Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

GƏLİR

Könül dəftərim silsiləsindən.

Çatdı xeyir xəbər xarı bülbülə,
Muştuluq- dedilər, cananın gəlir.
Tezliklə qovuşar, yarı bülbülə,
Dedilər- halına, yananın gəlir.
***
Neçə il qalmışdı həsrətdə, darda,
Saralıb, solmuşdu boranda, qarda.
Bilmirdi sevdiyi qalıbdır harda,
Dedilər- qaydına, qalanın gəlir.
***
Düşmüşdü qaniçən, zalım əlinə,
Nəğmə dəyməmişdi bağlı dilinə.
Dönmüşkən son bahar, xəzan gülünə,
Dedilər- dərdini, alanın gəlir.
***
Düzəldi əyilmiş qəddi, qaməti,
Oyandı don vurmuş iffət, isməti.
Sən demə var imiş, vüsal qisməti,
Dedilər- xətrini, ananın gəlir.
***
Çığladı dağ- daşın, düzün qulağı,
Qaxdı “Cıdır düzü”, “İsa bulagı”.
Sordular:- Şuşanın kimdir qonağı?
Dedilər- qoynuna, Dövranın gəlir.
·
ƏLİNCƏ DEDİKDƏ

/”Vətənimdir” – silsiləsindən/

Əlincə- dedikdə vaxt, zaman durur,
Əlincə- söylənsə qəlb möhkəm vurur.
Əlincə- ürəkdə iftixar, qürur
Hünər, qeyrət, namus- adlı düşüncə,
Dünya dəyişsə də, yaşar Əlincə.

Əlincə- tarıxin daş salnaməsi,
Əlincə- xalqımın daşlaşmış səsi.
Əlincə- Turanın zəfər nəğməsi
Diz çöküb önündə, çox qəsb, işgəncə,
Vətən dara düşsə, coşar Əlincə.

Əlincə- savaşda, cəngdə birinci,
Əlincə- ulusun, elin güvənci.
Əlincə- “Heyratı”, “Humayın”,”Cəngi”
Hər zaman hazırdır döyüşə, cəngə,
Zəfərdən- zəfərə, qoşar Əlincə.

Əlincə- yenilməz, yurdun dayağı,
Əlincə- olkəmin qeyrət bayrağı.
Əlincə- güc rəmzi, sirr, heyrət dağı
Yağılar tük tökər boyun görüncə,
Dövran gəldi- gedər, yaşar Əlincə.