Post Views: 95 Oynadıqca hər çalınan havaya, Bilmədin ki, yaxşı nədi, pis nədi?.. Heç baxmadın dağıtdığın yuvaya, Anlamadın yağış nədi, sis nədi?.. Məhv olmusan zəmanənin dəbində, Yem gəzirsən hər qazanın dibində. Nə görmüsən onun-bunun cibində?- Üz-gözündə qara nədi?, his nədi?… Duymadıqca nə həyacan, nə halət,- Boğdu səni dumanında cəhalət. Kələyindən çəkmədinsə xəcalət,- Nə biləsən əzab …
Azərbaycan ədəbiyyatı
Polad SABİRLİ.”Aparacam aydınlığa”
Post Views: 99 Ürəyimdən keçənləri, Dilimdə deyə bilmədim. Dost yolunda yaxa cırdım,- Bilmədi niyə, bilmədim. İçimdə bir kövrəklik var, Yaman ürəksiz olmuşam. Bilmirəm kimə gərəkli, – Kimə gərəksiz olmuşam. Özümü toxdaq tutmaqçün, Nəfəsim çatarmı görən? Göylərə hayım, harayım, Ya səsim çatarmı görən? Deyəsən qan iyi gəlir,- Başım gör nəyə qarışıb?! Kimin mənlə nə işi var?! …
Polad SABİRLİ.”Hissim, həyəcanım”
Post Views: 90 Mənim öz cəbhəmdi sözün cəbhəsi, Hədəfi düz tutdum söz döyüşündə… Yaltağın kələyi, bicin hiyləsi, – Özünə xoş gələr “öz döyüşündə”… Könlümdə dil açan həyacanımı, Açıb-ağartmağa həvəsim çatmır. Necə islatdısa kədər canımı, – İndi qurutmağa nəfəsim çatmır. Gözümün altına alıb dərdimi, – Gözümün üstündə şirin saxladım. Düz şumun içində kəsib şərtimi, – Xırmanda …
Şəhla RAMAZANQIZI.”Qurban olum mən balamın”
Post Views: 81 Günəş rəngində telinə, Əlimi tutan əlinə, Təzə açılan dilinə, Qurban olum mən balamın. Qorxa-qorxa yerişinə, Qəlbitək saf gülüşünə, Gördüyü hər bir işinə, Qurban olum mən balamın.
Şəhla RAMAZANQIZI.”Tanrıdan ömürlük pay səadətim”
Post Views: 80 Xoşbəxtəm, alnımın yazısı Sənsən, İlk eşqim, sevincim, saf məhəbbətim. Baxışla qəlbimi duyursan, Canım, Tanrıdan ömürlük pay səadətim. Xoşbəxtəm alnımın yazısı Sənsən, Məhəbbət ömrümə gətirdi bahar. Analıq sevincin bəxş etdi mənə, Daddırdı İsmayıl adında nübar. Xoşbəxtəm alnımın yazısı Sənsən. Yadıma salıram görüşən günü. Dünyaya yenidən gəldim elə bil, Bəxtimə, ömrümə sən düşən günü. …
Şəhla RAMAZANQIZI.”Qanı təmiz ola bilməz”
Post Views: 110 Düşməninə əl çaldıran, Rüşvətlə könül aldıran, Millətinə əl qaldıran, Qanı təmiz ola bilməz. Yalanı dilinə yatan, Özgə mala nəfs atan, Halalına haram qatan, Doğru namaz qıla bilməz. Kasıbların haqqın yeyən, Məharətlə yalan deyən, Şeytanına boyun əyən, Könüllərdə qala bilməz. Ürəyində yoxsa həvəs, Quru sözlər, çığırtı, səs. Vətənini sevməyən kəs, Qarabağı ala bilməz.
