Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 601 - 660 of 2. 193 NƏTİCƏLƏR
Mədəniyyət

Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür

Post Views: 105 Dekabrın 29-u görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür. AZƏRTAC milli təfəkkürümüzün yetişdirdiyi ən önəmli simalardan, XX əsr Azərbaycan ədəbiyyatının ən istedadlı nümayəndələrindən biri olan Əzizə Cəfərzadənin həyat və yaradıcılığının əsas məqamlarına nəzər salır. O, 1921-ci il dekabrın 29-da Bakıda anadan olub. 38 nömrəli məktəbdə …

Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 16 il ötür

Post Views: 101 Bu gün Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasından 16 il ötür. AZƏRTAC 2008-ci il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin (BMM) fəaliyyətinə nəzər salır. Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəzin açılışında iştirak edən Prezident …

Mədəniyyət

Qarabağ işğaldan azad edilib, qarabağlılar qayıdırlar…

Post Views: 138 Qarabağ işğaldan azad edilib, qarabağlılar qayıdırlar… AZƏRTAC xəbər verir ki, növbəti nömrəsi Moskvada işıq üzü görmüş “İRS-Haslediye” beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlının məqaləsi belə sərlövhə ilə dərc edilib. Müəllif “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma yurdlarına qovuşan məcburi köçkünlərdən bəhs edir. “Şən həyəcanla işıqlanan gənc, uşaq, qoca üzlər, bir çoxunda bu hissə …

Mədəniyyət

25 Dekabr-Professor, Akademik, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin ilk Baş redaktoru cənab Teymur ƏHMƏDOVun doğum günüdü

Post Views: 92 Teymur Əkbər oğlu Əhmədov (25 dekabr 1930, Şamxor – 16 mart 2021, Bakı) — tənqidçi, ədəbiyyatşünas, publisist, professor. Həyatı Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuş, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçmüşdür. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirmiş, təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdir (1949–1954). Eyni zamanda 1954–1958-ci illərdə Ermənistan KP MK-nın orqanı “Sovet Ermənistanı” …

Mədəniyyət

“İRS” silsiləsindən yeni nəşrlərin təqdimatı olub VİDEO

Post Views: 93 Dekabrın 24-də Bakıda “İRS” silsiləsi çərçivəsində 2024-cü ildə nəşr edilən kitabların təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. “İRS” Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı bildirib ki, bu gün hamımız mədəni irsimizin, mədəniyyətimizin, incəsənətimizin işığına toplaşmışıq. O, bu il nəşriyyat evi tərəfindən müxtəlif dillərdə çap olunmuş kitablar haqqında …

Mədəniyyət

Azərbaycan Malayziyada mədəniyyət festivalında təmsil olunub

Post Views: 92 Malayziya Beynəlxalq İslam Universitetində müsəlman ölkələrinin ənənəvi mədəniyyət festivalı təşkil olunub. AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir çərçivəsində müxtəlif ölkələrin milli stendləri, kitab sərgisi, İslam xəttatlığı müsabiqəsi, ölkələrin musiqi və mədəniyyətinin təqdimatı təşkil olunub. Azərbaycanın Malayziyadakı səfirliyinin hazırladığı stenddə ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatı və musiqisi ilə bağlı təbliğat xarakterli materiallar nümayiş …

Mədəniyyət

Avstriyanın “Second Records” şirkəti cazmen Rain Sultanovun vinil diskini buraxıb

Post Views: 75 Avstriyanın məşhur “Second Records” leybl şirkəti Azərbaycanın caz ustası Rain Sultanovun görkəmli caz truba ifaçısı Kenni Uiler ilə birgə “Jazz Standards Live” qoşa vinil valını buraxıb. Onların kompozisiyaları caz standartları kitabına və “Real Book”a (caz standartları toplusu) da daxil edilib. AZƏRTAC-ın müxbiri ilə söhbətində Rain Sultanov deyib ki, bu layihənin reallaşdırılması onun …

Mədəniyyət

Bu gün görkəmli heykəltaraş Ömər Eldarovun doğum günüdür

Post Views: 96 Bu gün görkəmli heykəltaraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarovun 97 yaşı tamam olur. Həyatının 60 ildən çoxunu heykəltaraşlıq sənətinə həsr edən görkəmli sənətkar bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın qəbirüstü abidələri, Tokay Məmmədovla birgə ucaltdığı …

Mədəniyyət

Görkəmli folklorşünas alim Salman Mümtazla bağlı elektron məlumat bazası hazırlanıb

