Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Mənim ol!”

Post Views: 53 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Gözümün üstündə saxlaram səni,Yaşaya bilmərəm səndən aralı,Dərd,qüssə içində gəl qoyma məni,Elimin, obamın nazlı maralı. Yoluna, izinə döşənərəm mən,Səni qoruyaram ürəyim kimi,Səni gecə-gündüz düşünərəm mən,Canım , gözüm kimi, bəbəyim kimi. Necə and içim ki, inanasan sən,Həmişə …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Yuxuda yazdığım şeir”

Post Views: 60 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü CƏBRAYILDADIR Ömrümün , günümün könül oxşayan,Ən şirin nəğməsi, Cəbrayıldadır.Hər daşı, qayası nağıl danışan,Ərzin möcüzəsi, Cəbrayıldadır. Zaman susub qalıb Xudafərində,Lalələr boy atır al qan yerində,Orda öz yeri var xeyir, şərində,Vətən şikəstəsi Cəbrayıldadır. Ellərə tanışdı şöhrəti, adı,Atından …

Ana səhifə

Teymur ƏHMƏDOV.”Nəriman Nərimanov bu gün bizimlədir…”

Post Views: 87 2020-ci il yanvarın ilk günləri havalar soyuq keçsə də, seyrək buludlar arxasından boylanan günəşin parlaq şəfəqləri Bakının səmaya boylanan yaraşıqlı, qeyri-adi mənzərəsini nura qərq edir. Nəriman Nərimanovun əzəmətli tunc heykəli, sanki arzuların gerçəkliyinə heyrətlə baxır…Xalqın böyük oğlu ömrü boyu bu həqiqət uğrunda oddan-alovdan keçmiş, mübarizə aparmış, şəhid olmuşdur.Nəriman Nərimanov 1870-ci il aprelin …

Ana səhifə

Gənc esseist Nargisin “Metakədər” kitabı çap olunub

Post Views: 49 Gənc esseist Nargisin “Metakədər” kitabı çap olunub.Kitaba 2016-2020-ci illərdə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş silsilə yazıları daxil edilib.“Mücrü” nəşriyyatının “Proza” seriyasında nəşr edilmiş kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön sözün müəllifi «Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, naşiri Müşfiq Xandır.Mənbə:http://edebiyyatqazeti.az/

Ana səhifə

Gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın şeirləri Özbəkistan mətbuatında

Post Views: 53 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və …

Ana səhifə

Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın “Bir az vaxtım var…” povesti “Ulduz” jurnalında işıq üzü görüb

Post Views: 63 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Bir az vaxtım var…” povesti Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalında işıq üzü görüb.Qeyd edək ki, …

Ana səhifə

Şəfa VƏLİYEVA.”Düşüncə döngələri…”

Post Views: 61 “Ulduz”un ötənilki dekabr sayında Aslan Quliyevin tərcüməsində Dilek Yükselin “Pompeyi sevərkən” hekayəsi yer alıb. Maraqlı hekayədir, insan düşüncəsini xaraba qoymağa yetir. Necə ki Vezuvi püskürüb Pompeyi xaraba qoymuşdu…Hekayədə Pompeyin obrazı kimi Rahib Vitanı görürük. Və onun Maximaya  sevgisini… İnsanlar canlarını qurtarmaq, yaşamaq üçün Tanrılara olan sevgilərinin hüdudsuzluğunu sübut etməyə çalışır. Amma insanın …

Mədəniyyət

Kitabxananın virtual rejimdə növbəti tədbiri

Post Views: 43 Kitabxanaların fəaliyyətini virtual məkanda səmərəli formada təşkil etmək, istifadəçilərin fəallığını və onların mütaliəyə maraqlarını artırmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında sorğu təşkil edib. İzləyicilər A.S.Puşkinin “Balıqçı və balıq nağılı”nı oxuyaraq  bir suala cavab verməlidirlər. Ən maraqlı cavablar “Kitabsevər uşaqlar” …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Mən hardan bilərdim şairlik nədir?”