İŞIQ ÜZÜ GÖRƏN DAHA BİR KİTABIN TƏQDİMATI
Post Views: 109 Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında şair-tədqiqatçı, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Hikmət Məlikzadənin “Xatirə Fərəcli yaradıcılığının poetik təzahürü” kitabının təqdimatı keçirildi. Tədbirin aparıcısı tanınmış tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir kitab haqqında geniş məlumat verərək, kitabın elmi tərəfdən də araşdırıldığını və müəllifin Xatirə Fərəcli yaradıcılığına müəyyən qədər fəlsəfi rakursdan yanaşdığını diqqətə …
Xatirə FƏRƏCLİ.”Beləcə buraxıb”
Post Views: 86 Dəli bir istək var canımda indi, Baş alıb harasa getməyim gəlir. Mən gec öyrəşənəm, çətin tərk edən, Bəs nədir bu istək içimi dəlir. Beləcə buraxıb bulanıqlığı Hansı nisgilimi ovudub gedim? Yerində boğulan diləklərimi Necə yola verib, təsəlli edim? Alıb ürəyimi, alıb başımı, Bu yüklə özümə yer tapım harda? Varmı elə bir yer, …
Xatirə FƏRƏCLİ.”Darıxmağın daşın atdım”
Post Views: 95 *** darıxmağın daşın atdım, daha darıxan deyiləm. o ilan soyuqluğunu sinəmə sıxan deyiləm. tapınmışdım bir diləyə, kürüyüb verdim küləyə. bir dərdi də bu ürəyə yükləyib yıxan deyiləm. itirdiyini hələ sən çətin anlaya biləsən. çıx get, getməyə tələsən, arxanca baxan deyiləm.
Xəyalə SEVİL.”Hər şey yerindədi”
Post Views: 97 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Hər şey yerindədi, O yol, o küçə. Küçənin başında açıq pəncərən, Pəncərəndə qanı qaralan gecə. Hər şey yerindədi, Bircə sən yoxsan… Sənsiz üstü-başı Yaş həsrətimi Gözümə sərmişəm, Qurusun bir az. Yeni ayaq açan səadətimin Əlindən tutmadın Yerisin …
Xəyalə SEVİL.”Həyat bu qədər sadə…”
Post Views: 90 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Bu küçə də Axırıncı vaqon kimi Boşaltdı adamlarını. Və bu gecə də Qaranlıq qara kəlağayını Saldı şəhərin boynuna. Yol boyu uzanan gecə işıqları Açdı gözlərini. Külək deyinə-deyinə Oyatdı yuxudan yarpaqları. Yəni, Həyat bu qədər sadə, Həyat bu …
Rahilə xanım DÖVRAN.Seçmə şeirlər
Post Views: 88 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı HARA APARIRSAN /”Ömürdən- gündən” – silsiləsindən/ Yaşamın hər anı təhlükə, hürkü, Bilinmir həyatın ciki, nə biki. Çiyində palantək ehtiyac yükü, Hara aparırsan, bizi sən Dünya? Nə ağıl, nə savad alınmır vecə, Cənnətsən, …
Saqif Qaratorpağı doğum günü münasibətilə təbrik edirik! (26 oktyabr 1963-cü il)
Post Views: 114 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri * * * Yerdə yer tapmadıq, Gedək göyə çıxaq. Sözdə itib batdıq. Səslən,neyə çıxaq. Dərviş olammadıq, Baxtnan dolanmadıq, “A”-da qalanmadıq, Dönək “B”-yə çıxaq. Yurdda-yuvasızıq, Dərddə-dəvasızıq. Burda havasızıq, Təzə “öyə” çıxaq. Yandıq közümüzdən, Doyduq sözümüzdən, Çıxdıq özümüzdən, İndi nəyə çıxaq? Gül olmaz bu güldən, …
Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər
Post Views: 100 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru * * * Bir məktub yazmışam Allaha o gün, Yazmışam haqsızlıq baş alib gedir. Aldadan, aldanan çoxalıb yaman, Qurumur, gözümü yaş alıb gedir. Çoxumuz nökərik, …
Şəfa VƏLİYEVA.”Uçur göy üzünə baxışlarımdan”
Post Views: 103 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Uçur göy üzünə baxışlarımdan O kiçik, o mavi, əlçim ümidlər… Qopur bu dünyanın naxışlarından “Atalı-analı yetim” ümidlər… Sən heç sevməmisən pəncərələri?! Heçmi açılmayıb payız göy üzü? Qurub …
Şəfa EYVAZ.”Sən, nəmli gözlərimin çəkdiyi yolsan”
Post Views: 118 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi sən, nəmli gözlərimin çəkdiyi yolsan, sən mənim səssizcə zümzümələrim… sən, yorğun qəlbimin son pənahısan, sən mənim sonuncu dayanacağım… pəncərə önləri sevmədiyimdir, soyuq şüşələrdə donar göz yaşım. Qış bəhanədir… soyuq nədir ki?! Məni …
Ceyhunə MEHMAN.Yeni şeirlər