Post Views: 96 Milli Kitabxanada “Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz (1884-1941)” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri”, “Görkəmli şəxslər Salman Mümtaz haqqında”, “Salman Mümtazın istintaq işi haqqında sənədlər”, “Nəşrlər”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, …

Mədəniyyət

Xalq şairi Hüseyn Arifin biblioqrafiyası hazırlanıb

Post Views: 98 Bu il XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, Xalq şairi Hüseyn Arifin anadan olmasının 100-cü ildönümüdür. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Hüseyn Arifin zəngin ədəbi irsini və onun haqqında olan çoxsaylı materialları geniş oxucu kütləsinə çatdırmaq məqsədilə şairin biblioqrafiyasını hazırlayıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik göstəricidə “Hüseyn …

Mədəniyyət

ICESCO-da Məxdumqulu Fəraqinin 300 illik yubileyi qeyd olunacaq

Post Views: 95 Dekabrın 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabatda mənzil-qərargahında böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin 300 illik yubileyi münasibətilə konfrans keçiriləcək. Tədbir ICESCO tərəfindən TÜRKSOY və Türkmənistan XİN-lə əməkdaşlıq şəraitində təşkil olunacaq. AZƏRTAC ICESCO-ya istinadla xəbər verir ki, tədbirdə təşkilatın Baş direktoru, TÜRKSOY-un Baş katibi, Türkmənistanın nümayəndə …

Mədəniyyət

Bu gün Xalq şairi Osman Sarıvəllinin doğum günüdür

Post Views: 96 XX əsr Azərbaycan poeziyasının mənzərəsini göz önünə gətirəndə Osman Sarıvəllini xatırlamamaq mümkün deyil. Xalqından, elindən, yurdundan, çayından, daşından ilham alan şairin yazdığı hər bir sətir Azərbaycan poeziyasının inkişafında misilsiz rol oynayıb. Yurdumuzun gözəllikləri, folklorumuzun müdriklikləri, klassik poeziyamızın incəlikləri şairin yaradıcılığının mənəvi qidasına çevrilib.AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Osman Sarıvəllinin …

Mədəniyyət

Bu gün Vaqif Mustafazadənin anım günüdür

Post Views: 80 Bu gün Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür. O, 45 il bundan əvvəl Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub. AZƏRTAC Azərbaycan musiqisinin, muğamının klassik amerikan caz musiqisi ilə sintezini yaratmış V.Mustafazadənin yaradıcılığından bəzi məqamları təqdim edir. …

Mədəniyyət

Bu gün tanınmış şair Tofiq Bayramın anadan olmasından 90 il ötür

Post Views: 164 Azərbaycan ədəbiyyatında və poeziyasında görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayramın özünəməxsus yeri var. Xarakterindəki bütövlük, çılğınlıq şairin şeirlərində və bütün yaradıcılığında özünü göstərir. Tofiq Bayramın poetik inamına, ilhamına qol-qanad verən Vətən sevgisi, xalq eşqidir. Azərbaycan mövzusu onun yaradıcılığının məhək daşı, hərəkətverici qüvvəsidir. AZƏRTAC tanınmış şair, Əməkdar incəsənət xadimi Tofiq Bayramın anadan …

Mədəniyyət

Erol Rzayev – Boston Filarmoniya orkestrində azərbaycanlı violonçel ifaçısı

Post Views: 126 AZƏRTAC Azərbaycan istedadları ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz azərbaycanlı gənc violonçel ifaçısı, çoxsaylı beynəlxalq və respublika müsabiqə və festivallarının qalibi Erol Rzayevdir. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) bitirdikdən sonra Longi Musiqi Məktəbinə (Kembric, ABŞ) qəbul olub və hazırda orada təhsil alır. 2024-cü ilin sentyabr ayından azərbaycanlı musiqiçi Boston …

Mədəniyyət

Əməkdar rəssam Tahir Məmmədovun yaradıcılığından bəhs edən kitabın təqdimatı keçirilib

Post Views: 106 Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Tahir Məmmədovun yaradıcılığından bəhs edən kitabın təqdimatı olub. AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu kitabın milli mədəniyyət tarixi üçün əhəmiyyətini qeyd edib. “Belə bir kitabın ərsəyə gəlməsi, məncə, çox mühüm hadisədir. Burada mədəniyyətimizin görkəmli xadimləri …

