Post Views: 130 I Bayram günlərində Kəndirbaz tamaşalarında rövzəpəz molla Yusif bacısının talaqı verildikdən öz qaynından kəbin pulunu almaq istəyib, qaynı isə haqqına dəğəl olmadığı üçün yanında nağd pul olmayıb, kəbin hesabını ağ qarın üstə yazdırıb, yayın orta ayında o hesabı əda etməyə söz verdi. Amma kəbinin üstündə yazılmış xəncəri nağd edib, fövrən mollanın çiyninə …
Şəfəq NASİR.”MƏDƏNİYYƏTİN ALİ MƏQAMI –ETİRAF”
Post Views: 133 Filologiya üzrə fəlsəfə doktoru, “Həsən bəy Zərdabi” və Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü . İnsanda təbii olan hər şey doğaldır, həm də gözəl. Uca Yaradanın lütfü olan və insanın da müdaxilə etmədiyi, əl gəzdirmədiyi xarici görünüşdən başlamış, daxili aləminə məxsus olan keyfiyyətlərinə qədər. Çeşmənin gözündən axan dumduru, …
Xalq şairi Nigar Rəfibəylinin “Mətbəx şeirləri”nin ərəb dilində tərcüməsi dərc edilib
Post Views: 123 Əlcəzairdə “Əl-Fənək Əl-arabi” jurnalının may nömrəsində Nigar Rəfibəylinin “Mətbəx şeirləri”nin ərəb dilində tərcüməsi dərc edilmişdir (tərcümə Fidan Rzayevaya aiddir). Jurnalda N.Rəfibəylinin həyatı və yaradıcılığı haqqında məqalə yer almışdır. Məqalədə N.Rəfibəylinin çox incə lirik şair olması, yazdığı şeirlərdə məhəbbət, təbiət, vətən və sairə mövzulara toxunması qeyd olunmuşdur. Poeziya sahəsində fəaliyyəti ilə yanaşı, onun …
Tanınmış yazıçı-şair Qulu Ağsəsin “Saat 6-nı gözləyirəm” kitabının təqdimatı keçirilib
Post Views: 124 İyunun 10-da “Litera” kitab evində müasir Azərbaycan ədəbiyyatının tanınmış siması, yazıçı-şair Qulu Ağsəsin “MİMTA Yayımları” tərəfindən nəşr olunmuş “Saat 6-nı gözləyirəm” adlı yeni kitabının təqdimat mərasimi baş tutub. Tədbirdə tanınmış ədəbiyyatşünaslar, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və çoxsaylı kitabsevərlər iştirak ediblər. Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatları, Aqil Abbas, Elçin Mirzəbəyli, …
Azərbaycan alimləri “100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı”nda iştirak ediblər
Post Views: 166 İyunun 5-də Özbəkistanın Səmərqənd şəhərində Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu, Marmara Universiteti və Səmərqənd Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı” keçirilib. Qurultay 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda qəbul edilmiş, lakin dövrün siyasi şəraiti səbəbindən reallaşdırılması mümkün …
Teatr sənətinin vurğunu
Post Views: 99 Bu gün Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür Bu gün Azərbaycan və SSRİ-nin Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür. İlahi gözəlliyə, zəngin mənəvi aləmə malik aktrisanın yaradıcılığı teatr və kino tariximizdə ayrıca bir mərhələni təşkil edir. Qeyri-adi səhnə temperamentinə malik aktrisa qəhrəmanın daxili aləmini tam şəkildə təqdim etməklə tamaşaçıların qəlbinə və düşüncəsinə …
Xalq rəssamı Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlanıb
Post Views: 101 Respublika Gənclər Kitabxanasında Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, pedaqoq, sənətşünas-alim, SSRİ Dövlət mükafatı laureatı və Xalq rəssamı Lətif Kərimovun 120 illik yubileyi münasibətilə “Lətif Kərimov naxışlarda yaşayan tarix” adlı təqdimat hazırlanıb. Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib. Bildirilib ki, təqdimat Prezident İlham Əliyevin 30 aprel 2026-cı il tarixli Sərəncamına əsasən həyata keçirilən yubiley …
