Bir qrup ziyalı qadın ölkə başçısına təşəkkür məktubu ünvanladılar

2019-cu ilin dekabr ayından Çinin Mərkəzi Hubey əyalətinin Uhan şəhərində aşkar olunan və bu gün dünyanı öz cənginə alan Covid-19 koronavirus pandemiyasına artıq iki yüz ondan çox ölkədə milyonlarla insan yoluxmuş, yüz minlərlə insan isə həyatlarını itirmişlər. Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi statistik rəqəmlər virusun günbəgün daha çox insan canı aldığını təsdiqləyir. 
Yeni tipli pnevmaniya Covid-19 ölkəmizin həyatındanda yan ötməmişdir. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın həyata keçirdikləri  uzaqgörən  qabaqlayıcı tədbirlər nəticəsində bu ağır bəla ölkəmizdə az fəsadla keçməkdədir. Virusun daha çox yaşlı nəsli öz cənginə aldığını nəzərə alaraq, bu qrup əhalinin xüsusi qayğı ilə əhatə olunması, altmış beş yaşdan yuxarı insanların ciddi təcrid etmə tədbirləri ilə qorunması, uşaq bağçası, bütün təhsil müəssisələrinin vaxtında karantinə bağlanması, aztəminatlı tələbələrin təhsil haqqının dövlət büdcəsindən ödənilməsi, aztəminatlı ailələrin müavinətlə,  ərzaq yardımları ilə təmin edilmələri, işləyən əhalinin ödənişli məzuniyyətə çıxarılması və görülmüş digər operativ, ardıcıl vacib tədbirlər bizim ölkəmizi dünyada bu virusla mübarizədə fərqləndirdi. Ölkə başçısı tərəfindən  atılan müdrik addımlar ölkəmizi az itki ilə sürətli yoluxmadan xilas etdi.
Artıq ölkə başçımızın bu sahədəki nümunəvi fəaliyyəti dünya liderləri və Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin xalqımız tərəfindən yüksək dəyərləndirilir. 
Ölkəmizin  bir qrup ziyalı qadınları cənab Prezidentin və Birinci vitse-prezidentin bu çətin karantin günlərində bir dəqiqə belə xalqdan uzaq olmamalarını, əhalimizə göstərdikləri ata, ana qayğılarını, dövlət və xalq arasındakı səmimi birliyi yüksək qiymətləndirərək onlara dərin hörmət, eyni zamanda səmimi minnətdarlıq hissi ilə öz təşəkkür məktublarını ünvanlayıblar.
Cənab Prezidentə və ölkənin Birinci vitse-prezidentinə ünvanlanan təşəkkür məktubunun mətni PDF formatında oxuculara təqdim edilir. 
http://yasamal.cls.az/front/files/libraries/81/documents/940202573.pdf
Təşəkkür məktubu “Vedibasar” qəzetinin bugünkü sayinda da dərc olunub.