Mədəniyyət

Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyi – qeyd olunub – FOTOLAR

Post Views: 86 Hüseyn Arif son dərəcə təbii şair idi. Həyatdakı təbiiliyi, şəxsiyyətindəki saflığı poeziyasına da keçmişdi. Onun sənət müəllimləri el ədəbiyyatı – dastanlar, qoşmalar, təcnislər, bayatılar, Qurbani, Ələsgər, Dilqəm və dövrünün canlı klassikləri idi. O, bu ustadlardan çox şey görüb-götürdü, lakin kimsəni təqlid eləmədi, ədəbiyyatda özünəməxsus Hüseyn Arif cığırı açdı, bu cığırı yola çevirdi. …

Mədəniyyət

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Post Views: 176 Respublika Gənclər Kitabxanasında Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlılıq qazanmış böyük siyasətçi, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafik icmal, ənənəvi və virtual kitab sərgisi hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında qəbul edilən rəsmi sənədlərin, Milli …

Mədəniyyət

Bu gün dünyaşöhrətli yazıçı Çingiz Aytmatovun anadan olmasının 96-cı ildönümüdür

Post Views: 93 Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatov müasir dünyanın ən qüdrətli söz ustalarındandır. O, adi bir həyat hadisəsini qlobal səviyyəyə qaldırmağı, ona yüksək fikir zirvəsindən baxmağı bacaran bir fikir adamı olub. O, təsvir etdiyi hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini görür və göstərirdi. Onun əsərlərində ən adi məsələ ümumdünya məsələsi kimi göstərilib. Buna görə də …

Mədəniyyət

I Bakı Kitab Festivalı – keçiriləcək

Post Views: 131 19 – 22 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ANAİB I Bakı Kitab Festivalı keçiriləcək. Edebiyyatqazeti.az xəbər verir ki, festival Bakı Əl Oyunları Sarayında baş tutacaq. “Yeni ilə yeni kitablarla!” şüarı ilə keçiriləcək festivala ANAİB üzvü olan nəşriyyatlarla yanaşı digər nəşriyyatlar da qatıla, öz kitablarını təqdim …

Mədəniyyət

III Gəncə Kitab Sərgisi – keçiriləcək

Post Views: 93 6 – 8 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə Kitab Sərgisi keçiriləcək. Edebiyyatqazeti.az xəbər verir ki, “Nizami yurduna kitabla gəlirik!” şüarı altında baş tutacaq sərgidə 30-dan çox …

Mədəniyyət

Azərbaycanlı yazıçı Şəfa Vəliyeva Beynəlxalq Yazşader Hekayə və Şeir Müsabiqəsinin (Uluslararası Yazşader 1. Öykü ve Şiir Yarışması) qalibi olub

Post Views: 179 Qardaş Türkiyə Cümhuriyyətinin İzmir şəhərində yerləşən YAZŞADER – Yazarlar və Şairlər Dayanışma Derneği tərəfindən  keçirilən  I Beynəlxalq Yazşader Hekayə və Şeir Müsabiqəsinin qalibi (Uluslararası Yazşader 1. Öykü ve Şiir Yarışması) “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və …

Mədəniyyət

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyi keçirilib

Post Views: 113 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundaXalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyinəhəsr olunmuş tədbir keçirilib. Tədbirdə Xalq yazıçısı Elçin və millət vəkili Günay Əfəndiyeva, Qırğızıstandan gəlmiş ziyalılar, media mənsubları və başqaları iştirak ediblər. Əvvəlcə yazıçının əsərlərindən və haqqında yazılmış kitablardan ibarət sərgiyə baxış olub. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik …

Mədəniyyət

Xalq şairi Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında

Post Views: 112 ABŞ-ın populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Rəsul Rzanın ingilis dilinə tərcümə olunmuş “Qədim əlyazması”, “Məndə ixtiyar olsa”, “Hamımız yoldayıq”, “Sənə də qalmaz” şeirlərinin yayımına başlayıb. Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ingilis dilinə tərcümə müəllifləri …

Mədəniyyət

Şirvanda Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Post Views: 103 Şirvanda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan “Füzuli dünyasından dünyaya baxış” adlı tədbir keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Yubiley toplantısında Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, …

Mədəniyyət

Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib

Post Views: 102 Oktyabrın 16-da Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçiril AZƏRTAC xəbər verir ki, tədbirdə Qərbi Azərbaycana məxsus tarixi fotolar və rəsm kompozisiyaları, həmçinin bu coğrafi əraziyə aid müxtəlif kulinariya …

