşağı,
Dağdan buraxırlar üzü aşağı.
Birinin gah qolun,qılçın kəsirlər,
Boşalt öz evini,qəti deyirlər.
İnsanlar dağlara,düzə yayılır,
Evlər dağıdılır,evlər odlanır.
Beləcə axışır insan Bakıya,
Qalmayır insanda nə ismət-haya.
Həyacan təbilin gəlib çalırlar,
Bəs niyə biganə qalıb insanlar?
Susur yuxarılar,susur orqanlar,
Buna biganədir çox deputatlar.
Çoxları çəkilib qınına girir,
Görən müsibəti,niyə dinməyir?
Ali Sovet hər gün dolur-boşalır,
Biri başa düşmür,biri qanmayır.
Qalxır tələbələr,qalxır fəhlələr,
Hərdən söz tullayır yaltaq natiqlər.
Erməni iş görür,Bakı isə susur,
Qarşıda bir böyük uçurum durur.
Azadlıq meydanı dolur-boşalır,
Fikirlər ayrılır,millət ayrılır.
Biri öz xalqına güvənib durur,
Biri yaltaqlanıb mərkəzə uçur.
Saxlamaq istəyir köhnə rejimi,
Azadlıq carçısı şahinlərimi.
Qırmaqda olmayır ümüdlərimi,
Əzmək arzusudu bu millətimi.
Beləcə günlərdə bir-bir ötüşür,
Vəzifə üstündə millət döyüşür.
Biri kürsü güdür,vəzifə güdür,
Biri vətən üçün özün öldürür.
Çağrılır iclaslar-müşavirələr,
Başların itirib bu biçarələr.
Köməyə çağrılır rus qoşunları,
Qırmaq istəyirlər bu insanları.
Yetişir faciə gəlir anbaan,
Dəhşətdən başını itirir insan.
Çağrılır Bakıya”Xilaskar ordu”
Qardaşı qırmağa füsunkar ordu.
Bakını üzük tək dövrəyə alır,
Durmadan Bakıya ordu çağrılır.
Dağılmır meydandan igid oğlanlar,
Ölümdən,güllədən heç qorxmayanlar.
Bürüyür vətəni böyük bir bəla,
Milləti düşünmür böyüklər əsla.
Xankəndi dünyaya əsla sığmayır,
Erməni qudurub xalqı tapdayır.
Dağılır Topxana,dağılır Şuşa,
Yamanca toxunur oxlarım daşa.
Qaynayır Qarabağ,yanır Qarabağ,
Qanla suvarılır artıq torpaqlar.
Səslənir güllələr,qalxır silahlar,
Bizdən nə istəyir alçaq yağılar.
Xankəndində qan çanağı yaranır,
Yağı Andranik millətə qalxır.
Yığışır Ağdama vətən sevərlər,
Xalqın dərdlərini açıq bilənlər.
Toplaşır insanlar yollar axtarır,
Qaçqın insanlara baxıb odlanır.
Ürəklər dözməyir tab gətirməyir,
Millət Xankəndinə qalxmaq istəyir.
Kəsirlər hər yerdə hamının sözün,
Deyirlər tərpənsən tökülər gözün.
Lakin tab gətirmir insan ürəyi,
Görür tapdalayıb dığa çörəyi.
Yürüşə qalxırlar kinli insanlar,
Döyüş istəyirlər cana doyanlar.
İzdiham yol alır qəbirsanlığa,
Çıxır qarşısına minlərlə dığa.
Üzbəüz dayanır kinli insanlar,
Qisasın almağa tələsir onlar.
Biri yaylıq atır,biri dur deyir,
Biri bu kütlənin qarşısın kəsir.
İnsanlar əsəbdən əlin çeynəyir,
Mərkəz izin vermir,bunlara deyir.
Düşüb,milislərdə ortaya gəzir,
Tutub öz millətin Ruslara verir.
Başlayır istintaq rus var-gəl edir,
Yazıq insanların dərisin didir.
Qarışır aralıq,qarışır hər yan,
Hərdən ası düşür insana-insan.
İtirir millətim ilk şəhidlərin,
Torpağa tökürlər qanın millətin.
Gülləyə tuş gəlir Əli,Bəxtiyar,
Azadlığın ilk carçısı olurlar.
Can verir Bəxtiyar,ölür Əli də,
Başlanır bir matəm Ağdam elində.
Bir tərəfdən millət qalxıb oyanır,
Bir tərəfdən milis tutub saxlayır.
