Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 541 - 600 of 2. 193 NƏTİCƏLƏR
Mədəniyyət

“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitab çapa hazırlanır

Post Views: 101 “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində yeni layihə üzərində iş uğurla davam etdirilir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitab hazırlanması nəzərdə tutulur. Bu barədə AZƏRTAC-a məlumat verən İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, …

Mədəniyyət

“Qərbi Azərbaycan aşıqların dastan repertuarı” adlı kitab hazırlanır

Post Views: 147 Son illərdə aşıq sənəti və ustad aşıqlarımızla bağlı bir sıra dəyərli kitablar nəşr etdirən Azərbaycan Aşıqlar Birliyində daha bir kitab üzərində iş uğurla davam etdirilir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanan bu kitab “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlanır. Bu barədə AZƏRTAC-a məlumat verən …

Mədəniyyət

Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasından 75 il ötür

Post Views: 96 Məmmədbağır Bağırzadə xanəndə idi, əsl xanəndə. Neçə-neçə ustad sənətkarların qiymətləndirdiyi ustad xanəndə. Muğamlarımızı, xalq və bəstəkar mahnılarını elə şövqlə, elə obrazla ifa edirdi ki, hər dəfə dinləyəndə adama yeni gəlirdi. O, həm də gözəl bəstəkar və şair idi. Bəstələdiyi mahnılar sevilir, dillər əzbəri olurdu. O, Allah-taalanın sevdiyi tək-tük sənətkarlardan idi ki, səhnəyə …

Mədəniyyət

Milli mədəniyyətimizin hamisi

Post Views: 134 XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, rəssamlıq və heykəltaraşlıq, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, …

Mədəniyyət

“Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub

Post Views: 91 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri çərçivəsində ilk dəfə elan olunmuş “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşanın ədəbi irsi və Zəfər tariximizdə əhəmiyyəti” mövzusunda keçirilən müsabiqənin təşkilində əsas məqsəd ədəbi mühitdə Şuşanın mədəni simasının bədii ifadəsini təşviq etmək, istedadlı qələm sahiblərinin üzə çıxarılması və onların yaradıcılığını …

Mədəniyyət

“Bulvarda kino axşamı” adlı yeni layihəyə start verilir

Post Views: 90 Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Bulvarda kino axşamı” adlı layihəyə start verilir. AZƏRTAC xəbər verir ki, ilk nümayiş iyulun 19-na planlaşdırılıb. Həmin gün bulvarda açıq havada C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi göstəriləcək. Seans saat 20:00-da başlayacaq. Layihənin məqsədi gənc nəslin vətənpərvərlik …

Mədəniyyət

Bakıda yerli animasiya layihələri üçün yeni imkan

Post Views: 99 8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində ilk dəfə sentyabrın 3-dən 7-dək ANİMAFİLM Pitçinq Müsabiqəsi təşkil olunacaq. Bu barədə AZƏRTAC-a “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin məqsədi yerli animasiya yaradıcılarını dəstəkləmək, onların ideyalarının inkişafına və beynəlxalq təqdimat imkanlarına şərait yaratmaqdır. Müsabiqəni “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi həyata keçirir. Layihənin tərəfdaşları …

Mədəniyyət

Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb

Post Views: 104 Respublika Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb. Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib. Bildirilib ki, “Tovuz döyüşləri – Zəfərə gedən yolun başlanğıcı” adlı virtual kitab sərgisində bir sıra rəsmi sənədlərin, şəhid olmuş igid Azərbaycan oğullarının hərbi xidməti, keçdikləri döyüş yolu haqqında qələmə alınmış kitab və dövrü mətbuat nümunələrinin tam mətni …

Mədəniyyət

23 İyun Xalq şairi Nigar Rəfibəylinin doğum günüdü

Post Views: 296 Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913, Yelizavetpol – 9 iyul 1981, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967). Həyatı [redaktə | vikimətni redaktə et] Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər …

Mədəniyyət

22 İyun Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür

Post Views: 318 Xəlil Rza Ulutürk (tam adı: Xəlil Rza oğlu Xəlilov, 21 oktyabr 1932, Pirəbbə, Salyan rayonu – 22 iyun 1994, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M. F. Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992).[1] Ölümündən sonra “İstiqlal” ordeni ilə təltif olunub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya …

Mədəniyyət

Oğuzda “Regionun sevimli qonağı” layihəsi çərçivəsində Vaqif Aslanla görüş keçirilib

Post Views: 109 Oğuzda “Regionun sevimli qonağı” layihəsi çərçivəsində tanınmış şair, nasir, publisist, müəllim və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslan ilə oxucuların görüşü keçirilib. Görüşdə çıxış edənlər qeyd edib ki, Şəki öz görkəmli şəxsiyyətləri, istedadlı ziyalıları ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının inkişafında mühüm rol oynayıb. Belə şəxsiyyətlərdən biri də çoxşaxəli …

Mədəniyyət

“Poeziyamızın parlaq sənətkarı – Bəxtiyar Vahabzadə” Oğuzda

Post Views: 116 Oğuz rayonunda Şəki – Zaqatala Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi B.Vahabzadənin 100 illiyinə həsr olunan “Poeziyamızın parlaq sənətkarı – Bəxtiyar Vahabzadə” layihəsi çərçivəsində ədəbi-bədii gecə keçirilib. Tədbir dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığını əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb. Ədəbi-bədii gecədə Oğuz Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, mədəniyyət …

Mədəniyyət

“Dəli Domrul” Şəkidə

Post Views: 109 Elm və Təhsil, Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində 18 iyun tarixində Şəki Dövlət Dram Teatrında məktəblilər üçün görkəmli Azərbaycan dramaturqu Altay Məmmədovun “Dəli Domrul” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.Səhnə əsərində yaşamaq eşqi ilə ürəyi döyünən Domrulun şər qüvvə olan Əzrayıl tərəfindən ram …

Mədəniyyət

15 İyun-Xalq şairi Hüseyn Arifin doğum günüdü

Post Views: 109 Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). Həyatı Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat …

Mədəniyyət

Ulu öndər Heydər Əliyev irsinin təbliği mövzusunda Şəkidə elmi seminar keçirilib

Post Views: 125 Şəkidə Ulu öndər Heydər Əliyev irsinin təbliği mövzusunda elmi seminar keçirilib. Tədbirdə Mədəniyyət nazirliyinin məsul şəxsləri və əməkdaşları, ziyalılar, gənclər iştirak edib. Çıxış edənlər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi və işıqlandırılmasının həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən …

Mədəniyyət

10 İyun-Xalq şairi Süleyman Rüstəmin anım günüdü

Post Views: 106 Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906[1], Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR xalq şairi (1960), “Stalin” mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986), 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Həyatı[redaktə | mənbəni redaktə et] …

Mədəniyyət

5 İyun – Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür

Post Views: 239 Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5 iyun 1939, Bakı – 28 yanvar 2015, Bakı) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Həyatı[redaktə | mənbəni redaktə et] Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına …

Mədəniyyət

5 İyun – Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür

Post Views: 429 Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), “Azərnəşr“in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyalarının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı …

Mədəniyyət

Bu gün görkəmli şair Nazim Hikmətin anım günüdür

Post Views: 108 XX əsr dünya ədəbiyyatının ən görkəmli şairlərindən olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. O, özünün romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib. Nazim Hikmət həm mübariz ictimai xadim, …

Mədəniyyət

Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı keçiriləcək

Post Views: 89 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 2-4 iyun tarixlərində Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçiriləcək.Mərasimdə Azərbaycandan və Müstəqil Dövlət Birliyinə (MDB) digər üzv ölkələrdən rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları iştirak edəcək.Qeyd edək ki, MDB Humanitar …

Mədəniyyət

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

Post Views: 93 Xəbər verdiyimiz kimi, ölkəmiz XXVII Tbilisi Beynəlxalq Kitab Festivalında təmsil olunur. Bu münasibətlə naşir, yazar və mədəniyyət xadimlərindən ibarət Azərbaycan nümayəndə heyəti festivalda iştirak edir.Festival gedişində mayın 30-da Gürcüstan Milli Kitabxanasında daimi “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub.Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Azərbaycan Milli Kitabxanasının direktoru …