Post Views: 81 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri GƏLMƏ… Gəlmə, başına dönüm, gəlmə, soyuq bir daşam. Tərk edilmiş şəhərəm, itirilmiş yaddaşam. Töküldüm yarpaq-yarpaq, söküldüm ilmə-ilmə. Gəlmə, dərdim, dərmanım, ölüm fərmanım, gəlmə. Bilmə, başına dönüm, bilmə, kiməm, nəçiyəm. Öz dərdini yamayan, ən naşı pinəçiyəm. Gəlmə, sirrim, söhbətim, Qəlbimdə qalanımsan. …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 97 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ALLAH GÖNDƏRİB Götürüb getmisən sən ürəyimi, Qaytar qoy yerinə, yaşaya bilim, Mən necə unudum gül-çiçəyimi, Gülüm ya qayıt gəl, ya çağır gəlim. Hamıdan gözəlsən, sular sonası, Vallah gözəlliyin ölçüyə gəlmir, Eşqimin, sözümün nuru, …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 80 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü *** Məndən gül istəmə, gül istəyən qız, Gülə əzab verir solmaq qorxusu. Bu qədər doğmaykən, bu qədər yadıq, Gözümü üşüdür dolmaq qorxusu. Eşq bir təmənnadı duyğular üçün, Sevda günahıdı mey, ərlər sevir. Mən sənə onunçun üz vermirəm ki, Bu ağzıgöyçəklər deyərlər: sevir. …
Rafiq ODAY.”Qurban verilir”
Post Views: 137 İlana yağıştək ələnir lənət, Ağı da qaraya qurban verilir. Dar gündə çoxları aradan çıxır, Qalanlar araya qurban verilir. Sırsıra bağlayır yenə ayazlar, Sizi kim qurtarar burdan, ay azlar?! Getdikcə seyrəlir həzin avazlar, Quru bir haraya qurban verilir. O kimdi – kəməndə dilindən düşür? O kimdi – kəməri belindən düşür? Fərhadın külüngü əlindən …
“Könül Körpüsü” Fəthiyədən Sumqayıta
Post Views: 107
Ceyhunə MEHMAN.Yeni şeirlər
Post Views: 89 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri KEÇƏM KÜÇƏNİZDƏN… Keçəm küçənizdən bir qış gecəsi, ya adi dost kimi, ya tanış kimi. O gecə yuvandan perik düşəsən, yuvası dağılan qaranquş kimi. Bir “ah” çəkəsən ki, göylər alışa, fəryadın dünyanın ucuna düşə. Keçəm küçənizdən bir payız günü, ürəyin sürüşüb, …
Xalidə NURAY.Yeni şeirlər
Post Views: 169 Xalidə Nuray (İsmayılova) Qələndər qızı 1962-ci ildə Naxçıvan MR, Şərur rayon, Oğlanqala kəndində dünyaya göz açıb. 1969-1979-cu ildə orta məktəbi, 1981-1985-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin İTPM (İbtidai Təhsil Pedaqogika və Metodikası) fakültəsini bitirib. Bir neçə il orta məktəbdə sinif müəlliməsi, 5 il Bağça müdirəsi, 2 il Ali təhsil müəsisəsində (Ali …
Şairə Adilə NƏZƏR.Seçmə şeirlər
Post Views: 95 Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri DÜNYA ÇOX KƏDƏRLİ YERDİ Dünya çox kədərli yerdi.. Qanadlarım heç işə yaramadı burda. Qəlbimin ritmindən utandım bəzən. Şəhid məzarlarını, əsir düşərgələrini görəndə utandım sevgi şeirlərimdən… Dünya çox kədərli yerdi.. Hələ uşaq vaxtı elə bilirdim, zəlzələ dünyanın yelləncəyidir, sən demə insanların biri-birinə …
Şairə Adilə NƏZƏR.”Günəş doğmaz pəncərəmə”
Post Views: 88 Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri * * * Günəş doğmaz pəncərəmə daha mənə olan oldu. Yaşılyarpaq çəmən idim, sağdan-sola, soldan-sağa nəyim vardı alıb getdin, məndən məndə nə qaldısa solan oldu… Kim vardı ki, məndən gözəl, səndən dəli, ruhum candan çıxıb getdi, əl üzəli. Bir çağlayan bulaq …
Şairə Adilə NƏZƏR.”Mənim könül azadlığım”
Post Views: 89 Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri Sənə doğru çırpınışım bir ömürdü, bir andı, Eh, o da ki, yarı yuxu, yarı ağrı, yarı qəm. Bu dünyanı anlayanlar ölümünə oyandı, Uca Tanrı, əzəl gündən mənə yaddı bu aləm. Sorma, niyə belə qərib, boynu bükük durmuşam, Bu yazını sən yazıbsan …
Şairə Adilə NƏZƏR.”Mən susuram…”
Post Views: 95 Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri Dağ danışır, daş danışır, Quru dinir, yaş danışır. Göz danışır, qaş danışır, Mən susuram, amin deyin. Bu göyün işığı itib, Bu yurdun aşiqi gedib, Gözümün yağışı bitib, Mən susuram, amin deyin. Kimə çatar ağıtlarim, Göyərərmi ümidlərim? İslanıbdır qunutlarım, Mən susuram, amin …
İradə AYTEL.”Mən yoxam!”
