Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı M.Talıbova Xalq şairi Qabil haqqında videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda şairin həyat və yaradıcılığı haqqında geniş məlumatlar yer alıb.

Azərbaycanın Xalq şairi Qabil İmamverdiyev 12 avqust 1926-cı il anadan olub. O,1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına,1996-cı ildə “Şöhrət”, 2006-cı ildə “İstiqlal” ordenlərinə, 1980-ci ildə “Əməkdə igidliyə görə” medalına və digər mükafatlara layiq görülüb.

Şair “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri” kimi bir sıra kitabların müəllifidir.

Mənbə: https://azertag.az/