1902788_614529541965133_896121757_n

Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Deyirəm, gəzdiyim ana torpağın,
Hər qarış torpağı gül-çiçək olsun.
Bitsin bənövşəsi, laləsi belə,
Gözümün önündə tək göyçək olsun.

Qədir bilən bu elin, bu obanın,
Şair üçün əyilməz bir ananın.
Məğrurlar obası Azərbaycanın,
Dizinin taqəti qoy çörək olsun.

Bəndələr əməldə düz olsun gərək,
Şairlər cahanda yüz olsun gərək.
Allaha deməyə üz olsun gərək,
Alllaha hər bəndəyə tək kömək olsun.