Çağırır prakror,çağırır milis,
Azad insanlara qurulur silis.
Məqsəd…Erməniyə güllə atmısan,
Düşüb ortalığı niyə qatmısan?
Beləcə milləti qırır erməni,
Milisdə damlayır cavan gəncləri.
Boğmaq istəyirlər azad quşları,
Çarmıxa çəkirlər bu insanları.
İstərlər qırsınlar vüqarımızı,
Niyə qorumayaq torpağımızı?
Od tutub odlanır bu odlar yurdu,
İstəyir qorusun insanlar yurdu.
Bakıda qaynaşır böyük bir ordu,
Küçələr elə bir ocağdı-qordu.
Səngərlər qurulur hər küçələrdə,
Evinə getməyir millət gecədə.
Silahsız əlyalın çıxıb küçəyə,
Alıblar meydanı onlar çevrəyə.
KKB insanı rahat qoymayır,
İnsanlar içində insan arayır.
Birin xain deyib tora salırlar,
Heç nəyin üstündə həbsə alırlar.
Kütlənin qarşısın heçnə almayır,
Uşaqda,böyükdə küçəyə qaçır.
Gecənin bir anı sönür işıqlar,
Gurlayır qəfildən güllələr-toplar.
Kəsilir əlaqə,qurulur divan,
Gülləyə tuş gəlir günahsız insan.
Bakının üstünü alır buludlar,
Titrəyir güllədən evlər-ağaclar.
Gecənin bir anı keçir hücuma,
Qan içənlər divan tutur xalqıma.
Avtomatlar atılır çaqqaçaraq,
Su içir Bakıda barıtdan torpaq.
Tanklar tır-tır altda əzir xalqımı,
Tuturlar atəşə körpə balamı.
Bakı qan ağlayır,Bakı qan qusur,
Silahsız insanlar ayağa durur.
Baxmır qan içənlər qıza-gəlinə,
Atılır güllələr evin içinə.
Biri balkonunda qana boyanır,
Biri tankın altda xış-xış doğranır.
Yaralı daşıyır təcili yardım,
Düşübdü bəlaya bu gecə xalqım.
O gün qara gəldi 20 yanvarım,
Qırıldı həm qoca,həmdə cavanım.
Körpə uşaqlara qıydı alçaqlar,
İnsanın qanından heç doymadılar.
Birləşib o gecə rusla erməni,
Yağdırdı insana odlu gülləni.
Söndü işıqları Bakının o gün,
Qara gəldi elimdə hər toy-düyün.
Bir matəm başladı Bakıda o gün,
Heç kəs nəticəyə gəlmədi düzgün.
Başlandı matəmlər,başlandı yaslar,
Ana fəryadından yandı torpaqlar.
Gecənin qaranlıq bir zülmətində,
Qırıldı insanlar metroda-tində.
Yaralılar ayaq altda qaldılar,
Qan itirib çoxları qırıldılar.
Güllələr selinə düşdü həkimlər,
Yaralı insana sinə gərənlər.
Boğmaq istədilər Bakının səsin,
Gülləylə deşdilər oğul sinəsin.
Milli əsgərlərdə döyüşə girdi,
Silahın düşmənə o an çevirdi.
Döyüşdü sübhətək o fədailər,
Vətənçün özlərin qurban verdilər.
Xalqım çəkilmədi güllə səsindən,
Azadlıq nidası qalxdı elimdən.
O gündən alışıb Bakıda yandı,
Səsini dünyaya Xəzər çatdırdı.
Millət təngimişdi,millət yanırdı,
Ali Sovet o gün zorla çağrıldı.
Qərar hazırlandı,qərar yazıldı,
Dünyaya xalqımın səsi yayıldı.
Azadlıq çağrışı çağrıldı o gün,
Millətin qanıyla yazıldı o gün.
Açıldı sübh çağı,sakit qar yağır,
Elə bil Bakını göydə ağlayır.
Bürüdü hər yeri qarın örtüyü,
Dağları,düzləri hətta çöllüyü,
Elə bil örtürdü qanların üstün,
Yox-yox örtə bilməz bu qanın üstün.
Artıq oyanmışdı yuxudan xalqım,
Göylərə qalxmışdı nalələr,ahım.
Baxırdın Bakıda sakitlik yatır,
Lakin ana-ata oğul axtarır.
Tabutlar düzəlir məzar qazılır,
Qırmızı qələnfir yola yayılır.
Sərilir qan üstə qərənfil yatır,
Şəhidin qanına boyanıb-batır.