Yaradıcı Mərkəz “Turkic Game Jam 2026”-a ev sahibliyi etdi
Post Views: 100 Azərbaycan oyun icması türk dünyasının ən böyük “game jam” tədbirinə 70-dən çox iştirakçı ilə qoşuldu. Türk Dünyası Oyun Geliştiricileri Birliyi (TuGDA) tərəfindən hər il təşkil olunan “Turkic Game Jam” (TGJ) bu il daha da genişlənərək altı ölkəni əhatə etdi. İyunun 5-dən 7-dək keçirilən 48 saatlıq oyun hazırlama marafonu eyni vaxtda Azərbaycan, Türkiyə, …
10 İyun-Xalq şairi Süleyman Rüstəmin anım günüdü
Post Views: 87 Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906[1], Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR xalq şairi (1960), “Stalin” mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986), 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Həyatı[redaktə | mənbəni redaktə et] …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”BƏXTƏVƏR OLDU”
Post Views: 95 Bəstəkar Nəriman Məmmədov Aşkarda sevdim səni,pünhan gəzdin hər dəfə.Canım oduna yandı,“can” demədin bir dəfə. Yüz yol sizə buruldum,yüz yol getdim izinlə.Gözüm yolunda qaldı,baxmadın bir gözünlə. Adımız qoşa çıxdı,hamıya xəbər oldu.Özüm odlara yandım,adım bəxtəvər oldu.
Zərif duyğulardan poetik düşüncəyə kimi – Nizami CƏFƏROV
Post Views: 108 Zərif duyğuların poetik tərcüməçisi Fəxrəddin Ziya elə bir soy-kökün nümayəndəsidir ki, o nəsildən çıxan çox sayılıb-seçilən adamlarla dostluq əlaqələrim, xoş münasibətlərim olub. Həmin şəxslər təkcə doğulduğu kənddə, rayonda deyil, bütün respublikada tanınmış insanlardır. Zülfüqar Qodmanlı, Ağəddin Mansurzadə kimi məşhur qələm adamları ötən əsrin 70-80-ci illərində ölkə səviyyəsində tanınmış ziyalılar idilər: Zülfüqar müəllim …
Özündən çıxa bilməyən insan… – Əkbər QOŞALI
Post Views: 118 İmamverdi İsmayılovun “Labirint” povesti üzərinə kulturoloji-fəlsəfi düşüncələr Yolunu azarsan, yol səni səslər, Nəsə itirərsən, ol səni səslər. Hər sözü çevirib söz etmək olmur, Qəlb kədəri gəzər, dil qəmi səslər… Çox qədim qatlara gedib çıxan, həm mifoloji, həm memarlıq, həm də fəlsəfi anlam yükü daşıyan bir anlayış var – biz də ona etimolojisinə …
“FÜYUZAT tv”nin fəaliyyətə başlamasından 4 il ötür
Post Views: 98 Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun tərkibində fəaliyyət göstərən, rəqəmsal media məkanında özünəməxsus dəst-xətti ilə seçilən “FÜYUZAT tv” internet televiziyasının yaradılmasından 4 il ötür. Ötən dövr ərzində “FÜYUZAT tv” efirində MİMTA Fondunun məqsəd və məramına uyğun olaraq milli-mənəvi dəyərlərin, elmi-mədəni irsin təbliği istiqamətində genişmiqyaslı işlər görülüb. Televiziyanın efir şəbəkəsində tamaşaçıların rəğbətini …
Tellərdən süzülən duyğular – qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
Post Views: 94 “Qanun kənardan zərif görünsə də, idarə olunması çətin alətdir” Onlarla sim, yüzlərlə səs çaları və bir ifaçının barmaqlarında canlanan bütöv bir musiqi dünyası… Musiqi alətlərinin hər birinin öz xarakteri var: bəziləri gücü, bəziləri kövrəkliyi, bəziləri isə mürəkkəbliyi ilə seçilir. Qanun musiqi aləti isə bütün bu xüsusiyyətləri özündə birləşdirən nadir alətlərdəndir. Bu zəngin …
Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır
Post Views: 101 Bu il Azərbaycanın unudulmaz sənətkarı, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə ölkə miqyasında ədəbi-bədii tədbirlər, elmi konfranslar və xatirə gecələri təşkil olunur. Yubiley tədbirləri silsiləsindən növbəti yaradıcılıq gecəsi bu yaxınlarda Heydər Əliyev Sarayında keçirildi. Bu möhtəşəm gecədə Cahangir Cahangirov adına Xor kollektivi olaraq xüsusi proqramla çıxış etdik və …
