“Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu dünya memarlarının fəaliyyətinə dair müzakirələrin aparılması baxımından çox əhəmiyyətli tədbirdir. Bu tədbirin digər əhəmiyyəti isə Azərbaycan mədəniyyətinin, tarixi və müasir memarlıq abidələrinin dünyaya tanıdılmasından ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində deyib.

Ə.Qarayev əmin olduğunu bildirib ki, bu Forum Azərbaycan memarlıq məktəbinə öz müsbət təsirini göstərəcək: “Belə tədbirlərin reallaşdırılması Azərbaycan memarları ilə dünya memarları arasında əlaqələrin gücləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır”.

Mənbə: azertag.az