Post Views: 69 Keçilməz dərələr keçilməsəydi, Aşılmaz zirvələr aşılmasaydı, Yeldən qanad alıb, seldən güc alıb, Ruhum küləklərə qoşulmasaydı Mən hardan bilərdim şairlik nədir? Torpaqdan, toxumdan, dəndən gəlməsəm, Qurandan, kitabdan, dindən gəlməsəm, Dərdi çoxalanda yerdəkilərin Göylərə saldığı gündən gəlməsəm, Mən hardan bilərdim şairlik nədir? Minadan gəlməsəm, Turdan gəlməsəm, Allahın verdiyi nurdan gəlməsəm, Sinəmi saz edib, əlimi mizrab, Qopuzdan, Qorquddan, qordan gəlməsəm, Mən hardan bilərdim şairlik nədir? Gedir qismətinə, bəxtinə sarı, Yorulmur qarışqa, dincəlmir arı. Qəlbimi riqqətə gətirməsəydi Ana təbiətin yaratdıqları, Mən hardan bilərdim şairlik nədir? Fələklər sirdaşı, mələklər yarı, Hər misra şairin sərvəti, varı. Qulaq eşitməsə, könül duymasa Göylərdən süzülən pıçıltıları, Mən hardan bilərdim şairlik nədir?!

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Mən sözün anası”

Post Views: 95 Tanrının sözünə dirsəklənmişəm, Söz – yaşıl yamacım, söz – talam mənim. Yeddidən yetmişə rəngi gözümdə, Söz – gülüm, gülşənim, söz – lalam mənim. Dilimdə ilk kəlmə dinəndən bəri, Söz oldu ömrümün sərvəti, zəri. Mənəm sərkərdəsi, mənəm əsgəri, Söz – daşım, divarım, söz – qalam mənim. Yoğurdum, başımda ağıl elədim, Dastana çevirdim, nağıl elədim. Böyütdüm, bəslədim, oğul elədim, Mən sözün anası, söz – balam mənim. 28 yanvar 2005

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Şair qələmiylə işin olmasın!”

Post Views: 72 Bir nadanın atdığı daşa cavab Mənə o qələmi nə sənin dədən, Nə vəzir, nə vəkil, nə də şah verib. Ona söz atmasın hər gəlib gedən, Onu Zəlimxana bir Allah verib. Yaz deyib sevinci, yaz deyib qəmi, Fitnəyə verməyib, fəndə verməyib. Allahdan almışam mən o qələmi, Mənə o qələmi bəndə verməyib. Qələm sındırmağa yaranmamışam, Hünərin çatırsa, gəl, sındır onu. Əgər bacarırsan, tək bircə axşam Yazmaq həvəsindən daşındır onu. Qələmin dünyası ocaqdı, pirdi, Qələm sındıranlar şümürdü, bala. Bu nifrət nə zaman qəlbinə girdi, İçini nə zaman gəmirdi, bala? Baxdım bostanıma atılan daşa, Əl sənin əlindi, daş sənin deyil. Gülməli səhnədi, qəmli tamaşa, Ağıl özgənindi, baş sənin deyil. Sən daş at, mən sənə pambıq atacam, Yaralı canımı daş ağrıtsa da. Boş dedi-qodular gəldi-gedərdi, Könüllər sındırıb, baş ağrıtsa da. Səni kim bu yola çəkib, aparıb, At getsin, fırlansın, daş ona dəysin. Sonradan başıma qaxınc etdiyin Əvvəlki sevgin də başına dəysin. Haqqın qəzəbinə gələrsən, bala, Bu qələm “Saz” yazıb, “Ələsgər” yazıb. İmrələr sözüylə çatıb vüsala, Hər ulu kişiyə bir əsər yazıb. Hər sevgi, hər barış bir yeni dastan, Nifrət qəzəblərə, nifrət kinlərə. Bu qələm dərs alıb Dərviş Yunusdan, Bu qələm yas tutub “Didərginlər”ə. Ey qələm sındırmaq istəyən naşı, Allahın danışan dilidir qələm. Şairin əlində od parçasıdı, Cahilin əlində ölüdür qələm. Fərhad külüngüdü Şirin yolunda, Hasardı, qaladı şərin yolunda. Can verib ocağın, pirin yolunda, Ulu ustadların yoludur qələm. Göydə bir mələkdi, yerdə pəridi, Yanan üfüqlərin parlaq zəridi. Coşanda Koroğlu dəliləridi, Sevəndə Məcnuntək dəlidir qələm. Dərvişdi, ozandı, eldi, aşıqdı, Yaradan əllərə bir yaraşıqdı. Harda qaranlıq var, orda işıqdı, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Bəhmən Vətənoğluna məktublar” silsiləsindən