Mədəniyyət

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib

Post Views: 97 Oktyabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi görkəmli şair Şah İsmayıl Xətainin (1487-1524) 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib. Fərman bu il İngiltərənin məşhur “Christie’s” hərracında Azərbaycan vətəndaşı tərəfindən satın alınaraq Tarixi Muzeyinə hədiyyə edilib. Sənəd Şah İsmayıl Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər …

Mədəniyyət

Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Post Views: 92 “TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi mədəniyyət nazirinin müavini Səadət Yusifova və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar. Mədəniyyət nazirinin müavini Səadət Yusifova layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, imzalanmış müqaviləyə əsasən teatr, muzey və qoruqlarda tələbələr üçün xüsusi endirimlərin tətbiq …

Mədəniyyət

“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olunub

Post Views: 90 Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış “Məhəmməd Peyğəmbərin həyatı” kitabını nəşr edib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əsərin rus dilindən tərcümə müəllifi tanınmış alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Mahir N.Qarayevdir. Peyğəmbərin həyatı, şəxsiyyəti, eləcə də bəşəriyyətin sonuncu …

Mədəniyyət

Rusiyanın Orenburq vilayətində Füzulinin 530 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi olacaq

Post Views: 91 Rusiyanın Orenburq vilayətində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Poeziya xəzinəsi: Füzulinin irsi ilə dialoq” mövzusunda bədii qiraət müsabiqəsi olacaq. AZƏRTAC xəbər verir ki, Orenburq vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqə dahi Azərbaycan şairi və mütəfəkkirinin 530 illik yubileyinin qeyd olunması çərçivəsində keçirilir. Müsabiqədə …

Mədəniyyət

Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür

Post Views: 94 Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halı, taleyi daha çox onun yaradıcılığında öz əksini tapıb. Məmməd Araz özü də …

Mədəniyyət

“Sözdən yazıya və yaddaşa” – yeni nəşr

Post Views: 112 Tanınmış şair-publisist Dəyanət Osmanlının “Sözdən yazıya və yaddaşa” adlı yeni məqalələr toplusu “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzinin nəşri seriyasından olan bu kitabda müəllifin müxtəlif illərdə yazdığı məqalələrdən seçmələr toplanıb. Müstəqillik illərində dövlətimizin ədəbiyyat siyasəti, tanınmış yazıçılar haqqında bədii-ictimai portretlər, ədəbi mühit və ədəbiyyata ədəbi-tənqidi münasibət …

Mədəniyyət

Türkiyənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyət və sənət günləri” keçiriləcək

Post Views: 86 İstanbul, 11 oktyabr, Günel Karatepe, AZƏRTAC Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə qardaş ölkənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyət və sənət günləri” keçiriləcək. AZƏRTAC xəbər verir ki, Azərbaycan günləri Mədəniyyət Mərkəzinin fəaliyyətinin əsas istiqaməti olan milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız və Azərbaycan dilinin Türkiyənin bölgələrində geniş …

Mədəniyyət

“TRT” xəbər agentliyi Azərbaycan şairi Əhməd Cavad haqqında geniş xəbər hazırlayıb

Post Views: 118 Türkiyənin “TRT” xəbər agentliyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavad haqqında geniş yazı hazırlayıb. AZƏRTAC xəbər verir ki, “Azərbaycanın milli şairi: Əhməd Cavad” sərlövhəsi ilə yayımlanan xəbərdə dahi şairin yaradıcılığı ilə yanaşı həyatının maraqlı məqamları da geniş işıqlandırılıb. “Fırtınalar dursun yana, salam Türkün bayrağına…”. Azərbaycanın Dövlət Himni və “Çırpınırdın Qara dəniz” …

Mədəniyyət

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Post Views: 161 Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anım günüdür. AZƏRTAC xəbər verir ki, XX əsrin otuzuncu illərinin sonunda günahsız yerə repressiya qurbanı olmuş şairin vəfatından 87 il ötsə də, xalqımız şair oğlunu heç vaxt unutmayıb. 2022-ci ildə Prezidentin Sərəncamı ilə Əhməd Cavadın anadan olmasının 130 …

Mədəniyyət

Gülər Hüseynovanı doğum günü münasibətilə təbrik edirik! (12 Oktyabr)

Post Views: 122 Azərbaycanın mədəniyyət və ədəbiyyat portalının rəhbərliyi, bütün kollektivi BAKI PEŞƏKARLAR AKADEMİYASININ TƏSİSÇİ VƏ PEŞƏKAR TƏLİMÇİ GÜLƏR HÜSEYNOVAnı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan isə təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatəsində qalın! Ən əsası isə Qadın səadəti! Azərbaycanın Mədəniyyət …