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
Post Views: 94 Bülbülün Memorial Muzeyində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, öz şeirlərindəki saflıq, romantik əhval, yüksək həyat eşqi ilə seçilən Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş “Azərbaycan ədəbiyyatının Müşfiq zirvəsi” adlı tədbir olub. Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir Bülbülün Memorial Muzeyi və “Gənclərin töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş tədbirdə Prezident …
Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri
Post Views: 84 Bu gün iki paytaxt – Bakı və Belqrad hava limanları arasında qurulan hava körpüsü Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlıq zəncirinin ən parlaq və tamamlayıcı halqasıdır. Bu xətt təkcə bu günün iqtisadi və turistik tələbatını ödəmir, həm də gələcəkdə reallaşacaq irimiqyaslı regional layihələrin, Trans-Balkan və Xəzər hövzəsi əməkdaşlıq formatlarının inkişaf tempini və …
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
Post Views: 97 İyunun 8-də Şirvanşahlar Sarayında qobelen və tekstil sənətinə həsr olunmuş “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı beynəlxalq qobelen müsabiqəsi və sərgisinin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan tekstil sənətinin görkəmli nümayəndəsi, professor Tamila Məmmədovanın xatirəsinə həsr olunub. Tədbiri açan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud …
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
Post Views: 85 İtaliyanın paytaxtı Romadakı “Medina Art Gallery” qalereyasında azərbaycanlı fotoqraf Aydın Mehdiyevin “Azərbaycanın daş mühafizəçiləri” adlı fərdi fotosərgisi açılıb. Sərgi “Palazzo Mandrilli” qalereyasının təşkilatçılığı ilə baş tutub. AZƏRTAC xəbər verir ki, sərgidə təqdim olunan fotoşəkillər ifadəliliyi ilə diqqətçəkən təbii formaları əks etdirir. Eksponatlar insan qavrayışının ən heyrətamiz xüsusiyyətlərindən birini – tanış təsvirləri mövcud olmayan …
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə yekun vurulub
Post Views: 98 5-7 iyun tarixlərində Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti başa çatıb.Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında keçirilən konserti qardaş ölkənin rəsmiləri, Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri izləyiblər.Konsert proqramı “Mənim Azərbaycanım” süitası ilə başlanıb.Sonra kollektivin ifasında “Qavalla rəqs”, “Nağaralarla rəqs”, “Toy”, “Qazaxı”, “Xalay”, “Naz …
Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar
Post Views: 98 Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı qardaş ölkəyə ezam olunan media nümayəndələri üçün iyunun 7-də Aşqabad şəhərində Türkmən Milli Xalça Muzeyi və Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinə tur təşkil olunub. Məlumat verilib ki, Türkmənistan Prezidenti Saparmurat Niyazovun müvafiq Fərmanı ilə 1993-cü ildə yaradılan Xalça Muzeyi ölkənin zəngin xalçaçılıq irsini qoruyan və …
Qorki adına Ədəbiyyat institutunu fərqlənmə diplomu ilə bitirəndə…