Post Views: 60 “BƏHMƏN VƏTƏNOĞLUNA MƏKTUBLAR” SİLSİLƏSİNDƏN I DAĞLAR Səndən ayrılanda bir ah çəkmişəm, Kərəmtək yandırıb ah məni, dağlar! Daramır saçımı sənsiz küləklər, Sənsiz heç oxşamır meh məni, dağlar! Şirin görüşlərin ömrü kəm olar, Gözüm yaşla dolar, könlüm qəm olar. Cənnətim çevrilib cəhənnəm olar, Olmasam dağların mehmanı, dağlar! Hər dərddən xəbərdar, hər işdən halı, Şairdi daşıyan min qilü-qalı. Zəlimxan düşsə də səndən aralı, Saxla gözün üstə Bəhməni, dağlar! II GÖNDƏRİM Bəhmən, hədələrdən qorunmaq üçün Yarağın yoxdursa, yaraq göndərim. Dərdini deməyə dərdli bir qələm, Şerini yazmağa varaq göndərim. Qoşun bil, özünü təkləmə, qardaş, Ürəyi bu qədər yükləmə, qardaş. Qəlbi qəm üstünə kökləmə, qardaş, Lazımsa, eşqimi dayaq göndərim. Cam olum, içməyə camın yoxdusa, Tam olum, dadmağa tamın yoxdusa, Gecə yandırmağa şamın yoxdusa, İki gözlərimi çıraq göndərim! Ellərə doğmadır şairin səsi, Mən necə sevməyim el sevən kəsi? Geniş aç qapını, ay ev yiyəsi, Şair Zəlimxanı qonaq göndərim!

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Kimdi”

Post Views: 51 Məfhur türk aşığı Səbri Şimşak oğlunun lent yazılarını dinlərkən Şimşəkoğlu, səsindəki oda qurban, Yandırırsan, yanan kimdi, sönən kimdi? Kimlər sənə vədə verdi, yalan çıxdı, İlqar verib, ilqarından dönən kimdi? Bu səsdimi, haraydımı, nalədimi, Yanmış Kərəm, qara batmış Lələdimi, Daşıdığın dağdan ağır şələdimi, Qəm altında boyun büküb sinən kimdi? Bəlkə Qırat yəhərsizdi, nalı yoxdu, Bəlkə daha qızbirçəkli nah yoxdu. Bəlkə daha Koroğlunun halı yoxdu, Qocalanda dəli köhlən minən kimdi? İncitdimi xotkar səni, paşa səni, Çekdilərmi bərkə səni, boşa səni. Qərib olmaq döndərdimi daşa səni, Yenilməyən qeyrətini yenən kimdi? Dilindəki layladımı, ağıdımı, Sinəndəki min həsrətin dağıdımı, Ayrılıqlar yenə bizə yağıdımı, Düşmənimiz dünən kimdi, bu gün kimdi? Şimşəkoğlu, gəl, bir yazaq yazımızı, Şimşəkoğlu, gəl, bir çəkək nazımızı, Zəlimxanla qoşa çalaq sazımızı, Dünya görsün qalxan kimdi, enən kimdi? 1989

Ana səhifə

Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 56 Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərində …

