Yanvarın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yenidən təqdim olunacaq.

Teatrdan AZƏRTAC-a verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Operanı dirijor, Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarında ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu əsəri 115 ildir ki, teatr səhnəsində nümayiş olunur.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Mənbə: https://azertag.az