Post Views: 111 Könül Əliyeva, “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzov “Ədəbiyyat və incəsənət”in poçtuna həmkarı Əlişad Qaraqasımlının şeirlərini və tərcümeyi halını göndərib. Bu şəxs barədə bilgilənəndə, düzü, çox təəccübləndim. Bilirsiniz ki, sovet dönəmində bizim ən məşhur şair və yazıçılarımız Moskva şəhərindəki SSRİ Yazıçılar İttifaqının Maksim Qorki …
“Aşqabad” Kinoteatrında daha bir filmimiz – “Doğma torpaq” tammetrajlı bədii ekran əsəri nümayiş olunub
Post Views: 89 Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə 2025-ci ildə “Nərimanfilm”də istehsal olunan “Doğma torpaq” tammetrajlı bədii filminin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safatdır.Müstəqil Azərbaycan öz ərazisi də – Qarabağ bölgəsində separatçılara qarşı mübarizə aparır. Londondan olan jurnalist Miranda Qafqaz bəbiri haqqında sənədli film çəkmək üçün Azərbaycana gəlir. O, tədqiqatı zamanı təkcə bəbirlə …
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Aşqabadda qala konsert keçirilib
Post Views: 95 Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında incəsənət ustalarımızın iştirakı ilə möhtəşəm qala konsert təşkil olunub.Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil edilən “Qarabağ – milli irsin yaddaşı” adlı fotosərgi ilə tanış olublar. Məlumat verilib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində və …
Türkmənistan Dövlət Kitabxanasında “Azərbaycan ədəbiyyatı bölməsi” açılıb
Post Views: 114 Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 7-də Türkmənistan Dövlət Kitabxanasında “Azərbaycan ədəbiyyatı bölməsi”nin açılış mərasimi olub. Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər. Çıxışlarda qardaş ölkənin əsas kitabxanasında “Azərbaycan ədəbiyyatı bölməsi”nin açılması əlamətdar mədəni hadisə kimi …
Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub
Post Views: 76 Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Arkadağda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, maarif xadimi Seyid Əzim Şirvani (1835-1888) və tanınmış türkmən şairi Dövlətməmməd Azadinin (1695-1760) yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Dövlətməmməd Azadi adına Şəhər Kitabxanasında təşkil edilən konfransdan əvvəl tədbir iştirakçıları kitabxana ilə tanış olublar. Konfrans Azərbaycan …
Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib
Post Views: 85 Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir. İyunun 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt Aşqabad şəhərində yerləşən Böyük Saparmurat Türkmənbaşı adına Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib. Tədbirdə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Azərbaycan mədəniyyət naziri Adil Kərimli və Türkmənistan Dövlət Təsviri …
Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir
Post Views: 104 İyunun 5-də Heydər Əliyev Sarayında Xalq şairi Səməd Vurğunun zəngin ədəbi irsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşdırılıb. Yaradıcılıq gecəsində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq …
Bu gün görkəmli Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür
Post Views: 109 Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5 iyun 1939, Bakı – 28 yanvar 2015, Bakı) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Həyatı [redaktə | vikimətni redaktə et] Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov …
Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür
Post Views: 121 Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), “Azərnəşr“in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyalarının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı …
Fatma HACIYEVA.”DƏDƏ ƏLƏSGƏRİN “BƏLİ DEYİB, YOL-ƏRKANA GƏLMİŞƏM” QOŞMASININ İDEYA-MƏZMUN XÜSUSİYYƏTLƏRİ”
Post Views: 138 Fatma Hacıyeva tibb elmləri doktoru, professor Ustad aşığın qızıldan qiymətli, milli sərvət dəyərində hər misrasını oxuyarkən qeyri-ixtiyarİ el aşığını Dədə Qorquda bənzədirəm. Bu bənzətmə sadəcə hər iki ozanın adının qarşısındakı “Dədə” epiteti ilə bağlı deyil. Aşıq Ələsgərin Dədə Ələsgər olması, dədəlik ünvanına yüksəlməsi, mənim nəzərimdə Dədə Qorqud olması, həm də onunla …
Şairə-publisist Nəcibə İLKİN.”Niyə sevəmmədik bir-birimizi”
Post Views: 209 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Ömrümə-günümə bir baxışıydın,Mən külək, sən isə gur yağışıydın,Çiçəkli bahardın, mən naxışıydım,İndisə baharın solub bənizi,Niyə sevəmmədik bir-birimizi. Mən qumlu – qayalıq, sənsə səhraydın,Axı sən əzəldən mənə …
Şairə-publisist Nəcibə İLKİN.”“UŞAQ PULU İSTƏMƏK KİŞİYƏ YARAŞMAZ?” — CƏMİYYƏTƏ YUXARIDAN BAXAN DÜŞÜNCƏ…”
Post Views: 180 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Xalq acından danışır, siz ‘kişiliyə yaraşmaz’ deyirsiniz….Sosial şəbəkələrdə jurnalist Səidə Bəkirqızının səsləndirdiyi “Kişi də uşaq pulu davası edər? Kişiyə yaraşmaz” fikri haqlı olaraq ciddi narazılıq …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ŞAİRLƏR GÜNÜ”
Post Views: 151 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Bu gün şairlər günüdürdeyirlər, –Şairlik əzablı,şairlik məşəqqətli,şairlik çətin…Şairlər ağrıyanvicdanıdı bəşəriyyətin,Şairlər döyünənürəyidi millətin…Kim şairlər qədərdueldə öldürülüb,Kim şairlər qədərsürgün olub ki?Bu gün şairlər günüdürdeyirlər –Nə vaxt şairlərin günübir gün olub ki?!05.06.2020
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”TEZ OL, GƏL YANIMA”
Post Views: 127 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Yazdığım nəğmənin hər sözü, sətriSənə ünvanlanıb, yoxdur əvəzin.Mənim çöl dünyamda gül-çiçək ətri,Mənim iç dünyamda sənin nəfəsin. Nigaran qoumusan niyə, de məni? –Dağlarda dumanı, çəni görürəm.Gözümü açanda çölü-çəməni,Gözümü yumanda səni görürəm. Yaşamaq nə gözəl, …
Həyat Şəmi Gürcüstanın ünlü şairinin iki şeirini Azərbaycan dilinə çevirdi
Post Views: 110 Gürcüstanın tanınmış şairi Ekatrina Suramelinin Şeirləri Azərbaycan Ədəbiyyat və Mədəniyyət Portalının Qarabağ Bürosunun rəhbəri, tanınmış şair Həyat Şəmi tərcümə edib. Eka Surameli (gerçek adıyla Ekaterine Yılmaz Mekereşvili), Gürcü asıllı bir yazar, gazeteci ve araştırmacıdır. Özellikle Türkiye ile Gürcistan arasındaki edebi ve kültürel bağlar üzerine yaptığı çalışmalarla tanınır.Kendisinin öne çıkan bazı özellikleri ve …
ELİZABETTA BAGLİ (İtalyan şairi və akademisyeni)nin şeirləri
Post Views: 131 Elizabetta Bagli Azərbaycan oxucusu üçün yeni addır. Romada doğulub və Madriddə yaşayır. Şair-yazar, radio müxbiri, tərcüməçi, çox sayda beynəlxalq kültür dərnəklərinin təmsilçisidir. Roma və Latsio bölgələrinin mədəniyyətini tanıtmaq məqsədiylə qurulan LATİUM dərnəyinin rəhbəridir. Bir çox beynəlxalq mükafatlara layiq görülmüş şair və yazardır.Bu gün Elizabetta Baglinin iki şeirini Dos.Dr. Həyat Şəminin tərcüməsində oxucularımıza …
Arzu HÜSEYN.”Heç olmadı bu dünyada bir kimim”