Mədəniyyət

Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb

Post Views: 91 Mayın 31-də Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın ev-muzeyinin təntənəli açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Rəsul Rzanın ifasında lentə alınan arxiv materialı – “Dünyanın dərdi” şeiri səsləndirilib. Mərasimdə çıxış edən Xalq yazıçısı Anar Rzayev muzeyin yaradılması ideyasının necə formalaşdığı barədə danışıb, Rəsul Rzanın həyat və yaradıcılığından …

Mədəniyyət

Qaxingiloy Mədəniyyət evində konsert keçirilib

Post Views: 112 Mayın 30-da Qax şəhər Qaxingiloy Mədəniyyət evində Qax şəhər Uşaq İncəsənət məktəbinin “Yekun-hesabat konserti” keçirilib. Tədbirə dəvət olunan qonaqlar əvvəlcə məktəbin təsviri incəsənət şöbəsinin şaqirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konsertdə məktəbinin müəllim və şagirdlərindən ibarət kollektivlərin, xanəndəlik şöbəsinin şagirdlərinin ifasında müxtəlif musiqilər səsləndirilib, xareoqrafiya şöbəsinin şagirdləri tərəfindən rəqs nümunələri …

Mədəniyyət

Balaca dünyaların böyük bayramı

Post Views: 129 Mayın 30-da Balakəndə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Balaca dünyaların böyük bayramı” adlı bayram şənliyi keçirilib.Tədbir çərçivəsində uşaq kitabxanası tərəfindən maraqlı kitab sərgisi təqdim olunub. Balakən Mədəniyyət Mərkəzinin könüllüləri müxtəlif obrazla uşaqlarla əyləncəli oyunlar keçiriblər. Təhsil sektoru tərəfindən hazırlanan musiqili nömrələri tədbirə xüsusi …

Ana səhifə Mədəniyyət

Şəkidə “Təkəlduz” sərgisi

Post Views: 142 Mayın 29-da Şəki şəhər Heydər Əliyev Mərkəzində “Təkəlduz” sənətkarlığı ilə məşğul olan Türkan Əhmədovanın əl işlərindən ibarət sərgi keçirilib. Türkan Əhmədova bu sənətlə 2008-ci ildən məşğul olur. Onun əl işlərində təkcə sapla işlənmiş naxışlar deyil, illərlə yığılan sənət sevgisi, milli dəyərlərə hörmət və estetik zövq aydın görünür. İndiyədək ölkə daxilində bir sıra …

Ana səhifə Mədəniyyət

“Ey vətən oğlu”

Post Views: 111 29 may 2025-ci il tarixdə Şəki şəhər Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə dahi Azərbaycan şairi B.Vahabzadənin 100 illik yubileyi və “27 May – Kitabxanaçılar Günü” münasibətilə ədəbi-bədii gecə keçirilib. Tədbir dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığını əks etdirən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb. Ədəbi-bədii gecədə Şəki şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə …

Mədəniyyət

Mədəniyyət və İncəsənət Universiteti “TÜRK DÜNYASI” III Beynəlxalq Tələbə Teatrları Festivalında uğurla təmsil olunub

Post Views: 208 ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sitarə Abdullayeva, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov, müəllimlər Mikayıl Mikayılov, Ruslan İsmayılov və iştirakçı tələbələrdən ibarət …

Mədəniyyət

Şəkidə görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə rəsm sərgisi təşkil edilib

Post Views: 155 Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Şəki şəhər İcra Hakimiyyəti və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin imzaladığı Sərəncam çərçivəsində Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə rəsm sərgisi təşkil edilib. Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, …

Mədəniyyət

Azərbaycanda Novruz bayramıdır

Post Views: 112 Bu gün Azərbaycanda Novruz bayramıdır. Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu Qələbə sevinci ilə qeyd edir. Artıq suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və Qələbə sevinci ilə keçirilir. Hər bir azərbaycanlı Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edir. Azərbaycan Respublikasının …

Mədəniyyət

22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü

Post Views: 119 İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası – 26 iyul 1995, Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına …

Mədəniyyət

22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü

Post Views: 110 Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası – 10 mart 1965[1], Bakı[1]) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-cı ildən Sov.İKP üzvü. Mündəricat Həyatı[redaktə | mənbəni redaktə et] Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu …

Mədəniyyət

21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü

Post Views: 182 Səməd Vurğun (doğum adı) Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər …

Mədəniyyət

Bu gün İlaxır çərşənbədir

Post Views: 111 Axşam düşür, həyətlərdə tonqallar qalanır, uşaqlar sevinc içində papaq atırlar, qapılar döyülür, qırmızı lentlər bağlanır. İnsanlar həyəcanla Novruza sayılı günlərin qaldığını hiss edir. Bütün bu gözəlliklər İlaxır çərşənbənin – Novruzun ən mühüm mərhələlərindən birinin gəlişindən xəbər verir. Bu gün təkcə ilin son çərşənbəsi deyil, həm də baharın, yeni başlanğıcın müjdəsidir. AMEA Folklor …

Mədəniyyət

Bu gün Yel çərşənbəsidir

Post Views: 114 Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. AZƏRTAC AMEA Folklor İnstitutu, “Qərbi Azərbaycan folklor” şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevin Yel çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir. Novruz bayramı ölkəmizdə xüsusi mərasim, adət-ənənələr və təmtəraqla qeyd edilən, xalqımızın ən qədim və milli bayramıdır. Azərbaycan xalqının …

Mədəniyyət

10 mart Milli Teatr Günüdür

Post Views: 91 10 mart Milli Teatr Günüdür. Bu gün Azərbaycan teatrı yaranmasının 152-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. AZƏRTAC xəbər verir ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası …

Mədəniyyət

Azərbaycan qadını zərifliyi, fədakarlığı və gücü ilə cəmiyyətin dayağıdır

Post Views: 97 Bu gün Beynəlxalq Qadınlar Günüdür Qadın – həyatın, inkişafın və cəmiyyətin ayrılmaz hissəsidir. Onun əzmi, zəhməti və sevgisi dünya tarixində mühüm dəyişikliklərə səbəb olmuş, cəmiyyətlərin formalaşmasında vacib rol oynamışdır. Bu gün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Qadınlar Günü qeyd edilir. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq …

Mədəniyyət

“Yaradıcı Azərbaycan” mövzusunda tədbir təşkil olunacaq

Post Views: 107 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 10-da Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbiri keçiriləcək. Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. “Yaradıcı Azərbaycan” Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən, mədəni və yaradıcı sənayelərin (MYS) inkişafına yönəlmiş bir təşəbbüsdür. …

Mədəniyyət

Bu gün Od çərşənbəsidir

Post Views: 105 Artıq qışın qarlı gecələri arxada qalır, insanlar baharın isti nəfəsini hiss etməyə başlayır. Azərbaycanın hər guşəsində tonqallar qalanır, alov göyə ucalaraq sanki qışın soyuq nəfəsini yandırır. Bu, Od çərşənbəsidir – bəd nəzəri, pisliyi, xəstəlikləri arxada qoyub yeni başlanğıclar üçün ümid tonqalları yandırdığımız gün. Azərbaycan xalqı əsrlərdir ki, Od çərşənbəsini qışın sonuncu soyuqlarını …

Mədəniyyət

Bu gün Xalq şairi Hökumə Billurinin doğum günüdür

Post Views: 77 Ovqatının ən xoşbəxt çağında da yurd həsrəti ona qənim kəsilərdi. Göz ifadəsi dəyişərdi. Sevinci çöhrəsində, təbəssümü dodağında donardı. Əlini hərarətlə, həyəcanla döyünən ürəyinin üstünə qoyardı. Nə faydası, təskinlik tapa bilməzdi. Varlığı gizildəyərdi. Elə bil dilinin üstünə od qoyardılar, danışmağa taqəti olmazdı. Qalardı yana-yana, qıvrıla-qıvrıla. Ən gərgin anlarında gücü gələcək ümidinə, inamına çatardı. …

Mədəniyyət

Bu gün Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasından 112 il ötür

Post Views: 94 Ənvər Məmmədxanlı ədəbiyyatımızın tarixinə unudulmaz nasir, dramaturq, klassik hekayə ustadı, uzunömürlü kino–ssenarilər müəllifi, orijinal tərcüməçi kimi daxil olub. Ötən əsrin 30-cu illərində ədəbiyyata gələn yazıçı, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyamızda iz qoyub. Ənvər Məmmədxanlı o istedadlar nəslinə mənsubdur ki, elə ilk əsərlərindən etibarən öz mövzuları, …