Post Views: 85 Mən yoxam! Doğulmamışam! Məni sən uydurmuşdun! Görən gözlü, Sevən qəlbli bir mən! Mən yoxam! Doğulmamışam! Məni sən uydurmuşdun! Bir mən uydur yenə də – Görən gözlü, Sevən qəlbli bir mən! Amma… Təkcə səni sevən!!!
İradə AYTEL.”Tumarına sığınıram”
Post Views: 110 *** Tumarına sığınıram Bilə-bilə, gün oğrudur! Məndə qalan, səndə qalan, Onda qalan da ağrıdır. Saçım telimnən incidi, İçim çölümnən incidi, Gözüm dərdin sevincidi, Qəhqəhəsi göz ağrıdır!. Duruydum… Elə duruydum… Arzularıma darıydım. O zaman ki sən varıydın – Mən varıydım! Bu doğrudur!
Gənc yazar Əyyub MƏMMƏDOV.Yeni şeirlər
Post Views: 132 Məzarlar da danışır… Məzarlar da zamanla, Dostlaşıb tanış olur. Bəzi daşlar orda da, Fəhləyə məmur olur. Məzar var ki, başında Bir abidə ucalır. Məzar var ki, başında, Adi bir daş dayanır. Məzar var, il boyu Həmişə yada düşür. Məzar var, tarix boyu, Heç ora yolun düşmür. Məzar var, yanı hasar Bir qoruğa …
Afət VİLƏŞSOY.”Oyuncaq”
Post Views: 113 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Mənlə oynamaq olmaz. Mən ən pinti,ən dəcəl Ən qədirbilməz uşağın üst-başını kirlədib,sürüm-sürüm sürüyüb ta beşinci mərtəbədən palçıqlı yola tolazladığı oyuncağam. Daha mənlə kimsə oynamaz, oynaya bilməz mənlə daha kimsə… Kimsənin nağılını bəzəyə bilmərəm daha. Mən göydən yerə 3 alma yerinə enməyi bacaran “oyuncağam”… Daha mənim əynimi …
Kənan AYDINOĞLU.”Azərbaycanın”
Post Views: 95 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Azərbaycanın Müstəqil müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası münasibətilə Ruhuma dopdoğma duyğular kimi, Sevinir Xəzəri Azərbaycanın. İslam dünyasında sülh tərəfdarı, Tanınır səfəri Azərbaycanın. Günü başlayasan Haqqın sözündən, Aləm yaradasan, dünya, özündən. Şükürlər olsun ki, yenə gözündən, Dağılır kədəri Azərbaycanın. Yenə …
Rahilə xanım DÖVRAN.Seçmə şeirlər
Post Views: 103 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı NAXÇIVANIN GECƏLƏRI /”Vətənimdir”- silsiləsindən/ Gündüz Ona hamı aşiq, Axşam başqa bir yaraşıq. Çil- çıraqdır, nur qarışıq, Naxçıvanın gecələri. Hər köşədə bir çal- çağır, Bayram edir zəfər, uğur. Sanki göydən ulduz yağır, Naxçıvanın …
Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər
Post Views: 128 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru MƏN SƏNİ SEVƏN DEYİLƏM Bir sevgisən, öz içimdə, Lal olubdu söz içimdə, Yanar köz olsan içimdə, Mən səni sevən deyiləm. Bu eşqin baxıb dadına, Heç …
Xatirə FƏRƏCLİ.Yeni şeirlər
Post Views: 101 Göylərdən gəlmişdi Demişdim soyutma özündən məni, hədər deməmişdim, hədə deyildi. Bir yolda ki, yoldaşın eşq olarsa, Fərq etməz, yolçuluq an, ya yüz ildi. Mən ürək quluyam, mən ruh adamı, Mən bu eşqi arzum kimi yaşadım. Tam təslim olmuşdum duyğularıma, Ürəklə, istəklə mən baş-başaydım. Dünyama gün kimi doğmuşdu bu eşq, Göylərdən gəlmişdi bu …
Xatirə FƏRƏCLİ.Yeni şeirlər