“Kardelen” dergisi

KARDELEN DERGİSİ’NİN 103. SAYISI ÇIKTI

Post Views: 75 29 yıldır sadece “fikrin değerini bilenlere…” hitap eden Kardelen dergisinin 103. sayısı çıktı. Dergi yeni sayısında; “Mâddi ve Mânevi Sağlığımız” konusunu ele alıyor. Kapakta okuyucuya, Üstad Necip Fazıl’ın “Bir metre seksen santim boyunda, dinç, güzel, dik, vakur görünüşte, seyircisini tılsımlayan, açık alınlı, derin ve ateş bakışlı, nur yüzlü, her türlü illet ve …

Mədəniyyət

Həzi Aslanova həsr olunmuş şeirlər virtual oxuculara təqdim edildi

Post Views: 142 Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində iki dəfə Sovet İttıfaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar hazırlıq işləri həyata keçirilir. Virtual oxuculara Həzi Aslanova həsr olunmuş şeirləri təqdim etmək məqsədilə Səməd Vurğunun “Qəhrəmanın ölümü”, Məmməd Təhməzovun “General Həzi”, İslam Səfərlinin “Təzə çiçəklər”, Boris Dubrovinin …

Azərbaycan ədəbiyyatı

12 mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü

Post Views: 100 Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü. Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Həyatı Süleyman Rüstəm 1906-cı …

Azərbaycan ədəbiyyatı

12 mart-Xalq şairi Cabir Novruzun doğum günüdü

Post Views: 52 Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2] Həyatı Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. …

Azərbaycan Prezidenti

C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 67 C.X.Əkbərovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 9 mart 2020-ci …

Azərbaycan Prezidenti

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 67 Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar artist” fəxri adı Hüseynquliyeva Nazlı …

Mədəniyyət

Kitabxananın Fəxri oxucusunun “Dünya, barışmışam səninlə” kitabı çapdan çıxdı

Post Views: 91 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”, Rəsul Rza adına beynəlxalq, Həsən bəy Zərdabi adına mükafatlara layiq görülən Zöhrə Əsgərovanın “Dünya, barışmışam səninlə” kitabı işıq üzü gördü.         Yazıçı-publisist Zöhrə Əsgərova oxucular arasında daha çox mədəniyyət …

Mədəniyyət

Leyla Bədirbəylinin 100 illiyi ilə əlaqədar informasiya məktubu hazırlandı

Post Views: 47 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya məktubu hazirlandı. İnformasiya məktubunda “Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, …

Mədəniyyət

Kitabxanada Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı

Post Views: 69 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamış görkəmli ictimai-siyasi xadim, yazıçı, dramaturq, publisist və maarifçi Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı. İnformasiya bülleteninə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Məni”

Post Views: 48 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Yıxılsam, büdrəsəm bu yer üzündə,tutacaq qolumdan Yaradan məni.Mənim ünvanımı tapmaq istəsən,sən soruş Fikrətdən, Qaradan məni. Dəyişsə, könlümdə kədər-qəm indi,dağlarda yurd salsa, bir aləm indi,Göz yaşın tökdüsə, bir qələm indi,həyat götürməsin aradan məni. Dağların, aranın qonağı olsam,gül üzlü qızların yanağı …

Ana səhifə

Kənan AYDINOĞLU.”Olsun”

Post Views: 51 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Deyirəm, gəzdiyim ana torpağın,Hər qarış torpağı gül-çiçək olsun.Bitsin bənövşəsi, laləsi belə,Gözümün önündə tək göyçək olsun. Qədir bilən bu elin, bu obanın,Şair üçün əyilməz bir ananın.Məğrurlar obası Azərbaycanın,Dizinin taqəti qoy çörək olsun. Bəndələr əməldə düz olsun gərək,Şairlər cahanda yüz olsun …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Salam söyəyir”