Mədəniyyət

Bu gün Xalq yazıçısı Əli Vəliyevin doğum günüdür

Post Views: 149 Bu gün görkəmli qələm ustası, roman, povest və hekayələr müəllifi, Xalq yazıçısı Əli Vəliyevin doğum günüdür. AZƏRTAC xəbər verir ki, ədəbi yaradıcılığa gənc yaşlarından başlayan Əli Vəliyev özündən sonra zəngin ədəbi irs qoyub. Əli Vəliyev 1901-ci il fevralın 27-də Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub. Kəndin 3 sinifli rus məktəbində, daha …

Mədəniyyət

Bu gün Su çərşənbəsidir

Post Views: 166 Baharın ilk müjdəçisi olan Su çərşənbəsi saflıq, bərəkət və yeniliyin rəmzidir Bakı, 25 fevral, Gülay Nəzərova, AZƏRTAC Ta qədimdən xalqımız baharın ilk xəbərçiləri sayılan çərşənbələrdə öz adət-ənənələrini, inanclarını yaşadıb, təbiətin canlanmasını qeyd edib. Yaradılışla bağlı olan Novruzun – baharın gəlişinin əsasında su, od, hava (yel) və torpaq dayandığına görə, onlar xüsusi günlərə bölünərək, …

Mədəniyyət

Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb

Post Views: 105 Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəslə həsr olunub, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir. Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində …

Mədəniyyət

Gənclər Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi davam edir

Post Views: 86 Respublika Gənclər Kitabxanası şəhid və qazilərimizin əziz xatirəsinə həsr edilən “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsini davam etdirir. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 60-dan çox Vətən müharibəsi qəhrəmanı haqqında məlumatlandırıcı videomateriallar hazırlanıb. Həmçinin kitabxananın rəsmi saytında “Qəhrəmanlar unudulmur” adlı rüblük məlumat bülletenləri təqdim edilib. Məlumat bülletenlərində görkəmli şəxslərin vətənpərvərlik mövzusunda söylədikləri fikirlər, Milli …

Mədəniyyət

Bu gün Xalq şairi Nəriman Həsənzadənin 94 yaşı tamam olur

Post Views: 161 Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017),[1] “İlin şairi” makafatı laureatı (2010), “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan …

Mədəniyyət

Bu gün Əlağa Vahidin anadan olmasından 130 il ötür

Post Views: 104 Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirib və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaradıb. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində …

Mədəniyyət

TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək

Post Views: 107 Görkəmli Azərbaycan şairi və dramaturqu, türk ədəbiyyatının böyük nümayəndəsi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında çoxsaylı tədbirlər keçirilir. Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) nümayəndəsi Elçin Qafarlı AZƏRTAC-a bildirib ki, fevralın 21-də TÜRKSOY-un Ankaradakı baş ofisində “Bəxtiyar Vahabzadənin Anım İli”nin açılışı münasibətilə təntənəli tədbir keçiriləcək. Tədbirin …

Mədəniyyət

Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib

Post Views: 97 Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarından sonra qanun, qarmon və kamança ixtisaslarının da tədris proqramını yeniləyib. Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, bu yenilənmə şagirdlərin tətbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etmək məqsədi daşıyır və müasir təhsil standartlarına uyğunlaşdırılıb. Yenilənmiş proqramlarda Azərbaycan bəstəkarlarının əsərlərinə …

Mədəniyyət

ABC Academiy-nin həmtəsisçisi Aqil Əliyevi doğum günü münasibətilə təbrik edirik! (13 fevral 1988-ci il)

Post Views: 103 Azərbaycanın mədəniyyət və ədəbiyyat portalının (edebiyyat-az.com) rəhbərliyi və kollektivi Sizi, ABC ACADEMY-nin həmtəsisçisi, filologiya üzrə peşəkar təlimçi ƏLİYEV AQİL SƏFAİL OĞLUNU doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları diləyir! Ən qısa zaman kəsiyində minlərlə insanın həyatını yaxşılığa doğru dəyişməyi bacaran, Müəllim və …

