Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Almatıda keçirilən XVI Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor işi” mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, ekran əsərinin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, həmçinin kreativ prodüser İradə Bağırzadə, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minneboo, eləcə də quruluşçu rəssam Rafiq Nəsirovdur.

Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.

Mənbə: https://azertag.az/