Post Views: 137 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Heç olmadı bu dünyada bir kimim,Çözülmədi alın yazım sirr kimi.Yer olmadı mənə uzaq yer kimi,Göy olmadı mənə yaxın göy qədər. Buxar oldu toxunduğum hər nə var,Duman oldu, yelə getdi arzular.Sübhə qədər kirimədi kaman-tar,Sızlatmadı ürəyimi ney qədər. Nəyin qalıb qəmdən …
Arzu HÜSEYN.”ƏLVİDA”
Post Views: 118 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Yadımdaydı o baharın istisi,Nəfəs almaq zaman qədər dar idi.Otağımda siqaretin tüstüsü,Eh, yoxluğun necə də aşkar idi. Pəncərəmdə neçə ayın toz qatı,Şüşələrin gözü görmür küçəni.Yaşayırdım bu zəhrimar həyatı,Qədəh-qədəh bitirərək gecəni. Yazıb, cırıb tulladığım vərəqlərDöşəmədə tör-töküntü, zir-zibil.O güzgüdən mənə baxan adamıBiri …
Banu MUHARREM.İçimdə bir ümid var- hardan baxsam üzsüzdür”
Post Views: 110 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. İçimdə bir ümid var- hardan baxsam üzsüzdür.Sənə çıxan yollarda istiqamət dümdüzdür.Gecələrim gündüzdür. Unudurdum az qala- insanmışam, daş deyil.İçindəki sevgiyə gözlərim sirdaş deyil?!Eşq – gözlərdə “yaş” deyil?! Sən Tanrının cibindən mənə düşən siftəsənSən nə gözəl şükürsən? Xatırlanmaq istəsən,-mənim gözüm üstəsən! …
Banu MUHARREM.”Bir şeir ağrıyır içimdə hərdən”
Post Views: 119 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Bir şeir ağrıyır içimdə hərdən,Dinib yatızdırır məni sözləri.Hərdən darıxdırır,qəfildən susur.Bir qadın dilində layla səslənir:“Laylay, balam ,a layla..” Batıb qızılgülə yuxu tapardım,Şirin yuxularım dadından çıxıb.Başımı qoyduğum qadın dizindəoxşanan saçlarım yadımdan çıxıb.“Körpə quzum, a layla..” Hardansa bir qadın düşür yadıma.Əlində saçlarım- …
Xəyalə SEVİL.”Birdən darıxdım- qəfil”
Post Views: 120 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Birdən darıxdım- qəfil,Birdən gördüm səninçünLap ürəyim tökülür.Bilmədim hara qoyumBu dağınıq, bu tifilAyrılığın yükünü?Niyə getdin ki, niyə?Uzaqlarda nə vardı?Üç-beş günlük dünyaydı də,Yaşasaydıq, nolardı?!Bir sadə məhəbbətiMürəkkəbə çevirdin.Səni nə vaxt xatırlasam-Məyusluq!Məni nə vaxt …
Xəyalə SEVİL.”İndən belə nə mənası”
Post Views: 126 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri İndən belə nə mənası,Az elədin, çox elədin.Sən də belə sehrbazsan,Öz-özünü yox elədin. Gün batdı, Ayam özümə,Səhvəm, cəzayam özümə.Gül kimi payam, özüməGör kimi qucaq elədim! And deyilsən, içim səni,Yol verdin ki, …
Xalq şairi Vahid ƏZİZ.”ÖLƏNLƏR…”
Post Views: 182 Çoxu səs-səmirsiz köçdü Dünyadan,Az adam tarixə yazıldı, öldü,Kimisi- dilindən, kimi-boğazdan,Kimi ayağından asıldı, öldü, Hər kəsin bir həddə qırıldı yaşı,Gözlər kor edərmiş xain baxışı,Qorxaq gedə bilməz tufana qarşı,Üsyankar- zindana basıldı, öldü, Ellər talan oldu “Vəba” bürüyən,Şahlar da tanıfıq zülmü yeriyən,Yurd batar azalsa doğub-törüyən-Xalqlar var ged-gedə azaldı, öldü, Az ayaq tutmadı hökmü yalanın,Ovcu daş …
Xalq şairi Vahid ƏZİZ.”AYRILMIŞIQ…”
Post Views: 165 Aramızda dərə vardı-İçində qış-yay qarışıq,Mən bu tayda, gül o tayda,Sellər daşıb, ayrılmışıq, Mehman oldum neçə kərəSəxavətin görə-görə,Dağnan- çıxanda səfərə-Qucaqlaşıb ayrılmışıq, Yurd doluydu dumanlarla,Təbiblərlə, loğmanlarla,Həm gülərək- doğmalarla,Həm- ağlaşıb ayrılmışıq, Zirvələrdə yuva qurub,Qartal özün qara vurub,Bəlkə Şeytan ara vurub?Bəlkə çaşıb ayrılmışıq? Dil tapmadıq karla, korla-Yurd-yuvasız olduq zorla,Qayıdacam- ZəngəzurlaSövdalaşıb ayrılmışıq… 29,05,2026
