Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinə 2020-ci ilin sentyabrın 21-də start verilmişdi. Belə ki, Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranmışdır. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən sənəd qəbulu yenidən elan olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəl müsabiqəyə təqdim olunan və qeydiyyata alınan müraciətlər qüvvədə qalır.

Qeyd edək ki, İctimai Şuraya namizədlərin qeydiyyatı mayın 26-dək davam edəcək. Namizəd şəxslərə dair tələblərlə bu link- http://mct.gov.az/az/elanlar/136 vasitəsilə tanış ola bilərsiniz.

Mənbə: https://azertag.az/