Ağlayır qərənfil,ağlayır yaman,
Sevinci kədərə döndərdi zaman.
Qərənfil bulaşır şəhid qanına,
Qərənfil axnaşır şəhid bağına.
Ağlayır qərənfil,ağlayır dərddən,
Küçələr dolubdu bu gün şəhidnən.
Böyük bir izdiham yol alıb gedir,
Analar-atalar oğul gətirir.
Azadlıq meydanı izdihamlıdı,
Şəhidlər çiyində,yerdə qarlıdı.
Şəhidlər bağına yollanır onlar,
Azadlıq carçısı böyük insanlar.
Minlərlə məzarlar qazılır o gun,
İnsanlar qəmgindi,insanlar üzgün.
Baxırsan üzlərdə bir nifrət yatır,
İntiqam hissidə qaynayıb daşır.
Gəzilir küçələr,gəzilir tinlər,
Hələdə gəzilir itgin düşənlər.
Tapılan şəhidlər dəfn olur bir-bir,
Gör neçə igidim torpağa gedir.
Çoxu itgin düşüb tapılmır meyit,
Çoxları balığa yem olub,itib.
Çoxların gizlicə dəniz apardı,
Beləcə ölənin sayı azaldı.
Dedilər az olsun şəhidin sayı,
Tutulur mərkəzdə hər gün siyahı.
Beləcə bu millət qana boyanıb,
Hələdə mərkəzdə çoxları yatıb.
Çatmayır onlara insanın dərdi,
Lakin doğan günəş bil ki,bizimdi.
Xalqım öz sözünü söylədi bu gün,
Dünya bu milləti dinlədi bu gün.
Azadlıq şuarı qalxdı əllərə,
Millətin bu səsi düşdü dillərə.
Vidadi Ağdamlı 1990-1993-cü illər
MİLLƏTİN DƏRDİ
İKİNCİ HİSSƏ
Bu qoca dünyanın neçə sirri var?
Niyə bir-birini didir insanlar?
Allahın əmrindən çıxırlar nədən?
Qorxmurlar Allahdan nədə bəndədən.
Dünya çox böyükdür insanlar harın,
Udubdu bu dünya bilin çoxların.
Dünya bölünübdü iki dünyaya,
Balaca dövlətlər salınmır saya.
Hegamon dövlətlər yaranıb,durub,
Elə bil dünyanı tək onlar qurub.
Əzir böyük dövlət kiçiklərini,
İtirir insanlar xoş günlərini.
Bunlardan biridə rus dövlətidir,
Hökmü əməlləri yaman qətidir.
Bölüblər dünyanı iki dünyaya,
Onlarda qalmayıb nə ismət-haya.
Biri xaçpərəstlər,birisə islam,
Dəhşətdən az qalır sarsılsın adam.
Əzirlər islamı bilmirəm nədən,
İnsan dəli olur gördüklərindən.
Pyotur nəsihət etmişdi bir vaxt,
Parçala islamı sən saat-saat.
Əgər bölünməsə islam dövləti,
Bil ki,artacaqdı onun qüdrəti.
Əzirlər hər yerdə islam dövlətin,
Çöllərə salırlar onun millətin.
Başı bədənindən tez ayırırlar,
Ayılan başları dibdən vururlar.
Bağlayıb Türkənçay müqaviləsin,
Böldülər yurdumun çırpan ürəyin.
Araz qan ağladı,Araz sızladı,
Torpağı ikiyə o parçaladı.
Bölünüb ortadan vətən yarıldı,
İki Azərbaycan niyə yarandı?
İkiyə bölündü sinədə ürək,
Dözülməz dərdlərə biz necə dözək?
Gülüstan,Türkənçay daha nə bilim,
Həsrətlə yaşadı əsirlər elim.
Qovruldu o gündən xalqım həsrətdən,
İki Azərbaycan yarandı nədən?
Biri farsı dedi,biridə Rusu,
Dedilər həyatda budu doğrusu.
Aldılar elimdən kefi-işrəti,
Böldülər ikiyə bizim milləti.
Ata orda qaldı,balası burda,
Ana oğul doğdu,qaldı o tayda.
Oğul ata üçün soldu saraldı,
Bacı,qardaş üçün yandı ağladı.
Əzdilər milləti,ayrı saldılar,
Arazı ortada nişan qoydular.
Ağladı Arazım,ağladı sular,
O gün ayrı düşdü qərib insanlar.
Araz qan ağladı Araz sızladı,
Haray çəkib torpaqları yaladı.