Post Views: 108 Bu nədi? Sən niyə baxırsan yollara, niyə, Kimi gözləyirsən,gözüm, bu nədi? Ürəyim, köksümü dağıtma, toxta, Yoxsa tükənibdi dözüm, bu nədi? Nədir bu intizar, bu qüssə, ələm? Könlümü uçurur boğulan naləm. Çökübdür çöhrəmə qəlbimdəki qəm, Solub yanaqlarım, üzüm, bu nədi? Köçüm uzaqlarda, ömür də yarı… Yağır çalınçarpaz taleyin qarı. Yeriyir üstümə qəm karvanları, …
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 95 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı *** sığındığım köşəyə rəsmini Tanrı çəkmiş… qorxma dərdim üşüyə, dərdə qoxunu səpmiş… Bəlkə unutdun sən də mənim kimi o toyu? bəxtmi unutdu səndə o buxunu, o boyu? …
Şəfa EYVAZ.”Hopur”
Post Views: 92 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Ürək sızıldayır, gözdən yaş gəlmir, İnsan taleyində qiyamət qopur. Bahar taleyini yaşaya bilmir, Payızın kədəri yarpağa hopur. Sevinc köçəridir ömür evində, Bir anlıq qonaqdır yükü belində. Kədər yuva salır elə dərində, Gəlir ətə hopur, dırnağa hopur… Ömrə …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 90 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü HARA GEDİRSƏN Hələ yol gözləyir o görüş yeri, Bizi bir görüblər əzəldən bəri, Qayıt, yalvarıram, qayıt, dön geri, Məni tənha qoyub, hara gedirsən? İnsafın yoxdurmu ay zalım qızı, Qışa döndərmisən baharı, yazı, Qaytar …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 153 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Biz zülmün atdığı daşa bələdik… Qəfil tindən çıxan kölgədi ölüm, Əcəl bir kimsədə xətir saxlamaz. Biz zülmün atdığı daşa bələdik, Haqdan gələn daşı çətir saxlamaz. Tale əl çatmayan pillədi, getmə, Mən belə itirdim atamı, dəli. Mən sənə baxıram, sən uzaqlara, Tez-tez sənə …
Eldar Nəsib SİBİRYEL.Seçmə şeirlər
Post Views: 90 Torpaq nəğməsi Ana torpaq, ilk məskənim, son yerim Dağın, dərən mənə arxa, həyandı. Boynubükük bənövşələr-kədərim, Alovlanan lalələrin-həyamdı. Üfüqlərin xəyalımın yoludu, Hər qarışın müqəddəsdi, uludu, Yanğım olsa, göylərinin buludu, İstəyimi bir baxışdan duyandı. Bir zərrən də səni məndə yaşatdı, Yaddan çıxsa bir yer adı, daş adı- Küləklərin yaddaşıma daş atdı, Mürgüləyən xatirələr oyandı. …
Yunus OĞUZ.”İşverən” (Felyeton)
Post Views: 102 Ölkədə hamı bir-birinə iş verir. Kimisi iş verir, kimisi də işlə yüklənir. Məni ali şüur maraqlandırır. Xırım-xırda işlərlə heç aram yox. Amma, çox nahaq. Sən demə ən böyük işlər elə xırdalıqlardan başlayırmış. Xırdalar birləşib (əgər birləşə bilsələr) nəhəng işlərin təməlini qoyurlarmış. Yenə qəzet almağa gedirdim. Səhər-səhər özümçün dünyanı fikirləşə-fikirləşə evdən çıxdım. Qələbə …
Yunus OĞUZ.”Üç İsa” (Esse)
Post Views: 108 Akademik İsa Həbibbəylinin yetmiş illiyinə Mənim həyatımda İsa peyğəmbər rol oynamayıb. Bəlkə də dolayısı ilə təzahürü olub, amma əlimdə bilgilər yoxdu. Düzdür, istəsəm telepatiyanın gücünə öyrənə bilərəm. Amma zamanı və məkanı dəyişdirməyə ehtiyac duymadığımdan bunu lüzumsuz saydım. Həyatımda Məhəmməd peyğəmbər (c) rol oynayıb, çünki hal-hazırda bu islam dininin daşıyıcılarından biriyəm. Onun (salavutallahın) …
Yunus OĞUZ.”Cızığından çıxan” (Felyeton)
Post Views: 111 Bir gün Molla Nəsrəddinin evinə oğrular girir. Kişini arvadı ilə bir yerdə evin ortasına qoyub bir cızıq çəkir və hədələyirlər ki, nəbadə ayağınızı bu cızığdan kənara qoyasınız, yoxsa başınıza elə oyunlar açarıq ki, dəymişiniz dura-dura kalınız tökülər. Nə isə oğrular evi yığıb-yığışdırır, gözə dəyən nə varsa kürəklərinə şələləyib aparırlar. Evin ortasında qorxudan …
YUNUS OĞUZ.”Eşşək otaran” (Felyeton)
Post Views: 99 Deyirəm “eşşək” ismindən “ş” hərfinin birini götürsək, söz “eş” və “ək” felinə çevriləcək. Torpağı eş, sonra isə ək. Yəni, bu bir tarlaya arpa, buğda, qarabaşaq əkmək deyil ha! Buralarda əvvəl şumlayırsan, sonra torpağa səpirsən, əkirsən. Görün nə gözəl dilimiz var. Zənginlik içində itib-batır. Pulumuz olmasa da, dilimiz var-dövlətimizdir. Ona görə də sənətkarlar …
Əziz MUSA.”Gözlərin öldürür məni”
Post Views: 106 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Belə odlu-odlu baxma, Gözlərin öldürür məni. Qəlbimi yandırıb yaxma, Gözlərin öldürür məni. Ömrümə tale yazmısan, Tanrı yazanı pozmusan, Gəlib gözümdə azmısan, Gözlərin öldürür məni. Tay sənin göz dustağınam, Gözündə qarayam, ağam, Yaxşı ki, …
Şair-tədqiqatçı Hikmət Məlikzadənin “Xatirə Fərəcli yaradıclığının poetik təzahürü” adlı yeni işıq üzü görmüş kitabının təqdimat mərasimi və imza törəni keçiriləcək
Post Views: 99 22 oktyabr 2019-cu il tarixində saat 14:00-da Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şair-tədqiqatçı Hikmət Məlikzadənin “Turan” ədəbi məclisinin, TÜDSER-in (Türk Dünyası Sanat …
Gülnar SƏMA.Seçmə şeirlər
Post Views: 97 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Sənsizlik Sənsizliyin gözəlliyi Sənsizlikdə imiş elə. Həsrətimdən duyuq düşən Hicranı demirəm hələ. Sənsizliyin gözəlliyi Sənsiz olanda bilinir. Sənsizliyin özəlliyi Mənsiz qalanda bilinir. Səninlə hər …
Ceyhunə MEHMAN.Yeni şeirlər
Post Views: 99 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri * * * Uçuq daxma kimisən, Tökülürsən başıma. Nə gəlmisən, ay adam, Bu itən yaddaşıma?! Hələ qış ürəyimdə Tükənməyib qar payı. Sənə yer yox evimdə, Təkadamlıq çarpayı. Nə birlikdə həyat var, Nə qaçmağa yerimiz. Çoxdan intihar edib, Qoşa şəkillərimiz. Gedəcəksən, …
Rahilə xanım DÖVRAN.Seçmə şeirlər
Post Views: 88 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı XATIRLA MƏNİ Kor olsun talenin, qismətin gözü. Görən necə qıydı, ayırdı bizi. Baxma ki, “soyuqdur torpağın üzü”, Hər nəfəs alanda, xatırla mənı. Hər axşam al günəş qürub edəndə, Hər payız durnalar köçüb …
Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər
Post Views: 95 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru BİLİNMİR Aman Allah bir od düşüb canıma, Zəli kimi dərd daraşıb qanıma, Bu zamanın sərt üzünü tanıma, Nə köhləni, nə yorğası bilinmir. Oda düşdüm yanar …
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 93 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı * * * Tənha aşiqlərə keşik gecələr, Mənim təkliyimə yiyə çıxmadı… Fələklə əlbirdi keşiş gecələr, Ümiddən düymələr heç açılmadı… Yiyəsiz sevdanın saçı pırtlaşıq, Daha indən belə hörüyə …
