Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Tbilisidə nəşr olunub (ADTM).
Azərbaycan Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali Todua tərcümə edib.
Kitabın redaktoru yazıçı-tərcüməçi İmir Məmmədli, “Ön söz” müəllifi professor Xəlil Yusiflidir.
azertag.az
Mənbə: https://edebiyyatqazeti.az/