Araz qan ağladı,Araz sızladı,
Ortada qalaraq çox çabaladı.
Duymadı fəryadın nə dünya,millət,
Qardaşdan qardaşa yarandı həsrət.
Araza çox baxdı millət biçarə,
Tökülən göz yaşı axdı Xəzərə.
Neçə ürəklərdə qübar yarandı,
Ananın yollarda gözləri qaldı.
Araz şaxə qalxdı, coşdu ağladı,
Gah sağa boylandı,gah sola baxdı.
Yandı için-için,yandı qovruldu,
Gördü ki,həm sağı-solu qoruxdu.
Aşdı göz yaşından,daşdı Arazım,
Həsrətdən su içdi torpağım,daşım.
Xalqım düçar oldu qəmə,kədərə,
Xəncər sapladılar saf ürəklərə.
Həsrətli qaldılar iki qardaşlar,
Ayrı düşdü vətənində insanlar.
Əlac tapılmadı kəsilən başa,
Batdı elim-obam qəmə,göz yaşa.
Başı bədənindən tez ayırdılar,
Piyotur vədinə nöqtə qoydular.
Bəli bax beləcə ötdü bu dövran,
İtmədi gözlərdən nə qəm nə hicran.
Ay ötdü,il ötdü illər dolandı,
Dünya böyüklərin əlində qaldı.
Ötdü qərinələr,ötdü əsirlər,
Gündən-günə artdı qəmlər-kədərlər.
Yetişdi bir zaman,yetişdi dövran,
Bizi gözləyirdi hələ böyük qan.
Planlar cızılıb hazırlanırdı,
Əmirlər-fərmanlar ayaq alırdı.
Hədəfə aldılar bir gün Bakımı,
Saldılar tapdağa saf torpağımı.
Yeridi Bakıya Rusun qoşunu,
Görən olacaqmı bu dərdin sonu.
Qara gətirdilər 20 yanvarı,
Saya salmadılar bu insanları.
Birləşib erməni rusla birlikdə,
Dəhşət yaratdılar odlar elində.
Qırdılar cavanı qızı-gəlini,
Tökdülər dənizə ölən-itəni.
Böyük bir xiyaban yarandı o gün,
Deyirəm söyləyim mən,sizdə bilin.
Salındı bir gündə şəhidlər bağı,
Qanla suvardılar o gün torpağı.
Doldu küçələrə tanklar-əsgərlər,
Gözü yaşlı qaldı ana-gəlinlər.
Vəsiyyət öz işin görürdü bu gün,
Hələ ki,millətim dözürdü bu gün.
Qana boyanırdı küçədən keçən,
Yerində ölürdü əlin tərpədən.
Maşının üstünə gəlirdi tanklar,
Dözürdü hər dərdə yazıq insanlar.
Fövqalədə vəziyyət elan edildi,
Başçılar bilmirdi nələr edirdi.
Beləcə ötürdü günlər dəhşətlə,
Dəyirdi yol gedən insana güllə.
Küçədə-səkidə tanklar dururdu,
Girmişdi Bakıya qan içən ordu.
Üzlər kədərliydi,üzlər dərdliydi,
Kimsə bu qonağı heç istəmirdi.
Artırdı günbəgün şəhidin sayı,
Çatmırdı kimsəyə Bakı harayı.
Bakı qocalmışdı,Bakı yanırdı,
Qan üstə qərənfil hələ yatırdı.
Bakıya bir boran-sazaq gəlmişdi,
İnsan ümüdünü hər şey kəsmişdi.
Ürəklər od tutub yaman yanırdı,
Məzarlar üstünə qar qalanırdı.
Qorxuda bilməzdi bizləri heç nə,
Millət inanırdı gələcək günə.
Günəş doğacaqdı bilirdi hamı,
Bir vaxt sarıyacaq vətən yaramı.
Şəhidlər bizlərlə önə gedəcək,
Azadlıq şüarı əldə gəzəcək.
Millət oyanmışdı,millət qalxmışdı,
Lakin mərkəz susub,hələ yatmışdı.
Bakı oyanmışdı,Bakı yanırdı,
Düşmən Qarabağa hazırlaşırdı.
Bakıda bir acı günlər keçirdi,
Vətən yarasına məlhəm gəzirdi.
Qərənfil düzülüb bütün yollara,
Kədərli baxırdı bu insanlara.
Millət yasa batıb qan ağlayırdı,
Tanklar küçələri tapdalayırdı.
Artırdı anbaan şəhidin qəbri,
Artıq qalmamışdı insanın səbri.
Qələnfil içindən şəhid baxırdı,
Fərizə İlhamı hey axtarırdı.
Körpə İlqarımın qəlbi sönmüşdü,
Larisa evindən ayrı düşmüşdü.
Qana boyanmışdı hər oğlum-qızım,
Yanıq bir kərəmi çalırdı sazım.
Naməlum bir məzar başda yanırdı,
Anasın bacısın hey axtarırdı.
Batmışdı Bakımız böyük bir yasa,
Uçurdu Bakıdan hər gün yarasa.
Qara bir xəbər gətirirdi o,
Millətin başını itirirdi o.
Bakıda nalələr qalxmışdı göyə,
Baxmaq olmayırdı qanlı küçəyə.
Millət kədərliydi,millət dərdliydi,
Aramsız yağan qar heç kəsməyirdi.
Çırpan ürəkləri güllə dəldikcə,
Yatmırdı insanlar nə gündüz-gecə.
Diqqət mərkəzində qalmışdı Bakı,
Beləcə salındı Şəhidlər parkı.
Biri vətən deyib canın qoyurdu,
Azadlıq bayrağın hey qoruyurdu.
Çoxları mərkəzə yaltaqlanırdı,
Elimin dərdinə heç yanmayırdı.
Bakını qoşunlar əsr almışdı,
Elə bil Bakımız çox qocalmışdı.
Göylərdə uçurdu şəhid ruhları,
Tanımaq olmurdu bu insanları.
Azadlıq carçısı olmuşdu hamı,
Yaddan çıxarmışdı sevinci,kamı.
Planlar cızılıb hazırlanırdı,
Tökülən bu qandan rus doymayırdı.
İnsanlar gülləyə sinə gərirdi,
Azadlıq yolundan çəkinməyirdi.
Qoşun ayaq alıb dörd bir tərəfə,
Çıxmaq istəyirdi böyük səfərə.
Millət yollar boyu səngər qururdu,
Hamı vətən üçün canın qoyurdu.
Qırdılar hər yerdə yazıq milləti,
Pis günə saldılar bu məmləkəti.
Lənkəran qalxmışdı,Gəncə qalxmışdı,
İnsan ümüdləri alovlanmışdı.
Ordu hazırlanıb sınaq keçirdi,
Qarabağa bir yol alıb gedirdi.
Qoşun əmir alıb çıxdı yollara,
Üz tutdu birbaşa düz Qarabağa.
Qarabağ yatmadı yollarda durdu,
Hər tində,səkidə bir səngər qurdu.
Bir gün qoşun gəlib Ağdama yetdi,
Uzundərə boyu qoşun yeridi.
Ağdam mərd dayanıb qarşısın aldı,
Rusları şəhərə yaxın qoymadı.
Ruslar naəlac qalıb yollar axtardı,
Qiyaslı,Xıdırlı yoluna çıxdı.
Ordan Xankəndinə keçmək istədi,
Körpüdə igidlər yolları kəsdi.
Toqquşdu insanlar burda ruslarla,
Əl atdı silaha vəhşilər burda.
Millət cana doyub,millət bezmişdi,
Cavanda,qocada bura gəlmişdi.
Silahsız insanlar hücum çəkdilər,
Sinəsin gülləyə sipər etdilər.
Geri çəkilmədi o fədailər,
Qanla suvarıldı dağlar,dərələr.
Millət bir maşını dövrəyə aldı,
Qapısın şüşəsin qırıb dağıtdı.
Pıçaqla cumdular xain düşmənə,
Səs verdi millətin,millət səsinə.
Hər zabitə ağır zərbə vurdular,
Azda olsa öz qanların aldılar.
Tanklar işə düşdü,toplar gurladı,
Yollarda günahsız meyit qalandı.
Beləcə birləşdi rusla erməni,
Qana boyadılar gülü-çəməni.
Əskəran yoluna çıxdı bu ruslar,
Daşnaq ordusuna arxa duranlar.
Gücləndi erməni,gücləndi o gün,
Millətin üstünə yeridi o gün.
Millət qorxmayırdı tankdan,güllədən,
Vətənin uğrunda ölən şəhiddən.
Erməni güc alıb nərə çəkirdi,
Qıratın səsindən şəhər əsirdi.
Beləcə başladı böyük bir döyüş,
Başladı gizlicə kəşviyyat,görüş.
İlana zəhərin verdi koramal,
Gəldi Qarabağa gəldi koramal.
Vidadi Ağdamlı 1990-1993-cü illər