Xalq şairi Vahid ƏZİZ.”YAŞAYIR…”
Post Views: 166 Yenidən dönüb həyata,Qayıdanda yaz- yaşayır,Olmaya çox yandığındanLalə belə az yaşayır? Od da əlvan- ocaqlarda,Ləmpələrdə, çıraqlarda,Kür olsa da, qucaqlardaMin illərdir Saz yaşayır! Bəxt, haradır ömür yolum,Dözərmi ayağım, qolum?Qonşudan muğayat olun-Arada Araz yaşayır! Heyran edər dağı, düzü,Ocağı, alovu, közüHəlbət sevmir Dünya bizi-İnsanı biraz yaşayır… 29,05,2026,
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”ÜRƏKLƏR OXUSUN”
Post Views: 111 Bəstəkar Bəxtiyar Kərimov Bahar yelləri əssin hər səhər,yayılsın elə bizim nəğmələr.Pıçıldaşın siz, şehli yarpaqlar,sizin də öz diliniz var.Sevinsin ürəklər, çəməndə çiçəklər,gül açsın arzular, istəklər. Qarışsın daim ürək-ürəyə,külək mahnıya, mahnı küləyə,arzu-arzuya, gülüş sevincəqoy qarışsın dostlar, öncə.Ay yağan yağışlar, mehriban baxışlar,bir gülüş …
Könül NURİYEVA.”İsa Muğanna “İdeal”
Post Views: 123 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri “İsa Muğannanın “İdeal” əsəri sizin üçün hansı əhəmiyyəti kəsb edir, bədii qiraət siyahınızda hansı yeri tutur?” sualını mənə versələr cavabı belə olacaq,— onun yaradıcılığı Azərbaycan ədəbiyyatında tamamilə unikal, mistik və fəlsəfi bir zirvədir.O adi yazıçı deyil, mübhəmlərə açar tapan qələm sahibidir. Bu əsəri oxuyarkən …
Musa NƏBİOĞLU.”KAŞ ONUN ŞAGİRDİ OLAYDIM YENƏ…”
Post Views: 115 Əslində bu yazı lap çoxdan yazılmalıydı. Ancaq müəyən səbəblərdən alınmırdı. Son bir ayda dəfələrlə kompüterin qabağında oturub yazmaq istəsəm də, heç cürə özümü bu yazıya kökləyə bilmirdim. Ona görə yox ki, yazmağa söz tapmırdım, əksinə, ona görə ki, mənim (təkcə mənimmi?!) qəlbimdə həmişə özəl yeri olan bu gözəl insan haqqında söz deməyin …
Musa NƏBİOĞLU:”BİR ÖMÜRLÜK XATİRƏNİN İYİRMİ CÜMLƏSİ…”
Post Views: 109 Fərman Borçalı zəng edib dedi ki, əmin Mədəd müəllimin xatirəsinə həsr olunmuş kitab hazırlayırıq, onun haqqında xatirə yazmalarını nəzərdə tutduğumuz adamların siyahısında sənin də adın var, 15-20 cümləlik bir yazı yazıb göndər. Təbii ki, dünyasını dəyişmiş hər kəsin xatirəsi doğmaları və yaxınları üçün əzizdir, unudulmazdır. Üstəlik, həmin adam cəmiyyətdə özünəməxsus mövqeyi ilə …
Azərbaycanlı opera müğənnisi Vyana Dövlət Operasında tarixi uğura imza atıb
Post Views: 98 Azərbaycanlı mezzo-soprano Elmina Həsən dünya opera sənətinin ən nüfuzlu məkanlarından biri hesab olunan Vyana Dövlət Operasında debüt edib. AZƏRTAC xəbər verir ki, Elmina Həsən debüt tamaşasında fransız bəstəkar Jorj Bizenin “Karmen” operasında Karmen obrazını canlandırıb. Bu çıxış sənətçinin həm Vyana Dövlət Operasında ilk çıxışı, həm də birbaşa baş rolu ifa etməsinə görə xüsusilə …
Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub
Post Views: 98 Lüksemburqda Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının (LuxAz ASBL) təşəbbüsü ilə yaradılmış LuxAz Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, LuxAz Mərkəzi Azərbaycan və Lüksemburq arasında dostluq əlaqələrinin inkişafına, Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin tanıdılmasına, eləcə də iqtisadi əlaqələrin formalaşmasına və Lüksemburqda yaşayan Azərbaycan icmasının bir araya gəlməsinə xidmət edən yeni mədəniyyət və …
Yaroslavlda Azərbaycan mədəniyyəti nümayiş etdirilib
