Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi-3″ün müdavimi, istedadlı gənc xanım yazar Zərifə İslamın “Ən gözəl şeir” adlı ilk şeirlər kitabı nəşr olunacaq.

Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevadır.

Kitab müəllifin oxucuları ilə görüşü olacaq. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri yer alıb.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi