Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin (ADTM) nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başlayıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumatlarla yanaşı, müxtəlif çeşidli tərcümə, tərtib, ən müasir tələblərə cavab verən poliqrafiya, dizayn, veb-dizayn və s. sahələr üzrə peşəkar xidmətlərdən istifadəni asanlaşdıran sayt rəsmi-hüquqi sənədlərin, spesifik terminoloji mətn və materialların (tibbi, hüquqi, texniki, elmi, bədii və s.), veb-sayt və vikipediya səhifələrinin ingilis, Azərbaycan, alman, rus, ərəb, ispan, türk, portuqal, yunan, ukrain, ivrit, italyan, gürcü və s. dillərə keyfiyyətli tərcüməsinə, eləcə də keyfiyyətli nəşrinə geniş imkanlar yaradır.

Mənbə: https://azertag.az/