Şəfa EYVAZ.Seçmə şeirlər
Post Views: 93 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Qorxu… Qorxaq doğulduq bu həyata… qorxaq. daha gözümüz açılmadan üsyan etdik həyata, qorxularla səsimizlə… qorxduq həyatın bizə hazırladıqlarından… bəlkə daha doğular-doğulmaz, əl-ayağımıza vurulan buxovlar qorxutdu bizi… həyat bu olsa gərək… bizi azadlıqdan ayıran bələk. bəlkə də. Qorxaq …
Kənan AYDINOĞLU.Seçmə şeirlər
Post Views: 86 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. * * * Sevən dostlarıma. Bir şair olmazdım axı, saralıb-solmazdım axı. Yaşayıb qalmazdım axı,sevən dostlar olmasaydı. Dağlarında görünməzdim,yarpağına bürünməzdim, Dizin-dizin sürünməzdim, sevən dostlar olmasaydı. Ömrün qədrin bilərdimmi, sevincimi bölərdimmi, Fəqət hər an gülərdimmi, sevən dostlar olmasaydı?! Alışmazdım yana-yana, şeir …
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 85 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri * * * Mən sükutun dilini elə gözəl bilirəm, Mənim kimi susmağı daha kimsə bacarmaz. Gülə-gülə ağlayıb susanların içində Zalım,mənim adımı birinci sırada yaz! Bu səhər də oyandım,şükür,hələ ki sağam, Şirin yalanlar deyib azdırmışam ölümü… Sirr deyil ki qoy deyim,ürəyimdən asmışam Adının baş …
Şair-publisist İbrahim İLYASLI.Yeni şeirlər
Post Views: 100 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri Getsin Gəl sənə bir yalan uydurum, könül, Adına aldanıb yaşa da, getsin. Ən böyük yalanmış doğru deyilən, Doğruçu olmağı boşla da getsin. Dosta yalan danış, yara yalan de, Dağa dərə söylə, quşa ilan de. …
Şair-publisist Əkbər QOŞALI.Seçmə şeirlər
Post Views: 112 * * * Dünən biziydik orda – O kafe, o masada. Bu gün iki gənc gördüm, bizim masamızdaca vermişdilər baş-başa. Səndən nə gizlədim, elə qısqandım, istədim içəri keçəm, səs salam… Ancaq demədiyin sözə ayıldıım… Və ən yeyin addımla uzaqlaşdım özümdən… Dünən qaldı dünəndə Dünən masada qaldı, Kor cərrah bıçağıdı – Xatirə işə …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 122 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü SƏN OLMASAYDIN Ruhumu oxşayıb, güldürən gözəl, Eşqini gözüylə bildirən gözəl, Məni baxışıyla öldürən gözəl, Susardı bu dilim, sən olmasaydın. Düşməzdi bəxtimə taledən bir pay, Qəlbimi didərdi acı hay, haray, Sönərdi gözümdə nurlu günəş, …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 93 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü *** Şeytan, közümdən götürüb Közünün üstünə qoyur. Günahı çörəktək öpüb Gözünün üstünə qoyur. Arzularım güvə tutub, Dua evim damır ancaq. Adam çörəyi tapdayır, Günahı tapdamır ancaq. Mən Adəm olandan, nəsə Çaşır, bir daş atır hərə. Adamda şeytanlığa bax, Məni də öyrədib şərə. …
Əziz MUSA.”Mənəm”
Post Views: 95 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Xəyalım dolanıb dağlardan keçir, Ruhum sevgi üçün saf ürək seçir, İlhamım bahar tək yaşıl don biçir, Məni sevgi üçün doğubdu anam. Mən şeir adamı, söz vurğunuyam, Alovu can alan göz vurğunuyam, Qəlbimi titrədən …