Mədəniyyət

Bolqarıstanda “Şuşa – Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərgi açılıb

Post Views: 84 Oktyabrın 8-10-da Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən XIX Beynəlxalq Mədəni Turizm sərgisində “Şuşa – Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərginin açılışı baş tutub. Bu barədə AZƏRTAC-a Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, sərgidə səfirliyin təşəbbüsü və Bakı Media Mərkəzinin dəstəyi ilə Şuşanın füsunkar təbiətini, tarixi abidələrini və özünəməxsus rəngarəng arxitekturasını əks …

Mədəniyyət

Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş rəsm sərgi-müsabiqəsi elan edilib

Post Views: 98 Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş “Tablolarda nağıllar” adlı gənc rəssamların yaradıcılıq müsabiqəsi keçirilir. Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib. “Azərbaycanın xalq nağılları təsviri sənətdə” mövzusunda keçirilən müsabiqədə 18-30 yaş arası gənc …

Mədəniyyət

Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək

Post Views: 84 Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” (“Climates and Carpets”) adlı beynəlxalq sərgi açılacaq. Bu barədə AZƏRTAC-a Xalça Muzeyindən məlumat verilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. Sərginin məqsədi müasir …

Mədəniyyət

X Bakı Beynəlxalq Kitab Sərgisində “Üşüyən küçələr” kitabının təqdimatı keçirilib

Post Views: 88 X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qazaxıstanın tanınmış şairi, filoloq-alim, pedaqoq, Əməkdar mədəniyyət xadimi Dəuletkerey Kəpoğlunun “Üşüyən küçələr” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə kitabın layihə rəhbəri, şair-publisist, “Alaş” beynəlxalq ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı nəşrin ərsəyə gəlməsindən söhbət açıb. Qazax şairinin şeirlərini dilimizə tərcümə edən Dünya Gənc Türk Yazarlar Birliyin …

Mədəniyyət

X Bakı Beynəlxalq Kitab Sərgisi: Qazaxıstanın dövlət xadiminin kitabı təqdim olunub

Post Views: 130 X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qazaxıstan Prezidentinin müşaviri, Qazax ədəbiyyatının tanınmış nümayəndəsi Malik Otarbayevin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Gözlədiyimiz xoşbəxtlik” kitabı oxuculara təqdim olunub. AZƏRTAC xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında əsərin əhəmiyyətindən danışıb. “Malik Otarbayevin qələmi həyat həqiqətlərini, insanların münasibətlərindəki incə …

Mədəniyyət

Görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin kitabının Azərbaycan dilində təqdimatı keçirilib

Post Views: 84 X Bakı Beynəlxalq Kitab Sərgisində Türk Mədəniyyəti və İrsi Fondu görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” kitabının Azərbaycan dilində təqdimatını və 100 illik yubiley mərasimini keçirib. AZƏRTAC xəbər verir ki, tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək Berdibek Sokpakbaevin bir çox maraqlı əsərlər yazdığını, bunlardan birinin də …

Mədəniyyət

Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

Post Views: 93 Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anım günüdür. AZƏRTAC xəbər verir ki, böyük sənətkarın vəfatından 24 il ötür. Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün …

Mədəniyyət

Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş “Xüsusi tapşırıq” kitabının təqdimatı keçirilib

Post Views: 98 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir. Sərgi çərçivəsində oktyabrın 2-də Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) tərəfindən nəşr olunan görkəmli qazax yazıçısı və ictimai xadimi Kemel Tokayevin (1923-1986) Azərbaycan dilinə tərcümə edilmiş “Xüsusi tapşırıq” kitabının təqdimatı keçirilib. Tədbirdə çıxış edən TMİF-in prezidenti Aktotı …

Mədəniyyət

Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı

Post Views: 121 Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. 10-cu yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar …

Mədəniyyət

Çağdaş Azərbaycan ədəbiyyatı antologiyası çap olunub

Post Views: 100 Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun birgə layihəsi olan “Sizlər üçün seçdik” adlı çağdaş Azərbaycan ədəbiyyatı antologiyası işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, bu nəşrin əsas fərqli cəhəti ölkənin tanınmış yazarlarının ən yaxşı bildikləri əsərlərini antologiya üçün təqdim etmələrindədir. Kitaba Xalq yazıçılarından Anarın, Elçinin, Kamal Abdullanın, Çingiz Abdullayevin, Elmira Axundovanın, …