Post Views: 61 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Qələm yoldaşım, şair dostum Azər Mustafayeva. Qazax mahalında durmadan axan,Bulaqlar şairə-salam söyləyir.Yaşıl düzlərində ceyranı qaçan,Yaylaqlar şairə-salam söyləyir. Çətinlik görmədən gəlib keçəndən,Ovçular maralı dağda görəndən,Sənin bu Qazağa yolun düşəndən,Oylaqlar şairə-salam söyləyir. Şairlər yurduna dastanlar qoşan,Neçə dağ, təpəni mərd kimi aşan,Şair ürəyitək durmadan …

Ana səhifə

Kənan AYDINOĞLU.”Sözünə qurban”

Post Views: 52 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Qardaşım Kamrana. On yeddi baharda, on yeddi qışda,Dediyin hər şirin sözünə qurban!Məğrurluq eyləyib igidtək duran,Sənintək igidin yüzünə qurban! Anamın dayağı, balası sənsən,Mən köçsəm, cahanda qalası sənsən,Anamın könlünü alası sənsən,Cahana od tökən gözünə qurban! Dərdimin tapılan çarası kimi,Kənanın könlünün yarası kimi,Gözünün …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Sədəfli saz”

Post Views: 48 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Şairlər ilhamın səndən alıbdı,Aşıqlar yurdunun sədəfli sazı.Sən verdin şeiri bizim sənətə,Aşıqlar yurdunun sədəfli sazı. Aşığın sözünü dilə gətirdin,Sən o xoş əhvalı elə gətirdin,Sən neçə nadanı yola gətirdin,Aşıqlar yurdunun sədəfli sazı. Ələsgər şerini salmısan yada,Boynunu əymədin özgəyə, yada,Oğullar yetirdin bizim dünyada,Aşıqlar …

Azərbaycan ədəbiyyatı

Şair İbrahim Səfərlinin şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Post Views: 61 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbayan Jurnalistlər Birliyinin üzvü, şair İbrahim Səfərlinin “Ağlama” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan …

Azərbaycan ədəbiyyatı

Şair İbrahim SƏFƏRLİ.”Ağlama”

Post Views: 63 İbrahim Hidayət Səfərli Yaman günün ömrü azdır, ay ana,Belə qalmaz, ötüb-keçər, ağlama.Kəlbəcər elinə zülm eyləyənƏcəl şərbətini içər, ağlama. Altun sarayların şamın söndürən,Neçə zülmkarı səssiz sındıran,Fironu taxtından vaxtsız endirənYaxşını yamandan seçər, ağlama. Bir elin varına göz dikənləri,Nahaqdan torpağa qan tökənləri,Saxta var-dövlətlə ev tikənləriZaman dəryazıyla biçər, ağlama. İbrahim, Fələyin budur gərdişi,Düşməsin heç kimin tərsinə işi.«Günü …

Ana səhifə

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Qadan alım”

Post Views: 92 “Ata, Kəlbəcərə Murovdan aşıb gedəcəyəm”,- deyən oğlum leytenant Sənan Sadıqzadəyə Yolunu sal, oğul, doğma dağlara,Doyunca zirvələr gəz, qadan alım.Haray sal çiçəkli göy yaylaqlara,Bir dəstə bənövşə üz, qadan alım. Özünlə götürüb əsil dostları,Dolan təpələri, qalx dağa sarı.Yayın ortasında görəndə qarı,Götür yaz bir qatar söz, qadan alım. O bulaq, bu tala, o da ki …

Ana səhifə

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Dədə Şəmşir, Ağdabanım yoxdu, yox!”

Post Views: 77 Tərpətməyin, hal-əhvalım qarışıb,Yurd gedəli din-imanım yoxdu, yox.Kökdən düşüb telli sazım, çalarmı,Dədə Şəmşir, Ağdabanım yoxdu, yox! Yaş da getdi, baş da getdi əlimdən,Payız ötdü, qış da getdi əlimdən.Uçdu tərlan quş da, getdi əlimdən,Qayıtmağa bir gümanım yoxdu, yox! Nərimanoğlu, iyirmi ildi dözürük,Sərgəndarıq, haqq axtarıb, gəzirik.Canımızı bax beləcə üzürük,Xoş gələcək bir zamanım yoxdu, yox?!