Mədəniyyət

Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 114 il ötür

Post Views: 97 Muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq tələb edir. Bu baxımdan Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun yaradıcılığı olduqca səciyyəvidir. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum günüdür. Klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar …

Mədəniyyət

Bu gün tanınmış şair İslam Səfərlinin doğum günüdür

Post Views: 99 O, cəmi 51 il ömür sürmüş mənalı həyat yoluna böyük sənətkar irsini sığışdıraraq yaddaşlarda əbədi qaldı. Şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb. AZƏRTAC xəbər verir ki, bu gün tanınmış şair İslam Səfərlinin anadan …

Mədəniyyət

“Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi” kitabı türk dilində nəşr olunub

Post Views: 84 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin layihəsi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri milli mədəniyyətimizin, ədəbiyyatımızın tanınmış simalarının əsərlərini, onların yaradıcılığına dair tədqiqatların təbliğini həyata keçirmək məqsədilə tərcümə və nəşr layihələri reallaşdırırlar. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Sahib İbrahimlinin “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” kitabı türk …

Mədəniyyət

Bu gün Cəlil Məmmədquluzadənin doğum günüdür

Post Views: 87 Bu gün böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 156-cı ildönümü tamam olur. AZƏRTAC xəbər verir ki, Cəlil Məmmədquluzadə realist hekayələri, povestləri, dram əsərləri ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. “Molla Nəsrəddin” jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub. Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. İlk …

Mədəniyyət

Səsi ilə könüllərdə iz qoyan sənətkar – Şövkət Ələkbərova

Post Views: 93 Elə səslər var ki, zaman keçsə də unudulmur, əksinə, daha da dəyər qazanır. Şövkət Ələkbərovanın səsi də elə həmin səslərdəndir – könülləri titrədən, hər notunda Azərbaycan musiqisinin ruhunu daşıyan bir xəzinədir. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın vəfatından 32 il ötür. Bənzərsiz ifaları ilə könülləri fəth edən …

Mədəniyyət

Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür

Post Views: 91 Xalq artisti Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xəti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus yol açıb. A.Abdullayevin klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli …

Mədəniyyət

Bu gün Xalq artisti Əlibaba Məmmədovun anadan olmasının 95-ci ildönümü tamam olur

Post Views: 101 Bu gün Azərbaycanda xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, milli musiqimizin koloritini, saflığını qorumuş, təəssübünü çəkmiş, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan etmiş Əlibaba Məmmədovun doğum günüdür. AZƏRTAC xəbər verir ki, Xalq artisti Əlibaba Məmmədovun xatirəsi xalqımız tərəfindən böyük hörmətlə anılır. Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən olan Əlibaba Məmmədov 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində …

Mədəniyyət

Zəlimxan Yaqubun yeni kitabının təqdimatı keçiriləcək

Post Views: 106 Yanvarın 18-də “Qanun” nəşriyyatında Xalq şairi Zəlimxan Yaqubun yenicə çapdan çıxmış “Azərbaycan poeziyası. Seçmə şeirlər” kitabının təqdimatı olacaq.  Ədəbiyyat qəzetinin verdiyi xəbərə görə, nəşriyyatın Azərbaycan ədəbiyyatı redaksiyası tərəfindən “Azərbaycan poeziyası. Seçilmiş şeirlər” layihəsi çərçivəsində işıq üzü görən kitab şairin 75 illik yubileyinə həsr olunub.  Kitabın tərtibatçısı və redaktoru Şərif Ağayar, ön söz …

Mədəniyyət

Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür

Post Views: 98 Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 9 il ötür. AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir. Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətinə …

Mədəniyyət

Bu gün Xalq artisti Leyla Bədirbəylinin anadan olmasından 105 il ötür

Post Views: 98 Bu gün Azərbaycan teatrının görkəmli nümayəndələrindən olan, milli kino sənətimizin bənzərsiz simalarından sayılan Leyla Bədirbəylinin anadan olmasından 105 il ötür. Leyla Bədirbəyli fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib. AZƏRTAC xəbər verir …

Mədəniyyət

Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür

Post Views: 96 Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin vəfatından 87 il ötür. Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də …