Post Views: 99 Yaroslavl şəhərinin 1016 illiyi münasibətilə keçirilən bayram tədbirində Azərbaycan milli-mənəvi dəyərləri geniş təqdim olunub. AZƏRTAC xəbər verir ki, “Sodrujestvo Narodov Yaroslavii” təşkilatının Domanski parkında təşkil etdiyi tədbirdə müxtəlif xalqların mədəniyyətini, musiqisini, rəqslərini, milli geyimlərini, mətbəxini, ənənələrini əks etdirən sərgilər və ustad dərsləri keçirilib. Yaroslavl vilayəti Millətlərarası Münasibətlər üzrə Koordinasiya Şurasının üzvü, Azərbaycan Qadınlar …
Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı
Post Views: 90 Mayın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Lya Minorka” dərnəyi ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib. Niyazinin mənzil-muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə mənzil-muzeyin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov uşaqları bayram münasibətilə təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Daha sonra …
Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO
Post Views: 106 AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Dövlət Bayrağı Muzeyi. Bakıda, Dövlət Bayrağı Meydanında yerləşən Bayraq Muzeyi ilk dəfə 2010-cu ildə qapılarını ziyarətçilərin üzünə açıb. 2017-ci ildə meydanda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə əlaqədar muzey fəaliyyətini müvəqqəti dayandıraraq təmirə bağlanıb. Tamamilə yenilənmiş muzey kompleksi 8 noyabr 2024-cü ildə – Zəfər Günündə yenidən təqdim edilib. Muzey …
Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”
Post Views: 142 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru. Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə!!! Sən zülmət gecələrin bir ümid çırağısan,Sən elin ağsaqqalı, sən yurdun dayağısan,Sən hürriyyət sədası, azadlıq sorağısan,Hər qarışda izin var, bu izi silmək çətin,Sən ulu öndərisən bu xalqın, bu millətin. Vətənin hər daşını …
Rafiq ODAY.”BİR BAŞQA”
Post Views: 211 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Damdan yıxılan ayrıdı,Bacadan düşən bir başqa.Alcaqlar alçaqdan düşər,Ucadan düşən bir başqa. İz varsa, üstə iz düşər,Gec ya tez düşər, döz, düşər.Hər ağızdan bir söz düşər,Hocadan düşən bir başqa. Candan şaxta, ayaz çıxmaz,Bu gedişlə bu yaz çıxmaz.Düz çıxar, əyri paz çıxmaz,Haçadan düşən bir başqa. Namərdlər …
Şairə-publisist Nəcibə İLKİN.”BİR CÜMLƏNİN DOĞURDUĞU ETİRAZ yaxud,Qadına baxışın köhnə kölgəsi…”
Post Views: 169 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın bu sözü içimdə bir acı gülüş doğurdu; Kamal Abdulla kimi ictimai nüfuzu, elmi statusu və rəhbər …
Şairə-publisist Nəcibə İLKİN.”UŞAQ PULU TƏNBƏLLİK YOX, SOSİAL ƏDALƏTDİR”
Post Views: 151 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Kasıbın ağrısını anlamadan, danışmaq asandır…Neçə gündür sosial şəbəkələrdə deputat Günay Ağamalı və tanınmış teleaparıcı Mir Şahinin onu dəstəkləməsi insanların haqlı narazılığına səbəb olub. Bu da …
Arzu HÜSEYN.”Üşüdəcək əllərini sazaqlar”
Post Views: 136 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Üşüdəcək əllərini sazaqlar,Yandıracaq üz-gözünü isti də.Darıxacaq pəncərəndən uzaqlar,Çağıracam, deyəcəksən: “Səsdi də”. Ağlayacam, deyəcəksən: “Yağışdı”,Bilirəm ki, tanımazsan belə də.Gör kimlərin ulduzları barışdı,Bizimkilər qovuşmadı hələ də. Bəlkə düşər payımıza xoş halın,Qısa olar mənə gələn yol bu gün.Bəhanələr qatilidir vüsalın;Sabah gecdir, gəlirsənsə, …