Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbər təyin edildi

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Zaur qızı Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

Mədəniyyət nazirinin müvafiq əmri ilə Akademik Milli Dram Teatrının rəhbərliyinə gətirilən Mehriban Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissorudur, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.

Mənbə: https://culture.gov.az/