Publisistika

USTAD Məhəmməd NƏRİMANOĞLU.” Unudulmuş unudulmazlar “

Post Views: 87 DAĞLARIN BƏXTƏVƏR DUSTAĞI BU GÜN UNUDULMAZ ŞAİR-ALİMİMİZ ƏNVƏR RZANIN KƏLBƏCƏRDƏ DÜNYAYA GÖZ AÇDIĞI GÜNDÜR! Xəzan vaxtı bahar bilin ƏnvəriDağ çayı tək çağlamağa gələrdi… Saflaşmaq, durulaşmaq, özümüzə, kökümüzə– saflığımıza qayıtmaq istəyəndə Ənvər Rzanın şeirlərinə üz tuturam Qəlbi poetik duyğuluların qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, hətta, sevinc belə çuğlayanda təbiətə üz tutur: …

Ana səhifə

USTAD Məhəmməd NƏRİMANOĞLU.”İstedadlılar”

Post Views: 63 Qızıl barmaqlılar“Bacarıqlı əllər”dən çıxan əl işləri mükəmməl sənət əsərləri kimi sevilir “Çoxuşaqlı ailə”nin üzvləri… Onları çoxuşaqlı ailənin üzvləri də hesab etmək olar: bir-birləri ilə səmimi, doğma münasibətlərinə görə. Barmaqları qızıl olan bu istedadlıları bir “ailəyə” toplamaq heç də asan olmayıb. 10 il bundan öncə “zərgər barmaqlı” istedadlıları bir araya toplmaqla böyük xeyirxahlıq …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Post Views: 53 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın el şairəsi Güllər MƏMMƏDQIZInın “Sən gedəndən bəri” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 17-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” …

Azərbaycan ədəbiyyatı

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Gəldim”

Post Views: 79 Kənan balamı Beyləqanın ilanmələyəndüzlərində əsgəri xidmət keçmək üçün “N” saylı hərbi hissəyə təhvil verib qayıdanda elə bildim ki,həyatda o da, mən də yalqız qaldıq. Böyütdüyüm, yetirdiyim KənanıVətənə xidmətə verdim də gəldim.Muğan çöllərinin ceyran, cüyürün,Nə sərin havasın gördüm də, gəldim. Dolandıq düzləri biz qarış-qarış,Oğulsan talehlə gəl burda barış.Torpaq cadar-cadar, üz qırış-qırış,Artdı bu yerlərdə …

Azərbaycan ədəbiyyatı

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Kəlbəcərə gedən yollar”

Post Views: 51 Ölməz alim-şairimiz Ənvər Rzaya Gör neçə ildi bağlıdır,Kəlbəcərə gedən yollar?!Sinəmiz kimi dağlıdırKəlbəcərə gedən yollar. Haçalanmır neçə kəndə,Yolçusu yox bircə bəndə.Bir yaxşı bax, gör nə gündə,Kəlbəcərə gedən yollar. Düşməni azdıra bilmir,Qəbrini qazdıra bilmir,Yazısın yozdura bilmirKəlbəcərə gedən yollar. Ot basıbdı, yoxdu izim,Qırılıb taqətim, dizim,Qurban olum sizə özüm,Kəlbəcərə gedən yollar. Sizdən keçib atam, anam,Sizdən keçib, …

Azərbaycan ədəbiyyatı

USTAD Məhəmməd NƏRİMANOĞLU.”SənəmSən”

Post Views: 83 Cəmilə Çiçəyin “Əyyub və Sənəm” dastanına Bir baxışdan həsrətini duymuşam,Sən ürəyi paralısan, sənəmsən.Vüsalına əliçatmaz Məcnunam,Leylimisal yaralısan, sənəm, sən! Gül qönçəsi, ətrin edib məst məni,Üzməmişdi belə əda, qəsd məni.Lal eyləyib, kar eyləyib – süst məni,İndi bildim haralısan, Sənəm, sən. İstisuda, Dəlidağda maraldın,Gül açmamış qönçə-ləçək saraldın.Yanıb-sönüb od almamış qaraldın,Əyyub görən o işvəli Sənəmsən?! Tər …

Azərbaycan ədəbiyyatı

USTAD Məhəmməd NƏRİMANOĞLU.”Göz dəyib deyirlər gülünə, gözəl!”

