Türk ölkələrindən Azərbaycana dəvət olunmuş gənc yazarların iştirakı ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına”  kitabının təqdimatı mərasimi “Azərkitab” kitab təbliğatı mərkəzində baş tutacaq və mərasimə qatılan hər bir şəxsə kitab hədiyyə olunacaq. 

“Ədəbiyyat və incəsənət” bildirir ki, tədbir yanvarın 28-də, saat 15:00-də baş tutacaq. “Azərkitab” kitab təbliğatı mərkəzinin ünvanını xatırladırıq: Bakı, Atatürk prospekti , A. Salamzadə küçəsi, 65 B (Gənclik metrosundan Ayna Sultanova istiqamətində gedən yolda yerləşən”Zivella” mebel evinin arxası).
Tədbirin Proqramı:
1. Kitabın təqdimatı;
2.Müzakirələr;
3.Təltiflər.

“Ədəbiyyat və incəsənət”
(26.01.2023)

Mənbə: https://edebiyyatveincesenet.az/