Mədəniyyət

“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub

Post Views: 86 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçinin “Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” kitabının təqdimatı keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, nəşrin müəllifi – kərküklü şair və tədqiqatçı, Kərkük Kültür Dərnəyinin rəhbəri Dr. Şəmsəddin Kuzəçi, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü …

Mədəniyyət

Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş kitab Özbəkistanda oxuculara təqdim olunub

Post Views: 89 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan Azərbaycanın Milli Qəhrəmanı İskəndər Aznaurova həsr edilmiş “Vətən üçün can fəda edən qəhrəmanlar” (Vatan uchun jon fido qilgan qahromanlar) adlı kitab 27 Sentyabr – Anım Günü münasibətilə Mədəniyyət Mərkəzinin foyesində sərgilənərək geniş oxucu kütləsinə təqdim edilib. Mərkəzdən AZƏRTAC-a bildirilib ki, özbək dilində çap …

Mədəniyyət

Bu gün böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anım günüdür

Post Views: 86 Böyük zəhməti, parlaq istedadı, ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyirdi. Elə buna görə də onun mənalı ömrü tutduğu vəzifəsindən asılı olmayaraq mənsub olduğu millətə xidmət etməklə keçib. XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani …

Mədəniyyət

Anım Gününə həsr olunmuş kitab sərgisi açılıb

Post Views: 82 Milli Kitabxanada “27 sentyabr – Anım Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər. Ənənəvi sərgidə qazanılan …

Mədəniyyət

Bu gün Bülbülün anım günüdür

Post Views: 82 Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbül” kimi tanınıb. AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik …

Mədəniyyət

Astanada Füzuli irsi anıldı: Azərbaycan və Qazaxıstan alimlərinin fikirləri

Post Views: 78 Astanada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qazaxıstanın Milli Akademik Kitabxanasında qazax dilində “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclis təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları bu mühüm hadisə ilə bağlı öz fikirlərini bölüşüblər. Mənbə: https://azertag.az/

Mədəniyyət

Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı

Post Views: 112 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək. Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən …

Mədəniyyət

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı – çap olunub

Post Views: 109 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının növbəti (2024 №1) sayı nəşr olunub. 1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir. “Azərbaycan ədəbiyyatşünaslığı” …

Mədəniyyət

Azərbaycanlı yazıçı Şəfa Vəliyevanın hekayəsi “Çağdaş Azərbaycan hekayəsi” antologiyasında işıq üzü görüb

Post Views: 135 Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından yayımlanan “Çağdaş Azərbaycan hekayəsi” antologiyasında “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəliyevanın hekayəsi işıq üzü görüb. Layihənin rəhbəri Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar …

Mədəniyyət

Rusiyada “İslamın minarəsi” jurnalının Nizami Gəncəviyə həsr olunmuş yeni sayı işıq üzü görüb

Post Views: 91 Moskvada “Mədinə” Nəşriyyat evinin “İslamın minarəsi” beynəlxalq jurnalının yeni sayı işıq üzü görüb. Beynəlxalq Müsəlman Forumunun məsul katibi, jurnalın baş redaktoru, ilahiyyat elmləri doktoru Damir Muxetdinovun təklifi ilə buraxılış bütövlüklə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub. Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru, “İslamın minarəsi” jurnalının tematik sayının redaksiya heyətinin üzvü Səfa Kərimovun AZƏRTAC-a …

Mədəniyyət

“Çağdaş Azərbaycan hekayəsi” tatarca yayımlanıb

Post Views: 100 Qardaş Tatarıstanın paytaxtı Kazan şəhərində “Çağdaş Azərbaycan hekayəsi” antologiyası işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla və Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalının layihə rəhbəri olduğu antologiya, Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birgəlik” seriyasından yayımlanıb. Kazandakı …

Mədəniyyət

Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

Post Views: 105 Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər. Mənbə: https://azertag.az/

Mədəniyyət

Bəstəkarlar İttifaqı Musiqi Günü münasibətilə silsilə təbdirlər keçirəcək

Post Views: 97 Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqı müxtəlif tədbirlərlə çıxış edəcək. Bu barədə AZƏRTAC-a İttifaqın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 24-ü saat 12:00-da İttifaqın Konfrans zalında “Üzeyir Hacıbəyli – akademik” mövzusunda elmi konfrans reallaşacaq. Sentyabrın 25-i saat 15:00-da İttifaqın Üzeyir Hacıbəyli konsert salonunda bəstəkarların yeni əsərlərindən ibarət kamera-instrumental …