Post Views: 63 Yamanca susubdu, danışmır, dinmir,Vurub qadağanı dilinə gözəl!Bağban olub qorumadıq yəqin ki,Göz dəyib deyirlər gülünə, gözəl! Bahar donlu tər çiçəkdən gözəlsən,Gözəllərdən, sən göyçəkdən gözəlsən.Ay qara tel, sən ləçəkdən gözəlsən,Qurban didərgin obana, elinə, gözəl. Sən hürkək baxışlı körpə maralsan,Dözərəmmi çiçək-ləçək saralsan?!Hicranınla dərd dağında qalarsan,Dən düşər saçına, telinə, gözəl!

Publisistika

Bu gün Od çərşənbəsidir

Post Views: 78 Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar.Çərşənbələrr yazın gəlişindən xəbər verir. Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının …

Mədəniyyət

Kitabxanada Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı

Post Views: 47 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar informasiya bülleteni hazırlandı. İnformasiya bülletenində görkəmli sərkərdənin döyüş yolu, təltifləri, ona həsr olunmuş şeirlər, fotoqalereya və. s. məlumatlar toplanmışdır. İnformasiya bülleteni MKS-in Veb saytında yerləşdirilib

Ana səhifə

Gənc yazar Kamran Murquzovun şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Post Views: 65 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun “Yoxdu ehtiyacın …

Ana səhifə

“Qələmlə, Silahla…” adlı kitab-albomun təqdimat mərasimi keçirilib –

Post Views: 61 Azərbaycan Yazıçılar Birliyinin atavan klubunda Müdafiə Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Ağsaqqalar Şurasının nəşri olan “Qələmlə, Silahla…” adlı kitab-albomun təqdimat mərasimi keçirilib.Kitab-alboma xalqımızın yüksək mənəvi keyfiyyətlərini – Vətən sevgisi, torpağı qorumaq borcu, qələbə əzmi, yadelli işğalçılara qarşı döyüşlərdə qəhrəmanlıq, fədakarlıq, şəhidlik örnəklərini özündə əks etdirən müsahibələr, şeirlər, məqalələr və tarixi şəkillər daxil …

Ana səhifə

Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 58 2020-ci ildə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur. Professor Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən …

Ana səhifə

Dəyərli qələm dostlarımız və ədəbiyyat maraqlıları!

Post Views: 62 Sizi 29 fevral 2020-ci il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, tanınmış şair, jurnalist RƏŞAD MƏCİDlə görüşə dəvət edirik. Tədbirdə eyni zamanda şairin yeni nəşr olunuş “Qələmsiz yazılanlar” kitabı oxuculara təqdim ediləcək.Ünvan: Sumqayıt şəhəri, Heydər Parkı, Z.Hacıyev küçəsi-6. Poeziya Evi. 

Ana səhifə

Xocalı soyqırımına həsr olunmuş səyyar sərgi

Post Views: 52 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS- inin Q.Musabəyov adına 3 №-li kitabxana filialının əməkdaşları Xocalı soyqırımı ilə əlaqədar Yasamal rayon 1№-li Telefon Qovşağında “Xocalı harayı” adlı səyyar sərgi təşkil etdilər.Tədbirdə müəssisənin əməkdaşları iştirak etdilər.Kitabxana filialının müdiri Arzu Xudayarova sərgi barədə məlumat verdi.Tədbir iştirakçıları ermənilərin törətdiyi faciədən danışaraq bildirdilər ki, artıq …

Ana səhifə

Beynəlxalq əməkdaşlıq çərçivəsində müsahibə dərc olunub

Post Views: 62 2020-ci ildə Belarus Yazıçılar Birliyinin “Heмaн” jurnalının 75 illik yubileyidir.Jurnalın yanvar nömrəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktorunun “Dağlardan yüksək yalnız… kitablar ola bilər” («Выше гор могут быть только … книги») müsahibəsi dərc olunub. Müsahibədə müasir dövrdə kitaba və mütaliəyə marağın azalması məsələləri ümümbəşəri məsələ kimi işıqlandırılır. …

Ana səhifə

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Post Views: 55 Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin: Komissiyanın sədri …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.” BİLDİM”

Post Views: 51 Dünyanın iki türlü rengi varmış,-Bildim siyah ne, ak nedir, bildim.Yavrumun dilinden bir şeyler duydum,Göğsüme vurulan dağ nedir, bildim. “Yok” tan yola çıktım, yol beni gitti,Kıt beni kıstırdı, bol beni gitti.Ben sağı giderken sol beni gitti,Sonunda sol nedir, sağ nedir bildim. Doldu piyaleler, boşaldı camlar,Sarhoş dimağımı değişti tamlar…Karanlık gönlümde yandıkca mumlarYürekten eriyen yağ …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.”Məmləkətim”

Post Views: 52 Səni«dil demək» nədi?-Heç sazla daağlamaq olmur,Məmləkətim!Dərdlərinəayna tuta bilmirnə kaman, nə ud.Bizbir bəla kimidoğulduq sənə,sevgili yurd! «Can Azərbaycan!» deyibənşarkılar yazdıq adına.«Yaşa! Yaşa! Yaşa!»şüarlarındabasdırdıq səni.Şuşa deyib – Şuşadan,Laçın deyib – Laçındanasdırdıq səni.Bizbir bəla kimidoğulduq sənə,sevgili yurd! Heç bu şeirdə dəqəminə layiqağrı yoxdu,nöyütünə layiqkibrit.Xəcalət çək, ay şair,ay şeir,buradaca tükən,buradaca bit!..

Mədəniyyət

Kitabxanaçılar ”Ana harayı“ abidəsini ziyarət etdilər

Post Views: 72        Bu gün, Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının iyirmi səkkizinci ili tamam olur. Bununla əlaqədar, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Ana harayı” abidəsini ziyarət etdilər.  “Ana harayı” abidəsi 1992-ci …

Publisistika

26 fevral 1992-ci il-XOCALI Soyqırımı

Post Views: 84 Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş …

Mədəniyyət

Abdulla Şaiqin məzarı ziyarət edildi

Post Views: 58 Yasamal rayon MKS-inin A.Şaiq adına 2 №-li kitabxana filialı və ədibin ev-muzeyinin təşkilatçılığı ilə gorkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin doğum günü ilə əlaqədar Fəxri Xiyabanda ədibin məzarı ziyarət edildi.       Tədbirdə kitabxananın və Abdulla Şaiqin ev-muzeyinin əməkdaşları,  kitabxananın fəal oxucuları, ədibin ailə üzvləri iştirak etdilər. Anım tədbirində ev-muzeyinin direktoru Ülkər …

Mədəniyyət

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

Post Views: 80 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları A.Məmmədov adına  38 №-li tam orta məktəbdə 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirdilər. Tədbirdə kitabxananın fəal oxucusu BDU-nun Hüquq fakültəsinin tələbəsi Nuray Araz, kitabxanada təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanaçılıq informasiya …

Mədəniyyət

Udmurtiya Milli Kitabxanasında Azərbaycan güşəsi yaradılacaq

Post Views: 64 Rusiya Federasiyası Udmurt Respublikasının Milli Kitabxanası 2018-ci ilin payızında 100 illik yubileyini qeyd etdi. Elə həmin ildən Udmurt Milli Kitabxanası Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası ilə əlaqələr qurmuş və iki kitabxana arasında beynəlxalq əməkdaşlığı genişləndirməyə başlamışdır. Beynəlxalq əməkdaşlıq çərçivəsində Udmurt Milli Kitabxanasında 2020-ci ildə …

Publisistika

31 Mart – Azərbaycanlıların soyqırımı günü

Post Views: 96 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə …